Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-110/2024 15.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:20-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı, X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, onun nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, zərərçəkmiş şəxs – mülki iddiaçı X5, onun nümayəndəsi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakım qulluq mövqeyindən istifadə etməklə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli, külli və xüsusilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, ibtidai istintaq orqanının qənaətinə əsasən, o, "xxxx"MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib X5 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə 2018-ci ilin noyabr ayında tanışı Maqsud Xəlilova özünün direktoru olduğu "Cahad-2004”MMC vasitəsilə 20 ildən artıq müddətdə xarici ölkələrdən donmuş mal və toyuq ət məhsullarını idxal edib ölkə ərazisində topdan və pərakəndə satışı ilə məşğul olduğunu, bu işdə heç bir ziyan və risklərin olmadığını, onunla ortaq çalışmaq istəyən investor aradığını, sifariş veriləcək məhsulun Bakı şəhərinə daxil olması halında realizə edib 20 gün müddətində pulları toplayacağını, Ukrayna və Hindistandakı biznes ortaqları ilə artıq danışıb razılığa gəldiyini, onunla bu biznesdə işləmək işləyənlərin çox olduğunu, onun isə yalnız uzun müddət tanıdığı və etibar etdiyi şəxslə birgə iş görmək istədiyini, müxtəlif şirkətlərlə bağlanmış müqavilələri ona göstərərək hər bir donmuş toyuq məhsullu yük maşınından 5.000 ABŞ dolları, mal əti məhsullu yük maşınından 10.000 ABŞ dolları mənfəət əldə ediləcəyi, yalnız bu işin başlanğıcı üçün 500.000 manat məbləğində maliyyə vəsaiti qoyulmasına inandıraraq 2018-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdürrəhimov küçəsi 50 A nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində Ukrayna Respublikasından 1-ci dondurulmuş 21.000 kq toyuq ətinin gətirilməsi adı ilə milli pul vahidi 72.114 manata olan nisbətdə 42.420 ABŞ dolları, 2018-ci ilin noyabr ayının birinci ongünlüyündə həmin ünvanda 2-ci maşın dondurulmuş 21.000 kq toyuq ətinin gətirilməsi adı ilə milli pul vahidi 48.552 manata olan nisbətdə 28.560 ABŞ dolları, 2018-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi. “Nizami” metrostansiyası qarşısında 3-cü dondurulmuş 21.000 kq çəkidə toyuq ətinin gətirilməsi adı ilə milli pul vahidi 34.986 manata olan nisbətdə 20.580 ABŞ dolları, 2018-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu. C.Cabbarlı küçəsi. “Nizami” metrostansiyası qarşısında 4-cü dondurulmuş 20.000 kq çəkidə toyuq ətinin gətirilməsi üçün milli pul vahidi 46.240 manata olan nisbətdə 27.200 ABŞ dolları, 2018-ci ilin dekabr ayının əvvəllərində 5-ci dondurulmuş 20.500 kq mal atinin gətirilməsi adı ilə Bakı şəhəri. Binəqədi rayonu, Azadlıq prospekti ev 204, 1-ci blok, 2-ci mərtəbədə yerləşən ofisində milli pul vahidi 130.050 manata olan nisbətdə 76.500 ABŞ dolları, 2018-ci ilin dekabr ayının ilk ongünlüyündə həmin ünvanda 6-cı dondurulmuş 21.000 kq toyuq ətinin gətirilməsi adı ilə milli pul vahidi 72.091 manata olan nisbətdə 42.407 ABŞ dolları, 2018-ci ilin noyabr və dekabr ayının ilk günləri ərzində sifariş olunan 6 maşın ət məhsulu üçün, ümumilikdə milli pul vahidi 404,056 manata olan nisbətdə 237.680 ABŞ dolları məbləğində pulları "xxxx" MMC-nin bank hesabından Ukraynadakı şirkətlərə köçürəcəyi adı ilə alıb ələ keçirdikdən sonra sifariş verilən yük maşınlarının “Qırmızı Körpü” X7 keçərək Azərbaycan Respublikasına daxil olmaları adı ilə 1-ci daxil olan donmuş toyuq ət yüklü maşının gömrük, nəqliyyat və s.xərclərin qarşılanması adı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti, ev 204, 1-ci blok, 2-ci mərtəbədə yerləşən ofisində milli pul vahidi 23.086 manata olan nisbətdə 13.580 ABŞ dolları, 2018-ci ilin dekabr ayının birinci həftəsində 2-ci maşın dondurulmuş 21.000 kq toyuq ət məhsulunun gömrük, nəqliyyat, digər xərclərinin ödənməsi adı ilə həmin ünvanda milli pul vahidi 18.751 manata olan nisbətdə 11.030 ABŞ dolları, 2018-ci ilin dekabr ayının birinci ongünlüyündə 3-cü yük maşını üçün milli pul vahidi 16.121 manata olan nisbətdə 9.483 ABŞ dolları, 2018-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, “Nizami” metrostansiyası qarşısında 4-cü yük maşını üçün milli pul vahidi 18.395 manata olan nisbətdə 10.821 ABŞ dolları, 2018-ci ilin dekabr ayının ikinci yarısında 5-ci yük maşını üçün milli pul vahidi 29.785 manat olan nisbətdə 17.521 ABŞ dolları, 2018-ci ilin dekabr ayının sonlarında 6-cı yük maşınının gömrük, nəqliyyat və digər xərclərinin ödənməsi adı ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti, ev 204, 1-ci blok, 2-ci mərtəbədə yerləşən ofisində milli pul vahidi 23.108 manata olan nisbətdə 13.593 ABŞ dolları, milli pul vahidi 149.246 manata olan nisbətdə 76.028 ABŞ dolları məbləğində əlavə pullarını alaraq ölkəyə daxil olmuş məhsulları Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakf” SC-nin Azərətsüd icarə topdansatış birliyinə məxsus soyuducu anbarına boşaldaraq özünün istədiyi formada fiziki və hüquqi şəxslərə satıb realizə edərək ona ümumilikdə verilmiş 533,167 manata olan nisbətdə 313,628 ABŞ dolları məbləğində nağd pul vəsaiti və 51.000 manata olan nisbətdə 30.000 ABŞ dolları mənfəətlə biznesini genişləndirəcəyi, Respublika ərazisində guya onunla işbirliyi qurmaq istəyənlərin çox olduğunu, Hindistanda ət məhsullarının idxal və ixracı ilə tanınmış şirkətlə müqavilə bağladığını deməklə pulun guya davamlı mənfəətə yönəldilməsini təkid edərək xx.xx.2019-cu ildə Ukraynadan 21.500 kq donmuş mal əti, xx.xx.2019-cu ildə Hindistandan 27.000 kq donmuş camış əti, xx.xx.2019-cu ildə Ukraynadan 21.000 kq donmuş mal əti, xx.xx.2019-cu ildə Ukraynadan 13.350 kq donmuş mal əti, xx.xx.2019-cu ildə Ukraynadan 19.500 kq donmuş mal əti, xx.xx.2019-cu ildə isə Moldovadan 21.000 kq donmuş mal ətini özünün adına rəsmiləşdirilmiş "xxxx"MMC-nin adından ölkəyə idxal edərək hər yük avtomaşını üçün 6.800 manat nisbətində 4.000 ABŞ dolları olmaqla 6 yük maşmı üçün 40.800 manat nisbətində 24.000 ABŞ dolları məbləğində nəqliyyat daşıma xərci adı ilə alaraq Maqsud Xəlilovu bilərəkdən bütün maliyyə hesablarına nəzarətdən kənarda qoyub həmin məhsulları soyuducu anbarından özünün tanıdığı hüquqi və fiziki şəxslər vasitəsilə realizə edib ümumilikdə 533,167,6 manat nisbətində 313.628 ABŞ dolları məbləğində pulunu ələ keçirməklə zərərçəkmiş şəxs Maqsud Xəlilova xüsusilə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx"MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs1 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs1 özünün direktoru olduğu "Cahad-2004”MMC vasitəsilə 20 ildən artıq müddətdə xarici ölkələrdən donmuş mal və toyuq ət məhsullarını idxal edib ölkə ərazisində topdan və pərakəndə satışı ilə məşğul olduğunu, bu işdə heç bir ziyan və risklərin olmadığını, sifariş veriləcək məhsulun Bakı şəhərinə daxil olması halında realizə edib 20 gün müddətində pulları toplayacağını, Ukrayna, Hindistan və Moldovadakı biznes ortaqları ilə artıq danışıb razılığa gəldiyini, hər bir donmuş mal əti məhsullu yük maşınından 20.400 manat nisbətində 12.000 ABŞ dolları mənfəət əldə ediləcəyinə inandıraraq Zərərçəkmiş şəxs1 direktoru olduğu "An investment” MMC-nin adından Hindistanda fəaliyyət göstərən ‘‘Naabel Meatex” adlı şirkətlə müqavilə bağlayaraq 25.000 kq donmuş ət məhsulunun ölkəyə gətirilməsi üçün həmin şirkətin hesabına xx.xx.2019-cu il tarixdə 34.000 manat nisbətində 20.000 ABŞ dolları. xx.xx.2019-cu il tarixdə 34.000 manat nisbətində 20.000ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 54.060 manat nisbətində 31.800 ABŞ dolları, cəmi 71.800 ABŞ dolları, eyni çəkidə donmuş mal ətinin gətirilməsi üçün həmin şirkətlə bağlanmış müqavilə əsasında xx.xx.2019-cu ildə 20.000 ABŞ dolları. xx.xx.2019-cu il tarixdə 51.800 ABŞ dolları, cəmi 71.800. ABŞ dolları, 2019-cu ilin avqust ayında Moldova Respublikasında fəaliyyət göstərən "Terranus” şirkəti ilə bağlanmış müqavilə əsasında xx.xx.2019-cu ildə 15.050, ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 25.050 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 25.750 ABŞ dolları, cəmi 65.850 ABŞ dolları, həmçinin gömrük, nəqliyyat, anbar və s xərclərlə birlikdə 215.910 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə "Terranus” şirkəti adından xx.xx.2019-cu il tarixdə ölkəyə daxil olmuş 18.900 kq dondurulmuş qoyun əti üçün 83.600 ABŞ dolları, xx.xx.2019-cu il tarixli müqavilə ilə “Antadro” şirkəti adından xx.xx.2019-cu ildə ölkəyə daxil olmuş 16.700 kq dondurulmuş mal əti üçün 61.500 ABŞ dolları, ümumilikdə 381.000 ABŞ dolları məbləğində vəsait xərclədərək 83.600 ABŞ dolları dəyərində idxal olunmuş qoyun ətinin realizə edilməsindən imtina etmiş, firmanın hesabına rəsmi köçürmə yolu ilə 100.000 ABŞ dolları, nağd ödəmə vasitəsilə 133.000 ABŞ dolları hissələrlə ödəyib guya biznesin uğurla davam etdiyinə inandıraraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 ünvanda yerləşən ofisində 80.580 manat nisbətində 47.400ABŞ dolları məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs2 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə iş adamı olaraq əlinin hər yerə çatdığını, əksər xarici ölkələrdə onun təmsilçilərinin olduğunu, ortaq şirkətlərlə bütün problemləri aradan qaldırmaq iqtidarında olduğunu, uzun illərdir ət məhsullarının idxalı ilə məşğul olduğunu, bu işi ondan yaxşı bilənin olmadığım, ölkəyə daxil olan hər ət məhsullu yük maşınından xeyli qazanc əldə etdiyini, bu işdə qazancdan başqa ziyan və risklərin olmadığım, onunla ortaq çalışmaq istəyənlərin çox olduğunu, vəsait qoyub işbirliyi aparmağın mümkün olduğunu, qazancın artırılması, itkilərin azaldılması adı ilə Ukrayna Respublikasında kombinat tikdirəcəyi və digər bu kimi yalan məlumatlar verib Zərərçəkmiş şəxs2 onunla ortaq iş birliyində işləyib investisiya yatırmaqla külli miqdarda qazanc əldə edib qazancın 50%-lik hissəsini ona verəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2019-cu il tarixdə Moldova Respublikasındakı şərik adlandırdığı “Antadro” şirkəti vasitəsilə "xxxx" MMCşirkətinin hesabına “Severina” şirkətinin hesabında olan, Zərərçəkmiş şəxs2 məxsus 105.000 ABŞ dolları məbləğində pulun 91.800 manat nisbətində 54.000 ABŞ dollarlıq hissəsini, xx.xx.2019-cu il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 20 ünvandakı ofisində bacısı oğlu Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus 8.500 manat nisbətində 5.000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun bağı ətrafında Zərərçəkmiş şəxs3 idarə etdiyi “Range- Rover” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus 93.500 manat nisbətində 55.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 20 ünvandakı ofisində Zərərçəkmiş şəxs2 şəxsən özündən 170.000 manat nisbətində 100.000 ABŞ dolları, xx.xx.2020-cı il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus 85.000 manat nisbətində 50.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti-204 ünvandakı ofisində Zərərçəkmiş şəxs3 vasitəsilə Zərərçəkmiş şəxs2 məxsus 85.000 manat nisbətində 50.000ABŞ dolları, ümumilikdə 533.800 manat nisbətində 314.000 ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 xüsusilə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs3 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə iş adamı olaraq əlinin hər yerə çatdığını, əksər xarici ölkələrdə onun təmsilçilərinin olduğunu, ortaq şirkətlərlə bütün problemləri aradan qaldırmaq iqtidarında olduğunu, uzun illərdir ət məhsullarının idxalı ilə məşğul olduğunu, bu işi ondan yaxşı bilənin olmadığını, ölkəyə daxil olan hər ət məhsullu yük maşınından xeyli qazanc əldə etdiyini, bu işdə qazancdan başqa ziyan və risklərin olmadığını, onunla ortaq çalışmaq istəyənlərin çox olduğunu, vəsait qoyub işbirliyi aparmağın mümkün olduğunu, qazancın artırılması, itkilərin azaldılması adı ilə Ukrayna Respublikasında kombinat tikdirəcəyi və digər bu kimi yalan məlumatlar verib Zərərçəkmiş şəxs3 onunla ortaq iş birliyində işləyib investisiya yatırmaqla külli miqdarda qazanc əldə edib qazancın 50% -lik hissəsini ona verəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində 18.000 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri. Binəqədi rayonu, M.Ə.Rəsulzadə, Azadlıq prospekti 204 ünvanında 17.000 manat nisbətində 10.000 ABŞ dolları, ümumilikdə 35.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən "xxxx" MMC-nin direktoru işləyərkən öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs4 əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə iş adamı olaraq əlinin hər yerə çatdığını, əksər xarici ölkələrdə onun təmsilçilərinin olduğunu, ortaq şirkətlərlə bütün problemləri aradan qaldırmaq iqtidarında olduğunu, uzun illərdir ət məhsullarının idxalı ilə məşğul olduğunu, bu işi ondan yaxşı bilənin olmadığını, ölkəyə daxil olan hər ət məhsullu yük maşınından xeyli qazanc əldə etdiyini, bu işdə qazancdan başqa ziyan və risklərin olmadığını, onunla ortaq çalışmaq istəyənlərin çox olduğunu, vəsait qoyub iş birliyi aparmağın mümkün olduğunu, qazancın artırılması, itkilərin azaldılması adı ilə Ukrayna Respublikasında kombinat tikdirəcəyi və digər bu kimi yalan məlumatlar verib Zərərçəkmiş şəxs3 onunla ortaq iş birliyində işləyib investisiya yatırmaqla külli miqdarda qazanc əldə edib qazancın 50%-lik hissəsini ona verəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2021-ci il tarixdə Ukrayna Respublikasında olduğu müddətdə guya kombinatın tikintisinin surətləndirlməsi və Bakı şəhərinə ət məhsulu göndərməsi adı ilə Zərərçəkmiş şəxs4 tərəfindən hesabına Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ünvandan göndərdiyi 20.000 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 204 ünvanda 17.000 manat nisbətində 10.000 ABŞ dolları, ümumilikdə 37.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 2016-cı ildən "xxxx" MMC-ni təsis etmiş və bir il sonra bu firma ilə qida sahəsində xarici ölkələrdən Azərbaycana dondurulmuş toyuq, mal ətlərini gətirib satışı ilə məşğul olmağa başlamışdır. Fəaliyyət göstərdiyi müddətdə 2018-ci ilin ilk aylarında Maqsud Xəlilov onun Nərimanov rayonunda yerləşən ofisinə gələrək onunla birgə iş görməyi təklif etmişdir. Ondan şikayət edən şəxslərlə onun yaxın münasibəti olmamış, onların iş təklifi ilə bağlı əlaqələri yaranmışdır. Həmin şəxslər onunla indiyə kimi haqq hesab aparmaq məqsədilə hesabat aparmamışlar. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxdıqdan sonra Zərərçəkmiş şəxs3 zəng vurub görüşmək istədiyini bildirmişdir. Şamaxinka adlanan yerdə görüşdükləri zaman ona bildirmişdir ki, maliyyə məsələlərindən xəbərdar olan bir mühasib və bir neçə ağsaqqal gətirsin, aralarında olan haqq-hesabı həll etsinlər. O, Zərərçəkmiş şəxs2 18 yanvar 2020-ci ildə onun bacısı oğlu Xudaverdinin vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 isə təxminən 15 ildir ki, ortaq tanışları vasitəsi ilə tanımışdır. Belə ki, 2019-cu ildə Xudaverdi və Nicat dəfələrlə ona əllərində 100.000 ABŞ dolları pulun olduğunu, həmin pulu ona verib birlikdə ət və ət məshullarının idxalı ilə məşğul olub gəlir əldə etmək istədiklərini bildirmişlər. O isə dəfələrlə onlarla şərikli iş görmək istəmədiyini, təklif edilən vaxt ət məhsullarına tələbatın az olduğunu, özündə olan vəsaitin kifayət etdiyini bildirməklə işbirliyinə razı olmamışdır. Bundan təxminən 2-3 ay sonra Xudaverdi onunla telefon əlaqəsi yaradaraq özünün Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçkala şəhərində oluğunu, İran İslam Respublikasına qoyun əti ixrac etdiyini, lakin alıcının həmin əti almaq üçün bank vasitəsi ilə ona nəğd pul göndərə bilmədiyini, pulun hesabdan hesaba göndərilə biləcəyini deyib ondan kömək istəmişdir. O, əsassız şəkildə pul köçürməsi etməyin mümkün olmadığını bildirmişdir. Təxminən 10 gün sonra Xudaverdi yenidən ona zəng edib, məsələnin hələ də həll olunmadığını bildirdikdə, o, həmin şəxslərin kim olması barədə maraqlanmış və onu aldada biləcəklərindən şübhələnib, Xudaverdini bu barədə məlumatlandırmışdır. Xudaverdiyə kömək etmək üçün Moldova Respublikasında fəaliyyət göstərən tanışının ət kombinatına pul köçürə biləcəyini, həmin pulun müqabilində isə “Antadro” şirkəti tərəfindən pulun məbləği qədər Azərbaycan Respublikası ərazisinə sümüksüz ət məhsulları gətirib, həmin məhsulları satılması nəticəsində ona əldə olunan gəlirdən pul verə biləcəyini bildirmişdir. O, Moldovadakı nümayəndəyə Xudaverdinin əlaqə nömrəsini vermişdir ki, özləri danışsınlar. Onun məbləğdən xəbəri olmamış, onun həmin ərəfədə anbarda kifayət qədər ət məhsulu olmuşdur. Bundan sonra Xudaverdi ona özünün pul problemi olmadığını, eyni üsulla onunla birlikdə iş görmək istədiyini təklif etdikdə Xudaverdi ilə razılaşmışdır. 2019-cu ilin dekabr ayının əvvəlində Xudaverdi ona 5000 ABŞ dolları vermişdir. Dekabrın ortalarına yaxın isə 50.000 ABŞ dollarını ofisdə ona vermişdir. 27 dekabr tarixində Xudaverdinin dediyi ət məhsulları Moldovadan Azərbaycan Respublikasına daxil olmuşdur. Gömrükdə MDB ölkələri 18 faiz rüsum ödədiyi halda, onlardan 36 faiz rüsum tələb etmişlər. Həmin məhsulların Azərbaycan Respublikasına daxil olduğu zaman gömrük rüsumları onların göndərdiyindən 2 dəfə artıq olduğu üçün həmin məhsulları arzu etdikləri qiymətə sata bilməmişlər və 54.000 ABŞ dollar dəyərində olan ət məhsulları maya dəyərindən 10.000 manat aşağı satmalı olmuşlar. Xudaverdi yanvar ayının sonlarında onunla birlikdə yenidən iş görmək istədiyini bildirdikdə, o, Ukrayna Respublikasına köçmək istədiyini və kifayət qədər müştəri bazarının olduğunu bildirmişdir. O, tələbə yoldaşı Yusif Bərdəlini və yeznəsinin qudasını özüylə birlikdə Ukrayna Respublikasına aparıb oradakı kombinatda birlikdə işləməyi planlaşdırmışdır. Xudaverdi isə yenidən onunla birlikdə iş görmək istədiyini bildirmişdir. O, işin ağır olduğunu, Ukrayna Respublikasında kiminsə durmalı olduğunu bildirmişdir. Xudaverdi ilə Ayna Sultanova heykəlinin arxasında olan çay evində görüşən zaman, o, Ukrayna Respublikasındakı kombinata Ramiz Quluzadəni, oğlu Zərərçəkmiş şəxs4 isə təsisçi kimi qeydiyyata almağı təklif etmiş, o da razılaşmışdır. Ramizi tanısa da, iş fəaliyyətindən xəbəri olmamışdır. Faktiki olaraq direktor o olsa da onların razılığı ilə hərəkət etməliymiş. X13 Respublikasında qalacaq yerini həll etmiş və onu yola salmışlar. Bundan sonra Xudaverdi ilə aralarında olan söhbət zamanı xalası Zərərçəkmiş şəxs2 işlə bağlı onunla tanış olmaq istədiyini bildirmiş və səbəbini soruşduqda xalasının imkanlı olduğunu, əlində kifayət qədər pulunun olduğunu, həmin günədək ona verilən pulların da xalasına aid olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs2 2020-ci ilin fevral ayının sonlarında və 2021-ci ildə görmüşdür. Zərərçəkmiş şəxs3 təklifindən sonra Gülmirə, Xudaverdi və Nicat ünvan 6 ünvanda yerləşən ofisinə gəlmişlər. Ofisdə olan söhbət zamanı Gülmirə əvvəllər Nicat və Xudaverdinin ona verdikləri 55.000 ABŞ dolları nağd pul və 54.000 ABŞ dolları dəyərində olan ət məhsullarının özünə məxsus olduğunu deyib, özünün də bu işə vəsait investisiya etmək istədiyini bir daha bildirmişdir. Dördlükdə olan söhbət zamanı əldə olunan gəlirin üç hissəyə bölünəcəyini, gəlirin bir hissəsinin ona, bir hissəsinin Gülmirəyə, bir hissəsinin isə Nicat və Xudaverdiyə çatacağını demişdir. O, bu işin risklərindən Gülmirəyə məlumat vermişdir. O, 2020-ci il mart ayının əvvəllərində Ukrayna Respublikasına getmişdir. Mart ayının 3-də o, getməmişdən əvvəl Nicat və Xudaverdi ona zəng vurub, xalası Gülmirədən 50.000 ABŞ dolları pul aldığını bildirmişdir. Onlar görüşmüşlər və Xudaverdi həmin 50.000 ABŞ dollarını ona vermiş, o, Ukrayna Respublikasındakı işləri həll etmək üçün 10.000 ABŞ dollarını cibinə qoymuşdur. 2020-ci ilin mart ayının 4-də o, Ukrayna Respublikasına getmişdir. O, oradakı kombinata yollanmış və lazımi məsələləri nəzərdən keçirmişdir. Həmin vaxtlar onun Ukrayna Respublikasının Kiyev şəhərinin yaxınlığında yerləşən Makarov qəsəbəsində olan ət kombinatını icarəyə götürmək barədə planları olduğundan həmin planları barədə onlara məlumat vermiş, kombinatın icarəyə götürülməsi ilə bağlı sənədləşdirmə işlərinin aparılması, həmçinin, kombinatda təmir-tikinti işlərinin aparılması, yeni avadanlıqların alınması və bu kimi işlərin görülməsi nəticəsində külli miqdarda pul vəsaitinin tələb olunduğunu həmin şəxslərin nəzərinə çatdırmışdır. Kombinatın çatışmazlıqları ilə bağlı hesabat apardıqda təxmini 12.000 ABŞ dolları pul lazım olduğu aşkarlanmış və özüylə apardığı puldan 7000 ABŞ dollarını həmin məsələlərin həllinə xərcləmişdir. Lakin sonradan bir çox problemlə üzləşdikdə, yeni şirkət yaratmaq qərarına gəlmişlər. Bundan sonra "xxxx" şirkətini yaratmışlar. Şirkətin faktiki rəhbərliyini özü həyata keçirsə də, hüquqi sənədləşdirmədə şirkətin təsisçisi Nicatın atası Ramiz Quluzadə, direktoru isə uzun müddətdir ki tanıdığı və etibar etdiyi Ukrayna Respublikası vətəndaşı olan Fəxrəddin Quliyev təyin edilmişdir. 2020-ci ilin mart ayında başlamış pandemiya ilə əlaqədar işləri müəyyən qədər yubanmış və bunun nəticəsində müəyyən miqdarda maddi ziyana düşmüşlər. Lakin, həmin dövr ərzində, yəni 2020-ci ilin yanvar-iyun ayları arasında dörd dəfə Ukrayna və Moldova Respublikasından ət məhsulları gətirərək, Azərbaycanın daxili bazarında satmışdır. Lakin 2020-ci ilin mart ayında başlayan pandemiya ilə əlaqədar o, oradan qayıda bilməmişdir. Bu dövrdə Kombinatla bağlı işləri həll etmişdir. Belə ki, lazımi avadanlıqları almış, kamera yerləşdirmiş, işçilər üçün müəyyən şərait yaratmışdır. Ukrayna Respublikasında Nazirliklə bağlı məsələləri həll etmişdir. Direktor təyin etdiyi şəxsi güvənilən şəxs olmadığından işdən uzaqlaşdırmışdır. Onu qeydiyyata aldıqlarından 2020-ci ilin iyun ayında o, Azərbaycana qayıtmalı olmuşdur. Azərbaycana gəldikdən sonra 2020-ci ilin iyul-dekabr ayları arasında Ramiz Quluzdəyə təxmini 7.000 ABŞ dolları pul yollamışdır. "xxxx" şirkətinin hesabına 72.900 ABŞ dolları pul keçirmişdir. 2020-ci ilin dekabrında "xxxx" şirkətinə 20.000 ABŞ dolları avans köçürmüşlər. Ramizlə həmin dövr ərzində danışdığı zaman kombinatda olan işlərin tam qaydasında olduğunu, işlərə özü tərəfindən nəzarətin aparıldığını bildirmişdir. Bir müddət sonra Fəxrəddin onunla telefonda danışaraq, onu Ukraynaya dəvət edib, özünün direktor kimi fəaliyyətini sonlandırmaq istədiyini demişdir. İşlərin qaydasında olmadığını başa düşərək 2021-ci ilin yanvar ayında Ukraynaya yollanaraq orada olan işləri yoxlamışdır. 2021-ci ilin təxminən 4-5 yanvar tarixlərində Ukrayna Respublikasına getmişdir. Kombinatda onun hesabına görə 25-26000 ton ət və ət məhsulları olmalıymış. Lakin kamera görüntülərinə baxdıqda isə kombinatda təxmin etdiyinin yarısı qədər mal olduğunu gördükdə şübhələnməyə başlamışdır. Ramiz Quluzadə ilə hesabat apardıqda məlum olmuşdur ki, mallarda əskiklik vardır. Ramiz ona 15-20.000 ABŞ dollarını şəxsi istifadəsinə xərclədiyini demişdir. Fəxrəddinlə hesabat apardıqda isə onun yolladığı 72.000 ABŞ dolları məbləğindəki puldan 55.000 ABŞ dolları Ramizə verdiyini bildirmişdir. O, göndərilən pulun Ramizə veriləcəyini bildirmişdir. Lakin onun xəbəri olmadan xərcələnməməsini tapşırmışdır. Ramiz oradakı işçilərə gündəlik pullar ödəmişdir. Fəxrəddin Ramizin durmadan pul xərclədiyini bildirmişdir. Hesabatın sonunda Ramizə verilən ümumi məbləğ 92.000 ABŞ dolları olmuşdur. O, Xudaverdiyə zəng edib, olanları danışmış və pul göndərməsini demişdir. Xudaverdi də ona səhəri gün 27.000 ABŞ dolları pul göndərmişdir. O, artıq hər kəsdən xırda-xırda pul tapmağa çalışmışdır ki, anbardakı malları sata bilsin. Sonda banka müraciət edib, pul götürmüş və 1-ci maşın malı yola salmışdır. 5 ay ərzində 135.000 ABŞ dolları pul xərclənmişdir. Hesabına əsasən 35.000 ton ət və ət məhsulları istehsal olunmuşdur. O, maliyyə məsələlərinin Ramizin səlahiyyətinə verilməsi barədə göstəriş vermişdir. O, 186.550 ABŞ dollarını Ukrayna Respublikasında olan Ramiz Quluzadəyə yollamışdır. O, Ukrayna Respublikasına getdikdə isə vəziyyətin heç də yaxşı olmadığını görmüşdür. Onun hesablarına görə 50.000 ABŞ dolları ya qazanc olmalı, ya da ət və ət məhsulu olmalı olmuşdur. Ramiz Quluzadə 15.000-20.000 ABŞ dollarını öz şəxsi istifadəsinə xərclədiyini bildirmişdir. Sonradan ona kombinatda istehsal olunan ət və ət məhsullarını işçilərin qəsəbədə yerləşən ət mağazasına satdıqlarını bildirmişlər. Maraqlandıqda isə qəssab kombinatın işçilərinə əməkhaqqı əvəzinə ət verdiklərini, onların da həmin əti ona satdıqlarını demişdir. Ramiz Quluzadə 22-24 dekabr 2020-ci il tarixdə məzuniyyətə çıxması səbəbi ilə göndərilən puldan 1000-2000 ABŞ dolları özü üçün götürdüyünü bildirmişdir. Kombinatda həmin zaman 37-38 ton ət və ət məhsulları olmuşdur. O, şirkətin direktoru Fəxrəddinə göndərdiyi puldan verməsini tələb etdikdə bildirmişdir ki, Ramiz Quluzadə 20.000 ABŞ dollarını götürmüşdür. Onun razılığı olmadan nə üçün puldan istifadə etdiklərini soruşduqda, Fəxrəddin Ramizin çox səs-küy saldığını, oğlunun pulu olduğu üçün tələb etdiyini bildirmişdir. 115.000 ABŞ dolları əlavə xərci olmuşdur. Əlavə xərc üçün Xudaverdi 27.000 ABŞ dolları, 5.000 ABŞ dolları pul yollamışdır. O, onun pulunu ödəmiş, 27.000 ABŞ dolları pul qalmışdır. Kombinatda olan oğurluq hadisələri ilə bağlı o, X22 Nazirliyinə, Ukraniya Baş prokurorluğuna şikayət ərizəsi yazmışdır. O, Maqsudu çoxdan tanıyır. 2018-ci ildə o, Maqsudla qida təhlükəsizliyi sertifikatı ilə bağlı təsadüfən görüşmüşdür. Bundan sonra onlar davamlı görüşməyə başlamışlar. Ondan toyuq məhsullarının gətirilməsi üçün kömək istəmiş və onlar məhsulları alıb satmışlar. Ümumilikdə 600 manat qazanc əldə etmişlər. 2-ci maşını gətirdikdən sonra qiymətlər aşağı endiyindən məhsulların satışında problem yaranmışdır. 2018-ci ilin sentyabrında Maqsud ona zəng edib bildirmişdir ki, Naxçıvandadır və işi böyütmək üçün maliyyə vəsaiti əldə etmişdir. Maqsud sentyabrın sonu gəlib ona demişdir ki, pulda heç bir problem olmayacaqdır, çünki bu iş üçün böyük vəsait ayırmışdır. Gəlirin 35 faizi ona,15 faizi Maqsuda, qalan 50 faiz isə investora məxsus olacaqmış. Bu qaydada işləməyə başlamışlar. Müqavilələr bağlanmış, invoys sənədləri hazırlanmışdır. Bu işə Maqsudun əvəzinə onun dostu 298.500 ABŞ dolları pul qoymuşdur. 2019-cu ilin iyul-avqust aylarında demişdir ki, malların gətirilməsini dayandırsınlar, yoxsa sonra problem olacaqdır. Maqsud isə razılaşmamışdır. Maqsud anbarda olan məhsullara vaxtaşırı nəzarət etmişdir. Maqsud 2019-cu ilin sonlarında anbarda olan malların satışını dayandırıb, onun pulunu geri qaytarmağını tələb etmişdir. 2020-ci ilin yanvar ayında o, Maqsudun dostunun kürəkəni olan Abbas adlı şəxsə zəng edib görüşmək istəmiş, o, isə aprel ayında görüşməyin mümkün olduğunu demişdir. Görüşmək istəməyində əsas səbəb anbarda olan məhsulların saxlanılması və ya satışı üçün məsuliyyət məsələsinin həll edilməsi olmuşdur. Bu işlərlə uzun zamandır məşğul olduğuna görə qarşılaşa biləcəkləri problemləri əvvəlcədən görmüş və məsuliyyəti üstünə götürmək istəməmişdir. O, 2020-ci ilin mart-iyun aylarında Ukrayna Respublikasında olmuşdur. Qayıtdıqdan sonra Abbasın yanına gedib maliyyə məsələləri ilə bağlı danışmışdır. Bu zaman Zərərçəkmiş şəxs1 də orada olmuş, ilk dəfə əyani tanışlıqları orada olmuş, həmin zamana qədər ancaq telefon vasitəsilə əlaqə saxlamışlar. O, Rüstəmi mühasib olaraq tanımış, 120.000 ABŞ dollara kimi pul vermişdir. O, 298.000 ABŞ dollar pul götürdüyünü bildirdikdə onlar ona 35.000 ABŞ dollar fərqin yarandığını demişlər. 3-4 gün keçdikdən sonra Rüstəm ona zəng edib pul məsələləri ilə bağlı müzakirə aparmaq istədiklərini demişdir. Rüstəmdən ona, ondan da Rüstəmə hansı məbləğdə pul verdiyini soruşmuşlar və narazılıq yaranmışdır. O da onlara pullarla bağlı qeydlərini göstərmişdir. Maqsudun bu zaman sinirləri gərilmiş və səs-küy salmağa başlamışdır. Hesabatı yekunlaşdıra bilməmişlər. Təxminən 1 ay sonra Maqsudun qudası Mamed adlı şəxs ona zəng etmişdir ki, Maqsudla pul məsələləri ilə bağlı görüşüb müzakirə etsinlər. Müzakirə zamanı mübahisə etmişlər. Onlar axırıncı dəfə məhsulları dekabr ayında götürdükdən sonra onu polisə şikayət etmişlər. Onu Binəqədi rayon prokurorluğuna aparmışlar, sonra isə onu Binəqədi rayon məhkəməsinə aparmışlar. Ondan borcunun olub-olmamasını soruşduqda isə borcunun olmadığını demişdir. Qərar elan olunduqdan sonra apelyasiya şikayəti vermişdir. Hakim müstəntiqə müəssisəyə baxış keçirməyinin qanunsuz olduğunu demişdir. Onlar malları saxlayaraq, satmağa qoymamışlar. Məhsulların bazar qiyməti aşağı düşdükdən sonra həyata keçirilən satış isə ziyanla nəticələnmişdir. O, onlara bununla bağlı pul ödəmişdir. Onun Maqsuda heç bir borcu yoxdur. İndiyə kimi bu işlə bağlı 25.000 manat onun büdcəyə, 60.000 manat isə banka borcu vardır. Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərdi ki, ittiham aktında göstərilən məbləğ ümumi məbləğdir. Müstəntiq bir məbləği bir neçə epizod üzrə yerləşdirmişdir. Maqsud Xəlilov 298.550 ABŞ dolları, Zərərçəkmiş şəxs1 205.000 ABŞ dolları Hindistandan gətirilən məhsulların pulu, 61.500 ABŞ dolları isə sümüklü ət məhsullarının puludur. Zərərçəkmiş şəxs2 pulu ilə 3 maşın məhsul gətirilmişdir. 154.000 ABŞ dolları Rusiya tərəfdən hesaba keçirilmiş, 5.000 ABŞ dolları ona verilmiş, yekun olaraq 3 dəfəyə 109.000, 97.000 və 47.000 ABŞ dolları olmuşdur. Gülmirə ona 100.000 ABŞ dolları vermiş, 300.000 ABŞ dolları tələb etmişdir. Bunun səbəbi isə ona məlum deyildir. Xudaverdi Gülmirədən 330.000 ABŞ dolları pul aldığını ona desə də, ona 100.000 ABŞ dolları pul vermişdir. O, Maqsud Xəlilova 295.480 manatı nağd şəkildə, 243.160 manat hesaba köçürmüşdür. Əlavə olaraq məhsul da götürmüşlər. Ukrayna Respublikasında yaranan problemlə əlaqəli o, Xudaverdidən pul istəyəndə Xudaverdi ona 27.000 ABŞ dolları pul yollamışdır. O, Maqsuddan ümumi 298.550 ABŞ dollarını pul almışdır. İttiham aktında 15.000 artıq məbləğ yazılmışdır. Maqsud mübahisəni ona görə yaratmışdır ki, məhsulların satışını dayandırdıqları zaman qiymətlər aşağı enmişdir. Məhsullar 75.000- 80.000 manat maya dəyərindən aşağı satılmışdır. İşə qoyulan pul investisiya olmuş, xalis gəlir 35 faiz, 15 faiz və 50 faiz olaraq bölünəcəkmiş. Maqsuda xeyri və ziyanı da demişdir. O, iş kim tərəfindən dayandırılsa məsuliyyətin ona məxsus olduğu ilə bağlı xəbərdarlıq etmişdir. Onunla iş görməkdə məqsədləri işi ondan öyrənmək istəmələri olmuşdur. Maqsud ona investisiya kimi qoyduğu pulu bir il sonra götürmək istədiyini desəydi, bu işlə razılaşmazdı. O, 5 nəfərlə danışmamış, yalnız Maqsudla danışmış, sonradan o, anlamışdır ki, Maqsudgil onun köməyi ilə bu bazara daxil olmaq istəmişlər. Çünki özlərinin şirkəti olmuş və o, iş başladıqdan sonra bundan xəbər tutmuşdur. 27.000 manatı Xudaverdi ona göndərmişdir. O, verilən pulların hamısını sənədləşdirmişdir. Xudaverdi ona 54.000, 5.000 və 50.000 manat olmaqla pul vermişdir. Nicat ona pul verməmişdir. Hazırda Ukrayna Respublikasında etdiyi şikayətin nəticəsi barədə məlumatı yoxdur. Araşdırmalar aparılır. Gətirilən malların satışını o təşkil etmişdir. 2018-ci ildə "xxxx" MMC-ə daxil olan ət və toyuq məhsullarının gömrük xərclərini və ödənişini şəxsi hesabından o, özü etmişdir. 5 maşın toyuq və 1 maşın ət məhsulu gətirilmişdir. Nəqliyyat xərcləri daxil olmaqla bütün ödənişi o, özü etmişdir. 25.200 ABŞ dolları pul ödəmiş, hamısını Şahid4 vermiş, lakin ittihamda qeyd edilməmişdir. O, Maqsuda onunla işləmək istəmədiyini deməmişdir. Gəlirin 35 faiz ona çatmalı olmuşdur.Belə ki, o, həm anbar işlərini, həm də satışı həyata keçirməli olmuşdur. Ona başqa ofisə köçməli olduğu barədə göstəriş vermişdir. Maqsudgil hər 10 gündən bir anbarı yoxlamağa və hesabat üçün gəlmişlər. İlk gələn 6 maşının nəqliyyat xərclərini təşkil edən 27.000 ABŞ dollarını o, özü ödəmiş, Maqsud sonradan o pulu ona geri vermişdir. Maqsud ona böyük vəsaitlə Bakıda iş görəcəyini demişdir. Əgər Maqsud ona ilkin olaraq 300.000 manat vəsait qoyacaqlarını desəymiş, o, Maqsudla razılaşıb işə başlamazdı. Ət məhsulların satışından əldə olunacaq gəlirin bölüşdürülməsi barədə Maqsudla razılaşmış, pulları hissə-hissə almışdır. O, 2004-2008-ci illərdə başqa firmanın ət məhsullarının satışı ilə məşğul olmuşdur. 2018-ci ildə sənədlərdə mənfəət göstəricilərinin qeyd olunmamasının səbəbi vergidən yayınmaq olmamışdır. 2018-ci ilin noyabrından 2019-cu ilin martına qədər 6 maşın məhsul gəlmişdir. Qiymətlərin enməsi ilə əlaqədar olaraq 5 maşın toyuq məhsulundan heç bir gəlir əldə etməmiş, Maqsuda bu barədə məlumat vermişdir. Mal ətindən isə 10.000 ABŞ dolları qazanc əldə etmiş, lakin Maqsud ondan pul istəmədiyi üçün o, Maqsuda pul verməmişdir. Maqsud 2019-cu ilin iyun ayında ona demişdir ki, məhsulların satışını ilin sonuna yekunlaşdırmalıdırlar. Maqsudun məhsulların satışını dayandırmaq barədə göstərişi hansı səbəbdən verdiyi ona məlum olmamışdır. Maqsuda malların satışı haqda məlumat vermişdir. Məhsulların anbarda qalması nəticəsində qiymətləri aşağı enmiş, Maqsud 2020-ci ilin sonlarında satışı dayandırıb onun pulunu verməyini tələb etmişdir. O, Maqsudla məsləhətləşmədən məhsul satmamışdır. 2019-cu ilin 28 dekabr tarixində Maqsudla o, Ağ şəhərdə görüşməmiş, o, Ağ şəhərdə 2020-ci ildə olmuşdur. O, xərclərin göstərildiyi hesabatları Maqsuda vermiş, qazanc məbləğini hesabatlarda göstərməməyinin səbəbi məhsulların satışının başa çatmaması olmuşdur. 25 iyun 2019-cu il tarixdə Binəqədi rayonunda yerləşən ofisdə Maqsud Xəlilovla görüşmüş, 289.000 ABŞ Dolları pul vəsatətinin onda olduğunu demişdir. 24 iyul 2019-cu il tarixdə Nizami metrosu yaxınlığında Maqsud Xəlilovla görüşmüşdür. 04 yanvar 2020-ci il tarixdə Nizami metrosu yanında Maqsud Xəlilovla görüşləri olmuşdur. xx.xx.2018-ci ildə 2000 AZN broker İdrak, xx.xx.2019-cu ildə 20.000 AZN Azər pul vermişdir. xx.xx.2019-cu ildə 30.000 AZN məhsul paylayan Cəlil pul vermiş, Maqsud da həmin pulları aparmışdır. Ümumi 52.000 AZN Maqsuda verilmişdir. 2021-ci ildən başlayaraq Maqsud məndən pulları qaytarmağımı tələb etməyə başlamışdır. 130.000- 140.000 manat pul vəsaiti şadlıq saraylarına verdikləri məhsulların pulları olmuşdur. Pandemiya ilə əlaqədar məhsulların pullarını ala bilməmişlər. Maqsud onu sıxışdırmağa başlayanda o, dostundan xahiş etmişdir ki, satdığı torpaq sahəsini alıb onlara versin. Dostuna sonradan həmin torpağın pulunu ödəyəcəkmiş. Pandemiyadan sonra dramteatrın yanında olan çayxanada Maqsudla görüşmüşdür. Bu zaman Maqsud ona sənəd təqdim etmişdir ki, imza çəksin. O, həmin sənədin hüquqşünas yazısı olmasını başa düşmüşdür. Maqsuda borclu olmağı barədə sənəd olmuş, o da imzalamışdır ki, Maqsud onu rahat buraxsın. Maqsud Xəlilovun pulu olmamış, mənə verdikləri pul başqa şəxsin, yəni Naxçıvanda neft bazasının rəisinin pulu olmuşdur. Bunu Maqsud özü demişdir. X27 əsas pulu qaytarması ilə bağlı sənədi yoxdur. Maqsud Xəlilovla münasibətləri hal-hazırda normaldır. O, bütün məhsulların pulunu bir yerdə hesablamışdır. O, ancaq Maqsud Xəlilovla iş görmüşdür. 495.000 ABŞ Dolları məbləğində məhsul yerindədir. İş dayandıqdan sonra heç bir qazancdan söhbət gedə bilməzdi. Məhsulun qiyməti 8 manat 50 qəpik olmuş və anbarda saxlanılmışdır. Onlar məhsulu özləri 3 manat 50 qəpiyə satmış, o isə 4 manata satmışdır. Soyuducu anbara giriş məhdudiyyətləri olduğuna görə Maqsudu və onunla gələn şəxsləri sanitariya şərtlərinə görə içəri buraxmamışlar. Maqsud ona məhsul idxalını dayandırmasını dedikdə, Hindistandan gətirilən məhsullar da 700.000- AZN-nə daxil olmuşdur. Məhsullar satıldıqdan sonra əldə olunan pula o, yenidən məhsul idxal etmişdir. 2 dəfə bu qaydada idxal etdikdən sonra Maqsud ondan pul tələb etməyə başlamışdır. Pandemiya zamanı o, həm Ukraynada həm də buradakı proseslərə nəzarəti itirmişdir. Noyabr ayında şadlıq sarayları ilə əlaqə saxlayan zaman ona pulları ödəyəcəklərini demişlər, lakin əməl etməmişlər. xx.xx.2022-ci ildə 200.000 ABŞ Dolları qaytaracağıyla bağlı sənəd imzalamışdır. Çünki düşünürmüş ki, şadlıq saraylarından alacağı pullarla ödənişi həyata keçirə bilər. Lakin alınmamışdır. 2020-ci ilə qədər Maqsuda cəmi 299.480 AZN nağd şəkildə, 243.163 AZN pulu "xxxx" MMC-nin hesabına keçirmişdir. 2019-2020-ci illərdə bankdan götürdüyü pullardan mənfəət ona görə yazılmışdır ki, o, Maqsudun hesabına dayanmadan pul keçirmişdir. O, istintaq dövründə işin məhkəməyə gələcəyinə əmin olduğu üçün məsələyə səthi yanaşmış və bütün deyəcəklərini məhkəmə iclaslarına saxlamışdır. Anbarda qalan məhsulların hamısı satılmışdır. 2.5 ton məhsul qalmış, onun da son istifadə müddəti bitmişdir. 2021-ci ilin sonuna qədər məhsulların hamısını satmışdır. 700.000 AZN məbləğində məhsul Maqsuda aid hissə olmuşdur. Rəsmi olaraq məhsullar firmanın adına gəlmişdir. Sonuncu məhsul Xudaverdi və onun adına gəlmiş, 20 ton olmuşdur. Maqsuda aid heç nə qalmamışdır. İlk dəfə 600.000 ABŞ Dolları pul qazanmışlar, sonradan heç nə qazanmamışlar. Onunla zərərçəkmiş şəxs kimi tanınmış şəxslərin heç biri əvvəlcədən qazanc haqqında söhbət etməmişlər. Ukraynada olan kombinatdan 20 tona məhsul üçün 50.000 AZN qazanc əldə olunacaqmış. Xudaverdiyə isə minimum 27-28.000 manat qazanc olacağını demişdir.1998-ci ildən ət və ət məhsullarının idxalı və satışı ilə məşğul olur. Maqsud Xəlilovu cavanlıqdan tanıyır. İfadəsində qeyd etdiyi kimi işə başlamamışdan bir müddət əvvəl Maqsudla yenidən rastlaşmış və Maqsud ondan kömək etməsini xahiş etmişdir. Maqsudla ilk əvvəl, 1 maşın toyuq məhsulu gətirmişlər. 2018-ci ilin sentyabr ayında ona zəng edib Naxçıvanda olduğunu, Bakıya gələndə onunla böyük bir iş görəcəyini, pulun məbləğinin problem olmayacağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, vəsait verən şəxs Maqsudun sinif yoldaşı olan Bəhruz Əzimov adlı şəxs olmuşdur. 2018-ci ilin oktyabr ayında 200.000 ABŞ Dollarından çox dövriyyəsi olmuşdur. Maqsudla razılaşdıqdan sonra öz işini kənara qoyub, bu işlə məşğul olmağa başlamışdır. Maqsud ona əvvəldən vəsaitin az olduğunu deməmiş, o, investisiyanın böyük məbləğ olduğunu düşünmüşdür. O, düşünmüşdür ki, Maqsud bazara girmək üçün 3-5 milyon AZN vəsait ayırmışdır. Maqsudla əvvəldən satışı və idxalı dayandırmaqla bağlı söhbəti olmamışdır. Bəhruz Əzimovla heç əlaqəsi olmamış, o, ancaq Maqsudla əlaqə saxlamışdır. Maqsuda verdiyi pulların əksər hissəsini özü vermiş, bəzi hissəsini anbar satış müdiri işçisi Şahid4 vasitəsilə, bəzi hissəsini isə sürücüsü Elşən vasitəsilə vermişdir. 2.000 AZN xx.xx.2018-ci ildə broker İdrak, 20.000 AZN xx.xx.2019-cu ildə Azər, 30.000 AZN, xx.xx.2019-cu ildə Cəlil ofisdə Maqsuda vermişdir. xx.xx.2019-cu ildə Azadlıqda yerləşən ofisdə sürücüsü Elşən Maqsuda 2.000 AZN, xx.xx.2019-cu ildə 3.500 AZN, xx.xx.2019-cu ildə 10.000 ABŞ Dolları vermiş, xx.xx.2019-cu ildə 5.000 ABŞ X1 gedəndə ofisdə o, Maqsuda vermişdir. xx.xx.2019-cu ildə bank hesabında 15.000 ABŞ Dollarını Maqsudun hesabına keçirmiş, bundan əlavə 15.000 AZN, 15.000 AZN, 7406 AZN, 5520 AZN, 4237 AZN müxtəlif vaxtlarda Maqsudun hesabına köçürmüşdür. Bankdan 9.600 AZN pul götürüb iş yerinin yanında Maqsuda vermişdir. xx.xx.2019-cu ildə 7.000 AZN bankdan pul götürüb vermiş, xx.xx.2019-cu ildə 20.000 AZN, xx.xx.2019-cu ildə Nizami Metrosunun yanında 30.000 ABŞ Dolları pul vermişdir. Xudaverdinin ona verdiyi 50.000 ABŞ Dollarından 17.000 ABŞ Dollarını Moldovaya yolladıqdan sonra qalan 30.000 ABŞ X8 yanında Maqsuda vermişdir. Həmin zaman Xudaverdigilin adına idxal olunan məhsullar olmuş, Maqsudla onun pulu isə depozitdə olması səbəbindən onu əvəzləşdirmişdir. Maqsudun bank hesabına 7.800 AZN, xx.xx.2019-cu ildə 10.000 AZN işçisi Azər, xx.xx.2020-ci ildə 5.000 ABŞ Dolları Nərimanov metrosunun yanında, xx.xx.2020-ci ildə 15.000 ABŞ X14 yanında, 10.000 AZN Neftçilər xəstəxanasının yanında, 34.000 AZN xx.xx.2020-ci ildə hesaba keçirilmişdir. Hesab dedikdə "xxxx" MMC-nin hesabını nəzərdə tutur. xx.xx.2021-ci ildə dostundan 10.000 ABŞ Dolları borc alıb Maqsuda vermişdir. Bu şəxslərin hamısı birgə fəaliyyət göstərirlər. İşlərin başında isə Maqsud dayanmışdır. Maqsud pulların "xxxx" MMC-nin hesabına köçdüyünü demişdir. Əmrah bank bağlandığı üçün 5.000 ABŞ Dolları orada qalmışdır. Ukraynada 13.205 ABŞ Dolları məhkəmədə pul xərcləmiş, şadlıq saraylarında isə 61.176 ABŞ Dolları pul qalmışdır. Şadlıq saraylarından bəziləri pandemiyadan sonra 500 AZN kimi hissə-hissə pul ödəməyə başlamışlar. "xxxx" MMC-ni Maqsud Xəlilov ödənişləri həmin şirkətin hesabına keçirməsini tələb edəndə tanımış, ondan əvvəl məlumatsız olmuşdur. Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin mühasibi olaraq tanımışdır. Maqsud ondan ödənişləri "xxxx" MMC-nin hesabına keçirməsini tələb etdikdə məcbur qalıb "xxxx" MMC ilə formal alqı–satqı müqaviləsi bağlamış, lakin "xxxx" MMC-dən məhsul almamışlar. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsində göstərildiyi kimi pul məbləğləri Təqsirləndirilən şəxs göstərişi və təkidi ilə firmaların hesabına köçürülmüşdür. Alınan məhsullar ölkəyə gətirilmiş, Təqsirləndirilən şəxs göstərişi ilə anbara yığılmış, satılmış və pulun bir qismi ona qaytarılmış, qalan 47.400 ABŞ dolları ona geri qaytarılmamışdır. Bundan əlavə, gətirilən məhsulların satışından sonra ona ödənilməli olan mənfəət-qazanc da ödənilməmişdir. Təqsirləndirilən şəxs ona 47.400 ABŞ dolları investisiya kimi qoyduğu pulu, 30.000 ABŞ dolları isə qazanılan pulu geri qaytarmamışdır. Üzləşdirmə isitntaq hərəkəti zamanı da dediklərini təsdiqləmişdir. Zərərçəkmiş şəxs1 suallara cavab olaraq göstərdi ki, o, "xxxx" MMC-nin direktorudur. Xaricdən gətirilən ət və ət məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olur. 2018ci ildə şirkəti yaratmışdır. İlk Rusiyadan bir maşın 19.000 kq olmaqla donmuş ət məhsulu sifariş vermiş və bu işdə qazanc olduğunu bilmişdir. 2019-cu ildə Təqsirləndirilən şəxsla tanış olduqdan sonra Azər ona bu işlərlə bağlı kifayət qədər məlumatının olduğunu bildirib, birlikdə işləməyi təklif etmişdir. O, qoyduğu puldan 20-25 faiz qazanc əldə edirmiş. O, bu işə başlayanda təcrübəsi olmamışdır. Təqsirləndirilən şəxs ona bu işdə 20 ildən artıq təcrübəsi olduğunu bildirmişdir. O, hansı xarici ölkələrdə hansı ət məmulatları olduğunu, hansı məhsuldan daha yaxşı qazanc əldə edə biləcəyini bilməmişdir. Təqsirləndirilən şəxs təklifləri çox yaxşı olmuşdur. Azər 20 günə gətirilən məhsulların hamısının satılacağını ödənişlərin ödəniləcəyini və bu işdə heç bir ziyan olmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs təcrübəsinə inanıb onunla birlikdə iş qurmuşdur. Təqsirləndirilən şəxs Moldova, Ukrayna, Hindistan kimi ölkələrdə ət və ət məhsulları satan firmaları yaxşı tanıdığını bildirmişdir. Onlar razılaşmış, müqavilələr bağlanmış, onun direktoru olduğu "xxxx" MMC adından pullar köçürülmüşdür. Bu iş 2019-2020-ci illərdə olmuşdur. 318.000 dollar dəfələrlə alınan ətlərin ümumi məbləğidir. İki maşın Hindistan, bir maşın Moldova ətidir. Ödənilən pulun müqabilində məhsullar dövlət sərhəddindən daxil olurmuş. Məhsulların gömrükdə qalması, bununla bağlı pul lazım olması və sair bu kimi hallar baş verməmişdir. Məhsullarda hər hansı artıqlıq və ya əksiklik olmamışdır. Məhsullar H.Əliyev prospektində yerləşən buzxanalara yığılmış və Təqsirləndirilən şəxs məhsulların satışı ilə məşğul olmuşdur. Onun özünün satışda hər hansı funksiyası olmamışdır. Satışla Təqsirləndirilən şəxs məşğul olmuş, daha sonra qazancı bölmüşlər. 318.000 dollar investisiya qoyduğu pul olmuşdur. Hər maşından 7-12 min dolar, təqribi 30 faiz qazanc götürəcəkmiş. Gətirilən məhsullar bəzən ya satılmamış, ya da gec satılmışdır. Sonda məhsulların hamısı satılmışdır. Satılan məhsullardan o, haqqını tələb etmədən Təqsirləndirilən şəxs ona pul verməmişdir. Onun payına düşən pulları hissə-hissə ödəmişdir. Bank hesabına 100.000 ABŞ dolları, əlbəəl isə 150.000 ABŞ dolları ödəmişdir. Təqsirləndirilən şəxs gətirilən məhsulların satışı ilə məşğul olmuş və nə qədər satılıb, nə qədər satılmamasını ona məlumat vermişdir. Təqsirləndirilən şəxs özünün dediyinə görə satılan məhsulların hamısının pulunu almışdır. Daha sonra o, bunu alıcılarla da dəqiqləşdirmişdir. Onlar da bütün ödənişlərin həyata keçirildiyini bildirmişlər. Təqsirləndirilən şəxs qazanılan pulların onun şəxsi bank hesabında olduğunu bildirmişdir. Ona özünün bank hesabında 8000 ABŞ dolları pul olduğunu desə də, sonradan köçürmələrin həyata keçirilmədiyini və hesabında pul olmadığını bildirmişdir. Həm onda, həm də Təqsirləndirilən şəxs hesab dəftəri olmuş, üzləşdirmə isintaq hərəkəti zamanı həmin hesablarda hər hansı fərqlilik yaranmamışdır. Təqsirləndirilən şəxs ona 47.400 ABŞ dolları investisiya kimi qoyduğu puldan, 30.000 ABŞ dolları isə qazanılan puldan borcu olduğunu təsdiqləmişdir. Borcun yaranma səbəbi ilə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxs Maqsud Xəlilova borcu olduğunu bilmişdir. Digər şəxsləri isə istintaq dövründə öyrənmişdir. Təqsirləndirilən şəxs və Maqsud Xəlilov daha əvvəldən tanış olmuşlar və birlikdə iş görürmüşlər. Bir gün anbarda olan zaman o, Maqsud Xəlilovu görmüş və Təqsirləndirilən şəxsla əlaqəsi barədə maraqlanmış, o da ət və ət məhsullarının satışı ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs ona bununla bağlı köməklik göstərdiyini, ona görə birlikdə çalışdıqlarını bildirmişdir. O, Təqsirləndirilən şəxs həmişə pulunu geri tələb edəndə, pulu qaytaracağını bildirib, vaxt uzatmışdır. Ona hazırda Təqsirləndirilən şəxs 47.400 ABŞ dolları investisiya kimi qoyduğu puldan, 30.000 ABŞ dolları isə qazanılan puldan borcu vardır. Məhsullar onun şirkətinin adına gəlmişdir. Anbarda müştərək saxlama müqaviləsi bağlanmış və onun adına gələn məhsullar anbara yerləşdirilmişdir. Təqsirləndirilən şəxs satışla məşğul olmuşdur. Təqsirləndirilən şəxs notarial qaydada təsdiq olunmuş etibarnamə verməmiş, aralarında sadəcə şifahi razılaşma olmuşdur. 2020-ci ildə pandemiya ilə əlaqədar məhsulların satışında hər hansı axsama olmamışdır. Təqsirləndirilən şəxs məhsulları necə satması, ödənişləri nağd və kart hesabı vasitəsilə alması barədə məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs 2019cu ilin əvvəllərindən tanımışdır. Gətirdiyi məhsulları Təqsirləndirilən şəxs göstərişi və təkidi ilə Heydər Əliyev prospektində yerləşən anbara yerləşdirirmiş, Təqsirləndirilən şəxs təcrübəsinə güvənmiş və onun təkidi ilə həmin anbara məhsulları yerləşdirmişdir. İlk gətirdiyi maşındakı məhsulların satışından əldə etdiyi gəliri təsdiqləyən sənədləri mövcuddur. Nəqliyyat xərclərini də adını tam xatırlamır, amma iş materiallarında təqdim etdiyi sənədlərdə şirkətin adı qeyd olunmuş, bağlanılan müqavilə əsasında bank hesablarına ödəniş etmişdir. Həmin şirkətlə bağlanılan müqavilələr iş materiallarında vardır. Təqsirləndirilən şəxs məhsulları anbardan çıxarmış və satışı ilə məşğul olmuşdur. Sadəcə Moldovadan gələn quzu ətinin satışından imtina etdiyi üçün, həmin məsulun satışı ilə o, özü məşğul olmuşdur. Təqsirləndirilən şəxs investor lazım olmuşdur. Ona görə o da razılaşmışdır. 2019-cu ilə qədər hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Bağlanılan müqavilələr əsasında ödənilə pullar dəyərində məhsullar gəlmişdir. Üç şirkətlə müqavilə bağlanılıb və 4 maşın məhsul gəlmişdir. Təqsirləndirilən şəxsla alqı-satqı müqaviləsi olmuş, həmin müqavilə əsasında pullar köçürülmüşdür. Təqsirləndirilən şəxs 2019-cu ildən pulları gecikdirmişdir. Daha sonra 2020-ci ildə ona müştəriləri itirməmək, bazar dəyərinin düşməməsi üçün yenidən məhsul almalı olduqlarını demişdir. O da aldanıb razılaşmış, Təqsirləndirilən şəxsla aralarında alqı-satqı müqaviləsindən əlavə mülki qaydada bağlanmış müqavilə olmamışdır. Maqsud Xəlilovla uzun müddətdir ki, tanışlığı olmuş, anbarda onu görəndə Təqsirləndirilən şəxsla əlaqəsi barədə maraqlanmışdır. O da uzun müddətdir ki, Təqsirləndirilən şəxsla işlədiyini, xaricdən ət və toyuq məhsulları gətirdiklərini və burada satışını təşkil etdiklərini bildirmişdir. Hissə-hissə olmaqla ümumilikdə 381.000 ABŞ dolları investisiya qoymuşdur. O, "xxxx" MMC-nin təsisçisi və direktorudur, ondan əlavə təsisçi yoxdur. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Xaricdə yaşayan dostu ona bu işə başlayanda köməklik etmişdir. Dostu ona pul göndərmiş və o, ət və ət məhsullarının idxalına başlamışdır. İlk dəfə Ukraynadan 20 tona yaxın ət və ət məhsulları gətirmişdir. Nə qədər ödəniş olduğunu dəqiq xatırlamır, amma müvafiq sənədlər vardır. Növbəti məhkəmə iclasında həmin sənədləri məhkəməyə təqdim edəcəkdir. Təqsirləndirilən şəxsla bağlanan müqavilədə ziyanla bağlı şərtlər qeyd olunmamışdır. Gətirilən məhsullar xarab olmadan satılmış, sadəcə pulların qaytarılması ilə bağlı problem olmuşdur. "xxxx" MMC-dən 60.000 AZN borc almış, ancaq bu pulun hazırki mübahisəyə aidiyyəti yoxdur. Aralarında bağlanmış borc müqaviləsinə əsasən həmin pulu ödəmiş, borc müqaviləsi Təqsirləndirilən şəxsla aralarında olan biznes münasibətlərinə görə bağlanmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayından bacısı oğlu Zərərçəkmiş şəxs3 vasitəsilə tanımışdır. Həmin tarixlərdə onun özünü görməsə də bacısı oğlundan Təqsirləndirilən şəxs xarici ölkələrdən ət məhsullarının idxalı ilə məşğul olduğunu və investisiya yatırılması halında ölkəyə gətirilən hər maşın ətdən 27.000 manat qazanc əldə olunacağı və həmin qazancı yarı böləcəkləri təklifinin Azər tərəfindən irəli sürülməsini ona bildirmişdir. Xudaverdidən həmin şəxsin kim olduğunu ətraflı öyrənməsi, iş qabiliyyəti, dövriyyəsi, qazancı barədə maraqlanmasını istəmiş və Xudaverdinin deməsinə görə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru olmaqla, Azərin özünün məlumatına görə bu kimi işlərlə 20 il olar ki, çalışır, dövriyyəsində xeyli miqdarda pullar olmaqla, onunla iş birliyində olmaq istəyən şəxslər çoxdur. Azərin ölkəyə Ukrayna, Moldova, Hindistan və başqa ölkələrdən toyuq əti idxal etdiyi məlum olmuşdur. 2019-cu ilin noyabr ayında bacısı oğlu Xudaverdiyə atasının İranlı dostlarının vasitəsilə Rusiya Federasiyasından İrana qoyun əti məhsulu göndərməsi üçün 105.000 ABŞ dolları pul vermiş və Xudaverdi yaxın dostu - kirvəsi Nicatla birlikdə RF-nın Astarxan şəhərinə gedərək ət məhsullarını Dağıstana gətirərərək kəsimini həyata keçirib İrana yola salmışdır. Həmin işlərin sənədləşməsi barədə zəng edib özünü təcrübəli biznesmen, iş adamı, ət idxalında böyük təcrübəyə malik olduğunu iddia edən Təqsirləndirilən şəxs soruşduqda o, Xudaverdinin ət idxal və ixracı ilə məşğul olduğundan məlumatlı olmuşdur. Xudaverdi Bakı şəhərinə gələn kimi Təqsirləndirilən şəxs iranlıların azərbaycanlı iş adamlarını aldatdıqlarını, onların pullarını vermədiklərini, onun da pulunun verilməyəcəyini deməklə onu qorxutmuş, bacısı oğlu Xudaverdi iranlı dostuna zəng edərək pulun nə vaxt göndəriləcəyini soruşmuşdur. İranlı dostu 105.000 ABŞ dollarının heç bir problem olmadan Bakı şəhərinə gəlməklə ödəyəcəyini ona desə də Azər təkrar Xudaverdini qorxudaraq pulun gəlməyəcəyini deməklə guya Xudaverdiyə kömək edirmiş kimi özünü apararaq Xudaverdiyə guya çıxış yolu kimi, İranlının həmin pulu Azərin Moldova Respublikasında birgə işlədiyi “Antadro” şirkətinin hesabına ödəməsini və həmin şirkətin isə pulun dəyərində onun direktoru olduğu "xxxx" MMC firmasına mal əti göndərməsini, Bakı şəhərində malı qəbul edib sataraq pula çevirməyi təklif edərək, həm də qazanc əldə etməyin yeganə çıxış yolu olduğunu demişdir. Bundan sonra bacısı oğlu Xudaverdi Azərin səmimiliyinə inanıb Abbas adlı İranlıya zəng edib pulu “Antadro” şirkətinin hesabına köçürməsini təkid etmişdir. Bundan sonra bacısı oğlu Xudaverdi xx.xx.2019-cu il tarixdə Abbasın təsisçi olduğu “Severina” şirkəti “Antadro” şirkəti ilə və sonuncu ilə "xxxx" MMC firması arasında müqavilə bağlandıqdan sonra “Severinanın” hesabından “Antadronun” hesabına 54.000 ABŞ dolları məbləğində pul köçürülmüş və bundan sonra həmin məbləğin dəyərində "xxxx" MMC-nin adına Bakı şəhərinə ət məhsulları göndərilmişdir. “Antadro” şirkəti tərəfindən onun direktoru olduğu "xxxx" MMC-yə ət məhsulları göndərildikdən sonra Təqsirləndirilən şəxs bacısı oğlu Xudaverdinin və onun dostu Nicatın yanında özünü öyərək əlinin hər yerə çatdığını, bu işləri gözəl bildiyini, onun işinə şübhə etmək lazım olmadığını, onunla şərik iş görmək istəyənlərin yüzlərlə olduğundan danışıb Xudaverdiyə və Nicata özünü göstərmişdir. Xudaverdi və Nicat onun vədlərinə, lovğalığına inanaraq onunla işbirliyi qurmağa razı olmuşlar. Xudaverdi isə ona ət alveri üçün verdiyi 105.000 ABŞ dolları məbləğində vəsaitin Azərə verilməsinə razılıq istədikdə Təqsirləndirilən şəxs tanımadığından bu işi Xudaverdinin öhdəsinə buraxmışdır. 2019-cu ilin dekabr ayında 54.000 ABŞ dolları dəyərində ət məhsulunun göndərilməsi, 2019-cu ilin dekabr ayında Xudaverdinin ondan 5.000 ABŞ dolları məbləğində pul alaraq Təqsirləndirilən şəxs verməsi, 2019-cu ilin dekabr ayının ilk ongünlüyündə Abbas adlı İranlının göndərdiyi 55.000 ABŞ dolları məbləğində pulun Xudaverdinin Nicatla birlikdə Bakı şəhəri, 28 may metrostansiyası yaxınlığında Xudaverdinin maşınında Azərə vermələrindən sonra Xudaverdi ona Təqsirləndirilən şəxs onlara bu işdə heç bir riskin olmadığını, hər 20.000 kq ət məhsulundan 27.000 manat qazanc əldə olunduğunu, ayda ən azı ölkəyə 2 maşın ət gətirmiş olsa 54.000 manat qazancın olması və həmin qazancı yarı böləcəklərini, vəsait qoyulduğu halda bütün məsuliyyətin onluq olacağı, yalnız qazancları onlarla böləcəklərinə dair verdiyi vədləri ona danışmışdır. 2020-ci ilin yanvar ayında Moldova Respublikasından "xxxx" MMC-nin adına göndərilmiş bir maşın sümüksüz mal əti gömrüyə daxil olduğundan Təqsirləndirilən şəxs Xudaverdi və Nicatı Binəqədi rayonu, Azadlıq prospekti 20 ünvanda yerləşən ofisinə dəvət edərək orada 2-ci maşın mal ətinin sifariş verilməsi üçün 100.000 ABŞ dolları məbləğində pul lazım olduğunu deməsinə görə Xudaverdi ona zəng edib həmin məbləğin verilməsini istədikdə özü şəxsən Təqsirləndirilən şəxsla əyani görüşmək istədiyini, hansı işlər gördüyünü, qazancı, dövriyyəsi, işləri barədə yaxından maraqlanmaq istədiyini bildirmiş və Xudaverdi buna etiraz etməyərək onu Azərin Binəqədi rayon ərazisində yerləşən ofisinə dəvət etmişdir. 18 yanvar 2020-ci il tarixdə o, Azərin ofisinə gəlmiş, Xudaverdi onu qarşılayıb çoxmərtəbəli qırmızı binanın 2-ci mərtəbəsindəki ofisə qaldırmışdır. Orada əvvəllər aralarında yalnız telefon danışıqları olan, şifahi tanıdığı Təqsirləndirilən şəxsla əyani tanış olmuşdur. Söhbət zamanı Təqsirləndirilən şəxs onun hesabına göndərilmiş 54.000 ABŞ dolları dəyərində mal ətinin pulunun ona Xudaverdi tərəfindən verilmiş 5.000 və 55.000 ABŞ dolları məbləğlərində pulların ona məxsus olduğunu danışmış və sonuncu bu barədə məlumatı olduğunu demiş, bir daha Nicatla Xudaverdinin yanında gördüyü işlərdən, ölkələrdən, əlaqələrindən danışmış, hər maşında 27.000 manat qazancları olacağını,1 maşın ət məhsulun gətirildiyi halda qazancın kifayət etməməsi, 2 maşında isə daha çox qazanc əldə etmək mümkün olduğunu deyərək onun pul və təkliflərindən sonra masa üzərindəki qeydiyyat kitabını açıb göstərərək, Nicat və Xudaverdinin iştirakında bir daha bütün məsuliyyəti üzərinə götürdüyünü, 20 ildən artıq təcrübəsi olduğunu, heç vaxt ziyan etmədiyini, işlərini mükəmməl bilməsini danışmışdır. Onun bu kimi vədlərinə inandıqdan sonra sellofan paketdə gətirdiyi 10 paçka 100 ABŞ dollarlıq əskinaslardan ibarət 100.000 ABŞ dollar (170.000 manat) məbləğində pulu ofisdə Azərin masasının üzərinə boşaltmış və yüz min ABŞ dolları olduğunu demişdir. Azər pulları sayıb götürdükdən sonra bacısı oğlu ilə evinə qayıtmışdır. 2020-ci ilin fevral ayının təxminən 5-də bacısı oğlu Xudaverdi ona zəng edərək Azərin onu ofisinə dəvət edərək Ukrayna Respublikasındakı ət zavodlarından birində 20.000 ABŞ dollarlıq ət məhsulunun qaldığı və həmin ətin tam bir maşın edib Azərbaycana gətirmək üçün əlavə 50.000 ABŞ dolları məbləğində pul lazım olduğunu demiş və ondan Azərə verməsi üçün 50.000 ABŞ dolları məbləğində pul istəmişdir. Xudaverdinin vasitəsilə həmin pulu Təqsirləndirilən şəxs göndərmişdir. Həmin vaxtlar Xudaverdi və Nicatdan ona məlum olmuşdur ki, Azər onları direktoru olduğu "xxxx"MMC-yə rəsmi işçi olaraq işə qəbul edərək, 300-400 manat maaşla onları tam özünün asılı vəziyyətə salmışdır. 2020-ci ilin fevral ayının sonlarında Xudaverdidən Azərin oğlunun toy xərcləri adı ilə ondan 18.000 manat pul aldığını eşitmişdir. 2020-ci ilin mart ayının əvvəllərində Xudaverdidən Azərin oğluna toy etməsini, hətta onları, yəni, Xudaverdi və Nicatı da toya dəvət etdiyini eşitmişdir. Toydan bir gün sonra Xudaverdi Təqsirləndirilən şəxs Ukraynaya getmək istədiyini, işlərin tezləşdirilməsi və ət məhsulları göndərilməsi üçün daha 50.000 ABŞ dolları məbləğində pul istədiyini ona dediyindən həmin məbləği Azərə çatdırması üçün yaşadığı evdə Xudaverdiyə vermişdir. Xudaverdi 50.000 ABŞ dolları məbləğində puldan 13.000 ABŞ dollarlıq hissəsini götürdükdən sonra 37.000 ABŞ dollarını onun bank hesabına köçürülməsini Xudaverdiyə həvalə etmiş və sonuncu onun dediklərini icra etmişdir. Nicatla birlikdə Azəri Hava limanından Ukraynaya yola salmışdır. Təqsirləndirilən şəxs Ukraynada olarkən Xudaverdi və onun dostu Nicata zəng edərək kombinat açmaq adı ilə onlardan pullar istəmiş, Xudaverdidən 10.000 ABŞ dolları, Nicatdan 20.000 manat, 10.000 ABŞ dolları məbləğində pullarını almış, hətta Nicatın atasını Ukraynaya aparıb guya bütün kombinatın nəzarətini ona həvalə etdiyini demişdir. 2021-ci ilin yay aylarında Azərin Bakıya qayıtdığını eşidərək onunla görüşmək qərarına gəlmiş, Xudaverdi, Nicat və o Təqsirləndirilən şəxsla görüşüb artıq gəlirlərin hesablanması və bölüşdürülməsinə başlamaq lazım olduğunu demişlər. Onun aldığı pullardan 314.000 ABŞ dolları (533.800 AZN) ona, 35.000 AZN Xudaverdiyə və 37.000 AZN pulun Nicata aid olduğunu, bildiklərinə görə 6 ədəd Bakı şəhərinə daxil olmuş hər bir ət maşınından söz verdiyi 27.000 AZN, ümumi 162.000 manat gəlirin bölüşdürülməsini xatırlatdıqda Azər onlardan bir az vaxt istəmiş, yaxın günlərdə ona 100.000 ABŞ dolları məbləğində pul verəcəyini vəd etmiş, sonrakı görüşlərdə onlardan əlavə vaxt istəməyə başlamış, sonra zənglərə cavab verməmişdir. Guya vergidə problemi olduğunu, sonra Maqsud adlı şəxslə başqa iş gördüyünü, həmin şəxsin ondan şikayət etdiyini, Maqsudla problemlərinin olduğunu deməyə başlamışdır. Bacısı oğlu Xudaverdi Maqsud adlı şəxsi tapıb onunla görüşdükdə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs eyni vaxtda onları və Maqsud Xəlilovu aldadıb külli miqdarda pullarını ələ keçirmişdir. Hətta sonradan ona məlum olmuşdur ki, 08 iyul 2020-ci il tarixdə malların guya çətin satıldığını bəhanə etdiyi günlərdə Maqsud Xəlilovun vəsaiti hesabına gətirilmiş 17.000 kq mal ətini Xudaverdinin vasitəsilə 6,30 manatdan satdırıb Maqsuda 4 manatdan satdığını deməklə onu aldatmış, təkcə bir satışda 40.000 manat pulu heç kimə bildirmədən ələ keçirmişdir. Sonradan onlar bilmişdir ki, Təqsirləndirilən şəxs onları da Maqsud kimi eyni qaydada aldatmışdır. Həmçinin 2020ci ildə Təqsirləndirilən şəxs Xudaverdi və Nicata təklif etmişdir ki, özü Ukraynaya gedib orada kombinat açmış, xərclərin azaldılması, gəlirlərin çoxaldılmasına nail olmaq və bunun üçün Ukrayna vətəndaşı Fəxrəddin adlı şəxsin adına “Myaslandiya” şirkəti açdırmaq adı altında, Nicatın atası X9 nəzarətçi təyin etmiş, il boyu orada saxlayıb, nəticədə bu yolla onları guya pulların bir hissəsinin kombinatın qurulmasına xərcləmiş və işlərin qazanca doğru getdiyinə inandıraraq pullarını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onlardan pullar alarkən əldə olunacaq qazancın 50 faizinin ona çatacağını, anbar, kirayə, işçilərin maaşı, mənfəət xərclərinin həmin faizə daxil olduğunu öhdəsinə götürsə də nəticədə onların etibarından sui-istifadə etmişdir. Bacısı oğlu Xudaverdi və dostu Nicat onu axtarmağa başlasalar da onlardan qaçıb gizlənmişdir. Azər xaricdən qayıtdıqdan sonra Azərdən gəliri tələb etmiş, o da pandemiya ilə əlaqədar olaraq gəlirin olmadığını demişdir. O, buna inanmamış, qardaşına bu barədə məlumat verdikdən sonra qardaşı dostları ilə danışmışdır. Qardaşının dostları onunla görüşüb pulu tələb etmişlər. Bundan sonra onunla görüşüb vaxt istəmiş və işlə məşğul olmaq üçün Xətaidə olan obyektini istəmişdir. Oranı işlədib ona 1 ay içində bütün pulu qaytaracağını demişdir. Onu şirkətə şərik edəcəyini, onun tanıdığı mühasibi də işlərin başına qoyacağını demiş, o da buna razılaşmışdır. Şirkətin bütün hesabatını onun tanışı Anar adlı mühasibə vermişdir. Təqsirləndirilən şəxs sənədlərə isə imza edə bilməmişdir. Çünki, hər şey yoldaşının adına olmuşdur. O, Azərdən yoldaşından etibarnamə almasını tələb etmiş, amma Təqsirləndirilən şəxs yenə müxtəlif bəhanələrlə yoxa çıxmışdır. Mühasib ona zəng edib, onun hesabına 101.000 manat köçürüldüyünü demişdir. 10 gün sonra pulu Azər çıxarıb ona verməmiş, o, sonda təngə gəlib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs bağ evini və üzərində 50.000 manat pul verəcəyini demiş, onlar razılaşmışlar. Lakin sonradan Təqsirləndirilən şəxs barəsində çoxlu şikayət olduğunu öyrənmişlər. Azərin ona 314.000 dollar borcu vardır və 3 il 6 aydır ki, borcunu ödəmir. Onun təcili işi olduğu üçün Təqsirləndirilən şəxs 10.000 manat pulunu tələb etmişdir. Ziraat bankdan 10.000 manat məbləğində pul götürmüş, Təqsirləndirilən şəxs aybaay həmin pulu ödəmişdir. Zərərçəkmiş şəxs2 suallara cavab olaraq göstərdi ki, verdiyi 314.000 ABŞ dollarla həqiqətən ət alınmışdır. O, Türkiyədəki müşavirindən Ukraynada ət işi ilə məşğul olan adamları olub-olmadığını maraqlandıqda Əhməd adlı biri olduğunu demişlər. O, Əhmədlə əlaqə saxlayıb, Təqsirləndirilən şəxs barəsində maraqlandıqda elə bir adamın bu işlə məşğul olmadığını və ət məhsullarına görə ödənilən məbləğin artıq olduğunu demişdir. Təqsirləndirilən şəxs 2022-ci ilin martında əldə etdiyi qazancla Xaçmazda zavod almış, amma onlara zavodu başqa adamların pulu ilə aldığını demişdir. Ukraynaya getdikdən sonra onlar Təqsirləndirilən şəxs tapa bilməmişlər. Azər zənglərə cavab verməmişdir. O, əvvəllər Türkiyədə tikinti ilə məşğul olmuş, lakin sonra yoldaşı xəstə olduğundan gəlir əldə etmək üçün pulları bacısı oğluna idarə etməyi üçün vermişdir. Hər gün hesabat aparmışlar. Bacısı oğlu pulları verərkən onun məlumatı olmuşdur. 109.000 ABŞ dollarından gəlir əldə etməmiş, 2-ci dəfə Azərə 100.000 ABŞ dollar vermişdir. 50.000 ABŞ dolları pulu Bülbül prospektində Kapital bankın yanında vermişdir. Ukraynada işlərlə Təqsirləndirilən şəxs vasitəsilə maraqlanmışdır. Ukraynaya gedib yerində maraqlanmaq imkanı olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2007-ci ildən bəri tanımışdır. Dostluq münasibətində olmuşlar. Təqsirləndirilən şəxs ət məhsulları işi, o isə inşaat, qapı-pəncərə işi ilə məşğul olmuşdur. Onların ofisi Gənclikdə Təqsirləndirilən şəxs ofisi ilə yan-yana olmuş, əlaqələri yaxşı olduğundan gediş-gəlişləri olmuşdur. Hər dəfə Təqsirləndirilən şəxs pul olsa ət işindən yaxşı qazanc əldə etməyin mümkün olduğunu demişdir. 2018-ci ildən bəri X23 İsmayılovun ofisinə gəlib-getdiyini müşahidə etmişdir. Maqsud Xəlilovla şəxsi olaraq birbirilərini tanımamışlar. X30 İsmayılovun ofisinə gəlib, hər dəfə 40.000-50.000 manat pul götürürmüş, o da soruşanda ət işindən qazancı olduğunu bildirirmiş, Təqsirləndirilən şəxs ona Maqsud Xəlilova 3 ayda 170.000-180.000 manata yaxın qazanc verdiyini, pul olsa daha rahat qazanc əldə olunacağını demişdir. Bir müddət sonra 2019-cu ildə o, Zərərçəkmiş şəxs4 ilə birlikdə onun atasının İranda və Moskvada dostları ilə əlaqə saxlayanda ona İranda çox yaxşı ət satışı getdiyini deyərək, onların da vəsait qoyaraq Moskvadan-Astraxandan İrana ət məhsulları göndərmələrini təklif etmişlər. O, Zərərçəkmiş şəxs4 ilə birlikdə Astraxana getmiş, getməmişdən qabaq atasının Astraxanda yaşayan dostu Abbasa 100.000 ABŞ dolları göndərmişlər. İran İR müsəlman dövləti olduğundan kəsim orada İran həkimlərinin iştirakı ilə həyata keçirilmiş, lazımi sənədlər toplanmışdır. Lakin sənədləşmədə problem yaranmış, o, Təqsirləndirilən şəxs ət işi ilə məşğul olduğunu bildiyindən ona zəng edərək kömək istəmişdir. Azər də yardım etmiş, sənədləşmə düzəlmiş və o, Bakıya qayıtmışdır. 1-2 gün sonra o, Təqsirləndirilən şəxsla görüşəndə Azər demişdir ki, “siz böyük səhv etmisiniz, İranlıya pul vermək olmaz, o pulunuz batdı”. O, narahat olmağa başlamış, Təqsirləndirilən şəxs təkidi ilə İrandakı şəxsə zəng vurub pulunu geri istəmiş, o da narahat olmamasını 1 həftə səbr etməsini demişdir. İrandakı şəxs ona “əgər sıxıntın varsa bizim Rusiyadakı hesabımızda pulumuz var, sənin hesabına köçürək” deyə ona bildirmişdir. Moldova Respublikasındakı “Antadro” şirkəti Təqsirləndirilən şəxs, Ukrayna Respublikasındakı “Severina” şirkəti isə Abbas adlı İranlıya məxsus olmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, 1 avtomobil ət məhsulun qiyməti olan 54.000 manatı Abbas adlı İranlı onun sahibi olduğu “Antadro” şirkətinə köçürsünlər. Beləliklə 3 şirkət, yəni “Antadro”, “Severina” və "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Qalan pul olan 55.000 manatı isə o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 ilə birlikdə 28 may ərazisində əldən götürüb Təqsirləndirilən şəxs vermişlər. Xalası Gülmirəyə məxsus 5.000 manat pulla birlikdə ümumilikdə 114.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişlər. Təxmini 1 ay sonra yeni il ərəfəsində Təqsirləndirilən şəxs ət məhsullarını gətirmişdir. Təqsirləndirilən şəxs ona hər avtomobildə 27.000 manat qazanc əldə edəcəyini bildirmişdir. Necə olacağını soruşduqda isə onun anlamayacağı iş olduğunu bildirmişdir. O, isə Azərə atası kimi güvənmiş, hətta Azərə “baba” deyə müraciət etmişlər. Bir müddət keçmiş, Təqsirləndirilən şəxs 1 avtomobil ət məhsullarının xeyir gətirmədiyini, ona görə də dövriyyəni artırmaq üçün əlavə pul lazım olduğunu demişdir. O da xalası Zərərçəkmiş şəxs2 zəng vurub, vəziyyəti izah etmişdir. O, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 ilə birlikdə Təqsirləndirilən şəxs ofisində toplanmış, söhbətləşmişlər. Təqsirləndirilən şəxs hər il olan dövriyyəsindən və bu işdə olan təcrübəsindən danışmışdır. Beləliklə, Təqsirləndirilən şəxs onlarda özünə qarşı etibar yaratmışdır. Zərərçəkmiş şəxs2 bu işdə zərər etmə ehtimalını soruşduqda, Təqsirləndirilən şəxs heç bir risk olmadığını bildirmişdir. 100.000 ABŞ dollarını Zərərçəkmiş şəxs2 elə həmin an Təqsirləndirilən şəxs vermişdir. Daha sonra Təqsirləndirilən şəxs 24.000 manat dəyərində məhsulun Ukraynada qaldığını, onun satışını təşkil etmək üçün 50.000 ABŞ dolları pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs2yla əlaqə saxladıqdan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs hesabına 50.000 ABŞ dolları göndərmişdir. Kombinatı qurma ərəfəsində Təqsirləndirilən şəxs demişdir ki, işin başında durmaq üçün etibarlı adam lazımdır. Onlar da Zərərçəkmiş şəxs4 atasını məsləhət bilmiş və razılaşma olmuşdur. Nicatın atası Ramiz Quluzadə şirkətin adını ilk əvvəl “Çuxur” qoysa da, sonradan Təqsirləndirilən şəxs təkidi ilə "xxxx" şirkətini yaratmışdır. Şirkətin faktiki rəhbərliyini özü həyata keçirsə də, hüquqi sənədləşdirmədə şirkətin təsisçisi Nicatın atası Ramiz Quluzadə, direktoru isə uzun müddətdir ki, tanıdığı və etibar etdiyi Ukrayna Respublikası vətəndaşı olan Fəxrəddin Quliyev təyin edilmişdir. Pandemiya dövrü başladıqda Təqsirləndirilən şəxs bunun onların işinə təsir etməyəcəyini, hər şeyin qaydasında olduğunu bildirmişdir. Bu zaman onlar artıq 314.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişlər. Pandemiya dövründə yollar bağlanmış, Təqsirləndirilən şəxs ölkəyə gələ bilməmişdir. Yay aylarında ölkəyə qayıtdıqda onlara qazanılan pulu xərcləməmələrini, dövriyyəni 1.000.000 manata çatdırdıqdan sonra normal qazancla işləməyi təklif etmiş, onlar da güvəndikləri üçün razılaşmışlar. Onların razılaşması ondan ibarət olmuşdur ki, heç bir işə qarışmadan sadəcə pul yatırımı etmişlər. Ona görə də Təqsirləndirilən şəxs ət məhsullarını kimə və necə satması ilə maraqlanmamışlar. Təqsirləndirilən şəxs da onlara işə qarışmağa imkan verməmişdir. Təqsirləndirilən şəxs Ukraynada olduqda ona zəng vurub, orada vəziyyətin yaxşı olmadığını, yeyintilər olduğunu və təcili 100.000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs4 ilə onun ortaq pulu olduğundan, hissəvi şəkildə bir dəfə 30.000 ABŞ dolları, 18.000 manat da Azərin qızının toyu üçün Təqsirləndirilən şəxs vermişlər. Xeyli zaman keçmiş, onlar artıq pullarını tələb etməyə başladıqda, Təqsirləndirilən şəxs onlara narahat olmamalarını söyləmişdir. Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxsla danışmış, amma bir nəticəsi olmamışdır. Onlar Təqsirləndirilən şəxs hüquq mühafizə orqanlarına şikayət etmişlər. Təqsirləndirilən şəxs 1 gün içində 50.000 ABŞ dollarını bizə qaytaracağına, qalan məbləği də hissə-hissə ödəyəcəyinə söz vermişdir. Hətta Qubada yerləşən bağ evini onlara təklif etsə də, razılaşmamışlar, pulu geri istəmişlər. Zərərçəkmiş şəxs3 suallara cavab olaraq göstərdi ki, İranla olan ilk razılaşmalarında Təqsirləndirilən şəxs iştirak etməmişdir. Moldova Respublikasına köçürülən 54.000 manat məhsul şəklində geri qayıtmışdır. 35.000 manat onun pulu, 37.000 manat Zərərçəkmiş şəxs4 pulu olmaqla ümumilikdə 72.000 manat pulu Təqsirləndirilən şəxs göndərmişlər, qarşılığında ət məhsullarını alıb-satmışdır. Onların ümumi razılaşmalarına əsasən, Təqsirləndirilən şəxs ölkəyə gələn hər avtomobildə 27.000 manat qazanc olacağını vəd etmişdir. Bu qazanc da yarı-yarıya bölünməli olmuşdur. 2021-ci ilin sonundan etibarən Təqsirləndirilən şəxs pullarını tələb etməyə başlamışlar. Təqsirləndirilən şəxs sözündən pulların yerində qaldığını və dövriyyənin genişləndiyini başa düşmüşlər. 18.000 manat pulu Təqsirləndirilən şəxs qızının toyu üçün istəmişdir. Təqsirləndirilən şəxs işdəki dövriyyədə olan qazanca toxunmaq istəmədiyini, 18.000 manatı toydan sonra növbəti qazanclarda qaytaracağını demişdir. 35.000 manat məbləğində olan ət məhsullarının kimə satıldığını bilməmişdir. Təqsirləndirilən şəxs özü pandemiya dövründə Ukraynadakı şirkətin başında dayanmışdır. Ramiz Quluzadə isə demək olar 2 il müddətində işin başında olmuşdur. Ramiz Quluzadə kombinat fəaliyyətə düşdükdən sonra 2 avtomobil ət məhsullarını göndərmişdir. Hər avtomobildə 20-21 ton ət məhsulları olmuşdur. Dəyəri isə 90.000 ABŞ dollarına yaxın məbləğ təşkil etmişdir. Təqsirləndirilən şəxs onlardan əlavə qazanc əldə edib-etmədiyi ilə bağlı məlumatı olmamışdır. Təqsirləndirilən şəxs hesabında bildiyi qədəri ilə 280.000 manat pul olmuşdur. Qızının toyu üçün 18.000 manat məndən pul istədikdə, artıq 4-5 avtomobil ət məhsulları ölkəyə gəlmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla ət məhsullarının satışı ilə əlaqədar tanış olmuşlar. İlk əvvəl Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxsla danışmışdır. Təqsirləndirilən şəxsla razılaşması Ukraynadan və Moldovadan ət məhsullarının ölkəyə gətirib, satışını təşkil edib qazanc əldə etməkdən ibarət olmuşdur. Pandemiya dövründə Təqsirləndirilən şəxs ona pul lazım olduğunu bildirmiş, 20.000 manat və 17.000 olmaqla iki dəfə fevral ayında Ukraynaya pul göndərmişdir. Zərərçəkmiş şəxs4 suallara cavab olaraq göstərdi ki, o, 37.000 manat, Zərərçəkmiş şəxs3 isə təxmini 50.000 manat pul qoymuşdur. Təqsirləndirilən şəxs ət məhsullarını ölkəyə gətirib, satışını təşkil etmişdir. Qazanc 3 yerə bölünəcəkmiş. Zərərçəkmiş şəxs2 onlardan daha artıq məbləğ yatırmışdır. O da sadəcə pul qoyan olmuş, ət məhsullarının ölkəyə gətirilməsi və satışının təşkili ilə Təqsirləndirilən şəxs özü məşğul olmuşdur. Təqsirləndirilən şəxs kiminləsə iş görüb sonradan problemi yarandığını eşitməmişdir. Ukraynada ət kombinatı icarəyə götürmüşlər, sonradan bəzi işlər görmüşlər, buzxana tikmişlər. İki avtomobil ət məhsulları ölkəyə gəlmiş, həmin məhsullar Təqsirləndirilən şəxs icarəyə götürdüyü buzxanaya yerləşdirilmişdir. Buzxananın icarə haqqının məbləğini bilməmiş, Təqsirləndirilən şəxs dediyinə görə icarə haqqı 2000-3000 manat olmuşdur. Onlar gündəlik satışları izləməmiş, Təqsirləndirilən şəxs ona məhsulların hamısının satıldığını demişdir. O, kapital qoyduğu pulu istəyəndə, Təqsirləndirilən şəxs restoranlardan alacağı olduğunu demiş, həmin pulları aldıqdan sonra 5-10 ay müddət ərzində ödəniş edəcəyini bildirmişdir. Hazırda 37.000 manat məbləğində pul ödəmilmədən qalır. Qazancla bağlı Təqsirləndirilən şəxsla dəqiq danışmamışlar. Təqsirləndirilən şəxs Ukraynada olanda Zərərçəkmiş şəxs3 zəng edərək ətin ölkəyə gətirilməsi üçün 100.000 ABŞ dolları pul lazım olduğunu bildirmiş, Xudaverdi ona pulu göndərməyi təklif etsə də, o, həmin məbləğdə pulunun olmadığını bildirib, razılaşmamışdır. Zərərçəkmiş şəxs3lə birlikdə 50.000 manat Təqsirləndirilən şəxs göndərmişlər. Gömrük ödənişlərini Təqsirləndirilən şəxs özü vermişdir. Zərərçəkmiş şəxs3 ona hər avtomobildən 20.000- 25.000 manat qazanc əldə olunacağını demişdir. Təqsirləndirilən şəxs pandemiya dövründə pulları yığa bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 onun iştirakıyla pul vermişdir. Qazancın 50 faizi Zərərçəkmiş şəxs2, 50 faizi də onlara aid olmalıymış. Şərtlərin əksəriyyətini Zərərçəkmiş şəxs3 danışmışdır. Zərərçəkmiş şəxs2 bu iş barədə onlar məlumatdırmışlar. Təxmini 2 ay sonra o, Təqsirləndirilən şəxsla görüşmüşdür. Onlar 100.000 ABŞ dollarını İran İR vətəndaşına vermişlər. Pandemiyada karantin qaydalarına əsasən küçəyə çıxa bilmədiklərinı görə Təqsirləndirilən şəxs şirkətində işçi kimi qeydiyyata düşmüşlər. Həm də Təqsirləndirilən şəxs onlara şirkətdə rəsmi adlarının görünməli olduğunu demişdir. Atasının Ukraynada oturum icazəsi olmuşdur. Özü uzun müddətdir ki, ora gedib-gəlmişdir. Təqsirləndirilən şəxs icarəyə götürdükləri kombinatı atası Ramiz Quluzadənin adına rəsmiləşdirməyi təklif etmişdir. Atası hazırda İsveçdə yaşayır. Atası tərəfindən pul mənimsənilməsi olmamışdır. Atası Təqsirləndirilən şəxs dediklərini etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs gənc yaşlarından tanısa da, onunla 2018-ci ilədək aralarında heç bir biznes əlaqəsi olmamışdır. 2018-ci ildə onlar bir neçə dəfə Bakı şəhərinin Nərimanov rayonu, Əlövsət Əbdürrəhimov küçəsi 50A nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində, şəhərin müxtəlif yerlərində görüşüb söhbətlər etmişlər. Təqsirləndirilən şəxs bütün görüşlərdə Ukrayna, Hindistan və s. dövlətlərdən Azərbaycana donmuş ət və toyuq məhsullarının gətirib çıxartdıqdan sonra, həmin məhsulların topdan və pərakəndə satışı ilə məşğul olduğu barədə ona danışıb məlumat vermiş, 20 ildən çox müddətdir ki, bu bizneslə məşqul olduğunu, bu işdə heç bir təhlükə, problem və riskin olmadığını, yaxşı gəlirli sahə olduğunu dəfələrlə təkrar etmiş və onu özünə inandırmağa çalışmışdır. Hətta malların Bakı şəhərinə çatan kimi tez bir zamanda realizə edib 20 gün müddətinə pulları toplaya bildiyini, hər bir donmuş toyuq maşınında (20 ton) 5000 (beş min) ABŞ dolları, hər bir donmuş mal əti məhsulu olan maşında (20 ton) isə 10.000 (on min) ABŞ dolları gəlir olduğunu demiş, hətta ofisində ona müxtəlif şirkətlərlə bağladığı iddia olunan müqavilələrini göstərib daha sonra ölkəyə daxil olacaq malların H.Əliyev prospektində yerləşən beşmərtəbəli soyuducu anbara apararaq həmin anbara yığılıb realizə ediləcəyindən danışmışdır. Hətta, hər dəfə görüşlərdə ona guya bu biznesdə onunla ortaq pul qoyub işləmək istəyənlərin çox olmasını, lakin özünün hər kəsə etibar etmədiyini, onun özünün yaxından tanıdığı yaxın dost və tanışı ilə gəliri bölüşmək istədiyini xatırlatmışdır. Onunla uşaqlıqdan bir yerdə böyüdüyünü, nəsil-nəcabəti yaxından tanıdığını və ona görə də birlikdə bu biznesdə məmnuniyyətlə çalışa biləcəyini deyərək uzun illər bu işdə çalışdığı üçün heç vaxt işində bir nöqsana yol vermədiyinə, qazancın yüz faizlik olmasına əmin edərək xeyli gəlir əldə etmək üçün sadəcə bu biznes üçün 500.000 manatadək maliyyə vəsaiti qoya biləcək şəxsin olmasının vacib olduğunu, artıq Ukraynadakı ortaqları ilə danışdığını, orada onun tapşırığının icra olunmasını gözlədiklərini bildirmişdir. Bütün münasibətləri bir daha nəzərdən keçirərək, ona qarşı Təqsirləndirilən şəxs tərəfdən heç bir problem, xəyanət olmayacağını düşünüb, biznesə razılıq verməmişdən qabaq Azərin qardaşı Asəflə telefon əlaqəsi yaradıb onunla görüşmüş, bu görüləcək biznes barədə bir neçə dəfə onunla da məsləhət etmişdir. Asəf İsmayılov da onu tam şəkildə inandırıb əmin etmiş və heç bir problemin olmayacağını, qardaşı Azərin heç vaxt ona qarşı yalan, saxta iş görə biləcəyinə inanmadığını, problem çıxdığı halda birgə aradan qaldırılıb yoluna qoyulacağını demişdir. Bundan sonra, Azərlə onun dediyi qaydada razılaşıb, 2018-ci ilin noyabr ayından başlayaraq Ukraynadan donmuş toyuq və ət məhsullarını Azərbaycana idxal etmək üçün ona pul vəsaitini hissə-hissə verməyə başlamışdır. Təqsirləndirilən şəxs ona məxsus, direktoru olduğu "xxxx" MMC (VÖEN **********) vasitəsilə xaricdən ət və toyuq məhsullarını Azərbaycana gətirməyə, onları Heydər Əliyev prospektində yerləşən soyuducu anbara boşaltmağa və elə anbardan da öz işçiləri vasitəsi ilə "xxxx" MMC vasitəsilə ilə müxtəlif şirkətlərə topdan və pərakəndə halında satışını təşkil etməyə başlamışdır. Bu bizneslə 20 ildən çox müddətdir ki, məşğul olduğunu və bu sahədə heç vaxt problem yaşamadığını, ət bazarından məlumatsız olduğunu deyərək onun bu işlərə müdaxilə etməsinə razılıq verməmişdir. Mallar Azərbaycana gəlib çatdıqdan, anbara boşaldıqdan sonra, onun həmin anbarda işçiləri və satıcısı Şahid4 adlı şəxslə birlikdə malları müxtəlif şirkətlərə, fiziki şəxslərə "xxxx" MMC vasitəsilə ilə paylamağa və satmağa başlamışlar. Bu barədə anbardan çıxan bütün malların siyahısı anbardar (satıcı) Şahid4 satış qaimələri və özlərinə aid satış dəftəri vardır. Təqsirləndirilən şəxs işin əvvəlində vəd etdikləri, nəinki işin sonunda, nə əvvəlində nə də ki, ortasında öz əksini tapmamışdır. Bu prosesi yaxından izləyib Təqsirləndirilən şəxs artıq öz bildiyi kimi pul vəsaitini öz şəxsi problemlərinə sərf etdiyini müşahidə etmiş, onunla kəskin və çox ciddi şəkildə danışıqlar apararaq aparılan işlər və vəsaitlər barədə ona məlumat verməsini tələb etmişdir. Lakin, onun iradlarına baxmayaraq Azər həmişə “sən qəti narahat olma ayın axırı yaxşı ödəniş edərəm, danışmışam şirkətlərlə işimiz daha da yaxşı olacaq sən özün görəcəksən” deyə vədlər vermişdir. Beləliklə, bu minvalla, Ukraynadan, Hindistandan və s. ölkələrdən Azərbaycana ümumilikdə 11 (on bir) maşın "xxxx" MMC şirkəti vasitəsilə ilə toyuq və ət məhsulları gətirilmişdir. Mal almaq üçün pulun bir qismini Nərimanov rayonu, Əlövsət Əbdürrəhimov küçəsi 50A nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ofisində, digər bir qismini Nizami metrosunun qarşısında, sonuncu dəfə isə Binəqədi rayonu, Azadlıq pr-ti, bina 204, 1-ci blok, 2-ci mərtəbədə yerləşən ofisində vermişdir. 04 yanvar 2020-ci ildə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, ”Nizami” metrosunun yanında yerləşən “Nizami MALL” ticarət mərkəzindı yerləşən kafeyə hesab kitabı nəzərdən keçirmək üçün dəvət etmiş, Təqsirləndirilən şəxs isə şəxsən özü kafeyə gələnədək apardığı hesabatı əlyazma formasında yazıb hazırlayaraq ona təqdim etmiş, hesabatda göstərdiyi ödənişləri tezliklə edəcəyini bildirmişdir. 2020-ci ilin Mart-Aprel aylarında guya ki, aldığı pulları ödəyəcəyini, hər şeyin onun söz verdiyi kimi yaxşı halda qurtaracağını desə də vədlərinə əməl etməmişdir. 2020-ci ilin Mart ayında Azər iş adı ilə Ukraynaya getsə də, pandemiya səbəbindən 4 aydan sonra iyul ayının 9-da Bakıya qayıtmışdır. Ukraynada olmasına baxmayaraq onunla telefon əlaqəsi saxlayıb malların hesabatını soruşduqda “hər şey qaydasındadır və yaxşı olacaq, sən özün də bunu görəcəksən” deyə bildirmiş, gah da teztez “pandemiyadır, heç yer işləmir, mallar satılmır, xarab olur, qiymət aşağıdır” və s. kimi çoxlu onun özünə sərf edən bəhanələr söyləmişdir. Pulunu tələb edib hesabat istədikdə narahat olmamasını bildirərək, ona yalan vədlər verməyə başlamışdır. Sonunda onun bu yalan vədlərinə qarşı səbri tükəndiyindən onu ofisə çağırıb, pulunu tam düzgün şəkildə aydınlıq gətirməsini kəskin formada tələb etmişdir. Təqsirləndirilən şəxs 2020-ci ildə Ukraynadan 3 maşın toyuq məhsulları gətirmiş, təxmini qiyməti 270.000 manat pul etmişdir. Onlara məxsus olan sümüklü ət məhsullarını Xudu vasitəsilə onlara məlum olmayan bir şəxsə satmışdır. Vergi sənədlərində 97.000 manat pul hesabına keçdiyini görmüşdür. Təqsirləndirilən şəxs 2021-ci ildə də onlardan xəbərsiz məhsul gətirmişdir. Onlar artıq Təqsirləndirilən şəxs pullarını tələb etməyə başlayanda Qurd qapısında görüşmüşlər. Təqsirləndirilən şəxs öz hesabı ilə 282.000 ABŞ dolları borc olduğunu qeyd etmişdir. Başqa çıxış yolunun olmadığını hiss edib, aldığı pullar barədə 01 noyabr 2021-ci il tarixində günorta saatlarında öz xətti ilə heç bir təzyiq, təhqir, güc tətbiq olunmadan sərbəst halda ondan iş görmək adı ilə aldığı pulun məbləğini 298.600 $ (iki yüz doksan səkkiz min altı yüz) ABŞ dolları 3 (üç) ay müddətinə, yəni 10 fevral 2022-ci il tarixinə kimi hər ay hissə-hissə ödəyəcəyi və 10 fevral 2022-ci ildə isə tam şəkildə bağlayıb qurtaracağını öhdəsinə götürmək şərti ilə əlyazma yazıb ona təqdim etmişdir. Lakin buna baxmayaraq dəfələrlə ona zəng edib “noyabr ayi bitir sən heç bir ödəniş etməmisən” bildirdikdə, o, “bir-iki günə həll edəcəm” desə də, yenə də yalan vədlər verməkdə davam etmişdir. Təqsirləndirilən şəxs ona 1 hektar kənd təsərrüfatı təyinatlı torpağın şəklini atıb, pula qarşılıq həmin torpağı ona verməyi təklif etsə də, razılaşmamışdır. Təqsirləndirilən şəxs artıq dələduzluq etdiyini bilib, Binəqədi rayon Polis İdarəsinə barəsində şikayət etməli olmuşdur. İstintaq zamanı isə Təqsirləndirilən şəxs Nərimanov rayonunda yerləşən 3 otaqlı mənzili verməyi təklif etmiş, o, razılaşmamışdır. Təqsirləndirilən şəxs 2018-ci ilin noyabr ayının əvvəllərində zəng edərək onu Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdürrəhimov küçəsi 50A nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ofisinə dəvət edərək artıq Ukraynadan gətiriləcək 1-ci maşın (21.000 kq) donmuş toyuq ətinin invoys sənədinin hazır olduğunu və bunun üçün 42.420 ABŞ dollar (72.114 AZN) pulun ödənilməsinin lazım olduğunu demiş və o da öz növbəsində qeyd olunan məbləği dollar şəklində həmin ünvandakı ofisində özünə nağd formada sayıb vermiş, ikisindən başqa prosesdə iştirak edən olmamışdır. Aradan yenə bir neçə gün keçmiş Təqsirləndirilən şəxs ona zəng edib 2-ci maşın (21.000 kq) donmuş toyuq əti üçün 28.560 ABŞ dolları (48.552 AZN) lazım olduğunu bildirmiş və o, Təqsirləndirilən şəxsla sonuncunun Nərimanov rayonunda yerləşən ofisində görüşərək 28.560 ABŞ dollarını sayıb nağd formada ona vermişdir. Təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxs 3-cü (21.000 kq) donmuş toyuq ətinin gətirilməsi üçün 20.580 ABŞ dolları (34,986 AZN) pul lazım olduğunu demiş və o, həmin məbləği apararaq ofisində Təqsirləndirilən şəxs vermişdir. Pulu verdikdən təxminən 2 gün sonra zəng edərək 4-cü maşın üçün pul göndərilməsinin vacib olduğunu bildirmiş və bu dəfə onunla Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ”Nizami” metrostansiyası qarşısında görüşüb Elşən adlı sürücüsünün iştirakı ilə sonuncuya məxsus boz rəngli “Mersedes-Benz” markalı avtomobilində 4-cü maşın (20.000 kq) donmuş toyuq əti üçün 27.200 ABŞ dollarını (46.240 AZN) məbləğində pulu Təqsirləndirilən şəxs sayıb vermişdir. 2018-ci ilin dekabr ayının ilk günlərində 5-ci maşın-donmuş mal ətinin (20.500kq) gətirilməsi üçün 76.500 ABŞ dolları (130.050 AZN) məbləğində pul lazım olduğunu bildirmiş və o, həmin məbləği Binəqədi rayonundakı yeni ofisində 2018-ci ilin dekabr ayının ilk günlərində Təqsirləndirilən şəxs vermişdir. Digər yük maşınlarının gətirilməsi kimi verdiyi pulu da adına olan firmanın hesabından Ukraynaya göndərəcəyinə söz vermişdir. Bir neçə gün sonra, yəni 2018-ci ilin dekabr ayının birinci həftəsində Təqsirləndirilən şəxs 6-cı dondurulmuş (21.000 kq) toyuq əti üçün 42.407 ABŞ dolları (72.091 AZN) məbləğində pul lazım olduğunu demiş və həmin məbləği də onunla Binəqədi rayon ərazisindəki ofisində görüşüb ona vermişdir. Bununla da Təqsirləndirilən şəxs ondan 2018-ci ilin noyabr və dekabr ayının ilk günləri ərzində sifariş olunan 6 maşın üçün 237.680 ABŞ dolları (404.056 AZN) məbləğində pulları "xxxx" MMC-nin bank hesabından Ukraynadakı şirkətlərə köçürməsi üçün almışdır. 6 ədəd TİR soyuducu yük maşınının ölkəyə daxil olmasını gözləmiş və doğrudan da həmin yüklər 2018-ci ilin noyabr ayının sonundan həmin ilin dekabr ayının sonlarınadək “Qırmızı Körpü” X7 keçərək Azərbaycan Respublikasına daxil olmağa başlamışdır. Yük maşınlarının gömrük məntəqəsinə daxil olmaları barədə məlumat alan kimi Təqsirləndirilən şəxs zəng edərək onu ofisinə dəvət etmiş və daxil olan hər bir maşın üçün gömrük, nəqliyyat və s. qarşıya çıxan xərclərin qarşılanmasının vacib olduğunu, bunun üçün hər maşın üçün pullar ödənməsini demişdir. 1-ci daxil olan (21.000kq) donmuş toyuq ət maşını üçün 13.580 ABŞ dolları (23.086 AZN) məbləğində pul vəsaitinin ödənməsinin vacib olduğunu bildirmiş və həmin məbləği Təqsirləndirilən şəxs köçdüyü Binəqədi rayonu, Azadlıq prospekti, bina 204, 1-ci blok, 2-ci mərtəbədə yerləşən ofisində sayıb ona vermişdir. Bundan sonra hər bir yük maşını üçün Təqsirləndirilən şəxs ona hər 2-3 gün fərqi ilə zəng edərək Binəqədi rayonundakı ofisinə dəvət edib daxil olan yüklər üçün nəqliyyat, gömrük və s. xərclər üçün pullar lazım olduğunu bildirmiş, o da öz növbəsində 28.560 ABŞ dolları məbləğində pulunu qabaqcadan ödədiyi 2-ci maşın (21.000 kq) üçün gömrük və nəqliyyat, digər xərclər üçün ofisində 11.030 ABŞ dolları (18.751azn) məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan bir neçə gün sonra isə qabaqcadan 20.580 ABŞ dolları məbləğində pulunu ödəmiş olduğu 3-cü yük maşını üçün 9.483 ABŞ dolları (16.121 AZN) məbləğində pulu gömrük, nəqliyyat və digər xərclər adı ilə ondan almışdır. Bundan bir neçə gün sonra isə qabaqcadan 27.200 ABŞ dolları məbləğində pulunu ödəmiş olduğu 4-cü yük maşını üçün 10.821 ABŞ dolları (18.395AZN) pulu Yasamal rayonu “Nizami” metrostansiyası qarşısında görüşüb sürücüsü Elşənin iştirakı ilə ona vermişdir. Bir neçə gün sonra, yəni 2018-ci ilin dekabr ayının ortalarında gömrük məntəqəsinə daxil olmuş və qabaqcadan 76.500 ABŞ dollarını ödəmiş olduğu 5-ci dondurulmuş mal əti yük maşını üçün gömrük, nəqliyyat və s. xərclərə görə 17.521 ABŞ dolları məbləğində pulu Binəqədi rayonunda yerləşən ofisində Təqsirləndirilən şəxs özünə şəxsən nağd şəkildə ödəmişdir. 2018-ci ilin dekabr ayının sonlarında gömrük məntəqəsinə daxil olmuş və qabaqcadan 42.407 ABŞ dolları məbləğində nağd pulunu ödədiyi 6-cı (dondurulmuş toyuq əti) yük maşını üçün Binəqədi rayonunda yerləşən ofisində 13.593 ABŞ dolları (23.108AZN) məbləğində pul vəsaitini nağd formada Təqsirləndirilən şəxs vermişdir. 6 yük maşınlarından 4 ədədi 2018ci ilin noyabr, 2 ədədi isə dekabr ayında rəsmi olaraq gömrük rəsmiləşdirməsindən keçmişdir. Qeyd etdiyi 6 ədəd yük maşınları ölkəyə daxil olduqdan sonra Təqsirləndirilən şəxs tərəfindən Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx" SC-nin Azərətsüd icarə topdansatış birliyinə məxsus soyuducu anbarına aparıb boşaltmış və oradan da özünün tanıdığı fiziki və hüquqi şəxslərə topdan və pərakəndə şəklində nağd və köçürmə yolu ilə satışını həyata keçirmişdir. Azər onun anbara tez-tez gedib işlə maraqlanmasına imkan verməmiş, onun işini özündən başqa kimsənin bilmədiyini, işinə müdaxilə etməyin guya ümumi işin ziyanına olduğunu demişdir. Ona görə də Təqsirləndirilən şəxs hansı işlər gördüyünə tam nəzarət edə bilməmişdir. Firma onun özünün adına olmaqla Şahid4 adlı anbardarı, Nadir adlı yük paylayanı, Şahid2 adlı mühasibi onun rəsmi işçiləri olduqlarından heç vaxt onların işinə nəzarət və ya müdaxilə edə bilməmişdir. Ölkəyə daxil olmuş 5 yük maşını toyuq və 1 yük maşını mal ətinə görə ona ümumilikdə 30.000 ABŞ dolları (51.000 manat) qazanc verməli olduğu halda, Təqsirləndirilən şəxs onda olan ümumi 314.000 ABŞ dolları məbləğində pula əlavə edib 344.000 ABŞ dolları ilə ət biznesini daha da genişləndirməyi təklif edərək 2019-cu ilin fevral ayında Hindistanlı ət şirkəti ilə müqavilə bağladığını, Azərbaycanda böyük büdcəli şirkətlərin onunla işbirliyi qurmaq istədiklərini, ət sifariş verdiklərini, ona görə də qeyd etdiyi məbləğdə pullara toxunmamağı məsləhət bildiyini demişdir. Ona görə də onun xahişi ilə Azərin ölkəyə əlavə 6 yük maşını ət gətirməsinə razılıq vermişdir. Bundan sonra Azər özünün onun verdiyi vəsait və qazanc hesabına xx.xx.2019-cu ildə Ukraynadan 21.500 kq donmuş mal əti, xx.xx.2019-cu ildə Hindistandan 27.000 kq donmuş camış əti, xx.xx.2019-cu ildə Ukrayndan 21.000 kq donmuş mal əti, xx.xx.2019-cu ildə Ukraynadan 13.350 kq donmuş mal əti, xx.xx.2019-cu ildə Ukraynadan 19.500 kq donmuş mal əti, xx.xx.2019-cu ildə isə Moldovadan 21.000 kq donmuş mal ətini ölkəyə gətirdiyini öyrənmişdir. Həmçinin 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxsla görüşlərinin birində onda olan gömrük bəyannamələrini nəzərdən keçirərkən xx.xx.2018-ci ildə Ukraynadan gətirdiyi 20.500 kq donmuş mal ətinin ilkin ödənişi üçün ondan 76.500 ABŞ dolları aldığı halda ilkin ödəniş üçün bu qədər deyil 63.550 ABŞ dolları məbləğində pul ödənildiyini görüb ondan şübhələnmiş və bundan sonra onunla aralarında malların hesabatına dair çıxarış etməsini tələb etmişdir. Təqsirləndirilən şəxsla Binəqədi rayonu, Azadlıq prospektində yerləşən ofisində görüşərək ona verdiyi pul vəsaitlərinin hesabatını aparmışlar. Birlikdə hər bir gömrük bəyanna mələrini, anbardakı mal qalıqlarını, satılmış malların bütün hesabını aparmış, özü şəxsən onun iştirakı ilə öz dəsti xətti ilə “Şahraz LTD”-də 117.000 AZN,”HakanMMC”-də 35.760AZN, "xxxx" MMC-də 21.280 AZN, “Keşlə kombinatında 31.260AZN, “TAİS”-də 40.500, “ALSANA”-da 29.800AZN, "xxxx" MMC-də 16.000 AZN, CAMAL-LTD-də 4.000 AZN, Şadlıq evlərində 22.640 AZN, toyuqdan qalıq 13.600 AZN, ümumilikdə 331.840 AZN, deməsinə görə Ukraynadan 130.900AZN (77.000ABŞ dolları), deməsinə görə özünün depozit hesabında 54.000AZN, deməsinə görə Ukraynada 11.600 ABŞ dolları- 19.722 AZN, ümumilikdə cəmi 536.460AZN (315.560 ABŞ dolları) məbləğində pulların ortada olduğunu əminliklə yazılı formada bildirmişdir. O, doğrudan da 2018-ci il noyabrdekabr aylarında Ukraynadan 5 maşın toyuq, 1 maşın mal əti, 6 maşın üçün ümumilikdə Təqsirləndirilən şəxs ödədiyi pulların məbləğinin 314-315.000 ABŞ dolları olduğundan və Azərin onun iştirakında tərtib etdiyi hesabatdakı rəqəmlərin də həmin rəqəmlərə uyğun olduğu öz təsdiqini tapdığından ona inanıb anbarda olan, satılmamış, yaxud dövriyyədə olan vəsait hesabına sifariş verilmiş və ölkəyə daxil olmaqda olan malların satışından əldə olunacaq pulların toplanmasını gözləmişdir. 2019-cu ilin iyul ayında da Təqsirləndirilən şəxsla eyni qaydada malların, aparılan işin təftişini öz aralarında aparmışlar. Azər həmin vaxtda da ona oxşar hesabat təqdim edərək “Cahad-2004 MMC”-nin möhürü ilə təsdiq edib vermişdir. Müəyyən müddət sonra Azərlə görüşüb pulların konkret olaraq hansı tarixdə və nə vaxt qaytarılacağını dəqiqləşdirmək istəmişdir. Təqsirləndirilən şəxs isə Ukraynada yarımçıq qalmış işlərinin olduğunu deyərək 2020-ci ilin mart ayında həmin ölkəyə getmiş və Covid-19 pandemiyası ilə əlaqədar Təqsirləndirilən şəxs yalnız xx.xx.2020-ci ilin iyul ayında Azərbaycana qayıda bilmişdir. Onun Bakı şəhərində olduğunu bilib zəng edərək görüşə dəvət etmiş və onunla görüşmüşdür. Həmin vaxt o, çox narahat olduğundan Cahad-2004 şirkətin adından ölkəyə ət məhsullarının daxil olub-olmaması ilə maraqlanmış və məlum olmuşdur ki, xx.xx.2020,xx.xx.2020-ci il tarixlərdə Ukrayna və Moldovadan 3 maşın ət məhsulları ölkəyə daxil olmuş və soyuducu anbarına boşaldılmışdır. Azərin ona Ukraynaya getməzdən əvvəl verdiyi hesabata əsasən soyuducu anbarda xeyli çəkidə malın olduğunu ehtimal edərək ona iradını bildirmiş, mal satılmadığı halda nə üçün əlavə 3 maşın mal gətirdiyini, pulların şirkətlərdə və fiziki şəxslərdə olması halında hansı vəsait hesabına təxminən 290.000 ABŞ dolları dəyərində həmin yükləri gətirdiyini soruşmuşdur. Azər onu inandırmağa çalışmışdır ki, Ukraynada olmasına baxmayaraq bütün işləri, satışları, biznesi idarə edib, anbardakı malların satışını etibar etdiyi tanışlarına və işçilərinə tapşırıb. Buna baxmayaraq Təqsirləndirilən şəxs özü bildiyi kimi yeni daxil olmuş məhsulları sataraq pulunu ələ keçirmiş və o, maraqlandığı zaman isə malın satılmadığını, yaxud malların əllərdə olduğunu deməklə aldatmaqda davam etmişdir. Əldə etdiyi pul vəsaitlərini ona vermədiyinə görə o, yenə Azəri axtarmağa başlamış və çoxsaylı görüş və söhbətləri nəticə verməmişdir. Hər dəfə görüşlər zamanı ona müxtəlif vədlər verib aldatmaqda davam etmiş və nəhayət 01 noyabr 2021-ci il tarixdə onunla görüşərək ondan biznes qurmaq adı ilə aldığı pulların aqibəti, harada, kimdə olması, nə vaxt qaytaracağı barədə açıqlama verməsini istəmişdir. Təqsirləndirilən şəxs bu dəfə də birlikdə apardıqları hesablarla 314.000 ABŞ dolları ümumi hesabdan 6 yük maşınının, hər maşın üçün daşınma xərci-4.000 (6.800AZN) ümumilikdə 24.000 ABŞ-dolları (40.800 AZN) məbləğində vəsaiti türk nəqliyyat şirkətinə özü tərəfindən ödənildiyini nəzərə alıb qalan 290.000 ABŞ dollarının 200.000 ABŞ dollarlıq hissəsini 01 noyabr 2021-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək qaytaracağına söz verib yazılı formada öhdəsinə götürmüş və özü şəxsən yazdığı və öhdəsinə götürdüyü əlyazmanı imzalayıb ona vermişdir. Bütün bunlara baxmayaraq verdiyi vədlərin heç birinə əməl etməmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində zəng edərək guya yaxın günlərdə ona 30.000ABŞ dolları məbləğində pul göndərəcəyini desə də vədinə əməl etməmişdir. Sonra onun mobil telefonuna Abşeron rayonunda olduğunu dediyi bir hektar sahəsi olan torpağın şəklini göndərərək torpaqla hesablaşmağı təklif etdikdə torpağın kənd təsərrüfat təyinatlı olduğunu görüb bu təklifdən imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində 120 kvadrat metr sahəsi olan daşınmaz əmlakının olduğunu deyərək adına sənədləşdirmək istədiyini təklif etmiş və evin sənədi, ünvanını onun telefonuna göndərəcəyini deməklə başqa bir vəd versə də, buna da əməl etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun külli miqdarda əmlakını ələ keçirmək niyyətinin qabaqcadan olduğunu və niyyətinə çatdığını bilmişdir. Zərərçəkmiş şəxs Maqsud Xəlilov suallara cavab olaraq göstərdi ki, o, Təqsirləndirilən şəxs işi dayandırmasını söylədikdən sonra Azər 3 avtomobil ət məhsullarını onun razılığı və xəbəri olmadan gətirmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəlindən axırına qədər 730.000 manat dövriyyə etmişdir. Təxmini 80.000 manat qazanc olmuşdur. Mübahisə edilən pulların "xxxx" MMC-yə aidiyyatı yoxdur. İnvestor da, pulu verən də odur. Həmin dövrdə öz adına olan 7 torpaq sahəmi satıb həmin pulu vermişdir. İlk əvvəl razılaşmağa uyğun olaraq 6 avtomobil ət məhsulu Azərbaycana gəlmişdir. Anbarda yoxlamışdır. Təqsirləndirilən şəxs pul götürməmişdir. 2019-cu ildə bir dəfə işçisindən Bakı şəhərində 50.000 manat məbləğində pul götürmüşdür. Sonradan pulu Təqsirləndirilən şəxs özünə qaytarmışdır. İstintaq zamanı ona hər hansı pul qaytarılmamışdır. Təqsirləndirilən şəxs ona ət məhsullarını anbardan gəlib götürməsini təklif etmiş, amma o, etiraz etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2017-ci ilin əvvəllərindən səyyar satış mərkəzləri, soyuducu anbarlarından toyuq və mal əti və məhsullarını alıb Bakı şəhərinin müxtəlif şadlıq evlərinə sataraq hər kiloqramı üzərinə əlavə etdiyi qəpik-quruşla toplam əldə etdiyi gəlir hesabına ailəsinin maddi təminatını qarşılamışdır. 2017-ci ilin təxminən mart ayından Bakı şəhəri, Nərimanov rayonu, H. Əliyev prospektində yerləşən Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx" ASC-nin Azərətsüd icarə topdansatış birliyinə məxsus soyuducu anbarında anbardar işləyən Şahid4 adlı şəxslə tanış olmuş və həmin vaxtdan etibarən ondan mal və toyuq əti, onun vasitəsilə quyruq əti, balıq, digər bu kimi tələbat malları götürüb satmağa başlamışdır. Həmin məhsulları Bakı şəhərində “Xəmsə”, “Viktoriya”, “Fidan”, “Cold Baku” və s. şadlıq evlərinə satmışdır. Bundan başqa Bakı şəhərinin müxtəlif ərazilərində kolbasa və ət məhsulları satışı mağazalarına da mallar satmış, bir neçə fiziki şəxslərlə də tanış olub onlarla da ət məhsullarının alverini etmişdir. Bütün ət məhsullarını soyuducu anbarda anbardar işləyən Şahid4 adlı şəxsdən nisyə götürmüş və pulunu aldıqca ona ödəmişdir. 2020-ci ilin təxminən fevral-mart aylarında “Pandemiya” ilə bağlı şadlıq evlərində toy məclislərinin keçirilməməsi, eləcə də fiziki şəxslərə məhdudiyyət və qadağaların qoyulmasından sonra onun da iş fəaliyyətində məhdudiyyətlər yaranmış və ümumiyyətlə işi tamam dayanmışdır. Həmin müddətdə məhsulları payladığı şəxslər və şadlıq evlərinin bir neçəsində pulları qaldığından onlarla görüşüb qalan pullardan hissə-hissə alıb apararaq anbardar Şahid4 vermiş və sonradan alver etdiyi şəxslərin bəziləri ilə əlaqələri kəsilmişdir. 2021-ci ilin təxminən avqust ayında Şahid4 ona zəng edərək görüşməyi təklif etmiş və onunla görüşdükdə Təqsirləndirilən şəxs adlı müdirinin onunla görüşmək istədiyini bildirmişdir. Həmin şəxsi tanımadığını dedikdə Şahid4 ona satmaq üçün vermiş olduğu məhsulların onun direktoru olduğu "xxxx"MMC-nin malları olduğunu bildirmişdir. Şahid4 təklifi ilə o, “Neftçilər” xəstəxanasının yaxınlığında sonradan tanıdığı Təqsirləndirilən şəxs adlı şəxslə görüşmüş və onun ofisində Şahid4 satılması üçün verdiyi malların kimlərdə olması və onlardan qalan pullar barədə sorğu-sual etmiş, bir yerə hesablayıb şəxslərin adları və qalan pullar barədə məlumat vermişdir. Şahid4la 2017-ci ildən alver etdiyini, ondan toyuq, mal ətindən başqa quyruq, balıq, kolbasa məhsulları götürdüyünü, yaranmış borcun təkcə ət məhsullarına görə olmadığını dedikdə Təqsirləndirilən şəxs təəccüblə Şahid4 nəzər yetirdikdən sonra ona müraciət edərək bir nəfər şəxsə 400.000 manat pul verəcəyi olduğunu və həmin şəxsin ondan polisə şikayət etdiyini, polisə təqdim etməsi, yaxud pullarının məbləğini hesablaması üçün onlara buna görə əlyazma formada hesabat təqdim etməsini, ona borclu olanların yalnız mal ətinə görə borclu olmalarının yazılmasını xahiş etmişdir. Onun kimsə tərəfindən narahat edilməyəcəyini, bu barədə ondan hər hansı məbləğdə pul tələb olunmayacağını demələrinə inanıb onların xahişləri ilə şişirdilmiş formada həmin vaxtadək “Şahənşah” şadlıq evində işləyən İbrahim adlı şəxsdə 15.300 manat, “Vipso” Vüqar deyilən şəxsdə 9.000 manat, Rafael adlı şəxsdə 13.900 manat, Kolbasa Əli adlı şəxsdə 3200 manat, Kolbasa Coşqun adlı şəxsdə 4.800 manat, “Şaka” adlı şəxsdən 17.000 manat, ”Kleopatra” şadlıq evində işləyən Mansur adlı işçidə 15.000 manat, “Xəmsə” şadlıq evində işləyən Elnur adlı işçidə 7.000 manat, ümumilikdə 85.200 manat pulun qaldığı barədə əlyazma yazaraq onlara təqdim etmiş və həmin məbləğə digər məhsulların da daxil olduğunu yalnız şifahi formada demiş, 2017-ci ildən sonra bütün borcların cəmi olduğunu bildirmişdir. Adlarını qeyd etdiyi şəxslərin bir neçəsinin əlaqə nömrələrini Təqsirləndirilən şəxs verdikdə onun iştirakı ilə həmin şəxslərə zənglər olunmuş, sonuncu şəxslər də 2017-ci ildən başlayaraq ondan təkcə ət məhsulları deyil, quyruq, balıq, kolbasa məhsulları aldıqlarını desələr də sonradan Təqsirləndirilən şəxs ona zəng edərək pul istəməsindən, Mansur və qeyrilərindən ibarət bir neçə nəfər şəxslərdən pulun müəyyən hissəsini alması, 400.000 manat pul verməli olduğu şəxsə ödəmədiyi məlum olmuşdur. Maqsud Xəlilov adlı şəxsi tanımamış, sonradan ona məlum olmuşdur ki, Şahid4 satmış olduğu məhsulların aid olduğu "xxxx"MMC-nin direktoru Təqsirləndirilən şəxs olmuş, məhsulun idxalını Maqsud Xəlilov və başqaları şəxsi vəsaitləri hesabına investisiya etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, X10 təxminən 5-7 il əvvəl, Təqsirləndirilən şəxs isə təxminən 20 il olar ki, tanımışdır. 2003-2004-cü illərdə Təqsirləndirilən şəxs xarici ölkələrdən ət məhsulları gətirib Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, Kənar Yol adlanan ünvanda yerləşən “X32-süd,” topdansatış anbarına yığaraq oradan satışını həyata keçirərkən onunla tanış olmuş və həmin vaxtdan onun şirkətində qeyri-rəsmi anbardar işləmişdir. Ay ərzində 350 manat qeyri-rəsmi maaş və əlavə 300-350 manat da aylıq qazanc olmaqla ayda 700 manata yaxın qazancla onunla işləməyə başlamışdır. Təxminən 2018-ci ildə Azər özünün direktoru olduğu "xxxx" MMC-yə anbardar olaraq onu rəsmi işə götürmüş və rəsmi olaraq 350 manat maaş və o qədər də qeyri-rəsmi əmək haqqı vermişdir. Onun fəaliyyəti "xxxx" MMC-nin mallarının paylanması, göndərilməsi, hesaba alınmasına nəzarət etməkdən ibarət olmuşdur. 2019-cu ilin əvvəllərindən Təqsirləndirilən şəxs Hindistandan camış ətinin gətirdiyini və anbara yığdığını bilmişdir. 2019-cu ilin orta aylarında isə Ukrayna Respublikasından mal ətinin gətirilməsinin şahidi olmuşdur. Gətirilən ət məhsullarının anbardan şirkət və müəssisələrə paylanmasına Təqsirləndirilən şəxs özünün zəngi və göstərişi ilə müştərilərə paylanmasını həyata keçirmişdir. Bu barədə onun özündə olmasa da Təqsirləndirilən şəxs lazımi hesabat və qeydlər olmuşdur. 2019-2020-ci ilin son aylarına kimi anbardan "xxxx" MMCdən ət məhsulları alan firma və şirkətlərdən “Kral” kolbasa sexi, ”Caspian Ketrinq şirkətlərini, fiziki şəxslərdən Niyaməddin, Rauf adlı şəxsləri tanımışdır ki, həmin şəxslər Təqsirləndirilən şəxs özünün razılığı ilə gəlib anbardan ət məhsulları aparmış və bildiyinə görə həmin şəxslərin 120.000 manata yaxın Təqsirləndirilən şəxs borcları olmuşdur. Bu kimi şəxslərlə aparılan alverin dəqiq detallarını ancaq Təqsirləndirilən şəxs özü yaxşı bilmişdir. 2021-ci ildə Təqsirləndirilən şəxs xarici ölkələrdən idxal etdiyi mal ətləri üçün Maqsud Xəlilovun investor olduğunu bilmiş, onları bir yerdə həm anbarda, həm ofisdə bir neçə dəfə görmüşdür. 2021-ci ilin son aylarında Maqsud Xəlilovun ondan şikayət etməsini Azər müəllimdən eşitmişdir. "xxxx" MMC-nin adından Hindistan və Ukrayna dövlətlərindən idxal olunmuş ət məhsullarının hamısı 1,5 ton mal ətinin qırıntısı istisna olmaqla hamısı anbardan xaric olunub satılmışdır. Anbardan çıxan ət məhsulların fiziki və hüquqi şəxslər tərəfindən ödənişi hüquqi şəxslər tərəfindən elektron qaimə formasında həyata keçirilsə də fiziki şəxslər tərəfindən nisyə formada yalnız şəxsi kitabçada qeydlər aparılmaqla alqısatqısı həyata keçirilmişdir. Covid-19 pandemiyasından əvvəl bu şirkətin pul və mal dövriyyəsinin təxminən 1 milyon manat ola biləcəyini təxmin etsə də bunun dəqiq hesabatını mühasib və Təqsirləndirilən şəxs özlərinin bildiklərini ehtimal etmişdir. Həmin pul və malın hansı hissəsinin Maqsud Xəlilova aid olduğunu da dəqiq bilməmiş, şirkətin investorunun Maqsud Xəlilov olduğunu 4-5 ay əvvəl Təqsirləndirilən şəxs özündən eşitsə də Maqsud Xəlilovun şirkətə hansı məbləğdə vəsait investisiya etdiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, "xxxx" MMCnin direktoru Təqsirləndirilən şəxs həmyerlisi Şahid4 vasitəsilə təxminən 10 il əvvəldən tanımışdır. 2019-cu ilin əvvəllərindən başlayaraq 2020-ci ilin yay aylarınadək Təqsirləndirilən şəxs razılığı ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx" SC-nin Azərətsüd icarə topdansatış birliyinə məxsus soyuducu anbarında anbardar kimi tanıdığı Şahid4 həmin müddətdə təxminən 20-25.000 manat məbləğində mal, quş əti məhsulları alaraq Bakı şəhərindəki müxtəlif şadlıq evlərinə satmış və həmin məhsulların pullarını həftə ərzində alaraq hissə-hissə Təqsirləndirilən şəxs ödəmişdir. 2020-ci ilin avqust ayından sonra satdığı məhsulların 13.000 manatlıq pulunu almaqda çətinlik çəksə də 2021-ci ilin dekabr ayından başlayaraq bir neçə ay ərzində ümumilikdə 3.200 manat məbləğində pul alaraq Təqsirləndirilən şəxs qaytarmışdır. Həmin pulların tanımadığı Maqsud Xəlilov adlı şəxs tərəfindən investisiya edildiyi və məhsulun satışından alınan pulların ona qaytarılıbqaytarılmamasından məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs olan borcunu ödəmişdir. Məhkəmədə video zəng vasitəsilə dindirilməsi təmin olunmuş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 5-6 ildir ki tanıyır. Təqsirləndirilən şəxs iş adamı kimi tanımışdır. Təqsirləndirilən şəxsla söhbətləri olmuşdur ki, onun şirkətinin adına mal əti məhsulları gətirsin. Təqsirləndirilən şəxs razılıq verərək, vergi, eləcə də digər xərcləri hesablayaraq ona demiş və o da ödənişləri etmişdir. Təqsirləndirilən şəxs ona Ukraynadan mal əti məhsulları təklif etmişdir. Yanvar ayında müqavilə bağlamışlar, lakin, məhsul əskik gəldiyi üçün aralarında müəyyən qədər narazılıq yaranmışdır. Gətirilmiş 5 maşın toyuq ətinin çəkisini tam dəqiqliklə deyə bilməsə də, hər maşına icazə verilən brutto kütlə 21,5 tondan ibarət olmuşdur. Hər maşında ən çox 21,5 ton məhsul gəlmişdir. Həmin zamanlar toyuq ətinin kiloqramı 2 ABŞ dolları təşkil etmiş, eyni zamanda həmin maşınlarda toyuq qanadı məhsulu da olmuşdur. Toyuq qanadı məhsulunun kiloqramı 1 ABŞ dolları dəyərində olmuşdur. Təqsirləndirilən şəxs heç bir borcu qalmamışdır. Əksinə Təqsirləndirilən şəxs ona 3.000 ABŞ dolları məbləğində borcu qalmışdır. O, ibtidai istintaqda düzgün ifadə vermişdir. Sadəcə olaraq, ibtidai istintaqda ifadə verən zaman 5 maşın toyuq əti məhsulunu Təqsirləndirilən şəxs şirkətinin adına gətirmək məsələsini danışmaq yadından çıxmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. O, pandemiya dövründən öncə balıq, bildirçin və toyuq əti məhsulları götürmüşdür. Mal, qoyun əti almamışdır. Məhsulları Niyaməddin adlı firma işçisindən qəbul etmişdir. Məhsullara görə ödəməli olduğu ümumi məbləğ 15.000 manat təşkil etmiş, o, təxminən 5.400 manat ödəniş etmişdir. Hazırda ət məhsulları aldığı şirkətin adı yadında deyildir. Həmin şirkətin rəhbərinin kim olmasını bilmir. Yaranmış borcla bağlı bir neçə dəfə telefonla səhv etmirsə Azər adlı şəxslə danışmışdır. Həmin şəxsin şirkətdə nə işləməsini bilməmişdir. 15.000 manata yaxın borcdan təxminən 8.000 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Sonradan şirkətin nümayəndələrindən heç bir xəbər çıxmadığı üçün bugünədək borcunu tam olaraq ödəməmişdir. İşləri bir müddət dayanmış, hazırda işləri 1-2 aydır ki, qaydasına düşməyə başlamışdır. Hissə-hissə olmaqla qalıq borcumu ödəyəcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, onunla Zərərçəkmiş şəxs1 arasında dostluq münasibətləri olmuşdur. O, 2011-2012-ci illərdə ət məhsulları ilə əlaqədar işlədiyi üçün Zərərçəkmiş şəxs1 ət məhsullarının sayımını həyata keçirməyini ondan xahiş etmişdir. O, təxminən 2 il öncə ət məhsullarını saymış, təxminən 100 tona yaxın ət məhsulu olmuşdur. Sonradan təkrarən 5-6 ay sonra sayarkən malların yerində olmadığını görmüşdür. Mal Zərərçəkmiş şəxs1 malı olduğu üçün ondan saymasını xahiş etmişdir. Malın satışını isə Təqsirləndirilən şəxs həyata keçirməli olmuşdur. Orada təxminən 5-6 “fura”lıq ət məhsulu olmuşdur. O, anbardakı malı ilk dəfə sayarkən artıq müəyyən hissəsi satılmış, 5-6 aydan sonra o, yenidən anbardakı malı sayarkən cəmi 7-8 kiloqram xarab olmuş ət məhsulu qalmışdır. Malları saymağın zərurəti səhv etmirsə Təqsirləndirilən şəxs tərəfindən pulun verilməməsindən irəli gəlmişdir. Şahid4 özü də ətlərin sayımında iştirak etmişdir. Ümumiyyətlə sayımda o, Zərərçəkmiş şəxs1, anbardar Şahid4 və fəhlə iştirak etmişlər. Maqsud Xəlilovu tanıyır. Maqsud Xəlilova məxsus olan malın Təqsirləndirilən şəxs anbarında olmasından məlumatı olmuşdur. Zərərçəkmiş şəxs1 “Ağ şəhər”də yerləşən ofisində olmuşdur. Orada Təqsirləndirilən şəxsla olan söhbətlərdə iştirak etməmişdir. Lakin, orada Təqsirləndirilən şəxs pulu verəcəyini demişdir. Pulun məbləğindən isə məlumatı olmamışdır. Sonuncu dəfə təxminən iki il öncə anbara gələrək malın sayımında iştirak etmişdir. Dostu 2019-cu ildən Maqsudla birlikdə ət məhsulları ilə bağlı işə başlamışdır. Ondan malın gətirilməsi barədə mütəxəssis kimi məsləhət alınmamış, ondan sadəcə olaraq malı sayması xahiş olunmuşdur. O, həm Maqsud Xəlilovun, həm də Zərərçəkmiş şəxs1 malını saymışdır. Maqsud Xəlilovun və Zərərçəkmiş şəxs1 malları bölünməmişdir, sadəcə olaraq, həmin mallar başqa-başqa ölkələrdən gətirilmişdir. Malların əsl sahibi Maqsud Xəlilov olmuşdur. Malların çeşidi mal, qoyun-quzu, keçi əti və digər məhsullardan ibarət olmuşdur. Həmin dövrdə ətin qiyməti növündən asılı olaraq 8,9,10 manat təşkil etmişdir. Ətin bir müddət qaldıqdan sonra daha aşağı qiymətə satıla biləcəyi barədə məlumatı yoxdur. O, pul məslələrində iştirak etməmişdir. Kiməsə çatdırması üçün ona pul verilməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə ofisdə görmüşdür. O, anbardar Şahid4 tanımışdır. Rüstəm və Təqsirləndirilən şəxs aralarında olan söhbətlərə şahidlik etməmişdir. Zərərçəkmiş şəxs1, Maqsud Xəlilov və Təqsirləndirilən şəxs aralarında söhbət edən zamanı o, onların yanlarında oturmamış, arada bir içəri giribçıxmışdır. O, həmin söhbətləri sonradan Maqsud Xəlilovdan eşitmişdir. Özü birbaşa şahidlik etməmişdir. Ofis Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. Mallar isə Maqsud Xəlilovun malları olmuşdur. X24 Məmmədliyə malın sayımına nəzarət etməyi tapşırmışdır. O, malların "AN İNVESTMEN”MMC-nin malları olduğunu bilsə də, həmin malların sırf kimə məxsus olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımamış, Şahid4 tanımışdır. Şahid4 12.000 manatlıq mal almışdır. 2019-2020-ci illərdə aralarında alış-veriş olmuşdur. Pandemiya dövründən sonra Şahid4 yanına gələrək, aldığı malların sahibinin Təqsirləndirilən şəxs olduğunu bildirərək, borcu Təqsirləndirilən şəxs ödəməli olduğunu bildirmişdir. O da heç bir etiraz etməmiş və hissəhissə olmaqla borclarını ödəmişdir. 12.000 manat borcunu Şahid4 verməklə 2020-ci ilin dekabr ayınadək bütün borcunu bağlamışdır. 12.000 manat borcun ödənişinin hamısını Şahid4 vermişdir. Vaxtı keçib xarab olmuş ət məhsullarını atmışlar. Pandemiya dövründə məhsullar soyuducuda qalaraq xarab olmuş, ziyan onun üzərində qalmışdır. Təxminən 5-6 min manatlıq ət məhsulu xarab olmuşdur. Çünki, pandemiya ilə əlaqədar onlar restorana gedərək həmin ətləri çıxara bilməmişlər. Şahid4 ona Cəlil adlı şəxslə şərik olduğunu bildirdiyi üçün ibtidai istintaq zamanı Cəlil adlı şəxsin adını ifadəsində səsləndirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, "xxxx" MMCdən 2018-2020-ci illərdə kolbasa istehsalı üçün mal əti almışlar. Bank hesabı vasitəsilə ödənişləri etmişdir. Aralarında heç bir borc münasibəti qalmamışdır. Təxminən 2 ilə yaxın "xxxx" MMC ilə iş görmüşdür. Hansı məbləğdə ət aldıqlarını hazırda xatırlamasa da, onu dəqiq deyə bilər ki, həmin şirkətə heç bir borcları qalmamışdır. Pandemiya dövrünə qədər "xxxx" MMC-dən ət almışlar. Ola bilsin ki, mal ətindən əlavə "xxxx" MMC-dən toyuq əti də almış olsunlar. "xxxx" MMC-dən aldıqları ətlərdən hansısa hissəsinin vaxtı keçmiş, xarab olmuş ət olmasını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2019-cu ilin təxminən may ayından "xxxx" MMC-də anbardar işləyən Şahid4la şərik kimi işlədiyini bildiyi və ona qohumluğu çatan Şahid5 vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən Ət-süd məhsullarının topdan satış anbarına fəhlə olaraq işə düzəlmişdir. Hər gün səhər saat 09-dan saat 17:00 radələrinədək işdə olmuş və hər ayın sonunda Şahid4 tərəfindən ona 250 manat rəsmi, 200 manat qeyri rəsmi maaş verilmişdir. "xxxx" MMC-yə məxsus donmuş mal ətlərinin satışına nəzarət etmişdir. Ət məhsullarını ən çox satdığı “Kral” kolbasa məhsulları şirkəti, “RM-serviz”, “Caspian Cetrinq” şirkətləri, Niyaməddin adlı fiziki şəxs, “İsmət” və “Neon” şadlıq sarayları olmuşdur. Satış işinə baxdığından şirkətlərin nümayəndələri ona yaxınlaşmış və bundan sonra Şahid4 razılığı ilə tələb olunan çəkidə ət məhsullarını alıcıya satmışdır. Alıcıların əksər hissəsi pulu köçürmə yolu ilə ödəmiş, bəzi vaxtlarda nağd alverləri də olmuşdur. Həmin məbləğ 1.000- 2.000 manat məbləğindən artıq olmamışdır. Həmin pulları alıcılardan qəbul etmiş, Şahid4 vermişdir. "xxxx" MMC-nin direktoru olduğunu eşitdiyi Təqsirləndirilən şəxs adlı şəxslə onun heç bir iş birliyi, əlaqəsi, ünsiyyəti olmamışdır. Şirkətin investoru Maqsud Xəlilov adlı şəxsi şifahi tanımış, onun bir neçə dəfə anbara gəlməsini kənardan görüb şahidi olmuşdur. Təqsirləndirilən şəxsla, Maqsud Xəlilovun nə kimi münasibətlərdə olduqlarını bilməsə də işə düzəldiyi vaxtdan bu vaxta kimi ən çox "xxxx" MMC-yə məxsus ət məhsullarını satmış və bu barədə özündəki qeydiyyat kitabında da qeydlər aparmışdır. "xxxx"MMC-yə məxsus ət məhsullarını satarkən bu barədə özündə, hətta qaimələr üzərində ayrıca qeydlər aparmışdır. "xxxx" MMC-yə məxsus olduğunu bildiyi ət məhsullarının xx.xx.2020-ci il tarixədək satılıb qurtardığına dair onda qeydlər olmuş, həmin əlyazma qeydlərinin surətlərini istintaq orqanına təqdim etmişdir. "xxxx" MMC-nin sahibinin kim olduğunu bilməmişdir. O, sadəcə Şahid4 tanımış və onu da işə Babaşov götürmüşdür. Təqsirləndirilən şəxsla əlaqəsi olmamış, sadəcə anbara gələndə onu görmüşdür. Anbara ət məhsulları gətirmişdir. Maqsud Xəlilovun söhbət əsnasında adını eşitmişdir. Anbarda ona məxsus məhsullar da olmuşdur. Məhsullar anbara daxil olanda onlara bu məhsulların Maqsud Xəlilova məxsus olmasını bildirmişlər. O, Şahid4 tapşırıqlarına əməl etmişdir. Biriki dəfə Maqsud Xəlilovun işçiləri anbara gəlib məhsullara baxıb getmişlər. O, pandemiya zamanından anbarda işləmişdir. X19 aid məhsullar qalmış və xarab olduğu üçün tullanmışdır. Maqsud Xəlilovun işçiləri anbara baxış keçirməyə gələndə onlara şərait yaradılmışdır. Hər hansı narazılıq olmamışdır. O, Maqsud Xəlilovun anbara gəldiyi zaman gördüyünü xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin iyul ayından "xxxx" MMC-də rəsmi olaraq mühasib vəzifəsində çalışır. ”Cahad- 2004”MMC-nin direktoru Təqsirləndirilən şəxs 2018-ci ilin son aylarından müdiri vasitəsilə tanımışdır. Ortaq tanışlarının vasitəsilə ondan Təqsirləndirilən şəxs aid şirkətin mühasib işləri və hesabatlarının aparılması, bu sahədə köməklik göstərilməsi xahiş oldunduğundan cəmiyyətin vergi vəziyyəti ilə tanış olduqdan sonra şirkətin Ukrayna, Hindistan və digər ölkələrdən ət məhsulları idxal etdiyini bilmişdir. Bundan sonra onun maliyyə hesablarını aparmağa köməklik göstərəcəyinə razılıq vermiş, Təqsirləndirilən şəxs əvvəl 300 sonra isə 500 manat məbləğində əmək haqqı vermiş, həmin şirkətdə ikinci iş yeri kimi çalışmış, 2021-ci ilin yay aylarında onunla çalışmağa son vermişdir. Xarici ölkələrə pul köçürülmələri də etmişlər, ən çox Ukraynaya pul köçürülmüşdür. Hindistana da köçürmələr etmişlər. O, malların gətirildiyini ancaq sənədlərdə görmüşdür. Gömrük bəyannaməsində malların idxal olunmasını görmüş, anbarda malların olub-olmamasını bilməmişdir. İnvestorların hansı məbləğdə pul qoyduqlarını bilməmiş, onların hesabatlarında göstəriləmişdir. Külli miqdarda investisiya qoyulması haqda məlumatı olmamışdır. Ölkə xaricinə pulların köçürülməsinin dayandırılıb-dayandırılmamasını xatırlamır. Şirkətin təxminən 5-6 rəsmi işçisi olmuşdur. Pandemiya dövründə işin həcmi əvvəlki dövrə nisbətdə azalmışdır. Maqsud Xəlilovu, Zərərçəkmiş şəxs2 tanımır, amma Nicatın Təqsirləndirilən şəxsla çalışdığını bilmişdir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 müəssisədə işçi olmaqla yanaşı, həm də Təqsirləndirilən şəxsla birlikdə iş görərək, əməkdaşlıq etmişlər. O, Təqsirləndirilən şəxsla 2018-ci ilin sonlarından birlikdə çalışmağa başlamışdır. Nizamnamə kapitalı təxminən 10-20 manat olmuşdur. 2018-ci ildə ümumi kapitalın miqdarını dəqiq bilmir, ondan əvvəl 1-2 dəfə idxal olmuş və dövriyyə daha aşağı səviyyədə olmuşdur. 2021-ci ilin əvvəllərinə qədər Təqsirləndirilən şəxsla birlikdə çalışmışdır. 2020-ci ilə kimi hesabatları o hazırlamışdır. Rəsmi investorları tanımış, Maqsud Xəlilovu isə tanımamış, onun adını sənədlərdə görməmişdir. "xxxx" MMC-nin rəhbərini tanımamış, lakin, "xxxx" MMC ilə alqı-satqısının olduğunu bilmişdir. Rəsmi borc müqaviləsi üzrə ona deyilən köçürməni həyata keçirmişdir. İşlədiyi dövr ərzində Təqsirləndirilən şəxsla hər hansı bir investor arasında mübahisə olmamışdır. Zərərçəkmiş şəxs3lə əməkdaş olduqlarını bilmiş, məhsullar isə maya dəyərindən ucuz qiymətə satılmamışdır. Məhsulların xarab olması barədə məlumatı olmamış, ona bu barədə məlumat verilməmiş, Ukraynadan nümayəndələri tərəfindən vəsaitlərin göndərilməsini xatırlamır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid10 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2004-cü ildən ünvan 9 ünvanda yerləşən "Nion” şadlıq evinin (Nion MMCnin) baş direktoru, həmçinin müəssisənin baş mühasibi işləyir. İşlədiyi müddətdə heç vaxt "Cahad-2004”MMC-dən hər hansı ət məhsulu almamış, bu adda cəmiyyətə borclu qalmamışdır. Təqsirləndirilən şəxs və Şahid4 adlı şəxsləri heç vaxt tanımamış, onlarla hər hansı bir işbirliyində olmamış, ümumiyyətlə onun baş direktoru olduğu şadlıq evində təyin olunmuş şadlıq mərasimi, ad günü və oxşar məclislərin ət sifarişini həmin tarixdə canlı quzu əti, mal bel əti sifariş verilir, alınmış ətin dəyərində qaimə verilir və şənlik bitdikdən sonra pul malın sahibinə ödənilir. Bu işlə məşğul olan ayrıca işçiləri vardır, heç vaxt dondurulmuş ət məhsulları başqa ölkələrdən idxal olunmuş məhsullar almamış, hər hansı fiziki və ya hüquqi şəxlərə borclu olmamışlar. İş materiallarında olan Məhkəmə-mühasibatlıq ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 9/5371 nömrəli rəyindən görünür ki, X15 tərəfindən biznesin inkişafına yönəldilən 298.600.00 ABŞ dolları məbləğində (298.600,00 ABŞ dolları X 1,70 = 507.620,00 manat) vəsait Cəmiyyətin rəhbərliyi tərəfindən Cəmiyyətin xəzinəsinə mədaxil edilməyib və nəticədə X11 yaranan borc öhdəliyi göstəriİməmişdir. Cəmiyyətin yoxlamanın əhatə etdiyi dövrün əvvəlinə yəni 30 noyabr 2018 il tarixinə xalis aktivi 4382.00 manat təşkil edib. Yoxlanılan dövrdə Cəmiyyətin rəhbəri Təqsirləndirilən şəxs kənardan biznesin inkişafı üçün 507.620.00 manat (298.600.00 ABŞ dolları) vəsait cəlb etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin biznesin inkişafı üçün Cəmiyyətə məxsus olan və cəlb edilən kapitalın həcmi 512.002 manat təşkil etmişdir. Cəlb olunmuş kapitalla şəxsi kapitala nisbətdə xüsusi çəkisi 94% təşkil etmişdir. Göründüyü kimi, cəmiyyətin 3 il ərzində dövriyyəsi 3.070.304.00 manat təşkil edib və nəticədə həmin dövr ərzində cəmiyyətin mənfəəti 470.183.00 manat təşkil edir. Bundan başqa, qərarın təsviri əsaslandırma hissəsində göstərilənlər və hazırki rəyin təsviri hissəsində qeyd edilənlər nəzərə alınmaqla Zərərçəkmiş şəxs2 almış olduğu 314.000 ABŞ dolları, Zərərçəkmiş şəxs3 aldığı 35.000.00 manat, Zərərçəkmiş şəxs4 aldığı 37.000.00 manat, Zərərçəkmiş şəxs1 aldığı 381.000 ABŞ dolları məbləğində pul vəsaitlərinin müəssisənin fəaliyyətində istifadə etməsini müəyyən etmək mümkün olmamışdır. (cild 5, iş vərəqə 249-255) İş materiallarında olan xx.xx.2021-ci il tarixli götürmə və baxış protokolundan görünür ki, üzərində PRİNCO SCD-R 700 MB/80 Min markası olan, ağ rəngli 1 ədəd CD diskdəki 04 ədəd “whatsapp” səs faylına baxış keçirildikdə aşağıdakılar müəyyən olunmuşdur: Belə ki, 21 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Maqsud Xəlilova səslə göndərdiyi danışıqları aşağıdakı məzmundan ibarətdir: Doxdur, bir daha salam, necəsən, qardaş, nə var, nə yox? Doxdur sənlə 2-3 dəfə danışmışıq, həm telefonla bir də görüşdük. Axı mən sənə izah elədim ki, vəziyyət nə yerdədir. Mən bu ki, nədi axı vəziyyəti zadı nəzərə almıram qardaş, qurban olum, sənə bacardığım nə var onu edirəm eləmişəm indi də eləyəcəyəm. Bu, Hindistandan gələn malın vaxtı keçmişdi. Qurtarıbdı Hindistanın malı hamısını vermişəm gedib. 12 tondu nə qədərdir. Mən ofisə də gedə bilmirəm. Ofisi də bağlatmışam arenda götürmüşdüm da sənə demişəm. Sənədləri götürəcəyəm. Mən də 23-ə kimi karantindəyəm. Nə isə qardaş bizim işimiz bu vəziyyətdə. Bu çətin vəziyyətə baxmayaraq əlimdən gələnin hamısını eləmişəm edəcəmdə, bu mənim borcumdur, bunu nə sənin mənə deməyin lazımdı ya kimsənin deməyi lazımdır. Qalıb orda sümüklü ət. Sümüklü əti danışmışam, 100 faiz onu götürəcəklər. Qaldı orda qoyun ətləri nəbilim nə varda, onları da bidənə nümunə vermişəm, sənə dediyim qaydada da, ondan da cavab gözləyirəm. Zəng vurmaq istəmirəm ki, şey olmasında qiymət şeyləməsin söhbəti. Bunlar hamısı fərqli şəkildə edirəm, problemimiz yoxdur. Sadəcə olaraq, bu vəziyyətdə bizim gətirdiyimiz mallar şadlıq evləri üçündür, restoranlar üçündür, kafelər üçündür. Bunların da hamısı bağlıdır. Bu 7 ayda bağlıdır, işləmirlər, amma buna baxmayaraq ketrikləri məsələn 2-3 dənə ketrikimiz vardı rahat mal götürürdülər. Buna baxmayaraq hindistan malını qurtarmışam vermişəm, heç zəng də vurmuram, pulu indi nə vaxt verəcək neyniyəcək onu mən ayın 25i zadı zəng vuracıyam. Özü bilirdi ki mən Ukraynadan zəng vurmuam. Sümüklü ətdi onu da 100 faizdi götürəcəklər. Da indi əməlli-başlı, yüksək səviyyədə söz veriblər problem yoxdur. Nümunəsini də göndərmişəm. Bidənə qoyun ətinin də nümunəsi göndərmişəm, cavab verməyiblər. Hamı bilir 3 ton, 1 ton, 500 kilo elə mal yoxdur, satışı yoxdur. Mən hamısını süpürüb o qaydada verirəm. Malların vaxtı keçmiş qurtarıbdı, sənədlə qurtarıb, üstündə yazılan şeylə qurtarıb. Nə isə. Onun sizə aidiyyatı yoxdur bizdən soruşan da yoxdur. Qaldı bu. Orda pullar, sənlə dekabr ayında görüşmüşdüm də qardaşım, ordan gələn pulla mən sənə demişdim ora pul göndərmişdim dekabr ayında, onun da üstünü düzəltdim yanvar, fevral, ayı bir də marta ayı da martın axırı zadı bilmirəm aprel sənədə baxmamışam, Aprel ayıdır deyəsən. 100000 dollarlıq da o mal gətirdim çıxartdım çünki pulum Ukraynada qalmışdı. Mənim pulum şeydə bankda qalıb Əmrah bankda bunların sizə, sənə, heç birinə, heç kimə aidiyyatı yoxdur mənim qardaşım. Bu çətinliyə baxmayaraq, bu vəziyyətə baxmayaraq mən özümə sığışdırıb görürsən sənə demirəm ki, belədi, vəziyyət belə oldu. Mən fürsətcil adam deyiləm. Bunların hamısı həll eləmişəm, edəcəyəm də, qurtaracam da. 1-ci Abbas gilin ana pulları nədi onları düzəldib verməyi qarşıma qoymuşam ki, Vəziyyət belədir. Sənə dediyim qaydadadır. Özü də bir az da başım qarışıb, gələn gündən də çıxa bilmirəm, 23ü, 24ü sənəd alıram görüşümü aparım görüm nə edirəm. Da orda elə bir sıxıntı yoxdur. Hamısı vermişəm, bir dənə Vreska qalıb. Vreska da şey üçündür nədi axı restoranlar üçündür. Bunu restoranlar götürürlər ancaq bunu başqa heç kim götürmür. Orda 95 qutudu, 100 qutudu nədisə orada qalıb sənədlə. Vəziyyət belədir. Hamısını yerləşdirmişəm. Bir dənə qalıb qoyun, qoyunun da nümunəsini vermişəm, onun da cavabın gözdüyürəm, Onu da skladı təmiz boşaltmaq istəyirəm nola çıxartmaq istəyirəm, pulunuzu düzəldib vermək istəyirəm. Qardaşım axı bunu mən sənə dedim, 1-2 dəfə demişəm bunu sizə vəziyyət budur. Bunları da danışmışam verəcəm gedəcək, narahatlığa əsas yoxdur. 2-ci faylda olan səs danışıqları 16 avqust 2020-ci il tarixdə olmuşdur: Salam axşamın xeyir doxdur necəsən? Nə var nə yox? Doxdur, bu axırıncı gələn maşın idi. O vaxt mən Ukraynada idim, o vaxt göndərmişdilər mənə, göndərdim sənə. Deyəsən gömrükdə açıblar, belə elə, nə isə bu problem deyil. Ən əsası oldu ki, mal gəlib, sən də keçən dəfə irad elədin mənə 1-2 dəfə dedin. Dedin Azər bunu niyə gətirirdin iyun ayıdı mənə də deməmişdin. Mən də dedim axı, deyəsən demişdim, bilmirəmdə yadınıdan çıxıb ya nəisə sənə izah elədim keçən dəfə ki, problem idi o kombinatda ilişmişdi izah eləmişəm onu sənə necə oldu ilişdim, belə. Ona görə başqa heç bir şeyə görə yox. Çünki məndə mal da çoxdur. Bu dəqiqə də ostatka da çox idi. Mən məcbur oldum getdim. Elə o bankda qalsaydı, bank da Əmrah bankda idi. Əmrah bankdan silinəcəkdi heç o pulu illərlə ala bilməyəcəkdim. Çünki bir maraqlan özün də bax gör bankda batan pulu almaq mümkündür ya almaq qeyri mümkündür. Nəisə söhbət ondan getmir. Bu təsadüfən ilİşdix imə görə orada getdimda sənə izah eləmişəm bir də onu qayıdıb söhbət eləmək istəmirəm. Bu bir. İkincisi dokdur o keçən dəfə sən mənə dedin qardaş burdaydı həqiqət də baş qarışıq idi. Belə bir hadisə olubdu yubanıram sonra 3 idi 4 idi gəldim, sən durmuşdun Abbas danışırdı nəisə. Bir az mənim xətrimə dəyir belə şeylər həm qəbul edə bilmirəm doxdur. mən onu qardaşa görə vəziyyət baxmayaraq dar oldu gəldim sənə də yoldan zəng vurdum dedim ki, qardaş burdadır, gördüm nəsə narahatçılıq var. Nəyə narahatçılıq var mən özüm bilmirəm, sənlə də şeylədim deyə bilmədim nədi telefonla da danışmışam sənlə. Dedim doxdur mən başa düşmədim sizin bu adamların fikri nədi? Vəziyyət belə vəziyyətə gəlib düşdü ki, bu məndən asılı olmadan belə oldu. 7 aydı, 8 aydı bütün təşkilatlar bağlıdır, adamlar bayıra smslə çıxırlar, hər yer bağlıdır. Buna baxmayaraq doktor mən hindistandan gələn mal qalmışdı - 10 tona kimi malı, 10 ton olardı, onu satdım Ukraynada ola ola. Bunların hamısını xahiş minnətlə. Mən şey demək istəmirəm. Bu mənim borcumdu da satılmalıdır. Bir də bu sümüklü qalmışdı, onu da mən demişdim, mənə görə sən sağ ol etibar elədin göndərdin, ətə vurdum gəldi. Bu da şadlıq evləri üçün idi. Mən şadlıq evlərinə hardasa təzə başladım verməyə bu şey ayında dekabr ayında - bu noyabr ayında gəlmişdi. Noyabr, dekabr ayında şeydə yanvar, fevral ayı ümumiyyətlə iş olmadı. Mən nəzərdə tutmuşdum ki aprel ayına, may ayına qurtaracam. Bu vəziyyətlə əlaqədar hər şey dayandı, olmadı. Amma buna baxmayaraq, çətin vaxtda mən onların hamısını təşkilata verdim, indi bu söhbət bilirsen nədən gedir? Uşaqlar o günü sən də gəlmişdin orda o sklad sovetin vaxtından olan sklatdı, köhnə adamlardır əksəri Bakı kəndlərindəndi. Bir az orda yaxşı alınmadı. Bilirsən nətəri adama orda deyərlər Azər, haqq hesabınız var gedin qıraqda haqq hesabınızı eləyin. Mən də başa düşürəm ki, mən də istəyirəm baxsınlar, rahat olsunlar, görsünlər ki, mal həqiqətən ordadır. Amma orda səs küy yaratmaq nəbilim bir az elə bil ki, oğru tutublar, mən belə başa düşdüm da, nəsə axtarırlar, istintaq altındayam ya nədi. Nəsə mən hiss edirəm ki, bunlar priçina axtarır, nəsə priçina axtarırlar ki, ondan yapışsınlar. Şəxsən məni qardaşın yanında məni başıaşağı eləsinlər, nəisə. Qardaş, qurban olum sənə, mən sənlə danışmışdım, sabah da gedib baxsınlar amma səndən xahiş edirəm uşaqlara denən ki, rahatca girsinlər saysınlar çıxsınlar. Orda bizim satış adamlarımız var, işçilər var, problem şey olmasın da ki, bunlar kimdilər lap nə problem yaradırlar orda. Mənim üçün şey olar, problem olar. Saysınlar rahat şəkildə çıxsınlar, sonra da sən gəl oturaq söhbətimizi eliyək qardaş. Hansı variantda? hansı qaydada? Hansı sizin üçün xeyirdi nədi? aktlaşdırım, lazımsa təhvil verib, qutarsın getsin. Bizim bu söhbət, bizdə söz var ki, krant başında arvadların dediqodusuna oxşuyur. Mən də o səviyyəyə enmək istəmirəm. Sən də məni onsuz tanıyırsan cavanlıqdan, uşaqlıqdan hamımız bir yerdə böyümüşük də, mən məsələn sən bilirsən yaxşı alınmır, mən istəyirəm hörmətlə qutaram. Mən istəmirəm ki, qardaşın adını çəkmək istəmirəmdə, qardaş hardasa sabahısı günü məni görəndə ya belə hamımız bir birimizi yaxşı tanıyırıqda. Belə pis alınmasın. Bu mənim üçün heçdatdı, qardaş birdənə nə iynə sənə demişəm iynə ucu qədər bir deşik açıldı burada Bakı şəhərində, mən o şəraitdə mal vermişəmde, bunları da verəcəm qurtaracam artıqlaması ilə nola-nol olacaq, at quyruğu olacaq. Mən heç kimlə 5 manatın, 10 manatın pul söhbətini eləmirəm, mən kitabı yazıram kim olur olsun qarşımda, hərə öz Allahı ilə, kitabı bağlıyıram qurtardı getdi. Amma sizdən xahiş edirəm dokdur. Bəlkə sən, qardaşıma da deyəsən ki, bu şey olmasında hörmətsizlik eləməsinlər. Mal da, orda həddindən artıq çox mal var özün də bilirsən, sənə də demişəm. Problem yoxdu istirsən, sən özün get, özün çıx, özün bax sənə bir az etibarım var, ağsaqqal kişiyikdə oturub söhbət edirik. Məni uşağın uşaq belə cavan baxmada, hərənin öz şeyi həddi var. Mən də görüşmək istəmirəm, deyirəm yaxşı deyildə birdən özümdən çıxaram cavan uşaqdı nəsə söz deyərəm belə-elə bu yaxşı alınmaz. Qardaş qurban olum sizə, sənlə danışdım qaydasında hər şey yolunda gedirdi. Razılaşmışdıq ki, mart ayında bu məsələni yekunlaşdıraq. Mən nə bilim ki Mart ayında vəziyyət gəlib bu günə kimi bu vəziyyətə çatacaq. Amma buna baxmayaraq, mən o hardasa 15 ton 800. 16 ton 26-30 ton malı bir dəfəyə vermişəm. Bax orda mallar var - vaxtı keçmiş mallar var. orda mallar var açıq mallar var. kisələrə dolub, ora dolub. Bunun sizə heç bir aidiyyatı yoxdur ki. O Hindistan malının hamısı satmışamda. dəqiqədə şəkil çəkib göndərirdiz ki, bunun burası belədi adı açılıb yerə tökülür. Çıxıb baxırlar. Orada hər hansı bir 1 kilo qırıntı tapıblar? Tapmayıblar. Hamısını vermişəm, gedib, xeri süpürmüşəm yığmışam meşoğa satmışam. Mən 3 gündü bu işin içində deyilem, 25 ilə yaxındır ki, bunun içindəyəm, hazırda da işləyirəm. Mən də sənə dedim ki. qardaşım, qıraqda-bucaqda orda mallar çoxdur. Nə gələcək Pul sizə çatacaq, sizə verəcəyəm. Mən sizinlə hörmətlə ayrılmaq istəyirəm. Qardaşım Hörmətlə, ayrılmaq istəyirəm. Sizdən xahiş edirəm, mən görürəm siz şeyə tərəf gedirsiz. pis tərəfə münasibəti korlamaq mən görürəm. Hiss edirəm qardaşımsan, sabah gedib baxın, qoşunla getməyin, sizdən xahiş edirəm. Girsinlər baxsınlar, saysınlar çıxsınlar, sənə də desinlər, sonra da oturaq, üzbəüz söhbət eləyək, orda artıqlaması ilə mal var. indi dünən gedib elədiz qardaş, o malı mən satırdım. Onlar elə bilirdi ki, mal mənimdi. İndi mən o tərəfə çətin keçəcəm, o duracaq orda o qaydada. Yaxşı alınmıre mən sənə indi oturanda da söhbət edərəm həm də açıq şəkildə. Orda o qədər nüanslar var ki, onları izah eləmək istəmirəm. Bu, burada problemli bir şey yoxdur. Adam ondan narahat olar ki, nəsə şey getdim, nəsə yoxdur, belə-elə. 8 aydır iş görülmür Bakıda. İndi bir az açılan kimi mən 1 aya, 2 aya bunların hamısını verəcəyəm, indi nə pul da gəlir, kimindi mal orda nədi necədi? Qardaş o malların hamısı sənindi yeri gələndə məsəlçün deyirəm. Nə çıxır ordan hamısı sizə gələcək. Sizlə mən rahat qardaşımsız ortaya sən ağsaqqal kişisən, cavanlar nəisə ad çəkmək istəmirəm rahatçıhqla bu məsələni yekunlaşdıraq qutarsın, şey olmasında aramızda sərinlik olmasın, qardaşımsan. İstirsən sabah sən özün də get bax gör elə ürəyin necə istəyir o qaydada da həll olunacaq. Onu mən həll eləyəcəyəm qurtarıb gedəcək. Nəsə fikrin olsa sabah da zad da görüşərik. Oldu qardaş sağol var ol. Qardaşa da salam de. İmkanın olsa zəng vursan mənim adımdan de. Denən Azər dedi ki, orda heç bir narahatçılığa, onun bir dənə qara senti mən tərəfdən, mən götürdüyüm tərəfdən bir qara sentinə də şey olmayacaq. Hamısı rahat şəkildə qardaşa çatdırılacaq mən tərəfdən. Çünki orda problem yoxdu, imkan olsa Allah imkan versin, 1 ay, 2 ay nəsə boş əvvəlki kimi normal şərait düşən kimi mən onu həll edəcəm. Oldu qardaş. Səndən də xahiş edirəm doktor, sakitçiliklə qoşunla getsin, kimi göndərirsiz göndərin girsin, saysın, baxsın, çıxsın gəlsin yazsın sənə təqdim eləsin. Day orda bu karopka ət toyuq karopkasının içindədir, nə bilim nədədir. Qardaş sən orda o boyda mallar görmüşəmdə məndə düzdü? hər cür mal. Mən orda 1 kq Hindistandan o qədər mal gəlibde indi qalan bilmirəm nə qədər qalıb hesablanırsınız. 1 kq orda gedib baxıblar, yerdə bir şey görməyiblər. Düzdü? rahat ol, doxdur, mənim adımdan da qardaşa Salam denən, sizdən də xahiş edirəm ki, bunu hörmətlə bizə yaraşmaz da. Mən məsələn şəxsən utanıram. Biri var nəsə var, biri də heçnə yoxdu, heç nə yoxdu da. Heçnədən mən görürəm ki, nəsə siz elə bil ki, narahatçılıq törətmək istəyirsiniz. Siz istəyirsiz mən sizə qarşı gəlim qurban olum sizə. Bir otur fikirləş oldu? öpürəm sağol varol. 3-cü faylda olan səs danışıqları 16 Noyabr 2021-ci il tarixdə olmuşdur. Doktor Salam, sabahın xeyir, özüm zəng vurmadım ki, birdən işdəsən də başın qarışıq olar rahat danışanmarıq ona görə səs göndərirəm sənə. Doxdur. Vəziyyət belədir, qardaşım mən o sənədə qol çəkməklə mən elə bil ki, nəyə görəsə vaxt udmaq istəməmişəm. Hesablamışam ki, burdakı bu oğraşlarla pulu müddət ərzində heç olmasa ala bilim, neçə gündü də bunların üstündən neçə gün deyile, o vaxtdan başlanan bir aydı da tutaq ki. Mən hələ bunlardan bir nəticəyə gələ bilməmişəm. 1-i deyir ayda 500 verib biri deyir nəbilim neyniyir mən bunu tənzimləmək istəyirəm. İstəyirəm ki, bunlar tənzimlənsin sonra mən bunu bir aya zada ay yarıma elə hesablamışdım bu qaydada. Ona görə sənlə görüşməyimin məqsədi var idi. Bax bu bir. 2-cisi Mən yer götürmüşəm? Sabah Müdafiə Nazirliyinə nümunə verirəm. Mən bu neçə aydı 2 ay bundan qabaq işin üstündəyəm 2-3 aydır. Bir də Azərsuna verəcəm. Böyük partiyadı başım da ən çox qarışıb ora. Mən altı bazar orda olmuşam, bir dəqiqə də vaxtım yoxdur. Onda hesablamışam ki, mən burdan da bunları bu qaydada yığım bir aya, ay yarıma, bir də mən orada, bir ay, ay yarıma indi 10- 15 gündən sonra mən böyük partiya verməliyəm. Mən də orda nəyim var. yığım yığışdırım bu pulun üstünü düzəldim ortaya heç olmasa çıxartmasam çıxartmasam fikrimdə 150000 dollar mənim fikrimdə alınmalıdır ortaya gəlməlidir 200000"dir məsəlçün. Onu da doktor başa düşər 50000"i də indi 5 günə, 10 günə nəsəda indi o da öz şey idi. Əsas odur ki, əlimdə işim var. Mənim indi ən çox narahat eləyən burdakı bu alçaqlardı. Sən onları görməmisən, sifətinə baxırsan nəsəda belə. Qardaş bax, elə mən məcburam ordan o işimi buraxıram gəlirəm burda bunlarla indi bu C əl i i gedibdi Ukraynaya 2 günə gəlməlidir. Onlara mən dedim ki. mənim bu adamlarla işim yoxdur. Birbaşa neyirsiz eləyin gedin bu pullan gəlirin, camaatın pulu verilməl idi. Ona görə mən bunu bu qaydada nəzərdə tutdum ki. verməyə gücüm çatacaq. Əlimdə də işim var. Mən indi sabah istəyirdim bugün ona görə sənlə görüşəm bu dərdi deyəm ki bil sən də işin içində ol asan da biləsən ki. vəziyyət belədir. Mən sabah rayona gedəcəyəm, oradan nümunə göndərməliyəm bura dediyim qaydada özüm hazırlamalıyam ki nümunəni təsdiq olunsun. Ümumi vəziyyət belədir. Mən də deyirdim ki. bəlkə bütün bunların hamısını yekunlaşdırıb qrafikə salım tənzimləyim təhvil verim bu Abbas gilə ya sizlərə. Orda da hardasa bir altı tona kimi mal qalıb o da baş ətidi nədi belə. O da şeydədi kisələrdədi mən bilirəm ki uşaqlar onu sata bilməz. Mən bir ikisinə tapşırmışam ki, yavaş yavaş onları da götürsün həll eləsin. Obşilikdə hardasa elə bil 100000 dollar belədi 100000 dolları da mən üzərimə götürmüşəm ki, bu 2 aya dediyim kimi çatdırım verim. Məndə də burda iş başlayacaq yəqin ki, 10 gündən sonra dekabrda mal verməliyəm. Nəisə. Vəziyyət budur doktor. Bunu izah eləmək istədim ki, burda ən çox sıxıldığım yer buradı. Onları da belə çətinliklə bilmirəme deyələr ki, qalmışam belə belə gücüm nəyə çatır o qaydada edirəm. İndi alacam gec alacam, az alacam bilmirəm. Amma dedim mən bunları yığsam tənzimləsəm qrafıkə salsam, siz razılaşarsız dolları verim təhvil sizə, yoxsa yox doxdur. Mən sabah olmayacam ona görə qardaşım. 4-cü faylda olan səs danışıqları 6 dekabr 2021-ci il tarixdə olmuşdur: Doxdur bir daha salam. Doxdur indi zəng vurmuşam, özüm də şey oldume nəsə. Bu, bazar günü gedib Naftalana sabah birisigün burda olacaq. Bu heç, borc almaq belədir. Qardaşım, mən sənə deyirəm bu səsimi də göndərərsən kimə istəsən. Ayın elə bil ki, bu gün ayın ortasıdır düzdü. 15-20 günə mən sizə sənə 30000 dollar özümdə yaranacaq. Sabah birisigün gəlsin, 1-2 gün də belə gedir. Mənim hər günüm şeylə keçirda belə. İnşaallah mənim özümdə olacaq. 3-4 gündü işə başlamışam, əlimdəki işə. Onları bu həftə verəcəm təhvil, pul keçəcək əlimə. Mən sizə elə bil ki, 20 gün nəzərdə tut ki, yalançı olmuyum. Ayın 25-nə kimi 30 000 dollar pul verəcəm. Yanvar ayı, fevral ayı da bu bağlanacaq. İndi bu, zəng vurdu, insandı onu da başa düşürəm indi o, bilmir axı mən ondan xahiş eləmişdim ki, 1-ci gün mənim işim var, pul keçirtməliyəm, yanvarda qaytaracam. İndi bu versə də, yanvarda bir də onu qaytarmaq var. Mən də ayın 20-nə kimi 20-25 arası 30 000 dollar pul verəcəni. Elə 100 faiz bir şey yoxdu, inşallah özümdə yaranır bu. 4-5 gün olar işə başlamışamda, ancaq sənədləşmə nəbilim nə. Belədi vəziyyət. Bax zəng vurmuşam Allaha and olsun, vicdan haqqı deyir Naftalandayam, dünən gəlmişəm, sabaha birisi günə Bakıdayam. Bax belə. Gözlə, gözlə axırda zəng vurdum, özüm nəsə. Söz yox o, bilmir axı mən borc alıb borc verirəm. Bu qaydada ayın 25-nə 30 000 dollar pul verəcəm yanvar ayı fevralın dediyim kimi o pulu bağlayacam özümdəki olanı Allahın köməkliyi ilə inşallah heç nə olmaz. Bundan başqa 3 vərəqdən ibarət olan torpağa məxsus çıxarışa baxış zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarış Abşeron rayonu Məhəmmədi kəndində yerləşən torpaq sahəsinə aiddir. Bundan başqa 1 vərəqədən ibarət əl yazmaya baxış zamanı müəyyən edilmişdir həmin əlyazma aşağıdakı məzmundadır: Mən (yəni, Təqsirləndirilən şəxs) Maqsud Xəlilovla başladığım işə (bizneslə əlaqədar) hissə-hissə nəğd şəklində (2019-cu il noyabr ayında) 298.600 ABŞ dolları almışam. O cümlədən həmin pula Ukraynadan donmuş ət və toyuq məhsullarını Azərbaycana idxal etmişəm. Xəlilov Maqsudla razılığa gəlmişdik. 2020ci ilin mart ayının sonuna bu vəsait tam şəkildə ödəməyi üzərimə götürmüşdüm. Lakin mövcud olan Covid 19 xəstəliyinin yayılması ilə əlaqədar olaraq ana pulu qaytara bilmədim. Bütün bunları nəzərə alaraq bildirmək istəyirəm ki. 10 fevral 2022-ci il tarixinə kimi 200.000 ABŞ dolları X11 qaytarmağı öhtəmə götürürəm. Əgər göstərdiyim tarixə kimi həmin pulu (200.000 ABŞ dolları) qaytara bilməsəm məsuliyyəti Öz üzərimə götürürəm. İmzamla təsdiq edirəm. İmza Təqsirləndirilən şəxs. 01 noyabr 2021-ci il. (cild 1, iş vərəqə 162-203) İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazma ilə yazılmış iltizamın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 190.000 ABŞ dolları məbləğində borcu olduğunu və həmin məbləği yaxın zamanlarda qaytaracağına söz verməklə öhdəlik götürmüşdür. (cild 1, iş vərəqə 20) İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən xx.xx.2022-ci il tarixdə daxil olmuş 29.03. 2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin Gömrük Bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumatların xx.xx.2018-xx.xx.2018-ci il ərzində idxal 428.809,61 ABŞ dolları məbləğində dondurulmuş mal və quş ətinin idxal olduğu qeyd olunmuşdur. 2019-cu il papkası açıldıqda xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək 534.830,64 ABŞ dolları, 2020ci ildə xx.xx.2020-xx.xx.2020-ci il ərzində 299.097,43 ABŞ dolları, 2021-ci ildə 74.880,00 ABŞ dolları məbləğində idxal və ixrac əməliyyatları haqqında məbləğ olduğu müəyyən edilmişdir. (cild 3, iş vərəqə 144-156) İş materiallarından görünür ki, “Amrahbank”-da açılmış N6-7249679-1 hesab nömrəsindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək manatla xx.xx.2019-800, xx.xx.2019-cu ildə 8705, xx.xx.2019-19798, 03.2019-1.000, xx.xx.2019-10.000, xx.xx.2019-1500, 6.05.2019-1500, xx.xx.2019-4926, xx.xx.2019-29.100, xx.xx.2019-9.000, xx.xx.2019-6.000, xx.xx.2019-2.000, xx.xx.2019-1.000, xx.xx.2019-12.000, xx.xx.2019- 2500, xx.xx.2019-2.000, xx.xx.2019-20300, xx.xx.2019-1.000, xx.xx.2019-6.700, xx.xx.2019- 500, xx.xx.2019-800, xx.xx.2019-9829, xx.xx.2019-10.000, xx.xx.2019-1.000, xx.xx.2019-30.000. xx.xx.2019-7.000, xx.xx.2019-600, xx.xx.2019-20.000, xx.xx.2019- 3.000, xx.xx.2019-500, xx.xx.2019-4.000 manat olmaqla, 233.460 manat (135.000 ABŞ dolları) məbləğində nağd pul çıxarılmış, xx.xx.2019 cu ildə 865.40 manat, xx.xx.2019-cı ildə 538.15 manat, xx.xx.2019-cu ildə 865.40 manat, xx.xx.2019-cu ildə 865.40 manat əmək haqqı ödənmişdir. (cild 4, iş vərəqə 183-193) Həmçinin, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin Başa-bank hesabından xx.xx.2020-30.000, xx.xx.2020-30.000, 01.092020-30.000, xx.xx.2020-10.000, xx.xx.2020- 10.000, xx.xx.2020-10.000, xx.xx.2020-28300, xx.xx.2020-1700, xx.xx.2020-30.000 manat olmaqla ümumilikdə 180.000 manat (105.880 ABŞ dolları) nağd formada pul çıxarılmış, xx.xx.2020-2531.90, xx.xx.2020-1367.89, xx.xx.2020-6253.45, xx.xx.2020-8872.15, xx.xx.2020-1281.09, xx.xx.2020-9079.87 manat olmaqla ümumilikdə 29.386 manat (17.285 ABŞ dolları) kredit ödənişi edilmişdir. xx.xx.2020-1365.30, xx.xx-2020-2501.40, xx.xx.2020-713.25, xx.xx.2020-1430.65, xx.xx.2020-237.50, xx.xx.2020-1500.00, xx.xx.2020-237.75, xx.xx.2020-250.00, xx.xx.2020-140.00, xx.xx.2020-751.16. xx.xx.2020- 237.75, xx.xx.2020-300.00, xx.xx.2020-800.00, xx.xx.2020-500.00, xx.xx.2020-700.00, xx.xx.2020-200.00, xx.xx.2020-488.03, xx.xx.2020-2034.00, xx.xx.2020-200.00 manat olmaqla həmin ilə aid ümumilikdə 16.347.67 manat əməkhaqqı ödənilmişdir. (cild 4 iş vərəqə 194-212) İş materiallarında olan xx.xx.2022-ci il tarixli müstəqil auditor rəyinin 10-cu bəndində qeyd edilmişdir ki, təqdim edilmiş malların bir hissəsi ilkin dəyəri ilə və ya daha aşağı qiymətə satılmışdır ki, bu halın da ilkin olaraq müvafiq dövrdə mövcud olan pandemiya şərtləri ilə bağlı olması kimi dəyərləndirilir. Lakin, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bu hala bazar qiyməti tətbiq edilərək vergilərin yenidən hesablanması riski mövcuddur. (cild 3, iş vərəqə 167-172) İş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMCnin Əmrah Bank ASC-də olan cari hesabından 10.000 manat vəsaitin çıxarılması Zərərçəkmiş şəxs4 etibar edilmişdir. (cild 4, iş vərəqə 64) İş materiallarında olan Bakı şəhəri 43 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli məktubundan və xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X11 1 il müddətinə etibarnamə verilmiş, etibarnamənin məzmununda "xxxx" MMC-nin ünvanına daxil olan bütün yüklərin və müşayiət edən yük sənədlərinin təhvil alınması, göndərilməsi və digər yük əməliyyatlarının aparılması, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, sənədləşdirmə və hesablaşma işlərinin həyata keçirilməsi etibar edilmişdir. (cild 5, iş vərəqə 241-242) İş materiallarından görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 06 may 2019-cu il və 11 iyun 2020-ci il tarixlərdə alqı-satqı müqavilələri bağlanmış, "xxxx" MMC Zərərçəkmiş şəxs1, "xxxx" MMC isə Təqsirləndirilən şəxs şəxsində təmsil olunmuşlar. (cild 4, iş vərəqə 221-222) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi, dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin (xüusilə külli miqdarda) əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlinin törədilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs1 məhkəmədə ifadə verən zaman "xxxx" MMC-dən 60.000 AZN borc aldığını, borc müqaviləsinin Təqsirləndirilən şəxsla aralarında olan biznes münasibətlərinə görə bağlandığını qeyd etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 onun təcili işi olduğu üçün Təqsirləndirilən şəxs 10.000 manat pulunu tələb etdiyini, Ziraat bankdan 10.000 manat məbləğində pul götürdüyünü, Təqsirləndirilən şəxs aybaay həmin pulu ödədiyini bildirmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, X30 İsmayılovun ofisinə gəlib, hər dəfə 40.000-50.000 manat pul götürmüş, o da soruşanda ət işindən qazancı olduğunu bildirmişdir. Eləcə də, Zərərçəkmiş şəxs4 Ukraynada ət kombinatı icarəyə götürdüklərini, sonradan bəzi işlər gördüklərini, buzxana tikdiklərini, 2 avtomobil ət məhsullarının ölkəyə gəldiyini, həmin məhsulların Təqsirləndirilən şəxs icarəyə götürdüyü buzxanaya yerləşdirildiyini, buzxananın icarə haqqının məbləğini bilmədiyini, Təqsirləndirilən şəxs dediyinə görə icarə haqqının 2000-3000 manat olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs Maqsud Xəlilov isə Təqsirləndirilən şəxs ona ət məhsullarını anbardan gəlib götürməsini təklif etdiyini, amma onun etiraz etdiyini bildirmişdir. Yuxarıda qeyd edilənlər onu göstərir ki, zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında bu və ya digər şəkildə iş birliyi olmuş, onlar birgə investisiya qoyaraq, gəlir əldə etmək niyyətilə birgə hərəkət etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs tərəfindən X11 1 il müddətinə etibarnamə verilməsi də, onların arasında iş fəaliyyətinin olmasını, Maqsud Xəlilovun özünün işləri idarə etmək üçün səlahiyyətlərə malik olmasını göstərir. Mübahisə edilməyən məqam ondan ibarətdir ki, bütün hallarda zərərçəkmiş şəxslər müxtəlif məbləğdə pulları Təqsirləndirilən şəxs ət məhsullarının ölkəyə gətirilməsi, satışı ilə əlaqədar vermişlər. Göründüyü kimi, həmin məbləğlər Təqsirləndirilən şəxs tərəfindən başqa sahələrə deyil, məhz ət məhsulları ticarəti ilə bağlı işlərə xərclənmiş və zərərçəkmiş şəxslərin bütün hallarda həmin fəaliyyətə nəzarət etmək, bəzi hallarda isə etibarnamə əsasında müdaxilə etmək imkanları olmuşdur. Digər məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qeyd etdiyi kimi ət məhsulları ilə bağlı iş fəaliyyətindəki zərərin yaranması məhz pandemiya dövrü ilə əlaqəli olmuş, məhsulların satışında çətinliklər yaranmışdır. Qeyd edilən iş fəaliyyətinin əhatə etdiyi dövrün isə həqiqətən də pandemiya və xüsusi karantin müddətini əhatə etməsi sübuta ehtiyacı olmayan ümumi məlum olan faktdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müstəqil auditor rəyinin 10-cu bəndində də qeyd edilmişdir ki, təqdim edilmiş malların bir hissəsinin ilkin dəyəri ilə və ya daha aşağı qiymətə satılması bu halın da ilkin olaraq müvafiq dövrdə mövcud olan pandemiya şərtləri ilə bağlı olması kimi dəyərləndirilmişdir. Təqsirləndirilən şəxs Maqsud Xəlilova səslə göndərdiyi danışıqlarından da görünür ki, o, görülən işlər barədə məlumat verərək, iş fəaliyyətində qarşıya çıxan problemlər barədə Maqsud Xəlilovu mütəmadi olaraq məlumatlandırmışdır. Eləcə də, 1 vərəqədən ibarət əl yazmada Təqsirləndirilən şəxs Maqsud Xəlilovla başladığı işlə əlaqədar hissə-hissə nağd şəklində (2019-cu il noyabr ayında) 298.600 ABŞ dolları aldığını, o cümlədən həmin pula Ukraynadan donmuş ət və toyuq məhsullarını Azərbaycana idxal etdiyini, mövcud olan Covid-19 xəstəliyinin yayılması ilə əlaqədar olaraq ana pulu qaytara bilmədiyini yazmışdır. Həmçinin, Təqsirləndirilən şəxs əlyazma ilə yazdığı xx.xx.2022-ci il tarixli iltizamda Zərərçəkmiş şəxs2 190.000 ABŞ dolları məbləğində borcu yarandığını etiraf etmiş, yəni, təqsirləndirilən şəxs hər hansısa məbləği ödəməkdən qərəzli şəkildə yayınmamış, boyun qaçırmamışdır. Cinayət işi üzrə Şahid8 ibtidai istintaq zamanı ifadəsində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, “Yaşıl ada-1” ünvanında yerləşən ofisinə gedərək orada onunla görüşdüyünü, həmin vaxt Rüstəmin ofisində olarkən Təqsirləndirilən şəxs adlı şəxslə telefonda danışıqlarının şahidi olduğunu, həmçinin, Təqsirləndirilən şəxsla Maqsud Xəlilovun və Zərərçəkmiş şəxs1 ofisində söhbətlərə şahidlik etdiyini qeyd etsə də, Şahid8 məhkəmə iclasında həmin söhbətləri sonradan Maqsud Xəlilovdan eşitdiyini, özünün birbaşa şahidlik etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Bu səbəbdən, Şahid8 ifadəsi iş üzrə hər hansı əhəmiyyət kəsb edən halları təsdiq edən sübut kimi nəzərə alınmamalıdır. Eləcə də, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1203/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC və Maqsud Xəlilova qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 60.000 manat pulun, hüquqi yardımla bağlı vəkilə ödənilən 500 manatın və mediasiya sessiyasında iştirak etmək üçün ödənilən 400 manatın və X3 dəymiş ziyanın əvəzi olaraq 175.000 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmiş, iddia qismən təmin olunmuş, 60.000 manat məbləğində pulun, 400 manat məbləğində mediasiya xərcinin, 500 manat hüquqi yardımla bağlı vəkilə çəkilmiş xərcin "xxxx" MMC-dən tutularaq, "xxxx" MMC-ə ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qeyd olunan kommersiya xarakteri daşıyan məhkəmə mübahisəsi hazırki cinayət işi ilə birbaşa əlaqəli olmaqla Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxslər arasında olan münasibətlərin cinayət-hüquqi xarakterli olmamasını, mülki mübahisə xarakteri daşımasını təsdiq edən faktlardandır. Məhkəmə gəldiyi nəticələri, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətəuyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Yuxarıda qeyd olunan Plenumun 3-cü bəndində qeyd edilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmamaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. X20 5-ci bəndinə əsasən, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. X20 27-ci bəndində qeyd edilmişdir ki, əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər cinayətlərdən ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kini aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi. - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakınin (əmlaka olan Hüququn) çıxış etməsi; - Mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. - Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi. Talama cinayətlərindən sayılan dələduzluq CM-nin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Bu səbəbdən əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmadıqda və yaxud şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə, onun belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyinəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Hətta, zərərçəkmiş şəxsin maddi zərər görməsi təqsirkarın kriminal xarakterli niyyət və məqsədləri ilə bağlı olduqda belə, müstəsna olaraq bundan çıxış etməklə CM-nin 178ci maddəsinin tərkibinin mövcudluğu barədə mühakimə yürütmək düzgün deyil. Çünki, yuxarıda təsvir edilmiş talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərdən və CM-nin 178.1-ci maddəsinin dispozissasından irəli gələn mənaya görə, söhbət özgə əmlakının ələ keçirilməsində ifadə olunmuş dələduzluq cinayəti üzrə ittihamından gedirsə, təqsirkarın zərərçəkmiş şəxsin mövcud olan əmlakını ələ keçirməsi (mövcud əmlak kütləsindən hansısa hissəsini ayırıb özünün və yaxud üçüncü şəxsin nəfinə keçirməsi) tələb olunur. Belə (əmlakın ələ keçirilməsi ilə bağlı) dələduzluqda zərərçəkmiş şəxsin maddi zərər görməsi onun gözlənilən artımı, qazancı almamasında deyil, mövcud olan əmlak kütləsinin ələ keçirilmiş əmlak hesabına azalmasında (malik olduğu əmlakdan məhrum edilməsində) ifadə olunmalıdır. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X21rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə hökmü haqqında AR Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Beləliklə, məhkəmə tərkibi tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ət və ət məhsullarının idxalı və satışı ilə bağlı zərərçəkmiş şəxslərdən aldığı ittihamda qeyd edilmiş pul vəsaitlərinin geri qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti, eləcə də, fors-major halla – “Covid-19” pandemiyası ilə əlaqədar olmuş, Təqsirləndirilən şəxs özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməmişdir. Məhkəmə tərkibi, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini və iş materialında olan digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə bəraət verilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilərək, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (cild 2, iş vərəqə 220-225) İş materiallarında olan 25 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 3, iş vərəqə 112) Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə hökmü haqqında AR Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Odur ki, bəraət hökmü AR CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla çıxarıldığından, X15 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat pul dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. X15 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat pul dövlət büdcəsinə aid edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-110/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-110/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver