Məhkəmə qərarları › İş №1(101)-1097/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1097/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1097/2022 27.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X42 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X14 iştirakı ilə, xx xxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, taksi sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında İran İslam Respublikası və Kanadada olan şəxsiyyətləri istintaqla müəyyən edilməyən şəxslərlə tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq və təkrarən qaçaqmalçılıq yolu ilə keçirmək barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasında olan üzvü vasitəsilə İran İslam Respublikasında istintaqa məlum olmayan tarixdə və mənbədən tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq külli miqdarda 2828 qram çəkidə narkotik vasitəsi tiryəkin əldə edilməsinə, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilərək “otbiçən” maşın yükünün mühərrikinin metal qapağının və metal korpusunun altında, habelə mühərrikin içində olan boşluqda yerləşdirilib saxlanılmasına, cinayətlərin törədilməsindən xəbəri olmayan Şahid11 məxsus “karqo daşıma” xidməti vasitəsilə 3 oktyabr 2021-ci il tarixdə cinayətlərin törədilməsindən xəbəri olmayan Şahid13 idarə etdiyi yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınmasına, həmin tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Astara gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə, 4 oktyabr 2021-ci il tarixdə təyinat gömrük orqanı olan Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşən “ipək yolu” gömrük postunda “otbiçən” maşın kimi bəyan edilməklə gömrük orqanından buraxılmasına, bundan sonra 2021-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzindəki anbarlardan birinə, oradan cinayətlərin törədilməsindən xəbəri olmayan anbardar X36 Esmaeıl tərəfindən həmin ticarət mərkəzində 2-ci zona beton yolu, 12-ci sıra, mağaza nömrə 195 ünvanında yerləşən anbarına daşınıb orada saxlanılmasına, 13 oktyabr 2021-ci il tarixdə isə sonuncu tərəfindən qeyd edilən anbardan ticarət mərkəzinin yaxınlığında olan məscidin qarşısına daşınmasına nail olub həmin tarixdə göstərilən məscidin qarşısında X28 içərisinə külli miqdarda 2828 qram çəkidə narkotik vasitə tiryək gizlədilmiş “otbiçən” maşını götürməklə həmin narkotik vasitəni bilavasitə əldə edib idarə etdiyi “Azsamand” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yerləşdirməklə saxlamış, daha sonra qəsdən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib cinayətkar qrupun Kanadada olan şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə poçt vasitəsi ilə Kanada, ***-**** Willingdon Ave, Burnaby ВС ünvanına -- Usef Quasifin adına göndərmək məqsədi ilə 14 oktyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC poçt daşıma şirkətinə aparmaqla daşımış və şirkətin cinayətlərin törədilməsindən xəbəri olmayan səlahiyyətli şəxslərinə təhvil verməklə onların vasitəsi ilə həmin gün saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən “X22 Aeroportu”-nda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Bakı Karqo Terminalı Hava Limanı” gömrük postunda ümumi cinayətkar niyyətə uyğun olaraq təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə keçirilmiş gömrük yoxlaması zamanı qeyd edilən külli miqdarda 2828 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,506 və 0,840 qram olmaqla ümumilikdə külli miqdarda 4,346 qram çəkidə psixotrop maddə metafetamini əldə edib istifadəsində olan “AZSAMAND“ markalı 9-AK-847 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunun tavanının ön hissəsində olan işıq lampasının üst hissəsində gizlədərək saxlamış və daşımış, 15 oktyabr 2021-ci il tarixdə saat 1 radələrində Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən “X22 Aeroportu”-nda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati ərazisində həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən qeyd edilən psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulanadək 4 il Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 12 oktyabr 2021-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərində yaşayan bacısı Aygün Teymurovanın həyat yoldaşı İran-Azərbaycan marşrutu üzrə avtobus sürücüsü işləmiş İran İslam Respublikasının vətəndaşı “Qulu Zahidi” ona zəng edərək sonuncunun tanışı kimi tanıdığı, “Sədərək” ticarət mərkəzində yerləşən anbarında İrandan gələn malların paylanması ilə məşğul olan, əvvəllər isə avtovağzalda işləmiş İran İslam Respublikasının vətəndaşı X3 yükü olduğunu deyib həmin yükü Məhəmməddən götürərək Əhməd Rəcəbli küçəsində yerləşən “DHL” poçt daşıma şirkətinə aparıb həmin şirkət vasitəsi ilə Kanadaya, ona deyəcəyi ünvana poçtla göndərməyini xahiş etmiş, o da “Qulu Zahidi” ilə razılaşmışdır. Bir neçə gün işi olduğundan “Qulu Zahidi”nin xahişini dərhal yerinə yetirə bilməmiş, yalnız 13 oktyabr 2021-ci il tarixdə təxminən saat 11:30 radələrində Məhəmmədlə “Sədərək” ticarət mərkəzində yerləşən məscidin yaxınlığında görüşmüş və ondan 1 ədəd “otbiçən maşın” götürmüşdür. “Otbiçəni maşın”ı götürərkən Məhəmməddən hansı səbəbə həmin əşyanı özünün göndərmədiyini soruşmuş, Məhəmməd isə cavab olaraq İranlılar tərəfindən göndərilmiş malların xarici ölkələrdə gömrük nəzarətindən keçirilməsi zamanı problem yaradıldığını, onun adından göndərildiyi təqdirdə isə belə problemin yaranmayacağını söyləyib buna görə həmin malı onun göndərməli olduğunu bildirmişir. Məhəmməddən “otbiçəni maşın”ı götürüb “Qulu Zahidi”nin dediyi kimi “DHL” şirkətinə getmiş, lakin həmin şirkət motoru olduğu üçün “otbiçəni maşın”ın göndərilməsindən imtina etmiş, bununla yanaşı ona poçt daşımalarının qiyməti barədə məlumat verərək 50 kq yükün 1.900 manata, 40 kq yükün isə 1.600 manata daşındığını bildirmişlər. “Qulu Zahidi” ilə arasında olan söhbət zamanı sonuncu poçt daşıması ilə bağlı pulun Məhəmməd tərəfindən ödəniləcəyini söylədiyindən o da bu barədə Məhəmmədə məlumat vermişdir. Bundan bir qədər sonra “Qulu Zahidi” ona zəng edərək başqa poçt şirkəti axtarmağını, əşyanın sahibinin gözlədiyini demişdir. Bundan bir müddət sonra “Qulu Zahidi” ona “UPS” poçt daşıma şirkətinin ünvanını göndərərək “otbiçəni maşın’’ı həmin şirkət vasitəsi ilə göndərməyini söyləmiş, ardınca həmin şirkətlə əlaqə saxlamış, lakin saat 17:50 olduğuna görə şirkətdən iş vaxtının sona çatdığını bildirib, sabah, yəni 14 oktyabr 2021-ci il tarixdə şirkətə gəlməyini demişlər. Bundan sonra “otbiçən maşın” yükünü 14 oktyabr 2021-ci il tarixədək idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində saxlamaqla, həmin tarixdə saat təxminən 10 radələrində “UPS” şirkətinin “28 May” metrostansiyası yaxınlığında yerləşən ofisinə getmiş və şirkət ondan bağlamanı göndərməyə görə əvvəlcə 2.600 manat, sonra 2.400 manat, ən sonda isə 2.250 manat pul istəyərək, saat 13:30-a qədər vaxt olduğunu, yəni həmin vaxtdan sonra yüklərin göndərildiyini söyləmişdir. O da bütün bunlar haqqında “Qulu Zahidi”yə məlumat vermişdir. Aralarında olan danışıq zamanı “Qulu Zahidi” ona mal sahibinin yükün dövlət poçt şirkəti vasitəsi ilə göndərilməsini istədiyini bildirmiş, o da bundan sonra “Ayna Sultanova”nın heykəlinin yaxınlığında yerləşən “Aztelekom”un poçt məntəqəsinə getmiş, lakin orada ona böyük ölçülü olduğu üçün malı göndərə biləməyəcəklərini demişlər, o da bu barədə “Qulu Zahidi”yə məlumat vermişdir. Bu zaman özünü “Şans” kimi təqdim edən tanımadığı şəxs ona İran mobil nömrəsindən zəng edərək malın göndərilməsində yaranmış problem barədə sual vermiş, o cavab olaraq yalnız “UPS” şirkətinin malı göndərə bildiyini söyləmiş, ardınca “Şans” adlı şəxs poçt daşıma pulunu 10 dəqiqəyə “Qulu Zahidi”yə göndərəcəyini demiş və daha sonra "Qulu Zahidi” ilə danışdıqda sonuncu pulu Məhəmmədin gətirib ödəyəcəyini bildirmişdir. O bununla əlaqədar Məhəmmədlə danışdıqda Məhəmməd ona bildirmişdir ki, Sumqayıtda hüzr yerindədir və oradan çıxa bilmir, pulu yalnız sabah verə bilər. Bundan sonra “Şans”ın deməsi ilə yenidən “UPS” şirkətinə getmiş və orada “Şans” “UPS” şirkətinin mühasibi “Anar” adlı şəxslə mobil telefonum ilə danışaraq malı göndərmək üçün qəbul etməyini, göndərişlə bağlı pulun gün ərzində çatdırılacağını bildirmişdir. Anar “Şans”la razılaşdıqdan sonra bağlama şirkət tərəfindən göndərilməsi üçün qəbul edilmiş və göndərilmə ilə bağlı sənədləşmə aparılmış, bu zaman o, malın göndərilməsi ilə bağlı tərtib olunan sənədlərin şəkillərini çəkib “Şans”a göndərmişdir. Təxminən saat 17:00-a kimi “UPS” şirkətində gözləmişdir. Bu müddət ərzində “Şans” tez-tez ona zəng edərək möhürün olub-olmaması, bağlamada olan yazılar barədə ona suallar vermiş, o da onları cavablandırmışdır. Bundan sonra “Şans” “Anar”la bir daha telefonu vasitəsilə danışmış, bu zaman “Anar” “Şans"a saat 18:00-a kimi gözləyəcəyini, pulu göndərməsə malı geri qaytaracağını bildirmiş və o, saat 17:00-da oranı tərk etmişdir. Bundan təxminən yarım saat sonra “UPS” şirkətinin tanımadığı xanım əməkdaşı ona zəng edərək hansısa sənədə qol çəkməli olduğunu söyləmiş, o isə yorğun olduğunu, sabah gələ biləcəyini deyib “Şamaxinka” deyilən əraziyə gedərək oradakı çayxanaların birində oturub tanışı, adını dəqiq xatırlamadığı, telefonunda adını “K Dönər” kimi qeyd etdiyi şəxslə çay içməyə başlamışdır. Bundan bir müddət sonra həmin şəxs getmiş və təxminən yarım saat sonra o da çayxananı tərk etmişdir. Çayxanadan çıxıb idarə etdiyi “Azsamand” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yaxınlaşdıqda ayaqyoluna getmək üçün yenidən çayxanaya qayıtmış, ayaqyolundan çıxıb yenidən nəqliyyat vasitəsinə yaxınlaşmaq istəyərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib gömrük əməkdaşı olduqlarını deyib onu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət etmişlər. Avtomobildə olarkən Məhəmməd ona zəng edərək görüşmək istədiyini söyləmiş və onunla “Şərifzadə” küçəsindəki “Azpetrol”la üzbəüz ərazidə görüşmüşdür. Bu zaman gömrük əməkdaşları Məhəmmədi də saxlayıb onları həmin gömrük idarəsinə aparmışlar. Orada gömrük əməkdaşları onun razılığı əsasında idarə etdiyi “Azsamand” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirmiş, bu zaman avtomobilin salonunun tavanının qabaq hissəsindəki işıq lampasının yuxarısından 2 ədəd içərisində metafetamin olan büküm və avtomobilimin salonundakı əşya qutusundan 1 ədəd kiçik ölçülü elektron tərəzi aşkar olunmuşdur. Ardınca 2 bükümdə olan metafetamin qablaşdırması ilə birlikdə elektron tərəzidə çəkilmiş və onun qablaşdırma ilə birgə təxmini çəkisinin 5 qram olduğu müəyyən edilmişdir. Ardınca gömrük əməkdaşları göndərdiyi "otbiçəni maşın”ın içərisindən təxminən ümumi çəkisi 2831 qram tiryək narkotik vasitəsinə bənzər maddə aşkar edildiyini söyləyib həmin predmetləri tanış olması üçün ona təqdim etmişlər. O da tanış olduqdan sonra bu barədə tərtib olunmuş protokolu imzalamışdır. “Otbiçəni maşın” yükü Kanada, ***-**** Willingdon Ave, Burnaby ВС ünvanına - Usef Quasifin adına göndərilmiş, lakin o həmin şəxsi tanımamış, bu məlumatları ona “Qulu Zahidi” göndərmişdir. “Qulu Zahidi” qeyd edilən “otbiçəni maşın”ı göndərməsi müqabilində ona taksi pulu verəcəyini vəd etmişdir. Əvvəllər “Qulu Zahid”nin xahişi əsasında Məhəmməddən və ya hər hansı digər şəxsdən mal götürərək poçt yaxud digər şəkildə kiməsə verməmiş və ya göndərməmişdir. “Şans” adlı şəxsi tanımamış, telefon danışıqlarına əsasən həmin şəxsin 35-40 yaşlarında olduğunu təxmin etmiş, həmin şəxs +**********18 saylı mobil nömrədən istifadə etmişdir. Həmin yük İran İslam Respublikasından Azərbaycana Respublikasına “Hüseyn” karqo vasitəsilə yük nəqliyyat vasitəsində Azərbaycan Respublikasının Astara gömrük postundan keçməklə gətirilmişdir. Məhəmmədi təxminən 10 ildir tanımış, “Qulu Zahidi” İrandan ev üçün hər hansı əşya, pul və başqa məhsullar göndərdikdə həmişə gedib Məhəmməddən götürmüşdür. Buna görə aralarında tanışlıq yaranmışdır. Məhəmmədin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olub-olmaması barədə məlumatsızdır, sonuncunun “otbiçəni maşın”ın içərisində tiryək narkotik vasitə olmasından məlumatlı olub-olmamasını bilmir, onun yükü göndərmək üçün pulu olmamış, bunun üçün də “Qulu Zahidi” pulu verməsini Məhəmməddən xahiş etmişdir. İrandan Azərbaycana kartlara pul göndərmək mümkün olmadığından “Qulu Zahidi” ilə Məhəmməd arasında olan razılaşmaya görə “Qulu Zahidi” poçt göndərişi üçün lazım olan pulu Məhəmmədin İranda yaşayan qardaşına verməli, Məhəmməd də həmin məbləğdə pulu poçt şirkətinə verməli olmuşdur. Bu iş müqabilində “Qulu Zahidi”nin Məhəmmədə əlavə olaraq hər hansı pul və sair maddi nemət verməyi vəd edib-etməməsini və ya verib-verməməsini bilmir. Poçt bağlamasının üzərindəki qeydləri poçt şirkətinin əməkdaşı yazmış, yalnız həmin imza onun tərəfindən icra olunmuşdur. Marixuana narkotik vasitəsi və metafetamin psixotrop maddəsinin istifadəçisidir. Metafetamin psixotrop maddəsini avtomobilində heç kəsin görməməsi üçün gizlətmişdir. Həmin metafetamin psixotrop maddəsini “Maqsud” adlı şəxsdən əldə etmiş, əvvəllər də ehtiyac olduqda “Maqsud” adlı şəxsdən metafetamin almışdır. “Maqsud” bu satışı “Whatsapp” proqramı vasitəsi ilə həyata keçirmişdir. Belə ki, ona metafetamin lazım olduqda “Whatsapp” proqramı vasitəsi ilə bu barədə “Maqsud”a məlumat vermiş, “Maqsud” psixotrop maddə müqabilində verməli olduğu pulu göndərməsi üçün “Whatsapp” proqramı ilə ona plastik bank kartının fotoşəklini göndərmiş, o həmin plastik bank kartına pulu göndərdikdən sonra "Maqsud” ona metafetamini gizlətdiyi yerin fotoşəklini ataraq dəqiq yer barədə səs göndərmişdir. O da həmin yerə gedərək metafetamini götürmüşdür. Avtomobilindən aşkar edilən metafetamini də eyni qaydada yəni, “Maqsud”la “WhatsApp” proqramı vasitəsilə apardığı danışıq nəticəsində 12 oktyabr 2021-ci il tarixdə əldə etmiş, lakin həmin metafetamini götürdüyü yerin ünvanını bilməmiş, həmin yerə “Maqsud’un ona verdiyi məlumatlara əsasən qarışıq yollarla getmişdir. Əvvəllər “Maqsud”dan əldə etdiyi metafetaminə görə ödənişləri sonuncunun ona göndərdiyi fotoşəkillərə əsasən bəzi vaxtlarda tanımadığı “Gülbəniz Abbasova” adlı şəxsin adına olan, nömrəsini xatırlamadığı bank kartına, bəzi vaxtlarda isə nömrəsinin ilk səkkiz rəqəmi 41697385, son dörd rəqəmi isə 4002 olan, digər rəqəmlərini xatırlamadığı bank kartına göndərmişdir. Digər vaxtlarda ödənişləri göndərdiyi bank kartlarının nömrələrini xatırlamır. “Maqsud" +**********89 saylı mobil nömrədən istifadə etmiş, “Maqsud’la internet vasitəsi ilə tanış olmuş, hazırda dəqiq hansı şəraitdə tanış olmalarını xatırlamır, onu həyatda birbaşa görməmişdir. “WhatsApp” proqramı vasitəsi ilə apardıqları videogörüntülü danışıq zamanı “Maqsud”u görmüş, o, 35-35 yaşlı, orta bədən quruluşlu, qısa qara saçlı kişi olmuş, onu görsə tanıyar. Qulu Zahidi qohumu olduğu üçün yük göndərilməsi ilə bağlı ondan istədiyi köməyi geri çevirməmişdir. Məhəmmədi hadisədən əvvəl də tanımış, “Qulu Zahidi”nin ev üçün göndərdiyi pul və əşyaları gedib Məhəmməddən götürmüşdür. “Otbiçən maşın”ı Məhəmmədən “Sədərək” ticarət mərkəzində yerləşən məscidin yaxınlığında götürmüşdür. “Otbiçən maşın”ı Kanadaya göndərmək üçün hansı şirkətlərə müraciət “WhatsApp” proqramı vasitəsilə göndərmişdir. Malın göndərilməsi üçün lazım olan ödənişi “Qulu Zahidi”yə dedikdə, o, malın sahibi ilə danışıb xəbər edəcəyini bildirmişdir. “Otbiçən maşın” yükü yalnız “UPS” karqo şirkətində qutuda qablaşdırılmışdır. “UPS” şirkətində olarkən “otbiçən maşın” onun iştirakı ilə qablaşırılmışdır. Avtomobilindən aşkar olunan tərəzi ona məxsus olmamış, həmin tərəzini taksi fəaliyyəti ilə məşğul olan zaman müştəri avtomobilində unutmuşdur. Həmin kiçik ölçülü elektron tərəzidən aldığı narkotik vasitələri çəkmək üçün istifadə etmişdir. Yükün Kanadada göndərilməli olan şəxsin adını və adresini ona “Qulu Zahidi” demişdir. Heç kim əvvəllər ondan xarici ölkəyə “otbiçən maşın” göndərməyini xahiş etmişdir. Ona məxsus bank kartına özü tez-tez pul göndərmiş, həmin bank kartından istifadə etməklə “cashback” qazanmışdır. Kartına göndərdiyi pullar öz pulları olmuşdur. “Qulu Zahidi” ona Məhəmməddən götürəcəyi yükün nə olması barədə məlumat verməmişdir. “Şans” adlı İran islam Respublikası vətəndaşı “UPS” şirkətinin əməkdaşı ilə özü telefonda danışıb razılığa gəlmişdir. “Şans” malın göndərilməsi ilə bağlı tez-tez zəng edib maraqlandığından, bezib “Şans”la danışması üçün telefonu “UPS” əməkdaşı olan Anara vermişdir. “Otbiçən maşın” yükünün içərisində tiryək narkotik vasitəsinin gizlədilməsindən məlumatı olmamışdır. “Otbiçən maşın” yükünü Məhəmməddən götürərkən yük açıq olmuş, qutuda olmamışdır. Avtomobilindən aşkar olunan metafetamini yalnız şəxsi istifadəsi üçün almışdır. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağa olunmuş heç nə aşkar olunmamışdır. “Otbiçən maşın”-ın təxminən eni 1,5, uzunluğu 1 metr olmuşdur. Məhəmmədə pulu onun verməli olduğunu dedikdə onda pul olmadığını, pulu yalnız sabah verə biləcəyini demişdir. “UPS” şirkətindən malı yalnız həmin gün göndərilə biləcəyini, yoxsa göndərilmənin növbəti həftəyə qalacağını demişlər. “Otbiçən maşın”-ın 1 həftə onda qalmasını istəmədiyindən onun göndərilməsi üçün əlindən gələni etmişdir. Məhəmməd pulu ona çatdıran zaman tutulmuşdur. Bir neçə tanışı ilə pullarını birləşdirib həmin pula psixotrop maddə almışlar. Psixotrop maddəni bəzən o, bəzən isə birlikdə psixotrop maddə istifadə etdiyi tanışları gedib deyilən yerdən götürmüşdür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X36 Esmaeıl ifadəsində göstərmişdir ki, 17 oktyabr 1971-ci il İran İslam Respublikasının Astara şəhərində anadan olmuşdur, İran İslam Respublikasının vətəndaşıdır, 20 ildir ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birgə ünvan 4 ünvanında yaşayır, Azərbaycan Respublikasında yaşamaq və işləmək üçün icazəsi vardır. O, İran İslam Respublikasından müxtəlif şəxslər tərəfindən sifariş verilmiş malları təhvil alaraq “Sədərək” ticarət Mərkəzində icarəyə götürdüyü, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin 2-ci zona beton yolu, 12-ci sıra, mağaza nömrə 195 ünvanında yerləşən anbarda toplayıb daha sonra onları sifarişçilərə çatdırır, həmin yüklərin İrandan Azərbaycana gətirilməsində “Hüseyn Karqo” şirkətindən istifadə edir. O həmin malları çatdırarkən hər kiloqrama görə sifariş verən şəxslərdən 2 ABŞ dolları pul alır, həmin pulun 1,7 ABŞ dollarını “Hüseyn Karqo” şirkətinə verir, qalan hissə isə ona qalır. O öz müştərilərinin yüklərini Covid-19 pandemiyasından öncə avtobuslar vasitəsilə Azərbaycana gətirtmiş, pandemiya ilə əlaqədar yüklərin daşınması “Hüseyn Karqo” vasitəsilə həyata keçirmişdir. Müştəriləri İranın müxtəlif şəhərlərindən yüklərini aldıqdan sonra həmin yüklər daşınması üçün İran daxili karqo şirkətlərinə təqdim edilir, həmin karqo şirkətləri yükləri İranın Astara şəhərinə, qardaşı Səmədin anbara gətirirlər, Səməd anbarında yükləri çeşidləyir və onları “302” saylı kodla işarələyərək sahibinin adını qeyd edib “Hüseyn karqo” şirkətinə təhvil verir, o isə Bakı şəhərində “Hüseyn karqo” şirkətindən 302 saylı kodlarla işarələnmiş yükləri götürürərək müştərilərə çatdırır. Baş vermiş hadisədən təxminən 10 gün öncə yenə müştərilərinin malları “Hüseyn Karqo” şirkəti tərəfindən İran İslam Respublikasından Bakı şəhərinə gətirərək Bakı Baş Gömrük İdarəsində rəsmiləşdirildikdən sonra o, “Hüseyn Karqo” şirkətindən təxminən 600 kq təşkil edən müştərilərinin yüklərini götürüb “Sədərək” ticarət mərkəzində icarəyə götürdüyü anbara yerləşdirmişdir. O həmin yükləri sahiblərinə təqdim etdikdən sonra çəkisi 37 kq olan 1 ədəd “otbiçən maşın” təxminən 4 gün anbarda qalmışdır. O həmin yükün kim tərəfindən götürüləcəyini öyrənmək məqsədilə İran İslam Respublikası Astara şəhərində yaşayan qardaşı X16 ilə telefon əlaqəsi yaratmış, Səməd yükün “Qulu Zahidi”yə aid olduğunu, ancaq yükün kimə çatacağını bilmədiyini söyləmişdir. O, İran İslam Respublikasının vətəndaşı olmaqla, Tehran şəhərində yaşayan, İran-Azərbaycan marşurutu üzrə avtobus sürücüsü işləyən, əvvəllər ona çatmalı olan yükləri avtobusu vasitəsi ilə daşımasına görə təxminən 10 ildir tanıdığı “Qulu Zahidi"yə zəng edərək yükün kimə məxsus olmasını soruşmuş, “Qulu Zahidi” ondan həmin yükü Kanadaya göndərməsini xahiş etmiş, o isə İran vətəndaşı olduğuna və xarici ölkələrdə İranlıların göndərdiyi malların gömrükdən keçməsinə çətinlik yaradıldığına görə yükü göndərə bilməyəcəyini demiş, “Qulu Zahidi” “otbiçən maşın"ın nümunə olduğunu, daha sonra yenidən sifariş ediləcəyini söyləmiş, ardınca o, “otbiçən maşın’’ı göndərməyi qəbul etmədiyinə görə “Qulu Zahidi” yükü Anar adlı qaynına verməyini söyləmişdir. Təxminən 13 oktyabr 2021-ci il tarixdə Anar ona zəng edərək onda olan otbiçən maşını götürməli olduğunu söyləmiş, o da, “otbiçən maşın”ı “Sədərək” ticarət mərkəzində təhvil verəcəyini demiş, “otbiçən maşın” cırıq karton qutuda olduğundan onu qutu ilə birgə götürə bilməmiş və onu qutudan çıxararaq avtomobilinin yük yerinə yerləşdirib həmin tarixdə təxminən günorta saatlarında “Sədərək” ticarət mərkəzində yerləşən məscidin yaxınlığına apararaq orada Anara təhvil vermişdir. Anarı əvvəllər “Qulu Zahidi”nin yanında görmüş, “Qulu Zahidi”nin Anarın bacısının əri olduğunu bilmiş, ancaq adını bilməmiş, telefonda danışarkən adını öyənmişdir, alış-verişləri olmasını xatırlamır. Bundan əlavə yüklə bağlı “Hüseyn Karqo” şirkətinə ödənilməli olan 1,7 ABŞ dolları pulu “Qulu Zahidi”nin xahişinə əsasən o, şirkətə ödəmiş və “Qulu Zahidi” həmin pulu ona daha sonra verəcəyini demişdir. O, malı Anara verdikdən bir müddət sonra “Qulu Zahidi” onunla əlaqə saxlayaraq Anarın yükü xaricə, dediyi ünvana göndərmək üçün 2.250 manat pul lazım olduğunu deyərək həmin pulu onun verməyini xahiş etmiş, ilk öncə o, “Qulu Zahidi”yə pulunun olmadığını desə də, ardınca razılaşmışlar ki, İrandan Azərbaycana bankla pul göndərmək mümkün olmadığından “Qulu Zahidi” pulu onun İranın Astara şəhərində yaşayan qardaşı Səmədə göndərsin, o da həmin məbləğdə pulu Anara versin. Beləliklə, “Qulu Zahidi” bank vasitəsilə 2.250 manatın qarşılığı olan İran pulunu Səmədə göndərdikdən sonra o, “Şahmar” adlı müştərisinin yükünün daşınması üçün sonuncunun ona ödədiyi 1.300 ABŞ dolları və 30 manatdan ibarət pulu Anara verməyi qərara almışdır. Bundan sonra 14 oktyabr 2021-ci il tarixdə təxminən saat 15 radələrində Anar ona zəng edərək, yükü göndərmək üçün pulu verməyini söyləmiş, o isə üzərində pulun olmadığını, ancaq başqa müştəridən pul əldə etməyi gözlədiyini və axşam saatlarında pulu çatdıra biləcəyini demişdir. Bundan sonra həmin tarixdə təxminən saat 19 radələrində Anar ona zəng edərək yerini soruşmuş, o da Anara Yasamal rayonu ərazisində olduğunu bildirmiş, Anar Yasamal rayonu ərazisində olan “Azpetrol” yanacaq doldurma məntəqəsində görüşməyi təklif etmiş, o da Anarla razılaşmış və onlar “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanında görüşərkən gömrük əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət etmişlər, orada ona məlum olmuşdur ki, “otbiçən maşın”ın içərisindən tiryək narkotik vasitəsinə bənzər maddə aşkar edilmişdir. “Otbiçən maşın” yükünün içərisində tiryək narkotik vasitəsi olmasından xəbəri olmamışdır. “Otbiçən maşın” yükünü “Qulu Zahidi” Tehran şəhərindən daxili karqo vasitəsilə İranın Astara şəhərinə göndərmiş, Astara şəhərində qardaşı Səməd həmin yükü anbara yerləşdirmiş, daha sonra “Hüseyn Karqo” şirkətinə təqdim etmişdir. Səməd “otbiçən maşın" yükünə hər hansı bir formada müdaxilə etməmiş, yalnız yükün üzərində 302 saylı kodu və “Qulu Zahidi”nin adını qeyd etmişdir. O, “otbiçən maşın” yükünün göndərildiyi “Usef Quasif” adlı şəxsi tanımır. Narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir, əvvəllər də istifadə etməmişdir. Əvvəllər “Qulu Zahidi” tərəfindən göndərilmiş hər hansı bir yükü xarici ölkəyə göndərməmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1.300 ABŞ dolları və 30 Azərbaycan manatı poçt daşımaya görə Anara verməli olduğu pul, qalan 2.200 ABŞ dolları və 470 Azərbaycan manatı isə oğlunun təhsil haqqı qismində universitetə ödəməli olduğu pul olmuşdur. “Hüseyn Karqo” şirkətinin əməkdaşlarının istintaq olunan cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edib-etməməsi barədə məlumatsızdır. “Şans” adlı şəxsi tanımır, həmin şəxsin "otbiçən maşın”ın göndərilməsində hər hansı formada iştirak edib-etməməsi barədə məlumatı yoxdur. “Qulu Zahidi” və Anarın narkotik vasitə istifadəçisi, habelə onların “otbiçən maşın”ın içərisində tiryək narkotik vasitəsi olmasından məlumatlı olub-olmamalarını bilməmiş, bununla yanaşı onda olan məlumata görə “Qulu Zahidi”nin qardaşı Rza Zahidi təxminən 12 il bundan öncə narkotik vasitələri Azərbaycana gətirərkən saxlanılmışdır. Ona maraqlı olmadığına görə “otbiçən maşın”ın Azərbaycandan Kanadaya göndərilməsi üçün yüksək məbləğdə, yəni təxminən 2.000 manat ödənilməsi onda hər hansı qanuna uyğun olmayan davranış törədilməsi şübhəsi yaratmamışdır. Saxlanılarkən, eləcə də istintaq və təhqiqat orqanında ona qarşı hər hansı fiziki və ya psixi zorakılığa yol verilməmişdir. 20 ildir Azərbaycan Respublikasında yaşayır. Latin əlifbasında, Azərbaycan dilində sərbəst yazıb-oxuya bilir. Ot biçən maşının Kanadaya göndərilməsini ondan “Qulu Zahidi” xahiş etmişdir. “Qulu Zahidi”ni əvvəllərdən də tanıdığı üçün ona etibar etmişdir. X23 anbarda işləyir. Otbiçən maşın cırıq karton qutuda olmuşdur. Anarın nömrəsini ona “Qulu Zahidi” vermişdir. Anarla əlaqə yaratmazdan əvvəl sonuncu ona zəng etmişdir. Otbiçən karton qutuda açıq formada olmuşdur. Otbiçənin Kanadaya göndərilməsi üçün lazım olan pulu Anara çatdıra bilməmişdir. ***-***-**-** mobil nömrəsi ona məxsusdur. Ola bilsin ki, Təqsirləndirilən şəxsla malın götürülməsi ilə bağlı telefon danışıqları olmuşdur. Anar əvvəllər də bir neçə dəfə “Qulu Zahidi”nin göndərdiyi malları onun anbarından götürmüşdür. “Otbiçən maşın” yükünün içərisində tiryək narkotik vasitəsi olmasından xəbəri olmamışdır. Müştərilərin adına gələn malları açıb baxmağına icazə yoxdur. Mal göndərilən zaman yükü anbardan kimin götürəcəyi barədə ona bəzən əvvəldən məlumat verilmiş, bəzi hallarda isə məlumat verilmədən malı götürməli olan şəxs anbara gəlmişdir. Otbiçən maşın anbarda qaldığı üçün “Qulu Zahidi”yə zəng edib malın götürülmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xidmət etdiyi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə narkotik vasitələrin beynəlxalq poçt göndərişi vasitəsilə qaçaqmalçılıq yolu ilə ölkə ərazisindən göndəriləcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın həqiqiliyinin müəyyən edilməsi üçün poçt daşıma fəaliyyəti ilə məşğul olan "xxxx" MMC vasitəsi ilə Azərbaycan Respublikasından, Təqsirləndirilən şəxs adından (ünvan: Nəsimi rayonu, Y.Vəzirov DÖN-1, ev 37, telefon: +**********02) Kanadaya, Usef Quasifin adına (ünvan: ***-**** X26 ВС V5H2T9, telefon: **********) göndərilən, 14 oktyabr 2021-ci il tarixli Y********** nömrəli invoys əsasında Təqsirləndirilən şəxs tərəfindən həmin tarixli, **********27947 nömrəli “fiziki şəxs tərəfindən verilmiş sadələşdirilmiş bəyannamə ilə bəyan edilmiş, invoys sənədində adı “Lawn mover”, ölçüsü 90x58x50 sm, çəkisi qablaşdırma ilə birlikdə 53 kq, dəyəri 300 ABŞ dolları kimi qeyd edilən, 1 ədəd karton qutuda qablaşdırılmış “otbiçən maşın” yükünün X22 Aeroportunda fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Bakı Karqo Terminalı Hava Limanı" gömrük postunda yoxlanılması zərurəti yarandığından həmin yerə 2 hal şahidi, Şahid6 və Şahid7 dəvət edərək həmin poçt bağlamasına kinoloq-instruktor Şahid3, "xxxx" MMC-nin əməkdaşı Şahid8 və Baş Gömrük Mühafizə Xidmətinin “Poçt Göndərişləri" gömrük postuna təhkim olunmuş əməkdaşı Şahid4 iştirakı ilə baxış keçirməyə başlamışlar. İlk öncə kinoloq-instruktor Şahid3 “Layma” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə bağlamanı gömrük yoxlamasından keçirmiş və bu zaman xidməti it bağlamaya reaksiya vermiş, ardınca bağlama rentgen qurğusuna yerləşdirilməklə yoxlanılmış, bu zaman rentgen qurğusunun monitorunda şübhəli təsvirlər əks olunmuşdur. Bundan sonra həmin poçt bağlaması ətraflı yoxlamanın keçirilməsi üçün həmin iştirakçılarla birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına aparılmış və inzibati binada keçirilən yoxlama zamanı üzərində "xxxx" MMC-nin loqosu olan karton qutu açılmış və onun içərisində 1 ədəd “otbiçən maşın” olduğu müəyyən edilmiş, ardınca “otbiçən maşın”ın mühərrikinin metaldan hazırlanmış qapağının boltları açılmış, mühərrikin həmin hissədəki boşluğunda gömrük nəzarətindən gizlədilmiş, sıxılmış vəziyyətdə tünd qəhvəyi rəngdə, kəskin iyə malik, tiryək narkotik vasitəsinə bənzər maddə aşkar olunmuşdur. Daha sonra “otbiçən maşın”ın mühərrikinin dəmir korpusunun boltları açılmış, korpusun qapağının altından və mühərrikin içəri tərəfindəki boşluqdan eyni qaydada gömrük nəzarətindən gizlədilmiş, tünd qəhvəyi rəngdə, kəskin iyə malik tiryək narkotik vasitəsinə bənzər maddə aşkar edilmişdir. Yekun olaraq aşkar edilmiş maddələr ümumilikdə elektron tərəzi vasitəsilə çəkildikdə onun ümumi çəkisinin təxminən 2831 qram təşkil etdiyi məlum olmuş və aşkar edilmiş tiryək narkotik vasitəsinə bənzər maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüş, ardınca bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolla tanış olaraq imzalamışlar. Daha sonra poçt bağlamasını göndərən Təqsirləndirilən şəxs müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilmiş və bağlamanı göndərən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində, “Şamaxinka” adlanan ərazidə müəyyən olunaraq saxlanılmışdır. Təqsirləndirilən şəxs ilkin sorğu-sual zamanı İran İslam Respublikasında yaşayan “Qulu Zahidi” adlı şəxsin tapşırığı ilə İran İslam Respublikası vətəndaşı Mohammad adlı şəxslə görüşə getdiyini, sonuncudan qeyd edilən poçt bağlamasının Azərbaycan Respublikasından Kanadaya göndərilməsi ilə əlaqədar "xxxx" MMC-yə ödənilməli olan daşınma xərcini təqdim etmək üçün pul götürəcəyini söyləmişdir. Bundan sonra İran İslam Respublikası vətəndaşı Mohammad adlı şəxs müəyyən etmək üçün Təqsirləndirilən şəxsla birlikdə təyin edilmiş yerə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşına getmişlər. Bir müddət sonra Mohammad adlı şəxs həmin yerə gəlmiş və həmin şəxsi saxladıqda onun İran İslam Respublikasının vətəndaşı X2 müəyyən etmişlər. X34 Respublikasının vətəndaşı “Qulu Zahidi”nin tapşırığı əsasında Təqsirləndirilən şəxs pul verməli olduğunu bildirmişdir. Bundan sonra hər iki şəxs idarə etdikləri nəqliyyat vasitələri ilə birlikdə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin inzibati binasına dəvət olunmuşlar. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati ərazisində onun, hal şahidləri Şahid6 və Şahid7, Təqsirləndirilən şəxs, Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili Şahid5 iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olan “Azsamand” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin tavanının qabaq hissəsindəki işıq lampasının yuxarısından 2 büküm aşkar olunmuş, bükümlər açıldıqda onların içərisində kristalşəkilli metafetamin psixotrop maddəsinə bənzər maddə olduğu müəyyənləşmişdir. Bunun ardınca nəqliyyat vasitəsinin salonunun ön paneldə yerləşən əşya qutusuna baxış keçirilmiş və içərisindən 1 ədəd kiçik ölçülü elektron tərəzi aşkar edilmişdir. Daha sonra aşkar olunmuş metafetamin psixotrop maddəsinə baxış keçirilmiş, hər iki bükümün qablaşdırmaları ilə birlikdə ümumi çəkisi təxminən 5 qram təşkil etmişdir. Yekun olaraq nəqliyyat vasitəsindən aşkar edilmiş predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüş, ardınca bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolla tanış olaraq onu imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs yerinə X10maqla, qalan digər iştirakçılarla X38 Esmaeılın istifadəsində olan “Mitsubishi Pajero” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli nəqliyyat vasitəsinə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitəsindən qanunsuz hər hansı predmet aşkar edilməmiş, ardınca bu barədə protokol tərtib edilməklə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Otbiçən maşın standart ölçüdə olmuşdur. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsində iştirak etmişdir. Otbiçən maşının detalları onun içərisinə baxış keçirilməsi üçün açıldıqda içərisindən tiryək narkotik vasitəsindən əlavə hər hansı digər maddə aşkar edilməmişdir. Otbiçən maşının tiryək narkotik vasitəsinin aşkar edildiyi hissələri təmiz olmuşdur. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsinə baxış videoçəkilişlə və hal şahidlərinin iştirakı ilə həyata keçirilmişdir. Otbiçən karton qutuda bağlı formada olmuşdur. Otbiçən maşının harada qablaşdırılması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Açılan bolt və digər detalların üzərində onların əvvəllər də açılmasına xarakterik izlər, yəni cızıq, zədə və s. olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4, Şahid3, Şahid5 və Şahid6 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 4, iş vərəqə 13-16). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 14 ildir "xxxx" MMC-də gömrük agenti vəzifəsində işləyir, xidmət vəzifəsi həftənin 2, 3 və 4-cü günləri müştərilər tərəfindən xaricə ölkələrə göndərilən bağlamaları Bakı Karqo Terminalına apararaq gömrük orqanına təqdim etməkdən ibarətdir. 14 oktyabr 2021-ci il tarixdə saat 10-11 radələrində Bakı Karqo Terminalında xaricdən gələn bağlamaları qəbul edərkən şirkətin qeydiyyat şöbəsinin əməkdaşı Elmira onnunla əlaqə yaradaraq müştərinin 1 ədəd otbiçən maşınını Kanadaya göndərmək istədiyini bildirmiş və həmin yükün sadələşdirilmiş qaydada Kanadaya göndərilməsinin mümkünlüyünü araşdırmağımı xahiş etmişdir. O da gömrük əməkdaşlarından bu barədə maraqlandıqda onlar həmin yükün sadələşdirilmiş qaydada aparıla biləcəyini bildirmişlər. Ardınca bu barədə Elmiraya məlumat vermişdir. Daha sonra xaricə göndəriləcək yükləri ünvan 7 ünvanında yerləşən ofisinə getmişdir. Həmin tarixdə saat təxminən 15 radələrində qeydiyyat şöbəsinin yanında şirkətin kordinatoru İlqar Bədəlov 1 ədəd otbiçən maşını qablaşdırarkən o həmin yükün də xaricə göndəriləcəyini soruşduqda qeydiyyat şöbəsinin əməkdaşı Elmira həmin yükə dair müştərinin ödəniş etmədiyini bildirmişdir. Bu zaman əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ofisə yaxınlaşmış, qeydiyyat şöbəsi həmin şəxsi “UPS-AZ" MMC-də mühasib vəzifəsində işləyən Anara yönəltmişdir. Baş mühasib Anar həmin müştərinin ödənişlə bağlı vaxt istəməsini nəzərə alaraq ona xaricə göndərilən yüklərlə bərabər Təqsirləndirilən şəxs məxsus yükü də Bakı Karqo Terminalına aparmağını, gömrük baxışı keçirilənədək ödəniş olunması barədə məlumat verəcəyini söyləmişdir. O qeyd edilən yüklə bərabər, digər yükləri də götürərək Bakı Karqo Terminalına yollandım və təxminən 15:20 radələrində Bakı Karqo Terminalına çatmışdır. Adətən yüklərin göndərilməsi zamanı ofisdə malların yoxlanılması üçün gömrüyün anbarına daxil edilməsinə dair qaimə yazılmış və bu qaimədə malların ölçü və çəkisi qeyd olunmuşdur, lakin “otbiçən maşın” yükünün ödənişin edilib-edilməməsindən asılı olaraq göndərilib-göndərilməyəcəyi bilinmədiyindən bu dəfə həmin qaimə əvvəlcədən hazırlanmamış, yəni üzərində hər hansı qeyd aparılmamışdır. O bu qaimə ilə anbara yaxınlaşaraq hansı yükün gedibgetməyəcəyini dəqiq bilmədiyini, yənə də baxış keçirilməsi üçün anbara daxil olmağına icazə verilməsini xahiş etmiş, anbarın əməkdaşları ona anbara girməyinə icazə vermişlər. Daha sonra gömrük əməkdaşları Şahid2 və Şahid4 yaxınlaşaraq, ümumilikdə gətirdiyi yüklərə baxış keçirilməsini xahiş etmişdir. Onlar mallara ümumi baxış keçirdikdən sonra Şahid2 həmin yerə iki hal şahidi dəvət etmiş, ardınca həmin hal şahidlərinin, onun və digər gömrük əməkdaşlarının iştirakı ilə “otbiçən maşın" yükünə baxış keçirməyə başlanılmışdır. İlk öncə kinoloq-instruktor Şahid3 “Layma” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə bağlamanı gömrük yoxlamasından keçirmiş və bu zaman xidməti it bağlamaya reaksiya vermiş, ardınca bağlama rentgen qurğusuna yerləşdirilməklə yoxlanılmış, bu zaman rentgen qurğusunun monitorunda şübhəli təsvirlər əks olunmuşdur. Bundan sonra həmin poçt bağlaması ətraflı yoxlamanın keçirilməsi üçün həmin iştirakçılarla birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına aparılmış və inzibati binada keçirilən yoxlama zamanı üzərində "xxxx" MMC-nin loqosu olan karton qutu açılmış və onun içərisində 1 ədəd “otbiçən maşın” olduğu müəyyən edilmiş, ardınca “otbiçən maşın”ın mühərrikinin metaldan hazırlanmış qapağının boltları açılmış, mühərrikin həmin hissədəki boşluğunda gömrük nəzarətindən gizlədilmiş, sıxılmış vəziyyətdə tünd qəhvəyi rəngdə, kəskin iyə malik, tiryək narkotik vasitəsinə bənzər maddə aşkar olunmuşdur. Daha sonra “otbiçən maşın”ın mühərrikinin dəmir korpusunun boltları açılmış, korpusun qapağının altından və mühərrikin içəri tərəfindəki boşluqdan eyni qaydada gömrük nəzarətindən gizlədilmiş, tünd qəhvəyi rəngdə, kəskin iyə malik tiryək narkotik vasitəsinə bənzər maddə aşkar edilmişdir. Yekun olaraq aşkar edilmiş maddələr ümumilikdə elektron tərəzi vasitəsilə çəkildikdə onun ümumi çəkisinin təxminən 2831 qram təşkil etdiyi məlum olmuş və aşkar edilmiş tiryək narkotik vasitəsinə bənzər maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüş, ardınca bu barədə protokol tərtib edilmiş, o və iştirakçılar protokolla tanış olaraq imzalamışlar. Eyni zamanda yoxlamanın gedişatında baş mühasib Anar ona zəng edərək “otbiçən maşın” yükünün ödənişinin edilməməsinə görə onu göndərməməyini söyləsə də, o, Anara artıq gömrük yoxlamasının başlanıldığını bildirmişdir. Otbiçən maşın standart ölçüdə olmuşdur. Otbiçən maşının detalları onun içərisinə baxış keçirilməsi üçün açıldıqda içərisindən tiryək narkotik vasitəsindən əlavə hər hansı digər maddə aşkar edilməmişdir. Otbiçən maşının tiryək narkotik vasitəsinin aşkar edildiyi hissələri təmiz olmuşdur. Otbiçən maşın anbarda karton qutuda qablaşdırılmışdır. Otbiçən maşının qaiməsi hazır olmamışdır. Yük gömrük yoxlamasından keçənədək onun içərisində narkotik vasitə olması barədə məlumatı olmamışdır. Açılan bolt və digər detalların üzərində onların əvvəllər də açılmasına xarakterik izlər, yəni cızıq, zədə və s. olmamışdır. Təqsirləndirilən şəxs otbiçən maşının göndərilməsi ilə bağı ödəniş etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təxminən 2008-ci ildən poçt daşıma fəaliyyəti ilə məşğul olan “UPS-AZ" MMC-də işləyir, 2011-ci ildən isə həmin MMC-də baş mühasib vəzifəsində çalışır. 14 oktyabr 2021- ci il tarixdə saat təxminən 10 radələrində sonradan tanıdığı Təqsirləndirilən şəxs işlədiyi "UPS-AZ” MMC-nin ünvan 8 ünvanında yerləşən ofisinə müraciət edərək şirkətin işçisi Elmira Bağırovaya 1 ədəd “otbiçən maşın” yükünün olduğunu və həmin yükü Kanadaya göndərmək istədiyini bildirərək bunun mümkün olub-olmadığını, mümkün olduğu təqdirdə ödənişin hansı məbləğdə olduğunu soruşmuş, Elmira cavab olaraq bunun mümkün olduğunu, ödənişin 2.600 manat təşkil etdiyini söyləmiş, bu zaman Təqsirləndirilən şəxs yükü “Azərpoçt” vasitəsi ilə göndərəcəyini söyləyərək ofisdən getmişdir. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs yenidən ofisə qayıtmış və yükü "xxxx" MMC vasitəsi ilə göndərmək istədiyini söyləyərək ödənişin məbləğində endirim edilməsini xahiş etdiyindən Elmira həmin yerə onu dəvət etmiş və o, Təqsirləndirilən şəxsla ödənişin məbləği ilə bağlı danışıqlar aparmağa başlamışdır. Aparılmış danışıq zamanı o, əvvəlcə ödənişin məbləğini 2.600 manatdan 2.400 manata, daha sonra isə 2.250 manata endirmiş və yükün ödəniş məbləği kimi 2.250 manatda razılıq əldə olunmuşdur. Bundan sonra hava yolu ilə daşınan malların içərisində yanacaq, yağ və digər tez alışan maye və maddələrin olması qadağan olduğundan həmin yükün içərisində belə predmetlənn olub-olmamasını müəyyən etmək üçün mal vizual olaraq yoxlanılmış, lakin onun içərisində bələ predmetlərin olmadığı müəyyən edilmişdir. Bundan sonra açıq formada, yəni hər hansı qablaşdırmada olmayan mal karton qutuda qablaşdırılmış və poçt qaiməsi yazılmışdır. Poçt qaiməsində olan bütün məlumatlar Təqsirləndirilən şəxs təqdim etdiyi məlumatlar əsasında Elmira Bağırova tərəfindən qeyd edilmiş və qaimə Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, bundan sonra Təqsirləndirilən şəxs malı gömrük orqanına bəyan etməsi üçün sadələşdirilmiş bəyannamə verməli olduğunu söyləmişlər, sonuncu belə sənəd yazmaqdan başı çıxmadığını söyləyib, onlardan bunu yazmaqda kömək etmələrini xahiş etdiyindən onlar Təqsirləndirilən şəxs əvəzinə həmin bəyannaməni yazaraq müvafiq sistemə daxil etmişlər. Daha sonra Təqsirləndirilən şəxs öz mobil telefonu ilə həmin malın qablaşdırmasının, eləcə də malın göndərilməsi ilə bağlı tərtib olunan sənədlərin fotoşəkillərini çəkərək kiməsə göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ödənişin ona bank kartı vasitəsi ilə göndəriləcəyini, həmin pulu bankomatdan çıxararaq şirkətə təqdim edəcəyini söyləyərək ofisdən çıxmışdır. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs yenidən geri gələrək pulun hələ göndərilmədiyini, göndərilməsinin təxminən 40 dəqiqə çəkəcəyini bildirmişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs ona məlum olmayan şəxslərlə telefonla danışıqlar aparmış və bu danışıqlarının birində hətta telefonu ona vermiş, o, Təqsirləndirilən şəxs telefonu ilə qarşı tərəflə danışmış, bu zaman eyni qaydada qarşı tərəf də ona ödənişin gün ərzində çatdırılacağını söyləmiş, həmin danışıq zamanı qarşı tərəfdəki şəxs ona özünü təqdim etməmişdir. Bunun ardınca ödəniş təqdim edilənədək vaxt itkisi olmaması üçün onlar həmin yükü eyni gündə göndərilməli olan digər mallarla birgə şirkətin nəqliyyat vasitəsinə yükləyib şirkətin işçisi Şahid8la Heydər X9 göndərmişlər. Onlar düşünmüşlər ki, həmin mal havalimanına çatdırılanadək Təqsirləndirilən şəxs ödənişi etsə malı Kanadaya göndərərlər, ödəməsə onun göndərilməsindən imtina edərlər. Malın göndərilb-göndərilməməsi dəqiq məlum olmadığından onlar Şahid8 aviaqaiməni göndərilən malların yekun çəkisinə dair qeydi yazmadan təqdim etmişlər. Mal havalimanına çatdıqdan bir qədər sonra Təqsirləndirilən şəxs yenidən ofisə daxil olararaq pulun ona bir qədər sonra göndəriləcəyini söyləmiş, o isə artıq yükün havalimanında olduğunu, ödənişi dərhal təqdim etmədiyi təqdirdə malı göndərməyəcəklərini bildirmiş, Təqsirləndirilən şəxs isə pulun ona bir qədər sonra göndəriləcəyini və bundan sonra ödənişi edəcəyini demişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs ofisi tez-tez tərk edib geri qayıtmışdır. Onlar Təqsirləndirilən şəxs ödənişi dərhal ödəyə bilməyəcəyini bildikdən sonra o, Şahid8 zəng edərək yükü göndərməməsini söyləmiş, Şahid8 isə artıq yükün gömrük əməkdaşları tərəfindən yoxlanıldığını bildirmişdir. Bu müddət ərzində Təqsirləndirilən şəxs ofisi yenidən tərk etmişdir. Bir qədər sonra Şahid8 ona zəng edərək otbiçən maşın yükünün içərisindən narkotikə bənzər maddənin aşkar edildiyini söyləmişdir. Bundan sonra gömrük əməkdaşları onlarla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ofisə dəvət etmələrini bildirmişlər və onlar Təqsirləndirilən şəxs zəng edərək sənədləri imzalaması adı ilə ofisə dəvət etmişlər, o isə vaxtının olmadığını sabah ofisə gələcəyini söyləmiş, bununla danışıq başa çatmışdır. Nə onun, nə də şirkətin hər hansı əməkdaşının həmin malın içərisində narkotik vasitə olmasından əvvəlcədən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs telefonla tez-tez danışdığı şəxsi tanımamışdır. "xxxx" MMC-yə Kanadaya yüklərin göndərilməsi ilə bağlı müraciətlər tez-tez olmuşdur. Otbiçən maşının çəkisi və miqdarı Kanadaya göndərilməsi üçün uyğun olmuşdur. "xxxx" MMC-də işlədiyi müddət ərzində ilk dəfədir ki, Kanadaya otbiçən maşın göndərilməsi üçün müraciət olunmuşdur. Təqsirləndirilən şəxs ödənişlə bağlı problem yaratmışdır. Təqsirləndirilən şəxs yükün özünə məxsus olmadığını bildirmiş, otbiçən maşını satılması üçün Kanadaya göndərmək istədiyini demişdir. Otbiçən maşın "xxxx" MMC-nin anbarında qablaşdırılmış, yükün qablaşdırılmasında o iştirak etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X19 Şahid9 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, yük daşıma sahəsində fərdi sahibkar kimi fəaliyyət göstərir, yük daşıma fəaliyyətini oğlu Şahid12 mülkiyyətində olan “Kamaz 5410” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı dartıcı və həmin dartıcının “Odaz 9370” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı qoşqudan ibarət nəqliyyat vasitəsi ilə həyata keçirirlər. Onlar yalnız İran İslam Respublikasından Azərbaycan Respublikasına yük daşıma fəaliyyəti ilə məşğul olurlar. Həmin nəqliyyat vasitəsini icarə əsasında Şahid13 idarə edir və hər yük daşımaya görə Şahid13 130 manat məbləğində pul verirlər. Nəvəsinin adı Hüseyn olduğundan fəaliyyətə başladıqları vaxtdan indiyədək bütün müştərilər onları “Hüseyn karqo" kimi tanıyır, oğlu Şahid12 onun yanında anbardar vəzifəsində işləsə də, işlə bağlı bütün məsələlərdə ona kömək edir. Nə onun, nə Şahid12, nə də Şahid13 törədilmiş cinayət əməlləri ilə heç bir əlaqəsi yoxdur. Həmin mal həqiqətən Şahid13 tərəfindən 3 oktyabr 2021-ci il tarixdə Astara gömrük postundan keçməklə ölkə ərazisinə gətirilmiş, 4 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində bəyan edildikdən sonra onlar həmin yükü digərləri ilə birlikdə “Sədərək” ticarət mərkəzində yerləşən anbarlarına qəbul etmişlər və 6 oktyabr 2021-ci il tarixdə Məhəmməd həmin malı onların anbarına gələrək götürmüşdür. Mal onların anbarda olduğu müddətdə mala hər hansı bir müdaxilə edilməmişdir. Məhəmməd Sədərək ticarət mərkəzində anbardar işləməklə İrandan gələn malları öz anbarına qəbul edərək müştərilərə paylamışdır. Mal Bakı Baş Gömrük İdarəsində Şahid14 Müseyib oğlunun direktoru olduğu "xxxx" MMC tərəfindən bəyan edilmişdir. “Hüseyn” karqonun sahibidir. Otbiçən maşını anbarda şəxsən görmüşdür. Məhəmmədi tanımışdır, belə ki, sonuncu arabir gəlib özünə göndərilən malları onların anbarından götürmüşdür. Mal anbardan götürülən zaman orada olmamışdır. Otbiçən anbarda açıq vəziyyətdə olmuşdur. Otbiçən maşın İrandan Məhəmmədin adına göndərilmiş, anbara gətirilən zaman qablaşdırılmamışdır. Otbiçən maşının İrandan kim tərəfindən göndərildiyini bilməmişdir. Həmin otbiçən uzun müddət onların anbarında qalmışdır. Mal anbarda olduğu müddətdə ona hər hansı bir müdaxilə edilməmişdir. Narkotik vasitənin otbiçən maşının hansı hissəsindən aşkar olunduğu barədə məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 Şahid11 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid13 ifadəsində göstərmişdir ki, təxminən 10 ildir yük nəqliyyat vasitəsi sürücüsü kimi işləyir, 2021-ci ilin təqribən mart ayından Şahid12 məxsus olan “Kamaz 5410” markalı **-VY-*** dövlət qeydiyyat nişanlı dartıcı və həmin dartıcının “Odaz 9370” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı qoşqudan ibarət yük nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına yük daşıma ilə məşğuldur, hər yük daşımaya görə Şahid12 130 manat məbləğində pul alır. Onun təsvir edilən cinayət əməlləri ilə heç bir əlaqəsi yoxdur. Həmin mal həqiqətən onun tərəfindən 3 oktyabr 2021-ci il tarixdə Astara gömrük postundan keçməklə “Kamaz 5410” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı dartıcı və həmin dartıcının “Odaz 9370” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı qoşqusundan ibarət yük nəqliyyat vasitəsində Azərbaycan Respublikasına gətirilmişdir, buna baxmayaraq onun həmin yükün içərisində narkotik vasitə gizlədilməsindən məlumatı olmamışdır. Həmin yük nəqliyyat vasitəsinə digər yüklərlə birlikdə 2021-ci ilin oktyabr ayının təxminən əvvəllərində İran İslam Respublikasının Astara şəhərində Məhəmmədin qardaşı Səmədin işlədiyi anbarda idarə etdiyi nəqliyyat vasitəsinə yüklənmişdir. Yüklənmə fəhlələr tərəfindən həyata keçirilmiş, lakin həmin prosesdə o, fəhlələrin yanında olmuş və bu müddətdə hər hansı qanunsuz əməlin şahidi olmamışdır. Qeyd edilən yüklər nəqliyyat vasitəsinə yükləndikdən sonra o, İranın Astara gömrük postuna gəlmiş, orada nəqliyyat vasitəsi yoxlanıldıqdan sonra Azərbaycanın ərazisinə daxil olmuşdur. O, Səmədi İranda, sonuncunun qardaşı Məhəmmədi isə Azərbaycanda anbardar kimi tanıyır, Qulu Zahidi adlı şəxsi və Təqsirləndirilən şəxs isə tanımır (cild 4, iş vərəqə 25-28). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid14 Müseyib oğlu ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də direktor vəzifəsində işləyir, şirkətin fəaliyyəti ayrı-ayrı malların İrandan Azərbaycana idxal edilməsindən ibarətdir, "xxxx" MMC-nin və həmin MMC-nin direktoru kimi onun törədilmiş cinayət əməlləri ilə heç bir əlaqəsi yoxdur, qeyd edilən “otbiçən maşın” yükü direktoru olduğu şirkət tərəfindən İrandan Azərbaycana idxal edilsə də, onun içərisində narkotik vasitə gizlədilməsindən xəbərləri olmamışdır, həmin mal idxal edildikdən sonra 4 oktyabr 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində bəyan edilərək “Hüseyn karqo”-nun “Sədərək” ticarət mərkəzində yerləşən anbarına çatdırılmışdır, malın sonrakı hərəkəti barədə heç nə bilmir (cild 4, iş vərəqə 170-172). Cinayət işinin materiallarında olan “Yoxlama, əşyaların və sənədlərin götürülməsi” haqqında protokoldan görünür ki, “UPS” poçt daşımaları şirkəti vasitəsi ilə 14 oktyabr 2021-ci il tarixli Y********** nömrəli qaimə əsasında Azərbaycan Respublikasından Kanadaya göndərilən (göndərən qismində: Təqsirləndirilən şəxs, ünvan: Nəsimi rayonu, Y.Vəzirov DÖN-1, ev 37, telefom+**********02; alıcı qismində: Usef Quasif ünvan: ***-**** X26 ВС V5H2T9, telefon:**********) adı “Lawn mover”, ölçüsü 90x58x50 sm, qablaşdırma ilə birlikdə çəkisi 53 kq, dəyəri 300 ABŞ dolları kimi göstərilmiş karton qutudan ibarət olmaqla Təqsirləndirilən şəxs adından elektron formada təqdim olunan 14 oktyabr 2021-ci il tarixli, **********27947 nömrəli sadələşdirilmiş bəyannamə ilə 1 ədəd 300 ABŞ dolları dəyərində otbiçən maşın kimi bəyan edilmiş poçt bağlaması “X22 Aeroportu”-nun Bakı Karqo Terminalında kinoloji xidmətin “Layma” ləqəbli xidməti iti tətbiq edilməklə yoxlanılmış, xidməti it həmin bağlamaya reaksiya vermiş, bundan sonra bağlama rentgen qurğusundan keçirilmiş, rentgen qurğusunun monitorunda şübhəli təsvirlər əks olunmuşdur. Daha sonra həmin poçt bağlaması yoxlama keçirilməsi üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına gətirilmişdir. İnzibati binada keçirilən yoxlama zamanı, “UPS” şirkətinin logosu olan karton qutu açılmış, karton qutunun içərisində 1 ədəd otbiçən maşın olduğu müəyyən edilmiş, otbiçən maşının mühərrikinin metaldan hazırlanmış qapağının boltları açılmış, mühərrikin həmin hissədəki boşluğunda gömrük nəzarətindən gizlədilərək sıxılmış vəziyyətdə tünd qəhvəyi rəngdə, kəskin iyə malik narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar olunmuş və maddə həmin hissədən çıxarılmışdır. Bundan sonra “otbiçən” maşının mühərrikinin dəmir korpusunun boltları açılmış, korpusun qapağının altından və mühərrikin içəri tərəfindəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngdə, kəskin iyə malik narkotik vasitə olan tiryəkə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş maddələr ümumilikdə elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisi təxminən 2831 qram təşkil etmişdir (cild 1, iş vərəqə 6-7). Cinayət işinin materiallarında olan 15 oktyabr 2021-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan “Azsamand” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli minik avtomobilinin salonunun tavanının qabaq hissəsindəki işıq lampasının yuxarısından 2 ədəd büküm aşkar olunmuş, bükümlər açıldıqda içərisində kristal şəklində, psixotrop maddə hesab edilən metafetaminə oxşar maddə olduğu müəyyənləşmişdir. Nəqliyyat vasitəsinin salonundakı ön paneldə yerləşən əşya qutusunda olan “Cavallo” markalı siqaret qutusunun içərisindən üzərində “X43 Scale MH-127” markalanma yazıları olan 1 ədəd kiçik ölçülü elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş maddə elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin qablaşdırma ilə birlikdə təxminən 5 qram təşkil etdiyi məlum olmuşdur (cild 1, iş vərəqə 26-36). Cinayət işinin materiallarında olan 15 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı otbiçən maşın və onun içərisindən aşkar edilmiş tiryəkə bənzər maddə Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs otbiçən maşını İran İslam Respublikasının Astara şəhərində yaşayan bacısının həyat yoldaşı “Qulu Zahidi” adlı şəxsin xahişi ilə “Sədərək” ticarət mərkəzində yerləşən məscidin yaxınlığında digər İran İslam Respublikası vətəndaşı X38 Esmaeilidən götürdüyünü və Kanadaya göndərmək üçün “UPS” poçt daşımaları şirkətinə təhvil verdiyini, otbiçən maşının daxilində narkotik vasitə olmasından məlumatının olmadığını bildirmişdir (cild 1, iş vərəqə 61-62). Cinayət işinin materiallarında olan 15 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 5 ədəd 20 manat, 6 ədəd 10 manat və 9 ədəd 5 manat nominalında olmaqla cəmi 205 manat pul, 1 ədəd AC 142278 nömrəli sürücülük vəsiqəsi, 1 vərəq 1362 nömrəli etibarnamə, 1 ədəd 5310 1810 5312 6589 nömrəli “NİKOİL” bankın, 1 ədəd 4169 7389 8216 9631 nömrəli “Kapital” bankın Umico plastik kartı, 1 ədəd 219552 nömrəli qeydiyyat şəhadətnaməsi, 1 ədəd “Samsung A10s” markalı mobil telefon və 1 ədəd ******** nömrəli şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, 205 manat pulun nəqliyyat vasitəsini texniki baxışdan keçirmək üçün üzərində olduğunu bildirmişdir (cild 1, iş vərəqə 87-95). Cinayət işinin materiallarında olan 15 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış zamanı 14 oktyabr 2021-ci il tarixdə saat 12:35-dən saat 15:38-dək +**********18 saylı telefon nömrəsi ilə “WhatsApp” proqramında aparılmış yazışmalarda Təqsirləndirilən şəxs tərəfindən həmin nömrəyə otbiçənin, onun göndərilməsi barədə sənədlərin və ümumi bağlamanın fotoşəklinin göndərildiyi, həmçinin həmin nömrə ilə dəfələrlə “WhatsApp” proqramında ilə telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Bundan əlavə 14 oktyabr 2021-ci il tarixdə saat 9:32-dən saat 11:41-dək kontaklarda adı “X41” kimi qeyd edilmiş, +**********81 saylı telefon nömrəsi ilə “WhatsApp” proqramında aparılmış yazışmalara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən həmin şəxsə "xxxx"-ın kartı və hansısa əşyanın gizlədildiyi yerin fotoşəkli göndərilmiş, daha sonra həmin şəxs gizlədilən əşyanı götürdüyünü və karta ödəniş etdiyini bildirərək Təqsirləndirilən şəxs həmin əşyanın fotoşəklini göndərmiş, ardınca Təqsirləndirilən şəxs həmin ödənişi qəbul etdiyini demişdir (cild 1, iş vərəqə 96). Cinayət işinin materiallarında olan 15 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı X36 Esmaeılın üzərindən üstündə “Şahmar ***-***-**-**, Məhəmməd 050 302-29-20, 1300$ + 30 MT” yazılmış zərfdə 35 ədəd 100 ABŞ dolları nominalında, 4 ədəd 100 manat nominalında, 2 ədəd 50 manat nominalında olmaqla cəmi 3500 ABŞ dolları və 500 Azərbaycan manatı pul və 1 ədəd “Samsung A21” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. X36 Esmaeıl bildirmişdir ki, 1300 ABŞ dolları və 30 Azərbaycan manatı “Qulu Zahidi”-nin xahişi Təqsirləndirilən şəxs verməli olduğu pul, 2200 ABŞ dolları və 450 Azərbaycan manatı isə oğlunun təhsil haqqını ödəmək üçün üzərində saxladığı puldur (cild 1, iş vərəqə 127-131). Cinayət işinin materiallarında olan 15 oktyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X38 Esmaeıla məxsus “Samsung” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, X36 Esmaeıl 14 oktyabr 2021-ci il tarixdə saat 19:13-dən saat 19:16-dək “WhatsApp” proqramında kontaklarda adı “Qoli Zahedi” kimi qeyd olunmuş +**********29 saylı telefon nömrəsi ilə apardığı yazışmada “Qoli Zahedi” ona “kisəyə görə 210 dollar pul alacaqsan, Afiqinkidir, 160 dollar Tehranda pul vermişəm almışam, 50 dollar da yol puludur, 25 kilodur” məzmunlu səs yazısı göndərmiş, X38 isə “Qoli Zahedi”yə “Seyidə demişəm hələ götürməyib, mən yoldayam, gedirəm pulu götürəm, gecəyiə çatdıram Anara ki, sabah səhər tezdən işim olur mənim” məzmunlu səs yazısı göndərmişdir. Bundan sonra həmin tarixdə saat 19:15-də “Qoli Zahedi” ona “Seyid mənə səs atmışdır, sübh gedib götürəcəyəm, Məmmədağa dedi götür ver mənə, dedim hə götürüb verərəsən Məmmədağaya” məzmunlu səs yazısı göndərmiş, saat 19:16-da Mir Mohammad “Qoli Zahedi”yə “Eybi yox səhər həll edib deyərəm” məzmunlu səs yazısı göndərmişdir (cild 1, iş vərəqə 132). Cinayət işinin materiallarında olan 20 oktyabr 2021-ci il tarixli “nəqliyyat vasitələrinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “AZSAMAND" markalı **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ağ rəngdədir, arxa və ön dövlət nömrə nişanlı eynilik təşkil etməklə **-AK-*** kimidir, nəqliyyat vasitəsinin çöl səthinin üzərində müxtəlif zədə izləri və cızıqlar vardır. Baxış zamanı nəqliyyat vasitəsinin şassi nömrəsinin NAAC91CC38F151045, mühərrik nömrəsinin isə **********1 olduğu müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin salonuna baxış keçirildikdə metafetamin pxiotrop maddəsinin aşkar edildiyi yerin, nəqliyyat vasitəsinin salonunun ön tərəfində olan işıq lampasının yerləşdiyi hissəsinin sökülmüş vəziyyətdə olduğu aşkar edilmişdir. Həmin yerə ətraflı baxış keçirildikdə orada əşyaların gizlədilməsi üçün müxtəlif ölçülü boşluqların olduğu məlum olmuşdur. Bundan sonra elektron tərəzinin aşkar edildiyi ön paneldəki əşya qutusuna baxış keçirilmiş, lakin iş üzrə həmiyyət kəsb edən hər hansı predmet müəyyən edilməmişdir (cild 2, iş vərəqə 63-70). Cinayət işinin materiallarında olan 20 oktyabr 2021-ci il tarixli “əşyalara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış obyekti olan 1 ədəd otbiçən maşın üzərində “UPS” poçt daşıma şirkətinin loqosu əks olunmuş karton qutuda qablaşdırılmışdır. Otbiçən maşın həmin qablaşdırmadan çıxarıldıqda onun bir-birindən ayrı olan 12 ədəd əsas hissədən (mühərrik, plastmas korpuslar, ventilyator və s) və balaca ölçülü, çoxsaylı hissələrdən (vint və s) ibarət olduğu müəyyən edilmişdir. Maşının dörd təkərinin yerləşdiyi hissəsinin üst tərəfində mərkəzdə otbiçən maşının markasını göstərən “Golf” sözü yazılmışdır. Bundan sonra tiryək narkotik vasitəsinin gizlədiyi hissələr olan maşının mühərrikinin metal qapağının və metal korpusunun altına, habelə mühərrikin içində olan boşluğa baxış keçirilmiş və qeyd ediiən hissələrin həqiqətən hər hansı əşyanın gizlədilməsi üçün əlverişli olduğu məlum olmuşdur. Bundan başqa maşına baxış zamanı qeyd edilənlərdən əlavə iş üzrə əhəmiyyətli hal müəyyən edilməmişdir. Digər bir baxış obyekti olan Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş elektron tərəziyə baxış zamanı müəyyən edilmişdir ki, tərəzi ortadan qatlanan formadadır, korpusu metal materialdan hazırlanmaqla, üzərində ağ, qara və qırmızı rəngli boyalarla naxışlar çəkilmişdir. Tərəzinin korpusunun ön tərəfində “MH-127, Ming Heng, Pocket Scale”, arxa tərəfinə isə “Capacity: 200gx0.01g, 500gx0.1g” söz və rəqəmli yazılmışdır. Tərəzi ortadan açıldıqda onun sağ tərəfində əşyanın çəkisinin müəyyən edilməsi üçün yer olduğu, həmin yerin altında əşyanın çəkisinin göstərilməsi üçün elektron ekranın olduğu və qeyd edilən ekranın ətrafında üzərinə “P”, “M” və “T" hərfləri yazılmış 3 ədəd düymə, eləcə də tərəzini işə salmaq üçün 1 ədəd düymə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş pul vəsaitlərinə baxış zamanı müəyyən edilmişdir ki, həmin pul vəsaitləri 5 ədəd 20, 6 ədəd 10, 9 ədəd 5 nominallı olmaqla 205 Azərbaycan manatı məbləğindədir. X38 Esmaeıldan götürülmüş pul vəsaitlərinə baxış zamanı müəyyən edildi ki, həmin pul vəsaitləri 35 ədəd 100 nominallı olmaqla 3500 ABŞ dolları və 4 ədəd 100, 2 ədəd 50 nominallı olmaqla 500 Azərbaycan manatı məbləğindədir. Bundan əlavə pul vəsaitlərinin yerləşdirildiyi zərfin üzərinə baxış keçirdikdə onun üzərində əlyazma üsulu ilə “шаЬмар ***- ***-**-**, мэЬмэд ***-***-**-**, 1300$+30MT” söz və rəqəmlərinin yazıldığı aşkar edilmişdir (“мэЬмэд” adının qarşısında yazılmış “050 302-29-20” saylı mobil nömrə X36 Esmaeılın istifadəsindədir) (cild 2, iş vərəqə 71-90). Cinayət işinin materiallarında olan 27 oktyabr 2021-ci il tarixli “mobil telefonlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış obyekti olan X36 Esmaeıldan götürülmüş mobil telefonun “Parametrlər” bölməsinin “Telefon haqqında" alt bölməsinə baxış keçirildikdə mobil telefonun “Samsung Galaxy A21s" markalı, “SM-A217F/DSN" modelli olmaqla, sensorlu olduğu, üzərində 1 ədəd SİM-KART olduğu, yaddaş kartının olmadığı, 1- ci İMEİ kodunun **********64655, 2-ci İMEİ kodunun isə **********64659 saylı olduğu müəyyən edilmişdir. Bundan sonra telefonun “Adlar" bölməsinə baxış keçirilmiş və baxış zamanı həmin bölmədə müxtəlif adların və onların məxsus olduqları nömrələrin qeyd edilməsi müəyyən edilmişdir. İş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq həmin bölmədə Təqsirləndirilən şəxs (cinayət işi üzrə digər təqsirləndirilən şəxs, tel: ***-***-**-**), “Səməd" (X36 X33 Respublikasında olan qardaşı), “Qulu Zahidi" (otbiçən maşını İran İslam Respublikasından göndərən şəxs, tel: +**********29), “Şans” (Təqsirləndirilən şəxs otbiçən maşının Kanadaya göndərilməsi ilə bağlı telefon danışıqları apardığı şəxs, tel: +**********18), “Usef Quasif” (otbiçən maşını Kanadada qəbul etməli olan şəxs, tel: **********), “Maqsud” (Təqsirləndirilən şəxs aşkar edilmiş metafetamin psixotrop maddəsini əldə etdiyi şəxs, tel:+**********89) adları, eləcə də həmin şəxslərin istintaqa məlum olan mobil nömrələri üzrə axtarış aparılmışdır. Axtarış nəticəsində həmin bölmədə Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin “Qoli Anar” adı altında, “Qulu Zahidi”nin istifadəsində olan +**********29 saylı mobil nömrənin “Qoli Zahedi” adı altında +**********49 saylı mobil nömrənin “Səməd"in adına bənzər olan “Samad” adı altında, müəyyən edilmişdir. Bununla yanaşı həmin bölmədə “Şans” (tel: +**********18), Usef Quasif” (**********), “Maqsud” (+**********89) adlı şəxslərin nə istintaqa məlum olan mobil nömrələri üzrə, nə də başqa nömrələr əsasında istintaqa məlum olan adları üzrə qeydə alınmadıqları məlum olmuşdur. Daha sonra telefonun “Zənglər” və “Mesajlar” bölmələrinə baxış keçirilmiş, bu zaman “Mesajlar” bölməsində iş üzrə əhəmiyyət kəsb edən hər hansı telefon əlaqəsi müəyyən edilməmişdir. Bununla yanaşı “Zənglər” bölməsinə baxış zamanı zəng tarixçəsinin 14 oktyabr 2021-ci il tarixdən sonrakı dövrü əhatə etdiyi məlum olmuşdur. Həmin dövr ərzində aparılan danışıqlara baxış zamanı aşkar edilmişdir ki, X38 Esmaeılın istifadəsində olan 050-302 29-20 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs (telefonda adı “Qoli Anar” kimi qeyd edilmiş) istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 14 oktyabr 2021 -ci il tarixdə saat 19:33, 20:00 və 20:07-də olmaqla 3 çıxan zəng, saat 20:16-da 1 buraxılmış zəng zəng həyata keçirilmişdir. Bundan sonra telefonun yaddaşında olan mobil əlavələrə baxış keçirilməsi zamanı “Whatsapp” mobil əlavəsində başqa digər mobil əlavələrdə əhəmiyyətli məlumatlar aşkar edilməmişdir. “Whatsapp” mobil əlavəsinin “Söhbətlər” bölməsinə baxış zamanı aparılmış danışıqların 14 oktyabr 2021-ci il tarixdən sonrakı dövrü əhatə etdiyi məlum olmuşdur. Eyni zamanda adıçəkilən bölməyə baxış nəticəsində onun +**********29 saylı mobil nömrənin istifadəçisi “Qulu Zahidi’1 (telefonda adı “Qoli Zahedi” kimi qeyd edilmiş) ilə iş üzrə əhəmiyyət kəsb etməyən, hansısa yükün daşınması, təhvil alınması ilə bağlı danışıqlar apardığı müəyyən edilmişdir. Bundan sonra ***-***- **-** saylı mobil nömrənin istifadəçisi olan Təqsirləndirilən şəxs (telefonda adı “Qoli Anar” kimi qeyd edilmiş), +**********29 saylı mobil nömrənin istifadəçisi olan “Qulu Zahidi"nin (telefonda adı “Qoli Zahedi” kimi qeyd edilmiş), +**********49 nömrə üzrə telefonda adı “Samad” kimi qeyd edilmiş, Mohammadın qardaşı Səməd olması ehtimal edilən şəxsin profil şəkillərinin müəyyən edilməsi üçün “Whatsapp" mobil əlavəsinin “Şəxslər" bölməsinə baxış keçirilmişdir. Bu zaman həmin şəxslərdən Təqsirləndirilən şəxs, “Qulu Zahidi”nin özlərinə aid olması ehtimal edilən fotoşəkillərin əlavə edildiyi aşkar edilmişdir. Telefonun “Qalereya” bölməsinə baxış zamanı həmin bölmədə Təqsirləndirilən şəxs otbiçən maşını Kanadaya göndərmək üçün müraciət etdiyi “DHL Express Azerbaijan” poçt daşıma şirkətinin ünvanı, əlaqə nömrəsi və internet səhifəsinin əks olunduğu “İMG- 20211012-WA0131” adlı 1 ədəd fotoşəkil aşkar edilmişdir. Bundan başqa həmin bölmədə olan çoxsaylı foto və videoların arasından iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Baxış obyekti olan Təqsirləndirilən şəxs götürülmüş mobil telefonun “Parametrlər” bölməsinin “Telefon haqqında” alt bölməsinə baxış keçirildikdə müəyyən edilmişdir ki, mobil telefon “Samsung Galaxy A10s” markalı, “SM-A107F/DS” modelli olmaqla, sensorludur, üzərində 1 ədəd SİM-KART vardır, yaddaş kartı yoxdur, 1-ci İMEİ kodu **********37707, 2-ci İMEİ kodu isə **********37707-dir. Bundan sonra telefonun “Adlar” bölməsinə baxış keçirilmiş və baxış zamanı həmin bölmədə müxtəlif adların və onların məxsus olduqları nömrələrin qeyd edilməsi müəyyən edilmişdir. İş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə ahnaraq həmin bölmədə X36 Esmaeıl (cinayət işi üzrə digər təqsirləndirilən şəxs, tel: ***-***-**-**), “Səməd" (X36 X33 Respublikasında olan qardaşı), “Qulu Zahidi” (otbiçən maşını İran İslam Respublikasından göndərən şəxs, tel: +**********29), “Şans” (Təqsirləndirilən şəxs otbiçən maşının Kanadaya göndərilməsi ilə bağlı telefon danışıqları apardığı şəxs, tel: +**********18), “Usef Quasif” (otbiçən maşını Kanadada qəbul etməli olan şəxs, tel: **********), “Maqsud” (Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetamin psıxotrop maddəsini əldə etdiyi şəxs, tel:+**********89), adları, eləcə də həmin şəxslərin istintaqa məlum olan mobil nömrələri üzrə axtarış aparılmışdır. Axtarış nəticəsində həmin bölmədə X36 Esmaeılın istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “X39” adı altında, “Qulu Zahidi”nin istifadəsində olan +**********29 saylı mobil nömrənin “X45” adı altında, “Maqsud” adlı şəxsin istifadəsində olan +**********89 saylı mobil nömrənin “Bexdiyar Meqsud” adı altında qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla yanaşı həmin bölmədə “Səməd” (Mohammadın telefonunda yazılmış adı: “Samad”, tel: +**********49), “Şans” (tel: +**********18), “Usef Quasif” (**********) adlı şəxslərin nə istintaqa məlum olan mobil nömrələri üzrə, nə də başqa nömrələr əsasında istintaqa məlum olan adları üzrə qeydə alınmadıqları məlum olmuşdur. Daha sonra telefonun “Zənglər" və “Mesajlar" bölmələrinə baxış keçirilmiş, bu zaman “Mesajlar” bölməsində “KapitalBank"-dan daxil olmuş ilk dörd rəqəmi 9169 son dörd rəqəmi isə 9631 olan bank kartı üzrə 05 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021 -ci il tarixədək olan dövrü əhatə edən əməliyyatlara (balansa mədaxil və məxaric) dair məlumatların əks olunduğu SMS-lər aşkar edilmişdir. Bundan başqa “Mesajlar” bölməsində iş üzrə əhəmiyyət kəsb edən hər hansı yazışma müəyyən edilməmişdir. Bundan əlavə “Zənglər" bölməsinə baxış zamanı aşkar edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X38 Esmaeılın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 13 oktyabr 2021-ci il tarixdə 9 dəfə (saat 10:44-də daxil olan, saat 11:29-da daxil olan, saat 12:06-da daxil olan, saat 12:51-də daxil olan, saat 13:04-də çıxan, saat 13:08-də daxil olan, saat 13:15-də çıxan, saat 15:44-də çıxan, saat 16:27-də çıxan), 14 oktyabr 2021-ci il tarixdə 11 dəfə (saat 08:58-də çıxan, saat 15:51-də çıxan, saat 16:03-də buraxılmış, saat 16:05-də rədd edilmiş, saat 16:13-də çıxan, saat 16:15-də daxil olan, saat 16:28-də daxil olan, saat 19:33-də daxil olan, saat 20:00-da daxil olan, saat 20:07-də daxil olan, saat 20:16-da daxil olan), “Qulu Zahidi”nin istifadəsində olan +**********29 saylı mobil nömrə arasında 13 oktyabr 2021-ci il tarixdə 4 dəfə (saat 13:11-də çıxan, saat 13:16- da çıxan, saat 13:45-də daxil olan, saat 15:38-də çıxan), 14 oktyabr 2021-ci il tarixdə 7 dəfə (saat 9:04-də çıxan, saat 10:51-də çıxan, saat 11:03-də çıxan, saat 11:04-də çıxan, saat 11:05-də çıxan, saat 11:07-də çıxan, saat 11:08-də çıxan), “Maqsud” adlı şəxsin istifadəsində olan +**********89 saylı mobil nömrə arasında 4 oktyabr 2021ci il tarixdə 3 dəfə (saat 20:47-də çıxan, saat 21:43-də çıxan, saat 22:28-də çıxan), telefonda adı qeydə alınmamış “Şans" adlı şəxsin istifadəsində olan +**********18 saylı mobil nömrə arasında 14 oktyabr 2021-ci il tarixdə 1 dəfə (saat 15:45-də çıxan) zəng həyata keçirilmişdir. Bundan sonra telefonun yaddaşında olan mobil əlavələrə baxış keçirilməsi zamanı “Whatsapp" mobil əlavəsində başqa digər mobil əlavələrdə əhəmiyyətli məlumatlar aşkar edilməmişdir. “Whatsapp” mobil əlavəsinin "Söhbətlər” bölməsinə baxış zamanı onun +**********29 saylı mobil nömrənin istifadəçisi “Qulu Zahidi”! və +**********89 saylı mobil nömrənin istifadəçisi “Maqsud" adlı şəxslə iş üzrə əhəmiyyəət kəsb etməyən məzmunda danışıq apardığı müəyyən edilmişdir (hər biri 15 oktyabr 2021-ci il tarixdə olmaqla, bir halda “Qulu Zahidi"i ona “Axsamin xeyir" yazmış və bir halda “Maqsud” ona işarə (smaylik) göndərmişdir). Bundan başqa həmin bölməyə baxış zamanı onun ***-***-**-** saylı mobil nömrənin istifadəçisi “İsmayıl” adlı şəxslə 14 oktyabr 2021-ci il tarixdə sonuncuya narkotik vasitə satmasını bildirən məzmunlu danışıqlar apardığı aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin şəxsə “Kapital bank"ın kartı və hansısa əşyanın gizlədildiyi yerin fotoşəkli göndərilmiş, daha sonra həmin şəxs gizlədilən əşyanı götürdüyünü və karta ödəniş etdiyini bildirərək Təqsirləndirilən şəxs həmin əşyanın fotoşəklini göndərmiş, ardınca Təqsirləndirilən şəxs həmin ödənişi qəbul etdiyini söyləmişdir. Eyni zamanda adıçəkilən bölmədə onun +**********18 saylı mobil nömrənin istifadəçisi onun “Şans” adlı şəxslə 14 oktyabr 2021-ci il tarixdə çoxsaylı danışıqlar apardığı müəyyən edilmişdir. Bu danışıqlarda Təqsirləndirilən şəxs həmin şəxsə malı göndərmək üçün poçt axtardığını, belə poçt taparaq təhvil verdiyini bildirən məzmunlu müxtəlif formatda mesajlar, eyni zamanda bağlamanın, bağlamanın göndərilməsinə dair sənədlərin fotoşəklini göndərmişdir. Daha sonra “Whatsapp" mobil əlavəsinin “Zənglər” bölməsində baxış davam etdirilmiş və bu zaman onunla Qulu Zahidi arasında 12-xx.xx.2021-ci il tarixlərdə 18 dəfə, “Şans” arasında 14xx.xx.2021-ci il tarixlərdə 39 dəfə, “Maqsud” arasında 9.10.2021-ci il tarixdə 1 dəfə zəngin (daxil olan, çıxan və buraxılmış) qeydə alındığı məlum olmuşdur. Qeyd edilənlərdən əlavə həmin bölmədə iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Daha sonra telefonun “Qalereya” bölməsinə baxış keçirildi və həmin bölmədə çoxsaylı foto və videolar olduğu məlum oldu. Həmin bölmədə “Whatsapp” mobil əlavəsində aşkar edilənlərdən əlavə bir ədəd “Screenshot_20211010-222802_DWhatsApp” adlı fotoşəkil müəyyən edilmişdir. Qeyd edilə fotoşəkilə baxış zamanı aşkar edilmişdir ki, fotoşəkil “Whatsapp” mobil əlavəsindən Anar Cəfəroun telefonunun ekran şəklinin çəkilməsi ilə əldə olunmuşdur, fotoşəkildə Təqsirləndirilən şəxsla Qulu Zahidi arasında “WhatsApp” mobil əlavəsi vasitəsi ilə aparılmış danışıqlar əks olunmuşdur və bu danışıqlar yalnız Qulu Zahidi tərəfindən hansısa şəxslə aparılmış danışıqdan Təqsirləndirilən şəxs yönləndirilmiş danışıqlardır. Həmin danışıqların məzmununa baxış zamanı görünmüşdür ki, X44 Cəfərova tarixi məlum olmamaqla, saat 18:29-da “DHL Express Azerbaijan” poçt daşıma şirkətinin ünvanı və əlaqə nömrəsi əks olunmuş iki ədəd fotoşəkil (Mohammadın telefonunun “Qalareya” bölməsindən aşkar edilmiş fotoşəkillə eynilik təşkil edən) yönləndirmiş, ardınca saat 18:29-da mətn formasında “+**********14" ("DHL Express Azerbaijan” poçt daşıma şirkətinin əlaqə nömrəsi) “home door delivery”, “door to door”, “qapıdan qapıya”, “111-6161 X27 BC v5h2t9 X40 **********” söz və rəqəmlərini yönləndirmişdir. Bu mətn formasında olan yazışmaların 2-4-cüləri Təqsirləndirilən şəxs “Şans”la “Whatsapp” mobil əlavəsində apardığı danışıqlarda da təkrarlanır, sonuncu yazışmada isə otbiçən maşının göndərdildiyi şəxsin ad, soyadı, telefon nömrəsi, ünvanı ilə eynilik təşkil edir. Bundan əlavə həmin bölmədə iş üzrə əhəmiyyət kəsb edən foto və ya video müəyyən edilməmişdir (cild 2, iş vərəqə 105-131). Cinayət işinin materiallarında olan 2 noyabr 2021-ci il tarixli “sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2007-ci il tarixdən 25 noyabr 2018-ci il tarixədək ümumilikdə 6 dəfə yalnız “Astara” sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk edərək geri qayıtmışdır. O, sonuncu dəfə 24 noyabr 2018-ci il tarixdə “Astara” sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikasının ərazisini tərk etmiş və 25 noyabr 2018-ci il tarixdə eyni sərhəd nəzarət məntəqəsindən keçməklə həmin istiqamətdən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur (cild 2, iş vərəqə 139-142). Cinayət işinin materiallarında olan 2 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı “Qulu Zahidi” adlı şəxsin anket məlumatlarını müəyyən etmək üçün VAİS-də "Hüquqpozmalar” bölməsinin “Xidməti məlumatlar” altbölməsində X38 Esmaeıl və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi əlamətlər üzrə (ad, soyad: Qulu Zahidi, peşəsi: avtobus sürücüsü, zahiri əlamətləri: təxminən 45 yaşlı, 180 boylu, orta bədən quruluşlu, qara saçlı, 90 kq çəkili kişi) axtarış aparılmış və axtarış nəticəsində bu əlamətlərə yalnız bir şəxsin - əvvəllər dəfələrlə idarə etdiyi avtobus tipli nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına və əks istiqamətdə hərəkət etmiş, 28.01,1975-ci il tarixdə İran İslam Respublikasının Əhər şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı X11 (Pasport: İRN M********) uyğun gəldiyi müəyyən edilmişdir. Həmin şəxsin sərhədkeçmə məlumatlarına ətraflı baxış keçirildikdə müəyyən edilmişdir ki, o, 2.09.2002-ci il tarixdən 3.01.2020-ci il tarixədək ümumilikdə təxminən 485 dəfə yalnız Astara və Biləsuvar sərhəd nəzarət məntəqələrindən keçməklə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olaraq geri qayıtmışdır. O, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 06:37-də Astara sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və həmin tarixdə saat 18:49-da Biləsuvar sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisini İran İslam Respublikası istiqamətində tərk etmiş, bundan sonra ölkə ərazisinə daxil olmamışdır. Bundan sonra X5rdaşı, X7 anket məlumatlarını müəyyən etmək üçün VAİS-də "Hüquqpozmalar” bölməsinin “Xidməti məlumatlar” altbölməsində X36 Esmaeılın ifadəsində qeyd etdiyi əlamətlər üzrə (ad, soyad, ata adı: X16) axtarış aparılmış və axtarış nəticəsində bu əlamətlərə yalnız bir şəxsin - xx.xx.1979-cu il tarixdə İran İslam Respublikasının Astara şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı X46 Esmaeılın (Pasport: İRN A********) uyğun gəldiyi müəyyən edilmişdir. Həmin şəxsin sərhədkeçmə məlumatlarına ətraflı baxış keçirildikdə müəyyən edilimşdir ki, o, yalnız Astara sərhəd nəzarət məntəqəsindən keçməklə xx.xx.2014-cü il tarixdə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və xx.xx.2014cü il tarixdə eyni istiqamətdə ölkə ərazisini tərk etmiş, daha sonra xx.xx.2016-cı il tarixdə eyni istiqamətdən Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və xx.xx.2016-cı il tarixdə İran İslam Respublikası isiqamətində ölkə ərazisini tərk etmiş, bundan sonra ölkə ərazisinə daxil olmamışdır. Bundan sonra “otbiçən maşın” yükünün İran İslam Respublikasına kim tərəfindən, hansı tarixdə, hansı şəkildə gətirilməsini, kim tərəfindən, hansı tarixdə, hansı gömrük orqanında bəyan olunmasını müəyyən etmək üçün VAİS-ə baxış keçirilərkən məlum olmuşdur ki, həmin yük Şahid13 (pasport: AZE C03089118, tel: 051- 666-96-25) tərəfindən “KAMAZ 5410” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı dartıcı (mülkiyyətçi: mülkiyyətçisi Şahid12) və həmin dartıcının “ODAZ 9370” markalı, 99ZH456 dövlət qeydiyyat nişanlı qoşqusundan (mülkiyyətçi: mülkiyyətçisi Şahid12) ibarət nəqliyyat vasitəsində 003047 nömrəli CMR-lə 03 oktyabr 2021-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilmiş, 4 oktyabr 2021 -ci il tarixdə təyinat gömrük orqanı olan Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postuna çatdırılmış, **********8280 nömrəli 3 oktyabr 2021-cil tarixli bəyannamə ilə gömrük orqanına bəyan edilmiş və 4 oktyabr 2021 -ci il tarixdə gömrük orqanından buraxılmışdır. Həmin malın ixracatçısı qismində İran İslam Respublikasında fəaliyyət göstərən “X35 ünvan 10 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN: **********), bəyannamə üzrə təmsilçi qismində isə ünvan 11 ünvanında qeydiyyatda olan "xxxx" MMC (VÖEN: **********) çıxış etmişdir. Şahid13 (Şəxsiyyət vəsiqəsi: AZE ********) anket məlumatlarına baxış zamanı müəyyən edilmişdir ki, o, xx xxx 1990-cı il tarixdə Lənkəran rayonu, Port-iliç şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 12 ünvanında qeydiyyatdadır. Şahid13 sərhədkeçmə məlumatlarına baxış zamanı aşkar edilmişdir ki, o, 5.11,2010-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə təxminən 152 dəfə yalnız Astara və Biləsuvar sərhəd nəzarət məntəqələrindən keçməklə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının ərazisinə daxil olaraq geri qayıtmışdır. O, 3.10.2021-ci il tarixdə 14:59-da idarə etdiyi “Kamaz” markalı, 90VY658 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Astara” sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və xx.xx.2021-ci il tarixdə saat 10:37-də “Kamaz” markalı, 42BL556 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə həmin sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisindən İran İslam Respublikasının ərazisinə keçmişdir. Bundan başqa o, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Kamaz” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “Astara” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasının ərazisindən İran İslam Respublikasının ərazisinə keçmiş və xx.xx.2021-ci il tarixdə eyni nəqliyyat vasitəsi ilə həmin sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur (cild 2, iş vərəqə 143- 200). Cinayət işinin materiallarında olan 2 noyabr 2021-ci il tarixli “fotoşəkillərə baxış keçirilməsi və eyniliyin müəyyən edilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı X38 Esmaeılın istifadəsində olan mobil telefonuna baxış zamanı aşkar edilmiş, ifadəsində adını çəkdiyi “Qulu Zahidi” adlı şəxs olması ehtimal edilən fotoşəkildəki şəxslə pasport və sonuncu sərhədkeçməsi zamanı çəkilmiş fotoşəklinə əsasən X18 adlı şəxsin xarici görünüşcə eyni şəxs olduğu müəyyən edilmişdir (cild 2, iş vərəqə 201-202). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 15 oktyabr 2021-ci il tarixli 6/4572 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd torbada təmiz çəkisi 2828 qram təşkil edən tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,506 qram və 0,840 qram olmaqla ümumilikdə təmiz çəkisi 4,346 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulia hazırlanmış psixotrop maddə metafetamindir (Qeyd: metafetaminin ümumi təmiz çəkisi 4,346 qram, tədqiqata sərf edildi 0,09 qram, qalıq 4,256 qram, tiryəkin ümumi təmiz çəkisi 2828 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 2827,8 qram, cild 1, iş vərəqə 162-165). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 1 dekabr 2021-cİ il tarixli, 5/1240 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 ədəd “Samsung Galaxy A10s” və 1 ədəd “Samsung Galaxy A21s” markalı mobil telefonlar işlək vəziyyətdədir, həmin telefonların yaddaşlarında hər hansı bir məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır (cild 4, iş vərəqə 32-34). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2021-ci il tarixli 5/1239 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 705 Azərbaycan manatı və 3500 ABŞ dolları xüsusi mühafizə vasitələri ilə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmış və eyni nominallı pul əskinazları ilə eynilik təşkil edir (cild 4, iş vərəqə 36-38). Cinayət işinin materiallarında olan Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 24 noyabr 2021-ci il tarixli məktuba qoşma kimi əlavə edilmiş, içərisindən narkotik vasitə tiryək aşkar edilən “otbiçən maşın” yükünün həmin Baş İdarədə stasionar rentgen qurğusu vasitəsi ilə çəkilən rentgen görüntülərinə dair fotoşəkillərdən görünür ki, “otbiçən maşın” yükünün mərkəzi hissəsində mühərrik hissəsində şübhəli cizgi və rənglər vardır (cild 3, iş vərəqə 94-107). Cinayət işinin materiallarında olan 26 noyabr 2021-ci il tarixli “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, X36 Esmaeıla ifadəsində adını çəkdiyi “Qulu Zahidi” adlı şəxs olması ehtimal edilən X11 fotoşəkli oxşar şəxslərin fotoşəkilləri arasında tanınmaya təqdim edilmiş və X36 Esmaeıl həmin fotoşəkillər arasında adını çəkdiyi “Qulu Zahidi” adlı şəxsi tanıyaraq X11 fotoşəklini göstərmişdir (cild 3, iş vərəqə 117-118). Cinayət işinin materiallarında olan 26 noyabr 2021-ci il tarixli şəxsin “fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində adını çəkdiyi “Qulu Zahidi” adlı şəxs olması ehtimal edilən X11 fotoşəkli oxşar şəxslərin fotoşəkilləri arasında tanınmaya təqdim edilmiş və Təqsirləndirilən şəxs həmin fotoşəkillər arasında adını çəkdiyi “Qulu Zahidi” adlı şəxsi tanıyaraq X11 fotoşəklini göstərmişdir (cild 3, iş vərəqə 122-123). Cinayət işinin materiallarında olan 2 dekabr 2021-ci il tarixli “otbiçən maşın”-ın istifadə qaydalarına dair təlimata baxış keçirilməsi haqqında protokoldan görünür ki, təlimat 16 vərəqdən ibarətdir. İş üzrə əhəmiyyət kəsb edə biləcəyi nəzərə alınaraq maşın buraxılarkən onun mühərrikinə yağ doldurulubdoldurulmamasını müəyyən etmək üçün təlimata ətraflı baxış keçirdikdə məlum olmuşdur ki, təlimatın 5ci səhifəsində maşını işə düşməyə hazırlamaq qaydaları qeyd edilmişdir. Həmin qaydalara ətraflı nəzər saldıqda aydın olmuşdur ki, maşın yağsız buraxılır və maşının mühərriki işə salınmazdan əvvəl ona müəyyən edilmiş miqdarda yağ doldurulmalıdır. Bundan əlavə təlimatda iş üzrə əhəmiyyətli məlumat aşkar edilməmişdir (cild 3, iş vərəqə 205-208). Cinayət işinin materiallarında olan 7 dekabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan 1.02.2021-ci il tarixli 25041 nömrəli, 2.12.2021-ci il tarixli 25144 nömrəli və "xxxx" MMC-dən daxil olan xx.xx.2021-ci il tarixli, BKC/LGL- 20797/21 saylı məktuba əlavə edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** saylı, X38 Esmaeıhn istifadəsində olan ***- ***-**-** saylı və Şahid13 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr üzrə aparılmış telefon danışıqlarına dair məlumatların köçürüldüyü 3 ədəd CD-yə, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli, AZF/LGL-25283/21 nömrəli məktub və ona əlavəyə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcəyini nəzərə alaraq “Şans” (tel: +**********18), “Usef Quasıf” (tel: **********), “Maqsud” (tel: +**********89), “İsmayıl” (tel:. ***-***-**-**) anket məlumatlarını müəyyən etmək üçün CD-lərdə və "xxxx" MMC-dən daxil olmuş məktubda təqdim edilən məxsusluq tarixçələri həmin şəxslərin adları və istintaqı məlum olan mobil nömrələri üzrə yoxlanılmışdır. Bu zaman hər iki mənbəyə əsasən “Şans" (tel: +**********18), “Usef Quasif” (tel: **********), “Maqsud” (tel: +**********89), adlı şəxslərin adları və istintaqa məlum olan mobil nömrələri üzrə hər hansı məlumat aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı, X36 Esmaeıhn istifadəsində olan ***-***-**-** saylı, X46 Esmaeıhn (Səməd) istifadəsində olan +**********49 saylı, X15 (Qulu Zahidi) istifadəsində olan +**********29 saylı, “Şans” adlı şəxsin istifadəsində olan +**********18 saylı, “Usef Quasif" adlı şəxsin istifadəsində olan +1********** saylı, “Maqsud” adlı şəxsin istifadəsində olan +**********89 saylı mobil nömrələr arasında hadisənin baş verdiyi xx.xx.2021-ci il tarix də daxil olmaqla, təqdim edilən dövr ərzində hər hansı telefon əlaqəsinin (zəng və SMS yazışma) olub-olmaması aydınlaşdırıldı. Bu zaman qeyd edilən mobil nömrələr arasında SMS yazışma, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı, X36 Esmaeıhn istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr ilə X46 Esmaeıhn (Səməd) istifadəsində olan +**********49 saylı, "Şans” adlı şəxsin istifadəsində olan +**********18 saylı, “Usef Quasif” adlı şəxsin istifadəsində olan +1********** saylı, “Maqsud” adlı şəxsin istifadəsində olan +**********89 saylı mobil nömrələr arasında, X36 Esmaeıhn istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X15 (Qulu Zahidi) istifadəsində olan +**********29 saylı mobil nömrə arasında telefon danışığı (zəng) aşkar edilməmişdir. Bununla yanaşı baxış nəticəsində məlum olmuşdur ki, hadisənin baş verdiyi xx.xx.2021-ci il tarixdə də daxil olmaqla, təqdim edilən dövr ərzində X36 Esmaeıhn istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 15 dəfə, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə X11 (Qulu Zahidi) istifadəsində olan +**********29 saylı mobil nömrə arasında 1 dəfə telefon danışığı (zəng) icra edilmişdir. Bundan başqa baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı, X36 Esmaeılın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə təqdim edilən dövrə ərzində müxtəlif tarixlərdə ayrı-ayrı şəxslərin istifadəsində olan mobil nömrələr arasında çoxsaylı SMS yazışmalar icra edilmişdir. Qeyd edilən SMS yazışmaların məzmunları təhlil edildikdə bunlardan yalnız Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 099- ***-**-** saylı mobil nömrənin istifadəçisi arasında həyata keçirilmiş SMS yazışmalarda istintaq əhəmiyyəti kəsb edən məlumatlar aşkarlandı. Belə ki, həmin SMS yazışmalardan görünür ki, ***-***-**-** saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə saat 01:02- dən 11:20-dək ardıcıl olaraq narkotik vasitə satın almaq niyyətini bildirən məzmunlu, “Mən clxdlm sənə sarp təmiz bir yarl düzəlt tez sənən gorusəy qacim”, “30 duz olsun", “Anar tez ylx məni tez urəy”, “Anar acdə bu poxu tezolu pesox lazlmdl yarl təmiz vacib 30 manadlx” və “rayona clxiram birəzdən sən Allah vaxdlm çoxu azdl” mətnlərindən ibarət SMS-lər göndərmişdir (cild 4, iş vərəqə 39-52). Cinayət işinin materiallarında olan "xxxx" ASC-dən daxil olmuş 27 dekabr 2021-ci il tarixli 157000/2-6-878 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan plastik kart dair çıxarışdan görünür ki, 1 sentyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək olan dövr ərzində müxtəlif tarixlərdə həmin karta üzrə əsasən aşağı məbləğlərdə olmaqla dəfələrlə mədaxil (əksər hallarda ödəniş terminalları vasitəsilə) və məxaric əməliyyatları icra edilmişdir. 14 oktyabr 2021-ci il tarixə kart üzrə qalıq məbləğ 391 manat 83 qəpik təşkil edir (cild 4, iş vərəqə 142-148). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X30 Şəxsi Ambulator X1 22 dekabr 2021-ci il tarixli 5239 nömrəli rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 4, iş vərəqə 191- 192). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqatdan sonra qalıq çəkiləri 2827,8 qram olan narkotik vasitə olan tiryək və 4,256 qram olan psixotrop maddə metafetamin, Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan poçt daşımaya görə Təqsirləndirilən şəxs verməli olduğu 1300 ABŞ dollar və 30 manat pul, Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan içərisindən narkotik vasitə tiryək aşkar edilmiş 1 ədəd “otbiçən maşın”, X38 Esmaeıldan götürülmüş “Samsung Galaxy A21s” markalı mobil telefon, Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A10s” markalı mobil telefon, 1 ədəd zərf, **********169631 nömrəli bank kartı və 1 ədəd elektron tərəzi isə maddi sübut kimi tanınmışdır (cild 6, iş vərəqə 25-66). Cinayət işinin materiallarından görünür ki, X38 Esmaeıldan aşkar olunan 1300 ABŞ dolları və 30 manat pul vəsaiti Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə göndərməli olduğu “otbiçən maşın”-ın içərisinə yerləşdirilmiş narkotik vasitəyə görə İran İslam Respublikasından göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Həmin normaların tələblərini nəzərə alıb məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan içərisindən narkotik vasitə tiryək aşkar edilmiş 1 ədəd “otbiçən maşın”, Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 1300 ABŞ dolları və 30 manat pul vəsaiti dövlət nəfinə alınmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqə 180). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 6, iş vərəqə 116). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 78-79). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 2, iş vərəqə 28-34). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 15 oktyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 225,55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqatdan sonra qalıq çəkiləri 2827,8 qram olan narkotik vasitə olan tiryək və 4,256 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan içərisindən narkotik vasitə tiryək aşkar edilmiş 1 ədəd “otbiçən maşın”, Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 1300 ABŞ dolları və 30 manat pul vəsaiti dövlət nəfinə alınmalıdır; -Cinayət işinin materiallarında saxlanılan X38 Esmaeıldan götürülmüş “Samsung Galaxy A21s” markalı mobil telefon X8ytarılmalı; -Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A10s” markalı mobil telefon və **********169631 nömrəli bank kartı onun yaxın qohumlarına qaytarılmalı; -1 ədəd elektron tərəzi məhv edilməli; -1 ədəd zərf cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 225,55 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqatdan sonra qalıq çəkiləri 2827,8 qram olan narkotik vasitə olan tiryək və 4,256 qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan içərisindən narkotik vasitə tiryək aşkar edilmiş 1 ədəd “otbiçən maşın”, Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 1300 ABŞ dolları və 30 manat pul vəsaiti dövlət nəfinə alınsın; -Cinayət işinin materiallarında saxlanılan X38 Esmaeıldan götürülmüş “Samsung Galaxy A21s” markalı mobil telefon X8ytarılsın; -Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A10s” markalı mobil telefon və **********169631 nömrəli bank kartı onun yaxın qohumlarına qaytarılsın; -1 ədəd elektron tərəzi məhv edilsin; -1 ədəd zərf cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar