Məhkəmə qərarları › İş №1(101)-1101/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1101/2021

10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1101/2021 10.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Məmmədov Əli İrfan oğlu və Hümbətov Fəhmin Mehdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, X2, Dövlət ittihamçısı, Bakı şəhər ‹PRO BONO› vəkil bürosunun vəkilləri X8 və X3 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada açıq məhkəmə iclasında xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla eyni ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hal-hazırda Bakı şəhəri, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə; xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hal-hazırda Bakı şəhəri, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 oğlu 2020-ci ilin dekabr ayının axırlarında axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində istintaqa məlum olmayan «Vüqar» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,945 qram narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 02 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Lallar Fabriki» adlanan ərazidə həmin narkotik vasitənin 0,338 qram hissəsini Təqsirləndirilən şəxs2 20 manat müqabilində satmış, 02 yanvar 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Lallar Fabriki» adlanan ərazidə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 4 ünvanında yerləşən 43-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 06 ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,922 qram; 0,335 qram; 0,224 qram; 0,503 qram; 0,265 qram; 0,358 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 2,607 qram kustar üsulla hazırlanmış narkotik vasitə- heroin və həmin şalvarın sol yan cibindən səthində heroin izləri müəyyən edilən 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 02 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Lallar Fabriki» adlanan ərazidə Təqsirləndirilən şəxs1 20 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,338 qram çəkidə narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 02 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən «Lallar Fabriki» adlanan ərazidə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 4 ünvanında yerləşən 43-cü PB-nə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,338 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 -cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Valeh adlı şəxsə Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində 20 manat müqabilində kokos adlanan narkotik vasitə heroin satmışdır. Valehə narkotiki satdıqdan bir neçə saat sonra, təxminən 19 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində mülki geyimdə iki nəfər yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları narkotik vasitə daşımağında və satmağında şübhə olduğunu bildirib üzərinə baxış keçirilməsi üçün onu 43-cü polis bölməsinə dəvət etmişlər. O, razılığını bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə 43-cü polis bölməsinə gəlmişdir. 43-cü polis bölməsində üzərinə baxış keçirilən zaman, o, əynində olan boz rəngli idman şalvarının cibindən 06 ədəd bükümləri çıxarıb təqdim etmişdir. Üzəridə tərəzi olmamış, Təqsirləndirilən şəxs2 verdiyi narkotik vasitənin müqabilində 20 manat pul almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsində Nurlan adlı şəxsin evinə gedərək qapısını döymüş, Nurlan qapını açmış, Ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə edir, həmin gündə 20 manat Nurlana verərək özünün istifadəsi üçün kokos adlanan heroin hesab edilən narkotik vasitə almışdır. Narkotik vasitəni almaqda məqsədi özü istifadə etmək olmuşdur. O, Nurlan adlı şəxsdən narkotik vasitəni aldıqdan sonra oradan uzaqlaşdıqda, iki nəfər mülki geyimdə şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları narkotik vasitə daşımağında şübhə olduğunu bildirib üzərinə baxış keçirilməsi üçün 43-cü polis bölməsinə dəvət etmişlər. 43-cü polis bölməsində Nurlandan 20 manat müqabilində aldığı narkotik vasitə olan kakos adlanan heroin hesab edilən narkotik vasitəsini şalvarının cibindən çıxardaraq polis əməkdaşlarına təhvil vermişdir. Narkotik vasitəni 20 manat müqabilində Nurlandan almış, Nurlanın yaşadığı evdən çıxdıqdan biraz sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitəni özü istifadə etmək üçün almışdır.İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin CAŞ üzrə kiçik inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında onun və 43-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində “Lallar Fabriki” adlanan əraziyə getmiş, orada əvvəlcədən alınmış məlumatda Valeh adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs Təqsirləndirilən şəxs2 İsaq oğlu olduğunu bildirmişdir. Həmin şəxsin üzərinə baxış keçirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinə dəvət etmişlər Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki şalvarın cibindən bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin bükümün narkotik vasitə olan kakos adlanan heroin olduğunu bildirmiş və həmin narkotik vasitəni Binəqədi qəsəbəsində yaşayan Nurlan adlı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün əldə etdiyini demişdir. Bundan sonra Nurlan adlı şəxsin ifşa edilib saxlanılması üçün əməliyyat qrupu yaradılmış, daha sonra əldə olunmuş məlumat əsasında Binəqədi rayon, Binəqədi qəsəbəsində yerləşən “Lallar Fabriki” adlanan əraziyə gəlmişlər, orada Nurlan adlı şəxs tərəflərindən saxlanılmışdır. Həmin şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi üçün 43-cü polis bölməsinə dəvət olunmuşdur. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli şalvarın cibindən 06 büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bükümlərin narkotik vasitə olan kakos adlanan heroin olduğunu bildirmişdir. Nurlanı yaşadığı evinin yaxınlığında saxlamış, Nurlanı saxladıqdan sonra evinə baxış keçirilmiş, tərəzi Nurlanın evində yox üzərində olmuşdur. Valeh Nurlandan narkotik vasitəni aldıqdan sonra Nurlanı saxlamışlar. Valeh barədə tədbir görülüb üzərində narkotik aşkarlandıqdan sonra, Nurlan saxlanılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Fəxrəddin oğlu ifadəsində göstərmişdir ki, 02 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, daşıması ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə 17 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Lallar Fabriki” adlanan əraziyə getmişdir. Orada əvvəlcədən alınmış məlumatda Valeh adlı şəxsin zahiri əlamətləri ilə uyğun gələn şəxs tərəflərindən saxlanılmışdır. Məlumatla uyğun gələn şəxsdən özünü təqdim etməsi xahiş edilmiş, həmin şəxs Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Həmin şəxs üzərinə baxış keçirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvə edilmiş, orada xidməti otaqların birində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli cins şalvarınsol yan cibindən bir ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 həmin maddənin narkotik vasitə olan kakos kimi tanınan heroin olduğunu və həmin tarixdə saat 16:30 radələrində Binəqədi qəsəbəsində Nurlan adlı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq möhürlənmişdir. Keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 yanvar 2021-ci il tarixdə Nurlan adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanması məqdi ilə əməliyyat qrupu yaradılmışdır. Binəqədi qəsəbəsində yerləşən Lallar fabriki adlanan əraziyə gəlmiş, orada Nurlan adlı şəxs tərəflərindən saxlanılmış, həmin şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Həmin şəxs üzərinə baxış keçirilməsi üçün 43-cü Polis Bölməsinə dəvət edilmiş, orda xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən 06 ədəd şəffaf sellofan bükümlər aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 əynində olan idman şalvarının sağ yan cibindən 225 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin pulu Yaşar adlı şəxsə satdığı narkotik vasitə müqabilində əldə etdiyini, lakin saxta olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 əynində olan idman şalvarın sol yan cibindən bir ədəd elektron tərəzi aşkar edilmiş, həmin telefonun özünə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş maddələr, elektron tərəzi, 225 manat pul və mobil telefon zərfə qoyularaq möhürlənmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin bilavasitə törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan onlar 02 yanvar 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşlar. ( Cild İ iş vər.: 19-21) (70-72) Aparılmış zəruri istintaq hərəkətləri nəticəsində toplanmış ilkin sübutların məcmusu əsas verdiyindən müstəntiq Emil Abdullayev tərəfindən qəbul edilmiş 04 yanvar 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmiş, 04 yanvar 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vüqar Məmmədovun qərarı ilə həbsetmənin əvvəli 02 yanvar 2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsiində 04 (dörd) ay müddətinə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vüqar Məmmədovun qərarı ilə həbsetmənin əvvəli 02 yanvar 2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsiində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ iş vər.: 125, 136, 175-180,) 30 mart 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin qərarı ilə cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 01 ay uzadılmışdır. (Cild İ iş vər.: 230-233,) İş üzrə məhkəmə-kimyəvi ekspertizasının 03 yanvar 2021-ci il tarixli 6/11 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, AR DİN «Zərflər üçün №213» möhür əksi, «Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş …» və s. Yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,338 qram (tədqiqat üçün sərf edildi-0,05 qram, qalıq -0,288 qram) maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin Azərbaycan respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1) daxildir.(Cild İ iş vər.: 40-43) İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 yanvar 2021-ci il tarixli 6/11 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, AR DİN «Zərflər üçün №213» möhür əksi, «Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş …» və s. Yazılar, imzalar olan zərfdəki 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,922 qram; 0,335 qram; 0,224 qram; 0,503 qram; 0,265; 0,358 qram; ümumi təmiz çəkisi 2,607 qram (tədqiqat üçün sərf edildi-0,12 qram, qalıq -2,487 qram) maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Təqdim olunmuş elektron tərəzinin səthində heroin izləri müəyyən edilir. Tərəzinin səthindəki heroin mikrohissəcik olduğundan çəkisini müəyyən etmək mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1) daxildir. (Cild İ iş vər.: 90-93) İş üzrə əlavə məhkəmə-kimyəvi ekspertizasının 21 yanvar 2021-ci il tarixli 6/145 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş …» qeydli zərifdəki 01 ədəd bükümdəki heroin kütləsi ilə üzərində «…Təqsirləndirilən şəxs1…» və s. yazılar olan zərfdəki 06 ədəd bükümdə olan heroin kütlələləri (06 bükümdəki heroinlər də həmçinin kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər) kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd 12x7 sm xlçüdə elektron tərəzinin səthində heroin az miqdarda olduğundan eyniləşdirmə tədqiqatının aparılması mümkün deyil. (Qeyd: №1 obyekt: Heroin təmiz çəkisi -0,288 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq - 0,238 qram; №2 obyekt: Heroin təmiz çəkisi - 2,487 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq -2,427 qram).(Cild İ iş vər.: 241-244) Ambulator məhkəmə-narkoloji ekspertizasının 01.02.2021-ci il tarixli 302 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alnması məsləhət görülür.(Cild İ iş vər.: 245-246) İş üzrə keçirilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 03 fevral 2021-ci il tarixli 5/43 №-li rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş D 01110245 və A 72758486 seriya və nömrəli 100 nominallı, B 68791028 seriyalı və nömrəli 20 nominallı Azərbaycan manatına oxşar tədqiqat obyektləri mühafizə vasitələrin imitasiyası ilə təchiz olunmuşdur və müvafiq nominallı həqiqi pul əskinazları ilə eynilik təşkil etmirlər. 2 C28494622 nömrəli 5 nominallı Azərbaycan manatının hissəsi (üz tərəfin soldan sağa və arxa tərəfin ortasından sola yerləşən 69x77mm sahəsi) poliqrafik çap üsulları ilə hazırlanmışdır, fizikikimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələrlə təchiz olunmamışdır. Həmin obyektin digər hissəsi (üz və arxa tərəfinin 47x67,5 mm sahəsi) mühafizə vasitələrinin imitasiyası ilə təchiz olunmuşdurvə müvafiq nominallı həqiqi pul əskinazları ilə eynilik təşkil etmir. 3. D 01110245 və A 72758486 seriya və nömrəli 100 nominallı, B 68791028 seriyalı və nömrəli 20 nominallı Azərbaycan manatına oxşar tədqiqat obyektləri, C28494622 nömrəli 5 nominallı Azərbaycan manatının hissəsi (üz və arxa tərəfinin 47x67,5 mm sahəsi) müvafiq olaraq eyni nominallı həqiqi pul əskinazlarından surəti çıxarılaraq axınlı çap üsulu ilə rəqəmsal reproqrafik çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmışdır. 4 Tədqiq olunan C28494622 seriyalı və nömrəli 5 nominallı Azərbaycan manatı iki hissədən ibarətdir, üz və arxa tərəfinin 47x67,5 mm sahəsi sonradan dəyişdirilmişdir. 5. Təqdim edilmiş D 01110245 və A 72758486 seriya və nömrəli 100 nominallı, B 68791028 seriyalı və nömrəli 20 nominallı, C28494622 seriya və nömrəli 5 nominallı Azərbaycan manatına oxşar tədqiqat obyektləri müvafiq olaraq eyni nominallı həqiqi pul əskinazlarından xüsusi cihaz olmadan aşkar şəkildə fərqlənmir. (Cild İ iş vər.: 247-252) Ambulator məhkəmə-narkoloji ekspertizasının 08.02.2021-ci il tarixli 373 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alnması məsləhət görülür.(Cild İİ iş vər.: 1-2) İş üzrə keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 19 yanvar 2021-ci il tarixli 106 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işinin materiallarından və hal-hazır Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir, etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir.(Cild İİ iş vər.: 3-5) İş üzrə keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 19 yanvar 2021-ci il tarixli 100 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işinin materiallarından və hal-hazır Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli inkişafında gerilik əlamətləri müəyyən edilmir, etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. İş materiallarına əlavə edilmiş 02 yanvar 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. (Cild İ iş vər.: 31-34) İş materiallarına əlavə edilmiş 02 yanvar 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs1 oğlunun əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 6-ədəd şəffaf selofana bükümlərdə tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir.(Cild İ iş vər.: 81-84) İstintaq zamanı Təqsirləndirilən şəxs1 götürülmüş 06 ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,922 qram; 0,335 qram; 0,224 qram; 0,503 qram; 0,265 qram; 0,358 qram olmaqla, ümumi təmiz çəkisi 2,607 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş 02 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 01 ədəd CD disk, Təqsirləndirilən şəxs2 götürülmüş təmiz çəkisi 0,338 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş 02 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş 01 ədəd CD disk ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmışdır.(Cild İ iş vər.: 9-23) Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədov tərəfindən qəbul edilmiş 04.01.2021-ci il tarixli qərara əsasən, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 02 yanvar 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir.(Cild İ iş vər.: 117-119) Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədov tərəfindən qəbul edilmiş 04.01.2021-ci il tarixli qərara əsasən, Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 02 yanvar 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. (Cild İ iş vər.: 120-122) İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən əldə edilmiş Təqsirləndirilən şəxs2 Salvat oğlunun adına tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 17.02.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.24 və 69.3-cü maddəsilə təqsirli bilinərək, 03 il 06 ay ay müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzasına məhkum edilmişdir. 15.08.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, 20.05.2016-cı il tarixli Amnistiya qərarının 1.8 bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu hazırki vaxtda ödənilmiş hesab edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən əldə edilmiş Təqsirləndirilən şəxs1 adına tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild İ iş vər.: 189-191 ) Təqsirləndirilən şəxs1 oğlunun öz müdafiəsi üçün gətirdiyi güya üzərində tərəzinin olmamasına aid dəlilləri iş üzrə toplanmış ilkin araşdırma materialları, məhkəmə ekspertizasının rəyləri, şahid ifadələri, eləcədə özlərinin ibtidai istintaq müddətində verdiyi ifadələri ilə və iş üzrə toplanmış digər sənədlərlə təkzib edilmişdir. Belə ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitədən istifadə edir. 2020-ci ilin dekabr ayının axırlarında Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbsində yerləşən parkda Vüqar adı ilə tanıdığı şəxsdən bir neçə büküm, hər birinə görə 15 manat pul ödəməklə narkotik vasitə olan kokos kimi tanınan heroin almışdır. Narkotik vasitəni almaqda məqsədi həm özü üçün istifadə etmək, həm də istəyən olarsa bükümün birini 20 manat müqabilində satmaqla qazanc əldə etmək olmuşdur. Təxminən bir həftə sonra, yəni yenədə 2020-ci ilin dekabr ayının axırlarında Vüqardan aldığım həmin narkotik vasitədən bir neçə bükümünü Yaşar adlı şəxsə yaşadığı evin qarşısında satmışdır. Yaşar isə narkotik vasitələrin əvəzində ona 225 manat pul vermişdir. Sonradan pula diqqətlə baxdıqda həmin pulların saxta olduğunu görmüşdür. Üstündə saxlamışdır ki, Yaşarı gördükdə bu barədə bildirsin. Daha sonra 02 yanvar 2021ci il tarixdə saat 16:30 radələrində Valeh adlı şəxsə Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən «Lallar Fabriki» adlanan ərazidə 20 manat müqabilində kakos adlanan narkotik vasitə heroin satmışdır. Valehə narkotiki satdıqdan bir neçə saat sonra, təxminən saat 19 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən «Lallar Fabriki» adlanan ərazidə mülki geyimdə iki nəfər yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etməklə onu saxlamışlar. Polis əməkdaşları narkotik vasitə daşımağında və satmağında şübhə olduğunu bildirib üzərinə baxış keçirilməsi üçün onu 43-cü polis bölməsinə dəvət etmişlər. O, razılığını bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə 43-cü polis bölməsinə gəlmişdir. Polis bölməsində hüquqları izah edilmiş və şübhəli şəxs kimi hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil ona təqdim edilmiş, barəsində şübhəli şəxs qismində tutma protokolu tərtib edilmiş, hüquq və vəzifələri izahah edildikdən sonra üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. O, həmin axtarış aparılma prosessinin vəkilin iştirakı olmadan aparılmasına etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkilişlə axtarış keçirilmişdir. Həmin zaman ona təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya vardırsa təqdim esin. O da, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 06 ədəd şəffa sellofan bükümlər çıxarıb təqdim etmişdir. Bildirmişdir ki, həmin bükümlərdə narkotik vasitə olan kokos kimi tanınan heroindir, həmin maddələri Vüqar adlı şəxsdən hər birini 15 manat müqabilində, həm satmaq üçün, həm də öz istifadəsi üçün almışdır. Həmçinin şalvarının sağ yan cibindən Yaşarın ona vermiş olduğu 225 manat pul aşkar edilmişdir. Bundan başqa şalvarımın sol yan cibindən üzərində olan, narkotik vasitələri qramlara bölmək üçün istifadə etdiyi elektron tərəzi aşkar edilmişdir. Həmçinin istifadəsində olan Nokia markalı mobil telefonu aşkar edilmişdir. Ondan aşkar edilmiş 06 ədəd sellofan bükümlər, 225 manat pul, bir ədəd tərəzi və bir ədəd mobil telefon təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Keçirilmiş axtarış və götürmə ilə bağlı protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsində dəqiqləşdirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 27 dekabr 2020-ci il tarixdə axşam saatlarında M.Ə.Rəsulzadə qəsəbəsində Vüqar adlı şəxsdən almışdır. Belə ki, o, həmin tarixdə Vüqardan 100 manat müqabilində 3 qram narkotik vasitə olan heroin almışdır, həmin narkotikdən özü də istifadə etmişdir, Valeh və Yaşar adlı şəxslərə də satmışdır. O, yalnız Vüqar adlı şəxsdən narkotik vasitə almışdır. Vüqarın narkotik vasitə satdığını və çox vaxt Rəsulzadə qəsəbəsində yerləşən parkda olduğunu bilirmiş. Buna görə də narkotik vasitə almaq üçün oraya gedib Vüqarla rastlaşdığı zaman sonuncudan narkotik vasitə almışdır. Bu şəxs barəsində adının Vüqar olmasından başqa məlumatı yoxdur. Narkotik vasitələri yalnız Yaşar və Valeh adlı şəxslərə satmışdır. Valeh və Yaşar adlı şəxslərin də ondan başqa kimlərdən narkotik vasitə əldə etmələri barədə məlumatı yoxdur. Valeh və Yaşar adlı şəxslərin narkotik vasitə satışı ilə məşğul olub-olmadıqları barədə heç bir məlumatı yoxdur. Hazırda istifadəsində ***-***-**-** saylı nömrə vardır. 2020-ci ilin dekabr ayının sonunda Yaşar adlı şəxs ondan 1 qram çəkidə narkotik vasitə heroin almışdır və müqabilində 50 manat verəcəyini demişdir. O, Yaşarla qaranlıq havada görüşmüşdür, o, Yaşara bükümdə narkotik vasitə heroini ötürmüş, Yaşar isə ona bükülmüş vəziyyətdə pul ötürüb ümumilikdə 50 manat məbləğ olduğunu demişdir. Alış-verişdən sonra tez bir zamanda oradan uzaqlaşmışdır. Daha sonra o, həmin qaranlıq yerdən işıqlığa çıxdıqda Yaşarın ona verdiyi pula baxmış, iki ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq və bir ədəd 5 manatlıq pul əskinazları olduğunu görmüş, lakin həmin pulların saxta olmasını aşkar etmişdir. Baxdıqda əsl puldan fərqlənirmiş. Sonradan o, Yaşarı görə bilmədiyi üçün pulu Yaşara qaytara bilməmişdir. Özü isə həmin puldan istifadə etməmişdir. Yaşar adlı şəxs barəsində heç bir məlumatı yoxdur. Yaşar narkotik vasitə almaq istəyən zaman taksofonla onun istifadəsində olan nömrəsinə zəng edərək görüş təyin edirlər. Sonuncu dəfə Yaşara narkotiki yaşadığı Binəqədi qəsəbəsi 1-ci mədəndə, yaşadığı evin yaxınlığında satmışdır. O, Yaşara 1 qram çəkidə heroin vermiş, Yaşar isə ona saxta bildiyi 225 manat pul vermişdir. Yaşar adlı şəxsin həmin pulu haradan əldə etməsini bilmir, saxta olması barədə Yaşar ona bildirməmişdir. Vüqar adlı şəxslə hər hansı bir razılığı olmamışdır. Polis əməkdaşları tərəfindən ona heç bir psixi və ya fiziki təsir edilməmişdir.(Cild İ iş vər.: 132-135) İbtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydırki narkotik vasitədən istifadə edir. 02 yanvar 2020-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində «Lallar Fabriki» adlanan ərazidə Nurlan adlı şəxsdən 20 manat müqabilində «kokos» adlanan, heroin hesab edilən narkotik vasitə almışdır. Narkotik vasitəni almaqda məqsədi özü istifadə etmək olmuşdur. O, Nurlan adlı şəxsdən narkotik vasitəni aldıqdan sonra oradan uzaqlaşdıqda, təxminən saat 17 radələrində ona elə həmin ərazidə, yəni «Lallar Fabriki» adlanan ərazidə iki nəfər mülki geyimdə şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları narkotik vasitə daşımağında şübhə olduğunu bildirib üzərinə baxış keçirilməsi üçün onu 43-cü polis bölməsinə dəvət etmişlər. O, razılığını bildirdikdən sonra polis əməkdaşları ilə birlikdə 43-cü polis bölməsinə gəlmişdir. Polis bölməsində ona hüquqları izah edilmiş və şübhəli şəxs kimi hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil ona təqdim edilmiş, barəsində şübhəli şəxs qismində tutma protokolu tərtib edilmiş, hüquq və vəzifələri izahah edildikdən sonra üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. O, həmin axtarış aparılma prosessinin vəkilin iştirakı olmadan aparılmasına etiraz etməmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkilişlə axtarış keçirilmişdir. Həmin zaman ona təklif edilmişdir üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya vardırsa təqdim etsin. O da əynində olan boz rəngli cins şalvarının sol yan cibində olan şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bildirmişdir ki, həmin bükümdə narkotik vasitə olan kokos kimi tanınan heroindir, həmin maddəni öz istifadəsi üçün 20 manat müqabilində saxlanıldığı zamandan bir neçə dəqiqə öncə Nurlan adlı şəxsdən almışdır. Təqdim etdiyi maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Keçirilmiş axtarış və götürmə ilə bağlı protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsində dəqiqləşdirmişdir ki, qeyd etdiyi kimi, onda aşkar edilmiş narkotik vasitə olan heroini 02 yanvar 2021-ci il tarixdə saat 16:30 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində «Lallar Fabriki» adlanan ərazidə Nurlan adlı şəxsdən 20 manat müqabilində almışdır. O, istifadə etmək üçün narkotik vasitəni müxtəlif yerlərdən və şəxslərdən almış, həmin şəxsləri üzdən tanımışdır. Həmin şəxslər özləri barədə heç bir məlumat vermədikləri üçün onlar barəsində məlumatı yoxdur, yalnız üzdən tanıyır. Özü narkotik vasitə satmaqla məşğul deyil, yalnız özü istifadə edir. Mobil telefon istifadə etmir. Nurlan adlı şəxsdən narkotik vasitə əldə etmək üçün çox vaxt Binəqədi qəsəbəsində «Lallar Fabrikin» yaxınlığında olduğunu bilirmiş, ona görədə həmin gün oraya gedərək Nuranla rastlaşmış və narkotik vasitə əldə etmişdir. Nurlan adlı şəxsin, ondan başqa daha kimlərə narkotik vasitə satması barədə heç bir məlumatı yoxdur. Polis əməkdaşları tərəfindən ona heç bir psixi və ya fiziki təsir edilməmişdir.(Cild İ iş vər.: 143-145) Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcədə cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olması, əməlini etiraf edib peşiman olmasını, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən əməlini etiraf edib peşiman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 02 yanvar 2021-ci il tarixdə saat 19:50-də Təqsirləndirilən şəxs2 02 yanvar 2021-ci il tarixdə saat 17:50-də şübhəli şəxs qismində tutulmuş və barələrində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu 02.01.2021-ci tarixdən, hesablanmalı, həmçinin barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər cəza çəkdikləri müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən, barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə Binəqədi RPİ-nin maddi sübutların saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,427 qram çəkidə narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,238 qram çəkidə narkotik vasitə heroin məhv edilməli 02 ədəd CD disklər cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 402 manat 70 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı X5 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X7 120 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X11 oğluna 120 (yüz iyirmi ) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,427 qram çəkidə narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar edilmiş və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,238 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci olan 402 manat 70 qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1dan və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X7 120 (yüz iyirmi) manat, Təqsirləndirilən şəxs1 hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili X11 oğluna 120 (yüz iyirmi ) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar