Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1095/2025 18.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X4 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 hüquqi varisi - X2, Müdafiəçi - «Sirius»Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan (musiqiçi), əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan 2 şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 may 2024-cü il tarixdə saat 22:39-da texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" MMC-nin yol vərəqəsi əsasında idarə etdiyi «Kia Optima» markalı ** CU *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, «Koroğlu» metrostansiyası istiqamətindən Mikayıl Əliyev küçəsi ilə Rüstəm Rüstəmov küçəsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə, yəni 70 km/saat sürətlə idarə edərək, Mikayıl Əliyev 9A nömrəli ünvanda yerləşən «Neptun» şadlıq sarayının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməyərək, yol hərəkəti qaydalarını pozmaqla sürücünün hərəkət istiqamətinə görə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobilin ön hissəsi ilə vurmuş, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 yetirdiyi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid baş-beyinə, qişalarına və mədəciklərinə qansızma, kəllə sümüklərinin kəllə əsasına keçən sınığı, təpə-ənsə nahiyəsinin hematoması, sol diz oynağının sınığı, burun belinin və sol dizaltı nahiyənin əzilmiş yarası, alın nahiyəsinin, sağ gözaltı nahiyənin, hər iki dirsək nahiyəsinin, sol saidin sıyrıqları, alın nahiyəsinin, burun belinin, sol dirsək nahiyəsinin, sol əlin İV barmağının proksimal falanqa oynağı nahiyəsinin, sol budun, sağ sağrının aşağı iç kvadratının qançırlarından ibarət xəsarətlərdən başın küt travması nəticəsində hər iki təpə-ənsə nahiyəsinin sümüklərinin kəllə əsasına keçən sınıqları ilə müşayiət olunan baş- beyinə qansızına Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə saat 01:00-da müalicə olunduğu Bakı şəhəri, X11 ölümünə səbəb olmuş, həmçinin ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 yetirdiyi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid kəllə sümüklərinin kəllə əsasına keçən və üz nahiyəsinə uzanan sınığı, baş-beyinə və qişalarına qansızmalar, İ, İİ. İİİ qabırğaların sınıqları, sağ qasıq sümüyünün sirkə kasasına uzanan sınığı, sağ oturaq sümüyünün sınığı, sağ qamış sümüyünün sınığı, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazunun, hər iki budun, sağ diz oynağı nahiyəsinin, sol baldırın, qarnın, sağ pəncə nahiyəsinin qançırları, sol diz nahiyəsinin, sol pəncənin sıyrıqlarından ibarət xəsarətlərdən başın küt travması nəticəsində kəllə sümüklərinin kəllə əsasına keçən və üz nahiyəsinə uzanan sınığı ilə müşayiət olunan başbeyinə qansızma nəticəsində postravmatik ödemin həyati vacib mərkəzləri sıxması Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə saat 17:05-də müalicə olunduğu «X18» xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hadisə baş verən günü yolun sol zolağı ilə hərəkət edirmiş. X5 markalı maşın gedirmiş. Hava yağışlı və yer sürüşkən olmuşdur. Qarşısında olan avtomobil qəza işıqlarını yandırmışdır. O, həmin avtomobilin qarşısını görməmiş və qarşısının boş olduğunu düşünmüşdür. O, təhlükəni görmədiyi üçün ani bir qərarla sağ zolağa keçmişdir. Sağ zolağa keçməyi ilə bir anda hadisə baş vermişdir. Daha sonra maşını saxlamış, açarı şadlıq sarayının mühafizəçilərinə təqdim etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, o, qoşa xətti tapdalamamışdır. Onunla Elantra markalı maşın arasında ara məsafəsi az olmuş, həmin maşına dəyməmək üçün sağ zolağa keçmişdir. Dönmə işığını sağ tərəfə yandırmış və sağ zolağa keçmişdir. Elantra markalı avtomobildən yol istəmək üçün sol dönmə işığını yandırmamış, dərhal sağ zolağa keçmişdir. Əməlindən peşmandır, özünü tam təqsirli bilir. Zərərçəkmiş şəxslərin ailəsi ilə aralarında barışıq əldə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, "KİA OPTİMA” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobili 5 may 2024-cü il tarixdə saat 15 radələrində "Fortune Rent A Car” MMC şirkətindən şəxsi işləri əlaqədar 5 günlük icarəyə götürmüş və yol vərəqəsi əsasında "B” kateqorialı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 5 may 2024-cü il tarixdə saat 22 radələrində idarə etdiyi "KİA OPTİMA” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillə Koroğlu metrosu istiqamətindən Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə R.Rüstəmov küçəsinin kəsişməsinə doğru təxminən 60- 70 km/saat sürətlə soldan ikinci zolaqla hərəkət elmiş. O, avtomobildə tək olmuşdur. Həmin yolda olan "NEPTUN” şadlıq sarayının qarşısından keçən hissədə ayırıcı zolağa nəzərən soldan ikinci zolaqla təxminən 60-70 km/saat sürətlə hərəkətini davam etdirərkən ondan irəlidə eyni zolaqla hərəkət edən qara rəngli «Hyundai Elantra» markalı avtomobil əyləci basaraq sürətini azaltmış və qəza işıqlarını yandırmışdır. O, əyləci möhkəm basıb maşını saxlaya biləcəyi təqdirdə ehtiyatsızlıq edərək maşını sağa çəkib hərəkətini davam etdirmək qərarını qəbul etmişdir. Həmçinin irəlidəki maşının qarşısında hər hansı təhlükə və ya piyada görməmişdir. Ani anda sükanı sağa çəkib sağındakı hərəkət zolağına, yəni soldan üçüncü hərəkət zolağına çıxaraq sürətini artırıb hərəkətinə davam etmiş və bu an artıq qarşısında iki piyada qadın görmüşdür. Həmin vaxt əyləci basmağa çatdıra bilməyib avtomobilin qabaq orta hissəsi ilə hər iki piyadanı vurmuşdur. Zərbədən həmin iki nəfər piyada qadınlar avtomobilin mühərrik örtüyünün üstünə və alın şüşəsinə dəyib yerə yıxılmış, lakin həmin qadınların hansının avtomobilin hansı hissəsinə dəydiyini xatırlamamışdır. O, dərhal avtomobili saxlayıb həmin piyadalara yaxınlaşmış və həmin vaxt özünü itirdiyi üçün ətrafda olan şəxslərdən təcili tibbi yardım stansiyasına zəng edib məlumat vermələrini xahiş etmişdir. Həmin vaxt orada olan tanımadığı şəxslərdən biri onlara tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım stansiyasına zəng edib məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra TTYS-dən 2 avtomobil hadisə yerinə gəlmiş və həmin qadınları Sabunçu tibb mərkəzinə aparmışlar. Həmin vaxt PPX-nin polis əməkdaşları hadisə yerinə gəldiklərində özü yaxınlaşaraq hadisənin onun tərəfindən törədilməsini bildirmiş və polis əməkdaşlarına hadisə barədə məlumat vermişdir. Sonra hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, sonra sərxoşluq hallarının yoxlanılması üçün tibbi müayinədən keçirilmiş və ayıq olması müəyyən edilmişdir. Piyadalardan Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərə görə hadisədən bir neçə saat sonra X11 vəfat etmiş, digər piyada Zərərçəkmiş şəxs2 hadisədən bir neçə gün sonra X18 xəstəxanasına yerləşdirilmişdir. 7 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərə görə X18 vəfat etmişdir. O, idarə etdiyi avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmasını, hadisə zamanı heç bir xəsarət almamasım bildirmişdir. (cild 1, iş vərəqə 87-89; 173-175; 245-246) Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində dindirilmiş X8 göstərmişdir ki, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Lakin bir xahişi var ki, Təqsirləndirilən şəxs bir daha avtomobil idarə etməyəcəyinə dair söz versin. Təqsirləndirilən şəxsə veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. O, suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən heç bir ödəniş istəməmiş və qəbul etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 notarial təsdiqli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun anasıdır və təxminən 15 ildir Bakı Modern Təhsil Kompleksində direktor işləmişdir. 5 may 2024-cü il tarixdə anasının iş yoldaşının oğlunun toy mərasimi olmuş və toy Nizami rayonu, M.Əliyev küçəsində yerləşən «Neptun» şadlıq evində keçirilmişdir. Anası iş yoldaşı olan Zərərçəkmiş şəxs2 ilə onun idarə etdiyi «Haval H6» markalı ** DE *** dövlət nömrə nişanlı avtomaşınla getmişdir. 5 may 2024-cü il tarixdə saat 23:00 radələrində yaşadığı evdə olan zaman xatırlamadığı şəxs zəng edərək anasının şadlıq evindən çıxıb iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə yolun əks istiqamətinə keçən zaman avtomobilin vurması nəticəsində xəsarət almasını bildirməsinə görə dərhal hadisənin baş verdiyi ünvana getmişdir. O, hadisə yerinə gəldikdən təxminən 3-4 dəqiqə sonra təcili tibbi yardım maşını gəlmiş və anasını X12 əməliyyat otağına aparmış, təxminən 3 saat keçdikdən sonra anası X12 əməliyyat otağında vəfat etmişdir. O, halhazırda baş vermiş hadisə ilə bağlı hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. (cild 1, iş vərəqə 121-133; 134-136) Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində dindirilmiş X9 göstərmişdir ki, hadisə vaxtı o rayonda olmuşdur. 5 may 2024-cü il tarixdə gecə saatlarında Neptun şadlıq sarayından toydan çıxıb yolu keçən zaman anasını maşın vurması və qəza keçirməsi ilə bağlı ona məlumat verilmişdir. Hazırda təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunmuş, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. O, suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs ödəniş etməklə bağlı təklif etmiş, lakin o qəbul etməmişdir. Hal-hazırda heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 notarial təsdiqli ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 onun anasıdır və təxminən 15 ildir Bakı Modern Təhsil Kompleksində təlim işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 5 may 2024-cü il tarixdə anasının iş yoldaşının oğlunun toy mərasimi olmuş və toy Nizami rayonu, M.Əliyev küçəsində yerləşən Neptun şadlıq evində keçirilmişdir. Anası özünə məxsus olan idarə etdiyi «Haval H6» markalı, ** DE *** dövlət nömrə nişanlı avtomaşınla getmişdir. 6 may 2024-cü il tarixdə saat 01:00 radələrində Şəmkir rayonunda olan zaman xatırlamadığı şəxs zəng edərək anasının şadlıq evindən çıxıb iş yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə yolun əks istiqamətinə keçən zaman avtomobilin vurması nəticəsində xəsarət almasını və X12 reanimasiya şöbəsində olmasını bildirməsinə görə dərhal Şəmkir rayonundan çıxıb Bakı şəhərinə qayıtmış və hadisəni ətraflı öyrənən zaman ona anasının «Neptun» şadlıq evindən çıxıb yolun əks tərəfində yerləşən avtomaşınların park zolağında saxladığı avtomaşına yaxınlaşmaq istəyən zaman tanımadığı şəxsin idarə etdiyi avtomaşınla ehtiyatsızlıqdan vuraraq xəsarət yetirməsi məlum olmuşdur. Anası təxminən 2 gün X11 qaldıqdan sonra həkim müşayiəti altında X18 xəstəxanasına aparılmışdır. Anası orada müalicə aldığı müddət ərzində hadisəni törətmiş Təqsirləndirilən şəxs yaxın qohumları və dostu bir neçə dəfə onunla əlaqə saxlamış, həmçinin bir dəfə xəstəxanaya gəlmişdir. Anası avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərə görə 7 iyun 2024-cü il tarixdə müalicə aldığı X18 xəstəxanasında vəfat etmişdir. O, hal-hazırda baş vermiş hadisə ilə bağlı heç bir şikayət və tələbinin olmamasım bildirmişdir. (cild 1, iş vərəqə 191- 203; 204-206) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə qaranlıq vaxtı baş vermişdir. O, həmin vaxt soldan ikinci zolaqla hərəkət edirmiş. Qarşıda yolda sıxlıq olmuşdur. Bu vaxt qarşıdan iki qadın yola atılmışdır. O həmin qadınları uzaqdan görmüş və sürəti azaltmışdır. Qadınlar onun avtomobilini keçdikdən sonra sağ zolaqda qəza baş vermişdir. Daha sonra təqsirləndirilən şəxs və o maşınlarını saxlayaraq qadınlara tərəf getmişlər. Həmin vaxt qadınlar huşsuz vəziyyətdə olmuşlar. Daha sonra hadisə yerindən keçən polis əməkdaşları onlara yaxınlaşmışlar. Təcili tibbi yardıma zəng vurulmuş və təcili tibbi yardım maşınları gələrək zərərçəkmiş şəxsləri aparmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt sürəti saatda 50-60 km arası olarmış. O, qəza işıqlarını yandırmışdır. Arxasında maşın olduğunu hiss edirmiş, lakin təqsirləndirilən şəxsin harada olduğunu dəqiq xatırlamır. Təqsirləndirilən şəxsin sürəti çox olmamışdır. Təqsirləndirilən şəxs hadisə yerindən qaçmağa cəhd göstərməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “Hyundai Elanlra” markalı ** XO *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən etibarən ona məxsusdur və özü idarə edir. Onun “Bl, B, Cl, C” kateqoriyalı sürücülük vəsiqəsi var. 5 may 2024-cü il tarixdə saat 22:30 radələrində təxminən 50- 60 km/saat surətlə idarə etdiyi “Hyundai Elantra” markalı, ** XO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Koroğlu metrosu istiqamətindən Nizami rayonu, Mikayıl Əliyev küçəsindən R.Rüstəmov küçəsi istiqamətinə doğru soldan ikinci hərəkət zolağı ilə hərəkət etmişdir. Yolun ünvan 2 ünvanında yerləşən “NEPTUN” şadlıq sarayının qarşısında olan qoşa xətdən iki nəfər qadının yolu keçmək istədiklərini görmüş və həmin qadınları gördükdə təhlükə hiss etdiyi üçün sürəti bir qədər azaldaraq arxadan gələn avtomobillərə məlumat vermək üçün çox erkəndən qəza işıqlarını yandırmışdır. Sonra onlar onun qarşısından yolu keçmək istədiklərini görmüş və məcbur qalıb sürəti biraz da azaltmışdır. Həmin qadınlar onun avtomobilinin qarşısından iti addımlarla keçərkən əlində olan ağ kağızı yuxarı tutaraq digər maşınlardan da yol istəmişlər. Həmin qadınların onun qarşısından keçdikdən sonra onun sağ yanından, yəni üçüncü zolaqda arxadan gələn ağ rəngli Kia Optima markalı avtomobilin qabaq hissəsi qəflətən onlara dəymiş, həmin avtomobil qadınlara dəymiş və təxminən 20 metr qabağa getdikdən sonra dördüncü zolaqda saxlamışdır. O, yardım üçün avtomobili yolun sağ tərəfində yerləşən dayanacaqda saxlamış və avtomobildən düşərək yardım etmək üçün onlara yaxınlaşmışdır. Həmin vaxt qadınlardan birinin digərindən təxminən 15 metr məsafədə və hər ikisinin yerdə uzanıqlı vəziyyətdə olduqlarını görmüş, sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşmış və Kia Optima markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşüb kənarda dayandığını və hadisənin şokunda olduğunu görmüşlər. O, özü polis əməkdaşlarına yaxınlaşıb hadisənin baş verdiyini bildirmiş və söhbət zamanı Cavad özü polis əməkdaşları ilə söhbət edərək hadisəni törətdiyini etiraf etmişdir. Bir qədər sonra təcili tibbi yardım avtomobilləri hadisə yerinə gəlmiş və həmin qadınları Sabunçu tibb mərkəzinə aparacaqlarını bildirərək oradan uzaqlaşmışlar. O, hadisə yerinin müayinəsində iştirak etdikdən, sonra ifadə vermək üçün Nizami RPİ-yə gəlmiş, ifadə verdikdən sonra evə getmişdir. O, hadisə baş verən zaman Kia Optima markalı avtomobilin sürücüsünün hadisənin qarşısını almağa imkanı olması ilə əlaqədar suala cavab olaraq, hadisənin qarşısının alınmasından ötrü ondan arxada gələn bütün avtomobillər üçün qəza işıqlarını, həmçinin əyləc işıqlarını yandırmasını və onun zənnincə hadisənin qarşısının alınmasının mümkün olacağını bildirmişdir. (cild 1, iş vərəqə 30-32) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs ona zəng vurmuşdur. O hadisə yerinə getmiş, orada polis əməkdaşları Təqsirləndirilən şəxs aparmışlar. Avtomobil isə cərimə meydançasına aparılmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə barədə ona Təqsirləndirilən şəxs məlumat vermişdir. Avtomobilə dəymiş ziyanla bağlı heç bir tələbi yoxdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 2 ildir Kia Optima markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və xx.xx.2022-ci il tarixdə həmin avtomobili etibarnamə əsasında dostu Vüsal Hüseynova məxsus "Fortune Rent A Car” MMC şirkətinə vermişdir. Həmin avtomobili şirkət müştərilərə icarəyə vermiş və qarşısılığında ona müəyyən məbləğdə pul verilmişdir. Təqsirləndirilən şəxs təxminən 2 ildən çoxdur tanıyır. O, uzun müddətdir "Fortune Rent A Car” MMC şirkəti ilə işləyir və avtomaşınlarını həmin şirkətin adından icarəyə verir. Təqsirləndirilən şəxs da həmin şirkətin vasitəsi ilə tanımışdır. 5 may 2024-cü il tarixdə saat 17 radələrində ona məxsus Kia Optima markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili həmin şirkət 5 günlük Təqsirləndirilən şəxs icarəyə vermiş və bundan onun xəbəri olmuşdur. Həmin günü saat 23 radələrində Cavad özü ona zəng edərək avtomobil ilə 2 nəfər piyadanı ehtiyatsızlıqdan vuraraq yol-nəqliyyat hadisəsi törətdiyini bildirməsinə görə dərhal həmin yerə getmiş və avtomobilin qabaq hissəsinin əzilmiş vəziyyətdə olduğunu görmüşdür. O, baş vermiş hadisə nəticəsində ona məxsus Kia Optima markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla bağlı heç bir mülki iddia və şikayətinin olmamasını bildirmişdir. (cild 1, iş vərəqə 70-71) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 23:56 radələrində X11n tibb bacısı Rzayeva məlumat vermişdir ki, M.Əliyev küçəsi Altun ş/s qarşısında piyada vurma nəticəsində 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Oktay qızı qapalı kəllə beyin travması, baş beyinin əziyi və sol dizin arxa nahiyəsinin deşilmiş yarası xəsarəti, 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 isə qapalı kəllə beyin travması xəsarətləri almışlar. (cild 1, iş vərəqə 4) Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 05 may 2024-cü il tarixli protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilərək protokol tərtib edilmiş, hadisə yerinin sxemi və fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, hadisənin ünvan 3 ünvanda baş verməsi müəyyən edilmişdir. (cild 1, iş vərəqə 5-13) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X17 ‘'Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə" barədə xx.xx.2024-cü il tarixli 2/24150 №-li protokolda Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olması, alkoqol qəbulu əlamətlərinin olmaması qeyd olunmuşdur. (cild 1, iş vərəqə15) Məhkəmə-tibbi Ekspertiza və X6 X17 verdiyi xx.xx.2024-cü il tarixli, 66 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə “MTE və PA Birliyi” PHŞ-in Nizami rayon şöbəsinə 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 meyiti gətirilmiş və həmin tarixdə meyitin xarici və daxili məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Zərərçəkmiş şəxs1 ölümünə xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı almış olduğu başın küt travması nəticəsində kəllə sümüklərinin sınıqları və baş beyinin əzilməsi səbəb olmuşdur. (cild 1, iş vərəqə 33) Şübhəli şəxs qismində tutma haqqında 06 may 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:30-da Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 35,45-46) Diskə baxış keçirilməsi haqqında 06 may 2024-cü il tarixli protokoldan görünür ki, video görüntü R.Rüstəmov küçəsi istiqamətində «Neptun» şadlıq sarayının qarşısını əks etdirmiş, faylın 4-cü dəqiqə 35-ci saniyəsində «Neptun» şadlıq sarayından çıxan 2 qadın yolun digər tərəfinə doğru piyada hərəkət etməyə başlaması və yolun hərəkət hissəsində ortada olan ayırıcı zolaqda dayanıb bir saniyə gözlədikdən, sonra faylın 4-cü dəqiqə 43-cü saniyəsində iti addımlarla hərəkətə başlayıb yolu düzünə sağ tərəfə doğru keçməyə başlamaları, həmin an «Koroğlu» metrostansiyası istqamətindən gələn yolun hərəkət hissəsində ayırıcı zolağa nəzərən soldan ikinci zolaqda hərəkət edən «Hyundai Elantra» markalı, ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin həmin iki piyadaya yol verərək sürətini tam azaldıb qəza işıqlarını yandırması, piyadaların hərəkətlərinə davam etmələri, «Hyundai Elantra» markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə onunla eyni hərəkət zolağında hərəkət edən «Kia Optima» markalı, ** CU *** nömrəli avtomobilin qarşısında avtomobilin qəza işıqlarını yandıran anda sağ zolağa çıxmaqla sürətini artırıb hərəkətinə davam etməsi, həmin an soldan üçüncü zolağı keçməyə az qalan 2 piyada qadınları avtomobilin ön hissəsi ilə vurması müşahidə olunmuşdur. Həmçinin piyadaların faylın 4 dəqiqə 51-ci saniyəsində vurulmaları, həmin an videomüşahidə qurğusunun tarixinin 5 may 2024-cü il, saatın isə 22:39:50-ni göstərməsi müşahidə olunmuşdur. (cild 1, iş vərəqə 57-58) Şübhəli şəxs statusunda saxlanılmaqla RPİ-nin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 08 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 gün müddətində şübhəli şəxs statusunda saxlanılmaqla Nizami RPİ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 66-67) xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Şahid2 Nizami RPİ-nə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs ona məxsus Kia Optima markalı 77CU923 dövlət qeydiyyat nişanlı "xxxx" şirkətindən icarəyə götürdükdən sonra Nizami rayonunda yerləşən Neptun şadlıq evinin qarşısında iki nəfər piyadaları vurması nəticəsində avtomobilin qabaq hissəsinin zədələnməsinə görə heç bir şikayət və mülki iddiası olmadığını və gələcəkdə də heç bir tələbi olmayacağını bildirmişdir. (cild 1, iş vərəqə 69) xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şahid2 özünə məxsus “Kia Optima” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı minik avtomobilini təhvil almışdır. (cild 1, iş vərəqə 73) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 8/1353 №-li rəydən görünür ki, «Kia Optima» markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 1, iş vərəqə 74-77) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 78-79) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-138/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 96-100) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 4(007)- 138/2024 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. (cild 1, iş vərəqə 104-107) Başqa yerə getməmək barədə qətimkan tədbiri seçilməsi haqqında 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 111-114) Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16/2-81023/2024 №-li arayışda DİN-in BDYPİ-nin Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatına əsasən, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BD 007112 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsinin verilməsi və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatın qeydə alınmaması qeyd olunmuşdur. (cild 1, iş vərəqə 116) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 verdiyi xx.xx.2024-cü il tarixli, 6933 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 117) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 118-119) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 121) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə X8 zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmışdır. (cild 1, iş vərəqə 124-125) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü ıl tarixli 92 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitində baş-beyinə, qişalarına və mədəciklərinə qansızma; kəllə sümüklərinin kəllə əsasına keçən sınığı; təpə-ənsə nahiyəsinin hematoması; sol diz oynağının sınığı; burun belinin və sol dizaltı nahiyənin əzilmiş yarası; alın nahiyəsinin, sağ gözaltı nahiyənin, hər iki dirsək nahiyəsinin, sol saidin sıyrıqları; alın nahiyəsinin, burun belinin, sol dirsək nahiyəsinin, sol əlin İV barmağının proksimal falanqa oynağı nahiyəsinin, sol budun, sağ sağrının aşağı iç kvadratının qançırları həyatidirlər, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, G.O.X7 Mərkəzinə daxil olmasından az əvvəl, xx.xx.2024-cü il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində törənmələri mümkündür, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyır, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs1 ölümünə almış olduğu başın küt travması nəticəsində hər iki təpə-ənsə nahiyəsinin sümüklərinin kəllə əsasına keçən sınıqları ilə müşayiət olunan baş-beyinə qansızma olmuşdur. Ölüm X11 xx.xx.2024-cü il tarixdə saat 01:00-da baş vermişdir, bu da meyitdə gedən ilkin dəyişiklərə uyğundur. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (cild 1, iş vərəqə 138-144) Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə fakta görə başlanılmış ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 263.3-cü maddəsinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 148-149) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 482 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs2 müştərək travma, ağır açıq КВТ-sı. sağ ləpə sümüyü koronar tikişdən keçən və kəllə əsasına uzanan xətti sınığı, baş-beyin əzilməsi, sağ gicgah nahiyəsi epidural, sağ ləpə nahiyəsinin lövhəvari subdural hematoması, sağ almacıq qövsünün və sağ maksilyar sinusun ön divarının xətti sınığı, hər iki ağciyərin kontuziyası, iki tərəfli hemitoraks, sağ tərəfli İ, İİ, İİİ qabırğaların az yerdəyişən sınığı, sağ sirkə kasasına uzanan qasıq sümüyünün yerdəyişən, sağ oturaq sümüyü distal hissəsinin qəlpəli sınığı, sağ təpə nahiyəsinin əzilib-cırılmış yarası və dərialtı hematoması, hər iki göz qapağı və orbitanın qansızması və ödemi bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (cild 1, iş vərəqə 152-155) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 164-165) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 4(007)-174/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmişdir. (cild 1, iş vərəqə 182-185) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 191) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2024-cü il tarxixli qərardan görünür ki, cinayət işi üzrə X9 Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində tanınmışdır. (cild 1, iş vərəqə 194-195) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 121 №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs2 meyitində kəllə sümüklərinin kəllə əsasına keçən və üz nahiyəsinə uzanan sınığı, baş-beyinə və qişalarına qansızmalar, 1, İİ, İİİ qabırğaların sınıqları, sağ qasıq sümüyünün sirkə kasasına uzanan sınığı, sağ oturaq sümüyünün sınığı, sağ qamış sümüyünün sınığı, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bazunun, hər iki budun, sağ diz oynağı nahiyəsinin, sol baldırın, qarnın, sağ pəncə nahiyəsinin qançırları, sol diz nahiyəsinin, sol pəncənin sıyrıqları həyatidir, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Zərərçəkmiş şəxs2 Sabunçu Tibb mərkəzinə daxil olmasından az əvvəl, xx.xx.2024-cü il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində törənməsi mümkündür, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyır, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Sifətin, hər iki qulağın, sağ dabanın trofik yaraları - həmin nahiyələrdə qan təchizatının zəifləməsi nəticəsində yaranmışdır. Boynun, sağ əlin, sol saidin, sol dirsək çuxurunun yaraları şəxsə göstərilən tibbi müdaxilə yerləridir. Zərərçəkmiş şəxs2 ölümünə almış olduğu başın küt travması nəticəsində kəllə sümüklərinin kəllə əsasına keçən və üz nahiyəsinə uzanan sınığı ilə müşayiət olunan baş-beyinə qansızma nəticəsində postravmatik ödemin həyati vacib mərkəzləri sıxması olmuşdur. Ölüm "Medical Plaza” xx.xx.2024-cü il tarixdə saat 17:05-də baş vermişdir, bu da meyitdə gedən ilkin dəyişiklərə uyğundur. Şəxs uzun müddət stasionar müalicə aldığından meyitdən qan götürüb məhkəmə- kimya laboratoriyasına göndərmək məqsədə uyğun sayılmamışdır. (cild 1, iş vərəqə 208-215) Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1866 №-li rəydən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə - Təqsirləndirilən şəxs əqli imkanlarında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Ünsiyyətçilik, emosionallıq, başqalarının hiss və yaşantılarına biganə olmamaq kimi fərdi xüsusiyyətlərə malikdir. Onda, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs baş verənləri adekvat olaraq qavramaq və bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayəti törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman şüur və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. (cild 1, iş vərəqə 218-222) Maddi sübutun tanınması haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, «Kia Optima» markalı, ** CU *** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmış və sahibi Şahid2 qaytarılması nəzərə alınmış, həmçinin, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində ünvan 4 ünvanda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş TŞ 4-076 videomüşahidə qurğusunun kamerasında qeydə alınmış görüntünün «DVD»-yə köçürülmüş 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (cild 1, iş vərəqə 223) Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 187-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, «Kia Optima» markalı, ** CU *** dövlət qeydiyyat nişanlı minik avtomobili maddi sübut kimi tanınmış və sahibi Şahid2 qaytarılması nəzərə alınmış, həmçinin, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində ünvan 4 ünvanda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş TŞ 4-076 videomüşahidə qurğusunun kamerasında qeydə alınmış görüntünün «DVD»-yə köçürülmüş 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, istintaq sənədlərində hadisənin 5 may 2024-cü il tarixdə, saat 22:39-da Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyası istiqamətindən Mikayıl Əliyev küçəsi ilə Rüstəm Rüstəmov küçəsi istiqamətində hərəkətdə olan vaxtı Mikayıl Əliyev 9A nömrəli ünvanda yerləşən “Neptun” şadlıq sarayının qarşısında baş verməsi kimi oxunmuş, həmçinin istintaq sənədlərində “Kia Optima” markalı, 77UC923 dövlət qeydiyyat nişanlı minik avtomobilinin Şahid2 məxsus olması kimi oxunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, yaşayış məntəqəsində sürət həddini aşmağa görə barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bakı şəhəri, Nizami RPİ-nin DYPŞ-yə göndərilmişdir. (cild 1, iş vərəqə 224-233) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 237-239) Qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. (cild 1, iş vərəqə 247-248) Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 1, iş vərəqə 250-251) Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (cild 1, iş vərəqə 253- 254) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, zərər çəkmiş şəxsin hüquqi varislərinin, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CMin 263.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, «Kia Optima» markalı, ** CU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Şahid2 qaytarılması nəzərə alınmalı və Azərbaycan Respublikası Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş TŞ 4- 076 videomüşahidə qurğusunun kamerasında qeydə alınmış görüntünün «DVD»-yə köçürülmüş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həbsdə saxlanıldığı 05 (beş) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 04 (dörd) il 11 (on bir) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan «Kia Optima» markalı, ** CU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi Şahid2 qaytarılması nəzərə alınsın, Azərbaycan Respublikası Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş TŞ 4- 076 videomüşahidə qurğusunun kamerasında qeydə alınmış görüntünün «DVD»-yə köçürülmüş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər: Mahirə Kərimova Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1095/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1095/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver