Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1099/2021 05.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs X3, müdafiəçi «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi ızının, tərcüməçi X5 iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakıİstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə “Ekspress İphone” mağazasının icarədarı X3 digər mağazaya ödəniş etmək üçün yetkinlik yaşına çatmayan tanışı Zərərçəkmiş şəxs1 270 manat pul verməsini görüb, sonuncunun üzərində nağd pulun olmasına tam əmin olduqdan sonra 28 fevral 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 təqib edib “Music Gallery” elektronika mağazaları şəbəkəsinin ünvan 2 ünvanda yerləşən dükanının qarşısında yaxınlaşaraq həmin gün “Manqal Dönər” kafesində onun barəsində “oğru” deyilməsi ilə bağlı aralarında yaranmış mübahisəni həll etmək bəhanəsi ilə ünsiyyət qurub kənardan kimsənin görməyəcəyinə əmin olmaq üçün sonuncunu ünvan 3 ünvanda yerləşən evin giriş blokuna aparmış, cinayətin törədilməsinə nail olmaq və öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış deşici, kəsici xassəyə malik, soyuq silah hesab edilməyən mətbəx bıçağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs1 tərəf tutub basqın edərək sonuncudan üzərində olan pulu tələb etmiş və sonuncunun onun cinayətkar tələbini icra etmədiyini gördükdə əlində tutduğu bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyərək şalvarının sağ yan cibindən 272 manat pulunu çıxarıb ələ keçirərək Zərərçəkmiş şəxs1 2 manat və zərərçəkmiş şəxs X4 270 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektinin sakini kimi tanıyır, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. Digər Zərərçəkmiş şəxs2 isə tanımır. O, özünü verilmiş ittihamda təqsirli bilmir. Sadəcə 28 fevral 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “Manqal Kabab” adlı dönər kafesində olarkən Zərərçəkmiş şəxs1 oraya gəldiyini görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs1 həmin vaxt onun yanında olan dönərçi Şahindən 50 manatlıq əskinasa xırdasının olub-olmadığını soruşduqda, Şahin xırdasının olmadığını Zərərçəkmiş şəxs1 bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 yazığı gələrək bildirmişdir ki, pulu ona versin və 50 manatlığı Pavel üçün gedib digər dükanda xırdalasın. Həmin vaxt Pavel ona 50 manatlıq əskinası vermiş və o, dönər kafesindən çıxaraq bir köşkdən 50 manatlıq əskinası 2 ədəd 20 manatlıq və 1 ədəd 10 mantlıq əskinaslara xırdalayaraq gətirib Pavelə vermiş və Pavel dönərxanadan çıxıb getmişdir. Dönərxanada işləyən Şahin isə ona bildirmişdir ki, o Pavel üçün pulu xırdalamağa getdiyi zaman Pavel onu oğru adlandırmışdır. O da əsəbləşərək çölə çıxıb Pavelin arxasınca getmiş, məqsədi Şahindən eşitdiyi məsələni araşdırmaq olmuşdur. X8 küçəsində “Music Gallerry” dükanın qarşısında Paveli görmüş və ona yaxınlaşaraq nə səbəbə barəsində Şahinə oğru dediyini soruşduqda Pavel bunu inkar etdiyi üçün onunla piyada gedərək ünvan 4 ünvanın blokuna gətirmiş, blokda bir daha ona irad tutub barəsində bir daha “oğru” deməməsini tələb etmiş və ondan ayrılmışdır. Paveldən pul almamış, ona qarşı bıçaq tətbiq etməmiş, xəsarət yetirməklə hədələməmiş, hətta Pavel ibtidai istintaq zamanı onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs digər Zərərçəkmiş şəxs1 qarşı törətdiyi hadisə ilə əlaqədar tanımışdır. Belə ki, o, təxminən 8 ilə yaxındır ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən “Ekspress İphone” dükanının icarədarıdır. Digər Zərərçəkmiş şəxs1 onun icarədarı olduğu dükanda işləyirdi, lakin Zərərçəkmiş şəxs1 halhazırda onun yanında işləmir və Pavelin yaşayış yerini bilmir. İcarədarı olduğu dükanın işi ilə bağlı “İdoctor” dükanına borcu yarandığından 28 fevral 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 yanına çağırmış və “İdoctor” dükanına 270 manat pul çatdırılmalı olduğunu demişdir. O, Pavelə 300 manat pul vermiş və bildirmişdir ki, yaxın dükanlarda həmin pulu xırdalasın və puldan 30 manatını ona versin, qalan 270 manat pulu isə “İdoctor” dükanına aparsın. Təxminən bir neçə dədqiqədən sonra Zərərçəkmiş şəxs1 onun yanına gələrək 30 manatı vermiş və 270 manat pulu isə “İdoctor” dükanına aparacağını demişdir. Təxminən həmin vaxtdan yarım saat keçəndən sonra Zərərçəkmiş şəxs1 onun yanına gələrək bir nəfər şəxsin onu ünvan 5 binanın blokuna çəkib üzərinə bıçaq çıxararaq 270 manat pulu və özünə məxsus 2 manat pulu cibindən çıxarıb getdiyini bildirmişdir. İlk öncə o, Pavelə inanmamış, elə başa düşmüşdür ki, Pavel ona verilən pulu itirib. Bundan sonra Pavellə birlikdə Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PŞ-yə getmiş və Zərərçəkmiş şəxs1 baş verənlər barədə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs1 ələ keçirilmiş 270 manat pul ona, 2 manat pul isə Pavelə məxsus olmuşdur. Baş vermiş hadisə nəticəsində ona 270 manat maddi ziyan dəymişdir. Ona vurulmuş ziyan istintaq zamanı Rahidin anası tərəfindən ödənilib, hazırda onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti illə S.Zeynalov küçələrinin kəsişməsində yerləşən “Ekspress İphone” dükanın icarədarı Vasiliyin yanında ona kömək edir. Belə ki, o, həmin dükanda təxminən 1 aya yaxındır ki, işləyir. 28 fevral 2021-ci il tarixdə Vasiliy onu yanına çağırıb xahiş etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, ADSU universitetinin yaxınlığında yerləşən “İdoctor” mağazasına 270 manat pul aparıb versin. O, da Vasiliyin xahişinə etiraz etməmişdir. Bundan sonra Vasiliy ona 300 manat pul vermiş və bildirmişdir ki, həmin 300 manat pulun 50 manatını xırdalasın və həmin puldan 30 manatını Vasiliyə qaytarsın, qalan 270 manat pulu isə “İdoctor “mağazasına aparsın. O da Vasiliyin dediyi kimi 300 manat pulu götürmüş və həmin pulun üzərindən 50 manatı götürərək Bakı şəhəri, Azadlıq prsopektində yerləşən “Manqal Kabab” adlı dönər kafesinə gedərək orada işləyən dönərçidən 50 manat xırdasının olub-olmadığını soruşduqda Şahin adlı dönərçi ona xırda pulunun olmadığını demişdir. Həmin vaxt Şahin adlı dönərçinin yanında sonradan adını Rahid bildiyi şəxsin orada olmasını görmüş və bu vaxt Rahid ona yaxınlaşaraq pulu əlindən almış və demişdir ki, “ver mən həmin pulu xırdalayım”. O da buna etiraz etməmişdir. Təxminən bir qədər orada gözlədikdən sonra Rahid ondan aldığı 50 manat pulun qarşılığında ona 2 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq pul vemişdir. O, öz minnətdarlığını bildirərək dönərxanadan çıxmış və həmin puldan 30 manatı Vasiliyə vermiş, qalıq 270 manat pulu isə “İdoctor” dükanına vermək üçün Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti ilə hərəkətə başlamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti “Music Galerry” dükanının qarşısında olarkən saat 19:30 radələrində Rahid ona yaxınlaşaraq sözlü mübahisə etməyə başlamışdır. Rahid ona bildirmişdir ki, guya o Rahidə “Manqal Kabab” adlı dönər kafesində olarkən Şahin adlı dönərçiyə Rahid barəsində “oğru” olduğunu bildirmişdir. Lakin o, Rahid barəsində Şahinə “oğru” demədiyimi söyləmişdir. Bundan sonra Rahid, onun qolumdan tutaraq ünvan 5 ünvanda yerləşən binanın blokuna apararaq ona bir daha guya “oğru” deməsi ilə bağlı iradlarını bildirmiş və cibindən qara dəstəkli bıçağı çıxararaq ona tərəf tutub “tərpənməməyi əgər tərpənərəsə onu bıçaqla xəsarət yetirəcəyi ilə hədələmiş və əlini şalvarımın sağ yan cibinə salaraq oradan Vasiliyin göndərdiyi 270 manat pulu və ona məxsus 2 manat pulu götürmüşdür. Ardınca isə ona tərpənməməyi və yerində qalmağını demişdir. O isə Rahiddən qorxduğu üçün arxasıyla çıxmamış və Rahidin elədikləri barədə gedib Vasiliyə məlumat vermişdir. Daha sonra isə Vasiliy və anası ilə birlikdə baş verənlər barədə müraciət etmək üçün Nəsimi RPİ-nin 22-ci PŞ-yə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəısində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 28 fevral 2021-ci il tarixdə onun işlədiyi Nəsimi RPİ-nin 22-ci PŞ-yə Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək bildirmişdir ki, 28 fevral 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən “İphone ekspress” mağazasının icarədarı Vasiliy Steşın ona pul xırdalamaq üçün 300 manat vermiş və o, həmin 300 manat olan pulun 50 manatlıq əskinasını xırdalamaq məqsədilə yaxınlıqda yerləşən “Manqal Dönər” adlı kafeyə getmiş, 50 manatlıq əskinası daha xırda əskinaslarla əvəzləmək üçün “Manqal Dönər” adlı kafedə olan şəxslərdən xahiş etdikdə Rahid adlı şəxs ondan 50 manatı almış və pulu xırdaladıb ona qaytarmışdır. Bundan sonra Rahid Pavelin arxasıyla getmiş və Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yaxınlığında yerləşən «Music Gallery» dükanının qarşısında ona yaxınlaşaraq əvvəllər aralarında baş vermiş mübahisəni aydınlaşdırmaq bəhanəsi ilə onu kimsənin görməyəcəyi ünvan 6 ünvanın blokuna apararaq üzərinə bıçaq çıxarıb cibindən Vasiliy Steşınə məxsus 270 manatı və özünə məxsus isə 2 manat pulu ələ keçirib oradan çıxıb getmişdir. Bundan sonra ərizə əsasında təxirə salınmaz əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs müəyyən etdikdən sonra o, Bakı şəhəri Nəsimi rayonu M.Qardaşları küçəsində yerləşən “Hiss” kluba getmiş və orada olan Rahidi şöbəyə dəvət etmiş, Rahid ayağa qalxarkən üzərində saxladığı qara dəstəyi olan bıçağı yerə atdıqda ondan bıçağı götürməsini tələb etsə də, sonuncu buna etiraz etmiş və orada “Hiss” klubun icarədarı Şahid1 iştirakı ilə bıçağı götürmüş və oraya gələn polis əməkdaşlarının köməyi ilə Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-yə, daha sonra isə idarənin İstintaq Şöbəsinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəısində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Belə ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları ünvanında yerləşən «His klub» adlı barı işlədirdi. Hal-hazırda həmin barı işlətmir. 28.02.2021-ci il tarixdə əvvəllər tanımadığı hal-hazırda məhkəmə iclas zalında gördüyü Təqsirləndirilən şəxs axşam vaxtı həmin bara gəlmişdir. Təxminən saat 24 radələrində bara polis əməkdaşlarının daxil olmalarını və Rahidə yaxınlaşdıqlarını görmüşdür. Polislərdən məsələ ilə maraqlandıqda sonuncular bildirmişlər ki, bu şəxs cinayət törətmiş, kimdənsə zorla pul almışdır. Polis əməkdaşlarının tələbi ilə Rahid divandan qalxdığı zaman divanda qara dəstəkli bıçağı görmüşdür. Həmin bıçağı polis əməkdaşları divandan götürərərk Təqsirləndirilən şəxs bardan aparmışlar. Rahid onlara heç bir müqavimət göstərməmişdir. Bu iş üzrə bildiyi budur. Təqsirləndirilən şəxs törətdiyi qulduruluq əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nəsimi RPİnin 22-ci rəisinə ünvanladığı 28.02.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 28.02.2021ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə piyada hərəkət edən zaman əvvəllər tanımadığı şəxs onun qolundan tutaraq yaxınlıqda olan binanın girişinə salmış, üzərinə bıçaq çıxarıb cibində olan 272 manat pulu götürərək çıxıb getmişdir. Məhkəmədə elan edilib araşdırılmış «baxış keçirilməsi haqqında» 28.02.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə baş verdiyi ünvan Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 18 saylı ünvandır. Baxış zamanı Zərərçəkmiş şəxs1 Vahid adlı şəxsin onun üzərinə bıçaq çıxarıb cibində olan 272 manat pulu çıxararaq çıxıb getdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxs X3 Bakı şəhəri Nəsimi RPİ-nin 22ci rəisinə ünvanladığı 01.03.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 28.02.2021-ci il tarixdə saat 19:20 radələrində Zərərçəkmiş şəxs1 quldurluq yolu ilə talanmış 272 manatdan 270 manat məbləği ona məxsus olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci rəisinə ünvanlanan 28.02.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 28.02.2021-ci il tarixdə əməliyyat-axtarışq tədbirləri əsasında Nəsimi rayonu ərazisində «Hiss» klubda saxlanılmış, saxlanılan şəxsin üzərində yerə atdığı bir ədəd qara rəngli dəstəyi olan bıçaq hal şahidlərinin işitakı ilə götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış 01.03.2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02.03.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01.03.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «ifadənin yerində yoxlanılması haqqında» 31.03.2021-ci il tarixli protokoldan müəyyə olunur ki, Təqsirləndirilən şəxs Həsən oğlu ifadəsinin yerində yoxlanması zamanı törətmiş olduğu cinayət əməlini əyani olaraq göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış «videogörüntülərə baxışın keçirilməsi haqqında» 01.03.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs videogörüntüdə olan şəxsin özü olduğunu, 28 fevral 2021-ci il tarixdə saat 19:30 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 18 saylı ünvanın giriş blokuna apardığını və oradan Zərərçəkmiş şəxs1 272 manat məbləğində pul aldığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «əşyaya baxış keçirilməsi haqqında» 01.03.2021-ci il tarixli protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Həsən oğlu təqdim edilmiş dəstəyi qara rəngli olan məişət bıçağının ona məxsus olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının 17 mart 2021-ci il tarixli, 588 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Pavel oğlunda yüngül dərtəcəli əqli gerilik aşkar olunur. Zərərçəkmiş şəxs1 qeyd edilən yüngül əqli gerilik əlamətləri onu iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum etməmişdir. Zərərçəkmiş şəxs1 iş üçün vacib olan halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 acizlik, iradi zəiflik, özünə qarşı hörmət tələb edə bilməmək, sadəlövlük kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətinə görə intravertə(psixi fəaliyyətin daxili aləmə yönəlməsi) daha yaxındır. Fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı hüquqa zidd hərəkətlər edilərkən özünü aktiv müdafiə etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs1 əqli inkişafının yaş xüsusiyyətlərinə uyğun olmamasına baxmayaraq onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilir. Zərərçəkmiş şəxs1 ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl psixi-emosional vəziyyəti normaya uyğun olmuşdur. Baş vermiş hadisə zamanı psixi-emosional sferasında qorxu, həyəcan, gərginlik hisləri yaranmışdır. Hal-hazırda psixi-emosional vəziyyətində hər hansı dəyişiklik(stress, qorxu, həyəcan, psixi-emosiona gərginlik və s.) aşkar olunmadı. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulatyor məhkəmə psixatrik və psixoloji ekspertizasının 06 aprel 2021-ci il tarixli, 728 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycvan Respublikası CM-nin 21 və 22ci maddələrinin təsiri altında düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən əvvəl və hadisəni törədərkən psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək həır hansı dəyişiklik yaranmamışdır. Hasdisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, kobudluq, özünü müdafiə etməyə, situasiyanı öz xeyrinə yönəldib danışmağa meyillilik kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl psixi-emosional vəziyyətdə dəyişiklik (fizioloji affekt, stress, emosional-psixi gərginlik, frustrasiya və s.) yaranmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 iyun 2017-ci il tarixli hökmü ilə Azərbyacan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını 28 dekabr 2018-ci il tarixdə tam şəkildə dövlət nəfinə ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhklumluğu ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməsinə görə ibtidai araşdırma orqanı onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün olaraq tövsif etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin silah qismində istifadə etdiyi bıçağı tətbiq edib zərərçəkmiş şəxsdən pul tələb etdiyi andan quldurluq cinayəti başa çatmışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. İbtidai istintaq zamanı ərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X6 09.03.2021-ci il tarixli və məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X6 14.09.2021-ci il tarixli ərizələrini təqdim etməklə təqsirləndirilən şəxsin hadisə nəticəsində onlara dəymiş ziyanın Təqsirləndirilən şəxs valideyini tərəfindən tam ödədiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını göstərmişlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə uyğun olaraq dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onun tutulduğu 01.03.2021-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RTPİ-nin NH-yə təqdim edilmiş bir ədəd məişət təyinatlı, soyuq silah hesab edilməyən bıçaq məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «FİDES» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 420 AZN (dörd yüz iyirmi manat) pul «FİDES» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “01” mart 2021-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RTPİ-nin NH-yə təqdim edilmiş bir ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərcləri olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) pul «FİDES» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1099/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1099/2021
05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver