Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1101/2025 30.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X5 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – Müdafiəçi1 Fəxrəddin oğlunun, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh – Təqsirləndirilən şəxs iştirakı ilə, 6 dekabr 1973-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 may 2025-ci il tarixdə, saat 14:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs avtomobil alqı- satqısı ilə məşğul olan tanışı Şahid1 tərəfindən avtosalonda münasib qiymətə “Range Rover” markalı avtomobil satıldığını bildirərək Zərərçəkmiş şəxs həmin avtomobili ucuz qiymətə alacağına dair yalan vəd verib aldadaraq 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu Babək prospekti 65 ünvanında yerləşən “Sərin” restoranının yaxınlığında etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 60.000 manat pul vəsaitini alıb ələ keçirməklə həmin vaxt qeyd edilən restoranın yaxınlığında yerləşən avtosalona gedib orada 2023-cü ilin iyun ayında Şahid1 özü üçün nisyə aldığı “Bentley” markalı avtomobilin qalıq pulu olan 35.000 ABŞ dolları milli pul vahidi ilə təşkil edən 59.500 manat ödəməklə Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və tərəflərin dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 122-125; 149-152;) ifadə verərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 1990-1995-ci illərdə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil alarkən eyni qrupda təhsil aldıqlarından X4 tanımışdır. O, Bakı şəhərində fərdi yaşayış evləri, qeyri-yaşayış sahələrinin, həmçinin hündürmərtəbəli binalarda mənzillərin tikinti və təmiri ilə məşğul olmuş, 2018-ci ildə Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində 25 sot torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. O, təxminən 2021-ci ildən həmçinin karqo işi ilə məşğul olduğundan bağ sahəsini “Paşa banka” girov qoyaraq pul götürmüş, lakin daha sonra karqo işi alınmadığından zərər etmişdir. 2023-cü ildə maddi imkanı zəif olduğundan və külli miqdarda kredit borcları olduğundan həmin evi satmaq istəmiş, bu barədə söhbət əsnasında İsmayıl Təmoyevə məlumat vermiş, sonuncu isə 2023-cü ilin əvvəllərində müştəri tapmışdır. Həmin vaxtdan onların münasibətləri daha da yaxşılaşmağa başlamışdır. İsmayıl ona həmin evi satdıqdan sonra əldə edəcəyi gəliri hər hansı iş qurmaq üçün qoymağı təklif etmiş, o, İsmayıldan hansı iş görəcəklərini soruşduqda sonuncu ona ev tikintisi, beton və ya avtomobil barteri işi görəcəklərini demiş, lakin o, İsmayılın gətirdiyi müştərilərin təklifi ilə razılaşmamışdır. 2023-cü ilin may ayında İsmayıl ona Nəcəf adlı tanışı olduğunu, sonuncunun faizə pul verdiyini və özünün də əvvəllər Nəcəfə ev və obyektlər girov qoyaraq pul və armatur götürüb iş gördüyünü bildirmişdir. İsmayıl ona həmin tikdirdiyi evi Nəcəfə girov qoyaraq pul götürməyi təklif etmiş, o da sonuncu ilə razılaşmışdır. Lakin daha sonra İsmayıl ona Nəcəfin razı olmadığını, evin dəyərində pul düzəldə bilmədiyini demişdir. O, İsmayılla birlikdə bir neçə dəfə Nəcəflə görüşmüşdür. Onlar arasında əvvəllər olan pul məsələlərinin həlli ilə bağlı söhbətlər edilmiş və həmin vaxt Zərərçəkmiş şəxs tanımışdır. 2023-cü ilin yay aylarında İsmayıl ona Nəcəfin iş görmək üçün pul verdiyini, onunla birlikdə həmin pulu Nəcəfdən alaraq iş görmələrini təklif etmişdir. Təxminən 2-3 ildir o, Elçin adlı şəxsi tanımış, sonuncu Bakı şəhəri Nizami rayonu Babək prospekti “Sərin” restoranının yaxınlığında avtomobil alveri ilə məşğul olur. O, Elçindən bir neçə dəfə müxtəlif markalı avtomobillər almış, bu barədə İsmayılın da məlumatı olmuşdur. İsmayıl ona Elçindən nisyə formada avtomobil alıb evlə barter edib iş görmələrini təklif etmişdir. 2023-cü ilin yay aylarında İsmayıl ona zəng edərək Nəcəflə çayxanada görüşmələrini təklif etmiş, lakin onun işi olduğundan həmin görüşə gedə bilməmişdir. Təxminən iki saat sonra o, İnqilab küçəsinin arxa hissəsində yerləşən “Ege” hospitalın arxasında yerləşən çayxanaya getmiş, İsmayıl, Nəcəf və İsmayılın tanışı olan Fikrətin çayxanada olduqlarını görmüşdür. Söhbət zamanı İsmayıl Nəcəfin pul verdiyini və həmin pulla təxminən 100.000 manat dəyərində avtomobil alacaqlarını, Nəcəfin verdiyi pulu avtomobilin ikin ödənişi olaraq verdikdən sonra avtomobili alıb evlə barter edib, həmin evi satıb qazanc əldə edəcəklərini demişdir. İsmayıl 3 gün müddətinə ev alqı-satqısının baş tutacağını demişdir. Nəcəf 3 gün müddətinə 60.000 manat pul verəcəyini, üzərində 5.000 manat əlavə pul alacağını bildirmiş, lakin həmin gün yadında olmayan səbəbdən iş alınmamışdır. Təxminən 2-3 gün sonra həmin çayxanada o, İsmayıl və Nəcəf görüşmüşlər. Nəcəf həmin gün 60.000 manat pul gətirmişdir. Lakin İsmayıl həmin gün alqı-satqı ediləcək evin məsələsinin alınmadığını bildirmiş, Nəcəf də pul vermədən getmişdir. Bir neçə gün sonra İsmayıl evin hazır olduğunu bildirmiş, o, İsmayıl, Nəcəf və İsmayılın ortaq tanışı Rəşid eyni çayxanada görüşmüşlər. Nəcəf 60.000 manat pul verəcəyini, ev alqı-satqı edildikdən sonra 15.000 manat pul alacağını demişdir. İsmayıl onunla razılaşmışdır. Həmin gün o, bir neçə avtomobil alveri ilə məşğul olan şəxslərə zəng etmişdir. Elçinlə əlaqə saxlamış və Elçin ona gəlib avtomobillərə baxmağını təklif etmişdir. Elçin ona bir neçə avtomobil şəkli göndərərək həmin avtomobillərin orada deyil müştəridə olduğunu və daha sonra gətirə biləcəyini bildirmişdir. Nəcəf götürüləcək avtomobilin onun adına sənədləşdirilməsini istəmiş, lakin İsmayıl sənədləşmə işinin əlavə xərc tələb edəcəyindən avtomobilin birbaşa evi satacaq şəxsin adına sənədləşdirilməsini bildirmiş, Nəcəf də razılaşmışdır. Nəcəf, o və İsmayıl Rəşidin idarə etdiyi avtomobillə Bakı şəhəri Nizami rayonu Babək prospekti “Sərin” restoranının yaxınlığına gəlmişlər. Orada avtomobildə olan zaman Nəcəf 60.000 manat pulu ona vermişdir. O, avtomobildə pulu saymış və 60.000 manat pul olduğunu görmüşdür. Onlar avtomobildən düşərək İsmayılla birlikdə Elçinin yanına getmiş, sonuncu ilə söhbət əsnasında 60.000 manat pulu ilkin olaraq ona verəcəklərini və bahalı avtomobil alacaqlarını Elçinə bildirmişdir. Orada olan avtomobillərə baxan zaman ona uyğun avtomobil olmadığını görmüşlər. Elçin müştərilərdə olan avtomobili onlar üçün təşkil edəcəyini bildirmişdir. Həmin vaxt onda lizinqdə olan “Mercedes Maybach” markalı avtomobilin olduğunu bildirmişdir. İsmayıl həmin avtomobili götürmələrini və ev satacaq şəxsə təqdim etmələrini bildirmişdir. Onlar “Mercedes Maybach” markalı avtomobili müştəriyə göstərəcəklərini bildirərək həmin avtomobili Elçindən götürmüş, sonuncuya heç bir ödəniş etməmişlər. Həmin “Mercedes Maybach” markalı avtomobillə çayxanaya gəlmiş, orada söhbət əsnasında o, Nəcəfə 60.000 manat pulun onda olduğunu demişdir. İsmayıl “Mercedes Maybach” markalı avtomobili ev satan şəxsə təqdim edəcəyini demiş və avtomobili idarə edərək getmişdir. Təxminən bir saat sonra çayxanaya gələrək avtomobilin lizinqdə olması səbəbindən alverin baş tutmamasını bildirmişdir. Həmin vaxt Nəcəf də orada olmuşdur. Həmin gün o, “Mercedes Maybach” markalı avtomobili Elçinə qaytarmışdır. Nəcəfin verdiyi pul onda qalmış və həmin gün İsmayılla görüşmüşlər. İsmayıl ona 60.000 manat pulu birbaşa olaraq ev satan şəxsə verərək ondan ev almalarını təklif etmişdir. O, pula ehtiyacı olduğundan 9.000 manat pulu özündə saxlamış, 51.000 manat pulu isə həmin gün sayaraq İsmayıla vermişdir. İsmayıl pulu ev satan şəxsə verdiyini bildirmişdir. O, Nəcəf və İsmayıl hər gün görüşmüşlər. İsmayıl ev aldığını, sənədləşmə prosesinin getdiyini ona və Nəcəfə demişdir. Təxminən 3-4 gün sonra Nəcəf və o, İsmayılla əlaqə saxlaya bilməmişlər. O, pulu İsmayıla verdiyini Nəcəfə demişdir. Nəcəf isə pulu İsmayıla yox, ona verdiyini bildirərək pulunu ondan tələb etmişdir. Tarixi yadında olmayan müddətdə o, 5.000 manat pulu 8-ci Mikrorayonda Fikrətlə birlikdə gələn Nəcəfə qaytarmış, daha sonra Nəcəf oğlunun xaricdə təhsil aldığını və bu səbəbdən ona pul lazım olduğunu bildirmişdir. Nəcəf ona verdiyi puldan azı 4.000 manat da pulu qaytarmasını istədikdə Nəcəfə 4.000 manat da nağd pul vermişdir. Nəcəf mütəmadi olaraq ondan pul tələb etmiş, lakin o, maddi imkanı olmadığından ona pulu qaytara bilməmiş və pulu İsmayıla verdiyini ona bildirmişdir. Təxminən 4-5 ay sonra İsmayılın həbs olunduğunu öyrənmişlər. İsmayıl həbsdə olduğu müddətdə 2024-cü ilin mart ayında vəfat etmiş, Nəcəf isə ondan pulu qaytarmasını tələb etdikdə o, pulu İsmayıla verdiyindən qaytara bilmədiyini bildirmişdir.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Nəcəflə qrup yoldaşı İsmayıl vasitəsilə tanış olmuş, hər ikisi İsmayılın “oyununa” gəlmişdir. Belə ki, İsmayıl ona maşın və ev alıb 300.000 manata satıb qazanc əldə edəcəklərini bildirərək Nəcəflə əlaqə saxlayıb sonuncunu danışıqlara cəlb etmişdir. İsmayıl Nəcəfin onlara verəcəyi pul ilə maşın alıb evə dəyişərək qazanc əldə edəcəklərini bildirmişdir. Nəcəf pulu verdikdən sonra o həmin pulun bir qismini İsmayıla maşın üçün vermiş, lakin bir müddət sonra ondan xəbər çıxmamış, sonradan İsmayılın tutulduğunu eşitmişdir. İsmayıl ona da zərər vurmuş, alacaqları evə sonuncu ilə birlikdə pul qoymamışdır. Nəcəfə onların alacaqları ev vasitəsilə qazanc əldə edib həmin qazancdan ona da pay verəcəklərini bildirmiş, sonuncu da özünü sığortalamaq məqsədilə maşını öz adına sənədləşdirilməsini tələb etmişdir. O, Nəcəfin ona verdiyi ümumilikdə 60.000 manat məbləğində pulu sayıb götürmüş, həmin pulun 51.000 manatını İsmayıla vermiş, 9.000 manatı isə digər problemləri həll etməsi üçün özünə götürmüşdür. Lakin sonradan Nəcəfə pul lazım olduğundan iki dəfəyə 5.000 və 4.000 manat olmaqla 9.000 manat, sonrakı müddət ərzində isə ümumilikdə 17.000 manat məbləğində pulu Nəcəfə geri qaytarmışdır. Nəcəf ondan incidiyi üçün sonradan zənglərinə cavab verməmiş, bu səbəbdən sonuncu ilə danışa bilməmişdir. Onun məqsədi Nəcəfdən aldığı pul ilə qazanc əldə etmək olmuşdur. O, “Bentley” markalı maşın almaq üçün 3.000 manat məbləğində ilkin ödəniş etmişdir. O, maşını Elçindən almış, hadisələr sonuncudan maşını götürdükdən sonra baş vermişdir. O, Nəcəfdən aldığı pulu İsmayıla vermiş, Elçinə verməmişdir. “Bentley” markalı maşın İsmayılın tanışları ilə barter edilmiş, həmin barterdən əldə edilən puldan Elçinə vermişdir, onun Elçinə borcu yoxdur. Sonda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq niyyətinin olmadığını, məhkəmə icraatı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam ödəməklə sonuncu ilə barışıq əldə etdiyini, himayəsində iki övladı olmaqla ailədə ondan başqa gəlir gətirən şəxsin olmadığını və əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmadığını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
6. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2017-ci ildə anası üçün satın almaq məqsədi ilə mənzil axtararkən Bakı şəhər sakini Şahid2la tanış olmuş, sonuncu ona İsfəndiyar Zülalov küçəsində yeni tikilmiş çoxmənzilli binanı göstərmiş və o, orta mərtəbələrdə bir mənzili bəyənib seçmişdir. Rəşidlə aralarında olan razılaşmaya əsasən o, Rəşidə 73.000 manat pul ödəməli olmuş, sonuncuya 20.000 manat nağd pulu vermiş, qalıq 53.000 manatı ödəyib həmin ilin mart ayında tamamlamalı olmuşdur. Daha sonra o, mart ayında 53.000 manat pulu tam olaraq Rəşidə ödəmiş, sonuncu da ona mənzilə dair müqavilə təqdim etsə də mənzilə dair maliyyə arayışını verməmişdir. Bundan sonra təxminən bir il Rəşiddən çətinlikdə maliyyə arayışını almışdır. Həmin vaxt ona sənədlə satılan mənzilin Rəşidin ona göstərdiyi hazır binada yox, həmin bina ilə üzbəüz tikilməkdə olan başqa bir binada yerləşdiyi məlum olmuşdur. Həmin məsələ Rəşidlə sonradan aralarında həll olunmuşdur. Bundan sonra Rəşid ona 3-5 günə qaytaracağına söz verərək ondan 300 manat borca pul istəmişdir. Daha sonra Rəşid həmin pulu qaytarmadan ondan dəfələrlə borc istəmiş, o da Rəşidə bir neçə dəfə borca pul vermiş, beləliklə Rəşidin ona qaytarmalı olduğu borc pul ümumilikdə 19.300 manat olmuşdur. Sonradan o, dəfələrlə Rəşiddən borca verdiyi pulu tələb etsə də, sonuncu ona borcunu ödəməmişdir. Rəşid ona tanışı olduğunu, avtomobillər alıbsatdıqdan sonra qazanc əldə edib borcunu ödəyəcəyini bildirmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Rəşid ona “Whatsapp” ani mesajlaşma vasitəsi ilə videogörüntülü zəng vedərək yanındakı İsmayıl adlı şəxsi göstərərək, ona əvvəllər dediyi şəxsin İsmayıl olduğunu demişdir. İsmayılla Rəşid vasitəsilə görüşmüş, görüş zamanı o, Rəşidə verəcəyi pul qarşılığında armatur alacağını və qazanc əldə etdikdən sonra onun Rəşidə verdiyi pulu və sonuncunun ona olan borcunu ödəyəcəyini bildirmişdir. Lakin daha sonra İsmayıl ondan əlavə pul almış və onların hər ikisinin ona borcu yaranmışdır. İsmayıl müxtəlif bəhanələrlə pulunu qaytarmamışdır. İsmayıl və Rəşidin ona olan borcu qarşılığında İsmayılın qardaşı İnayətin adına olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evini bibioğlusu Anarın adına keçirmişdir. Onların arasında olan borc məsələsi həllini tapmışdır. O, İsmayıl ilə görüşlərin birində onun yanında dostu Müşviq adlı şəxsi görmüşdür. Həmin vaxt Müşviq ona görəcəyi işlər olduğunu bildirərək bunun üçün pul lazım olduğunu deyərək Müşviqə pul verərsə işlərini həll etdikdən sonra gəlirdən ona da qazanc verəcəyini bildirmiş, lakin o, Müşviqə pul verməkdən imtina etmişdir. Bununla da, Müşviqlə aralarında münasibətləri yaranmışdır. Müşviq pulu olduğunu görüb ona iş görməyi təklif etmiş, lakin o, imtina etmişdir. Müşviq ona münasib qiymətə almaq üçün avtomobil tapmağı təklif etmiş, həmin vaxt o, avtomobil almaq niyyətində olduğundan Müşviqlə razılaşmışdır. 24 iyul 2023-cü il tarixdə Müşviq onu “Qış Parkı” adlanan yeraltı dayanacağa aparmış, orada 2 ədəd bahalı avtomobil göstərmiş, lakin həmin avtomobillər şirkətlərə məxsus olduğu üçün o, Müşviqə həmin avtomobilləri almağa razılıq verməmişdir. Növbəti dəfə 26 iyul 2023-cü il tarixdə o, Müşviqlə görüşən zaman sonuncu ona avtomobil satış salonunda işləyən Hacı Elçin adlı tanışı olduğunu, Elçində “Range Rover” markalı avtomobil olduğunu və həmin avtomobili 60.000 manata almağın mümkün olmasını bildirmişdir. Həmin vaxt Rəşid, İsmayıl, Müşviq və o, Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “Astoria” otelinin yanına getmişlər. O, Müşviqlə birlikdə gedib avtomobili adına keçirməyi və avtomobili aldıqdan sonra 60.000 manat pulu sonuncuya verəcəyini bildirmişdir. Bu zaman onlar avtomobildə olarkən Müşviqə pulu vermiş və o, İsmayılla birlikdə avtomobildən düşüb Elçinə yaxınlaşmışdır. O həmin vaxt Rəşidlə birlikdə avtomobilin yanında qalmış, Müşviq Elçinlə bir qədər söhbət edib 30 dəqiqədən sonra “Mersedes Maybach” avtomobilində qayıtmışlar. Müşviq ona həmin avtomobilə əyləşməyi təklif etmişdir. O həmin avtomobildə əyləşmiş, İsmayıl isə Rəşidlə birlikdə oraya gəldikləri Rəşidin avtomobilində əyləşmişdir. Bu zaman o, Müşviqdən avtomobili soruşmuş, o isə həll etdiyini, sənədləşmə işlərinin də yekunlaşmağa az qaldığını demişdir. Daha sonra onlar birlikdə 1 saylı Asan xidmətinin yanındakı çayxanaya getmişlər, orada əyləşib sənədləşməni gözləmişlər. Onlar çayxanada saat 22 radələrinə qədər olmuşlar, lakin Müşviq müxtəlif bəhanələr gətirib sənədləşməni etməmişdir. Daha sonra Müşviq onlayn sənədləşmə edəcəyini bildirərək ondan şəxsiyyət vəsiqəsinin şəklini istəmişdir. O, Müşviqə şəxsiyyət vəsiqəsinin şəklini göndərmiş, lakin həmin gün Müşviq heç bir sənədləşmə etməmişdir. Növbəti gün o Müşviqlə yenə də görüşmüş, sonuncu Elçinin nəzərdə tutulmuş “Range Rover” markalı avtomobili təşkil edə bilmədiyini, lakin qısa müddətdə məsələni həll edəcəyini demişdir. O, Müşviqin onu aldatdığını başa düşüb sonuncudan pulunu geri tələb etməyə başlamışdır. Müşviq ona bir dəfə 4.000 manat, bir dəfə isə 5.000 manat pul qaytarmışdır. Lakin bundan sonra Müşviq ona pul qaytarmayaraq əlaqəni kəsmiş və Müşviqi tapa bilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, Müşviq Elçindən 2023-cü ilin iyun ayında “Bentley” markalı avtomobili 60.000 manat qarşılığında almış və pulu 1 aya ödəyəcəyini bildirmişdir. Ondan aldığı 60.000 manat pulu 26 iyul 2023-cü il tarixdə Elçinlə görüşən zaman həmin “Bentleyin” pulu qarşılığında Elçinə vermişdir. Müşviqə verdiyi pulu Müşviq Elçinə verməklə sonuncuda etibar qazanmış və daha sonra Elçindən də 5 ədəd müxtəlif markalı avtomobilləri nisyə olaraq alıb satmaqla pullarını ələ keçirmişdir. Müşviqin ondan 60.000 manat pul almaqda məqsədi Elçinə olan borcu ödəmək olmuş, ona avtomobil almaq niyyəti olmamışdır.
7. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, İsmayıl aldadaraq onun pulunu ələ keçirmiş, o İsmayıla faizə pul verməmişdir. Belə ki, İsmayılla Müşviq hər gün birlikdə olmuş, sonuncular mütəmadi olaraq onun həyətinə təkliflərlə gəlib gördükləri işlər barədə danışmışdır. O, mütəmadi olaraq görüşdükləri kafeyə getmiş, Müşviqin geyimi digərlərindən səliqəli olmaqla fərqləndiyindən onda sonuncuya qarşı inam formalaşmış, bununla da aralarında münasibət yaranmışdır. Müşviq ona İsmayılın bu məsələdə rolu olmadığını bildirdikdə o, İsmayıl ortada olmadığından Müşviqlə razılaşmışdır. Müşviq ona Hacı Elçin adlı şəxsin maşın verdiyini bildirmişdir. İsmayıl “pərdəarxası” işlər görmüş, sonradan Fikrəti də ona yönəltdiklərindən onda bir daha sonunculara qarşı inam yaranmışdır. X13 “Bentley” markalı maşın almış, həmin gün ondan aldığı 60.000 manat pul ilə Elçinə olan borcunu bağlayıb sonuncudan 5 ədəd maşın almışdır. Onun Müşviqlə aralarında olan danışığına əsasən onun Müşviqə verdiyi pul ilə sonuncu ona “Maybach” markalı maşın almalı olmuşdur. O, inam yaratmaq üçün Elçindən Müşviqə maşın verməsini xahiş edərək maşını qaytaracağını bildirmişdir. Onlar “Maybach” markalı maşınla kafeyə qayıtmışdır. O həmin maşının onun adına rəsmiləşdiriləcəyini güman etmiş, lakin Müşviq həmin maşını qaytarmış, pulunu tələb etdikdə isə Müşviq Elçindən götürdüyü maşınları “Qoşa zapravka” deyilən yerdə ucuz qiymətə satdığını bildirərək əldə elədikləri puldan hadisədən 10 gün sonra ona 9.000 manat məbləğində pul vermişdir. Müşviq ona ibtidai istintaq dövründə 8.000 manat məbləğində pul vermişdir. O, maşın almağa Müşviq və İsmayılla birlikdə getmişdir. O, Müşviqə 60.000 manat məbləğində pul verərkən maşını alıb qayıdacaqları üçün sonuncudan hər hansı sənəd almamışdır. Müşviq ona daha ucuz qiymət təklif etdiyi üçün onunla maşın almaq istəmişdir. Kafeyə gedərkən Müşviqin kiməsə 1000 manat verəcəyi olmuş, həmin pulun 260 manat məbləği çatmadığından onun kartına həmin pulu göndərmişdir. Onun almaq istədiyi maşınla Müşviqin ona almağa vəd etdiyi maşının qiymətində 15.000 manat fərq olmuşdur. Müşviq onunla görüşdüyü dövrdə “Range Rover” markalı avtomobil idarə etmiş, geyimi səliqəli olmaqla digərlərindən fərqləndiyinə görə ona qarşı inam yaranmışdır.
8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 1989-cu ildən avtomobillərin alqı-satqısı işi ilə məşğul olmuş, onun iş yeri Bakı şəhəri Nizami rayonu Babək prospektində “Astoria” otelin yaxınlığında yerləşmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəllərindən tanıyır. Onların tanışlığı avtomobil alqı-satqısı ilə bağlı yaranmışdır. Belə ki, dostlarından biri onu Müşviqlə tanış etmiş və sonuncu avtomobil almaq istədiyini demişdir. O da Müşviqin istəyinə əsasən 2023-cü ilin iyun ayında ilk dəfə olaraq ona “Bentley” markalı, hazırda dövlət nömrə nişanını dəqiq xatırlamadığı avtomobili 38.000 ABŞ dollarına satmışdır. Həmin vaxt Müşviq ona 3.000 ABŞ dolları vermiş, 35.000 ABŞ dollarını isə 1 ay müddətində verəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq, o da Müşviqə həmin “Bentley” markalı avtomobillə bağlı baş etibarnamə vermişdir. Müşviq mütəmadi olaraq onun yanına gəlib-getmiş, sonuncunun yanında adətən İsmayıl adlı şəxs də olmuş və o, Müşviq vasitəsilə İsmayılla tanış olmuşdur. “Bentley” markalı avtomobili Müşviqə verdikdən təxminən 10-15 gün sonra İsmayılla Müşviq onun yanına gəlib “BMWX6” markalı avtomobil qarşılığında 22.000 manat pul verməyini, qalıq pulu isə daha sonra onlara verməyi barədə razılığa gəlmişlər. O, onlara 22.000 manat pul vermiş, qalıq pul qarşılığında isə Müşviqə kreditdə olan “Audi Q7” və “Kadillak” markalı avtomobillər vermişdir. Müşviqin ona 3.000 manat borcu qalmış, həmin pulu daha sonra ona vermişdir. Zərərçəkmiş şəxs isə 2023-cü ilin sentyabr ayında dostu Fikrətin vasitəsi ilə tanımışdır. Həmin vaxt Nəcəf Fikrətin yanında olmuş və o, Fikrətlə görüşərkən Nəcəflə də tanış olmuşdur. Lakin onun Zərərçəkmiş şəxsla hazırkı vaxta kimi heç bir avtomobil alqısatqı işi olmamışdır. Daha sonra Müşviq onunla bir neçə dəfə telefonla əlaqə saxlayıb satışda hansı markalı avtomobillərin olmasını öyrənmiş, o da onun “WhatsApp” nömrəsinə avtomobillərin fotoşəkillərini göndərmişdir. Bəzən də Müşviq özü gəlib avtomobillərə onun yanında baxmışdır. 2023-cü ilin iyul ayının sonlarında “Bentley” markalı avtomobillə bağlı Müşviq ona 35.000 ABŞ dolları pul verməli olmuşdur. 2023-cü ilin iyul ayının sonlarında günorta saatlarında Müşviq onun Bakı şəhəri Nizami rayonu Babək prospektində “Astoria” otelin yaxınlığında yerləşən avtomobil satışı yerinə tanıdığı İsmayıl Təmoyevlə birlikdə gəlmişlər. Həmin vaxt Müşviq ona 35.000 ABŞ dolları verərək 1 ay əvvəl götürdüyü “Bentley” markalı avtomobilin qalan pulunu ödəyərək tam bağlamışdır. Daha sonra Müşviq ondan başqa satışda olan avtomobillər barədə maraqlandıqda Müşviqə “Mercedes Maybach” markalı avomobili 70.000 ABŞ dollarına təklif etmişdir. Müşviq ona “Mercedes Maybach” markalı avtomobili sürüb yoxlayacağını, xoşuna gələrsə alacağını demişdir. Sonra Müşviq və İsmayıl həmin avtomobilə əyləşib getmişlər. Bundan təxminən 3-4 saat sonra Müşviq “Mercedes Maybach” markalı avtomobili onun yanına gətirib bir az hündür avtomobil istədiyindən həmin avtomobili bəyənmədiyini demişdir. O da Müşviqə hündür, yəni “CİP” modelli avtomobil olarsa, xəbər verəcəyini demişdir. Sonrakı 10-15 gün ərzində Müşviq ondan müxtəlif vaxtlarda “Mercedes E-2013”, “Mercedes E-2001”, “Nissan Tiana-2007” və “Volksvagen Catti 2017” markalı 4 ədəd avtomobilləri ilkin ödəniş 13.500 manat ödəməklə qalıq 84.500 manat pulu 1 aya ödəmək şərti ilə götürmüşdür. Lakin sonradan Müşviq onu aldadaraq həmin avtomobilləri ayrı-ayrı şəxslərə satıb pulunu mənimsəmişdir. O, Müşviqin barəsində Nizami RPİ-yə şikayət etmiş, lakin araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nizami RPİ-yə şikayət etdikdən iki ay sonra Zərərçəkmiş şəxs onunla mobil telefonla danışaraq 26 iyul 2023-cü il tarixdə onun iş yerinin yanında, yəni Bakı şəhəri Nizami rayonu Babək prospektində “Astoria” otelin yaxınlığında Müşviqin “Range Rover” markalı avtomobil almaq adı ilə onun 60.000 manat pulunu ələ keçirdiyini bildirmişdir. O da Müşviq tərəfindən aldadılaraq 84.500 manat dəyərində 4 avtomobilinin ələ keçirilməsini Nəcəfə danışmışdır. Sonradan 26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 60.000 manat pulu “Range Rover” markalı avtomobil almaq adı ilə alaraq onu aldatdığı və həmin pulla ondan 1 ay əvvəl götürdüyü “Bentley” markalı avtomobilin 35.000 ABŞ dollar borcunu bağladığı ona məlum olmuşdur.
9. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Müşviq ilk dəfə ondan aldığı avtomobilin ödənişini tam ödədiyindən sonuncuya qarşı inam formalaşmış, bu səbəbdən ona 4 ayrı maşın satmağa razılıq vermişdir. Müşviq ona dostunun “Mercedes” markalı maşın istədiyini deyərək maşını sonuncuya göstərmək üçün aparmasını xahiş etdikdə o da razılaşmış, maşını apardıqdan 3-4 saat sonra isə dostunun maşını bəyənmədiyini bildirib geri qaytarmışdır. O, Müşviqə çoxsaylı maşın fotoşəkilləri göndərmiş, sonuncu maşınları öz adından almış, başqa heç kimin adını çəkməmişdir. O, Müşviqə maşını baş etibarnamə ilə vermiş, aralarında sözlü razılaşma olduğundan ona inanıb etibar etmişdir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs armatur satışı ilə məşğul olduğundan tanıyır. Təqsirləndirilən şəxs isə 2023-cü ildə ortaq tanışları olan İsmayıl Təmoyev vasitəsilə tanımışdır. 24 iyul 2023-cü il tarixdə “Real MTK”-da İsmayıl Təmoyevin ona məxsus olduğunu bildirdiyi mənzili satmaq məqsədilə həmin MTKnın yaxınlığında yerləşən çayxanada müştəri gözləyən zaman çay içmişdir. Həmin vaxt orada Müşviq, İsmayıl və Nəcəf olmuşlar. Orada söhbət əsnasında o, Müşviq və Nəcəf arasında əvvəlcədən avtomobil alveri ilə əlaqədar məsələ olduğunu öyrənmişdir. Həmin vaxt Müşviq Nəcəfə avtomobillərə baxmaq üçün getməyi demiş və onlar harasa getmişlər. Bir qədər sonra Nəcəf həmin çayxanaya gəlmiş və ona “Qış Parkına” getdiklərini, Müşviqin şirkətə məxsus olan avtomobillər göstərməsini, lakin onun həmin avtomobilləri almağa razılaşmadığını, “Range Rover” markalı avtomobil almaq istədiyini bildirmişdir. Təxminən bir neçə gün sonra “Mixək” kafesində Müşviq, İsmayıl və Nəcəflə çay içmişlər. Bir qədər sonra əvvəlcədən tanıdığı Şahid2 adlı şəxs də oraya gəlmişdir. Orada söhbət əsnasında Müşviq “Hacı” ləqəbli Elçin adlı tanışında münasib qiymətə “Range Rover” markalı avtomobil olduğunu və onu almağa getməyi bildirmişdir. Nəcəf pulun hazır olduğunu demişdir. Daha sonra Rəşid, Müşviq, İsmayıl və Nəcəf avtomobil almaq üçün Hacı Elçin adlı şəxsin yanına getmişlər. Təxminən iki saat sonra “Mercedes Maybach” avtomobili ilə geri qayıtmışlar. O, Nəcəfdən həmin avtomobilin nə olduğunu soruşmuş, sonuncu isə həmin avtomobilin şirkətə məxsus avtomobil olduğunu və həmin avtomobilin ona aidiyyəti olmadığını, Müşviqin dediyi “Range Rover” markalı avtomobilin isə iki saata gətiriləcəyini demişdir. Daha sonra Müşviqin Nəcəfi aldadaraq 60.000 manat pulunu ələ keçirdiyi və Nəcəfin “Range Rover” markalı avtomobil təşkil etmədiyini öyrənmişdir.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2016-cı ildən tanıyır, sonuncu armatur satışı ilə məşğul olduğundan aralarında ev və armatur alqı-satqısı olmuşdur. Təqsirləndirilən şəxs isə 2023-cü ildə ortaq tanışları olan İsmayıl Təmoyev vasitəsilə tanımışdır. O, İsmayılla kafedə çay içən zaman Müşviq də həmin kafeyə gəlmiş və orada söhbət əsnasında Müşviq karqo və pul köçürmə işi ilə məşğul olmasını demişdir. İsmayıl Təmoyevin ona borcu olduğundan 2023-cü ilin iyul ayının sonlarında İsmayıla zəng edərək harada olmasını soruşmuş, sonuncu “Mixək” kafesində olduğunu bildirmişdir. O, İsmayılla görüşmək məqsədilə Bakı şəhəri Nəsimi rayonu Mövsüm Sənani küçəsində “1 saylı Asan Xidmətin” yaxınlığında yerləşən “Mixək” kafesinə getmiş, Müşviq, İsmayıl, Fikrət və Nəcəfin orada olmasını görmüşdür. O, onların yanında əyləşmiş və söhbət əsnasında Müşviq “Hacı” ləqəbli Elçin adlı tanışı olduğunu, sonuncunun vasitəsilə Nəcəfə münasib qiymətə “Range Rover” markalı avtomobil təşkil edə biləcəyini bildirmişdir. O, Nəcəfə sakitcə İsmayıl söhbətdə varsa razılaşmamasını demişdir. Lakin Nəcəf ona avtomobil təşkil edən şəxsin İsmayıl yox Müşviq olduğunu, onun Müşviqlə məsələni danışdığını bildirmişdir. O, Müşviqi ətraflı tanımadığından heç bir şey deməmişdir. Orada gedən söhbətlərdən 60.000 manat qarşılığında Müşviqin Nəcəfə “Range Rover” markalı avtomobil təşkil edəcəyini bildirmişdir. Orada Nəcəf ondan Bakı şəhəri Nizami rayonu Babək prospektində “Sərin” restoranının yaxınlığından avtomobil götürəcəklərini bildirərək həmin yerə getmələrini xahiş etmişdir. Onlar ona məxsus olan “Kia Forte” markalı avtomobilə əyləşmişlər. Müşviq ön sağ oturacaqda, Nəcəf və İsmayıl isə arxa oturacada əyləşmiş, Fikrət isə kafedə qalmışdır. Avtomobildə olan zaman Nəcəf əlində olan bağlamada pul saxlamış, avtomobildə söhbət əsnasında İsmayıl Nəcəfdən pulu saymaq üçün istəmiş, lakin Nəcəf həmin pulu İsmayıla verməmiş və pulun sayıldığını bildirmişdir. Onlar Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “Sərin” restoranının yaxınlığında olan avtosalonun yaxınlığına gəlmişlər. Orada Nəcəf bağlamada olan pulu Müşviqə vermiş, sonuncu və İsmayıl isə Elçinin yanına getmişlər. O və Nəcəf isə avtomobildə gözləmişlər. O, Nəcəfə özünün də oraya getməsini desə də sonuncu Müşviqə etibar etdiyini və sonuncunun məsələni həll edəcəyini bildirmişdir. Təxminən 15 dəqiqə sonra Müşviqin idarə etdiyi “Mercedes Maybach” avtomobili ilə gələrək onun avtomobilinin yanında dayanmışlar. Nəcəf onun avtomobilindən düşərək “Mercedesə”, İsmayıl isə onun avtomobilində əyləşmişdir. Daha sonra Müşviq onun arxasınca gəlməyini bildirmişdir. Onlar “Mixək” kafesinə getmişlər. O, İsmayılı orada düşürüb getmişdir. Daha sonra gedən söhbətlərdən Müşviqin Nəcəfdən aldığı pulla Elçinə olan borcunu bağladığını, Nəcəfi isə aldatdığını öyrənmişdir. O, Müşviqin Nəcəfdən pulu borc kimi alıb-almadığını bilmir. Belə ki, onun yanında borc barədə hər hansı söhbət olmamışdır.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 9 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 26 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs “Range Rover” markalı avtomobil alacağına dair yalan vəd verərək Bakı şəhəri Nizami rayonu Babək prospekti 65 ünvanında Zərərçəkmiş şəxs 60.000 manat pul alaraq sonuncuya külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi faktına görə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə-Nizami RPİ-nin İŞ) müstəntiqi polis kapitanı X8 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (Cild 1, i. v. 1;).
14. Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisinə ünvanlanmış 27 fevral 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs 26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin ondan Babək prospekti “Astoria” otelin yaxınlığında avtomobil satışı yerində “Range Rover” markalı maşın almaq məqsədi ilə ümumilikdə 60.000 manat pul aldığını, lakin sonradan ona vəd etdiyi avtomobili almayaraq hər dəfə verdiyi vədə əməl etməməklə müxtəlif bəhanələr gətirərək onu aldatdığını qeyd edərək həmin şəxsin tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (Cild 1, i.v. 4;).
15. “Hadisə yerinə baxış keçirilməsi barədə” 27 fevral 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru Rəşad Məmmədov tərəfindən hadisə yerinə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən maşın alqı-satqısı ofisi, Babək prospektində yerləşən “Sərin” restoranının yanında üzü şəhər istiqamətinə getdikdə “Astoria” oteli keçəndən sonra yolun sağ tərəfində köhnə üç mərtəbəli ticarət obyektinin baş tərəfində yerləşir. Həmin yer köhnə ağ rəngli plastik örtüklə yığılmış, balaca həcmli bir ofisdir. Həmin ofisin sağ tərəfində 3 mərtəbəli köhnə tikili ticarət obyektinin 1-ci mərtəbəsində avtomobil ehtiyat hissələrinin satışı mağazası var. Qeyd olunan ofislə üzbəüz Babək prospekti yolun kənarında “Socar” yanacaq doldurma məntəqəsi vardır (Cild 1, i.v.7-10;).
16. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 7 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material istintaq aidiyyəti üzrə Nizami RPİ-nin İŞ-yə göndərilmişdir (Cild 1, i.v. 14-16;).
17. “Materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi Rafail Tağıyev tərəfindən Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir (Cild 1, i.v. 35-36;).
18. “Könüllü təqdim etmə və baxış keçirmə haqqında” 12 iyul 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa 6 ədəd “Range Rover” markalı avtomobilin fotoşəkilləri və 1 (bir) ədəd DVD disk təqdim edilmişdir. Zərərçəkmiş şəxs 6 ədəd “Range Rover” markalı avtomobilin fotoşəkillərini ona 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs “Whatsapp” proqramı vasitəsilə göndərərək 60.000 manata satıldığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 60.000 manat pul tələb etməsi, sonuncunun isə pulu qaytarmaq üçün ondan vaxt istəməsi məzmununda aralarında olmuş söhbət zamanı qeydə aldığı səs yazılarını 1(bir) ədəd DVD diskə köçürərək istintaqa təqdim etmişdir. Təqdim edilmiş DVD diskə baxış keçirilərkən içərisində 10 ədəd audio fayl olması, səsləndirdikdə iki nəfər şəxs arasında getmiş dialoqun həqiqətən də pul mübahisəsi ilə bağlı olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 6 ədəd “Range Rover” markalı avtomobil fotoşəkiləri və 1 ədəd DVD disk götürülməklə iş materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 47-50;).
19. “Baxış keçirilməsi haqqında” 12 iyul 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı Murad Quliyev tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha əyani şəkildə göstərərək təsdiq etməsi və hadisə yerinin Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən “Sərin” restoranından şəhərin mərkəzi istiqamətində gəldikdə yolun sağ tərəfində fəaliyyət göstərməyən üç mərtəbəli ticarət obyektinin qarşısında yerləşdiyi müəyyən olunmuşdur (Cild 1, i.v. 51-53;).
20. “Materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 16 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında toplanmış HK-1/678 nömrəli material ərazi aidiyyəti üzrə Nizami RPİ-yə göndərilmişdir (Cild 1, i.v. 58-61;).
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 17 sentyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmin tələbnamədən eyni zamanda görünür ki, Təqsirləndirilən şəxs mülki iş üzrə borclu fiziki şəxs və cavabdeh qismində 100000 manat pul öhdəliyi ilə bağlı axtarışda olmuşdur(Cild 1, i.v. 72-73;).
22. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs ərizəsi əsasında sonuncu müstəntiq Fərmail İmanov tərəfindən zərərçəkmiş şəxs qismində tanınmaqla ona hüquq və vəzifələri izah olunmuşdur (Cild 1, i.v. 80;).
23. “Cinayət işinin icraatının dayandırılması haqqında” 21 oktyabr 2024 və “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 9 noyabr 2024-cü il tarixli qərarlardan görünür ki, iş üzrə icraat müstəntiq Fərmail İmanov tərəfindən 21 oktyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxsin müəyyən olunmaması əsası ilə dayandırılmış, 9 noyabr 2024-cü il tarixdə isə iş üzrə dayandırılmış icraat təzələnməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 91; 93;).
24. “İttiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 9 noyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə tutulduqda Nizami RPİ-nin X9 təhvil verilməsi və iş üzrə icraatın təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxsin tutulanadək dayandırılması qərara alınmışdır (Cild 1, i.v. 95-96;).
25. Nizami RPİ-nin 23-cü PŞ-nin rəisi polis polkovnik-leytenantı Xəyal Şükürovun 17 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində axtarış işi açılmış Təqsirləndirilən şəxs 17 noyabr 2024-cü il tarixdə, saat 18:30da yaşadığı ünvan olan ünvan 4nin X9 təhvil verilmişdir (Cild 1, i.v. 100;).
26. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 17 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v.101;).
27. “Şübhəli şəxs qismində tutma haqqında” 17 noyabr 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild, i.v. 103-104; 114-115;).
28. “Üzləşdirmə aparmaq haqqında” 18 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı da sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Bentley” markalı avtomobilin pulunu ilkin ödəniş olan 3000 ABŞ dolları verdikdən sonra qalıq pulu 2 dəfəyə verdiyini, Nəcəfin ona verdiyi pulu Şahid1 “Bentley” markalı avtomobilə ödəniş olaraq vermədiyini, habelə “Mercedes Maybach” markalı avtomobili götürərkən ona ödəniş etmədiyini göstərmişdir (Cild 1, i.v. 130-133;).
29. “Üzləşdirmə aparmaq haqqında” 18 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı da sonuncunun üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla avtomobil alıb evlə barter etmək barədə razılaşdıqlarını göstərmişdir (Cild 1, i.v. 134-139;).
30. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 19 noyabr 2024-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v. 140-141;).
31. “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” və “Başqa yerə getməmək barədə qətimkan tədbirinin seçilməsi haqqında” 19 noyabr 2024-cü il tarixli qərar və bu barədə yazılı iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq Fərmail İmanovun vəsatəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən müdafiə edilməyərək Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və müstəntiq F.İmanovun qərarı ilə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 156-160;).
32. Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına ünvanlanmış 1 fevral 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyandan 17.000 (on yeddi min) manat məbləğində pul ona ödənilmişdir (Cild 1, i.v. 171;).
33. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 ərizəsi əsasında toplanmış material onunla Təqsirləndirilən şəxs arasında yaranmış münasibətin mülki xarakterli münasibətlər kateqoriyasına aid olması ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir (Cild 1, i.v. 172-175;).
34. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 4 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Range Rover” markalı avtomobilə dair göndərdiyi fotoşəkillər və aralarında pul tələbinə, həmçinin Təqsirləndirilən şəxs pul ödəmək üçün vaxt istəməsini əks etdirən səslər olan DVD disk və fotoşəkillər cinayət işi üzrə maddi sübut qismində tanınmaqla cinayət işinə əlavə edilmiş, həmçinin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurduğu maddi ziyandan 17.000 manat hissəsinin ödənilməsi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğundan 60.000 manat pulu ələ keçirildiyi ünvanın Bakı şəhəri Nizami rayonu Babək prospekti 65 ünvanında yerləşən “Sərin” restoranının yaxınlığı olmasının nəzərə alınması qərara alınmışdır (Cild 1, i.v. 177-185;).
35. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq F.İ.İmanov tərəfindən 21 fevral 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, qeyd edilən ittiham aktı həmin tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.191-199;).
36. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2025-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
37. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı 43000 (qırx üç min) manat maddi ziyan, 10000 (on min) manat mənəvi ziyan və ödənilmiş 249 (iki yüz qırx doqquz) manat dövlət rüsumu olmaqla, cəmi 53249(əlli üç min iki yüz qırx doqquz) manat məbləğində pulun tutulması və mülki iddiaçı qismində tanınması barədə 23 aprel 2025-ci il tarixdə mülki iddia verilmiş, həmin tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh kimi tanınmaqla onlara hüquq və vəzifələri izah edilmişdir (Cild 2;).
38. Zərərçəkmiş şəxs tərəfindən verilməklə notarial qaydada təsdiq edilmiş 30 aprel 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır (Cild 2;).
39. Zərərçəkmiş şəxs tərəfindən 7 may 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında təqdim edilmiş ərizədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmiş, bu səbəbdən onunla barışmış, ondan şikayətçi deyildir, ona qarşı iddiası və tələbi yoxdur, gələcəkdə də iddiası və tələbi olmayacaqdır. Qeyd olunanların nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxsin qanunvericiliklə nəzərdə tutulmuş cəzadan azad edilməsini, habelə mülki iddiadan imtina etməsi qəbul edilməklə mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir (Cild 2;).
40. Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 may 2024-cü il tarixli, 1(101)-1551/2024 saylı qərarından görünür ki, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 rəyi ilə məlum olmuşdur ki, X6 25 mart 2024-cü il tarixdə saat 10:20-də vəfat etmiş, sonuncuya məxsus meyitin üzərində heç bir xəsarət aşkar edilməmiş, onun ölümünə səbəb kardioskleroz xəstəliyinin kəskinləşməsi nəticəsində kəskin ürək çatışmazlığı olmuşdur (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
43. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
45. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
46. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
47. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
48. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
49. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
50. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
51. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından suiistifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.
52. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (qərarın 31-ci bəndi). Qeyd edilən qərarın 33-cü bəndinin 2-ci abzasına əsasən dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yarandıqda onun dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında, belə əmlak məhv edildikdə və ya itirildikdə isə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilir.
53. Məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə özünə bazar qiymətlərinə münasibətdə təxminən 15000 manat daha ucuz qiymətə avtomobil (“Range Rover”) almaq istəyən Zərərçəkmiş şəxs ilə əlaqə yaradıb zahiri görkəmi və davranışları ilə sonuncuda özünə qarşı etibarlı şəxs obrazı yaradaraq (formalaşdıraraq) etibarından sui-istifadə etməklə zərərçəkmiş şəxsi aldatmış və ələ keçirdiyi külli miqdarda pulların əksəriyyətini ilkin ödənişlə aldığı avtomobilin qalıq ödənişinin ödənilməsinə xərcləmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin bazar qiymətindən daha ucuz qiymətə avtomobil almaq istəməsi və aralarında ortaq tanışları vasitəsi ilə yaranmış etibarlı münasibətdən (inamdan) suiistifadə edərək ona guya daha ucuz qiymətə həmin avtomobili təşkil edə biləcəyini təklif edib birdəfəlik olmaqla həmin avtomobilin tam ödənişini ondan alaraq verdiyi vədə əməl etmədən müxtəlif bəhanələrlə onu yubadaraq guya ona verilmiş pulu başqa şəxsə (İsmayıl Təmoyevə) verdiyini bildirərək vədinə əməl etməyib məsuliyyətdən yayınmağa çalışmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi zərərçəkmiş şəxsə qarşı hər hansı dələduzluq niyyətinin olmaması, o cümlədən sonuncudan aldığı ödənişin əhəmiyyətli hissəsini (51.000 manatı) guya ondan daha əvvəl başqa bir iş üzrə cinayət məsuliyyətinə cəlb edilməklə sonradan vəfat etmiş İsmayıl Təmoyevə verməsi, lakin sonuncunun ona da zərər vuraraq onu aldatması, habelə əlaqələrinin kəsilməsi ilə əlaqədar ondan pulunu ala bilməməsi, ümumilikdə 60.000 manat puldan guya yalnız 9.000 manat pulun ona çatmasını bildirməsi və işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
54. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü ona ittiham elan edilmiş əməl üzrə təqsirli bilməsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.
55. Belə ki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs özünə qarşı etibarlı şəxs obrazı yaratmaqla Zərərçəkmiş şəxs inam və etibarından sui-istifadə edərək guya bazar dəyərindən daha ucuz qiymətə avtomobil alacağını vəd edərək almağı vəd etdiyi həmin avtomobilin ödənişini zərərçəkmiş şəxsdən tam şəkildə alıb öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxsə verdiyi vədə əməl etməyib aldadaraq sonuncudan bütövlükdə (tam şəkildə) almış olduğu cəmi 60.000 manat pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir.
56. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün məhkəmədə və məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə yanaşı zərərçəkmiş şəxs və çoxsaylı şahid ifadələri, üzləşmə protokolları, eləcə də digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
57. Belə ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə görə CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
58. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
59. Beləliklə, məhkəmədə tədqiq edilən mötəbər və mümkün sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir.
60. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 178.3.2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
61. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
62. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
63. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
64. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
65. Məhkəmə CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməklə aradan qaldırılmasını, CM-in 59.2-ci maddəsinə əsasən 51 yaşında olmaqla əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, himayəsində iki övladı olmaqla ailədə yeganə gəlir gətirən şəxs olmasını və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
66. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
67. CM-in 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
68. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
69. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.
70. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hazırkı iş üzrə 17 noyabr 2024-cü il tarixdən 19 noyabr 2024-cü il tarixədək 2 (iki) gün müddətində tutulmuş, 19 noyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
71. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb qeyd edir ki, Təqsirləndirilən şəxs 17 noyabr 2024-cü il tarixdən 19 noyabr 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddətin ona təyin ediləcək ümumi cəza müddətinə hesablanması nəzərə alınmalıdır.
72. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
73. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.
74. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
75. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.
76. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
77. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin.
78. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməklə sonuncuya dəymiş ziyanın tam şəkildə ödənilməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, o cümlədən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkumluğunun olmaması, habelə məhkəmə icraatı dövründə davranışı nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz.
79. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu, eləcə də ümumilikdə ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir.
80. CM-in 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər.
81. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək, ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
82. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır.
83. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
84. Məhkəmə həmçinin iş üzrə verilmiş mülki iddiaya da münasibət bildirməyi zəruri hesab edir.
85. Belə ki, CPM-in 89.1–ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır.
86. CPM-in 179-cu maddəsinə əsaəsn cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.
87. CPM-in 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq məhkəmə iddianın rədd edilməsi, tam və ya qismən təmin edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərar çıxara bilər.
88. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinin tələbinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Belə olan halda, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasından imtina etməsi qəbul edilməli və onun mülki iddiası üzrə icraata xitam verilməlidir. Maddi ziyanın tam həcmdə ödənilməsi nəzərə alınmalıdır.
89. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan səs yazılarının əks olunduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır.
90. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə məsrəfləri yoxdur.
91. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
92. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
93. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs 17 noyabr 2024-cü il tarixdən 19 noyabr 2024-cü il tarixədək tutulduğu 2(iki) gün müddət ümumi cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək, ailəsinə maddi yardım göstərmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs mülki iddiadan imtinası qəbul edilsin və mülki iddiaya xitam verilsin. İş üzrə maddi sübut olmaqla Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan səs yazılarının əks olunduğu 1 (bir) ədəd DVD diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.