Məhkəmə qərarları › İş №1(101)-1096/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1096/2021

28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1096/2021 28.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X2 iştirakları ilə, 07.07.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, natamam orta təhsilli, fərdi qaydada avtomobil təmiri ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatsız yaşamış, 05 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 fevral 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 17 yanvar 2021-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə uzun müddət dostluq münasibətlərində olduğu Şahid2 və sonuncunun nikahsız ər-arvad münasibətlərində olduğu xx.xx.1981-ci il təvəllüdlü, Bakı şəhəri Pirallahı rayon sakini Zərərçəkmiş şəxs qonaq dəvət etmiş, yaşadığı birmərtəbəli iki otaqlı evin qonaq otağında birlikdə yemək yeyərək spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə Şahid2 onu vaxtaşırı ziyarət etməməsi ilə bağlı irad bildirərək evindən qovmuş, daha sonra sonuncu barəsində nalayiq sözlər işlətdiyinə görə özü ilə təklikdə qalan Zərərçəkmiş şəxs ona Şahid2 əleyhinə və arxası ilə danışmasının düzgün olmaması ilə əlaqədar haqlı irad bildirdikdə, hər hansı əsaslı səbəb olmadan həmin iradı, yəni cüzi səbəbi bəhanə edərək özünə heç kimin irad bildirmək haqqının olmamasını, istədiyi şəxs barəsində istənilən fikir bildirmək üçün heç kimin məsləhət və iradlarına ehtiyacı olmadığını deyərək qəsdən mübahisə yaratmaqla, həmin mübahisənin gedişində özünü ətrafdakılara qarşı qoymaqla və cəmiyyətdə ümumi qəbul olunmuş əxlaq normalarını pozmaqla öz şəxsiyyətinin digərlərindən daha yüksək olduğunu, yəni eqoizmini nümayiş etdirib xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs öldürmək kimi təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək, yəni sonuncunu qəsdən öldürmək məqsədilə saat 23 radələrində yaşadığı evdəki şkafdan soyuq silah hesab edilməyən məişət təyinatlı, dəstəyinin uzunluğu 130 mm, tiyəsinin uzunluğu 170 mm olan kəsici-deşici xüsusiyyətlərə malik mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə çıxardıqdan sonra üzərinə hücum edib heç bir əsaslı səbəb olmadan həmin bıçaqla üzbəüz vəziyyətdə dayanmış zərərçəkmiş şəxsin mühüm həyati əhəmiyyətə malik olan boğaz nahiyəsinə bir dəfə möhkəm zərbə vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs dizləri üstə çökdüyünü görüb, hərəkətlərini davam etdirərək ayağı ilə bel nahiyəsindən itələyib üzü üstə yaşadığı evin həyətindəki daş hasarın yanındakı torpaq örtüyünün üzərinə yıxdıqdan sonra, sol dizini sonuncunun bel nahiyəsinə qoyub onun hərəkət etməməsini təmin edib, sol əli ilə isə onun saçlarından tutub özünə tərəf çəkərək sağ əlində olan bıçaqla rəhim göstərmədən müstəsna dərəcədə qəddarlıqla aşkar surətdə xüsusi ağrılar yetirdiyini və əzab verdiyini dərk edərək Zərərçəkmiş şəxs boğaz nahiyəsini kəsməklə sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid ölümlə birbaşa səbəbli əlaqəli kəskin qanitirmə ilə müşaiyət olunan “boynunun yuxarı üçdə birinin ön və yan səthlərinin əzələ toxumalarının, arteriya və vena damarlarının, qırtlaq və udlağın kəsilməsi ilə müşaiyət olunan dərin kəsilmiş yara” xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, törətmiş olduğu cinayət əməlini gizlətmək məqsədilə yaşadığı evin həyətindəki torpaq sahəsini qazıb Zərərçəkmiş şəxs meyitini orada basdırmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ilkin ifadəsində Zərərçəkmiş şəxs öldürdüyünü və bu baradə ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Sonrakı ifadəsində Zərərçəkmiş şəxs Şahid4 tərəfindən öldürüldüyünü bildirmişdir. Lakin bu barədə cinayət prosesi iştirakçıları tərəflərindən verilən sualları cavablandırmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, o, Pirallahı rayonunda yaşamaqla fərdi qaydada avtomobil təmiri ilə məşğul olmuş, Viktoriya Qribennikova adlı qadınla qeyri rəsmi ər-arvad münasibətlərindən 26 may 2005-ci il təvəllüdlü Şahid5 adlı qızı vardır, təxminən 2016-cı ildə Pirallahı rayon sakini X7 ilə tanış olaraq həmin tarixdən etibarən İlona və qızı Nailə ilə birlikdə ünvan 2 ünvanında yerləşən ona məxsus 1 mərtəbəli, 2 otaqlı həyət evində yaşamış, İlonanı həmişə “Leyla” adı ilə səsləmiş, təxminən 2007-ci il tarixdə Pirallahı rayon sakini, malyar kimi evlərin təmiri ilə məşğul olan Şahid2 ilə tanış olmaqla həmin tarixdən baş vermiş hadisəyədək Şahid2lə yaxın dostluq münasibətləri olmuş, təxminən 2017-ci il tarixdə dostu Şahid2 Pirallahı rayon sakini Zərərçəkmiş şəxs ilə tanış olaraq təxminən 2019-cu ilin noyabr ayından etibarən Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 3 ünvanındakı mənzilində birlikdə yaşamağa başlamış, Emillə yaxın dost olduğundan qarşılıqlı ailəvi get-gəlişi olmuş, buna görə də, onun Lalə ilə də münasibətləri yaranmış və aralarında düşmənçilik, ədavət və ya digər hər hansı problem olmamışdır. 17 yanvar 2021ci il tarixdə saat 16:30 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “niyə bizə gəlmirsən?” deyə sual vermiş, Emil isə “1-2 gün içmişdim. 4 gündü çölə çıxmıram, sabah gələrəm” deyə cavab vermiş, Emilin görüşə gəlmək istəməməsi barədə bəhanəsi xoşuna gəlmədiyindən Emilə “heç lazım da deyil” deyə bildirmiş, həmin danışıqdan əvvəl miqdarını unutsa da bir qədər spirtli içki qəbul etmiş, bu danışıqdan təxminən yarım saat sonra saat 17 radələrində sözlərindən Emilin incidiyini anlayıb, könlünü almaq üçün İlona ilə birlikdə Emilin yaşadığı evə getmiş, təxminən 5-10 dəqiqə sonra onun tapşırığına əsasən Nailə də dükandan aldığı 0,7 litrlik qabda olan araq butulkası ilə birlikdə Emilin evinə gəlmiş, həmin vaxt o, Lalə, Emil və İlona birlikdə masa arxasında əyləşib 0,7 litrlik qabda olan arağı içməklə spirtli içki qəbul etmiş, həmin vaxt Nailə onlarla birlikdə spirtli içki qəbul etməmiş, bundan sonra təxminən saat 18 radələrində o, Nailə və İlona Emilin evindən ayrılıb evdən çıxarkən o, Emilə “axşam Lalə ilə gələrsiz bizə araq içərik” deyə bildirmişdir. Həmin tarixdə saat 20:10 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Emilin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Emil və Laləni birlikdə çörək yeyib spirtli içki qəbul etmək üçün yaşadığı evə dəvət etmişdir. Həmin danışıq zamanı Emil ona Lalənin “peraşki” bişirdiyini, “peraşki” hazır olduqdan sonra gələcəklərini demiş, təxminən 20 dəqiqə sonra, yəni saat 20:30 radələrində Emil Lalə ilə birlikdə onun yaşadığı evə gəlmiş, həmin vaxt o, İlona, qızı Nailə, o cümlədən Emil və Lalə evin verandasında giriş qapısından sağda kiçik masa arxasında əyləşmiş, birlikdə Lalənin bişirdiyi “peraşki”ləri, o cümlədən “kolbasa” və sosis yeyən zaman o, İlona, Emil və Lalə birlikdə 1 litrlik arağı içməklə spirtli içki qəbul etməyə başlamış, aralarında yalnız qızı Nailə spirtli içki qəbul etməmiş, təxminən 1 saat sonra, yəni saat 21:30 radələrində Emillə arasında sözlü mübahisə yaranmış, belə ki, çörək yeyib spirtli içki qəbul edən zaman o, bir qədər də spirtli içkinin təsiri ilə əsəbi şəkildə Emilə “mən sənə həmişə hər şeydə köməklik edirəm, amma sən məni sayıb yanıma da gəlmirsən, işlərin yaxşı gedəndə məni saymırsan” deyə bildirmiş, Emil əvvəllər demək olar ki, 1 gündən 1 olmaqla yaşadığı evə qonaq gəlirmiş, lakin sonra zamanlar o, işləri olduğu bəhanəsi ilə qonaq gəlməmiş, bu hal da ona pis təsir etmiş, qeyt etdiyi sözləri məhz buna görə Emilə demiş, Emilə həmin sözləri əsəbi şəkildə deməsinə görə Emilin açığı tutub ona “çıxım gedim?” deyə sual vermiş, o, da Emilə “gedirsən get” deyə cavab vermiş, bundan sonra Emil masa arxasından qalxıb ayaqqabılarını geyinib Laləyə “gedirsən mənimlə?” deyə sual vermiş, Lalə isə “yox mən otururam” deyə cavab vermiş, bundan sonra Emil evdən çıxmış, qızı Nailə Emili evin həyətinin giriş qapısınadək yola salıb geri qayıtmış, Emil getdikdən təxminən 15-20 dəqiqə sonra qızı Nailə də evdən ayrılıb “Murad” adlı şəxsin evinə getmiş, Nailə evdən getdikdən sonra o, İlona və Lalə ilə birlikdə spirtli içki içməyə davam etmiş, təxminən 15-20 dəqiqə spirtli içki qəbul etdikdən sonra İlona masadan qalxaraq “mən gedirəm dincəlməyə, yatmağa” deyərək yanlarından ayrılıb yataq otağına keçmiş, bundan sonra o, Lalə ilə birlikdə spirtli içki içməyə davam etmiş, təxminən 15 dəqiqə sonra Emil ***-***-**-** saylı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, həmin vaxt o, Emilin Lalə ilə danışmaq istədiyini bildiyindən telefona özü cavab verməyərək telefonu Emillə danışması üçün Laləyə vermiş, həmin danışıq zaman Emil Laləyə qışqıraraq ondan evə gəlməsini tələb etmiş, lakin Lalə Emilə bir qədər sonra evə gələcəyini deyərək zəngi sonlandırmış, həmin danışıq zamanı o, Lalənin yanında olduğundan və mobil telefonun səsi yüksək çıxdığından onların danışıqlarını aydın eşitmiş, bu danışıqdan sonra Lalə ilə birlikdə təxminən 1 saat və ya daha çox müddətdə spirtli içki içib ümumi məzmundan söhbət etmiş, təxminən saat 23:20 radələrində Lalə ilə arasında sözlü mübahisə yaranmış, belə ki, o, aralarında olan söhbət əsnasında Laləyə Emil barədə danışaraq həmişə Emilə hər şeydə köməklik etdiyini, amma Emilin onu sayıb son vaxtlar heç yanına da gəlmədiyini bildirmiş, bu sözünə Lalə əsəbiləşib nəyə görə Emilə belə sözlər dediyini soruşmuş, Laləyə “əcəb edib deyirəm” deyə cavab vermiş, Lalə isə ona nalayiq formada “p.x yeyirsən” deyə cavab vermiş, Lalənin bu sözünə əsəbiləşib söyüş söyərək “dur s..dir burdan” deyə bildirib ondan evini tərk etməsini tələb etmiş, lakin Lalə evi tərk etmək istəmədiyindən Laləni qolundan tutaraq ayağa qaldırmış, bu zaman Lalə ayağa qalxıb onun ünvanına söyüşlər söyərək albalı rəngli çəkməsini geyinməyə başlamış, həmin vaxt Lalənin sözlərinə bərk əsəbiləşib evin giriş qapısı ilə üzbəüz nisbətən sol tərəfdə yerləşən, mətbəx bıçaqlarını və qab-qacaqları yığdıqları şkafdan dəstəyi qara və qəhvəyi rəngli, tiyəsinin isə bir kənarı iti, bir kənarı küt olan bıçağı sağ əli ilə götürüb, bıçağın dəstəyini əlinin içində kəsici-deşici hissəsini isə biləyi istiqamətində tutmaqla əlində saxlamış, həmin bıçaq mətbəx bıçağı olmaqla yaşadığı evdə məişət xarakterli istifadə edilmiş, bıçağı götürməkdə məqsədi və niyəti həmin bıçağı Laləyə həm nümayiş etdirməklə, həm də bıçağı Laləyə doğru sağa-sola yelləyərək ona xəsarət yetirə biləcəyi görüntüsü yaratmaqla onu qorxudub evindən getməsinə nail olmaq olmuş, bıçağı götürüb sağ əlində saxladıqdan sonra giriş qapısının qarşısında dayanan Laləyə yaxınlaşıb evin giriş qapısını açaraq Laləni əli ilə çölə itələmiş, çölə itələdikdə Lalənin ayağı büdrəsə də çətinliklə müvazimətini saxlayıb onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etməyə davam etmiş, bu zaman Laləni sakitləşdirmək məqsədi ilə Laləyə yaxınlaşdığı an Lalə sağ əli ilə onun sifət nahiyəsindən sillə zərbəsi vurmağa çalışmış, lakin başını geri çəkdiyindən Lalənin əli ona dəyməsə də sifətinin sol hissəsinə bir qədər sürtünmüş, həmin vaxt təxminən saat 23:45 radələri olmuş, Lalənin ona sillə zərbəsi vurmaq istəməsinə bərk əsəbiləşib Laləyə xəsarət yetirmək məqsədi ilə sağ əlində olan bıçağı sağdan sola yelləməklə Lalənin sifət nahiyəsinə doğru zərbə vurmuş, həmin an bıçaq Lalənin boğaz nahiyəsindən dəymiş və həmin hissədə yara açılmış, Lalə əli ilə boyun nahiyəsindən yapışıb dizləri üstə yerə çökmüş, Lalənin əli ilə yapışdığı hissədən, yəni onun boyun nahiyəsindən qan axmağa başlamış, həmçinin Lalə yerə çökdükdə xırıldamağa başalamış, bu zaman Lalənin yarasının böyük olmasını görüb, ona köməklik göstərməyin mənasız olduğunu, Lalənin onsuz da vurduğu zərbədən sonra sağ qalmayacağını və öləcəyini fikirləşib, həmçinin Lalənin artıq can verdiyini yəqin edib, Lalə aldığı bıçaq zərbəsindən əzab çəkməyib tez ölsün deyə sağ ayağı ilə Lalənin bel nahiyəsindən itələməklə Laləni üzüüstə evin giriş qapısı ilə üzbəüz həyətdəki torpaq səthinin üstünə yıxmış, elə həmin an Lalənin bel nahiyəsinə sol dizini qoyub hərəkət etməməsini təmin edərək, sol əli ilə Lalənin saçlarından tutub özünə tərəf çəkərək sağ əlində olan bıçaqla irəli-geri etməklə Lalənin boğazını kəsməyə başlamış, bir neçə saniyə bu hərəkətinə davam etdikdə bıçaq Lalənin boğaz nahiyəsində sümüyə ilişib “xır” deyə səs etdikdə hərəkətini dayandırıb ayağa qalxmış, Lalənin artıq öldüyünü dərk edib, məsuliyyətə cəlb edilməkdən qorxduğu üçün meyitini evin giriş qapısının qarşısındakı torpaq örtüyünün altında basdırmaqla meyiti gizlətmək qərarına gəlmiş, belə ki, baş vermiş hadisəni görən olmamış, eləcə də hadisə zamanı Lalə qışqırmadığından, yaxud kimisə köməyə çağırmadığından heç kim hadisə yerinə gəlməmiş, sonra dərhal evə daxil olub əvvəlcə qazıntı zamanı belin və ya çıxa biləcək digər səsləri eşidilməsinin qarşısını almaq məqsədi ilə yaşadığı evin terasında, yəni evə daxil olan zaman girişdə yerləşən otadakı televizorun səsini bir qədər artırmış, sonra isə evdəki saxlanc otağında saxladığı beli götürmüş, həmin vaxt pəncərədən yataq otağına baxdıqda İlonanın otaqdakı yataqda yatdığını görmüş, həyətə geri qayıdıb Lalənin meyitini torpaq örtüyünün üzərindən kənara çəkib yeri qazmağa başlamış, torpaq örtüyü yumuşaq olduğu üçün təxminən 10-12 dəqiqə ərzində təxminən 1 metr dərinliyindən çuxur qazdıqdan sonra Lalənin meyitini qazdığı dərəyə yeləşib-yerləşməyəcəyini dəqiqləşdirmək üçün ona və çuxura baxıb öz-özlüyündə Lalənin əynində olan gödəkçə və çəkmə ilə həmin dərəyə yerləşməyəcəyini fikirləşmiş, buna görə Lalənin əynində olan qırmızımtıl rəngli gödəkcəni, eləcə də albalı rəngli çəkməsini çıxarıb kənara qoymuş, həmin vaxt Lalənin əynində qara rəngli lasin və göy rəngli qolu uzun sviter qalmış, daha sonra Lalənin sviterindən tutub dartmaqla onun meyitini qazdığı çuxura atmış, xatırladığı qədəri ilə Lalənin sviterindən tutub dartdıqdan sonra Lalənin sviteri də əynindən çıxmış, həmin geyim əşyasını da əynindən çıxardığı gödəkcə və çəkmənin yanına qoymuş, Lalənin meyitini çuxura atdıqdan sonra çuxurun üzərini qazdığı torpaqla örtüb torpaq örtüyünün üzərini həm tapdalamaqla, həm də beldən istifadə etməklə yastılamış, bundan sonra həyətin yer örtüyünə sıçramış Lalənin qan izlərini xlor tərkibli təmizləyici vasitə ilə təmizləmiş, sonra isə Lalənin əynindən çıxardığı sviteri, gödəkcə və çəkməni, habelə üzərləri qanlı olduqları üçün hadisə vaxtı əynində olmuş avtomobil təmiri ilə məşğul olan zaman geyindiyi üzəri çirki tünd göy rəngli şalvar və tünd göy rəngli sviteri çıxarıb digər geyim geyindikdən sonra onları da Lalənin paltarları ilə birlikdə qara rəngli selofan torbaya yığıb evin həyətindən çıxaraq evdən təxminən 150-200 metr aralıda yerləşən zibil qutularının yerləşdiyi yerə gedib həmin əşyaları zibil qutusuna atmış, sonra isə evə geri qayıdıb evin həyətindəki əl-üz yuma yerində cinayəti törətdiyi bıçağı “Fairi” adlanan qab yuyan vasitəsi ilə sürtməklə su ilə yuyub üzərindəki qan ləkələrini təmizləmiş, sonra evə daxil olub bıçağı hadisədən əvvəl götürdüyü yerə, yəni şkafa geri qoyaraq evin terasındakı divana uzanıb yatmağa çalışmış, lakin törətdiyi cinayətin həyacanından 2-3 saat ərzində yatmaqda çətinlik çəkmişdir. Təxminən 26 yanvar 2021-ci il tarixdə günorta saatlarında Emilə zəng edərək evinin həyətindəki torpaq örtüyünün üzərini betonlamaq istədiyini deyib, betonu necə hazırlamalı olduğunu, bunun üçün hansı miqdarda sement və digər ləvazimat almalı olduğunu soruşmuş, həmçinin bu işdə ona köməklik etməsini xahiş etmiş, onun suallarına Emil izahlar verdikdən sonra həmin tarixdə axşam saatlarında Pirallahı rayonunda yerləşən tikinti ləvazimatlarının satıldığı dükandan Emilin dediyi miqdarda sement və qum satın almış, daha sonra 27 yanvar 2021-ci il tarixdə səhər saatlarında aldığı tikinti ləvazimatlarından istifadə etməklə Lalənin meyitini basdırdığı evinin həyətindəki torpaq örtüyünün üzərini betonlamış, Emil bu işdə köməklik edəcəyinə söz versə də, sonradan hadisə günü aralarında olan mübahisə ilə bağlı ona qarşı incikli qaldığından bu işdə kömək etməmişdir. 05.02.2021-ci il tarixdə Pirallahı rayon polis şöbəsinə polis mayoru Şahid3 qəbuluna getmiş və Şahid3 ona ünvanladığı Lalənin itməsi ilə bağlı suallar ətrafında bir qədər düşünərək törətdiyi cinayət hadisəsi barədə polis mayoru Şahid3 məlumat verməyi qərarlaşdırıb baş vermiş hadisəni danışmış, etdiyim əməldən peşmandır. Törətdiyi hadisə zamanı Zərərçəkmiş şəxs boğaz nahiyəsini kəsən zaman möhkəm fiziki ağrılar yetirməklə ona əzab verdiyini dərk etmiş, lakin hadisə zamanı bir qədər də spirtli içkinin təsiri ilə hərəkətlərini dayandırmayaraq Lalənin tez bir şəkildə ölməsini arzu etmişdir. Ona təqdim edilən baxış zamanı yaşadığı evdən götürülmüş bıçaqlardan fotoşəkildə əks olunan 2 nömrəsi ilə işarələnmiş bıçaq mətbəx bıçağıdır və yaşadığı evdə məişət xarakterli istifadə edilir, eləcə də həmin bıçaq yaşadığı evin giriş qapısı ilə üzbəüz nisbətən sol tərəfdə yerləşən, mətbəx bıçaqlarını və qab-qacaqları yığdıqları şkafda saxlanılır. Törətdiyi cinayət hadisəsini, yəni Zərərçəkmiş şəxs qəsdən öldürdüyünü heç bir təsirə məruz qalmadan etiraf edib bununla bağlı ifadə verərkən həyəcanlı olduğundan, eləcə cinayət hadisəsini törədən zaman da spirtli içkinin təsiri altında olduğundan yaşadığı evdəki şkafda saxladığı dəstəyi qara rəngli bıçaqla Zərərçəkmiş şəxs öldürdüyünü xatırladığı üçün məhz şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılan zaman həmin bıçmağı cinayətin aləti kimi istintaqa təqdim etmiş, belə etməklə istintaq orqanını yanıltmaq fikri olmamış, ancaq göstərdiyi səbəblərdən ola bilər ki, səhvlik edərək Zərərçəkmiş şəxs öldürdüyü bıçağı düzgün xatırlamamış, buna görə də məhkəmə-genetik ekspertizasının rəyi ilə tam razılaşır və bununla bağlı hər hansı etirazı yoxdur, belə ki, Zərərçəkmiş şəxs yalnız 1 ədəd bıçaqdan istifadə etməklə ifadələrində göstərdiyi şəraitdə heç kimin iştirakı olmadan öldürmüş və həmin cinayət hadisəsi zamanı başqa bıçaqdan istifadə etməmiş, eləcə də cinayəti törətdiyi bıçaq digər bıçaqlarla təmasda olmadığından bıçaqda qalmış qan ləkələri başqa bıçağa hopmamış, düşünür ki, hadisədən sonra cinayəti törətdiyi bıçağı yaxşı yumadığından həmin bıçaqda Zərərçəkmiş şəxs məxsus qan izləri qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır, Zərərçəkmiş şəxs başqa onun Vüsalə Ramazanova adlı digər bacısı da vardır, uşaq yaşlarında atası ilə anası boşandığından və onlar himayəlik edən şəxs olmadığı üçün o, bacıları ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 nömrəli ümumi internat məktəbinə yerləşdirilmiş, hər üçü qeyd etdiyi məktəbdə yaşayıb 9-cu sinfədək natamam orta təhsil aldıqdan sonra əvvəlcə o, 1996-cı ildə, sonra isə bacıları 1997-1998-ci illərdə həmin məktəbdən ayrılmışlar. Sonrakı tarixlərdə onlar birlikdə Bakı şəhərində Əhmədli qəsəbəsindəki anası X1 evində yaşamış, həmin ərəfədə tarixini unutsa da bacısı X14 adlı şəxslə ailə həyatı quraraq evdən ayrılmış, sonra 1998-ci ildə bacısı Lalə nikahsız ər-arvad münasibətində olduğu soyadını unutduğu Namiq adlı şəxslə birlikdə Bakı şəhərində unutduğu ünvanda yaşamağa başlamış, Lalə Namiqdən ayrıdıqdan sonra unutduğu tarixdə Dilavər Dadaşov adlı şəxslə ailə həyatı quraraq Bakı şəhərində unutduğu ünvanda kirayədə yaşamağa başlamış, lakin onların rəsmi nikaha daxil olub-olmamalarını bilmir. Təxminən 1999-cu il tarixdə o, anası Sevda ilə birlikdə ünvan 5 ünvanında yerləşən mənzilə köçmüş, 2000-ci ildə X5 nigahından Jalə adlı övladı dünyaya gəlmiş, xatırladığı qədəri ilə 2001-ci il tarixdə Dilavər Dadaşov baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş, həmin vaxtdan sonra Lalə tüfeyli həyat tərzi keçirməyə, çox miqdarda spirtli içki içməyə, müxtəlif kişilərlə ünsiyyət qurmağa başlamış, dəfələrlə o, eləcə də bacısı Vüsalə Laləyə irad bildirsələr də, hətta o, dəfələrlə Laləni yaşadığı evə gətirib yanından ayrılmamasını, onunla birlikdə yaşamasını deməsinə baxmayaraq Lalə qeyd etdiyi həyat tərzinə davam etmişdir. Uzun müddət Lalə heç yerdə işləməmiş, Lalə təxminən 2019-cu il tarixdən etibarən əvvəllər tanımadığı və hər hansı münasibəti olmayan Şahid2 adlı şəxslə sonuncunun evində birlikdə yaşamağa başlamış, təxminən 2020-ci ilin mart ayında Lalə Pirallahı rayonu Mənzil Komunal Təsərüfatı birliyində xadiməçi kimi işə düzəlmiş, lakin işdə yol verdiyi nöqsana görə 2020-ci ilin sentyabr ayında işdən çıxarılmışdır. O, Lalə ilə onun keçirdiyi həyat tərzinə görə utandığından çox nadir hallarda görüşmüş, lakin mobil telefonla aradabir əlaqə saxlayıb hal-əhvalını öyrənmiş, sonuncu dəfə Lalə ilə 2020-ci ilin dekabr ayının əvvələrində mobil telefonla danışıb hal-əhvalını soruşmuş, təxminən 2021-ci ilin yanvar ayının sonlarında bacısı Vüsalə ona zəng edərək Laləni tapa bilmədiyini və heç cür əlaqə saxlaya bilmədiyini, Lalənin birlikdə yaşadığı Emilin də ona zəng edərək Laləni tapa bilmədiyini dediyini bildirib, ondan Lalənin yerini bilib-bilmədiyini, yaxud onunla əlaqə saxlayıbsaxlamadığını soruşmuş, Vüsaləyə Lalənin yerini bilmədiyini, həmçinin Lalənin onunla əlaqə saxlamadığını, ancaq maraqlanıb bir xəbər öyrənərsə məlumat verəcəyini demişdir. Çox hallarda o və ya bacısı Vüsalə bəzən 15-20 gün, hətta 1 ay müddətində Lalə ilə əlaqə yarada, yaxud hər hansı xəbər ala bilməmiş, buna görə də o və Vüsalə Lalənin onlarla uzun müddət əlaqə saxlamamasını adi hal kimi qəbul etmiş, buna baxmayaraq Vüsalə ona Lalə ilə əlaqə saxlaya bilmədiyini bildirdiyi vaxtdan sonrakı tarixdə o, Lalənin birlikdə yaşadığı Emil adlı şəxsin yaşadığı mənzilin yerini öyrənib həmin ünvana getmiş, lakin evdə heç kim olmadığından Emili tapıb Lalənin olduğu yer ilə, eləcə də Lalənin gedə biləcəyi yerlər ilə ondan maraqlana bilməmiş, daha sonra o, Pirallahı rayonunda müxtəlif şəxslərdən Laləni görən olub-olmadığını soraqlaşmış, lakin heç kim Laləni gördüyünü bildirməmiş, təxminən 03.02.2021-ci il tarixdə bacısı Vüsalə ona zəng edərək Lalənin yerini tapıb-tapmadığını soruşmuş, o, isə Lalənin yerini tapa bilmədiyini və bununla bağlı polis şöbəsinə gedərək məlumat verəcəyini demiş, lakin Lalənin itkin düşməsi ilə bağlı Pirallahı rayon polis şöbəsinə məlumat verməyi qərarlaşdırsa da sonrakı tarixlərdə işləri olduğu üçün vaxt edib Pirallahı rayon polis şöbəsinə gedə bilməmişdir. Daha sonra 05.02.2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Pirallahı rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru Şahid3 onu Pirallahı rayon polis şöbəsinə dəvət etmiş, polis şöbəsinə gedərək polis mayoru Şahid3lə görüşdükdə sonuncu ona məlumat verərək 17.01.20201-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı əvvəllər tanımadığı və hər hansı münasibəti olmayan Təqsirləndirilən şəxs adlı şəxsin bacısı Laləyə boğaz nahiyəsindən bıçaq zərbəsi vuraraq onu qəsdən öldürdüyünü, sonra isə məsuliyyətdən yayınmaq üçün Lalənin meyitini yaşadığı evin həyətində çuxur qazaraq basdırdığını, prokurorluq əməkdaşlarının hadisəni araşdırdıqlarını demişdir. Tanımadığı və heç vaxt görmədiyi Təqsirləndirilən şəxs adlı şəxsin bacısı Laləni qəsdən öldürdüyü üçün barəsində qanunamüvafiq mümkün bütün tədbirlərin görülməsini xahiş edir. Hadisədən əvvəlki tarixlərdə kiminsə bacısı Zərərçəkmiş şəxs öldürəcəyi ilə hədələməsi barədə hər hansı məlumatı olmamış, Lalə hər hansı psixi və ya psixoloji xəstəlikdən əziyyət çəkməmiş, habelə narkotik vasitələrdən istifadə etməmiş, lakin çox miqdarda spirtli içki qəbul etməklə spirtli içki aludəçisi olmuşdur. O, Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, uzun illərdir Pirallahı rayonunda fərdi qaydada malyar ustası kimi mənzillərin təmiri ilə məşğul olur, təxminən 2007-ci ildə Pirallahı rayonunda fərdi qaydada avtomobil təmiri ilə məşğul olan Təqsirləndirilən şəxs ilə tanış olmaqla həmin tarixdən baş vermiş hadisəyədək Telmanla yaxın dostluq münasibətləri olmuş, aralarında heç vaxt düşmənçilik, ədavət və ya digər hər hansı problem olmamış, Telman təxminən 2016-cı ildə Pirallahı rayon sakini Azərbaycan Respublikasının vətəndaşı X7 ilə tanış olaraq həmin tarixdən etibarən onunla və qızı Şahid5 ilə birlikdə ünvan 6 ünvanında yerləşən 2 otaqlı həyət evində yaşamağa başlamış, həm Telman, həm də digər şəxslər İlonanı “Leyla” adı ilə tanıyır və ona həmin adla müraciət edir. Təxminən 2017-ci il tarixdə təsadüfü zəmində Pirallahı rayonunda yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuş, həmin ərəfədə Lalə ilə sıx əlaqələri olmasa da, təxminən 30 noyabr 2019-cu il tarixdən etibarən Zərərçəkmiş şəxs onunla birlikdə ünvan 3 ünvanındakı ona məxsus evdə yaşamağa başlamış, həmin vaxtdan da onlar nikahsız ərarvad münasibətlərində olmuşlar. Lalə Pirallahı rayonu Mənzil Komunal Təsərüfatı birliyində xadiməçi işləmiş, Telmanla yaxın dost olduğu üçün ailəvi get-gəlişi olmuş, buna görə də Telmanın da Lalə ilə də münasibətləri yaranmış, lakin hadisəyədək Telmanın Lalə ilə arasında düşmənçilik, ədavət və ya digər hər hansı problem olmamışdır. 17 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində Telman istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “niyə bizə gəlmirsən?” deyə sual vermiş, Telmana “1-2 gün içmişdim, 4 gündü çölə çıxmıram, sabah gələrəm” deyə cavab verdikdə Telman “heç lazım da deyil” deyə bildirmiş, danışıq tərzində Telmanın içkili olduğunu anlayıb dediklrinə cavab verməyərək zəngi sonlandırmış, bu danışıqdan təxminən yarım saat sonra saat 17 radələrində Telman və İlona birlikdə yaşadığı mənzilə gələrək sadəcə hal-əhval tutmaq üçün gəldiklərini demişlər, həmin vaxt ağızlarından spirtli içkinin qoxusunun gəlməsindən, həm də hərəkətlərindən Telman və İlonanın artıq spirtli içki qəbul etdiklərini anlamış, təxminən 5-10 dəqiqə sonra Nailə də yaşadığı mənzilə Telmanın sifarişi ilə dükandan aldığı 0,7 litrlik qabda olan araq butulkası ilə gəlmiş, həmin vaxt o, Lalə, Telman və İlona birlikdə masa arxasında əyləşib 0,7 litrlik qabda olan arağı içməklə birlikdə spirtli içki qəbul etmişlər, Nailə isə spirtli içki qəbul etməmişdir. Təxminən 18 radələrində Telman, Nailə və İlona yaşadığı evdən ayrılmış, evdən çıxarkən Telman ona “axşam Lalə ilə gələrsiz bizə araq içərik” deyə bildirmiş, təxminən saat 20:10 radələrində Telman istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək yenidən onu və Laləni birlikdə çörək yeyib spirtli içki qəbul etmək üçün yaşadığı evə dəvət etmiş, həmin danışıq zamanı Telmana Lalənin “peraşki” bişirdiyini, “peraşki” hazır olduqdan sonra onlara gələcəklərini demiş, Telman da razılaşdıqdan təxminən 20 dəqiqə sonra, yəni saat 20:30 radələrində Lalə ilə birlikdə Telmanın yaşadığı evə getmiş, Telmanın yaşadığı həyət evi iki otaqlı olmuş, evin qapısından giriş hissədə veranda olmuş, evin bir ədəd də yataq otağı olmuş, həmçinin Telman evdə iki ədəd it saxlamış, onun yaşadığı mənzilin yerləşdiyi bina Telmanın evindən təxminən 200-300 metr məsafədə yerləşmişdir. Lalə ilə birlikdə Telmanın yaşadığı evə getdikdə, orada o, Lalə, İlona, Telman və Nailə birlikdə evin verandasında giriş qapısından sağda kiçik masa arxasında əyləşmiş, həmin vaxt birlikdə Lalənin bişirdiyi “peraşki”ləri, o cümlədən “kolbasa” və sosis yeyən zaman o, Telman, İlona və Lalə birlikdə 1 litrlik arağı içməklə spirtli içki qəbul etməyə başlamış, yalnız Nailə spirtli içki qəbul etməmiş, təxminən 1 saat sonra, yəni saat 21:30 radələrində onun Telmanla arasında sözlü mübahisə yaranmış, belə ki, çörək yeyib spirtli içki qəbul edən zaman Telman bir qədər də spirtli içkinin təsiri ilə əsəbi şəkildə ona “mən sənə həmişə hər şeydə köməklik edirəm, amma sən məni sayıb yanıma da gəlmirsən, işlərin yaxşı gedəndə məni saymırsan, sən vicdansızsan” deyə bildirmiş, o, əvvəllər demək olar ki, 1 gündən 1 olmaqla Telmanın yaşadığı evə qonaq getmiş, lakin son zamanlar işləri olduğu üçün, eləcə də Laləni evdə tək qoymaq istəmədiyi üçün Telmanın evinə qonaq getməmiş, hadisəyədək 4-5 dəfə Lalə ilə də birlikdə Telmanın yaşadığı evdə qonaq olmuş, həmin ərəfədə hər hansı problem yaşanmamışdır. Telman əsəbi şəkildə həmin sözlərini ona dediyi üçün o, acıqlanıb Telmana “çıxım gedim?” deyə sual vermiş, Telman isə “gedirsən get, cəhənnəm ol” deyə cavab vermişdir. Bundan sonra o, masa arxasından qalxıb ayaqqabılarını geyinib Laləyə “gedirsən mənimlə?” deyə sual vermiş, Lalə isə “yox mən otururam, sən get özüm gələcəm” deyə cavab verdikdə o, çıxmaq istəyərkən Telman “mənim nömrələrimi də poz” deyə bildirmiş, Telmana cavab verməyib evdən çıxmışdır. Həmin vaxt Nailə də arxası ilə çölə çıxıb həyətin giriş qapısınadək onu yola salmış, evə getdikdən təxminən yarım saat sonra saat 22 radələrind istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Telmanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, həmin vaxt zəngə Lalə cavab verdikdə Laləyə Telmanı nəzərdə tutaraq “görmürsən bu əclaf nə gündədi? dur gəl evə” deyə bildirmiş, Lalə isə “10 dəqiqəyə gələcəm” deyə cavab verib zəngi sonlandırmış, bu danışıqdan təxminən 15-20 dəqiqə sonra, yəni saat 22:25 radələrində yenidən Telmanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etdikdə həmin vaxtda da zəngə Lalə cavab vermiş, danışıq zamanı evə gəlmədiyi üçün əsəbiləşdiyindən Laləyə “5 dəqiqəyə evdə ol, uçaskovuya zəng eləmişəm” deyə bildirmiş, Lalə isə sadəcə “gəlirəm indi” deyə cavab verib zəngi sonlandırmışdır. Laləyə “uçaskovuya zəng eləmişəm” sözlərini deməklə guya həmin vaxt sahə müvəkkili olan polis əməkdaşına zəng etdiyini bildirmiş, Laləni polis əməkdaşının adı ilə qorxudub evə gəlməsinə nail olmaq istəmişdir. Göstərdiyi danışıqdan da təxminən 15 dəqiqə sonra yenidən Telmanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, həmin vaxt isə zəngə Telman cavab vermiş, Telmana Laləni nəzərdə tutaraq “Telman qov onu evdən ki, gəlsin evə” deyə bildirmiş, Telman isə “mən heç heyvanı evimdən qovmuram” deyə cavab verdikdə Telmana “elə eləmə evinə polislə gəlim” deyə bildirmiş, Telman isə ona qarşı söyüş söyərək zəngi sonlandırmışdır. Bu danışıqdan sonra yatağına uzanmış və bir daha Telmana zəng etməmiş, belə ki, hər hansı hadisənin baş verəcəyini ehtimal da etməyib Lalənin özünün hansısa saatda evə geri qayıdacağını düşünmüş, belə ki, Lalə spirtli içki içdiyi zaman “butulka”da olan içki bitməmiş masa arxasından qalxmağı xoşlamamış, hadisədən əvvəllər də məhz bu tipli hallara görə, yəni o, içki bitməmiş masadan içki “butulka”sını götürdükdə Lalə ilə arasında sözlü mübahisələr olmuşdur. Buna görə də həmin tarixdə Lalənin spirtli içki bitdikdən sonra Telmanın evindən geri qayıdacağını düşünmüşdür. Növbəti gün, yəni 18.01.2021-ci il tarixdə yuxudan qalxdıqda Lalənin evə gəlmədiyini görmüş, həmin tarixədək Lalə bir neçə dəfə ya ona xəbər etmədən, ya da qısa müddətə geri qayıdacağını deyərək yaşadığı evdən ayrılaraq 9-10 gündən sonra geri qayıtmış, buna görə də həmin vaxt Lalənin evdə olmamasına təccüblənməyib Lalənin yenə də evə gəlməyərək ya hansısa rəfiqəsinin evinə, ya da ondan əvvəl münasibətdə olduğu kişilərin yanına getdiyini düşünmüş, 18.01.2021-ci il tarixdə saat 10 radələrində Telman ona zəng edərək kefini soruşduqda Telmana “sənin təhqirlərindən sonra yaxşıyam” cavab vermiş, Telman isə heç nə olmamış kimi rus dilində “mən sənə nə etmişəm?” soruşduqda Telmana “dünən məni təhqir etdin, mən də hirsləndim çıxıb getdim” deyə bildirmiş, Telman bu halı xatırlamadığını deyib Laləni nəzərdə tutaraq rus dilində danışaraq “gözəlçən gəldi?” deyə sual vermiş, Telmana “yox gəlməyib, mən saat 3-ə kimi gözlədim, amma heç kim qapını döymədi” deyə bildirmiş, Telman “dünən Lalə gedəndə dedi ki, Emilin yanına gedirəm” deyə bildirmiş, Telmana bu onun problemidi deyə cavab vermişdir. Növbəti gün Telmanın yaşadığı evdə olduğu zaman hər hansı ciddi dəyişiklik, şübhəli məqam, habelə evdə, yaxud həyətdə hər hansı qan izi görməmiş, sonrakı tarixlərdə də Telmanla ümumi məzmunda telefon danışıqları olmuş, 26 yanvar 2021-ci il tarixdə günorta saatlarında Telman ona zəng edərək evinin həyətindəki torpaq örtüyünün üzərini betonlamaq istədiyini deyib, ondan betonu necə hazırlamalı olduğunu, bunun üçün hansı miqdarda sement və digər ləvazimat almalı olduğunu soruşmuş, Telmana izah verərək beton hazırlamaq üçün hansı miqdarda qum və sement lazım olduğunu demiş, hadisədən uzun müddət əvvəl Telman ona bir neçə dəfə pulu olduğu zaman həyətindəki torpaq örtüyünü betonlamaq istədiyini demiş, belə ki, Telman bu halı yağış yağan zaman həyətin palçıq olmasını, eləcə də həyətdə suyun yığışması ilə izah etmiş, lakin Telman ona əvvəllər bu barədə desə də 26 yanvar 2021-ci il tarixdən bir neçə ay əvvələdək Telman həyətini betonlamaq istəməsi ilə bağlı heç nə deməmiş, sonuncu tarixdə isə birdən-birə Telman bu qərara gəlmişdir. Sonradan dəqiq tarixini bilməsə də Telman yaşadığı evin həyətindəki torpaq örtüyünün üzərini betonlamış, betonlama ilə bağlı Telman ondan köməklik istəsə də sonradan işlə bağlı vaxtı olmadığından Telmana köməklik etməmiş, polis sahə müvəkkili polis mayoru Şahid3 qəbulunu çağırdığından 05.02.2021-ci il tarixdə Telmanla birlikdə Pirallahı rayon polis şöbəsinə getmiş, saat 13-14 radələrində polis mayoru Şahid3 əvvəlcə onu qəbul edib yenidən Lalənin itməsi ilə bağlı baş vermiş hadisənin necə olmasını soruşmuş, Şahid3 bildiklərini danışmış, sonra Telman qəbula girmiş, təxminən 15-20 dəqiqə sonra polis mayoru Şahid3 otağından çıxıb ona Telmanın Laləni öldürdüyünü etiraf etdiyini demiş, lakin o, bu hala inana bilməmiş, sonradan isə Telmanın etdiyi əməli, yəni Laləyə bıçaq zərbəsi vuraraq öldürməsi, sonra isə onun meyitini evinin həyətindəki torpaq örtüyünün altında basdırdığı barədə polis əməkdaşlarına danışmasını kənardan eşitdikdə Telmanın həqiqətən də Laləni öldürməsinə inanmış, Telman bu əməlini etiraf edərkən heç kim ona qarşı fiziki və ya psixi təsir göstərməmiş, həmçinin Telman törətdiyi hadisəni polis əməkdaşlarına danışan zaman o, yaranmış şəraitdən istifadə edib Telmana “sən bunu necə edə bildin, Laləni necə əlin gəldiki öldürdün?” deyə sual vermiş, Telman isə “elədim də” deyə cavab vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır. Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs öldürməmiş, Zərərçəkmiş şəxs Şahid4 öldürmüş, belə ki, hadisədən sonra İlona ona Laləni öldürdüyünü bildirmiş, lakin o, İlonanın səsini telefona yaza bilməmişdir. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, anası Viktoriya Qrebenikova 2014-cü ildə xərçəng xəstəliyindən vəfat etmiş, sonradan atası Telman əslən gürcü olan Şahid4 ilə tanış olmuş və İlona bir müddətdən sonra onlarla birlikdə yaşamağa başlamışdır. X19 Mirzəyev adlı şəxslə dost olmaqla tez-tez birlikdə yemək yemiş, o, Zərərçəkmiş şəxs isə təxminən 3-4 il əvvəl tanımış, həmin zaman Lalə atası Telmanın “Bəxtiyar” adlı tanışı ilə birlikdə yaşadıqları evə atasının ad gününə gəlmiş, sonradan Zərərçəkmiş şəxs küçədə bir neçə dəfə görərək görüşmüş, Lalənin Şahid2lə münasibətinin olması barədə ailəsində olan ümumi danışıqlar zamanı bilmişdir. 17 yanvar 2021-ci il tarixdə səhər saatlarında yuxudan duraraq evlərinə gəlmiş, daha sonra birlikdə yaşadığı “Murad” adlı şəxsin yaşadığı və evlərindən bir qədər aralıda yerləşən dördmərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzilə getmiş, saat 11 radələrində atası Telmanın evinə geri qayıdaraq axşamadək orada olmuş, evdə olduğu zaman Şahid2 və birlikdə yaşadığı Lalə onlara qonaq gəlmiş, sonra Lalə, Emil, Telman və İlona birlikdə evlərinin giriş hissəsində olan otaqda, yəni qonaq otağında əyləşərək yemək yeyib spirtli içki qəbul etməyə başlamışlar. O, da onlarla birlikdə əyləşib bir ya iki ədəd “peraşki” yemiş, bu zaman X19in üzünə qarşı sonuncunun pis günlərində onun yanına gəldiyini, ondan əl çəkmədiyini, lakin işləri yaxşı getdiyi zaman onu unutduğunu bildirmiş və onların sözlə mübahisəsi başlamış, bundan sonra Emil küsərək otaqdan çıxaraq Lalənin otaqda qaldığını düşünmədən getməyə başlamış, o, da Emillə birlikdə çıxaraq onu həyətin qapısına qədər ötürmüş, bundan sonra evə qayıdaraq İlonanın mürgülədiyini, Lalə ilə atasının isə hələ də yemək yeməklə spirtli içki qəbul etməyə davam etdiklərini görmüş, təxminən 5-10 dəqiqə oturduqdan sonra o, da hazırlaşaraq Muradın evinə getmiş, bu zaman Murad hazırda xatırlamadığı mobil nömrəsi ilə ona zəng edərək evə gəlibgəlmədiyini soruşduqda Murada artıq evdən çıxdığını bildirmişdir. Muradın evində olarkən 18 yanvar 2021-ci il tarixdə saat 02 radələrində İlona “whatsapp” adlanan ani mesajlaşma proqramı vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə ona zəng edərək “bunlar məni bezdirib, musiqinin səsini qaldırıblar yata bilmirəm” deyə bildirmiş, İlona ilə danışan zaman arxa fondan həqiqətən də yüksək musiqi səsi gəlmiş, onunla danışan zaman İlona yuxulu olduğunu hiss etmiş, danışıq zamanı İlona heç bir səbəb bildirmədən ondan evə gələ bilib-bilməyəcəyini soruşmuş, İlonaya artıq gec olduğunu evə gələ bilməyəcəyini demiş, bundan sonra həmin tarixdə saat 4 radələrində yatdığı zaman atası Telman istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona zəng etdiyi üçün yuxudan qalxıb zəngə cavab vermiş, həmin danışıq zamanı atası Telman ona səbəb bildirmədən evə gəlməyini bildirmiş, Telmana “yaxşı birazdan gələcəm” deyə cavab verib zəngi sonlandırmış, lakin gec olduğu üçün səhər açılan zaman evə getməyi qərarlaşdırıb yatmış, həmin tarixdə saat 06:30 radələrində yuxudan oyanıb yaşadığı evə getmiş, evə çatdıqda evin həyətinin giriş qapısını özündə olan açarla açıb həyətə daxil olmuş, həyətlə hərəkət edərək evə daxil olmaq istəyən zaman həyətdə evin giriş qapısı ilə üzbəüz olan torpaq örtüyünün sankı qazılmış sonradan isə üzərinin yenidən torpaqla örtülmüş olduğunu görmüş, 17.01.2021-ci il tarixdə yaşadığı evdən çıxıb Muradın evinə gedən zaman həmin yer həmin vəziyyətdə olmamış, dəyişiklik dərhal hiss olunmuş, göstərdiyindən başqa evin həyətində başqa dəyişiklik görməmiş, dəyişikliyə əhəmiyyət verməyib evə daxil olmuş, evə daxil olduqda evdə gözünə çarpacaq hər hansı dəyişiklik görməmiş, həmin vaxt atası Telmanın evin giriş qapısından sağda yerləşən divanda oturduğunu, lakin vəziyyətinin yaxşı olmadığını görmüş, belə ki, atasının əlləri əsmiş, çox həyəcanlı görünmüş, əvvəlki tarixlərdə atasını bu vəziyyətdə görməmiş, adətən atası çoxlu miqdarda spirtli içki qəbul etdikdən sonra halı pisləşsə də, atasını ilk dəfə belə həyəcanlı, stressli görmüş, buna görə atası Telmandan nə olduğunu, nəyə görə əhvalının pis olduğunu soruşmuş, Telman sadəcə spirtli içkinin təsirindən belə hala düşdüyünü bildirmiş, elə bu zaman İlona digər otaqdan çıxaraq yanlarına gəlmiş, İlonanın yenicə yuxudan ayıldığını başa düşmüş, bundan sonra atası Telman ondan dükana gedərək araq almasını xahiş edərək bunun üçün məbləğini unutduğu qədər pul vermiş, həmin vaxt yaxınlıqda yerləşən dükanların bağlı olduğunu bildiyindən Pirallahı rayonunda həmin saatda açıq olduğunu bildiyi dükana aparması üçün “Zabil” adlı taksi sürücüsünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onu dükana aparmasını xahiş etmiş, təxminən 10 dəqiqə sonra Zabil idarə etdiyi markasını və qeydiyyat nişanını bilmədiyi aqvtomobillə yaşadığı evin yaxına gələrək onu həmin saatda açıq olan dükana aparmış, həmin dükandan 1 litrlik araq aldıqdan sonra Zabil onu evə geri qaytarmışdır. 18.01.2021-ci il tarixdən sonrakı vaxtlarda əvvəlkinin əksinə atası Telman evdə saxladıqları 2 ədəd iti evin giriş qapısı ilə üzbəüz olan torpaq örtüyünün üzərinə çıxaraq oranı qazmalarına imkan verməmiş, bu halı atasının orada hansısa bitki əkməsi ilə əlaqələndirib qeyri adi hal kimi qəbul etməmiş, bundan başqa o, 19.01.2021-ci il tarixdə anasının anası, yəni nənəsi Qribenikova Yevqeniyanın Bakı şəhəri Əhmədli qəsəbədində yaşadığı evə gedib təxminən 22 yanvar 2021-ci il tarixdə Pirallahı rayonuna yaşadığı evə geri qayıtmış, evə gəldikdə atası Telman ondan aptekdən “korvalol” adlanan ürək dərmanı almasını xahiş etmiş, buna görə apteklərin birindən həmin dərmandan alıb atası Telmana vermiş, əvvəlki tarixlərdə atası “korvalol” adlanan ürək dərmanını təsadüfü hallarda, eləcə də sadəcə 1 ədəd tablet şəklində qəbul etsə də, həmin vaxt atası qeyd etdiyi dərmandan heç vaxt olmadığı kimi tez-tez və çoxlu miqdarda qəbul etməyə başlamış, o, bu halın səbəbini atasından soruşduqda, Telman ona özünü yaxşı hiss etmədiyi ilə izah etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid5 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdi. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 27 fevral 2017-ci il tarixdən Bakı şəhəri Pirallahı rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləyir, hazırda polis mayoru rütbəsindədir, 03.02.2021-ci il tarixdə nəzarət etdiyi ərazidəki Pirallahı rayonu Pirallahı qəsəbəsi 29-cu məhəlləsində yaşayan hazırda kim olmasını unutduğu vətəndaşın birindən həmin məhəllədə bina 11 mənzil 24 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid2 ilə birlikdə yaşayan, nikahsız ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs itkin düşməsi və Şahid2 həmin qadını axtardığını eşitmiş, əldə etdiyi məlumatın dəqiqliyini aydınlaşdırmaq üçün 03.02.2021-ci il tarixdə axşam saatlarında istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə Şahid2 zəng edərək onu Pirallahı rayon polis şöbəsinə qəbuluna çağırmış, təxminən 30-40 dəqiqə sonra Şahid2 Pirallahı rayon polis şöbəsinə qəbuluma gəldikdə Şahid2 birlikdə yaşadığı Zərərçəkmiş şəxs harada olmasını soruşmuş, Şahid2 17.01.2021-ci il tarixdə Pirallahı rayonu Pirallahı qəsəbəsi 29-cu məhəllə ev 25 ünvanında yaşayan dostu Təqsirləndirilən şəxs dəvəti ilə Lalə ilə birlikdə həmin tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə qonaq getdiklərini, orada birlikdə yemək yeyib spirtli içki qəbul etdikləri zamanı saat 21:30 radələrində aralarında yaranmış sözlü mübahisədən sonra Telmanın ona dediyi sözlərdən inciyib Telmanın evindən ayrıldığını, Lalənin isə onunla birlikdə getməyərək Telmanın evində qaldığını, sonradan isə Lalənin həmin gün evə gəlmədiyini, növbəti gün, yəni 18.01.2021-ci il tarixdə Telmanla aralarında olan danışıq zamanı Telmanın o, evdən ayrıldıqdan sonra Lalə ilə birlikdə bir qədər spirtli içki qəbul etdiklərini, daha sonra isə Lalənin onun evindən ayrıldığını dediyini bildirmişdir. Bundan sonra Emildən hansı səbəbdən Lalənin itməsi ilə bağlı həmin vaxtadək polisə məlumat vermədiyini soruşduqda, Emil bu halı Lalənin əvvəllər də bir neçə dəfə bu cür evdən getməsi, 5-10 gün sonra isə geri qayıtması ilə izah etmiş, Emilə Lalənin itməsi ilə bağlı hər hansı məlumat olarsa ona, yaxud ümumiyyətlə Pirallahı rayon polis şöbəsinə məlumat verməsini bildirdikdən sonra Emil polis şöbəsindən ayrılmış, həmin vaxt cinayət xarakterli fakt müəyyən etmədiyindən həmin fakt üzrə araşdırma aparılması üçün raport yazmamış, lakin 04.02.2021-ci il tarixdə günorta saatlarında Lalənin itkin düşməsi ilə bağlı Telmanın da deyəcəklərini eşitmək üçün Emilə zəng edərək onu və Telmanı 05.02.2021-ci il tarixdə saat 10:00-da Pirallahı rayon polis şöbəsinə qəbuluna çağırmış, 05.02.2021-ci il tarixdə saat 10:00-da Emil ona zəng edərək Telmanla birlikdə Pirallahı rayon polis şöbəsinə gəldiklərini demiş, lakin o, həmin vaxt digər xidməti işlə məşğul olduğundan onları yalnız saat 13-14 radələrində qəbul edə bilmiş, o, həmin vaxt əvvəlcə Emili qəbul edib yenidən Lalənin itməsi ilə bağlı baş vermiş hadisənin necə olmasını soruşmuş, Emil də 03.02.2021-ci il tarixdə dediklərini yenidən təkrar edərək eyni məzmunda məlumat verib həmin faktın araşdırılmasını xahiş etmiş, buna görə də o, Emili qəbul etdikdən sonra Pirallahı rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək Zərərçəkmiş şəxs itkin düşməsi faktının araşdırılması üçün aidiyyatı üzrə göstəriş verməsini xahiş etmiş, daha sonra o, Telmanı da dinləmək üçün onu şöbədə olan xidməti otaqlardan birinə dəvət etmiş, orada Lalənin hansı şəraitdə itkin düşməsi ilə bağlı təklikdə Telmana suallar vermiş, ilkin olaraq Telman suallarına cavab olaraq Lalənin hansı şəraitdə itkin düşməsi ilə bağlı məlumatının olmadığını desə də, sonradan Telman heç bir psixi və ya fiziki təsirə məruz qalmadan könüllü olaraq etdiyi cinayət əməlini etiraf etmək istədiyini bildirib 17.01.2021-ci il tarixdə dəvəti ilə saat 20:30 radələrində dostu Emilin Lalə ilə birlikdə onun yaşadığı evə qonaq gəldiklərini, daha sonra yaşadığı evdə nikahsız ər-arvad münasibətlərində olduğu X7, Emil və Lalə ilə birlikdə yemək yeyib spirtli içki qəbul etdiklərini, həmin vaxtı qızı Şahid5 də onlarla birlikdə olduğunu, lakin Nailənin spirtli içki içmədiyini, saat 21:30 radələrində aralarında yaranmış sözlü mübahisədən sonra dediyi sözlərdən inciyən Emilin evdən ayrıldığını, Lalənin isə Emillə birlikdə getməyərək evdə qaldığını, bir qədər sonra Şahid5 də evdən ayrıldığını, bir qədər də birlikdə spirtli içki qəbul etdikdən sonra İlona Kutadeladzenin otağa keçərək yatdığını, bundan sonra bir qədər də Lalə ilə birlikdə spirtli içki qəbul etdikdə saat 23:45 radələrində aralarında olan söhbət əsnasında Emilin arxası ilə danışaraq Emilə hər şeydə köməklik etdiyini, amma Emilin onu sayıb son vaxtlar heç yanına gəlmədiyini dediyi üçün Lalənin ona Emilin arxası ilə danışmaması bildirdiyini, buna görə də Lalə ilə aralarında sözlü mübahisə yarandığını, mübahisə zamanı Laləni evdən qovmaq istədiyini, həmin vaxt isə Lalənin ünvanına söyüşlər söydüyünü, bu zaman Laləni qorxutmaq məqsədi ilə evdəki şkafdan bir ədəd bıçaq götürüb Laləyə yaxınlaşıb evin giriş qapısını açaraq onu çölə itələdiyini, çöldə olduğu zaman da Lalənin ünvanına nalayiq söyüşlər söyərək onu təhqir etməyə davam etdiyini, buna görə də Lalənin söyüşlərinə əsəbiləşib sağ əlində olan bıçağı sağdan sola yelləməklə Lalənin sifət nahiyəsinə doğru zərbə vurduğunu, həmin an bıçağın Lalənin boğaz nahiyəsindən dəydiyini, Lalənin əli ilə boyun nahiyəsindən yapışaraq dizləri üstə yerə çökdüyünü, daha sonra sağ ayağı ilə Lalənin bel nahiyəsindən itələməklə Laləni üzüüstə evin giriş qapısı ilə üzbəüz həyətdəki torpaq səthinin üstünə yıxdığını, həmin an Lalənin bel nahiyəsinə sol dizini qoyub hərəkət etməməsini təmin edərək, sol əli ilə saçlarından tutub özünə tərəf çəkərək sağ əlində olan bıçaqla irəli-geri etməklə Lalənin boğazını kəsərək onu öldürdüyünü, sonra isə məsuliyyətə cəlb edilməkdən qorxduğu üçün Lalənin meyitini evinin giriş qapısının qarşısındakı torpaq örtüyünün altında basdırmaqla meyiti gizlətdiyini bildirmişdir. Qeyd olunanlarla bağlı məlumatlandıqdan sonra dərhal həmin hadisə barədə Pirallahı rayon polis şöbəsinin rəisinə məlumat vermiş və həmin xüsusatlarla bağlı araşdırma başlanılmış, Telman törətdiyi cinayət əməli barədə ona məlumat verən zaman həmin hadisənin şahidinin olmadığını demiş, Telman qızı Nailənin hadisədən əvvəl evdən ayrıldığını, nikahsız yaşadığı İlonanın isə hadisə zamanı digər otaqda yatdığını demiş, həmçinin Telman hadisə zamanı heç kimin hadisə yerinə gəlmədiyini də bildirmişdir. Məhkəmə iclasıında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, ünvan 7 ünvanında yaşayır, heç vaxt ailə həyatı qurmamış, əsl adı “Mürşüd” olsa da yaşadığı məhəllədə ona “Murad” adı ilə səslənirlər, 17.01.2021-ci il tarixdə həftənin bazar günü olduğu üçün həmişə olduğu kimi axşam saatlarında Nailə yaşadığı evə gəlməli və ev işləri görüb, eləcə də ona yemək bişirməli olmuş, lakin həmin tarixdə adətən Nailənin onun evinə gəldiyi saat keçdiyindən, yəni artıq saat 22:40 radələri olduğundan Nailənin yaşadığı evə gəlib-gəlməyəcəyini dəqiqləşdirmək üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Nailənin istifadəsində olan 055- ***-**-** saylı mobil nömrəyə zəng edərək ondan evinə gəlib-gəlməyəcəyini soruşmuş, Nailə də bir qədər sonra gələcəyini deyib zəngi sonlandırmış, bu danışıqdan təxminən 10-15 dəqiqə sonra Nailə onun evinə gəlmiş, Nailə mobil telefonla danışan zaman arxa fonda yalnız it hürməsi səsini eşitmiş, həmin tarixdə Nailə ilə birlikdə bir qədər televizora baxmış, sonradan o, televizora baxarkən Nailə mobil telefonunda internetə qoşulmuş, xatırladığı qədəri ilə o, 18.01.2021-ci il tarixdə gecə saat 01-02 radələrində yatmış, lakin Nailənin saat neçədə yatdığını, həmçinin həmin vaxt Nailənin internetə qoşularkən nə ilə məşğul olduğunu, həmin ərəfədə mobil telefonla kiminləsə danışıb-danışmadığını da xatırlaya bilmir. Həmin tarixdə artıq səhər saat 06-07 radələrində Nailə yerindən qalxmış, həmin an yuxudan ayıldıqda Nailə ona “gedirəm evə dəyib gələcəm” deyə bildirmiş, bundan sonra o, yerindən qalxmayıb yatmış, Nailə isə evdən ayrılmış, təxminən saat 08-09 radələrində Nailə geri qayıdıb yorğun olduğunu deyərək yatmış, həmin vaxt Nailə ona nəyə görə evlərinə getdiyini deməmiş, o, da Nailədən bu barədə heç nə soruşmamışdır. 07.02.2021-ci il tarixdə həftənin bazar günü olduğu üçün günorta saatlarında Nailəyə zəng edərək ondan evinə gəlib-gəlməyəcəyini soruşmuş, həmin danışıq zamanı Nailə çox kefsiz halda “problemimiz var, telefonla danışmaq istəmirəm, sonra gələrəm” deyə bildirmiş, təxminən 09.02.2021-ci il tarixdə günorta saatlarında İlona və Nailə birlikdə yaşadığı evə gəlmiş, həmin vaxt onlardan nəyə görə 07.02.2021-ci il tarixdə onun evinə gəlmədiklərini soruşduqda Nailə ona 05.02.2021ci il tarixdə Pirallahı rayon polis əməkdaşlarının atası Telmanı polis şöbəsinə çağırdıqlarını, Telman polis şöbəsinə getdikdə orada aparılan araşdırma zamanı Telmanın 17.01.2021- ci il tarixdə “Lalə” adlı qadını öldürməsi, sonra isə meyitini yaşadıqları evin həyətində basdırmassının müəyyən edildiyini və buna görə də atasının həbs edildiyini demişdir. Nailədən hadisənin necə baş verdiyini soruşduqda həm Nailə, həm də İlona ona eyni məzmunlu cavab verərək 17.01.2021-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə Lalə adlı qadın, Telman, eləcə də İlona ilə birlikdə çörək yeyib spirtli içki qəbul etmiş, saat 22 radələrində Nailə yaşadığı evdən ayrılıb onun evinə gəldikdən sonra İlona da evlərinin yataq otağına keçərək yatmış, həmin zaman Telman və Lalə spirtli içki qəbul etməyə davam etmiş və nə İlona, nə də Nailə hadisə zamanı orada olmadıqlarından hadisənin necə baş verdiyini, o cümlədən Telmanın meyiti necə basdırmasını görmədiklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 51 saylı X9 sürücü vəzifəsində işləyir, iş rejiminə uyğun olaraq 1 gün işdə, 2 gün isə istirahətdə olur, atası X13 icarəyə götürdüyü ünvan 8 ünvanında yerləşən dükanda tikinti materiallarının satışını həyata keçirir, o, da istirahət günlərində atasının icarəyə götürdüyü dükana gedərək malların satışını həyata keçirməkdə atasına köməklik göstərir, Pirallahı rayonunda fərdi qaydada avtomobil təmiri ilə məşğul olan Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin sentyabr ayından tanıyır, 2021-ci ilin yanvar ayının sonlarında, təxminən 26 yanvar 2021-ci il tarixdə günorta saatlarında işdə olarkən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona nisyə, yəni 3-4 günə ödəmək şərti ilə 7-8 kisə qum, 5-6 kisə sement və 4-5 kisə “asep” sata bilibbilməyəcəyini soruşmuş, Telmanı tanıdığın üçün alacağı malların pulunu ödəyəcəyini düşündüyündən Telmana heç bir problem olmadığını, 3-4 günə dəyərini ödəmək şərti ilə istədiyi malları sata biləcəyini, hazırda işdə olduğunu, növbəti gün dükana yaxınlaşmasını bildirmiş, 27 yanvar 2021-ci il tarixdə günorta saatlarında atasının dükanında olarkən Telman dükana gəlib bir gün əvvəl danışdıqları tikinti materiallarını satın alıb 3-4 günə hansısa avtomobilin təmirini yekunlaşdırıb pulunu verəcəyini demişdir. Telman göstərdiyi tikinti materiallarını satın alarkən həmin materialları hansı məqsədlə satın aldığını və nədə istifadə edəcəyini deməmiş, o, da bu barədə heç nə soruşmamış, təxminən 2021-ci ilin fevral ayının ortalarında qonşuluqda yaşayan kimlər olmasını unutduğu şəxslərdən Telmanın “Lalə” adlı bir qadını öldürərək meyitini yaşadığı evin həyətində basdırdığını, sonra isə həmin torpağın üzərini betonladığını, həmin faktı isə polis əməkdaşlarının sonradan müəyyən etdiyini və nəticədə Telmanın həbs edildiyini eşitmiş, lakin Telmanın həmin cinayəti hansı tarixdə, nə vaxt, hansı şəraitdə törətdiyini, eləcə də hadisə ilə bağlı digər hər hansı təfərüatı bilmir, dəqiq bir söz deyə bilməsə də, düşünür ki, ola bilsin Telman ondan satın aldığı tikinti materiallarından istifadə etməklə öldürdüyü qadının meyitini basdırdığı yerin üzərini betonlamışdır. Cinayət işinin 1-ci cildinin 47-55-ci vərəqlərində olan protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi videoçəkiliş aparılmaqla yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq edib, ifadəsində bildirdiyi bütün xüsusatları bir daha hadisə yerində əyani olaraq göstərmiş, habelə Təqsirləndirilən şəxs qeyd olunan istintaq hərəkətinin gedişində Zərərçəkmiş şəxs meyitini yaşadığı evin həyətində basdıraraq gizlətdiyi yeri göstərdikdən sonra Zərərçəkmiş şəxs meyiti basdırıldığı yerdən çıxarılmaqla məhkəmə-tibb müayinəyə təqdim edilmişdir. Cinayət işinin 1-ci cildinin 3-cü vərəqində olan təqrirdən görünür ki, Pirallahı RPŞnin məsul növbətçisi, polis mayoru Samir Hümbətov 05.02.2021-ci il tarixdə saat 17:40-da rayon prokurorluğuna məlumat vermişdir ki, xx.xx.1976-ci təvəllüdlü Pirallahı rayonu, 29-cu Məhəllə ev 11, mənzil 24-də yaşayan Mirzəyev X6 RPŞ-nin sahə rəisi Şahid3 sifahi məlumat verərək bidirmişdir ki, qeyri-rəsmi ər-arvad kimi yaşadığı xx.xx.1981-ci il təvəllüdlü, Pirallahı rayonu, K.Rzayev küçəsi, ev 14, mənzil 24-də yaşayan Zərərçəkmiş şəxs 17.01.2021-ci il tarixdə saat 20 radələrində Pirallahı rayonu, 29-cu Məhəllə ev 25-dən çıxmış və bir daha geri qayıtmamışdır. Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, 17.01.2021-ci il tarixdə Şahid2 və Zərərçəkmiş şəxs birlikdə tanışları 1975-ci il təvəllüdlü, subay, əvvəllər məhküm olunmayan, Pirallahı rayonu, 29-cu məhəllə, ev 25-də yaşayan Təqsirləndirilən şəxs ünvanında yeyib-içmiş, Şahid2 oradan çıxıb getmiş, lakin Zərərçəkmiş şəxs orada qalmışdır. Təxminən saat 22 radələrində Zərərçəkmiş şəxs ilə içkili vəziyyətdə Təqsirləndirilən şəxs arasında mübahisə olmuş, sonuncu Zərərçəkmiş şəxs boğaz nahiyəsini bıçaqla kəsərək qətlə yetirdikdən sonra meyiti yaşadığı evin həyətində basdırmışdır. Cinayət işinin 1-ci cildinin 58-72-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilməsi haqqında 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən ev və həmin evin həyətyanı sahəsidir. Qeyd olunan evin həyətyanı sahəsinə hündürlüyü 2,20 metr və eni 105 sm olan dəmir materialdan olan qapıdan keçməklə daxil olunur. Həyətin giriş qapısından 11,50 metr məsafədə mişar daşları ilə hörülmüş kürsüsüz 1 mətəbəli ev yerləşir. Qarşıda durduqda evin sağ hissəsində taxta qapısı olan hamamtualet otağı yerləşir. Evin 1,85 metr hündürlüyündə, 90 sm enində dəmir materialdan olan giriş qapısı vardır. Evin giriş qapısının qarşı hissəsindəki həyətyanı sahənin ümumi uzunluğu 7 metr, eni isə 5,20 metrdir. Həyətyanı sahənin yer örtüyü betondur, lakin evin giriş qapısının qarşı tərəfində 2,80 metr məsafədə eni 1,40 metr, uzunluğu 1,70 metr, dərinliyi 52 sm olan bir ədəd çuxur vardır və həmin yerin örtüyü torpaqdır. Çuxurla evin yan divarı arasındakı hissədə 2 ədəd ağac, çuxurun ətrafında isə çuxurun qazılması ilə yığılmış torpaq ortüyü, çuxurun kənarında olan şkafın yanında bir-birinə söykənilmiş halda çoxlu sayda beton hissələri vardır. Çuxurun kənarında olan beton hissələrindən 1 ədədi, 1 ədəd bel, habelə çuxurun daxilindən torpaq nümunələri götürülərək qablaşdırıldı. Evə daxil olduqda evin ümumilikdə 1 yataq otağından, 1 ümumi otaqdan və 1 əşya saxlama otağından ibarət olması müəyyən edildi. Evin giriş qapısı birbaşa ümumi otağa açılır və qeyd olunan otağın ümumi uzunluğu 7 metr, eni 3,50 metr, hündürlüyü isə 2,20 metrdir. Otağın yer örtüyü sol yan hissədən giriş qapısınadək olan hissəyədək beton, həmin yerdən sağ yan divaradək isə betonun üzərinə qoyulmuş taxta örtükdən ibarətdir. Giriş qapısından sağda bir ədəd divan yerləşir və həmin divanın qarşısında 1 ədəd kiçik ölçülü taxta materialdan masa vardır. Giriş qapısı ilə qarşıda nisbətən solda yerləşən içərisinə mətbəx ləvazimatları yığılmış taxta merialdan hazırlanmış 2 metr hündürlüyündə 1 ədəd şkaf vardır. Həmin şkaf alt və üst olmaqla 2 hissəlidir və şkafın üst hissəsinin 2 ədəd qapısı şüşəlidir. Şkafın üst hissəsinin orta rəfində sağ tərəfdə bıçaqların yığılması üçün nəzərdə tutulmuş qabda 6 ədəd, həmin qabın qarşısında isə 2 ədəd müxtəlif formalı bıçaq aşkar edilərək nömrələnib baxış keçirildikdən sonra götürüldü. Cinayət işinin 1-ci cildinin 73-79-cu vərəqlərində olan meyitə baxış keçirilməsi haqqında 05 fevral 2021-ci il tarixli protokoldan görünür ki, meyitin əynində üzəri tünd göy rəngli, üzərində çəhrayı, mavi rəngli naxışları olan büstqalter, qara rəngli qarışıq materialdan finka, açıq sarı rəngli üçkünc qısa alt qadın tumanı, qara rəngli bir cüt corab vardır. Paltarlar geyinilmişdir, nəmdir, torpaqla çirklənmişdir, zədəsizdir. Meyit qadın cinslidir, düzgün bədən qurluşlu, kafi köklükdədir. Meyitin boyunun uzunluğu 165sm-dir. Meyit tam soyumuşdur. Meyit qacıması bütün əzələ qruplarında boşalmışdır. Meyit ləkələri gövdənin arxa-yan səthində yerləşmişdir, solğun göyümtül-bənövşəyimtil rəngdədir, barmaqla təzyiq etdikdə rəngləri dəyişmir. Bədən səthi bütünlükdə nəm qumlu torpaqla çirklənmişdir, əksər nahiyələrdə dərinin epidermis qatı soyulmuşdur, qalan hissələrdə isə cüzi təsirdən asanlıqla soyulur. Başın tükləri qaramtıl rəngdədir, uzunluğu 25-30 sm-ə qədərdir, cüzi təsirdən asanlıqla tökülür. Əllə yoxladıqda kəllə tağı və üz sklet sümükləri bütövdürlər. Gözləri qapalıdır, bəbəklər dairəvidir, diametrləri 0,5 sm olub ağlı qişalar birqədər bulanıqdır. Qulaq seyvanları tamdırlar, xarici qulaq keçəcəkləri sərbəstirlər. Burun sümüklərini əllədikdə tamdırlar, burun dəlikləri ifrazatsızdırlar. Ağzı qapalıdır, dili ağız boşluğundadır. Dişlər tək-tək olub təbiidirlər, diş yuvaları birləşdirici toxumalarla dolmuşdur. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və köklükdədir. Döş qəfəsi silindirik formadadır, simmetrikdir. Süd vəziləri adi forma və ölçüdədir, yumşaq konsistensiyalıdır. Gilələrdə ifrazat yoxdur. Qabırğaları əllədikdə tamdır. Qarnı qabırğalar qövsü səviyyəsindədir, simmetrikdir. Xarici cinsiyyət üzvləri qadın tiplidir, uşaqlıq yolunda ifrazat yoxdur. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi ifrazatsız və zədəsizdır. Yuxarı və aşağı ətrafları düzgün formalaşmışdır, əllədikdə sümükləri tamdır. XƏSARƏT: boyunun yuxarı 1/3-nin ön və yan səthlərini əhatə edən üfiqi istiqamətdə yerləşmiş, kənarları hamar, bucaqları iti, 28x0,4sm ölçüdə 1(bir) ədəd dərin yara vardır.Yaranın dibində kəsilmiş əzələ toxumaları, arteriya və vena damarları, qırtlaq və udlaq asanlıqla müəyyən edilir. Meyitin xarici müayinəsində digər xəsarət və dəyişiklik aşkar edilmədi. Cinayət işinin 1-ci cildinin 213-cü vərəqində olan Bakı şəhəri Pirallahı rayonunun Pirallahı qəsəbə bələdiyyəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cildinin 247-ci vərəqində olan Baş prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 2-12-ci vərəqlərində olan Şahid2 götürülmüş “KGTEL N110” markalı mobil telefona baxış keçirilməsinə dair 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, mobil telefona taxılı mikro yaddaş kartının yaddaşında olan məlumatlara baxış keçirilərkən müxtəlif şəxslərlə aparılan telefon danışıqlarının səs yazılarının əks olunduğu “wav” formatlı audio faylların olması aşkar edilmişdir. Göstərilən fayllara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı göstərilən tarixlərdə və müddətlərdəki audio yazıların olması müəyyən edildi: “SİM2_+**********94_17_01_2021_210900” adlandırılan “wav” formatlı audio faylda əks olunan 17.01.2021-ci il tarixdə aparılmış 1 dəqiqə 23 saniyə müddətində olan danışığın stenoqraması aşağıdakı kimidir: 1-ci şəxs (Təqsirləndirilən şəxs): Hə Emil? 2-ci şəxs (Şahid2): Teli zəng eləmişdin burdan gedəndən sonra? 1-ci şəxs (Təqsirləndirilən şəxs): Hə əzizim, mən zəng elədirəm dəstəyi qaldırmırsan 2-ci şəxs (Şahid2): Ə sənin gözüvün qabağında atmadım şeyə, söndürdüm atdım şeyə 1-ci şəxs (Təqsirləndirilən şəxs): Nə vaxt gəlirsiz bizə? Mən qızı dükana göndərdim 2-ci şəxs (Şahid2): Mən bilmirəm, o, “perajki” hazırlayır indi 1-ci şəxs (Təqsirləndirilən şəxs): Neçə dəqiqəyə perajki hazır olar? 2-ci şəxs (Şahid2): O, deyir 15-18 dəqiqədən sonra 1-ci şəxs (Təqsirləndirilən şəxs): Ada yarım saat da? 2-ci şəxs (Şahid2): Maksimum 20 qəqiqə, 5 dəqiqə də sənin qapına gəlmək 1-ci şəxs (Təqsirləndirilən şəxs): Yaxşı sizi gözləyirəm, yarım saata mən səni gözləyirəm, mən içmirəm, heç nə etmirəm sizi gözləyirəm 2-ci şəxs (Şahid2): Başa düşdüm mən buradayam, o mətbəxdə 1-ci şəxs (Təqsirləndirilən şəxs): Problem yoxdu yarım saaata mən sizi gözləyirəm, yəni qapı açıq olacaq narahat olma 2-ci şəxs (Şahid2): Hə oldu 1-ci şəxs (Təqsirləndirilən şəxs): Sadəcə çatanda arxada tutum ki, it dişləməsin, Mənim “Yuta”m hamilədi ona görə. Sən mənə qabaqcadan zəng elə, mən sizi qarşılayım. Olar? 2-ci şəxs (Şahid2): Zəng ataram da sənə 1-ci şəxs (Təqsirləndirilən şəxs): Yaxşı əzizim gözləyəcəm 2-ci şəxs (Şahid2): Hə zəng ataram. Onunki mənim hər şeyimdə, hər nömrəmdə altmış neçə qəpik kontur qalıb. 1-ci şəxs (Təqsirləndirilən şəxs): Hə mən səni başa düşdüm zəng at ki, “Yuta” hamilədi dişləməsin 2-ci şəxs (Şahid2): Oldu, oldu “SİM2_+**********94_17_01_2021_210900” adlandırılan “wav” formatlı audio faylda əks olunan 17.01.2021-ci il tarixdə aparılmış 1 dəqiqə 23 saniyə müddətində olan danışığın stenoqraması aşağıdakı kimidir: 1-ci şəxs (Təqsirləndirilən şəxs): Hə əzizim? 2-ci şəxs (Şahid2): Teli 1-ci şəxs (Təqsirləndirilən şəxs): Hə? 2-ci şəxs (Şahid2): Şeydi qulaq as, çıxırıq evdən, bu peraşkiləri bişirib qutardı, sadəcə sən duzlu yeyənsən bu duzsuzdu, tamamilə duzu az qatıb 1-ci şəxs (Təqsirləndirilən şəxs): Ayə qardaş hər evdə duz var da, məndə hər şey var 2-ci şəxs (Şahid2): Yox deyir ki, Leyla bayaq demişdi adjika zad, əgər lazımsdısa evdə edək, ya da gətirək 1-ci şəxs (Təqsirləndirilən şəxs): Başa düşmdim nə? 2-ci şəxs (Şahid2): Sizdə adjika var? Ya düzəldib gətirək? 1-ci şəxs (Təqsirləndirilən şəxs): Yox-yox, bizdə hər şey var, adjika var bizdə 2-ci şəxs (Şahid2): Onda 5 dəqiqəyə çıxırıq 1-ci şəxs (Təqsirləndirilən şəxs): Sağol 2-ci şəxs (Şahid2): Sağol “SİM2_+**********94_17_01_2021_222418” adlandırılan “wav” formatlı audio faylda əks olunan 17.01.2021-ci il tarixdə aparılmış 23 saniyə müddətində olan danışığın stenoqraması aşağıdakı kimidir: 1-ci şəxs (Zərərçəkmiş şəxs): Alo 2-ci şəxs (Şahid2): Nə oldu gəlib çıxmadın? 1-ci şəxs (Zərərçəkmiş şəxs): Gəlirəm indi 2-ci şəxs (Şahid2): Sahə müvəkkilinə zəng eləmişəm ha artıq 1-ci şəxs (Zərərçəkmiş şəxs): Gəlirəm 2-ci şəxs (Şahid2): Məni hirsləndirmə, mən sənə söz dedim, 5 dəqiqəyə burda ol, sən 10 dəqiqəyə “SİM2_+**********94_26_01_2021_153424” adlandırılan “wav” formatlı audio faylda əks olunan 26.01.2021-ci il tarixdə aparılmış 1 dəqiqə 51 saniyə müddətində olan danışığın stenoqraması aşağıdakı kimidir: 1-ci şəxs (Şahid2): Hə Teli? 2-ci şəxs (Təqsirləndirilən şəxs): Salam 1-ci şəxs (Şahid2): Salam 2-ci şəxs (Təqsirləndirilən şəxs): Sən getdin? 1-ci şəxs (Şahid2): Hə? 2-ci şəxs (Təqsirləndirilən şəxs): Getdi sən? 1-ci şəxs (Şahid2): Yox mən buradayam 2-ci şəxs (Təqsirləndirilən şəxs): Mən Zaura zəng etdim, hansı ki, bilirsən də atası sahibkardı, onunla danışdım, dedim ki, “mənə 5-6 günə pul veriləcək”, dedim “sən mənə sement verə bilərsən?” o, da dedi ki, “problem yoxdu, sənə olar”, İki kisəyə nə qədər qum lazımdı 1-ci şəxs (Şahid2): İki kisəyə? 2-ci şəxs (Təqsirləndirilən şəxs): Hə 10 kisə götürsəm bəsdi? 1-ci şəxs (Şahid2): Yox 10 kisə çoxdu 2-ci şəxs (Təqsirləndirilən şəxs): Çoxdu 10 kisə? 1-ci şəxs (Şahid2): Beton hazırlayacaqsan? 2-ci şəxs (Təqsirləndirilən şəxs): Hə da 1-ci şəxs (Şahid2): Hansından götürəcəksən? Normdu? nədi? 2-ci şəxs (Təqsirləndirilən şəxs): Hə da onlarda “Norm”du 1-ci şəxs (Şahid2): Əgər “Norm”dusa onda 6 kisə qum 2-ci şəxs (Təqsirləndirilən şəxs): İki kisəyə hə? 1-ci şəxs (Şahid2): 6-7 2-ci şəxs (Təqsirləndirilən şəxs): Yaxşı 7 kisə qum və 2 kisə sement götürüm hə? 1-ci şəxs (Şahid2): Əgər “Norm” deyilsə onda şeydi maksimum 5 dənə kisə, 2 dənə kisəyə 2-ci şəxs (Təqsirləndirilən şəxs): Sadəcə Nailədə hava durumuna baxdım, 2 gün sonra yağış verib, nə qədər ki, yağış verməyib tez hazırlayım. Necə fikirləşirsən? 1-ci şəxs (Şahid2): Bilmirəm. İndi gedirsən etməyə? 2-ci şəxs (Təqsirləndirilən şəxs): Yox, sabah. O, indi işdədi, sabah o gəlib verəcək, mən istirəm axşam tərəfi edim 1-ci şəxs (Şahid2): Bildim, mən axşam gələcəm, mən bu gün getmirəm 2-ci şəxs (Təqsirləndirilən şəxs): Nə oldu bəyəm? 1-ci şəxs (Şahid2): Heç nə, nə qədər gec olsa o qədər yaxşıdı. Deyirəm qaranlıqda gəlim? Saat 8-də 9-da? Deyir Ayaz burda olmayıb. Mənə lazım deyil, dedim səhər gələrəm. 2-ci şəxs (Təqsirləndirilən şəxs): Hə də sən demişkən 1-ci şəxs (Şahid2): Qaranlıqda orda itlər var nəyimə lazım 2-ci şəxs (Təqsirləndirilən şəxs): Dişliyir də 1-ci şəxs (Şahid2): Ölü yerdi ora 2-ci şəxs (Təqsirləndirilən şəxs): Aydındı, yaxşı sabah o, gətirəndə xəbər edərəm 1-ci şəxs (Şahid2): Axşam gələcəm, ora sabah gedəcəm 2-ci şəxs (Təqsirləndirilən şəxs): Başa düşdüm axşam gəl danışarıq 1-ci şəxs (Şahid2): Oldu Cinayət işinin 2-ci cildinin 26-27-ci vərəqlərində olan “Bakcell” mobil operatorundan daxil olmuş 1 ədəd CD formatlı optik diskə baxış keçirilməsinə dair 03 mart 2021-ci il tarixli protokoldan görünür ki, “Zənglərin_Detallaşması__**********5227___557181994” adlandırılmış “PDF” formatlı fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə hadisənin baş verdiyi 17 yanvar 2021-ci il tarixdə, saat 21:06:12-dən başlamaqla 18.01.2021-ci il tarixə saat 12:37:55-dək aşağıdakı mobil nömrələrlə göstərilən vaxtlarda və müddətlərdə danışıqlar aparması müəyyən edildi: Zəng edən Zəng edilən Tarix və vaxt Müddət 559047017 557181994 17.01.2021 21:06:12 17 559047017 557181994 18.01.2021 00:16:25 7 557181994 559047017 18.01.2021 04:12:09 50 557181994 773013125 18.01.2021 12:37:55 103 Qeyd olunan cədvəldən göründüyü kimi göstərilən vaxtlarda və müddətlərdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istintaq zamanı Şahid5 istifadəsində olması müəyyən edilmiş ***-***-**-** saylı və Şahid2 istifadəsində olması müəyyən edilmiş ***-***-**-** saylı mobil nömrələrlə danışıqlar aparmışdır. Həmçinin,“Zənglərin_Detallaşması__**********5227___557181994” adlandırılmış “PDF” formatlı fayla baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin taxılı olduğu mobil telefon 17 yanvar 2021-ci il tarixdə, saat 21:06:12-dən başlamaqla 18.01.2021-ci il tarixə saat 12:37:55-dək “GABS5525B/GABS5525 PirallaATS/"Xəzər TKQ, ATS 457 Pirallahı"/Pirallahi” anten dairəsində olmuşdur. Bundan başqa,“Zənglərin_Detallaşması__**********5249___559047017” adlandırılmış “PDF” formatlı fayla baxış zamanı müəyyən edildi ki, Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə hadisənin baş verdiyi 17 yanvar 2021-ci il tarixdə, saat 22:40:06-dan başlamaqla 18.01.2021-ci il tarixə saat 10:49:44-dək aşağıdakı mobil nömrələrlə göstərilən vaxtlarda və müddətlərdə danışıqlar aparması müəyyən edildi: Zəng edən Zəng edilən Tarix və vaxt Müddət 503558027 559047017 17.01.2021 22:40:06 23 559047017 557181994 18.01.2021 00:16:25 7 557181994 559047017 18.01.2021 04:12:09 50 559047017 556330960 18.01.2021 06:40:15 15 559047017 556330960 18.01.2021 06:45:42 12 708530329 559047017 18.01.2021 10:49:44 59 Cinayət işinin 2-ci cildinin 28-29-cu vərəqlərində olan “Azerfon” mobil operatorundan daxil olmuş 1 ədəd CD formatlı optik diskə baxış keçirilməsinə dair 03 mart 2021-ci il tarixli protokoldan görünür ki, “Zənglərin_Detallaşması__**********1829___707181994” adlandırılmış “PDF” formatlı fayla baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə hadisənin baş verdiyi 17 yanvar 2021-ci il tarixdə, saat 21:09:01-dən başlamaqla 18.01.2021-ci il tarixə saat 14:09:12-dək aşağıdakı mobil nömrələrlə göstərilən vaxtlarda və müddətlərdə danışıqlar aparması müəyyən edildi: Zəng edən Zəng edilən Tarix və vaxt Müddət 773013125 707181994 17.01.2021 21:09:01 84 773013125 707181994 17.01.2021 21:29:18 44 773013125 707181994 17.01.2021 22:08:10 26 773013125 707181994 17.01.2021 22:24:20 23 708749450 707181994 17.01.2021 22:39:49 34 707181994 559047017 18.01.2021 14:09:12 18 Qeyd olunan cədvəldən göründüyü kimi göstərilən vaxtlarda və müddətlərdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə istintaq zamanı Şahid2 istifadəsində olması müəyyən edilmiş ***-***-**-** və ***-***-**-** saylı, habelə Şahid5 istifadəsində olması müəyyən edilmiş ***-***-**-** saylı mobil nömrələrlə danışıqlar aparmışdır. Həmçinin, “Zənglərin_Detallaşması__**********1829___707181994” adlandırılmış “PDF” formatlı fayla baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin taxılı olduğu mobil telefon 17 yanvar 2021-ci il tarixdə, saat 21:09:01-dən başlamaqla 18.01.2021-ci il tarixə saat 14:09:12-dək “UABS5525A/UABS5525 PirallaATS/"Xəzər TKQ, ATS 457 Pirallahı"/Pirallahi” anten dairəsində olmuşdur. Bundan başqa, “Zənglərin_Detallaşması__**********4144___708749450” adlandırılmış “PDF” formatlı fayla baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 17.01.2021-ci il tarixdə saat 18:32:12-də Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etməklə 56 saniyə müddətində danışıq aparmış, həmin tarixdə saat 22:39:49-da Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etməklə 35 saniyə müddətində danışıq aparmışdır. Bundanəlavə,“Zənglərin_Detallaşması__**********4221___773013125” adlandırılmış “PDF” formatlı fayla baxış zamanı müəyyən edildi ki, Şahid2 17.01.2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Zənglərin_Detallaşması__**********1829___707181994” adlandırılmış “PDF” formatlı fayla baxış zamanı qeyd olunmuş cədvəldə əks olunan vaxt və müddətlərdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə danışıqlar aparmışdır. Cinayət işinin 2-ci cildinin 100-101-ci vərəqlərində olan Bakı şəhəri Pirallahı rayon polis şöbəsindən daxil olmuş 09.03.2021-ci il tarixli 058-2639-1221 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə normal münasibətlərinin olması, aralarında heç bir düşmənçilik və ədavətlərinin olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qızı Şahid5 və nigahsız ər-arvad münasibətində olduğu Şahid4 cinayət hadisəsində hər-hansı iştirakının müəyyən edilməsi mümkün olmamışdır. Cinayətin törədilməsində bir neçə şəxsin iştirak etməsi faktı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət izlərini itirilməsində tək iştirak etməsi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 54-59-cu vərəqlərində olan məhkəmə-tibbi ekspertizasının 05 fevral 2021-ci il tarixli 04 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs boyunun yuxarı 1/3-nin ön və yan səthlərinin, əzələ toxumalarının, arteriya və vena damarlarının, qırtlaq və udlağın zədələnməsi (kəsilməsi) ilə müşayiət olunan dərin kəsilmiş yarası aşkar edildi. Qeyd olunan xəsarətlər həyatidirlər, kəsici səthə malik iti alət (əşya) təsirindən onun ölümündən az əvvəl törənmişlər, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaqların əksəriyəti ilə yetirilə bilməsi istisna edilmir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyunun yuxarı 1/3-nin ön-yan səthlərinin arteriya və vena damarlarının kəsilməsi nəticəsində törənmiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 15- 20 gün əvvəl baş vermişdir və qərarın təsviri hissəsində göstərilən 17.01.2021-ci il tarixə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində -l,66%o qatlığında etil spirti aşkar edilmişdir. Bu miqdar etil spirti sağkən onda orta dərəcəli alkoqol sərxoşluğu törədə bilərdi. Məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs uşaqlıq yolundan və arxa keçəcək dəliyindən götrülmüş tamponun məhkəmə tibbi tədqiqi zamanı spermatozoidlər və onunla qeyri təbbi yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (şüavari büküşlərin hamarlaşması, sfinktorun boşalması, qançır, sıyrıq, çat və s) aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsində hamiləlik əlamətləri aşkar edilmədi. Cinayət işinin 2-ci cildinin 121-122-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 18.03.2021-ci il tarixli 854 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və ya alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və ya alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 125-128-ci vərəqlrində olan kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 02.03.2021-ci il tarixli 462 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçildir, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər-hansı psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb və aqressivlik yaranmışdır. Həmin emosional halın yaranma səbəbləri adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşmişdir. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 2-ci cildinin 131-133-cü vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 31 mart 2021-ci il tarixli 7/212 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş beton hissəsinin və belin üzərində torpaq hissəcikləri vardır. Tədqiqata təqdim edilmiş meyitin basdırıldığı çuxurdan götürülmüş torpaq nümunəsi ilə beton hissəsinin, belin üzərindən götürülmüş torpaq hissəcikləri qrup və cins əlamətlərinə görə eynidirlər. Cinayət işinin 2-ci cildinin 142-149-cu vərəqlərində olan məhkəmə tibbi bioloji ekspertizasının 02 aprel 2021-ci il tarixli 102/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Oalfa,beta/H/(İ). Ekspertizaya təqdim olunmuş bel və bıçaq №2 üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa,beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus büstqalter, fınka, tuman üzərində zəif intensivlikdə qan ləkələri aşkar olundu. Həmin ləkələrdə zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı. Cinayət işinin 2-ci cildinin 152-166-cı vərəqlərində olan kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 05.04.2021-ci il tarixli 76/2021- MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus tumanın bel nahiyəsinin ön sağ səthində aşkar edilmiş bir ədəd sökülmə zədəsi, tumanın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə ilişib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus idman şalvarı, büstqalter və bir cüt corab üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs bədəninin boyunun yuxarı 1/3-nin ön və yan səthlərin əzələ toxumalarının, arteriya və vena damarlarının, qırtlaq və udlağın zədələnməsi (kəsilməsi) ilə müşayiət olunan dərin kəsilmiş yarası aşkar edildi. Aşkar edilmiş xəsarətlər onun ekspertizaya təqdim edilmiş paltrlar üzərində öz əksini tapmamışdır. Bu da, həmin nahiyələrin paltarların örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən istintaqa təqdim etdiyi 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş 08 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıcağıdır və sovuq silah hesab edilmir. Cinayət işinin 2-ci cildinin 183-186-cı vərəqlərində olan məhkəmə-genetik ekspertizasının 15.04.2021-ci il tarixli 21/263R nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd bıçağın tiyə hissəsində aşkar edilmiş qanabənzər ləkələr insana məxsus qan nümunələridir. Təqdim edilmiş 01 (bir) ədəd bıçağın tiyə hissəsində aşkar edilmiş qan nümunəsi Zərərçəkmiş şəxs məxsusdur. Cinayət işinin 3-cü cildinin 58-61-ci vərəqlərində olan hadisə yerinə baxış keçirilərkən Təqsirləndirilən şəxs Pirallahı rayonu Pirallahı qəsəbəsi 29-cu məhəllə ev 25 ünvanında yerləşən evindəki şkafdan götürülmüş 2 nömrəsi ilə işarələnmiş bıçaq, evin həyətindən götürülmüş 1 ədəd bel, 1 ədəd beton hissəsi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs meyitini basdırdığı çuxurdan götürülmüş torpaq nümunələri iş üzrə maddi sübut qismində tanınaraq Baş Prokurorluğun İstintaq idarəsində maddi sübutlar üçün nəzərdə tutulmuş otaqda saxlanılır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 22-23, 206-210-cu vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, sonradan barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 05 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Maddi sübut kimi tanınaraq Baş Prokurorluğun İstintaq idarəsində maddi sübutlar üçün nəzərdə tutulmuş otaqda saxlanılan Təqsirləndirilən şəxs Pirallahı rayonu Pirallahı qəsəbəsi 29-cu məhəllə ev 25 ünvanında yerləşən evindəki şkafdan götürülmüş 2 nömrəsi ilə işarələnmiş bıçaq, evin həyətindən götürülmüş 1 ədəd bel, 1 ədəd beton hissəsi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs meyitini basdırdığı çuxurdan götürülmüş torpaq nümunələri məhv edilməlidir. Məhkəmə məsrəfi olan 66,46(altmış altı manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İbtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə dövlət büdcəsinin hesabından müdafiəçi X3 180(yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 08 Saylı Vəkil Bürosuna ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 05 fevral 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınaraq Baş Prokurorluğun İstintaq idarəsində maddi sübutlar üçün nəzərdə tutulmuş otaqda saxlanılan Təqsirləndirilən şəxs Pirallahı rayonu Pirallahı qəsəbəsi 29-cu məhəllə ev 25 ünvanında yerləşən evindəki şkafdan götürülmüş 2 nömrəsi ilə işarələnmiş bıçaq, evin həyətindən götürülmüş 1 ədəd bel, 1 ədəd beton hissəsi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs meyitini basdırdığı çuxurdan götürülmüş torpaq nümunələri məhv edilsin. Məhkəmə məsrəfi olan 66,46 (altmış altı manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə dövlət büdcəsinin hesabından müdafiəçi X3 180(yüz səksən) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 08 Saylı Vəkil Bürosuna ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər «Mərkəz» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar