Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1095/2021 22.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1982-ci il iyunun 07-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda bir ədəd qara rəngli polietilen paketdəki bir bağlamada 2.172 qram təmiz çəkidə və bir ədəd üzərində «Çiko» yazısı olan bükülüdə 49,940 qram təmiz çəkidə, cəmi 2.221,94 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kütləsi olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış, 2021-ci il yanvarın 18-də saat 20:25-də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 5 ünvanının qarşısında saxlanmaqla idarənin inzibati binasına gətirildikdən sonra şəxsi axtarış aparılarkən üzərindən həmin iki ədəd bükümdə göstərilən çəkidə qeyd olunan narkotik vasitə aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, son bir ildir, əsəblərində problem yarandığından arabir narkotik vasitə heroindən istifadə edir. Həmin narkotik vasitəni xatırlamadığı yerdən üzdən tanıdığı şəxsdən almışdır. Saxlanarkən üzərində öz şəxsi istifadəsi üçün yalnız bir qram narkotik vasitə heroin olmuşdur. O, narkotik aludəçisi olmaqla heç zaman narkotik vasitə satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor və mənəvi təzyiq tətbiq edilməmişdir. Qorxduğuna görə polis işçilərinin ona təqdim etdikləri qara rəngli polietilen paketdəki narkotik vasitə heroini gödəkcəsinin sağ qoltuqaltına qoymuş və ifadəsində həmin vasitənin hamısının ona məxsus olduğunu demişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində baş əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il yanvarın 18-də Bakı şəhərinin Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün əməliyyat qrupu yaradılıb onun rəhbərliyi altında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis kapitanı Şahid2, kiçik inspektoru polis serjantı Şahid3 və 26-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 20:25-də polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 5 ünvanının giriş qapısının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirməklə sonuncunu idarəyə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılıb Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu könüllü şəkildə əynindəki qara rəngli gödəkcənin sağ qoltuqaltından bir ədəd qara rəngli sellofana bükülmüş iki ədəd bükümü çıxararaq masanın üzərinə qoymaqla içərisindəki narkotik vasitə heroini həmin gün günorta saatlarında tutulmamışdan əvvəl Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Nəriman Nərimanov abidəsinin yaxınlığından tapıb üzərində gizlədərək saxladığını bildirmişdir. Həmin bükümlər açıldıqda içərisində narkotik maddə heroinə bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1.500 ABŞ dolları, bir manat pul, sol yan cibindən isə bir ədəd «İphone 7» və bir ədəd «X-İnova» markalı mobil telefonlar aşkar edilmiş, qeyd olunanlar Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonuncuya zor və ya təsir tətbiq olunmamışdır. Tərtib olunan protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində müvafiq qaydada polis kapitanı və polis serjantı olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili və kiçik inspektoru işləmiş Şahid2 və Şahid3 Şahid1 ilə analoji ifadə verdilər. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma vaxtı verdiyi izahatda, habelə şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən 2021-ci il yanvarın 18-də günorta saatlarında Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Nəriman Nərimanov heykəlinin yaxınlığında olduğu zaman yerdə bükülü vəziyyətdə qara rəngli sellofan paket olduğunu tapıb açaraq içərisində iki ədəd bükülüdə narkotik vasitə heroinə oxşar maddə olduğunu gördüyünü, həmin maddəni arabir istifadə etdiyindən sellofan paketi götürərək əynindəki qara rəngli dəri gödəkcənin sağ yan cibinə qoymaqla öz istifadəsi üçün saxladığını, 2021-ci il yanvarın 18-də saat 20:15-də Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 5 ünvanının qarşısında olarkən bir neçə nəfər polis əməkdaşının ona yaxınlaşıb özlərini təqdim edəndən sonra onu Bakı şəhərinin Yasamal Rayon Polis İdarəsinə dəvət etdiklərini, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli dəri gödəkcənin sağ yan cibindən bir ədəd qara sellofan paketin içərisində olan bir ədəd şəffaf sellofandakı və bir ədəd «Çiko» tum paketinə bükülmüş narkotik vasitə heroini təqdim etdiyini, həmin maddəni Bakı şəhəri, Yasamal rayonu ərazisindəki yerləşən Nəriman Nərimanov heykəlinin yaxınlığında tapdığını söylədiyini, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1.500 ABŞ dollarının, bir manat pulun, sol yan cibindən isə bir ədəd «İphone 7» və bir ədəd «X-İnova» markalı mobil telefonların aşkar edildiyini, qeyd olunanların özünə qaytarıldığını, tapdığı narkotik vasitəni öz istifadəsi üçün saxlamaqla heç kəsə narkotik vasitə satmadığını və hədiyyə vermədiyini, idarəyə gətirilərkən və ya orada polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixoloji təsir göstərilmədiyini bildirmiş, daha sonra əvvəlki ifadələrini və ilkin təhqiqat zamanı verdiyi izahatı təsdiq etmədiyini, üstündən aşkarlanan narkotik vasitənin ona məxsus olmadığını, həmin maddəni polis əməkdaşlarının cibinə qoyması üçün ona təqdim etdiklərini, üzərinə şəxsi axtarış keçirilərkən qorxduğundan narkotik vasitənin ona məxsus olduğunu qeyd etdiyini göstərmiş, X4 ilə əlaqədar, həmçinin telefonunun yaddaşındakı müxtəlif növ narkotik vasitələrin fotoşəkillər, bir ədəd elektron tərəzi üzərində qoyulmuş 15,08 rəqəmləri yazılmış ağ rəngli sellofona bükülmüş bükülü və «Roni» kimi yazılmış ***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitənin hazırlanmasında və adları qeyd olunmayan şəxslərə çatdırılması və adı çəkilən şəxs barədə məlumat verməkdən imtina etmişdir (1-ci cild, iş vərəqi 34, 49-50 və 64-65). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid4 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən hadisə ərəfəsində polis kapitanı olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili işlədiyini bildirməklə Şahid1 ilə uyğun ifadə vermişdir (1-ci cild, iş vərəqi 128- 129). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 2021-ci il yanvarın 19-da tərtib etdiyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin 2021-ci il yanvarın 18-də tərtib etdiyi raportlardan və protokoldan, eyni tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin eyni tarixli Ə40-091-21 №-li əmrindən, habelə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 19 yanvar tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin Bakı şəhərinin Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə olunması və istifadəsində şübhəli olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, sonuncu 2021-ci il yanvarın 18-də saat 20:25-də Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 5 ünvanının qarşısında saxlanıb Bakı şəhərinin Yasamal Rayon Polis İdarəsinə gətirilməklə üzərindən bir ədəd şəffaf sellofana və bir ədəd üzərində «Çiko» yazısı olan tum paketinə bükülmüş açıq qəhvəyi rəngli, tozşəkilli və spesifik iyə malik maddə aşkar edilib götürülmüş, məhkəmə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair həmin qərar qanuni hesab edilmişdir (1-ci cild, iş vərəqi 3-8 və 45). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 18 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:25-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 22). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin tərtib etdiyi 2021-ci il 18 yanvar tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilən Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli sellofan paketə bükülmüş kütləni könüllü çıxarıb təqdim etməklə içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni Bakı şəhərinin Yasamal rayonundakı Nəriman Nərimanov abidəsinin yaxınlığından tapıb üzərində gizlətməklə saxladığını bildirmiş, sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkarlanan 1.500 ABŞ dolları və bir manat pul, sol yan cibindən aşkarlanan bir ədəd «İphone 7» və bir ədəd «X-İnova» markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmış, narkotik vaistəyə bənzər maddə isə götürülmüşdür (1-ci cild, iş vərəqi 32-33). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 19 yanvar tarixli 6/240 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «saxlanılan şəxs: Təqsirləndirilən şəxs» yazısı olan kağız paketdəki bir ədəd qara rəngli polietilen paketdəki bükülüdə 2.172 qram təmiz çəkidə açıq qəhvəyi rəngli və üzərində «Çiko» yazısı olan bükümdə 49,940 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla ümumi təmiz çəkisi 2.221,94 qram, tədqiqatdan sonrakı qalığı 2.221,54 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 40-43). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 20 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 56-57). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2021-ci il 20 yanvar tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il yanvarın 18-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 84-86). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 28 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış zamanı iş üçün əhəmiyyət kəsb edən predmet və ya əşya aşkarlanmamış, fotoşəkillərin kserosurətləri protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 99-105). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 28 yanvar tarixli protokoldan görünür ki, bir ədəd CD diskinə baxış vaxtı Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkcənin sağ yan cibindən bir ədəd qara rəngli sellofan paketə bükülmüş kütləni könüllü təqdim edib içində bir ədəd qara rəngli polietilen paketdə və bir ədəd üzərində «Çiko» yazısı olan bükülüdə narkotik vasitə heroin olduğunu, həmin maddəni 2021-ci il yanvarın 18-də Bakı şəhərinin Yasamal rayonundakı Nəriman Nərimanov abidəsinin yaxınlığından tapıb üzərində gizlətməklə saxladığını bildirməsi, daha sonra sonuncunun əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkarlanan 1.500 ABŞ dollarının və bir manat pulun, sol yan cibindən aşkarlanan bir ədəd «İphone 7» və bir ədəd «X-İnova» markalı mobil telefonların Təqsirləndirilən şəxs qaytarılması müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 106). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 2021-ci il fevralın 06-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 111-112). İş materiallarında olan 2013-cü il 11 iyun tarixli AZ-İİİ seriyalı 103100 №-li və 2010cu il 05 sentyabr tarixli AZ-İİ seriyalı 537273 №-li doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2013-cü il 28 fevral təvəllüdlü Zeynəb və 2008-ci il 30 sentyabr təvəllüdlü Bəhram adlı övladları vardır (1-ci cild, iş vərəqi 117- 118). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2021-ci il 16 mart tarixli 091-9001-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbəni, həmçinin həmin maddəni satmağa cəhd etməsini və ondan narkotik vasitə almış şəxsləri müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 120). İş materiallarındakı «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 17 mart tarixli AZF/LGL-6835/21 №-li məktubundan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 09 aprel tarixli protokoldan görünür ki, MMC-dən daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən 2021-ci il yanvarın 18-də saat 14:28:01-də ***-***-**-** saylı mobil nömrəyə «Mənəm Fətulla» məzmunlu, ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il yanvarın 17-də saat 21:30-dan saat 22:53-ə kimi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 2020-ci il noyabrın 17-də saat 01:09:51-dən 2021-ci il yanvarın 16-da saat 05:26:10-a kimi, 2020-ci il noyabrın 25-də saat 22:57:43-dən 2021-ci il yanvarın 16-da saat 05:26:06-a kimi məişət məzmunlu müxtəlif smslərin daxil olması, ***-***-**-** saylı mobil nömrəyə 2021-ci il yanvarın 17-də saat 21:24:49-dan 2021-ci il yanvarın 18-də saat 22:24:30-a kimi və ***-***-**-** saylı mobil nömrəyə 2020-ci il noyabrın 15-də saat 17:48:10-dan 2021-ci il yanvarın 17-də saat 21:12:41-ə kimi daxil olan və çıxan zənglərin anten dairəsi barədə məlumatların qeydə alınmaması, sonuncunun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə 2021-ci il yanvarın 18-də əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərində, daha sonra Sumqayıt şəhərində, tutulanda isə Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən anten dairəsində olması müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 121 və 139-140). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 05 aprel tarixli qərarından görünür ki, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs aşkar edilərək götürülən bir ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 2.172 qram açıq qəhvəyi rəngli və üzərində «Çiko» yazısı olan bükülüdə təmiz çəkisi 49,940 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı cəmi 2.221,54 qram qalığı idarənin növbətçi hissəsinə təhvil verilmişdir (1-ci cild, iş vərəqi 130-131). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 08 aprel tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən bir ədəd «İphone 7» və bir ədəd «X-İnova» markalı mobil telefonlara baxış zamanı birinci telefonda müxtəlif tərkibli narkotik vasitələrin şəkillərinin videoya alınması, «WA Business» proqramı ilə müxtəlif mobil nömrələrlə sms mətnlərinin, fotoşəkillərin və səs qeydlərinin aparılması, ***-***-**-** saylı mobil nömrənin «Roni» kimi qeyd edilməklə sonuncunun Təqsirləndirilən şəxs «kola» lazım olduğunu yazması, ***-***- **-** saylı mobil nömrə ilə yazışmada bir ədəd elektron tərəzi üzərinə qoyulmaqla 15,08 rəqəmləri yazılmış, ağ rəngli sellofana bükülmüş bükülünün şəklinin olması, ikinci telefonda isə iş üçün əhəmiyyət kəsb edən məlumat aşkarlanmaması müəyyən olunmuşdur (1-ci cild, iş vərəqi 132-138). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 23 mart tarixli 879 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 159-160). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasına dair 2021-ci il 16 mart tarixli 563 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmamaqla sonuncuda xasiyyətin psixopatik cizgilər müəyyən olunmuş, Təqsirləndirilən şəxs ittiham edildiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 162-163). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2021-ci il 23 aprel tarixli 091-1211-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə alan şəxsləri, həmçinin X5, X3, X6, X4 və «Roni» adlı şəxsin şəxsiyyətlərini və olduqları yeri müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 164). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 24 aprel tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 171-172). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 24 aprel tarixli protokollardan görünür ki, iş üzrə şahidlər Şahid3 və Şahid4 Təqsirləndirilən şəxsla üzləşdirilərkən birincisi və ikincisi ifadələrini təsdiq etmiş, sonuncu isə onların dedikləri ilə razılaşmadığını bildirmişdir (1-ci cild, iş vərəqi 182-187). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 24 aprel tarixli sübutların qiymətləndirilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234.1.-ci, 234.4.1.-ci və 234.4.2.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs aşkar edilərək götürülən bir ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 2.172 qram açıq qəhvəyi rəngli və üzərində «Çiko» yazısı olan bükülüdə təmiz çəkisi 49,940 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı 2.221,54 qram qalığı idarənin növbətçi hissəsinə təhvil verilməsi, bir ədəd CD və bir ədəd CD-R disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işinin ayrılması qərara alınmışdır (1-ci cild, iş vərəqi 193-208 və 210-211). Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə görüntülərini əks etdirən bir ədəd CD diskinə baxışdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 18 yanvar tarixli protokolda göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs bir ədəd qara rəngli sellofan paketə bükülmüş kütləni əynindəki qara rəngli dəri gödəkcənin sağ qoltuqaltından çıxarıb təqdim etməsi müəyyən edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olmaqla heç zaman narkotik vasitə satışı ilə məşğul olmaması, qorxduğuna görə polis əməkdaşlarının ona təqdim etdikləri narkotik vasitəni cibinə qoyub ifadəsində həmin vasitənin ona məxsus olduğunu deməsi barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs bir ədəd qara rəngli sellofan paketə bükülmüş kütləni əynindəki qara rəngli dəri gödəkcənin sağ qoltuqaltından çıxarıb təqdim etməsi kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələri, şahid ifadəsi, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən bir ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 2.172 qram açıq qəhvəyi rəngli və üzərində «Çiko» yazısı olan bükülüdə təmiz çəkisi 49,940 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı cəmi 2.221,54 qram qalığı məhv edilməli, bir ədəd CD və bir ədəd CD-R disklərinin hazırki cinayət işinin materiallarına, bir ədəd «İphone 7» və bir ədəd «X-İnova» markalı mobil telefonların hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 72 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 432 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il yanvarın 18-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il yanvarın 18-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 432 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən bir ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi 2.172 qram açıq qəhvəyi rəngli və üzərində «Çiko» yazısı olan bükülüdə təmiz çəkisi 49,940 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı cəmi 2.221,54 qram qalığı məhv edilsin, bir ədəd CD və bir ədəd CD-R disklərinin hazırki cinayət işinin materiallarına, bir ədəd «İphone 7» və bir ədəd «X-İnova» markalı mobil telefonların hazırki cinayət işindən ayrılmış ********* nömrəli cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1095/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1095/2021
22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver