Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1098/2024 01.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1988-ci il tarixdə Cəbrayıl rayonu Əmirvarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Cəbrayıl rayonu Əmirvarlı kəndi ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs başqa mənbədən və başqa vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 3,982 qram çəkidə psixotrop maddə metamfetamini əldə etmiş, satış məqsədilə bölüb hər birində 1,851 qram və 2,131 qram olmaqla iki bükümdə qablaşdırıb üzərində qanunsuz saxlamaqla ünvan 3 ünvanına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 15 iyun 2023-cü il tarixdə saat 16:10-da ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi özünə məxsus “ZAZ” markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobillə birlikdə olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində saat 18:03-də Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki şalvarının sol yan cibindən onun iki ədəd bükümlərdə qablaşdırdığı ayrı-ayrılıqda çəkiləri 1,851 qram, 2,131 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 3,982 qram çəkidə olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, onu iyun ayının 15-i Səbail rayonu ərazisində polislər saxlanılmışdır. Onun üzərindən heçnə aşkarlanmayıb. narkotik vasitə kimi marixuanadan istifadə etmişdir. İttihamda yazılan üç qram metamfetaminini ona aidiyyəti yoxdur. O, narkotik vasitədən indi istifadə etmir. Narkotik vasitədən az istifadə etmişdir. O, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Ona psixoloji təzyiq göstərilib. Videoçəkiliş zamanı ona nə deyildisə, onu demişdir. Ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməyib. Polislər tərəfindən ona göstərilən təzyiqin səbəbini bilmir. Onun üzərində narkotik vasitə olmayıb. ******* saylı mobil nömrə ona aiddir. Narkotiklə əlaqədar ola bilsin ki, başqasına mesaj gedib. İfadələrinə bşqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, arada narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Hər hansı narkoloji və ya psixiatrik müəssisədə müalicədə və qeydiyyatda olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində adını xatırlamadığı bir nəfər şəxslə təsadüfən tanış olmuşdur. Onunla söhbət əsnasında həmin şəxs, psixotrop maddəsi olduğunu əgər istəyirsə ona da verə biləcəyini bildirmişdir və ondan 2 ədəd bükümdə adını “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamin götürmüşdür. Bunun müqabilində həmin şəxsə 40 manat pul vermişdir. Həmin şəxs 35-40 yaşlarında biri imiş və ilk dəfə idi ki, ondan psixotrop maddə almışdır. Əldə etdiyi psixotrop maddəni şəxsi istifadə etməyi üçün cibinə qoymuşdur. Daha sonra 15 iyun 2023-cü il tarixdə saat 16:10-da ünvan 3 ünvanın yaxınlığında idarə etdiyi "Zaz" markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları özünü təqdim etməyini xahiş etmişlər, özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə "şüşə" vardır. Bundan sonra polis əməkdaşları polis idarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Üzərində narkotik vasitə, psixotrop maddə varsa, təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində psixortop maddə "şüşə" olduğunu bildirib, əynində olan boz rəngli şalvarının sağ yan cibində 02 ədəd "Samsung" markalı mobil telefonları, 37 manat pulu və 02 ədəd plastik kartı, şalvarının sağ arxa cibində olan 01 ədəd avtomobil açarını, şalvarının sol yan cibində olan 02 ədəd sellofan bükümləri çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümlərə baxış keçirilərkən bükümlərin içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 02 ədəd "Samsung" mobil telefonlar, üzərində 4127 2107 1111 1117 rəqəmləri qeyd olunmuş 01 ədəd plastik bank kartı və üzərində 5522 0993 5561 0445 rəqəmləri qeyd olunmuş digər bank kartı polis əməkdaşları tərəfindən götürülmüşdür. Eyni zamanda üzərindən aşkar edilmiş 01 ədəd avtomobil açarı və 37 manat pul özünə geri qaytarılmışdır. Şahid4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə dəfə narkotik vasitə olan marixuana istifadə etmişlər, bununla bağlı ifadə verməyə çağırılmışdı. Təqsirləndirilən şəxsi təxminən bir-iki ildir tanıyır. Onunla birlikdə narkotik vasitədən istifadə etmişlər. O, narkotik vasitə olan marixuananı təqsirləndirilən şəxsdən almamışdır, onunla birlikdə götürmüşlər. Təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Özü əvvəllər məhkum olunmamışdır. Birlikdə onlayn formada aparat vasitəsilə pul köçürdükdən sonra narkotik vasitə alırdılar. Narkotik vasitənin digər növlərindən istifadə etməmişlər. Təqsirləndirilən şəxsə 2-3 dəfə nakotik vasitəni 5-10 manata alıb birlikdə istifadə etmişlər. Aldıqları narkotik vasitənin çəkisini dəqiq bilmir, lakin 01 büküm olurdu, bir dəfə istifadəlik üçün idi. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, ailədə dörd nəfərdən ibarətdir. Həyat yoldaşı və iki azyaşlı uşaqlan var. Özü Bakı şəhəri, Nizami rayonu Neftçilər metrostansiyası yaxınlığında mağazada telefon satıcısı kimi fəaliyyət göstərmişdir. Arada narkotik vasitə olan marixuanadan doldurub tüstüsünü çəkmək yolu İlə istifadə etmişdir. İşlədiyi mağazada tez-tez müxtəlif müştərilərlə tanış olmuşdur. Təxminən 2-3 ilə yaxın müddətdir ki, mağazaya gəlib gedən müştərilərdən biri də Təqsirləndirilən şəxs adlı şəxsi tanımışdır. O, ilk dəfə mağazaya gəldikdə mobil telefon almışdır. Bundan sonra onunla aralarında tanışlıq- ünsiyyəti yaranmışdır. Sonradan aralarında yaranmış səmimi ünsiyyətdən sonra Cavanşir özünün narkotik vasitə təşkil etdiyini əgər istəsə verə biləcəyini bildirmişdir. Həmin vaxt əgər istəyərsə ona mütləq deyəcəyini bildirmişdir. Tarixlərini dəqiq xatırlamasa da müxtəlif vaxtlarda Cavanşirdən narkotik vasitə olan marixuana götürmüşdür. Ümumilikdə təxminən 2-3 dəfə ondan narkotik vasitə olan marixuana almışdır. Hər dəfə alan zaman bir bükümünə 10 manat pul vermişdir. Cavanşirlə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrə ilə onun istifadə etdiyi 077- ***-**-** saylı nömrəyə “Vhatsapp” mesajlaşma proqramı vasitəsilə əlaqə saxlamış və onunla bu mövzuda müxtəlif mesajlaşmaları da olmuşdur. Şahid1 ifadələrində göstərdi ki, 15 iyun 2023-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barəsində əməliyyat məlumatı daxil olmuşdu. Buna görə də üç nəfər polis əməkdaşından ibarət əməliyyat qrupu yaradıldı. Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Bibiheybət yolu 8/1 ünvanında müəyyən olunub ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib Baş İdarəyə dəvət edildi. Daha sonra idarədə ona hüquq və vəzifələri izah olundu və üzərinə baxış keçirildi. Baxış zamanı onun o, iki ədəd bükümdə ağ kristal şəkilli narkotik vasitə olan metamfetaminə bənzər maddəni təqdim etdi, daha sonra həmin həmin maddə qablaşdırıldı. Əməliyyat məlumatı ona daxil olmuşdu, məlumat Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə idi. Əməliyyat tədbiri təxminən gündüz 4-5 radələrində keçirilmişdi. Cavanşir saxlanılarkən təqsirləndirilən şəxsin yanında heç kim olmamışdır. O, polis əməkdaşlarına heç bir müqavimət göstərmədi, şəxsin üzərinə baxış idarədə keçirilməli olduğuna görə saxladıqları yerdə baxış keçirmədilər. Cavanşiri idarəyə xidməti avtomobil ilə aparmışlar. Təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə iki bükümdə qablaşdırıılmış metamfetamin idi, lakin miqdarını xatırlamır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı fiziki zor və ya psixi təsir olmayıb. İfadələrinəbaşqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, 15 iyun 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx xxxxxx 1988-ci il tarixdə ünvan 4ində anadan olmuş, Cəbrayıl rayonu Əmirvarlı kəndi ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMl-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyataxtarış tədbirinin keçirilməsi barədə 15 iyun 2023-cü il tarixli qərar çıxarılmış və BMCMİnin əməkdaşları, baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik özünə həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvana yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 16:10- da ünvan 3 ünvanın yaxınlığında olduqları zaman Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması ona bildirilmişdir və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə hər hansı bir vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil X7 dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmişdir və Təqsirləndirilən şəxs müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM- nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2023-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində "şüşə" adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan boz rəngli şalvarının sağ yan cibində 02 ədəd "Samsung" markalı mobil telefonları, 37 manat pulu və 02 ədəd plastik kartı, şalvarının sağ arxa cibində olan 01 ədəd avtomobil açarını, şalvarının sol yan cibində olan 02 ədəd sellofan bükümləri çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümlərə baxış keçirilərkən bükümlərin içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd "Samsung" markalı mobil telefonlar, 02 ədəd plastik bank kartları təhqiqatçı tərəfindən götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd avtomobil açarı və 37 manat pul onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə tanımadığı şəxsdən ümumilikdə 40 manata aldığını şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin, şifahi sorğu zamanı hazırda idarə etdiyi "Zaz" markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra idarə etdiyi "Zaz" markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Ona idarə etdiyi "Zaz" markalı, **-XP-*** qeydiyyat nişanlı avtomobildə qanunsuz əşya və ya digər predmet varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib, avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı idarə etdiyi avtomobildən iş üzrə əhəmiyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış keçirilməsinin gedişi və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Şahid3 ifadələrində göstərdi ki, 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradıldı və qrupun rəhbəri Şahid1 idi. Həmin gün saat 16:10 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi, Bibiheybət yolunda saxlayıb avtomobil ilə Baş İdarəyə gətirmişlər. Burada şəxsə vəkil təyin olunduqdan sonra videoçəkiliş vasitəsilə üzərinə baxış keçirildi və üzərindən 2 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edildi. Təqsirləndirilən şəxsin verdiyi şifahi məlumata əsasən həmin psixotrop maddə olan metamfetamini həmin gün 40 manata tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Əlavə olaraq təqsirləndirilən şəxsin üzərindən avtomobil açarı, telefon və pul aşkar edilmişdi. Üzərinə baxış keçirildikdən sonra təqirləndirilən şəxsin avtomobilinədə baxış keçirildi, lakin avtomobilin içərisindən qeyri-qanuni əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması barədə ona bir məlumat deyilməyib, bildiyi qədərilə əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə idi. Təqsirləndirilən şəxsi Səbail rayonu, Bayıl qəsəbəsi, Bibiheybət yolunun kənarında dayanıq vəziyyətdə olarkən saxlamışdılar. Təqsirləndirilən şəxsi saxlayan zaman yanında heç kim yox idi. Təqsirləndirilən şəxsi idarəyə öz şəxsi avtomobili ilə arxa oturacaqda əyləşdirib apardılar. Təqsirləndirilən şəxsi saxladıqdan təxminən 1 saat sonra üzərinə baxış keçirildi. Təqsirləndirilən şəxsi saxlayan zaman heç bir axtarış aparılmadı. Təqsirləndirilən şəxsi saxladıqda polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməyib. Təqsirləndirilən şəxsi saxlayan zaman şərait olmaması səbəbilə üzərinə baxış keçirilmədi Şahid2 ifadələrində göstərdi ki, 15 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı Şahid1 daxil olub. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradıldı və qrup rəhbəri Şahid1 təyin olundu. Səbail rayonu, Bayıl qəsəbəsi, Bibiheybət yolunda şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olmasıını bildirdilər. Baş idarəyə dəvət etdikdən sonra idarədə vəkilin iştirakı və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirildi. İlk olaraq üzərində qanunsuz əşya və ya predmet varsa, təqdim edilməsi təklif olundu və Təqsirləndirilən şəxs üzərində olan avtomobil açarı, telefonu, pulu və şalvarının sağ cibindən 2 ədəd bükümü təqdim etdi. Həmin büküm şəffaf rəngli ağ kristala bükülü psixotrop maddə olan metamfetamin idi. Şəxs həmin psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün həmin gün 40 manata əldə etdiyini bildirmişdi. Daha sonra avtomobilinə baxış keçirildi və avtomobilində hər hansı qanunsuz əşya və ya predmet aşkar edilmədi. İlk öncə əməliyyat məlumatı təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olması barədə idi, lakin şifahi danışıqlar əsasında şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə “sms”-lərdən məlumatı var. Təqsirləndirilən şəxsi Səbail rayonu, Bayıl qəsəbəsi, Bibiheybət yolunun kənarında dayanıq vəziyyətdə olarkən saxlamışdılar. Təqsirləndirilən şəxsi saxlayan zaman yanında heç kim yox idi. Təqsirləndirilən şəxsi saxlayan zaman onun üzərində axtarış aparılmadı. Təqsirləndirilən şəxsi saxladıqda onlara qarşı müqavimət göstərməyib. Təqsirləndirilən şəxsi saxlayan zaman şərait olmaması səbəbilə üzərinə baxış keçirilmədi. Təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə, yəni satışı və ya şəxsi istifadəsi üçün əldə etməsi barədə məlumatı Şahid1 onlara demişdi. Şifahi verdiyi məlumata əsasən, təqirləndirilən şəxs psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahidlər Şahid2, Şahid3 ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə elan olunub araşdırılmış 15 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə saat 16:10-da ünvan 3 ünvanın yaxınlığında etibarnamə əsasında idarə etdiyi markalı, Az **-XP-*** qeydiyyat nişanlı avtomobildə saxlanılaraq ünvan 5 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə dəvət olunub orada onun üzərinə həmin tarixdə saat 18:03-də şəxsi axtarış və götürmə keçirilərkən onun əynindəki şalvarının sol yan cibindən 02 ədəd bükümlərdə ayrı-aynhqda çəkiləri 1,851 qram, 2,131 qram olmaqla, ümumi təmiz çəkisi 3,982 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış 16 iyun 2023-cü il tarixli 6/3359 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün N:6” möhür əksi və “Şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki iki ədəd bükümdə ayn-ayrılıqda təmiz çəkiləri 1,851 qram; 2,131 qram, ümumi təmiz çəkiləri 3,982 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İki bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədiqiğatdan sonra metamfetaminin qalıq miqdarı 3,862 qramdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 17 iyun 2023-cü il tarixli qərara əsasən bir ədəd zərfdə qablaşdırılan ekspertiza tədqiqatından sonra qalıq qalan 3,862 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, 3,862 qram çəkidə psixotrop maddə metamfetamin saxlanması üçün Azərbaycan Respublikası DİN- in BMCMl-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından əlavə olunmuş “mobil telefon aparatına baxış keçirilməsi barədə” 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı adı latın əlifbasına aid hərflərlə “HD” adı ilə qeyd olunmuş ***-***- **-** saylı GSM nömrəli kontaktı ilə, “Whatsapp” mobil tətbiqində müxtəlif fotoşəkil və mesajlar var. 03 iyun 2023-cü il tarixdə saat 19:37-də Təqsirləndirilən şəxs ilə dialoqu aşağıdakı kimi qeyd edilmişdir: -HD: Qaqa alınır nəsə ? Hansınnan -Təqsirləndirilən şəxs: Gözdə danışım deyəcəm sənə -HD: Var? Ok qimetin de de qaqa ne xeber oldu? Daha sonra həmin mobil tətbiqdə adı qeyd olunmamış ***-***-**-** saylı nömrəli kontakt ilə “Whatsapp” mobil tətbiqində müxtəlif yazışmaların olması müəyyən edildi. Həmin yazışmaların içərisində 03 oktyabr 2022-ci il tarixdə saat 10:19-da Təqsirləndirilən şəxs ilə ***-***-**-** saylı nömrəli kontakt ilə dialoqu aşağıdakı kimi qeyd edilmişdir: -***-***-**-**: qaqa bir 30 manat zad tapsam -***-***-**-**: mene bir az d.ş zad eliyə bilərsən -***-***-**-**: başımı qatardım -***-***-**-**: çoxdandı heçnə eləmirəm -***-***-**-**: Mümkün olar? -***-***-**-**: Bir de bir şey soruşum. -***-***-**-**: senin elin çatır metiye? -***-***-**-**: Qrginalı olan? -***-***-**-**: qaqa bir de görüm 30-35 manat düz qoş eləsəm bu defeliy -***-***-**-**:1 dənə daş qardaşıva düzltməy olar? -***-***-**-**: Mümkün olar? -***-***-**-**: Eyer alınırsa mene bir cavab deyersen. məzmunlu mesajlar aşkar olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, sübut əhəmiyyətli yuxarıda qeyd olunan yazışmaların müvafiq hissələrinin fotoşəkil çəkilərək çap edilməklə protokola əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Samsung Galaxy J5” markalı mobil telefon cihazı iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün BMCMİ-nin NH-nə təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilməsi zamanı əldə olunub cinayət işinin materiallarına əlavə olunmuş mesaj mətnlərinə münasibətdə və həmin mesaj mətnlərinin narkotik vasitələrin satışına dəlalət etməməsi ilə bağlı onun ifadələrini də təqsirləndirilən şəxsin öz müdafiəsinə yönəlmiş və faktiki əsası olmayan ifadələr kimi qiymətləndirir. Çünkü tədqiq edilmiş yazışmalar unun əksini təsdiq etdi. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində onu 15 iyun 2023-cü il tarixdə Səbail rayonu ərazisində polis əməklaşları tərəfindən saxlanılarkən onun üzərindən heç nə aşkarlanmadığını, özünün narkotik vasitə kimi marixuanadan istifadə etdiyini ittihamda yazılan üç qram metamfetaminini ona aidiyyəti olmadığını, ona psixoloji təzyiq göstərildiyini, videoçəkiliş zamanı ona nə deyildisə, onu dedyiyni, polis əməkdaşları tərəfindən ona fiziki təzyiq göstərilmədiyini, ******* saylı mobil nömrənin ona aid edildiyiyni, narkotiklə əlaqədar başqasına mesaj gedə bilməsinin mümkünlüyünü göstərdi. Məhkəmədə onun bu ifadələri araşdırılarkən öz təsdiqini tapmadı. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədiylə əldə etmə, saxlama, daşımada təqsirli bilinməlidir. Məhkəmə gəldiyi bu nəticəni onunla əsaslandırır ki, məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə protokolu, mobil telefona baxış keçirilməsi protokolu və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi təsir göstərilməsi və üzərindən aşkarlanan psixotrop maddələrin ona aid olmaması, narkotik vasitələrin satışı ilə məşğul olmaması ilə bağlı olan ifadələri araşdırılarkən öz təsdiqini tapmamış, faktiki əsası olmayan və öz müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Çünkü onun bu ifadələri onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, ona elan olunmuş ittihamda nəzərədə tutlan cinayət əməlinin onun tərəfiəndən törədilməsini təsdiq edən şahidlər Şahid1 , Şahid2, Şahid3 ifadələri, onun üzərində axtarış keçirlən zaman iki bükümdə psixotrop maddə metamfetamin aşkar olunmasını təsdiq edən şəxsi axtarış protokolu ilə, aşkar olunmuş maddələrin metamfetamin olmasını təsdiq edən məhkəmə kimyəvi ekspertizasının rəyi, iş üzrə maddi süübüt kimi tanınnımış psixotrop maddə metamfetaminin özü ilə, təqsirləndirilən şəxsin narkotik vasitə və metamfetminin alqı satısı ilə məşğul olmasını yaddaşında əks etdirən məlumatları özündə əks etdirən ona məxsus və iş üzrə maddi sübut kimi tanınmış mobil tolefonla, bu bu cinayət iş üzrə maddi sübut kimi tanınmış metamfetaminin onun üzərindən aşkar olunmasını vidiogörüntüsünü özündə əks etdirən rəqəmsəl video «DVD» disklə, digər sübutlarla və işin faktiki halları təkzib olundu. Məhkəmənin bu qənəaəti Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra Məhkəmə), «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair ciinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarında müəyyən etdiyi hüquqi mövqe baxımından da əsaslıdır. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası CM-nin 234-cü maddənin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddəsi təkcə satma deyil, həm də bu maddəsi satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitlərin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avdanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs hüquqa zidd hərəkətləri Ali Məhkəmənin tövsiyyələri baxımından tam, hərtərəfli və obyektiv araşqdırılmışdır və onun ona elan olunmuş ittihamda nəzərdə tutulan əməli törətməsi təsdiqini tapmışdır. Məhkəmə, göstərilənləri nəzərə alıb qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs məhkəməyə qədərki dövrdə ona təsirlər göstərilməsi barəsindəki iddialarını özünün müdafiəsinə yönələn cəhd kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir və onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu əməli qəsdən törətməsi qənaətinə gəldiyindən onuun təqsirli bilinməsini və bu əmələ görə onun həmin maddədə nəzərdə tutulan qaydada onun cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altmış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, ekspertizasının keçirilməsinə sərf edilmiş 65 (altmış beş) manat vəsaitin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 3,862 qram psixotrop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD diskin və “Samsung J5” model mobil telefona baxış keçirilməsi zamanı çəkilmiş 03 ədəd foto şəkilin cinayət işinin materiallarında saxlanılmasını, “Samsung” markalı mobil telefonun isə onun şəxsi əmlakı kimi ailə üzvlərinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı təqsirli bilindiyi əməlin törədilməsi halları barəsində qismən etirafedici ifadələr verməsi və əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 15 iyun 2023-cü il tarixdə şəxs şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib bu vaxta qədar həbsdə saxlanılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmədə elan edilib, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 5970 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Deməsinə görə narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan metamfetamindən arabir düşəndə istifadə edir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmaması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 15 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altmış beş) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,862 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd disk və “Samsung J5” model mobil telefona baxış keçirilməsi zamanı çəkilmiş 03 ədəd foto şəkil cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs iradəsinə uyğun olaraq onun yaxın qohumlarına qaytarılsın . Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1098/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1098/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver