Məhkəmə qərarları › İş №1(101)-1102/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1102/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1102/2021 08.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X4 və X8 qızı, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X11, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 27 avqust 1994-cü il tarixdə Naxçıvan MR-nın Kəngərli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, işsiz, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “Polisin nəzarəti altma vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Çiçək” Yaşayış Massivində yerləşən 89 nömrəli binanın arxa hissəsində tanışı Zərərçəkmiş şəxs Mülayim oğlunun yaşadıqları məhəllədə narkotik vasitələr istifadə edərək etik-davranış qaydalarına riayət etməməsi, idarə etdiyi avtomobili yüksək sürətlə hərəkət etdirməsi, “qız-gəlinə” söz atması barədə hərəkətlərini sonuncunun qardaşına məlumat verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı hadisə yerinə bıçaqla gəlmiş Zərərçəkmiş şəxs əlindən bıcaqı alıb həmin bıçaqla sonuncunun sol bud nahiyyəsindən üç dəfə, daha sonra sol qolundan bir dəfə, döş qəfəsinin sol yan hissəsindən bir dəfə vuraraq Zərərçəkmiş şəxs sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yaraları və sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yarası hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və döş qəfəsinin sol-yan səthinin daxilə nüfuz edərək böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə bir yerdə ünvan 2 ünvanında yaşayır və güləş idman növü ilə məşğul olur. Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlunu hadisədən 3-4 ay əvvəl məhlə sakini kimi tanımışdır və onun taksi fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. Həmçinin məhəllə sakinlərindən Zərərçəkmiş şəxs «kakos» adlanan narkotik vasitə sataraq gəncləri yoldan çıxardığını, həmçinin dəfələrlə onların yaşayış binasının blokunda da narkotik vasitə qəbul etdiyini, oradan keçən qız gəlinə söz atdığını eşidib bilmişdir. Bundan başqa mərhum Zərərçəkmiş şəxs narkotik vasitə istifadə edərək taksi fəaliyyəti ilə məşğul olduğu avtomobili təhlükəli vəziyyətdə məhəllə sakinlərinin, eləcə də onun özünün üzərinə sürdüyünə görə dəfələrlə məhəllə sakinləri ona irad bildirmişlər, onun bu kimi hərəkətləri məhəllə sakinlərini qorxutmuşdur. Amil Səfərli məhəllə sakinlərinin iradlarına məhəl qoymadığından o, Amilin özündə olmadığı, aralarında xoşa gəlməz söhbətlər yaranmaması üçün Amilin özünə deyil, qardaşına şikayət etməyi və Amilin hərəkətləri barədə qardaşına deməyi qərara almışdır. Belə ki, 15 dekabr 2020-ci il tarixdə günorta saatlarında Amilin qardaşı Aqilin mobil nömrəsini taparaq özünə məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə Aqilə zəng edərək onunla salamlaşaraq özü barədə Aqilə məlumat vermişdir. Aqillə danışığı zaman ona “sənin qardaşın Amil qəsəbədə idarə etdiyi avtomobilini qəsəbə sakinlərinin və mənim üzərimə sürür, narkotik vasitə qəbul edərək ağzına gələni danışır, qız gəlinə söz atır və bu kimi xoşa gəlməz hərəkətlər edir” sözlərini deyərək Aqildən xahiş etmişdir ki, qardaşının bu kimi hərəkətlərinin qarşısını alsın. Aqil isə ona bildirmişdir ki, işləri ilə bağlı Bakıda tez tez olmur, yəni Rusiya Federasiyasında olur, qardaşını heç düz əməlli görə bilmir. Həmçinin Amil ona “sən özün Amillə görüş iradını bildir, özü də qardaşı ilə bu barədə danışcaq” sözlərini demişdir və zəngi sonlandırmışdır. Həmin gün saat təqribən 19 radələrində evdə olarkən telefonuna zəng gəlmiş, o, zəngə cavab verdikdə zəng edənin Amil olduğunu bilmişdir. Amil telefonda ona qardaşına zəng vurduğuna görə kobud danışmış, niyə onun qardaşına şikayət etdiyini demişdir. O isə Amilə cavab olaraq qardaşı ilə danışdığını, qardaşının onu başa salacağını bildirmişdir və telefonu söndürmüşdür. Bundan sonra Amil təkrar ona zəng etmiş, onun ünvanına nalayiq ifadələr işlədərək demişdir ki, kişisənsə gəl görüşək və üz-üzə məsələyə aydınlıq gətirək. O, yenədə mobil telefonu söndürmüşdür. Elə həmin vaxtı yaşadığı evin qapısını kiminsə döydüyünü eşitmiş və başa düşmüşdür ki, qapılarını döyən Amildir. Evdə ona qapını açmamağı demişlər, lakin o Amilin bu hərəkətlərinə dözməyib qapını açmış və həmin vaxt Amilin əlində bıçaq görmüşdür. O, Amilə evinə niyə hücum çəkdiyini, etdiyi hərəkətin ayıb olduğunu deyəndə, Amil ona demişdir ki, ayıb bilən oğlansansa gəl söhbətimizi edək. Belə olan halda yaşadığı mənzildən çıxaraq Amillə binanın arxasında görüşmüş, lakin həmin vaxt ətrafda heç kim olmamışdır. Amil ona niyə qardaşına şikayət etdiyini soruşmuş, o isə cavabında Amil ondan yaşca böyük olduğuna görə, qardaşının da onun etdiklərindən məlumatı olması üçün onun qardaşı ilə danışdığını bildirmişdir. Bu zaman Amil onu yenə də təhqir etməyə başlayaraq əlində olan bıçağı anidən onun sifət nahiyyəsindən hərləmiş, onun özü güləşlə məşğul olduğundan Amil ona güc gəlməsinə imkan verməmiş, Amil ondan bədəndən iri olduğuna baxmayaraq o, güləş fəndindən istifadə edərək Amilin onu vuracağına şərait yaratmamışdır, hətta Amili döymək fikri də olmamışdır. O, fikirləşmişdir ki, Amilə fənd işlədərək yerə yıxıb çıxıb getsin. O, bu zaman bıçağı Amilin əlindən almağa çalışmışdır. Çünki, Amilin əlində olan bıçaqla bacara bilmədiyi üçün düşünmüşdür ki, fənd işlədərək bıçağı Amilin əlindən alsın, yoxsa Amil bıçaqla onu vura bilərdi. Bıçağı Amilin əlindən alarkən onlar ikisidə əyilmiş vəziyyətdə olan zaman hiss etmişdir ki, bıçaq Amilin sol qoluna batmışdır. O, bıçağı Amildən almağa çalışan zaman bıçaq Amilin sol buduna dəymiş, lakin o, Amili vurmaq niyyətində olmamışdır. Bu zaman Amil onun digər əli ilə qolunu bururmuş. O, Amilin bıçaq olan əlindən tutan vaxt Amil sol böyrü üstə əyilmiş vəziyyətdə olmuşdur. Anidən bıçaq Amilin döş qəfəsinin sol yan tərəfinə batdıqdan sonra Amil bıçaqdan əlini çəkmişdir. O, bıçağı Amildən alıb oradan uzaqlaşmış, bıçağı isə yadında qalmayan yerə tullayıb qaçmışdır. Həmin zaman o, möhkəm qorxmuş və bu səbəbdən qardaşı Sənana zəng vurub bu barədə məlumat vermişdir. Sonradan eşitmişdir ki, Sənan hadisə yerinə gedib Amili oradan götürərək xəstəxanaya aparmışdır. Sonra Amilin sağaldığını bilib onunla görüşmüş və həmin mübahisə ilə bağlı üzrxahlıq etmişdir. Amil sağaldığından, onun özünün də hüquqi savadı olmadığından polisə getməmişdir. Lakin sonradan polisdə onun barəsində axtarış elan edildiyini eşidib bilən kimi könüllü olaraq gedib təslim olmuşdur. Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlunu məlum hadisədən təxminən 3-4 ay əvvəl məhəllə sakini olaraq taksi sürücüsü kimi tanımışdır, onunla yaxın münasibətləri olmamışdır. Hadisədən əvvəl Amil onların məhəllələrində qızagəlinə söz atdığına, narkotik vasitələrdən istifadə etdiyinə, taksi sürərkən təhlükəli sürərək məhəllə sakinlərini, eləcə də onun özünü qorxutduğuna görə o, Amilin qardaşına zəng vurmuş, bu da Amili əsəbləşdirmiş və onunla telefon əlaqəsi saxlayaraq ona nalayiq söyüşlər söymüşdür. Hadisə baş verən zaman hadisə yerində Amillə onun özü olmuşlar, onlardan başqa heç kim olmamışdır. Hadisə günü Amil özü əvvəlcə ona zəng etmiş, sonra isə onun yaşadığı evə gələrək qapını döymüş və onu gedib söhbət etməyə çağırmışdır. Hadisədən əvvəl, eləcə də hadisə zamanı onun Amilə hər hansısa xəsarət yetirmək, onu öldürmək kimi niyyəti olmamışdır. Amil onların qapısında olarkən Amilin əlində bıçaq olduğunu görmüşdür. Həmin vaxt hava qaranlıq olduğu üçün bıçaqa diqqətlə fikir verməmiş, lakin həmin bıçağın mətbəx bıçağı olmasını güman edir. Hadisə zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Zərərçəkmiş şəxs Amil Səfərli əvvəlcə onu telefonda nalayiq söyüşlərlə söymüş, daha sonra özü onun evinə gələrək ona həyətə düşməyi demişdir. Hadisə zamanı Amil bıçağı ona tərəf yönəldəndə o güləşçi olduğundan fənd işlədərək müdafiə məqsədilə bıçağı onun əlindən almaq istəmişdir. Lakin həmin zaman bıçaq Amilin sol qoluna batıb, daha sonra bıçağı almağa çalışarkən bıçaq sol buduna batmış, daha sonra isə döş qəfəsinə batmışdır. Hadisədən sonra o çox qorxduğundan hadisə yerindən uzaqlaşmışdır. Lakin qardaşına hadisə barədə xəbər vermişdir ki, qardaşı Amilə köməklik göstərsin. Amili xəstəxanaya onun qardaşı çatdırmışdır, Amilin bütün xəstəxana xərcləri onun ailəsi tərəfindən ödənilmişdir. Onun özü Amil sağaldıqdan sonra onunla görüşmüş və ona üzrxahlıq etmişdir. Son olaraq bildirmişdir ki, törətdiyi əməldən peşmandır və etdiyi əməldən hazırda hədsiz dərəcədə utanır. Odur ki, barəsində olan azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X9 2016-cı ildən Xırdalan Məscidindən tanıyır. Onunla Məsciddə namaza gedərkən tanış olmuşlar, amma onunla yaxın münasibəti olmamışdır. Zərərçəkmiş şəxs Mülayim oğlunu Sulutəpə-Çıçək qəsəbəsindən tanıyır. Amilin barəsində məhəllə sakinlərindən eşitmişdir ki, o, əvvəllər məhkumluq həyatı yaşamış və türmədən çıxandan sonra həmin məhlədə yaşamışdır. Amil əvvəllər məhəllədə kafe işlətmiş, sonradan isə taksi kimi işləməyə başlamışdır. Amil məhəllədə yaxşı hörmətə malik olmamışdır. Ona görə ki, Amil məhəllədə narkotik vasitə sataraq gəncləri yoldan çıxarmış, Amil narkotikin təsiri altında olduğundan məhəllədən keçən qız gəlinə söz atmış, demək olar ki, Amil bu kimi hərəkətləri ilə həmin qəsəbədə yaşayan sakinləri bezdirmişdir. Hamı ondan şikayətlənirmiş, lakin Amil buna baxmayaraq heç kimi saymamışdır. Hətta bir dəfə Amilin, Haldunun üzərinə idarə etdiyi Mercedes markalı avtomobili sürdüyünün və aralarında sözlə mübahisə baş verdiyinin şahidi olmuşdur. Həmin vaxtı Haldunu sakitləşdirərək oradan uzaqlaşdırmışdır. Sonra eşitmişdir ki, Haldun Amilin qardaşı Aqilin mobil nömrəsinə zəng edərək Amilin hərəkətlərindən ona şikayət edərək bunun qarşısım almasını xahiş etmişdir. Belə olan halda Amil bundan əsəbləşərək Haldunun evinə hücum çəkmiş və Haldunu söhbətə çağırmışdır. Belə olan halda aralarında yaranmış mübahisə zamanı Amil Haldunun üzərinə bıçaq çıxarmış və sonuncunu vurmaq istəmişdir. Lakin Haldun özünü müdafiə etmək istəyərkən bıçaq Amilə dəymiş və nəticədə xəsarət almışdır. Həmin vaxtı o, hadisəni eşitdikdə ora gəlmiş və eşitmişdir ki, Amili xəstəxanaya aparmışlar. Həmçinin qeyd emişdir ki, Haldun hadisə barədə həmin vaxtı ailəsinəməlumat vermiş və Amili xəstəxanaya aparmalarını bildirmişdir. Amil xəstəxanaya aparılmış, lakin Amili kimin xəstəxanaya aparmasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərərək sonuncunun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Binəqədi rayon şöbəsinin məhkəmə-tibbi eksperti vəzifəsində işləyir. İş üzrə Zərərçəkmiş şəxs Mülayim oğlunu canlı olaraq deyil, artıq öldükdən sonra istintaq orqanının qərarına əsasən müayinə etmişdir. O, meyiti müayinə edəndə artıq 8 saat əvvəl ölüm faktı reallaşmışdır. Belə ki, Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlu 15.12.2020-ci il tarixdə saat 19:50-də Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına “Döş qəfəsinin sol yarısının və sol baldırın kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə daxil olmuşdur. Xəstə dərhal əməliyyat otağına verilmiş, xəstəyə laparotomiya icra olunmuşdur. Son klinik diaqnoz sol qabırğaaltı nahiyənin daxilə keçən kəsilmiş-deşilmiş yarası, sol bazunun, sol budun çoxsaylı kəsilmiş-deşilmiş yaraları, burunun sınığı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlu 16.12.2020-ci il tarixdə saat 14:11-də “Da Vinçi” hospitalına “Sol qabırğaaltı nahiyənin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası” diaqnozu ilə daxil olmuşdur. Klinik diaqnoz sol qabırğaaltı nahiyənin daxilə keçən kəsilmiş-deşilmiş yarası, daxili qanaxma, sol budun kəsilmiş-deşilmiş yaraları, sol bazunun kəsilmiş-deşilmiş yarası olmuşdur. Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlunun meyitində bu kimi xəsarətlər aşkar edilmişdir: döş qəfəsinin sol-yan səthinin daxilə nüfuz edərək böyük piyliyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin 1 (bir) ədəd, sol bud nahiyəsinin 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin və qarının ön səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlunun ölümünə səbəb ağ ciyərlərin kəskin irinli absesləşən pnevmoniyası iki tərəfli plevrit və kəskin irinli nefrit ilə əlaqədar inkişaf edən sepsisin (septikopiemiyanın) törətdiyi orqanizmin ümumi intoksikasiyası olmuşdur. Beləliklə, mərhum Zərərçəkmiş şəxs Mülayim oğlunun ölümü ilə ona 15.12.2020-ci il tarixdə yetirilmiş xəsarətlər arasında səbəbli əlaqə yoxdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs Mülayim oğlunun ölümü meyitin meyitxanada müayinəsi başlanandan (11.01.2021-ci il tarixdə, saat 10:45-də meyitin müayinəsi başlanmışdır) 6-8 saat əvvəl baş vermişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, meyitin üzərində 5 ədəd xəsarət olub, həmin xəsarətlərin mərhumun özü tərəfindən və ya yıxılma nəticəsində baş verməsi mümkün deyil. əlbəyaxa dava zamanı da həmin xəsarətlər ola bilməzdi. Hadisədən 19 gün sonra, yəni artıq ölüm faktı reallaşan zaman ekspertiza keçirilmişdir. Ağciyər xəstəliyinin kəskinləşməsinin bıçaqla olan xəsarətlə əlaqəsi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əri Mülayim Səlimov 10 ildir ki, dünyasını dəyişib. Həmin nigahdan üç oğlu, bir qızı vardır. Bir oğlu 7 ilə yaxındır ki, rəhmətə getmişdir. Digər oğlu Aqil yük daşıma kamazla Moskvaya meyvə-tərəvəz daşıyır. Zərərçəkmiş şəxs Mülayim oğlu onun oğludur. Amil Rusiya Federasiyasında yaşamışdır. Zərərçəkmiş şəxs Rusiya Federasiyasında 18 il həbsdə yatmışdır. Lakin hansı səbəbdən həbsdə yatması barədə məlumatı yoxdur. Amil iki il olardı ki, Rusiya Federasiyasından Azərbaycana gəlmişdir. Həmin vaxtdan Bakı şəhəri Binəqədi rayonu Çiçək qəsəbəsində Rabitə binaları adlanan binanın 2-ci mərtəbəsində yaşamışlar. Amil səhətində olan xəstəliklə bağlı Rusiyada yaşaya bilməmişdir. Ona görə ki, Amil vərəm xəstəsi olmuşdur. Amil rəsmi ailəli olmamışdır. Lakin, Ağsu rayonundan olan bir qadınla qeyri rəsmi yaşayırmış. Amil özünə məxsus Mercedess markalı avtomobillə taksi kimi işləyirmiş, həmin avtomobili ona digər oğlu Aqil almışdır. Baş vermiş hadisə ilə bağlı göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, baş vermiş hadisədən sonra bilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə-Çiçək qəsəbəsində yaşayan olmuşdur. Hadisəndən sonra ona məlum olmuşdur ki, Haldun Amilin barəsində kiçik oğlu Aqilə zəng edərək Amilin xoşa gəlməz hərəkətləri barədə şikayət etmişdir. Aqil də Halduna demişdir ki, özünüz görüşüb qaydasına qoyun. Həmin vaxtı Aqil zəng edərək Amili telefonda danlamışdır. Belə olan halda X29 zəng etdiyinə görə əsəbləşərək onunla görüşmüş və görüş zamanı aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Haldun bıçaqla oğlu Amili vurub xəsarət yetirmişdir. Bu zaman Amil yıxılıb yerdə qalmışdır. Həmin vaxtı Haldun törətdiyi hadisə barədə öz qardaşına telefonla məlumat vermişdir. Belə olan halda Haldunun qardaşı Amili xəstəxanaya aparmışdır. Amil bir neçə gün xəstəxanda yatmış və 23.12.2020-ci il tarixdə xəstəxandan çıxaraq evə gəlmişdir. Amil xəstəxandan çıxandan sonra yənə də taksi kimi işləməyə başlamış, xəstəxandan çıxandan sonra Haldunla da barışmışdır. Lakin 11.01.2021-ci il tarixə keçən gecə Amilin ağ ciyərlərinin ağrısı tutmuş, həmin vaxtı Aqil onu xəstəxanaya aparmışdır. Lakin xəstəxanada Aqilə həkimlər demişdir ki, Amilin ağ ciyərləri artıq sıradan çıxmış və evə aparılmasını demişdir. Belə olan halda Aqil Amili evə gətirmiş və Amil həmin günü saat 02 radələrində evdə rəhmətə getmişdir. (cild 1. iş vər. 112-119). Məhkəmə iclasında ifadəsi elan edilməklə ibtidai istintaq zamanı şahid qismində dinriilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Haldun əvvəllər mühafizə xidmətində işləmişdir, Hazırda isə heç bir işlə məşğul olmur. Onu da qeyd etmişdir ki, Haldun güləş idman növü ilə məşğul olmuş, bununla bağlı rezultatlarıda olmuşdur. Zərərçəkmiş şəxs Mülayim oğlunu yaşadığı məhəllədən tanıyır. Amma onunla yaxm münasibətim olmayıb. Amil taksi fəaliyyəti ilə məşğul İduğu üçün tanımışdır. Mahiyyəti üzrə bildirmişdir ki, son vaxtlar Amil məhlədə «kakos» adlanan narkotik vasitə sataraq gəncləri yoldan çıxrırmış, həmçinin də Amil dəfələrlə onların yaşayış binasının blokunda da narkotik vasitə qəbul edirmiş və oradan keçən qız gəlinə söz atırmış, demək olar ki, Amil bu kimi hərəkətləri ilə həmin qəsəbədə yaşayan sakinləri bezdirmiş və hər kəs Amildən şikayətlənirmiş. Lakin Amil buna baxmayaraq heç kimi əhəmiyyət verməmişdir. Hətda dəfələrlə hallı olduğu vaxda onun və digər sakinlərin üstünə də avtomobil sürmüşdür. 15 dekabr 2020-ci il tarixdə saat 19 radələrində yaşadıqları evdə olan zaman qardaşı Haldun ona bildirmişdir ki, Amilin hərəkətləri barədə qardaşı Aqilə danışmışdır. Onlar evdə olan zaman yaşadıqları evin giriş qapısı döyülmüş, qapını döyən isə Amil olmuşdur. Haldun qapını açan zaman görmüşdür ki, Amilin əlində bıçaq var. Haldun Amilə demişdir ki, ayıbdır, evə niyə hücum çəkmisən. Amil isə Halduna sərt şəkildə gedib söhbət etmələrini bildirmişdir. O, Halduna getməməsini bildirmiş, Haldun da evdən çıxaraq Amillə bərabər həyətə düşmüşdür. Haldun evdən çıxan zaman ona arxası ilə gəlməməyimi bildirmişdir. Təxminən 10 dəqiqə sonra Haldun onun mobil telefon nömrəsinə zəng vurub bildirmişdir ki, Amili yaşadıqları binanın arxa hissəsində bıçaqla vurmuşdur. O, dərhal həmin yerə getmiş, həmin yerə çatan zaman görmüşdür ki, Amil yerdə oturmuş vəziyyətdədir. O, Amilə köməklik edib yaşadıqları binanın qarşısına gətirmiş, həmin avxt tanımadığı taksi sürücüsü ilə Amili xəstəxanaya aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Amil qardaşı Haldunla mübahisə edən zaman bıçaqla Haldunun üzərinə hücum çəkmiş, qardaşı Haldun bıçağı Amilin əlindən almaq istəyən zaman bıçaq Amilin döş qəfəsinin sol yan hissəsinə batmışdır. Bundan sonra ailəsi tərəfindən Amilin xəstəxana xərcləri ödənilmişdir. (cild 1, iş vər. 144-147). Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, cinayət işində olmaqla məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 dekabr 2020-ci il tarixli qərardan görünür ki, 15.12.2020-ci il tarixdə saat 20:00-da Mərkəzi Xəstəxananın tibb bacısı Əliyeva məlumat verərək bildirmişdir ki, 1976-cı il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində Rabitə binaları adlanan binanın 2-ci mərtəbəsində yaşayan Zərərçəkmiş şəxs sol döş qəfəsinin sol yarası və sol baldırın kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya daxil olması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 126.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (cild 1, iş vər. 1). “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 dekabr 2020-ci il tarixli protokoldan VƏ fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək yaşayış massivində yerləşən 89 saylı binnaın arxa hissəsinə baxış keçirilmişdir. Həmin yer, binanın arxa hissəsi olmaqla, üç ədəd qaz boruları keçir. Hadisə yerinə baxış zamanı yerdəqana bənzər ləkələr aşkar edilməmişdir. Həmçinin hadisə yerinə baxış zamanı cinayət aləti olmuş hər hansı bir predmet aşkar edilməmişdir. Hadisə yerində, yəni binanın arxa hissəsindən 1,5 metr aralı məsafədə misar daşımadan hasar vardır. HadisƏ yerindən təxminən 10-20 metr aralı məsafə yoxlanılmış, lakin həmin yerdə qana bənzər ləkələr və hadisənin baş verilməsinə səbəb olan hər hanı bir əşya aşkar edilməmişdir. (cild 1, iş vər. 4-5). İş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis mayoru Nizami Süleymanov həmin bölmənin rəisinə raportla məruzə edərək bildirmişdir ki, 15.12.2020-ci il tarixdə saaat 20:00-da Respublika xəstəxanasından t/b Əliyeva telefonla məlumat vermişdir ki, Binəqədi rayonu, Çiçək qəsəbəsində yaşayan 44 yaşlı Səlimli X22 qəfəsin sol yarsın və sol baldırının kəsilmiş deşilmiş xəsarəti ilə xəstəxanaya müraciət etmişdir, məlumatın 2 NK-da qeydiyyata alınmasına göstəriş verməyinizi xahiş edirəm. (cild 1, iş vər. 11). “Zərərçəkmiş şəxs kimi tanıma haqqında “ 24.12.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Mülayim oğlu iş üzrə zərərçəkmiş şəxs kimi tanınmaqla ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri elan və izah olunmuşdur. (cild 1, iş vər. 13). “Məcburi gətirmə barədə” 04 yanvar 2021-ci il tarixli qərardan görünür ki, 27.08.194-cü il təvəllüdlü ünvan 5 ünvanında qeydiyyatda olan X12 məcburi qaydada Binəqədi RPİ-nin 40-cı PB-nə həvalə edilməlidir. (cild 1, iş vər. 26). Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi RPİ-si 40-cı Polis Bölməsinin rəisi tərəfindən Binqəədi RPİ-nin İŞ-nin müstəntiqi Rövşən Cavadova 11.01.2021-ci il tarixli 064-957-1221 saylı məktubundan görünür ki.ş Binəqədi rayonu Çiçək qəsəbəsi Rabitə Binaları adlanan binanın 2-ci mərtəbəsində yaşayan Zərərçəkmiş şəxs Mülayim oğlunun sol döş qəfəsinin sol yarısı və sol baldırın kəsilmiş deşilmiş yarası xəsarəti yetirən Binqədi rayonu Sulutəpə qəsəbəsi ev 89/89 ünvanında qeydiyyatda olan X6 yerini müəyyən etmək üçün ssakinlərlə kəşfiyyat xarakterli söhbətlər aparılmış, əlaqədə olan şəxslərə məlumat verilmiş lakin müsbət nəticə əldə etmək mümkün olmamış, vətəndaş X6 və hadisənin şahidi ola biləcək şəxslərin yerini müəyyən etmək üçün tərəflərindən tədbirlərinin həyatta keçirildiyini bildirmişdir. (cild 1, iş vər. 29). “Şəxsin şübhəli şəxs qismində tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edələrək barəsində axtraış elan edilmişdir. (cild 1. iş vər. 30). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi üzrə icraat dayandrıılmışdır. (cild 1, iş vər. 34). Azərbaycan Respubliaksı DİN Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini Vəfalı Həsənalıyevin həmin idarənin İŞ-nin rəisinə 12.01.2021-ci il tarixli məktubundna görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 126.1-ci maddəsi ilə təqsirləndirilən X12 barəsində 11.01.2021-ci il tarixdə 40848 nömrəsi iləaxtarış işi açılmışdır. (cidl 1, iş vər. 36). İş materiallarında olan Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı Azər Süleymanov həmin İdarənin rəisinə raportla məruzə edərək, 11.01.2021-ci il tarixdə saat 06:60-də 17 saylı TTYS-dən həkim İbadova məlumat vermişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsində yaşayan 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ağciyərlərin kəskin absesləşən pnevmaniyasıdna ölmüşdür. Zərərçəkmiş şəxs Mülayim oğlunun ölməsi barədə raport Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Rövşən Cavadovun icraatında olan ********* saylı cinayət işinə əlavə olunmasına göstəriş verilməsini xahiş etmişdir. (cidl 1, iş vər. 37). Binəqədi RPİ-nin 40-cı PB-nin məsul növbətçi əvəzi, polis baş-leytnantı İlkin İsmayılov raportla həmin bölmənin rəisinə məruzə edərək bildirmişdir ki, 11.01.2021-ci il tarixdə saat 06:60-də 17 saylı TYS-dən həkim İbadova məlumat vermişdir ki, Bakı şəhəri , Binqəədi rayonu, Çiçmək qəsəbəsində yaşayan 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ağciyərlərin kəskin absesləşən pnevmaniyasından ölmüşdür. (cild 1, iş vər. 38). “Cinayət işi üzrə icraatın təzələnməsi və icraat qəbul edilməsi haqqında” 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15.12.2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binqəədi rayonu, Sulutəpə-Çiçək qəsəbəsində 4 mərtəbəli yaşayış binasının araxasında bir qədər əvvəl Zərərçəkmiş şəxs qardaşı Aqil Səlimova telefon vasitəsi ilə Zərərçəkmiş şəxs qəsəbədə avtomobili dəfələrlə üzərinə sürdüyünü, yaşadığı blokun qarşısında narkotik vasitə qəbul etməsi, qəsəbə sakinlərinə qarşı hörmətsizlik etməsini irad kimi bildiriyi üçün Zərərçəkmiş şəxs qəsəbə avtomobili dəfələrlə üzərinə sürdüyünü yaşadığı blokun qarşısında narkotik vasitəqəbul etməsi, qəsəbə sakinlərinə qarşı hörmətszilik etməsini irad kimi bildirdiyi üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Göstərilənlərər əsaasən ********* nömrəli cinayət işi icraatın təəzlənməsi və istintaqın davam etdirilməsi qərar alınmışdır. (cidl 1, iş vər. 40). “Axtarışda olan şəxsin könüllü gəlməsi barədə 26 yanvar 2021-ci il tarixli protokoldan görünü rki, X1 olaraq axtraışda olduğu üçün 26.01.2021-ci il tarixdə Binəqədi RPİ-nə gəlmişdir. X12 bdirlimişdir ki, onun axtraışda olması barədə xəbəri olmayıb və bu barədə məlumat alan kimi dərhal Binqəədi RPİ-nə gəlmişdir. (cild 1, iş vər. 44). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və müdfiəçilərin iştirakı ilə ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vər. 61). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, X6 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binqəədi RPİ-nin İŞ-in müstəntiqi Rövşən Cavadovun 26.01.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi qərara alınmış, təqsirləndirilən şəxs X6 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 82-83). “Qətimkan tədbirinin seçilməsi haqqında” 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X6 barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (cidl 1. İş vər. 84-85). “İfadənin yerində yoxlanılması haqqında” 27 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X12 Bakı şəhəri, Binəqədi rayonuSulutəpə qəsəbəsi, “Çiçək” Yaşayış Massivində yerləşən 89 nömrəli binanın arxa hissəsinə gələrək göstərmişdir ki, 15.12.2020-ci il tarixdə saat 19 radələrində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə həmin yerdə mübahisə etmiş, yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üzərində olan bıçaqla baxara bilmədiyi üçün düşünmüşdür ki, fən işlədərək bıçağı Amilin əlindən alsın, yoxsa Amil bıçaqla onu vuracaqdır. Bıçağı Amilin əlindən alarkən onlar ikisidə əyilmiş vəziyyətdə olan zmana hiss etmişdir ki, bıçaq Amilin sol qoluna batmışdır. O, bıçağı Amildən almağa çalışan zaman Amilin sol buduna dəirmiş, lakin o. Amili vurmurmuş. Bu zman Amil onun digər əli ilə qolunu burmuşdur. O, Amilin bıçaq oaln əlindən tutan vaxt Amil sol böyrü üstə əyilmiş vəziyyətdə olmuşdur. Anidən bıçaq Amilin döş qəfəsinin sol yan tərəfinə batdıqdan sonra Amil bıçaqdan əlini çəkmişdir. (cild 1, iş vər. 88). Məhkəmə-tibbi ekspertizasının 09.02.2021-ci il tarixli 06 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs Mülayim oğlu 15.12.2020-ci il tarixdə saat 19:50-də Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanasına “Döş qəfəsinin sol yarısının və sol baldırın kəsilmiş-deşilmiş yarası” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən huşu aydın deyildir, verilən suallara cavab vermir. A/T 40/20mm.c.st-dur. Nəbzi ritmik olub, 1 dəqiqədə 120 vurğudur. Ürək tonları karlaşmışdır. Sol qabırğaaltı nahiyədə uzunluğu 5,0sm olan (zondla təftiş zamanı daxilə keçən), sol budun Ön səthində uzunluğu 10,0sm, arxada 5,0sm kəsilmiş-deşilmiş yaralar müəyyən edilmişdir. Xəstə dərhal əməliyyat otağına verilmiş, xəstəyə laparotomiya icra olunmuşdur. Qarnında 300 ml qan aşkar olunmuş, böyük piyliyin qanayan damarı tikilərək, qanaxma dayandırılmış, digər yaralar İ-ci cərrahi işlənmişdir. 16.12.2020-ci il tarixdə xəstənin halı orta ağır olmuş, A/T 90/60mm.c.st, nəbzi 1 dəqiqədə 100 vurğu olmuşdur. Həmin tarixdə xəstənin qardaşı müalicədən imtina edərək xəstəni digər klinikaya aparmışdır. Son klinik diaqnoz : sol qabırğaaltı nahiyənin daxilə keçən kəsilmiş-deşilmiş yarası. Sol bazunun, sol budun çoxsaylı kəsilmiş-deşilmiş yaraları. Burunun sınığı. Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlu 16.12.2020-ci il tarixdə saat 14:11-də “Da Vinçi” hospitalına “Sol qabırğaaltı nahiyənin daxilə nüfuz edən deşilmişkəsilmiş yarası” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən sol qabırğaaltı nahiyədə olan ağrıdan şikayət edir. Auskultasiya zamanı ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. A/T 110/70mm.c.st-dur. Nəbzi aritmikdir, orta dolğunluqda olub, 1 dəqiqədə 90 vurğudur. Yerli statusda sol qabırğaaltı nahiyədə, sol budda və sol bazuda kəsilmiş-deşilmiş yaralar vardır. Yaralar tamponada olunub. Yerli keyitmə ilə yaralar İİ cərrahi işləndi. Sarğı olundu. 17-21.12.2020-ci il tarixli gündəlik qeydlərdən görünür ki, xəstənin ümumi vəziyyəti nisbi kafidir. Huşu aydındır. A/T 120/80mm.c.st-dur. Nəbzi 1 dəqiqədə 80 vurğudur. Şikayətləri ümumi halsızlıq və əməliyyat nahiyəsində olan ağrılardandır. 23.12.2020-ci il tarixdə xəstə evə yazıldı. Klinik diaqnoz: sol qabırğaaltı nahiyənin daxilə keçən kəsilmiş-deşilmiş yarası. Daxili qanaxma. Sol budun kəsilmiş-deşilmiş yaraları. Sol bazunun kəsilmiş-deşilmiş yarası. Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlunun meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: -döş qəfəsinin sol-yan səthinin daxilə nüfuz edərək böyük piyliyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası. -sol bazu nahiyəsinin 1 (bir) ədəd, sol bud nahiyəsinin 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları. -döş qəfəsinin və qarının ön səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol-yan səthinin daxilə nüfuz edərək böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası, sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yaraları, sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yarası onun tibbi yardım üçün Respublika Klinik Xəstəxanasına müraciət etdiyi 15.12.2020-ci il tarixdə saat 19:50-dən bir qədər əvvəl əmələ gəlmişdirlər. Döş qəfəsinin sol-yan səthinin daxilə nüfuz edərək böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdir, sol bud nahiyəsinin, sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yaraları isə hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa Yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlunun bədən səthində aşkar olunmuş döş qəfəsinin və qarnın ön səthinin sıyrıqları 1-2 həftə əvvəl insan bədəninin hissələrinin (əl barmaqlarının dırnaqlarının və s.) təsirindən əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin həmin nahiyənin qaşınması zamanı şəxsin özü tərəfindən yetirilməsi istisna olunmur. Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlunun meyitində aşkar olunmuş sağ və sol dirsək çuxurlarındakı, sağ və sol əlin arxa səthlərindəki nöqtəşəkilli yaracıqlar həmin nahiyələrdə yerləşən venoz damarlara iynə vurulması nəticəsində əmələ gəlmişdirlər. Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlunun ölümünə səbəb ağ ciyərlərin kəskin irinli absesləşən pnevmoniyası iki tərəfli plevrit və kəskin irinli nefrit ilə əlaqədar inkişaf edən sepsisin (septikopiemiyamn) törətdiyi orqanizmin ümumi intoksikasiyası olmuşdur. Beləliklə, mərhum Zərərçəkmiş şəxs Mülayim oğlunun ölümü ilə ona 15.12.2020-ci il tarixdə yetirilmiş xəsarətlər arasında səbəbli əlaqə yoxdur. .İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs Mülayim oğlunun ölümü meyitin meyitxanada müayinəsi başlanandan (11.01.2021-ci il tarixdə, saat 10:45-də meyitin müayinəsi başlanmışdır) 6-8 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlunun meyitindən götürülmüş qan məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. Mərhum Zərərçəkmiş şəxs Mülayim oğlu 15.12.2020-ci il tarixdə Respublika Klinik Xəstəxanasına müraciət edərkən onun adma tərtib olunmuş tibbi kartada burun sümüyündə sınıq olduğu qeyd olunsa da, həmin smığm təzə, yoxsa köhnə olması rentgen müayinəsi ilə müəyyən edilmədiyindən həmin xəsarətin əmələ gəlmə müddəti və sağlamlığa zərərvurma dərəcəsi barədə fikir söyləmək mümkün deyildir. (cild 1, iş vər. 93-100). “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında” 25 fevral 2021-ci il tarixli qərardan görünür ki, X7 iş üzrə mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. (cild 1, iş vər. 112). AR DİN BƏSİİ-nin 26 fevral 2021-ci il tarixli tələbnamə arayışından və “Sübutların qiymətləndirilməsi, əməlin tövsif olunması və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 11 dekabr 2017-ci il tarixli qərardan görünür ki, X13 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsi 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi barəsinbdə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 128 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır. (cild 1, iş vər. 122-125). İş materiallarında olan X7 tərəfindən Binəqədi Rayon Polis İdarəsinə təqdim edilmiş notarial təsdiqli 01 mart 2021-ci il ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, zərər, ziyan,ödənilmişdir, Haldun Əsgərova qarşı heç bir şikayəti, iddiası, tələbi yoxdur və gələcəkdə də olmayacaq. (cild 1, iş vər. 127). Bakı şəhər Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi rəisinin 11 mart 2021-ci il tarixli məktubundan görünür ki, Əməliyyat-axtraış tədbirləri nəticəsində 15.12.2020-ci il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs xəstəxanaya aparmış naməlum taksi sürücüsü, Zərərçəkmiş şəxs hadisə zmanaı əynində olan paltarları , o cümləədn cinayət hadisəsinin predmet i olan bir ədəd bıçağı müəyyən etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs narkoitk vasitələrdən istifadə etməsi və yaşadığı məhəllədə etik davranış qaydalarına riayət etməməsi barədə məlumat əldə edilmişdir. (cild 1, iş vər. 131). İş materiallarında olan X14 tərəfindən Binəqədi Rayon Polis İdarəsinə təqdim edilmiş notarial təsdiqli 14 aprel 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, zərər, ziyan,ödənilmişdir, Haldun Əsgərova qarşı heç bir şikayəti, iddiası, tələbi yoxdur və gələcəkdə də olmayacaq. (cild 1, iş vər 149). İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 08.04.2021-ci il tarixli 747 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altma düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vər 151-154). “Sübutların qiymətləndirilməsi barədə” 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 26.01.2021-ci il tarixdə Azərbaycan Respublikası CM- nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilsin və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası 29,120.1, 126.2.4, 126.3, 129, 130, 131, 221.3 və 228.4-cü maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs istintaq zamanı gətirdiyi dəlillər özünü müdafiə kimi qiymətləndirilib rədd edilməsi, Təqsirləndirilən şəxs 15.12.2020-ci il tarixdə Amil Səlimovun burun nahiyəsinə və bədəninin digər nahiyələrinə əllə və ya küt alətlə xəsarət yetirməməsi nəzərə alınması, hadisə yerinin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Çiçək” Yaşayış Massivində yerləşən 89 nömrəli binanın arxa hissəsində baş verməsi nəzərə alınması, İş üzrə Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı halların olmaması nəzərə alınması, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Mülayim oğlunun Təqsirləndirilən şəxs qarşı şikayət ərizəsi yazmaması cinayət işi üzrə hər hansı bir əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilməz, bu xüsusat nəzərə alınması, cinayət işi üzrə mərhum zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasın 09.02.2021-ci il tarixli 06 nömrəli və ambulator məhkəmə- psixiatrik ekspertizasının 08.04.2021-ci il tarixli 747 nömrəli rəyləri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu işin hallarına uyğun gəldiyindən sübut növü kimi qiymətləndirilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən bundan sonra bütün istintaq sənədlərində Təqsirləndirilən şəxs soyadı “Əsgərov” kimi deyil “Əskərov” kimi oxunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən bundan sonra bütün istintaq sənədlərində Zərərçəkmiş şəxs atasının adı “Mülayim” kimi deyil “Mülayim” kimi oxunması, iş üzrə qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroruna göndərilməsi qərar alınmışdır. (cild 1, iş vər. 155-16). Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi, hadisədən sonra zərəçəkmiş şəxs sağ ikən onunla barışıq əldə etməsini, eyni zamanda zərərçəkmiş tərəf ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəliliyini xarakterizə edən hallarla bağlı, ilk növbədə qeyd edir ki, hadisə günü məhz zərərçəkmiş şəs tərfəindən Təqsirləndirilən şəxs hadisə yerinə çağırılmış, hadisənin törədildiyi predmet olan bıçaq hadisə yerinə zərərçəkmiş şəxs Ami Səlimov tərəfindən hadisə yerinə gətirilmişdir, göstərilən bu hallar hadisənin zərərçəkmiş şəxsin qanunsuz əməlləri nəticəsində baş verməsinə, bununla da Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X10 zərərçəkmiş şəxsin özünün qanunsuz hərəkətlərinin təsiri altında vurmasını deməyə əsas verir ki, bu da məhkum edilmiş şəxsə cəza təyin edilərkən AR CM-nin 59.1.8-ci maddəsinə əsasən nəzərə alınmalı olan yüngülləşdirici hallardan biridir. Bununla yanaşı, məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət əməlinə görə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan həmin cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs öz davranışları ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti başa çatanadək onların davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Mahmud Ağalarov Rahib Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar