Məhkəmə qərarları › İş №1(101)-1095/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1095/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1095/2024 10.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X3 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixiotrop maddə əldə etmiş, üzərində saxlamaqla daşımış və yaşadığı ünvanda saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda, istintaqa “Baba” adı ilə məlum olan İran İslam Respublikası vətəndaşından külli miqdarda, yəni 1.216,964 qram (1 kq 216,964 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda, yəni, 15,005 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi əldə edib, daşımaqla üzərində və yaşadığı evdə saxlamış, 16 may 2023-cü il tarixdə səhər saatlarında saat 11.10-da Suraxanı RPİ-nin CAŞ-nin və NMB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsində şübhəli olduğu üçün ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nə gətirilərək, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,499 qram, 1,203 qram, 2,518 qram 1,905 qram, 1,240 qram 1,944 qram, ümumi təmiz çəkisi 10,309 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,379 ağ rəngli kristal maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində heroin izləri olan gümüşü-qara rəngli elektron tərəzi aşkar edilərək götürülməsi və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi 51-də yerləşən fərdi yaşayış evinə 15:10-dan 15:40-a kimi baxış keçirilən zamanı həmin evdən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,152 qram, 2,284 qram, 0,989 qram, 0,230 qram qəhvəyi rəngli maddələr, ümumi təmiz çəkisi 6,655 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin 01 (bir) ədəd bükümdə təmiz çəkiləri 14,626 qram ağ rəngli kristal maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin bağlamada təmiz çəkisi 1200 qram (1 kq 200 qr) qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin istifadəçisidir, narkoman xəstədir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman o, evində olmuş, onu evdən tutub aparmışlar. Beləki, anası evdən çıxandan sonra səhər saat 9-10 radələrində polis əməkdaşları evə “basqın” etmiş, onu tutub polis idarəsinə aparmışlar. İdarədə ona işgəncələr verərək ona məxsus olmayan narkotik vasitələri boynuna götürməyə məcbur etmişlər, o da təzyiqlərə dözməyərək polis əməkdaşlarının tapşırığını yerinə yetirmiş, ona məxsus olmayan narkotik vasitəni üzərinə götürmüşdür. Şəxsi axtarış zamanı evdə də narkotik vasitə olduğunu bildirmiş, bunu deməkdə məqsədi onu evə aparan zaman anasının və qonşularının onu görməsi və ona bir köməklərinin dəyməsinə ümid etməsi olmuşdur. Lakin evə gedən sonra polis əməkdaşları onun gözünün qarşısında evə 1 kq narkotik vasitə yerləşdirmiş, bütün bunları ona təyin olunmuş müdafiəçi görmüşdür. O, müdafiəçidən də şikayət etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, saxlanılan zaman yatmış vəziyyətdə olmuş, evdə stolun üstündə ona məxsus 1 qram narkotik vasitə olmuş, polis əməkdaşları həmin maddəni də götümüşlər. O, təxminən 3-4 il olar ki, “kakos” adı ilə tanıdığı narkotik vasitədən hər gün istifadə edir. Saxlanılan zaman evdə başqa adam olmamış, polis əməkdaşları evə hasardan tullanaraq girmişlər. O, onu saxlayan polis əməkdaşlarını üzdən tanımışdır. Həmin şəxslərin adı Siyavuş, Həbib və Ceyhun olmuşdur. Polis əməkdaşları gələn zaman narkotik vasitə evdə-stolun üzərində olmuş, belə ki, həmin vaxtı bir hissəsini gecə qəbul etmiş, qalanı stolun üzərində qalmışdır. Anası onun narkotik vasitədən istifadə etdiyini bilmişdir. O, istintaq təcridxanasına daxil olan zaman üzərində qeydə alınacaq xəsarət olmamışdır. Polis əməkdaşları onu evə gətirdikdən sonra onu məhəllənin girişində saxlayıb evə ondan əvvəl daxil olaraq yastığın altına narkotik vasitə yerləşdirmişlər. Onun məhəllənin girişində gvuya mağazadan nə isə almaq bəhanəsi ilə saxlamışlar, o, maşında əməliyyatçı ilə birlikdə qalmış, vəkil və təhqiqatçı isə başqa bir maşında olmuşlar. Polis əməkdaşları onun evinə girəndə evdə heç kim olmamışdır. o, barəsində həbs qətimkan tədbiri seçildikdən sonra başına gələnlərlə bağlı müxtəlif şikayətlər etmiş, Suraxanı rayon prokurorluğu onun şikayətləri ilə bağlı araşdırma aparmışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, yaşadığı ev bibisinin adınadır. Həmin evdə o, anası və qardaşı yaşayır. Polis əməkdaşları 4 nəfər təxminən saat ona işləmiş evə daxil olmuşlar. Onu əlini-qolunu bağlayaraaq saxlamışlar. Saxlanılan zaman stolun üstündə narkotik vasitə olduğunu görmüşlər. Tutulduğu gün əvvəl dostu Kamilin evində olmuş, dostu ilə birlikdə narkotik vasitədən istifadə edən zaman əməliyyat qrupu oraya basqın etmiş, lakin o, polislərin əlindən qaçaraq evdən çıxmağı bacarmışdır. Evə gələn zaman onun üzərində iki büküm narkotik vasitə- bir qram “kakos”, bir qram da “şüşə” olmuşdur. Polis əməkdaşıları “kakos” və “şüşə”ni də götürmüşlər. O, bölmədə olan zaman narkotik vasitəyə təlabatı yarandığı üçün vəziyyəti yaxşı olmamış, hətta polis əməkdaşları özləri bölmədə onun narkotik vasitədən istifadə etməsi üçün şərait yaratmışlar. Onun üzərində şəxsi axtarış keçirilən zaman müdafiəçi iştirak etməmiş, lakin mənzilə baxış keçirilən zaman vəkil iştirak etmiş və polis əməkdaşlarının narkotik vasitəni evə necə yerləşdirdiklərini görmüşdür. Onun cibindən aşkar olunan bükümlərin içərisində onun özünə məxsus narkotik vasitələr də olmuş, çəkilişdə aşkar olunan “şüşə” də ona məxsus olmuşdur, lakin evdən aşkar olunan maddələrin heç biri ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 16 may 2023-cü il tarixində ona Əfqan adlı şəxsin Neftçi küçəsində narkotik vasitələrin həm istifadəsi, həm də satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat onun tərəfindən idarə rəhbərliyinə məruzə olunmuş, rəhbərliyin göstərişi ilə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs “Neftçi” küçəsində saxlanılaraq polis idarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlamılan zaman da narkotik vasitənin təsiri altında olmuş, üzərinə baxış keçirilən zaman da üzərindən narkotik vasitələr və tərəzi aşkarlanmış, həmçinin evinə baxış keçirilən zaman evindən də narkotik vasitələr aşkar edilmişdir. Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs “Neftçi” küçəsində saxlanılmış, sonuncu onlara heç bir müqavimət göstərməmiş, həmçinin onlar tərəfindən də Təqsirləndirilən şəxs heç bir təsir və təzyiq göstərilməmişdir. Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, cinayət işinin materiallarındakı raportu o hazırlamış, raportda mənzilə baxış keçirilməsi nəzərdə tutulmamış, onlar şəxsdən ərizə alaraq vəkilin iştirakı ilə mənzilə baxış keçirməyə getmişlər. Ona verilən ilkin məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması göstərilmişdir. Əməliyyat qrupuna o, rəhbərlik etmiş, qrupa ondan başqa Siyavuş və Xəyal adlı əməkdaşlar da daxil olmuşdur. Mənzilə baxış keçirilməsi haqqında qərarı kimin qəbul etdiyini xatırlamır. Mənzilin qapısından içəri girən kimi sol tərəfdə pilləkən olmuş, ev uçuq-sökük vəziyyətdə olmuş, pilləkəndən qalxdıqdan sonra eyvan, qapıdan içəri girən zaman sol tərəfdə də otaq yerləşmişdir. Təqsirləndirilən şəxsin otağında pəncərə olmamış, otağa əməliyyat qrupundakı şəxslər və vəkil daxil olmuşdur. Mənzilə baxış keçirilməsi haqqında protokol orada tərtib olunmuş, protokolu kimin tərtib etdiyini xatırlamır. Yanlış xatırlamırsa narkotik vasitə yatağın altından aşkar edilmişdir. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və tərəzi aşkar olunmuş, başqa predmetlərin olub-olmamasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə analoji ifadə verərək sonuncunun ifadəsində qeyd etdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin günü şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzəridə şəxsi axtarış və götürmə aparılarkən onun əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 07 (yeddi) ədəd şəffaf sellofana bükülmüş bükümləri və 01 (bir) ədəd elektoron tərəzini və həmin şalvarının sağ yan cibindən isə bir ədəd «Samsung» markalı mobil telefonu və iki ədəd bir manatlıq əskinaslarını çıxarıb təqdim edmiş, təqdim etdiyi 06 (altı) ədəd bükümün arasındakı narkotik vasitə heroin, 01 (ədəd) bükümün arasındakı isə psixotrop maddə metamfetamin olduğunu heroini və metamfetamini İran vətəndaşı «Baba» kimi tanıdığı şəxsdən onlayn vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Sarxan» marketin yaxınlığında qramını 30 manata əldə etdini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən bükümlərdə olan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlə bir ədəd elektron tərəzi zərfə qoyularaq götürülmüş, iki ədəd bir manatlıq əskinas isə özünə qaytarılmışdır. ( cild İ, i/v: 38-39) - “baxış və götürmə keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana baxış keçirilmiş və baxış zamanı evin yataq otağındakı masanın üzərində olan bir ədəd yaşıl rəngli plastmast qutunun içərisindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş kütlə, 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş kütlə, masanın üzərində ağ rəngli kağıza bükülmüş büküm, yataq otağındakı çarpayının altından 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşür. Təqsirləndirilən şəxs həmin bükümlərin arasında narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, heroini və metamfetamini İran vətəndaşı «Baba» kimi tanıdığı şəxsdən onlayn vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Sarxan» marketin yaxınlığında qramını 30 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülən bükümlərdə olan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlə zərfə qoyularaq götürülmüşdür. (cild İ, i/v: 46) - “Diskə baxış keçirilməsi haqqında” 18 may 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarxdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özünə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 07 (yeddi) ədəd şəffaf sellofana bükülmüş bükümləri və 01 (bir) ədəd elektron tərzini və həmin şalvarının sağ yan cibindən isə bir ədəd «Samsung» markalı mobil telefonu və iki ədəd bir manatlıq əskinazlarını çıxarıb təqdim edmiş, təqdim etdiyi 06 (altı) ədəd bükümün arasındakı narkotik vasitə heroin, 01 (ədəd) bükümün arasındakı isə psixotrop maddə metamfetamin olduğunu heroini və metamfetamini İran vətəndaşı «Baba» kimi tanıdığı şəxsdən onlayn vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Sarxan» marketin yaxınlığında qramını 30 manata əldə etdini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən bükümlərdə olan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlə bir ədəd elektron tərəzi zərfə qoyularaq zərf möhürlənmiş, iki ədəd bir manatlıq əskinaz özünə qaytarılmışdır. (cild İ, i/v: 80) - “Diskə baxış keçirilməsi haqqında” 18 may 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evinə baxış keçirilməsi və götürmə aparılmasını özünə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, baxış zamanı evin yataq otağındakı masanın üzrində olan bir ədəd yaşıl rəngli plastmast qutunun içərisindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş kütlə, 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş kütlə, masanın üzərində ağ rəngli kağıza bükülmüş büküm, yataq otağındakı çarpayının altından 01 (bir) ədəd qara rəngli sellofana bükülmüş büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərin arasında narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, heroini və metamfetamini İran vətəndaşı «Baba» kimi tanıdığı şəxsdən onlayn vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «Sarxan» marketin yaxınlığında qramını 30 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülən bükümlərdə olan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar kütlə zərfə qoyalaraq zərf möhürlənmişdir. (cild İ, i/v: 81) - Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/2848 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 45» dairəvi möhür əksi, «şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs» yazı və imzalar olan 3 (üç) paketdəki -6 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,499 qram, 1,203 qram, 2,518 qram, 1,905 qram, 1,240 qram, 1,944 qram ümumi təmiz çəkisi 10,309 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,379 qram ağ rəngli kristialşəkilli maddə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektoron tərəzinin üzərində heroin izləri vardır. -4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,152 qram, 2,284 qram, 0,989 qram, 0,230 qram ümumi təmiz çəkisi 6,655 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 14,626 qram ağ rəngli kristalşəkilli maddə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamindir. -1 (bir) ədəd bağlamada təmiz çəkisi 1200 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət.Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar edilib götürülmüş heroinin ümumi təmiz çəkisi 1216,964 qram (1 kq 216,964 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xaricə əlamətlərinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar edilib götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 15,005 qram təşkil edir və həmin metamfetaminlər kimyəvi tərkib komponentlərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş elektron tərəzinin üzərində heroin iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildir. (cild İ, i/v: 51-56) - Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 4697 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 128-129) Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək saxlanılan zaman üzərində narkotik vasitənin olmadığını, polis əməkdaşlarının onun evindən ona məxsus cəmi 1 qram heroin və metamfetamini götürdüyünü, polis əməkdaşları tərəfindən ona məxsus olmayan narkotik vasitələrin üzərinə və mənzilinə yerləşdirildiyini, lakin evindən götürülmüş cəmi 1 qram narkotik vasitə və psixotrop maddənin də üzərindən aşkar edilmiş bükümlərin arasında olduğunu, polis əməkdaşları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qaldığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs cəmi 1 qram narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona nməxsus olduğunu, digər maddələrin ona məxsus olmadığını bildirsə də, məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 6/2848 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar edilib götürülmüş heroinlər və metamfetaminlər kimyəvi tərkib komponentlərinə və xarici əlamətlərinə görə eynidirlər. Məhkəmə təqsirləndirilən şəxsin özünə məxsus heroinin və metamfetaminin də üzərindən aşkar edilmiş bükümlərin arasında olması ilə bağlı ifadəsini də göz önündə saxlayaraq qeyd edir ki, belə olan halda şəxsin üzərindən və mənzilindən aşkar edilmiş heroinlərin və metamfetaminlərin hər birinin eyni təkibli olması mümkün olmazdı. Bununla da məhkəmə hesab edir ki, narkotik vasitənin və psixotop maddənin 1 qramının təqsirləndirilən şəxsə məxsus olub, qalanlarının ona məxsus olması ilə bağlı ifadəsi tam təkzib olunur. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən polis əməkdaşları tərəfindən döyüldüyünü, buna görə də ona məxsus olmayan narkotik vasitələri boynuna götürdüyünü bildirmişdir. Qeyd olunan xüsusatla bağlı məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, təqsirləndirilən şəxsin saxlanıldığı 3 saylı İstintaq Təcridxanasına müvafiq sorğularla müraciət edilmişdir. Məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs saxlanıldığı 3 saylı İstintaq Təcdirxanasından onun adına açılmış şəxsi işin və tibbi kitabçanın əsli əldə olunmaqla bilavasitə məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan zaman üzərində yeni xəsarət izləri aşkar edilməmiş, həmçinin o, heç bir zədə almadığını bildirmişdir. Bununla belə şəxsi işin materialları ilə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin MSY-də özünə müxtəlif bədən xəsarətləri yetirdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi, həmçinin onun polis əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayət etməsi ilə bağlı məsələ Bakı şəhəri Suraxanı rayon prokurorluğunda araşdırılmış və 14 dekbar 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bununla da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs istintaq ifadələri, şahid ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokollar, “videogörüntülərə baxış keçirilməsi haqqında” protokollar, ekspert rəyləri və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsiri tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrində qeyd etdiyi xüsusatları səmimi qəbul etmir, onu özünü müdafiə məqsədi ilə vermiş olduğu uydurulmuş ifadələr kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya” əsasən “heroin” narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ümumi çəkisinin 1 kiloqramdan artıq olmasını, dövriyyəsi qanunla qadağan edilmiş maddələrin müxtəlif növdən olmasını, təqsirləndirilən şəxsin üzərindən qanunsuz maddələrlə yanaşı elektron tərəzinin də aşkar edilməsini nəzərə alaraq hesab edir ki, o, qeyd olunan maddələri satış niyyəti ilə əldə etmiş, daşımış və saxlamışdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsrli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdılıması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Bakı Apelyasiya məhkəməsinin qərarı ilə onun cəzası 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 24-cü bəndinə əsasən azad edilmişdir. (cild İ, i/v: 110-111) Göründüyü kimi Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinə amnistiya tətbiq edilmiş və Milli Məclisin sözügedən qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Eləcə də həmin amnistiya aktının 7-ci bəndində bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edildiyindən, həmin cinayət üzrə onun üzərindəki məhkumluğu da götürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, məhkumluğu götürülmüş və onun əməlində cinayətlərin residivi mövcud deyildir. Bununla da məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs gənc olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2023-cü il tarixli 4697 saylı rəyi əsas götürülməli, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası birləşdirilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək 01 (bir) ay 10 (on) gün ev dustaqlığında saxlanıldığı müddət ona təyin ediləcək cəzadan çıxılmalı və ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli 16 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.215,664 qram çəkidə olan narkotik vasitə heroin, 14,755 qram çəkidə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı iş üzrə müəyyən olunmuş məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 70 (yetmiş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə təyin olunmuş 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanıldığı 18 avqust 2022-ci il tarixdən 28 sentyabr 2022-ci il tarixədək 01 (bir) ay 10 (on) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 8 (səkkiz) il 4 (dörd) ay 20 (iyirmi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.215,664 qram çəkidə olan narkotik vasitə heroin, 14,755 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar