Məhkəmə qərarları › İş №1(101)-1097/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1097/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1097/2025 13.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X6 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsi, ev 2, mənzil 3-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2-1.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı toplanmış sübutların məcmusu təqsirləndirilir ondan ötrü ki, o, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan köməksiz vəziyyətdə olan şəxsə qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, o, 22 noyabr 2024-cü il tarixdə, təxminən saat 17 radələrində xx.xx.2008-ci il təvəllüdlü olmaqla aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ünvan 1 ünvandan başlayaraq, ünvan 2un qarşısındakı liftə qədər izləyib, Zərərçəkmiş şəxs daxil olduğu liftə onunla birlikdə daxil olaraq, liftin yuxarı mərtəbələrinə qalxmasından və sonuncunun köməksiz vəziyyətdə liftdə tək olmasından istifadə etməklə, onun səs çıxartmamasını tələb edib, əli ilə boğaz nahiyyasindən tutub, zor tətbiq etməklə boyun nahiyəsinin qançırlarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə Zərərçəkmiş şəxs boyun və boğaz nahiyələrindən öpərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü, yəni 22 noyabr 2024-cü il tarixində Yasamal rayonu ərazisində olmuş, həmin gün övladlarının yanına getmək istəmişdir. Bundan əlavə 2024-cü ilin aprel ayında mədəaltı vəzidən, qaraciyərindən əməliyyat keçirmiş, qarın boşluğunda 14 ədəd tikişi və beyin zədəsi travması almışdır. Həmin gün halı pisləşdiyinə görə həmin binaya daxil olmuşdur. O, binaya daxil olarkən binada cavan bir qız olmuş, həmin qızın qulağında da qulaqcıq olmuşdur. Qızdan neçənci mərtəbəyə qalxdığını soruşmuş, o, da 15-ci mərtəbəyə qalxdığını bildirmişdir. Onlar liftə daxil olduqdan sonra 13-cü mərtəbənin düyməsini basmış ki, həmin qızdan daha tez olaraq lifti tərk etsin. Həmin zaman halı pis olduğuna görə liftin qapısına yumruq vurmuş, əlində olan telefon da sınmış, digər əlində isə, sellofan torba olmuşdur. 13-cü mərtəbədən çıxandan sonra həmin binanı tərk etmişdir. Həmin qıza onun heç əlidə dəyməmişdir. Onun bir əlində içərisində şirniyyat olan sellofan, digər əlində də isə telefon olmuşdur. Belə vəziyyətdə həmin qızı boğmağa çalışmağı mümkün olmamışdır. Məhkəmədən barəsində ədatli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, 8 ildir ki, ailəsindən boşanmış, hadisə baş verən yerdə yaşamamış, hadisə günü həmin yerə övladlarını görməyə gəlmişdir. Uşaqlarını görmək üçün taksi ilə onların olduğu yerə getmiş, taksidə olduğu zaman halı pisləşdiyinə görə taksini qıraq bir yerdə saxlatdırmış, ictimaiyyətdən qıraq bir yerdə özünə gəlmək üçün həmin binaya daxil olmuşdur. Hadisədən əvvəl zərərçəkmiş şəxsi əvvəllər heç vaxt görməmiş, tanımamış, o da onu tanımamışdır. Zərərçəkmiş şəxsin nəyə görə onu tanımaya-tanımaya ona qarşı zorakılıq tətbiq edənin məhz onun olduğunu deməyinin səbəbini bilmir. Liftə yumruq vurduqundan sonra qız qışqırmağa başlamış, o da həmin qızdan nəyə görə qışqırdığını soruşmuşdur. O, qızı boğmağa çalışmamış, özünün dağlı balası olduğunu, ona belə hərəkətin yaraşmadığını bildirmişdir. O, həmin qızı heç vaxt izləməmiş, istintaq zamanı ifadə verməmiş, istintaq zamanı Yasamal RPİ-nin 29-cu PB-nin işçiləri onu yaşadığı evdən “Prado” markalı avtomobilə mindirərək döyə-döyə Yasamal RPİ-nin 29-cu PB-nə aparmışlar. Polis bölməsində polis əməkdaşları döyərək, hadisəni boynuna almadığı təqdirdə narkotik maddələrlə yükləyərək cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Həmin qızla aralarında üzləşdirmə də olmamış, qızı nə Polis bölməsinə, nə də Müvəqqəti saxlama yerinə gətirməmişlər. Təzyiqlərə məruz qalmağına görə həm istintaq zamanı, həm də barəsində məhkəmədə qətimkan tədbiri seçilərkən heçnə deməmiş, gözləmişdir ki, məhkəmədə dindirilən zaman öz fikirlərini bildirsin. Barəsində qətimkan tədbiri seçilərkən işə hakimə özünün təqsirli bilmədiyini söyləmiş, tutulan gündən özünü təqsirli bilməmiş, barəsində sanksiya seçilərkən məhkəmədə törətdiyi əməldən peşman olduğunu, heç nəyi xatırlamadığını, hadisə vaxtı sərxoş olduğunu bildirməmişdir. Polis əməkdaşlarının onunla şəxsi-qərəzliyi barədə heç nə deyə bilməmiş, onu liftə daxil olmağına dair görüntü olduğuna görə tutmuşlar. Binaya daxil olmağına dair görüntü olması ilə yanaşı, binadan çıxmağına dair də görüntü olmalıdı, bunu isə təqdim etməmişlər. Hadisə günü halı pisləşdiyinə görə ictimai yerdən qıraq olmağa çalışmış, halı pisləşdiyinə görə liftə qalxıb, orta pilləkənlərə tərəf getmək istəmiş ki, orada özünə gəlsin, halı pisləşdiyinə görə özünü toparlamaq üçün həmin binaya daxil olmuşdur. Uşaqları həmin binada yaşamamış, uşaqları İnşaatçılar metro stansiyasından bir qədər uzaqlıqda “Günəş” petrolun yanında yerləşən binada yaşadıqlarını bildirmişdir. O, uşaqlarının yanına taksi ilə gedərdən yolda halı pisləşdiyinə görə “Günəş” petroldan bir qədər aralıda taksindən düşüb yolu keçərkən az qala “Prius” markalı maşın da onu vursun. Qızın olduğu bina ilə onun taksidən düşdüyü yer ilə beş dəqiqəlik məsafədə yerləşir, taksidən isə dayanacaqda düşmüş, beş dəqiqəlik məsafə qət etməyinin səbəbi ictimai yerdən kənarlaşmaq olmuşdur. O, ürəyi bulandığından su içmək istəmiş, əlindəki sellofan torbada su və şirniyyat olmuşdur. Bu əməli törətmiş olsaydı, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsi olan anasının qarşısında diz çökərdi, o həmin qıza əlini də vurmamışdır. Həmin yerdə bir təzə bina, 4-5 də köhnə bina olmuşdur. Hadisə baş verən binanın yerləşdiyi yerə qədər bir neçə yaşayış binaları və ticarət obyektləri olduğu halda nəyə görə məhz həmin qızın olduğu binaya girməsinin səbəbini cavablandıra bilməmiş, o sadəcə bir binaya girmiş, binada nə ilə qarşılaşacağını bilmədiyini qeyd etmişdir. Daxil olduğu binanın balkon çıxışları olmuş, buna görə də həmin binaya daxil olmuşdur. O, səhv bir binaya daxil olmamış, sadəcə həmin binaya girməkdə məqsədi özünə gəlmək olmuşdur. O məhz ikinci deyil, birinci binaya daxil olarkən binanın sırasını saymamış və binaya daxil olan zaman həmin qızı binanın yanında görməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, baxış, ekspertiza və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, hadisə günü müəllim yanından, yəni hazırlıqdan evə qayıdarkən, binaya yaxınlaşan zaman qulaqcıqları olduğundan heçnə eşitməmişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq nəsə soruşmuş, onun nə dediyini eşitməmiş, təqsirləndirilən şəxs ikinci dəfə də ondan liftin necə işlədiyini soruşduqda ona cavab vermişdir. Bundan sonra lift gəlib çatmış, hər ikisi liftə daxil olmuşlar. Təqsirləndirilən şəxs lifdə 13-cü mərtəbənin düyməsini, o isə, 15-ci mərtəbənin düyməsini basmış, hər ikisi yuxarı qalxmağa başlamışlar. Təqsirləndirilən şəxs yalandan 13-cü mərtəbədə yaşadığını bildirərək, bu binada yaşayan Jalə adlı bacısını tanıyıb-tanımadığını soruşmuş, o, da onun bacısını tanımadığımı bildirmişdir. Bundan sonra təqsirləndirilən şəxs ona toxunmağa başladıqda, o, qışqırmışdır. Həmin şəxs onun dodağına əl atmış, bundan sonra o, yenə qışqırmışdır. Təqsirləndirilən şəxs əl ataraq onun səsini kəsməyə çalışmış, o, da səsini kəsməmişdir. O, hadisənin təsirindən çox qorxmuş, 13-cü mərtəbəyə çatanda liftdən çöldə olan bir oğlandan kömək etməyini istəmiş, həmin oğlan da ona kömək etmişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs arxası ilə qaçmışlar, o da qaçıb binanı tərk etmişdir. Həmin kömək edən oğlanın anası onu geri çağırdığına görə oğlan əlavə olaraq kömək edə bilməmişdir. Sonra isə, evə qayıdıb anasına zəng etmiş, lakin anasına zəng çatmadığından xalasına zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra isə, anası da, xalası da evə gəlmiş, o, başına gələnlərin hamısını onlara danışmış və hadisə barədə polisə müraciət etmişlər. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, hadisə necə baş vermişdirsə, o cür də ifadə verir və ona bu cür ifadə verməyə heç kim məcbur etməmişdir. Təqsirləndirilən şəxs əvvəllər görməmişdir. Təqsirləndirilən şəxs ona bacısının həmin binada yaşadığını liftdə bildirmişdir. Liftə minməmişdən əvvəl həmin şəxsin onu izlədiyini hiss etməmiş, çünki qulağında qulaqcıq olmuşdur. Liftin qabağında olarkən isə onu çağırdığını hiss etmiş, ondan həmin liftin necə işlədiyini söruşmuşdur. Onlar hər ikisi eyni vaxtda liftdə olarkən təqsirləndirilən şəxs onu öpməyə çalışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olmuşdur. Rəfailin belə bir işdə təqsirləndirildiyini öyrəndikdə təəccüblənmişdir. Hadisə günü Rəfail övladları ilə danışmamış, ona da uşaqlarını görmək üçün gələcəyini deməmişdir. O, 6 il Təqsirləndirilən şəxsla bir evdə yaşamışdır, Rəfailin bir problemi o olmuşdur ki, içki içəndə özünü idarə edə bilməmişdir. Təqsirləndirilən şəxs ümumiyyətlə uşaqları ilə heç bir zaman maraqlanmamış və görüşməmişdir. Hadisə baş verən gün onun guya uşaqları ilə görüşməyə gəlməyi ilə bağlı verdiyi ifadəsi həqiqətə uyğun deyildir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 22 noyabr 2024-cü il tarixdə yaşadığı mənzildən çıxaraq 13-cü mərtəbədə lifti gözləyərkən lift çatana yaxın liftdən səslər gəldiyini eşitmişdir. Lift açılanda bir nəfər kişinin bir qızın yəni Zərərçəkmiş şəxs boğazından tutub öpmək istədiyini görmüşdür. Bu zaman həmin şəxs yəni Təqsirləndirilən şəxs onu görən kimi tez liftdən uzaqlaşmışdır. Binanın bir tərəfində mənzillər, bir tərəfində də pilləkənlər olmuşdur. Həmin şəxs lift açıldıqdan sonra mənzillər tərəfə qaçmıçdır. O, qızdan ona nə olduğunu soruşmuş. Qız şok vəziyyətində olduğuna görə danışa bilməmişdir. Kişi arxadan gəlib demişdir ki, “mən heç nə eləməmişəm”. O, ancaq ondan heç nə soruşmamışdır. O əl atmıb Təqsirləndirilən şəxs tutmaq istəyərkən sonuncu qaçmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona həmin qaçan adamın onu öldürmək istədiyini demişdir. O, Təqsirləndirilən şəxs arxasınca gedib pilləkənlərə baxsa da, onun hara getdiyini görə bilməmişdir. Sonra isə komendantın yanına getmiş və hadisə barədə məlumat vermişdir. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, liftdə gördüyü şəxs Təqsirləndirilən şəxs olmuş, onu heç kim belə ifadə verməyə məcbur etməmiş, hadisə necə olubsa elə də danışmışdır. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, heç liftdə gördüyü qızı da əvvəllər tanımamış, lakin qızın anasını görmüşdür. O, həmin binada yaşayır, ibtidai istintaq zamanı verdiyi ifadəni də təsdiq edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 01); 22 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Babayeva X5 rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edərək bildirmişdir ki, 22 noyabr 2024-cü il tarixdə saat 17:00 radələrində yaşadığı binanın liftində olan zaman, orta yaşlı arıq hündürboy kişi cinsindən olan şəxs onu zorla dodağından öpmüş, eləcədə boğmağa çalışmışdır (cild 1, iş vərəqə 5). 21 noyabr 2024-cü il tarixlı “Baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayat hadisasinin baş verdiyi ünvan ünvan 3lan liftin içərisidir. Hadisə yerinə baxış keçirilərkən hadisə yerinin 01 ədəd foto şəkli çəkilərək iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 8-11). 03 dekabr 2024-cü il tarixli «Diskə baxış keçirilməsi haqqında» protokollardan görünür ki, diskin içərisində «WhatsApp lmage 2024-12-03 at 13.13.49» adlı 01 ədəd «jpeg» formatlı və «WhatsApp Video 2024-12-03 at 13.13.59» adlı 01 ədəad «mp4» formatlı faylın olması müəyyən edilir. «WhatsApp image 2024-12-03 at 13.13.49» adlı fayl açıldlqda şəkildə olan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilir. «WhatsApp Video 2024-12-03 at 13.13.59» adlı fayla baxış keçirilərkən 22 noyabr 2024-cü il tarixdə, saat 16:55-da Zərərçəkmiş şəxs Raşad qızının liftin qarşısında dayanıb liftin gəlməsini gözləməsi, həmin anda Təqsirləndirilən şəxs sağ əlində mobil telefonu qulağına tərəf tutmaqla, sol əlində isə sellofan paket saxlamaqla Zərərçəkmiş şəxs təxminən iki metr kənarda dayanması, həmin vaxtı üç nəfər azyaşlı uşaqların liftin qarşısından qaçaraq pilləkənlərlə yuxarı qalxmaları, hamin vaxtı Rafail Məmmədovun liftin qarşısına gəlməklə Zərərçəkmiş şəxs sol tərəfinə yaxınlaşıb suallar verməsi, sonuncunun isə onun suallarını cavablandırması, sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nisbətən kənara çəkilməsi və söhbət etməyə davam etmasi, sonra liftin açılması, liftdən bir nəfər azyaşlı qız və iki nəfər qadının çıxıb oranı tərk etmələri, həmin vaxtı Zərərçəkmiş şəxs liftə daxil olması, ardınca isa Rafail Məmmədovun dərhal liftə daxil olması və hər ikisinin liftdə düymələrini basmaları müşahida olunur. Diskin içərisində olan foto şəkil və video görüntüyə baxış keçirilərkən Zərərçəkmiş şəxs həmin foto şəkildə və video görüntüdə olan kişi cinsli şəxsin Yasamal RPi-nin 29-cu Polis Şöbəsində ona təqdim olunan həmin şəxsin adının Təqsirləndirilən şəxs olmasını bildirdi va həmin şaxsin liftin içərisində ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirdi. Həmin foto şəkilə və video görüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin foto şəkildə və video görüntüdə olan şəxsin özünün və liftə birlikdəə daxil olan şəxsin Zərərçəkmiş şəxs olmasını bildirdi. Hamin 01 adad «CD-R» formatlı disk sübut növü kimi tanınmış va cinayat işina alava edilmişdir (cild 1, iş vərəqə - 22, 55,75). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azarbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2001-ci ildə Milli Məclisin xx.xx.2001-ci il tarixli “Amnistya” qərarının 3.3-cü maddəsina əsasən azad edilmişdir. Bundan başqa təqsirləndirilən şaxs Məmmədov X2 Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2010-cu ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. (cild 1, iş vərəqə 141-143). 20 dekabr 2024-cü il tarixli «Diska baxış keçirilmasi haqqında» protokoldan görünür ki, Azarbaycan Respublikası DİN-in X4 Xidmətindən Yasamal RPİ-nin İstintaq şöbəsinə daxil olmuş, xx.xx.2024-cü il tarixli, 3-13-3/2-30322/2024 nömrəli məktuba əlavə edilmiş, TŞ 2-024 va TŞ 2-246 Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kameralarından video görüntüləri götürülərək köçürülmüş 02 ədəd «DVD-R» formatlı diskə baxış keçirilmişdir. 1-ci diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD-R» formatlıdır. Disk üzəri gümüşü rəngdədir, üzərində «Verbatim» va «DVD-R» yazıları vardır. Həmin diskdə cəmi 02 (iki) ədəd olmaqla «TŞ2-024 3-2024-11-22 16h45min00s000ms» va «TŞ2-246 1-2024-11-22 16h45min00s000ms» adlı «MP4 Video File» formatlı faylların olması aşkar edilir. 2-ci diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD-R» formatlı diskdə cəmi 04 (dörd) ədəd olmaqla «TŞ2-024 1-2024-11-22 16h45min00s000ms», «TŞ2-024 2-2024-11-22 16h45min00s000ms», «TŞ2-246 2-2024- 11-22 16h45min00s000ms» va «TŞ2-246 3-2024-11-22 16h45min00s000ms» adlı «MP4 Video File» formatlı faylların olması aşkar edilir. İİ diskdə olan, «TŞ2-246 2-2024-11-22 16h45min00s000ms» adlı video görüntüyə baxış keçirilərkən xx.xx.2024-cü il tarixdə, saat 16:52:05-da cinayət işi üzrə təqsirləndirilən şaxs Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs arxasınca sol səki üzərində piyada hərəkət etməsi, sonuncunun əlində sellofan paket olması müəyyən edilir. İİ diskdə olan, ‹TŞ2-246 3-2024-11-22 16h45min00sO00ms» adlı video görüntüya baxış keçirilərkən xx.xx.2024-cü il tarixda, saat 16:51:4-da cinayət işi üzrə Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs arxasınca sol səki üzərində piyada nişanının yanından piyada hərəkət etməsi, sonuncunun əlində sellofan paket olması müəyyən edilir. Digər video görüntülərə ayrı-ayrılıqda baxış keçirilən zaman iş üçün ahəmiyyət kəsb edən görüntü aşkar olunmadı. Odur ki, Azərbaycan Respublikası, Daxili İşlər Nazirliyinin TŞ 2-024 va TŞ 2-246 Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kameralarından video görüntüləri götürülərək köçürülmüş 02 ədəd «DVD-R» formatlı disk sübut növü kimi tanınmış və cinayət işinə alavə edilmişdir (c.1, i/v 146-147, 148). 06 yanvar 2025-ci il tarixli «Diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, BKC/LGL- 306/25 nömrəli məktuba qoşma olaraq alavə edilmiş 1 (bir) ədəd «CD-R» formatlı diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində 02 ədəd olmaqla «Mushteri zenglerinin detallashmasi MSİSDN 557209133» va «Zenglerin mexsusluq tarixcheleri MSİSDN 557209133» adlı faylların olması aşkar edildi. Həmin fayllara ayrı-ayrılıqda baxış keçirilərkən xx.xx.2024-cü il tarixdə saat 13:51- dən həmin gün saat 19:52-dək olan müddət aralığında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə danışıq aparmaması, həmçinin iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və keçmiş hayat yoldaşı Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr ilə ümumiyyətlə danışıq aparmaması müəyyən edildi. Odur ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, BKC/LGL-306/25 nömrəli məktuba qoşma olaraq əlavə edilmiş 1 (bir) ədəd «CD-R» formatlı disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (c.1, i/v: 155-156, 157). “Kompleks ambulator məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizası” üzrə Azərbaycan Respublikası Səhiyya Nazirliyi «Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi» X9 xx.xx.2024-cü il tarixli, 3643 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər-hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs məhkəmə-psixatrik ekspertizasından təqsirləndirilən şaxs qismində keçmədiyindən məcburi müalicəyə ehtiyacı olub-olmaması sualı cavablandırılmır. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs har-hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs 22 noyabr 2024-cü il tarixdə və həmin tarixdən sonrakı tarixlərdə öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs məhkəmə-psixatrik ekspertizasından təqsirləndirilən şəxs qismində keçmədiyindən anlaqlı olub-olmaması suala cavablandırılmır. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Zərərçəkmiş şəxs fərdi- psixoloji xüsusiyyətlərinə görə emosional, ünsiyyətçil, tez təsirlənən, etiraz etməyi bacaran, düşdüyü vəziyyətdən çıxış yolu tapa bilən şəxsdir. Zərərçəkmiş şəxs intelektual inkişaf səviyyəsinə görə onunla edilən hərəkətlərin xarakterini və mənasını anlamaq qabiliyyətində olmuşdur. Zərərçəkmiş şəxs Raşad qızı fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa malik əlamətləri müəyyən edilmir. Zərərçəkmiş şəxs başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi (cild 1, iş vərəqə 168-171). “Məhkəmə-tibbi ekspertizası” üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2024-cü il tarixli, 1167 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — boyun nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər Zərərçəkmiş şəxs boyun və ya boğaz nahiyələrindən kənar şəxs tərəfindən əl ilə sıxması zamanı yetirilə bilərdi. Qeyd olunan xəsarəti şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə da yıxılması nəticəsində törənməsi inkar olunur (cild 1, iş vərəqə 172- 174). “Kişiliyin təyininə dair məhkəmə-tibbi ekspertizası” üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2025-ci il tarixli, 567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyasində vizual olaraq cinsi alaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi (cild 1, iş vərəqə 175-178). “Kompleks ambulator məhkəmə-psixoloji və məhkəmə-psixatrik ekspertizası” üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi» X9 xx.xx.2024-cü il tarixli, 3744 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azarbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi mülaciəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intelektual imkanlarının normaya uyğun olması müəyyən edilməklə, adaptivlik, ünsiyyətçillik, özünü psixoloji müdafiə etməyə meyillilik və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onda başqalarının təsiri altında uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onda başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilmədi. (cild 1,iş vərəqə 179-182). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük içtimai təhlükə törətməyən cinayəttörətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - 1(bir) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs cəzasınıçəkib qutardığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi yoxdur. Buna görədə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yəni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, ifadəsində 22 noyabr 2024-cü il tarixdə keçmiş həyat yoldaşı Şahid2 yaşadığı ünvana azyaşlı övladlarını görmək məqsədilə gedərkən yolda halının pisləşməsi səbəbindən, ictimaiyyətdən qıraq bir yerdə özünə gəlmək məqsədi ilə hadisənin baş verdiyi ünvana yəni ünvan 4əsadüfən getməsi və Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməməməsi barədə Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlil və asaslar istintaq sübutları ilə təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azarbaycan Respublikası CM-in 150.2-1.1-ci maddasində nəzərdə tutulan cinayət əməlini törtməsi zərərçəkmiş şəxs və şahid ifadələri, müvafiq protokollar, zərərçəkmiş şəxsin bədəni üzərində xəsarətlərin olmasını sübuta yetirən məhkəmə-tibbi ekspertizası üzrə “Məhkəmə-tibbi ekspertizası” üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2024-cü il tarixli, 1167 nömrəli rəyi, Azərbaycan Respublikası DİN-nin TŞ 2-024 va TŞ 2-246 Təhlükəsiz Şəhər Xidmətinin müşahidə kameralarından olan video görüntülərə baxış keçirilməsi barədə protokollar və digər təkzibedilməz istintaq sənədləri tam sübuta yetirilmiş, tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi heç bir şübhə doğurmamışdır. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusatlar qeyri-səmimi, qeyri-obyektiv olduğundan və cinayət işinin materialları ilə kifayat qədər təkzib edilmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Beləliklə, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə kollegiya qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsinə tövsif edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2- 1.1-ci maddəsində nəzərdə tutulan əməllər xüsusilə ağır cinayətlərdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azarbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən cinayatin təqsirkar üçün aşkar sürətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olmadıqda və əgər cəzanı ağırlaşdıran hallar varsa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, ona qarşı şikayət və tələbin olmaması kimi cəzasını yüngülləşdirən halların olmamasını, barəsində cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 66), ibtidai istintaq orqanının 05 dekabr 2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-1079 saylı 05 dekabr 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 117-121). Ona görədə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 03 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Dədədbəy oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi Dədədbəy oğlunun vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı 03 dekabr 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanısın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar