Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1100/2024 16.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1977-ci il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(002)-292/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkən, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı olan basqın edib quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə, saat 15 radələrində tamah niyyəti ilə özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi 1-də yerləşən «Ucuzluq» kişiqadın və uşaq geyimləri mağazasına müştəri qismində daxil olub, mağazada masanın üzərində olan pul kisəsini görüb onu açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə götürərək bunu görmüş mağazanı işlədən Zərərçəkmiş şəxs qışqırıb səsni çıxarmayıb susması üçün özündə olan müəyyən edilməmiş bıçağı silah qismində istifadə edib tətbiq etməklə hədələyib sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsilə bağlı olan basqın edərək Zərərçəkmiş şəxs masanın üzərinə qoyduğu özünə məxsus 3 manat dəyərində üzərində «MCSOHİNO» yazısı olan pul kisəsini içərisində olan 01 ədəd 8 qram çəkidə, 500 manat dəyərində 583 əyarlı qızıl üzüyü, ümumilikdə 10 qram çəkidə, 700 manat dəyərində 01 cüt 583 əyarlı sırğanı və 01 ədəd 583 əyarlı üzük dəstini, 12 qram çəkidə, 1200 manat dəyərində 01 ədəd 750 əyarlı bilərziyi, 4 qram çəkidə, 250 manat dəyərində 01 ədəd 583 əyarlı qızıl boyunbağını və 97 manat nəğd pulu silah qismində istifadə olunan əşya bıçaq tətbiq edib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı olan basqın etməklə quldurluq edib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla 2750 manat məbləğində əmlakını ələ keçirmişdir, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun silah qismində istifadə olunan əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı olan basqın edib quldurluq etməsi, yəni Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, həyat yoldaşı Hicran Mustafayeva və iki övladı ilə tutulduğu günə qədər ünvan 2 ünvanında yaşamışdır. 19 iyul 2023-cü il tarixdə Sədərək Ticarət Mərkəzində (TM-də) mağazaya girib masanın üzərində qoyulmuş pulu götürüb qaçan zaman onu polislər tutmuş və həbs edilmişdir. Buna görə Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə ittiham verilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsində həmin işə baxılmış və azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, maddi vəziyyətilə əlaqədar pula ehtiyyacı olduğundan Sədərək TM-də baş vermiş hadisədən bir neçə gün əvvəl, daha doğrusu 11 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Ş.Kamilov küçəsində gəzişən zaman sakit bir yerdə «Ucuzluq» adlı bir mağaza görmüş, içəri daxil olub satıcıdan asılqanda olan qadın paltarının qiymətini soruşaraq əlində olan telefonu qulağına qoyaraq guya telefonla danışmaq görüntüsü yaratmış, mağazada olan təqribən 50 yaşlarında, dolu bədən quruluşlu qadın onun soruşduğu paltarların qiymətini demişdir. Lakin o, ətrafa göz gəzdirib nə isə qiymətli bir əşya oğurlamaq niyyətində olmuşdur. Mağazada olan zaman içəri müştəri daxil olduğu üçün qoyulmuş stulda əyləşmiş, əlində olan cib dəsmalı əlindən düşmüşdür. Dəsmalını götürmək üçün yerə əyilən zaman həmin mağazada işləyən qadının əyləşdiyi stulun kənarında yerdə pul kisəsi görmüş, əyilib pul kisəsini götürmüş və şalvarının belinə salaraq köynəyini pul kisəsinin üzərinə buraxmışdır. Mağazadan çıxıb, sağa, başqa mağazalara tərəf getmiş və qadının onu görmədiyini bilib yoluna davam etmişdir. Təxminən 500 metr kənarda 5 mərtəbəli binaların qarşısında pul kisəsinin ağzını açıb içərisindən 80 manat nəğd pul, 01 ədəd qızıl üzük, 01 cüt sırğa, 01 ədəd ayrı üzük, 01 ədəd bilərzik, 01 ədəd boyunbağı olmasını aşkar etmişdir. Qızıl-zinət əşyalarını elə həmin gün «Neftçilər» metrostansiyasının yanında olan «Lombard»a aparmış, lakin lombardda işləyən anket məlumatlarını bilmədiyi şəxs pulu olmadığı üçün həmin qızıl zinət əşyalarını ala bilməyəcəyini demişdir. O, həmin yerdən çıxıb kənarda dayanmış, 5-6 dəqiqə sonra ona yaxınlaşan tanımadığı şəxs qızıl-zinət əşyası satmaq istədiyini soruşmuş, o, həmin şəxsin sözünü təsdiqləmiş və tanımadığı həmin yerə yaxın olan yerdə ikinci mərtəbədə ofisə qalxaraq qızıl-zinət əşyalarını çəkdirmiş, 30 qram olması müəyyən edilmiş və həmin qızllara görə 1130 manat pul almışdır. Qızıl-zinət əşyalarını satdığı şəxsin anket məlumatlarını və telefon nömrəsini bilməmişdir. O, əldə etdiyi pulu götürüb evə getmiş, növbəti gün əldə etdiyi pulu ehtiyyaclarına - evin bazarlığına və uşaqların paltarlarına xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, mağazadan pul kisəsini götürüb gedən zaman əlində bıçaq olmamış, həmin vaxt qadın onu görməmiş, həmin qadının pul kisəsini gizli olaraq talayıb oğurluq etmiş, corab almamış və 50 manat xırdalamaq üçün qadına təqdim etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs dindirildməsindən sonra saxlanıldığı Təcridxanadan sonuncuya zəng etdiyini etiraf etmiş, lakin bunu onun şikayət ərizəsini geri götürməsi məqsədilə deyil, sadəcə doğru ifadə verməsini xahiş etməsi məqsədilə etdiyini bildirmişdir. Lakin cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq edib göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində onun kiçik bir ticarəti vardır, təqribən 20 kv.metr əraziyə malik dükandır. O, təqribən 20-22 ilə yaxın bir müddətdə həmin dükanı işlətmişdir. Mağazada həmişə özü işləmiş, bu müddətdə öz zəhməti ilə çörək qazanmışdır. 22 il müddətində həmin mağazada heç bir hadisə baş verməmişdir. «Ucuzluq» kişi-qadın və uşaq geyimləri mağazasında işləyir və həmin mağazada əsasən qadın paltarları satmaqla məşğuldur. İşlədiyi mağazanın yol kənarında yerləşməsinə baxmayaraq, digər mağazalara nisbətdə yoldan 5-6 metr içəridə yerləşir. Hər gün səhər saat 10 radələrində mğazanı açmış və saat 18 radələrində bağlamışdır. Hadisə olan gün, yəni 11 iyul 2023-cü il tarixdə mağazada olan zaman, günortadan sonra saat 15-16 radələrində baxılan iş üzrə Təqsirləndirilən şəxs mağazaya daxil olub salam vermiş, anasının və arvadının bir gün əvvəl onun işlətdiyi həmin mağazada bir paltara baxdıqlarını, lakin pulları çatmadığından ala bilmədiklərini demişdir. O, bunu qeyri adi-qəbul etməmiş, Raminə «istəyirsən, hansı paltardır götür, pulunu qoy, paltarı apar, böyük-kiçik məsələsinə baxsınlar, sonra qərar verərsiniz» demişdir. Ramin ona «telefonla danışıb deyərəm» demiş və mağazanın üzü yola baxan pəncərəsinə tərəf çevrilib arxası ona tərəf telefonla kiminləsə danışmış, «hə, mən mağazadayam, buradayam» kimi sözlər demiş, o özü isə sakitcə oturmuşdur. Zərərçəkmiş şəxs arayış verib göstərdi ki, o, oturduğu stolun yanında başqa bir kiçik sutul olmuş, stulun üstündə onun özünə məxsus sumkası, sumkanın içərisində tutacağı olan kaşelyoku (burada: pul kisəsi), kaşelyokun içərisində isə pulu, qızıl əşyaları, sənədləri, bank kartları və s. olmuşdur. Qızılların bir hissəsi elə həmişə kaşelyokunda olmuş, bir hissəsini isə elə həmin gün təmir etdirmək üçün evdən götürmüşdür. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs dayandığı yer mağazanın qapısının yaxını olmuş və məhz həmin yerdə qadın alt paltarları olmuşdur. Ona görə də o, Raminə mağazadan çıxıb eşikdə gözləməyi təklif etmişdir. Lakin Ramin sorab istəmişdir. Corablar Raminə yaxın olduğundan o, ayağa qalxmadan Raminə ordan hansını istəyirsə götürməsini demişdir. Ramin bir cüt sorab götürüb ona yaxınlaşmış, buna görə 50 manat pul vermişdir. Xırda pul verməsini dedikdə, həmin şəxs ona «ayağım iylənir, xırda pulum yoxdur» demişdir. Bundan sonra o, kiçik stulun üstündə olan sumkasını açaraq içərisindən pul kisəsini çıxardıb həmin adama 48 manat qaytarmış, sumkanı isə qaytarıb yerinə qoymuşdur. Bundan sonra o, Raminə mağazadan çıxıb anasıgili eşikdə gözləməsini demişdir. Ramin corabı sellofan paketə qoyub ona verməyi xahiş etmişdir. O, oturduğu yerdən qalxıb əks tərəfə geri dönüb sellofan paket vermək istədikdə nəsə «tapp» elədi. Səsə döndükdə sumkasının yerə düşmüş olduğunu, Raminin isə qapıya yaxın yerdə əlini şalvarının içinə salıb nə isə etdiyini görmüş, onun bu hərəkətinə görə qorxaraq həyəcanla ona «sən nə edirsən, gic oğlu gic?» demişdir. Elə həmin vaxt diqqət yetirib Raminin şalvarının belindən ona məxsus kaşelyokun tutacağının sallandığını görüb, sonuncunun onun kaşelyokunu oğurladığını, kaşelyokun əsas hissəsini şalvarının içərisinə saldığını, tutacağının isə eşikdə qaldığını başa düşmüşdür. Ramin qapıya tərəf gedərkən o da Raminə doğru gedib ona «sən nə edirsən, mənim kaşelyokumu aparırsan?» sualını vermiş, hətta onun ünvanına söyüş də söymüşdür. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ramin qapıya doğru gedərkən o da ona yaxınlaşdıqda Ramin ona doğru (zərər çəkmiş sağ əlini irəliyə doğru uzadır) bıçaq çıxarıb ona tərəf tutub və qapıdan çıxaraq qaçmışdır. İstər-istəməz ani olaraq ona xəsarət yetirə biləcəyindən qorxub dayanmışdır. Lakin az sonra bayıra çıxıb ətraf dükanlarda işləyənlərə «qoymayın, mənim kaşelokumu apardı» demiş, Raminin arxasınca qaçmışdır. O, Raminin pilləkənləri düşüb əvvəlcə «Talkuçka»ya tərəf qaçdığını görmüşdür. O, Raminin getdiyi yolla bir neçə metr getmiş, lakin çata bilməmişdir. Qonşu dükanların uşaqları «Talkuçka»ya tərəf getmiş, o özü isə «Qaçqınlar» bazarına girmişdir. Lakin tapa bilməyib bayıra çıxdıqda orada olan binanın qarşısında tam təsadüfən özünə məxsus sarı rəngli kaşelyoku yerdə tapmışdır. Kisənin içərisində bank kartları, şəxsiyyət vəsiəqsi, VÖEN, Tibbi sğorta, sosial kartını aşkar etsə də, pullarının və qızıllarının Ramin tərəfindən götürüldüyünü aşkar etmişdir. Bundan sonra 13-cü Polis Bölməsinə zəng edib məlumat vermiş, bölmədən nümayəndələr gəlmiş, hadlisə ilə əlaqədar yazıb pozmuş, izahatı alınmış və ondan ərizə götürmüşlər. İş müstəntiqə verilmiş, müstəntiq də özünə dair hissədə sənədləşmə aparmış və şəxs tutulduqdan sonra ona məlumat veriləcəyi bildirilmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, masanın üzərinə qoyduğu 3 manat dəyərində üzərində «MCSOHİNO» yazısı olan pul kisəsinin içərisində 01 ədəd 8 qram çəkidə, 500 manat dəyərində 583 əyarlı qızıl üzüyü, ümumilikdə 10 qram çəkidə, 700 manat dəyərində 01 cüt 583 əyarlı sırğanı və 01 ədəd 583 əyarlı üzük dəstini, 12 qram çəkidə, 1200 manat dəyərində 01 ədəd 750 əyarlı bilərziyi, 4 qram çəkidə, 250 manat dəyərində 01 ədəd 583 əyarlı qızıl boyunbağını və 97 manat nəğd pul olmuş və həmin hadisə nəticəsində ona 2750 manat maddi ziyan dəymişdir. Həmin şəxsi hadisə günü ilk dəfə görürmüş, onu ümumiyyətlə tanımamışdır. Həmin şəxsi o, işlətdiyi mağazada əvvəllər görməmişdir. İşlədiyi mağazada video müşahidə kamerası olmamış, baş vermiş hadisə zamanı xəsarət almamış, buna baxmayaraq başına gələnlərdən sonra bir neçə gün psixoloji sarsıntı keçirmiş, ətrafına baxa-baxa gəzmişdir. Ona vurulmuş maddi zərər ödənilməmiş, təqsirləndirilən şəxslə barışıq əldə olunmamışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında suallar ətrafında göstərdi ki, Ramin bıçağı ona tərəf uzadıb, ona «sus» demiş, o isə «can hər şeydən şirindir» deyimini fikirləşib qorxudan dayanmışdır. O, heç də ölü qadın olmamış, Ramin ona bıçaq çıxarmayacağı halda, o, haray-həşir salıb onu qanuna bələtdirmək imkanında olan qadın olmuşdur. Bıçaq olmadığı halda, Ramin çox olsa, ona 3-4 yumruq vura bilmək imkanında olmuş, amma buna baxmayaraq o, əvəzində pullarını, qızıllarını geri ala bilərmiş. Zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, təqribən üç ay əvvəl Təqsirləndirilən şəxs saxlanıldığı Təcridxanadan onun telefonuna zəng etmiş, ondan şikayət ərizəsini geri götürməyi istəmişdir. O isə Raminə astma xəstəsi olduğunu bildirmiş, onun qorxu-ülküsü heç, gətirib dəymiş ziyanı ödəməsini tələb etmiş, yalnız bundan sonra onu ərizəsini geri götürə biləcəyini demişdir. Lakin keçən bu aylar ərzində nə gələn olmuş, nə də ziyan ödəyən. Odur ki, məhkəməni gözləmişdir. Zərərçəkmiş şəxs istər məhkəmə baxışı və istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə onun hadisədən dərhal sonra polis orqanına vermiş olduğu şikayət ərizəsi və ilk izahatı arasında müəyyən olunan ziddiyyətlərlə bağlı zərər çəkmiş Zərərçəkmiş şəxs ərizəsi və izahatı məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, sonuncu Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə verdiyi 11 iyul 2023-cü il tarixli ərizəsində, həmçinin hadisə ilə bağlı 13-cü Polis Bölməsinin təhqiqatçısına verdiyi eyni tarixli izahatında hadisənin baş vermə faktını təsdiq etsə də, Təqsirləndirilən şəxs cinayət hadisəsini bıçaq tətbiq etməklə törətməsindən bəhs etməmişdir (iş vərəqə:40-42). Elan edilmiş 11 iyul 2023-cü il tarixli ərizəsinin və eyni tarixli izahatının məzmununa münasibət bildirən zərər çəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında qeyd etdi ki, o, ibtidai istintaq zamanı ifadələrində, təqsirləndirilən şəxslə onun arasında aparılmış üzləşmədə və məhkəmədəki ifadələrində göstərdiklərini həm ərizəsi və həm də izahatı alınarkən demişdir. O, şifahi olaraq danışmış, polis isə kopüterdə yazmışdır. Sonra isə yazılanları oxumamışdır. İlk vaxtlar həyəcanlı olmasına baxmayaraq o, olanların hamısını demişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi tanınmaya təqdim etmə barədə» 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, tanınmaya təqdim etmə prosesində Zərərçəkmiş şəxs prosessual tələblərə uyğun olaraq keçirilmiş ismtintaq hərəkəti zamanı tanınmaya təqdim edilən bir neçə şəxsin arasından baxılan iş üzrə Təqsirləndirilən şəxs tanıyaraq sonuncunun 11 iyul 2023-cü il tarixdə, saat 15 radələrində ona qarşı cinayət əməlini törədən şəxs olduğunu təsdiq etmişdir. İstintaq hərəkəti aparılarkən müvafiq fotoşəkillər çəkilərək protokola və cinayət işinə əlavə edilmişdir (iş vərəqə:40-42). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, istintaq hərəkəti aparılarkən zərərçəkmiş Zərərçəkmiş şəxs sərbəst ifadəsində Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayət barədə göstərdiyi xüsusatları, o cümlədən təqsirləndirilən şəxsin onun əmlakını taladıqdan sonra ona yaxınlaşmaması və qışqırmaması üçün cibindən bıçaq çıxararaq ona tərəf uzadıb «sus» deməklə qaçıb getməklə cinayəti başa çatdırmasını sonuncunun üzünə qarşı da deyərək bir daha təsdiq etmişdir (iş vərəqə:60-62). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha göstərib, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov 1 küçəsində yerləşən «Ucuzluq» kişi-qadın və uşaq geyimləri mağazasından pul kisəsini içərisində olan qızıl-zinət əşyaları və nəğd pulla birlikdə götürüb qaçdığını etiraf etsə də, quldurluq cinayətini törətdiyini etiraf etməmişdir. İstintaq hərəkəti aparılarkən müvafiq fotoşəkillər çəkilərək protokola və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: 58, 59). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməəmtəəşünaslıq ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-9/7261/2023 nömrəli rəydən görünür ki, tədqiqat üçün təqdim edilmiş 01 ədəd qəhvəyi rəngli, üzərində «MCSOHİNO» yazısı olan 22 x11 sm ölçüdə çantanın istifadə olunmasını nəzərə alaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti 3,00 manat müəyyən edilir (iş vərəqə: 115- 117). İşdə olan «sübutların qiymətləndirilməsi haqqında» 15 noyabr 2023-cü il tarixli qərarla zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olub, üzərində «MCSOHİNO» yazısı olan pul kisəsi iş üzrə maddi sübut kimi tanınmış və müvafiq qəbzlə saxlanılması üçün sahibi – zərər çəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır (iş vərəqə: 119-123, 134). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hədəsi ilə bağlı olan basqın edib quldurluq etməsi, yəni Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli məhkəmədə həmin maddə ilə tövsif olunmalı və sonuncu Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 1ci bəndndə məhkəmələrə tövsiyyə olunur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qeyd olunan Plenum qərarının 5-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Bundan başqa, Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli həmin qərarında göstərilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Qərara əsasən silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özgə əmlakını talayarkən zərər çəkmiş şəxsə qarşı bıçaq və ya silah qismində sair əşya tətbiq etmədiyi, quldurluq cinayətini törətmədiyi ilə əlaqədar verdiyi inkaredici və ziddiyyətli ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından müvafiq məhkəmə hökmləri və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin olunan cəza 04 il sınaq müddəti ilə şərti tətbiq edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsi tətbiq olunmaqla 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 178.3.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən əməli 178.2.1 və 178.2.4-cü madələrinə tövsif edilməklə üzərində 04 il 11 ay 26 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmişdir. Bundan başqa, işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyatsorğu arayışından və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 02 ay 11 gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilərək CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya qismən birləşdirilməklə cəzasını ciddi rejimli X2 çəkməklə qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir və sonuncu cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablanmaqla hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin 7 saylı CÇM-də cəza çəkir (iş vərəqə: 84-85, 86, 87-92, 93-94, 95-97, 98-101, 102-109, 110- 114). Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə ona təyin olunan cəzanın çəkilməmiş qalan 02 ay 11 gün hissəsindən şərti olaraq azad edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmü üzrə olan cinayət hadisəsini məhz cəzadan şərti azad edildiyi dövrdə törətdiyi müəyyən edilmiş və buna görə CM-nin 67.1-ci maddəsinə əsasən Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzaya Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin olunan cəzanın çəkilməmiş qalan 02 ay 11 günü qismən birləşdirilmiş, ona qəti cəza təyin edilmişdir. Bundan başqa Ramin Muüstafayevin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü üzrə olan məhkumluğunun da ödənilmədiyi və CM-nin 18.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlinin cinayətlərinin təhlükəli residivini yaratması müəyyən edilmiş və təyin edilmiş cəzanın ciddi rejimli X2 çəkilməsi hökm edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət hadisəsini 18 iyul 2023-cü il tarixdə, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə, məhkumluğun ödənilmədiyi və götürülmədiyi müddətdə törətmişdir ki, qeyd edilən hal cinayətin təhlükəli residivini yaradacaqdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.4-cü maddələrinin tələbinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs faktiki yetirilmiş maddi zərər ödənilməmiş, cinayətin zərərli nəticələri aradan qaldırılmamış, zərər çəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında barışıq əldə edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir, lakin əməlinin cinayətlərin residivini yaratması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun barəsində cəzanı ağırlaşdıran hallar qismində nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır (burada: Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi) cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsinin sanksiyası daxilində, cinayətlərin təhlükəli residivinə görə cəza təyin etmənin və cinayətlərin məcmusu üzrə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun azadlıqdan məhnum etmə növündə ədalətli qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yəni Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növü məsələsi müzakirə olunarkən, yuxarıda qeyd olunduğu kimi, müəyyən edildi ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin təhlükəli residivini yaratması, buna görə cəza təyini və cəzanın çəkilməli olduğu cəzaçəkmə müəssisəsinin növü məsələsi artıq Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmü ilə həll olunmuş, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın ciddi rejimli X2 çəkilməsi hökm edilmişdir. Qeyd olunan bu hüquqi fakt nəzərə alınmalı, Təqsirləndirilən şəxs təyin olunan cəzanın ciddi rejimli X2 çəkməlidir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmünə əsasən cəza çəkməyə başladığı 19 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmü üzrə qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzası ilə toplanılması və Təqsirləndirilən şəxs qəti cəzası təyin edilməsi, həmçinin Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilən cəzanın qəti cəza müddətinə hesablanması nəzərdə tutulmuşdur. Göstərilənlərlə yanaşı, məhkəmə, həmçinin qeyd edir ki, Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilən cəza cinayətlərin məcmusuna əsasən təyin olunan qəti cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə qətimkan tədbirinə dair məsələyə münasibət bildirib qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyiin Penitensiar Xidmətinin 7 saylı X2 cəza çəkməsi və barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş üzərində «MCSOHİNO» yazısı olan bir ədəd pul kisəsinin saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs sərəncamına verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 23 oktyabr 2023-cü il tarixli, 3- 16-16/2-9/7261/2023 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə 50 (əlli) manat məhkəmə xərci müəyyən edilmimşdir ki, qeyd olunan həmin məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmü üzrə qəti olaraq təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunan 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs tərəfindən çəkilən cəza qəti cəza müddətinə hesablansın və Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyiin Penitensiar Xidmətinin 7 saylı X2 cəza çəkməsi və barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut - üzərində «MCSOHİNO» yazısı olan bir ədəd pul kisəsinin saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra həmin pul kisəsi zərərçəkmiş Zərərçəkmiş şəxs sərəncamına verilsin. İş üzrə məhkəmə məsrəfləri – 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1100/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1100/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver