Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1098/2021 08.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi3 və Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları ilə, 15 avqust 1996-cı il tarixdə Ağdam rayonu, Sırxavənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Şorəlli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29, 120.2.2, 29, 120.2.7 və 221.3-cü maddələri ilə, xx xxxx 1988-ci il tarixdə Rusiya Federasiyası, Belqorodsk vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Abşeron Rayon Məhkəməsinin 06 avqust 2013cü il tarixli, 1(012)-71/2013 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il şərti sınaq müddəti təyin edilmiş, məhkumluğu ödənilmiş, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla, Xırdalan şəhəri, Quşçuluq massivində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə, xx xxxxxx 1984-cü il tarixdə Ağdərə rayonu, Sırxavənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bərdə Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 157.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.1.3 və 66.2-ci maddələri tətbiq edilməklə 01 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 17.09.2019-cu il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 11 ay cəzası saxlanılmış, 19 mart 2020-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Alaçadırlı kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Bərdə rayonu, Şorəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bərdə Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 iyun 2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs4 qeyriləri ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının zədələnməsi ilə, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, o, 11 avqust 2020-ci il tarixdə, saat 23 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və istintaqa şəxsiyyəti məlum olmayan qeyriləri ilə birlikdə yaşadığı Bərdə rayonunun Şorəlli kəndi ərazisində olarkən, Bərdə rayon sakini kimi tanıdığı Zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl, yəni 8 avqust 2020-ci il tarixdə heç bir əsaslı səbəb olmadan həmin rayonun Cəyirli kəndi ərazisində yerləşən “TAC” mehmanxanasının qarşısında sifət nahiyəsindən bir dəfə sillə ilə vurması ilə bağlı məsələni aydınlaşdırmaq məqsədilə 11 avqust 2020-ci il tarixdə mobil telefonla danışaraq, hər iki tərəf öz eqoizmlərini nümayiş etdirmək, bir tərəfin digər tərəfdən üstün və haqlı olmasını sübut etmək məqsədilə Bərdə rayonunun Şorəlli kəndinin girəcəyində yerləşən "xxxx" MMC-nin 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasının qarşısına görüş təyin edib razılığa gələrək, bu barədə yanında olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, həmçinin telefon vasitəsi ilə həmkəndlisi Təqsirləndirilən şəxs3 və müxtəlif üsullarla istintaqa şəxsiyyətləri məlum olmayan digər dost-tanışlarına xəbər göndərib qrup halında görüş təyin etdikləri məkana getməyi qərarlaşdırdıqdan sonra, Təqsirləndirilən şəxs2 məxsus olmaqla sonuncunun idarə etdiyi “VAZ 21074” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 və qeyriləri ilə birlikdə özü və Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan istintaqla dəqiq növü müəyyən edilməyən deşicikəsici alət olan bıçaq və ya digər predmetlərlə, Təqsirləndirilən şəxs1 isə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib gəzdirdiyi sənaye üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə silahlanıb, qrup üzvlərindən Təqsirləndirilən şəxs3 isə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib daşıyaraq Bərdə rayonunun Şorəlli kəndində yerləşən özünə məxsus evdə saxladığı texniki cəhətdən saz və atəşə yararlı odlu silah hesab edilən 7,62 mm kalibrli, “AKM” modelli, AP-5064 №-li, 1960-cı ildə SSRİ-də istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı avtomatı, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən darağa yerləşdirilmiş, sonuncu avtomatlarda, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı 9 ədəd 7,62x39 mm kalibrli döyüş sursatını götürərək üzərində gəzdirməklə piyada 12.08.2020-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayonunun Şorəlli kəndinin girəcəyində yerləşən 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasının qarşısına gəlib orada, həmin məkana gəlmiş qarşı tərəfdən olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Şahid1, Zərərçəkmiş şəxs7 və istintaqa şəxsiyyətləri məlum olmayan qeyriləri ilə görüşmüş, hər iki tərəf dava edib öz güclərini nümayiş etdirmək, bununla da, bir qrupun digər qrupdan üstün olduğunu təsdiqləmək məqsədilə o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digərləri ilə qrup halında qarşı tərəfdən olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyriləri ilə birlikdə 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasından təxminən 60-70 metr aralanaraq Şorəlli kəndinin mərkəzi istiqamətində hərəkət edib, ətrafda yerləşən digər şəxslərə məxsus yaşayış evlərindən təxminən 20-30 metr uzaqlıqda olan yol kənarına gəlib, gecə saatlarında ictimai yer hesab edilməklə ətrafdakı kənd sakinləri üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib aralarında olan az əhəmiyyətli narazılığı bəhanə edərək, mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozub özlərinin qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ətrafda yaşayan kənd sakinlərinin gecə saatlarında dincliyini pozmaqla, habelə qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərlə, yəni qarşı tərəfdən olan şəxsləri döymək, cəzalandırmaq, fiziki ağrılar yetirmək kimi zor tətbiq etməklə hədələyib eqoizmini nümayiş etdirərək, əvvəlcə təmsil olunduğu qrupun üzvü Təqsirləndirilən şəxs1 qarşı qrupdan olan Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və digərləri ilə sözlə mübahisə edib, qarşılıqlı olaraq birbirlərinin ünvanına söyüşlər söymüş, ardınca Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs1 yumruqla vurub yerə yıxmasından sonra tərəflər arasında başlamış əlbəyaxa dalaşma zamanı Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında qarşı tərəfdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyrisini söyməklə, üzərində olan soyuq silah hesab edilən ov bıçağını nümayiş və tətbiq etməklə yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək, Zərərçəkmiş şəxs6 yumruq zərbələri ilə sağ bazunun orta 1/3-nin ön səthinin qançırı kimi dərəcəsi təyin edilməyən, habelə ümumi cinayətkar niyyətdən kənara çıxmaqla Zərərçəkmiş şəxs5 bıçaqla sağ bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirib xuliqanlıq hərəkətləri törətmiş, eləcə də iki şəxsi - Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən onları həyatdan məhrum etməyə cəhd etmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 qarşı tərəfdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyrisini söyməklə, üzərindəki silah qismində istifadə olunan istintaqla dəqiq növü müəyyən edilməyən deşici-kəsici alət olan bıçaq və ya digər predmeti nümayiş və tətbiq etməklə yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək xuliqanlıq hərəkətləri törətmiş, qrup üzvü Təqsirləndirilən şəxs3 qarşı tərəfdə qorxu hissi yaratmaq məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq özünə məxsus evdə saxladığı odlu silah hesab edilən 7,62 mm kalibrli, “AKM” modelli, AP-5064 №-li, 1960-cı ildə SSRİ-də istehsal olunmuş “Kalaşnikov” konstruksiyalı avtomatdan azı 6 dəfə havaya atəş açmış, şəxsiyyəti müəyyən edilməyən təmsil olunduğu qrupun üzvü tərəfindən qarşı qrupdan olan Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə istintaqa məlum olmayan bərk küt əşya ilə vurulmaqla törədilməyə xarakterik avtomobilin sol qabaq qapısının zədələnməsi ilə 322.00 (üç yüz iyirmi iki) manat maddi ziyan yetirilmiş, özü isə üzərində daşıyaraq gətirdiyi silah qismində istifadə olunan istintaqla dəqiq növü müəyyən edilməyən deşici-kəsici alət olan bıçağı çıxarıb nümayiş etdirməklə özünü ətrafdakılara qarşı qoyub, özünün və təmsil olunduğu qrup üzvlərinin müstəsna şəxsiyyət olması, qarşı qrupdan əsaslı fərqlənməsi motivi ilə 08 avqust 2020-ci il tarixdə sillə vurmaqla cəzalandırdığı Zərərçəkmiş şəxs2 və sonuncunu müdafiə edənlərin ünvanına söyüş söyməklə onları əlində olan bıçaqla xəsarət yetirib cəzalandıracağı ilə hədələyib, özünə yaxın məsafədə dayanmış qarşı qrupdan olan Zərərçəkmiş şəxs1 hücum edərək ümumi cinayətkar niyyətdən kənara çıxmaqla sonuncunu öldürmək qərarına gəlib, əlində olan bıçaqla güclü zərbə ilə vurmaqla 10-12 sm dərinliyə nüfuz edib onun həyat üçün vacib orqanlarının yerləşdiyi döş qəfəsi nahiyəsinə, döş boşluğuna keçərək ürək kisəsi və ürəyin yaralanması nəticəsində kəskin qanitirmə ilə ölümünə səbəb olmuş, yetirildiyi anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid 1 ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirməklə sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, əməlini davam etdirərək həmin alətlə güclü zərbə ilə vurmaqla Zərərçəkmiş şəxs2 həyat üçün vacib orqanlarının yerləşdiyi və yetirildiyi anda ölümünə səbəb ola biləcək qarının sağ qabırğaaltı nahiyəsini dəlib 6-8 sm dərinliyində daxilə keçən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid 1 ədəd yara xəsarəti yetirərək iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmiş, lakin qarşı tərəfdən olan Zərərçəkmiş şəxs7 16 kalibrli, “İJ-18E” modelli, E 11875 №-li təklüləli tüfəngdən havaya iki dəfə atəş açması, yaxınlıqda yerləşən kənd camaatının artıq həmin əraziyə toplaşmaları, habelə xəsarət almış Zərərçəkmiş şəxs2 hadisə yerindən uzaqlaşdırılaraq dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılması və orada sonuncuya ixtisaslı tibbi yardım göstərilməsinə görə, o, iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək qeyriləri ilə bir qrup şəxs halında 10-15 dəqiqə müddət ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının zədələnməsi ilə, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs1 qeyriləri ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının zədələnməsi ilə, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş və iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 11 avqust 2020-ci il tarixdə, saat 23 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və istintaqa şəxsiyyəti məlum olmayan qeyriləri ilə birlikdə yaşadığı Bərdə rayonunun Şorəlli kəndi ərazisində olarkən, Təqsirləndirilən şəxs4 Bərdə rayon sakini kimi tanıdığı Zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl, yəni 8 avqust 2020-ci il tarixdə heç bir əsaslı səbəb olmadan həmin rayonun Cəyirli kəndi ərazisində yerləşən “TAC” mehmanxanasının qarşısında sifət nahiyəsindən bir dəfə sillə ilə vurması ilə bağlı məsələni aydınlaşdırmaq məqsədilə 11 avqust 2020-ci il tarixdə sonuncuların telefon danışığından sonra, hər iki tərəf öz eqoizmlərini nümayiş etdirmək və bir tərəfin digər tərəfdən üstün olmasını sübut etmək məqsədilə Bərdə rayonunun Şorəlli kəndinin girəcəyində yerləşən "xxxx" MMC-nin 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasının qarşısına görüş təyin edib razılığa gələrək, bu barədə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, həmçinin telefon vasitəsi ilə həmkəndlisi Təqsirləndirilən şəxs3 və müxtəlif üsullarla istintaqa şəxsiyyətləri məlum olmayan digər dost-tanışlarına xəbər göndərib qrup halında görüş təyin etdikləri məkana getməyi qərarlaşdırdıqdan sonra, Təqsirləndirilən şəxs2 məxsus olmaqla sonuncunun idarə etdiyi “VAZ 21074” markalı, **- LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs4 və qeyriləri ilə birlikdə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan istintaqla müəyyən edilməyən deşici-kəsici alət olan bıçaq və ya digər predmetlərlə, özü isə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib gəzdirdiyi sənaye üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə silahlanıb, qrup üzvlərindən Təqsirləndirilən şəxs3 isə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib daşıyaraq Bərdə rayonunun Şorəlli kəndində yerləşən özünə məxsus evdə saxladığı texniki cəhətdən saz və atəşə yararlı odlu silah hesab edilən 7,62 mm kalibrli, “AKM” modelli, AP-5064 №-li, SSRİ-də 1960-cı ildə istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı avtomatı, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən darağa yerləşdirilmiş, sonuncu avtomatlarda, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı 9 ədəd 7,62x39 mm kalibrli döyüş sursatını götürərək üzərində gəzdirməklə piyada 12.08.2020-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayonunun Şorəlli kəndinin girəcəyində yerləşən 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasının qarşısına gəlib orada, həmin məkana gəlmiş qarşı tərəfdən olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Şahid1, Zərərçəkmiş şəxs7 və istintaqa şəxsiyyətləri məlum olmayan qeyriləri ilə görüşmüş, hər iki tərəf dava edib öz güclərini nümayiş etdirmək, bununla da, bir qrupun digər qrupdan üstün olduğunu təsdiqləmək məqsədilə o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digərləri ilə qrup halında qarşı tərəfdən olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyriləri ilə birlikdə 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasından təxminən 60-70 metr aralanaraq Şorəlli kəndinin mərkəzi istiqamətində hərəkət edib, ətrafda yerləşən digər şəxslərə məxsus yaşayış evlərindən təxminən 20-30 metr uzaqlıqda olan yol kənarına gəlib, gecə saatlarında ictimai yer hesab edilməklə ətrafdakı kənd sakinləri üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib aralarında olan az əhəmiyyətli narazılığı bəhanə edərək, mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozub özlərini qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ətrafda yaşayan kənd sakinlərinin gecə saatlarında dincliyini pozmaqla, habelə qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərlə, yəni qarşı tərəfdən olan şəxsləri döymək, cəzalandırmaq, fiziki ağrılar yetirmək kimi zor tətbiq etməklə hədələyib eqoizmini nümayiş etdirərək, əvvəlcə özü qarşı qrupdan olan Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və digərləri ilə sözlə mübahisə edib, qarşılıqlı olaraq bir-birlərinin ünvanına söyüşlər söymüş, ardınca Zərərçəkmiş şəxs6 onu yumruqla vurub yerə yıxmasından sonra tərəflər arasında başlamış əlbəyaxa dalaşma zamanı qrupun üzvü Təqsirləndirilən şəxs2 qarşı tərəfdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyrisini söyməklə, üzərindəki silah qismində istifadə olunan istintaqla müəyyən edilməyən deşici-kəsici alət olan bıçaq və ya digər predmeti nümayiş etdirib tətbiq etməklə yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək xuliqanlıq hərəkətləri törətmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs3 qarşı tərəfdə qorxu hissi yaratmaq məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq özünə məxsus evdə saxladığı odlu silah hesab edilən 7,62 mm kalibrli, “AKM” modelli, AP-5064 №-li, SSRİ-də 1960-cı ildə istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı avtomatdan bir neçə dəfə havaya atəş açmış, şəxsiyyəti müəyyən edilməyən təmsil olunduğu qrupun üzvü tərəfindən qarşı qrupdan olan Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə istintaqa məlum olmayan bərk küt əşya ilə vurulmaqla törədilməyə xarakterik avtomobilin sol qabaq qapısının zədələnməsi ilə 322.00 (üç yüz iyirmi iki) manat maddi ziyan yetirilmiş, Təqsirləndirilən şəxs4 qarşı tərəfdən olan və 08 avqust 2020-ci il tarixdə sillə vurmaqla cəzalandırdığı Zərərçəkmiş şəxs2 və sonuncunu müdafiə edənləri söyüş söyməklə əlində olan bıçaqla xəsarət yetirib cəzalandıracağı ilə hədələyib, ümumi cinayətkar niyyətdən kənara çıxan hərəkətlərə yol verib Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və ikinci şəxs Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmiş, özü isə əvvəlcə Zərərçəkmiş şəxs6 yumruq zərbəsi ilə sağ bazunun orta 1/3-nin ön səthinin qançırı kimi dərəcəsi təyin edilməyən 1 ədəd xəsarət yetirmiş, daha sonra əməllərini davam etdirib üzərində gəzdirdiyi istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib gəzdirdiyi sənaye üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını çıxarıb nümayiş etdirməklə özünü ətrafdakılara qarşı qoyub, özünün və təmsil olunduğu qrup üzvlərinin müstəsna şəxsiyyət olması, qarşı qrupdan əsaslı fərqlənməsi motivi ilə yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək, hərəkətlərinin davamı olaraq ümimi cinayətkar niyyətdən kənara çıxmaqla silah qismində istifadə olunan soyuq silah hesab edilən ov bıçağından istifadə edib Zərərçəkmiş şəxs5 zor tətbiq olunması ilə müşayiət edilən sağ bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi yüngül dərəcəli 1 ədəd bədən xəsarətləri yetrməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, daha sonra özünə yaxın məsafədə dayanmış qarşı qrupdan olan Zərərçəkmiş şəxs4 hücum edərək sonuncunu öldürmək məqsədilə, əlində olan bıçaqla güclü zərbə vurmaqla 6-10 sm dərinə nüfuz etmiş onun həyat üçün vacib orqanlarının yerləşdiyi köndələn çənbər bağırsaq müsariqəsinin yaralanması ilə qarının ön divarından daxilə keçən kəsilmiş-deşilmiş yarası kimi yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli 1 ədəd, daha sonra isə həmin soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs3 hücum edərək güclü zərbə vurmaqla 13-15 sm dərinə nüfuz etmiş onun həyat üçün vacib orqanlarının yerləşdiyi düz bağırsağın 1/3-nin kəsilmiş-deşilmiş yaralanması ilə sağ sağrı nahiyəsindən qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yarası kimi yetirildiyi anda həyat üçün təhlükəli olan ağır dərəcəli 1 ədəd bədən xəsarətləri yetirərək iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni onları qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, lakin qarşı tərəfdən olan Zərərçəkmiş şəxs7 16 kalibrli, “İJ- 18E” modelli, E 11875 №-li təklüləli tüfəngdən havaya iki dəfə atəş açması, yaxınlıqda yerləşən kənd camaatının artıq həmin əraziyə toplaşmaları, habelə xəsarət almış Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 hadisə yerindən uzaqlaşdırılaraq dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılması və orada onlara ixtisaslı tibbi yardım göstərilməsinə görə, o, iradəsindən asılı olmayan səbəblərdən qəsdən adam öldürməyə yönəlmiş əməlini başa çatdıra bilməyərək qeyriləri ilə bir qrup şəxs halında 10-15 dəqiqə müddət ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgə əmlakının zədələnməsi ilə, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmiş və iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs2 qeyriləri ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Belə ki, o, 11 avqust 2020-ci il tarixdə, saat 23 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və istintaqa şəxsiyyəti məlum olmayan qeyriləri ilə birlikdə yaşadığı Bərdə rayonunun Şorəlli kəndi ərazisində olarkən, Təqsirləndirilən şəxs4 Bərdə rayon sakini kimi tanıdığı Zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl, yəni 8 avqust 2020-ci il tarixdə heç bir əsaslı səbəb olmadan həmin rayonun Cəyirli kəndi ərazisində yerləşən “TAC” mehmanxanasının qarşısında sifət nahiyəsindən bir dəfə sillə ilə vurması ilə bağlı məsələni aydınlaşdırmaq məqsədilə 11 avqust 2020-ci il tarixdə sonuncuların telefon danışığından sonra, hər iki tərəf öz eqoizmlərini nümayiş etdirmək və bir tərəfin digər tərəfdən üstün olmasını sübut etmək məqsədilə Bərdə rayonunun Şorəlli kəndinin girəcəyində yerləşən "xxxx" MMC-nin 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasının qarşısına görüş təyin edib razılığa gələrək, bu barədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, həmçinin telefon vasitəsi ilə həmkəndlisi Təqsirləndirilən şəxs3 və müxtəlif üsullarla istintaqa şəxsiyyətləri məlum olmayan digər dost-tanışlarına xəbər göndərib qrup halında görüş təyin etdikləri məkana getməyi qərarlaşdırdıqdan sonra, özünə məxsus olmaqla idarə etdiyi “VAZ 21074” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə birlikdə özü və Təqsirləndirilən şəxs4 silah qismində istifadə olunan istintaqla dəqiq növü müəyyən edilməyən deşici-kəsici alət olan bıçaq və ya digər predmetlərlə, Təqsirləndirilən şəxs1 isə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib gəzdirdiyi sənaye üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə silahlanıb, qrup üzvlərindən Təqsirləndirilən şəxs3 isə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib daşıyaraq Bərdə rayonunun Şorəlli kəndində yerləşən özünə məxsus evdə saxladığı texniki cəhətdən saz və atəşə yararlı odlu silah hesab edilən 7,62 mm kalibrli, “AKM” modelli, AP-5064 №-li, SSRİ-də 1960-cı ildə istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı avtomatı, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən darağa yerləşdirilmiş, sonuncu avtomatlarda, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı 9 ədəd 7,62x39 mm kalibrli döyüş sursatını götürərək üzərində gəzdirməklə piyada 12.08.2020-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayonunun Şorəlli kəndinin girəcəyində yerləşən 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasının qarşısına gəlib orada, həmin məkana gəlmiş qarşı tərəfdən olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Şahid1, Zərərçəkmiş şəxs7 və istintaqa şəxsiyyətləri məlum olmayan qeyriləri ilə görüşmüş, hər iki tərəf dava edib öz güclərini nümayiş etdirmək, bununla da, bir qrupun digər qrupdan üstün olduğunu təsdiqləmək məqsədilə o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və digərləri ilə qrup halında qarşı tərəfdən olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyriləri ilə birlikdə 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasından təxminən 60-70 metr aralanaraq Şörəlli kəndinin mərkəzi istiqamətində hərəkət edib, ətrafda yerləşən digər şəxslərə məxsus yaşayış evlərindən təxminən 20-30 metr uzaqlıqda olan yol kənarına gəlib, gecə saatlarında ictimai yer hesab edilməklə ətrafdakı kənd sakinləri üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib aralarında olan az əhəmiyyətli narazılığı bəhanə edərək, mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozub özlərini qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ətrafda yaşayan kənd sakinlərinin gecə saatlarında dincliyini pozmaqla, habelə qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərlə, yəni qarşı tərəfdən olan şəxsləri döymək, cəzalandırmaq, fiziki ağrılar yetirmək kimi zor tətbiq etməklə hədələyib eqoizmini nümayiş etdirərək, əvvəlcə Təqsirləndirilən şəxs1 qarşı qrupdan olan Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və digərləri ilə sözlə mübahisə edib, qarşılıqlı olaraq bir-birlərinin ünvanına söyüşlər söymüş, ardınca Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs1 yumruqla vurub yerə yıxmasından sonra tərəflər arasında başlamış əlbəyaxa dalaşma zamanı qrupun üzvü Təqsirləndirilən şəxs3 qarşı tərəfdə qorxu hissi yaratmaq məqsədilə qanunsuz olaraq əldə edib daşıyaraq özünə məxsus evdə saxladığı odlu silah hesab edilən 7,62 mm kalibrli, “AKM” modelli, AP- 5064 №-li, SSRİ-də 1960-cı ildə istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı avtomatdan bir neçə dəfə havaya atəş açmış, qrupun üzvü Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında qarşı tərəfdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyrisini söyməklə, üzərində olan soyuq silah hesab edilən ov bıçağını nümayiş etdirib tətbiq etməklə yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək, Zərərçəkmiş şəxs6 yumruq zərbələri ilə sağ bazunun orta 1/3-nin ön səthinin qançırı kimi dərəcəsi təyin edilməyən, ümumi cinayətkar niyyətdən kənara çıxmaqla Zərərçəkmiş şəxs5 isə bıçaqla sağ bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetrib xuliqanlıq hərəkətləri törətmiş və eləcə də iki şəxsi - Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən onları həyatdan məhrum etməyə cəhd etmiş, Təqsirləndirilən şəxs4 qarşı tərəfdən olan və 08 avqust 2020-ci il tarixdə sillə vurmaqla cəzalandırdığı Zərərçəkmiş şəxs2 və sonuncunu müdafiə edənləri söyüş söyməklə əlində olan bıçaqla xəsarət yetirib cəzalandıracağı ilə hədələyib, ümumi cinayətkar niyyətdən kənara çıxan hərəkətlərə yol verib Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyət ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və ikinci şəxs Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmiş, özü isə ictimai yer hesab edilməklə ətrafdakı kənd sakinləri üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib qarşı tərəfdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və qeyrisini söyməklə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə üzərindəki silah qismində istifadə olunan istintaqla müəyyən edilməyən deşici-kəsici alət olan bıçaq və ya digər predmeti nümayiş etdirib cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgə yaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozub özlərini qeyrimüəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün həmin predmeti tətbiq edib yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək qeyriləri ilə bir qrup şəxs halında 10-15 dəqiqə müddət ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 qeyriləri ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib, saxlamaqla daşıyaraq gəzdirmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs3 11 avqust 2020-ci il tarixdə, saat 23 radələrində tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və istintaqa şəxsiyyəti məlum olmayan qeyriləri ilə birlikdə yaşadıqları Bərdə rayonunun Şorəlli kəndi ərazisində olarkən, Təqsirləndirilən şəxs4 Bərdə rayon sakini kimi tanıdığı Zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl, yəni 8 avqust 2020-ci il tarixdə heç bir əsaslı səbəb olmadan həmin rayonun Cəyirli kəndi ərazisində yerləşən “TAC” mehmanxanasının qarşısında sifət nahiyəsindən bir dəfə sillə ilə vurması ilə bağlı məsələni aydınlaşdırmaq məqsədilə 11 avqust 2020-ci il tarixdə sonuncuların mobil telefonla danışığından sonra, hər iki tərəf öz eqoizmlərini nümayiş etdirmək və bir tərəfin digər tərəfdən üstün olmasını sübut etmək məqsədilə Bərdə rayonunun Şorəlli kəndinin girəcəyində yerləşən "xxxx" MMC-nin 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasının qarşısına görüş təyin edib razılığa gələrək, bu barədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 telefon vasitəsi ilə ona və müxtəlif üsullarla istintaqa şəxsiyyətləri məlum olmayan digər dosttanışlarına xəbər göndərib qrup halında görüş təyin etdikləri məkana getməyi qərarlaşdırmış, daha sonra Təqsirləndirilən şəxs2 özünə məxsus olmaqla idarə etdiyi “VAZ 21074” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və qeyriləri ilə birlikdə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 silah qismində istifadə olunan istintaqla dəqiq növü müəyyən edilməyən deşicikəsici alət olan bıçaq və ya digər predmetlərlə, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib gəzdirdiyi sənaye üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı ilə silahlanıb, özü isə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib daşıyaraq Bərdə rayonunun Şorəlli kəndində yerləşən özünə məxsus evdə saxladığı texniki cəhətdən saz və atəşə yararlı odlu silah hesab edilən 7,62 mm kalibrli, “AKM” modelli, AP-5064 №-li, 1960-cı ildə SSRİ-də istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı avtomatı, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı “Kalaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən darağa yerləşdirilmiş, sonuncu avtomatlarda, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı 9 ədəd 7,62x39 mm kalibrli döyüş sursatını götürərək üzərində gəzdirməklə piyada 12.08.2020-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayonunun Şorəlli kəndinin girəcəyində yerləşən 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasının qarşısına gəlib orada, həmin məkana gəlmiş qarşı tərəfdən olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Şahid1, Zərərçəkmiş şəxs7 və istintaqa şəxsiyyətləri məlum olmayan qeyriləri ilə görüşmüş, hər iki tərəf dava edib öz güclərini nümayiş etdirmək, bununla da, bir qrupun digər qrupdan üstün olduğunu təsdiqləmək məqsədilə o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və digərləri ilə qrup halında qarşı tərəfdən olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyriləri ilə birlikdə 3 saylı Bərdə şəhər “Poçt” şöbəsinin inzibati binasından təxminən 60-70 metr aralanaraq Şorəlli kəndinin mərkəzi istiqamətində hərəkət edib, ətrafda yerləşən digər şəxslərə məxsus yaşayış evlərindən təxminən 20-30 metr uzaqlıqda olan yol kənarına gəlib, gecə saatlarında ictimai yer hesab edilməklə ətrafdakı kənd sakinləri üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib aralarında olan az əhəmiyyətli narazılığı bəhanə edərək, mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozub özlərinin qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün ətrafda yaşayan kənd sakinlərinin gecə saatlarında dincliyini pozmaqla, habelə qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərlə, yəni qarşı tərəfdən olan şəxsləri döymək, cəzalandırmaq, fiziki ağrılar yetirmək kimi zor tətbiq etməklə hədələyib eqoizmini nümayiş etdirərək, əvvəlcə Təqsirləndirilən şəxs1 qarşı qrupdan olan Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2 və digərləri ilə sözlə mübahisə edib, qarşılıqlı olaraq bir-birlərinin ünvanına söyüşlər söymüş, ardınca Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs1 yumruqla vurub yerə yıxmasından sonra tərəflər arasında başlamış əlbəyaxa dalaşma zamanı qrupun üzvü Təqsirləndirilən şəxs2 qarşı tərəfdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyrisini söyməklə, üzərindəki silah qismində istifadə olunan istintaqla müəyyən edilməyən deşici-kəsici alət olan bıçaq və ya digər predmeti nümayiş etdirib tətbiq etməklə yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək xuliqanlıq hərəkətləri törətmiş, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında qarşı tərəfdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və qeyrisini söyməklə, üzərində olan soyuq silah hesab edilən ov bıçağını nümayiş etdirib tətbiq etməklə yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək, Zərərçəkmiş şəxs6 yumruq zərbələri ilə sağ bazunun orta 1/3-nin ön səthinin qançırı kimi dərəcəsi təyin edilməyən, ümumi cinayətkar niyyətdən kənara çıxmaqla Zərərçəkmiş şəxs5 isə bıçaqla sağ bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetrib xuliqanlıq hərəkətləri törətmiş və eləcə də iki şəxsi - Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən onları həyatdan məhrum etməyə cəhd etmiş, Təqsirləndirilən şəxs4 qarşı tərəfdən olan və 08 avqust 2020-ci il tarixdə sillə vurmaqla cəzalandırdığı Zərərçəkmiş şəxs2 və sonuncunu müdafiə edənləri söyüş söyməklə əlində olan bıçaqla xəsarət yetirib cəzalandıracağı ilə hədələyib, ümumi cinayətkar niyyətdən kənara çıxan hərəkətlərə yol verib Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyət ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və ikinci şəxs Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmiş, özü isə ictimai yer hesab edilməklə ətrafdakı kənd sakinləri üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib qarşı tərəfdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və qeyrisini söyməklə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə üzərindəki silah qismində istifadə olunan qanunsuz olaraq əldə edib daşıyaraq özünə məxsus evdə saxladığı odlu silah hesab edilən 7,62 mm kalibrli, “AKM” modelli, AP-5064 №-li, 1960-cı ildə SSRİ-də istehsal olunmuş, “Kalaşnikov” konstruksiyalı avtomatı nümayiş etdirib cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozub özlərini qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün həmin avtomatdan havaya azı 6 dəfə atəş açıb yaşadığı kəndə gələnləri xəsarət yetirib cəzalandıracağı ilə hədələyərək qeyriləri ilə bir qrup şəxs halında 10-15 dəqiqə müddət ərzində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib, saxlamaqla daşıyaraq gəzdirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 2020-ci ilin təxminən iyul ayının istintaqla müəyyən edilməyən günündə, Bərdə rayonunda istintaqla müəyyən edilməyən yerdə, eləcə də istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – ümumi təmiz çəkisi 10,997 qram olan kustar üsulla hazırlanmış külli müqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Sumqayıt şəhəri, 9-cu mikrorayon, "xxxx" MTK, blok 5 ünvanının yaxınlığına istintaqla müəyyən edilməyən şəraitdə daşımış, onun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən 9 sentyabr 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, həmin tarixdə saat 20:00-da qeyd olunan ünvanda saxlanılmaqla Baş idarəyə dəvət edilmiş və orada saat 21:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf polietilen bükümdə təqdim etdiyi təmiz çəkisi 10,997 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Zamanov Rəşad Mübariz oğlu ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilir. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 xalası oğludur, Təqsirləndirilən şəxs2la qohumluq münasibətləri var. Digər Təqsirləndirilən şəxs3 isə həmkəndli kimi tanıyır. Münasibətləri həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs2 hadisədən 6-7 ay əvvəl Təqsirləndirilən şəxs2 dostu kimi, Zərərçəkmiş şəxs6 Bərdə şəhər sakini kimi tanımışdır. Hadisədən bir-iki ay əvvəl Rauf öz mobil telefonunu səhv etmirsə Samir adlı tanışına vermişdir. O da həmin telefonu girov qoyaraq borca pul götürmüşdür. Sonra Raufun telefonu qaytarılmadığından Rauf bununla əlaqədar Şirxandan kömək istəmişdir. Şirxan da Samirlə buna görə mübahisə etmişdir. Samirlə Şirxanın münasibətləri Raufa görə pozulmuşdur. Bundan sonra Rauf yenidən Samirlə dostluq etməyə başladığından Şirxan buna görə Raufa iradını bildirmiş və onların münasibətləri korlanmışdır. Rauf ona Şirxanın hərəkətlərinin yanlış olması barədə danışmağa başlayanda o da buna görə Raufa öz iradını bildirmişdir. Bu söhbətlərdə onun Raufla münasibətləri korlanmışdır. 08 avqust 2020-ci il tarixdə Bərdə rayonunun Cəyirli kəndi ərazisində, “TAC” otelinin qarşısında görüşmüşlər. O, Raufla telefonla danışan zaman Rauf onu söydüyündən Raufla görüşərkən o, Raufa sifət nahiyəsindən bir dəfə sillə ilə vurmuş və söyüş söyməməsini demişdir. Bu vaxt Rauf ona bunun belə qalmayacağını deyərək çıxıb getmişdir. Bundan sonra o, dostu Hikmətlə birlikdə Bakı şəhərinə gəlmişdir. Həmin vaxt Rauf ona zəng edərək görüşmək istədiyini demişdir. O, vacib bir işi ilə bağlı Bakı şəhərinə getdiyini Raufa bildirmişdir. Rauf görüşə gəlməyənin ana bacısının ünvanına söyüş söymüşdür. O, Raufa yenə də söyüş söyməməsini bildirmişdir. 11 avqust 2020-ci il tarixədək Bakı şəhərində qalmışdır. O, Bakı şəhərində qaldığı müddətdə Cavidanla görüşmüş və 11 avqust 2020-ci il tarixdə saat 18 radələrində Cavidanla birlikdə taksi ilə Bərdə rayonuna qayıtmışlar. Sonra o, rayonun Şorəlli kəndində dostları Mehman və Ruslanla görüşmüşdür. Onlarla bir az söhbət etdikdən sonra ayrılmışlar. O, Şorəlli kəndində olarkən təxminən saat 22-23 radələrində Rauf zəng edib harada olmağını soruşmuş və Bərdə rayonunun Şorəlli kəndində poçtun yanında görüşməyi danışmışlar. Yolda Cavidanla gedərkən Cavidanın maşınının benzini qurtardığından o, Şirxana zəng edib Cavidanla onu Şorəlli kəndindəki poçtun qarşısına aparmağını xahiş etmişdir. Şirxan Cavidanın maşınının yanına gəlmiş və özünə məxsus maşınla onu və Cavidanı poçtun qarşısına gətirmişdir. Poçtun yanına çatanda qarşı tərəfdən 4-5 maşın və 20-25 nəfər şəxsin orada olmasını görmüşdür. O, qarşı tərəfdən söhbətə gələn şəxslərin barışıq niyyəti ilə gəlmədiklərini başa düşmüşdür. O, Cavidanla maşından düşmüş və birlikdə onların olduğu yerə yaxınlaşmışlar. Cavidan onlardan biri ilə söhbət edərək qabaqda getmişdir. O, təxminən bir metr arxada getməyə başlamışdır. Onun yanında və ətrafında çoxlu sayda şəxslər var imiş. Bu zaman kimsə Cavidanın bacısının ünvanına söyüş işlətmişdir. Cavidan isə bunun cavabında söyüş söymüşdür. Bu zaman kimsə Cavidanın sifətindən zərbə vurmuşdur. Cavidan yerə yıxılmışdır. Onlar Cavidanla tək, qarşı tərəf isə çox imişlər. Dava başlamış və qarşı tərəfdən gələn şəxslər tərəfindən küt alətlə və əl-ayaq zərbələri ilə vurulduğunu başa düşmüş, onlar da onlara müqavimət göstərməyə çalışırmışlar. Mərhum Zərərçəkmiş şəxs1 o, hadisəyə qədər tanımamışdır. Mansuru o, bıçaqla vurmamış, Mansuru kimin vurmasını bilmir. Dava zamanı atəş səsi eşitmişlər və orada olan şəxslər qaçmağa başlamışlar. O da Cavidanla birlikdə qəbiristanlıq istiqamətində qaçmağa başlamışlar. Qəbiristanlıqdan məhəlləyə tərəf dönəndə sağ ayağından qan axmasını görmüşdür. Bu vaxt Mehmanın qəbirisitanlığın içərisindən gəldiyini görmüşdür. O, sol qolunda və sifət nahiyəsində də ağrılar hiss etmişdir. Orada olarkən qan itirəcəyini görüb maykasını çıxardaraq ayağını sarımışdır. Sonra isə Mehman və Cavidanla birlikdə Ruslangilin həyətinə gəlmişlər. Bundan sonra, o, Cavidanla birlikdə Bakı şəhəri “Şamaxinka” deyilən ərazidə yaşayan qohumu Eminin evinə gəlmişdir. Eminin evində olarkən internet vasitəsi ilə xəbərlərdən baş vermiş mübahisə zamanı Mansurun aldığı xəsarətdən öldüyünü öyrənmişdir. Bundan sonra Xırdalan şəhərində, Abşeron Gənclər şəhərciyində olan kimə məxsus olmasını bilmədiyi evdə qalmışlar. Sonra polis əməkdaşları onları həmin evdə saxlayaraq Bərdə rayon polis şöbəsinə gətirmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, 08 avqust 2020-ci il tarixdə Mehman və Hikmət onun yanında olmamışlar. İstintaq zamanı onların onun yanında olmaları göstərilsə də, onlar onun yanında olmamışlar. O, ancaq özünü müdafiə etmişdir. X28 bıçaqla vurmamışdır. Hadisə yerində Mansur ölməmiş, sonradan onun ölməsini eşitmişdir. Digər tərəfdən gələn şəxslərin əllərində bıçaq olmasını görmüşdür. Hava qaranlıq olduğundan həmin şəxslərin üzünü görə bilməmişdir. O, 3 yerdən xəsarət almışdır. O, Cavidanla dava etmək məqsədi ilə getməmişdir. Lakin oraya çatanda onların 20-25 nəfər olduqlarını görəndə onların dava etmək məqsədi ilə gəldiklərini başa düşmüşlər. Qarşı tərəfdən gələnlərin əllərində bıçaq tüfəng var imiş. Cavidanın maşınının benzini qurtardığından Şirxana zəng etmişdir ki, gəlib onları aparsın. Şirxan sadəcə onları avtomobili ilə oraya aparmışdır. Şirxanın davada heç bir iştirakı olmamışdır. Dava zamanı da o, orada Şirxanı görməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 4-cü cild 156-161-ci, 5-ci cild 136-142-ci, 7-ci cild 140-142-ci və 13-cü cild 155-158-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs4 aşağıdakıları göstərmişdir: … «... Həmin vaxt mənim üstümdə qara qulplu, ağ tiyəli, ümumi uzunluğu 20-25 sm olan bıçaq var idi və mən bıçağı şalvarımın kəmərinə sağ arxa tərəfə qoymuşdum. Mən qarşı tərəfin çox oluğunu görüb özümə məxsus ***-***-**-** nömrəli mobil telefonumdan Mehmanın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edib mənimlə söhbətəgələn Rauf və ətrafında çoxlu sayda adam olduğunu deyib onu və Ruslanı köməyə çağırdım. ....Mən belimdə olan bıçağı çıxardıb Mənsurun istiqamətində zərbə atdım. Bu zaman bıçağın Mənsurun döş qəfəsinin sol ön səthində girməsini hiss etdim. ...Mən zərbədən yayınmaq üçün geri çəkilib, yenidən irəli gedib sağ əlimdə olan eyni bıçaqla Raufun qarnının sol tərəfindən zərbə vurdum. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir. İfadəni oxumadan imza etmişdir. Hazırda verdiyi ifadəsini təsdiq edir. O, bıçaqla heç kəsi vurmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 29, 120.2.2, 29, 120.2.7-ci maddələri ilə təqsirli bilmir, yalnız CM-nin 221.3 və 228.4-cü maddələri ilə elan olunmuş ittihamla təqsirli bilir. Təqsirləndirilən şəxs4 onun qohumudur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 uşaqlıq illərindən tanıyır. Zərərçəkmiş şəxs2 o, tanımamışdır. Zərərçəkmiş şəxs6 isə təxminən iki il olar ki, Bərdə şəhər sakini kimi tanımışdır. 08 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs4 Bakı şəhərinə gəlmiş, oradan da axşam saatlarında Rəşad Xırdalan şəhərinə onun evinə gəlmiş və onun evində qalmışdır. Həmin vaxt Rəşad tək olmuşdur. 11 avqust 2020-ci il tarixdə Rəşad Bərdə rayonuna qayıdarkən o da bir il imiş ki, rayona gəlmədiyindən Rəşadla birlikdə kəndə getmək qərarına gəlmiş və 11 avqust 2020-ci il tarixdə saat təxminən 14 radələrində o, Rəşadla Xırdalan şəhərindən yol maşını ilə Bərdə rayonuna yola düşmüşlər. Saat təxminən 18 radələrində Bərdə rayonuna çatmışlar. Bundan sonra Rəşad Şorəlli kəndinə öz evlərinə, o, isə öz evlərinə tərəf getmişdir. Bundan təxminən iki saat sonra Rəşad gələrək onu bayıra çağırmışdır. Bu vaxt Rəşadın telefonuna zəng gəlmişdir. Rəşadın telefonla danışa-danışa getdiyini görmüşdür. Rəşad kiminləsə əsəbi danışmışdır. O da Rəşadın arxasınca getməyə başlamışdır. X29 kəndində olan poçtun yaxınlığında görüşməyə getməsini bilmiş və o da Rəşadla getmişdir. Yolda onun avtomobilinn benzini qurtardığından Şirxan gəlib öz avtomobili ilə onları Şorəlli kəndində olan poçtun yaxınlığına aparmışdır. Saat təxminən 24 radələri imiş. Şorəlli kəndində olan poçtun yaxınlığına çatanda bir neçə nəfərin gəldiyini görmüşdür. Onlar təxminən 20-25 nəfər imiş. Orada olanlardan kimsə ona söyüş söymüşdür. O, ona söyüş söyməməsini demişdir. Rəşadla onu təkləyib vurmağa başlamışlar. Həmin vaxt o, qarşı tərəfdən gələn şəxslərin əksəriyyətinin əlində bıçaq olduğunu və onlara doğru bıçaq zərbələri atdıqlarını görmüşdür. Ona görə o da şalvarının cibində olan bıçağı çıxarıb tiyəsini tez açaraq ona bıçaq atan şəxslərə tərəf bıçağı fırlatmağa başlamışdır ki, onu vurmasınlar. O, bıçaq zərbələrinin hər hansı bir şəxsə dəyib-dəyməməsini hiss etməmişdir. Həmin vaxt çox qaranlıq olduğundan tam dəqiqliyi ilə nəyisə görmək mümkün deyilmiş. Qəfildən o, arxa tərəfdən kürəyinin sağ aşağı hissəsindən bıçaqla vurulduğunu hiss etmiş, lakin vuranın kim olmasını görməmişdir. Bundan sonra orada olan digər şəxslər maşınlarına doğru qaçmağa başlamışlar. O, Rəşadla məktəbin arxasına keçmiş və qəbiristanlığın qarşısında Şorəlli kəndindən olan Mehmanla görüşərək birlikdə Şorəlli kəndində yaşayan Ruslangilin evinə gəlmişlər. Sonra onlar Rəşadın Bakı şəhərində “Şamaxinka” deyilən ərazidə qalan qohumu Emin adlı şəxsin evinə gəlmişlər. Bundan sonra isə Nicatın dostunun vasitəsi ilə Abşeron Gənclər şəhərciyindəki kimə məxsus olmasını bilmədiyi evdə qalmışlar, sonra onları polis əməkdaşları həbs etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onda bıçaq olmuş, o, bıçaqla özünü qorumağa çalışmış, lakin onda olan bıçaq heç kəsə dəyməmişdir. Onun Rəşadla Bakıdan kəndə gəlməyini kimlərin görməsini bilmir. Yəqin ki, onların kəndə gəlməyini görənlər olmuşdur. O, Rəşadın telefonda kiminləsə əsəbi danışdığını görüb onun arxasınca getməyə başlamışdır. Hadisə yerində onlar tərəfdən o, və Rəşad olmuşlar. O, 5-6 ildir ki, Bakı şəhərində yaşayır. Bakıdan kəndə gələndə Rəşad ona Raufla aralarında olan narazılıq barədə heç nə danışmamışdır. Hadisə yerində o, Təqsirləndirilən şəxs3 görməmişdir. Hadisə yerində o, Şirxanı görməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 4-cü cild 181-185 və 5-ci cild 91-96-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «... Həmin vaxt mən gördüm ki, qarşı tərəfdən gələn şəxslərin əksəriyyətinin əlində bıçaq var və bizə bıçaq zərbələri atırlar. Bu zaman mən də şalvarımın sağ qabaq cibində olan dəstəyi və tiyəsi gümüşü rəngli olan qatlanan bıçağımı çıxarıb tiyəsini tez açaraq mənə bıçaq atan şəxslərə bıçaq zərbələri atmağa başladım. Lakin, düşünürəm ki, mənim atdığım bıçaq zərbələri də kiməsə dəymişdir... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki,elan olunmuş ifadələrdə olan imza onundur. İfadələrini qismən təsdiq edir. İfadələrini oxumadan imza etmişdir. O, hazırda verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 221.2.1, 228.1-ci maddələri ilə təqsirli bilir. CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda isə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs4 Şorəlli kənd sakini kimi tayıyır. Münasibətləri yaxşı olmuşdur. Cavidanı Cəyirli kənd sakini kimi taımış, Cavidanla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 ümumiyyətlə tanımamışdır. O, hadisə zamanı evdən çıxıb piyada kənddəki su artezianının qarşısına çatanda təxminən 100 metrlik məsafədən bir neçə avtomobil işıqlarının yandığını və orada bir neçə şəxsin qarşılıqlı şəkildə mübahisə etmələrini görmüşdür. Həmçinin həmin vaxt odlu silahdan açılan atəş səsləri də eşitmişdir. O, həmin mübahisəni sakitləşdirmək məqsədilə evinə qayıdaraq evində gizlətdiyi özünə məxsus «Kalaşnikov» markalı avtomat silahı, silahın sandıqçasında olan təxminən 5-6 ədəd gülləni götürüb mübahisə olan istiqamətə qaçaraq orada olan şəxsləri söyərək havaya bir neçə dəfə atəş açmışdır. Orada olan mübahisə edən şəxslər avtomobillərə minib oradan uzaqlaşmağa başlamışlar. O, həmin avtomobillərin arxası ilə söyüş söyüb kəndə gəlmələri ilə bağlı iradını bildirmişdir. Hadisədə o, olmamışdır. Həmin şəxslərin kimlər olmasını və nəyə görə dava dalaş etmələrini də bilməmişdir. Eləcə də onda narkotik vasitə olmamış və o, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. İstintaq orqanı tərəfindən əsassız olaraq ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, axtarışda olan zaman, onu polis əməkdaşları tutmuşlar və güya ki, onda narkotik vasitə olması barədə protokol tərtib etmişlər. O, saxlanılarkən onda narkotik vasitə olmamışdır. Dava edənlərin nə məsələ ilə bağlı dava etmələrini bilməmişdir. Hadisə barədə sonradan məlumatı olmuşdur. O, heç kimə narkotik vasitə satmamışdır. O, İmdad adlı şəxs tanımamış və ondan narkotik vasitə almamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 7-ci cild 235-238-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: … «... mən təxminən 3 ay olar ki, narkotik vasitənin heroin növündən istifadə edirəm. .... üzərimdə şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitəni mən təxminən 2 ay bundan əvvəl Bərdə şəhər sakini, yaxşı münasibətlərim olduğu tanışım X1 almışdım. ...Təxminən 2 ay bundan əvvəl istifadə etməyim məqsədi ilə o mənə bir ədəd bükümdə narkotik vasitə olan heroin vermişdir. Məndə 2 ay müddətində həmin narkotik vasitə heroinin bir hissəsini 2 dəfə istifadə etmişdim. Qalan hissəsini isə şəffaf bükümün içərisində üzərimdə saxlayırdım. ...məndə əynimdə olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 bükümdə içərisində narkotik vasitə heroin olan şəffaf bükümü çıxararaq stolun üstünə qoydum. ...Sonra həmin 1 ədəd içində narkotik vasitə heroin olan büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildi və çəkisi 12 qram oldu. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ona təqdim olumuş imza onun imzasıdır. İfadəni oxumadan imza etmişdir. Hazırda məhkəmədə verdiyi ifadəni təsdiq edir. Elan olunmuş cinayət işinin 7-ci cild 191-193-cü vərəqələrində olan «Şəxsi axtarış və götürmə aparılması» barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, lakin protokolu oxumadan imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 həmkənldi kimi tanıyır. Həm də onlarla qohumluq əlaqələri də var. Zərərçəkmiş şəxs2 təxminən 3-4 il olar ki, tanıyır. Raufla aralarında dostluq münasibətləri olmuşdur. Təxminən hadisədən 1-2 ay əvvəl Rauf onunla bir yerdə olarkən səbəbini demədiyi bir məsələ ilə bağlı onun tanımadığı Samir adlı şəxsdən 200 manat borca pul götürdüyünü, girov kimi öz mobil telefonunu Samir adlı şəxsə verdiyini, telefonunun içərisində şəxsi şəkillərinin olduğunu, həmin şəkilləri silmək üçün telefonunu Samir adlı şəxsdən ala bilmədiyini ona demişdir. O, nəyə görə içərisində şəxsi şəkilləri olan mobil telefonunu Samirə verməsinin səbəbini Raufdan soruşanda, Rauf ona telefonunun kodla açıldığını, pulunun olmadığı üçün mobil telefonunu satmağa da razı olduğunu, lakin satılacağı halda şəkillərin də telefonda qalacağını, şəkillərin silinməsinin vacib olduğunu bildirmişdir. Bundan sonra o, Raufla birlikdə Bərdə rayonunun Alaçadırlı kəndinə gedərək Samirlə görüşmüş və Raufa məxsus mobil telefonu içərisində olan şəkilləri silməsini Samirə demişlər. Bu zaman Samir Raufa məxsus “İphone” markalı mobil telefonu adını onlara demədiyi sələmçi bir şəxsə verdiyini, bu səbəbdən də telefonu qaytara bilməyəcəyini demişdir. O, həmin mobil telefonun içərisində Raufun ailə şəkillərinin olduğunu, bu səbəbdən də Raufa məxsus telefonun başqa şəxsə verilməsinin düzgün hərəkət olmamasını demişdir. Samir Raufun borclu olduğu 200 manat pulu qaytaracağı halda mobil telefonunu özünə verəcəyini demişdir. Bu hərəkətinə görə o, Raufdan incimişdir. 11 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs4 ona zəng edərək rayonun Güloğullular kəndinə gedən yolda Cavidana məxsus “Priora” markalı avtomobilin akumlyatorunun öldüyünü, bu səbəbdən də maşının mühərrikini işə sala bilmədiklərini demiş və ondan avtomobili ilə həmin yerə gəlməyini xahiş etmişdir. O, həmin vaxt özünə məxsus avtomobillə Rəşadgilin yanına gəlmişdir. Cavidanın avtomobilinin mühərrikini işə salmağa çalışsa da bunun üçün lazım olan elektrik ötürücüsünü tapa bilməmişdir. Cavidan avtomobilini orada saxlayaraq qapılarını bağlamışdır. O, Rəşadı və Cavidanı özünə məxsus avtomobillə Bərdə rayonunun Şorəlli kəndinə gətirərək daş yolun üzərində düşürtmüşdür. Cavidanla Rəşadı düşürdüyü yerlə poçt arasında təxminən 30 metr məsafə var imiş. Özü isə poçtun qarşısı ilə şəhərin mərkəzi istiqamətində hərəkətini davam etdirmişdir. O, uzaqdan poçtun qarşısında 4-5 maşının dayandığını, eləcə də 10-15 nəfər şəxsin orada yığıldığını görmüşdür. Lakin küçə qaranlıq olduğundan həmin şəxslərin kim olmalarını görə bilməmişdir. O, poçtun qarşısına çatanda orada dayanmış tanımadığı şəxslərdən bir nəfər əlində dəyənəklə onun maşınına doğru gəlməyə başlamışdır. O, poçtun qarşısından keçərkən həmin şəxs əlində olan dəyənəklə ona məxsus avtomobilin qabaq alın şüşəsindən möhkəm zərbə vurmuşdur. O, zərbəyə əhəmiyyət verməyib orada dayanmadan rayonun Bahadur Hacıyev küçəsinə doğru getmişdir. Zərbə nəticəsində avtomobilinin qabaq alın şüşəsi tamamilə yararsız hala düşmüşdür. O, yaşadığı Alaçadırlı kəndinə evlərinin yaxınlığına gələrək qardaşı Şirzada zəng etmiş və avtomobili yol kənarında saxladığını və gəlib avtomobili aparmasını tapşırmışdır. Bundan sonra taksiyə əyləşib Bahadur Hacıyev küçəsində yaşayan tanışı Ləmangilə gəlmişdir. 5-6 saat sonra qardaşı Şirzad ona zəng edərək polislərin evə gəlib onu axtardıqlarını demişdir. Bundan sonra o, Bərdə rayonunun Muğanlı kəndinə, oradan isə bir tanımadığı avtomobillə Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərində Xırdalan Gənclər şəhərciyində yaşayan dostu Zaurun evinə gəlib orada qalmışdır. O, Zaurgildə bir gün qaldıqdan sonra avtovağzaldan taksi ilə Ağdam rayonunun Baharlı qəsəbəsinə, atasının qohumu olan Qəndili İmanovanın evinə gəlmişdir. 16 avqust 2020-ci il tarixdə axşam saatlarında polis əməkdaşları gələrək onu Bərdə rayon Polis şöbəsinə gətirmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Rəşadla Cavidanın nə məqsədlə oraya getmələrini o, bilməmişdir. Onun avtomobilinin şüşəsini sındıran şəxsi tanımamışdır. O, deyə bilməz nə üçün onun avtomobilinin şüşəsini sındırmışlar. O, davanı görməmişdir. Onu Rəşad çağırdığı üçün avtomobili ilə gedib onları Şorəlli kəndinə aparmışdır. Rəşadın və Cavidanın kimlərləsə dava etmək üçün getmələrini bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamışdır. Onlarla onun heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxslər onun dostlarıdır, onlarla onun münasibəti yaxşıdır. 11 avqust 2020-ci il tarixdə saat 19 radələrindən yaşadığı ünvan 3 ünvanında yerləşən atası ilə birgə yaşadığı evdə olmuşdur. Gecə saat 02 radələrində o, qonşusu Asifgilə qonaq getmişdir ki, dostu Ruslanla çay içsin. Bu zaman polis əməkdaşları Asifin yaşadığı evə gəlib onu Ruslanla birlikdə polis şöbəsinə gətirmişlər. O, polis şöbəsində Mənsurun rəhmətə getməsini öyrənmişdir. 11 avqust 2020-ci il tarixdən 12 avqust 2020-ci il tarixə keçən gecə Bərdə rayonu, Şorəlli kəndində baş vermiş hadisə barədə onun heç bir məlumatı yoxdur və həmin hadisədə o, iştirak etməmiş və onun təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. O, prokurorluğa ifadə verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır. 11 avqust 2020-ci il tarixdə gecə o, fermaya getməli imiş. Özünə məxsus avtomobil xarab olduğundan Şahid1 onu Şorəlliyə aparmağını xahiş etmişdir. Fermaya getdiyi üçün təklüləli tüfəngini Qoşqarın avtomobilinin yük yerinə qoymuşdur. Artıq 12 avqust 2020-ci il tarixdə saat 00:20 radələrində Bərdə rayonunun Şorəlli kəndində olarkən tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və bir neçə şəxsin qarşı tərəfdən gələn şəxslərlə kəndin içərisinə doğru getdiklərini görmüşdür. O, isə Şahid1 ilə birlikdə Qoşqarın maşınının yanında dayanmışdır. Həmin vaxt Raufu görmüşdür. Onunla Raufun arasındakı məsafə təxminən 50 metr olmuşdur. Bu zaman avtomobil hərəkət yolunun sağ və sol tərəflərindən də bir neçə nəfər şəxs Raufgilə yaxınlaşmışlar. Bu vaxt onların arasında dava düşmüşdür. Həmin kütlənin arasından kiminsə vurdular, vurdular deyə qışqırıq səsini eşitmişdir. O, bu səhnəni görən kimi tez geri qayıtmış və tüfəngini götürərək, elə Qoşqarın avtomobilinin arxa tərəfindən havaya bir dəfə atəş açmışdır. O, ikinci atəşi də açmaq üçün patronu silaha taxmaq istəyərkən kütlədə olan şəxslərin qaçaraq dağılışdığını görmüş və bu səbəbdən də ikinci atəşi açmamışdır. O, Nicatın qarın nahiyəsindən yaralı vəziyyətdə avtomobilin arxa oturacağında oturduğunu, yanında isə İbrahimin olduğunu görmüşdür. Nicat bıçaqla qarın nahiyəsindən vurulduğunu demiş, lakin kimin tərəfindən vurulduğunu deməmişdir. İbrahim də bel nahiyəsindən bıçaqla vurulduğunu, lakin vuranın kim olmasını bilmədiyini demişdir. Qoşqar avtomobili hərəkətə gətirəndə arxadan, ard-arda bir neçə dəfə atəş səsləri eşitmişdir. Atəş açan şəxsin kim olmasını bilməmişdir. Qoşqar maşını surətlə idarə edərək Nicat və İbrahimi xəstəxanaya çatdırmağa çalışmışdır. O, Asifin evinin qarşısında Qoşqarın maşınından düşmüşdür. Sonradan ona məlum olmuşdur ki, mübahisə zamanı xəsarət almış Mansur ölmüş, Nicatla İbrahimdən başqa Rauf da xəsarət almış və xəstəxanada müalicə olunmuşlar. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs7 bildirmişdir ki, əvvəlcədən dava olacağından məlumatı olmamışdır. O, hadisə yerinə dava etmək üçün getməmiş, fermaya getmək istəmiş və orada çoxlu adamların yığışdığını görmüşdür. Hadisə yerində çox adam var imiş. Qaranlıq olduğundan onların hamısını tanıya bilməmişdir. Təqsirləndirilən şəxslərdən hadisə vaxtı orada kimlərin olmasını o, bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 taımışdır. Hadisədən bir müddət əvvvəl Təqsirləndirilən şəxs4la aralarında söz-söhbət olmuşdur. 11 avqust 2020-ci il tarixdə də aralarında olan sözsöhbəti aydınlaşdırmaq üçün Şorəlli kəndinə getmişlər. Həmin vaxt o, içkili olmuşdur. Onunla zərərçəkmiş şəxslərdən bir neçəsi, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 mərhum Zərərçəkmiş şəxs1 da orada olmuşlar. Qarşı tərəfdən isə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisə yerində görmüşdür. Onlar Mansurun avtomobili ilə gəlmişlər. Hadisə yerinə çatanda aralarında dava-dalaş olmuşdur. Onlar dava-dalaş zamanı xəsarətlər almışlar. Lakin onlara kimlərin xəsarət yetirmələrini bilməmişdir. O, özü içkili olduğundan hadisəni tam xatırlamamışdır. Həmçinin qarşı tərəfdən xəsarət alanlara kimin xəsarət yetirməsini bilməmişdir. Davadan sonra onlar avtomobillə Asifin evinə qayıtmışlar. Hadisə zamanı o, xəsaərt almış, lakin ona xəsarət yetirən şəxsin kim olmasını bilməmişdir. Həmçinin, hadisə zamanı Mansur, Adıgözəl, İbrahim və Nicat da xasarət almışlar. Mansur xəstəxanaya çatdırılsa da, xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hadisə zamanı o, içkili olduğundan hadisəni tam xatırlamamışdır. Rəşadlə hadisədən əvvəl aralarında olan söz-söhbətə aydınlıq gətirmək üçün hadisə yerinə getmişlər. Təqsirləndirilən şəxs ona sillə ilə vurmuşdur. Bu səbəbdən də aralarında narazılıq yaranmışdır. Təqsirləndirilən şəxs4 ona xəsarət yetirməsini görməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 kimin xəsarət yetirməsini bilmir. Onda bıçaq olmuşdur. Başqa kimdə bıçaq olub bilmir. Mansurun ölməsindən sonra məlumatı olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 330-cu maddəsinə əsasən Zərərçəkmiş şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş, ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 13-cü cild 12-14-cü vərəqələrində olan ifadəsində Zərərçəkmiş şəxs2 aşağıdakıları göstərmişdir: … «...Bu zaman ani olaraq Rəşad əlində arxada saxladığı bıçaqla qarın nahiyəmdən bir dəfə mənə zərbə vurub bıçağı geri çəkdi. Ani olaraq mən Cavidanın Nicatı da bıçaqla vurduğunu gördüm. Eyni vaxtda ətrafdan da Rəşadgil tərəfdən başqa uşaqlar da ora gəldi və mən arxadan bir dəfə atəş səsi eşitdim. Rəşadgil tərəfdən ətrafdan gələn uşaqların arasında mən Şirxanı da gördüm. ...Biz hərəkət etməyə başlayan zaman mən eşidirdim ki, ard-arda 4-5 dəfə də atəş səsləri gəlir və mən gördüm ki, Xəyyam əlində avtomatla havaya atəş açır.... » Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, elan olunmuş ifadəsini oxumadan imza etmişdir. O, hadisə vaxtı içkili olmuş və hadisəni tam dəqiqliyi ilə xatırlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri o, tanımamışdır. 11 avqust 2020-ci il tarixdə saat təxminən 19 radələrində o, Asif Mirzəyevə məxsus fərdi yaşayış evinə gəlmiş və o, oraya gələndə tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6da orada olmuşlar. Bir müddət sonra Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, qardaşı Zərərçəkmiş şəxs3 və Şahid1 da oraya gəlmişlər. Hər biri Asifin evinə gələrkən hərə özü ilə bir qədər ərzaq məhsulları da gətirmişlər ki, orada yeyib içsinlər. Asifgilə yığışan ərəfələrdə Şahid1 işlərinin olması ilə bağlı çıxıb getmişdir. Onlar orada yeyib içdikdən sonra saat təxminən 21 radələrində Şahid1 də yenidən qayıdıb gəlmiş, lakin Qoşqar spirtli içki qəbul etməmişdir. Həmçinin həmin vaxt qardaşı Adıgözəl də spirtli içki qəbul etməmişdir. Təxminən saat 23 radələrində o, yaxınlıqda olan marketdən özünə siqaret almaq məqsədilə Asifin həyətyanı sahəsindən çıxmış və geri qayıtdıqda Asifin evində olan şəxslərin maşınlara oturduqlarını görmüşdür. Həmin vaxt Rauf özünə məxsus avtomobilin sükanı arxasında oturmuşdur. O, Qoşqara məxsus avtomobildə oturmuşdur. İçkili olduğundan kimlərin hansı avtomobilə əyləşmələrini bilməmişdir. Həmin vaxt Asif onlarla getməmişdir. O, maşına oturan kimi ümumi olaraq hamıdan hara getmələrini soruşmuş, lakin heç kim ona hara getdiklərini deməmişdir. O, maşına oturan kimi yuxulamış və oyananda artıq rayonun Şorəlli kəndinə çatdıqlarını görüb maşından düşmüşdür. Orada ona məlum olmuşdur ki, qardaşı X24 məxsus avtomobillə ora gəlmişlər. Elə bu zaman kəndin içəri tərəfindən bir avtomobil onlara doğru gələrək təxminən 30-40 metr aralıda dayanmış və avtomobildən üç nəfər şəxs düşərək onlara tərəf gəlməyə başlamışlar. Onlar həmin şəxslərə tərəf getməyə başlamışlar. Həmin vaxt irəlidə Mansur, sonra Rauf həmin şəxslərə doğru getmişlər. Onlar da onlardan arxada hərəkət etmişlər. İlk öncə Mansur və Rauf həmin şəxslərə çatmışdır. Bu zaman qarşı tərəfdən gələn avtomobilin sükanı arxasından düşən şəxs Raufla Mansurun yanında olan, qaranlıq olduğundan dəqiq görə bilmədiyi şəxsə yaxınlaşaraq bildirmişdir ki, özləri kənarda söhbət etsinlər, uşaqlar kənarda gözləsinlər. Bundan sonra həmin üç nəfər şəxs, Mansur və Raufla birlikdə yenidən kəndin içərisinə doğru, məktəbin hasarının qurtaracağına tərəf gedib onlardan təxminən 40-50 metr aralanmışlar. O, Adıgözəl, Nicat, Qoşqar və Ruslanla birlikdə kənarda dayanmışlar. Həmin vaxt o, Raufgilin nə söhbət etdiklərini eşitməmişdir. Təxminən üç-beş dəqiqə sonra həmin üç nəfər şəxslə Rauf, Mansur və üzünü görmədiyi şəxs arasında qışqırıq səsləri eşidilmiş və onların arasında dava başlamışdır. Lakin uzaqdan konkret olaraq kimin kimi vurmasını görmək mümkün deyilmiş. O, bu səhnəni görən kimi dərhal onlara tərəf qaçmaq istəyərkən arxa tərəfdən bir dəfə atəş səsi eşitmişdir. Arxaya çönərkən Ruslanın əlində tək lüləli tüfəngin lüləsini göyə qaldırıb saxladığını görmüş və Ruslanın mübahisəni sakitləşdirmək məqsədilə havaya atəş açdığını başa düşmüşdür. Elə bu zaman o, arxa sağ tərəfdən böyrək nahiyəsindən ona zərbə vurulduğunu hiss etmişdir. Arxaya baxdıqda hər hansı bir şəxsin olmadığını görmüşdür. Yenidən qabağa çöndükdə onu vuran şəxsin kəndin içinə doğru qaçdığını, sağ və sol tərəflərdən də başqa-başqa şəxslərin çıxdığını görmüşdür. O, əlini kürək nahiyəsinə vurmuş və əlinə baxdıqda əlinin qan olduğunu görmüş və bıçaqla vurulduğunu başa düşmüşdür. O, dərhal Qoşqarın maşınına əyləşmiş, Nicat, Ruslan da həmin avtomobildə əyələşmişlər. Onlar avtomobillə hərəkət edərkən arxadan ard-arda 4-5 dəfə atəş səsləri eşitmişlər, lakin atəşin konkret olaraq kimlər tərəfindən hansı istiqamətdən atılmasını bilməmişlər. Nicat maşına oturan kimi qarın nahiyəsindən bıçaqla vurulduğunu, lakin kimin tərəfindən vurulduğunu bilmədiyini demişdir. Onlar avtomobillə Asiftn həyətinə gəlmişlər. O, oradan evlərinə gəlmişdir. Bu zaman qardaşı Adıgözəl ona zəng edərək mübahisə zamanı yaralandığını və xəstəxanada olduğunu demişdir. O, xəstəxanaya gələndə Mansurun mübahisə zamanı almış olduğu xəsarətdən artıq öldüyünü, qardaşı Adıgözəl və Nicatın isə xəsarət aldıqlarını bilmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs5 bildirmişdir ki, o, hadisə yerinə gedərkən içkili olmuşdur. Zərərçəkmiş şəxslərin nə üçün oraya getmələrini bilməmişdir. İstintaq zamanı da belə ifadə vermişdir. O, qardaşının hadisə yerinə getməsini sonradan bilmişdir. Qardaşının kim tərəfindən vurulmasını o, görməmişdir. Hadisə zamanı hava qaranlıq olduğundan heç kimi xatırlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamışdır. Zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs5 qardaşıdır, digər zərərçəkmiş şəxslər onun tanışlarıdır. 11 avqust 2020-ci il tarixdə axşam saat təxminən 22:30 radələrində o, Asif Mirzəyevin evinə gəlmişdir. O, oraya gələndə artıq tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, qardaşı Zərərçəkmiş şəxs5 və Şahid1 orada imiş. Onlar orada oturub yeyib içirmişlər. Rauf işinin olduğunu deyib masa arxasından qalxmış, o, Raufla birlikdə gedə biləcəyini deyib, qayıdan zaman onu da evinə aparmasını Raufdan xahiş etmişdir. O, Raufla birlikdə Asifin həyətindən bayıra çıxan zaman tanışı Mansur da bayıra çıxmış və onlarla getmək istədiyini demiş və Mansur da avtomobilə əyləşmişdir. O, həmin gün işdə çoxlu yük boşaltdığından çox yorğun olduğu üçün Raufun maşınına oturan kimi yuxulamağa başlamışdır. Raufun hara, nə məqsədlə getməsini belə bilməmişdir. Ayılanda görmüşdür ki, artıq Rauf avtomobilini rayonun Şorəlli kəndinin girişindəki poçtun qarşısında saxlamışdır. Rauf maşını saxlayan kimi Mansurla birlikdə maşından düşmüşdür. Sonra o, yorğun olduğundan maşında oturub yuxulamışdır. O, avtomobildə bir neçə dəqiqə yatdıqdan sonra qışqırıq səslərinə oyanıb tez maşından aşağı düşmüş və kənd istiqamətində təxminən 20 metr aralıda çoxlu sayda şəxslərin yığılıb qarşılıqlı şəkildə dalaşdıqlarını görmüşdür. Qaranlıq olduğundan konkret olaraq kimin kiminlə dalaşmasını görə bilməmişdir. O, maşından düşən kimi uşaqlara doğru qışqıraraq nə olduğunu soruşmuş və həmin şəxslərə doğru bir-iki addım gedən kimi, Raufun maşınının arxa tərəfindən onu arxadan kiminsə vurduğunu hiss etmişdir. O, arxaya çönən kimi bir nəfərin kəndin çıxışına asfalt yola doğru qaçdığını görmüşdür. Həmin şəxsi tanıya bilməmiş və arxadan onu söyüb qaçmamasını demiş və bir neçə addım onun arxası ilə qaçsa da halının pisləşəcəyini və yıxılacağını başa düşdüyündən tez qışqıraraq Raufu çağırmışdır. Bundan sonra o, heç nə xatırlamamışdır. Ayılanda xəstəxanada olduğunu görmüşdür. Mansurun almış olduğu xəsarətdən öldüyünü və hadisə zamanı Raufun, İbrahimin və Nicatın da xəsarət aldığını sonradan eşitmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, səsə ayılandan sonra avtomobildən düşmüş və aralıda dava-dalaş olmasını bilmiş, lakin dava edən şəslərin kim olmasını, nə məqsədlə dava etmələrini bilməmişdir. O, hadisə vaxtı içkili olmamış, yorğun olduğu üçün avtomobilə oturanda avtomobildə yuxulamışdır. Onu vuran şəxsi tanımamışdır. Hava qaranlıq imiş, həm də həmin şəxs onu arxadan vuran kimi qaçmağa başladığından onu görə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Xəyyam Musazadıni və Təqsirləndirilən şəxs2 tanımamışdır. Təqsirləndirilən şəxs1 isə təxminən 10 il əvvəl satdığı avtomobili o aldığından tanımış, Cavidanla heç bir münasibəti olmamışdır. 11 avqust 2020-ci il tarixdə axşam saat təxminən 20 radələrində o, Asifin evinə gəlmişdir. O, Asifgilə gələndə artıq tanışları Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Şahid1 da orada imiş. Onlar birlikdə yeyib-içməyə başlamışlar. Saat təxminən 22 radələrində Raufun mobil telefonuna zəng olunmuşdur. Rauf kənara çəkilib kiminləsə danışmış və yenidən onların yanına qayıtmışdr. O, həmin vaxt içkili olmuş və orada olan söhbətləri xatırlamamışdır. Sonra orada olan şəxslər avtomobillərə əyləşib harasa gedərkən o da onlarla getmişdir. O, Qoşqarın avtomobili ilə getmişdir. Ondan başqa həmin avtomobildə kimlərin getməsini dəqiq xatırlamır. Onların nə məqsədlə hara getmələrini bilməmişdir. Onlar iki maşın olmaqla Şorəlli kəndinin girişindəki poçtun qarşısına çatmışlar və hamı maşınlardan yerə enmişdir. Təxminən beş dəqiqə sonra kəndin içərisindən dövlət nömrə nişanını xatırlamadığı avtomobil onların yanına gələrək dayanmış, sükan arxasından bir nəfər şəxs enərək onlara yaxınlaşmışdır. Həmin şəxs onlara yaxınlaşanda Cavidan olduğunu bilmişdir. Sonra isə onlar onlardan aralanmışlar. Bir az keçmiş bir az aralıda kimlərinsə bir birləri ilə dava etdiklərini eşitmişdir. O, avtomobildən düşmüşdür. Onu kimsə vurub ona xəsarət yetirmiş, həm gecə olduğundan, həm də içkili olduğundan onu kimin vurmasını bilməmişdir. Sonra orda silahdan açılan atəş səsi eşitmişdir. Hadisə zamanı onun üzərində bıçaq olmamışdır. O, heç kəsə xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmişdir. Onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 330-cu maddəsinə əsasən Zərərçəkmiş şəxs4 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün zərərçəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş, ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 13-cü cild 38-40-cı vərəqələrində olan ifadəsində Zərərçəkmiş şəxs4 aşağıdakıları göstərmişdir: … «...Mən Ziyadın qarşısına keçib onu saxlamaq istəyirdim ki, Cavidan Ziyadı əlində olan bıçaqla vurmaq istəyərkən bıçaq mənə dəydi. Mən tam əminliklə deyə bilərəm ki, məni Cavidan bıçaqla vurdu. Bu zaman kimsə odlu silahdan iki dəfə atəş açdı. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, imza onun imzasıdır. Elan olunmuş ifadəsini oxumadan imza etmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6 teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, təqsirləndirilən şəxslərlə barışıq əldə etmədyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qanunauyğun cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 onun böyük oğludur. Zərərçəkmiş şəxs1 Jalə Bağıyeva ilə 15 il bundan öncə ailə həyatı qurmuş, birgə nikahdan Ayan və Yağmur adlı uşaqları olmuşdur. Mansur ailəsi ilə birlikdə Bərdə şəhərində özünə məxsus evdə yaşamışdır. Mansur əvvəllər Rusiya Federasiyasında yaşayıb, işləmiş, lakin təxminən 10 il bundan öncədən Mansur narkotik vasitələrdən istifadə etməyə başlamış, hətta bir dəfə də məhkumluq həyatı yaşamışdır. Onun əri vəfat etdikdən sonra Mansur onunla yaşamağa başlamışdır. 11 avqust 2020-ci il tarixdə gün ərzində Mansur evdə olmuş, saat 17 radələrində kimsə Mansurun istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş, Mansur kənara çəkilib həmin şəxslə danışdıqdan sonra evdən çıxmışdır. O, həmin gün saat 20 radələrində özünə məxsus ***-***-**-** nömrəli mobil telefonundan Mansura zəng edərək evə gəlməsini bildirmiş, Mansur bir azdan gələcəyini ona demişdir. Bir müddət sonra o, bir neçə dəfə Mansura zəng etsə də oğlunun telefonu sönülü olmuşdur. 12 avqust 2020-ci il tarixdə səhər saat 05-06 radələrində ona Mansurun bıçaqlanması xəbərini bildirmişlər. O, Xəstəxanada olarkən bilmişdir ki, Mansur dostları ilə birlikdə iştirak etdiyi mübahisədə kiminsə tərəfindən bıçaqla vurularaq öldürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri həmyerli kimi tanıyır. 11 avqust 2020-ci il tarixdə axşam saat 23 radələrində o, özünə məxsus avtomobillə çay içib söhbət etmək üçün Asifgilə gemək istəmişdir. Asif Mirzəyevin evinin qarşısına çatanda Ziyad, Ruslan, Adıgözəl, İbrahim, Rauf, Qoşqar, Nicat və Mansurun Asifin yaşadığı evin həyətindən bayıra çıxaraq maşınlara əyləşdiklərini görmüşdür. O, nə baş verdiyini soruşduqda Rauf ona bildirmişdir ki, işləri var, gedib, indi gəlirlər. O, Asiflə görüşmədən öz maşını ilə Raufgilin arxası ilə getmişdir. Həmin vaxt Rauf və Qoşqar öz maşınları ilə, o da öz maşını ilə hərəkət etmişlər, lakin o, konkret olaraq hansı maşında kimlərin əyləşməsini bilməmişdir. O, onların hara və nə üçün getdiklərini bilməmişdir. Onlar Bərdə rayonunun Şorəlli kəndinə, poçtun qarşısına gəlmişlər. Orada hamı maşınlardan düşmüşdür. O, Raufdan nə baş verdiyini soruşduqda Rauf Rəşadla söyüşdüyünü, bu zəmində aralarında mübahisə yarandığını, Rəşadla görüşüb aralarındakı məsələni həll etməyə gəldiyini bildirmişdir. Təxminən 5-6 dəqiqə sonra kəndin içəri tərəfində bir avtomobil dayanmışdır. Həmin avtomobildən düşən bir nəfər şəxs maşının yanında dayanmış, avtomobildən düşən iki nəfər digər şəxs isə onlara yaxınlaşmışdır. Ziyad və Raufla salamlaşıb söhbət etməyə başlamışlar. O, orada uşaqların deməsindən bilmişdir ki, həmin şəxslərdən biri Rəşad, digəri isə Cavidandır. Ziyad, Rauf, Cavidan və Rəşad onlardan aralanıb söhbət edə-edə kəndin içərisinə doğru getməyə başlamışlar. Bu zaman Mansur, Nicat, Adıgözəl və İbrahim də Raufgilin arxası ilə getmişdlər. O, isə Rəşad və Cavidanın tək olduqlarını, Ziyadla Raufun onlarla söhbət etməyə getdiklərini görüb maşınının yanında dayanmışdır. Qoşqar arxadan uşaqlara səslənərək geri qayıtmalarını tapşırmışdır. Adıgözəl, Nicat, Mansur və İbrahim isə Rauf və Ziyadın arxası ilə kəndin içərisinə doğru getmişlər. Bundan sonra o, maşınına əyləşib yenidən Asifin evinin qarşısına gəlmişdir. Asifin evinin qarşısına çatandan bir neçə dəqiqə sonra Rauf və Qoşqar yenidən avtomobillərlə Asifin evinin qarşısına gəlmişlər. Bu zaman o, Raufun, Adıgözəlin, İbrahimin, Nicatın və Mansurun xəsarət almalarını görmüşdür. O, bunu görən kimi Raufgilin Şorəlli kəndində Rəşadgillə dalaşdıqlarını və bunun da nəticəsində xəsarət aldıqlarını başa düşmüşdür. O, Raufdan nə baş verdiyini soruşduqda Rauf Şorəlli kəndində olarkən ilk öncə Ziyadla Cavidanın qarşılıqlı olaraq bir-birlərini söydüklərini, Ziyadın yumruqla vuraraq Cavidanı yerə yıxdığını, bununla da mübahisə başladığını, yaranmış dava-dalaş zamanı Rəşad və Cavidan tərəfindən bıçaq zərbələri ilə vurulduqlarını, Mansurun, İbrahimin, Adıgözəlin, Nicatın, eləcə də özünün məhz həmin dava-dalaş zamanı xəsarət aldıqlarını bildirmişdir. Şirxanın da həmin vaxt hadisə yerində əlində olan bıçaqla Raufu və yanında olan digər şəxsləri vuracağı ilə hədələdiyini bildirmişdir. Bundan sonra Rauf Nicatı, Adıgözəli və Mansuru maşını ilə xəstəxanaya aparmışdır. Ertəsi gün o, kənd camaatından Mansurun xəstəxanada öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 həmyerli kimi tanıyır. 12 avqust 2020-ci il tarixdə gecə saat 00:30 radələrində o, yaşadığı Bərdə rayonunun Şorəlli kəndindəki evdə yatarkən qəfildən kəndin mərkəzindən gələn atəş səslərinə yuxudan oyanmışdır. Bir neçə nəfər şəxsin də yüksək səslə nalayiq ifadələr işlətmələrini, daha sonra isə bir neçə avtomobilin yüksək surətlə hərəkət edib getmələrini eşitmişdir. O, bunlara əhəmiyyət verməyib yenidən yatmışdır. Ertəsi gün işə gedəndə kəndin mərkəzindəki poçtun binasının qarşısında iki qrup şəxsin bir-birləri ilə qarşılıqlı dalaşdıqlarını, bir nəfər şəxsin isə öldüyünü kənd camaatından eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Xəyyamı və Cavidanı həmyerli kimi tanıyır. Digər təqsirləndirilən şəxsləri tanımamışdır. O, Bərdə rayonunun Şorəlli kəndində kənd icra nümayəndəliyinin inzibati binasının yaxınlığındakı iki mərtəbəli evin 2-ci mərtəbəsində yaşayır. 12 avqust 2020-ci il tarixdə saat 00:30 radələrində o, tüfəng və avtomat silahlardan açılan atəş səslərinə yuxudan oyanmış və pəncərədən bayıra baxdıqda küçədə çoxlu sayda adamların yığıldığını, həmin şəxslərin yüksək səslə bir-birlərinin ünvanına nalayiq sözlər işlətdiklərini, ətrafda dövlət nömrə nişanlarını və modellərini görə bilmədiyi 5-6 avtomobilin dayandığını görmüşdür. Bundan sonra, o, yenidən yatmışdır. 12 avqust 2020-ci il tarixdə işə gedərkən kənd camaatından eşitmişdir ki, gecə baş vermiş mübahisədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 da iştirak etmişlər. Dava zamanı bir nəfər şəxsin isə öldüyünü eşitmişdir. Səslər tüfəng və avtomat səsinə oxşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 tanıyır. O, Bərdə rayonunun Şorəlli kəndində kənd icra nümayəndəliyinin binasının yaxınlığında yaşayır. 12 avqust 2020-ci il tarixdə saat 00:30 radələrində o, atəş səsinə yuxudan oyanmışdır. O, həyətə çıxaraq darvazadan çölə baxdıqda çöldə çoxlu adamların toplaşdığını, bir-birlərinə söyüş söymələrini görmüşdür. Həmin yerdə 5-6 avtomobil də dayanmışdır. Sonra evə qayıdıb yatmışdır. Səhər kənd camaatından eşitmişdir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 və digər şəxslər dava-dalaş etmişlər. Dava-dalaş zamanı bir nəfər şəxs ölmüşdür. Atəş səsi tüfəng və avtomat səsinə oxşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. 11 avqust 2020-ci il tarixdə o, ailə üzvüləri ilə birgə yaşadığı evdə yatmışlar. 12 avqust 2020-ci il tarixə keçən gecə küçədən gələn dava-dalaş və silah səsinə yuxudan durmuşdur. Nə baş verməsini öyrənmək üçün küçəyə çıxmışdır. Bu zaman bir neçə avtomobilin yüksək surətlə getdiyi üçün küçəni toz bürüdüyünü görmüşdür. Ondan başqa kənd sakinləri də silah səsinə küçəyə çıxmışlar. O, oraya yığılan şəxslərdən nə baş verməsini soruşduqda 10-15 nəfər kənd cavanlarının qarşılıqlı dava etdiklərini, bıçaqlanma hadisəsinin olduğunu demişlər. O, yerdə giliz, bıçaq və yerə tökülmüş qan da görmüşdür. Bir az vaxt keçdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 eyni məzmunlu ifadə verərək Şahid9 ifadəsində göstərdiyni təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxslərdən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. 11 avqust 2020-ci il tarixdən 12 avqust 2020-ci il tarixə keçən gecə evdə yatarkən küçədən silah səsi eşidib küçəyə çıxmışdır. O, darvazadan küçəyə çıxan zaman qara rəngli VAZ 21015 markalı avtomobil çox surətlə getdiyindən küçəni toz bürümüşdür. Qonşular da səsi eşidib küçəyə çıxmışlar. Orada olan şəxslərin söhbətindən ona məlum olmuşdur ki, 10-15 nəfər şəxs qarşılıqlı dava etmişlər, hadisə zamanı bıçaqlanma da olmuşdur. Hadisə yerində silahdan çıxan giliz, bıçaq və qan izləri olmuşdur. Səhər eşitmişdir ki, hadisədə bir nəfər bıçaqlanan şəxs ölmüşdür. O, hadisəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 eyni məzmunlu ifadə verərək X10 ifadəsində göstərdiylərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Xəyyamı tanıyır, Rəşadı üzdən tanımışdır. 12 avqust 2020-ci il tarixdə saat 00:10 radələrində o, yaşadığı evdə olarkən avtomat silahdan 3 dəfə atəş səsi eşitmiş və dərhal küçəyə çıxmışdır. Bu zaman yaşadığı evdən təxminən 200 metr ara məsafəsində yerləşən icra nümayəndəliyinin qarşısında ov tüfəngindən açılan atəşin alovunu görmüş və tüfəngdən ard-arda iki dəfə havaya atəş açılmışdır. Kiminsə tez götürüb maşına qoyaq aparaq, yoxsa öləcək deməsini eşitmişdir. O, ev paltarında olduğundan evə girib əynini dəyişərək yenidən bayıra çıxanda İcra nümayəndəliyinin qarşısından dörd maşının rayon mərkəzinə, iki maşının isə kəndin içərisinə doğru surətlə hərəkət etdiyini görmüşdür. Qaranlıq olduğundan maşınların modelini görə bilməmişdir. Kəndin içərisinə doğru gedən avtomobillərin bir qədər aralandıqdan sonra “VAZ 2106” və “VAZ 2107” markalı olmalarını görmüşdür. Eyni vaxtda təxminən 4-5 nəfər şəxsin də rayonun Cəyirli kəndi istiqamətində qaçdıqlarını görmüşdür. Bu zaman qonşuları Səbuhi, Qiyas və Ramin də küçəyə çıxmışlar. Onlar birlikdə İcra nümayəndəliyinin binasının qarşısına doğru gələn zaman, nümayəndəliyin binasına çatmağa təxminən 40 metr ara məsafəsində olan yarımçıq tikilinin qarşısında, eləcə də ətrafında, torpaq üzərində başqabaşqa yerlərdə 3 ədəd bıçaq, 1 ədəd armatur parçası, 3 ədəd avtomat, 1 ədəd tüfəng gilizləri, eləcə də qanabənzər ləkələrin olduğunu görmüşlər. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, o, Bərdə RPŞ-nin Post Patrul Xidmətində polis nəfəridir. 11 avqust 2020-ci il tarixdə o, gün ərzində işdə olmuş və axşam saat 20:00-da Bərdə RPŞ-də keçirilən təlimatda iştirak edib növbəni təhvil verib Bərdə rayonunun Şorəlli kəndinə evinə gəlmişdir. İşdən gələndən sonra evdə olmuşdur. Onun yaşadığı ev Şorəlli kəndinin girəcəyindəki poçt binası ilə üzbəüz, yolun sağ tərəfində, poçt binasından təxminən 40-50 metrlik məsafədə yerləşir. Hava isti olduğundan gecə saatlarınadək evin həyətyanı sahəsində məşğul olmuşdur. Gecə saat təxminən 24 radələrində poçt istiqamətindən ard-arda bir neçə avtomobilin gələrək dayanmalarının səsini eşitmiş və buna əhəmiyyət verməyərək öz işinə davam etmişdir. Bundan bir neçə dəqiqə sonra həmin istiqamətdən yüksək səslə söyüş səsləri eşidilmişdir. O, nə baş verdiyini öyrənmək üçün poçt istiqamətinə getmişdir. Bu zaman orada dövlət qeydiyyat nişanlarını xatırlamadığı bir neçə avtomobil dayanmışdır. Təxminən 10-15 nəfər şəxsin kənd orta məktəbinin binası istiqamətində bir yerə toplaşaraq söyüşlə mübahisə etdiklərini görmüşdür. O, həmin şəxslərin arasında Cavidanı, Xəyyamı, Rəşadı və Şirxanı tanımış, qalan şəxsləri tanımamışdır. O, mübahisəni sakitləşdirmək məqsədilə həmin şəxslərə yaxınlaşmaq istədikdə elə bu zaman qəfildən həmin şəxslərin demək olar ki, hamısı üzərlərində olan kəsici-deşici alətləri çıxarıb bir-birlərinə xəsarət yetirməyə başlamışlar. Bu zaman o, tək olduğundan və mübahisə edən şəxslərin əllərində kəsici-deşici alətlər olduğundan mübahisəyə müdaxilə edə bilməmişdir. Mübahisə zamanı Rəşad bıçaqla əvvəlcə bir nəfərə, daha sonra isə başqa tanımadığı şəxsə xəsarət yetirmişdir. Cavidan isə əvvəlcə bir nəfər hündür boy oğlanı yumruqla vurmuş, sonra isə növbə ilə üç nəfər tanımadığı şəxslərə bıçaqla xəsarət yetirmişdir. Şirxan isə yalnız əlində olan bıçağa bənzər əşyanı sağasola fırlatmaqla həmin tanımadığı şəxsləri xəsarət yetirəcəyi ilə hədələməyə başlamışdır. Təxminən 4-5 dəqiqə ərzində mübahisə davam etdikdən sonra qəfildən bir nəfər şəxs poçt istiqamətindən tüfəngdən havaya iki dəfə atəş açmışdır. Həmin şəxsin tüfəngdən atəş açmasından sonra Xəyyam da avtomatla bir neçə dəfə havaya atəş açmışdır. Bundan sonra mübahisə edən şəxslərin hamısı avtomobillərə əyləşib hadisə yerindən qaçmışlar. Onun yaşadığı evlə hadisə yeri təxminən 40-50 metrlik məsafədə yerləşir. O, ancaq təsirləndirilən şəxsləri tanımış, qarşı tərəfdən heç kəsi tanımamışdır. Orada olan şəxslər qarşılıqlı dava edirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri həmyerli kimi tanıyır. 11 avqust 2020-ci il tarixdə axşam saatlarında dostu Tapdıqla birlikdə Tapdığa məxsus avtomobillə Bərdə rayonu ərazisində olan zaman qonşusu Taleh ona zəng edərək yaşadığı Şorəlli kəndində gumbultu səsi eşitdiyini bildirmiş, bu barədə məlumatı olub-olmamasını ondan soruşduqda, o, Şorəlli kəndində olmadığını Talehə bildirmişdir. O, həmin gün saat 24 radələrində kəndə gəlmiş və Talehə zəng edərək küçədə olduğunu demiş və Talehində yanına gəlməsini demişdir. Taleh onunla görüşən zaman kənddəki orta məktəb istiqamətindən silah səsləri eşitdiyini ona demişdir. O, bu barədə məlumatının olmadığını Talehə demiş və evə getmişdir. 12 avqust 2020-ci il tarixdə gecə saat 02 radələrində Şirxan ona zəng edib danışarkən ona Rauf, Rəşad, Xəyyam, Mehman, Ziyad eləcə də başqa dostlarının kənddə yerləşən orta məktəbin qarşısında bir-birləri ilə dalaşdıqlarını, mübahisə zamanı Şirxanın da əlində bıçaq olduğunu, bir-birlərinə bıçaq xəsarətləri yetirdiklərini, konkret olaraq kimin kimə xəsarət yetirməsini görmədiyini, mübahisəni sakitləşdirmək məqsədilə əlində olan silahdan havaya atəş açdığını demişdir. Bu telefon danışığından sonra onlar sağollaşmışlar. Həmin gecə saat təxminən 05-06 radələrində o, narahat olduğundan Şirxana zəng etmiş və baş vermiş mübahisədə konkret olaraq kimlərin xəsarət almasını soruşduqda, Şirxan mübahisə zamanı Rəşadın ayaq və kürək nahiyəsindən xəsarət aldığını demişdir. 13 avqust 2020-ci il tarixdə evdə televizora baxarkən Şorəlli kəndində baş vermiş mübahisə zamanı orada olmuş Mansurun aldığı xəsarətlərdən öldüyünü bilmişdir. O, hadisəni görməmişdir. Ona hadisə barədə Şirxan demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 eyni məzmunlu ifadə verərək Şahid16 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid18 Raqib oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri kənd sakinləri kimi tanıyır. O, fəhləliklə məşğul olur. 11 avqust 2020-ci il tarixdə saat 22 radələrində evə gəlmişdir. Təxminən bir saat sonra isə yatmışdır. Hadisə barədə o, səhər kənd sakinlərindən eşitmişdir ki, təqsirləndirilən şəxslər kimlərləsə qarşılıqlı dava-dalaş etmişlər, dava-dalaş zamanı tüfəng və avtomatdan atəş açmışlar. Dava zamanı bir neçə şəxslərin yaralanmasını, Mənsur adlı şəxsin isə dava-dalaş zamanı yaralandığını və öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndtirilən şəxsləri tanımamış, zərərçəkmiş şəxsləri tanıyır. 11 avqust 2020-ci il tarixdə o, özünə məxsus “Cherry Tiqo” markalı, ağ rəngli, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə işdən saat 23 radələrində yaşadığı ev istiqamətində qayıtmışdır. O, məhəllələrinin girişində yolun kənarında təxminən 15 nəfər şəxsin yığıldığını gördüyündən avtomobili evi istiqamətində döndərib saxlamış və şüşəni açaraq orada olan Ziyaddan nə baş verdiyini soruşmuşdur. Bu zaman Ziyad ona yanında olan şəxslərlə birlikdə Bərdə rayonunun Şorəlli kəndinə getməli olduğunu, 3 ədəd maşınlarının olduğunu, 1 maşının isə çatmadığını deyərək avtomobili ilə orada olan uşaqları aparmasını ondan xahiş etmişdir. O, Ziyadın yanında dayanan şəxslərdən Pərvin, Rauf, Nicat, Ruslan və digər hal hazırda adları yadında qalmayan şəxsləri görmüşdür. O, razılıq verdikdən sonra avtomobilə Ruslan, İbrahim, Nicat, Ziyad əyləşmişdir. Ruslan maşına əyləşəndə o, Ruslanın əlində təklülə ov tüfəngi və lüləsi kəsilmiş əlavə təklülə ov tüfənginin də olmasını görmüşdür. Ruslan bir tüfəngi Ziyada, digərini isə Nicata vermişdir. Raufun idarə etdiyi avtomobilə Adıgözəl və Mansur əyləşmişdir. Öndə Samir, ardınca o, daha sonra Pərvin, ən axırda isə Rauf avtomobillərini idarə edərək rayonun Şorəlli kəndinin giriş hissəsinə çatanda Ziyad öz mobil telefonu ilə kiminləsə danışaraq kənddə yerləşən poçtun qarşısında olduqlarını demişdir. Saat təxminən 24 radələrində o, avtomobilini poçtun binasının qarşısında saxlamış və maşınında olan şəxslər yerə enmişlər. Həmin vaxt Samirə, Pərvinə və Raufa məxsus “Niva”, “VAZ 2106”, “VAZ 2107” markalı avtomobillər də poçtun qarşısında ardarda dayanmış və həmin avtomobildə olan şəxslər də yerə enmişlər. O, avtomobilini əks istiqamətə, yəni kəndin çıxışına doğru döndərmiş və poçtun 10-15 metr ara məsafəsində, yolun digər tərəfində saxlamışdır. O, avtomobilindən düşəndə iki nəfər şəxsin Ziyada yaxınlaşdığını və Ziyada kənara çəkilib söhbət etməyi təklif etdiklərini görmüşdür. Bu zaman Ziyadla yanında olan 2 nəfər şəxs arasında mübahisə başlamış, Ziyadın yanında olan və onlar tərəfdən getmiş şəxslərdən biri qarşı tərəfdən olan şəxsi yumruqla vurmuşdur. Hava qaranlıq olduğundan o, həmin şəxslərin üzünü görə bilməmişdir. O, dava düşdüyünü görmüş və avtomobilinin sükanı arxasına əyləşmişdir. Bu zaman Ruslan onun avtomobilinə yaxınlaşaraq arxa sağ qapını açıb təklülə tüfəngini götürməklə poçta tərəf 5- 6 metr getmiş və bir dəfə havaya atəş açmışdır. Elə bu atəş səsindən sonra da onunla və digər avtomobildə gedən şəxslər məktəbin binasının qarşı tərəfindən qaçaraq maşınlara tərəf gəlmişlər. Avtomobilinin qapısı açılarkən o, yenə də atəş səsi eşitmişdir. Bu zaman avtomobilə Ziyad, İbrahim, Ruslan və Nicat əyləşmişdir. Nicat qarın nahiyəsindən bıçaqla vurulduğunu, lakin kimin tərəfindən vurulmasını görmədiyini demişdir. O, avtomobilini idarə edərək yenidən məhəllələrinə qayıtmışdır. Onunla gedən digər şəxslər də məhəlləyə gəlmişlər. O, avtomobilindən çıxandan sonra orada olan şəxslərdən daha kimlərin xəsarət aldığını soruşmuş və ona məlum olmuşdur ki, mübahisə zamanı Nicatdan başqa Mansur, Adıgözəl və Rauf da bıçaq xəsarətləri almışlar. Məhəllədə olarkən Rauf özü də xəsarət aldığı halda “VAZ 2107” markalı avtomobili ilə Nicatı, Adıgözəli və Mansuru xəstəxanaya aparmışdır. Ruslan isə onun avtomobilində arxa tərəfdə olan 2 ədəd silahı götürmüş, daha sonra o, evə getmişdir. Daha sonra o, Mansurun almış olduğu xəsarətdən öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs4la və iş üzrə Şahid5la bir məktəbdə oxumuşlar. Təqsirləndirilən şəxs1 isə Rəşadın qohumu kimi tanımışdır. Digər təqsirləndirilən şəxsləri həmyerli kimi tanıyır. 10 avqust 2020-ci il tarixindən 11 avqust 2020-ci il tarixinə keçən gecə o, Bakı şəhərində olarkən Rəşad ona zəng edərək Bakı şəhərinə gəldiyini, Xırdalan qəsəbəsində olduğunu deyib onu görüşə çağırmışdır. O, Atabəy və Xəyalla birlikdə Rəşadla görüşmək üçün evdən çıxmışlar. O, Cavidangilin də Xırdalan qəsəbəsində evlərinin olduğunu əvvəlcədən bildiyindən Cavidanın da Rəşadla birlikdə Bakı şəhərinə gəlməsindən əmin olmuşdur. O, Atabəy və Xəyalla birlikdə Rəşadla görüşən zaman Cavidanla Hikmətin də Rəşadın yanında olduğunu görmüşdür. Söhbət zamanı Rəşad ona Bərdə rayonunda Raufu döydüyünü, polis tərəfindən axtarılmaq ehtimalının olduğuna görə qaçıb Bakı şəhərinə gəldiyini demişdir. Rəşadın Bakı şəhərində qalmağa evi, eləcə də hərəkət etməyə avtomobili olmadığından, o, Rəşadın işi düşdüyünə görə onu axtarıb tapdığını başa düşmüşdür. Həmin vaxt Cavidanın valideynləri də Bakı şəhərində olduğundan Rəşad Cavidanın da evində qala bilməmişdir. Rəşad qalmaları üçün yer tapmağını ondan xahiş etmişdir. O, məcbur qalıb Rəşadı və Cavidanı Xəyalın evinə gətirmişdir. Hikmət isə yolda olarkən Xəyalın avtomobilindən düşüb evinə getmişdir. O, Cavidan, Rəşad və Atabəy həmin gecəni Xəyalla birlikdə Xəyalın evində qalmışlar. Ertəsi gün o, günorta saatlarında yuxudan oyanmışdır. Rəşad və Cavidanın evdə olmadığını görmüşdür. O, Rəşada bir neçə dəfə zəng etsə də, Rəşadın telefonuna zəng çatmamışdır. 11 avqust 2020-ci il tarixindən 12 avqust 2020-ci il tarixinə keçən gecə təxminən saat 02 radələrində Bərdə rayonundan tanıdığı Şahid3 ona zəng edərək Rəşad və Cavidanı 30-40 nəfər şəxsin təklədiyini, Rəşadın bıçaqlandığını, vəziyyətinin pis olduğunu, olduğu yeri bilmədiklərini demişdir. O, Ruslana demişdir ki, onlar harada imiş ki, Rəşadı bıçaqlamışlar. Ruslan bildirmişdir ki, Mehmandan xəbəri yoxdur, o, özü isə ev tərəfdə olarkən qəfildən tanımadığı şəxslər tökülüb Rəşadı vurmuşlar. Bundan sonra o, Bərdə rayonuna qayıtmaq qərarına gəlmişdir. Hikmət ona zəng edərək baş verənlər barəsində məlumatlı olduğunu, bu səbəbdən də Bərdəyə getmək istədiyini demişdir. O, Hikmətlə görüşüb birlikdə Bərdə rayonunun Divanlı kəndində yerləşən evlərinə çatanda artıq səhər saatları imiş. O, atasına məxsus “VAZ-2107” markalı, ** TT *** dövlət nömrə nişanlı avtomobili götürmüş və Hikmətlə birlikdə Toğrulun yaşadığı Bərdə şəhərindəki Nüşabə küçəsində yerləşən evin qarşısına gəlmişlər. Toğrul bayıra çıxıb onlarla görüşmüş, onlara Rəşad və Cavidanın içəridə olduğunu demişdir. Rəşad və Cavidan Toğrulun evindən çıxaraq ona məxsus avtomobildə arxa oturacaqda əyləşmişlər. Hikmət isə ön sərnişin oturacağında əyləşmişdir. Rəşad polis tərəfindən axtarıldığını deyib, təcili olaraq Bərdə şəhəri ərazisindən çıxmalı olduğunu, daha sonra isə başqa avtomobil tapacaqlarını ona demişdir. Bundan sonra o, Ağcabədi, daha sonra Zərdab rayonuna, oradan isə Bakı-Qazax magistral yoluna çıxaraq Bakı şəhəri istiqamətinə dönüb hərəkətini davam etdirmişdir. Günorta saatlarında Bakı şəhərinə çatmışlar. Rəşad və Cavidan “Şamaxinka” deyilən ərazidə Emin adlı qohumlarının yaşadığını, Eminin evinə gedəcəklərini demişlər. Bundan sonra onlar birlikdə Eminin yaşadığı evə getmişlər. Həmin vaxt evdə Emindən başqa heç kim olmamışdır. Söhbət zamanı Rəşad Rauf və çoxlu sayda tanışlarının söhbət etmək adı ilə gəldiklərini, lakin qəfildən Rauf və gələn şəxslər tərəfindən Cavidanla birlikdə təkləndiklərini, yumruq və təpik zərbələri ilə döyüldüklərini, eləcə də, bıçaq xəsarətləri aldıqlarını demişdir. Onlar Eminin evində olarkən xəbərlərdən Bərdə rayonunda baş vermiş mübahisə nəticəsində 1 nəfər şəxsin öldüyünü, bir neçə şəxsin isə yaralandığını eşitmişlər. O, Rəşad və Cavidanla birlikdə bir gecə Eminin evində qalmışlar. 13 avqust 2020-ci il tarixdə o, Rəşad və Cavidanla birlikdə Eminin evindən çıxmışlar. 14 avqust 2020-ci il tarixdə Cavidanın vasitəsilə Cavidanın adını xatırlamadığı bir nəfər dostunun evinə gəlmişlər. Bir gecə həmin evdə qaldıqdan sonra səhər saatlarında Rəşad və Cavidanla birlikdə həmin evdən çıxmışlar. Atabəy və Elməddinlə birlikdə Xəyalın yaşadığı Abşeron Gənclər şəhərciyindəki evə gəlmişlər. Gecə saatlarında polis əməkdaşları həmin evə gələrək onları Bərdə RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərmişdir ki,hadisə zamanı o, Bakı şəhərində olmuşdur. Təqsirləndirilən şəxs1 bibisi oğludur, Rəşadla da qohumluqları var. 12 avqust 2020-ci il tarixdə Cavidan ona zəng edərək evdə tək olub-olmamağını soruşmuşdur. O, evdə tək olduğunu Cavidana demişdir. Cavidan Bakı şəhərində, “Şamaxinka” adlanan yerdə olduğunu və onun yanına gəlmək istədiyini demişdir. Cavidan həmçinin dostu Hikmət, Rəşad və Rəşadın dostu Nicatın da gələcəyini ona demişdir. O, etiraz etməmişdir. Təxminən 30 dəqiqə sonra Cavidan, Hikmət, Rəşad və Rəşadın dostu Nicat onun evinə gəlmişlər. O, Cavidanın bel və üz, Rəşadın isə diz nahiyəsində xəsarət olduğunu, Cavidanın bel nahiyəsinin parça ilə sarılmış və köynəyinin ön tərəfdən cırılmış vəziyyətdə olduğunu görüb hər ikisindən nə baş verdiyini soruşduqda, Rəşad Bərdə rayonunda 20 nəfərə yaxın şəxslə dalaşdıqlarını demişdir. Rəşadın deməsinə görə 11 avqust 2020-ci il tarixdə Rauf 20 nəfərə yaxın şəxslə birlikdə Şorəlli kəndinə gəlmişlər, hadisə vaxtı Rəşadgilin dostu Şirxan da orada olmuş, hadisə vaxtı Raufla birlikdə gəlmiş şəxslər Rəşad, Cavidan və Şirxanı mühasirəyə almışlar, yaranmış mübahisə zamanı Rəşad və Cavidanı Ziyad adlı şəxs nalayiq sözlərlə söymüş, sonra Ziyad adlı şəxs Cavidanı üz nahiyəsindən yumruqla vurmuş, bununla da mübahisə başlamış, qarşı tərəfdən gələn şəxslərin sayı çox olduğundan Rəşadla Cavidan qarşılarına gələn şəxsləri yumruq, təpik, eləcə də əllərində olan bıçaqlarla vurmuşlar, lakin konkret olaraq kimləri vurmalarını bilmədiklərini demişlər, qarşı tərəfdən gələn şəxslər də Cavidanı bel, Rəşadı isə sağ ayağından bıçaqla vurmuş, həmin vaxt X22 nə etməsini, eləcə də harada olmasını görə bilmədiklərini demişlər. Mübahisə zamanı qarşı tərəfdən kimsə tüfəngdən atəş açmış, bu səbəbdən də Cavidan və Rəşad yaralı halda Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində onlar mətbuatdan Bərdə rayonunun Şorəlli kəndi ərazisində baş vermiş mübahisə nəticəsində bir nəfərin öldüyünü, üç nəfərin isə xəsarət aldığını eşitmişlər. Həmin gecəni Cavidan, Rəşad, Nicat və Hikmət onun evində qalmışlar. 13 avqust 2020-ci il tarixdə saat 09-10 radələrində Rəşadın Qalib adlı dostu gələrək Rəşadı, Cavidanı, Nicatı və Hikməti özü ilə aparmışdır. Onlar gedib polisə təhvil olacaqlarını ona demişlər, ona görə də o, polisə məlumat verməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələri əldə etməsi, satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 09 sentyabr 2020-ci il tarixdə əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, həmin tədbirdə o da iştirak etmişdir. Təqsirləndirilən şəxs3 Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində saxlamışlar. Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış Baş Narkotiklərlə Mübarizə İdarəsində keçirilmişdir. Onun üzərindən bir büküm narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitəni Təqsirləndirilən şəxs3 özü təqdim etmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitəni İmdad adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Onun axtarışda olması barədə onlarda məlumat olmamışdır. Bunu sonradan bilmişlər. Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs3 dair portaldan çıxarış götürmüşlər. Eləcə də saxlanılarkən bir daha şəxsiyyəti müəyyənləşdirilərkən həmin şəxs olması məlum olmuşdur. Xəyyamın yaşadığı mənzildə olmamışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs3 narkotik vasitələri əldə etməsi, satması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 09 sentyabr 2020-ci il tarixdə əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Həmin tədbirdə DİN Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid21 və Rövşən Məmmədəliyev də iştirak etmişlər. Təqsirləndirilən şəxs3 Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində saxlamışlar. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs3 üzərinə baxışı yerində keçirməmişlər, onu İdarəyə aparıb orada üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitəni özü istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 yaşadığı mənzildə olmamışlar. Təqsirləndirilən şəxs3 axtarışda olması barədə onlarda məlumat olmamışdır. Təqsirləndirilən şəxs3 dair portaldan çıxarış götürmüşlər. Nakortik vasitəni Təqsirləndirilən şəxs3 özü təqdim etmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitəni satması ilə bağlı əməliyyat tədbiri həyata keçirilməmişdir. Təqsirləndirilən şəxs3 üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Ona hər hansı bir təsir və təzyiq olmamışdır. Xəyyamı yaşadığı mənzildə saxlamamışlar. Onun yaşadığı mənzildə olmamışlar. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, 11 avqust 2020-ci il tarixdə Rəşad onun mobil telefonuna zəng edərək Şorəlli kəndindəki poçtun qarşısına gəlməsini bildirmişdir. O, Rəşada gələ bilməyəcəyini dedikdə, Rəşad ona Rauf və Ziyadın öz dostları ilə onun üstünə gələcəklərini, Cavidan və Şirxanla birlikdə Raufgillə görüşməyə gedəcəyini deyib onunla sağollaşmışdır. Bu danışıqdan təxminən 20-30 dəqiqə sonra o, odlu silahdan açılan atəş səsləri eşitmiş və səs gələn istiqamətə gəlmişdir. O, Şorəlli kənd orta məktəbinin qarşısına çatanda Rəşadla dalaşmağa gələn Raufun “VAZ 2107” markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobilini orada görmüşdür. Eləcə də Raufun yanında gələn tanımadığı şəxslərin hadisə yerindən qaçaraq uzaqlaşdıqlarını görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs4 dostu olan Xəyyam əlində olan avtomatla dayanmadan havaya atəşlər açmışdır. Bundan sonra Rəşadla Cavidan onun həyətyanı sahəsinə gəlmişlər. Həmin vaxt Cavidan bel, Rəşad isə sağ diz nahiyəsindən xəsarət almış vəziyyətdə olmuşdur. Onlar həyətə daxil olduqdan sonra Mehman da ora gəlmişdir. Mehman mayka ilə Rəşadın sağ ayağında olan yarasını bağlamışdır. Cavidan isə dava zamanı köynəyi cırıldığından, həmin köynəklə belindəki yaranı bağlamış, həyətdə ipdən asılmış ona məxsus köynəyi götürüb əyninə geyinmişdir. Söhbət zamanı Rəşad ona Mansur və Raufun bıçaqla onu vurmaq istədiklərini, lakin zərbələrdən yayınıb həm Mansuru, həm də Raufu bıçaqla vurduğunu, sonradan Raufun bıçaqla onu sağ ayağından vurduğunu, Cavidanın atdığı bıçaq zərbəsinin Nicata dəydiyini, həmin vaxt Adıgözəl və İbrahim qardaşlarının da Nicatın yanında olduqlarını ona danışmışdır. Həmçinin söhbət zamanı Rəşad ona davadalaş zamanı Şirxanın da orada olduğunu, qarşı tərəfdən hər-hansı bir şəxsə xəsarət yetirmədiyini, yalnız əlində olan bıçağı bir qədər kənarda sağa-sola oynatmaqla Raufgili vuracağı ilə qorxutduğunu, qarşı tərəfdən açılan atəş səsindən sonra Şirxanı yanlarında görmədiyini, hadisə yerində mübahisə zamanı Cavidanla Şirxandan başqa yanlarında heç kimin olmadığını demişdir. Bundan başqa söhbət zamanı Cavidan ona bıçaqla Nicatı vurduğunu, daha sonra isə bıçağı sağa-sola oynadan zaman Nicatın yanında olan başqa şəxslərə də xəsarət yetirdiyini hiss etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, 11 avqust 2020-ci il tarixdə axşam saat təxminən 20 radələrində o, Şorəlli kəndindən olan Ruslanla birlikdə Cavidan və Rəşadla Cəyirli kəndində elə-belə görüşmüşdür. Görüş zamanı onlar bir qədər ümumi söhbətlər etdikdən sonra, o, tanışlarından ayrılıb evinə getmişdir. Bundan təxminən bir neçə saat sonra saat təxminən 24 radələrində Rəşad ona zəng edərək harada olduğunu soruşmuş, o, Cəyirli kəndində olduğunu Rəşada demişdir. Bu zaman Rəşad ona təcili olaraq Ruslangilin yaşadığı evin yerləşdiyi küçənin baş tərəfində olan Qarasu kimi tanınan yerə gəlməsini bildirmişdir. O, təxminən 20 dəqiqəyə Rəşadın dediyi yerə gəlmişdir. Qarasu adlanan yerə çatan kimi o, Rəşadın sağ ayağından yaralı vəziyyətdə Şorəlli kəndi istiqamətindən gəldiyini görmüşdür. Həmin vaxt Cavidan da Rəşadın yanında olmuş, lakin Cavidan orada dayanmayıb qaçaraq getmişdir. O, Rəşaddan nə baş verdiyini soruşmuş, bu zaman Rəşad ona dava zamanı ayağından xəsarət aldığını demişdir. O, Rəşada kömək etmiş və birlikdə Ruslangilin həyətinə gəlmişlər. Bundan sonra o, əynində olan qolsuz maykanı çıxardıb Rəşadın sağ ayağında olan bıçaq yarasını bağlamışdır. Həmin vaxt Cavidan da Ruslangilin həyətində olmuş, lakin o, Cavidana fikir verməmişdir. Həmin vaxt Ruslanın adını bilmədiyi balaca qardaşı da orada olmuşdur. Rəşad onun tanımadığı hansısa taksi sürücüsünə zəng etmiş və maşın gəldikdən sonra Rəşad Cavidanla birlikdə bayıra çıxmış, həmin maşına minib getmişlər. O, həmin maşının modelinə və dövlət nömrə nişanına fikir verməmiş, yalnız avtomobilin ağ rəngdə olması yadında qalmışdır. Rəşadla Cavidanın getməsindən sonra Ruslanın ona deməsindən bilmişdir ki, Rauf və ətrafında olan şəxslər Rəşadla Cavidanı təkləyərək döymüş və dava-dalaş zamanı Rəşad və Cavidana bıçaqla xəsarətlər yetirmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, 2020-ci ilin iyul ayının sonlarında o, qardaşı Rəşaddan Bərdə rayonunda yerləşən və “Köhnə Bazar” kimi tanınan yerdə bir nəfər şəxsin 16 yaşlı şəxsə narkotik vasitə satdığına görə Rəşadın həmin şəxsi döyməsini eşitmişdir. Həmçinin Rəşadın ona deməsindən bilmişdir ki, döydüyü şəxs Raufun avtomobilindən taksi kimi istifadə etmiş və Raufun həmin şəxslə münasibətləri olmuşdur. Elə bu hadisədən sonra da Raufla Rəşadın münasibətləri korlanmışdır. Rəşadla bərabər Şirxanın da Raufa qarşı olan münasibətləri bu hadisədən sonra dəyişmişdir. Bu hadisədən sonra Şirxan adını bilmədiyi şəxs tərəfindən başından ağacla vurulmaqla döyülmüşdür. Onun eşitdiyinə görə Şirxan döyülən zaman Rauf da orada olmuş, lakin həmin mübahisənin konkret olaraq hansı səbəblərə görə baş verməsini bilməmişdir. Bir müddət sonra o, Raufun söyüş söydüyünə görə Rəşad tərəfindən sillə ilə vurulmasını da eşitmişdir. O, 11 avqust 2020-ci il tarixdə axşam saat 19 radələrində tanışı Röyalə Xubalıyeva ilə birlikdə istirahət etmək məqsədilə Bərdə rayonundan çıxaraq Ağcakənd kəndinə gəlmiş və həmin gecəni Röyalə ilə birlikdə dostu Rəşadın atasına məxsus “Bərdə” istirahət mərkəzində gecələmişdir. 12 avqust 2020-ci il tarixdə gecə saat 01 radələrində atası Mübariz özünə məxsus ********** nömrəli mobil telefonundan ona məxsus ********** nömrəli mobil telefona zəng edərək qardaşı Rəşadın harada olmasını soruşmuşdur. O, atasına Rəşadın Bakı şəhərində olduğunu, bu gün, sabah gələcəyini demişdir. Bu zaman atası ona qardaşı Rəşadın yaşadıqları Şorəlli kəndində dalaşdığını və polislər tərəfindən axtarıldığını demişdir. O, atası ilə sağollaşıb qardaşı Rəşada zəng etmiş, lakin sonuncu telefona cavab verməmişdir. Gecə saat təxminən 03-04 radələrində qardaşı Rəşad ********** nömrəli mobil telefonundan ona zəng edərək dalaşdığını deyərək, Bərdə şəhərinə gəlməməsini, gələcəyi təqdirdə təklənərək döyülə biləcəyini bildirmişdir. Qardaşı Rəşad həmçinin ona mübahisə zamanı Cavidanla birlikdə bıçaq xəsarətləri aldıqlarını, buna baxmayaraq qarşı tərəfdən olan şəxsləri də bıçaqla vurduqlarını, Raufla üzbəüz dayanıb söhbət edərkən arxa tərəfdən ayağından kiminsə tərəfindən bıçaqla vurulduğunu demişdir. O, Rəşaddan kiminlə mübahisə etdiklərini soruşarkən qardaşı telefona adboy vermiş, daha sonra isə onun zənglərinə cavab verməmişdir. Daha sonra o, atasına zəng edərək Rəşadın dediklərini atasına bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid12 ifadəsindən görünür ki, sonuncu eyni məzmunlu ifadə verərək Şahid7 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bərdə Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis baş leytenantı Firəddin Raqublunun 12 avqust 2020-ci il tarixli raportundan görünür ki, 12 avqust 2020-ci il tarixdə saat 02:26-da Bərdə rayon mərkəzi xəstəxanasından həkim Əlizadə telefonla məlumat verərək, Bərdə rayon Böyük Göyüşlü kəndində yaşayan 1982-ci il təvəllüdlü X17 (ürək nahiyəsindən 1 ədəd və qarın nahiyəsindən 2 ədəd kəsilmiş deşilmiş yara xəsarəti almış və aldığı xəsarətdən ölmüşdür), Bərdə şəhər, Nizami küçəsi 87-də yaşayan 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 (sağrı nahiyəsindən 1 ədəd kəsilmiş-deşilmiş yara xəsarəti almış), Bərdə şəhər, 20 yanvar küçəsi 13-də yaşayan 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 (qarın nahiyəsindən 1 ədəd kəsilmiş deşilmiş yara xəsarəti almış), 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 (qarın nahiyəsindən daxilə keçən bir ədəd kəsilmiş-deşilmiş yara xəsarəti alaraq) Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olduqlarını bildirmişdir. Cinayət işinin 1-ci cild 10-23-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri, Bərdə rayonunun Şorəlli kəndi ərazisindəki poçt məntəqəsi və kənd orta məktəbinin inzibati binasının qarşısından keçən avtomobillərin gediş-gəlişi üçün nəzərdə tutulmuş asfalt-beton örtüklü yoldur. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerindən, eləcə də hadisə yerinin yaxın ətrafından ümumilikdə avtomat silahlarda istifadə edilməsi üçün nəzərdə tutulmuş 6 ədəd giliz, 1 ədəd qırmızı rəngli metal materialdan olan predmet, poçt məntəqəsinin sağ tinindən dəstəyi iki hissəyə ayrılan, üzərində dairəvi naxışlar olan bir ədəd bıçaq; 1 ədəd taxta dəstəkli, üzərində üç ədəd dairəvi formalar nöqtələr olan bıçaq; 1 ədəd göy rəngli yapışqan izolentlə sarınmış dəyənək; 1 ədəd tıxac-konteyner; məktəbin giriş qapısının sağ tərəfində dəstəyi metal materialdan olan, qəhvəyi rəngli bir ədəd bıçaq aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdürr. Bundan başqa, hadisə yerinə baxış zamanı müxtəlif yerlərdə qanabənzər ləkələr aşkar edilmiş və pambıq topasına hopdurularaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 1-ci cild 26-39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X7 meyitinə baxış keçirilən zaman, meyitdə bədənin müxtəlif nahiyələrində xəsarətlər olduğu müəyyən edilmişdir. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs1 hadisə baş verən zaman əynində olmuş paltarları – 1 ədəd qara rəngli üç düyməli uzunqol köynək, 1 ədəd üzərində dəri materialdan kəməri olan qara rəngli cins şalvar, 1 ədəd qara rəngli qolsuz mayka, 1 ədəd qara rəngli trusik müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 1-ci cild 71-ci vərəqəsində olan X8 12 avqust 2020-ci il tarixli ərizəsindən görünür ki, sonuncu 12.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxs7 ona saxlamağı üçün verdiyi bir ədəd tək lüləli və bir ədəd konstruksiyası dəyişdirilmiş tək lülə tüfəngi təqdim etməklə götürülməsini xahiş etmişdir. Cinayət işinin 1-ci cild 72-77-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, X18 tərəfindən təqdim edilmiş bir ədəd tək lüləli və bir ədəd konstruksiyası dəyişdirilmiş tək lülə tüfəng qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 84-89-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs3 əynində olmuş 1 ədəd qara və ağ rəngli, üzərində “BALENCİAGA PARİS” sözləri yazılmış sol tərəfdən kəsilmiş qısaqol mayka, 1 ədəd açıq göy rəngli cins şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Götürmə zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 1-ci cild 91-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş paltarları – 1 ədəd yaşıl rəngli qısaqol mayka və 1 ədəd göy rəngli cins şalvar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Götürmə zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 1-ci cild 96-99-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs4 əynində olan 1 ədəd ağ rəngli sol tərəfdən kəsilmiş qolsuz mayka qablaşdırılaraq götürülmüşdür. Götürmə zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 1-ci cild 101-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs5 əynində olmuş 1 ədəd göy rəngli ön tərəfi düyməli uzunqol köynək, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli qolsuz mayka və 1 ədəd üzərində naxışları olan ağ rəngli trusik qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 105-107-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 əl-yaxma nümunələri götürülmüşdür. Cinayət işinin 1-ci cild 109-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 əl-yaxma nümunələri götürülmüşdür. Cinayət işinin 1-ci cild 113-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs5 əynində olan qara rəngli köynək, qara rəngli mayka, qara rəngli cins şalvar qablaşdırılaraq götürülmüşdür. Götürmə zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 1-ci cild 123-126-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs5 əynində olan göy rəngli cins şalvar, göy rəngli köynək, qara rəngli mayka, bir ədəd tursik qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 128-131-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs6 əynində olmuş ağ rəngli mayka, qara rəngli köynək, boz rəngli cins şalvar qabşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 141-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokolun kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs5 Adıgözəl oğlundan əl-yaxma nümunələri götürülmüşdür. Cinayət işinin 1-ci cild 145-147-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokolun kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs6 əl-yaxma nümunələri götürülmüşdür. Cinayət işinin 1-ci cild 148-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri olan Bərdə rayonunun Şorəlli kəndi ərazisindəki poçt məntəqəsi və kənd orta məktəbinin inzibati binasının qarşısından keçən avtomobillərin gediş-gəlişi üçün nəzərdə tutulmuş asfaltbeton örtüklü yola ətrafına yenidən ətraflı baxış keçirilmiş, baxış zamanı bir ədəd avtomat silahda itifadə etmək üçün giliz, bir ədəd tüfənglərdə istifdə edilməsi üçün nəzərdə tutulan giliz aşkar edilib, qablaşdırılaraq götürülmüşdür. Həmçinin baxış zamanı məktəbin həyətyanı sahəsi istiqamətində səpələnmiş formada qurumuş şəkildə qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işinin 1-ci cild 159-168-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2107” markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobilin salonuna və yük yerinə baxış keçirilmiş, baxış zamanı, avtomobilin sol yan tərəfində qapı üzərində 1 ədəd deşilmiş zədə müəyyən edilmiş, avtomobilin salonuna baxış keçirilən zaman avtomobilin sol arxa və sağ qabaq oturacaqlarının üzərindən qanabənzər ləkələr aşkar edilərək, 4 ədəd pambıq topasına hopdurularaq götürülmüşdür. Həmçinin, avtomobilin ön oturacağı ilə qoltuqaltı hissənin arasından bir ədəd bıçaq aşkar edilərək götürülmüşdür. Baxış zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 1-ci cild 169-175-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, “VAZ 21074” markalı, **-LV-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobilin ön şüşəsi üzərində sındırılmış yerin olması müəyyən edilmiş, avtomobilin salonuna baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 1-ci cild 176-184-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, “Lada” markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı avtomobildən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin 2-ci cild 120-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 yaşadığı Bərdə rayonu, Şorəlli kəndində olan yaşayış ünvanında axtarış aparılmış və axtarış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 125-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu, Alaçadırlı kəndində olan yaşayış ünvanında axtarış aparılmış və axtarış zamanı evin tarla məntəqəsində olan sandığın üzərində olan tünd rəngli çemodanın içərisindən kardon qabda bıçaq aşkar edilmişdir. Sorğu zamanı həmin bıçağın X14 məxsus olması bildirilmişdir. Cinayət işinin 2-ci cild 168-172-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 6 ünvanında axtarış aparılmış və axtarış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 212-216-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 avqust 2020-ci il tarixli axtarış aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs4 yaşadığı Bərdə rayonu, Şorəlli kəndində olan yaşayış ünvanında axtarış aparılmış və axtarış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 4-cü cild 164-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 avqust 2020-ci il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 qan nümunəsi götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin 4-cü cild 191-195-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 avqust 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Rəşad Məmmədov istintaq zamanı verdiyi ifadəsini “...Mən həmin hissədə araya girmək istəsəm də, bu zaman ilk poçtun qarşısına çatdığımız anda orada gördüyüm sonradan adının Mansur olduğunu bildiyim həmin şəxs səhv etmirəmsə sağ əlində olan quruluşuna fikir vermədiyim bıçaqla mənim istiqamətimdə zərbə atdı. Mən belimdə olan bıçağı çıxardıb Mansurun istiqamətində zərbə atdım. Bu zaman bıçağın Mənsurun döş qəfəsinin sol ön səthinə girməsini hiss etdim. ...Mən zərbədən yayınmaq üçün geri çəkilib, yenidən irəli gedib sağ əlimdə olan eyni bıçaqla Raufun qarnının sol tərəfindən zərbə vurdum. Mən həmin vaxt bıçağın Raufun bədəninə daxil olmasını hiss etdim. ...Həmin vaxt atəş səsi eşitdim. ...” hissəsində Təqsirləndirilən şəxs1 üzünə qarşı deyib bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs4 dediklərini təsdiq etdiyini bildirmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 4-cü cild 196-202-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 avqust 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs4 baş vermiş hadisəni əyani şəkildə göstərərək bildirmişdir ki, hadisə vaxtı onun üstündə qara qulplu, ağ tiyəli, ümumi uzunluğu 20-25 sm olan bıçaq olmuş və o, həmin bıçağı şalvarının kəmərinə sağ arxa tərəfə qoyaraq qarşı tərəfin çox olduğunu görüb özünə məxsus ***-***-**-** nömrəli mobil telefonundan Mehmana zəng edib köməyə çağırmışdır. O, dava zamanı araya girmək istəsə də, bu zaman ilk poçtun qarşısına çatdıqları anda orada gördüyü sonradan adının Mansur olduğunu bildiyi həmin şəxs quruluşuna fikir vermədiyi bıçaqla onun istiqamətində zərbə atmışdır. O, belində olan bıçağı çıxardıb Mansurun istiqamətində zərbə vurmuş, bu zaman bıçağın Mənsurun döş qəfəsinin sol ön səthinə girməsini hiss etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs4 bildirmişdir ki, zərbədən yayınmaq üçün sağ əlində olan eyni bıçaqla Raufun qarnının sol tərəfindən zərbə vurmuş, həmin vaxt bıçağın Raufun bədəninə daxil olmasını hiss etmişdir. Cinayət işinin 4-cü cild 203-cü vərəqəsində olan Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 16 avqust 2020-ci il tarixli, 138-24446-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən onun üzərindən aşkar olunaraq götürülmüş bıçaq təqdim edilmişdir. Cinayət işinin 4-cü cild 204-206-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 avqust 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 təqdim edilmiş 4 ədəd bıçaqdan şəkildə 2 rəqəmi ilə işarələnmiş bıçağın ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin 5-ci cild 71-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2020-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 baş vermiş hadisəni əyani şəkildə göstərərək bildirmişdir ki, hadisə vaxtı o şalvarının sağ qabaq cibində olan dəsəyi və tiyəsi gümüşü rəngli olan qatlanan bıçağını çıxarıb tiyəsini tez açaraq ona bıçaq atan şəxslərə bıçaq zərbələri atmağa başlamışdır. O, bildirmişdir ki, düşünür ki, onun atdığı bıçaq zərbələri də kiməsə dəymişdir. Cinayət işinin 5-ci cild 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2020-ci il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 qan nümunəsi götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin 5-ci cild 176-178-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 avqust 2020-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, şahid X15 təqdim etdiyi və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 aid olması ehtimal edilən 03 ədəd üzərində qanabənzər ləkələr olan ağ rəngli maykalar, 01 cüt üzərində qanabənzər ləkələr olan ayaqqabı, bir ədəd qısaqol köynək, iki cüt qara rəngli ayaqqabı götürülmüşdür. Cinayət işinin 5-ci cild 181-182-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 avqust 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Şahid16 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid16 istintaq zamanı verdiyi ifadəsini “...12 avqust 2020-ci ildə gecə saat 02 radələrində Şirxan özünə məxsus ***-***-**-** saylı mobil nömrədən mənim ***-***-**-** saylı mobil nömrəmə zəng edib salamlaşdıqdan sonra mən yaşadığımız Şorəlli kəndində nə baş verməsini soruşdum. Şirxan mənə Zərərçəkmiş şəxs2, Ziyad və onun dostları ilə Şirxanın Xəyyam, Rəşad, Mehman və Cavidanla birlikdə dalaşdığınızı, həmçinin sənin əlində bıçaq olduğunu, bir-birilərinizə bıçaqla xəsarətlər yetirdiyinizi dedi. Bundan başqa sən mənə davadalaşın sakitləşməsi üçün əlində olan silahdan havaya atəş açdığını dedin. ...” hissəsində Şirxcan İmanovun üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 6-cı cild 157-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 avqust 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 baş vermiş hadisəni əyani şəkildə göstərərək bildirmişdir ki, hadisə zamanı ani olaraq Rəşad əlində arxada saxladığı bıçaqla onun qarın nahiyəsindən bir dəfə zərbə vurub, bıçağı geri çəkmişdir. Həmçinin, o, Cavidanın Nicatı bıçaqla vurduğunu da görmüşdür. Rəşadgil tərəfdən gələn uşaqların arasında o, Şirxanı da görmüşdür. Həmçinin, bildirmişdir ki, onlar hərəkət etməyə başlayan zaman o, eşitmişdir ki, ard-arda 4-5 dəfə atəş səsləri gəlir və o görmüşdür ki, Xəyyam əlində avtomatla havaya atəş açır. Cinayət işinin 6-cı cild 167-171-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 avqust 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 baş vermiş hadisəni əyani şəkildə göstərərək bildirmişdir ki, hadisə vaxtı o, Ziyadın qarşısına keçib Ziyadı saxlamaq istəyəndə, Cavidan Ziyadı əlində olan bıçaqla vurarkən bıçaq ona dəymişdir. Cinayət işinin 6-cı cild 226-229-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 18 avqust 2020-ci il tarixli, 011-8184-1220 saylı məktubdan görünür ki, hadisə yerindən götürülmüş əl izlərinin müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına BƏSİİ Gəncə ŞBPİ-dən daxil olan) 31.12.1984-cü il tarixdə Ağdərə rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin orta (**-LV-*** d.n.n-li avtomobilin bayır aynasının üzərindən götürülmüş); 01 ədədi 17.10.1993-cü il tarixdə Şuşa şəhərində anadan olmuş X4 əlinin böyük barmağının (**-LV- *** d.n.n-li avtomobilin aynasının üzərindən götürülmüş) və digər 1 ədədi isə xx.xx.1996-cı ildə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs4 sol əlinin ovuc izləri (**-LV-*** d.n.n-li avtomobilin bayır aynasının üzərindən götürülmüş) əksləri ilə eynilik təşkil etmişdir. Cinayət işinin 6-cı cild 233-234-cü vərəqələrində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin rəis müavini, baş ədliyyə müşaviri X5 8 sentyabr 2020ci il tarixli ittiham elan etmək üçün şəxsin axtarışı və tutulması haqqında qərarına əsasən Təqsirləndirilən şəxs3 barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 7-ci cild 23-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 sentyabr 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 baş vermiş hadisəni əyani şəkildə göstərərək bildirmişdir ki, 11 avqust 2020-ci il tarixdə saat 23-24 radələrində o, hadisə vaxtı, hadisə yerinə yaxın olan uçuq tikilidə əvvəlcədən gizlətdiyi özünə məxsus kustar üsulla hazırlanmış odlu silahı götürməklə mübahisədə iştirak edən şəxslərin aralanıb dağılışmaları məqsədilə bir dəfə havaya atəş açdığını, bundan sonra həmin şəxslərin qaçaraq avtomobillərə oturduqlarını və hərəkət edib getməyə başladıqlarını, mübahisə edən şəxsləri söyə-söyə həmin avtomobillərin arxası ilə qaçaraq poçtun qarşısına gəlib orada da bir neçə dəfə havaya atəşlər açdığını bildirmişdir. Cinayət işinin 7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 oktyabr 2020-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, mərhum Zərərçəkmiş şəxs1, eləcə də Şahid1 istifadələrində olmuş **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** və ********** mobil telefon nömrələri ilə aparılan danışıq məlumatlarına, SMS yazışmalarına, anten dairələrinə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: -Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə 07.07.2020-ci il tarixdən başlayaraq 06.08.2020-ci il tarixinədək olan müddət ərzində Zərərçəkmiş şəxs2, 05.08.2020-ci il tarixdən başlayaraq 12.08.2020-ci il saat 00:42:26dək olan müddət ərzində isə digər Təqsirləndirilən şəxs3 arasında müxtəlif vaxtlarda olmaqla çoxlu sayda qarşılıqlı danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs7, Şahid1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, eləcə də mərhum Zərərçəkmiş şəxs1 arasında hər hansı bir vaxt telefon danışığı olmamışdır. Təqsirləndirilən şəxs4 məxsus ***-***-**-** nömrəli mobil telefon 11.08.2020-ci il tarixdə saat 18:55:21-dən başlayaraq 12.08.2020-ci il saat 00:42:26-dək olan müddət ərzində Bərdə rayonunun Şorəlli kəndindəki anten dairəsində qeydə alınmışdır. ***-***-**- ** nömrəsinə dair iş üzrə mühüm əhəmiyyət kəsb edən SMS məlumatı aşkar edilməmişdir. -Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə Zərərçəkmiş şəxs7, Şahid1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, eləcə də mərhum Zərərçəkmiş şəxs1 arasında hər hansı telefon danışığı olmamışdır. Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** nömrəli mobil telefonun sonuncu anten dairəsi 11.08.2020-ci il tarixdə saat 18:23:01-də Bərdə rayonunun Şorəlli kəndində qeydə alınmışdır. ***-***-**-** nömrəsinə dair iş üzrə mühüm əhəmiyyət kəsb edən SMS mətni aşkar edilməmişdir. -Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə 01.07.2020-ci il tarixdən başlayaraq 06.08.2020-ci il tarixinədək Zərərçəkmiş şəxs2 arasında müxtəlif vaxtlarda olmaqla çox sayda qarşılıqlı telefon danışıqları aparılmışdır. Zərərçəkmiş şəxs7, Şahid1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, eləcə də mərhum Zərərçəkmiş şəxs1 arasında hər hansı telefon danışığı olmamışdır. Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəli mobil telefonun 11.08.2020-ci il tarixinə sonuncu anten dairəsi saat 23:51:15-də Bərdə şəhəri, B.Hacıyev küçəsi, Türkmən kəndinə gedən yolda, 12.08.2020-ci il saat 00:06:33-də isə Bərdə rayonunda qeydə alınmışdır. ***- ***-**-** nömrəsinə dair iş üzrə mühüm əhəmiyyət kəsb edən SMS mətni aşkar edilməmişdir. -Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə 04.07.2020-ci il tarixindən başlayaraq 12.08.2020-ci il tarixinədək digər Təqsirləndirilən şəxs4, 07.08.2020ci il tarixindən başlayaraq 11.08.2020-ci il tarixinədək isə Zərərçəkmiş şəxs2 arasında müxtəlif vaxtlarda olmaqla çoxlu sayda qarşılıqlı telefon danışıqları aparılmışdır. Zərərçəkmiş şəxs7, Şahid1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, eləcə də mərhum Zərərçəkmiş şəxs1 arasında hər hansı telefon danışığı olmamışdır. Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** nömrəli mobil telefonun anten dairəsi 11.08.2020-ci il saat 19:49:25-dən başlamaqla 12.08.2020-ci il saat 01:40:21-dək Bərdə rayonunun Şorəlli kəndində qeydə alınmışdır. ***-***-**-** nömrəsinə dair iş üzrə mühüm əhəmiyyət kəsb edən SMS mətni aşkar edilməmişdir. -Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə 07.07.2020-ci il tarixdən 06.08.2020-ci il tarixədək olan müddət ərzində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, 01.07.2020-ci il tarixdən 06.08.2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2, 07.08.2020-ci il tarixdən 11.08.2020-ci il tarixədək olan müddət ərzində isə Təqsirləndirilən şəxs3 arasında müxtəlif vaxtlarda olmaqla qarşılıqlı telefon danışıqları olmuşdur. Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında hər hansı telefon danışığı olmamışdır. Zərərçəkmiş şəxs2 məxsus ***-***-**-** nömrəli mobil telefonun hadisə baş verən zamana aid olan anten dairəsinə dair məlumat müəyyən edilməmişdir. Mobil telefon sonuncu dəfə 11.08.2020-ci il tarixdə saat 18:37:43-dən həmin gün saat 23:00:02-dək Bərdə rayonunda qeydə alınmışdır. ***-***-**-** nömrəsinə dair iş üzrə mühüm əhəmiyyət kəsb edən SMS mətni aşkar edilməmişdir. -Zərərçəkmiş şəxs3 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, eləcə də Təqsirləndirilən şəxs3 arasında hər hansı bir vaxt telefon danışığı olmamışdır. Zərərçəkmiş şəxs3 məxsus ***-***-**-** nömrəli mobil telefonun 11.08.2020-ci il tarixdə sonuncu anten dairəsi saat 23:51:13-də Bərdə rayonunun Alaçadırlı kəndində, 12.08.2020-ci il tarixdə saat 00:01:14-də isə rayonun Divanlı kəndində qeydə alınmışdır. ***-***-**-** nömrəsinə dair iş üzrə mühüm əhəmiyyət kəsb edən SMS mətni aşkar edilməmişdir. -Zərərçəkmiş şəxs4 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, eləcə də Təqsirləndirilən şəxs3 arasında hər hansı - telefon danışığı olmamışdır. Zərərçəkmiş şəxs4 məxsus ***-***-**-** nömrəli mobil telefonun 11.08.2020-ci il tarixdə sonuncu anten dairəsi saat 17:44:25-dən saat 23:08:53-dək Bərdə rayonunda, 12.08.2020-ci il tarixdə saat 00:12:06-da rayonun Divanlı kəndində, saat 01:56:53-də isə yenidən Bərdə rayonunda qeydə alınmışdır. ***-***-**-** nömrəsinə dair iş üzrə mühüm əhəmiyyət kəsb edən SMS mətni aşkar edilməmişdir. -Zərərçəkmiş şəxs5 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, eləcə də Təqsirləndirilən şəxs3 arasında hər hansı telefon danışığı olmamışdır. Zərərçəkmiş şəxs5 məxsus ***-***-**-** nömrəli mobil telefonun hadisə baş verən zamana aid anten dairəsinə dair məlumat yoxdur. Mobil telefon 12.08.2020-ci il tarixdə yalnız saat 00:54:33-də Bərdə rayonunun Alaçadırlı kəndində qeydə alınmışdır. ***-***-**-** nömrəsinə dair iş üzrə mühüm əhəmiyyət kəsb edən SMS mətni aşkar edilməmişdir. -Zərərçəkmiş şəxs7 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, eləcə də Təqsirləndirilən şəxs3 arasında hər hansı telefon danışığı olmamışdır. Zərərçəkmiş şəxs7 məxsus ***-***-**-** nömrəli mobil telefon 12.08.2020-ci il tarixdə saat 00:00:34-də Bərdə rayonunun Şorəlli kəndindəki anten dairəsində qeydə alınmışdır. ***- ***-**-** nömrəli mobil telefona dair anten məlumatı qeydə alınmamışdır. ***-***-**-** və ***-***-**-** nömrələrinə dair iş üzrə mühüm əhəmiyyət kəsb edən SMS mətni aşkar edilməmişdir. -Zərərçəkmiş şəxs6 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə dair 19.07.2020-ci il tarixdən saat 00:20:55-dən sonra ümumiyyətlə hər hansı bir məlumat müəyyən edilməmişdir. -Mərhum Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, eləcə də Təqsirləndirilən şəxs3 arasında hər hansı bir vaxt telefon danışığı olmamışdır. Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** nömrəli mobil telefonun 11.08.2020-ci il tarixdə sonuncu anten dairəsi saat 17:38:23-dən saat 20:57:48-dək Bərdə rayonunda qeydə alınmışdır. ***-***-**-** nömrəsinə dair iş üzrə mühüm əhəmiyyət kəsb edən SMS mətni aşkar edilməmişdir. Cinayət işinin 7-ci cild 166-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid21 9 sentyabr 2020-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs3 mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur. Cinayət işinin 7-ci cild 167-168-ci vərəqələrində olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid21 9 sentyabr 2020-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs3 mütəmadi olaraq Sumqayıt şəhəri ərazisində külli miqdarda narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 9-cu cild 199-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sumqayıt Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 5(060)-229/2020 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid21 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş 09 sentyabr 2020-ci il tarixli qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işinin 7-ci cild 191-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 sentyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış aparılmazdan əvvəl ona paltarında, əşyalarında olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarın ağ yan cibindən 1 ədəd bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni, daha sonra 1 ədəd “Redmi” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi və xarici pasportu, 2 manat pulu, 1 ədəd “Jinga” markalı telefonu təqdim etmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd “Redmi” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və xarici pasport, 1 ədəd “Jinga” markalı telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, 2 manat pul isə özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs3 təqdim etdiyi bükümn narkotik vasitə heroin olduğunu və özünə məxsus olduğunu, təxminən 2 ay əvvəl Bərdə rayonu ərazisində İmdat adlı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini, polis əməkdaşları tərəfindən ona hər hansı zor tətbiq olunmadığını bildirmişdir. Şəxsi axtarış zamanı “Samsung galaxy” markalı mobil telefonla videoçəkiliş aparılmışdır. Cinayət işinin 7-ci cild 202-205-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2020-ci il tarixli, 6/1832 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 1 (bir) bükümdə heroinə bənzər kütlə.” Yazısı olan paketdəki 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 10,997 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” –in İ siyahısına daxildir. Cinayət işinin 8-ci cild 13-21-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 sentyabr 2020-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 baş vermiş hadisə zamanı istifadə etdiyi, qanunsuz olaraq əldə etdiyi və gizlətdiyi Kalaşnikov konstruksiyalı silahı, silaha aid bir ədəd darağın yerini göstərmişdir. Təqsirləndirilən şəxs3 12.08.2020-ci il tarixdə baş vermiş hadisə zamanı həmin silahdan istifadə etdiyini və gətirib gizlətdiyini bildirmişdir. Aşkar edilmiş silah və ona aid hissələr qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 8-ci cild 29-34-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 15 sentyabr 2020-ci il tarixli, 20/462R nömrəliekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd AP-5064 №-li silah zavod üsulu ilə keçmiş SSRİ-də 1960-cı ildə istehsal olunmuş, 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 03 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62 x 39 mm kalibrli Kalaşnikov avtomatlarında, əlpulemyotlarında və SKS karabinlərindəatəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdır. Təqdim edilmiş 01 ədəd predmet Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsidir, 30 ədəd 7,62 x 39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır və istifadəyə yararldıır. Cinayət işinin 9-cu cild 191-194-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2020-ci il tarixli, 9/3297 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə ziyan aktında olan məlumatlara əsasən “VAZ21074” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 322,00 manat müəyyən edilir. O cümlədən: -Dəyişilməli hissələrin qiyməti -172,00 manat; -Təmir-bərpa işlərinin qiyməti -150,00 manat. Nəzəri hesablama yolu ilə ziyan aktında olan məlumatlara əsasən “VAZ21074” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 65,00 manat müəyyən edilir. O cümlədən: -Dəyişilməli hissələrin qiyməti -45,00 manat -Təmir-bərpa işlərinin qiyməti – 20,00 manat. Cinayət işinin 9-cu cild 208-225-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X12 publik hüquqi şəxsinin maddi sübutların ekspertizasının 02 noyabr 2020-ci il tarixli, 656/2020-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 ABO sistemi üzrə qrup göstəricisi: Abeta /H/(İİ); Təqsirləndirilən şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: Abeta /H/(İİ); Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: Abeta /H/(İİ); Təqsirləndirilən şəxs4 ABO sistemi üzrə qrup göstəricisi: Abeta /H/(İİ); Zərərçəkmiş şəxs5 ABO sistemi üzrə qrup göstəricisi: Abeta /H/(İİ); Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: Abeta /H/(İİ); Zərərçəkmiş şəxs4 ABO sistemi üzrə qrup göstəricisi: Oalfa,beta (İ)-dir. Ekspertizaya təqdim edilmiş bıçaq № 1, bıçaq № 4, bıçaq № 6, bir ədəd dəyənək, şahid X26 tərəfindən təqdim olunan bir cüt kişi ayaqqabısı (üzəri dəlikli), zərfdə qablaşdırılmış 5 ədəd pambıq tampon, polietilen kulyoklara qablaşdırılmış 7 ədəd pambıq tampon, Zərərçəkmiş şəxs1 məxsus qolsuz mayka, cins şalvar, uzunqol köynək, Zərərçəkmiş şəxs5 məxsus qolsuz mayka, trusik, cins şalvar, uzunqol köynək, Zərərçəkmiş şəxs3 məxsus qısaqol köynək, cins şalvar, Zərərçəkmiş şəxs2 məxsus qısaqol mayka, cins şalvar, şahid X26 tərəfindən təqdim edilmiş qolsuz mayka №1 üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alınmışdır. Aqqlyutininlər isə alınmamışdır. Belə olan halda bu qan ləkələri Abeta /H/ (İİ) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs4 və ya Zərərçəkmiş şəxs5 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs4 məxsus qolsuz mayka üzərində olan ləkələrdə yalnız “H” antigeni alınmışdır. Belə olan halda bu qan ləkələri Oalfa,beta (İ) qruplu şəxsə, o, cümlədən də Zərərçəkmiş şəxs4 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş şahid X26 tərəfindən təqdim olunan qolsuz mayka №2, bıçaq №2 və bıçaq №5 üzərində qan, Zərərçəkmiş şəxs7 məxsus qisaqol mayka, cins şalvar, Şahid1 məxsus cins şalvar, qısaqol köynək, qolsuz mayka, Zərərçəkmiş şəxs6 məxsus cins şalvar, qısaqol köynək, qolsuz mayka, qolsuz mayka №3, qısaqol kişi köynəyi, kişi ayaqqabısı (ipli), yay kişi ayaqqabısı, bıçaq №3 üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinin 9-cu cild 229-232-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2020-ci il tarixli, 3/1845; 3/1846 nömrəli ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 1960-cı ildə, keçmiş SSRİ-də, İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” markalı, AP 5064 №-li avtomat silahdır – yivli avtomatik döyüş silahı hesab edilir, zavod işarələrində pozuntu, əlavə, dəyişiklik, detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən, ondan öz-özünə atəş açılmır. -Silahla birlikdə təqdim edilmiş 1 (bir) ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə istehsal edilmiş, 30 (otuz) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçadır və təyinatları üzrə istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron zavod üsulu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 39 mm olan, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur – döyüş sursatıdır və atəşə yararlıdır. -Tədqiqata təqdim edilmiş 6 (altı) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir – gilizlərdir, təqdim edilmiş “AKM” markalı, AP 5064 №-li avtomat silahdan atılmışdır. -Təqdim edilmiş 7,62 mm kalibrli, “AKM” markalı, AP 5064 №-li avtomat silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmiş, bu da onu göstərir ki, həmin silahdan atəş (atəşlər) açılmışdır. Müvafiq metodika olmadığına görə sonuncu atəş vaxtını müəyyən etmək mümkün deyildir. Cinayət işinin 9-cu cild 236-246-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 noyabr 2020-ci il tarixli 6/1728; 6/1730; 6/1731 nömrəli ekspert rəyə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Tədqiqata təqdim edilmiş qırmızı rəngli predmet avtonəqliyyata aid lak-boya örtüyü hissəcikləridir. Həmin lak-boya örtüyü hissəcikləri, “VAZ 21074” markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobildən götürülməsi qeyd olunan boya örtüyü hissəcikləri ilə üst qırmızı rəngli emal qatlarının rənginə və tərkibinə görə uyğun olub ümumi cins mənsubiyyətinə malikdirlər. -Tədqiqata təqdim edilmiş paltarlar üzərində kənar lif mikrohissəcikləri vardır. -Zərərçəkmiş şəxs1 aid olduğu qeyd edilən paltarlardan qara rəngli köynəyin üzərindən aşkar edilmiş sarı rəngli poliester liflər cinsi əlamətlərinə görə boyun hissəsində “Marina Yachtinq” sözləri yazılmış, üzəri qəhvəyi, sarı rəngli naxışlı 2 düyməli qısaqollu köynəyin tərkib liflərinə uyğun gəlir. -Zərərçəkmiş şəxs3 aid olduğu qeyd edilən ağ, qara hissəli köynəyin üzərindən aşkar edilmiş qəhvəyi rəngli poliester liflər cinsi əlamətlərinə görə boyun hissəsində “Marina Yachtinq” sözləri yazılmış köynəyin tərkib liflərinə uyğun gəlir. -boyun hissəsində “Marina Yachtinq” sözləri yazılmış, üzəri qəhvəyi, sarı rəngli naxışlı 2 düyməli qısaqollu köynək üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 köynəyinin tərkib liflərinə uyğun gəlir. - Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 məxsus olduğu güman edilən 3 ədəd ağ rəngli maykadan birinin üzərindən aşkar edilmiş yaşıl rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs2 köynəyinin tərkib liflərinə uyğun gəlir. - Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 məxsus olduğu güman edilən 3 ədəd ağ rəngli maykanın və boyun hissəsində “Marina Yachtinq” sözləri yazılmış, qəhvəyi, sarı rəngli naxışlı 2 düyməli qısaqollu köynəyin üzərində Zərərçəkmiş şəxs5, Şahid1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məxsus olduğu qeyd edilən paltarların tərkib liflərindən yoxdur. -Təqdim edilmiş 3 cüt ayaqqabıların, 5 ədəd bıçaqların və dəyənəyin üzərində lif mikrohissəcikləri yoxdur. Cinayət işinin 10-cu cild 4-12-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2020-ci il tarixli, 3/1011, 3/1012, 3/1013 saylı ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Tədqiqata təqdim edilmiş ve şərti olaraq "1" rəqəmi ilə işarələnmiş biçaq sənaye üsulu ilə istehsal edilmiş deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı məişət bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilmiş və şərti olaraq "2" rəqəmi ilə işarələnmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. -Tədqiqata təqdim edilmiş və şərti olaraq "3" rəqəmi ilə işarələnmiş bıçaq sənaye üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. -Tədqiqata təqdim edilmiş və şərti olaraq "4" rəqəmi ilə işarələnmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçaqlara uyğun gəlir, soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilmiş və şərti olaraq "5" rəqəmi ilə işarələnmiş bıçaq sənaye üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçaqlara uyğun gəlir, soyuq silah hesab edilmir. -Tədqiqata təqdim edilmiş və şərti olaraq "6" rəqəmi ilə işarələnmiş bıçaq kustar üsulla hazırlanmış deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı məişət bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir. - Tədqiqata təqdim edilmiş metal predmet əldədüzəltmə üsulu ilə hazırlanmış vurucu-əzici xassəyə malik olan, dəyənək tipli soyuq silahdır. -Tədqiqata təqdim edilmiş üzərində "Şahid13 məxsus... yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd maykanın ön hissəsinin aşağı tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş "a" zədəsi vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. -Tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs2 məxsus..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd köynəyin ön hissəsinin aşağı tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş "b zədəsi vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. -Tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs5 məxsus..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd köynəyin arxa hissəsinin aşağı tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş "ç zədəsi vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. -Tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs3 məxsus..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd şalvarın arxa sağ hissəsinin yuxarı tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş "d" zədəsi vardır. Həmin zədə bir tərəfi kesici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. -Tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs1 məxsus... " yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd köynəyin ön hissəsinin yuxarı tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş "e" zədəsi vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. -Tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 aid olması ehtimal olunan..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş maykanın arxa sol hissəsinin yuxarı tərəfində rəyin tədqiqi hissəsinda təsvir edilmiş "g" zədəsi vardır. Həmin zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. -Ümumi əlamətlərinə əsasən geyim əşyalarının səthində olan “a”, “b”, “ç”, “d”, “e”, “g” zadələrinin təqdim edilmiş altı ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Həmin zadələrdə zədə yaradan predmetin xüsusi əlamətləri aəs olunmadığından zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş hansı bıçağın tiyəsindən və ya hansı bıçaqla təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. -Tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs2 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin arxa hissəsinin yuxarı tərəfində, üzərində "Zərərçəkmiş şəxs1 a məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş maykanın arxa hissəsinin yuxarı tərəfində "Zərərçəkmiş şəxs7 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş köynəyin ön hissəsinin sağ tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş "c", "ə", "f” zədələri vardır. Həmin zədələr fiziki qüvvənin təsirindən yaranmağa xarakterik cırılma zədələridir. -Tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs2 məxsus..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd şalvarın sathində zədə yoxdur. -Tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs5 məxsus... " yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd şalvarın, maykanin, tumanın səthində zədə yoxdur. -Tədqiqata təqdim edilmiş üzərində "Şahid1 məxsus…" yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd köynəyin, maykanın, şalvarın səthində zədə yoxdur. -Tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs6 məxsus…" yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd köynəyin, maykanın, şalvarın səthində zədə yoxdur. -Tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs3 məxsus..." yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd köynəyin, şalvarın səthində zədə yoxdur. -Tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs1 məxsus.. " yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd şalvarın səthində zədə yoxdur. -Tədqiqata təqdim edilmiş üzərində "Zərərçəkmiş şəxs7 məxsus…" yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd maykanın, şalvarın səthində zədə yoxdur. -Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 aid olması ehtimal olunan... " yazı qeydləri olan bağlamadan aşkar edilmiş iki ədəd maykanın, bir ədəd köynəyin ve üç cüt ayaqqabının səthində zədə yoxdur. -Tədqiqata təqdim edilmiş protokola va protokola əlavə olunmuş fotoşəkillərə asasən "VAZ-21074" markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil ön alın şüşəsi üzərində olan bir ədəd zədənin bərk küt predmetlə mexaniki təsir nəticəsində yaranması istisna edilmir. -Tədqiqata təqdim edilmiş protokola va protokola əlavə olunmuş fotoşəkillərə əsasən “VAZ-21074” markalı, dövlət qeydiyyat nişanı olmayan avtomobilin üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan zədənin olmaması müəyyən edilmişdir. -Tədqiqata təqdim edilmiş geyim əşyaları üzərində odlu silahdan açılan atəş nəticəsində yaranmağa xarakterik zədə yoxdur. -Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs7 məxsus geyim əşyaları üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz bant hissəcikləri aşkar edilmişdir. -Tədqiqata təqdim edilmiş digər geyim əşyaları üzərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilməmişdir. -Tədqiqata təqdim edilmiş protokola va protokola əlavə olunmuş fotoşəkillərə əsasən “VAZ-21074” markalı, dövlət qeydiyyat nişanı olmayan avtomobilin sol yan tərəfindəki ön qapının üzərindəki zədə odlu silahdan açılmış atəş nəticəsində yarana bilən giriş zədəsi olması istisna edilmir. -Tədqiqata təqdim edilmiş protokola va protokola əlavə olunmuş fotoşəkillərə əsasən “VAZ-21074” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində odlu silahdan açılmış atəş nəticəsində yaranmağa xarakterik zədənin olmaması müəyyən edilmişdir. Cinayət işinin 10-cu cild 16-21-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2020-ci il tarixli, 3/918; 3/919 nömrəli ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir: -Tədqiqata təqdim edilmiş və şərti olaraq “1” rəqəmi ilə işarələnmiş silah keçmiş SSRİ-də “İjevsk mexaniki zavodunda”, zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “Baikal İJ-18E” modelli, zavod nişanları silinmiş, daxili çaxmaqlı, təklüləli, yivsiz odlu ov tüfəngidir, lakin sonradan konstruktiv dəyişikliyə məruz qalaraq lüləsi kustar üsulla kəsilib qısaldılaraq, ilkin təyinatı dəyişdirildiyindən tüfəng kəsiyidir, odlu silah hesab edilir, atəş açmaq üçün yararldırı, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır. - Tədqiqata təqdim edilmiş və şərti olaraq “2” rəqəmi ilə işarələnmiş silah zavod üsulu ilə keçmiş SSRİ-də “İjevsk mexaniki zavodunda” istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli “İJ-18E” modelli, E 11875 №-li, daxili çaxmaqlı, təklüləli tüfəngdir – yivsiz odlu ov silahıdır, atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən ondan özözünə atəş açılmır. -Tədqiqata təqdim edilmiş və şərti olaraq “3” rəqəmi ilə işarələnmiş silah keçmiş SSRİ-də, Tula silah zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli “TOZ BM” modelli, Y 32400 №-li, xarici çaxmaqlı, lüləsi silahın təyinatına təsir etməyən ölçüdə kəsilmiş qoşalüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır. - Tədqiqata təqdim edilmiş 11 (on bir) ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardırlar. Həmin patronlar zavod üsulu ilə hazırlanmışlar, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar. Patronların üzərində öz kalibrinə uyğun silahlara doldurub-boşaldılması nəticəsində yaranmasına xarakterik olan səthi sıyrıqlar və batıq izləri vardır, lakin həmin izlər az və zəif əks edildiklərindən eyniləşdirmə tədqiqatı üçün yararsız olduqlarına görə həmin patronların təqdim edilmiş ov tüfənglərinin və ya başqa hər hansı silahın patronluğuna doldurulub-doldurulmamasını müəyyən etmək mümkün deyildir. -Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd patron həmin patronlar zavod üsulu ilə hazırlanmış, pistonları yandan alışan, 5,6 mm kalibrli olmaqla, həmin kalibrə malik “TOZ-8” (“TOZ-8M”), “TOZ-11”, “TOZ-16”, “TOZ-21-1”, “TOZ-18”, “TOZ-29”, “TOZ-17” və.s modelli idman-ov tüfəng və karabinlərində, “TOZ-35”, “İS-1” markalı idman tapançalarında, “Smirin” markalı revolverlərdə, “Amerikan-180” markalı avtomatlarda, habelə digər bir sıra yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş ptronlardırlar – döyüş sursatıdırlar və atəşə (istifadəyə) yararlıdırlar. Patronların üzərində öz kalibrinə uyğun silahlara doldurub-boşaldılması nəticəsində yaranmasına xarakterik olan səthi sıyrıqlar və batıq izləri vardır, lakin həmin izlər az və zəif əks edildiklərindən eyniləşdirmə tədqiqatı üçün yararsız olduqlarına görə həmin patronların hər hansı silah patronluğuna doldurulubdoldurulmamasını müəyyən etmək mümkün deyildir. -Tədqiqata təqdim edilmiş və şərti olaraq “A” və “B” hərfləri ilə işarələnmiş 2 (iki) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissələridir – gilizlər tədqiqata təqdim edilmiş “İJ-18E” modelli, E 11875 №-li ov tüfəngindən atılmışlar. -Tədqiqata təqdim edilmiş və şərti olaraq “1”, “2”, “3”, “4”, “5” və “6” rəqəmləri ilə işarələnmiş gilizlər zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı, “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronların atəşlə ayrılmış hissələridir – gilizlərdir. -Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet 16 kalibrli, yivsiz odlu tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronun doldurulmsı üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, atəş komponentinin atəşlə ayrılmış hissəsidir, konteyner tipli tıxacdır, təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 16 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 16 kalibrli “İJ-18E” modelli, E 11875 №-li və “TOZ BM” modelli, Y 32400 №-li tüfənglərindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onun təqdim edilmiş 16 kalibrli, “İJ-18E” modelli, E 11875 №-li və “TOZ BM” modelli, Y 32400 №-li ov tüfənglərindən, eləcə də başqa hər hansı konkret silahdan atılıbatılmadıqlarını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş nömrəsi silinmiş “Baikal İJ-18E” modelli tüfəng kəsiyinin, “İJ-18E” modelli, E 11875 №-li və “TOZ BM” modelli, Y 32400 №-li tüfənglərin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmiş, bu da onu göstərir ki, həmin silahlardan atəş (atəşlər) açılmışdır. Cinayət işinin 10-cu cild 206-213-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X12nin 9 sentyabr 2020-ci il tarixli, 48 saylı meyitin ekspertizasının ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin bədənində aşağıdakı xəsarət – döş qəfəsi nahiyəsinin ürək kisəsi və ürəyin yaralanması ilə döş boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yara vardır. Qeyd olunan xəsarət həyati olub ölümündən az vaxt əvvəl törənmişdir, deşici-kəsici əşyanın təsirindən törənmişdir, ekspertizaya təqdim olunan bıçaqlarla törənə bilməsi az inandırıcıdır, digər konstruktiv xüsusiyyətlərə malik olan deşici-kəsici alət – bıçaqla törənə bilər, müddəti qərarda göstərilən tarixə, yəni 12.08.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxsdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin deşilmiş-kəsilmiş yarası ilə əlaqədar ürəyin yaralanması nəticəsində kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Cinayət işinin 10-cu cild 214-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X12nin 13 avqust 2020-ci il tarixli, 726 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, vət. Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət –sağ gözaltı nahiyənin qançırı küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 10-cu cild 216-218-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X12nin 20 sentaybr 2020-ci il tarixli, 764 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarət – köndələn çənbər bağırsaq müsariqəsinin yaralanması ilə qarının ön divarından daxilə keçən kəsilmiş-deşilmiş yaralanması deşici-kəsici əşyanın təsirindən törənmişdir, ekspertizaya təqdim edilən bıçaqla və ya bu kimi eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqla törənə bilər, müddəti qərarda göstərilən 12.08.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 10-cu cild 219-222-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X12nin 15 sentaybr 2020-ci il tarixli, 763 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarət – düz bağırsağın 1/3-nin kəsilmiş-deşilmiş yaralanması ilə sağ sağrı nahiyəsindən qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yaralanma deşici-kəsici əşyanın təsirindən törənmişdir, ekspertizaya təqdim edilən bıçaqla və ya bu kimi eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqla törənə bilər, müddəti qərarda göstərilən 12.08.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 10-cu cild 223-225-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X12nin 15 sentaybr 2020-ci il tarixli, 762 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət – qarının ön divarının daxilə keçən kəsilmiş-deşilmiş yaralanması deşici-kəsici əşyanın təsirindən törənmişdir, ekspertizaya təqdim edilən bıçaqla və ya bu kimi eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqla törənə bilər, müddəti qərarda göstərilən 12.08.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 10-cu cild 226-227-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X12nin 15 sentaybr 2020-ci il tarixli, 725 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir, ola bilsin ekspertizaya təqdim edilən bıçaqla və ya bu kimi eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqla törənə bilər, müddəti qərarda göstərilən 12.08.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 10-cu cild 228-230-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X12nin 15 sentaybr 2020-ci il tarixli, 741 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ almacıq nahiyəsinin sıyrığı küt əşyanın təsirindən, sağ bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət təsirindən, ola bilsin ekspertizaya təqdim edilən bıçaqla və ya bu kimi eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqla törənə bilər, müddətləri qərarda göstərilən 12.08.2020-ci il tarixə uyğun gəlir və ümumilikdə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 10-cu cild 231-234-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X12nin 15 sentaybr 2020-ci il tarixli, 740 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər –qarının ön səthində aşağı şöbəsinin sol yarısında 2 ədəd kəsilmiş yaraları kəsici təsir göstərə bilən alət (alətlər) təsirindən törənmişdir, ekspertizaya təqdim edilən bıçaqlarla və ya bu kimi eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqlar təsirindən törənə bilmələri az ehtimallıdır, daha çox zərərçəkənin göstərdiyi oboy bıçağı kimi istifadə olunan alət təsirindən törənmələri daha çox inandırıcıdır və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 10-cu cild 235-237-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X12nin 15 sentaybr 2020-ci il tarixli, 739 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətər – hər iki gözaltı nahiyənin, döş qəfəsinin ön səthinin sol yarısının, sağ bel nahiyəsinin, sol bazunun orta və aşağı 1/3-nin ön-bayır səthinin qançırları, sağ almacıq, burun kökü, sağ çiyin qurşağının üst səthinin, döş qəfəsinin sağ yarısının və ön səthinin, sol döş giləsi nahiyəsinin, sol dirsək oynağının arxa səthinin, sağ əlin arxa səthinin iki ədəd, sol baldırın yuxarı 1\3-nin bayır səthinin sıyrıqları küt əşyanın (əşyaların), sağ budun aşağı 1/3-nin iç-yan səthinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın təsirindən, ola bilsin ekspertizaya təqdim edilən bıçaqla və ya bu kimi eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçaqla törənə bilər, müddətləri qərarda göstərilən 12.08.2020-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 10-cu cild 238-239-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X12nin 13 avqust 2020-ci il tarixli, 727 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sağ bazunun orta 1/3-nin ön səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 12.08.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 10-cu cild 240241-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X12nin 13 avqust 2020-ci il tarixli, 724 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sol gözün bayır bucağı nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə, yəni 12.08.2020-ci ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 11-ci cild 5-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 25 fevral 2021-ci il tarixli, 21/165R saylı ekspert rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir:
1. Təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd qara rəngli 3 düymə uzunqol köynəyin sinə hissəsində aşkar olunmuş “1” nömrəli, sağ qol bilək nahiyəsində aşkar olunmuş “2” nömrəli, sol qolun yuxarı hissəsində aşkar olunmuş “3” nömrəli, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd qara rəngli cins şalvar üzərində aşkar olunmuş “4” nömrəli və Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd qara rəngli mayka üzərində aşkar olunmuş “5” nömrəli qanabənzər ləkələr insana məxsus qan nümunəsidir və Zərərçəkmiş şəxs1 məxsusdur.
2. Təqdim edilmiş Zərərçəkmiş şəxs5 məxsus 1 (bir) ədəd göy rəngli uzunqol köynək üzərində aşkar olunmuş “6” və “7” nömrəli, Zərərçəkmiş şəxs5 məxsus 1 (bir) ədəd qara rəngli maykanın arxa bel nahiyəsində aşkar olunmuş “8” nömrəli və Zərərçəkmiş şəxs5 məxsus 1 (bir) ədəd boz rəngli tumanın arxa bel nahiyəsində aşkar olunmuş “9” nömrəli qanabənzər ləkələr insana məxsus qan nümunəsidir və Zərərçəkmiş şəxs5 məxsusdur.
3. Təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd yaşıl rəngli qısaqol köynəyin ön nahiyəsində aşkar olunmuş “10” və “11” nömrəli, kürək nahiyəsində aşkar olunmuş “12” nömrəli, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd göy rəngli cins şalvarın sağ budun ön nahiyəsində aşkar olunmuş “13” nömrəli və həmin şalvarın sağ cibinin astarında aşkar olunmuş “14” nömrəli qanabənzər ləkələr insana məxsus qan nümunəsidir və Zərərçəkmiş şəxs2 məxsusdur.
4. Təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) ədəd qolsuz ağ-qara rəngli kəsilmiş qısaqol köynəyin sinə nahiyəsində aşkar olunmuş “15” nömrəli, ön ətək nahiyəsində aşkar olunmuş “16” nömrəli, Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) ədəd göy rəngli cins şalvarın sağ ön cib nahiyəsində aşkar olunmuş “17” nömrəli, sol ön diz nahiyəsində aşkar olunmuş “18” nömrəli qanabənzər ləkələr, eləcə də hadisə yerindən “1” və “5” ilə işarələnmiş pambıqlar vasitəsilə götürülmüş qanabənzər ləkələr insana məxsus qan nümunəsidir və Zərərçəkmiş şəxs3 məxsusdur.
5. Təqdim edilmiş Zərərçəkmiş şəxs4 məxsus 1 (bir) ədəd ağ rəngli kəsilmiş maykanın ön nahiyəsində aşkar olunmuş “19” nömrəli və arxa ətək nahiyəsində aşkar olunmuş “20” nömrəli qanabənzər ləklər insana məxsus qan nümunəsidir və Zərərçəkmiş şəxs4 məxsusdur.
6. Təqdim edilmiş 1 (bir) ədəd ipli kişi ayaqqabısının sağ tayı üzərində aşkar olunmuş “24” nömrəli qanabənzər ləkə insana məxsus qan nümunəsidir və Təqsirləndirilən şəxs4 məxsusdur.
7. Təqdim edilmiş “VAZ 21074” markalı **-BT-*** dnn-lı avtomobilin salonundan götürülmüş qara rənglidəstəyi üzərində 3 ədəd metal bərkidici olan bıçağın tiyəsindən götürülmüş 25 nömrəli qanabənzər ləkə insana məxsus qan nümunəsidir və Təqsirləndirilən şəxs1 məxsusdur.
8. Təqdim edilmiş 01 (bir) ədəd boynunda “Ceysan” qeydi olan ağ rəngli maykanın boyun nahiyəsində və 01 (bir) ədəd adsız ağ rəngli maykanın boyun nahiyəsində bioloji mənşəli materiallar (epiteli hüceyrələri) mövcuddur və həmin bioloji mənşəli materiallar (epiteli hüceyrələri) bioloji nümunələri ekspertizaya təqdim edilmiş şəxslərin heç birinə məxsus deyildir.
9. Təqdim edilmiş 1 ədəd boynunda “Cemsu” qeydi olan ağ rəngli maykanın arxa ətək nahiyəsində 21 nömrəli ləkədən, 1 ədəd dəstəyi gümüşü qara rəngli kəpənək tipli açılıb-bağlanan bıçaqdan, 1 ədəd dəstəyi gümüşü qəhvəyi rəngli kəpənək tipli açılıbbağlanan bıçaqdan, 1 ədəd dəstəyi taxta materialdan üzərində 3 ədəd dəmir bərkidicisi olan ucu əyilmiş bıçaqdan, 1 ədəd Təqsirləndirilən şəxs1 cinayət hadisəsi baş verən zaman istifadə etdiyi metal dəstəkli açılıb-bağlanan bıçaqdan, Təqsirləndirilən şəxs2 evindən götürülmüş 1 ədəd qara dəstəkli, dəri qınlı bıçaqdan, 1 ədəd göy rəngli yapışqan lentlə sarılmış kustar üsulla hazırlanmış dəyənəkdən, “VAZ 2107” markalı avtomobilin ön oturacağından qanabənzər maddə hopdurulmuş 4 ədəd (44,45,46,47) kimi işarələnmiş pambıqdan, “VAZ 2107” markalı avtomobilin arxa oturacağından qanabənzər maddə hopdurulmuş 3 ədəd (48,49,50) kimi işarələnmiş pambıqlardan, eləcə də Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Şahid1 və Zərərçəkmiş şəxs5 pambıqda sağ və sol əl-yaxmasından götürülmüş nümunələrin tərkibində müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir (deqradasiya əlamətləri müşahidə edilir). Bu səbəbdən həmin tədqiqat obyektlərindən götürülmüş nümunələr üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. Cinayət işinin 12-ci cild 98-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 mart 2021-ci il tarixli şəxsin fotoşəkil üzrə tanınmasının aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Şahid15 ona təqdim edilmiş fotoşəkillər arasından 3 nömrəsi ilə işarələnmiş fotoşəkli, yəni Zərərçəkmiş şəxs1 tanıdığını, hadisə vaxtı, yəni 12 avqust 2020-ci il tarixdə saat 00:30 radələrində Bərdə rayonu, Şorəlli kəndi ərazisində kənd orta məktəbinin yaxınlığında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs4 həmin şəxsi bıçaq zərbəsi ilə vurduğunu bildirmişdir. Cinayət işinin 12-ci cild 101-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 mart 2021-ci il tarixli şəxsin fotoşəkil üzrə tanınmasının aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Şahid15 ona təqdim edilmiş fotoşəkillər arasından 2 nömrəsi ilə işarələnmiş fotoşəkildə şəxsin Zərərçəkmiş şəxs4 olduğunu və hadisə vaxtı, yəni 12 avqust 2020-ci il tarixdə saat 00:30 radələrində Bərdə rayonu, Şorəlli kəndi ərazisində kənd orta məktəbinin yaxınlığında baş vermiş mübahisə zamanı birinci dəfə məhz Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 bıçaq zərbəsi ilə vurduğunu bildirmişdir. Cinayət işinin 12-ci cild 104-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 mart 2021-ci il tarixli şəxsin fotoşəkil üzrə tanınmasının aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Şahid15 ona təqdim edilmiş fotoşəkillər arasından 3 rəqəmi ilə işarələnmiş fotoşəkildəki şəxsi, yəni, Zərərçəkmiş şəxs2 tanıdığını, hadisə vaxtı, yəni 12 avqust 2020-ci il tarixdə saat 00:30 radələrində Bərdə rayonu, Şorəlli kəndi ərazisində kənd orta məktəbinin yaxınlığında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs4 məhz həmin şəxsi bıçaqla vurduğunu bildirmişdir. Cinayət işinin 12-ci cild 107-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 mart 2021-ci il tarixli şəxsin fotoşəkil üzrə tanınmasının aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Şahid15 ona təqdim edilmiş fotoşəkillər arasından 1 rəqəmi ilə işarələnmiş fotoşəkildəki şəxsi, yəni, Zərərçəkmiş şəxs5 tanıdığını, hadisə vaxtı, yəni 12 avqust 2020-ci il tarixdə saat 00:30 radələrində Bərdə rayonu, Şorəlli kəndi ərazisində kənd orta məktəbinin yaxınlığında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs1 məhz həmin şəxsi bıçaqla vurduğunu bildirmişdir. Cinayət işinin 12-ci cild 110-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 mart 2021-ci il tarixli şəxsin fotoşəkil üzrə tanınmasının aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Şahid15 ona təqdim edilmiş fotoşəkillər arasından 4 rəqəmi ilə işarələnmiş fotoşəkildəki şəxsi, yəni, Zərərçəkmiş şəxs3 tanıdığını, hadisə vaxtı, yəni 12 avqust 2020-ci il tarixdə saat 00:30 radələrində Bərdə rayonu, Şorəlli kəndi ərazisində kənd orta məktəbinin yaxınlığında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs1 məhz həmin şəxsi bıçaqla vurduğunu bildirmişdir. Cinayət işinin 12-ci cild 113-115-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 mart 2021-ci il tarixli şəxsin fotoşəkil üzrə tanınmasının aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Şahid15 ona təqdim edilmiş fotoşəkillər arasından 2 rəqəmi ilə işarələnmiş fotoşəkildəki şəxsi, yəni, Zərərçəkmiş şəxs6 tanıdığını, hadisə vaxtı, yəni 12 avqust 2020-ci il tarixdə saat 00:30 radələrində Bərdə rayonu, Şorəlli kəndi ərazisində kənd orta məktəbinin yaxınlığında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs1 məhz həmin şəxsi bıçaqla vurduğunu bildirmişdir. Cinayət işinin 12-ci cild 171-173-cü vərəqələrində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X11 02 mart 2021-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və cinayət işinin icraatıma qəbul edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 120.2.2, 29,120.2.2, 29,120.2.7, 221.3, 228.2.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs7, Şahid1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3 və 228.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 1(021)-97/2021 saylı hökmü ilə Zərərçəkmiş şəxs7, Şahid1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs4 özünü yalnız CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 özünü yalnız CM-nin 221.3 və 228.4-cü maddələri ilə və digər Təqsirləndirilən şəxs3 isə özünü CM-nin 221.2.1 və 228.1-ci maddələri ilə təqsirli bildiklərini göstərmişlər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onların həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxslərin güman etdiyi cəzalarını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər müxtəlif ziddiyətli ifadələr verməklə onlara qarşı irəli sürülmüş ittihamlar üzrə özlərini təqsirli bilmədikləri halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişlər. Əksinə biri-digəri ilə ziddiyət təşkil edən ifadələr verməklə məhkəməni yalnış istiqamətə yönəltməyə çalışmışlar. Məhkəmə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə cinayət əməllərini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29, 120.2.2, 29, 120.2.7 və 221.3cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli CM-nin 29, 120.2.2, 29, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli CM-nin 221.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 əməli isə Azərbaycan Respublikası CM-nin 221.2.1, 228.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2014-cü il tarixli qərarının və Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” plenum qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Həmin plenum qərarının 11-ci bəndinə görə, təqsirkar iki və ya daha çox şəxsi öldürməyə görə CM-nin 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, onun hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə cinayət hərəkəti ayrı-ayrı vaxtlarda da törədilə bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət niyyəti əvvəlcədən yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui qəsd edilməsi iki nəfərin öldürülməsindən ibarət başa-çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli 120.1, yaxud 120.2-ci və 29, 120.2.7-ci maddəsi ilə tövsif edilməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 8-ci bəndinə görə, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Həmin qərarın 9-cu bəndinə əsasən, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Həmin qərarın 10-cu maddəsinə görə xuliqanlıq müvafiq icazəsi olmayan odlu və ya soyuq silahtətbiq edilməsi ilə müşaiət edilməklə törədildikdə təqsirləndirilən şəxsinəməli cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.3-cü və 228-cimaddələri ilə tövsif olunmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 7-ci cild 118-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Təqsirləndirilən şəxs4 arxiv məlumatına görə 31.05.2017-01.06.2017-ci il, 01.12.2017- 02.12.2017-ci il, 27.02.2018-28.02.2018-ci il, 31.05.2018-01.06.2018-ci il tarxlərdə yuxarıda adı göstərilən xəstəxanada mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, özünü kəsmələrlə diaqnozu ilə stasionar müayinədə olmuşdur. Cinayət işinin 7-ci cild 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb. 2019-cu ildən Ağdam RMX-nın Poliklinika şöbəsində qeydiyyatdadır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 14 iyul 2021-ci il tarixli ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 14 iyul 2021-ci il tarixli ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 14 iyul 2021-ci il tarixli ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 14 iyul 2021-ci il tarixli ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etdiyini, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 14 iyul 2021-ci il tarixli ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 14 iyul 2021-ci il tarixli ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6 teleqramla məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışıq əldə etmədyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qanunauyğun cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 7-ci cild 64-cü vərəqəsində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsindən daxil olmuş 21 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu olmamışdır. Cinayət işinin 9-cu cild 5-ci vərəqəsində olan Bərdə RİHB-nın Güloğlular kənd ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 Ağdam rayonundan məcburi köçkündür. Cinayət işinin 9-cu cild 7-ci vərəqəsində olan Bərdə RİHB-nın Güloğlular kənd ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 müsbət səciyyələndirilir. Cinayət işinin 10-cu cild 28-31-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 08 dekabr 2020-ci il tarixli, 2427 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllılığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs4 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs4 hal-hazırda yüngül ifadə olunmuş nevrasteniya aşkar olunur. Təqsirləndirilən şəxs4 qeyd olunan nevrasteniya onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 şüur və dərketməsinə təsir göstərə biləcək pisixemosional halda olmamış, ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs4 psixi-emosional vəziyyətində emosional oyanıqlıq, qəzəblilik yaranmış, həmin halın yaranması, müayinə zamanı onda aşkar edilmiş yüngül ifadə olunmuş nevrasteniya fonunda siatuasiya ilə şərtləşməsidir. Təqsirləndirilən şəxs4 cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 10-cu cild 251-252-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 28 dekabr 2020-ci il tarixli, 3562 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs4 müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs4 narkomaniya və ya alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və ya alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, müsbət səciyyələndirilməsini və məcburi köçkün olmasını Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 60.2-ci maddəsinə əsasən xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, CM-in 60-1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Təqsirləndirilən şəxs4 münasibətdə Azərbaycan Respublikası CM-nin 60.2-ci maddəsinə əsasən CM-ini 60.1-ci maddəsinin müddəaları ona şamil olunmur. Cinayət işinin 7-ci cild 65-ci vərəqəsində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsindən daxil olmuş 21 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət işinin 11-ci cild 102-107-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 06 avqust 2013-cü il tarixli, 1(012)- 71/2013 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CMnin 70-ci maddəsi tətbiq edilməklə 02 il şərti sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə müvafiq olaraq şərti məhküm edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda məhkümluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət işinin 9-cu cild 9-cu vərəqəsində olan Bərdə RİHB-nın Güloğlular kənd ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonundan məcburi köçkündür. Cinayət işinin 9-cu cild 10-cu vərəqəsində olan Bərdə RİHB-nın Güloğlular kənd ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilir. Cinayət işinin 10-cu cild 24-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 08 dekabr 2020-ci il tarixli, 2426 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və.s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törətdikdən sonra hər-hansı psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür. Baş vermiş hadisə zamanı, Təqsirləndirilən şəxs1 şüur və dərketməsinə təsir göstərə biləcək pisix-emosional halda olmamış, o, cinayət əməlini törədən zaman emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs1 psixi-emosional vəziyyətində hirslilik, qıcığa qarşı həssaslıq yaranmış, həmin halın yaranması, onun fərdi-psixi xüsusiyyətləri (hirslilik, hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosionallıq) fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 10-cu cild 248-249-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 11 yanvar 2021-ci il tarixli, 57 nömrəli rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya və ya alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya və ya alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və ya alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, müsbət səciyyələndirilməsini və məcburi köçkün olmasını Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 ilə barışıq əldə etmədyindən Təqsirləndirilən şəxs1 münasibətdə ona Azərbaycan Respublikası CM-ini 60.1-ci maddəsinin müddəaları şamil olunmur. Cinayət işinin 7-ci cild 66-cı vərəqəsində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsindən daxil olmuş 21 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət işinin 11-ci cild 58-65-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 28 iyul 2010-cu il tarixli, 1(021)-58/2010 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132, 221.2.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 01 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24.12.2011-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23.12.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən 09 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş; cinayət işinin 11-ci cild 66-71-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli, 1(021)-39/2013 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67, 69.3, 79-cu maddələri tətbiq edilməklə 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökmün icrası azyaşlı uşağı 8 yaşına çatanadək təxirə salınmış; cinayət işinin 11-ci cild 94-100-cü vərəqələrində olan Binəqədi Rayon Məhkəməsinin 25 fevral 2014-cü il tarixli, 1(001)-40/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 2 il 8 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.06.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmiş; Bərdə Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 157.1, 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.1.3 və 66.2-ci maddələri tətbiq edilməklə 01 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cinayət işinin 11-ci cild 72-90-cı vərəqələrində olan 17.09.2019-cu il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 11 ay cəzası saxlanılmış, 19 mart 2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və cinayətin residivini yaradır. Cinayət işinin 9-cu cild 12-ci vərəqəsində olan Bərdə RİHB-nın Güloğlular kənd ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Mübariz oğlu fərdi əməklə məşğul olmuş, üç dəfə məhkumluğu olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin 7-ci cild 67-ci vərəqəsində olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsindən daxil olmuş 21 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət işinin 11-ci cild 39-41-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 13 dekabr 2012-ci il tarixli, 1(021)- 160/2012 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22.05.2013cü il tarixli Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-nin 76.1, 76.3.1-ci maddələrinə əsasən cəzanın çəkilməmiş qalan 04 ay 9 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş; cinayət işinin 11-ci cild 42- 46-cı vərəqələrində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2014-cü il tarixli, 1(088)-100/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayət işinin 11-ci cild 47-48-ci vərəqələrində olan Gəncə Apellyasiya Məhkəməsinin 01.09.2014cü il tarixli qərarı ilə hökm dəyişdirilərək, CM-nin 62-ci maddəsi tətbiq edilərək azadlıqdan məhrumetmə cəzası 01 ilə endirilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən 01 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış; cinayət işinin 11-ci cild 114-115-ci vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli, 7(003)-11/2015 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 01.09.2014-cü il tarixli qərarı ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 1 ay 21 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş; cinayət işinin 11-ci cild 49-57-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 10 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 iyun 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmiş və cinayətin təhlükəli residivini yaradır. Cinayət işinin 9-cu cild 28-ci vərəqəsində olan Bərdə RİHB-nın Güloğlular kənd ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 müsbət səciyyələndirilir.
Cinayət işinin 9-cu cild 197-198-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkooji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 30 noyabr 2020-ci il tarixli, 3346 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində cinayətin residivi olduğundan Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin müddəaları onlara şamil olunmur. Təqsirləndirilən şəxs3 əməli cinayətlərin təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalıdır. Beləliklə də, məhkəmə araşdırılmış sübutlara istinad edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən maddələrin sanksiyaları həddində cəzalandırılmalı, onların islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür, yalnız bu yolla cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs4 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 16 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 4-cü cild 151-ci vərəqəsində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 16 avqust 2020-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 5-ci cild 151-152-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 4(021)-71/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbsetmənin əvvəli 16 avqust 2020-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 16 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 4-cü cild 176-cı vərəqəsində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 avqust 2020-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 5-ci cild 104-105-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 4(021)-70/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 16 avqust 2020-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 16 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 4-cü cild 219-cu vərəqəsində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, X27 16 avqust 2020-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 5-ci cild 123-124-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 4(021)-72/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 16 avqust 2020-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 09 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 7-ci cild 1825-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 09 sentyabr 2020-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 7-ci cild 245-247-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli, 4(005)-1078/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə xərci olan 292 (iki yüz doxsan iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan hadisə yerindən, eləcə də hadisə yerinin yaxın ətrafından götürülmüş “Kalaşnikov” markalı avtomat silahlarda istifdə edilməsi üçün nəzərdə tutulmuş 6 ədəd giliz, hamar səthli gips üzərində kənarları müxtəlif formalı, qırmızı rəngli 1 ədəd lak-boya hissəsi, üzərində qan nümunələri olan 5 ədəd pambıq topası, mərhum Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd qara rəngli sintetik materialdan üç düyməli uzunqol köynək, 1 ədəd üzərində dəri materialdan kəməri olan qara rəngli cins şalvar, 1 ədəd qara rəngli qolsuz mayka, 1 ədəd qara rəngli trusik, Zərərçəkmiş şəxs3 əynində olmuş 1 ədəd qara və ağ rəngli, üzərində “Balenciaga paris” sözləri yazılmış sol tərəfdən kəsilmiş qısaqol mayka, 1 ədəd açıq göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd yaşıl rəngli qısaqol mayka, 1 ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs4 əynində olmuş 1 ədəd ağ rəngli sol tərəfdən kəsilmiş qolsuz mayka, Zərərçəkmiş şəxs5 əynində olmuş 1 ədəd göy rəngli ön tərəfi düyməli uzunqol köynək, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli qolsuz mayka, 1 ədəd üzərində naxışları olan ağ rəngli trusik, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus VAZ 2107 markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobilin sol arxa və sağ qabaq oturacaqlrının üzərindən götürülmüş üzərində qan nümunələri olan 4 ədəd pambıq topası, narkotik vasitə hesab edilən 10,997 qram heroin məhv edilməli, Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd “AP-5064” №-li 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomat, həmin silaha məxsus 1 ədəd daraq, 1 ədəd 7,62 mm kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur, cinayət nəticəsində vurulmuş ziyan müəyyən edilməmiş, təqsirləndirilən şəxslərin hər hansı bir əmlakı üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: 1.Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29, 120.2.2, 29, 120.2.7 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29, 120.2.2, 29, 120.2.7-ci maddələri ilə 18 ( on səkkiz ) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə 03 ( üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs4 qəti olaraq 19 ( on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 2.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.7-ci maddələri ilə 15 (on beş) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 03 ( üç) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 3.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 ( iki ) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 4.Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 02 ( iki ) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 03 ( üç) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə isə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 5.İş üzrə məhkəmə xərci olan 292 (iki yüz doxsan iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. 6.İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutlar otağında saxlanılan hadisə yerindən, eləcə də hadisə yerinin yaxın ətrafından götürülmüş “Kalaşnikov” markalı avtomat silahlarda istifdə edilməsi üçün nəzərdə tutulmuş 6 ədəd giliz, hamar səthli gips üzərində kənarları müxtəlif formalı, qırmızı rəngli 1 ədəd lak-boya hissəsi, üzərində qan nümunələri olan 5 ədəd pambıq topası, mərhum Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd qara rəngli sintetik materialdan üç düyməli uzunqol köynək, 1 ədəd üzərində dəri materialdan kəməri olan qara rəngli cins şalvar, 1 ədəd qara rəngli qolsuz mayka, 1 ədəd qara rəngli trusik, Zərərçəkmiş şəxs3 əynində olmuş 1 ədəd qara və ağ rəngli, üzərində “Balenciaga paris” sözləri yazılmış sol tərəfdən kəsilmiş qısaqol mayka, 1 ədəd açıq göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd yaşıl rəngli qısaqol mayka, 1 ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs4 əynində olmuş 1 ədəd ağ rəngli sol tərəfdən kəsilmiş qolsuz mayka, Zərərçəkmiş şəxs5 əynində olmuş 1 ədəd göy rəngli ön tərəfi düyməli uzunqol köynək, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli qolsuz mayka, 1 ədəd üzərində naxışları olan ağ rəngli trusik, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs2 məxsus VAZ 2107 markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobilin sol arxa və sağ qabaq oturacaqlrının üzərindən götürülmüş üzərində qan nümunələri olan 4 ədəd pambıq topası, narkotik vasitə hesab edilən 10,997 qram heroin məhv edilsin. 7.Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs3 məxsus 1 ədəd “AP-5064” №-li 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomat, həmin silaha məxsus 1 ədəd daraq, 1 ədəd 7,62 mm kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.