Məhkəmə qərarları › İş №1(101)-1101/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1101/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1101/2022 03.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Azərbaycan-rus dillərinin tərcüməçisi X6, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X13, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, müdafiəçi, “Mirzəyev və partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 nümayəndəsi, “Prospekt” Vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, xx xxxxxx 1968-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib guya sərfəli qiymətə təklif edilən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,24 ha torpaq sahəsini “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədi almaqla onun mülkiyyətinə keçirəcəyinə dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 14 dekabr 2016-cı il tarixdə 2000 manat, 14 yanvar 2017-ci il tarixdə 3000 manat, 16 yanvar 2017-ci il tarixdə 1500 manat, 02 fevral 2017-ci il tarixdə 3000 manat, 17 fevral 2017-ci il tarixdə 1500 manat, 19 mart 2017-ci il tarixdə 2000 manat, 11 aprel 2017-ci il tarixdə 2000 manat, 14 aprel 2017-ci il tarixdə 500 manat, 21 aprel 2017-ci il tarixdə 500 manat, 12 may 2017-ci il tarixdə 1000 manat, 14 may 2017-ci il tarixdə 2300 manat, 17 may 2017-ci il tarixdə 2700 manat, 14 iyun 2017-ci il tarixdə 3500 manat, 14 iyul 2017-ci il tarixdə 4000 manat, 14 avqust 2017-ci il tarixdə 4000 manat, 15 sentyabr 2017-ci il tarixdə 2000 manat, 14 oktyabr 2017-ci il tarixdə 2000 manat, 15 oktyabr 2017-ci il tarixdə 2500 manat olmaqla ümumilikdə 40000 manat pulu ünvan 2 ünvanında yerləşən “Fisincan” kafesində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib guya sərfəli qiymətə təklif edilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dənizkənarı ərazidə yerləşən 2 ha torpaq sahəsini “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədi almaqla onun mülkiyyətinə keçirəcəyinə dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2018-ci ilin əvvəllərindən həmin ilin avqust ayınadək olan müddət ərzində ünvan 3 ünvanında yerləşən “Fisincan” adlı kafedə, sonuncu dəfə isə ünvan 4 ünvanında yerləşən “Nənəmin təndiri” adlanan iaşə obyektinin yanında hissə-hissə olmaqla ümumilikdə 160000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istifadəsində olan Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış" sənədi əldə etmək istəyən tanışı Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib qısa müddət ərzində həmin sənədin alınmasını guya 11000 manat pul müqabilində həll edə biləcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 176A ünvanında yerləşən “Fərid Palace” adlı şadlıq sarayının qarşısında 19 iyul 2018-ci il tarixdə 3000 manat, ünvan 6 ünvanında yerləşən “Elit” ticarət və əyləncə mərkəzinin həyətində olan kafedə 20 iyul 2018-ci il tarixdə 2000 manat və 22 iyul 2018-ci il tarixdə 4000 manat olmaqla ümumilikdə 9000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib ünvan 7 ünvanda yerləşən 0,2 ha torpaq sahəsinə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədi əldə etmək istəyi barədə 2018-ci ilin avqust ayında ortaq tanışları Şahid2 vasitəsi ilə, bir neçə gün sonra isə Zərərçəkmiş şəxs3 şəxsən özü ilə görüşərək məlumat alıb 1 ay ərzində həmin sənədin alınmasını guya 42000 manat pul müqabilində həll edə biləcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 01 sentyabr 2018-ci il tarixdə 5000 manat, 05 sentyabr 2018-ci il tarixdə 15000 manat, 12 sentyabr 2018-ci il tarixdə 5000 manat və 17 sentyabr 2018-ci il tarixdə 16000 manat olmaqla ümumilikdə 41000 manat pulu Bakı şəhəri, Xətai rayonu, “Bakı Ağ şəhər”, Xəqani Rüstəmov küçəsində yerləşən ofisdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs3 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə daimi istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 0,11 ha torpaq sahəsi üçün “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədi əldə etmək istəyən qonşusu Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib qısa müddət ərzində həmin sənədin alınmasını təmin edə biləcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 12 aprel 2021-ci il tarixdə 4000 manat, 18 aprel 2021-ci il tarixdə isə 5000 manat olmaqla ümumilikdə 9000 manat pulu ünvan 8 ünvanında yerləşən mağazasında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs7 alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mübariz İbrahimov küçəsi, 2-ci Mədən ərazisində yerləşən 0,12 ha torpaq sahəsi üçün “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədi əldə etmək istəyən tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib qısa müddət ərzində həmin sənədin alınmasını təmin edə biləcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı istirahət parkında 07 aprel 2021-ci il tarixdə 7000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mübariz İbrahimov küçəsi, 2-ci Mədən nömrəsiz evdə 15 aprel 2021-ci il tarixdə 2500 manat, 18 aprel 2021-ci il tarixdə 1500 manat, 21 aprel 2021-ci il tarixdə 1000 manat, 25 aprel 2021-ci il tarixdə isə həmin dövrə olan məzənnə ilə 170 manat təşkil edən 100 ABŞ dolları olmaqla ümumilikdə 12170 manat pulu Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsinin özünə məxsus olması barədə müştəri kimi ona yaxınlaşmış Zərərçəkmiş şəxs5 yalan məlumat verib 38000 manata təklif edərək həmin məbləğin qabaqcadan ödəniləcək 15000 manatının qarşılığında torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədi aldıqdan sonra nəzərdə tutulan məbləğ əsasında alqı-satqı etməklə torpaq sahəsini Zərərçəkmiş şəxs5 mülkiyyətinə keçirəcəyinə dair yalan vəd verib aldadaraq sonuncuda inam yaratmaq məqsədilə 10 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28A ünvanında yerləşən 12 saylı notariat ofisində formal kredit müqaviləsi bağlamaqla Zərərçəkmiş şəxs5 məxsus 15000 manat pul vəsaitini onun övladı Şahid6 vasitəsilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsində olan fərdi yaşayış evi üçün “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədi almaq istəyən tanışı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib qısa müddət ərzində həmin sənəd əsasında sözügedən torpaq sahəsini onun anası X11 mülkiyyətinə keçirilməsini təmin edə biləcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2021-ci ilin may ayının əvvəlində 500 manat, 2021-ci ilin iyun ayının əvvəlində 3500 manat, 2021-ci ilin iyul ayının ortasında 3700 manat olmaqla ümumilikdə 7700 manat pulu ünvan 10 ünvanında Zərərçəkmiş şəxs6 vahid niyyətlə əhatə olunan qəsdlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, bu iş üzrə Zərərçəkmiş şəxs1 təxminən 5-6 ildir ki, tanıyır. O, bir neçə dəfə Rafiqə məxsus olan torpaq sahələrinin sənədləşməsində kömək etmişdir. Bundan sonra aralarında münasibətlər dərinləşmiş və mütəmadi olaraq əlaqə saxlamağa başlamışlar. 2016-cı ilin sonlarında görüşlərinin birində Rafiqə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində dəniz kənarında 25 sot torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsi bələdiyyənin sənədi əsasında fərdi şəxsə ayrıldığını, torpaq sahəsinin sərfəli qiymətə olduğunu, 37500 manat müqabilində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış ilə birlikdə Rafiqin mülkiyyətinə keçirə biləcəyini demişdir. Rafiq onun dedikləri ilə razılaşdıqda o, çıxarışın alınması üçün xərcləri qarşılamaq məqsədilə torpağın pulunu əvvəlcədən hissə-hissə ödəməyi, sənəd hazır olduqdan sonra alqı-satqı edərək torpaq sahəsini onun mülkiyyətinə keçirməyi təklif etmişdir. Torpağın sənədləri hazır olduqdan sonra Rafiqin ona əlavə zəhmət haqqı verəcəyinə razılaşmışlar. Rafiq torpaq sahəsinə baxıb bəyəndikdən sonra aralarında olan razılaşmaya əsasən 2016-ci ilin dekabr ayından etibarən bir neçə ay ərzində həmin torpaq sahəsinin sənədlərinin hazırlaması üçün Rafiqdən hissə-hissə ümumilikdə 37500 manat pul almış və həmin pulları torpaq sahəsinin sahibinə vermişdir. Lakin torpaq sahəsinin sahibinin öz qohumları ilə şəxsi problemləri və fikir ayrılıqları olduğu üçün torpağın alqı-satqısını həyata keçirmək mümkün olmamışdır. Buna görə də Rafiqdən aldığı 37500 manat pulu tam şəkildə qaytarmışdır. Bundan sonra o, Rafiqə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizkənarı sahədə "xxxx" MMC-nin direktoru X7 məxsus hər sotu 1000 manata satılan 2 hektar torpaq sahəsi olduğunu deyərək 200000 manat da ödəyib həmin torpaq sahəsini almağı təklif etmiş və "xxxx" MMC-yə məxsus bir sıra sənədləri, torpaq sahəsinə aid çertyoj və sənədləri təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, nə isə problem yaransa onun pulunu özü şəxsən qaytaracaqdır. Rafiq onun təklifi ilə razılaşmış və o, həmin torpaq sahəsinə dair Rafiqin adına Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verəcəyinə vəd vermişdir. Torpaq sahəsinə baxıb bəyəndikdən sonra danışdıqlarına uyğun olaraq Rafiq 2018-ci ilin əvvəllərindən avqust ayınadək ünvan 3 ünvanında yerləşən "Fisincan" adlı kafedə, sonuncu dəfə isə Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “Nənəmin təndiri” adlanan iaşə obyektinin yanında 10000 manat olmaqla hissə-hissə ona 200000 manat pul ödəmişdir. Lakin təşkilati məsələlərdə problemlər yarandığı üçün o, Rafiqə verdiyi vədi yerinə yetirə bilməmiş və aralarında narazılıq yaranmışdır. Sonradan Rafiqdən aldığı pulun bir hissəsini, yəni 100000 manatını qaytarsa da, qalan hissəsini qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 verdiyi mülki iddianı qəbul edir və söz verir ki, qalan pulu qaytaracaqdır. İş üzrə digər Zərərçəkmiş şəxs3 yaxın dostu Şahid2 vasitəsi ilə təxminən 4-5 ildir ki, tanıyır. Vaqifin Nizami rayonu Keşlə qəsəbəsində yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınmasında köməklik etmişdir. Təxminən 2018-ci ilin avqust ayında Vaqif söhbət zamanı ona bildirmişdir ki, tanışı İdrisin də bir çıxarış problemi vardır, mümkün olsa ona köməklik etsin. O da buna etiraz etməmiş və bir neçə gün sonra İdrislə ona məxsus Bakı şəhəri Xətai rayonu “Ağ şəhər” ərazisində yerləşən ofisdə görüşmüşdür. Görüşdə ortaq dostları Şahid2 da iştirak etmişdir. Söhbətdən məlum olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində 2 sot torpaq sahəsi vardır. Həmin sahə İdrisin obyektinə bitişik yerləşmiş, həmişə İdrisin istifadəsində olmuşdur. Ona görə də İdris həmin sahəni də özəlləşdirib öz adına çıxarış almaq istəmişdir. O, hətta qeyd edilən yerə gedib baxmış və sahənin harada yerləşməsinə, hansı rayonun ərazisinə aid olmasına əmin olmuşdur. Bundan sonra o, İdrisə bu məsələni 3 ay müddət ərzində yoluna qoyacağını vəd edərək çıxarışın alınmasını son olaraq 33000 manata həll edəcəyini demişdir. Həmin pulun 31000 manatı sırf işin görülmə xərcləri, qalan 2000 manatı isə ona düşən zəhmət haqqı olmuşdur. İdris də buna etiraz etməyərək razılıq vermişdir. O, bu işləri dostluq münasibətində olduğu, 10 ildən artıq müddətə tanıdığı Cəlal Bağırovun vasitəsi ilə gördüyü üçün ona danışmış və razılıq almışdır. Əlavə edir ki, Cəlal Bakı şəhər İcra Hakimiyyətində hüquqşünas işləmişdir və çox geniş əlaqələri olmuşdur. Zərərçəkmiş şəxs3 yadında qalmayan tarixlərdə hissə-hissə olmaqla ümumilikdə 31000 manat pul almışdır. Aldığı pul vəsaitləri kağız parçasında qeyd edilmiş, orada tarix və məbləğ göstərilmişdir. O da həmin kağız parçasına imza edərək pulu həqiqətən də aldığını təsdiq etmişdir. Pulu aldıqdan sonra Cəlal Bağırovla sonuncunun işlədiyi Bakı şəhər İcra Hakimiyyətinin binasında görüşmüşdür. Cəlala hissəhissə, daha dəqiq desə 10000 və 20000 manat olmaqla cəmi 30000 (otuz min) manat pulu məhz İdrisin məsələsini həll etmək məqsədi ilə vermişdir. Qalan 1000 manatı isə özünə götürərək xərcləmişdir. O, tez-tez Cəlalla görüşüb söhbət etmiş, İdrisin işlərinin nə yerdə olması barədə soruşmuşdur. Cəlal isə həmin işin üzərində işlədiyini, tezliklə məsələni həll edəcəyini demişdir. Cəlal çox etibarlı, işgüzar, savadlı bir insan olduğu üçün, bundan başqa Bakı şəhəri ərazisində inşa edilmiş əksər göydələnlərin sənədləşdirilməsi məsələsini şəxsən həll etdiyi üçün onun dediklərinə qəti şübhəsi olmamışdır. Ona görə o da gözləmişdir ki, məsələ həllini tapsın. Cəlalın sözlərinə görə o da İdrisdən hər dəfə vaxt almışdır. O, pulu Cəlala verdikdən 1-2 ay sonra eşitmişdir ki, Cəlal ölkədə yoxdur. Ortaq tanışları ona X31 Əmirliklərinin Dubay şəhərinə orada olan özünə məxsus neft emalı zavodunu satmağa getdiyini demişlər. Bir müddət sonra isə digər tanışları ona Cəlalın Dubaya deyil, Türkiyə Respublikasına, orada yaşayan qızının yanına getdiyini bildirmişlər. Həmin ərəfədə Cəlalın istifadəsində olan mobil telefon nömrəsinə zəng çatmadığı üçün onunla əlaqə yarada bilməmişdir. Bu səbəbdən o da İdrisə verdiyi vədi yerinə yetirə bilməmişdir. Əlavə edir ki, sənədləşmə işini Cəlalın vasitəsi ilə icra edəcəyi barədə İdrisə əvvəlcədən heç bir məlumat verməmişdir. O, tutulmamışdan 4-5 ay öncə Cəlal Bağırov gizli nömrədən ona zəng edərək Türkiyədə öz işləri ilə məşğul olduğunu və 1-2 aya Bakıya qayıdıb ona olan borcunu qaytaracağını bildirmişdir. Cəlal verdiyi vədi yerinə yetirmədiyindən, nə də ona verdiyi pulu qaytarmadığından İdrislə aralarında narazılıq yaranmışdır. Zərərçəkmiş şəxs7 dəymiş ziyanla bağlı bildirir ki, Zərərçəkmiş şəxs7 uzun müddətdir qonşu kimi tanıyır. 2021-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs7 çalışdığı mağazada söhbət zamanı Kərim torpaq sahəsi aldığını və həmin torpaq sahəsinin çıxarışının olmadığını dedikdə o, həmin ərazidə dəfələrlə torpaq sahələrinin sənədləşdirməsini həyata keçirdiyini deyərək torpaq sahəsi üçün onun adına Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almağı təklif etmişdir. Bildirmişdir ki, sənədləşmənin həyata keçirilməsi üçün ilk növbədə bağ orderi adlanan sənəd əldə etmək lazımdır ki, bunun üçün 4000 manat xərci çıxacaqdır. Həmçinin demişdir ki, bağ orderi deyilən sənəd əldə edildikdən sonra torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi üçün əlavə olaraq 5000 manat verməli olacaqdır. Kərim onun sözləri ilə razılaşdığı üçün 12 aprel 2021-ci ilin tarixdə onun işlədiyi ünvan 8 ünvanında yerləşən ərzaq mağazasının qarşısında Zərərçəkmiş şəxs7 ilkin olaraq 4000 manat pulu sənədləşmə işinin təşkili üçün almışdır. İki gündən sonra Kərimə gəlib bağ orderinin hazır olduğunu demiş və qalan 5000 manatı hazırlamağı tapşırmışdır. 18 aprel 2021-ci il tarixdə nahardan sonra Kərimin çalışdığı mağazaya gedərək 5000 manat pulu ondan götürmüş və demişdir ki, 21 gün ərzində torpaq sahəsinin onun mülkiyyətinə keçməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış hazır olacaqdır. Lakin təşkilati məsələlərdə problemlər yarandığı üçün vədini yerinə yetirə bilməmişdir. Kərimin pulunun 4000 manatını qaytarsa da, 5000 manatını qaytara bilməmişdir. Zərərçəkmiş şəxs5 dəymiş ziyanla bağlı bildirir ki, o, özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində 12 sot torpaq sahəsini satmaq qərarına gəlmiş, bu barədə bir çox tanışına, o cümlədən tanışı Camala məlumat vermişdir. 2021-ci ilin may ayının sonları, iyun ayının əvvəllərində Camal ona bildirmişdir ki, tanışları torpaq sahəsi almaq istəyir. O, Camalın vasitəsilə torpaq sahəsini almaq istəyən Bütünay adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı o, həmin şəxsə Ləhiş bağlarında 24 (iyirmi dörd) sot torpaq sahəsi olduğunu və həmin sahənin 12 (on iki) sotunu satmaq istədiyini demişdir. Sonradan Camalın iştirakı olmadan apardıqları qiymət barədə danışıqlar nəticəsində 12 (on iki) sot torpaq sahəsini ümumilikdə 38000 manata satmağa razılıq vermişdir. Bütünaya torpaq sahəsinin sənədinin bələdiyyə tərəfindən verilmiş sənəd olduğunu dedikdə həmin şəxs torpaq sahəsini “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarış” əldə edildikdən sonra alacağını bildirmişdir. O, çıxarış almaq üçün pulunun olmadığını, bunun üçün ən azı 15000 manat lazım olduğunu, torpağın dəyərinin həmin hissəsini əvvəlcədən versələr həmin pulu təşkilati işlərə sərf edərək təxminən 1 ay ərzində reyestrdən çıxarış ala biləcəyini demişdir. Bundan sonra Bütünay torpağın dəyərindən 15000 manatı qabaqcadan, sənəd hazır olduqdan sonra yerdə qalan 23000 manatı ona verməyə razılaşmışdır. Bütünay 15000 manat pulun ona verilməsini müqavilə ilə rəsmiləşdirməyi təklif etdikdə o, etiraz etməmişdir. Beləliklə, 10 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 12 saylı notariat kontoruna getmişlər. Tam ad, soyad və ata adı orada ona məlum olan Şahid6 həmin gün qeyd edilən notariat kontorunda 15000 manat pulu ona vermiş və həmin pulun ona verilməsi kredit müqaviləsi bağlanmaqla rəsmiləşdirilmişdir. Bundan sonra o, torpağın sənədləri ilə bağlı məsələnin təxminən 1 ay ərzində həll ediləcəyinə vəd vermişdir. Torpağın sənədlərini qaydaya salmaq üçün torpaq sahəsini hasara almış və bir neçə təşkilata şifahi müraciət etsə də həmin torpaq sahəsinə reyestrdən çıxarış ala bilməmişdir. Sənədləri qaydaya sala bilmədiyi üçün pulun yerdə qalan hissəsini öz ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxs6 təxminən 1 ildir ki, tanıyır. Həmin ərəfədə təsadüfən tanış olduğu Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Sabunçu rayonu, Lǝhiş bağlar massivində yerləşən bağ sahəsinin sənədləşdirilməsində köməklik göstərmişdir. Bundan sonra aralarında ünsiyyət yaranmış və əlaqələri davam etmişdir. Həmin bağ sahəsini sənədləşdirdikdən sonra Qasım vərəsəlik əsasında anasına miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0,06 ha sahədə olan fərdi yaşayış evinin anasının mülkiyyətinə keçirilməsini ondan xahiş etmişdir. O, qeyd edilən məsələni həll etməyi öz öhdəsinə götürmüş və 7700 manat müqabilində bu məsələnin həllini tapacağını bildirmişdir. Təxminən 2021-ci ilin may ayının əvvəlində xatırlamadığı tarixdə ünvanını bilmədiyi notariat ofisində Qasımın anası X11 adından ona onları təmsil etməsi üçün etibarnamə verilmiş və işə başlaması üçün həmin gün axşam saatlarında Qasımın yaşadığı ünvan 10 ünvanında Qaşımın arvadı Şahid7 yanında Qasımdan 500 manat almışdır. Həmçinin evin texniki pasportunu, Qasımın anasının şəxsiyyət vəsiqəsinin surətini, evin keçmiş sahibinin və digər bir neçə qohumunun ölüm haqqında şəhadətnamələrini götürmüş və qısa müddət ərzində bəzi sənədləri də arxivdən götürüb vərəsəlik barədə qətnamə əldə etmək üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Təxminən 1 aydan sonra Qasıma demişdir ki, artıq məhkəmədən lazım olan qərarı əldə etmiş və sənədlər artıq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gedir, buna görə də işin davam etdirilməsi üçün yenidən ödəniş etmək lazımdır. 2021-ci ilin iyun ayının əvvəlində Şahid7 yanında eyni məqsədlə Qasımdan əlavə 3500 manat almış və qısa müddət ərzində torpaq sahəsinə aidiyyəti qurumlar tərəfindən baxış keçiriləcəyini, kadastr planı tərtib ediləcəyini, müvafiq prosedurlar aparılacağını demişdir. 2021-ci ilin iyul ayının ortasında Qasıma zəng edərək artıq prosesin yekunlaşdığını, 21 gün ərzində evin və torpaq sahəsinin anasının mülkiyyətinə keçməsi barədə çıxarışın hazır olacağını demiş və qalan 3700 manatı verməsini xahiş etmişdir. Həmin gün axşam saatlarında Qasımın yaşadığı ünvan 11 ünvanında həmin məqsədlə Qasımın arvadı Şahid7 yanında əlavə 3700 manat da almışdır. O, Qasımı aldatmamışdır. Aldığı pulların qarşılığında məhkəməyə müraciət edərək X11 vərəsə hesab edilməsi barədə qərar qəbul edilməsinə nail olmuşdur, həmin qərar əsasında notariusda vərəsəlik açdıraraq Əmlak Komitəsinə təqdim etmişdir. Aldığı ümumilikdə 1700 manatı işin təşkilati xərclərinə, rüsumlara sərf etmişdir. Zərərçəkmiş şəxs4 dəymiş ziyanla bağlı bildirmək istəyir ki, o, Çingizi 2021-ci ildən tanıyır. O, Çingizə məxsus torpaq sahəsi SOCAR-ın balansında olduğundan orada tikinti işləri apara bilmədiyindən torpaq sahəsini öz mülkiyyətinə keçirmək istəmişdir. Çingiz onunla Balaxanı qəsəbəsindəki istirahət parkının içərisində görüşmüş və bu barədə ona danışmışdır, o da Çingizə həll edə biləcəyini bildirmişdir. Çingiz ona torpağı öz mülkiyyətinə keçirməyinə kömək etməyinə görə ümumilikdə ayrı-ayrı vaxtlarda 12100 manat vermişdir. O, Çingizə həmin pulun 5000 manatını qaytarmışdır. Zərərçəkmiş şəxs2 dəymiş ziyanla bağlı bildirmək istəyir ki, o, Rüfəti 2018-ci ildən tanıyır. O, Bakı şəhəri, Nardaran qəsəbəsinə yerləşən 0,12 ha sahəsi olan bağ ərazisini öz mülkiyyətinə keçirmək istəmişdir. Onlar Zərərçəkmiş şəxs2lə ilk dəfə “Elit” ticarət mərkəzinin həyətində olan çayxanada görüşmüşlər. Rüfət özünə aid olan bağın sənədlərini təqdim etmiş və niyyətini bildirmişdir. O, Rüfətə həmin bağ evinin sonuncunun mülkiyyətinə keçirməsinin 11000 manata başa gələcəyini bildirmişdir. Rüfət ona ilkin olaraq 3000 manat pul vermiş və o, Rüfətdən lazım olan bir sıra sənədləri götürmüşdür. Daha sonra ondan müxtəlif vaxtlarda işin görülməsi üçün ümumilikdə 9000 manat pul almışdır. İş alınmadığına görə o, Rüfətdən aldığı pulu tamamilə özünə qaytarmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2016-ci ilin iyun ayında tanış olmuşdur. Ələddin həmin vaxt ona məxsus olan torpaq sahəsinin özəlləşdirilməsində köməklik göstərmişdir. Bundan sonra da əlaqələri kəsilməmiş və arabir əlaqə saxlamışlar. 2016-ci ilin sonlarında görüşlərinin birində Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində dəniz kənarında 24 sot torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsi bələdiyyənin sənədi asasında fərdi şəxsə ayrıldığını, torpaq sahəsinin sərfəli qiymətə olduğunu, 40000 manat müqabilində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış ilə birlikdə ona ala biləcəyini demişdir. O, Ələddinin dedikləri ilə razılaşdıqda Ələddin çıxarışın alınması üçün xərcləri qarşılamaq məqsədilə torpağın pulunu əvvəlcədən hissə-hissə ödəməyi, sənəd hazır olduqdan sonra alqı-satqı edərək onun mülkiyyətinə keçirməyi təklif etmişdir. Gördüyü işin müqabilində o, Ələddinə zəhmət haqqı olaraq 4000 manat verəcəkdi. Torpaq sahəsinə baxıb bəyəndikdən sonra aralarında olan razılaşmaya əsasən 2016-ci ilin dekabr ayından etibarən ona təklif edilən torpaq sahəsinin sənədlərini hazırlaması üçün Təqsirləndirilən şəxs pul ödəməyə başlamışdır. Bildirir ki, ünvan 3 ünvanında yerləşən “Fisincan” adlı kafedə Ələddinə ümumilikdə 40000 manat pul ödəmişdir. Həmin məbləğləri alarkən Ələddin pulları torpaq sahəsinin sahibinə və sənədləşmə xərclərinə sərf etdiyini bildirmişdir. Bundan təxminən 1 ay sonra Ələddin ona torpaq sahəsinin sahibinin qohumları ilə şəxsi problemlərinin və fikir ayrılıqlarının olduğu üçün torpağın alqı-satqısını həyata keçirməyin mümkün olmadığını bildirmişdir. Həmçinin söhbətinə davam edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizkənarı sahədə "xxxx" MMC-nin direktoru X7 məxsus hər sotu 1000 manata satılan 2 hektar torpaq sahəsinin olduğunu deyərək ona ödədiyi 40000 manatdan əlavə 220000 manat da ödəyərək həmin torpaq sahəsini almağı təklif etmişdir. Torpağın ümumi dəyərinin 200000 manat olduğunu, 60000 manatın sənədləşdirilməsinə sərf olunacağını bildirmişdir. Ələddin onu inandırmaq üçün "xxxx" MMC-yə məxsus bir sıra sənədləri və dediyinə görə həmin torpaq sahəsinə aid çertyoj və sənədləri təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, nə isə problem yaransa onun pulunu özü şəxsən qaytaracaqdır. O, Ələddinin sözlərinə aldanaraq onun təklifi ilə razılaşmışdır. Razılaşmaya əsasən 2018-ci ilin sentyabr ayında Ələddin ona əvvəlcədən verəcəyi 200000 manat pulun qarşılığında həmin torpaq sahəsinə dair onun adına Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verməli, o isə sənəd hazır olduqdan sonra 60000 manat ödəməli imiş. Torpaq sahəsinə baxıb bəyəndikdən sonra danışdıqlarına uyğun olaraq 2018-ci ilin əvvəllərindən avqust ayınadək ünvan 3 ünvanında yerləşən “Fisincan” adlı kafedə, sonuncu dəfə isə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Nənəmin təndiri” adlanan iaşə obyektinin yanında 10000 manat olmaqla hissə-hissə Ələddin Atakşiyevə əlavə 160000 manat pul ödəmişdir. Sentyabr ayından etibarən işin nəticəsi barədə Ələddinlə maraqlanmağa başlamışdır. Ələddin hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Sonra isə həmin pulu işi düzəltməsi üçün Hüseyncan adlı şəxsə verdiyini deyərək X12 adlı şəxsin şəxsiyyət vəsiqəsinin surətini vermişdir. O, kimliyi ilə maraqlanıb Hüseyncan Əzimovun dələduzluqla məşğul olduğunu müəyyən etmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs artıq bütün məsuliyyəti Hüseyncan Əzimovun üzərinə ataraq ondan aldığı pulun 127000 manatını Hüseyncana verdiyini, digər hissəsini isə özünün xərclədiyini etiraf etmişdir. Aldanıldığını başa düşdükdən sonra pulunu Ələddindən tələb etməyə başlamış və uzun, çətin prosesdən sonra Ələddindən pulunun bir hissəsini, yəni 100000 manatını almağa nail olmuşdur. Lakin pulunun qalan hissəsini dəfələrlə tələb etsə də Ələddin qaytarmamışdır. Hazırda Ələddindən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, ona məxsus Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində, Qara Qarayev prospekti 124 ünvanında yerləşən obyekti vardır. Əvvəllər həmin obyekt mebel salonu kimi, hazırda isə “Bazarstore” supermarketi kimi fəaliyyət göstərir. Həmin obyektinə sağdan bitişik yerdə 2 (iki) sot daş hasara alınmış boş torpaq sahəsi olmuş, həmin torpaq sahəsi onun obyektinə bilavasitə bitişik olduğu üçün qeyri-rəsmi olsa da həmişə faktiki istifadəsində olmuş, lakin onda sahənin sənədi olmamışdır. Ona görə də qeyd edilən torpaq sahəsini artıq öz adına rəsmi qaydada özəlləşdirib çıxarış almaq istəmişdir. Bu barədə yaxın ətrafı və dostları da bilmişdir. O, bu özəlləşdirmə məsələsində ona köməklik etməyə adam axtarmışdır. Qeyd edilən ərəfədə təxminən 2018-ci ilin avqust ayının sonlarında tanışı Şahid2la söhbət edən zaman Vaqif ona bildirmişdir ki, torpağın sənədləşdirilməsi məsələsi ilə məşğul olan bir tanışı vardır. Lakin həmin adamla görüşərək özü əyani söhbət etməli, əgər razı qalarsa onunla iş görə bilər. O da bu işdə maraqlı olduğu üçün bir neçə gün sonra həmin adamla, adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər”, X.Rüstəmov küçəsində yerləşən özünə məxsus ofisdə görüşmüşdür. Həmin vaxt görüşdə Şahid2 da iştirak etmişdir. Görüşdə o, özəlləşdirməsini nəzərdə tutduğu torpaq sahəsi barədə Ələddinə məlumat vermiş, Ələddin isə onu dinlədikdən sonra bunun mümkün olduğunu, sadəcə təkbaşına qərara verə bilmədiyini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində olan adını və vəzifəsini bildirmədiyi adam ilə danışıb qiymət barədə ona xəbər edəcəyini bildirmişdir. O da etiraz etməmişdir. Bir neçə gün sonra 01 sentyabr 2018-ci il tarixdə Ələddin onunla əlaqə saxlayaraq yanına, yenidən ofisə gəlmişdir. Həmin vaxt tanışı Şahid2la birlikdə tikinti sahəsində işlədikləri üçün “Ağ şəhər” ərazisində ofisləri olmuş və hər ikisi orada oturmuşlar. Ələddin söhbət zamanı bildirmişdir ki, torpağın özəlləşdirilməsi üçün 50000 manat pul lazımdır. O, həmin qiymətlə razılaşmayıb endirməsini xahiş etmişdir. Bir qədər söhbət etdikdən sonra Ələddin pulun 40000 manatını dövlət büdcəsinə köçürəcəyini demiş, özünə də şirinlik qalsın deyə əlavə pul istəmişdir. O, buna etiraz etməyib işi həll edəcəyi halda 2000 manat da onun özünə verəcəyini vəd etmişdir. Bununla da Ələddinlə işin həllini ümumilikdə 42000 manat pula razılaşmışlar. Ələddinə birdəfəlik vermǝyǝ 42000 manat pulunun olmamasını ona demiş və Ələddin bunu anlayışla qarşılayıb etiraz etməmişdir. O, işə başlamaq üçün avans kimi ondan müəyyən məbləğdə pul verməsini xahiş etmiş və vəd vermişdir ki, torpağın özəlləşdirilməsini, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağını maksimum 1 ay ərzində həll edəcəkdir. O da Ələddinə tam inanıb həmin vaxt üzərində olan 5000 (beş min) manat pulu tanışı Vaqifin yanında Ələddinə vermişdir. Bundan sonra 05 sentyabr 2018-ci il tarixdə 15000 manat, 12 sentyabr 2018-ci il tarixdə 5000 (beş min) manat və 17 sentyabr 2018-ci il tarixdə 16000 manat məbləğində pul vəsaitini də eyni məqsədlə Ələddinə vermişdir. Bununla da Ələddin ondan cəmi 41000 (qırx bir min) manat pul almışdır. Qeyd edilən vəsaitləri ondan alan zaman əlyazma sənəd tərtib olunmuş və Ələddin həmin sənədə öz imzasını atmışdır. Həmin sənəddə pul vəsaitlərinin ayrı-ayrılıqda verilmə tarixləri və məbləğlər dəqiqliklə göstərilmişdir. Təqsirləndirilən şəxs ondan pulu aldıqdan sonra vəd etdiyi 1 ay müddət keçsə də sənəd məsələsini həll etməmişdir. Dəfələrlə onun istifadəsində olan mobil telefon nömrəsi ilə danışaraq ya pulunu, ya da sənədini verməsini tələb etmişdir. Ələddin isə müxtəlif bəhanələr gətirib vaxtı uzatmış, son ərəfələrdə isə ümumiyyətlə gizlənərək telefon zənglərinə cavab verməmişdir. O da məcbur olub özü Ələddinlə əlaqə saxlaya bilmədiyi üçün dostu Şahid3 başına gələn hadisə barədə məlumat verib Ələddinə zəng etməsini və danışmasını xahiş etmişdir. Dostu Hüsü də buna etiraz etməyərək Ələddinə zəng edərək danışmış, lakin bunun da hər hansı bir nəticəsi olmamışdır. Həmin telefon danışığı qeydə alınaraq yaddaşda saxlanılmış və həmin səs yazısını da məlumat daşıyıcısına köçürüb istintaq orqanına təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirdi ki, o, Ələddinə ümumilikdə 41000 manat pul vermişdir, həmin pulun 13500 manatı qaytarılmışdır. Halhazırda Ələddinin ona 27500 manat borcu vardır. O, şikayətçidir, pulunu tələb edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, yaşadığı evin yaxınlığında özünə məxsus olan ünvan 8 ünvanında yerləşən ərzaq mağazasında çalışır. Təqsirləndirilən şəxs 2019-cu ildən qonşu kimi tanıyır. Ələddin mütəmadi olaraq alış-veriş üçün mağazasına gəlib-getdiyi üçün yaxın münasibətləri yaranmışdır. 2021-ci ilin mart ayında Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, Bağlar massivində bələdiyyə sənədi əsasında özünə 11 sot sahəyə malik bağ sahəsi almışdır. 2021-ci ilin aprel ayının sonlarında çalışdığı mağazada Ələddinlə söhbət zamanı torpaq sahəsi almasını və həmin torpaq sahəsinin çıxarışının olmaması barədə Ələddinə məlumat verdikdə Ələddin həmin ərazidə dəfələrlə torpaq sahələrinin sənədləşdirməsini həyata keçirdiyini deyərək torpaq sahəsi üçün onun adına Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almağı təklif etmişdir. Bildirmişdir ki, sənədləşmənin həyata keçirilməsi üçün ilk növbədə bağ orderi adlanan sənəd əldə etmək lazımdır ki, bunun üçün 4000 manat xərci çıxacaq. Həmçinin demişdir ki, bağ orderi deyilən sənəd əldə edildikdən sonra torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi üçün əlavə olaraq 5000 manat verməli olacaqdır. O, Ələddinlə uzun müddət münasibətləri olduğundan sonuncuya etibar etmiş və sözlərinə etimad edərək bir neçə gün sonra, yəni 12 aprel 2021-ci ilin tarixdə işlədiyi ünvan 8 ünvanında yerləşən ərzaq mağazasının qarşısında 4000 manat pulu sənədləşmə işinin təşkili üçün ilkin olaraq Təqsirləndirilən şəxs vermişdir. İki gündən sonra Ələddin gəlib bağ orderinin hazır olduğunu demiş və qalan 5000 manatı hazırlamağı tapşırmışdır. 4 gün ərzində həmin pulu hazırlayıb 18 aprel 2021-ci il tarixdə Ələddinə bu barədə məlumat vermiş və həmin gün nahardan sonra Ələddin çalışdığı mağazaya gələrək 5000 manat pulu ondan götürmüşdür. Ələddin pulu götürdükdən sonra demişdir ki, 21 gün ərzində torpaq sahəsinin onun mülkiyyətinə keçməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış hazır olacaqdır. 21 gün sonra Ələddinlə əlaqə saxladıqda Ələddin sənədləşmənin aidiyyəti dövlət qurumunda ləngidiyini demişdir. Bundan sonra dəfələrlə Ələddinlə əlaqə saxlasa da sonuncu müxtəlif bəhanələr gətirməyə davam etmişdir. Ələddinin boş vədlər verdiyini anlayıb ona verdiyi pulları tələb etsə də, Ələddin indiyədək pulunu tam qaytarmamışdır və o, Ələddindən şikayətçidir. Məhkəmədə verilən suallara cavab olaraq, Zərərçəkmiş şəxs7 bildirdi ki, Ələddin ondan ümumilikdə 9000 manat pul almış, onun 4000 manatını qaytarmışdır. Hazırda Ələddin ona 5000 manat borcludur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 05 aprel 2021-ci ildən tanıyır. Belə ki, 23 aprel 2004-cü il tarixdə tanışı Şahid4 ilə şərikli şəkildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.İbrahimov küçəsi, 2-ci Mədəndə 0,12 ha torpaq sahəsi almışdır. Torpaq sahəsi Balaxanı bələdiyyəsinin sərəncamı ilə ona ayrılmışdır. Sonradan həmin ərazi “SOCAR”ın balansında olduğundan orada tikinti işləri apara bilməmişdir. Buna görə də torpaq sahəsini onun mülkiyyətinə keçirməyi qərara almışlar. Təcrübələri olmadığı üçün onlara kömək edəcək adam axtarmağa başlamış və Ələddin adlı şəxslə tanış olmuşlar. 05 aprel 2021-ci il tarixdə Balaxanı qəsəbəsindəki istirahət parkının içərisində yerləşən çayxanada Ələddinlə görüşmüşlər. Təqsirləndirilən şəxs Sultanağa ilə birlikdə fikirlərini bildirdikdə torpaq sahəsinin hər sotunun sənədləşdirilməsi üçün 1100 manat olmaqla, 13200 manat lazım olduğunu, həmin pulun təşkilati işlərə sərf ediləcəyini bildirmişdir. Bir qədər müzakirədən sonra torpaq sahəsinin sənədləşməsi üçün Ələddinə 13000 manat verməyə razılıq vermişlər. Sultanağada həmin vaxt pul olmadığı üçün Sultanağanın sonradan ona verməsi şərtilə bu məbləği ödəməyi o, öhdəsinə götürmüşdür. Ələddin təxminən 2 ay ərzində sənədləşmə işini yekunlaşdıracağına, torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi barədə çıxarış alacağına vəd vermiş, qeyd edilən məbləğin 7000 manatının ilkin olaraq, qalan hissəsini isə sənədlər hazır olduqdan sonra verilməli olduğunu bildirmişdir. Razılığa gəldikdən sonra 07 aprel 2021-ci il tarixdə günorta saatlarında yenidən Balaxanı qəsəbəsindəki istirahət parkının içərisində yerləşən çayxanada Ələddinlə görüşmüşlər. Orada qeyd edilən məqsədlə Sultanağanın yanında Ələddinə 7000 manat pul, torpaq sahəsinin ona ayrılması barədə bələdiyyə sərəncamının və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Ələddin 15-20 gün ərzində ona sənədlərinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri İdarəsində qeydiyyata alınmasını və sənədlərin hazır olacağı tarixi əks etdirən “pilka” adlandırdığı sənəd verəcəyini bildirmişdir. 15 aprel tarixdə Ələddin yenidən ona zəng edərək sənədləşmə üçün əlavə olaraq 2500 manat lazım olduğunu demişdir. Həmin gün axşam saatlarında Ələddin onun dəvəti ilə onunla qonşuluqda yaşayan oğlu X10 yaşadığı Balaxanı qəsəbəsində Sabunçu rayonu, M.İbrahimov küçəsi, 2-ci Mədən nömrəsiz evdə oğlunun yanında 2500 manat pulu sayıb Təqsirləndirilən şəxs vermişdir. 18 aprel tarixdə Ələddin zəng edərək sənədləşmənin yekunlaşdığını, “pilka”nın hazır olduğunu deyərək əlavə 1500 manat istəmişdir. Elə həmin gün Ələddin oğlunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.İbrahimov küçəsi, 2-ci Mədəndə yerləşən yeni tikili evə gələrək oğlunun yanında həmin 1500 manatı da ondan götürmüşdür. 21 aprel tarixində Ələddin yenidən zəng edərək sənədləşmə üçün əlavə 1000 manat pul lazım olduğunu bildirmiş, o da onu həmin pulu götürməsi üçün Ələddini yaşadığı evə çağırmışdır. Ələddin həmin gün axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.İbrahimov küçəsi 2-ci Mədəndə yerləşən yeni tikili evə gələrək ondan 1000 manat pulu götürmüşdür. 25 apreldə Ələddin ona zəng edərək həyat yoldaşı xəstəliyinə görə pul lazım olduğunu deyib ondan borc istəmişdir. O, Ələddinə 100 ABŞ dolları verə biləcəyini bildirmişdir. Həmin gün Ələddin yaşadığı yuxarıda ünvanını qeyd etdiyi evə gəlmiş və o, Ələddinə təklikdə həmin tarixə olan milli məzənnə ilə 170 manat dəyərində 100 ABŞ dolları vermişdir. Beləliklə, onun Təqsirləndirilən şəxs verdiyi pulların ümumi miqdarı 12170 manata çatmışdır. 1 həftə sonra Ələddin ona “pilka” adlandırdığı üzərində kod və tarix olan kiçik kağız verərək üzərində olan tarixdə “193” saylı qaynar xəttə zəng edib sənədləri barədə maraqlanmağı tapşırmışdır. Təxminən 2 ay sonra o, “193” məlumat mərkəzinə zəng etmiş, kodu operatora dedikdə müraciətinin təmin edilməsindən imtina edildiyini, rəsmi cavabını yaxınlaşıb götürə biləcəyini bildirmişlər. Ələddinə zəng edib bu barədə məlumat verdikdə Ələddin narahatlığa əsas olmadığını, özü gedib məsələni yoluna qoyaraq sənədləri götürəcəyini demişdir. Lakin sonra dəfələrlə Ələddinlə əlaqə saxlasa da Ələddin zənglərinə cavab verməmişdir. Buna görə o, bir neçə dəfə Ələddinin yanında gördüyü İntiqam adlı şəxslə əlaqə saxlayıb Ələddinə onun adından xəbərdarlıq etməsini xahiş etmişdir. Sonra İntiqam ona zəng edərək 15 gün sonra həmin pulu özünün verəcəyini bildirmişdir. Lakin İntiqam sözünə əməl etməyib bir müddət sonra zəng edib görüş təklif etmişdir. Balaxanı qəsəbəsində adını bilmədiyi kafedə görüşə İntiqam Elxan adlı şəxslə birlikdə gəlmişdir. Birinci dəfə gördüyü həmin Elxan adlı şəxs orada Ələddin və İntiqamı narahat etməməsini xahiş etmiş və pulunun 10 günə qaytarılacağına söz vermişdir. Lakin o da vədinə əməl etməmişdir. O, Ələddin, İntiqam və Elxana dəfələrlə zəng etsə də cavab verməmişlər. Aldadıldığını başa düşüb polisə müraciət etmişdir. Hazırda Ələddin ona dəymiş ziyanı ödəmiş və o, Ələddinlə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 məhkəməyə yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, onun özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ilə Nardaran qəsəbələrinin arasında yerləşən Ləhiş qəsəbəsində bağ evi vardır. O, özü Azəbaycan Respublikasının Əməkdar Rəssamı olduğu üçün qərara gəlmişdir ki, bağ evinin yanında əlavə torpaq sahəsi alsın və orada rəssamlıq fəaliyyəti ilə məşğul olmaq üçün böyük bir emalatxana qursun. Bu məqsədlə torpaq axtarmağa başlamışdır. Həmişə bağlar massivində gördüyü və qonşuluqda yaşayan adamlara həyət işlərində köməklik edən, fəhləçiliklə məşğul olan mobil telefon nömrəsini, ata adını və soyadını bilmədiyi Camal adlı şəxsə də bu barədə məlumat vermişdir. Camal isə Ələddin adlı bir tanışının olduğunu, Ələddinə məxsus satışda torpaq sahəsinin olduğunu ona demişdir. O da dul qadın olduğu üçün bu barədə oğlu Şahid6 demiş və o, təxminən 2021-ci ilin may ayının sonları, iyun ayının əvvəllərində həmin Ələddin adlı adamla görüşmüşdür. Ələddin özünün Ləhiş bağlarında 24 (iyirmi dörd) sot torpaq sahəsi olduğunu və həmin sahənin 12 (on iki) sotunu onlara sata biləcəyini demişdir. Qiymət barədə danışdıqdan sonra Ələddin 12 (on iki) sot torpağı onlara 38000 manata satmasına razılıq vermişdir. Lakin həmin torpaq sahəsinin sənədi bələdiyyə tərəfindən verilmiş sənəd olduğu üçün, Ələddin təklif etmişdir ki, onlar ilkin olaraq 15000 manat pul versin, özü həmin pulun hesabına torpağa daşınmaz əmlak idarəsindən çıxarış alsın və bundan sonra rəsmi alqı-satqı edib torpağı onlara təhvil verərək qalan 23000 manatı onlardan alsın. Həmin təklif barədə oğlu ona deyəndə ona inandırıcı gəlmiş və sənədləşmədə problem olmasın deyə razılıq vermişdir. O, özünə məxsus olan pulu götürüb oğlu ilə birlikdə 10 iyun 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 12 saylı notariat ofisinə getmişdir. Çünki oğlu təkid etmişdir ki, əgər ortada faktiki bir alqı-satqı olmadan pul verirlərsə bununla bağlı hansısa bir notarial sənəd tərtib olunsun və gələcəkdə hər hansı bir problem yaranarsa əllərində sübut olsun. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Onlar birlikdə həmin gün notariat ofisində görüşmüş və oğlu Bütünayla Ələddinin arasında 15000 manat olmaqla kredit müqaviləsi bağlanmışdır. O, özünə məxsus olan 15000 manat pulu oğluna, oğlu isə ondan alıb ofisin içərisində həmin pulu Ələddinə vermişdir. Ələddin bildirmişdir ki, torpağa çıxarışın alınmasını maksimum 1 ay ərzində həll edəcək və bundan sonra alqı-satqı edəcəklər. Elə ona görə də notariat ofisində bağlanmış kredit müqaviləsində borcun 1 ay müddətə verilməsi qeyd edilmişdir. Oradan çıxdıqdan sonra da oğlu Bütünay vəd verilmiş bir ay ərzində ara-sıra Ələddinə zəng edib sənəd məsələsinin nə yerdə olmasını soruşmuşdur. Ələddin isə işlərin qaydasında olduğunu, tezliklə hər şeyin düzələcəyini demişdir. Nəzərdə tutulan müddət bitdikdən sonra isə Ələddindən xəbər çıxmadığı üçün oğlu dəfələrlə Ələddinə zəng edərək sənədləşmə işinin nə yerdə olmasını soruşmuşdur. Ələddin isə müxtəlif bəhanələr gətirib həll edəcəyini demiş, lakin həmin vaxtdan bu günə qədər Ələddin onlara verdiyi vədi yerinə yetirməmiş, pulunu ələ keçirmişdir. Ona dəyən ziyan ödənilmədiyinə görə Ələddindən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 1 ildən artıq olar ki, tanıyır. Təsadüfən tanış olduğu Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Lǝhiş bağları massivində yerləşən ailəsinə məxsus bağ sahəsinin sənədləşdirilməsində ona köməklik göstərmiş, bundan sonra aralarında ünsiyyət yaranmış və əlaqələri davam etmişdir. Həmin bağ sahəsini sənədləşdirib satdıqdan sonra o, vərəsəlik əsasında anasına miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0,06 ha sahədə olan fərdi yaşayış evinin anasının mülkiyyətinə keçirilməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən məsələni həll etməyi öz öhdəsinə götürmüş və 7700 manat müqabilində bu məsələnin həllini tapacağını bildirmişdir. O, əvvəlki məsələ ilə bağlı Ələddinə etibar etdiyi üçün bu vədinə inanmış və həmin torpaq sahəsini sənədləşdirməsi üçün Ələddinə dediyi məbləği hissə-hissə verməyi qərara almışdır. Təxminən 2021-ci ilin may ayının əvvəlində axşam saatlarında işə başlaması üçün yaşadığı ünvan 10 ünvanında həyat yoldaşı Şahid7 yanında Təqsirləndirilən şəxs 500 manat vermişdir. Ələddin ondan evin texniki pasportunu, anasının şəxsiyyət vəsiqəsinin surətini, evin keçmiş sahibinin və digər bir neçə qohumlarının ölüm haqqında şəhadətnamələrini götürmüş və qısa müddət ərzində bəzi sənədləri də arxivdən götürüb vərəsəlik barədə qətnamə əldə etmək üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Təxminən 1 aydan sonra Ələddin ona bildirmişdir ki, artıq məhkəmədən lazım olan qərar əldə edib və sənədlər artıq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gedir, buna görə də işin davam etdirilməsi üçün yenidən ödəniş etmək lazımdır. Ələddin dediklərini təsdiq edən hər hansı sənəd göstərməsə də, sonuncunun sözlərinə etimad edərək 2021-ci ilin iyun ayının əvvəlində xatırlamadığı tarixdə yaşadığı ünvan 10 ünvanında həyat yoldaşı Şahid7 yanında Təqsirləndirilən şəxs eyni məqsədlə əlavə 3500 manat vermişdir. Ələddin həmin pulu konkret olaraq sənədləşmə ilə bağlı nəyə sərf edəcəyini bildirməsə də qısa müddət ərzində torpaq sahəsinə aidiyyəti qurumlar tərəfindən baxış keçiriləcəyini, kadastr planı tərtib ediləcəyini, müvafiq prosedurlar aparılacağını demişdir. 2021-ci ilin iyul ayının ortasında Ələddin ona zəng edərək artıq prosesin yekunlaşdığını, 21 gün ərzində evin və torpaq sahəsinin anasının mülkiyyətinə keçməsi barədə çıxarışın hazır olacağını demiş və qalan 3700 manatı verməyini xahiş etmişdir. Həmin gün axşam saatlarında yaşadığı ünvan 10 ünvanında həmin məqsədlə həyat yoldaşı Şahid7 Alekseyevanın yanında Təqsirləndirilən şəxs 3700 manat vermişdir. Təxminən 1 aydan sonra əlaqə saxladıqda Ələddin məsələnin ondan asılı olmayan səbəblərdən bir qədər uzandığını deyərək səbirli olmasını xahiş etmişdir. Lakin sonrakı zənglərinə Ələddin gah cavab verməmiş, gah da müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmağa başlamışdır. Ələddinin onu aldadaraq pulunu ələ keçirdiyini anlayaraq polisə müraciət etməyi qərara almışdır. Hazırda Ələddindən şikayətçidir. İbtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilməklə tədqiq olunan ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin yay aylarından tanıyır. Əvvəllər heç bir münasibəti olmamışdır. Belə ki, həmin ərəfədə o, özünə məxsus olsa da mülkiyyətində olmasını əks etdirən hər hansı sənədi olmayan Bakı şəhəri, Nardaran qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan bağ ərazisini öz mülkiyyətinə keçirmək istəmiş, bunun üçün kömək edə biləcək adam axtarmışdır. Yaxın ətrafından adını xatırlamadığı kimsə ona Fuad adlı şəxsin telefon nömrəsini vermişdir. Fuadla əlaqə saxladıqda Fuad Təqsirləndirilən şəxs adlı şəxsin ona kömək edə biləcəyini deyərək telefon nömrəsini vermişdir. İyul ayının əvvəlində ünvan 6 ünvanında yerləşən “Elit” ticarət mərkəzinin həyətində olan çayxanada Təqsirləndirilən şəxslə görüşmüş, Ələddinə özündə olan bağ sahəsinə aid sənədləri göstərmiş və niyyətini bildirmişdir. Təqsirləndirilən şəxs bağ sahəsini onun mülkiyyətinə keçirilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətindən çıxarış ala biləcəyini, bunun üçün ümumilikdə 11000 manat xərci çıxacağını bildirmişdir. Fikirləşib əlaqə saxlayacağını deyərək ondan ayrılmışdır. Təxminən 5 gün sonra Təqsirləndirilən şəxslə yenidən “Elit” ticarət mərkəzinin həyətində olan çayxanada görüşmüşdür. Ələddinlə həmin məsələ ilə bağlı ətraflı söhbət etmişlər. Təqsirləndirilən şəxs məhkəməyə müraciət edəcəyini, məhkəmədə müvafiq qərar çıxdıqdan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinə müraciət edərək çıxarış alacağını bildirmiş, işi ümumilikdə 10500 manata həll edəcəyini demiş, pulun hissə-hissə ödənilməsi barədə razılaşmışdır. 19 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 176A ünvanında yerləşən “Fərid Palace” adlı şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxslə görüşmüşdür. Hazırda Özbəkistan Respublikasında yaşayan dostu Cəmil də həmin vaxt yanında olmuşdur. Orada Təqsirləndirilən şəxs torpağın onda olan sənədlərini, şəxsiyyət vəsiqəsinin surətini, onun adına onun adından etibarnaməni və işə başlaması üçün 3000 manat pulu vermişdir. Ələddin pulu alması barədə üzərində şəxsiyyət vəsiqəsinin surəti olan A4 formatlı vərəqdə öz xətti ilə qeyd aparmışdır. Razılaşdırılan məbləğin qalan hissəsini bir neçə gün ərzində verəcəyini bildirmişdir. 20 iyul 2018-ci il tarixdə axşam saatlarında yenidən Ələddinlə ünvan 6 ünvanında yerləşən “Elit” ticarət mərkəzinin həyətində olan çayxanada görüşüb eyni məqsədlə Ələddinə əlavə 2000 manat vermişdir. Ələddin yenidən üzərində şəxsiyyət vəsiqəsinin surəti olan A4 formatlı vərəqdə öz xətti ilə qeyd aparmışdır. Ələddin pulu aldıqdan sonra işlərin qaydasında getdiyini deyərək onu əmin edib getmişdir. 22 iyul 2018-ci il tarixdə “Elit” ticarət mərkəzinin həyətində olan çayxanada görüşüb Ələddinə əlavə olaraq 4000 manat da vermişdir. Ələddin bu barədə də öz xətti ilə müvafiq qeydiyyat aparmışdır. Ələddin artıq məhkəməyə də müraciət etdiyini, işlərin yaxşı olduğunu bildirmişdir. 1 gün sonar Ələddin ona bildirmişdir ki, torpaq sahəsinin onda olan sənədinin arxivdə kötüyü olmadığı üçün başqa bir tanımadığı X27 adlı şəxsin adına olan icarə müqaviləsi əsasında məhkəməyə müraciət edəcəyini deyib həmin şəxsin adından onun adına olan etibarnamənin surətini ona vermişdir. Ələddinin bu sözləri şübhə doğurduğu üçün bir neçə gün sonra Bakı şəhəri, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin dəftərxanasına yaxınlaşıb onun adından məhkəməyə müraciət edilibedilmədiyini soruşmuş, onun adından heç bir müraciət edilmədiyini öyrəndikdən sonra Ələddinlə əlaqə saxladıqda məhkəməyə onun adından deyil, öz adından başqa bir şəxsi nümayəndəsi kimi müraciət etdiyini dedikdə o, Ələddinə etirazını bildirmişdir. Onun torpaq sahəsini başqa bir şəxsin mülkiyyətinə keçirmək istəməsi Ələddinin qeyri-peşəkar olduğunu göstərdiyindən və ona gələcəkdə əlavə problemlər yarada biləcəyindən Ələddindən pulunu geri tələb etməyə başlamışdır. Qısa müddət ərzində Ələddin ona hissə-hissə 3000 manat qaytarsa da, sonra telefonlarına cavab vermədiyi üçün onu Ələddinlə tanış edən Fuad adlı şəxslə əlaqə saxlamış və Bakıxanov qəsəbəsi ərazisində Fuadla görüşmüşdür. Fuad Ələddinin adından ona 800 manat da qaytararaq bir neçə gün əlavə vaxt almışdır. Lakin sonradan Fuad da onun zənglərinə cavab vermədiyindən polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti ilə bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində aparılan araşdırma zamanı Ələddin onun qalan 5200 manat pulunu da geri qaytarmışdır. Beləliklə, Ələddinin ona vurduğu 9000 manat ziyan tamamilə ödənmiş olmuşdur (cild 3, iş vərəqi 98 -101). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, bu iş üzrə Zərərçəkmiş şəxs3 uşaqlıq dövründən etibarən tanıyır. Onunla həm yaxın dostluq, həm də uzaq qohumluq əlaqələri vardır. İdrislə hazırda da bir yerdə işləyir, şərikli fəaliyyətləri vardır. Təqsirləndirilən şəxs isə təxminən 2017-2018-ci ildən etibarən tanımışdır. Səhv etmirsə, onunla eyni məclisdə olan zaman onları tanış edərək Ələddini ona əvvəllər daşınmaz əmlak idarəsində çalışmış şəxs kimi təqdim etmişlər. O da həmin vaxt Ələddinin mobil telefon nömrəsini götürmüşdür ki, nə vaxtsa daşınmaz əmlakla bağlı sualı və ya problemi olsa zəng etsin, ona köməklik etsin. Dostu Zərərçəkmiş şəxs3 özünə məxsus 2 (iki) sot torpaq sahəsini özəlləşdirmək istədiyi üçün ona Ələddin adlı bir şəxsin olmasını deyib xidmətindən istifadə etməsini təklif etmişdir. İdris də buna etiraz etməmiş və təxminən 2018-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər”, X.Rüstəmov küçəsində yerləşən İdrisə məxsus ofisdə görüşmüşlər. Görüşdə İdris özəlləşdirməsini nəzərdə tutduğu torpaq sahəsi barədə Ələddinə məlumat vermiş, sonuncu isə bunu həll edə biləcəyini, sadəcə təkbaşına qərara verə bilmədiyini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində olan adını və vəzifəsini bildirmədiyi adamı ilə danışıb qiymət barədə xəbər edəcəyini bildirmişdir. Təxminən bir neçə gün sonra 01 sentyabr 2018-ci il tarixdə Ələddin İdrislə əlaqə saxlayaraq yenidən ofisə gəlmiş və bildirmişdir ki, torpağın özəlləşdirilməsi üçün 50000 manat pul lazımdır. İdris müəllim qiymətlə razılaşmayıb, endirməsini ondan xahiş etmişdir. Bir qədər söhbət etdikdən sonra Ələddin demişdir ki, pulun 40000 manatını dövlət büdcəsinə köçürəcəkdir, elə pul versin ki, onun özünə də “şirinlik” qalsın. İdris də buna etiraz etməyib işi həll edəcəyi halda 2000 manat da onun özünə verəcəyini vəd etmişdir. Ələddin işə başlamaq üçün avans kimi İdrisdən müəyyən məbləğdə pul verməsini xahiş etmiş və vəd vermişdir ki, torpağın özəlləşdirilməsini, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağını maksimum 1 (bir) ay ərzində həll edəcəkdir. İdris də ona inanıb həmin vaxt üzərində olan 5000 manat pulu onun yanında Ələddinə vermişdir. Həmin tarixdən 17 sentyabr 2018-ci il tarixədək olan müddət ərzində İdris müəllim tərəfindən Təqsirləndirilən şəxs əlavə 36000 manat pul da verilmişdir. Həmin pul vəsaitləri verilən zaman o, şəxsən iştirak etmişdir. Bununla da Ələddin cəmi 41000 (qırx bir min) manat pul almışdır. Qeyd edilən vəsaitləri alan zaman əlyazma sənəd tərtib olunmuş və Ələddin həmin sənədə öz imzasını atmışdır. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra vəd etdiyi 1 ay müddət keçsə də sənəd məsələsini həll etməmişdir. Dəfələrlə İdris müəllim Ələddinin istifadəsində olan mobil telefon nömrəsi ilə danışaraq ya pulu, ya da sənədini verməsini tələb etmişdir. Ələddin isə müxtəlif bəhanələr gətirib vaxtı uzatmış, son ərəfələrdə isə ümumiyyətlə gizlənərək zənglərə cavab verməmişdir. O, özü də dəfələrlə Ələddinə zəng edib pulu qaytarmasını xahiş etmişdir. Lakin bütün bu cəhdlərinin nəticəsi olmamışdır. Təqsirləndirilən şəxs aldığı pulları kimə verməsi, hansı istiqamətdə xərcləməsi barədə onda hər hansı məlumat yoxdur. İbtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan edilib tədqiq olunan ifadəsində Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqi 89 -91). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, iş üzrə Təqsirləndirilən şəxs 05 aprel 2021-ci ildən tanıyır. Belə ki, 23 aprel 2004-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs4 ilə şərikli şəkildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.İbrahimov küçəsi, 2-ci Mədəndə 0,12 ha torpaq sahəsi almışlar. Torpaq sahəsi Balaxanı bələdiyyəsinin sərəncamı ilə Zərərçəkmiş şəxs4 ayrılmışdır. Sonradan həmin ərazi “SOCAR”ın balansına keçirildiyindən orada tikinti işləri apara bilməmişlər. Buna görə də torpaq sahəsini Zərərçəkmiş şəxs4 mülkiyyətinə keçirməyi qərara almışlar. Təcrübələri olmadığı üçün onlara kömək edəcək adam axtarmağa başlamışlar və Ələddin adlı şəxslə tanış olmuşlar. 05 aprel 2021-ci il tarixdə saat 11-12 aralığında Balaxanı qəsəbəsindəki istirahət parkının içərisində yerləşən çayxanada Ələddinlə görüşmüşlər. Təqsirləndirilən şəxs Çingiz ilə birlikdə fikrlərini bildirdikdə Ələddin torpaq sahəsinin hər sotunun sənədləşdirilməsi üçün 1100 manat olmaqla ümumilikdə 13200 manat lazım olduğunu, həmin pulun təşkilati işlərə sərf ediləcəyini bildirmişdir. Bir qədər müzakirədən sonra torpaq sahəsinin sənədləşməsi üçün Ələddinə 13000 manat verməyə razılıq vermişlər. Onda həmin vaxt pul olmadığı üçün onun sonradan Çingizə verməyi şərtilə bu məbləği ödəməyi Çingiz öhdəsinə götürmüşdür. Ələddin təxminən iki ay ərzində sənədləşmə işini yekunlaşdıracağına, torpaq sahəsinin Çingizin mülkiyyətimə keçirilməsi barədə çıxarış alacağına vəd vermiş, qeyd edilən məbləğin 7000 manatını ilkin olaraq, qalan hissəsini isə sənədlər hazır olduqdan sonra verilməli olduğunu bildirmişdir. Razılığa gəldikdən sonra 07 aprel 2021-ci il tarixdə günorta saatlarında yenidən Balaxanı qəsəbəsindəki istirahət parkının içərisində yerləşən çayxanada Ələddinlə görüşmüşlər. Orada Çingiz qeyd edilən məqsədlə onun yanında Ələddinə 7000 manat pul, torpaq sahəsinin Zərərçəkmiş şəxs4 ayrılması barədə bələdiyyə sərəncamının və şəxsiyyət vəsiqəsinin surətini vermiş, Ələddin 15-20 gün ərzində Zərərçəkmiş şəxs4 sənədlərinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri İdarəsində qeydiyyata alınmasını və sənədlərin hazır olacağı tarixi əks etdirən "pilka" adlandırdığı sənədi verəcəyini bildirmişdir. Bundan sonra Ələddin onun iştirakı olmadan müxtəlif vaxtlarda Çingizdən hissə-hissə pullar alaraq pulun ümumi miqdarını 12170 manata çatdırsa da, vədinə əməl etməyərək onları aldatmışdır. Eşitdiyinə görə Çingizin şikayəti əsasında polisdə aparılan təhqiqat zamanı Təqsirləndirilən şəxs ələ keçirdiyi pulun 5000 manatını qaytarsa da, qalan hissəsini Çingizə hələ də qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanıyır. Aralarında yaxın dostluq münasibəti vardır. Bu iş üzrə Zərərçəkmiş şəxs4 təxminən 1 il bundan əvvəl Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. Belə ki, Ələddinlə Bakı şəhəri “Nərimanov” metrostansiyası yaxınlığındakı istirahət parkında çay içərkən Çingiz ora gəlmiş və Ələddin onları tanış edərək həmyerlisi olduğunu bildirmişdir. X29 sənədlərinin aqibətini soruşmuş və Ələddinin təklifi ilə kənarda söhbətlərini davam etdirdikləri üçün söhbətin davamını bilməmişdir. Bundan sonra Ələddinin yanında Çingizi tez-tez görməyə başlamışdır və Ələddinin torpaq sahəsini sənədləşdirmək üçün Çingizdən təxminən 12000 manat pul aldığını, bu prosesin uzandığını öyrənmişdir. X17 arasında bu mövzuda danışıqların şahidi olmuşdur. Ələddin ona 1 ay ərzində pul əldə edəcəyini və Çingizin pulunu qaytaracağını dediyi üçün Ələddinə yardım etmək, Çingizi sakitləşdirmək məqsədilə Ələddinin 1 ay yarım vaxt ərzində onun pulunu qaytaracağını və həmin müddətdə Ələddinə möhlət verməsini bildirmişdir. Çingiz də ona xətir həmin müddətdə səbirli olmuşdur. Lakin həmin vaxt ərzində Ələddin vədinə əməl etməyib Çingizin pulunu qaytarmamışdır. Buna görə də Çingiz Ələddinlə yanaşı tez-tez ona da zəng vurmağa başlamışdır. Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki istirahət parkında Ələddin, o və Ələddin vasitəsilə 3 il bundan əvvəl tanış olduğu Elxan Həsənov birlikdə çay içərkən Çingiz yenidən ona zəng edib Ələddindən gileylənmiş və ondan da narazılıq etmişdir. Buna görə də o, Ələddinə təklif etmişdirir ki, Çingizlə görüşsünlər. Ələddin Çingizdən qorxduğu üçün gəlməkdən imtina etmiş və Elxanla kənara çəkilib bir qədər söhbət etdikdən sonra geri qayıtmışlar və Ələddin Elxana “Çingizdən vaxt al, mən həmin pulu dediyim vaxtda qaytaracam” demişdir. O, Elxanla birlikdə Balaxanıya gedib parkın içərisindəki çayxanada Çingizlə görüşmüşlər. O, Ələddinə görə Çingizin yanında yalançı çıxdığı üçün Çingizə heç bir şey deyə bilməmişdir. Elxan isə onun yanında Çingizǝ “Həftənin 3-cü günü mən özüm sənin pulunu verəcəm” deyərək vaxt almışdır. Lakin bu müddət ərzində də Ələddin vədinə əməl etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, bu iş üzrə Zərərçəkmiş şəxs5 onun doğma anasıdır. Anası Azərbaycan Respublikasının Əməkdar Rəssamıdır. O özü də uşaqlıq illərindən rəssamlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2021-ci ilin yaz aylarında anası ilə o, qərara gəlmişlər ki, şəhərdən kənar bir ərazidə, daha dəqiq desə, Ləhiş bağları massivində emalatxana tikdirsinlər və orada rahat rəssamlıq fəaliyyəti ilə məşğul ola bilsinlər. Ona görə də torpaq sahəsi tapıb onun üzərində həmin emalatxananı inşa etdirmək istəmişlər. Bu məqsədlə həm o, həm də anası torpaq axtarmağa başlamışlar. Bütün get-gəl işlərini isə anası ona tapşırmışdır. Həmişə bağlar massivində gördüyü və qonşuluqda yaşayan adamlara həyət işlərində köməklik edən, fəhləçiliklə məşğul olan Camal adlı şəxsə də bu barədə məlumat vermişlər. Camal isə Ələddin adlı bir tanışının olduğunu, ona məxsus satışda torpaq sahəsinin olduğunu demişdir. O, təxminən 2021-ci ilin may ayının sonları, iyun ayının əvvəllərində həmin Ələddin adlı adamla görüşmüşdür. Ələddin demişdir ki, özünün Ləhiş bağlarında 24 (iyirmi dörd) sot torpaq sahəsi vardır və həmin sahənin 12 (on iki) sotunu onlara sata bilər. Qiymət barədə danışdıqdan sonra Ələddin 12 (on iki) sot torpağı onlara 38000 manata satmasına razılıq vermişdir. Lakin həmin torpaq sahəsinin sənədi bələdiyyə tərəfindən verilmiş sənəd olduğu üçün, Ələddin təklif etmişdir ki, onlar ilkin olaraq ona 15000 manat pul versinlər, o, həmin pulun hesabına torpağa daşınmaz əmlak idarəsindən çıxarış alsın və bundan sonra rəsmi alqı-satqı edib torpağı onlara təhvil verǝrǝk qalan 23000 manatı onlardan alsın. Həmin təklif barədə o, anası Yelenaya məlumat vermiş və anası da buna razılıq vermişdir. 10 iyun 2021-ci il tarixdə o, anası Yelena ilə birlikdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 12 saylı notariat ofisinə getmişlər. O, özü təkid etmişdir ki, əgər ortada faktiki bir alqı-satqı olmadan pul verirlərsə bununla bağlı hansısa bir notarial sənəd tərtib olunsun və gələcəkdə hər hansı bir problem yaranarsa əllərində sübut olsun. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Onlar birlikdə həmin gün notariat ofisində görüşmüş və onunla Ələddinin arasında 15000 manat pulla bağlı kredit müqaviləsi bağlanmışdır. Bundan sonra isə elə həmin ofisin içərisində anası üzərində olan 15000 manat pulu ona vermiş, o da həmin pulu alıb elə oradaca Ələddinə vermişdir. Ələddin bildirmişdir ki, torpağa çıxarışın alınmasını maksimum 1 ay ərzində həll edəcək və bundan sonra alqı-satqı edəcəklər. Elə ona görə də notariat ofisində bağlanmış kredit müqaviləsində borcun 1 ay müddətə verilməsi qeyd edilmişdir. Oradan çıxdıqdan sonra da vəd verilmiş bir ay ərzində ara-sıra Ələddinə zəng edib sənəd məsələsinin nə yerdə olmasını soruşmuşdur. Ələddin isə işlərin qaydasında olduğunu, tezliklə hər şeyi düzələcəyini demişdir. Nəzərdə tutulan müddət bitdikdən sonra isə Ələddindən xəbər çıxmadığı üçün o, dəfələrlə Ələddinə zəng edərək sənədləşmə işinin nə yerdə olmasını soruşmuşdur. Ələddin isə müxtəlif bəhanələr gətirib məsələni həll edəcəyini demişdir. Lakin həmin vaxtdan bu günə qədər Ələddin onlara verdiyi vədi yerinə yetirməmiş, anasının pulunu ələ keçirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 1 ildən bir az çox olar ki, həyat yoldaşı, bu iş üzrə Zərərçəkmiş şəxs6 tanışı kimi tanıyır. Belə ki, həmin ərəfədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Lǝhiş bağlar massivində yerləşən onlara məxsus olan bağ sahəsinin sənədləşdirilməsində köməklik göstərmiş, bundan sonra həyat yoldaşı ilə aralarında ünsiyyət yaranmışdır. Həmin bağ sahəsini sənədləşdirib satdıqdan sonra Qasım vərəsəlik əsasında anasına miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0,06 ha sahədə olan fərdi yaşayış evinin qaynanasının mülkiyyətinə keçirilməsini Təqsirləndirilən şəxs xahiş etmiş, Təqsirləndirilən şəxs qeyd edilən məsələni həll etməyi öz öhdəsinə götürmüş və 7700 manat müqabilində bu məsələnin həllini tapacağını bildirmiş, həyat yoldaşı Qasım da ona etibar edərək bu təkliflə razılaşmışdır. Təxminən 2021-ci ilin may ayında xatırlamadığı tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs yaşadıqları ünvan 10 ünvanına gəlmiş və qeyd edilən məsələnin həlli üçün onun yanında əri Qasımdan 500 manat almışdır. Ələddin həmçinin sözügedən evin texniki pasportunu, qaynanasının şəxsiyyət vəsiqəsinin surətini, evin keçmiş sahibinin və Qasımın digər bir neçə qohumunun ölüm haqqında şəhadətnamələrini götürmüş və qısa müddət ərzində bəzi sənədləri də arxivdən götürüb vərəsəlik barədə qətnamə əldə etmək üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Təxminən 1 aydan sonra Ələddin Qasıma bildirmişdir ki, artıq məhkəmədən lazım olan qərar əldə edib və sənədlər artıq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə gedir, buna görə də işin davam etdirilməsi üçün yenidən ödəniş etmək lazımdır. Bundan sonra Ələddin 2021-ci ilin iyun ayının əvvəlində xatırlamadığı tarixdə yenidən yaşadıqları ünvan 10 ünvanına gəlmiş və onun yanında əri Qasımdan eyni məqsədlə əlavə 3500 manat almışdır. Ələddin həmin pulu konkret olaraq sənədləşmə ilə bağlı nəyə sərf edəcəyini bildirməsə də qısa müddət ərzində torpaq sahəsinə aidiyyəti qurumlar tərəfindən baxış keçiriləcəyini, kadastr planı tərtib ediləcəyini, müvafiq prosedurlar aparılacağını demişdir. 2021-ci ilin iyul ayının ortasında axşam saatlarında Ələddin yenidən onların yaşadıqları ünvan 14 ünvanına gəlmiş və işlərin artıq yekunlaşdığını deyərək onun yanında Qasımdan 3700 manat da almışdır. Ələddin dediklərinin təsdiqi kimi yenə də heç bir sənəd göstərməmişdir. Lakin Ələddin verdiyi vədlərə əməl etməmiş və müxtəlif yalanlar danışmağa başlamışdır. Dəfələrlə Qasım ondan verdikləri pulu və sənədləri tələb etsə də buna nail ola bilməmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il qərarlardan görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslər qismində tanınmışlar (cild 1, iş vərəqi 80, 98, 225, 242; cild 2, iş vərəqi 131; cild 3, iş vərəqi 69, 93). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri ilə razı olduğunu bildirmişdir (cild 2, iş vərəqi 227-231). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdikləri ilə razı olduğunu bildirmişdir (cild 2, iş vərəqi 236-239). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı təqsirləndirilən şəxs Atakişiyev X5 Çingiz Telman oğlunun ifadəsində göstərdikləri ilə razı olduğunu bildirmişdir (cild 3, iş vərəqi 193-196). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən könüllü təqdim olunan elektron məlumat daşıyıcısını götürmə və ona baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, elektron məlumat daşıyıcısında bir ədəd “WhatsApp Audio 2021-08-09 at 17.26 27” adlı, 08 (səkkiz) dəqiqə 15 (on beş) saniyəlik davamiyyət müddəti olan, 4002 KB yaddaş həcmli səs yazısı vardır. Səs yazısı barədə aparılmış dinləmə zamanı iştirak edən Zərərçəkmiş şəxs3 səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərdiyi üçün bu barədə protokola dəqiq qeydiyyat aparılmışdır. Zərərçəkmiş şəxs3 göstərmişdir ki, təqdim edilən səs yazısında pulunu ələ keçirmiş Təqsirləndirilən şəxs ilə mobil telefonda söhbət aparan şəxs onun yaxın dostu Şahid3dur. Ələddin: Bəli. Hüsü: Gör nə deyirəm indi İdris məllimnən danışdım, indi istəmir də mən də zad elədim ki, polisə verməginən belədi elədi deyirəm tanıyıram münasibətim var. İndi qardaş sən kankret maa de mən də onu indiyinə qədər saxlamışam indi kankret de görəy təxminən nə vaxta bax indi pulu verəssən. Ələddin: Sizə bir söz deyim? Bax əvvəla inanmırsız bax harda deyirsən yeyib-içək. Quran haqqı mən o pulu vermişəm biqeyrət baksovetın işçisinə, Məllim bax mənim öz alacağım. And olsun bu işlərə görə 140.000 bir adamnan alacağım var. Ola bilər bugün, ola bilər səhər, ola bilər birigün. Pulu götürməliyəm e ya ***** (anlaşılmayan ifadələr) ya da pulu, bir hissəsini pulun verəcəklər. Bax o tək oğlumun canına mən hamıdan narahatam. Əvvəla mənim əqidəmdə o yoxdu. Qurana... siz məni yaxşı tanımırsız mən də sizi. Ancaq onu bil ki, mən həyatımda nə qədər ziyan... heç vaxt mən deməmişəm ***** mən İdrisin xətrini o qədər çox istiyirəm onun yolunda Qurana da əl basaram ki, mənim ***** yoxdu. Sadəcə indi ala bilmirəm. Bax lap qardaşı kimi səhər istiyirsən gəl gedək sənin də yanında... İndi dirəşib o Kürdəxanının bələdiyyə sədri zamin durub ona. Mən də deyirəm qardaş otuzca min, iyirmicə min puldan verin mənim *** *** bə mən *** sizdə pul olacaq?! Deyir eləmişəm. Sabir müəllim zamin durmusan mən də gətirib pulu vermişəm bu adama indi mənim pulumu verginən. Əlimdə yerlərim də var saa açıq deyirəm. Yerlərim də var. Lap dəniz qırağında da yer var. Kürdəxanıda da tikinti təyinatlı kupçalı torpaqlar var. Bir şey ki and olsun satılmır, əsəbdən də ürəyim partdıyır. Вu dəqiqə heç kəs heç kəsin qəlbinə girmiyib e mən sizin adınızı dəqiq bilmirəm məlim. Ancaq inanın ki, mənim ürəyim partdıyır. Çünki İdris məllim elə bir yoldaşdı ki, onu bu vəziyyətə salmamalıydım. Düşməməliydi. Bax məni boğan odu ki, biri var şərəfsiz adamın işini tez verim, bu yazıq mənə inandı, səmimi münasibətimi gördü, kişi kimi söhbətimiz oldu. Eşələsək arada bəlkə 60 adamla əlaqəmiz yarana bilər. Sabah ola bilər ki, gedərəm qohum-əqrabanın üzündə İdrisnən qarşılaşaram. Kim nə bilir bugün sabah menim qohumum onun qohumuna gedəcək bizə yaraşmaz е vallah inan Quran gətir əl basım həllini tapmıyıb. Siz inanmırsız, siz o səviyyənin yiyəsi deyilsiz. Cəlal elə bir oyun oynadı ki, qardaş Allah onun evini yıxsın. О baksovetin hüquqşünası. Kitabda qol da çəkib yazıb verib gələcəm verəcəm. 3-4 dənə sənədin pulunu götürüb krupni sənədlərin pulunu qaçıb gedib. Sonradan eşitdim ki, bunun elə problemi varıymış Yusifgilnən zadnan ****** onların əlinnən qaçıb gedib mən də qaldım belə. Hüsü: İndi Ələddin bir şey deyim da saa (ardınca sözü kəsilir). Ələddin: Bir iki dəfə zəng elədi bu gün göndərirəm səhər göndərirəm. Bax yenə, mən Beyləqanlıyame əziz peyğəmbər haqqı dünya-aləm ona qurban. 4 dəfə zəng elədik telefonu da açmır. Mən bədbaxt indi neyniyim. Arada da ziyanlıq elədim. Bilirsən nətərdi qardaş saa bir söz deyəcəm məni səmimi qəbul elə. Hüsü: Buyur eşidirəm. Ələddin: Mal yeyənin minnətini götürərərləre üzr istiyirəm pox yeyənin minnətini götürmürlər. İdris kimi qardaşı incitməməliydim. Ancaq mənim öz xəcalətim özümə bəsdi. Hüsü: İndi yaxşı saa bir söz deyim. Maa kankret indi sən baxıb görürəm ki, deyirsən ki, belə də səmimi danışırsan. İndiyənə qədər də mən yubatmışam ki, polisə vermə, belədi, elədi. Ələddin: Saa bir xayiş eliyirəm. Bax maksimum gələn həftənin içində, ola bilər həftənin axırına, ola bilər sabah. Hüsü: Yo sən axı dedin bu həftə, bu həftə dedin. Ələddin: Qulaq as da, qulaq as keçən həftənin altıncı günü ****** bir dostumuz, indi maraqlı bilirsən nədi qadan alım sənin. Mən onnan görüşdüm. Hansı ki Sabir məllim zamin durmuşdu. Axırıncı səfər onnan görüşəndə gəldim qapısına, qapısını döydüm arvadı dedi karonayam çıxmıram. ****** dedim gəl otur maşına. Sahib Axundov tanıyarsan Axund MTK var e onun sədridi. Otuzdurdum maşına dedim qardaş sür gedək Sabirgilə. Maa Sabir zamin durub mən bunu saa vermişəm. Dəniz qırağında 2 hektar sahəni keçirmisən adına, 2 hektar, ***** indi deyirəm qardaş işin alınmır?! Sən maa beşcə min beh verirdin ala 5 min verim mənim sənədimi qaytar gedim ***** bax belə problemnən qarşılaşmışam. Dedim qardaş bilirsən nə var, ya mənim həyatımı saldın. Biri var gedəm içəridə dələduzluq üstdə oturam. Mənim uşaqlarım hamısı savaddıdı. Sabah üzərinə bir söz gələr. Düşdüm Sabirin qapısına, Sabir de oturdu maşına çıxartdım bir şey var idi qoydum ortalığa dedim bu limonkanı atıb səni də öldürəjəm, özümü də Sabiri də. Çünki məni bu işə Sabir vadar eliyib. Yani biri var içəndə gedib maşennikliy üstdə yatasan, biri var deyələr ki, haqqının yeri tuta, hələ uşağıma çatan pulu yeyəsiz mən bunu öldürdüm getdi girdi içəri. Bura qədər söhbət eləmişiy. İnsan 2-3 ay idi mənnən söhbətə gəlmirdi ki, yo o başdan xarabdı belədi elədi. İndi yaxın bir yoldaş girib ortaya ona söz verib ki, güya bugün sabah nəysə olacaq. Ona görə gözdüyürəm ***** Hüsü: İndi Ələddin mən səni səni başa düşdüm də. Bax bir 10 dəfə sən demisənmi bu həftə verəjəm, gələn həftə, bir dəqiqə eşit məni demisən bu həftə verəjəm, o biri həftə verəjəm düz bəlkə bir 20 dəfə demisən bu həftə verəjəm. Ələddin: Demişəm demişəm. Niyə mən İdrisnən gedərdim də, görüşərdim də. Bilirsən yanına niyə gedə bilmirəm? Çünki yanında boğazam. Söz vermişəm eliyə bilməmişəm. Məni boğan budu. Elə konkret deyərdim ki, üzr istiyirəm **** heç demədim. Axı mən bir belə pulun qabağında mənim verəcəyim **** bə mən bədbaxt nağayrım. Məni düz başa düşün. Mən ailə-uşaq yiyəsiyəm gedib bunu öldürüb bayaq dedime mən gedib içəridə dələduzluq üstdə yatmaqdansa kimisə öldürüb yatmaq mənə onnan sərfəlidi (başa düşülməyən ifadə “sərfəli” kimi səsləndi). Nəyə görə mən əlimi qana bulamalıyam o hələ bunu başa düşmür. İntiqam məllimə söz verib ki, bu gün sabah nəyisə olasıdı. О da elə bir adamdı ki, **** Axund МТK-nın **** yəqin ki, tanışlıqları var ****. Oturub onlarnan söhbət eliyir mən qalıram qıraqda, çünki onu görən kimi əsəbləşirəm, əl-ayağım əsir özümü idarə eliyə bilmirəm, kankret idarə eliyə bilmirəm. Onu görəndə əsəb məni ödürür. Niyə dələduza, oğraşa görə mən İdris kimi qardaşımı itirməliyəm de görüm. Ayağ qoyduğu yerə mən baş qoyaram ama onun yanında boğaz qalmışam de görüm. Hüsü: İndi mən səni başa düşdüm e, indi bax keçən həftə dedin ki, 5-ci günü verəjəm, indi bu həftə də dedin ki, keçən həftə də dedin ki, ay birinci günü verəjəm ikinci günü (ardınca sözü kəsilir). Ələddin: *** dünən günün birinci yarısı saat 1-dən saat 10-a qədər *** sizə görə verdim də, hissə-hissə verdim bir hissəsinə torpaq versin bir hissəsinə pul versin, nə verir versin *** (başa düşülməyən ifadələr, səs boğulmalar və texniki nasazılıqlar ucbatından qurulmuş cümlənin məntiqi anlaşılmamışdır). Hüsü: İndi Ələddin bircə şey deyim də. Təxminən bu həftə düzəldib verə biləssən müəyyən qədər? Ələddin: Mən sizə bir söz deyim. Bu gün həftənin, sabah dörddü, bir gün beşdi. Mən kankret aciz qalıram е, niyə aciz qalıram qoy onu da deyim. Çünki ola bilər ki, səhər gətirim onun mən lар hamısını bağlayaram. Bir iyirmicə min versə gətirib bır 10 minini verərəm, 10 mini də xırda problemlərim var onları ödüyərəm. İndi qoy görək nə alınır da. O olmasa belə mən açıq sizə deyim gələn həftə mənim özümün Beyləqanda da torpağım var bəlkə satdım verdim birinə, belə bədbaxt günə qalmışam qoy görüm uzağı birinci-ikincı günə qədər mən o pulun bir hissəsini bağlayacam narahat olma. Hüsü: Yaxşı, yaxşı, oldu sağol. Ələddin: Görüşərik bir çay da içərik. Hüsü: Oldu, oldu sağ ol (cild 1, iş vərəqi 14-16). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən könüllü təqdim olunan 01 ədəd vərəqdən ibarət olan kağız parçasını götürmə və ona baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, təqdim olunan kağız parçası riyazi qrafikalı olmaqla uzunluğu 27,5 (iyirmi yeddi tam onda beş) sm, eni 19,7 (on doqquz tam onda yeddi) sm-dir. Kağız parçası üzərindəki qeydlər əlyazma üsulu ilə qələm və karandaşla aparılmışdır. Həmin qeydlər bunlardır: “Ələddin m. verilən pullar: Danışıldı - 42.000 AZN 1) 01.09.2018 - 5.000 AZN *imza* 5000 manat aldım *imza* 2) 05.09.2018 - 15000 AZN *imza* 3) 12.09.2018 - 5000 AZN *imza* (3.000 azn İdris m. özü verdi + 2000 azn kassa) 4) xx.xx.2018 - 16.000 AZN *imza* Qalıq (1000 AZN xx.xx.2018)”. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 göstərmişdir ki, kağız parçası üzərindəki “5000 manat aldım” cümləsindən savayı qələmlə və karandaşla olan digər bütün yazılar dostu Şahid2 tərəfindən yazılmışdır. Qeyd edilən cümlə isə Təqsirləndirilən şəxs tərəfindən yazılmış, habelə mövcud imzalar da məhz Təqsirləndirilən şəxs məxsus olmuşdur (cild 1, iş vərəqi 43). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilmiş 01 ədəd üzərində “VERBATİM, CD-R, 700MB, 52X, 80MİN” yazısı olan CD disk və Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 01 ədəd 5,5 sm uzunluğunda 1,8 sm enində, üst səthində “се FC D33829” yazısı, alt səthində isə paxlavari naxışlar, habelə “SP 2 GВ” yazıları olan ağ rəngli elektron məlumat daşıyıcısı (fleşkart) ********** nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (cild 3, iş vərəqi 1-2). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Elektron notariat” X1 çıxarış və X22 ilə Zərərçəkmiş şəxs6 arasında olan 239888 saylı etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs6 xx.xx.1998-ci il tarixli 15644 nömrəli müqaviləyə əsasən, Ləhiş qəsəbəsində yerləşən sahəsi 14,19 kv.m olan 4454 nömrəli bağ və 0,25 ha torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar olaraq X14 bütün dövlət orqan və təşkilatlarında, idarə və müəssisələrində, о cümlədən Arxiv İdarələrində, Bələdiyyədə, Asan Xidmət Mərkəzlərində, Asan Kommunal idarələrində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsində təmsil etməyi, lazımi sənədləşdirmə işlərini yazmağı, sənədləri təhvil verib hazır sənədləri almağı, aldığına dair imza etməyi, adından ərizə yazmağı, imza etməyi, adına olan reyestrdən çıxarışı və digər sənədləri almağı, imza etməyi və bununla əlaqədar olaraq bütün lazımi hərəkətləri etməyi etibar edir (cild 2, iş vərəqi 140-141). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs6 təqdim etdiyi 01 ədəd üst səthində “Verbatim, CD-R, 700MB, 52X, 80min” yazıları olan məlumat daşıyıcısına (diskə) baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı qeyd edilən məlumat daşıyıcısında iş üzrə əhəmiyyət kəsb edən WhatsApp Audio 2022-01-13at 10.19.41, WhatsApp Audio 2022-01-13at 10.19.43, WhatsApp Audio 2022-01-13at 10.25.55, WhatsApp Audio 2022-02-13at 10.19.42 adlı fayllar müəyyən edilmişdir. Adları qeyd edilən fayllardakı səsyazıları dinlənildikdə “Qasım” adlandırılan şəxsin “Ələddin” adlandırılan şəxslə dialoqları müəyyən edilmişdir. Həmin dialoqların ümumi məzmununa əsasən “Qasım” adlandırılan şəxs “Ələddin" adlandırılan şəxsdən ödəniş qarşılığında sənəd hazırlanması ilə bağlı verdiyi vədini yerinə yetirməsini, əks halda verdiyi pulu qaytarmasını tələb etmişdir, “Ələddin” adlandırılan şəxs isə pul aldığını etiraf etməklə müəyyən səbəblər gətirərək vədini yerinə yetirəcəyini bildirmişdir. Diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa bir hal müəyyən edilməmişdir (cild 2, iş vərəqi 142, 328). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən şəxs qismində tanınan Şahid6 borc alan şəxs qismində tanınan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 15000 (on beş min) manat borc vermişdir (cild 1, iş vərəqi 57). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 041-10878 saylı məktubundan görünür ki, ilkin araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs3 faktiki istifadəsində olan boş torpaq sahəsi üçün vəd etdiyi çıxarış sənədinin alınmasını qeyd edilən ərəfədə, yəni 2018-ci ilin avqust ayında Bakı şəhər İcra Hakimiyyətində hüquqşünas vəzifəsində işləmiş, təxminən 55-60 yaşı olan, Bakı şəhəri Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən həmin qurumun inzibati binasının əsas girişindən içəri daxil olduqdan və qarşıya çıxan pilləkənlərdən 4-5 pillə qalxdıqdan sonra dərhal sola dönən kimi soldan birinci kabinetdə əyləşən, +**********26 saylı mobil telefon nömrəsindən istifadə edən, ata adını bilmədiyi Cəlal Bağırovun bilavasitə köməkliyi ilə həll etmək istəmiş, bu məqsədlə sonuncuya Zərərçəkmiş şəxs3 aldığı 31000 manat pulu versə də C.Bağırov vəd olunan işi görməyərək pulla birlikdə ölkə ərazisinin hüdudlarını tərk etmişdir (cild 1, iş vərəqi 79). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 xx.xx.2021-ci il tarixli, **********8 saylı məktubundan görünür ki, ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Zərərçəkmiş şəxs3 adına Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 65a ünvanında yerləşən qeyri-yaşayış binası, ünvan 16rdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Əlavə olaraq bildirilir ki, arxivdə Zərərçəkmiş şəxs3 adına Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən küçəsində yerləşən ümumi sahəsi 561,3 kv.m olan “Avtobiznes” nəqliyyat xidməti biznes firmasının Bakı şəhəri komissiyon mağazasına verilmiş xx.xx.2005-ci il tarixli 003777 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” və mağazanın yerləşdiyi 7336,2 kv.m torpaq sahəsinə verilmiş xx.xx.2005-ci il tarixli 000372 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə”lər mövcuddur (cild 2, iş vərəqi 14). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokolun məzmunundan və fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 müraciətində bildirmişdir ki, sonuncu dəfə Ələddin adlı şəxslə görüşü ünvan 17 ünvanında “Əncir” çay evində sonuncu görüşdə Ələddin vədinə əməl etmədiyi müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilmiş müddət keçdiyi üçün video müşahidə kamerası müəyyən olunmamışdır. Hadisə yerinə gündüz vaxtı baxış keçirilərək hadisə yerinin fotoşəkilləri çəkilərək təhqiqat materialına əlavə olunmuşdur (cild 2, iş vərəqi 34- 35). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 olan borcundan 5000 (beş min) manatı vermişdir, qalıq borc 115000 (yüz on beş min) manatdır (cild 2, iş vərəqi 65). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 olan borcundan 10000 (on min) manatı vermişdir, qalıq borc 120000 (yüz iyirmi min) manatdır (cild 2, iş vərəqi 66). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 olan borcundan 3500 (üç min beş yüz) manatı vermişdir, qalıq borc 111500 (yüz on bir min beş yüz) manatdır (cild 2, iş vərəqi 67). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 olan borcundan 1500 (min beş yüz) manatı vermişdir, qalıq borc 110000 (yüz on min) manatdır (cild 2, iş vərəqi 68). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qeyd edilən nömrələrin qərarda göstərilən müddət üzrə mövcud olan zənglər və SMS siyahısına, SMS mətnlərinə, əhatə dairəsinə və abunəçilərə dair məlumat təqdim edilmişdir. ********* saylı nömrənin qərarda göstərilən müddətdə Azercell şəbəkəsində istifadəsi aşkar edilməmişdir. ********* saylı nömrə xx.xx.2018-ci il tarixindən etibarən, ********* saylı nömrə daşınma xidməti vasitəsilə xx.xx.2020-ci il tarixindən etibarən "xxxx" MMC-nin abunəçisidirlər. "xxxx" MMC-də qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən SMS mətnlərinin qeydiyyatı aparılmamışdır (cild 2, iş vərəqi 254). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2018-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.2018-ci il tarixdə saat 18:57 radələrində 102 xidmətindən (1824 7448) məlumat daxil olmuşdur ki, Nərimanov rayonu, Y.Hüseynov küç, ev 28-də yaşayan Zərərçəkmiş şəxs2 məlumat vermişdir ki, Nardaran qəsəbəsində yerləşən ona məxsus bağ evinin sənədləşməsində köməklik edəcəyini vəd edən Fuad adlı şəxsin vasitəsi ilə tanış olduğu Ələddin adlı şəxsə sonucu dəfə Binəqədi rayonu, “Fərid Palace”in qarşısında xx.xx.2018-ci il tarixdə olmaqla, ümumilikdə 9000 manat pul verməsi, sonuncunun vədinə əməl etməyərək 3000 manatı qaytarsa da qalan məbləği qaytarmamasını bildirmişdir (cild 2, iş vərəqi 195). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olan CD diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun məzmunundan görünür ki, disk kompüterin oxuyucusuna daxil edilmiş və diskdə “**********15.txt”, “**********15_SMS.txt”, “**********71.txt”, “**********11.txt”, “**********86.txt”, “abuneciler.xls”, “antenna-2017.xlsx”, “antenna-2018.xlsx”, “antenna-2019.xlsx”, “antenna-2020.xlsx” və “antenna-2021.xlsx” adlı fayllar müəyyən edilmişdir. “**********15.txt”, “**********15_SMS.txt”, “**********71.txt”, “**********11. txt”, “**********86.txt” fayllarda daxil olan və göndərilən mesaj mətnləri əksini tapmışdır. Həmin mesaj mətnlərində iş üzrə əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. “antenna-2017.xlsx”, “antenna-2018.xlsx”, “antenna-2019.xlsx”, “antenna-2020.xlsx” və “antenna-2021.xlsx”adlı fayllarda **********32 mobil telefon nömrəsinin qeydə alındığı anten dairələri göstərilmişdir. Həmin fayllarda iş üzrə əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir (cild 3, iş vərəqi 8). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olan CD diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun məzmunundan görünür ki, disk komputerin oxuyucusuna daxil edilmiş və diskdə “SMS_ Tarixçəsi__**********4426_5********.pdf”,“SMS_Tarixçəsi__**********4438__5554 48111.pdf”,“Zənglərin_Detallaşması__**********3328_555448111_1.pdf”,“Zənglərin_Detalla şması__**********3341_**********_1.pdf”,“Zənglərin_Məxsusluq__Tarixçələri__**********343 6__552708228_BKC_1.pdf” və Zənglərin_Məxsusluq_Tarixçələri__ **********3448_**********_BKC_1.pdf” adlı fayllar müəyyən edilmişdir. “SMS_ Tarixçəsi__**********4426_ 5********.pdf” adlı faylda **********28 telefon nömrəsinə daxil olan və göndərilən mesaj mətnləri, “SMS_Tarixçəsi __**********4438__5********.pdf” adlı faylda **********1 telefon nömrəsinə daxil olan və göndərlən mesaj mətnləri əksini tapmışdır. Həmin mesaj mətnlərində iş üzrə əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. Zənglərin_Detallaşması__**********3328_555448111_1.pdf”,“Zənglərin_Detallaşması __**********3341_**********_1.pdf”,“Zənglərin_Məxsusluq__Tarixçələri__**********3436__55 2708228_BKC_1.pdf” və Zənglərin_Məxsusluq_Tarixçələri__**********3448_ **********_ BKC_1.pdf” adlı fayllarda zəng edən nömrələrin sahibləri haqqında məlumatlar göstərilmişdir. Həmin fayllarda iş üzrə əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir (cild 3, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-5140/22 saylı məktubundan görünür ki, ********** saylı mobil nömrə sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir (cild 3, iş vərəqi 16). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun məzmunundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 göstərməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, dəniz sahilinə gəlinmiş, Zərərçəkmiş şəxs1 dəniz sahilindən 50 metr kənarda, eni 71 metr, uzunluğu isə 276 metr olan boş sahəni göstərərək Təqsirləndirilən şəxs onu aldadaraq həmin torpaq sahəsini satmaq adı ilə onun pulunu ələ keçirdiyini bildirmişdir. Həmin torpaq sahəsində heç bir tikili müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 həmin torpaq sahələrində əvvəl də heç bir tikili olmadığını qeyd etmişdir (cild 3, iş vərəqi 23-26). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olan CD diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun məzmunundan görünür ki, disk komputerin oxuyucusuna daxil edilmiş və diskdə “SMS_Tarixçəsi_ **********3148_703736886”, SMS_Tarixçəsi_**********3156 _703736886”, SMS _Tarixçəsi_**********3214_**********”,“SMS_Tarixçəsi_**********3223_708906886”,“Zəngləri n_Detallaşması_**********3116_708906886” və “Zənglərin_Detallaşması _**********3124_703736886”, “Zənglərin_Məxsusluq_ Tarixçələri_ ******* 7183207_ 708906886_NAR” və “Zənglərin_Məxsusluq_Tarixçələri_ **********3214_703736886_ NAR” adlı fayllar müəyyən edilmişdir. “SMS_Tarixçəsi_**********3148_703736886”,“SMS_Tarixçəsi_**********3156_703736 886”,“SMS_Tarixçəsi_**********3214_**********”,“SMS_Tarixçəsi_**********3223_708906886 ” adlı faylda **********86 telefon nömrəsinə daxil olan və göndərilən mesaj mətnləri əksini tapmışdır. Həmin mesaj mətnlərində iş üzrə əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. “Zənglərin_Detallaşması_**********3116_708906886” və “Zənglərin_Detallaşması_ **********3124_703736886”, “Zənglərin_Məxsusluq_Tarixçələri_**********3207_708 906886_NAR” və “Zənglərin_Məxsusluq_Tarixçələri_**********3214_703736886_NAR” adlı fayllarda zəng edən nömrələrin sahibləri haqqında məlumatlar göstərilmişdir. Həmin fayllarda iş üzrə əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir (cild 3, iş vərəqi 29). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli qəbzin məzmunundan görünür ki, təhqiqatçı vətəndaş X18 Zərərçəkmiş şəxs4 2000 manat pulunu öz razılığı əsasında təhvil vermişdir (cild 3, iş vərəqi 62). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2021-ci il tarixli qəbzin məzmunundan görünür ki, təhqiqatçı vətəndaş X18 Zərərçəkmiş şəxs4 Təlman oğlunun 2000 manat pulunu öz razılığı əsasında təhvil vermişdir (cild 3, iş vərəqi 63). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri X33 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********950400 saylı məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixə olan vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən X4 "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) rəhbəri olması barədə məlumat mövcuddur. X4 fiziki şəxs kimi vergi orqanında qeydiyyatda olması barədə məlumat müəyyən edilməmişdir (cild 3, iş vərəqi 103). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X25 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsini sənədləşdirmək adı ilə aldadılıb ələ keçirdiyi 9000 manat pul araşdırma zamanı tam şəkildə ona qaytarılmışdır (cild 3, iş vərəqi 104). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tədqiqat üçün nümunələrin götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs təqdim edilmiş mətni 7 ədəd A4 formatlı kağız vərəqə əlyazma üsulu ilə yazmış və imzası ilə təsdiq etmişdir. Üzərində əlyazma və imza nümunələri olan 7 ədəd АА formatlı vərəq möhürlənmiş, protokola əlavə olunmuş və məhkəmə-xətşünaslıq ekspertizasının aparılması məqsədilə Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir (cild 3, iş vərəqi 10-11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/169-5/139 saylı rəyindən görünür ki:

1. Ekspertizaya təqdim edilmiş əlyazısı ilə icra olunmuş qəbzdə “5000 min manat aldim” yazıları və imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur.

2. Ekspertizaya təqdim edilmiş əlyazısı ilə icra olunmuş qəbzdəki yazılar (“5000 min manat aldim” yazılarından başqa) – Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

3. Tədqiqata təqdim edilmiş bir ədəd vərəqin üzərindəki əlyazılar və imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə və qrafit karandaşla icra edilmişdir. Tədqiqatın dəyəri 177 (yüz yetmiş yeddi) manat təşkil edir (cild 3, iş vərəqi 128-146). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 01 ədəd üzərində “Ələddin m. Verilən pullar” sözləri ilə başlayan “qalıq (1000 AZN 17.08.18)” sözləri ilə bitən əl yazıları və imzalar olan dama-dama vərəq ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir (cild 3, iş vərəqi 157-158). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 xx.xx.2022-ci il tarixli, **********64 saylı məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Zərərçəkmiş şəxs6 tərəfindən 5 may 2021-ci il tarixində ünvan 18 ünvanında yerləşən mənzilin alqı-satqısına dair ********** qeydiyyat nömrəli ərizə daxil olmuşdur (cild 3, iş vərəqi 161). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun məzmunundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçiriləcək torpaq sahəsi Şahid6 tərəfindən göstərilmişdir. Müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin 2 tərəfi hasarla əhatə olunsa da, 2 tərəfi 2 sıra mişar daşı ilə əhatə olunmuşdur, içərisində heç bir tikili yoxdur. Baxış prosesində mütəxəssis kimi iştirak edən X8 torpaq sahəsinin yerləşmə yerini xəritədə işarələmiş və həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs ayrılıb-ayrılmaması barədə rəsmi cavab veriləcəyini bildirmişdir (cild 3, iş vərəqi 189-192). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 56 saylı məktubundan görünür ki, əraziyə X9 və ƏİŞ-nin rəisi M.Ə.Ağakişiyev və əməkdaşları tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi X3 ərazisində yerləşir. Kürdəxanı Bələdiyyəsinin sənədlər arxivində həmçinin vergi ödənişləri şöbəsində araşdırma aparılmış və müəyyən olunmuşdur ki, sorğuda qeyd olunan vətəndaş Təqsirləndirilən şəxs aid torpaq sahəsinin ayrılması barədə hər hansı bir sənəd və ya məlumat aşkar olunmamışdır (cild 3, iş vərəqi 192). İşdə olan DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 74-75). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********68 saylı məktubundan görünür ki, mövcud arxiv məlumatlarına əsasən sorğuda qeyd edilən Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir (cild 1, iş vərəqi 46). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2021-ci il tarixli, 016-147249-1221 saylı məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçmir (cild 2, iş vərəqi 104). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” X32 xx.xx.2021-ci il tarixli, 2079 saylı məktubundan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqi 143). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Beyləqan rayon Mərkəzi Xəstəxanası” X32 xx.xx.2021-ci il tarixli, 1352 saylı tibbi arayışından görünür ki, ünvan 19 ünvanında yaşayan, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2020ci il tarixdən Beyləqan RMX-nın endokrinoloji kabinetdə “Şəkərli diabet İİ tip ağır forma, insulin tələbli, hər iki aşağı ətrafların angiopatiyası, ОU retinopatiya dislikuliyator ensefolopatiya” diaqnozu ilə dispanser qeydiyyatındadır (cild 2, iş vərəqi 70). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, o təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 və X23 dəymiş zərəri tam ödəməsini, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 dəymiş zərəri qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, şəkərli diabet İİ tip ağır forma xəstəliyindən əziyyət çəkdiyini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növü təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, ailə vəziyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə və ev dustaqlığında saxlanıldığı müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci ildə ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən barəsində 12 noyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Müdafiəçinin vəsatəti əsasında həmin məhkəmənin 26 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuş, həmin məhkəmənin 19 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, dərhal məhkəmə iclas zalından həbsə alınmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 166, 201-206, 234-238; cild 2 iş vərəqi 108-111, 189-195, 205-210, 245-252, 281- 285; cild 3, iş vərəqi 154-156). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 10 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutlar - 01 ədəd üzərində “Ələddin m. verilən pullar” sözləri ilə başlayan “qalıq (1000AZN 17.09.18)” sözləri ilə bitən əlyazıları və imzalar olan dama-dama vərəq, 01 ədəd 5,5 sm uzunluğunda 1,8 sm enində, üst səthində “сə FC D33829” yazısı, alt səthində isə paxlavarı naxışlar, habelə “SP 2 GB” yazıları olan ağ rəngli elektron məlumat daşıyıcısı (fləşkart) və 01 ədəd üst səthində “Verbatim, CD-R, 700MB, 52X, 80min” yazıları olan məlumat daşıyıcısı-disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası ilə əlaqədar 177 (bir yüz yetmiş yeddi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək onun mülki iddiaçı qismində tanınması, Təqsirləndirilən şəxs 100000 (yüz min) manat məbləğində maddi zərərin və ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumunun, ümumilikdə 100390 (yüz min üç yüz doxsan) manatın tutulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə 25 avqust 2022-ci il tarixli baxış iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinin müzakirə edərək mülki iddia ərizəsini icraata qəbul etmiş, Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı verilmiş mülki iddianı qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 100000 (yüz min) manat məbləğində maddi zərər dəymişdir. Buna görə mülki iddia təmin edilməli, 100000 (yüz min) manat məbləğində maddi zərərin və ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumunun, ümumilikdə 100390 (yüz min üç yüz doxsan) manat pulun təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tələbi təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 100000 (yüz min) manat və dövlət rüsumu qismində ödənilmiş 390 (üç yüz doxsan) manat, ümumilikdə 100390 (yüz min üç yüz doxsan) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutlar - 01 ədəd üzərində “Ələddin m. verilən pullar” sözləri ilə başlayan “qalıq (1000AZN 17.09.18)” sözləri ilə bitən əlyazıları və imzalar olan dama-dama vərəq, 01 ədəd 5,5 sm uzunluğunda 1,8 sm enində, üst səthində “сə FC D33829” yazısı, alt səthində isə paxlavarı naxışlar, habelə “SP 2 GB” yazıları olan ağ rəngli elektron məlumat daşıyıcısı (fləşkart) və 01 ədəd üst səthində “Verbatim, CD-R, 700MB, 52X, 80min” yazıları olan məlumat daşıyıcısı-disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 177 (bir yüz yetmiş yeddi) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar