Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-110/2022 04.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X56 və X20, dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi X12, zərərçəkmiş hüquqi şəxsin nümayəndələri - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 Məhiyəddin oğlunun və Bakı şəhəri, Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə1, Təqsirləndirilən şəxs və müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 09 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində axtarış elan edilmiş, 30 aprel 2021-ci il tarixdə könüllü gələrək təqsirini boynuna almış və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2 və 32.4,308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşadığı Türkan qəsəbəsində tanışı Şahid15 və 25.09.2018-ci il tarixdən 23.12.2019-cu il tarixədək Türkan qəsəbə bələdiyyə sədri vəzifəsində işləmiş Şahid16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını və əmlaka olan hüquqlarını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə “Bağın icarəyə verilməsi haqqında” 02.07.1988-ci il tarixli 17335 nömrəli Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X131 ilə 10 il müddətinə bağlanmış müqavilə əsasında 14.11.1994-cü il tarixdə ölmüş mərhum X21 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Bağlar Məscidi deyilən yerdə yerləşən 222 saylı 0,12 hektar bağ sahəsinin, “Bağın icarəyə verilməsi haqqında” 03.04.1970-ci il tarixli 16081 nömrəli Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X131 ilə 10 il müddətinə bağlanmış müqavilə əsasında 1989-cu il tarixdə ölmüş mərhum X2 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Bağlar Məscidi deyilən yerdə yerləşən 411/355 saylı 0,25 hektar bağ sahəsinin və “Bağın icarəyə verilməsi haqqında” 18.11.1968-ci il tarixli 16580 nömrəli Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X131 ilə 10 il müddətinə bağlanmış müqavilə əsasında 1985-ci il tarixdə ölmüş mərhum X22 istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Bağlar Məscidi deyilən yerdə yerləşən 417 saylı 0,25 hektar bağ sahəsinin icarə müqavilələri əsasında Xəzər dənizi (gölü) sahilində daha əlverişli yerdə yerləşən dövlətin mükiyyətində olmaqla qiyməti baha olan torpaq sahəsini vahid niyyətlə qanunsuz yolla sənədləşdirib ələ keçirməklə satmaq üçün mərhum Faiq Hüseynovun istifadəsində olmuş 222 saylı bağ sahəsinə dair 02.07.1988-ci il tarixli 17335 nömrəli icarə müqaviləsini, mərhum Xanımana Məmmədovanın istifadəsində olmuş 411/355 saylı bağ sahəsinə dair 03.04.1970-ci il tarixli 16081 nömrəli icarə müqaviləsini və mərhum Fazil Dadaşovun istifadəsində olmuş 417 saylı bağ sahəsinə dair 18.11.1968-ci il tarixli 16580 nömrəli icarə müqaviləsini özü və Şahid16 vasitəsi ilə müəyyən edilməyən şəraitdə əldə edib bu barədə Şahid15 məlumat verməklə, 2019-cu ilin mart-aprel aylarında müəyyən edilməyən gündə və şəraitdə 222 saylı bağ sahəsi üzrə mərhum X21 vərəsələrinin - X45, Zərərçəkmiş şəxs3, X81 və həmin şəxslərlə heç bir qohumluq əlaqəsi olmayan Şahid14 olmasını göstərən guya Zərərçəkmiş şəxs1 Türkan qəsəbə nümayəndəliyi tərəfindən verilməsi, yəni nümayəndə Şahid17 tərəfindən imzalanması və nümayəndəliyin möhürü ilə möhürlənməsi görüntüsü yaradan hüquq verən rəsmi sənədi - 29.03.2019-cu il tarixli 412 nömrəli yaşayış yeri üzrə arayışı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilməsi, yəni sonuncu şöbənin rəisi A.Eminova tərəfindən imzalanması və həmin şöbənin möhürü ilə təsdiqlənməsi görüntüsü yaradan X21 14.11.1994-cü il tarixdə öldüyü halda guya 12 may 2000-ci il tarixdə “ürək dayanması” səbəbindən ölməsinə dair 28 mart 2019-cu il tarixli 578 nömrəli arayışı, sağ olduqları halda Xavər Hüseynovanın guya 29 avqust 1994-cü il tarixdə ölməsinə dair ölüm səbəbi qeyd olunmayan 28 mart 2019-cu il tarixli 579 nömrəli arayışı, X33 09 aprel 1957-ci il tarixdə doğulmasına dair 28 mart 2019-cu il tarixli 581 və sağ olduğu halda 21 dekabr 2008-ci il tarixdə guya “Hiporteniya xəstəliyi” səbəbindən ölməsinə dair 584 nömrəli arayışı, Zərərçəkmiş şəxs3 01 iyul 1959-cu il tarixdə doğulmasına dair 28 mart 2019-cu il tarixli 583 nömrəli və sağ olduğu halda 28 yanvar 1999-cu ildə guya “kəskin ürək-damar çatışmazlığı” səbəbindən ölməsinə dair 587 nömrəli arayışı, X34 ilə X33 arasında guya 15.06.1977-ci ildə tarixdə nikahın qeydə alınmasına dair 28 mart 2019-cu il tarixli 586 nömrəli arayışı və X57 ilə Xavər Abbasovanın arasında nikah qeydiyyata alınmadığı halda guya 14 iyun 1955-ci il tarixdə nikahın qeydiyyata alınmasına dair şəhadətnaməni, 411/355 saylı bağ sahəsi üzrə mərhum Xanımana Məmmədovanın vərəsələri X101, X102, X103 və həmin şəxslərlə heç bir qohumluq əlaqəsi olmayan X46 olmasını göstərən Zərərçəkmiş şəxs1 Türkan qəsəbə nümayəndəliyi tərəfindən verilməsi, yəni nümayəndə Şahid17 tərəfindən imzalanması və nümayəndəliyin möhürü ilə möhürlənməsi görüntüsü yaradan hüquq verən rəsmi sənədi - 13.03.2019-cu il tarixli 309 nömrəli yaşayış yeri üzrə arayışı, Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan X4 13 fevral 1982-ci il tarixdə “ürək dayanması” səbəbindən ölməsinə dair 26 fevral 2019-cu il tarixli 216 nömrəli arayışı, belə bir adda şəxslər olmadığı halda guya X58 21 iyul 1965-ci il tarixdə “ürək damar fəaliyyətinin dayanması” səbəbindən ölməsinə dair 26 fevral 2019-cu il tarixli 217 saylı arayışı, X59 11 may 1948-ci il tarixdə doğulmasına dair 11 mart 2019-cu il tarixli 403 nömrəli arayışı, nikah bağlanmadığı halda X143 və X35 arasında nikahın qeyd alınmasına dair 26 fevral 2019-cu il tarixli 224 saylı arayışı, X60 25.01.1950-ci il tarixdə doğulmasına dair 19.02.1950-ci il tarixli şəhadətnaməni, X60 “beyin təzyiqinin yüksək həddə çatması” səbəbindən ölməsinə dair şəhadətnaməni, X59 11.05.1984-ci il tarixdə “Hiporteniya xəstəliyi” səbəbindən ölməsinə dair 04.06.1948-ci il tarixli şəhadətnaməni, X35 29.09.1962-ci il tarixdə doğulmasına dair 11.10.1962-ci il tarixli şəhadətnaməni və 417 saylı bağ sahəsi üzrə mərhum X22 vərəsələri X82, X104, X61 və həmin şəxslərlə heç bir qohumluq əlaqəsi olmadığı halda özünün də guya vərəsə olmasını göstərən Zərərçəkmiş şəxs1 Türkan qəsəbə nümayəndəliyi tərəfindən verilməsi, yəni nümayəndə Şahid17 tərəfindən imzalanması və nümayəndəliyin möhürü ilə möhürlənməsi görüntüsü yaradan hüquq verən rəsmi sənədi - 11.04.2019-cu il tarixli 537 nömrəli yaşayış yeri üzrə arayışı, Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan guya X22 11 oktyabr 1996-cı il tarixdə “kəskin ürək damar çatışmamazlığı” səbəbindən ölməsinə dair 10 aprel 2019-cu il tarixli 1028 nömrəli arayışı, belə bir nikah bağlanmadığı halda X62 və X36 arasında 27 sentyabr 1949-cu il tarixdə nikahın qeydiyyata alınmasına dair 10 aprel 2019-cu il tarixli 1038 nömrəli arayışı, belə bir adda şəxslər olmadığı halda guya X37 21 avqust 2000-ci il tarixdə “baş beyin damarlarının sıxılması” səbəbindən ölməsinə dair 10 aprel 2019-cu il tarixli 1027 nömrəli arayışı, X63 01 iyul 1955-ci il tarixdə doğulmasına dair 10 aprel 2019-cu il tarixli 1029 nömrəli arayışı, X15 və X23 arasında 30 iyun 1973-cü il tarixdə nikahın qeydə alınmasına dair 10 aprel 2019-cu il tarixli 1033 nömrəli arayışı, X24 19 yanvar 1951-cil tarixdə anadan olmasına dair 10 aprel 2019-cu il tarixli 1040 nömrəli arayışı, X5 12 fevral 1990-cı il tarixdə ölməsinə dair 10 aprel 2019-cu il tarixli 1030 nömrəli arayışı, X63 12.05.1995-ci il tarixdə “ürək damar fəaliyyətinin dayanması” səbəbindən ölməsinə dair 26.05.1996-cı il tarixli şəhadətnaməni, X24 26.05.2002-ci il tarixdə “ürək çatışmazlığı” səbəbindən ölməsinə dair 11.06.2003-cü il tarixli şəhadətnaməni və özünün xx.xx.1976-cı il tarixdə doğulmasına dair 10 aprel 2019-cu il tarixli 1034 nömrəli arayışları üzərində möhürləri və imzaları rəqəmsal qurğu vasitəsi ilə kompüterə köçürərək rəngli printerdə çap edilib saxtalaşdırmaqla qanunsuz hazırladıqdan sonra, həmin saxta sənədləri və hər üç bağın icarəyə verilməsi haqqında 16081 nömrəli müqavilələrin surətlərini 2019-cu ilin mart ayında 17335 nömrəli və 16580 nömrəli müqavilələrin surətlərini isə 2019-cu ilin aprel ayında cinayətkar qrupun vahid niyyətinə əsasən özü Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən 33 saylı dövlət notariat kontorunun müdiri Şahid4 təqdim etməklə bilə-bilə saxta sənədlərdən istifadə etmiş, həmin notarius tərəfindən sənədlərin əsli tələb edilmədən, araşdırma aparılmadan həmin saxta sənədlər əsasında 222 saylı bağ üzrə cinayətdən xəbərsiz olan Şahid14 adına 21.07.2019-cu tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin tərtib edilməklə, həmin sənəddə mərhum Faiq Hüseynovun qanun üzrə yeganə vərəsəsinin guya Şahid14 olmasına və sonuncunun adına qanunsuz vərəsəliyin açılmasına nail olub Şahid14 yeganə varis olması və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar Məscidi deyilən yerdə 222 nömrəli sahədə yerləşən 0,12 hektar torpaq sahəsinə çıxarış verilməsi barədə həmin notarius tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış 03.04.2019-ci il tarixli 62 nömrəli məktubu, 411/355 saylı bağ üzrə cinayətdən xəbərsiz olan X93 tərəfindən 02.03.2019-cu il tarixdə 4 saylı Bakı Asan xidmət Mərkəzində yerləşən notariat ofisində etibarnamə verilmiş sonuncunun övladı Şahid1 Rza qızı tərəfindən Şahid16lə birlikdə 27.03.2019-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən 33 saylı dövlət notariat kontorunun müdiri Şahid4 təqdim edilməklə notarius tərəfindən sənədlərin əsli tələb edilmədən, araşdırma aparılmadan həmin saxta sənədlər əsasında Zülalə Cəfərovanın adına 21.07.2019-cu tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə tərtib olunmaqla, həmin sənəddə guya Xanımana Məmmədovanın qanun üzrə yeganə vərəsəsinin Zülalə Cəfərovanın təyin edilməsinə və vərəsəliyin açılmasına nail olub, Zülalə Cəfərovanın yeganə varis olması və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar Məscidi deyilən yerdə 411/355 nömrəli sahədə yerləşən 0,25 hektar torpaq sahəsinə çıxarış verilməsi barədə həmin notarius tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış 27.03.2019-cu il tarixli 54 nömrəli məktubu, 417 saylı bağ üzrə isə birbaşa özünün adına 21.07.2019-cu tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə tərtib edilməklə, həmin sənəddə guya Fazil Dadaşovun qanun üzrə yeganə vərəsəsinin özünün təyin edilməsinə və öz adına vərəsəliyin açılmasına nail olub, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar Məscidi deyilən yerdə 417 nömrəli sahədə yerləşən 0,25 hektar torpaq sahəsinə çıxarış verilməsi barədə həmin notarius tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış 16.04.2019-ci il tarixli 74 nömrəli məktubu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi X133 və sonuncu idarənin rəis müavini Mirzəyev Eldar Babaşah oğlu tərəfindən özü və qabaqcadan əlbir olduğu qrupun üzvlərinin məlum olmayan şəraitdə həmin vəzifəli şəxslərdən etdikləri xahişləri əsasında özünün və qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvlərinin xeyrinə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi nəticəsində Xəzər rayonu, Türkan qəsəbəsi “Bağlar Məscidi” deyilən ərazidə yerləşən 222 saylı 0,12 hektar bağ sahəsinin əvəzinə Türkan qəsəbəsində Xəzər dənizinin (gölünün) sahilində yerləşən eyni həcmli digər torpaq sahəsinə dair 20.06.2019-cu il tarixli ********** nömrəli dövlət reyestrində X21 adına, 11 gün sonra isə guya yeganə vərəsə kimi Şahid14 adına 01.07.2019-cu il tarixli ********** nömrəli, 411/355 saylı 0,25 hektar bağ sahəsinin əvəzinə Türkan qəsəbəsində Xəzər dənizinin sahilində yerləşən eyni həcmli digər torpaq sahəsinə dair 19.06.2019-cu il tarixli ********** nömrəli dövlət reyestrində Xanımana Məmmədovanın adına, 9 gün sonra isə guya yeganə vərəsə kimi X46 adına 28.06.2019-cu il tarixli ********** nömrəli 417 saylı 0,25 hektar olan bağ sahəsinin əvəzinə Türkan qəsəbəsində Xəzər dənizinin sahilində yerləşən eyni həcmli digər torpaq sahəsinə dair 19.06.2019cu il tarixli ********** nömrəli dövlət reyestrində X22 adını, 8 gün sonra isə guya yeganə vərəsə kimi özünün adına 27.06.2019-cu il tarixli ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinini 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş çıxarışı əldə etməklə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində, Xəzər dənizinin (gölünün) sahilində 0,12 hektar, 0,25 hektar və 0,25 hektar olmaqla, ümumilikdə 0,62 hektar torpaq sahəsini və həmin torpaq sahələrinə dair əmlak hüquqlarını vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə dövlətə məxsus olan külli miqdar 105.400 manat dəyərində əmlakı vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olduğu Şahid15 və Şahid16 ilə birlikdə bir qrup şəxs qismində bilə-bilə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamaqla saxtalaşdırmış və bilə-bilə hüquq verən saxta sənəddən istifadə etmiş, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və əlbir olduğu üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarətin, torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, müvafiq ərazidə dövlət əmlakının qorunmasının təşkil edilməsi, inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasının təmin edilməsi ilə bağlı qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə Daşınmaz əmlakın dövlət reyestri xidmətinin vəzifəli şəxslərini qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Türkan qəsəbəsində torpaq alqı-satqısı üçün icarəyə ofis götürmüş və orada makler kimi fəaliyyət göstərmişdir. Şahid16 də tez-tez həmin ofisə gəlib-getmişdir. Bir gün Mehman Daşqıngilə etibarnamə vermək lazım olduğunu və bunun müqabilində ona 100 manat pul veriləcəyini bildirmişdir. Onun da pula ehtiyacı olduğu üçün həmin təkliflə razılaşmışdır. Sonra onlar Zirəyə getmiş və orada notariusun üanında etibarnamə vermişdir. Lakin o, etibarnamənin nə üçün verilməsi ilə maraqlanmamışdır. Həmin vaxt ona Daşqın üçün sənəd düzəltdiklərini bildirmişlər. Sonradan bir dəfə də o, Mehman və Daşqınla birlikdə “Koroğlu» metrostansiyasının yanındakı “Asan xidmət»ə getmiş və və orada hansısa sənədlərə imza etmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs törədilən cinayət əməllərindən, rəsmi sənədlərin hazırlanmasından və saxtalaşdırılmasından məlumatı olmadığını, etibarnamə və digər sənədlərə baxmadan imza etdiyini, heç bir vəzifəli şəxsi hansısa cinayətə təhrik etmədiyini, Şahid15 və Şahid16lə əlbir olmadığını, heç kimin pulunu ələ keçirmədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq edildi. Həmin ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, 2018-2019-cu illərdə qeyri-rəsmi "maklerliklə", yəni torpaq və bağ sahələrinin alqısatqısı ilə məşğul olmaq üçün Türkan qəsəbəsinin girəcəyində "Türkan" marketlə üzbəüz olan qeyri-yaşayış sahəsini icarəyə götürüb orada işləmişdir. Lakin işlədiyi dövrdə heç bir torpaq və ya bağ alqı-satqısı etməmişdir. Həmin ofisdə Türkan qəsəbə sakini Şahid1 köməkçi kimi işləmişdir. Türkan qəsəbə sakini olan Şahid17 uzun illər Zərərçəkmiş şəxs1 Başçısının Türkan qəsəbə nümayəndəsi olmuş, sonuncu ilə qəsəbə sakini kimi münasibəti normal olmuşdur. Lakin Şahid17lə yaxın əlaqələri olmamışdır. Şahid15 kənd sakini kimi tanımış, sonuncu, qəsəbədə Ağsaqqallar şurasının sədri olmuşdur. Daşqınla heç bir yaxın əlaqələri olmamışdır. Şahid16 kənd Bələdiyyəsinin sədri kimi tanımış, Mehman onun işlətdiyi ofisə tez-tez gəlib çay içmişdir. O da, ofisi yeni açdığından dəftər açmış, həmin dəftərdə torpaq və ya ev satmaq istəyən şəxslər müraciət etdikdə qeydlər aparmışdır. Şahid16 də Bələdiyyə sədri olduğundan kənddə torpaq sahələrinin satılması işlərinə baxmışdır. O, Mehmana torpaq satmaq istəyən şəxslər olduqda, müştəri gətirdiyi təqdirdə həmin torpaq sahələrini sata biləcəklərini demişdir. Mehman da ona həmin ərəfələrdə təxminən 2019-cu ilin aprel-iyul ayları arası şəxsiyyət vəsiqəsinin təmiz və təzə olub-olmadığını soruşmuş, o da, şəxsiyyət vəsiqəsini sonuncuya vermişdir. Mehman onun adına bağ sənədi çıxaracağını və ona 100 manat pul verəcəyini bildirmiş, o da, Mehmanla razılaşmışdır. O, şəxsiyyət vəsiqəni götürüb Mehmanla birlikdə Zirə qəsəbəsində yerləşən 33 saylı Notariat ofisinə getmiş, orada bir neçə sənədə və qırmızı rəngli kitaba imza etmişdir. Səhəri günü Mehman ona yenə də təklif etmişdir ki, bir ədəd də bağ sənədi var, həmin sənədi onun adına hazırlayacaq. O, vəsiqəsinin üstündə olmadığını, yanında işləyən Ayselə Mehmanın ona pul verəcəyini və Ayselin adına bağ sənədi çıxaracağını demişdir. Bundan sonra Mehmanla birlikdə istifadəsində olan “Priora” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ayseli və kənd sakini Niftullanı götürmüş, birlikdə 33 saylı notariat ofisinə getmişlər. X155 və daha sonra Niftullanı çağırıb notariat ofisinə daxil olmuşlar. Tarixini dəqiq xatırlamasa da, 10-15 gün sonra Mehman ona bildirmişdir ki, Aysel və anası Zülaləni həmin 33 saylı notariusa aparsın. Bundan sonra Mehman ona bağ sənədləri ilə bağlı hər hansı müraciətlər etməmişdir. Uzun müddətdir ki, Mehmandan xəbəri və harada olması barədə məlumatı yoxdur. İstintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs Şahid15 Türkan qəsəbəsində yerləşən 222, 411/355 və 417 saylı bağ sahələrinin sənədlərini və dənizin kənarında yerləşən iki ədəd 0,25 ha və 1 ədəd 0,12 ha olmaqla topaq sahələrindən 0,25 ha ölçüdə olan torpaq sahəsini hər birini 5000-7000 manat və 0,12 ha olan torpaq sahəsini 3000 manata ondan alması ilə bağlı suala cavab olaraq göstərmişdir ki, Şahid15 ona heç bir məbləğdə pul verməmiş, sonuncu ilə heç bir münasibəti olmamışdır. Daşqın özü dəniz kənarında torpaq sahələrini satmaqla məşğul olan şəxs olmuş, bu işlərlə Mehman məşğul olmuş, bildiyinə görə Mehman Daşqınla bu işləri birlikdə görmüşdür. Mehman əsasən Daşqının satdığı torpaq sahələrinin sənədlərini hazırlamış və ya torpaq sahəsinin hasarını tikdirmişdir. Bildiyinə görə, Mehman elə Daşqın üçün işləmişdir. 2019-cu ilin iyun-iyul ayları Mehman ona zəng edərək bildirmişdir ki, "hacı Daşqın Türkan qəsəbəsində Türkan marketin yanında ofisin qarşısında gözləyir, Ayseli də götürüb Daşqının yanına aparsın, gedib bağ sənədlərinin arxivini alacaqsınız". O da, Aysellə birlikdə Daşqının yanına getmiş, Daşqına zəng edərək çöldə gözlədiyini bildirmişdir. Daşqın ona bildirmişdir ki, «Koroğlu» metro stansiyasının yaxınlığıda yerləşən «Asan Xidmət» mərkəzinə getsin, o da, öz avtomobili ilə gələcəkdir. Onlar həmin yerə çatanda Daşqın da həmin yerə gəlmiş, birlikdə «Asan Xidmət»ə getmişlər, Daşqın oradan növbə qəbzi almış və onlar Aysellə gözləmə zalında gözləmişlər. Bundan sonra Aysel Daşqının çağırışı ilə notariusa yaxınlaşmış, bir az sonra o da, yaxınlaşmış, Daşqın ona demişdir ki, onun sənədləri çıxmamış, yenidən sənədlərə imza etməlidir. O, Daşqınla birlikdə notariusun yanına keçib sənədlərə imza etmişdir. Bundan təxminən bir neçə gün sonra o, Daşqınla birlikdə ikinci dəfə də həmin «Asan xidmət» mərkəzinə getmiş, orada Daşqın ona bildirmişdir ki, sənədləri artıq hazırdır və imza çəksin, o da, bir neçə sənədə imza etmişdir. Lakin adına hansısa bağ sənədlərinin hazırlanmasını bilməmişdir. Saxta hazırlanmış vərəsəlik sənədləri və arayışlarla onun 417 saylı bağ sahəsinin faktiki sahibi mərhum X22 vərəsəsi qismində tanınması və onun adına 27.06.2019-cu il tarxidə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsindən çıxarş verilməsi ilə balı sənəddən xəbəri olmamışdır (Cild 5, iş vərəqi 131-136). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, qəsəbə sakini X123 qəsəbə sakini tanımış, münasibətləri normal olmuşdur. Çingiz qəsəbədə ev alqı-satqısı ilə məşğul olmuş, ona bir neçə dəfə Türkan qəsəbəsi ərazisində torpaq sahələri satmışdır. O, Çingizdən 0,25 ha və 0,25 ha olmaqla 0,50 ha torpaq sahəsini hər birinə 8000 manat olmaqla, 16000 manata almışdır. Torpaq sahələrini o, Çingizdən ona verilmiş etibarnamələr əsasında almışdır. Bundan sonra o, Türkan qəsəbəsində kənd sakini kimi ev və torpaq alqı-satqsı ilə məşğul olan “Elşən” adı ilə tanınan Təqsirləndirilən şəxs 0,25 ha, 0,25 ha və 0,12 ha olmaqla, iki ədəd 0,25 ha torpaq sahəsini təxminən 5000-7000 manat arası, 0,12 ha torpaq sahəsini isə təxminən 3000 manata alımışdır. Lakin Qəribdən adlığı torpaq sahəsini Çingizdən uçuz qiymətə almışdır. O, aldığı ümumi 1,12 ha torpaq sahələrini 0,25 ha torpaq sahələrini 22000 manata, 0,12 ha torpaq sahəsini 12000 manat olmaqla alqı-satqı müqaviləsi əsasında tanışı olan X64 ümumilikdə 100.000 manata satmışdır. Onun sənədlərin saxtalaşdırılmasından xəbəri olmamışdır. Məhkəmə iclasında Şahid15 ilə Təqsirləndirilən şəxs arasında ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə protokolu tədqiq edilmiş, müəyyən edilmişdir ki, həmin istintaq hərəkəti zamanı adları çəkilən şəxslər istintaqa verdikləri sərbəst ifadələrini təsdiq etmiş, Şahid15 torpaq sahələrini Təqsirləndirilən şəxs ona satdığını, torpaq sahələrinin satılmasında Təqsirləndirilən şəxs iştirakının olmasını sonuncunun üzünə bildirmişdir (Cild 5, iş vərəqi 166-167). Məhkəmə iclasında ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Mirzəyev Eldar Babaşah oğlunun istintaqa verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Eldar Mirzəyev göstərmişdir ki, 2019-cu ilin fevral ayından İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini vəzifəsini icra etmiş, 2019-cu ilin oktyabr ayından rəis müavini vəzifəsində işləmişdir. Vəzifə səlahiyyətləri mənzil fondunun rəsmiləşdirilməsi işinin təşkili, əvvəl yaranmış hüquqların tanınması və cari dəyişikliyə aid hüquqların ekspertizası işinin təşkili, arxiv işinin təşkili, maddi-texniki təchizat və təsərrüfat işlərinin təşkili olmuş, 2019-cu ilin oktyabr ayına qədər isə vəzifə səlahiyyətlərinə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatının aparılması məqsədilə qəbul edilmiş sənədlərin ekspertizası işinin təşkili, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı işinin təşkili, Əmlak Xidmətləri Məkanının fəaliyyətinin təşkili, qeydiyyat sənədlərinin qəbulu və verilməsi işinin təşkili daxil olmuşdur. Qeyd etmişdir ki, torpaq sahələrinin ilkin qeydiyyatı zamanı İdarənin texniki inventarlaşdırıcı mütəxəssisi “trinbl” və “distomat” GPS aparatlarından çöl ölçmə işləri görür, “Ortofoto” mühəndis proqramı vasitəsilə ölçüləri müəyyənləşdirdikdən sonra kordinatları qeyd edir, akt tərtib etdikdən sonra İdarəsinə digər, kodastr, hüquq, sənədlərin ekspertizası və digər şöbərə yönləndirilir. İlkin qeydiyyatlarla bağlı məsələlər vəzifə bölgüsünə əsasən ona aid olmuşdur, buna görə də göstərilən bağ sahələri üzrə ilkin müayinə aktları ona təqdim edildikdə o da göstərilən uyğunsuzluğu görmüş və başa düşmüşdür ki, həmin uyğunsuzluq olduğu halda çıxarışın verilməsindən imtina olunmalıdır. Bu barədə o, idarənin sabiq rəisi Zəfər Abdulova məruzə etmiş, sonuncu isə ona tapşırıq vermişdir ki, qeyd olunan müraciətlərlə bağlı mülkiyyət hüququnu təsdiq edən çıxarışların hazırlanmasını təmin etsin. O da, öz növbəsində bilavasitə rəisi olduğu üçün tapşırığı əsasında Daşınmaz Əmlakın dövlət Resyestri haqqında Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsində göstərilən “Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə” müddəasına əsasən imtina olunmalı olduğu halda qeyd olunan ilkin müayinə aktlarının üzərinə icra edin dərkənarı qoyaraq aidiyyatı üzrə digər şöbələrə idarənin Kadastr-Ünvan məsələrləri və Qeydiyyat yönləndirmişdir. Çıxarış hazırlandıqdan sonra həmin sənədlər Zəfər Abdulova təqdim edilmiş, sonuncu da, qeyd olunan çıxarışları imzası ilə təsdiq etmişdir. Hüquqların dövlət qeydiyyatına alınmasına dair hər bir çıxarış və çıxarışın verilməsi üçün əsaslar (ilkin müaiyinə aktı, dövriyyə sənədləri, icarə müqavilərləri və s), qovluq halında idarənin rəisinə təqdim olunmuş, hər hansı bir problem, tərəddüdlü və şübhə yaradan, verilməsi qanuna uyğun olmayan və mənfi rəy verilən hallarla bağlı Zəfər Abdulova məruzə olunmuş və qərarı həmişə rəhbər kimi sonuncunun özü vermiş, o isə, icraçı olmuşdur. Zəfər Abdulovun qanunsuz olduğu halda belə bir tapşırığın verməsinin səbəbini bilməmiş, Z.Abdulov onun rəisi olduğu üçün səbəbini də ona deməmiş, lakin aydındır ki, bu barədə Zəfər Abdulovdan xahiş olmunmuşdur. Dəfələrlə olmuşdur ki, icarə müqavilələri ilə bağlı sxematik xəritələrə uyğunsuzluq olmuş, vətəndaşlar tərəfindən yerlər düzgün göstərilməmiş, belə hallar olduqda da imtina verilmişdir (Cild 5, iş vərəqi 58-61). Məhkəmə iclasında ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş X94 istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində Zəfər Abdulov göstərmişdir ki, 2013-cü ildən Bakı şəhər Ərazi İdarəsinin rəis müavini, 2019-cu ilin fevral ayından İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi vəzifəsində işləmişdir. Vəzifə səlahiyyətləri ümumilikdə idarənin bütün işlərinə, müavinlər, şöbə və sektorların işlərinə nəzarət, onlar aralarında vəzifə səlahiyyətlərinin bölgüsünü aparmaqdan ibarət olmuşdur. 2020-ci ilin mart ayından öz xahişi ilə işdən çıxmış, heç yerdə işləməmişdir. Qeyd etmişdir ki, torpaq sahələrinin ilkin qeydiyyatı zamanı vətəndaş tərəfindən daxil olan sənədlər, idarənin qəbul şöbəsinə qəbul edilir, bundan sonra sənədlər arxivə göndərilir, orada sənədin arxiv sənədlərinin olub-olmaması yoxlanılır. Bundan sonra sənədlər texniki inventarlaşdırma şöbəsinə yönləndirilir. İdarənin texniki inventarlaşdırıcı mütəxəssisi tərəfindən yerində müayinə işləri aparır, “trinbl” və “distomat” GPS aparatlarından çöl ölçmə işləri görülür, mərz nişanları varsa, vətəndaş tərəfindən təyin edilən koordinatlar müəyyən edilir, mühəndis müayinə aktı tərtib edir, akt tərtib etdikdən sonra inventarlaşdırma sektor müdiri də həmin akta imza etdikdən sonra İdarənin digər, kodastr, hüquq, sənədlərin ekspertizası şöbəsinə yönləndirilir. Bundan sonra vəzifə bölgüsü üzrə müavinə sənədlər təqdim edirlir. İmtina əsasları olmadıqda müavin tərəfindən sənədlər icraya yönəldilir. İcraya yönəldikdən sonra idarənin kadastr şöbəsində plan və ölçü hazırlanır, şöbə müdiri və baş mühəndis tərəfindən təsdiqləndikdən sonra çıxarışın hazırlanması üçün sənədlər qeydiyyat şöbəsinə göndərilir. Qeydiyyat şöbəsi tərəfindən çıxarış çap olunduqdan və şöbə müdiri tərəfindən imzalandıqdan sonra təsdiq olunması üçün İdarə rəisinə təqdim edirlir. O da, idarə rəisi işlədiyi dövrdə, ekspertiza vərəqəsində qeydlərə baxdıqdan sonra imtina üçün hər hansı bir əsas görmədikdə həmin çıxarışı təsdiq etmişdir. İdarənin elektron bazasında olan Türkan qəsəbəsi üzrə bağların sxematik xəritəsi hüquqi qüvvəyə malik texniki sənəd olmadığı və yardımçı vəsait kimi istifadə olunduğu üçün, elədə də yerində torpaq sahəsində hər hansı mübahisənin olmaması və elektron kadastr baza məlumatlarına əsasən torpaq sahələri ilə bağlı başqa şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı olmadığı üçün, torpaq sahəsinin yerində vətəndaş tərəfindən mərzlənməsini əsas götürərək aidiyyəti üzrə müavin belə qərara gəlmişdir ki, həmin torpaq sahələri ilə bağlı çıxarışlar verilə bilər, o da bu halları nəzərə alaraq çıxarışları təsdiq etmişdir. İdarənin ümumi işləri ilə bağlı kollektivlə, sənədləşmə, mühasibatlıq və s. işlərlə bağlı müzakirələr aparılması halları olmuş və onun tərəfndən tapşırıqlar verilə bilmişdir. Lakin qeyd olunan torpaq sahələri ilə bağlı idarənin hər hansı bir əməkdaşına rəhbər heyətinə göstəriş verməmişdir (Cild 5, iş vərəqi 58-61). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında öz ailəsi və 1957-ci il təvəllüdlü anası X45 ilə birlikdə yaşayır. Atası 1938-ci il təvəllüdlü X57 1994-cü ildə ürək çatışmazlığından ölmüşdür. Mərhum atası Faiq Hüseynov SSRİ dövründə hansısa tikinti kooperativində iş icraçısı vəzifəsində işləmişdir. 2014-cü il tarixdə bibisi X16 ona zəng edərək, Xəzər rayonu, Türkan qəsəbəsində atasından qalan 0,24 ha bağ sahəsi olduğunu bildirmiş, o da, anasından maraqlanmış, anası köhnə sənədlərin içərisindən keçmiş bağlar idarəsi tərəfindən verilmiş icarə müqaviləsini çıxarıb ona vermişdir. O da, həmin icarə müqaviləsinə baxanda görmüşdür ki, atası Faiq Hüseynovun adına Türkan qəsəbəsində 0,12 ha ölçüdə 222 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsinin yerini o, bibisindən öyrənmiş və 2015-ci ildə həmin bağ sahəsinə getmiş, baxanda boş torpaq sahəsini görmüşdür. Həmin il bağ sahəsini öz adına keçirmək istəmiş, buna görə də vərəsə qisimində tanınmaq üçün Bakı şəhəri, Yasamal rayonunda yerləşən 5 saylı Notariat ofisinə getmişdir. Orada anası və bacısının torpaq sahəsinin onun adına keçirilməsinə razı olmaları ilə bağlı ərizə yazmışlar. Bundan sonra 5 saylı Notariat ofisində onunla bağlı vərəsəlik işi açılmış və o da, atasının vərəsəsi qismində tanınmışdır. Daha sonra həmin bağ sahəsinə hər il gedib baxmış, hər hansı bir problem görməmiş və bağın icarə müqaviləsi də onda olmuşdur. Həmin ildə o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə müqavilənin təsdiqlənmiş surətinin əldə edilməsi üçün müraciət etmişdir. Orada o, X95 ilə tanış olmuş həmin şəxs ona vasitəçi olduğunu, onun sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı kömək edə biləcəyini bildirmişdir. Bundan sonra etibarnamə vermiş, Elnur Heydərov ondan sənədlərinin əsillərini istəmiş, o da, sənədlərin əslini vermişdir. Bir müddət sonra Elnur Heydərov ona Bakı şəhər ərazi idarəsinin məktubunu verərək bağ müqaviləsinin təsdiqlənmiş surətini təqdim etmişdir. O, sənədlərin əsillərini istədikdə, Elnur sənədlərin əslinin Bakı ərazi idarəsində qalmalı olduğunu bildirmişdir. Bundan sonra onun Elnur Heydərovla heç bir əlaqəsi olmamışdır. Sonuncu dəfə 2020-ci ilin yay aylarında o, həmin bağ sahəsinə gedib baxmış, hər hansı problem görməmişdir. 2020-ci ilin noyabr ayında o, yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında Əmlak xidmətləri məkanına müraciət etmiş, növbəti gün Bakı ərazi idarəsinin mühəndisi onunla birlikdə bağ saəsinə baxış keçirmək üçün Türkan qəsəbəsinə getmiş, bağ sahəsində mişar daşı ilə qoyduqları mərz nişanlarının bəzi hissələrinin söküldüyünü görmüşdür. O, yenidən mərz nişanlarını düzəltmiş və mühəndis onun göstərdiyi sahələr üzrə koordinatları müəyyən edərək getmişdir. Bundan sonra o, Bakı ərazi idarəsindən çıxarışın verilməsi ilə bağlı cavab gözləmişdir. 2021-ci ilin yanvarında ona 1 saylı Bakı Ərazi idarəsindən cavab verilmişdir ki, atası X21 adına olan 0,12 ha ölçüdə 222 saylı bağ sahəsi atasının adına qeydiyyata alınmaqla, digər şəxsin adına özgəninkiləşdirilmiş və başqa bağ sahəsi ilə birləşdirilmişdir. Lakin onun bunlardan xəbəri olmamışdır. Məhkəməyə yazılı ərizə təqdim edən Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tanımadığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirdi. Cinayət işinin materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 24 may 2021-ci il tarixdə ölmüşdür. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 1981-ci ildə xalası qızı 1962-ci il təvəllüdlü X38 ilə evlənmiş, nikaha daxil olduqdan sonra arvadı Yeganə “Dadaşova” soyadını qəbul etmişdir. Atası 1926-cı il təvəllüdlü X62 1985-ci ildə, anası 1933-cü il təvəllüdlü X17 1979-cu ildə vəfat etmişdir. Atası ilə anasının nikahından ondan başqa qardaşı 1962-ci il təvəllüdlü X96, bacısı 1957-ci il təvəllüdlü X47 doğulmuşdur, qardaşı Fikrət Dadaşov 04.07.2020-ci il tarixdə vəfat etmiş, bacısı Törəxanım Əzimova isə hal-hazırda sağdır və öz ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Kömürçü” bazarının yaxınlığında yaşayır. X88 doğma anası 1900-cü il təvəllüdlü X6 olmuş, Balabacı Balayevanın bacısı 1906-cı il təvəllüdlü X2 övladı olmadığı üçün sonuncu, yəni Xanımana Məmmədova bacısı Balabacının qızını, yəni onun anası Mehparəni övladlığa götürüb saxlamışdır, Xanımana Məmmədovanın əri isə Əliheydər Məmmədov olmuşdur. Anasının adı Mehparə olsa da, onu qohumlar “Mira” kimi çağırmışlar. Balabacının on övladı doğulduğu üçün ona “qəhrəman ana” təltifi verilmişdir. Balabacının övladlarından biri X48 olmuşdur. Xanımana Məmmədova Bakı şəhəri Nəsimi rayonu ərazisində əvvəllər “Basin” adlanan küçədə yerləşən 1 nömrəli doğum evində 45 il ginekoloq-həkim işləmişdir, işlədiyi dövrdə Xanımana Məmmədovaya Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində “Bağlar Məscidi” adlanan ərazidə təxminən 25 sot, yəni 0,25 hektar ölçüdə bağ sahəsi uzunmüddətli icarəyə verilmiş, qeyd etdiyi bağ sahəsi həmin ərazidəki məscidin yanından təxminən 40-50 metr ötüb keçdikdən sonar sol tərəfdə yerləşmiş, sağdan birinci “Ağoppa” adlı Türkan qəsəbəsi sakinə aid bağ sahəsi yerləşmiş, həmin bağdan sonra Xanımana Məmmədovanın bağı yerləşmiş, həmin bağ sahəsi çəpərlə hasara alınmışdır, “Ağoppa”gilin bağı ilə Xanımananın bağını yalnız çəpər ayırmışdır. X156 uzun illər Bakı şəhəri daxilində avtobus sürücüsü işləmiş, atası işlədiyi dövrdə ona Bağlar Tresti tərəfindən Bakı şəhəri, Türkan qəsəbəsində “Bağlar Məscidi” adlanan məscidin yaxınlığında 25 sot, yəni 0,25 hektar ölçüdə bağ sahəsi uzunmüddətli icarəyə verilmişdir. Həmin bağ Xanımana Məmmədovaya uzunmüddətli icarəyə verilmiş bağın yanında yerləşmiş, biraz aralıda isə Balabacı Balayevaya uzunmüddətli icarəyə verilmiş təxminən 50 sot, yəni 0,50 hektar ölçüdə olan bağ sahəsi yerləşmişdir. Həmin bağ sahəsi məscidi ötüb keçdikdən sonra yolun sağ tərəfində biraz aralıda yerləşmişdir. X148 icarəyə verilmiş bağ sahəsinin içərisində kürsülü birmərtəbəli, iki otaq, mətbəx və qarşısındakı açıq eyvandan ibarət olan daşdan tikilmiş ev olmuşdur. Onlar əvvəllər ünvan 4 ünvanda yaşamışlar, sonradan həmin bina qəzalı vəziyyətə düşdüyü üçün onlar Bakı şəhəri, hazırkı ünvan 5 ünvana köçərək orada yaşamışlar. 1994-cü ildən hazırkı vaxtadək isə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr, 20 Yanvar küçəsi ev 5, mənzil 23-də yaşayırlar, daimi olaraq qeyd etdiyi ünvanlarda yaşasalar da uşaqlıqları Türkan qəsəbəsində X148 icarəyə verilmiş həmin bağda keçmişdir, arvadı Yeganə Dadaşova da həmin bağda dəfələrlə olmuşdur. Həmçinin oğlu Pərviz Məmmədov da həmin bağın yerini bilir. Təxminən 1984-1985-ci illərdə Xanımana həmin bağda hasar qonşusu olan “Ağoppa” adlı şəxsdən iki min rus pulu borc almış, “Ağoppa” girov qismində Xanımananın bağını saxlamış, “Ağoppa” hətta orada əkinlə də məşğul olmuşdur. Təxminən 4 ildən sonra o, qardaşı Fikrətlə birlikdə “Ağoppa”nın yanına gedib borcu qaytarmaq istəmiş, lakin “Ağoppa” onlardan həmin pulun əvəzinə səkkiz min rus pulu istəmiş, əks təqdirdə bağın ona aid olduğunu bildirmişdir. “Ağoppa”nın arvadı Suğra Türkan kəndində yerləşən “sberkassa”-nın müdiri işləmiş, “Ağoppa” özü isə mədəniyyət evinin müdiri olmuşdur. Xanımana Məmmədova 1989-cu ildə vəfat etdikdən sonra demək olar ki, həmin bağa nadir hallarda gedib gəlmişlər. Təxminən iki il əvvəl Türkan qəsəbəsinə gedərkən “Ağoppa”gilin bağı ilə birlikdə Fazil və Xanımananın bağının birlikdə hasara alındığını görmüş, yaxınlıqda olan xatırlamadığı şəxslərdən soraqlaşdıqda həmin bağ sahələrinin “Ağoppa”gil tərəfindən başqa şəxsə satıldığını öyrənmişdir. Lakin nə Xanımana, nə də ki, Fazil Dadaşov həmin bağ sahələrini “Ağoppa”ya və ya başqa bir şəxsə satmamışdır. O, həmçinin bildirmişdir ki, Fazil Dadaşova və Xanımana Məmmədovaya uzunmüddətli icarəyə verilmiş bağ sahələrinin nömrələrini dəqiq bilmir, lakin həmin bağ sahələri yanaşı yerləşmişdir. Fazil Dadaşova və Xanımana Məmmədovaya uzunmüddətli icarəyə verilmiş bağ sahələrinə dair müqavilələrin hal-hazırda harada olduğunu bilmir. Hər iki bağ sahəsi “Bağlar massivi” adlanan yerdə yanaşı olmaqla Xəzər dənizinin Türkan qəsəbəsində olan ən yaxın sahilinə qədər təxminən 1,5-2 kilometr məsafədə yerləşir (Cild 5, iş vərəqi 80-81). Məhkəmə iclasında zərərçəkmişşəxsin huquqi varisi qismində dindirilən X39 atası Zərərçəkmiş şəxs2 24 may 2021-ci il tarixdə xəstəlikdən vəfat etdiyini, təqsirləndirilən şəxsi tanımadığını, ona qarşı şikayəti və tələbi olmadığını bildirərək, mərhumun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2018-2019-cu illərdə Türkan qəsəbəsində evlərin və torpaq sahələrinin alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs ofisində onun köməkçisi kimi işləmişdir. Qəribi Türkan qəsəbəsində çox adam “Elşən” adı ilə tanımışdır. Əsas vəzifəsi alqı-satqı ilə bağlı vətəndaşlar ofisə yaxınlaşdıqda, Qəribə məlumat vermək, eləcə də ofisin təmizliyi və Qəribə çay verməkdən ibarət olmuşdur. Qərib ona 250-300 manat əmək haqqı vermişdir. Təxminən 2 il əvvəl anası Zülalə ona bildirmişdir ki, atası X49 bir neçə il əvvəl Tahir adlı şəxsə Türkan qəsəbəsində “Bağlar Məscidi” tərəfdə yerləşən bağ sahəsini satmış, Tahir adlı şəxs bağ sahəsinin pulunu tam ödəmədiyi üçün həmin bağ sahəsinin sənədi anasında qalmışdır. Tahir onlara gələrək həmin bağ sahəsini öz adına sənədləşdirmək üçün anasına təxminən 2400 manat pul vermiş, bağın müqaviləsinin əslini anasından almışdır. Anasının dediyinə görə, Tahir onlara Qəriblə birlikdə gəlmiş, həmin ərəfədə o, Qəribin yanında işləmişdir. Daha sonra anası Zülalə Tahir adlı şəxsə Zirə qəsəbəsində yerləşən notariat kontorunda etibarnamə vermişdir. Həmin ərəfədə anası ona da etibarnamə vermiş və o da, həmin bağ sahəsi ilə bağlı Qərib və əvvəllər Türkan bələdiyyəsində işləmiş Mehmanla birlikdə Zirə qəsəbəsində yerləşən notariat kontoruna gedərək orada hansısa sənədlərə imza etmişdir. Həmin vaxtdan təxminən bir ay sonra Mehman ona anasının satdığı bağ sahəsinin sənədləri ilə bağlı çatışmazlıqlar olduğunu, əlavə sənədləri də imzalamaq lazım olduğunu, bunun əvəzində ona əlavə pul verəcəyini bildirmiş, o da, Qəriblə məsləhətləşmiş, Qərib də ona narahat olmamağını, özü də onunla gedəcəyini və özü də hansısa sənədlərə qol çəkəcəyini bildirmişdir. Mehman və Qəriblə birlikdə bir dəfə Zirə qəsəbəsində yerləşən notariat kontoruna, bir dəfə isə «Koroğlu» metrostansiyası yaxınlığındakı «ASAN xidmət» mərkəzində yerləşən notariat kontoruna gedərək sənədlərə imza etmişdir. Həmin sənədlərə imza etdiyinə görə Qərib ona 50 manat pul vermişdir. Təxminən 2019-cu ilin iyul ayının sonlarında Qərib ofisi bağlamış və onu işdən çıxarmış, həmin vaxtdan sonra Qəriblə ara-sıra telefon əlaqəsi olmuşdur. Anasının dediyinə görə, həmin bağ sahəsini alan şəxs əvvəllər babası Baba Nəzərova da pul ödəmiş, ona görə də bağ sahəsinin ümumilikdə hansı qiymətə satılması ilə bağlı dəqiq məlumatı yoxdur. Həmin ərəfədə anasının ayağı ağrıdığı üçün həmin bağ sahəsinin sənədləşdirilməsi işlərində iştirak etməkdən ötrü anası Zülalə ona Bakıxanov qəsəbəsində yerləşən «ASAN xidmət»dəki notariat kontorunda etibarnamə vermişdir. 2019-cu ildə həmin bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Türkan qəsəbəsi üzrə nümayəndəliyindən ailə tərkibi haqqında arayış almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 göstərdi ki, 2019-cu ilin yaz aylarında bir gün Türkan bələdiyyəsinin sədri işləyən qonşusu Şahid16 ondan adına bağ sahəsi rəsmiləşdirmək üçün şəxsiyyət vəsiqəsini almışdır. Bir neçə gün sonra Mehman onunla əlaqə saxlayaraq, Türkan qəsəbə sakini “Elşən” adı ilə tanınan Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi avtomobillə gəlmişdir. Daha sonra onlar Qəribin maşını ilə Zirə qəsəbəsində yerləşən 33 saylı notariusa getmişlər. O, avtomobildə gözləmiş, Mehman Qəriblə birlikdə notariat ofisinə getmişdir. Təxminən 30-40 dəqiqə sonra Mehman ona zəng edib içəri çağırmış və bütün sənədləri hazırlatdığını, həmin sənədlərə yalnız qol çəkəcəyini bildirmişdir. O, içəri girəndə Qərib və Mehmanın yanında tanımadığı şəxslər dayanıb söhbət etdiklərini görmüşdür. Mehman notariusun otağını göstərib içəri girərək razı olduğunu bildirməyi və notariusun verəcəyi sənədləri imza etməyi söyləmiş, o, notariusun otağına tək girmiş, orada notarius ona bir neçə ədəd sənəd vermiş və notariusun göstərdiyi yerlərə imza etmişdir. O, həmin sənədlərdə yazılanları oxumamış, notarius özü də ona həmin sənədlərin məzmununda yazılanları izah etməmiş, sadəcə notarius ondan “bu işə razısan?” deyə soruşmuş, o da, etirazı olmadığını söyləyərək notariusun təqdim etdiyi bir neçə sənədə imza etmişdir. Bundan sonra otaqdan çıxmış, Mehmanla Qərib dəhlizdə olmuşlar, Mehman ona çöldə gözləməyini söyləmişdir. Təxminən 10-15 dəqiqə sonra Mehman çölə çıxmış və onlar Türkan qəsəbəsinə qayıtmışlar. Mehman şəxsiyyət vəsiqəsini özünə qaytararaq 0,12 hektar ölçüdə olan bağ sahəsini adına rəsmiləşdirdiyini söyləmiş, lakin Mehman həmin bağı ona göstərməmiş və harada yerləşməsini deməmişdir. Həmin işə görə Mehman ona pul verməmişdir. Şahid14 həmçinin bildirdi ki, müstəntiq tərəfindən ona təqdim olunmuş Zirə qəsəbəsində yerləşən 33 saylı dövlət notariusu tərəfindən qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 222 nömrəli sahədə yerləşən 0,12 ha torpaq sahəsindən istifadə etməyi, üzərində sərəncam verməyi və sair hüquqları onun adından həyata keçirməyi 50 il müddətinə Təqsirləndirilən şəxs etibar etməsi, həmin səlahiyyətlərin başqa şəxsə verilməsinə dair razılıq verməsi barədə məlumatlar əks olunmuş etibarnamədə, həmçinin onun adından yazılmış ərizədə imzalar və yazılar onun tərəfindən icra edilsə də o, həmin etibarnamənin və ərizənin məzmununu oxumadan imza etmişdir. O, həmin vaxt qeyd olunan torpaq sahəsi ilə bağlı Təqsirləndirilən şəxs etibarnamə verdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2019-cu ilin iyul ayında qardaşı Yaqub Hüseynov ona zəng edərək, tanışı Şahid15 Türkan qəsəbəsi ərazisində dəniz kənarında 1 hektardan ibarət torpaq sahəsi almaq istədiyini, həmin torpaq sahəsinə Daşqınla birgə gedib baxdığını, həmin yeri bəyəndiyini, iş yükünün çox olması səbəbindən onun Daşqınla danışaraq alqı-satqı üçün notariusa getməsini xahiş etmişdir. Yaqub işlərinin çoxluğu ilə əlaqədar, ona əvvəllər də hər hansı sənədləşmə işlərində lazım ola biləcəyini nəzərə almaqla etibarnamə vermişdir. O da, Yaqubun verdiyi Daşqının nömrəsinə zəng edərək, sonuncu ilə görüş təyin etmişdir. Həmin torpaq sahəsinə o da, gedib baxmış, torpaq sahəsi Türkan qəsəbəsində dəniz kənarında yerləşmiş və dənizdən təxminən 60 metr məsafə olmuşdur. Həmin torpaq sahəsi 1,12 ha ölçüdə olmuş və ətrafı hasarlanmamış, torpaq sahəsini aldıqdan sonra hasarı onlar çəkdirmişlər. Qardaşının ona deməsindən sonra və torpaq sahəsinə baxdıqdan sonra Daşqınla onlar Nərimanov rayonu ərazisində yerləşən 21 saylı notariusun qarşısında görüşərək, həmin notariusda alqı-satqı müqavilələri bağlamışlar. Həmin vaxt onlar 4 ədəd 0,25 ha və 1 ədəd 0,12 ha olmaqla 5 torpaq sahəsi üzrə Şahid15la alqı-satqı müqavilələri bağlamışlar. 0,25 ha torpaq sahələrinin hər birinə 22000 manat, 0,12 ha torpaq sahəsinə 12000 manat olmaqla, ümumilikdə 1,12 ha torpaq sahəsini Şahid15 100.000 manata almışlar. O, qardaşı Yaqib Hüseynovun adından iştirak etdiyindən Yaqubun adına olan alqı-satqı müqavilələrini notariusdan təhvil almış və bu barədə qardaşına məlumat vermişdir. Bir neçə gün sonra şirkətin hüquqşünası ilə birlikdə torpaq sahələrinə dair alqı satqı müqavilələri, şəxsiyyət vəsiqəsi, etibarnamə və torpaq sahələrinin birləşməsi üçün ərizə yazaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əmlak Məkanına təqdim etmişlər. Bir müddət sonra qardaşı Yaqub Hüseynovun adına 1,12 ha torpaq sahəsi üzrə 19.07.2019-cu il tarixli ********** nömrəli çıxarış almışlar. Təqsirləndirilən şəxs tanımamış, Daşqınla aralarında olan alqısatqı zamanı, müqavilə üzərində onların adları yazılmış, Şahid15 həmin şəxslərin adından etibarnamə əsasında iştirak etməklə torpaq sahələrini onlara satmışdır. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, 1998-ci ildən 2020-ci ilin avqust ayınadək Zirə qəsəbəsində yerləşən 33 saylı Notariat Kontorunda natorius vəzifəsində işləmiş, hazırda təqaüddədir. Rəhbəri olduğu Notariat Kontorunun əsas fəaliyyəti Xəzər rayonunun Zirə, Türkan, Pirallahı qəsəbəsində yaşayan sakinlər üçün etibarnamələrin verilməsi, müqavilələrin təsdiqlənməsi, qanun və vəsiyyət üzrə şəhadətnamələrin verilməsi və.s notariat işlərinin aparılmasından ibarət olmuşdur. Notariat Kontorunda notarius olaraq onun əsas vəzifəsi isə notariat kontoruna müraciət etmiş şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirməklə zəruri sənədlərin (etibarnamələrin, vərəsəlik üzrə şəhadətnamələrin və.s) möhür vurmaqla həmin sənədlərin qeyd olunan şəxslərə verilməsindən ibarət olmuşdur. “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi”, “Bakı şəhəri”, “Otuz üç saylı dövlət notariat ofisi”, “Dövlət notariusu Şahid4” oğlu sözləri yazılmış möhür vəzifəyə təyin olunduğu zaman ona təhvil verilmişdir. Həmin möhürdən istifadə yalnız ona aid olmaqla hər zaman otağında olan seyfdə saxlanılmışdır. Çingiz Səfərovu Notariat Kontoruna müraciət edən şəxslərdən biri kimi tanımış, onunla yaxın münasibəti olmamışdır. 2017-ci il tarixdə Çingiz Səfərov etibarnamələr əsasında X8 və X25 adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri təhvil almışdır. Həmin şəhadətnamələrin verilməsi ilə bağlı Notariat Kontoruna Əlihüseyn Atayevin adına etibarnamə əsasında Çingiz Səfərov, Ülviyyə Şabanova ilə bağlı isə özünün ərizəsi əsasında vərəsəlik işi başlanmışdır. Həmin vərəsəlik işinə qeyd olunan şəxslərin ərizələri, etibarnamələr, ölüm və doğum haqqında şəhadətnamələrin kserosurətləri, icra nümayəndəliyindən arayışlar, bağ müqavilələrinin kserosurətləri və Daşınmaz Əmlakın çıxarışı əlavə edilmişdir. 2017-ci ildə X139 Şabanova və Əzizxanım Atayevanın ölmələrinə dair şəhadatnamələrin əsillərini və digər sənədləri ona təqdim etmiş, o da, həmin sənədlərin kserosurətlərini möhürü ilə təsdiq edərək vərəsəlik işinə əlavə etmiş, əsillərini isə özünə qaytarmışdır. Həmin vaxt Çingiz ona Ülviyyə Şabanova ilə bağlı X26, X65, X40 ölüm haqqında şəhadətnamələrinin və X8 doğum haqqında şəhadətnaməsinin əsillərini təqdim etmişdir. Şəhadətnamələrin əsillərinə nəzər yetirdikdən sonra o, həmin şəhadətnamələrin kserosurətlərini çıxarmışdır. Həmin vaxt, o, Xumara Şabanovanın şəhadətnaməsinin saxta deyil, həqiqi olmasına inanmışdır. Əlihüseyn Atayevin vərəsəlik işində də, X149 Atayevlə Əzizxanımın nikah haqqında şəhadətnaməni, Əlihüseyn Atayevin doğum, İsbat Atayevin və Əzizxanım Atayevanın ölüm haqqında şəhadətnamələrinin əsillərini təqdim etmişdir. Həmin qaydada şəhadətnamələrin əsillərinə nəzər yetirdikdən sonra o, həmin şəhadətnamələrin kserosurətlərini çıxarmış, o, Əzizxanım Atayevanın şəhadətnaməsinin saxta deyil, həqiqi olmasına inanmışdır. Təqsirləndirilən şəxs da Notariat Kontoruna müraciət edən şəxslərdən biri kimi tanımış, onunla yaxın münasibəti olmamışdır. Vərəsəlik işində özü ərizə ilə müraciət etmiş, Şahid14 işində Təqsirləndirilən şəxs Türkan qəsəbəsində bələdiyyə sədri vəzifəsində işləmiş Şahid16lə birgə gələrək ərizə yazmış, Zülalə Cəfərovanın vərəsəlik işində etibarnamə əsasında Şahid1 ərizə ilə müraciət etmiş, daha sonra gəlib təhvil almışlar. Onun sənədlərin saxta olması ilə bağlı heç bir məlumatı olmamış və sənədlərin həqiqi olmasına inanmışdır (Cild 3, iş vərəqi 14-18). İbtidai istintaq zamanı Şahid14 ilə Şahid4 arasında üzləşdirmə keçirilmiş, bu zaman onlar sərbəst ifadələrini təsdiq etmiş, Şahid4 ifadəsində sənədləri təsdiq edərkən Şahid14 sənədlərin məzmunu izah etdiyini, Şahid14 isə Şahid4 sadəcə “bu işlə razısan” sözünü dediyini bir daha sonuncunun üzünə qarşı bildirmişdir (Cild 5, iş vərəqi 38-40). Məhkəmə iclasında şahid qisminə dindirilmiş İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki İnventarlaşma şöbəsinin texniki inventarlaşdırıcısı Şahid13 ifadəsində göstərdi ki, onun vəzifə səlahiyyətlərinə torpaq sahələrinin texniki işlərini aparmaq, yəni “trinbl”, “distomat” və GPS aparatlarından çöl ölçmə işləri görmək, “avtokad”, “arkmap” mühəndis proqramı vasitəsilə ölçüləri müəyyənləşdirərək koordinatları qeyd etmək, bundan sonra müayinə aktı və sxemini tərtib etmək və toplanmış materialları İnventarlaşdırma şöbəsinə təhvil vermək daxildir. İş yerində olan bölgüyə əsasən o, bağ sahələri üzrə inventarlaşdırmanı həyata keçirmişdir. 28.06.2019-cu il tarixdə 0.25 ha ölçüdə mərhum X27 adına olan 196 saylı, 0.25 ha ölçüdə mərhum X66 adına olan 239(199) saylı bağ sahələrinə dair, 14.06.2019-cu il tarixdə 0.25 ha ölçüdə mərhum Xanımana Məmmədovanın adına olan 411/355 saylı, 0.12 ha ölçüdə mərhum X21 adına olan 222 saylı və 0.25 ha ölçüdə mərhum X22 adına olan 417 saylı bağ sahələrinə dair torpaq sahələri üzrə ərizədə qeyd olunan nömrələrlə əlaqə saxladıqdan sonra həmin şəxslərlə vaxt təyin edib, torpaq sahəsinə gedərək baxış keçirmiş, üzərindən uzun müddət keçdiyindən dəqiq bilməsə də, lakin Çingiz və Daşqın adlı şəxslərin adlarını xatırlamış, ola bilər ki, həmin şəxslər və ya başqası həmin torpaq sahəsini ona göstərmişdir. O da, torpaq sahələrini ölçdükdən sonra işə gəlib, elektoron proqramlarda koordinat və sxemləri hazırlamış, bundan sonra İdarənin elektron bazasında olan Türkan qəsəbəsinin sxematik xəritəsi və “ortofoto” proqramı vasitəsi ilə torpaq sahəsinin naturada yerləşməsinin düzgünlüyünü araşdırmış və həmin torpaq sahələrinin ölçüləri və naturada yerləşməsinin sxematik xəritəyə uyğun gəlməməsini müəyyən etmiş və torpaq sahəsinin bağ sahələri üçün nəzərdə tutulan ərazilərə aid olmaması və dənizdən 50 metr məsafədə yerləşməsi kimi uyğunsuzluqları müayinə aktına qeyd etmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 25.06.2019-cu il tarixli müayinə aktında Təqsirləndirilən şəxs İmamverdi oğlunun adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 417 saylı bağ sahəsi, Şahid14 Məmmədhəsn oğlunun adına 222 saylı bağ sahəsi, X46 adına 411/355 saylı bağ sahələri, X25 adına 08.07.2019-cu il tarixli 0.25 ha ölçüdə 196 saylı, X8 adına 0.25 ha ölçüdə 239(199) üzrə müayinə aktları artıq idarə tərəfindən verilmiş texniki pasport, plan və ölçü və reyestridən çıxarışla bağlı vərəsəlik sənədləri əsasında tərtib edilmiş aktlardır. Bu o deməkdir ki, həmin torpaq sahələri üzrə artıq çıxarışlar verilmişdir. O, sənədlərin saxta olub-olmamasını müəyyən etməmiş, yalnız texniki işləri görmüş, çıxarışların da hansı formada verilməsini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsinin hüquq məsləhətçisi Şahid5, İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Xəzər rayon şöbəsinin Mühəndis inventarlaşdırıcısı Şahid6, İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı və ünvan məsələləri şöbəsinin rəisi Şahid7, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə eksperti Şahid8, İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəis müavini Şahid9, 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Şahid10 İlham oğlu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı şöbəsinin rəisi Şahid11, 1 saylı Ərazi İdarəsinin Arxiv şöbəsinin arxiv üzrə mütəxəssisi Şahid12 Təqsirləndirilən şəxs İmamverdi oğlunun adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 417 saylı bağ sahəsi, Şahid14 Məmmədhəsn oğlunun adına 222 saylı bağ sahəsi, X46 adına 411/355 saylı bağ sahələri üzrə texniki pasport, plan və ölçülər, reyestrdən çıxarışla bağlı sənədləşdirmələrin aparılmasında öz vəzifə funksiyalarına uyğun şəkildə iştirak etdiklərini bildirərək, Şahid13 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, uşaqlıqdan hazıradək Türkan qəsəbəsi, Bağlar Massivi adlanan yerdə məscidin yaxınlığında yerləşən bağda yaşayır. Həmin bağ sahəsi babasına məxsus olmuş, babasından sonra atası Tahir Pənahov orada yaşamış, o da, uşaqlıqdan həmin bağda ailəsi ilə birlikdə yaşayır. Bağın nömrəsini dəqiq bilmir, lakin onların bağından sonrakı bağ X13r, həmin bağın nömrəsi 416-dır. Həmin bağın sənədinin surətini ona İsrafilin qardaşı Əliağa vermişdir ki, qonşulardan kimsə hasar çəksə, onların bağının ərazisinə girməsinlər. O, X83 və X3 görməsə də, atasının və digər qohumlarının danışdıqlarından eşitmişdir ki, Xanımana və bacısı Balabacı onun atası Tahirin xalası qızları olmuşdur, Fazil Dadaşov da Xanımananın qohumu olmuşdur. Onların aralığında üzbəüzdə nisbətən sağ tərəfdə Xanımana və Fazilgilin bağları olmuşdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 25 fevral 2021-ci il tarixli baxış protokoluna əsasən, X50 adına 1.12 ha ölçüdə torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xəzər dənizindən (gölü) 60-62 metr məsafədə yeləşir, ətrafı mişar daşları ilə əhatə olunmuş, içərisində heç bir tikili yoxdur. Baxış zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin texniki inventarlaşdırma şöbəsinin texniki inventarlaşdırıcı vəzifəsində işləyən X115 və X51 tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir (Cild 3, i.v. 122-132). Cinayət işinə əlavə edilmiş 16 mart 2021-ci il tarixli baxış keçirilməsi haqqıdna protokoldan görünür ki, mərhum X21 adına olan 0.12 ha ölçüdə 222 saylı bağ sahəsi Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Bağlar məscidi” deyilən ərazidə yerləşir, baxış zamanı X74 Hüseynovun göstərdiyi yerlər üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin texniki inventarlaşdırma şöbəsinin texniki inventarlaşdırıcı vəzifəsində işləyən X115 və X51 tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmin bağ sahəsi 1.12 ha ölçüdə dəniz kənarında yerləşən torpaq sahəsindən bir neçə km aralı məsafədə yerləşir. Bağ sahəsinin içərisində hər hansı tikili yoxdur, ətrafı hasarlanmamış, mərz nişanları qoyulmuş, bağ sahəsinin orta hissəsindən mişar daşları ilə hasarlama mövcuddur. ı (Cild 4, iş vərəqi 244-254). Cinayət işində olan 16 mart 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, mərhum X22 adına 0.25 ha ölçüdə 417 və Xanımana Məmmədovanın adına olan 0.25 ha ölçüdə 411/355 saylı bağ sahələri Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Bağlar məscidi” deyilən ərazidə yerləşir, baxış zamanı mərhum Fazil Dadaşovun nəvəsi Pərviz Dadaşov bağ sahəsini göstərərək, bağ sahələrinin yanaşı yerləşdiyini bildirmişdir. Həmçinin müəyyən edildi ki, bağ sahəsinin içərisində iki ədəd köhnə iki mərtəbəli və kürsülü bir mərtəbəli uçmuş formada tikililər vardır, Pərviz Dadaşov həmin kürsülü birmərtəbəli uçmuş formada tikilinin babası və atasına məxsus olmasını qeyd etmişdir. Bundan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin texniki inventarlaşdırma şöbəsinin texniki inventarlaşdırıcı vəzifəsində işləyən X115 və X51 tərəfindən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmin bağ sahəsi 1.12 ha ölçüdə dəniz kənarında yerləşən torpaq sahəsindən bir neçə km aralı məsafədə yerləşir. (Cild 4, iş vərəqi 255-262). İbtidai istintaq zamanı 01.04.2021-ci il tarixdə Şahid2 ifadəsi yerində yoxlanılmış, həmin istintaq hərəkəti zamanı Şahid2 sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. (Cild 4, iş vərəqi 290-295). İş materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 27 noyabr 2020-ci il tarixli protokoldan və həmin protokola “Ev təsərrüfatlarının uçotu kitabı”ndan kserosurətləri çıxarılaraq əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 8 ünvanda yaşayan təsərrüfat üzvləri kimi ailə başçısı X52, ailə başçısının oğlu 11.06.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs, gəlini 26.12.1983-cü il təvəllüdlü X105, nəvəsi 23.04.2002-ci il təvəllüdlü X106 və nəvəsi 06.03.2004-cü il təvəllüdlü X107 qeyd edilmişdir (Cild 2, iş vərəqi 16-19). Cinayət işində olan götürmə aparılması haqqında 05 mart 2021-ci il tarixli protokoldan görünür ki, X41 icarəyə verilmiş 222, Məmmədova Xanımanaya icarəyə verilmiş 411/355 və X42 icarəyə verilmiş 417 saylı bağ sahələrinin icarə müqavilələrinin surətləri və həmin bağ sahələri ilə bağlı müvafiq arxiv sənədlərinin surətləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən götürülmüşdür (Cild 4, iş vərəqi 1-197). Cinayət işinə əlavə edilmiş 20 noyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid15 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı arasında 2018-2019-cu illər ərzində, xüsusilə də 2019-cu ilin iyun və iyul ayları ərzində mütəmadi zəng əlaqələri olmuşdur. Bundan əlavə Şahid15 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında 2019-cu ilin iyun ayının sonları və iyul ayının əvvəlində mütəmadi telefon əlaqələri olmuşdur. Bundan əlavə Şahid15 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə ilə Şahid16 istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrə arasında 2015-2020-ci il illər ərzində, eləcə də 2019-cu ilin iyun-iyul ayları ərzində çoxsaylı və mütəmadi telefon əlaqələri olmuşdur (Cild 2, iş vərəqi 11). Məhkəmə xətşünaslıq ekspertizasının 07 aprel 2021-ci il tarixli 4/306 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X4 adına olan 13.03.2019-cu il tarixli No 309 nömrəli arayışdakı yazılar, həmin arayışda “Qəsəbə nümayəndəliyi” qrafasında “Baba” yazısından ibarət olan imza, X21 adına olan 29.03.2019-cu il tarixli No 412 nömrəli arayışdakı yazılar, həmin arayışda “Qəsəbə nümayəndəliyi” qrafasında “Baba” yazısından ibarət olan imza, X22 adına olan 11.04.2019-cu il tarixli No 537 nömrəli arayışdakı yazılar, həmin arayışda “Şahid10” yazısı qarşısında “Baba” yazısından ibarət olan imza - Şahid1 Rza qızı tərəfindən yox, X18 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur (Cild 5, iş vərəqi 17-23). Sənədlərin texniki ekspertizasının 14 aprel 2021-ci il tarixli 5/251 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X22 ölüm faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1028 nömrəli, X22 və X36 nikah faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1038 nömrəli, X37 ölüm faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1027 nömrəli, X63 doğum faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1029 nömrəli, X15 və X23 nikah faktı qeydə qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1033 nömrəli, X24 doğum faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1040 nömrəli, X5 ölüm faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1030 nömrəli, Təqsirləndirilən şəxs doğum faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1034 nömrəli, X4 ölüm faktı qeydə alınması haqqında 26 fevral 2019-cu il tarixli 216 nömrəli, X58 ölüm faktı qeydə alınması haqqında 26 fevral 2019-cu il tarixli 217 nömrəli, X134 və X35 nikah faktı qeydə alınması haqqında 26 fevral 2019-cu il tarixli 224 nömrəli, X59 doğum faktı qeydə alınmadı haqqında 11 mart 2019-cu il tarixli 403 nömrəli, X28 ölüm faktı qeydə alınması haqqında 03 fevral 2017-ci il tarixli 176 nömrəli, X28 doğum faktı qeydə alınması haqqında 03 fevral 2017-ci il tarixli 172 nömrəli, X66 ölüm faktı qeydə alınması haqqında 08 fevral 2017-ci il tarixli 198 nömrəli, X9 doğum faktı qeydə alınması haqqında 03 fevral 2017-ci il tarixli 175 nömrəli, X21 ölüm faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 578 nömrəli, Hüseynova Xavərin ölüm faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 579 nömrəli, X34 və X33 nikah faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 586 nömrəli, X67 ölüm faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 584 nömrəli, X33 doğum faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 581 nömrəli, Zərərçəkmiş şəxs3 doğum faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 583 nömrəli, Zərərçəkmiş şəxs3 ölüm faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 587 nömrəli arayışlarının surətlərinin, Şahid1 doğum haqqında 02.02.1987-ci il tarixli Xİİ-JQ 337517 nömrəli, X40 ölüm haqqında 25.06.2014-cü il tarixli AZ-İ 608859 nömrəli, X14 ölüm haqqında 11,07.2006-cı il tarixli AZ-İ 193555 nömrəli, X43 ölüm haqqında 21 yanvar 2009-cu il tarixli AZ-İ 326829 nömrəli, X25 doğum haqqında 10 mart 1971-ci il tarixli AZB 064104 nömrəli, X43 və X10 nikah haqqında 12 may 1961-ci il tarixli ll-İE 261662 nömrəli şəhadətnamələrinin surətlərinin, X46 AZE 09695660 nömrəli şəxsiyyət vəsiqəsinin surətinin arxa tərəfində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu icra hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəliyinin X21 adına 29.03.2019-cu il tarixli 412 nömrəli, X4 adına 13.03.2019-cu il tarixli 309 nömrəli, X22 adına 11.04.2019-cu il tarixli 537 nömrəli arayışlarda olan möhür və ştamp əksləri, X24 ölüm haqqında 11.06.2003-cü il tarixli AZ-İ 788136 nömrəli, X63 ölüm haqqında 26 may 1995-ci il tarixli P-JQ 116316 nömrəli, X60 ölüm haqqında 05 dekabr 1980-ci il tarixli İİ-JQ 116316 nömrəli, X60 doğum haqqında 19 fevral 1950-ci il tarixli 677942 nömrəli, X59 ölüm haqqında 04 iyun 1948-ci il tarixli İİ-JQ 316316 nömrəli, X35 doğum haqqında 11.10.1962- ci il tarixli X-JQ 347574 nömrəli, X21 və Abbasov Xavərin nigah haqqında 15 iyun 1955-ci il tarixli, Şahid14 doğum haqqında 30 noyabr 1978-ci il tarixli İE 677942 nömrəli şəhadətnamələrinin surətlərinin arxa tərəfindəki möhür və ştamp əksləri axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu icra hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəliyinin X21 adına 29.03.2019-cu il tarixli 412 nömrəli, X4 adına 13.03.2019-cu il tarixli 309 nömrəli, X22 adına 11.04.2019-cu il tarixli 537 nömrəli arayışlarda olan möhür əksləri və ştamp əksləri ekspertizaya təqdim edilmiş "Türkan Qəsəbəsi üzrə Nümayəndəliyi" və s. yazıları olan möhürün eksperimental əks nümunəsi və Türkan qəsəbəsi üzrə nümayəndəliyinin ştampın sərbəst əks nümunəsi ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş X22 ölümü faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1028 nömrəli, X22 və X36 nigahı faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1038 nömrəli, X37 ölüm faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1027 nömrəli, X63 doğum faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1029 nömrəli, X15 və X29 nigahı faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1033 nömrəli, X24 doğum faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1040 nömrəli, X5 ölüm faktı qeydə alınması haqqında 10 aprel 2019-cu il tarixli 1030 nömrəli, Təqsirləndirilən şəxs doğum faktı qeydə alınması haqqmda 10 aprel 2019-cu il tarixli 1034 nömrəli, X4 ölüm faktı qeydə alınması haqqında 26 fevral 2019-cu il tarixli 216 nömrəli, X58 ölüm faktı qeydə alınması haqqında 26 fevral 2019-cu il tarixli 217 nömrəli, X134 və X35 nigahı faktı qeydə alınması haqqında 26 fevral 2019-cu il tarixli 224 nömrəli, X59 doğum faktı qeydə alınmadı haqqında 11 mart 2019-cu il tarixli 403 nömrəli, X21 ölüm faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 578 nömrəli, Hüseynova Xavərin ölüm faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 579 nömrəli, X34 və X33 nigah faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 586 nömrəli, X67 ölüm faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 584 nömrəli, X67 doğum faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 581 nömrəli, Zərərçəkmiş şəxs3 doğum faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 583 nömrəli, Zərərçəkmiş şəxs3 ölüm faktı qeydə alınması haqqında 28 mart 2019-cu il tarixli 587 nömrəli arayışlarının surətlərinin üz tərəfində olan möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş Xəzər rayon qeydiyyat şöbəsinin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş X24 ölüm haqqında 11.06.2003-cü il tarixli AZ-İ 788136 nömrəli, X63 ölüm haqqında 26 may 1995-ci il tarixli P-JQ 116316 nömrəli, X21 və Abbasov Xavərin nigah haqqında 15 iyun 1955-ci il tarixli, Şahid14 doğum haqqında 30 noyabr 1978-ci il tarixli İE 677942 nömrəli şəhadətnamələrinin surətlərinin arxa tərəfindəki möhür əksi ekspertizaya təqdim edilmiş notarius X30 möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş X60 ölüm haqqında 05 dekabr 1980-ci il tarixli ll-JQ 116316 nömrəli, X60 doğum haqqında 19 fevral 1950-ci il tarixli 677942 nömrəli, X59 ölüm haqqında 04 iyun 1948-ci il tarixli ll-JQ 316316 nömrəli, X35 doğum haqqında 11.10.1962-ci il tarixli X-JQ 347574 nömrəli şəhadətnamələrinin arxa tərəfində olan möhür əksi ekspertizaya təqdim edilmiş Qırx bir saylı notariat ofisinin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir (Cild 5, iş vərəqi 90-102). Məhkəmə əlavə xətşünaslıq ekspertizasının 21 aprel 2021-ci il tarixli 4/462 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X62 və X84 ilə 10 aprel 2019-cu il tarixli 1038 nömrəli nikah haqqında aktın; X37 adına olan 10 aprel 2019-cu il tarixli 1027 nömrəli ölüm haqqında aktın; X63 adna olan 10 aprel 2019-cu il tarixli 1040 nömrəli doğum haqqında aktın; X7 adına olan 10 aprel 2019-cu il tarixli 1030 nömrəli ölüm haqqında aktın; Təqsirləndirilən şəxs İmamverdi oğlunun adına olan 10 aprel 2019-cu il tarixli 1034 nömrəli doğum haqqında aktın; X58 adına olan 26 fevral 2019-cu il tarixli 217 nömrəli ölüm haqqında aktın; X59 adına olan 11 mart 2019-cu il tarixli 403 nömrəli doğum haqqında aktın; X134 və X85 ilə 26 fevral 2019-cu il tarixli 224 nömrəli nikahın haqqında aktın; X21 adına olan 28 mart 2019-cu il tarixli 578 nömrəli ölüm haqqında aktın; X34 və X81 ilə 28 mart 2019-cu il tarixli 586 nömrəli nikahın haqqında aktın; X67 adına olan 28 mart 2019-cu il tarixli 584 nömrəli ölüm haqqında aktın; X33 adına olan 28 mart 2019-cu il tarixli 581 nömrəli doğum haqqında aktın; Zərərçəkmiş şəxs3 adına olan 28 mart 2019cu il tarixli 583 nömrəli doğum haqqında aktın; Zərərçəkmiş şəxs3 adına olan 28 mart 2019-cu il tarixli 587 nömrəli ölüm haqqında aktın; Hüseynova Xavərin adına olan 28 mart 2019-cu il tarixli 579 nömrəli ölüm haqqında aktın kserosurətlərinin arxa tərəflərində möhür əksinin üzərindəki imzalar - Şahid4 tərəfındən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 27 mart 2019-cu il tarixli 33 saylı ərizənin aşağı sağ hissəsində "İmza" qrafasındakı imza - Şahid1 RİZA qızı tərəfindən icra olunmuşdur. Əksi ekspertizaya təqdim edilmiş, Şahid14 adına olan 03 aprel 2019-cu il tarixli AR-İ seriyalı 715739 nömrəli etibarnamənin kserosirətində "İmza:" qrafasındakı imza və 03 aprel 2019-cu il tarixli 33 saylı ərizənin aşağı sağ hissəsində "İmza" qrafasındakı imza - Şahid14 tərəfindən icra olunmuşdur. Əksləri ekspertizaya təqdim edilmiş, ********* nömrəli cinayət işinin materillarında olan 28.06.2019-cu il tarixli ********** nömrəli, 12.06.2019-cu il tarixli ********** nömrəli, 28.06.2019-cu il tarixli ********** nömrəli, 14.06.2019-cu il tarixli ********** nömrəli, 14.06.2019-cu il tarixli ********** nömrəli daşınmaz əmlakın texniki vəziyyərini əks etdirən müayinə (baxış) aktlarının kserosurətlərində "Torpaq sahəsi" qrafalarının orta hissəsindəki imzalar - MİRZƏYEV ELDAR BABAŞAH oğlu tərəfindən icra olunmuşdur. Əksiəri ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs İmamverdi oğlunun adına olan 27.06.2019-cu il tarixli ********** nömrəli, X22 adına olan 19.06.2019-cu ii tarixli ********** nömrəli, Şahid14 oğunun adına olan 01.07.2019-cu il tarixli ********** nömrəli, X44 adına olan 20.06.2019cu il tarixli ********** nömrəli, X68 adına olan 19.07.2019-cu il tarixli ********** nömrəli, X46 adına olan 28.06.2019-cu il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ksero-surətlərin aşağı hissəsində yuxarıdan aşağı istiqamətdə birinci imzalar- X133 tərəfindən icra olunmuşdur. Əksləri ekspertizaya təqdim edilmiş, X21 adına olan 14 iyun 1955-ci il tarixli İE seriyalı 018874 nömrəli evlənmə haqqında şədadətnamənin; Şahid14 adına olan 30 noyabr 1978-ci il tarixli İE seriyalı 677942 nömrəli doğum haqqında şahadətnamənin; X24 adına olan 11 iyun 2002-ci li tarixli AZ-İ seriyalı 788136 nömrəli ölüm haqqında şədadətnamənin; X63 adına olan 26 may 1995ci il tarixli İİ-JQ seriyalı 116316 nömrəli ölüm haqqında şədadətnamənin kserosurətlərinin arxa tərəflərində "Notariusun İmzası" qrafalarındakı imzalar - X69 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əksləri ekspertizaya təqdim edilmiş, X60 adına olan 05 dekabr 1980-ci il tarixli İİ-JQ seriyalı 116316 nömrəli ölüm haqqında şədadətnamənin; X60 adına olan 19 fevral 1950-ci il tarixkli İE seriyalı 677942 nömrəli doğum haqqında şahadətnamənin; X86 adına olan 04 iyun 1948-ci il tarixli İİ-JQ seriyalı 316316 nömrəli ölüm haqqında şədadətnamənin; X53 adına olan 11 oktyabr 1962-ci il tarixli X-JQ seriyalı 347574 nömrəli doğum haqqında şahadətnamənin kserosurətlərinin arxa tərəflərində "İmza" qrafalarındakı imzalar - X70 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X4 adına olan 13.03.2019-cu il tarixli No 309 nömrəli arayışda "Qəsəbə nümayəndəliyi" qrafasındakı "Baba" yazısından ibarət olan imza; X21 adına olan 29.03.2019-cu il tarixli No 412 nömrəii arayışda "Qəsəbə nümayəndəliyi" qrafasındakı "Baba" yazısından ibarət olan imza; X22 adına olan 11.04.2019-cu il tarixli No 537 nömrəli arayışda “Şahid10” yazısı qarşısında "Baba" yazısından ibarət olan imza - Şahid17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur (Cild 5, iş vərəqi 108-110). Məhkəmə xətşünaslıq ekspertizasının 24.05.2021-ci il tarixli 4/636 rəyinə əsasən, əksi ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs adından olan 16 aprel 2019-cu il tarixli ərizənin kserosurətinin aşağı hissəsində “İmza” qrafasındakı imza və “Nadirov Q İ.” soyadı; Şahid14 adından Təqsirləndirilən şəxs adına verilmiş 16 iyul 2019 cu il tarixli AR-İ seriyalı № 821114 nömrəli etibarnamədə “Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə BİLƏR” yazıları qarşısında “oxdum razjam” yazıları, həmin etibarnamənin “İmza:” qrafasındakı imza və “Nadirov Q İ.” soyadı; Təqsirləndirilən şəxs adından Şahid15 adına verilmiş 16 iyul 2019 cu il tarixli AR-İ seriyalı № 821113 nömrəli etibarnamədə “Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə BİLƏR” yazıları qarşısında “oxdum razjam” yazılar, həmin etibarnamənin “İmza:” qrafasındakı imza və “Nadirov Q İ” soyadı – EYNİ ŞƏXS, Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Əksləri ekspertizaya təqdim edilmiş, X4 adına olan 13.03.2019-cu il tarixli № 309 nömrəli arayışın kserosurətindəki yazılar, həmin arayışda “Qəsəbə nümayəndəliyi” qrafasındakı “Baba” yazısından ibarət olan imza, X21 adına olan 29.03.2019-cu il tarixli № 412 nömrəli arayışın kserosurətindəki yazılar, həmin arayışda “Qəsəbə nümayəndəliyi” qrafasındakı “Baba” yazısından ibarət olan imza və X22 adına olan 11.04.2019-cu il tarixli № 537 nömrəli arayışın kserosurətindəki yazılar, həmin arayışda “R. Babayev” yazısı qarşısında “Baba” yazısından ibarət olan imza – X54 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Təqsirləndirilən şəxs adına olan Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında 21.06.12019-cu il tarixli ərizədə “Ərizəçinin imzası” qrafasındakı imzanın; X22 adına olan Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında 12.06.12019-cu il tarixli ərizədə “Ərizəçinin imzası” qrafasındakı imzanın; Şahid14 adına olan Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında 21.06.12019-cu il tarixli ərizədə “Ərizəçinin imzası” qrafasındakı imzanın və X21 adına olan Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında 21.06.12019-cu il tarixli ərizədə “Ərizəçinin imzası” qrafasındakı imzanın - X54 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasının müəyyən etmək mümkün olmamışdır (Cild 5, iş vərəqi 174-179). İş materiallarına əlavə edilmiş Xəzər rayonu, Türkan qəsəbəsi, 222 saylı, 0.12 ha bağ sahəsi üzrə icarə müqaviləsindən görünür ki, həmin bağ sahəsi Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X92 1988-ci il tarixdə ayrılmış, 17335 nömrəli müqavilə ilə mərhum X21 adına 1988-1998 illər üçün icarəyə verilmişdir (Cild 4, iş vərəqi 58-68). Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, 03 aprel 2019-cu il tarixdə 50 il müddətinə Şahid14 tərəfindən 33 saylı dövlət notariat ofisində Təqsirləndirilən şəxs İmamverdi oğluna Türkan qəsəbəsi, 222 saylı, 0.12 ha ölçüdə torpaq sahəsinə dair işlərin görülməsi ilə bağlı (vərəsəlik işi açmaq, vərəsəliyi qəbul etmək, özəlləşdirmək və s.) etibarnamə verilmişir. 21 iyun 2019-cu il tarixdə Şahid14 33 saylı dövlət notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 20.06.2019-cu il tarixli, ********** nömrəli X21 adına, 01.07.2019-cu il tarixli, ********** nömrəli Şahid14 adına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri xidətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmiş, 06 iyul 2019-cu il tarixdə Şahid14 səlahiyyətləri ötürülmüş Təqsirləndirilən şəxs tərəfindən 5 saylı Bakı Asan xidmət mərkəzində Şahid15 etibarnamə verilmiş, 13 iyul 2019-cu il tarixdə Şahid14 adından iştirak etməklə Şahid15 ilə X50 adından iştirak etməklə Şahid3 arasında Bakı şəhəri 21 saylı Notariusda alqı-satqı müqaviləsi bağlanılmışdır (Cild 4, iş vərəqi 58-97, 175-177). Cinayət işi materiallarına əlavə edilmiş Xəzər rayonu, Türkan qəsəbəsi, 411/355 saylı, 0.25 ha bağ sahəsi üzrə icarə müqaviləsindən görünür ki, həmin bağ sahəsi “Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X131”nin 1970-ci il tarixdə ayrılmış, 16081 nömrəli müqavilə ilə mərhum Xanımana Məmmədovanın adına 1970-1980-ci illər üçün icarəyə verilmişdir (Cild 4, iş vərəqi 98- 111). İş materiallarında olan sənədlərdən görünür ki, 2 mart 2019-cu il tarixdə 5 il müddətinə Zülalə Cəfərova tərəfindən 4 saylı Asan Xidmət mərkəzində yerləşən notariat ofisində qızı Şahid1 Rza qızına baş etibarnamə verilmiş, 21 iyun 2019-cu il tarixdə X71 33 saylı dövlət notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, 01 iyul 2019-cu il tarixdə Zülalə Cəfərova səlahiyyətləri ötürülmüş qızı Şahid1 tərəfindən 5 saylı Bakı Asan xidmət mərkəzində Şahid15 etibarnamə verilmişdir (Cild 4, iş vərəqi 98-136,178-180). Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, 19.06.2019-cu il tarixli, ********** nömrəli Xanımana Məmmədovanın adına, 28.06.2019-cu il tarixli, ********** nömrəli X46 adına İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmiş, 13 iyul 2019-cu il tarixdə Zülalə Cəfərovanın adından iştirak etməklə Şahid15 ilə X50 adından iştirak etməklə Şahid3 arasında Bakı şəhəri 21 saylı Notariusda alqı-satqı müqaviləsi bağlanılmışdır (Cild 4, iş vərəqi 98-136,178-180). Cinayət işi materiallarına əlavə edilmiş Xəzər rayonu, Türkan qəsəbəsi, 417 saylı, 0.25 ha bağ sahəsi üzrə icarə müqaviləsindən görünür ki, həmin bağ sahəsi “Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X131”nin 1968-ci il tarixdə ayrılmış, 16580 nömrəli müqavilə ilə mərhum X22 adına 1978-1988-ci illər üçün icarəyə verilmişdir (Cild 4, iş vərəqi 137-168, 181-183). İş materiallarında olan sənədlərdən görünür ki, 21 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs 33 saylı dövlət notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, 06 iyul 2019-cu il tarixdə Nadir Qəribov tərəfindən 5 saylı Bakı Asan xidmət mərkəzində yerləşən notariat ofisində Şahid15 etibarnamə verilmiş, 19.06.2019-cu il tarixli, ********** nömrəli X22 adına, 27.06.2019-cu il tarixli, ********** nömrəli Təqsirləndirilən şəxs adına “Hüquqların Dövlət qeydiyyatı haqqında” Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən çıxarışlar verilmişdir. 13 iyul 2019-cu il tarixdə Təqsirləndirilən şəxs adından iştirak etməklə Şahid15 ilə X50 adından iştirak etməklə Şahid3 arasında Bakı şəhəri 21 saylı Notariusda alqı-satqı müqaviləsi bağlanılmışdır (Cild 4, iş vərəqi 137-168, 181-183). Cinayət işi materiallarına əlavə edilmiş 222 nömrəli bağ sahəsi üzrə 12.06.2019-cu il tarixli ********** nömrəli, 411/355 saylı bağ sahəsi üzrə 12.06.2019-cu il tarixli ********** nömrəli, 417 saylı bağ sahəsi üzrə 12.06.2021-ci il tarixli ********** nömrəli ilkin qeydiyyat (baxış) aktlarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin texniki inventarlaşdırma şöbəsinin texniki inventarlaşdırıcısı vəzifəsində işləyən Şahid13 tərəfindən bağ sahələrinin ölçüləri və naturada yerləşməsinin sxematik xəritəyə uyğun gəlməməsi, göstərilən torpaq sahələrinin bağ sahələri üçün nəzərdə tutulan ərazilərə aid olmaması, dənizdən 50 metr məsafədə yerləşməsi və həmin idarənin hüquq şöbəsinin mütəxəssisi Şahid5 tərəfindən qeyd olunan bağ sahələrinin ilkin qeydiyyat aktlarına əlavə edilmiş ekspertiza vərəqələrində uyğunsuzluq və araşdırma aparılmasının zəruruiliyi ilə bağlı qeydlər aparılmışdır (Cild 2, iş vərəqi 214-223). Həmçinin 222 nömrəli bağ sahəsi üzrə 12.06.2019-cu il tarixli ********** nömrəli, 411/355 saylı bağ sahəsi üzrə 12.06.2019-cu il tarixli ********** nömrəli, 417 saylı bağ sahəsi üzrə 12.06.2021-ci il tarixli ********** nömrəli ilkin qeydiyyat (baxış) aktlarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin rəis müavini Mirzəyev Eldar Babaşah oğlu tərəfindən “Şahid7, Şahid11, icra edin” məzmunlu dərkənar qoyularaq imza edilmiş, həmin sənədləri bağ sahələrinə dair çıxarışların hazırlanması üçün icraya yönəltmişdir (Cild 2, iş vərəqi 214-223). İş materiallarına əlavə edilmiş 25.06.2019-cu il tarixli, 08.07.2019-cu il tarixli və 18.07.2019cu il tarixli Dəşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktları və dövriyyə vəqələrindən görünür ki, qeyd olunan 196, 239(199), 222, 411/355, və 417 saylı bağ sahələri beş torpaq sahəsi birləşdirilməklə, Xəzər dənizi (gölü) kənarında 19.07.2019-cu il tarixdə X50 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən ********** nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında” çıxarış verilmişdir (Cild 2, iş vərəqi 224-235, Cild 5, iş vərəqi 191). Ədliyyə Nazirliyinin Bakı şəhəri, Xəzər rayon qeydiyyat şöbəsindən daxil olmuş 06.11.2020-ci il tarixli 05/12-1079 nömrəli məktubdan görünür ki, X62, X82, X104, X15, X72, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri üzrə “X32 X1 Sistemi”ndəki məlumatlar yoxlanılmış və qeyd edilən vətəndaşlar barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir (Cild 2, iş vərəqi 13). Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş 17.12.2020-ci il tarixli **********90 nömrəli məktubdan görünür ki, X50 adına Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi 196 saylı bağ sahəsində yerləşən 1.12 ha ölçüdə torpaq sahəsi qeydiyyata alınmışdır, qeyd olunan 1.12. ha ərazidə bağların sxematik bölgüsündə heç bir bağ sahəsi qeyd olunmamışdır, dövlət torpağıdır (Cild 2, iş vərəqi 129-133). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş 05.03.2021-ci il tarixli **********03 nömrəli məktubdan görünür ki, Türkan qəsəbəsində qeydiyyatdan keçmiş sahəsi 1,12 ha olan torpaq sahəsinə İdarənin əməkdaşları tərəfindən 25.02.2021-ci il tarixində texniki baxış keçirilmiş, sözügedən qeydiyyatdan keçmiş sahənin GPS- Trimble-R-8 ölçü aparatı vasitəsilə texniki pasporta əsasən naturada döngə nöqtələrinin koordinatları göstərilmiş, sahənin faktiki sərhəddindən dənizin sahil xəttinə qədər olan məsafə çəkilmələr və qabarmalar nəzərə alınmaqla 60-62 metr təşkil edir. İdarənin elektron baza məlumatlarına əsasən tədqiqat obyekti (1,12 ha olan torpaq sahəsi) xüsusi mülkiyyətə keçməzdən əvvəl dövlət mülkiyyəti olmuşdur (Cild 4, iş vərəqi 221-222). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş 02.04.2021-ci il tarixli **********68 nömrəli məktuba əlavə edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsinə dair 02.04.2021-ci il tarixli 275-01 nömrəli rəydən görünür ki, ünvan 9 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin 01 aprel 2021-ci il tarixinə bazar dəyəri 42 500,00 (qırx iki min beş yüz) manat, ünvan 10 ünvanında yerləşən 0.25 ha torpaq sahəsinin 01 aprel 2021ci il tarixinə bazar dəyəri 42 500,00 (qırx iki min beş yüz) manat, ünvan 11 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin 01 aprel 2021-ci il tarixinə bazar dəyəri 20 400,00 (iyirmi min dörd yüz) manat, ümumilikdə isə 105 400,00 (yüz beş min dörd yüz) manat təşkil edir (Cild 4, iş vərəqi 294-296). İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 16 aprel 2021-ci il tarixli **********22 nömrəli məktubdan göürünr ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi X51 və texniki inventarlaşdırıcı X115 tərəfindən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində yerləşən 222, 417 və 411/355 saylı bağ sahəsi kimi göstərilən bağ sahələrinə 16 mart 2021-ci il tarixdə yerində texniki baxış keçirilmiş və bağ sahələrinin naturada yerləşmə koordinatları müəyyən olunmuşdur. 222 saylı bağ kimi göstərilən sahənin faktiki sərhədləri yoxdur və sahəsi şərti olaraq 1192,0 kv.metr təşkil edir, göstərilən sahənin mərkəzindən qeydiyyatdan keçən sahəyə qədər hava xətti üzrə məsafə 1825,0 metrdir, torpaq sahəsi arxiv cizgisi və sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. 417 və 411/355 saylı bağ sahələri kimi göstərilən sahələr eyni hasar daxilində yerləşməklə sahəsi 6000,0 kv.metr təşkil edir və üzərində 1 ədəd 2 mərtəbəli yaşayış üçün yararsız tikili mövcuddur. Torpaq sahəsi arxiv cizgisi və sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və göstərilən sahənin mərkəzindən qeydiyyatdan keçən (1,12 ha olan torpaq sahəsi) sahəyə qədər hava xətti üzrə məsafə 1390,0 metrdir. Bakı şəhər İcra Hakimiyyəti başçısı X11 İnkişafı və İstismarı Birliyinin balansında olan bağ sahələrinin xəritələri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təhvil verilmədiyi üçün müraciətdə göstərilən bağ sahələrinin Birliyin balansında olan torpaq sahələrində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Müraciətdə qeyd edilən bağ sahələri üzərində mülkiyyət hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci və 8.0.7-ci maddələrinə əsasən təqdim edilmiş sənədlər (vərəsələrin müəyyən edilməsi barədə dövlət notariusu tərəfindən tərtib edilmiş məktub, bağ sahəsinə dair verilmiş icarə müqaviləsi), bağ sahəsinə dair verilmiş icarə müqaviləsinin itirildiyi üçün etibarsız hesab edilməsi barədə mətbu nəşrlərdən birində dərc edilmiş elan və Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosunun arayışı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müddəti başa çatmış icarə müqavilələri əsasında hüquqların dövlət qeydiyyatına alınmasının qanuniliyinin mövcud qanunvericiliyində uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə və “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən vətəndaşların qanuni istifadəsində olan bağ sahələri əvəzsiz qaydada onların mülkiyyətinə verilmişdir (Cild 5, iş vərəqi 87-88). Cinayət işi materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, təqsirləndirilən şəxs Şahid15 tərəfindən 25.03.2021-ci il tarixdə 87.000 manat, 14.04.2021-ci il tarixdə 103.400 manat məbləğində, ümumilikdə 190.400 manat məbləğində dəymiş ziyan Baş Prokurorluğun depozit hesabına ödənilmişdir (Cild 5, iş vərəqi 73-75). İbtidai istintaq orqanının 21.04.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla, 222 saylı bağ sahəsi üzrə mərhum X21 vərəsələrinin - X45, Zərərçəkmiş şəxs3, X81 və həmin şəxslərlə heç bir qohumluq əlaqəsi olmayan Şahid14 olmasını göstərən Zərərçəkmiş şəxs1 Türkan qəsəbə nümayəndəliyi tərəfindən verilməsi, yəni nümayəndə Şahid17 tərəfindən imzalanması və nümayəndəliyin möhürü ilə möhürlənməsi görüntüsü yaradan hüquq verən rəsmi sənədi, yəni 29.03.2019-cu il tarixli 412 nömrəli yaşayış yeri üzrə arayışı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan X21 14.11.1994-cü il tarixdə öldüyü halda guya 12 may 2000-ci il tarixdə “ürək dayanması” səbəbindən ölməsinə dair verilmiş 28 mart 2019-cu il tarixli 578 nömrəli arayışı, sağ olduqları halda Xavər Hüseynovanın guya 29 avqust 1994-cü il tarixdə ölməsinə dair, ölüm səbəbi qeyd olunmayan 28 mart 2019-cu il tarixli 579 nömrəli arayışı, X33 09 aprel 1957-ci il tarixdə doğulmasına dair 28 mart 2019-cu il tarixli 581 və sağ olduğu halda 21 dekabr 2008-ci il tarixdə guya “Hiporteniya xəstəliyi” səbəbindən ölməsinə dair 584 nömrəli arayışı, Zərərçəkmiş şəxs3 01 iyul 1959-cu il tarixdə doğulmasına dair 28 mart 2019-cu il tarixli 583 nömrəli və sağ olduğu halda 28 yanvar 1999-cu ildə guya “kəskin ürək-damar çatışmazlığı” səbəbindən ölməsinə dair 587 nömrəli arayışı, X34 ilə X33 arasında guya 15.06.1977-ci ildə tarixdə nikahın qeydə alınmasına dair 28 mart 2019-cu il tarixli 586 nömrəli arayışı və X57 ilə Xavər Abbasovanın arasında nikah qeydiyyata alınmadığı halda guya14 iyun 1955-ci il tarixdə nikahın qeydiyyata alınmasına dair şəhadətnaməni, 411/355 saylı bağ sahəsi üzrə mərhum Xanımana Məmmədovanın vərəsələri X101, X102, X103 və həmin şəxslərlə heç bir qohumluq əlaqəsi olmayan X46 olmasını göstərən Zərərçəkmiş şəxs1 Türkan qəsəbə nümayəndəliyi tərəfindən verilməsi, yəni nümayəndə Şahid17 tərəfindən imzalanması və nümayəndəliyin möhürü ilə möhürlənməsi görüntüsü yaradan hüquq verən rəsmi sənədi, yəni 13.03.2019-cu il tarixli 309 nömrəli yaşayış yeri üzrə arayışı,Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan X4 13 fevral 1982-ci il tarixdə “ürək dayanması” səbəbindən ölməsinə dair 26 fevral 2019-cu il tarixli 216 nömrəli arayışı, belə bir adda şəxslər olmadığı halda guya X58 21 iyul 1965-ci il tarixdə “ürək damar fəaliyyətinin dayanması” səbəbindən ölməsinə dair 26 fevral 2019-cu il tarixli 217 saylı arayışı, X59 11 may 1948-ci il tarixdə doğulmasına dair 11 mart 2019-cu il tarixli 403 nömrəli arayışı, nikah bağlanmadığı halda X143 və X35 arasında nikahın qeyd alınmasına dair 26 fevral 2019-cu il tarixli 224 saylı arayışı, X60 25.01.1950-ci il tarixdə doğulmasına dair 19.02.1950-ci il tarixli şəhadətnaməni, X60 “beyin təzyiqinin yüksək həddə çatması” səbəbindən ölməsinə dair şəhadətnaməni, X59 11.05.1984-ci il tarixdə “Hiporteniya xəstəliyi” səbəbindən ölməsinə dair 04.06.1948-ci il tarixli şəhadətnaməni, X35 29.09.1962-ci il tarixdə doğulmasına dair 11.10.1962-ci il tarixli şəhadətnamə, 417 saylı bağ sahəsi üzrə mərhum X22 vərəsələri X82, X104, X61 və həmin şəxslərlə heç bir qohumluq əlaqəsi olmayan Təqsirləndirilən şəxs olmasını göstərən Zərərçəkmiş şəxs1 Türkan qəsəbə nümayəndəliyi tərəfindən verilməsi, yəni nümayəndə Şahid17 tərəfindən imzalanması və nümayəndəliyin möhürü ilə möhürlənməsi görüntüsü yaradan hüquq verən rəsmi sənədi, yəni 11.04.2019-cu il tarixli 537 nömrəli yaşayış yeri üzrə arayışı, daha sonra Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan guya X22 11 oktyabr 1996-cı il tarixdə “kəskin ürək damar çatışmamazlığı” səbəbindən ölməsinə dair 10 aprel 2019-cu il tarixli 1028 nömrəli arayışı, belə bir nikah bağlanmadığı halda X62 və X36 arasında 27 sentyabr 1949-cu il tarixdə nikahın qeydiyyata alınmasına dair 10 aprel 2019-cu il tarixli 1038 nömrəli arayışı, belə bir adda şəxslər olmadığı halda guya X37 21 avqust 2000-ci il tarixdə “baş beyin damarlarının sıxılması” səbəbindən ölməsinə dair 10 aprel 2019-cu il tarixli 1027 nömrəli arayışı, X63 01 iyul 1955-ci il tarixdə doğulmasına dair 10 aprel 2019-cu il tarixli 1029 nömrəli arayışı, X15 və X23 arasında 30 iyun 1973-cü il tarixdə nikahın qeydə alınmasına dair 10 aprel 2019-cu il tarixli 1033 nömrəli arayışı, X55m 19 yanvar 1951-cil tarixdə anadan olmasına dair 10 aprel 2019-cu il tarixli 1040 nömrəli arayışı, X5 12 fevral 1990-cı il tarixdə ölməsinə dair 10 aprel 2019-cu il tarixli 1030 nömrəli arayışı, X63 12.05.1995-ci il tarixdə “ürək damar fəaliyyətinin dayanması” səbəbindən ölməsinə dair 26.05.1996-cı il tarixli şəhadətnaməni, X24 26.05.2002-ci il tarixdə “ürək çatışmazlığı” səbəbindən ölməsinə dair 11.06.2003-cü il tarixli şəhadətnaməni və Təqsirləndirilən şəxs xx.xx.1976-cı il tarixdə doğulmasına dair 10 aprel 2019-cu il tarixli 1034 nömrəli arayışlar maddi sübut qismində tanınmış və surətləri təsdiq edilməklə hazırkı cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 5, iş vərəqi 182-220). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Baş idarənin informasiya bazasında məlumat yoxdur (cild 1, iş vərəqi 117). Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ittihamda göstərilən bağ sahələrinin rəsmiləşdirilməsində iştirak etmiş və həmin əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2, 308.2 və digər maddələri ittiham edilmiş X73, Şahid17, Şahid15, X116 və Mirzəyev Eldar Babaşah oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 1(101)-100/2022 nömrəli hökmünə əsasən təqsirli bilinərək, müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, onlardan Şahid15, Zəfər Abdulov və Eldar Mirzəyev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları şərti hesab edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs öz müdafiə üçün dəlillər gətirərək, törədilən cinayət əməllərindən, rəsmi sənədlərin hazırlanmasından və saxtalaşdırılmasından məlumatı olmadığını, etibarnamə və digər sənədlərə baxmadan imza etdiyini, heç bir vəzifəli şəxsi hansısa cinayətə təhrik etmədiyini, Şahid15 və Şahid16lə əlbir olmadığını, heç kimin pulunu ələ keçirmədiyini göstərsə də, onun gətirdiyi həmin dəlillər iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmədə elan və tədqiq olunmuş yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olundu. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs gətirdiyi dəlilləri onun cinayət məsuliyyətindən və cəzadan yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər və həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilir ki, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2 və 32.4,308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2ci maddələri ilə cəza təyin edilməsi məsələsi ilə bağlı aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 320-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə elan olunmuş ittihamlardan görünür ki, qeyd olunan cinayət əməlləri 2019-cu ilin mart-aprel aylarına təsadüf edir və həmin vaxtdan vaxtdan hökm çıxarılan tarixədək iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməli, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin edilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona CM-nin 308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələbinə görə, cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddə üzrə ayrı-ayrılıqda azadlıqdan məhrum etmə növündə əsas cəza, CM-nin 308.2-ci maddəsi ilə həm də dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas cəzaları qismən toplama, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə ona qəti cəzalar təyin olunmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlləri nəticəsində maddi zərərin olmamasını, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını nəzərə alaraq onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınmış sənədlərin təsdiq edilməklə iş materiallarına əlavə edilmiş surətləri cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 160 (yüz altmış) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 160 (yüz altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1, 320.2 və 32.4,308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə, Cinayət Məcəlləsinin 32.4,308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas cəzaları qismən toplama, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cəza təyin edilməsin. İş üzrə maddi sübutlar - 222 saylı bağ sahəsi üzrə X21 adına 29.03.2019-cu il tarixli 412 nömrəli yaşayış yeri üzrə arayış, Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan X21 ölməsinə dair verilmiş 28 mart 2019-cu il tarixli 578 nömrəli arayışı, Xavər Hüseynovanın ölməsinə dair 28 mart 2019-cu il tarixli 579 nömrəli arayışı, X33 09 aprel 1957-ci il tarixdə doğulmasına dair 28 mart 2019-cu il tarixli 581 və ölməsinə dair 584 nömrəli arayış, Zərərçəkmiş şəxs3 01 iyul 1959-cu il tarixdə doğulmasına dair 28 mart 2019-cu il tarixli 583 nömrəli və ölməsinə dair 587 nömrəli arayış, X34 ilə X33 arasında 15.06.1977-ci ildə tarixdə nikahın qeydə alınmasına dair 28 mart 2019-cu il tarixli 586 nömrəli arayış və X57 ilə Xavər Abbasovanın arasında 14 iyun 1955-ci il tarixdə nikahın qeydiyyata alınmasına dair şəhadətnamə, 411/355 saylı bağ sahəsi üzrə Xanımana Məmmədovanın adına 13.03.2019-cu il tarixli 309 nömrəli yaşayış yeri üzrə arayış, Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan X4 13 fevral 1982-ci il tarixdə ölməsinə dair 26 fevral 2019-cu il tarixli 216 nömrəli arayışı, X58 21 iyul 1965-ci il tarixdə ölməsinə dair 26 fevral 2019-cu il tarixli 217 saylı arayış, X59 11 may 1948-ci il tarixdə doğulmasına dair 11 mart 2019-cu il tarixli 403 nömrəli arayış, X143 və X35 arasında nikahın qeyd alınmasına dair 26 fevral 2019-cu il tarixli 224 saylı arayış, X60 25.01.1950-ci il tarixdə doğulmasına dair 19.02.1950-ci il tarixli şəhadətnamə, X60 ölməsinə dair şəhadətnamə, X59 11.05.1984-ci il tarixdə ölməsinə dair 04.06.1948-ci il tarixli şəhadətnamə, X35 29.09.1962-ci il tarixdə doğulmasına dair 11.10.1962-ci il tarixli şəhadətnamə, 417 saylı bağ sahəsi üzrə X22 adına olan 11.04.2019-cu il tarixli 537 nömrəli yaşayış yeri üzrə arayış, daha sonra Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilməsi görüntüsü yaradan X22 11 oktyabr 1996-cı il tarixdə ölməsinə dair 10 aprel 2019-cu il tarixli 1028 nömrəli arayış, X62 və X36 arasında 27 sentyabr 1949-cu il tarixdə nikahın qeydiyyata alınmasına dair 10 aprel 2019-cu il tarixli 1038 nömrəli arayış, X37 21 avqust 2000-ci il tarixdə ölməsinə dair 10 aprel 2019-cu il tarixli 1027 nömrəli arayış, X63 01 iyul 1955-ci il tarixdə doğulmasına dair 10 aprel 2019-cu il tarixli 1029 nömrəli arayış, X15 və X23 arasında 30 iyun 1973-cü il tarixdə nikahın qeydə alınmasına dair 10 aprel 2019-cu il tarixli 1033 nömrəli arayış, X24 19 yanvar 1951-cil tarixdə anadan olmasına dair 10 aprel 2019-cu il tarixli 1040 nömrəli arayış, X5 12 fevral 1990-cı il tarixdə ölməsinə dair 10 aprel 2019-cu il tarixli 1030 nömrəli arayış, X63 12.05.1995-ci il tarixdə ölməsinə dair 26.05.1996-cı il tarixli şəhadətnamə, X24 26.05.2002-ci il tarixdə ölməsinə dair 11.06.2003-cü il tarixli şəhadətnamə və Təqsirləndirilən şəxs xx.xx.1976-cı il tarixdə doğulmasına dair 10 aprel 2019-cu il tarixli 1034 nömrəli arayışın təsdiq olunmuş surətləri cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri olan 160 (yüz altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, xüsusi müsadirə üçün təklif olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-110/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-110/2022
04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver