Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1096/2022 26.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X20 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1975-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, ev 53-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 172-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib mənzilində və üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 2022-ci ilin yanvar ayının əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan “Rza” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə məlum olmayan mənbədən və məlum olmayan vaxtda əldə edərək Bakı şəhəri, Qaradağ rayonu, Salyan yolu 25 ünvanda yerləşən Gəmi qayırma zavodunun yaxınlığında yerləşdirdiyi üç ədəd bükümdə təmiz çəkiləri müvafiq olaraq 12,148 qram, 995 qram və 255 qram olmaqla cəmi təmiz çəkisi 1262,148 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroini, bir ədəd bükümdə təmiz çəkisi 390 qram təşkil edən ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamini və bir ədəd şüşə qabda 750 ml. həcmində məhlulun tərkibində təsir maddəsinin ümumi miqdarı 0,146 qram təşkil edən narkotik vasitə hesab edilən metadonu 21 yanvar 2022ci il tarixdə gecə saatlarında həmin yerdən götürüb əldə etməklə sonradan «Rza» adlı şəxsin tapşırığına əsasən onun deyəcəyi məlum olmayan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşıyaraq yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə saxlamış, 22 yanvar 2022-ci il tarixdə axşam saatlarında «Rza» adlı şəxsin deyəcəyi şəxslərə satmaq niyyəti ilə həmin narkotik vasitə hesab edilən heroinin 12,148 qram təşkil edən hissəsini bir bükümdə ayırıb əynində olan açıq göy rəngli şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 17:45 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 12,148 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 19:45 dəqiqədə yaşadığı ünvana baxış keçirilərkən mənzilin girişindən sağ tərəfdə yerləşən masanın alt hissəsindən bir ədəd bükümdə təmiz çəkisi 390 qram təşkil edən ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamin, iki ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 995 qram və 255 qram olmaqla cəmi təmiz çəkisi 1250 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edələn külli miqdarda heroin, bir ədəd şüşə qabda 750 ml həcmində məhlulun tərkibində təsir maddəsinin ümumi miqdarı 0,146 qram təşkil edən narkotik vasitə hesab edilən metadon və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elktron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünün təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi sürücülüyü edərək ailəsini dolandırmışdır. O, narkotik vasitələrin istifadəçisi olmuş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 22 yanvar 2022-ci il tarixdə özünü çox pis hiss etdiyi üçün həyat yoldaşına demişdir ki, ovladını nənəsigilə göndərsin. Özünü narkotik vasitə qəbul etməkdən qurtarmaq üçün metadon suyu almışdır ki, ondan istifadə etsin. Həmin gün saat 17:00 radələrində yaşadığı mənzildə yataq otağında uzanıb dincələrkən yaşadığı evin qapısı döyülmüş, arvadı qapını döyən şəxsin kim olduğunu soruşanda bir nəfər şəxs demişdir ki, yaşadığı ev söküntüyə düşdüyü üçün tikinti şirkətindən gəlmişlər və evin sahəsini ölçməlidirlər. Yoldaşı qapını açmış, təxminən 10-12 nəfər mülki geyimli şəxslər mənzilə daxil olaraq mənzili axtarmağa başlamışlar. O, həmin şəxslərdən nə etdiklərini soruşanda onlardan biri yumruqla onu davamlı olaraq vura-vura «sən bariqasan, tez ol narkotikin və silahın yerini de!» demişdir. O isə mənzildə narkotik və ya silah olmadığını demiş, lakin həmin şəxslər axtarış işlərin davam etdirmişlər. Həmin şəxslər evdə olan soyuducunun içərisindən bir müddət əvvəl «Papanin» adlanan ərazidən öz müalicəsi üçün narkotik istifadəçilərindən 50 qramını 10 manata aldığı metadon suyunu aşkar edərək götürmüşlər. Polislər ondan metadon barədə soruşuduqda, o, metadon suyunu narkotik istifadəçisi olduğu üçün müalicə olunmaqdan ötrü əldə etdiyini demişdir. Sonra polislər mənzildən metadon suyundan başqa qanunsuz əşya tapa bilmədiklərini görüb ona Yasamal RPİ-nin 27-ci PB-nə aparmışlar və orada adını bilmədiyi təhqiqatçı ona əlində olan bir büküm narkotik vasitəni verib demişdir ki, «bunu cibinə qoy, çəkiliş aparılır, çəkiliş zamanı bunu cibindən çıxarıb deyirsən ki, mənimdir, evimdə də var, könüllü təqdim etmək istəyirəm və daha sonra evinə gedib orada da sənə deyilən yerdən torbada narkotiki çıxarıb deyirsən ki, bunlar da mənimdir». O əvvəlcə buna etiraz etmiş, lakin təhqiqatçı ona demişdir ki, «əgər biz deyənləri etməsən, sənin həyat yoldaşını, ananı, hətta digər yaxın qohumlarını işdən çıxartdıraraq narkotika istifadəçisi kimi sənədləşdirəcəyik. Həyat yoldaşını türməyə, oğlunu yetimxanaya, ananı isə qocalar evinə göndərəcəyik». O da bu deyiləndərdən sonra qorxaraq, onların dediklərini etməyə hazır olduğunu demişdir. Bundan sonra polislərlə birgə yenidən yaşadığı evə qayıtmış və polislərin dediklərini etməyə məcbur qalmış və evdə videoçəkiliş aparılmışdır. Polis bölməsində olan zaman da vəkil olmadan polislər tərəfindən təzyiqlərə məruz qalmış, daha sonra isə vəkilin yanında da ona təzyiqlər olmuş, hətta mənzilinə bir torba narkotik də vəkilin gözü qarşısında qoyularaq götürülməsi videoçəklişlə aparılmışdır. O, bu barədə vəkil Lalə xanıma öz iradını bildirəndə, vəkil ona demişdir ki, tutulandan sonra bunların heç bir əhəmiyyəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavab olaraq da bildirmişdir ki, 22 yanvar 2022-ci il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən ona məxsus "xxxx" ASC-yə aid elktron plastik kart üzərində olmuşdur, qazandığı pulları həmin karta köçürmüşdür. Həmin vaxt kartda 2000 manat pul olmuş, polis işçilərindən biri kartı götürüb, kodunu ondan soruşmuş, o da kodu demişdir. Həmin polis harasa getmiş, yarım saatdan sonra qayıtmış və qayıdan zaman əlində selofan torba, torbanın içərisində bir neçə meyvə soku və sular olmuşdur. Həmin polis kartı ona qaytarmış, o, sonradan bilmişdir ki, kart boşdur, yəni kartda olan 2000 manat pulu polislər ondan icazəsiz götürmüşlər. Özünün pul qabında da 700 manat pul olmuş, həmin pulu da polislər götürərək ona qaytarmamışlar. xx.xx.2007-ci ildə Almaniya Federativ Respublikasının Ziqburq şəhərində narkotik istifadə etdiyi üçün 2 il 2 həftə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Polislərin onu 1 kq narkotiklə niyə görə tutduğunu bilmir. Telefonunda olan SMS-lərdə ancaq narkotik vasitənin alışı ilə bağlı yazışmalar olmuş, lakin narkotik vasitələrin satışı ilə bağlı yazışmalar olmamışdır. Cingiz adlı şəxsin ona 450 manat borcu olmuş, pulun yarısını vermiş, lakin yarası qalmışdır. Onlar narkotik vasitəni istifadə edən 3 nəfər şərik olmuşlar, hər dəfə narkotik vasitəni içərilərindən biri almış, hər kəs də öz payına düşəni götürmüş, aldıqları narkotik vasitənin pulunu da hər kəs öz kartından aldıqları adamın kartına yükləmişdir. Ona görə də «WhatsApp» proqrammı vasitəsilə bir-birlərinə fotoşəkillər atmışlar. O, həbs olunmamışdan bir neçə gün əvvəl qərar vermişdir ki, narkotik istifadə etməkdən canını qurtarsın, bu səbəbdən də metadon suyu alıb saxlamışdır ki, 30 saat tamam olandan sonra istifadə etsin. Metadon suyunun da soyuducuda olduğunu polislərə özü demisdir. Əgər evində narkotik vasitə olsaydı, 30 saat keçməsini gözləyib, metadon suyunundan istifadə etməzdi, elə narkotik vasitə qəbul edib ağrılarını sakitləşdirərdi. Polis işçilərindən birini digərləri Roma deyib çağırırmışlar, digərlərinin adlarını bilməmişdir. Həbs olunmamışdan əvvəl narkotik vasitəni «Gəmi qayırma» zavodunun yaxınlığından öz istifadəsi üçün götürmüş, 12-13 qram heroin, 4-5 qram da metamfetamin olmuşdur. Onu da tanışları Çingiz, Əkbər, Rafiqə də vermişdir. Həmin şəxslərə narkotik vasitə satmamışdır, narkotiki sifariş etmiş, hər kəs payını götürüb, pulunu da öz kartlarından göndərən şəxsin Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilir. xx.xx.2007-ci il tarixdə Almaniya Federativ Respublikasının Ziqburq şəhərində xeyli miqdarda narkotik vasitələrin qanunsuz idxalına görə cinayət məsuliyyətinə cəlb olunmaqla 2 il 2 həftə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. 22 yanvar 2022-ci il tarixdə saat təxminən 17:45 radələrində yaşadığı Yasamal rayonu, M.Muxtarov küçəsi ev 172 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Yasamal RPİnin 27-ci PB-nə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibindən 1(bir) bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd açar, şəxsiyyət vəsiqəsi, **********521824 nömrəli plastik bank kartı, 8 (səkkiz) manat pul, həmin şalvarın arxa sol cibindən 1(bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** mobil nömrə olan “RedMi” markalı və 1 (bir) ədəd içərisində ***-***-**-** mobil nömrə olan “RedMi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 12 (on iki) qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyət vəsiqəsi, **********521824 nömrəli plastik bank kartı və 2 (iki) ədəd “RedMi” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar və 8 (səkkiz) manat pul isə özünə geri qaytarılmışdır. Üzərindən aşkar olunmuş heroinin özünə məxsus olmuş, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Rza”adlı şəxsin vasitəsi ilə bir gün əvvəl «Gəmi qayırma» zavodunun yaxınlığında deyilən yerdən öz şəxsi istifadəsi üçün əldə etmiş, heroindən özü istifadə etmiş, üzərindən aşkar olunmuş plastik bank kartına narkotik vasitələrin satışından əldə olunmuş pullar yüklənmiş, həmin pulların «Rza» adlı şəxsdən özü əldə etmiş və əldə etdiyi narkotik maddələri müəyyən ünvanlara qoymağı qarşılığında əldə etmişdir. «Rza» adlı şəxsdən təxminən 3 (üç) dəfə narkotik maddə götürmüş, həmçinin yaşadığı Bakı şəhəri,Yasamal rayonunda yerləşən mənzilində də narkotik maddə saxlamış, həmin narkotik maddələri təqdim edə bilər. Bu barədə ərizəni özü vermiş və yaşadığı evə getmişlər. Arvadının da iştirakı ilə videoçəkiliş başlanılmışdır. Video çəkilişdən əvvəl o, yaşadığı mənzilə baxış keçirilməsi haqqında qərarla tanış olmuş, video çəkiliş zamanı ona yaşadığı mənzildə saxladığı narkotik maddələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra mənzilin girişdən sağ tərəfdə yerləşən stolun alt hissəsindən 1 (bir) ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirilməsi üçün qonaq otağına aparılmış və baxış zamanı sellofan torbadan 1 (bir) ədəd elektron tərəzi, 2 (iki) bağlamada heroin, 1 (bir) bağlamada metamfetamin və 1 (bir) ədəd şüşə qabda metadon suyu aşkar olunmuşdur. Təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi qablaşdırma ilə birlikdə 1 (bir) kq 370 (üç yüz yetmiş) qram, metamfetaminin çəkisi qablaşdirma ilə birlikdə 396 (üç yüz doxsan alt) qram, metadon suyunun çəkisi qablaşdırma ilə birlikdə 1(bir) kq 191(yüz doxsan bir) qram olmuşdur. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Yaşadığı mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olmuş, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Gəmi qayırma zavodunun yaxınlığından deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etmiş, metadon suyunu isə narkomanlardan öz şəxsi istifadəsi üçün 50 (əlli) qramını 10 (on) manata əldə etmiş, elektron tərəzini isə həmin kütlələrin çəkilərini müəyyən etmək üçün istifadə etmişdir. Gördüyü işin qarşılığında Rza adlı şəxs, onun şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş plastik bank kartına 2000 (iki min) manat pul göndərmişdir. Yaşadığı evdə qiymətli qızıl-zinət əşyaları olmamış, yaşadığı evdə narkotik vasitə saxladığı barədə arvadının heç bir məlumatı olmamış, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişlir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etmədiyini, sonradan verdiyi və məhkəmədə verdiyi ifadələrinin düz olduğunu, ilkin ifadəni polislərin təzyiqlərinə və həyat yoldaşının, anasının qanunsuz yerə həbs ediləcəyi hədəsindən qorxduğu üçün məcbur qalaraq imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X10 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İşlədiyi idarəyə Almaniya Federativ Respublikasında narkotiklərin qanunsuz dövriyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlmatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Raportla Azərbaycan Respublikası DİN-nin BNMİ-nin rəisinə məruzə edilmiş və BNMİ-nin rəisi tərəfindən 22 yanvar 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna o və Şahid2 daxil edilmişdir. DİN-nin BNMİ-nin rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 22 yanvar 2022-ci il tarixdə saat 17:45 radələrində ünvan 6 ünvanda olan zaman zahiri əlamətləri Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olan bir nəfəri görüb ona yaxınlaşaraq DİN-nin BNMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra saxlanılan şəxsə şəxsiyyəti haqqında məlumat verməsini tələb etdikdə, həmin şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onun narkotk vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu izah edib üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs kimi özünü onlara təqdim edən şəxs buna etiraz etməyib onlarla birlikdə Yasamal RPİnin 27-ci PB-nin inzbati binasına getmiş və onun barəsində müvafiq tədbir görülməsi üçün PB-nin rəisinə məruzə edilmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, şəxsi axtarışda iştirak edən şəxslərə hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin də iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Belə ki, şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı X18 Nuriyevə üzərində və əşyalarında qanunsuz əşya və narkotik vasitələrin olub olmadığını soruşmuş, olduğu halda isə təqdim etməsini ona izah etmişdir. Təqsirləndirilən şəxs isə əynində olan şalvarın sağ yan cibindən 1(bir) bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuş və sonra onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd açar, şəxsiyyət vəsiqəsi, **********521824 nömrəli plastik bank kartı, 8(səkkiz) manat pul, həmin şalvarın arxa sol cibindən 1(bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** mobil nömrə olan “RedMi” markalı və 1 (bir) ədəd içərisində ***-***-**-** mobil nömrə olan “RedMi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 12 (on iki) qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyət vəsiqəsi, **********521824 nömrəli plastik bank kartı və 2 (iki) ədəd “RedMi” markalı mobil telefon Təqsirləndirilən şəxs götürülmüş, 1(bir) ədəd açar və 8(səkkiz) manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Rza”adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Gəmi qayırma zavodunun yaxınlığında deyilən yerdən öz şəxsi istifadəsi üçün əldə etdiyini, heroindən özü istifadə etdiyini, üzərindən aşkar olunmuş plastik bank kartına narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyini, həmin pulların «Rza» adlı şəxsdən özü əldə etdiyini və əldə etdiyi narkotik maddələri müəyyən ünvanlara qoymağı qarşılığında əldə etdiyini demişdir. Elşən «Rza» adlı şəxsdən təxminən 3(üç) dəfə narkotik maddə götürdüyünü, həmçinin yaşadığı Bakı şəhəri, Yasamal rayonunda yerləşən mənzilində də narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə bildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmişlər. Təqsirləndirilən şəxs arvadının da iştiakı ilə videoçəkiliş aparılmış və videoçəkilişdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi haqqında qərarla tanış olmuş, videoçəkiliş zamanı ona yaşadığı mənzildə saxladığı narkotik maddələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin girişdən sağ tərəfdə yerləşən stolun alt hissəsindən 1(bir) ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirilməsi üçün qonaq otağına aparılmış və baxış zamanı sellofan torbadan 1 (bir) ədəd elektron tərəzi, 2 (iki) bağlamada heroin, 1(bir) bağlamada metamfetamin və 1 (bir) ədəd şüşə qabda metadon suyu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi qablaşdırma ilə birlikdə 1(bir) kq 370 (üç yüz yetmiş) qram, metamfetaminin çəkisi qablaşdirma ilə birlikdə 396 (üç yüz doxsan alt) qram, metadon suyunun çəkisi qablaşdırma ilə birlikdə 1(bir) kq 191 (yüz doxsan bir) qram olmuşdur. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq təhqiqatçı tərəfindən qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Rza”adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Gəmi qayırma zavodunun yaxınlığından deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, metadon suyunu isə narkomanlardan öz şəxsi istifadəsi üçün 50 (əlli) qramını 10 (on) manata əldə etdiyini, elektron tərəzini isə həmin kütlələrin çəkilərini müəyyən etmək üçün istifadə etdiyini, gördüyü işin qarşılığında Rza adlı şəxs, onun şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş plastik bank kartına 2000 (iki min) manat pul göndərdiyini bildirmişdir. Şahid X10 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlamışlar, zahiri əlamətləri məlumatda göstərilən əlamətlərə oxşadığına görə ona yaxınlaşıb özlərini təqdim etmişlər. Elşənin üzərinə baxış keçirmək üçün polis bölməsinə dəvət etmişlər, o da heç bir etiraz etmədən onlarla birlikdə bölis bölməsinə getmişdir. Onlar əməliyyat tədbirinə iki nəfər polis əməkdaşı olmuşlar, Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir, müqavimət gbstərsəydi əlavə qüvvə cağıracaqdılar. Təqsirləndirilən şəxs yaşadığı mənzilə təhqiqatçı, müdafiəçi və Təqsirləndirilən şəxs arvadının iştirakı ilə baxış keçirilmişdir. Mənzilə baxış keçirilərkən videoçəkiliş evin içindən başlanmış, narkotik vasitəni də Elşən özü təqdim etmişdir. Videoçəkiliş zamanı evdə uşaq olmamışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməyib, Elşən özünü çox səmimi aparmışdır. Mənzilin başqa otaqlarına da baxış keçirilmiş, ancaq qanunsuz heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs pul kisəsində Kapital bankın plastik kartı olub, lakin o, həmin plastik kartdan istifadə etməmiş, kiminsə də istifadə etməsini görməmişdir. Təqsirləndirilən şəxs pul qabından kiminsə pul götürməsinin şahidi olmamış, Elşən Niriyevin arvadının bölməyə aparılmasını da xatırlamır. Polis əməkdaşları Təqsirləndirilən şəxs arvadından 5 min manat pul almayıb, ümumiyyətlə belə bir hal olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 fadəsində şahid X2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 22 yanvar 2022-ci il tarixdə saat 14-15 radələrində Təqsirləndirilən şəxs yataq otağında yatmış vəziyyətdə olarkən yaşadıqları mənzilin qapısı döyülmüşdür. Mənzilin qapısını döyən şəxs bildirmişdir ki, tikinti şirkətindən gəlmişlər və evin plana düşməsi ilə əlaqədar ölçü aparmalıdırlar. Qapını açanda mülki geyimli 10-12 nəfər mənzilə daxil olmuşlar və otaqları axtarmağa başlamışlar. Həmin polislər Elşəni özləri ilə aparmışlar, sonra Elşəni yenidən evə qaytarmışlar. Həmin şəxslər 3-4 saat müddətində evdə olmuşlar, sonra da mətbəxdə masanın altından sellofan torba çıxarmışlar. Hansı ki, həmin şəxslər evə gəlməzdən əvvəl o, həmin masanın üstünü təmizləmiş, həmin vaxt masanın altında sellofan torba olmamışdır. Həmin şəxslər gələndə onu başqa otağa salmışlar, özləri Elşənlə bir yerdə qalmışlar, evdə olan səslərdən başa düşmüşdür ki, Elşənə təzyiq göstərilir. Birinci dəfə polislər evə gələndə Elşən yataq otağında olmuş, onlar bütün otaqları axtatırmışlar, lakin evdən heç nə çıxmamışdır. Polislər ikinci dəfə qayıdandan sonra evdən sellofan torba tapmışlar. O, polislərin sellofan torbanı masanın altına qoyduqlarını görmüşdür. Onun özünü də həmin gün saat 19-20 radələrində polis bölməsinə aparmışlar, orada onu 2-3 saat saxlayıb sonra buraxmışlar. Məhkəmədə şahid qismində ifadə vermiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşamışdır. 22 yanvar 2022-ci il tarixdə günortadan sonra pəncərədən baxarkən, 10-12 nəfər şəxsin yuxarı mərtəbəyə qalxdıqlarını görmüşdür. Onlar qonşu Elşəngilin qapılarını döymüşlər, o, “kimdir ordakı?” sualını eşitmiş, həmin şəxslər də söküntü məsələsi ilə bağlı gəldiklərini bildirmişlər. Sonra həmin şəxslər Elşəngilin evinin içərisinə daxil olmuşlar, bir saatdan sonra onlar Elşən ilə birlikdə çıxıb getmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 22 yanvar 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Yasamal rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi haqqında 24 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından olan şəxsi axtarış və götürmə aparılması haqqında 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 18:45-də Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında xidməti otaqların birində Azərbaycan Respublikası DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sağ yan cibindən 1(bir) bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuş və sonra onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd açar, şəxsiyyət vəsiqəsi, **********521824 nömrəli plastik bank kartı, 8 (səkkiz) manat pul, həmin şalvarın arxa sol cibindən 1(bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** mobil nömrə olan “RedMi” markalı və 1 (bir) ədəd içərisində ***-***-**-** mobil nömrə olan “RedMi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 12 (on iki) qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyət vəsiqəsi, **********521824 nömrəli plastik bank kartı və 2 (iki) ədəd “RedMi” markalı mobil telefon Təqsirləndirilən şəxs götürülmüş, 1(bir) ədəd açar və 8 (səkkiz) manat pul isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Gəmi qayırma zavodunun yaxınlığında deyilən yerdən öz şəxsi istifadəsi üçün əldə etdiyini, heroindən özü istifadə etdiyini, üzərindən aşkar olunmuş plastik bank kartına narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyini, həmin pulların «Rza» adlı şəxsdən özü əldə etdiyini və əldə etdiyi narkotik maddələri müəyyən ünvanlara qoymağı qarşılığında əldə etdiyini, «Rza» adlı şəxsdən təxminən 3(üç) dəfə narkotik maddə götürdüyünü bildirmişdir. Bu barədə şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından olan mənzilə baxış və götürmə aparılması haqqında 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 19:45-də Azərbaycan Respublikası DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayrnu, M.Muxtarov küçəsi,ev 172 ünvanda yerləşən mənzilə baxış keçirilərək götürülmə aparılan zaman Təqsirləndirilən şəxs mənzilin girişdən sağ tərəfdə yerləşən stolun alt hissəsindən 1(bir) ədəd sellofan torbanı təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin sellofan torba içərisinə baxış keçirilməsi üçün qonaq otağına aparılmış və baxış zamanı sellofan torbadan 1(bir) ədəd elektron tərəzi, 2(iki) bağlamada heroin, 1(bir) bağlamada metamfetamin və 1(bir) ədəd şüşə qabda metadon suyu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, heroinin çəkisi qablaşdırma ilə birlikdə 1(bir) kq 370 (üç yüz yetmiş) qram, metamfetaminin çəkisi qablaşdirma ilə birlikdə 396 (üç yüz doxsan alt) qram, metadon suyunun çəkisi qablaşdırma ilə birlikdə 1(bir) kq 191(yüz doxsan bir) qram olmuşdur. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq təhqiqatçı tərəfindən qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə bir gün əvvəl Gəmi qayırma zavodunun yaxınlığından deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, metadon suyunu isə narkomanlardan öz şəxsi istifadəsi üçün 50 (əlli) qramını 10 (on) manata əldə etdiyini, elektron tərəzini isə həmin kütlələrin çəkilərini müəyyən etmək üçün istifadə etdiyini, gördüyü işin qarşılığında Rza adlı şəxs, onun şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş plastik bank kartına 2000 (iki min) manat pul göndərdiyini bildirmişdir. Bu barədə mənzilə «baxış keçirilməsi və götürmə haqqında» protokol tərtib edilmiş, götürmənin gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/1436 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində AR DİN-ə məxsus “Zərflər üçün №7” möhür əksi və “Təqsirləndirilən şəxs təqdim etdiyi” yazılar olan 1 № paketdəki bir ədəd bükümdə təmiz çəkisi 12,148 qram olan qəhvəyi rəngli maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, -üzərində «…Təqsirləndirilən şəxs təqdim etdiyi…» sözləri olan 2 №-li paketdəki bir ədəd bükümdə təmiz çəkisi 390 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, iki ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 995 qram, 255 qram, ümumi təmiz çəkisi 1250 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir,bir ədəd bükümdə təmiz çəkisi şüşə qabda 750 ml həcmində məhlulun tərkibi narkotik vasitə metadon vardır və həmin məhlülun tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,146 qram təşkil edir,bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəsicikləri cüzi miqdarda olduğu üçün onların tçəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəsicikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 1 və 2 №-li kağız paketlərdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvit komponet tərkiblərinə görə eynidir və ümumi təmiz çəkisi 1262, 148 qramdır. 1 №-li kağız paketdəki heroinin təmiz çəkisi- 12,148 qr., tədqiqata sərf edilmişdir -0,050 qr.,qalmışdır -12,098 qr. 2 №-li kağız paketdəki heroinin təmiz çəkisi- 1250 qr., tədqiqata sərf edilmişdir -0,100 qr., qalmışdır-1249,9 qr. 2-li № kağız paketdəki metadon məhlulunun həcmi -730 ml., tədqiqata sərf edilmişdir -10 ml. qalıq-720 ml. 2-li № kağız paketdəki metamfetamin təmiz çəkisi-390 qr., tədqiqata sərf edilmişdir -0,100 qr., qalmışdır-389,9 qr. Cinayət işinin materiallarından olan məhkəmə-ambulator psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 891 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkəltərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək,onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətiyi əməl dövründə anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1767 nömrəli ekspert rəyindən aydın olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, tədqiqat keçirildikdən sonra qalan 12,098 qram çəkidə narkotik vasitə heroin, 1249,9 qram çəkidə narkotik vasitə heroin, 389,9 qram çəkidə psixatrop maddə metamfetamin ,720 ml ölçüdə metadon məhlulu və bir ədəd elektron tərəzi maddi sübut sübut kimi tanınaraq Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə aparılmış “şəxsi axtarış və götürmənin” gedişatını özündə əks etdirən 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, videogörüntülər olan bir ədəd “CD” diskə baxış zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə, saat 18:45-də Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında Azərbaycan Respublikası DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovniki X3, həmçinin Müdafiəçi X4 iştirakı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış aparılan zaman sonuncu əynində olan şalvarın sağ yan cibindən 1(bir) bükümdə maddəni təqdim edərək masanın üzərinə qoyur, həmin maddənin «kakos» olduğunu bildirir və sonra onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd açar, özünə məxsus şəxsiyyət vəsiqəsi, **********521824 nömrəli plastik bank kartı, 8 (səkkiz) manat pul, həmin şalvarın arxa sol cibindən 1(bir) ədəd içərisində ***-***-**-** və ***-***-**-** mobil nömrə olan “RedMi” markalı və 1 (bir) ədəd içərisində ***-***-**-** mobil nömrə olan “RedMi” markalı mobil telefon aşkar olunaraq təhqiqatçı N.Omarov tərəfindən götürülür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilir və çəkisi qablaşdırma ilə birlikdə 12 (on iki) qram olur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır və DİN-in möhürü ilə möhürlənir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi, iştirakçı və təhqiqatçı tərəfindən imzalanır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün şəxsiyyət vəsiqəsi, **********521824 nömrəli plastik bank kartı və 2 (iki) ədəd “RedMi” markalı mobil telefon Təqsirləndirilən şəxs götürülür, 1(bir) ədəd açar və 8 (səkkiz) manat pul isə özünə geri qaytarılır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikası vətəndaşı “Rza”adlı şəxsin vasitəsi ilə bir gün əvvəl «Gəmi qayırma» zavodunun yaxınlığında deyilən yerdən öz şəxsi istifadəsi üçün əldə etdiyini, heroindən özü istifadə etdiyini, üzərindən aşkar olunmuş plastik bank kartına narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyini, həmin pulların «Rza» adlı şəxsdən özü əldə etdiyini və əldə etdiyi narkotik maddələri müəyyən ünvanlara qoymağı qarşılığında əldə etdiyini, «Rza» adlı şəxsdən təxminən 3(üç) dəfə narkotik maddə götürdüyünü bildirir. Bu barədə protokol tərtib edilir və həmin protokol Təqsirləndirilən şəxs, müdafiəçisi, iştirakçı və təhqiqatçı tərəfindən imzalanır. Cinayət işində olan Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə aparılmış «mənzilə baxış keçirilməsi və götürmə»nin gedişatını özündə əks etdirən 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, video görüntülər olan bir ədəd “CD” diskə baxış zamanı məlum olmuşdur ki, «CD” diskdə Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış “mənzilə baxış keçirilməsi və götürmənin” gedişatını özündə əks etdirən video görüntülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Təqsirləndirilən şəxs bildirmirşdir ki, görüntüdə olan və mənzilinə baxış keçirilən şəxs onun özüdür. Diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 19:45-də Azərbaycan Respublikası DİN-nin BNMİ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovniki X3, həmçinin Müdafiəçi X4 və X1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayrnu, M.Muxtarov küçəsi,ev 172 ünvanda yerləşən mənzilə baxış keçirilərək götürülmə aparılan zaman Təqsirləndirilən şəxs mənzilin girişdən sağ tərəfdə yerləşən stolun alt hissəsindən 1(bir) ədəd qırımızı rəngli sellofan torbanı təqdim edir və həmin torbanın içərisində iki ədəd qutuda olan maddənin narkotik maddə heroin,bir ədəd şəffaf rəngli sellofanın içərisində isə metamfetamin və 1(bir) ədəd şüşə qabda metadon suyu olduğunu bildirir. Həmin sellofan torba içərisinə baxış keçirilməsi üçün qonaq otağına aparılır və baxış zamanı sellofan torbadan 1(bir) ədəd elektron tərəzi, 2(iki) bağlamada heroin,1(bir) bağlamada metamfetamin və 1(bir) ədəd şüşə qabda metadon suyu aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilir, iki qabda olan heroinin çəkisi qablaşdırma ilə birlikdə 1(bir) kq 370 (üç yüz yetmiş) qram, metamfetaminin çəkisi qablaşdirma ilə birlikdə 396 (üç yüz doxsan alt) qram, metadon suyunun çəkisi qablaşdırma ilə birlikdə 1(bir) kq 191(yüz doxsan bir) qram olur. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq təhqiqatçı tərəfindən qablaşdırılır, DİN-in möhürü ilə möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Rza”adlı şəxsin vasitəsi ilə bir gün əvvəl «Gəmi qayırma» zavodunun yaxınlığından deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, metadon suyunu isə narkomanlardan öz şəxsi istifadəsi üçün 50 (əlli) qramını 10 (on) manata əldə etdiyini, elektron tərəzini isə həmin kütlələrin çəkilərini müəyyən etmək üçün istifadə etdiyini, «Rza» adlı şəxsin heroinin hər qramına görə bir manat, metamfetaminin hər qramına görə iki manat verdiyini və gördüyü işin qarşılığında «Rza» adlı şəxs, onun şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş plastik bank kartına 2000 (iki min) manat pul göndərdiyini bildirmişdir. Bu barədə «mənzilə baxış keçirilməsi və götürmə haqqında» protokol tərtib edilir. Həmin protokol Təqsirləndirilən şəxs, müdafiəçisi, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanır. Cinayət işində olan Kapital Bank” ASC-in 15 mart 2022-ci il tarixli 287000/2-1318 nömrəli məktubunda 416973******1824 nömrəli plastik kartın Təqsirləndirilən şəxs məxsus olduğu, Kapital Bank” ASC- tərəfindən istintaqa təqdim edilmiş zərfin daxilin olan bir ədəd diskə köçürülmüş məlumatlardan görünür ki,iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş plastik kartda 01 dekabr 2021-ci il tarixinə olan ilkin qalıq 34.23 manat təşkil etmiş, 22 yanvar 2022-ci il tarixə olan son qalıq isə 2.191.52 manat təşkil etmişdir.Kapital Bank” ASC-yə aid və Təqsirləndirilən şəxs istifadəsində olmuş 416973******1824 nömrəli plastik kartla 01 dekabr 2021-ci il tarixindən 22 yanvar 2022-ci il tarixə qədər olan dövr ərzində ümumilikdə 3.840.00 manat mədaxil olmuş,göstərilən dövr üzrə 1.682.71 manat xaric olunmuş və 22 yanvar 2022-ci il tarixə olan son qalıq isə 2.191.52 manat təşkil etmişdir. Cinayət işində olan “18» mart 2022-ci il tarixli rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların əks olunduğu CD diskinə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Kapital Bank” ASC-in 15 mart 2022-ci il tarixli 287000/2-1318 nömrəli məktubunda 416973******1824 nömrəli plastik kartın Təqsirləndirilən şəxs məxsus olduğu, Kapital Bank” ASC- tərəfindən istintaqa təqdim edilmiş zərfin daxilin olan bir ədəd diskə köçürülmüş məlumatlardan isə görünür ki,iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş plastik kartda 01 dekabr 2021-ci il tarixinə olan ilkin qalıq 34.23 manat təşkil etmiş,22 yanvar 2022-ci il tarixə olan son qalıq isə 2.191.52 manat təşkil etmişdir. Kapital Bank” ASC-yə aid və X5 istifadəsində olmuş 416973******1824 nömrəli plastik kartla 01 dekabr 2021-ci il tarixindən 22 yanvar 2022-ci il tarixə qədər olan dövr ərzində ümumilikdə 3.840.00 manat mədaxil olmuş, göstərilən dövr üzrə 1.682.71 manat xaric olunmuş və 22 yanvar 2022-ci il tarixə olan son qalıq isə 2.191.52 manat təşkil etmişdir. Cinayət işində olan məhkəmə-kompyuter texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 5/164 nömrəli rəyinə əlavə edilmiş yaddaş qurğusuna baxış keçirilməsi haqqında 28 aprel 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yaddaş qurğusu qara rəngli Micro SD yaddaş kartıdır. Baxış zamanı “A” şərti işarəli +98 919 583 19 76 nömrəli abunəçi tərəfindən “B”şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 14:27-də“P3” məzmunlu ismarıcın və “Salam dayı necəsən vəziyyət necədir? Durubsan qadası? Nə edək axşama deyərək gedib Zabratdan götürərsən Zabratda patımız çoxdur” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 14:43-də “Bacıoğlu onu indi etmək olmaz? Axşama salmayaq da gündüz tərəflərdə 1- 2 saata həll etmək olmaz? gedib götürərdim Zabratdan” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 14:46-da ünvanı qeyd olunmayan lakin yaşıl rənglə işarələnmiş turba fotoşəkilinin və alt hissəsində P3 yazısı həkk olunmuş bir ədəd kibrit qutusu fotoşəkilinin göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 14:47-də “X9 Nərimanov heykəli tərəfə gedəndə birinci döngədən dönürsünüz geri qayıtmağa yenə Statistikaya qayıdanda birinci işıqfor yox ikinci işıqfora çatmamış sağa yol dönür 5-ci Paralel küçəsinə dönən kimi təxminən 30-40 metr irəli gedəndə sağ tərəfdə işarə qoyduğum turbaları görəcəksiniz lap birinci əyri turbanın içərisində kibrit qutusunda taparsınız” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “A” şərti işarəli +98 919 583 19 76 nömrəli abunəçi tərəfindən “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 15:24-də“t5P1”, saat 16:02-də isə“P10” məzmunlu ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 16:03-də “Bacıoğlu indi gedib götürmək olar şey patını” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “A” şərti işarəli +98 919 583 19 76 nömrəli abunəçi tərəfindən “B”şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 16:49-da “İndi həll edəcəm bu iki ədədi at qoy gəlsin” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 16:50-də “Bacıoğlu sən onları atanda mən evə gedirdim həkim çağırdı iynənin vaxtı idi indi sistem vurur qurtarsın durub çıxıb atıram onları yaxşı? ” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 16:51-də “Həkim var yanımda ona görə danışa bilmədin odboy verdim ” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “A” şərti işarəli +98 919 583 19 76 nömrəli abunəçi tərəfindən “B”şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 17:16-da “Təzə müştəridir bunun patısını daş et ha qadası 10 ədədin üstünə atılacaq 10 dənə torpaq 5 dənə patı bir yerə atılacaq amma ayrı-ayrı bağlanacaq” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 17:17-də yuxarıda qeyd olunan səsli ismarıca cavab olaraq “Aydındır başa düşdüm ” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 18:04-də “Mən çöldəyəm indi atıram yerimdəydim elə 2 dəqiqəyə şəkili göndərirəm ” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “A” şərti işarəli +98 919 583 19 76 nömrəli abunəçi tərəfindən “B”şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 18:04-də“yaxşı dayı qadası..... anlaşılmayan cümlə” məzmunlu səsli ismarıcın, həmçinin, 200 manat məbləğində pulun sonu 1824 nömrəli karta köçürülməsinə dair qəbzin fotoşəkilinin göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 18:09-da yuxarıda qeyd olunan ismarıca cavab olaraq “Çox sağ ol bacıoğlu 200 manat gəldi ” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “A” şərti işarəli +98 919 583 19 76 nömrəli abunəçi tərəfindən “B”şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 18:09-da “Bugün nə var sənin kartına yükləyəcəm izafəsini mənə vuracaqsan qalanını da borcunu götürəcəksən qadası” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 18:13-də yuxarıda qeyd olunan ismarıca cavab olaraq “İstər istəməz çölə çıxıram axı bunları atmaq üçün soyuqda dururam bax görürsən durmuşam burada 10 dəqiqə gözləyirəm ki, bir az boşalsın adam olmayan kimi atacam başqa cür mümkün deyil qaranlıq deyil işıqlıqdır ona gör belə atmaq olmur” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 18:15-də yuxarıda qeyd olunan ismarıca cavab olaraq “yox mən yerimi dəyişim burada ata bilmirəm burada adam çoxdur hər tərəfdən baxırlar ata bilmədim gedirəm başqa yerə” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “A” şərti işarəli +98 919 583 19 76 nömrəli abunəçi tərəfindən “B”şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 18:15-da “Bir müştəri mindir başqa yerə at gəlsin ” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 18:15-də yuxarıda qeyd olunan ismarıca cavab olaraq “Sən onda onlara de da gəlsinlər Heydər Əliyev sarayı tərəfə vaxt itirməsin mən ora atanda mərkəzdir həmin gəlib götürsünlər çox vaxt itirməsinlər yaxşı? X19 sarayının yanına gəlsinlər” məzmunlu səsli ismarıcın və alt hissəsində T5 P1 yazısı həkk olunmuş kibrit qutusu fotoşəkilinin, həmçinin, yaşıl rənglə işarələnmiş yeraltı dayanacağa giriş fotoşəkilinin göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 18:21-də yuxarıda qeyd olunan ismarıca cavab olaraq “Deməli Azdramadan şəhər tərəfə gedəndə Qış parkının yanı ilə deməli sağ yolla gedirsiniz deməli həmin istiqamətə gedəndə sağ tərəfdə görəcəksiniz bina tikilir yeni tikili onun qarşısında zibil qutuları da var həmin zibil qutularının yanında saxlayıb solda həmin yeraltı qarajdan çıxışdır onun qabağında duranda işarə qoyduğum yerdə görəcəksiniz orada da kibrit qutusunu rahat tapacaqsınız” məzmunlu səsli ismarıcın və alt hissəsində T5 P1 yazısı həkk olunmuş kibrit qutusu fotoşəkilinin, həmçinin, yaşıl rənglə işarələnmiş tunelə giriş fotoşəkilinin göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “A” şərti işarəli +98 919 583 19 76 nömrəli abunəçi tərəfindən “B”şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 18:26-da 250 manat məbləğində pulun sonu 1824 nömrəli karta köçürülməsinə dair qəbzin fotoşəkilinin göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan 051 322 77 75 mobil nömrəsindən “A”şərti işarəli +98 919 583 19 76 nömrəsinə 21 yanvar 2022-ci il tarixdə saat 18:26-da yuxarıda qeyd olunan ismarıca cavab olaraq “Hə bacıoğlu 250 manat gəldi çox sağ ol qaldı cəmisi 200 ” məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, bir ədəd "xxxx" MMC-də daxil olmuş «CD» disk,bir ədəd "xxxx" MMC-də daxil olmuş «CD» disk, bir ədəd "xxxx" ASC-dən daxil olmuş «CD» disk,bir ədəd "xxxx" ASC-yə aid plastik kart, Xiaomi Redmi 9” markalı“ M2004J19G modelli və «Xiaomi Mİ A2” markalı «M1804D2SG» modelli mobil telefonlar, bir ədəd «Micro SD» xarici yaddaş qurğusu, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini, həmçinin sonuncunun yaşadığı mənzilə baxış keçirilən və götürmə aparılan zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən iki ədəd DVD-R modelli disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza keçirildikdən sonra qalıq qalan 12,098 qram çəkidə heroin, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 1249,9 qram çəkidə heroin, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 389,9 qr. metamfetamin, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 720 ml çəkidə metadon suyu Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məlumatdan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-cu il təvəllüdlü X8 adında yetkinlik yaşına çatmayan bir övladı vardır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan övladının olması cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan "xxxx" MMC-də daxil olmuş 1 ədəd «CD» disk, "xxxx" MMC-də daxil olmuş 1 ədəd «CD» disk, "xxxx" ASC-dən daxil olmuş 1 ədəd «CD» disk, "xxxx" ASC-yə aid 1 ədəd plastik kart, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman videoçəkiliş aparılmasının görüntülərini, həmçinin sonuncunun yaşadığı mənzilə baxış keçirilən və götürmə aparılan zaman videoçəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 2 ədəd DVD-R modelli disklər cinayət işinin materiallarında saxlanılmalı, Xiaomi Redmi 9” markalı“ M2004J19G modelli və «Xiaomi Mİ A2” markalı «M1804D2SG» modelli mobil telefonlar Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılmalı, DİN Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza keçirildikdən sonra qalıq qalan 12,098 qram çəkidə heroin, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 1249,9 qram çəkidə heroin, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 389,9 qr. metamfetamin, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 720 ml çəkidə metadon suyu məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 22 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 161 (yüz altmış bir) manat qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X6 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübutlar olan "xxxx" MMC-də daxil olmuş 1 ədəd «CD» disk, "xxxx" MMCdə daxil olmuş 1 ədəd «CD» disk, "xxxx" ASC-dən daxil olmuş 1 ədəd «CD» disk, "xxxx" ASC-yə aid 1 ədəd plastik kart, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman videoçəkiliş aparılmasının görüntülərini, həmçinin sonuncunun yaşadığı mənzilə baxış keçirilən və götürmə aparılan zaman videoçəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 2 ədəd DVD-R modelli disklər cinayət işinin materiallarında saxlanılsın, “Xiaomi Redmi 9” markalı M2004J19G modelli və «Xiaomi Mİ A2” markalı «M1804D2SG» modelli mobil telefonlar Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılsın, DİN Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza keçirildikdən sonra qalıq qalan 12,098 qram çəkidə heroin, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 1249,9 qram çəkidə heroin, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 389,9 qr. metamfetamin, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 720 ml. çəkidə metadon suyu məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 161 (yüz altmış bir) manat qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X6 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1096/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1096/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver