Məhkəmə qərarları › İş №1(101)-1098/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1098/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1098/2022 23.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:10-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi – Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Nümayəndə və müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 05 avqust 2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, ev 402, mənzil 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi ev 7-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 29 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində tanışı Şahid Rafiq oğlu ilə kirayə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində olarkən evə qonaq gəlmiş Zərərçəkmiş şəxs Şahidla etdiyi zarafatlar səbəbindən sonuncunun özünü pis hiss etməsi nəticəsində Zərərçəkmiş şəxs evi tərk etməsini bildirmiş, Zərərçəkmiş şəxs evi tərk etməyəcəyini bildirdikdə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı evdən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin arxa səthindən bir dəfə qəsdən vuraraq ona döş qəfəsinin arxa səthinin sol yarısının plevra boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmotoraks (plevra boşluğuna hava və qan dolması) ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhərində doğulub bir müddət yaşamış, kiçik yaşlarında olarkən atası rəhmətə getmiş, bundan sonra anası 2-ci dəfə ailə həyatı qurmuşdur. 2-3 il olar ki, o, Gəncə şəhərindən Bakı şəhərinə gələrək müxtəlif yerlərdə yaşayır, anası ilə heç bir əlaqəsi yoxdur, onunla danışmır, ümumiyyətlə əlaqə saxlamır. Təxminən hadisədən 10 gün əvvəl olarmış ki, Şahidla birlikdə Nəsimi rayonu İzzət Həmidov küçəsi ev 7-də kirayədə yaşayırmış. Şahid hadisədən təxminən 1 ay qabaq olarmış ki, tanımış, onunla Bakı şəhər ərazisində tanış olmuş, Zərərçəkmiş şəxs isə hadisə gününə qədər tanımamışdır. 28 sentyabr 2021 -ci il tarixdə saat 22 radələrində Mehracla birlikdə evdə olmuş, Mehrac yataq otağında yatmış, o isə yemək bişirmişdir. Həmin vaxtı qapı döyülmüş, qapını açdıqda bir nəfər oğlan ondan Mehracı soruşmuş və özünü Mikayıl kimi təqdim etmişdir. O, Mehraca Mikayılın gəldiyini dedikdə, ayağa qalxıb Mikayılı evə dəvət etmişdir. Evə keçdikdən sonra Mikayılın özü ilə spirtli içki olan 2 ədəd Jaguar markalı enerji içkisi gətirdiyini görmüşdür. Mikayıl təxminən 40-45 dəqiqə ərzində həmin içkiləri içmişdir. Daha sonra Mehracdan nə içmək istədiyini soruşduqda, demişdir ki, pivə olsa içər. Mikayıl mağazaya gedib 1 butulka spirtli içki hesab edilən «Xırdalan» markalı pivə və 1 ədəd Jaguar markalı enerji alıb geri qayıtmışdır. Mehrac 1 stəkan pivə içmiş, o, heç nə içməmiş, Mikayıl isə enerji içkisini içmiş, pivədən də bir az içmişdir. Mikayıl mənzilə gəldikdən sonra Mehraca zarafatlar etməyə başlamış, Mehrac epilepsiya xəstəsi olduğundan Mikayılın zarafatları Mehraca pis təsir etmişdir. Mikayıl özü danışıb özü gülmüş, bunlar da Mehraca pis təsir etmişdir. Təxminən saat 23:50-də Mehrac və Mikayıl havalarını dəyişmək üçün bayıra çıxmışlar, 40-45 dəqiqədən sonra yenidən mənzilə qayıtmışlar. Mənzilə qayıtdıqdan sonra da Mikayıl yenə də danışıb gülməyə başlamış, Mehraca zarafatlar etməyə davam etmişdir. Bir qədər keçmiş o, görmüşdür ki, Mehracın əlləri və ayaqları əsir. Mehrac özünü pis hiss etdiyini deyib, yataq otağına keçib uzanmışdır. O, Mehracın yanına keçdikdə görmüşdür ki, halı pisdir, yəni onu epilepsiya xəstəliyi tutmuş, Mikayıl yenə də danışıb gülmüş, o, bir neçə dəfə Mikayıldan xahiş etmişdir ki, mənzili tərk etsin, çünki danışıb gülməyi Mehraca pis təsir etmiş, lakin Mikayıl ona mənzili tərk etməyəcəyini demişdir. O, əsəbiləşərək Mikayıla məxsus paltarı, aldığı pivəni və pivə məzələrini otaqdan götürərək evin giriş qapısından bayıra atmışdır. Mikayıl yenə də ona mənzili tərk etməyəcəyini demiş və masada oturmağa davam etmişdir. O, əsəbləşərək masanın üzərində olan mətbəx işlərində istifadə etdikləri bıçağı götürüb Mikayıla yaxınlaşıb sonuncunun bədən nahiyəsindən 1 dəfə bıçaqla vurmuş, lakin ikinci zərbəni vurmamışdır. Lakin Mikayıl yenə də mənzili tərk etməmişdir. Daha sonra Mikayıl ayağa qalxdıqda sonuncunu əli ilə bayıra itələməyə davam etmişdir. Mehracın səsi gəldiyindən o, Mikayıldan aralanıb yataq otağına keçmək istəmiş, Mikayıl həmin vaxt onun əlindən yumruqla vurmuş və bıçaq əlindən yerə düşmüşdür. Həmin vaxt onun başının arxası qapıya dəymişdir. Həmçinin bıçaq yerə düşdükdən sonra onu yerdən götürməmişdir. Həmin an Mehrac onların yanına gəlib Mikayılın qolundan tutub sonuncunu bayıra çıxarmışdır. Bayıra çıxdıqda Mikayılla Mehrac təxminən 1-2 dəqiqə ərzində sözlə mübahisə etmişlər, lakin onların arasında heç bir dava-dalaş baş verməmişdir. Mehrac daha sonra mənzilə keçmiş, Mikayıl təxminən 30 dəqiqə mənzilin giriş qapısının ağzında oturaraq gülməyə davam etmişdir. Mehrac qapını bağladığından içəri daxil ola bilməmişdir. Daha sonra da Mikayıl oranı tərk edib getmişdir. 30 sentyabr 2021-ci il tarixdə Nəsimi RPİnin 21-ci PB-nin əməkdaşları Mehracla əlaqə saxlayıb bölməyə dəvət etdikdə o, Mehracla birlikdə həmin bölməyə yaxınlaşmış, bölməyə gələn zaman hadisə vaxtı istifadə etdiyi bıçağı da özü ilə gətirmiş və onu istintaqa təqdim etmişdir. Hadisə 29 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində baş vermişdir. O, Zərərçəkmiş şəxs 1 dəfə bıçaqla xəsarət yetirdikdən sonra dayanmış, onun Mikayılı öldürmək fikri olmamış, əgər Mikayılı öldürmək fikri olsaydı, sonuncuya əlavə bıçaq zərbələri vuraraq öldürərmiş, buna görə ona heç kim mane olmamışdır. Hadisə vaxtı onların yanında heç kim olmamış, Mehrac xəstəliyi ilə əlaqədar olaraq digər otaqda uzanmışdır. Hadisə vaxtı istifadə etdiyi bıçaq kirayə qaldıqları mənzildə olmuş, həmin bıçağı mətbəx işlərində istifadə etmişlər, yəni o, bıçağı konkret olaraq üzərində gəzdirməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır, yetkinlik yaşına çatmamasının, valideyn qayğısından məhrum olmasının nəzərə alınmasını və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid təxminən hadisədən 7-8 ay qabaq tanıyırmış, onunla tanışlığı meyvətərəvəz mağazasından olmuşdur. Mehracla tanış olduqdan sonra dəfələrlə haradasa əyləşib çörək yemişlər, bir-birlərinə gediş-gəlişləri olmuşdur. 28 sentyabr 2021-ci il tarixdə günorta saatlarında Mehracla mobil telefonun “WHATSAPP” proqramı vasitəsi ilə əlaqə saxlayaraq axşam onlara gələcəyini demişdir. Onun Mehracgilə getməkdə məqsədi yeyibiçmək olmuşdur. Təxminən saat 23 radələrində Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən “Bravo” marketdən 02 ədəd sprirtli içki olan “Jaguar” götürərək, yəni alaraq Mehracın kirayə yaşadığı Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən “Göy” Məscidin arxa tərəfində yerləşən 1 mərtəbəli evə gəlmişdir. Evə gəldikdə görmüşdür ki, evdə Mehracdan əlavə 1 nəfər də qız vardır. Mehrac ona demişdir ki, qız tanışıdır, adı da Aytacdır. Mənzildə əyləşərək 2 ədəd “Jaguarı” içmişdir. Sonra da Mehracdan nə içdiyini soruşduqda demişdir ki, pivə içmək istəyir. O, evdən çıxaraq yenidən marketə gedərək 1 ədəd Xırdalan pivəsi, 1 ədəd yenidən “Jaguar” almışdır. Evə qayıdaraq onları içmişdir. Həmçinin Mehrac da pivədən bir qədər içmişdir. Onun Mehracla zarafatı olduğundan zarafatlaşmağa başlamışlar. Lakin Mehracın üzündən bilmişdir ki, zarafatı xoşlamamışdır. Buna görə də Mehraca irad tutmuşdur. Daha sonra da qızla söhbət edən zaman Mehracın qızı ona qısqandığını bilmişdir. Saat 01 radələri olmuş, artıq xx.xx.2021-ci il tarixə keçmişdir. Mehrac digər otağa keçib yerə, yəni yatağa uzanaraq titrəməyə başlamışdır. Qız ona demişdir ki, Mehraca nəsə olmuşdur. Əvvəllər də Mehrac belə zarafat etdiyindən qıza demişdir ki, Mehrac aktyorluq edir. Lakin Aytac səsini başına atıb qışqır-bağır salmağa başlamışdır. Daha sonra Aytac onun paltarını, pivə məzələrini bayıra atmışdır. Həmin vaxt aralarında sözlə mübahisə başlamışdır. Aytac mənzildə olan masanın üzərinə qoyulmuş mətbəx bıçağını götürmüş və onun üzərinə gələrək qəflətən bədən səthindən 1 dəfə bıçaq vurmuşdur. Aytac onu bıçaqla vurduqdan sonra elə bir əhəmiyyət verməmişdir. Aytac onu bıçaqla vurduqdan sonra yenidən vurmamışdır. Buna baxmayaraq o, yumruqla Aytacın əlindən vurmuş və bıçaq Aytacın əlindən yerə düşmüşdür. Bundan sonra Aytac bıçağı yerdən götürməmişdir. Təxminən 2-3 dəqiqə Aytacla aralarında sözlə mübahisə olmuş, lakin heç bir dava-dalaş etməmişlər. Artıq Mehrac digər otaqdan gələrək onun qolundan tutub bayıra çıxarmışdır. Mehrac özü də bayıra çıxdıqda 1-2 dəfə onunla aralarında sözlə mübahisə baş vermiş, lakin tanış olduqlarından dava-dalaş etməmişlər. Daha sonra bayırda atılmış paltarları yığmış, bir qədər bayırda dayandıqdan sonra oradan uzaqlaşıb yaşadığı evə qayıtmışdır. Evə qayıtdıqda heç kimə bu barədə məlumat verməmiş, özünə tibbi yardım göstərmişdir. xx.xx.2021-ci il tarixdə gün ərzində Mehraca zəng vuraraq ağrıdığını bildirdikdə, ona demişdir ki, həkimə müraciət etsin. Vəziyyəti ağırlaşdığından xx.xx.2021-ci il tarixdə gecə saatlarında 3 saylı Sabunçu xəstəxanasına getmişdir. Hadisə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində baş vermişdir. Bundan sonra o, yaşadığı evə getmiş, səhər açıldıqda həkimə müraciət etməmişdir. Mehracla əlaqə saxladıqda ona demişdir ki, həkimə müraciət etsin. Nə Mehrac, nə də ki, Aytac onunla maraqlanmamışlar. O da çox ağrıdığını görərək həkimə müraciət etmək qərarına gəlmişdir. 3 saylı Sabunçu şəhər Xəstəxanasına gedərkən DİN-in 102 zəng xidmətinə müraciət etmiş, lakin həyacanlı olduğundan Mehrac tərəfindən bıçaqlandığını bildirmiş, lakin əslində elə onu Mehracın tanışı Aytac adlı şəxs bıçaqlamış, onun Mehracla heç bir dava-dalaşı olmamışdır. Təqsirləndirilən şəxs ona 1 dəfə bıçaq zərbəsi yetirdikdən sonra daha ona heç bir bıçaq zərbəsi yetirməmişdir. Halbuki Aytacın ona əlavə zərbələr yetirmək imkanı olmuş və buna görə Aytaca heç kim mane olmamışdır. Hadisə vaxtı Mehrac digər otaqda uzanmış, onlar münaqişə etdikləri yerdə heç kim olmamışdır. Mübahisələri ümumilikdə təxminən 8-10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ilə əlbəyaxa dava etməmişlər. Şahidla aralarında heç bir dava-dalaş baş verməmişdir. Hadisə vaxtı onun əynində 1 ədəd tünd çəhrayı, qarşı tərəfi 3 düymə olan qısaqol köynək, 1 ədəd boz rəngli kişi maykası olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur, onunla barışmışdır və Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Rafiq oğlu ifadəsində göstərdi ki, hadisədən 1 ay qabaq olarmış ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsi ev 7də kirayədə yaşayırmış. Təxminən hadisədən 10 gün öncədən tanışı Təqsirləndirilən şəxs ilə birlikdə kirayədə yaşamışlar. Zərərçəkmiş şəxs hadisədən 7-8 ay əvvəl tanımışdır. Mikayılın adını xatırlamadığı bir qohumu ilə mevvə-tərəvəz mağazasında işləmişdir. Mikayılı da yanlarına gələn zaman tanımışdır. Dəfələrlə Mikayılla bir yerdə oturub çörək yemişlər. Aralarında nə vaxtsa dava-dalaş baş verməmişdir. 28 sentyabr 2021-ci il tarixdə gün ərzində Mikayılla mobil telefon vasitəsi ilə əlaqə saxlamamışdır. Həmin gün saat 22 radələrində o, kirayə yaşadığı mənzildə olarkən yatmış, Aytac onun yanına gələrək demişdir ki, bir nəfər adam gəlib onu axtarır. Ayağa qalxıb qapıya getdikdə görmüşdür ki, Mikayıldır. Mikayıl ona qonaq gəldiyini demiş, o da Mikayılı evə dəvət etmişdir. Evə keçdikdən sonra Mikayılın özü ilə spirtli içki olan 2 ədəd Jaguar markalı enerji gətirdiyini görmüşdür. Mikayıl təxminən 40-45 dəqiqə ərzində həmin içkiləri içmişdir. Daha sonra ondan nə içmək istədiyini soruşduqda demişdir ki, pivə olsa içər. Mikayıl mağazaya gedib 1 butulka spirtli içki hesab edilən «Xırdalan» markalı pivə və 1 ədəd Jaguar markalı enerji alıb geri qayıtmışdır. O, 1 stəkan pivə içmiş, Aytac heç nə içməmiş, Mikayıl isə enerji içkisini və bir az da pivə içmişdir. Mikayıl özü onlara gələn zaman içkili vəziyyətdə olmuşdur. Mənzilə gəldikdən sonra ona zarafat etməyə, söz atmağa başlamış, Mikayıl özü danışıb özü gülmüş, Mikayıl belə hərəkətləri ilə onu özündən çıxarmağa çalışmışdır. O isə özünü güclə saxlamışdır. Təxminən saat 23:50-də havalarını dəyişmək üçün bayıra çıxıb, evin yaxınlığında təxminən 40-45 dəqiqə ərzində piyada hərəkət edib yenidən mənzilə qayıtmışlar. Mənzilə qayıtdıqdan sonra da Mikayıl yenə də danışıb gülməyə başlamış, ona zarafatlar etməyə davam etmişdir. Onun əsəb, epilepsiya xəstəlikləri olduğuna görə bir qədər keçmiş özünü pis hiss etməyə başlamış, digər, yəni yataq otağına keçib uzanmışdır. Uzanandan 5-6 dəqiqə sonra əsəblə əlaqədar olaraq bədəni əsməyə başlamış və onda qıcolma yaranmışdır. Həmin ərəfədə artıq Mikayılla Aytacın mübahisə etdiyini eşitmişdir. Lakin özündə qüvvə tapıb ayağa qalxa bilməmişdir. Bir neçə dəqiqə sonra qapının çırpıldığını eşitmiş, təxminən 2-3 dəqiqədən sonra ayağa qalxmış, qonaq otağına keçdikdə görmüşdür ki, Aytacla Mikayılın mübahisəsi davam edir. O, Mikayılın qolundan tutub bayıra çıxartmış, bayırda onunla 1 dəqiqə ərzində sözlə mübahisələri olmuş, lakin aralarında heç bir dava-dalaş baş verməmişdir. Bundan sonra Mikayıl bir qədər mənzilin qapısının ağzında gözlədikdən sonra çıxıb getmişdir. Mikayıl getdikdən sonra mənzilə qayıtdıqda yerdə, mətbəx işlərində istifadə etdikləri bıçağı görmüşdür. Aytacdan bıçağın yerdə nə gəzdiyini soruşduqda, ona demişdir ki, münaqişə etdiyi zaman Mikayılı bıçaqla vurmuşdur. Səhər açıldıqda Mikayıl onunla əlaqə saxlayıb ağrıdığını bildirmiş, daha sonra da ona həkim axtardığını demiş, o da Mikayıla demişdir ki, həkimə gedib müraciət etsin. 30 sentyabr 2021-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşları onunla əlaqə saxlayıb bölməyə dəvət etdikdə, Aytacla birlikdə həmin bölməyə yaxınlaşmışdır. Hadisə 29 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində baş vermişdir. Həmin vaxtı özünü pis hiss etdiyindən yataq otağında uzanmış, Mikayıl getdikdən sonra Aytac ona demişdir ki, Mikayılı bıçaqla vurmuşdur. Sonradan Aytac ona demişdir ki, o, özünü pis hiss edən zaman Aytac Mikayıla demişdir ki, o, əsəbiləşdiyi üçün Mikayıldan mənzili tərk etməsini istəmiş, Mikayıl mənzildən getməmiş və bu zaman aralarında münaqişə baş vermiş, münaqişə zamanı Aytac mətbəx bıçağını götürərək Mikayılı 1 dəfə vurmuşdur. O, münaqişə zamanı heç bir xəsarət almamış, ümumiyyətlə onun Mikayılla arasında davadalaş baş verməmişdir. Münaqişə zamanı hadisə yerinə heç kim gəlməmişdir. AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 Məhkəmə-tibbi ekspertizasının 11 dekabr 2021-ci il tarixli 1197 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - döş qəfəsinin arxa səthinin sol yarısının plevra boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmotoraks (plevra boşluğuna hava və qan dolması) ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən müayinədən 2-3 ay əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar xüsusiyyətlərə malik digər bıçaqların tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilməsi mümkündür. (iş vərəqə 129-130) AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 Məhkəmə-bioloji ekspertizasının 14 mart 2022-ci il tarixli 140/2022-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, zərər çəkmiş Zərərçəkmiş şəxs təqdim olunan portalın çıxarışın surətinə əsasən qan qrupu -A/İİ/-. Ekspertizaya təqdim olunan bir ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs məxsus köynək və alt mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Əgər onun qanında müşayiətçi “H” antigeni varsa. (iş vərəqə 161-164) AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 Məhkəmə trasoloji ekspertizasının 15 mart 2022-ci il tarixli, 110/2022 –MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus maykanın arxa səthinin sol nahiyəsində bir ədəd və köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd (cəmi bir ədəd) dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağına aiddir və soyuq silah hesab edilmir. (iş vərəqə 166-170) AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 mart 2022-ci il tarixli, 629 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki ruhi xəstəlik aşkar edilmir. Onda emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Cinayət işinin materiallarının və hazırki psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə müəyyən edilən Emosional davamsız tip şəxsiyyət pozuntusu, o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də o, ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının (yaddaş, diqqət, təfəkkür, qavrama, dərketmə və sair) normaya uyğun olduğu aşkar olunur. Emosional iradi sferasında qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, emosional qeyri-sabitlik, neqativ amillərə qarşı dözümsüzlük müəyyən edilir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. (iş vərəqə 172- 174) İş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş köynək tünd qırmızı rəngli olmaqla zolaqlıdır, qısaqoldur. Köynək geyilmiş, boyun nahiyəsində «Black Mamba» yazısı olan etiket vardır, köynək öndən üç ədəd düymə ilə bağlanır. Köynəyin arxa səthinin sol nahiyəsində 1 sm ölçüdə zədə vardır. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd mayka boz rəngli olmaqla qolsuzdur, pambıq materialındandır, geyilmişdir. Maykanın arxa səthinin sol yuxarı nahiyəsində 1,2 sm ölçüdə zədə vardır. (iş vərəqə 113-117) İş materiallarında olan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq dəstək və tiyədən ibarət olmaqla bıçağın tiyəsi boz rəngli gümüşü metaldandır, bir kənarı itilənmişdir. Tiyənin iti kənarı ülgücü əsasından başlamaqla 80 mm məsafədə düz xətt şəklində davam edib və 45 mm məsafədə əks kənarla birləşir. Tiyənin ülgücü və ucu itidir, tiyənin sol səthində «Star SHİNE stainless stel MADE İN CHİNA» yazısı həkk olunmuşdur. Tiyənin uzunluğu 125 mm, orta hissədə eni 20 mm-dir. Bıçağın dəstəyi əsasından başlayaraq bir-birinə birləşdirilmiş və 3 ədəd metal pərçimlər ilə bərkidilmiş qırmızı, göy, ağ rəngli plastik materialdan olan lövhələrdən ibarətdir. Dəstəyin yuxarı kənarı düz xətt şəkillidir, dəstəyin uzunluğu 95 mm, orta hissədə eni 16 mm, qalınlığı 10 mm-dir. Bıçağın üzərində qanabənzər ləkələr müşahidə olunur. (iş vərəqə 54-57) İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, İfadəsinin yerində yoxlanılması zamanı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən evdə 29 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs ilə aralarında mübahisənin harada baş verməsini, hadisə vaxtı bıçağı haradan götürməsini və Zərərçəkmiş şəxs xəsarəti harada yetirməsini hadisə yerində əyani göstərməklə bir daha ifadəsini hadisə yerində təsdiq etmişdir. (iş vərəqə 107-110) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 Məhkəmə trasoloji ekspertizasının 15 mart 2022-ci il tarixli, 110- MTKŞ/2022 nömrəli, AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 mart 2022-ci il tarixli, 629 nömrəli, AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 Məhkəməbioloji ekspertizasının 14 mart 2022-ci il tarixli 140/2022-MTBŞ nömrəli, AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 Məhkəmə-tibbi ekspertizasının 11 dekabr 2021-ci il tarixli 1197 nömrəli ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidin ifadələrini, tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində Goranboy RPŞ-də Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə araşdırması aparılmış material üzrə cinayət işinin başlanılması xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən rədd edilmişdir. (iş vərəqə 154-159) Beləliklə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, hər iki valideyninin qayğısından məhrum olmasını, AR CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə cəza təyin edilərkən, ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. X5 2-ci bəndinin 5-ci abzasında qeyd edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində qeyd edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. X5 12-ci bəndinin 5-ci abzasına əsasən, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. X5 12-ci bəndinin 6-cı abzasında qeyd olunur ki, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. 29 noyabr 1985-ci il tarixli BMT-nin yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsinə dair X1ydalarının 17-19-cu maddələrinə əsasən yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmə baxışının gedişində və hökm çıxarılan zaman məhkəmənin ümumi qəbul olunmuş beynəlxalq-hüquqi prinsipləri rəhbər tutması qeyd edilmişdir. Həmin prinsiplərə aşağıdakılar daxildir; a) yetkinlik yaşına çatmayan şəxs başqa şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət olunan ciddi əmələ yol verməmişdirsə, yaxud digər ciddi cinayəti təkrar törətməkdə təqsirli bilinməmişdirsə və ya digər müvafiq təsir tədbirləri mövcud olmadıqda, onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi məqsədə uyğun qəbul edilməmişdir; b) yetkinlik yaşına çatmayan şəxsin islah müəssisəsinə yalnız son tədbir kimi və zəruri olan minimum həddə yerləşdirilməlidir; c)yetkinlik yaşına çatmayan şəxsin azadlığının məhdudlaşdırılması haqqında qərar, bu məsələyə mükəmməl baxıldıqdan sonra və müddəti mümkün qədər minimuma endirilməklə qəbul olunmalıdır; ç) təsir tədbirləri bütün hallarda nəinki cinayətin hallarına və ağırlığına, həm də yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, həmçinin cəmiyyətin tələbatına uyğun gəlməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun yetkinlik yaşına çatmamasını, cəzanı yüngülləşdirən halları, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməli və ona təyin edilmiş cəza şərti olaraq tətbiq edilməklə üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan” görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 41) İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətdən imtina olunmuş və o, MSY-dən azad edilmişdir. (iş vərəqə 78-79) Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında AR Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş dəyişikliyə əsasən) cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Odur ki, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza şərti olaraq tətbiq edilərkən, onun ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət hesaba alınmamalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 81) Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Nəsimi rayon Polis idarəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, istintaq zamanı götürülmüş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus hadisə vaxtı əynində olmuş 01 (bir) ədəd köynək və 01 (bir) ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə hər saat üçün 06 manat hesabı ilə ümumilikdə 150 (yüz iyirmi) manat miqdarında pul Bakı şəhər 2 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Nəsimi rayon Polis idarəsinin maddi sübutları saxlama otağında saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd köynək və 01 (bir) ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə hər saat üçün 06 manat hesabı ilə ümumilikdə 150 (yüz iyirmi) manat miqdarında pul Bakı şəhər 2 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar