Məhkəmə qərarları › İş №1(101)-1095/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1095/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1095/2022 24.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1960-cı ildə Naxçıvan Muxtar Respublikası, Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər “Tale yolları” ictimai siyasi qəzetində hüquqşünas vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci Mikrorayon, Abay Kunanbayev küçəsi, Yataqxana 2, ev 72, otaq 401-402 ünvanında qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Qusar Rayon Məhkəməsinin 2013-cü il tarixli qərarı ilə övladlığa götürdüyü bacısı oğlu X1 daşınmaz əmlaka tam həcmdə mülkiyyət hüququnun olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasına köməklik göstərilməsi ilə bağlı Qusar rayon sakini Şahid3 2017-ci ildə özünə müraciəti ilə əlaqədar sonuncuya özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) işləyən vəzifəli şəxslə yaxın münasibətlərinin olduğunu, həmin şəxsin vasitəsilə Seymurxan Əlimətovun daşınmaz əmlaka tam həcmdə mülkiyyət hüququnun olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması imkanına malik olduğunu 2017-ci ilin əvvəllərində Qusar rayonu ərazisində görüşləri zamanı yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Seymurxan Əlimətovun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun 1/6 pay hüququ ilə sahibi olduğu ünvan 1 ünvanında yerləşən 94 kv.m daşınmaz əmlaka sonuncunun tam həcmdə mülkiyyət hüququnun olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasına görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid3 həmin məsələnin müsbət həllinə görə 3.800 manat məbləğində pulun verilməsinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə 2017-ci ilin əvvəllərində ünvan 2 ünvanında yerləşən “Qayı Bulaq” restoranında inandırmaq üçün Şahid3 həmin əmlaka dair ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın əslini və 3.800 (üç min səkkiz yüz) manat pulu götürərək Şahid3 məxsus həmin vəsaiti ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, həmçinin, cinayət əməllərini davam etdirərək, 2017-ci ilin fevral ayında qeyd olunan məsələnin guya yalnız məhkəmə yolu ilə müsbət həll oluna biləcəyini ünvan 2 ünvanında yerləşən “Qayı Bulaq” restoranında Şahid3 bildirib, özünün guya 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində işləyən vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin şəxsin vasitəsilə qeyd edilən məsələ ilə bağlı məhkəmə qərarının alınması imkanına malik olduğunu 2017-ci ilin fevral ayında Qusar rayonu ərazisində görüşləri zamanı ona yalandan deyib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Seymurxan Əlimətovun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun 1/6 pay hüququ ilə sahibi olduğu ünvan 1 ünvanında yerləşən 94 kv.m daşınmaz əmlaka sonuncunun tam həcmdə mülkiyyət hüququnun olmasına dair məhkəmə qərarının alınmasına görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 2017-ci ilin fevral ayında Qusar şəhəri ərazisində yerləşən çayxanada 3.000 (üç min) manat Şahid3 məxsus pul vəsaitini almaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, sonuncunun özünə olan inamını artırmaq və cinayət əməllərini pərdələmək üçün həmin dövrdə Bakı şəhəri 07 saylı Vəkil Bürosunda fəaliyyət göstərən cinayətdən xəbərsiz vəkil Şahid4 ilə tanış edərək sonuncunun 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılacaq iş üzrə nümayəndə kimi iştirak edəcəyini bildirməklə, həmçinin, cinayət əməllərini davam etdirərək, 2019-cu ilin əvvəllərində 2.000 (iki min) manat məbləğində pul vəsaitinin də rüşvət qismində əlavə olaraq eyni niyyətlə verilməsinin zəruri olmasını Şahid3 Qusar rayonu ərazisində görüşləri zaman aldatmaqla bildirərək, onun razılığını almaqla sövdələşib, 2019-cu ilin əvvəllərində ünvan 2 ünvanında yerləşən “Qayı Bulaq” restoranında 2.000 (iki min) manat Şahid3 məxsus pul vəsaitini alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, ümumilikdə qeyd edilən qaydada aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus cəmi 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Seymur Əlimətovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid3 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakini Şahid5 cavabdeh X10 və üçüncü şəxs “Asan-1” Xidmətinə qarşı fərdi yaşayış evinə dair bağışlama müqaviləsinin ləğv olunması, bağışlama müqaviləsinin bağlanıldığı andan yaranan hüquqi aktların və öhdəliklərin etibarsız hesab olunması məzmunlu iddiası əsasında Astara Rayon Məhkəməsində baxılan 2(018)-19/2020 nömrəli mülki iş üzrə sonuncunun xeyrinə qərar qəbul edilməsində köməklik göstərilməsi ilə bağlı Şahid5 2019-cu ilin əvvəllərində özünə müraciəti ilə əlaqədar sonuncuya özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək guya tanışının Astara Rayon Məhkəməsinin sədri ilə yaxın münasibətlərinin olduğunu, həmin şəxsin vasitəsilə Şahid5 iddiası ilə bağlı həmin məhkəmədə baxılan mülki iş üzrə sonuncunun xeyrinə qərar qəbul olunmasına nail olmaq imkanına malik olduğunu 2019-cu ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatının 4-cü mərtəbəsində yerləşən ofisində görüşləri zamanı yalandan bildirib, bu əlaqələrindən istifadə edərək Astara Rayon Məhkəməsinin sədrinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə, yəni ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı həmin mülki iş üzrə onun xeyrinə yekun məhkəmə qərarının qəbul edilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismindəverilməsinin zəruri olmasını aldatmaqla bildirib, bundan sonra Şahid5 özünə olan inamını daha da artırmaq və cinayət əməllərini pərdələmək üçün sonuncunu Bakı şəhəri 7 saylı Vəkil Bürosunda fəaliyyət göstərən cinayətdən xəbərsiz vəkil Şahid4 ilə tanış edib, sonuncu ilə həmin mülki iş üzrə məhkəmədə Şahid5 nümayəndəsi olmasına dair razılaşıb bu barədə bildirərək, Şahid5 ilə Şahid4 arasında xx.xx.2019-cu il tarixli, 314 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlamasına nail olub, Şahid5 həmin məsələnin müsbət həllinə dair ilkin olaraq 1.500 manat məbləğində pulun verilməsinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə xx.xx.2019-cu ildə həmin ofisdə 1.500 (min beş yüz) manat pulu Şahid5 şəxsən alaraq, həmin puldan 900 manatını göstərdiyi hüquqi yardıma və zəruri olan yol xərclərinə görə vəkil Şahid4 verərək sonuncunun həmin mülki iş üzrə məhkəmə proseslərində iştirakına nail olmaqla, qalan 600 (altı yüz) manat pul vəsaitini isə özünün şəxsi ehtiyaclarına sərf edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid5 məxsus 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmiş, Astara Rayon Məhkəməsi və sonradan Şirvan Apellyasiya Məhkəməsində xeyrinə qərar qəbul olunmaması səbəbindən Şahid5 qalan pul vəsaitini verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini ondan almağa nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Quba rayonu, 15-ci məhəllə ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasında köməklik göstərilməsi ilə bağlı 2020-ci ilin yay aylarında cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə Şahid1 özünə etdiyi müraciəti ilə əlaqədar ona özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində işləyən vəzifəli şəxslərlə guya yaxın münasibətlərinin olduğunu, həmin şəxslərin vasitəsilə Şahid1 yaşadığı Quba rayonu, 15-ci məhəllə ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasına nail olmaq imkanına malik olduğunu 2020-ci ilin yay aylarında Quba şəhəri ərazisində yerləşən kafedə görüşləri zamanı Şahid1 yalandan bildirib, bu əlaqələrindən istifadə edərək tanışı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsində işləyən vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni Quba rayonu, 15-ci məhəllə ünvanında yerləşən 0,04 ha torpaq sahəsinə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2020-ci ilin yay aylarında aldatmaqla bildirərək, Şahid1 həmin məsələnin müsbət həllinə dair 1.000 (min) manat məbləğində pulun verilməsinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə 2020-ci ilin yay aylarında Quba şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən “Buta” kafesində inandırmaq üçün Şahid1 həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətini və 1.000 (min) manat pulu şəxsən Şahid1 götürərək, sonuncuya məxsus qeyd olunan pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə, Şahid1 özünə olan inamını artırmaq və cinayət əməllərini pərdələmək məqsədi ilə xx.xx.2020-ci ildə Şahid1 adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun adına Quba şəhəri, 15-ci məhəllə ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin elektron kadastr uçotu sistemində mövcud olub-olmamasına dair məlumat verilməsi ilə bağlı ərizə yazaraq, həmin ərizədə imza qrafasında Şahid1 əvəzindən özü imza edib göndərməsindən sonra qeyd olunan ərizəyə cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru səlahiyyətlərini icra edən cinayətdən xəbərsiz Abdulla Tağıyevin adından ünvanlanmış xx.xx.2020-ci il tarixli **********32 nömrəli cavab məktubunda “qeyd olunan müraciət üzrə işçi qrupu tərəfindən yerində baxılaraq qərar qəbul olunacağı” qeyd olunsa da, 2020-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatının 4-cü mərtəbəsində yerləşən ofisində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru səlahiyyətlərini icra edən Abdulla Tağıyevin adından Şahid1 ünvanlanmış xx.xx.2020-ci il tarixli **********32 nömrəli məktubu zəruri proqramla təmin edilmiş skayner qurğusu vasitəsilə özünə məxsus kompyuterə köçürüb həmin kompyuterdə quraşdırılmış xüsusi proqram vasitəsi ilə məktubun mətnində dəyişiklik edərək rəsmi sənəd olan “müraciətin yerində araşdırılacağı və nəticəsindən asılı olaraq qərar qəbul edəcəyi” hüququ verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci ci il tarixli **********32 nömrəli məktubunun məzmununa bilə-bilə yalan məlumatlar, yəni “Apardığımız araşdırma zamanı müəyyən olunmuşdur ki, müraciətinizə əlavə etdiyiniz döngə nöqtələrinə uyğun Quba şəhəri, 15-ci məhəllə ünvanında yerləşən torpaq sahəsi “X6 X7 öz əksini tapmışdır.” sözlərini qeyd edərək, axımlı rəngli printer vasitəsilə çıxarıb, məktubda “direktoru səlahiyyətlərini icra edən Abdulla Tağıyev” qrafasında sonuncunun imzasını oxşadaraq özü şəxsən imza edib, məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi hüquq verən rəsmi sənəd olan qeyd olunan məktubu istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqdan sonra, cinayətdən xəbərsiz olan Şahid2 vasitəsi ilə Şahid1 təqdim edərək hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, əvvəllər müxtəlif idarə və təşkilatlarda hüquqşünas işləmişdir. O, 2005-ci ildən 2018-ci ilə kimi məhkəmələrdə nümayəndə kimi iştirak etmişdir. O, fiziki şəxs kimi vergi orqanlarında qeydiyyata alınmaqla hüquqşünaslıq fəaliyyəti ilə məşğul olmuşdur. O, ona müraciət edən və ya dostları vasitəsi ilə tanıdığı şəxslərin müraciətləri əsasında hüquqi yardım göstərmişdir. O, müraciət etmiş şəxslərin adından müxtəlif qurumlara müraciətlər ünvanlamış, müvafiq cavablar almış və bunun müqabilində həmin vətəndaşlar ona xidmət haqqı olaraq müəyyən məbləğdə pul vermişlər. O, əsasən Quba, Qusar, Xaçmaz və ətrafda olan yaxın rayonların sakinləri adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər ünvanlamış və gələn cavabları həmin şəxslərə təqdim etmişdir. O, bəzən daxil olan cavabları müxtəlif taksi sürücüləri və ya həmin rayonlarda yaşayan tanışları vasitəsi ilə çatdırmışdır. O, Şahid1 şəxsən tanımır. O, Nərimanla heç vaxt görüşməmişdir. Nərimanla bağlı ondan tanışı Şahid2 xahiş etmişdir. O, Əzizi 2014-cü ildən tanıyır. Əziz onun hüquqşünas olduğunu bilmişdir. Hətta o, bir dəfə Əziz üçün iddia ərizəsi də yazmışdır. O, 2020-ci ilin əvvəlində Əzizlə yenidən görüşdükdə, Əziz ondan nə işlə məşğul olduğunu soruşmuşdur. O da Əzizə hüquqi yardımla məşğul olduğunu demişdir. Əziz ona torpaq məsələləri ilə bağlı bəzi vətəndaşların Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək mülkiyyətlərində olan torpaq sahələrinə dair «X6 X12»ndə olan məlumatların verilməsini istədiklərini, lakin vətəndaşların sorğuları yaza bilmədiklərini bildirmişdir. O, Əzizə lazımi sorğuları yaza biləcəyini, vətəndaşların bu məqsədlə ona etibarnamə verməli olduqlarını demiş və öz şəxsiyyət vəsiqəsinin surətini Əzizə vermişdir. Bundan sonra 2020-ci ilin yay aylarında o, Əzizin xahişi ilə 4 (dörd) nəfər şəxsin adına sorğuları "xxxx" MMC-yə yazmışdır. O, Əzizin xahişi ilə Şahid1, Əzizin qardaşı Azad Seyidov, soyadlarını xatırlamadığı Elşən və Aydın adlı şəxslərin adlarına sorğular yazmışdır. O, sorğuları yazmamışdan əvvəl, yəni 2020-ci ilin iyul ayında Quba rayonuna gedərək Əzizlə «Buta» kafesində görüşmüşdür. Həmin vaxt Əzizin yanında onun tanımadığı başqa şəxslər də olmuşdur. Əziz ona 200 manat pul və həmin şəxslərin adlarına olan torpağa dair müvafiq sənədlərin surətlərini vermişdir. Bundan sonra o, həmin şəxslərin adlarına sorğular yazmışdır. Bu sorğuların cavabları müxtəlif vaxtlarda verilmişdir. O, Nərimanın və digər şəxslərin adlarına olan cavabları Quba rayon sakini olan tanışı Rauf Cənabzadəyə verərək sonuncudan həmin sənədləri Şahid2 çatdırmasını xahiş etmişdir. O, Nərimanın adına olan sənədi saxtalaşdırmamışdır. Həmin sənədin kimin tərəfindən saxtalaşdırılması barədə onun heç bir məlumatı olmamışdır. O, heç bir sənədi saxtalaşdırmamışdır. Onun işi vətəndaşların müraciətinə əsasən müxtəlif sorğular yazaraq dövlət orqanlarından cavabları alıb vətəndaşlara təqdim etməkdən ibarət olmuşdur. O, Şahid1 heç vaxt 1.000 manat almamışdır. Lakin o, Nərimana 1.000 manat ödəmişdir. O, həmin pulu ona görə ödəmişdir ki, tanıdığı şəxslər arasında adının ləkələnməsini istəməmişdir. Bundan başqa, o, 2016-cı ildə Qusar rayonu ərazisində «Qayı Bulaq» restoranında olarkən Şahid3 ilə tanış olmuşdur. Sonradan onların arasında normal münasibətlər yaranmışdır. O, Şahid3 hüquqşünas olduğunu bildirmişdir. O, Zahirdən müxtəlif vaxtlarda ümumilikdə 8.800 manat məbləğində borc almışdır. Sonradan da o, həmin borcu tam şəkildə qaytarmışdır. Eyni zamanda Zahirin bacısı oğlunun evlə bağlı problemi olmuşdur. O, hüquqşünas kimi zahirin bacısı oğluna həmin problemlə bağlı məsələhət vermişdir. O, Zahirdən özü üçün borc almışdır. Onun Zahirdən aldığı 8.800 manat pulun ev mübahisəsi ilə əlaqəsi olmamışdır. O, hələ istintaq zamanı Zahirdən aldığı pulu tam şəkildə sonuncuya qaytarmışdır. O, Şahid5 2019-cu ildə tanımışdır. Şahid5 Astara Rayon Məhkəməsində mülki mübahisəsi olmuşdur. Buna görə də o, dostlarının xahişinə əsasən Sevincə köməklik etmək məqsədi ilə Sevinc Məmədova ilə tanış olaraq görüşmüşdür. Sevinc ona atasının adına olan əmlakla bağlı məhkəmə mübahisəsinin getdiyini deyərək bu işdə köməklik etməyini xahiş etmişdir. O, Sevinclə danışdıqdan sonra bu işə görə xidmət haqqı kimi pul tələb olunacağını demişdir. Sevinc də ona 1.500 manat pula imkanı çatdığını bildirmişdir. O da bununla razılaşmış və bundan sonra Sevinclə işlədiyi ofisdə görüşmüşdür. Həmin vaxt o, Sevincdən 1.500 manat pul götürmüşdür. Həmin görüşdə o, Sevincə özünün vəkil olmadığını və ona görə də məhkəmə proseslərinə çıxa bilmədiyini demişdir. Həmçinin o, Sevinci vəkil olan dostu Şahid4 ilə tanış etmişdir. X20 ilə müqavilə bağlamış və müəyyən məbləğdə pulu vəkil qurumunun kassasına ödəmişdir. Mehdi də vəkil orderi əsasında Astara Rayon Məhkəməsində başlayan mülki işə qoşulmuşdur. Lakin Mehdi işə qoşulsa da məhkəmə Sevincin əleyhinə qərar qəbul etmişdir. Bundan sonra apellyasiya şikayəti verilmişdir. Lakin apellyasiya məhkəməsi də Sevincin ziyanına qərar çıxarmışdır. Bundan Sevinc narazı qalaraq verdiyi pulu tələb etməyə başlamışdır. Sevincin ona verdiyi 1.500 manat pulun 600 manatı onda qalmışdır. O, qalan 900 manatı isə Mehdiyə vermişdir ki, Mehdi məhkəməyə gedib-gəlsin və Sevincə hüquqi yardım göstərsin. Sevinc ondan pulu tələb etdikdə, o, özündə qalan 600 manatı Sevincə qaytarmış, qalan 900 manatın da Mehdidə olduğunu və həmin pulu Mehdinin qaytaracağını bildirmişdir. Sonra Mehdi 900 manat pulu Sevincə tam şəkildə qaytarmışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona irəli sürülmüş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2013cü ildə Quba rayonu, 15-ci məhəllədə ümumi sahəsi təxminən 11 sot olan torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən evi almışdır. Həmin torpaq sahəsinin 7 sot hissəsinin çıxarışı olmuşdur. Lakin qalan 4 sot torpağın çıxarışı olmamışdır. O, Təqsirləndirilən şəxs 2020-ci ilin yay aylarında tanımış və bundan sonra onların arasında dostluq münasibətləri yaranmışdır. Onu Orucəli ilə dostu, Quba rayon sakini Şahid2 tanış etmişdir. Belə ki, o, yaşadığı evin həyətyanı torpaq sahəsi ilə yanaşı olan 4 sot torpaq sahəsinə dair sənəd almaq istəmişdir. Buna görə də o, bu işlə məşğul olan tanış axtarmışdır. 2020-ci ilin yay aylarında o, Quba şəhərində yerləşən “Buta” kafesində oturduğu zaman bələdiyyə sədri olan Əzizə bu barədə müraciət etmişdir. Həmin vaxt Əzizin yanında olan şəxs ona bu işlərlə məşğul olduğunu bildirərək köməklik edəcəyini demişdir. Həmin şəxs Təqsirləndirilən şəxs olmuşdur. Əziz Orucəlini ona təqdim edərkən Orucəlinin hüquqşünas olduğunu və sənədləşmə işi ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs mütəmadi olaraq Alpan bələdiyyəsinin sədri Şahid2la birlikdə görmüşdür. Onlar mütəmadi olaraq torpaq məsələlərinin həll edilməsi barədə müzakirələr aparmışlar. O, Orucəlidən ona köməklik etməsini xahiş etmişdir. Orucəli də ona köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o, Orucəli ilə söhbət edərək torpağa dair sənəd almaq istədiyini izah etmişdir. Orucəli də onun 2.000 manat hörmət etdiyi halda bu işdə ona köməklik edəcəyini demişdir. Orucəli ondan həmin pulu zəhmət haqqı kimi istəmişdir. Lakin o, Orucəliyə imkanı olmadığını və nəticədə 2.000 manat verə bilməyəcəyini demişdir. Bundan sonra onlar 1.000 manat pula dair razılıq əldə emtişlər. Bu söhbətdən bir ay sonra o, Orucəli və Əzizlə yenidən “Buta” kafesində görüşərək Orucəliyə yaşadığı evə dair çıxarışın və texniki pasportun surətini vermişdir. Orucəli onun adından sənədlərlə işləməsi və sorğular verməsi üçün etibarnamə verməyini bildirmişdir. Lakin həmin gün onun Orucəliyə etibarnamə verməsi alınmamışdır. Təxminən 2020-ci ilin iyul ayının sonlarında o, Quba rayonunda yerləşən “Buta” kafesində Təqsirləndirilən şəxs 1.000 manat pul vermişdir. O, Orucəliyə pulu verən zaman sonuncunun yanında tanımadığı bir şəxs və Alpan bələdiyyəsinin sədri Şahid2 olmuşdur. Orucəli ondan pulu alsa da, verdiyi vədi yerinə yetirməmiş, yəni 4 sot torpağa dair heç bir çıxarış almamışdır. Sonra o, Orucəlidən verdiyi pulu tələb etməyə başlamışdır. Lakin Orucəli pulu qaytarmamaq üçün müxtəlif bəhanələr uydurmağa başlamışdır. O, həmin vaxt başa düşmüşdür ki, Orucəli onu aldatmışdır. Bundan sonra o, pulu geri tələb etmək üçün Orucəlidən şikayət etmişdir. O, şikayət etdikdən sonra Orucəli onun pulunu tam şəkildə geri qaytarmışdır. Ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Onun Orucəliyə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2000-ci ildən bələdiyyə seçkilərində iştirak etmişdir. Sonradan isə o, Quba rayonunda Kürkün kəndinin bələdiyyə sədri seçilmişdir. O, 2019-cu ilin sonunda keçirilən seçkilərdə iştirak edərək Quba rayonunun Alpan bələdiyyəsinin sədri seçilmiş və hazırda da həmin bələdiyyədə sədr vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs təxminən 5 il olar ki, tanıyır. O, Orucəli ilə Quba rayonu, Uzun Meşə kəndində toy məclisində tanış olmuşdur. Orucəli ona özünü hüquqşünas kimi təqdim edərək Bakı şəhərində nəşriyyat sektorunda hüquqşünas kimi fəaliyyət göstərdiyini bildirmişdir. Bundan sonra onların arasında münasibətlər yaranmışdır. O, 2020-ci ilin yay aylarında Quba şəhərində fəaliyyət göstərən “Buta” kafesində olarkən Təqsirləndirilən şəxsla birlikdə çay içib torpaq məsələlərini müzakirə etmişdir. Həmin vaxt onun tanışı Şahid1 ona yaxınlaşaraq özünə məxsus həyətə bitişik olan 4 sot torpaq sahəsinə dair çıxarış almaq istədiyini, lakin hara müraciət etməli olduğunu bilmədiyini demişdir. O, Nərimana Orucəlini təqdim edərək sonuncunun hüquqşünas olduğunu, bu cür işlərlə bağlı məsləhətlər verə biləcəyini demişdir. Bundan sonra Nəriman özü Orucəli ilə danışmağa başlamışdır. Sonra isə Orucəli öz mobil telefon nömrəsini Nərimana vermişdir. Orucəli Nərimana həmin 4 sot torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsində köməklik edəcəyini bildirmişdir. Orucəli Nərimana Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tanışının işlədiyini, həmin şəxsin vasitəsi ilə bu işi həll edəcəyini desə də, o, Orucəlinin Nərimandan nə qədər pul istədiyini dəqiq xatırlamır. Lakin o, Nərimanla Orucəlinin 1.000 manata razılaşdıqlarını xatırlayır. Təxminən bir aydan sonra o, yenidən Orucəli ilə Quba şəhərində fəaliyyət göstərən “Buta” kafesində olarkən Nəriman həmin kafeyə gələrək Orucəli ilə görüşmüşdür. Həmin vaxt Nəriman Orucəliyə şəxsiyyət vəsiqəsinin və çıxarışının surətini, eləcə də 1.000 manat pul vermişdir. Orucəli isə Nərimana bu məsələni tez bir zamanda həll edəcəyinə dair söz vermişdir. Sonradan, yəni 2020-ci ilin noyabr-dekabr aylarında Nəriman onunla danışaraq Orucəlinin Nərimana heç bir sənəd vermədiyini deyərək, bu işlə maraqlanmağı ondan xahiş etmişdir. O da Orucəliyə zəng edərək Nərimanın işini həll etməsini demişdir. 2020-ci ilin dekabr ayında Orucəli Rauf adlı şəxsin vasitəsi ilə Nərimanın adına tərtib olunmuş məktubu ona göndərmişdir. O, həmin məktubu oxumadan Nərimana vermişdir. Sonradan o, Nərimanın sözlərindən Orucəlinin sonuncuya saxta sənəd verdiyini bilmişdir. Orucəlinin qanunsuz əməllərindən onun məlumatı olmamışdır. O, Orucəlinin saxta sənəd hazırlamasını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X4 onun mərhum bacısı Rəvanə Məmmədovanın oğludur. Onun bacısı vəfat etdikdən sonra Seymurxanın atası İldırım Məmmədov da vəfat etmişdir. Bundan sonra o, bacısı oğlu Seymurxanı 2013-cü ildə övladlığa götürmüşdür. Seymurxanın rəhmətlik atası İldırım Məmmədov hərbçi olduğundan İldırıma dövlət tərəfindən 94 kv.m-dən ibarət yaşayış sahəsi verilmişdir. Həmin evin çıxarışı 2013-cü ildə verilmişdir. Bu çıxarışa əsasən ev X1 adına rəsmiləşdirilmişdir. Lakin həmin evin üzərində digər şəxslərin də paylı mülkiyyət hüququ olmuşdur. Belə ki, həmin ev X16, X8, Məmmədov Əli İldırımoviç, X11, X4 və X5 1/6 paylı mülkiyyət hüququ üzrə məxsus olmuşdur. Eyni zamanda həmin evlə yanaşı, həyətyanı torpaq sahəsi də verilmişdir. Lakin torpaq sahəsinə dair çıxarış mövcud olmamışdır. O, həmin torpaq sahəsinə çıxarış almaq istəmişdir. Eyni zamanda o, həmin evin tam şəkildə Seymurxanın adına rəsmiləşdirilməsini istəmişdir. Təxminən 2017-ci ildə o, Qusar rayonunda fəaliyyət göstərən restoranların birində təsadüfən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Orucəli özünü ona hüquqşünas kimi təqdim etmiş və onunla söhbətində Seymurxanın paylı mülkiyyətində olan evin həyətyanı sahəsinin rəsmiləşdirilməsində köməklik edə biləcəyini bildirmişdir. Orucəli hüquqşünas olduğuna görə belə işlərdən yaxşı başı çıxdığını ona bildirmiş və edəcəyi köməkliyə görə əvvəlcə ondan 5.000 manat pul istəmişdir. O, Orucəliyə imkanının zəif olduğunu bildirərək həmin məbləğdə pulu olmadığını bildirmişdir. Lakin sonradan o, Orucəliyə 3.800 manat pul verə biləcəyini demişdir. Bundan sonra təxminən 2017-ci ilin əvvəllərində o, Qusar rayonu ərazisində yerləşən “Qayı Bulaq” restoranında Orucəli ilə görüşərək sonuncuya 3.800 manat pul vermişdir. Həmçinin o, Orucəliyə Seymurxanın paylı mülkiyyətində olan evə dair çıxarışın əslini vermişdir. Bundan bir müddət sonra, yəni 2017-ci ilin fevral ayında Orucəli yenidən onunla əlaqə saxlayaraq əlavə olaraq ondan 3.000 manat pul istəmişdir. O, artıq 3.800 manat verdiyindən və həmin pulun batmasını istəmədiyindən, ən əsası isə işinin alınması məqsədi ilə 2017-ci ilin fevral ayında Orucəli ilə Qusar şəhərində yerləşən çayxanada görüşərək Orucəliyə əlavə olaraq 3.000 manat pul vermişdir. O, Orucəliyə pulu həmişə təklikdə vermişdir. Bundan sonra Orucəli Rəsluov onu vəkil Şahid4 ilə tanış edərək Mehdinin vəkil olduğunu və onun işində vəkillik edəcəyini bildirmişdir. Sonra o, Mehdi ilə notariusda müqavilə bağlamış və bunun üçün 100 manat pulu kassaya rəsmi qaydada ödəmişdir. Bir müddətdən sonra, təxminən 2019-cu ilin əvvəllərində Orucəli yenidən onunla əlaqə saxlayaraq, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən sənəd alınması üçün əlavə olaraq 3.000 manat pul lazım olduğunu bildirmişdir. O da Orucəliyə maddi imkanının zəif olduğunu deyərək Orucəliyə 2.000 manat pul verə biləcəyini demişdir. Həmin vaxta kimi Orucəli onun etibarını qazandığı üçün o, Orucəlinin sözlərinə inanmışdır. Ona görə də o, Orucəli ilə 2019-cu ilin əvvəllərində yenidən Qusar şəhərində görüşərək Orucəliyə 2.000 manat pul vermişdir. Bu dəfə də o, pulu Orucəliyə təklikdə vermişdir. Bundan sonra Orucəli ona yaxın müddətdə Seymurxan Əlimətovun adına həyətyanı torpaq sahəsinə çıxarış alacağını bildirmişdir. Təqsirləndirilən şəxs ondan ümumilikdə 8.800 manat pul alsa da, verdiyi vədi yerinə yetirməyərək torpaq sahəsinə dair çıxarışı ala bilməmişdir. Sonra o, verdiyi pulu Orucəlidən tələb etmişdir. Təqsirləndirilən şəxs da sonradan ondan aldığı pulu tam şəkildə ona geri qaytarmışdır. Ona vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. O, bu barədə müstəntiqə də demişdir. O, dəfələrlə ibtidai istintaq orqanına Təqsirləndirilən şəxs ondan aldığı pulu tam şəkildə qaytardığını bildirmişdir. Lakin müstəntiq onun həmin müraciətlərinə məhəl qoymamışdır. Orucəli ondan aldığı pulu tam şəkildə geri qaytarmışdır. Onun Orucəliyə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 1995-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olur və Vəkillər Kollegiyasının üzvüdür. O, 2007-ci ildən 2017ci ilə kimi 11 saylı Vəkil Bürosunda, 2017-ci ildən 2019-cu ilə kimi 07 saylı Vəkil Bürosunda işləmişdir. 2019-cu ildən isə hazıradək o, 20 saylı Vəkil Bürosunda işləyir. O, 2013-cü ildən Təqsirləndirilən şəxs tanıyır. O, Orucəli ilə hüquqi məsələnin müzakirəsi zamanı tanış olmuşdur. Orucəli hüquqi məsləhət almaq almaq üçün vəkil kimi ona müraciət etmişdir. Sonradan onların arasında münasibətlər yaranmışdır. Orucəli “Tale Yolları” İctimai Siyasi qəzetində hüquqşünas işləsə də, eyni zamanda hüquqşünas kimi vətəndaşlara xidmət göstərmiş, eləcə də Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Azərbaycan” nəşriyyatının binasının 4-cü mərtəbəsindəki ofisdə işləmişdir. O, arada Orucəli ilə bir otaqda vəkil kimi fəaliyyət göstərmişdir. Lakin sonradan o, orada vəkil kimi fəaliyyət göstərməsinin alınmadığını görərək hərdən-bir həmin ofisə gedib-gəlmişdir. O, Şahid3 Təqsirləndirilən şəxs görə təxminən 2017-2018-ci illərdə tanımışdır. Şahid3 Bakı İnzibati Məhkəməsində mülki işi olmuşdur. Təqsirləndirilən şəxs ondan Şahid3 işində köməklik etməsini xahiş etmişdir. O da Şahid3la müqavilə bağlayaraq əvvəlcə Bakı İnzibati Məhkəməsində, sonra isə yeni müqavilə bağlayaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsində işə çıxmışdır. Şahid3 ona xidmət haqqı olaraq hər iki müqavilə üzrə təxminən 400-500 manat pulu onun işlədiyi Vəkil Bürosunun hesabına ödəmişdir. Şahid3 bundan başqa ona pul verməmişdir. O, Bakı İnzibati Məhkəməsində keçirilmiş 2-3 iclasda iştirak etmiş, sonra həmin iş aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsində isə Şahid3 işi baxılmamış saxlanılmışdır. Bundan sonra o, bu işlə maraqlanmamışdır. Təqsirləndirilən şəxs Şahid3 8.800 manat pul almasından onun məlumatı olmamışdır. Orucəli bu barədə ona heç nə deməmişdir. Orucəlinin Şahid3la yaxşı münasibətləri olmuşdur. Orucəli tez-tez Qusar rayonuna gedib-gəlmişdir. Orucəli və ya Zahir ona 800 manat pul verməmişlər. Zahir ancaq onunla müqavilə bağlayaraq Vəkil Bürosunun kassasına ödəniş etmişdir. O, Orucəlinin ofisində axtarış aparılandan sonra Orucəlinin sözlərindən Şahid3 Orucəlidən şikayət etdiyini bilmişdir. Orucəli ona Şahid3 pulunu geri qaytardığını desə də, o, Orucəlinin Zahirin pulunu qaytarmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs onun yanında Zahirdən pul almamış, nə də ki, onun yanında Zahirə pul qaytarmamışdır. X2 pul almasından onun məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır. O, Təqsirləndirilən şəxs hüquqşünas kimi tanımışdır. Belə ki, onun Astara Rayon Məhkəməsində mülki işi olmuşdur. O, həmin mülki iş üzrə iddiaçı olmuşur. O, işi ilə əlaqədar vəkil axtarmağa başlamışdır. 2019-cu ildə o, dostu olan Zahid vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. Zahid Orucəlini ona hüquqşünas kimi təqdim etmişdir. Sonra o, Orucəlinin iş yerində sonuncu ilə görüşmüşdür. Orucəli ona məhkəmə işində hüquqi yardım göstərəcəyini, yəni köməklik edəcəyini bildirmişdir. Bu iş üçün Orucəli ondan 3.000 manat pul istəmişdir. Lakin onun bu məbləğə imkanı çatmamışdır. Sonra onlar razılaşmışlar və o, 1.500 manat pulu Orucəliyə ödəməyə razılıq vermişdir. Lakin həmin vaxt o, Orucəliyə pul verməmişdir. Sonra Orucəli onu Mehdi adlı vəkil ilə tanış edərək demişdir ki, Orucəli özü ona şifahi məsələhətlər verəcək, Mehdi isə ona məhkəmədə köməklik edəcək. O da buna etiraz etməmişdir. Həmçinin Orucəli ona özünün vəkil olmadığını, buna görə də məhkəmədə iştirak edə bilməyəcəyini bildirmişdir. Sonra o, Mehdinin işlədiyi vəkil ofisinə gedərək orada müqavilə bağlamış və vəkil xidmətinə görə təxminən 250 manat pulu həmin ofisin kassasına ödəmişdir. Təxminən 2019-cu ilin dekabr ayında o, 1.500 manat pulu ximdət haqqı kimi Orucəliyə vermişdir. O, 1.500 manat pulu Orucəliyə yenidən sonuncunun işlədiyi ofisə gedərək orada vermişdir. Həmin vaxt Orucəli ofisdə tək olmuşdur. Bundan sonra vəkil Şahid4 onun mülki işi ilə bağlı 1-2 dəfə Astara Rayon Məhkəməsinə getmişdir. Lakin o, məhkəmədə olan işi uduzmuşdur. O, bu barədə Orucəliyə demişdir. Orucəli ona apellyasiya məhkəməsində onun xeyrinə qərar qəbul ediləcəyini demişdir. O da Orucəliyə inanaraq apellyasiya məhkəməsinə şikayət vermişdir. Lakin o, apellyasiya məhkəməsində də işi uduzmuşdur. Bundan sonra o, pulunu Orucəlidən tələb etməyə başlamışdır. Lakin Orucəli hər şeyin hüquqi müstəvidə həll olunduğunu demişdir. Orucəli pulu ona qaytarmaqdan imtina etməmiş və ondan vaxt istəmişdir. Təxminən 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək 600 manat pulu ona vermişdir. Orucəli ona qalan pulun da Mehdidə olduğunu və həmin pulu Mehdinin ona qaytaracağına dair söz vermişdir. Bir müddətdən sonra isə Mehdi ona 900 manat pulu geri qaytarmışdır. O, Təqsirləndirilən şəxsla barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2016-cı il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətindən (cild 3, iş vərəqə 93) görünür ki, Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesində yerləşən 3 saylı evin 1/6 hissəsi X1 mülkiyyətindədir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən (cild 3, iş vərəqə 91) görünür ki, Şahid3 2 (iki) il müddətinə Təqsirləndirilən şəxs səlahiyyətli nümayəndəsi olmaq məqsədi ilə etibarnamə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli hüquqi yardım göstərilməsi barədə müqavilənin surətindən (cild 3, iş vərəqə 200-201) görünür ki, Şahid3 ilə 07 saylı Vəkil Bürosu arasında 158 saylı müqavilə bağlanmış, müqavilə şərtlərinə görə vəkil qismində çıxış edən Şahid4 110 manat haqq müqabilində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli hüquqi yardım göstərilməsi barədə müqavilənin surətindən (cild 3, iş vərəqə 203-204) görünür ki, Şahid5 ilə 07 saylı Vəkil Bürosu arasında 314 saylı müqavilə bağlanmış, müqavilə şərtlərinə görə vəkil qismində çıxış edən Şahid4 110 manat haqq müqabilində Astara Rayon Məhkəməsində hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli hüquqi yardım göstərilməsi barədə müqavilənin surətindən (cild 3, iş vərəqə 209-210) görünür ki, Şahid5 ilə 20 saylı Vəkil Bürosu arasında 1438 saylı müqavilə bağlanmış, müqavilə şərtlərinə görə vəkil qismində çıxış edən Şahid4 90 manat haqq müqabilində Azərbaycan Respublikası Ali Məhkəməsində hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli hüquqi yardım göstərilməsi barədə müqavilənin surətindən (cild 3, iş vərəqə 206-207) görünür ki, Şahid5 ilə 20 saylı Vəkil Bürosu arasında 1007 saylı müqavilə bağlanmış, müqavilə şərtlərinə görə vəkil qismində çıxış edən Şahid4 169 manat haqq müqabilində Şirvan Apellyasiya Məhkəməsində hüquqi yardım göstərməyi öhdəsinə götürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********30 nömrəli məktubundan (cild 1, iş vərəqə 15-16) görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində olan "xxxx" MMC tərəfindən Quba rayon sakini Şahid1 ünvanlanmış məktubun arxivdə saxlanılan nüsxəsi ilə Şahid1 özündə olan nüsxəsi arasında məzmun fərqliliyinin olması müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 4-5) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə cinayət işi başlanmış və cinayət işinin başlanmasına səbəb Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə etdiyi müraciəti olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 2, iş vərəqə 211-213) görünür ki, həmin gün Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung Galaxy A 10” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı Şahid5 məxsus ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs mobil nömrəsinə xx.xx.2022-ci il tarixdə, saat 16:37-də «Mən o video ilə bütün yerlərə gedəcəm. Mən Sizin iş yeri üzrə gedəcəm. Məndən günah getdi. Daha ikiniz də bu mənə etdiyiniz hərəkətə görə cavab verəcəksiniz. Bu qədər» məzmunlu mesaj göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli teleqramdan (cild 2, iş vərəqə 243) görünür ki, Şahid1 ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ona vurduğu ziyana görə 1.000 (min) manat pul qaytardığını, nəticədə onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022 il tarixli izahatdan (cild 3, iş vərəqə 152-154) görünür ki, Şahid3 ibtidai istintaq orqanına müraciət edərək onun Təqsirləndirilən şəxs borc kimi verdiyi 8.800 manatın Təqsirləndirilən şəxs tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli teleqramdan (cild 3, iş vərəqə 133) görünür ki, Şahid3 ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ondan aldığı pulu tam şəkildə geri qaytardığını, onun Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 16) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022 il tarixli ərizədən (cild 3, iş vərəqə 165) görünür ki, Şahid5 ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ondan 1.500 manat aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 3, iş vərəqə 81-83) görünür ki, Təqsirləndirilən şəxs fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan Nəşriyyatı”, 4-cü mərtəbədə yerləşən ofisə baxış keçirilmiş və baxış zamanı X1 adına olan ünvan 8 ünvanında yerləşən 94 kv.m-dən ibarət daşınmaz əmlaka dair ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun əslləri aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 4, iş vərəqə 133-140) görünür ki, xx.xx.2020ci il tarixdə, saat 19:59-da Şahid1 məxsus ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəyə zəng daxil olaraq 40 saniyə, xx.xx.2020-ci il tarixdə, saat 12:12-də isə ***-***-**-** mobil nömrədən 070- 586-38-43 mobil nömrəyə zəng daxil olaraq 26 saniyə müddətində danışıq aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 4, iş vərəqə 141-169) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 178.2.4, 32.4,312.1 və 320.1-ci maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb edilməsi, həmin maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi, xx.xx.2020-ci il tarixli **********32 nömrəli məktubun və 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 4, iş vərəqə 173-178) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 178.2.4, 32.4,312.1 və 320.1-ci maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 4, iş vərəqə 197-200) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən (cild 5, iş vərəqə 42) görünür ki, Şahid5 1.500 manat məbləğində vurulmuş ziyan tam şəkildə qaytarılmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş tibbi xidmətə göndəriş vərəqəsindən (cild 5, iş vərəqə 50) görünür ki, Təqsirləndirilən şəxs səhhətində (ürəyində) problem var, Akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutu tərəfindən verilmiş tibbi göstərişə əsasən ona “sinus taxikardiyası və miokardın metabolik dəyişikliklər” diaqnozu ilə tibb müəssisəsinə göndəriş verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X9 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsinimüəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər, o cümlədən irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Şahid3 məxsus 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 yaxın qohumu olan Seymur Əlimətovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid3 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, Şahid5 3.000 (üç min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, lakin Şahid5 qalan pul vəsaitini verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini Şahid5 almağa nail olmayaraq, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid5 məxsus 1.500 (min beş yüz) manat məbləğində pul vəsaitini xx.xx.2019-cu il tarixdə ələ keçirməklə təkrarən dələduzluq yolu ilə 3.000 (üç min) manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etmişdir. Həmçinin o, məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırladıqdan sonra, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 1.000 (bir min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqında dindirilmiş şahid ifadələri, cinayət işinə əlavə edilmiş çoxsaylı mötəbər sübutlar, o cümlədən dələduzluq yolu ilə ələ keçirilmiş pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsi barədə qəbzlər və pulların geri qaytarılması barədə sair sənədlər əsasında onun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin zəruri tərkib əlamətlərinin olması tam şəkildə təsdiqini tapmışdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndinə əsasən, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən - ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Cinayət hüququ nəzəriyyəsinə görə: təhrikçi öz fəaliyyəti ilə başqasında cinayət törətmək qətiyyəti yaradan şəxsdir. Təhrikçilik başqa şəxsdən cinayət törətməyə sövq edən hərəkətlərin bilavasitə edilməsini tələb edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır və onun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə tövsif olunmalıdır. Eyni zamanda qeyd edilən cinayət hadisəsi həqiqətən baş vermiş və yuxarıda göstərilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin qeyd edilən cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri Şahid5 aid hissədə başa çatmamış cinayətdir, digər iki şəxsə qarşı törədilmiş cinayətlər isə ayrı-ayrılıqda başa çatmış cinayətlərdir. Bundan başqa, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var. Lakin məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs iş üzrə şahid qismində çıxış edən Şahid5 3.000 manat pulu 2019-cu ilin yanvar ayının əvvəlində istəsə də, 1.500 manat pulu xx.xx.2019-cu il tarixdə dələduzluq yolu ilə alaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs Şahid5 ilə bağlı epizod üzrə əməli müstəqil şəkildə böyük ictimai təhlükə törətməyən cinayət əməlini təşkil etdiyindən və həmin əməlin törədildiyin gündən Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Şahid5 ilə bağlı epizod üzrə, yəni Cinayət Məcəlləsinin 29,178.2.2ci maddəsi ilə təqsirli bilinməli, lakin həmin əmələ görə ona cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Göstərilən hüquqi mövqedən aydın olur ki, hər bir şəxsin törətmiş olduğu əməl (epizod) üzrə məsuliyyətə cəlb etmə müddəti ayrı-ayrılıqda hesablanmalıdır. Odur ki, Şahid5 ilə bağlı epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsi üzrə cəza təyin edilməməlidir. Digər epizodlarla bağlı isə məhkəmə qeyd edir ki, Şahid1 qarşı Təqsirləndirilən şəxs törətmiş olduğu əməl də böyük ictimai təhlükə törətməyən cinayət hesab olunsa da, Təqsirləndirilən şəxs Şahid1 məxsus 1.000 manat pulu 2020-ci ilin yay aylarında ələ keçirmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Şahid1la bağlı epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Şahid3 qarşı törədilmiş əməl isə az ağır cinayət hesab olunduğundan məhkəmə belə nəticəyə gəlir ki, bu epizodla da bağlı cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən (Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsi istisna olmaqla) və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşlı, ali təhsilli və evli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, hər bir şəxsə vurduğu ziyanı tam şəkildə ödəməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hər bir şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməli, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələrinin sanksiyası həddində cinayətlərin məcmusu qaydasında ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsi üzrə isə ona cəza təyin edilməməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələri, yəni iş üzrə şahid qismində çıxış edən şəxslərə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, habelə təqsirləndirilən şəxsin yaşlı, ali təhsilli və evli olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, xəstəlikdən əziyyət çəkməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi ona mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsi və onun ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək qəti azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarətinə altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərək qeyd edir ki, iş üzrə maddi sübut qismində çıxış edən xx.xx.2020-ci il tarixli **********32 nömrəli məktub və 1 (bir) ədəd disk hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2-ci maddəsi üzrə cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan xx.xx.2020-ci il tarixli **********32 nömrəli məktub və 1 (bir) ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar