Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-110/2023 12.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X2, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi, Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 05 ədəd bükümdə təmiz çəkisi 4,775 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 07 sentyabr 2021-ci il tarixdə saat 11:00 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2anında yerləşən Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə dəvət edilmiş və orada həmin bölmənin təhqiqatçısı tərəfindən üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 05 (beş) ədəd folqa kəsiyi bükümlərində, hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,837 qram, 0,875 qram, 1,036 qram, 1,015 qram və 1,012 qram olmaqla, ümumilikdə təmiz çəkisi 4,775 qram qəhvəyi rəngli tozşəkilli, kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Bakı şəhəri Suraxanı rayonu, Vahid Xəlilov 19 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirmək istəyir ki, saxlanıldığı gün səhər 11 radələrində o, evdə yatarkən 5-10 nəfər polis əməkdaşları evlərinə girmiş, onlar evlərində axtarış keçirsələr də, evdə heç nə aşkar olunmamış, daha sonra onu polis maşınına mindirib aparmışlar. Bölmədə onun cibinə 5 büküm qoyaraq onu boynuna götürməyi tələb etmişlər. Onun üzərində heç bir narkotik vasitə olmamış, çoxsaylı təzyiqlərdən sonra o, 5 bükümü boynuna götürməyə məcbur olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs bildirdi ki, polis əməkdaşları reyd keçirmiş, ondan bəzi məlumatları tələb etmişlər, o da demədiyi üçün onu saxlamışlar. Onun ayağında qolbaq olmuşdur. Tutulana kimi son 1 həftə evdə olmuş, Mərdəkanda olmamışdır. O, 6 sentyabr 2021 tarixində Hövsan-Mərdəkan yolunda olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, heroin kimi tanıdığı narkotik maddəni çəkmək yolu ilə istifadə edir, həmin narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün almış, sonuncu dəfə 06 sentyabr 2021-ci il tarixdə Hovsan qəsəbəsi istiqamətində gedərkən narkotik satan kimi üzdən tanıdığı şəxsdən 50 manat müqabilində 5 ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə heroin almış, məqsədi həmin heroinin bir hissəsini istifadə etmək, bir hissəsini isə satmaq olmuş və bu məqsədələ də 5 büküm heroini üzərində saxlamışdır. 07 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində yaşadığı evin qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra 31-ci Polis bölməsinə dəvət olunaraq orada şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları videoçəkliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olduğunu bildirdikdə buna etiraz etməmiş, hüquq və vəzifələri izah olunduqdan sonra xidməti otaqların birində videoçəklişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanınsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə, özü üzərində saxladığı 5 ədəd siqaretin gümüşü rəngli kağızından ibarət bükümdə heroin kimi tanıdığı narkotik vasitəni qara rəngli idman şalvarının sağ cibindən çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi bükümləri açdıqda bükülüdə olan heroin kimi tanıdığı narkotik vasitəni aşkar etmişlər. Sorğu zamanı isə aşkar edilmiş maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu və 06 sentyabr 2021-ci il tarixdə Hövsan yolunda tanımadığı şəxsdən 50 manata əldə etdiyini bildirmiş, daha sonra isə həmin narkotik maddə iştirakçıların yanında zərfə qoyularaq möhürlənmiş və tərkibinin ekspertiza vasitəsilə müəyyən olunacağı barədə məlumatlandırılmışdır (cild 1, iş vərəqi 43-44, 61-62). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2018-ci ildən Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsində cinayət-axtarış işləri üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Davud adlı şəxsin yaşadığı Suraxanı rayonu, Yeni Suraxani qəsəbəsi, Vahid Xəlilov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə 07 sentyabr 2021-ci il tarixdə yaradılmış əməliyyat qrupuna o da daxil olunmuş, qrupda ondan başqa digər əməliyyat müvəkkili Şahid2 Kamal oğlu olmuşdur. Bundan sonra daxil olmuş məlumat əsasında tərəflərindən keçirilən əməliyyat tədbirləri nəticəsində 07 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs bölmənin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə yaşadığı ünvanın qarşısında görmüş və özlərini təqdim edərkən onun Təqsirləndirilən şəxs olmasını müəyyənləşdirmişlər. Buna görə də onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs bundan imtina etmədən onlarla birgə 31-ci Polis bölməsinə gəlmiş, bölmədə onun və digər polis işçisi Şahid2 iştirakı ilə təhqiqatçı Azər Süleymanov tərəfindən Davud Qəfənfərovun üzərində olan paltarlarında axtarış və götürmə aparılmışdır. Videoçəkilişlə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ cibindən beş ədəd gümüşü rəngli kağız büküm, bir ədəd “Nokia” markalı mobil telefon və naviqator aşkar olunaraq götürülmüşdür. Həmin büküm təhqiqatçı tərəfindən iştirakçıların yanında açılarkən içərisində olan qəhvəyi rəngdə tozşəkilli maddə olduğunu görmüşlər. Davud özü həmin maddənin narkotik vasitə sayılan “kakos” olduğunu və bir gün əvvəl Suraxanı rayonu Hövsan yolunda tanımadığı şəxsdən alaraq satmaq məqsədilə bükümlərə böldüyünü bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin narkotik vasitə öz kağızına bükülərək qablaşdırılmış, daha sonra isə həmin narkotik vasitənin aşkar olunması barədə protokol tərtib olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq, Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotikin çəkisi təxminən 5 qrama yaxın olmuş, Davudu yaşadığı ünvanın qarşısında saxlamışlar, lakin evə daxil olmamışlar. Davudu 31-ci Polis bölməsinə xidməti maşınla apararkən qolunda qandal olmamış, maşını o, sürmüş, Davudun yanında maşında əməkdaşlar oturduğundan cibindəki vasitəni atmaq imkanı olmamışdır. Davudu birbaşa bölməyə gətirmişlər, başqa yerə aparmamışlar. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Bakı Musiqi Akademiyasında 3-cü kursda təhsil alır. Təqsirləndirilən şəxs onun anasının əmisi nəvəsidir və onunla eyni həyətdə yaşayır. Mahiyyəti üzrə bildirmək istəyir ki, 07 sentyabr 2021-ci il tarixdə o, səhər yeməyi yeyərkən həyətə qaça-qaça qara maskalı polislərin daxil olmasını görmüşdür. Anası həmin şəxslərdən kim olmalarını soruşmuş, həmin şəxslər “sizlik deyil” deyə bildirmişlər. O, polislərə yaxınlaşmış və həyətlərinə niyə qanunsuz daxil olmalarını soruşmuşdur. Polislər ondan Davudu soruşmuşlar. Bu zaman o, Davudun yoldaşına 102-yə zəng etməsini demiş, onlar 102-ə zəng etsələr də heç kim gəlməmişdir. Polislər Davudu ayaqyalın vəziyyətdə idman paltarında zor tətbiq edərək aparmışlar. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında Davudla eyni həyətdə yaşayır. Mahiyyəti üzrə bildirmək istəyir ki, Davudun saxlanıldığı gün həyətdə iş görəndə polislərin həyətlərinə girdiklərini görmüşdür. Polislər Davudun evinə girərək sonuncunu yatdığı yerdə götürmüşlər. Onlar Davudu ayaqyalın idman geyimində zor tətbiq edərək aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportun məzmunundan görünür ki, alınmış əməliyyat məlumatına əsasən “Davud” adlı şəxs Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportun məzmunundan görünür ki, alınmış əməliyyat məlumatına əsasən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan “Davud” adlı şəxs xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, ev 19 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində müşahidə aparılması və Təqsirləndirilən şəxs müəyyən olunaraq, saxlanılaraq 31-ci Polis bölməsinə gətirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli raportun məzmununan görünür ki, keçirilmiş şməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, ev 19 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında saat 11:00-da saxlanılaraq 31-ci Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 2). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və istintaq hərəkətinin gedişatını özündə əks etdirən CD diskin məzmunundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, edilmiş müvafiq təklifdən sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən gümüşü kağızda 05 (beş) ədəd bükümü, bir ədəd “Nokia” markalı telefonu və üzərində “İdrak” yazısı yazılmış naviqatoru təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə sayılan “kakos” olduğunu, onları 06 sentyabr 2021-ci il tarixdə Hövsan yolunda tanımadığı şəxsdən aldığını, bükümləri balaca büküm edərək satmaq məqsədi olduğunu bildirmişdir. Qeyd edilən bükümlər təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənib götürülmüşdür (cild 1, iş vərəqi 29-30). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3937 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №195” möhür əksi, “3.Təqsirləndirilən şəxs imza....” yazılan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,837 qram, 0,875 qram, 1,036 qram, 1,015 qram, və 1,012 qram olmaqla, ümumi təmiz çəkisi 4,775 qram qəhvəyi rəngli, toz şəkilli maddə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) təşkil edir (cild 1, iş vərəqi 37-41). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 07 sentyabr 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 75). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər X8 hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə Mərkəzdə qeydiyyatdadır (cild 1, iş vərəqi 87). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasından daxil olmuş xx.xx.2021-ci il tarixli, 20-12/402 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olan zaman ilkin tibbi müyinədən keçirilmişdir. Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlarda xəsarət almadığını bildirir. Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində sağ saiddə yanıqdan sonrakı çapıq, hər iki aşağı ətrafında çoxsaylı postinyeksion yaralar aşkar olundu (cild 1, iş vərəqi 146). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə xidmətindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 003-14784/22 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 19:41-də ***-***-**- ** nömrəsindən zəng daxil olmasına baxmayaraq, məlumat verən şəxslə 28 saniyə müddətində Xidmətin operatoru tərəfindən dialoq qurulmasına cəhd olunsa da, zəng edən şəxsin mobil cihazında yaranan texniki nasazlıq səbəbindən dialoq birtərəfli olmuş, Xidmətə zəng vuran şəxsin təşəbbüsü ilə dəstək asılmışdır. Həmin səbəbdən ***-***-**-** nömrəli telefondan DİN 102 Xidmətinə məlumat daxil olmamışdır (cild 1, iş vərəqi 147). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən videogörüntüyə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli idman şalvarının sağ cibindən 05 ədəd folqa kəsiyi bükümləri, bir ədəd “Nokia” markalı mobil telefonu və 1 ədəd elektron nəzarət qolbağının izləmə naviqatorunu təqdim etməklə, həmin bükümlərin içərisindəki narkotik vasitə “kakos” (heroin) olduğunu və 06 sentyabr 2021-ci il tarixdə Hövsan yolunda tanımadığı şəxsdən 50 manata aldığını, bükümləri balaca büküm edərək satmaq məqsədi olduğunu bildirmişdir (cild 1, iş vərəqi 152). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, polis əməkdaşı olan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid1 təqsirləndirilən şəxsin üzərinə polis bölməsində baxış keçirilərkən sonuncunun üzərindən beş bükümdə narkotik vasitələr aşkar olunmasını təqsirləndirilən şəxsin üzünə qarşı deyərək ibtidai istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, əvvəlcədən üzərinə qoyulduğunu bildirmişdir (cild 1, iş vərəqi 223-225). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, polis əməkdaşı olan Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Şahid2 təqsirləndirilən şəxsin üzərinə polis bölməsində baxış keçirilərkən sonuncunun üzərindən beş bükümdə narkotik vasitələr aşkar olunmasını təqsirləndirilən şəxsin üzünə qarşı deyərək ibtidai istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, əvvəlcədən üzərinə qoyulduğunu bildirmişdir (cild 1, iş vərəqi 223-225). İşdə olan Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin polis əməkdaşı X6 tərəfindən döyülməsi barədə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 ərizəsi əsasında araşdırma aparılmış, məlumatda göstərilən faktlar yoxlama zamanı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 231- 232). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Yeni ünvan 6 ünvandan hər hansı qanunsuz əşya və maddə aşkar edilməmişdir (cild 1, iş vərəqi 235-241). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1049 №-li nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 242- 243). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 540 №-li nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 244-247). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ümumi çəkisi 4,775 qram narkotik vasitə heroin və onun üzərində aparılan şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən videogörüntülər qeydə alınmış 1 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,665 qram təşkil edən narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİnin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 248-260). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata götürülməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrıca icraata ayılması barədə qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 289-290). Cinayət işi materiallarına əlavə edilmiş xasiyyətnamədən, arayışdan və şəhadətnamə surətlərindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan üzrə Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamış, himayəsində xx.xx.2009-cu il təvəllüdlü Qəzənfərli Aysel və xx.xx.2013-cü il təvəllüdlü Qəzənfərli Nəzrin adlı 2 övladı vardır (cild 1, iş vərəqi 263, 267-268). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21-1/-215 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(010)-133/2019 nömrəli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə elektron nəzarət vasitələri tətbiq edilərək "Şans" elektron monitorinq sistemində qeydiyyata alınmış, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məhkumun barəsində həbs qətimkan tədbiri seçildiyindən məhkumun "Şans" elektron monitorinq sistemində izləmə sessiyası bağlanılmışdır. "Şans" elektron monitorinq sistemi üzrə məhkum Təqsirləndirilən şəxs 06 və 07 sentyabr tarixlərində aşağıdakı ünvanlarda olduğu müəyyən edilmişdir: xx.xx.2021-ci il tarixində saat 00:00-dan saat 11:59-dək Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov və 14 iyul küçələrinin kəsişməsində (yaşayış yeri və yaşayış yerinin ətrafı); xx.xx.2021-ci il tarixində saat 13:50-dən saat 14:22-dək Mərdəkan şossesində yerləşən "Rahat" marketin ətrafında; xx.xx.2021-ci il tarixində saat 14:22-dən xx.xx.2021-ci il saat 10.54-dək Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov və 14 iyul küçələrinin kəsişməsində (yaşayış yeri və yaşayış yerinin ətrafı): xx.xx.2021-ci il tarixində saat 10:54-dən yaşayış yerini tərk etmiş, saat 11:25-də isə Suraxanı rayon 31-ci Polis bölməsində olduğu hərəkət trayektoriyası üzrə müəyyən edilmişdir (cild 1, iş vərəqi 287). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək saxlanıldığı zaman onun üzərində narkotik vasitə olmaması, evdə yatarkən 5-10 nəfər polis əməkdaşlarının evlərinə girməsi və evində axtarış keçirməsi, daha sonra onu polis maşınına mindirib polis bölməsinə aparmaları, bölmədə polis əməkdaşı tərəfindən döyülməsi və bunun nəticəsində etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis bölməsində üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, o, ərizə verərək şəxsi axtarışda müdafiəçinin iştirakına etiraz etmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 05 (beş) ədəd folqa kəsiyi bükümlərində, ümumilikdə təmiz çəkisi 4,775 qram qəhvəyi rəngli tozşəkilli, kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman və şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını etiraf etmiş, həmin maddələri satmaq məqsədilə aldığını bildirmişdir. Lakin sonradan ifadələrini dəyişərək həmin vasitələrin ona aid olmadığını bildirmiş və polis bölməsində polis əməkdaşı tərəfindən ona fiziki təzyiq edildiyini və onun həmin təzyiq altında etirafedici ifadə verdiyini bildirmişdir. Bununla bağlı onun müdafiəçisinin şikayəti əsasında Bakı şəhəri Suraxanı rayon prokurorluğunda araşdırma aparılmış, şikayətdə göstərilən faktlar yoxlama zamanı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasının məktubu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olan zaman ilkin tibbi müayinədən keçirilmiş, baxış zamanı onun dəri səthində çapıqlar və sağ saiddə yanıqdan sonrakı çapıq, hər iki aşağı ətrafında çoxsaylı postinyeksion yaralar aşkar olunmuş, o, həbs olunmadan əvvəl xəsarət almadığını bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə hərəkət trayektoriyasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin məktubundan da görünür ki, o, həmin tarixdə saat 13:50-dən saat 14:22-dək Mərdəkan şossesində yerləşən "Rahat" marketin ətrafında olmuşdur. Bu hal onun ibtidai istintaq zamanı ondan aşkar edilmiş narkotik vasitələri Hövsan yolunda tanımadığı şəxsdən alması barədə ifadəsini təsdiq edir. Eyni zamanda həmin məlumat təqsirləndirilən şəxsin 06 sentyabr 2021-ci il tarixdə Hövsan-Mərdəkan yolunda olmaması barədə məhkəmədə verdiyi ifadəsinin həqiqətə uyğun olmadığını sübut edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin xırda bükümlərə bükülmüş, çəkisi isə şəxsi istehlak miqdarından dəfələrlə artıqdır. Həmin hallar və iş üzrə toplanmış bütün sübutların məcmusu müqayisəli şəkildə və hərtərəfli təhlil olunaraq, məhkəməyə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi qənaətinə gəlməyə əsas verir. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X7 və X5 polis əməkdaşlarının 07 sentyabr 2021-ci il tarixdə onların yaşadığı həyətə daxil olaraq və Təqsirləndirilən şəxs yatdığı yerdən qaldıraraq polis idarəsinə aparmaları barədə məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahidlər məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə qohumluq və qonşuluq münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüşlər və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə vedikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Digər tərəfdən həmin şahidlər Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı məhkəməyə hər hansı məlumat vermədiklərini məhkəmə nəzərə alır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqi 81-82, 210-215). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(010)-449/2021 nömrəli qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs oğluna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 ay 14 günlük hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 01 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzaçəkməsinin əvvəli 28 sentyabr 2022-ci il tarixdən hesablanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş, qərarın həmin hissədə icrası Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına həvalə edilmişdir (cild 2, iş vərəqi 80-85). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasından məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli, 17/40-440 saylı məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(010)-449/2021 nömrəli qərarı 3 saylı İstintaq təcridxanasına daxil olmamışdır (cild 2, iş vərəqi 88). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli, 21-1/3-15480 saylı məktubun məzmunundan görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 ay 14 günlük hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş həmin hissəsi 01 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyindən şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır (cild 2, iş vərəqi 79). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs əvvəlki cəzasını çəkib qurtarmadığına görə yenidən cinayət törətdiyindən məhkəmə onu məhkumluğu olan şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 09 sentyabr 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddətinin uzadılması barədə prokurorun təqdimatı Suraxanı Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, o, həbsdən azad edilmiş, barəsində 07 mart 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Suraxanı rayon prokurorunun 03 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı növündə qətimkan tədbirinin müddətinin uzadılmasına dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina edilmiş, 07 mart 2022-ci il tarixdə müstəntiqin qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 26, 69-72, 128-136, 189-190, 193-194, 203-205). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 6 (altı) ay ona təyin olunacaq cəzadan çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 4,665 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən videogörüntülər qeydə alınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs həbsdə saxlandığı 6 (altı) ay bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi ümumilikdə 4,665 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən videogörüntülər qeydə alınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-110/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-110/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver