Məhkəmə qərarları › İş №1(101)-110/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-110/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-110/2025 28.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X11 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və onun nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 13 saylı Vəkil Bürosunun Vəkili Nümayəndə2, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Femida” Vəkil Bürosunun Vəkili Nümayəndə1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Tovuz rayonunun Çeşməli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əmək fəaliyyət ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 işgüzar va şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam va etibarını qazanmış, xarici dövlətlərdən armatur gətirib Azərbaycan Respublikasında satmaqla əldə edəcəyi qazancdan ona böyük məbləğdə xeyir verəcəyi ilə bağlı uydurma vəd verib, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda Zərərçəkmiş şəxs4 aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla, ilkin olaraq 2019-cu ilin oktyabr ayında ünvan 3 ünvanında yerləşən metronun “Nəriman Nərimanov” stansiyasının qarşısında milli məzənnə ilə 47600 manat təşkil edən 28000 ABŞ dolları pulu, bundan sonra xx.xx.2019-cu il tarixdə eyni ünvanda milli məzənnə ilə 51000 manat təşkil edən 30000 ABŞ dolları və xx.xx.2019-cu il tarixdə eyni ünvanda milli məzənnə ilə 42500 manat təşkil edən 25000 ABŞ dolları və sonuncu dəfə 2020-ci ilin mart ayında ünvan 5 ünvanın qarşısında milli məzənnə ilə 77000 manat təşkil edən 45235 ABŞ dollar olmaqla ümumilikdə ona məxsus milli məzənnə ilə 218000 manat təşkil edən 128235 ABŞ dolları pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 X20 zabit kimi işə qəbul etdirəcəyinə dair yalandan vəd verib aldadaraq, 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 62 ünvanında yerləşən “Azalea” otelində ondan 55000 manat məbləğində pulunu alıb ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs2 X20 zabit kimi işə düzəldilməsi məqsədi ilə ona vermiş olduğu 55000 manat məbləğində pulunun geri qaytarılmasını israrla tələb edəndə, o, Zərərçəkmiş şəxs2 pulu işin həll olunması üçün X22 verdiyini, sonuncudan pulu ala bilmədiyini, həmin məbləğin 55000 manatının ondan prokurorluq əməkdaşının köməkliyi ilə ala biləcəyini, buna görə prokurorluq əməkdaşına 25000 manat verməli olduğu barədə yalan məlumat verib inandıraraq, Zərərçəkmiş şəxs2 2021-ci ilin iyun ayının 13-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində 25000 manat, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 7 ünvanda yerləşən evinin qarşısında Zərərçəkmiş şəxs2lə görüşərək prokurorluq əməkdaşına əlavə 10000 manat da pul ödənilməli olduğunu, tələb olunan pulun verilmədiyi təqdirdə onun barəsində rüşvət verməyi ilə bağlı cinayət işinin başlanacağı barədə həqiqətə uyğun olmayan məlumat verib, təkrarən onun etibarından sui-istifadə etməklə qeyd olunan məbləği ondan alaraq, ümumilikdə 35000 manat məbləğdə pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçiriərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 tikinti materialları olan armatur-dəmir məftilin alınması və pulunu ödəyəcəyi barədə onunla razılaşdıqdan sonra, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda, yəni 163500 manat məbləğində dəmir məmulatlarını Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evinin həyətindən yük avtomobillərinə yüklətdirib aparmaqla ələ keçirmiş və nəticədə Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 10 noyabr 2022-ci ildə Zərərçəkmiş şəxs3 Niftah oğlundan dəyəri 38400 manat dəyərində 32 ton çəkidə tikinti materialı olan dəmir məftili Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 saylı məhəllədə yerləşən “Dərnəgül” tikinti materialları bazarında alaraq pulunu 10 gün ərzində ona tam ödəyəcəyinə dair yalandan vəd verib aldatmaqla qeyd olunan əmlakı ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 təxminən 2019-cu ildən tanımış, sonuncu ona hissə-hissə pul vermiş, birlikdə “armatur” alveri ilə məşğul olmuş, əldə edilən qazancdan Zərərçəkmiş şəxs4 ödənişlər təqdim etmişdir. Zərərçəkmiş şəxs4 pulu hissə-hissə yəni, 28000 dollar bir, 30000 dollar bir, 40000 dollar bir, 9000 manat bir almışdır. Verilən pulların müqabilində Zərərçəkmiş şəxs4 81000 manat məbləğində pul vermişdir. O, Zərərçəkmiş şəxs4 pulları alarkən ona şəxsiyyət vəsiqəsini vermiş və sonuncunun ona verdiyi müəyyən sənədi imzalamışdır. Həmin sənəddə pulun qaytarılma tarixi də qeyd olunmuşdur. Sənədlər notarial qaydaya riayət edilmədən öz aralarında razılaşdırılmaqla imzalanmışdır. “Armaturları” hansısa tikinti şirkətlərinə satdıqdan sonra əldə edilən gəlirin yarısını Zərərçəkmiş şəxs4 vermiş, yarısını isə özünə götürmüşdür. Zərərçəkmiş şəxs4 ümumilikdə 219000 manat məbləğində pul almış, pullar ona dollarla verilsə də həmin pul vəsaitinin Zərərçəkmiş şəxs4 hansı valyuta ilə qaytarılması barədə tərəflərindən razılıq əldə edilməmişdir. Zərərçəkmiş şəxs4 büdcəsindəki pul vəsaitinin dollarla olduğunu güman etdiyi üçün pulları həmin valyuta ilə qeri qaytarmışdır. Yanvar ayı üçün 28000 dollar bir, 30000 dollar bir Zərərçəkmiş şəxs4 tərəfindən ona verilmiş, həmin ay üçün 16000 manat qazanc əldə etmiş, onun 8000 manatını Zərərçəkmiş şəxs4 vermişdir. Növbəti ay üçün 20000 manat qazanc əldə etmiş və onun yarısını Zərərçəkmiş şəxs4 vermişdir. Mart ayında ona yenidən 40000 dollar pul verilmiş, may ayında gələn xeyirdən isə 35000 manat Zərərçəkmiş şəxs4 vermişdir. Sonda bir işdə ziyan etdiyi üçün aralarındakı münasibətlər pozulmuşdur. Zərərçəkmiş şəxs4 şikayət etdiyi üçün məsələ gəlib bu yerə çıxmışdır. Zərərçəkmiş şəxs1 məxsus 163.500 manat məbləğində dəmir məmulatlarının tərəfindən ələ keçirilməsi ilə əlaqədar ona elan edilmiş ittiham üzrə dindirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, dostu Vüsal onda “armaturun” olduğunu söylədikdə o, “armaturun” qiymətinin sabit olmadığını bildirmiş, növbəti gün dostu Vüsal ona yenidən zəng etmiş, “Nərimanov” ərazisində görüşərkən armaturu verən şəxsin baş verəcək bütün ziyanlara görə riski özünün daşıdığını bildirdiyini qeyd etmişdir. Onlar “armaturun” qiymətini 400 manata danışsalar da həmin “armatur” bazarda 300 manata satışa çıxarılmışdır. “Armaturun” bir tonunu 975 manatdan, dəmir məftilin bir tonunu isə 1300 manatdan danışsalar da, nə “armatur”, nə də dəmir məftil təmiz çıxmamışdır. Yəni “Armatur” kustar üsulla hazırlanan “armatur” olmuşdur. Bazara iki maşın göndərərkən Xəyala maşınları geri qaytarmaq istədiyini bildirmiş, Xəyal isə bununla razılaşmamışdır. Malların alış qiyməti Xəyalla razılaşdırılarkən həmin məhsuldan özünün də gəlir əldə etmək istədiyini bildirərək yalnız həmin məhsulunun tonuna görə 800 manat ödəyə biləcəyini qeyd etmiş, sonradan tikinti materiallarını hansı qiymətə satması onların razılaşması ilə müəyyən edilməmişdir. Aralarındakı söhbətlərdən iki ay sonra Xəyal bazarda tikinti materiallarının tərəfindən 870, 890 manata və digər qiymətlərə satıldığını öyrənmişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Xəyal həmin tikinti materiallarını ona olan borcun əvəzində əldə etmiş, bazarda kimisə tanımadığı üçün materialları sata bilməmişdir. “Steel Company”də satış və saxlanılmalar üzrə icraçı direktor və sex rəisi vəzifəsində çalışdığı üçün bazarda hamı onu tanımış, Xəyalla tikinti materiallarının sonuncudan alış qiyməti barədə razılıq əldə etmişdir. Cəmaləddin Abbasova məxsus 38.400 manat dəyərində 32 ton çəkidə tikinti materiallarının tərəfindən ələ keçirilməsi ilə əlaqədar ona elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs bildirmişdir ki, Cəmaləddin Abbasovdan dəmir məftil almış, sonuncuya pulu 10 gün ya da bir ay müddətinə qaytaracağı barədə məlumat vermiş, pulu qaytara bilmədiyi üçün Cəmaləddin Abbasov ondan Baş Polis İdarəsinə şikayət etmişdir. İdarədə onun iradəsi əleyhinə ifadə yazdırılmışdır. Baş Polis İdarəsində ondan Cəmaləddinin pulunun 5000 manat məbləğindəki hissəsi tələb edildikdə o, həmin pulu aparıb orada vermişdir. Daha sonra yenidən 5000 manat pul istənildikdə Cəmaləddinə pulu kənar yerdə görüşərək verməyi təklif etsə də sonuncu bununla razılaşmamışdır. O, Cəmaləddindən aldığı dəmir məftilin pulunu başqa işə sərf etdiyi üçün qaytara bilməmişdir. Cəmaləddinə pulu verə biləcəyinə inandığına görə sonuncu ilə gecikmə barədə danışmamışdır. Zərərçəkmiş şəxs2 münasibətdə yol verilmiş əməllərə görə ona elan edilmiş ittiham üzrə dindirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs2 polisə işə düzəlmək istədikdə onu tanışı Ramin Zalovla əlaqələndirmişdir. O, Zərərçəkmiş şəxs2, pulu Ramin Zalova verərkən videogörüntüyə almasını bildirmişdir. Zərərçəkmiş şəxs2 həmin videoçəkiliş mövcuddur. Bir ildən çox müddət keçməsinə baxmayaraq X41 Əliyevi dediyi işə düzəltməmişdir. Zərərçəkmiş şəxs2 özü şikayət etməsinə köməklik göstərmək üçün Baş Polis İdarəsinə aparmış, bundan sonra pulun bir hissəsi ödənilsə də qalan hissəsi ödənilməmişdir. Zərərçəkmiş şəxs2 özü ona bir manat da pul verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, Vüsalı 2020-ci ilin sonlarında bir yerdə işlədiyi şəxsin vasitəsilə armatur biznesi ilə ilə məşğul olan şəxs kimi tanımışdır. Vüsalla ortaq tanıdıqları şəxs vasitəsi tanış olmuş, sonuncu ona Vüsalla birlikdə iş görməyi təklif etmişdir. Vüsala verdiyi pul vəsaitinin dövriyyəyə buraxılması müqabilində əldə olunan gəlirin 80 faizinin özünə qaytarılması təklifi ilə təqsirləndirilən şəxs razılaşmamış, sonuncu əldə edilən gəlirin 50 faizini özünün götürmək istədiyini bildirmişdir. Vüsala ilk dəfə pul vəsaiti verdikdən bir ay sonra 5000 manat pul vermişdir. O, Vüsala ayrı-ayrı vaxtlarda müvafiq aktlarla rəsmiləşdirilməklə 218000 manat pul vermişdir. Aralarındakı razılığa əsasən Vüsal armaturu ucuz alıb tikinti şirkətinə baha satmalı imiş, müflis olmaqla bağlı hər hansı risk olmamışdır. Vüsal bu işə pul yatırımı etməmiş, ortaq biznesdə iştirakı 218000 manata bir ton armaturu 650 manatdan almaqdan və 1000 manata satmaqdan ibarət olmuşdur. 218000 manat aldıqdan sonra Vüsal ondan əlavə pul istədikdə artıq pulun verilməsini dayandırmışdır. Vüsala pul 2021-ci ilin dekabr və yanvar aylarından başlayaraq 2021-ci ilin mart ayına qədər olan dövrdə verilmişdir. Pulu Vüsala verərkən yanlarında başqa şəxslər də olmuşdur. Vüsalın yanında sonuncunun guya onun pul vəsaiti hesabına alış veriş etdiyi Rusif adlı şəxsi çağırıb bu barədə məlumat almaq istədikdə, Vüsal yalnız ona deyil bir çox şəxslərə material verdiyini bildirmişdir. Bundan sonra Vüsala pulunu geri qaytarmasını tələb etmişdir. Aralarında olan razılığa əsasən Vüsal ona 4-5 ay üçün 70000-80000 manat xeyir verməli imiş. Armaturdan gələn qazanc barədə təxmini məlumatı olmuş, aylıq nə qədər ona gəlir verilməsini isə Vüsal müəyyən etmişdir. Belə ki, yatırımları özü etmiş, Vüsalı həmin yatırım müqabilində əldə etdiyi armaturu daha baha qiymətə sataraq ona həm qazanc , həm də 218000 manat pul vəsaitini qaytarmalı imiş. Vüsala müvafiq pul müqabilində aldığı məhsula dair sənədləri gətirməsini tapşırsa da, sonuncu sənədləri təqdim etməmişdir. Vüsal ona qazanc vermədiyi üçün aralarında olan anlaşmaları pozulmuşdur. Vüsal ona armaturları şirkətə verib pulu gözlədiyini bildirmişdir. 4-6 ay ona qazanc verib 218000 manatı geri qaytaracağını qeyd etsə də ona cəmi ayr-ayrı vaxtlarda 3000 və 5000 manat pul vermişdir. Hal-hazırda vurulmuş zərər ödənilməmişdir. O, Vüsala 218000 manatdan 8000 manat xeyir əldə etdiyi üçün həmin məbləğin əsas pulun üzərindən qaytarılmış kimi hesab edir və onun 210000 manat pulunun geri qaytarılmasını xahiş edir. Vüsal tutulan zaman dayısı oğlu Azər onlara pulu düzəldə bilmələri üçün vaxt verməsini xahiş etmişdir. Azər pulun qaytarılmasına özünün cavabdeh olduğunu, sonra da Vüsalın onu da aldatdığını bildirmişdir. Vüsal Azərə evini satıb pulu qaytaracağını bildirsə də, sonradan Azər Vüsalın heç nəyinin olmadığını öyrənmişdir. Zərərin ödənilməsi üçün ona Yasamal ərazisində yeni tikili binadan ev təklif edilmiş, amma həmin evin də ona verilməsi alınmamışdır. Vüsala pul verərkən bunları yazılı şəkildə rəsmiləşdirmişdir. Azər ona evi götürməyini məsləhət bilmiş, amma o, evi istəməyib evin Vüsal tərəfindən satılmasını və pulun qaytarılmasını istəmişdir. 218000 manatı alana qədər Vüsal fevral və mart aylarında ona 3000 manat və 5 000 manat xeyir vermişdir. İbtidai istintaq dövründəki ifadəsiylə tanışdır. Vüsal ona xaricdən də materiallar gətirəcəyini bildirmiş, ümumi məbləğlə bağlı əvvəlcədən razılaşma olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs təxminən bir ildən artıq müddətdir ki, tanımışdır. Onunla əvvəllər heç bir ədavəti olmamışdır. Vüsalla tanış olduqda sonuncu özünü hüquq mühafizə orqanları və dövlətin yuxarı orqanlarında işləyən şəxslərlə yaxın münasibəti olduğunu, həmçinin öz yaxın qohumlarının Bakı şəhərində tikib yaşayış və qeyri-yaşayış binalarına armatur təmin etdiyini bildirmişdir. Bundan sonra Vüsal, söhbət edəndə onlarla birlikdə iş görməyi təklif etmişdir. O isə Vüsalı dərindən tanımadığına görə onunla iş görməyə tərəddüd etdiyini və razılaşmadığını bildirmişdir. Vüsal iş görmək istəmədiyini görüb ona xaricdən armatur gətirməyi təklif etmişdir. O, bu işin necə olacağını soruşduqda Vüsal ona DGK-də və DTX-də vəzifəli şəxslərlə tanışlığı olduğu üçün xaricdən bir tonu 650 manat olacaq 400-lük armaturu alıb, ölkə ərazisinə yuxarıda göstərilən orqanlardakı vəzifəli şəxslərin vasitəsilə daxil edəcəyini və yerli bazarda həmin armaturun bir tonunu 1020 manatdan satacağını vəd etmişdir. Vüsalın dediklərinə görə hal-hazırda ölkə ərazisində armatur təlabatının çox olduğunu və yaxşı pul qazanmaq imkanının olduğunu bildirmişdir. Vüsalın bu təklifi ona çox maraqlı gəldiyi üçün razılaşdığını bildirmişdir. Vüsalın ona təklifində şəriklik olmadığını, o, sırf onun puluna xaricdən armatur alıb gətirməyi vəd etdiyini bildirmişdir. Həmçinin Vüsal onunla görüşə gələn zaman hər dəfə müxtəlif bahalı avtomobilərlə gələrək özünün də bu işlə məşğul olduğunu bildirmişdir. Bundan sonra o, ilkin olaraq 2019-cu ilin oktyabr ayında 28000 ABŞ dolları pulu Bakı şəhəri, Nərimanov rayonu, metronun “Nərimanov” stansiyasının çıxışında ona məxsus avtomobilin içərisində Vüsala tanışı Ramil adlı şəxsin yanında vermişdir. Vüsal pulu onun yanında saymış və xariclə əlaqəyə keçəcəyini və işi başladacağını bildirmişdir. Vüsala birinci dəfə pul verən zaman o, bu barədə heç bir sənədləşmə aparmamışdır. Lakin növbəti dəfə pul verdiyi zamanlarda sənədləşməni qeyd etdiyini bildirmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə Vüsalla növbəti görüş zamanı, ona 30000 ABŞ dolları pul vermişdir. Həmin zaman yenə Vüsalın yanında Ramil adlı tanışı olmuşdur. Bu zaman həmin pulu verdiyini Vüsalın şəxsiyyət vəsiqəsinin surəti çıxarılmış A4 formatda vərəqdə qeyd etdirmişdir. Lakin Vüsal qeyd aparan zaman orada ondan borc götürdüyünü və 6 ay müddətində qaytaracağını bildirmişdir. Bu zaman o, Vüsala etiraz etmiş və ona borc vermədiyini dedikdə, Vüsal ona narahat olmamağını, onu aldatmayacağını, əgər gələcəkdə başına bir iş gələrsə bu yazılan sənəd əsasında onun qohumlarından pulu məhkəmə qaydasında geri ala biləcəyini bildirmiş, o da Vüsala etiraz etməmişdir. xx.xx.2019-cu il tarixdə Vüsalla növbəti görüş zamanı ona 25000 ABŞ dolları, 2020-ci ilin mart ayında Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 246 saylı ünvanın qarşısında 40000 ABŞ dollar pulu vermişdir. Həmin pulu ailəvi tanışı Şahid3 alıb onların evinin qarşısında verdiyini bildirmişdir. Həmin zaman Şahid3 onun avtomobilində Vüsala pul verməsini gördüyünü bildirmişdir. Vüsal ondan pulları aldıqdan sonra ümumi xaricdən gətirəcəyi armaturdan ümumilikdə 200000 ABŞ dolları pul verəcəyini vəd etdiyini və bu barədə öz yazısı ilə qeyd apardığını bildirmişdir. Həmçinin Vüsal ondan almış olduğu puldan guya qazanc əldə etdiyini bildirərək müxtəlif vaxtlarda tanışı Ramilin yanında ona bir dəfə 3000 manat, daha sonra isə 5000 manat pul qaytardığını bildirmişdir. Həmçinin Vüsal onunla söhbət zamanı xaricdən gətirmiş olduğu armaturu tanışı Rusif adlı şəxsin vasitəsilə müxtəlif tikinti şirkətlərinə verdiyini bildirmişdir. Lakin aradan bir müddət keçməsinə baxmayaraq Vüsal ona yalanlar danışmağa başlamışdır. Hətta görüşlərin birində o, adını çəkdiyi Rusif adlı şəxsi də onun yanına gətirməsini xahiş etdmişdir. Görüş zamanı Vüsal Rusifın yanında ondan 218000 manat pul aldığını və ümumilikdə 8000 manat pul geri qaytardığını bildirmişdir. Bu zaman Rusif ona Vüsalın yanında, Vüsalın ona 81000 manatlıq mal verdiyini, onun isə hissə-hissə Vüsala 83000 manat pulu geri qaytardığını bildirmişdir. Bu zaman o, artıq Vüsalın yalan danışdığını başa düşmüşdür. O, Vüsalın ona demiş olduğu bəhanələrdən yorulub yenidən bir neçə dəfə onunla görüşmüşdür. Görüş zamanı onun yanında tanışları Şahid5, Emis Heydərov da olmuşdur. Növbəti görüşlərdən birində Vüsalın yanında bir nəfər özünü DTX-nin əməkdaşı kimi təqdim edən Nicat adlı şəxs də gəlmişdir. Nicat bir neçə dəfə vurğulayıb özünü DTX-nin əməkdaşı kimi təqdim edərək onlara narahat olmamağını, bu məsələnin artıq onun nəzarətində olduğunu və Vüsalın pulu geri qaytaracağına söz verdiyini, əks halda isə pulu özünün verəcəyini bildirmişdir. Lakin Vüsal sonradan yenidən müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, məcbur olub Vüsalın onu aldatması və ona külli miqdarda maddi ziyan vurması haqqında polisə ərizə ilə müraciət etmişdir. Həmçinin şikayət etməzdən əvvəl o, Vüsalın tanışı Ramillə bir neçə dəfə görüşmüş, görüş zamanı Ramil Vüsalın yalan danışdığını bir neçə dəfə ona demişdir. Belə ki, söhbət zamanı Vüsalın ona bir neçə dəfə guya ona xaricdən armatur gətirmək üçün vermiş olduğu pulun əslində faiz olduğunu desə də Ramil hər dəfəsində Vüsalın yalan danışdığını ona bildirmişdir. Ramil Vüsalın ona ümumilikdə 8000 manat verməsinin şahidi olduğunu bildirmişdir. Sonradan bir neçə dəfə Vüsal Ramilə zəng vuraraq ayrı-ayrı vaxtlarda guya ona 10000 və 30000 manat pul verdiyini şifahi olaraq bildirmişdir. Ramil isə vermiş olduğu qeyd olunan məbləğin verilməsində iştirak etmədiyini demişdir. O, polisə şikayət etdikdən sonra isə Vüsal Ramillə əlaqə saxlayıb, polis tərəfindən çağırılacağı təqdirdə onun demiş olduğu 10000 və 30000 manat məbləğləri ona verilmiş kimi izahatında göstərməsini xahiş etmişdir. Ramil isə ona vermiş olduğu cavabında polis orqanlarına heç bir yalan danışmayacağını bildirmişdir. Hazırda, Təqsirləndirilən şəxs ondan almış olduğu 123000 ABŞ dolları, yəni 218000 manat puldan ona cəmi 8000 manat pul qaytarmış, qalan pulu isə hazırki vaxtadək qaytarmamışdır. İlkin istintaq dövründə, Vüsal özü və yaxın qohumları ona söz verdiklərini, vurulmuş ziyandan bir hissəsini, yəni Bakı şəhəri ərazisində 102000 manat məbləğində mənzili adına keçirəcəyini, sadəcə istintaqa ərizə vermək lazım olduğunu, guya ziyanın bir hissəsinin ödənildiyini bildirməsini xahiş etmiş, o da onlara inanaraq ərizə yazmış, lakin Vüsal və yaxın qohumları ona yalan vədlər verərək ziyanı yenə də ödəməmişlər. Ona görə də o, hazırki ifadəsində, Vüsalın ona ümumilikdə 123000 ABŞ dolları, yəni 218000 manat ziyan vurduğunu, həmin ziyandan 8000 manatı qaytardığını, 210000 manatın isə ödənilməmiş qaldığını bildirmişdir (cild 03, iş vərəqə 68-71). İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri izah edərkən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, özü şirkət sahibidir, işləri əsasən yoxlamadan ibarət olmuşdur. Armaturları Vüsal özü alıb, özü də satmalı olmuşdur. Vüsalın ona verdiyi 8000 manat pulu guya ki, armaturdan əldə edilmiş, ona nə üçün ilk olaraq 3000 manat sonradan 5000 manat verməsindən xəbərdar olmamışdır. Vüsal 4-5 ay müddətində ona 80000 manat pul verməli olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, Vüsalla bir yerdə Keşlədə metal əritmə zavodunda işləmişdir. Vüsalın əhatəsinin geniş olduğunu bildiyi üçün 2020-ci ilin sonlarında sonuncuya polis orqanlarında işləmək istədiyini bildirmişdir Vüsal 2- 3 gündən sonra onu 3-4 aya 55000 manat qarşılığında birbaşa polis orqanlarına zabit kimi işə götürəcəklərini bildirmişdir. O, Vüsala birinci işi alınandan sonra pulu verəcəyini demiş, Vüsal isə ona bu işlərin belə olduğunu, pulun əvvəlcədən verilməli olduğunu qeyd etmişdir. 2021-ci ilin əvvəllərində pulu götürüb Vüsal və Gəncənin keçmiş yol polisi idarəsinin rəisi olan X19 Zalov adlı şəxslə Nərimanov rayonunda görüşmüşlər. Vüsal onu Rəhim Zalovun əli ilə işə düzəldəcəyini bildirmişdir. O, sənədlərini Vüsalgilə təqdim etdikdən sonra pulu da onlara vermişdir. Ona 3 aydan sonra sıra baxışı olacağı, bundan sonra işə düzəldiləcəyi bildirilmişdir. Bir il keçdikdən sonra Vüsaldan pulunu tələb etdikdə Vüsal ona aldadıldıqlarını söyləmiş, polisə gedərək Ramin Zalovdan şikayət etməsini tövsiyyə etmişdir. O, Ramin Zalovdan şikayət etdikdən sonra onu Baş Polis İdarəsinə çağırmışlar. Polis İdarəsində ona 45000 manatı geri qaytarıldıqdan sonra Vüsal ona “sənin işini prokurorluqdan həll ediblər, sən prokurorluğa pul verməsən səni də rüşvət verməyə görə tutacaqlar” deyərək Müdafiəçi2 əvvəllər prokurorluğun işçisi oluğunu, bu barədə ona köməklik göstərəcəyini bildirmişdir. O, Vüsala Polis İdarəsindən çıxan zaman 25000 manat pul vermişdir. Sonuncu pulu götürdükdən sonra müdafiəçisi Müdafiəçi2 ofisinə getmişdir. Müdafiəçi2 ofisi Baş Polis İdarəsinə yaxın ünvanda yerləşmişdir. Vüsal avtomobildən düşüb Müdafiəçi2 yanına getmişdir. Bir neçə gün sonra Vüsal ona zəng edərək yenə pul istənildiyini, verməsə onu tutacaqlarını bildirmişdir. Qorxduğu üçün 10000 manat da qardaşının yanında Vüsala vermişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, özü baş mühasib vəzifəsində işləmişdir. Bakı şəhəri Baş Polis İdarəsinin rəisi Vüsalın tanışı olmuşdur. Bir neçə dəfə yol polisi saxlayan zaman Vüsala zəng etmiş və Vüsal da ona köməklik göstərmişdir. Vüsalın onu hansı idarəyə düzəldəcəyindən xəbərdar olmamış, lakin Vüsal onu 3 aya işə düzəldəcəyi barədə məlumat vermişdir. Polisə işə düzəlmək üçün 55000 manat lazım olduğunu Vüsal özü müəyyənləşdirmişdir. Pulunun verilmədiyini görüb Vüsaldan pulunu tələb etdikdə Vüsal pulunu Rəhim Zalova verdiyi barədə məlumat vermişdir. O da Vüsalın sözü ilə X27 vasitəçiliyi ilə Bakı şəhər Polis İdarəsinə şikayət etmişdir. Polis İdarəsində izahat verərkən Vüsal 55000 manatın 35000 manatını ona məxsus olmasını qalan 20000 manatın isə Vüsala məxsus olduğunu deməyini istəmişdir. Vüsal bu cümləni məsuliyyətə cəlb edilməməsi üçün işlətmişdir. Polis İdarəsində ona 45000 manat pulu qaytarıldıqdan sonra sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmiş, lakin oradan çıxdıqdan sonra Vüsal Müdafiəçi2 keçmiş prokurorluq işçisi olduğunu, işlərini onun həll etdiyini bildirməklə 25000 manat pul vəsaitinin masında geri qaytarılmasına nail olmuş, sonradan 10000 manatı da verməsini təkid etmiş, əks təqdirdə barəsində rüşvət verməyə görə cinayət işi başlanacağına inandırmaqla 10000 manat pul vəsaitini də ondan geri almışdır. Bu hadisələrdən sonra Vüsaldan şikayət etmişdir. Dövlət orqanlarına Ramin Zalovdan şikayətçi olması barədə teleqramları Vüsal özü ona yazdırmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, hazırda “AZ Global” firmasında mühasib işləyir, ali təhsillidir. Onun polisdə işləmək həvəsi olduğu üçün DİO-na düzəlmək istəmiş, 2020-ci ilin sonunda əvvəllər tanıdığı bir yerdə işlədiyi Təqsirləndirilən şəxs ilə söhbət zamanı ona işə düzəlmək fikrinin olduğunu bildirmişdir. Vüsal, ona bir nəfər tanış adam olduğunu, Rəhim Zalovun köməkliyi ilə onu DİN-nə işə qəbul etdirə biləcəyini demişdir. Bundan sonra o, mobil telefonu ilə Rəhim Zalova zəng etmiş, yanında onunla danışmışdır. Sonra 55.000 manat müqabilində pul verəcəyi təqdirdə onu maksimum 3 ay müddətinə polisə zabit kimi işə düzəldə biləcəyini demişdir. O, pulu topalayıb xəbər edəcəyini bildirmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində o, evdən 55.000 manat pulu götürüb Təqsirləndirilən şəxs ilə zəngləşib onunla Nərimanov rayonunda yerləşən “Azalea” otelində otaqların birində görüşmüşdür. O, Vüsalla görüşə qardaşı Ayaz Əliyevlə birlikdə getmişdir. Karantin vaxtı olduğu üçün otelin bir otağında onunla görüşmüşdür. Onun yanında əvvəllər tanımadığı həmin günü tanış olduğu Ramin Zalov adlı şəxs də olmuşdur. O, Vüsalı tanıdığı üçün pulu Vüsala vermişdir. Sonra Ramin atası Rəhimlə mobil telefonla danışmışı və ona pulu gətirib verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona 55.000 manat pulu guya Raminə verdiyini bildirmişdir. O da Vüsala onu tanıdığını, bu adamı isə tanımadığını bildirmişdir. Sonra ondan sənədlər istəmiş və o, şəxsiyyət vəsiqəsini, diplomunu, ailə üzvlərinin şəxsiyyət vəqsiqələrinin surətlərini çıxarıb Vüsalın yanında Raminə vermişdir. Vüsal onu 3 ay ərzində polisə zabit kimi işə düzəldəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bu işin düzəlməsində qarant durduğunu da ona demişdir. Vüsal onu inandırdığı üçün ondan heç bir şübhəsi qalmamışdır. Bundan sonra həmin 3 ay müddəti gözləmiş, Vüsalla görüşüb ondan məsələnin nə yerdə olduğu ilə maraqlanmış, o isə darıxmamağını, narahat olmamağını, məsələni həll edəcəyini bildirmişdir. Təxminən 5-6 ay sonra işinin alınmadığını görüb, Təqsirləndirilən şəxs ona verdiyi 55.000 manat pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. Bundan sonra o, hər dəfə Vüsaldan pulunun geri qaytarılmasını istədikdə müxtəlif bəhanələr gətirərək aldatmaqda davam etmişdir. O, bir neçə dəfə Təqsirləndirilən şəxs ilə görüşən zaman Vüsalın yanında hər dəfə olan özünü keçmiş prokuror və hazırda vəkil olan şəxs kimi təqdim edən İlqar adlı şəxs də onu aldadaraq Təqsirləndirilən şəxs bu işi həll edəcəyini ona israrla bildirmişdir. O, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüş və ondan şikayət edəcəyini bildirmişdir. O, məcbur olub 2022-ci ilin ortalarında Baş Prokurorluq yanında Korrupsiya idarəsinin 161 saylı Qaynar xəttinə zəng etmiş və başına gələnləri bildirmişdir. Onu Baş prokurorluğa çağırıb ərizəsini almışlar. Sonra onu Bakı şəhər Baş Polis İdarəsindən çağırmışlar və o, ərizə ilə müraciət etmişdir. Baş polisdə onun ərizəsinə baxılmış, Təqsirləndirilən şəxs çağırılmış, oraya Raminin atası əvvəllər tanımadığı Rəhim Zalov gəlmiş, sonra Təqsirləndirilən şəxs yanında Müdafiəçi2la gəlmişdir. Polisdə Vüsal təhqiqatçının otağında 45.000 manat pul ödəmiş və qalan məbləğə isə imkanı olmadığını bildirmiş və ondan bu məbləğə razılaşmasını xahiş etmişdir. O, vəziyyəti belə görüb 45.000 manat pulu qəbul etmiş və ərizə yazıb şikayətçi olmadığını bildirmişdir. Bundan sonra birlikdə Baş polis idarəsini tərk etmişlər və vəkil İlqar da getmişdir. Təqsirləndirilən şəxs isə onun “Kia Forte” markalı **-TC-*** nömrəli avtombilinə əyləşmiş və ona avtombili vəkil İlqarın ofisinə sürməsini demişdir. O, avtomobillə gedərkən yolda Təqsirləndirilən şəxs ona onun işinə baxılması ilə bağlı vəkil İlqarın əvəllər bir yerdə işləmiş prokurorluğun əməkdaşına 25.000 manat pulu İlqarla birlikdə verməli olduğunu bildirmişdir. Çünki həmin prokurorluqda işləyən şəxsin köməyi ilə pulu onlardan ala bildiklərini demişdir. Həmçinin əgər pulu verməkdə narazılıq etdiyi halda ona problem yaranacağını demişdir. O da problemlərdən qorxduğu üçün yenidən ona tələb etdiyi 25.000 manat pulu avtomobilində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində Təqsirləndirilən şəxs vermişdir. Vüsalı vəkil İlqarın işlədiyi ofisinin qarşısında düşürmüş, Vüsal İlqarın yanına getmişdir. İki gün sonra Vüsal onunla görüşmək istədiyini demiş və Səbail rayonu Badamdar qəsəbəsində yaşadığı evin yaxınlığında görüşmüşlər. Söhbət zamanı Təqsirləndirilən şəxs ona 25.000 verdiyi pulun azlıq etdiyini və əlavə 10.000 manatda tələb edərək, vermədiyi halda ona çox böyük problemlər yaranacağını deyərək 10.000 manat pulu bu dəqiqə verməsini tələb edərək həmin pulu prokurorluğun əməkdaşına çatdırmalı olduğunu bildirmişdir. O da problemlərin olmaması üçün Vüsalın tələb etdiyi 10.000 manat pul evdən götürüb Vüsala vermişdir. Bu məsələnin üzərindən bir ay keçmiş o, Təqsirləndirilən şəxs ondan almış olduğu 35.000 manat pulun heç bir prokurorluq əməkdaşına verilmədiyini bildiyini demişdir. Sonra o, Təqsirləndirilən şəxs zəng edib, onunla görşüb onu aldatdığını, heç kimə 35.000 manat pul vermədiyini və hədə - qorxu ilə aldığı pulu qaytarmasını bildirmişdir. Vüsal cavabında ona pulu yalandan ondan aldadaraq aldığını etiraf etmiş, 2 ay ərzində pulu ona qaytaracağına söz vermişdir. Pulu etdiyi metal alverindən götürüb ona verəcəyini bildirmişdir. Bundan sonra iki ay da bitmiş, Vüsal onu aldadaraq yenidən pulunu qaytarmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs və İlqar adlı vəkil tərəfindən aldadıldığını başa düşmüşdür. Belə ki, Vüsal ondan hədə qorxu ilə pulunu ələ keçirmiş, həmin işdə ona İlqar da köməklik etmişdir. İlqar da Təqsirləndirilən şəxs ondan aldığı pulu prokurorluq işçisinə verdiyini eşitmiş, bundan başqa Vüsalı öyrədərək guya onu işə düzlətmək üçün hansısa başqa şəxsə pulu verdiyini, hər dəfə Vüsal ilə söhbətlərdə bir yerdə olduğunu, ilkin olaraq onu işə düzlətmək adı ilə aldığı 55000 manat pulun Təqsirləndirilən şəxs ilə İlqarın qabaqcadan səhnələşdirdiyin, uydurduğu saxta insanların adlarını çəkərək vaxt qazanmaq, pulu ələ keçirmək məqsədi olmuşdur. 55000 manat puldan 10000 qaytarılmış, qalan 45000 manat isə hazırda Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmişdir. İlqar isə bu işlərin hüquqi tərəfindən Vüsalın qoruyucusu kimi onun hazırladığı saxta motivlərlə onu aldatmışdır. İlqar hər dəfə ona narahat olmamağı, Vüsalın düz dediyini, ona istədiyi pulların verilməsini bildirmişdir. Buna görə də onun da Vüsal ilə əlbir olub onu aldatdığına əmin olmuşdur. Təqsirləndirilən şəxs qabaqcadan düşünülmüş şəkildə onun 45000 manat pulunu ələ keçirmək üçün saxta, yalan sözlərlə onu aldadaraq pulunu hədə-qorxu ilə ələ keçirmişdir. İlkin araşdırma zamanı fikirini tam olaraq izahatında aydın ifadə edə bilməmiş, hazırkı ifadəsi isə tam həqiqəti əks etdirir. Təqsirləndirilən şəxs ona 10000 manat pul qaytarmış, 45000 manat pulunu isə Təqsirləndirilən şəxs ələ keçirmişdir. Vüsal hər dəfə ona hədə-qorxu gələrək ona istədiyi pulu verməsə, onun başına prokrorluq işçisinin oyun açacağını, işə düzəlmək üçün rüşvət verməklə ona cinayət işi açılacağını və tutulacağı ilə qorxutmuşdur. Təqsirləndirilən şəxs 55000 manat pulu verən zaman yanında Vüsalın tanışı Ramin, onun qardaşı Ayaz olmuş, başqa heç kimin olmamışdır (cild 2, iş vərəqə 41-44). Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, Vüsal Cəfərovla tanışlığı olmuş, ona 270.000 manatlıq katinka və armatur məhsullarının olduğunu bildirmişdir. Vüsal Cəfərov ona materialları satmaqda köməklik edə biləcəyi barədə məlumat vermiş, bu səbəblə Vüsal Cəfərov sonuncunu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Vüsal Cəfərovla may ayında Nərimanov rayonunda görüşərkən Təqsirləndirilən şəxs təqdim etmiş və yaxın dostunun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ondan nisyə material istəmiş, Vüsal Cəfərovu tanıdığı üçün iki aylıq 270000 manatlıq materialın pulunu hissə-hissə verilməsi şərtilə həmin materialları Təqsirləndirilən şəxs vermişdir. İlk olaraq Təqsirləndirilən şəxs 50000 manatlıq material vermiş, materiallar tikintiyə yararlı sex materialları olmuş, 50000 manatlıq materialı Vüsala verdikdən bir müddət sonra Vüsal ona 20000 manat və sonradan 5000 manat pul vermişdir. Vüsal “özün də görürürsən ki, mən pulu dediyim vaxtdan da tez verirəm sən mənə 100000 manatlıq da material ver” ifadəsini səsləndirmiş, daha sonra Təqsirləndirilən şəxs inandığı üçün 100000 manatlıq da material vermişdir. Birinci dəfə Təqsirləndirilən şəxs armatur və katinka vermiş, bir müddət sonra 100000 manatın əvəzinə Vüsal ona təxminən 20000-25000 manat pul vermişdir. Bundan sonra onun özünə zavod armaturu lazım olmuşdur. Vüsal 100000 manatın əvəzinə ona 30000 manatlıq zavod armaturu vermiş, bir müddət sonra ona kərpic lazım olduğu üçün Vüsal Cəfərov ona 15000 manatlıq kərpic vermişdir. Vüsal Cəfərov və Təqsirləndirilən şəxs şərik olmuş, 50000 manatlıq materialdan ona 20000 manat pul, 100000 manatlıq materialdan isə 15000 manatlıq kərpic, 25000 manatlıq isə zavod armaturu verilmişdir. Vüsal materialların pulunu ona iki ay ərzində verməli olmuşdur. İyulun sonunda həmin materialların pulu ona verilməli olsa da, avqust ayı olduqda Vüsal Cəfərova və Təqsirləndirilən şəxs zənglər etməyə başlamış, Təqsirləndirilən şəxs hətta pulunu geri verməsini tələb etmişdir. Vüsalgil onu aldatmağa başlamış, Təqsirləndirilən şəxs onu aldatmamalarını bildirmiş, Təqsirləndirilən şəxs onun üzərinə “Əhmədli Yapon” deyilən Zülfüqar adlı şəxsi çağırmışdır. Zülfüqar ona pulunun bölünərək cəzaçəkmə müəssisələrinə məhbuslar üçün göndərildiyini demişdir.Vüsalgil artıq küçə söhbətlərinə keçməyə başlamış, dəfələrlə Təqsirləndirilən şəxs Vüsal Cəfərovun dələduz olduğunu, onu ilişdirəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs ona Yasamalda bir evin sənədini göstərmiş, həmin sənəd Təqsirləndirilən şəxs müqavilə ilə öz adına olmuşdur. Həmin binadakı evlər bir neçə nəfərə satılmış, ikinci dəfə Vüsal Cəfərov tərəfindən ona təklif edilən evə baxmağa gedərkən Vüsal Cəfərov ona evin sənədin versə də, evin özünü ona göstərməmişdir. Həmin sənədi götürüb evi satmaq üçün notariusa getsə də notariusda belə bir evin Bakıda olmadığı ona bildirilmişdir. Vüsal Cəfərova həmin evi Təqsirləndirilən şəxs borcunun əvəzində vermiş, Təqsirləndirilən şəxs özü də həmin evin problemsiz ev olduğunu qeyd etmişdir. Sonradan Təqsirləndirilən şəxs zəng edərək Vüsal Cəfərovun tutulduğunu və gəlib məsələni həll etmək istədiyi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs onda bir səs yazması olduğunu həmin səs yazısını sonuncuya göndərəcəyini və köməklik göstərməsini xahiş etmişdir. Həmin səs yazısında X35 Qasımzadəyə “Xəyala pul verilməyəcək söhbəti axırda başqa yerlərə fırladarıq” demişdir. Ona dəymiş zərər ümumilikdə 165 000 manatdır. Zərərçəkmiş şəxs1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, iki ay ərzində Təqsirləndirilən şəxs və Vüsal Cəfərova zəng etsə də həmin şəxslər onun zənglərinə cavab verməmişlər. O, hər iki şəxsdən şikayət etmişdir. O, Təqsirləndirilən şəxs ilə alqı-satqı münasibətlərinə daxil olmuşdur. Pulun qaytarılması ilə bağlı birinci Təqsirləndirilən şəxs İnşaatçılar ərazisində ona ev təklifi etmiş, həmin evlə maraqlanan zaman evin sənədləşməsində problem olduğunu anlamışdır. Vüsal Cəfərov ona Yasamal rayonunda “Bravo Marketin” arxasıda 16 mərtəbəli binada ev təklif etmiş, evin açarını gətirməsə də sənədlərin onda olduğunu demişdir. Vüsal Cəfərov həmin evin Təqsirləndirilən şəxs arvadının adına olduğunu bildirmişdir. O, X16 rayonundakı notariusa gedib sənədləri yoxlayan zaman həmin sənədlərin saxta olduğunu və həmin ünvanda ev olmadığını anlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ifadə verərək bildirmişdir ki, “Camal MMC” adlı şirkətin sahibidir, “armatur” istehsalı ilə məşğul olur. Təqsirləndirilən şəxs verdiyi 38400 manat dəyərində “katinka” məhsulun pulu bugünə qədər ona ödənilməmişdir. Təqsirləndirilən şəxs ilə aralarında “Katinka” məshulunun alıq-satqısına dair müqavilə bağlanmamışdır. Təqsirləndirilən şəxs məhsulları ondan alarkən həmin məhsulları müştərisinə satacağını və bir ay ərzində pulu geri qaytaracağını bildirmişdir. Bir aydan sonra pulunu istəsə də pullar ona qaytarılmamışdır. Pulun əvəzində ona Yasamal rayonu ərazisində ev təklif edilmiş, amma həmin evin yerləşdiyi binanın lifti olmadığı üçün xoşuna gəlməmiş, buna görə evi qəbul etməmişdir. Təqsirləndirilən şəxs evlə bağlı ona müqavilə sənədi təqdim etmişdir. Evin dəyəri 38400 manatdan artıq olmuşdur. Ona vurulan zərər ödənilməsə də həmin pulu geri istəmir və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs İdarədə ona 3000 manat pulu geri qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, özü Ruslan Əzizov adlı tanışı ilə birlikdə sexdə dəmir armatur və məftil istehsal edib onların Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2096 saylı məhəllədə yerləşən “Dərnəgül” bazarında topdan satışını həyata keçirmişdir. Həmyerlisi Təqsirləndirilən şəxs təxminən bir ilə yaxındır ki, tanımış və onunla aralarında işgüzar münasibət yaranmışdır. Təqsirləndirilən şəxs arabir, hissə-hissə topdan satış qiymətinə ondan armatur və dəmir məftil alaraq pulunu ona ödəmişdir. Beləliklə də Vüsal onda özünə qarşı inam yaratmağı bacarmışdır. 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs işlədiyi yerə gələrək dəyəri 38400 manat olan 32 ton çəkidə, nisyə olaraq pulunu 10 gün müddətinə ödəmək şərti ilə tikinti materialı dəmir məftil (katinka) istədiyini bildirmişdir. Onun Vüsala inamı olduğundan, onun xahişini qəbul edib qeyd olunan məbləğdə dəmir məftili yük avtomobilinə yüklədib ona təhvil vermişdir. Aralarında inam olduğu üçün heç bir rəsmi sənədləşmə aparmamış, sadəcə şifahi razılaşmaya əsasən o, Vüsala inanıb ona malı vermişdir. Qeyd olunan müddət başa çatdıqdan sonra, Vüsalın ondan aldığı əmlakın pulunu ödəmədiyini görüb Vüsalın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib pulun ödənilməsini istədiyini bildirmişdir. Vüsal cavabında ona götürdüyü dəmir məftili hansısa tikinti sahəsinə verdiyini, oradan pulu ala bilmədiyinə görə pulu ona qaytara bilmədiyini və pulun ödənilməsi üçün ondan bir ay müddət istədiyini bildirmişdir. Vüsal onu inandırdığı üçün o, heç nədən şübhələnməmiş və ona istədiyi bir ay vaxtı verdiyini bildirmişdir. Lakin verilən həmin müddət bitəndə Vüsal malın pulunu ona ödəməmişdir. O, artıq narahatçılıq keçirməyə başlamış və yenidən Vüsalın mobil telefonuna zəng edib ondan pulu nə vaxt ödəyəcəyi ilə maraqlanmışdır. O isə məftili verdiyi şəxsin həbs olunduğunu, bu səbəbdən də pulu verə bilmədiyini, görüşüb pul əvəzinə ona etibarnamə ilə birlikdə mənzil sənədi verəcəyini bildirmişdir. Həmin mənzilin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşdiyini bildirmişdir. Həmin sənədi götürməsini, pulu ödəyəndən sonra sənədi özünə qaytaracağını demişdir. O da Vüsala yenidən inanmış, onun təklifi ilə razılaşdığını bildirmişdir. Bundan sonra 2022-ci ilin dekabr ayının axırlarında Vüsalla Nərimanov rayonu ərazisində görüşmüşlər və görüş zamanı Vüsal "xxxx" MMC tərəfindən Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında inşa edilmiş 4 bloklu, 16 mərtəbəli, sahəsi 136,5 kvm olan 360 saylı mənzilə dair müqaviləni və tam ödənişli maliyyə arayışını ona təqdim etmişdir. Bununla da Vüsal ona yaxın ay ərzində aldığı əmlakın pulunu qaytaracağına əmin etmiş, o da ona inandığını və gözləyəcəyini bildirmişdir. Bir ay müddət tamam olsa da, Vüsal əmlakın pulunu ödəməmiş, o, yenə Vüsalı axtarıb ona zəng etsə də sonuncu telefonunu açmamış və ondan gizlənməyə başlamışdır. Vüsalın bu hərəkətlərindən sonra aldadıldığını başa düşmüş və həmin sənədləri özü ilə götürüb "xxxx" MMC-yə gedib həmin sənədləri yoxlatdırmışdır. Orada ona bu sənədin saxta sənəd olduğu, "xxxx" MMC-yə heç bir aidiyyəti olmadığı, Təqsirləndirilən şəxs belə bir mənzil satılmadığını, həmin sənədin tamamilə saxta olduğu bildirilmişdir. Sonra Vüsal həmin mənzilə dair sənədlərin əslini ondan almış, onları aparıb vəkilinə göstərdiyini, etibarnamə yazdırıb gətirib sonra ona verəcəyini bildirmişdir. Bundan sonra Vüsal sənədlərin əslini ondan almış, lakin o, surətini özündə saxlamışdır. Bundan sonra o, Vüsalı axtarsa da onu tapa bilməmişdir. Vüsalın niyyətinin ona qarşı dələduzluq etmək olduğunu bilmişdir. Bundan sonra o, bu barədə polisə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Vüsalla olan danışıqlarına dair səs yazısını və saxta sənədlərin surətlərini ərizəsinə əlavə etmişdir (cild 01, iş vərəqə 208-210). İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri izah edərkən Cəmaləddin Abbasov bildirmişdir ki, onlar evlə bağlı olan sənədə baxdıqdan sonra həmin sənəd 5-6 gün onda qalmışdır. O, həmin sənədin saxta olduğundan şübhələnib sənədi Təqsirləndirilən şəxs qaytarmış və evdən imtina etmişdir.Sənədi 5-6 gün özündə saxlamaqda məqsəd həmin evə müştəri axtarmaq olmuşdur. Evin sənədi müqavilə sənədi olmuş, müqavilədə Vüsalın adı yazılmışıdr.Həmin dövrdə Vüsalın soyadını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Vüsal və Zərərçəkmiş şəxs4la birlikdə görüş təyin etmiş, həmin görüşdə Zərərçəkmiş şəxs4 yanında o da olmuşdur. Zərərçəkmiş şəxs4 onun uzaq qohumudur. Həmin görüşdən sonra Vüsalın Zərərçəkmiş şəxs4 təxminən 200.000 manat borcu olduğunu bilmişdir. Müzəffərin Vüsala pul verdiyini görməmiş, Zərərçəkmiş şəxs4 özü Vüsalın ona pul borcu olduğunu bildirmişdir. Görüş zamanı X12 evi satıb pulu verəcəyini bildirsə də, Müzəffər bununla razılaşmamışdır. Vüsal görüşə Rusif adlı şəxslə gəlmiş, Müzəffər Vüsala pul verdiyini bildirmişdir. Vüsalın borc müqabilində ev təklif etməsi ilə Müzəffər razılaşmamışdır. Vüsal və Müzəffərin arasında olan pulun məbləğini eşitməmiş, Vüsalın Müzəffərə təklif etdiyi ev üç otaqlı olmuşdur. Məhkəmə iclasında Şahid5 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs4 uzun müddət tanımış, hal hazırda direktor kimi işlədiyi şirkətin təsisçisi Zərərçəkmiş şəxs4 olmuşdur. Təxminən bir il əvvəl bir nəfər əvvəllər tanımadığı sonradan adının Vüsal olduğunu öyrəndiyi şəxs işlədiyi “X42” MMC-nin Nərimanov rayonunda yerləşən ofisində gəlib təsisçi Müzəffər Salamanov ilə görüşüb getmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs4la söhbət zamanı o, yanına gələn şəxsin adının Vüsal olduğunu, onun özünün və qardaşının dəmir-armatur işi ilə məşğul olduğunu və onlarla iş gördüyünü bildirmişdir. O, uzun müddət tanışı Zərərçəkmiş şəxs4 işlərinə qarışmadığına görə heç nə deməmişdir. Aradan təxminən 5-6 ay keçdikdən sonra Zərərçəkmiş şəxs4la işdə söhbət zamanı sonuncu Vüsal adlı şəxsin onu aldatdığını və 200000 manat civarında maddi ziyan vurduğunu və hal hazırda müxtəlif bəhanələrlə pulu geri qaytarmadığını bildirmişdir. Bundan sonra təxminən üç dəfə həmin Vüsal adlı şəxslə şəhərin müxtəlif yerlərində görüşmüşlər, görüş zamanı Vüsal, Zərərçəkmiş şəxs4 pulun malda olduğunu, mal satıldıqdan sonra pulu geri qaytaracağını bildirmiş, amma o, konkret bir tarix deməmişdir. O və Müzəffər Vüsalın dediklərinin yalan olduğunu, bəhanələr gətirdiyini başa düşmüşdür. Sonrakı görüşlər zamanı Vüsalın yanında bir nəfər balaca boy özünü DTX-nin işçisi kimi təqdim edən Nicat adlı şəxs də gəlmişdir. Söhbət zamanı Nicat onlara Vüsalın yaxını olduğunu və Vüsalın almış olduğu pulu qaytarmağı öz öhdəsinə götürdüyünü bildirmişdir. Bu zaman Müzəffər və o inanıb bir müddət gözlədiyini bildirmişdir. O, Müzəffərdən mütəmadi olaraq məsələnin nə yerdə olduğunu soruşmuş, Müzəffər isə Nicat və Vüsal adlı şəxslərin hər gün onu aldatdığnı, lakin pulu ödəmədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 baş vermiş hadisə nəticəsində polisə müraciət etmək qərarına gəlmişdir. O, Vüsal adlı şəxsə pul verməmiş, həmçinin Müzaffər Salmanov onun yanında Vüsal adlı şəxsə pul verməmişdir, lakin Vüsalla danışıq zamanı o, almış olduğu pulu etiraf etmiş və yaxın vaxtlarda qaytarmaq üçün vaxt istəmişdir (cild 03, iş vərəqə 27-28). İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri izah edərkən Şahid5 bildirmişdir ki, Nicat adlı şəxsi xatırlamır, Vüsalın yanında Rusif olmuşdur. Vüsalla başqa görüşü və Vüsalın yanında gələn şəxsi xatırlamır. Məhkəmə iclasında Şahid7 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sonlarında avtomobil təmiri yerindən tanımışdır. O, şirkətdə briqadir kimi fəaliyyət göstərmişdir. Gördüyü işlər müqabilində Yasamal rayonunda yerləşən “Kaktus” adlanan ərazidən ona ev verilmişdir. Vüsal Cəfərov adlı şəxs ona santexnika materialları verəcəyi üçün evi onun adına yazdırmaq istəmişdir. X3 materialları verməmişdir. O, evi Vüsal Cəfərovun adına keçirtdiyini düşünmüş, amma həmin şəxs Vüsal Cəfərov yox, Təqsirləndirilən şəxs olmuşdur. 2-3 ay sonra danışdığı şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Rusif və Təqsirləndirilən şəxs həmin evi satmaq istəmişlər. O, bundan xəbər tutduqdan sonra Təqsirləndirilən şəxs evi satmamalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə Vüsal Cəfərovun ona 140000 manat borcu olduğu üçün həmin evin ona verildiyini bildirmişdir. Bundan sonra evin satışı ləğv olunmuşdur. Təqsirləndirilən şəxs və Rusif adlı şəxs evi borclu olduqları şəxsin adına keçirtmək istəmişlər. Təqsirləndirilən şəxs və Rusif adlı şəxs həmin şəxsə guya 250000 manat borcu olduğu üçün evi onlara verdiyini demişlər. Məhkəmə iclasında Şahid1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs bir-iki dəfə Vüsal Cəfərovun yanında görmüşdür. Qusar rayonunda 6 mərtəbəli binada malyar işi ilə məşğul olmuş, həmin binada fasad işlərini başqaları görmüşdür. O, nə işi üzrə məhkəməyə çağrıldığını bilmir. Məhkəmə iclasında Şahid1 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki,özü fərdi əməklə məşğul olur. Şahid7 Ramiq oğlunu və X17 xeyli vaxtdır ki, tanıyır və aralarında normal münasibət olmuşdur. O özü də Vüsal Cəfərovla birlikdə Qusar rayonunda "xxxx" MTK-nın binalarında fasad işləri görmüşlər. Vüsalla o, fasad işləri görülməsi müqabilində Şahid7 tapşırığı əsasında Fikrət adlı şəxs onlara 52000 manat işin həcmində 60000 manatlıq tikinti materialları vermişdir. X9 rayonunda yerləşən "xxxx" MTK-nın inşa edilmiş yaşayış binasında Şahid7 MTK-dan görülən işin əvəzinə verilmiş mənzili ona verilməsini, mənzilin pulunu isə avtomobillərlə ödəniş edəcəyini deyərək Şamili inandırmış, onun adına Qusar şəhərində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasında 175500 manat dəyərində olan 8-ci mərtəbə “D” bloku, 270 km-lik 49 saylı, 5 otaqlı mənzili ona verməsini aralarında razılaşmışlar və avtomobilləri və qalan məbləği tikinti, santexnik materialları ilə ödəyəcəyinə ona yanında bildirmişdir. Bundan sonra X34 ödəniş kimi 2020-ci ilin iyul ayında dəyəri 30000 manat işlənmiş 2008-ci il istehsallı 740 modelli “BMW” avtomobili tanışı Rəsul adlı şəxsə baş eribarmamə ilə vermiş, 2020-ci ilin avqust ayının sonunda dəyəri 40000 manata 2008-ci il istehsallı 1 ədəd “BMW- X-6” markalı **-NN-*** nömrə nişanlı avtomobili baş etibarnamə ilə vermişdir. Bundan X36 "xxxx" MTK-da mənzili Şamilə öz adından çıxardıb onun adına yazdırmasını, qalan məbləği isə avtomobil və santexnik materialları ilə ödəyəcəyinə vəd vermişdir. Bundan sonra 2020-ci ilin oktyabr ayının 4-də olan Qusar şəhərində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasında 175500 manat dəyərində olan 8-ci mərtəbə “D” bloku, 270 kmlik 49 saylı, 5 otaqlı mənzilini Şamil Vüsala verməsini razılaşmış və Şamil "xxxx" MTK-da mənzili öz adından çıxardıb Vüsal Cəfərovun adma yazdırmışdır. Evə dair müqavilədə və maliyyə arayışında şifahi razılaşmaya əsasən qeyd olunmuşdur ki, guya Vüsal Cəfərov həmin mənzilin pulunu MTK-ya tam ödəyib. Bundan sonra 2021-ci ilin aprel ayında bir ədəd 45000 manat dəyərində 2009-cu il istehsallı “BMW-750” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobili sürmək üçün Şamilə etibarnamə ilə vermişdir. Çünki həmin avtomobilə görə onun sahibinə 5-6 min manat borcu qalmış, onu ödəyən kimi, avtomobilə dair Şamilə 4-5 aya baş etibarnamə verəcəyini bildirmişdir. Şamil də ona inanıb razılaşmışdır. 2021-ci ilin iyul-avqust aylarında X34 9700 manat dəyərində sement də vermişdir. Daha sonra, X28 tikinti materialları 15000 manat dəyərində şpakilyovka, mata, emullsiya və 30000 manat dəyərində kərpic Vüsala 2021-ci ilin əvvəlindən 2022-ci ilin fevral ayına kimi olan müddət ərzində vermişdir. O, həmin materialları ondan almış və pulunu avtomobillə və saxtexnik malları ilə qısa müddətə əvəzləyib ödəyəcəyinə vəd versə də, heç bir ödəniş etməmişdir. Sonra X28 xəbərsiz “BMW-750” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobili sürmək üçün ona verdiyi etibarnaməni ləgv etdirmiş və avtomobili ondan geri almışdır. Şamil bu barədə ondan soruşduqda, o, avtomobili başqa şəxsə satacağını və ona nağd pul və yaxud santexnik materialları verəcəyini bildirmiş, Şamil də ona inanaraq razılaşmışdır. X32 Cəfərovla görüşmüş, ondan mal-materialların, mənzilin pulunun ödənilməsini tələb etmişdir. X34 Sumqayıt şəhərində 10-cu mikrorayonda inşa edilən evdən ona 120000 manat dəyərində ev verəcəyini, daha sonra Sumqayıtda köhnə avtovağzalda inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 148000 manat dəyərində mənzil verəcəyini vəd vermiş, sonradan müxtəlif bəhanələr gətirərək mənzili veməyib Şamili aldatmışdır (cild 01, iş vərəqə 22-23). Məhkəmə iclasında Şahid6 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs4 təxminən 20 ildir ki, tanımışdır. 2019-cu ilin oktyabr ayında Müzəffərlə söhbət zamanı o, bir nəfər Vüsal adında tanışının xaricdən ucuz qiymətə, armatur gətirəcəyini və həmin armaturu yüksək qiymətə satıb pul əldə edəcəyini bildirmişdir. Müzəffər ilə danışıq zamanı onun Vüsal adlı şəxslə iş görmək niyyətinin olduğunu başa düşdüyünü bildirmişdir. O, Müzəffərə Vüsal barədə maraqlanıb pul verməsini məsləhət bildiyini demişdir. Bundan sonra ölkədə olan ümumi karantin şaraitinə görə Müzəffər ilə görüşə bilməmişdir. Bundan sonra o, 2020-ci ilin təxminən iyul ayında o, Müzəffər ilə növbəti dəfə görüşüb söhbət edərkən, Müzəffər ona Vüsal adlı şəxsə ümumilikdə 123.000 ABŞ dolları pulu verdiyini, lakin Vüsalın müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmadığını bildirmişdir. O, ondan hal hazırda məsələnin nə yerdə olduğunu soruşduqda o, Vüsal ilə bir neçə söhbətlər aparacağını, nəticə verməzsə bu barədə hüquq mühafizə orqanlarına müracət edəcəyini bildirmişdir. O, bir neçə dəfə Zərərçəkmiş şəxs4 yanında olan zaman Vüsal adlı səxslə danışmış, danışıq zamanı, Vüsal adlı səxs Zərərçəkmiş şəxs4 yeni vədlər verərək pulu qaytaracağını bildirmişdir. Bundan əlavə o, Zərərçəkmiş şəxs4 Vüsal ilə görüşməyi təklif etmişdir. Bundan sonra onlar təxminən 2020ci ilin avqust ayında onlar Vüsal ilə Binəqədi Rayon Məhkəməsinin qarşısında olan parkda görüşmüşlər, Vüsal həmin görüşə gələn zaman onun qolu gipsdə olmuşdur. O, söhbət zamanı, bir daha onun yanında Zərərçəkmiş şəxs4 123.000 ABŞ dollar pulu aldığını və yaxın vaxtlarda pulu qaytaracağını vəd etdiyini bildirmişdir (cild 03, iş vərəqə 142-143). Məhkəmə iclasında Şahid3 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs4 17 ildir ki tanıyır, onların ailəvi dostu olmuşdur. O, Zərərçəkmiş şəxs4 iş adamı olduğunu, uzun illər şəhərin müxtəlif yerlərində gözəllik salonları işlətdiyini bildirmişdir. Təxminən 2020-ci ilin mart ayında tanışı Zərərçəkmiş şəxs4 onlarda olan zaman bir nəfər Vüsal adlı tanışının olduğunu, həmin şəxsin özünün və qardaşının Bakı şəhərinin müxtəlif yerlərində yeni tikilən binalara armatur satdığını və həmin şəxs ilə iş görmək istədiyini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs4 işin nə olduğunu soruşduqda o, həmin Vüsal adlı şəxsin bir ton armaturu 650 manata alıb bina tikən şirkətlərə təqribi 1000 manata satdığını demişdir. Zərərçəkmiş şəxs4 bu dedikləri ona çox maraqlı gəlmiş, sonradan söhbət zamanı Müzəffərin artıq bu iş üçün Vüsal adlı şəxsə 83.000 ABŞ dollar pul verdiyini bilmişdir. Həmin pulun müqabilində Vüsal adlı şəxs ona xaricdən armatur gətirəcəyini və burada tikilən binalara satacağını vəd etmişdir. O, Müfəzzər Salmanovdan həmin şəxsə etibarının olub-olmaması barədə soruşduqda o, narahat olmamagını, həmin şəxsə etibar edib pul verdiyini bildirmişdir. Bundan sonra o, ürəklənib işlədiy müddətdə evdə yığdığı 40000 ABŞ dollar pulu Zərərçəkmiş şəxs4 verə biləcəyini bildirmişdir. Həmin zaman aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs4 ondan almış olduğu pulu təxmiən 4-5 ay ərzində ona qaytaracağını və əlavə olaraq 8000 manat pul verəcəyini bildirmişdir. Beləliklə təxminən 2020-ci ilin 1 mart tarixində yaşadığı evdə o, özünə məxsus 40.000 ABŞ dollar pulu Zərərçəkmiş şəxs4 vermişdir. O, pulu aldıqdan sonra ona birlikdə gedib Vüsala verməsini təklif etmişdir. O, ilkin olaraq razılaşmaq istəməmiş, çünki Zərərçəkmiş şəxs4 tanıdığını və ona yalan danışmayacağından əmin olduğunu bildirmişdir. Lakin çox təkid etdikdən sonra o, razlaşmışdır. Müzəffər Vüsalla danışıb onu yaşadığı evin yaxınlığına dəvət etmişdir. O, Müzəffərin avtomobilində gözləmişdir. Müzəffər təxminən 25-30 yaşlarında üzündə saqqalı olan bir nəfər şaxslə görüşmüş və o, ondan almış olduğu 40000 ABŞ dollar olan paketi ona vermişdir. Vüsal adlı şəxs pulu aldıqdan sonra çıxıb getmişdir. Həmçinin Zərərçəkmiş şəxs4 onun yanında dəfələrlə Vüsal adlı səxslə danışmış, danışıq zamanı telefonun yüksək səsə qoyduğu üçün o, danışıqların şahidi olmuşdur. Söhbət zamanı Vüsal adlı səxs hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Belə ki, o söhbət zamanı hal hazırda armaturu artırdığını, növbəti dəfə əzildiyini bildirib müxtəlif bəhanələrlə Zərərçəkmiş şəxs4 aldatmışdır. Təxminən 2020-ci ilin iyul ayının sonlarında o, Zərərçəkmiş şəxs4 işin getdiyini, pul barədə maraqlanmışdır.Həmin zaman Zərərçəkmiş şəxs4 ona Vüsalın onu aldatdığını, hər dəfə müxtəlif bəhanələr gətirdiyini, lakin buna baxmayaraq narahat olmamağını, öz şəxsi vəsaiti hesabına onun pulunu geri qaytaracağını bildirmişdir. Müzəffər ondan almış olduğu 40.000 ABŞ dollarını gətirib 2 aydan sonra ona qaytarmışdır. Təqsirləndirilən şəxs Müzəffərdən almış olduğu pulu ona geri qaytarmamışdır(cild 3, iş vərəqə 144-146). Məhkəmə iclasında Şahid4 elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, onun özünün tikinti şirkəti olmuşdur. "xxxx" MMC-nin rəhbəridir, iş fəaliyyəti tikinti materiallarının alqı-satıqısmdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəllərindən tanımış, onunla tikinti materialların satışı bazarında təsadüfən tanış olmuçdur. Tanış olduqdan sonra Xırdalan şəhərində öz yaşadığı binanın tikintisində işləmək üçün təxminən 33 tonluq armatur Vüsalın vasitəsi ilə alıb verdiyini bildirmişdir. Belə ki, Vüsal Nizami rayonu Keşlə qəsəbəsində dəmir sexində işləmişdir. Özünün deməsinə görə həmin sexin bütün işlərini o özü tənzimləmişdir. Beləliklə o, birinci olaraq Vüsaldan həmin vaxt 33 tonluq ümumilikdə 23760 manatlıq dəmir armatur aldığını bildirmişdir. Bundan sonra Vüsal ilə söhbətlər zamanı o, özünü armatur sahəsi üzrə çox nüfuzlu şəxs kimi təqdim etmiş və böyük tikinti şirkətlərinə istənilən miqdarda armatur təmin edə biləcəyini bildirmiş və ona böyük tikinti şirkətləri işləmək üçün xahiş etdiyini bildirmişdir. O, bu sözündən sonra “Qurtuluş-93” tikinti şirkətinin rəhbərliyi ilə danışmış və Təqsirləndirilən şəxs tikinti üçün armatur təmin edə biləcəyini bildirmişdir. Bundan sonra “Qurtuluş-93” tikinti şirkəti ilə işləməyə razılıq verdiyini və ilk dəfə xx.xx.2020-ci il tarixdə ümumi dəyəri 28.198 manat təşkil edən 31.332 ton armatur, ikinci dəfə 19.390 manat təşkil edən 28.516 ton dəmir armatur, üçüncü dəfə 24.322 manat təşkil edən 35.250 ton armatur, dördüncü dəfə isə 9486 manatlıq 9986 kq dəmir armatur verdiklərini bildirmişdir. Qeyd olunan məbləğlər hamısı nisyə olmuşdur. Onlar ümumilikdə həmin şirkətə 105 ton mal verdiklərini, həmin malın müqabilində onlar “Qurtuluş 93” şirkətindən təqribən 105.000 manat pul almalı olmuşlar. 2020-ci ilin iyun ayından 2020-ci ilin mart ayına qədər o, şirkətdən hissə-hissə 83.140 manat pul alıb Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs vasitəsi ilə təxminən 1 il əvvəl tanımışdır, belə ki, onu Müzəffərin Nərimanov rayonu ərazisində yerləşən ofisinə aparmış, söhbət zamanı Vüsal onu təqdim edərək “Qurtuluş-93” şirkətinə onun vasitəsi ilə mal verəcəyini bildirmişdir. Bir az söhbətdən sonra o, ofisdən bayıra çıxmış, Vüsal Zərərçəkmiş şəxs4la tək qalmış, onun yanına gəldikdən sonra əlində pul olduğunu görmüşdür. Lakin pulun miqdarı barədə heç bir məlumatı olmamış, bir neçə vaxt sonra ona Vüsalın Müzəffərdən ümumilikdə 218000 manat pul götürdüyünü, 8000 manat pul qaytardığını bilmişdir. Belə ki, 2020-ci ilin may ayının sonlarında Zərərçəkmiş şəxs4 ofisində o, Vüsal və Müzəffər ilə söhbət zamanı, Vüsal onun yanında Müzəffərdən 218.000 manat pul almışdır. O, Müzəffərə dəftərini açıb göstərmiş və Vüsalın ona 81.396 manatlıq armatur satdığını onun isə ona hissə-hissə ümumilikdə 83.140 manat pul qaytardığını bildirmişdir. Bu zaman Vüsal Müzəffərdən almış olduğu pulun hamısı ilə onunla işlədiyi barədə Müzəffərə yalan məlumat vermişdir. Bundan sonra Vüsal pis vəziyyətdə qaldığnı başa düşmüş və Müzəffərə ondan almış olduğu pulun hamısını onunla işləmədiyini, ayrı-ayrı şəxslər ilə işlədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 və o, Vüsalın yalan danışdığını başa düşmüşlər. Zərərçəkmiş şəxs4 onun yanında Vüsala yalançı olduğunu bildirib ondan vermiş olduğu pulu tam şəkildə geri tələb etdiyini bildirmişdir. Bu zaman Vüsal onun yanında Zərərçəkmiş şəxs4 almış olduğu 218.000 manat pulu qəpiyinə qədər geri qaytaracağını bildirmişdir. Həmin vaxtdan sonra o, bir neçə dəfə Zərərçəkmiş şəxs4 ilə görüşmüş, görüş zamanı ondan məsələnin nə yerdə olduğunu, Vüsalın pulu ödəyib-ödəməyini soruşmuş, o, cavabında Vüsalın heç bir pul ödəniş etmədiyini və onu aldatdığını bildirmişdir. Bundan başqa 2021-ci ilin oktyabr ayında Vüsal ona zəng vuraraq hal- hazırda vəkilin yanında olduğunu bildirib onunla ora gəlməsini xahiş etmişdir. O, həmin ünvana getmiş və orada Vüsalın vəkili Müdafiəçi2 ilə görüşmüş, vəkil İlqar ona Zərərçəkmiş şəxs4 Vüsal barəsində şikayət etdiyini və aralarında olan armatur alışı-satışı ilə bağlı məlumat verməsini xahiş etmişdir. O, isə onlara vermiş olduğu cavabında Vüsalın ona 81.396 manatlıq armatur verdiyini, onun isə ona ümumilikdə 83.140 manat pul qaytardığını bildirmişdir. Həmçinin o, onlara ödəniş olduğu 83.140 manat pulu hansı təyinat üzrə xərclədiyini bilmədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs özü də onun da orada Müzəffərə pul ödəməsi barədə heç bir məlumat vermədiyini bildirmişdir (cild 3, iş vərəqə 14-149). Məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 06 may 2023-cü il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 hadisənin baş verdiyi yeri və ifadəsində göstərdiyi halları əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vərəqə 20-25). 11 may 2023-cü il tarixli diskdə olan danışıqların dinlənilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş X24 ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda danışıqların aparıldığı müəyyən edilmişdir: K 1 : deyim ki, aton məni incidir, məni öldürür hə, belə hə, K 2 : hə denən qardaş mən gedib məruzə edirəm, sənin hörmətivi eliyim, vurajıyıx, şikayət eliyəndə eşidirsən, sənində adm yazılsın orda, onlar nə bilirlər yapon kimdir, o qədər yapon var ki, yox bir amerika, kitay, dubay, o qədər varki, denən ki, yapon kriminal aləmin adamı, birdə həmin o gijdillağın adı nədi, o kriminal dünyanın adamı, ona da ləqəb qoy da, nəbilim reket ləqəbli filankəs, K 1 : Birdə ev məsələsinin üstündə dirəşiblər bunlar, bu ev məsələsini deməli gəl başqa cür fırradağee, sən elə deyirsən elə-belə, onlar inanmırlar, bu söhbəti gəl başqa cür fırladaq, K 2 : heç onu axtarmıyacaqlar, iş ictimayətləşib ora-bura gedənnən sonra uje fırıldaq olacaq, o boş şeydi, sən prostu, zəng elə denən ki, xala, qardaş, mən sənnən borc almışam, sənə borcum var, mənə vaxt ver konkret pulu bağlayajam, denən o günləri deyənnən sonra yapon məni öldürəcəydi, yapon kimin dostudu, mənə niyə hədə-qorxu gəlir, məni öldürəcəy, səndə poxa düşərsən, pulun da batar gedər, sənə bu lazımdı, denən mən səninlə danışmışam, sənə də pulu verəcəm, denən bu kimdir mənim üstümə göndərirsən, mən səni tanıyıram, K 1 : Məni o qədər nerviləndirdi, dedim başımı xarab eləmə, sənədin əsli zadı sənin özündədir, ged özün götür, sonra dedim yalan deyirəm də, K 2 : Pul söhbət eləmə də gijdillaq onlarla, qardaş ümumiyyətlə o söhbətə gəlmə, sən tutulduğuvu ona de, onlar arxayın qalsınlar ki, biz səni boş buraxmamışıq, biz tapıb tikiriy, mən qoymaram axı sənə kimsə naejat eliyə, hədə-qorxu gələr, o bilmir, başqa cürə bilir, səndə yekə yekə danışırsan, onlar bizi oynadırlar, sən elə etməlisən ki, onlar bizi gözdəsinlər, uşaqsan eee eh. K 1 : Yaxşı ata bildim, yaxşı Təqsirləndirilən şəxs səsyazısını dinləyib protokolla tanış olduqdan sonra həmin səs yazısını özü Zərərçəkmiş şəxs1 telefonuna ötürdüyünü, səslərin ona və Vüsal Cəfərova aid olduğunu bildirdi(cild 01, iş vərəqə 31-33,42-43,143-144). 8 iyun 2023-cü il tarixli X15 şahid qismində dindirilmə protokolundan görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 təqdim edilmiş yuxarıda göstərilən səs yazıları barəsində dindirilərkən həmin səs yazılarının məzmununu və telefon danışıqlarının onunla Təqsirləndirilən şəxs arasında aparılmasını təkzib etməyərək danışığın Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs zor tətbiq etməklə əldə edildiyini göstərmişdir (Cild 2, iş vərəqə 88-93). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 tanışı ondan 163500 manat məbləğində dəmir məmulatı olan armaturu alıb ələ keçirdiyini, pulunu ödəmədiyini, ona qarşı dələduzluq etdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 01, iş vərəqə 135-142). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə şahid X24 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 tanışı X24 vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs 163500 manat məbləğində dəmir məmulatı olan armaturu alıb ələ keçirdiyini, pulunu ödəmədiyini, ona qarşı dələduzluq etdiyini Vüsal Cəfərovun üzünə qarşı deyərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 02, iş vərəqə 94-103). Bundan başqa X24 istər şahid qismində dindirilərkən, istərsə də Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, X4 ilə üzləşdirilərkən Təqsirləndirilən şəxs Xəyala 100000 manatdan çox borcu olduğunu, həmin borc müqabilində özünə məxsus “Kaktus” restoranı yaxınlığında yerləşən 150-200000 dəyərində evinin onun adına keçiriləcəyini bildirmişdir. (cild 2 iş vərəqə 94-103,115-121, 122-127,) X24 və X1 ibtidai istintaq dövründə üzləşdirmə protokollarından görünür ki, sonuncu “Kaktus” restoranının yanında olan çox mərtəbəli yaşayış binasında sahəsi 156 kv.m olan üç otaqlı mənzilin satış qiymətini 100000 manata razılaşaraq 42000 manatını verdiyini, lakin sonradan Vüsal Cəfərovun həmin evi tanışı Təqsirləndirilən şəxs borc əvəzi aldığını, Təqsirləndirilən şəxs sonuncu tərəfindən armatur alqı-satqısı üçün başqası qarşısında zamin durduğunu, hazırda onun qaçıb gizləndiyi üçün armaturu aldığı şəxs Zərərçəkmiş şəxs1lə məsələni özü həll etməli olduğunu, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 170000 manat borclu olduğunu bildirərək, ona “Kaktus” restoranının yanında yerləşən mənzili Zərərçəkmiş şəxs1 borc əvəzi verməsinə etiraz etməməsini xahiş etmişdir (cild 02, iş vərəqə 166-170). Cinayət işinin materiallarına əlavə edilmiş 07 aprel 2021-ci il tarixli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbədə, ümumi sahəsi 136,5 kv.m olan, 3 otaqlı, 360 saylı mənzilin dəyərini tam ödəmişdir. Bundan başqa həmin tarixdə tərtib edilmiş 360003 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok,16cı mərtəbədə, ümumi sahəsi 136,5 kv.m olan, 3 otaqlı, 360 saylı mənzil bir pay kimi verilir. Müqavilə icraçı və payçı tərəfindən imzalanmışdır. Həmin sənəd Təqsirləndirilən şəxs tərəfındən Zərərçəkmiş şəxs3 ziyanı ödəmək adı ilə verilmişdir (cild 01, iş vərəqə 194-196, cild 05, iş vərəqə 56-89). 24 may 2023-cü il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi 2096 saylı məhəllədə yerləşən “Dərnəgül tikinti materialları” bazarında işlədiyi obyekti göstərərək xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ondan 32 ton çəkidə dəmir armaturlarını aldığını, 10 gün ərzində pulu ona verəcəyini vəd verdiyini, armaturun pulunu ödəmək adı ilə ünvan 9 ünvanında yerləşən 3 otaqlı mənzili ona göstərməklə yanaşı, saxta müqavilə və maliyyə arayışı verib onu aldatdığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 01, iş vərəqə 211- 216). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 32 ton çəkidə dəmir armaturlarını ondan aldığını, 10 gün ərzində pulu ona verəcəyini vəd verdiyini, armaturun pulunu ödəmək adı ilə ünvan 9 ünvanında yerləşən 3 otaqlı mənzili ona göstərməklə yanaşı, heç bir hüquqi qüvvəsi olmayan müqavilə və maliyyə arayışı verdiyini, onu aldatdığını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 01, iş vərəqə 217-219). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onu polisə işə düzəldəcəyinə dair vəd verdiyini, buna görə ondan 55000 manat məbləğində pul aldığını, aldadıldığını başa düşüb pulu ondan geri qaytarılmasını tələb etdiyini, lakin pulu qaytarmadığına görə prokurorluq və polisə şikayət etdiyini, həmin pulun 45000 manatının Baş Polis İdarəsində ona qaytarıldığını, daha sonra guya həmin pulun qaytarılmasında köməklik etmiş prokurorluq əməkdaşına pul verilməsini bildirdiyini, bu məqsədlə ondan iki dəfəyə cəmi 35000 manat pulu alıb ələ keçirdiyini, təkrar aldadıldığını başa düşdüyündən pulunu ondan geri qaytarılmasını tələb etdiyini, ona qarşı dələduzluq edildiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 02, iş vərəqə 142-146). 14 avqust 2023-cü il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində 25000 manat, ünvan 7 evin qarşısında 10000 manat vermişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 05, iş vərəqə 27-29). İbtidai istintaq zamanı şahid X30 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Ramin Zalov Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 polisə işə düzəldəcəyinə dair vəd verdiyini, buna görə ondan 55000 manat məbləğində pul aldığını, işi düzəlmədiyi üçün pulun geri qaytarılmasını tələb etdiyini, lakin pulu qaytarmadığına görə polisə şikayət etdiyini, həmin puldan 45000 manatını Baş Polis İdarəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qaytardığını, özünün Zərərçəkmiş şəxs2 polisə işə düzəldilməsi ilə bağlı heç kimə vəd vermədiyini, pul almadığını bildirərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 02, iş vərəqə 206-208). Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş yazılı aktda “Mən, X5 xx.xx.2019-cu ildə 30 min dollar borc götürdüm və 6 ay müddətinə geri verəcəyinə söz verirəm, aktı özüm yazdım və imzamla təsdiq edirəm” sözləri qeyd edilmişdir. Aktın yuxarı hissəsində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti həkk edilmişdir. Bundan başqa 2-ci aktda “Mən Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə Zərərçəkmiş şəxs4 28000 ABŞ dolları məbləğində borc götürdüm, həmin məbləği xx.xx.2020-ci ildə geri qaytaracağımı söz verdim. Akt özüm yazdım öz imzamla təsdiq edirəm, imza Təqsirləndirilən şəxs” sözləri yazılmışdır və aktın yuxarı hissəsində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin ksero surəti həkk olunmuşdur. Bundan başqa, 3-cü aktda “Mən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 200.000 ABŞ dolları məbləğində borc pul götürdüm və bu pulu xx.xx.2020-ci il tarixdə verəcəyimi bildirdim. Akt özüm yazdım öz imzamla təsdiq edirəm. İmza Təqsirləndirilən şəxs sözləri” və Tarix xx.xx.2020. rəqəmləri qeyd olunmuşdur və aktın yuxarı hissəsində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin ksero surəti həkk olunmuşdur (cild 03, iş vərəqə 8-12). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayına qədər xaricdən Azərbaycan Respublikasına armatur gətirəcəyini vəd edərək ondan hissə-hissə olmaqla 123000 ABŞ dollar pul aldığını və pulunu ələ keçirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 03, iş vərəqə 98-99). 13 iyul 2023-cü il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 hadisənin baş verdiyi yeri və ifadəsində göstərdiyi halları əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 04, iş vərəqə 111-113). Müdafiə tərəfinin vəsatəti əsasında cinayət işi materiallarına əlavə edilmiş qaimə faktura və əlyazma sənədlərindən, Şahid4 tərəfindən yazılmış ərizədən görünür ki, həqiqətən də Təqsirləndirilən şəxs Şahid4 armatur satmışdır (cild 04, iş vərəqə 133-135). İbtidai istintaq dövründə həmin sənədlərlə əlaqədar şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ildən armatur satıcısı kimi tanımış, 2020-ci il tarixdə Vüsal onu Zərərçəkmiş şəxs4 ofisinə aparmış, sonuncuya Rusifin vasitəsilə “Qurtuluş-93” şirkətinə mal satacağını bildirməklə o, otaqdan çıxdıqdan sonra Zərərçəkmiş şəxs4 pul almağa nail olmuş, bir müddət sonra o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 görüşərkən Vüsalın Müzəffərə 218000 manat pul borclu olduğunu, həmin pul vəsaitindən yalnız 8000 manat qaytardığını etiraf etdiyini eşitmiş, bu zaman öz dəftərini Müzəffərə açıb göstərərək aralarında olan ticarət ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs 83140 manat ödədiyini bildirən zaman Vüsalın Müzəffərdən aldığı pul vəsaiti ilə yalnız onunla işləməsi barədə söylədiklərinin yalan olduğunun üzə çıxmış, Vüsal məcbur olub Müzəffərə ondan aldığı pul vəsaiti hesabına ayrı-ayrı şəxslərlə ticarət aparmasını bildirmişdir (cild 0, iş vərəqə 147-149). İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə özünün tanış etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 xaricdən armatur gətirmək məqsədilə sonuncudan onun iştirakı ilə 58000 ABŞ dolları almış, bundan sonra Vüsal onun iştirakı ilə Zərərçəkmiş şəxs4 8000 manat pul vəsaiti qaytarmış, qaytardığı həmin pulun qazanc olduğunu bildirmiş, lakin 8-9 ay sonra Vüsal ona zəng edərək guya Müzəffərdən aldığı pulun faiz olduğunu, 91000 manat faiz qaytardığını qeyd etdikdə Vüsala danışıqların onun yanında baş verməsini, sonuncu ilə Zərərçəkmiş şəxs4 aralarında faiz söhbəti olmamasını söyləmişdir. Həmin zaman Vüsalın öz dediklərini müdafiə etməsindən başa düşmüşdür ki, o, Zərərçəkmiş şəxs4 aldatmışdır. Sonralar ona zəng edərək gah Müzəffərə 10000, gah 30000 ödədiyini qeyd etsə də Vüsala həmin pul vəsaitlərinin verilməsində iştirak etmədiyini bildirmiş, sonuncu məlumat üçün bu informasiyaları ona verdiyini qeyd etmişdir. Daha sonra Vüsal ona zəng edərək Zərərçəkmiş şəxs4 ondan şikayət etməsini, polisə çağırılacağını, polisə Təqsirləndirilən şəxs 8000 manatdan əlavə 10000 manat və 30000 manat pul vəsaiti qaytardığını deməsini xahiş etmişdir(cild 04, iş vərəqə 160-162). Məhkəmə-psixatrik ekspertizasının 02 noyabr 2021-ci il tarixli 2570 nömrəli və 15 iyul 2023-cü il tarixli 1934 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törədiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 03, iş vərəqə 150-152, cild 04 iş vərəqə 169- 171). 07 iyul 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 4, iş vərəqə 165-166). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının 08 dekabr 2022-ci il tarixli 11880 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 4, iş vərəqə 22). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən Qasımzadə X13 Hərbi Məhkəməsinin 22 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.1, 332.2.2, 332.2.3, 182.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur (cild 2, iş vərəqə 164-165, cild 03, iş vərəqə 45-47). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Qeyd edilən əməllərin külli miqdarda ziyan vurmaqla törədilməsi həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. CM-nin 177-ci maddəsinin Qeydinə əsasən külli miqdar dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Bu müddəaya görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarına əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə) yönəlməsini ehtiva edir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Həmin qərarın 31-ci bəndində göstərilir ki, vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Cəmaləddin Abbasova münasibətdə dələduzluq əməllərinə yol verməməsi, hər biri ilə ticarət münasibətlərində olması, Zərərçəkmiş şəxs4 81000 manat məbləğində pul qaytarması,işlərində birinin axsadığı üçün sonuncunun ondan şikayət etməsi, Zərərçəkmiş şəxs1 ondan şikayət etməsinin səbəbinin isə ondan aldığı materialı bazarda daha baha satmasını öyrənməsi ilə əlaqədar olması, Cəmaləddindən aldığı dəmir məftilin pulunu başqa işə sərf etdiyi üçün ona qaytara bilməməsi, Zərərçəkmiş şəxs2 heç bir pul vəsaitinin almaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, zərərçəkmiş şəxslərə ümumilikdə 509900 manat məbləğində maddi ziyanın vurulması ilə yolu ilə dələduzluq əməli törətməsi cinayət işi materialları ilə sübuta yetirilmişdir. Məhkəmə, əvvəla Zərərçəkmiş şəxs2 işə düzəldilməsi ilə əlaqədar aldadılaraq ona məxsus pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi epizodu üzrə qeyd edir ki, Təqsirləndirilən şəxs 55.000 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs2 tərəfindən verilməsi faktını mübahisələndirmədən Ramin Zalova təhvil verilməsini iddia etmişdir. Lakin onun ifadələri ibtidai istintaq dövründə həmin xüsusat üzrə dindirilən X37 Əliyevin işə düzəldilməsi ilə əlaqədar heç kimdən pul almadığını qeyd etməsi, həmçinin Zərərçəkmiş şəxs2 şikayəti üzrə polis bölməsinə dəvət edilərkən də müvafiq pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 qaytarılmasını bildirməsinə dair ifadələri ilə təkzib edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan isə görünür ki, X18 əməlində Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibinin olmaması əsası ilə barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmə qeyd edilən sübutları, həmçinin Zərərçəkmiş şəxs2 həm ibtidai istintaq, həm məhkəmə iclasları zamanı verdiyi ifadələrin mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar olmamasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qaytarılmış pul vəsaitinin bir hissəsi, yəni 35000 manat pul vəsaiti yenidən zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq əlindən alınmışdır. Zərərçəkmiş şəxs4la münasibətinin ticarət əlaqəsinin olmasına, sonuncuya 81.000 manat pul qaytarması barədə Təqsirləndirilən şəxs ifadələri isə həm Zərərçəkmiş şəxs4, həm Şahid4, həm də Şahid2 ifadələri ilə təkzib edilmişdir. Belə ki, Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, yalnız Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 8000 manat pul verdiyinin şahidi olmuş, bundan başqa Zərərçəkmiş şəxs4 onun yanında Təqsirləndirilən şəxs iş görmək adı altında pul vəsaiti versə də sonuncu onu Müzəffərin ona faizlə borc verməsinə inandırmağa çalışmış, polis orqanlarına çağırıldığı təqdirdə Vüsal tərəfindən Zərərçəkmiş şəxs4 81000 manat qaytarmasını söyləməsini xahiş etmişdir. Digər tərəfdən müdafiə tərəfi məhz Şahid4 tərəfindən Təqsirləndirilən şəxs 83140 manat ödəməsi barədə qaimə fakturaları istintaqa təqdim edərək həmin pul vəsaitini Zərərçəkmiş şəxs4 ödəməsini iddia etsələr də Şahid4 ibtidai istintaq dövründə həmin xüsusat üzrə dindirilərkən, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs ilə görüşdüyünü, görüş zamanı özü tərəfindən Təqsirləndirilən şəxs ödənilmiş pul vəsaitini Zərərçəkmiş şəxs4 qaytarmadığını, Vüsalın Zərərçəkmiş şəxs4 218000 manat pul borclu olduğunu eşitdiyini, Vüsalın artıq Zərərçəkmiş şəxs4 aldada bilmədiyini görüb sonuncudan aldığı pul vəsaiti ilə yalnız Rusiflə deyil, başqa şəxslərlə ticarət əlaqələrinə sərf etdiyini bildirdiyini qeyd etmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 alınmış pul vəsaitini mübahisələndirmədən 81.000 manat hissəsini qaytardığını iddia etsə də bu barədə məhkəməyə ağlabatan dəlillər təqdim edilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus 163.500 manat məbləğində dəmir məmulatlarının, Cəmaləddin Abbasova aid 38.400 manat dəyərində 32 ton çəkidə tikinti materialı olan dəmir məftilinin ələ keçirilməsində niyyətinin özgə əmlakının ələ keçirilməsi olmaması barədə ifadələri ilə əlaqədar məhkəmə qeyd edir ki, şəxsin niyyəti onun həm hadisədən əvvəl, həm də sonrakı davranışları əsasında müəyyən edilir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslərdən müvafiq mal-material alqı-saqtı münasibətlərinin predmeti qismində alınmış, lakin sonradan həmin pul vəsaitləri ödənilməmişdir. Təqsirləndirilən şəxs hər iki epizod üzrə müvafiq materialları almasını, satmasını təkzib etməsə də hansı səbəblərdən pulun qaytarılmamasına dair məhkəməyə ağlabatan dəlillər təqdim etməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş telefon danışıqlarını əks etdirən CD disk məlumatlarından görünmüşdür ki, Təqsirləndirilən şəxs ümumiyyətlə Zərərçəkmiş şəxs1 aldığı məhsulun satışından əldə etdiyi pul vəsaitini sonuncuya qaytarmaq niyyəti olmamışdır. Məhkəmə onu da qeyd edir ki, həm Zərərçəkmiş şəxs1, həm də Cəmaləddin Abbasovdan əldə edilmiş mal-materialın dəyərini təşkil edən pul vəsaiti əvəzinə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə mənzillər təklif edilsə həmin mənzillərə dair sənədlərin saxta olması bir daha təqsirləndirilən şəxsin niyyətinin özgə əmlakının əvəzsiz əldə edilməsinə yönəlməsinə dəlalət edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməklə əlaqədar irəli sürülmüş itiham yəni, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 21 iyun 2019-cu il təvəllüdlü bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxs X7 ilə barışıq əldə edilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxs X7 ilə barışıq əldə edilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halların olmasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdə tutulmuş (cild 03, iş vərəqə 85), 20 sentyabr 2021-ci il tarixli qərar ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 03, iş vərəqə 119-120). Bundan başqa Təqsirləndirilən şəxs 15 dekabr 2022-ci il tarixdə tutulmuş (cild 04, iş vərəqə 41), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmişdir (cild 04, iş vərəqə 67-77). Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 126-127), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 23 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 245-250). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu müddət onun həbsdə saxlama müddətinə daxil edilir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci və Cinayət Məcəlləsinin 69.3-cü maddələrinə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı 18 sentyabr 2021-ci il tarixdən 20 sentyabr 2021-ci il tarixədək, 15 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixidək tutulduğu müddətlər Təqsirləndirilən şəxs təyin ediləcək cəzadan çıxılmalı, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 may 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə o cümlədən itirilmiş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddialar verilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 mülki iddia ərizəsində maddi ziyana görə 210000 (iki yüz on min) manat pulun, ödənilmiş 500 (beş yüz) manat dövlət rüsumunun və vəkilə ödənilmiş 300 (üç) yüz manat xidmət haqqının, Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsində maddi ziyana görə 45000 (qırx beş min) manat pulun və ödənilmiş 225 (iki yüz iyirmi beş) manat dövlət rüsumunun, Zərərçəkmiş şəxs1 mülki iddia ərizəsində maddi ziyana görə 163500 (bir yüz altmış üç min beş yüz) manat pulun və 454 (dörd yüz əlli dörd) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə ittiham aktında qeyd edilən məbləğlərdə ziyan vurulması ilə əlaqədar dələduzluq cinayəti törətdiyi barədə qənaətə gəldiyindən, o cümlədən zərərçəkmiş şəxslər öz iddialarını əks etdirən dəlillərini ərizələrinə əlavə etdiyindən hesab edir ki, Zərərçəkmiş şəxs4 İsa oğlunun müdafiəçisi Nümayəndə2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddialar təmin edilməli, Təqsirləndirilən şəxs tutularaq 210800 manat pul vəsaiti Zərərçəkmiş şəxs4 İsa oğluna, 45225 manat pul vəsaiti Zərərçəkmiş şəxs2, 163954 manat pul vəsaiti Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk, qəbz-aktlar, maliyyə arayışı və müqavilə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli 15 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdən 20 sentyabr 2021-ci il tarixədək, 15 dekabr 2022-ci il tarixdən 17 dekabr 2022-ci il tarixədək tutulduğu 4 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 23 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət nəticəsində Zərərçəkmiş şəxs4 İsa oğlunun müdafiəçisi Nümayəndə2 vurulmuş 210000 manat məbləğində maddi ziyan, 500 manat məbləğində dövlət rüsumu, müdafiəçiyə xidmət haqqı kimi ödənilmiş 300 manat pul vəsaitinin, Zərərçəkmiş şəxs2 ona vurulmuş 45000 manat maddi ziyan, 225 manat dövlət rüsumunun, Zərərçəkmiş şəxs1 ona vurulmuş 163500 manat pul, 454 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq onlara ödənilməsi barədə mülki iddiaları təmin edilsin. Təqsirləndirilən şəxs tutularaq 210800 manat pul vəsaiti Zərərçəkmiş şəxs4 İsa oğluna, 45225 manat pul vəsaiti Zərərçəkmiş şəxs2, 163954 manat pul vəsaiti Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübutlar - 01 ədəd DVD disk, qəbz-aktlar, maliyyə arayışı və müqavilə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar