Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1099/2025 06.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxxx 2003-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 10 noyabr 2024-cü ildə axşam saatlarında kirayə yaşadığı, ünvan 1 ünvanında yerləşən evdə xalası Şahid1 mobil telefon nömrəsinə sonuncunun həyat yoldaşı X1 borclu olduğu şəxslərin zəng etməsinə görə Qənimət Tağıyevlə mübahisə etdikdən sonra, həmin tarixdə saat 23 radələrində Qənimət Tağıyevə borclu şəxslərin xalası Şahid1 zəng edərək, narahat etməsini və Qənimət Tağıyevin yaranmış mübahisəyə görə ondan xalası Şahid1 və nənəsi Şahid2 narazılıq etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə həmin evin yataq otağında xalasının əri X2 mətbəxdən götürdüyü bıçaqla bir dəfə qarın nahiyəsinə zərbə vuraraq, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan və sonuncunun qarnının ön divarının daxilinə nüfuz edən və köndələn çənbər bağırsağın və müsariqəsinin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara xarakterli bədən xəsarətləri yetirməklə, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xalasının əri Qənimət Tağıyevə onun borcu ilə əlaqədar müxtəlif zənglər gəlmişdir. Qənimət Tağıyev təklikdə olan zaman ona gələn zəngləri açmağını və bu məsələ barədə narahat olmamağını ona desə də o, gələn zənglərin heç birisinə cavab verməmişdir. O, həmin şəxslərlə telefon vasitəsi ilə əlaqə saxlamış və telefon danışığı zamanı həmin şəxslər ona Qənimət Tağıyevin onlara borclu olduğunu və onların zənglərinə cavab vermədiyini bildirmişlər. Sonra 10 noyabr 2024-cü il tarixdə o, evdə Qənimət Tağıyevlə həmin məsələ ilə bağlı mübahisə etmişdir. Mübahisədən sonra axşam saatlarında o, siqarət çəkmək üçün həyətə çıxan zaman evdən səs-küy gədiyini eşidib evə daxil olmuş və mətbəxə keçərək oradan 1 ədəd mətbəx bıçağı götürmüşdür. Səs-küy olan otağa daxil olub Qənimət Tağıyevə bıçaq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, ibtidai istintaq zamanı müstəntiqə ifadə vermişdir. Qənimət Tağıyevin qarın nahiyyəsinə bıçaqla xəsarət yetirmişdir. Hadisə baş verən zaman evdə xalası və nənəsi olmuşlar. Hadisə baş verdikdən sonra o, qatar yoluna tərəf getmiş və qatar yolunun yaxınlığında bıçağı yerə atmışdır. Qənimətin borc məsələsi ilə bağlı xalasına müxtəlif zənglər gəldiyindən o, həmin məsələyə əsəbləşmiş və bu səbəbdən Qənimətə xəsarət yetirmişdir. Qənimətin zavoda pul borcu olmuşdur. Xalası və Qənimət həmin zavodda işləyirlər. Borc yiyələri onu tanımır və onunla əlaqə saxlamamışlar. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızının oğludur. 3 ay ərzində onların evində qalmışdır. Renat kiçik bir mübahisə nəticəsində əsəbləşib ona xəsarət yetirmişdir. Onun başqa şəxsə borcu olmuş və həmin borcun qaytarılması ilə bağlı onun həyat yoldaşına həmin şəxsdən bir neçə dəfə zənglər gəlmişdir. Zənglərin birinə Təqsirləndirilən şəxs cavab vermişdir. Renat borc məsələsi ona məlum olduqda əsəbləşmişdir. Hadisə günü o, Renatı bir qədər qıcıqlandırmış və həmçinin bu səbəbdən sonuncu əsəbləşmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində aşağı həddə cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, onun kənar şəxslərə borcu olmuşdur. Həmin borcla bağlı çörək bişirilən yerdən ona və həyat yoldaşına bir neçə dəfə zəng gəlmişdir. Renat borcla bağlı xalasına zəng gəldiyi üçün ona iradını bildirmişdir. Hadisədən qabaq Renatla aralarında heç vaxt mübahisə olmamışdır. Təqsirləndirilən şəxs onun baldızının oğludur. Renat ona iradını borcla bağlı xalasına zəng gəldiyi üçün bildirmişdir. İbitidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əsas mübahisə onunla Renat arasında olmamışdır, borc aldığı şəxslə arasında mübahisə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Renat Allaherdiyev bacısının oğludur. Zərərçəkmiş şəxs isə həyat yoldaşıdır. Renatın anası rəhmətə getdikdən sonra sonuncu bir müddət onların evində qalmışdır. Hadisəyə qədər həyat yoldaşı Renatla heç vaxt mübahisəsi olmamışdır. Həmin gün Renat əsəbləşmiş və həyat yoldaşına xəsarət yetirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun nəvəsi, zərərçəkmiş şəxs isə kürəkənidir. Onun böyük qızı rəhmətə gedəndən sonra Renatın halı xeyli pisləşmişdir. Hadisə günü Renatın kürəkəni ilə mübahisəsi olmuş və nəticədə Renat Qənimətə xəsarət yetirmişdir. Nərimanov RPİ-də hadisə ilə bağlı ifadə vermişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Renatla Qənimətin aralarında olan mübahisə pul məsələsi olmamışdır. Renatın Qənimətə bıçaqla xəsarət yetirdiyini görməmişdir. Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması və hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərərək törətdiyi cinayəti etiraf etmişdir (cild 1, iş vərəqə 57-64). Cinayət işinin materiallarında olan maddi sübutların məhkəmə tibbi-kriminalistik tədqiqatına dair 25 noyabr 2024-cü il tarixli 551/2024-MTKŞ saylı rəyindən görünür ki, ekpertizaya təqdim edilmiş köynəyin ön səthində 2 ədəd dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələr küpü kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişlər (cild 1, iş vərəqə 87-89). Cinayət işinin materiallarında olan maddi sübutların məhkəmə tibbi-tibbi bioloji tədqiqatına dair 28 noyabr 2024-cü il tarixli 785/2024-MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Q.C.Tağıyevə məxsus uzunqol kofta, şalvar və ona keçirilmiş kəmər üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, “A”, “B” antigentləri və aqqlyutininlər isə alınmadı. “H” antigeni O (İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən X2 məxsus ola bilər (cild 1, iş vərəqə 90- 94). Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 3 dekabr 2024-cü il tarixli 3528 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda və cinayət əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Həmin şəxsin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 95-97). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizanın 17 dekabr 2024-cü il tarixli, 1432 saylı rəyindən görünür ki, X1 almış olduğu xəsarətlər - qarnın ön divarının daxilə nüfuz edən və köndələn çənbər bağırsağın və müsabiqəsinin zədələnməsi ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kesici alətin (ola bilsin bıçağın) təsirindən törənib, müddəti 10 noyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqə 98-100). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 82-83). Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 26-27). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 noyabr 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 69-72). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 noyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan hadisə zamanı zərərçəkmiş şəxs X1 əynində olmuş köynək və şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 11 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-də saxlanılan hadisə zamanı zərərçəkmiş şəxs X1 əynində olmuş köynək və şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1099/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1099/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver