Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1099/2020 20.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X4, müdafiəçi Bakı şəhər 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 20 » noyabr 2020-ci il Bakı şəhərində xx.xx.1983-cü ildə Ermənistan Respublikasının Meqri rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, ünvan 1 saylı ünvanda qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq iki ədəd bükümdə şəxsi istehlak miqdarından artıq külli miqdarda 3,547 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd çəkisi 0,506 qram şəxsi istehlak miqdarında olan psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram təşkil edən şəxsi istehlak midarında olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 2 ünvanına daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə saat 18:50-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasında olan dairəvi formalı metal qabın içərisindən qanunsuz əldə edib saxlamaqla daşıdığı iki ədəd ağ rəgli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,547 qram və 0,506 qram olmaqla kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin, bir ədəd gümüşü rəgli kağız bükümdə təmiz çəkisi 0,271 qram təşkil edən çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd “200g x 0,01g” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən “şüşə” kimi el arasında tanınan metamfetamin və qurudulmuş marixuanadan istifadə edir. xx xxxx 2020-ci il tarixdə saat 18:50 radələrində ünvan 3 ünvanının yaxınlığında olduğu zaman ona iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, istifadə etmək üçün üzərində psixotrop maddə və narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş X1 İdarəsinə gəlmişdir. Həmin idarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, səmimi olaraq etiraf etmişdir ki, üzərində metamfetamin adlı psixotrop maddə və qurudulmuş marixuana adlı narkotik vasitə vardır və bu vaxt ona təklif olunmuşdur ki, üzərində olan həmin maddələri təqdim etsin. Bu vaxt o, çiynindən asdığı qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içindən bir ədəd gümüşü rəngli dairəvi formalı metal qabı, bir ədəd elektron tərəzini, özünə məxsus olan şəxsiyyət vəsiqəsini, bir ədəd “Samsung A5” markalı və bir ədəd “X7 9” markalı mobil telefonları çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi gümüşü rəngli dairəvi formalı metal qabın içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə və narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin gümüşü rəngli metal qab açıldıqda içərisindən psixotrop maddə və bir ədəd gümüşü rəngli kağız bükümün içərisindən isə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı o bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini və qurudulmuş marixuananı 2020-ci ilin may ayının sonlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında “Elçin” adlı şəxsdən ümumilikdə 200 manata öz istifadəsi üçün almışdır.Üzərindən aşkar edilən elektron tərəzi vasitəsi ilə aldığı narkotik vasitələri və psixotrop maddələri ölçdüyünü qeyd etmişdir. Şəxsi axtarış davam etdirilərkən onun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin, narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün özü və digər iştirakçılar həmin protokolu imzalamışlar.Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən də olsa etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Baş X1 İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib satışı ilə məşğul olması göstərilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupunun rəhbərlik edilməsi ona tapşırılmış və əməliyyat qrupunun üzvü isə İdarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 təyin edilmişdir. xx xxxx 2020-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 18:50-də ünvan 4 saylı ünvanın yaxınlığında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin dayandığını görüb həmin şəxsə yaxınlaşaraq, xidməti vəsiqələrini göstərərək özlərini təqdim edərək həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və həmin şəxs özünü onlara təqdim edərək bildirmişdir ki, adı Xəyal, soyadı Qurbanov, ata adı isə Nazirdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Baş X1 İdarəsinə dəvət olunmuş, Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 Xəyal Nazir oğluna təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx xxxx 2020-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasından əvvəl paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs çiynindən asdığı qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, üzərində olan kişi əl çantasının içindən bir ədəd dairəvi formalı gümüşü rəngli metal qabı, bir ədəd elektron tərəzini, özünə məxsus şəxsiyyət vəsiqəni və iki ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, metal qabın içində isə istifadə etdiyi narkotik vasitə və psixotrop maddə olduğunu qeyd etmişdir. Həmin gümüşü rəngli metal qab açıldıqda içərisində iki ədəd ağ rəgli kağız büküm və bir ədəd gümüşü rəgli kağız bükümüm olması aşkar edilmiş, bükümlər açıldıqda içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə, bir ədəd gümüşü rəgli kağız büküm açıldıqda isə içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə müşahidə edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs qeyd etdiyi narkotik vasitəni və psixotrop maddəni təxminən may ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrosu yaxınlığında “Elçin” adlı şəxsdən 200 manata aldığını bildirib, elektron tərəziyə münasibətdə isə həmin tərəzi vasitəsi ilə aldığı narkotik vasitə və psixotrop maddələri ölçdüyünü qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə oxşar maddə və bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 6 saylı möhürü ilə möhürlənərək iştirakları ilə imzalanmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə-bioloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 7/293 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs . Təqsirləndirilən şəxs üzərindən... bir ədəd bükümdə ...” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,271 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/998 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəkli, 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,547 qram və 0,506 qram, ümumi təmiz çəkisi 4,053 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotriop maddə-metamfetamidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “200g x 0,01g” markalı elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanı yalnız aşkar olunmuş psixotrop maddənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti, yəni psixotrop maddənin satışını törətməsini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları da ifadələrində Təqsirləndirilən şəxs yalnız psixotrop maddədən istifadə etdiyini bildirmişlər. Məhkəmədə təqsirləndirilən şəxsin psixotrop maddənin satışı ilə məşğul olması təsdiq olunmadı. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması sübut olunmamışdır. Məhkəmə belə nəticəyə gələrkən həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsini də nəzərə alır. Həmin qanunun tələblərinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qeyd edilən tövsiyələrə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddənin miqdar əlaməti, onun psixotrop maddənin satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, psixotrop maddələrin hazırlanması və bölüşdürülməsi üçün avadanlığın olması isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, digər müvafiq mötəbər sübutların mövcud olmadığı şəraitdə, göstərilən halda Təqsirləndirilən şəxs üzərindən 3,953 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar olunması ilə bağlı xüsusatlar, Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə, yəni məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin yalnız qeyd edilən ölçüdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə edib, daşıması sübut olunmamışdır. Ona görə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə yəni, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşımaya tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumun, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar- Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,953 qram çəkidə psixotrop maddə metamfetamin, 0,251 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 183 manat 82 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Azərbaycan Respublikası DİN-in Baş X1 İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,953 qram çəkidə psixotrop maddə metamfetamin, 0,251 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. Ekspertiza xərcləri 183 manat 82 qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-1099/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1099/2020
20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver