Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1102/2022 23.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X18 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı2, Dövlət ittihamçısı4, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1975-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, 18 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, 04 fevral 2022-ci il tarixdə barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, 16 aprel 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri, xx xxxxx 1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, 23 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3,222-2.1 və 222-2.1-ci maddələri, xx xxxxxx 1974-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, «Bakavtomat» zavodunun yaxınlığında fərdi yaşayış evində yaşayan, 27 yanvar 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5,188.1, 32.5, 188.2 və 32.5, 222-2.1-ci maddələri, xx xxxxxx 1974-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Buruc kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, 27 yanvar 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5,188.1, 32.5, 188.2 və 32.5, 222-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasını təmin etmək məqsədi ilə tanışları Gəngə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il və 10 iyun 2019-cu il tarixli tarixli hökmlərinə əsasən məhkum edilmiş Şahid3, Gəngə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmünə əsasən məhkum edilmiş Şahid4, həmçinin X52 və şəxsiyyətləri araşdırılmaqda davam etdirilən qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək Zərərçəkmiş şəxs6 tərəfindən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialı ilə bağlanılmış AKL-008/12P nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 70.000 manat dəyərində 2012-ci il buraxılışlı “Lexus LX 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs6 tərəfindən Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən “Mir” avtomobil satış mərkəzinə satışa qoyulması barədə məlumat əldə edib Zərərçəkmiş şəxs6 etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan “Mir” avtomobil satış mərkəzində satıcı işləyən Şahid12 həmin dövrün məzənnəsi ilə 22355,4 manat təşkil edən 28500 ABŞ dollarını ödəyərək Zərərçəkmiş şəxs6 Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialından götürdüyü 88032 manat kreditin qalıq məbləğini bir ay müddətində banka ödəyəcəklərinə inandırmaqla aldadıb Şahid12 Bakı şəhəri 19 saylı notariat kontorunda Zərərçəkmiş şəxs6 tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqların 17 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 5 Şahid11 verilməsinə nail olaraq avtomobili etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs6 70.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Şahid3 təhvil vermiş, Şahid3 də öz növbəsində hmin avtomobili Azərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə 25 sentyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən X24 xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığına görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs Arif Rzayevin qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomobilin sənədlərini tələb edib yoxlama aparmadan elektron imza kartı ilə 25 sentyabr 2014-cü il tarixdə saat 02:52 dəqiqədə Dövlət Gömrük Komitəsinin “Vahid X3” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Şahid3 adına “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması təmin etmək məqsədi ilə tanışları Gəngə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il və 10 iyun 2019-cu il tarixli tarixli hökmlərinə əsasən məhkum edilmiş Şahid3, Gəngə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmünə əsasən məhkum edilmiş Şahid4, həmçinin X52 və şəxsiyyətləri araşdırılmaqda davam etdirilən qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək Zərərçəkmiş şəxs5 tərəfindən "xxxx" X36 Açıq Səhmdar Cəmiyyətinin 11 saylı filialı ilə bağlanılmış 23-A-1-0-70-13 nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 80.000 manat dəyərində 2013-cü il buraxılışlı “Lexus LX 570” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan Şahid13 tərəfindən satışa qoyulması barədə məlumat əldə edib Şahid13 həmin dövrün məzənnəsi ilə 15688 manat təşkil edən 20000 ABŞ dollarını ödəyərək Zərərçəkmiş şəxs5 "xxxx" X36 Açıq Səhmdar Cəmiyyətinin 11 saylı filialından götürdüyü 108200 ABŞ dolları məbləğində kreditin qalıq məbləğini qısa müddətdə banka ödəyəcəklərinə inandırmaqla aldadıb Şahid13 Bakı şəhəri 6 saylı notariat kontorunda Zərərçəkmiş şəxs5 tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqların 24 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 5 X55 verilməsinə nail olaraq avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs5 80.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Şahid3 təhvil vermiş, Şahid3 də öz növbəsində avtomobili Azərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə 01 oktyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən X24 xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığına görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs Arif Rzayevin qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomobilin sənədlərini tələb edib yoxlama aparmadan elektron imza kartı ilə 01 oktyabr 2014-cü il tarixdə saat 13:27 dəqiqədə Dövlət Gömrük Komitəsinin “Vahid X3” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Şahid3 adına “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması təmin etmək məqsədi ilə tanışları Gəngə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il və 10 iyun 2019-cu il tarixli tarixli hökmlərinə əsasən məhkum edilmiş Şahid3, Gəngə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmünə əsasən məhkum edilmiş Şahid4, həmçinin X52 və şəxsiyyətləri araşdırılmaqda davam etdirilən qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək Zərərçəkmiş şəxs4 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə bağlanılmış 419 nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 69.000 manat dəyərində 2012-ci il buraxılışlı “Porsche Cayenne” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan Şahid1 tərəfindən satışa qoyulması barədə məlumat əldə edib Şahid1 23000 manat ödəyərək Zərərçəkmiş şəxs4 Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialından götürdüyü 70400 manat kreditin qalıq məbləğini qısa müddətdə banka ödəyəcəklərinə inandırmaqla aldadıb Şahid1 Bakı şəhəri 6 saylı notariat kontorunda Zərərçəkmiş şəxs4 tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqların 06 oktyabr 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 5 X68 verilməsinə nail olaraq avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 69.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Şahid3 təhvil vermiş, Şahid3 də öz növbəsində avtomobili Azərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə 08 oktyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən X24 xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığına görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs Arif Rzayevin qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomobilin sənədlərini tələb edib yoxlama aparmadan elektron imza kartı ilə 08 oktyabr 2014-cü il tarixdə saat 02:20 dəqiqədə Dövlət Gömrük Komitəsinin “Vahid X3” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Şahid3 adına “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq verən və rəsmi sənəd hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 600 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 187 saylı sərəncamını istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırıb hazırladıqdan sonra həmin sərəncamı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 göstərib etibarından sui-istifadə edərək sərəncamda qeyd edilən torpaq sahəsinin özünə məxsus olmasına dair yalan məlumat verib inandırmaqla ona ayrılmış həmin torpaq sahəsindən 300 kvadrat metrini sonuncuya satacağına dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 08 may 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 7 saylı notariat ofisində saxtalaşdırdığı Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 187 saylı sərəncamını bilə bilə istifadə edərək ayrılmış 600 kvadrat metr torpaq sahəsinin 300 kvadrat metr hissəsi üzərində sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs2 etibarnamə verib onun inamını qazanaraq qeyd olunan notariat ofisinin qarşısında 9000 manat, 2020-ci ilin avqust ayının ortalarında isə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində 2500 manat olmaqla ümumilikdə 11500 manat pulunu götürdükdən sonra 20 avqust 2020-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə təkrar müraciət edərək 08 may 2020-ci il tarixli etibarnaməyə xitam verib Zərərçəkmiş şəxs2 11500 manat pulunu vahid niyyətini əhatə edən qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq verən və rəsmi sənəd hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 800 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırıb hazırladıqdan sonra həmin sərəncamı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 göstərib etibarından sui-istifadə edərək sərəncamda qeyd edilən torpaq sahəsinin özünə məxsus olmasına dair yalan məlumat verib inandırmaqla ona ayrılmış həmin torpaq sahəsindən 150 kvadrat metrini sonuncuya satacağına dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 20 oktyabr 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 7 saylı notariat ofisində saxtalaşdırdığı Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını bilə bilə istifadə edərək ayrılmış 800 kvadrat metr torpaq sahəsinin 150 kvadrat metr hissəsi üzərində sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs1 etibarnamə verib onun inamını qazanaraq notariat ofisinin qarşısında 6500 manat pulunu götürdükdən sonra 09 avqust 2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə təkrar müraciət edərək 20 oktyabr 2020-ci il tarixli etibarnaməyə xitam verib Zərərçəkmiş şəxs1 6500 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq verən və rəsmi sənəd hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 800 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırıb hazırladıqdan sonra həmin sərəncamı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 göstərib etibarından sui-istifadə edərək sərəncamda qeyd edilən torpaq sahəsinin özünə məxsus olmasına dair yalan məlumat verib inandırmaqla ona ayrılmış həmin torpaq sahəsindən 150 kvadrat metrini sonuncuya satacağına dair vəd verib etibarından sui-istifadə etməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 28 oktyabr 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 7 saylı notariat ofisində saxtalaşdırdığı Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını bilə bilə istifadə edərək ayrılmış 800 kvadrat metr torpaq sahəsinin 150 kvadrat metr hissəsi üzərində sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs1 etibarnamə verib onun inamını qazanaraq notariat ofisinin qarşısında 6700 manat pulunu götürdükdən sonra 09 avqust 2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə təkrar müraciət edərək 28 oktyabr 2020-ci il tarixli etibarnaməyə xitam verib Zərərçəkmiş şəxs1 6700 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq verən və rəsmi sənəd hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 800 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırıb hazırladıqdan sonra həmin sərəncamı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 göstərib etibarından sui-istifadə edərək sərəncamda qeyd edilən torpaq sahəsinin özünə məxsus olmasına dair yalan məlumat verib inandırmaqla ona ayrılmış həmin torpaq sahəsindən 150 kvadrat metrini sonuncuya satacağına dair vəd verib etibarından sui-istifadə etməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 03 noyabr 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 7 saylı notariat ofisində saxtalaşdırdığı Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını bilə bilə istifadə edərək ayrılmış 800 kvadrat metr torpaq sahəsinin 150 kvadrat metr hissəsi üzərində sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs1 etibarnamə verib onun inamını qazanaraq notariat ofisinin qarşısında 7000 manat pulunu götürdükdən sonra 09 avqust 2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə təkrar müraciət edərək 03 noyabr 2020-ci il tarixli etibarnaməyə xitam verib Zərərçəkmiş şəxs1 7000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirlənedirilən şəxs Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı, baxılan iş üzrə digər Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs7 etibarından suiistifadə edib Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 “H.Z.Tağıyev” adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrinin daxilində yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə alacağını vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2021-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 “H.Z.Tağıyev” adına Neft və Qaz Çıxarma İdarəsinin 1220 saylı işlək neft buruğunun yanında 3000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan neft buruğunun mühafizə zonasında yerləşən torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə tanışları – baxılan cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, həmçinin X76 və şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2021-ci ilin mart ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə X22 Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X22 Nəzarət və X66 Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ- Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x- 417936, y-4486104 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq həmin ərazi hüdudları daxilində işlək vəziyyətdə olan 1220 saylı neft buruğundan 20 metr məsafədə yerləşmiş neft buruğunun mühafizə zonasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan özbaşına tikinti işləri aparmaq məqsədilə qrupun digər təşkilatçısı Təqsirləndirilən şəxs2la birlikdə cinayətin törədilməsini təşkil edərək özbaşına aparılan tikinti işlərinin dayandırılması ilə bağlı müvafiq dövlət qurumlarının qanuni tələb və müdaxiləsinin qarşısını alıb maneələri aradan qaldırmaqla cinayətkar niyyətlərini həyata keçirməsinə kömək etmək məqsədi ilə cəmiyyət tərəfindən həssas qrup kimi qəbul edilən Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları olan Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, həmçinin X76 və şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyrilərini cəlb edib müəyyən məbləğdə pul müqabilində ələ alaraq yuxarıda qeyd olunan qanunsuz özbaşına tikinti işləri aparılan ərazidə dayanıb səs-küy salmaqla guya tikilən evin yaşayış yeri olmayan Qarabağ müharibəsi əlili Təqsirləndirilən şəxs3 qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs7 üçün tikildiyini bildirərək özbaşına aparılan tikinti işlərinin başa çatdırılmasına nail olub qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan neft buruğunun mühafizə zonasında tikinti işlərinin aparılmasını təşkil etmişlər. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən 4 sot torpaq sahəsini özünə məxsus torpaq sahəsi kimi təqdim edib inandırmaqla ona satacağını vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2012-ci ilin iyul ayının axırlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində 5000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2018-ci ilin iyun ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə X22 Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X22 Nəzarət və X66 Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ- Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x- 417920, y-4485909 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmaqla üzərində tikinti işləri aparmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2018-ci ilin avqust ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə X22 Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X22 Nəzarət və X66 Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x-417919, y-4485922 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmaqla üzərində tikinti işləri aparmışdır. Daha sonra, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs7 etibarından suiistifadə edib Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 “H.Z.Tağıyev” adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrinin daxilində yerləşən torpaq sahəsini özünə məxsus torpaq sahəsi kimi təqdim edib inandırmaqla ona satacağını vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 22 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolu 1 ünvanında yerləşən 17 saylı notariat ofisinin qarşısında 5500 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs2 təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin iyun ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə X22 Nəzarət və Dağ- Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X22 Nəzarət və X66 Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x-417838, y-4485992 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmaqla üzərində tikinti işləri aparmışdır. Daha sonra, Təqsirləndirilən şəxs2 təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan neft buruğunun mühafizə zonasında yerləşən torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin avqust ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə X22 Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X22 Nəzarət və X66 Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x-417936, y-4485859 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına hasarlamaqla tutaraq həmin ərazi hüdudları daxilində 1040 saylı neft buruğundan 150 metr məsafədə yerləşmiş neft buruğunun mühafizə zonasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan özbaşına tikinti işləri aparmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan neft buruğunun mühafizə zonasında yerləşən torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2021-ci ilin mart ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə X22 Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X22 Nəzarət və X66 Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x-417994, y-4486159 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına hasarlamaqla tutaraq həmin ərazi hüdudları daxilində işlək vəziyyətdə 1220 saylı neft buruğundan 20 metr məsafədə yerləşmiş neft buruğunun mühafizə zonasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan özbaşına tikinti işləri aparmışdır. Yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3,222-2.1 və 222-2.1-ci maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-nin 32.5,188.1, 32.5,188.2 və 32.5,222-2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3,222-2.1 və 222-2.1-ci maddələri və Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı Azərbaycan Respublikası CM-nin 32.5,188.1, 32.5,188.2 və 32.5,222-2.1-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onların qeyd olunan maddələrlə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlilikləri araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin nümayəndəsi Nümayəndə3 ifadəsində göstərdi ki, 22 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin mühafizə xidmətinin növbə rəisi Kamil Məhərrəmovun məlumatı əsasında Neft- Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Buzovna-Maştağa yolunun sol tərəfində 1220 saylı işlək neft quyusundan 20 metr aralıda tikinti işlərinin aparılması ilə bağlı əraziyə baxış zamanı Qarabağ müharibəsinin iştirakçıları kimi təqdim etmiş Təqsirləndirilən şəxs3, Cavid Həşimov, Qurbanəli Məmmədov və Təqsirləndirilən şəxs4 adlı şəxslər tərəfindən özbaşına tikinti işləri aparmaları müəyyən edilmiş, bununla bağlı 24 mart 2021-ci il tarixədək olan müddətdə bir neçə dəfə onlara xəbərdarlıq edilməsinə baxmayaraq tikinti işlərini davam etdirmişlər və evin tikintisini başa çatdırmışlar. Nümayəndə3 ifadəsində əlavə olaraq göstərdi ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 Neft-Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Buzovna- Maştağa yolunun ətrafında olan torpaqlarda qanunsuz tikintilər aparılması üçün qrup yaratmış, bütün qanunsuz tikintiləri onlar tikmişlər. Həmin ərazilərdə bütün evləri qanunsuz olaraq Azər tikdirdiyinə görə həmin qəsəbəyə camaat arasında qeyri-rəsmi olaraq “Azərin qəsəbəsi” adı verilmişdir. Hazırda qanunsuz tikililər Neft-Qaz Çıxarma İdarəsi tərəfindən sökülmüş və İlarənin baxılan iş üzrə təqsirləndirilən şəxslərə qarşı şikayətləri və mülki iddiaları qalmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 2015-ci ildə rəsmi olaraq ondan ayrılmış və Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamış, 2019-cu ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Buzovna- Maştağa yolunun yol tərəfində yerləşən 1220 saylı neft quyusunun yaxınlığında 2 sot torpaq sahəsi almaq istəmiş, həmin vaxt da yuxarıda qeyd etdiyi yerdən torpaq sahəsi tapmış, torpağın sahibi kimi özünü təqdim edən Təqsirləndirilən şəxs2 ilə söhbətləşmiş, söhbət əsnasında Azər ona 2 sot torpaq sahəsini 5500 manata satacağını demiş və həmin ərazi neft buruqlarının yaxınlığında olduğundan ərazinin neft şirkətinin ərazisi olduğundan şübhəlnib Azərdən soruşduqda Azər də ona demişdir ki, heç bir problemlər yoxdur, hamı burada ev tikir və ona da sənəd göstərmişdir ki, həmin torpaq sahəsinin sənədləridir. Ətrafda evlər olduğundan Azərə inanmışdır ki, torpağın heç bir problemi yoxdur. Bundan sonra Azərdən soruşmuşdur ki, nə sənəd verəcək, Azər də ona demişdir ki, əlində sərəncam var, həmin sərəncam X34 adınadır, Azərin isə özünün etibarnaməsi vardır, həmin etibarnamə əsasında torpaq sahəsini ona satacaqdır, o da həmin yerin sənədi olduğuna inanmış və razılaşmışlar ki, ona torpaq sahəsi ilə bağlı etibarnamə verəndə torpağın pulunu verəcək, bundan sonra 22 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat Maştağa yolu 1 ünvanında yerləşən 17 saylı notariat ofisinin qarşısında Azərlə görüşmüş, Azər ona etibarnamə və Kazım Cabarovun adına torpaq sahəsi ayrılması haqqında sərəncamın kserosurətini təqdim etmiş, həmin sərəncamda 12 sot torpaq sahəsi qeyd edilsədə torpağın ona cəmi 2 sotu satılmış, bu səbəbdən sərəncamın əslini ona verməmişdir, o da etibarnamə və sərəncamı alandan sonra elə oradaca 5500 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, bundan sonra Təqsirləndirilən şəxs2 ona söz vermişdir ki, həmin ərazidə nə vaxt tikinti işləri aparmaq istəsə xəbər etsin, Azər tikintiyə icazə üçün lazım olan rüsum işlərini köməklik edib həll etsin. Həmin vaxt Azər ona hansı məbləğdə rüsum ödəyəcəyi barədə konkret bir məbləğ deməmişdir. Torpaq sahəsini alan zaman orada heç bir tikinti işləri aparılmamış, boş torpaq sahəsi olmuşdur. Torpaq sahəsi 2021-ci ilin mart ayına qədər boş qalmış, orada heç bir tikinti işləri aparılmamışdır. Bundan başqa 2021-ci ilin mart ayında yuxarıda qeyd etdiyi torpaq sahəsində tikinti işləri aparana qədər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X76, X14, X29, X69 və X38 əvvəllər tanımamış, heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. 2021-ci ilin mart ayında novruz bayramı ərəfəsində qeyd olunan torpaq sahəsində ev tikmək istəmiş, çünki bununla bağlı müəyyən məbləğdə əlinə pul toplamışdır, buna görə də Azərlə əlaqə saxlamış, Azərlə görüşmüş və ona satdığı yuxarıda qeyd etdiyi 2 sot torpaq sahəsində ev tikmək istədiyini bildirmiş, bu zaman Azər ona demişdir ki, hazırda icazə işlərində müəyyən çətinliklər var, amma heç bir problem yoxdur, Qarabağ müharibəsi iştirakçılarını bu işə cəlb etməklə onun evinin tikilməsinə şərait yaradacaqdır, belə ki, Azər ona demişdir ki, 3000 manat pul versin, həmin pulu Qarabağ müharibəsi iştirakçıları ilə böləcək və həmin şəxslər gəlib onun tikintisinin üstündə dayanacaqlar və evin tikintisində heç bir problem olmayacaq, o bir daha Azərdən soruşmuşdur ki, “sən mənə torpağı satanda deyirdin, torpağın heç bir problemi yoxdur, onda hansı səbəbdən belə bir addım atmalıyıq”, bu zaman Azər ona demişdir ki, torpağın problemi olmasa da hazırda heç bir tikintiyə icazə verilmir, gətirəcəyi şəxslər isə Qarabağ müharibəsi iştirakçıları olduğundan onlara tikinti prosesində problem yaradılmır və evi tikib təhvil verəcəklər. O yenə də Azərə inanmış və 20 və ya 21 mart 2021-ci il tarixdə novruz bayramı günlərində Azərlə elə həmin torpaq sahəsində görüşmüş və 3000 manat pulu Azərə vermiş, bu zaman Azər ona demişdir ki, artıq səhəri gündən tikinti materiallarını həmin əraziyə boşaldıb tikinti işlərini apara bilər, tikintidə işləyəcək ustaları da Azər özü tapacaqdır, bundan sonra səhəri gün o həmin yerə tikinti materiallarını göndərmiş, Azərdə həm ustaları, həm də ki, Qarabağ müharibəsinin iştirakçıları olan hərbi geyim formasında olan şəxsləri göndərmiş, birinci dəfə orada Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 görmüş, onlar tikintinin üstündə dayanmışlar, o isə materialı boşaldandan sonra çıxıb getmiş, orada baş verən proseslərdən xəbəri olmamış, axşam gəlib tikintiyə baxmış, ustalar isə gecə də işləyərək səhəri gün tikintini başa çatdırmışlar və ona Qarabağ müharibəsinin iştirakçıları demişlər ki, təxminən 3 və ya 4 gün evi sahibsiz qoymasın, həmçinin Azər ona demişdir ki, tikinti gedən prosesdə neft şirkətinin əməkdaşları bir neçə dəfə həmin yerə gəlsələrdə tikinti dayandırılmayıb və ev tikilmişdir. Belə olduqda o Azərgilin qanuni iş gördüklərinə inanmış, həmçinin İlyas sonradan tək onun evinə gələrək demişdir ki, kimsə gəlib soruşsa Təqsirləndirilən şəxs3 arvadı olmasını desin. O da Zavura etiraz etməmişdir. 28 mart 2021-ci il tarixdə övladını xəstəxanaya aparmış və geri qayıdanda görmüşdür ki, evin bir hissəsini neft şirkətinin əməkdaşları gəlib söküblər, bunun səbəbini soruşduqda demişlər ki, bəs bu ərazi neft şirkətinin ərazisidir, bu səbəbdən ev tikmək olmaz. Həmin gün ona Zavur da zəng vurmuş və demişdir ki, gərək evi boş qoymayaydı, evdən çıxmayaydı. Bundan sonra İlyas da onun nömrəsini tapıb əlaqə saxlamış və İlyas da Zavurun dediklərini ona demişdir. Həmçinin Təqsirləndirilən şəxs3 sonra ona demişdir ki, problem yoxdur, yenidən usta gətirib, həmin uçurulmuş hissəni tikdirsin, o yenə də usta gətirib həmin uçurulmuş yeri tikən zaman neft şirkətinin əməkdaşları gəlmişlər və tikintini saxlamışlar, bir daha demişlər ki, bu ərazidə tikinti işləri aparmaq qanunsuzdur, artıq aldadıldığına əmin olmuşdur. Bundan sonra ona bir dəfə də İlyas telefon vasitəsilə zəng edərək demişdir ki, əgər onu istintaq orqanına çağırsalar gedib orada ifadə versin ki, Təqsirləndirilən şəxs3 onun qeyri rəsmi əridir və həmin evi Zavur onun üçün tikib təhvil vermişdir. Bu səbəbdən ilkin ifadəsində göstərmişdir ki, Zavur onun qeyri rəsmi əridir və evi ona Zavur tikib vermişdir. Sonradan araşdırma aparılan zaman Təqsirləndirilən şəxs2 qardaşı gətirib ona 3500 manat pul vermişdir, demişdir ki, Azərin ondan aldığı pulların müqabilində yalnız həmin pulu verə bilir, o da heç olmasa ziyanın bir hissəsini geri alsın deyə razılaşıb pulu götürmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 2012-ci ildən tanımış, əvvəllər heç bir münasibəti olmamışdır. O, Əzizə adlı qadın müştərisi vasitəsilə Maştağa qəsəbəsində torpaq alıb ev tikmək istəmiş, Əzizənin oğlunun da Maştağa qəsəbəsində tanışları olduğu üçün həmin qəsəbədə torpaq alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs2la tanış etmiş, həmin vaxt Azərin istifadəsində ***-***-**-** nömrəsi olmuşdur, 2012-ci ilin yay aylarında iyul ayının axırlarında Azər ona Bakı şəhəri, Maştağa qəsəbəsində Çiləgir yaşayış massivi Xanlar küçəsində 4 sot boş torpaq sahəsini göstərib hər sotunu 1000 manatdan sata biləcəyini demiş, o da torpaq sahəsinə baxmış və almağa qərar vermişdir. Azər ona Bakı şəhəri, Sabunçu rayonu, Maştağa X1 torpaq sahəsinin ayrılması haqqında 07 aprel 2006-cı il tarixli 33/9 saylı qərarını göstərmiş və həmin qərarda 8 sot torpaq sahəsinin ayrılması qeyd olunsa da 4 sotunu satacağını demiş, o da Azərlə razılaşmış, bu zaman Azər ona demişdir ki, torpaq sahəsinə bitişik 10 metrdə boş torpaq var, əgər əlavə də 1000 manat pul versə həmin torpağı da ona verə bilər. O da Azərlə razılaşmış və demişdir ki, gedib pulu götürüb gəlir. Bundan sonra Əhmədli metrostansiyasının yaxınlığında “Bakı” kinoteatrının arxasında kirayə yaşadığı evdən pulu götürmüş və yenidən elə həmin gün Azərin ona göstərdiyi torpaq sahəsinə qayıtmış və orada ikilikdə Azərlə görüşüb ümumilikdə 5000 manat pulu Azərə vermiş, torpaq sahəsinin kənarlarında hasar olmadığı üçün fikirləşmişdir ki, torpaq sahəsinin kənarlarını hasarlasın və darvaza qoysun, bu fikrini Azərə deyən zaman ona demişdir ki, “narahat olma nə qədər ki, mən burdayam sənin torpağına heç kim dəyə bilməz, tələsik hasar çəkməyə ehtiyac yoxdur”. O da Azərin sözünə inanmış, bundan bir müddət sonra Azər ona Rafət Şükürovun yuxarıda qeyd etdiyi qərara əsasən ayrılmış torpaq sahəsinin 4 sotu ilə bağlı etibarnamə vermiş, o da Azərə inanmışdır. 2015-ci ildə müəyyən məbləğdə təxminən 5000 manat pul düzəltmiş, lakin həmin pulla Azərin ona satdığı torpaq sahəsində ev tikmək mümkün olmamış, televizorda elanda görmüşdür ki, “Kristal Abşeron” şirkəti tərəfindən Yeni Günəşli qəsəbəsində ilkin ödəniş 5000 manat olmaqla mənzil satılır, o da həmin mənzillərdən birini almaq qərarına gəlmiş, bundan sonra ümumiyyətlə Azərin ona satdığı torpaq sahəsini satmaq istəmiş, bu məqsədlə oğlu Hüseyn torpaq sahəsinə gedib baxan zaman orada artıq ev tikildiyini görmüş, bundan sonra onlar Azərlə danışan zaman Azər demişdir ki, guya Azərbaycan Respublikasında olmamış, Rusiya Federasiyasında olduğu müddətdə orada tikinti işləri aparılmışdır, tikinti işlərini aparan şəxslərə heç bir söz deyə bilməyəcək, bundan sonra Azər onlara demişdir ki, “sizə bunun əvəzinə başqa torpaq sahəsi verəcəm”, beləliklə Azər onlara başqa torpaq sahəsini göstərmiş, həmin torpaq sahəsinin onlara məxsus olduğunu demiş, sənədləşmə işlərini də həll edəcəyinə söz vermiş, oğlu da Azərin ikinci dəfə göstərdiyi torpaq sahəsinə nömrə qeyd edərək satış elanı vurmuş, lakin sonradan orada da tikinti işlərinin getdiyini gördükdə Azərlə danışmışlar, Azər onlara demişdir ki, bəs orada da tikinti işləri aparan şəxslər bir söz deyə bilməcəkdir, onlara bunun əvəzinə başqa bir torpaq sahəsini göstərib həmin torpağı onlara verəcəyini desə də, artıq Azərin onları aldatdığına əmin olduqları üçün pulu tələb etməyə başlamışlar, lakin Azər hər dəfə müxtəlif bəhanələr gətirməklə onların pulunu verməmişdir. Bundan sonra Azərlə oğlu Hüseyn mobil telefon vasitəsilə danışan zaman onun səsini yazmışdır. Lakin iş məhkəməyə göndərilənədək Azər ona vurulan 5000 manatdan ziyandan cəmi 1000 manatını ödəmiş, 4000 manatı isə ödənilməmiş qalmışdır. Bundan başqa, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2020-ci ilin oktyabr ayında Buzovna qəsəbəsində almaq üçün torpaq sahəsi axtarmış, həmin vaxt Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, Rəşid ona Buzovna qəsəbəsində 4,5 sot torpaq sahəsi olduğunu, lakin həmin torpağın 1,5 sotunu satmaq istədiyini demişdir. Onlar 6700 manat pula razılaşandan sonra Rəşid həmin 1,5 sot torpaq sahəsi üçün ona etibarnamə vermiş, o da həmin etibarnaməni alanda 7 saylı notariat ofisinin qarşısında 6500 manat pulu Rəşidə vermişdir. Bundan sonra Rəşid əlavə olaraq 1,5 sot torpaq sahəsini satmaq istədiyini deyəndə həmin torpaq sahəsini də 6700 manata razılaşmışlar. O, 7 saylı notariat ofisinin qarşısında etibarnamə alan zaman həmin 6700 manat pulu Rəşidə vermişdir. Bir neçə gün sonra isə Rəşid qalan 1,5 sot torpaq sahəsini də satmaq istədiyini bildirmiş və həmin torpağı 7000 manata razılaşmışlar. O, 7 saylı notariat ofisinin qarşısında 7000 manat pulu Rəşidə vermişdir. Torpaq sahəsini almaq üçün verdiyi pullar hamısı ona məxsus olmuş, lakin sonuncu 1,5 sot torpaq sahəsi ilə bağlı Rəşid onun qardaşı Qabilə etibarnamə vermişdir. Bundan sonra orada tikinti işlərini aparmaq istəyən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsində ümumiyyətlə tikinti işlərinin aparılmasına icazə yoxdur. Bu səbəbdən Rəşidlə aralarında mübahisə yaranmış, Rəşid ona verdiyi etibarnamələri ləğv etdirsə də, onun pulunu qaytarmamışdır. Daha sonra Xəzər Rayon Polis İdarəsində araşdırma aparılan zaman Təqsirləndirilən şəxs1 qardaşı tərəfindən ona vurulmuş maddi ziyan ödənilmişdir və onun Rəşidə qarşı şikayəti və mülki tələbi qalmamışdır. Daha sonra məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2012-ci ilin sentyabr ayında özü üçün “Lexus Bakı Mərkəzindən” “Lexus 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin vaxt avtomobili "xxxx" Açıq Səhmdar Cəmiyyətinə girov qoyaraq aylıq 2265 manatdan ödəmək şərtilə həmin avtomobili almışdır. 2014-cü ilin sentyabr ayında avtomobili satmaq qərarına gəlmiş, bu məqsədlə avtomobili əvvəlcədən tanıdığı Bakı şəhərində “Mir” avtomobil satış salonunda işləyən Şahid12 yanına aparmış və orada satışa qoymuşdur, həmin vaxt sentyabr ayının bank ödənişi olan 2265 manatı da ödəmişdir. Bundan başqa avtomobilin texniki pasportunu, səlahiyyətlərini həyata keçirmək üçün Şahid12 etibarnamə vermişdir. 17 sentyabr 2014-cü il tarixdə Şahid12 ona zəng edərək avtomobili ilkin ödəniş 28000 ABŞ dollarına satdığını, həmin pulun avtomobili alan müştəri tərəfindən ödənildiyini, qalan 58500 manat pulu isə avtomobili alan Şahid11 tərəfindən bir ay müddətində banka ödəniləcəyini bildirdi. O da razılaşıb gedib həmin pulu götürmüşdür. 2015-ci ilin yanvar ayında bankdan onun mobil telefonuna zəng olunmuş, heç bir bank ödənişinin həyata keçirilmədiyi bildirilmişdir. Bundan sonra Şahid11la əlaqə saxlamaq istəsə də, onu tapa bilməmiş, sonradan maraqlanan zaman isə Şahid3 tərəfindən avtomobilin ölkədən qanunsuz yollarla çıxarıldığı ona məlum olmuşdur. Bundan başqa, iş üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2013-cü ilin sentyabr ayında “Lexus Bakı Mərkəzi”ndən ilkin ödəniş 30000 manat ödəmək şərtilə “Lexus LX 570” markalı avtomobil almış, həmin vaxt avtomobilin qalan pulunu ödəmək üçün avtomobili "xxxx" ASC-nin 11 saylı filialına girov qoyaraq 36 ay müddətində aylıq 3800 ABŞ dollarından pul ödəməyi öhdəlik götürmüşdür, həmin avtomobilin üzərinə **-UV-*** dövlət qeydiyyat nişanı vurulmuşdur. 2014-cü ilin iyul ayına qədər avtomobili idarə etmişdir. Daha sonra maddi sıxıntıları ilə əlaqədar olaraq avtomobili satmaq qərarına gəlmiş, bu məqsədlə Şahid13 ilə ilkin ödəniş 12000 manat ödəmək şərti ilə avtomobili ona satmaq üçün razılaşmışlar. Qalan 88000 ABŞ dollarını banka özü ödəyəcəyi barədə Ramin öhdəlik götürmüşdür. Lakin sonradan bankdan ona məlumat vermişlər ki, aylıq ödənişlər edilmir. Avtomobilin sonrakı aqibəti ona məlum olmamış, cinayət nəticəsində maddi ziyan ona dəymişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2015-ci il tarixli 16587 nömrəli rəyi ilə avtomobilin dəyərinin 80000 manat kimi dəyərləndirməsi onu qane etmişdir. Daha sonra məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin may ayından tanımış, həmin vaxta qədər onunla heç bir tanışlığı və şəxsi ədavəti olmamışdır. 2020-ci ilin may ayında özü üçün Bakı şəhəri, Buzovna qəsəbəsində torpaq sahəsi almaq istəmiş, bu məqsədlə maraqlanan zaman Orxan adlı ev alqı-satqısı ilə məşğul olan şəxs onu Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış etmişdir. Rəşid ona ünvan 10 ünvanında bələdiyyə sənədi ilə 6 sot torpaq sahəsi olduğunu demişdir. Gedib baxmış, həmin torpaq sahəsinin bir neçə daş hasarlanmış vəziyyətdə olduğunu, lakin tam hasarlanmadığını görmüşdür. Torpağın bir sotu 3000 manatdan satışa qoyulmuşdur. Rəşidin təklifi onu qane etdiyi üçün torpaq sahəsinə baxmaq qərarına gəlmişdir. Bundan sonra ailə üzvləri ilə məsləhətləşmiş və qaynanası Şahid5 ilə birlikdə gedib torpaq sahəsinə baxmış, orada torpaq sahəsinin hasarının yanından böyük qaz borusunun getdiyini görsə də, Rəşid demişdir ki, heç bir problem yoxdur, onun əlində bələdiyyə sənədi vardır. Sənədə baxdıqda, Buzovna bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 187 saylı sərəncamı ilə Təqsirləndirilən şəxs1 600 kvadrat metr torpaq sahəsi ayrıldığını görmüşdür. Bundan başqa həmin sərəncam əsasında çıxarış verilməsi üçün əlində buzovna bələdiyyəsinin məktubu da olmuşdur. O torpağın 3 sotunu almaq istədiyi üçün Rəşid ona hasarlama işlərini həyata keçirmək üçün yəni torpağı iki hissəyə bölüb hasarlayıb ona təhvil verməsi üçün əlavə xərc olacağını demiş, o da Rəşidlə onun payına düşən hissəni ödəyəcəyinə razılaşmışdır. Bundan sonra Rəşid ona demişdir ki, torpağın 3 sotu üzərində sərəncam verə bilməyi üçün ona etibarnamə də verəcəkdir. O da razılaşmış, Rəşid və qaynanası Zöhrə ilə birlikdə 08 may 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 7 saylı notariat ofisinə getmiş, həmin vaxt Rəşid ona Buzovna bələdiyəsinin sərəncamı əsasında ayrılmış 6 sot torpaq sahəsinin 3 sotu üzərində istənilən kimi sərəncam verməyi ilə bağlı etibarnamə vermiş, o da elə notariusun qarşısında Rəşidə 9000 manat pul vermişdir. Bundan sonra Rəşid ona 30 dekabr 2005-ci il tarixli 187 saylı sərəncamın və Buzovna bələdiyəsinin məktubunun kserosurətini, 08 may 2020-ci il tarixli etibarnamənin isə əslini vermişdir. Bütün sənədləri götürəndən sonra Rəşidlə belə danışmışlar ki, hasarlama işlərini tamamlayandan sonra hasarın çəkilməsi ilə bağlı onun payına düşən pulu da Rəşidə ödəyəcəkdir. Rəşid də onunla razılaşmış, bundan sonra 2020-ci ilin avqust ayında Rəşid onunla əlaqə saxlayıb hasarı artıq çəkdiyini və onun payına düşən pulu ödəmək lazım olduğunu bildirmişdir. O da 2020-ci ilin avqust ayının 18-də arvadı X30 adına Kapital bankın Xəzər rayon filialından 3200 manat pul götürmüş, səhəri və ya birisi gün qaynanası Zöhrə ilə birlikdə Rəşidin ona satmaq istədiyi torpaq sahəsinə getmiş, orada gəlib hasara baxmış və yaxşı vəziyyətdə olmasa da faktiki olaraq hasarın çəkilməsini görmüşdür. Bundan sonra Rəşid ona demişdir ki, hasarın çəkilməsi ümumi 6 sot torpaq üçün 6000 manata başa gəlmiş, həmin pulun 3000 manatını verməlidir. O, həmin məbləğdə pul vermək istəməmiş, bu səbəbdən qaynanası Zöhrə Rəşiddən xahiş etmişdir ki, Rəşid 2500 manatla qane olub götürsün, bundan sonra Rəşid razılaşıb 2500 manat pulu da elə həmin gün ona satmalı olduğu Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsi döngə 8 ünvanında yerləşən torpaq sahəsində götürmüşdür. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, bundan bir-iki gün sonra öz torpağına darvaza qoymaq istəmiş, bu məqsədlə Rəşidə demişdir ki, torpaq sahəsinin kənarlarını ona göstərsin, orada darvaza qoysun. Rəşid isə ona demişdir ki, ona vermək istədiyi torpaq sahəsini qaynına vermiş, ona görə bir qədər aralıda torpaq sahəsi verəcəkdir. O, Rəşidlə razılaşmışdır. Üstündən bir-iki gün keçmiş Rəşid ona həmin torpağı da verə bilməyəcəyini demiş, başqa torpaq sahəsini göstərib oranı ona verəcəyini demiş, lakin həmin torpağı da ona verməmişdir. Bundan sonra o, artıq Rəşidin hərəkətlərindən onu aldatmasından şübhələnmiş və maraqlanan zaman ona məlum olmuşdur ki, torpağın hasarının çəkilməsi üçün 2500 manat pul verdiyi ərəfədə Rəşid 7 saylı notariusa gedərək verdiyi etibarnaməni ona məlum olmayan səbəbdən ləğv etdirmişdir. Belə olduqda Rəşidin onu aldadıb pulunu ələ keçirməsindən əmin olduğu üçün Rəşiddən pulu geri tələb etməyə başlamış, Rəşid isə onun pulunu qaytarmaqdan imtina etmişdir. 31 avqust 2020-ci il tarixdə polisə ərizə ilə müraciət etmiş, orada Rəşid ondan pul almasını etiraf etsə də, pulunu geri qaytarmamışdır. Sonradan cinayət işinin başlanması ona məlum olmayan səbəblərdən rədd edilmiş, Xəzər rayon prokurorluğuna müraciət edəndən sonra ona Rəşid prokurorluqda söz vermişdir ki, Maştağa qəsəbəsindən ona başqa torpaq sahəsi verəcəkdir. O, yenə də Rəşidə inanmış və fikirləşmişdir ki, ziyanın yarısından da qayıtmaq yaxşıdır. Bu səbəbdən də Rəşiddən şikayəti olmadığını bildirmiş və Xəzər rayon prokurorluğunda 01 oktyabr 2021-ci il tarixdə şikayəti olmadığı barədə ərizə vermişdir. Həmin vaxt Rəşid ona Buzovna qəsəbəsindən Maştağa qəsəbəsinə gedən yolun kənarında 2 sot torpaq sahəsini göstərmiş, torpağın ona məxsus olduğunu və ona verəcəyini bildirmiş, həmin torpaq 2 sot olsa da razılaşmışdır. Bundan sonra maraqlanan zaman məlum olmuşdur ki, həmin yer ümumiyyətlə tikinti aparılması üçün nəzərdə tutulmamış, neft şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahəsidir. Ona görə də Rəşidin yenə də onu aldatdığını görüb ondan pulunu tələb etməyə başlasa da, Rəşid onun pulunu verməmişdir. Bundan sonra o, yenidən şikayət etməyə başlamış, şikayəti əsasında cinayət işinin başlanması rədd edilmiş material üzrə qərar ləğv edilərək 05 aprel 2022-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılmışdır. Cinayət işi başlandıqdan bir gün sonra Rəşidin vəkili Gülsabah “Kapital bank” vasitəsilə onun adına 2500 manat pul göndərmiş, 300 manatını isə əlbəəl vermiş qalan 9000 manat pulu hazırkı vaxta qədər ödəməmişlər. O, qalan pullarını ayrıca mülki iddia qaldırmaq yolu ilə tələb etmiş və məhkəmə iddianı təmin etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsindən görünqür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2012-ci ilin dekabr ayında 17000 manat ilkin ödəniş etmək şərtilə “Porsche Bakı Mərkəzi”ndən “Porsche Cayenne” markalı avtomobili almış, həmin avtomobilin qalan pulunu ödəmək üçün avtomobili "xxxx" ASC-nin Nəsimi filialına girov qoyaraq pul götürmüş, aylıq 2030 manatdan ödəniş etməyə dair öhdəlik götürmüş, avtomobilin dövlət qeydiyyat nişanı **-DP-*** olmuşdur. Avtomobili alandan bir müddət sonra 2014-cü ildə satmaq qərarına gəlmiş, bu məqsədlə tanışı Şahid1 məlumat verdikdə Vadim həmin avtomobili almaq qərarına gəlmiş və belə razılığa gəlmişlər ki, 19000 manat pulu ona ödəyəcək qalan 54000 manat pulu isə banka ödəniş edəcəkdir. Bununla bağlı Vadimə etibarnamə vermiş, təxminən bir neçə ay keçəndən sonra onunla bankdan əlaqə saxlanılaraq aylıq ödənişlərin həyata keçirilməməsi barədə məlumat verilmiş, o da Vadimlə əlaqə saxladıqda Vadim demişdir ki, avtomobili etibarnamə əsasında X5. Bundan sonra Xalid Əzimov tərəfindən götürülmüş öhdəlik icra edilmədiyi üçün ona verilmiş etibarnaməni ləğv etdirmişdir. Baş vermiş cinayət nəticəsində maddi ziyan ona dəymişdir (iş vərəqə: 6-cı cild, səh. 235-237). Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3,222-2.1 və 222-2.1-ci maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmədi, ibtidai istintaq orqanının ona qarşı qərəzli mövqedə olduğunu əsas gətirərək ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdi. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq mərhələsində də ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3,222-2.1 və 222-2.1-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 1220 saylı neft quyusunun yaxınlığında yerləşən 2 sot torpaq sahəsini 2012-ci ildə tanışı Vaqif adlı şəxsin xahişi əsasında satılmasına köməklik edərək Zirəddin adlı şəxsə satmışdır. Həmin vaxt torpaq sahəsinin kənarları hasarlanmış vəziyyətdə olsa da, sonradan hasar öz-özünə sökülmüş, 2021-ci il tarixdə Zirəddin ondan xahiş etmişdir ki, həmin yerin hasarlanmasına köməklik etsin. Bundan sonra o, qeyd olunan torpaq sahəsini 2021-ci ilin mart ayının 20-də hasarlasa da, növbəti gün, yəni 21 mart 2021-ci il tarixdə çəkilmiş hasar neft şirkətinin əməkdaşları tərəfindən sökülmüşdür. Həmin hasar tikintisindən başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış torpaq sahələrində 4 dəfə tikinti işləri aparmışdır. O, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olmuş, həmçinin sifariş olduğu halda tikinti işlərini də həyata keçirmişdir. Tikinti işlərini həyata keçirdiyi ərazilərin bəziləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış torpaq sahələri olmuşdur. Təqsirləndirilən şəxs2 tədqiq olunan ifadəsinin davamnıda göstərmişdir ki, zərər çəkmiş Zərərçəkmiş şəxs7 təxminən 4 il əvvəl tanımışdır. O, Kazım adlı şəxsdən 1000 manat ödəniş etmək şərtilə 2 sot torpaq sahəsini almışdır. Sonradan həmin torpaq sahəsinin hər sotunu 1000 manatdan olmaqla ümumilikdə 2000 manata Zərərçəkmiş şəxs7 satmışdır. Həmçinin 2012-ci ildə Vaqif adlı şəxsin 1220 saylı neft quyusunun yaxınlığında yerləşən 2 sot torpaq sahəsini vasitəçilik edərək Zirəddin adlı şəxsə satmış, torpaq sahəsi satılan zaman kənarları hasarlanmış vəziyyətdə olsa da sonradan həmin hasar öz-özünə sökülmüşdür. 2021-ci ilin mart ayında Zirəddin ondan xahiş etmişdir ki, satdığı torpaq sahəsini yenidən hasara alsın və bunun üçün tikinti materialları almaq üçün ona 4600 manat pul vermişdir. O, da həmin pulla mişar daşı və lazımi tikinti materiallarını alaraq 20 mart 2021-ci il tarixdə torpaq sahəsini hasarlasa da, 21 mart 2021-ci il tarixdə neft şirkətinin əməkdaşları tərəfindən hasar sökülmüşdür. Həmin vaxtlarda Zərərçəkmiş şəxs7 ona yaxınlaşaraq satdığı torpaq sahəsində ev tikmək istədiyini bildirmiş, bunun üçün ona köməklik etməsini xahiş etmişdir. O da tikintiyə köməklik göstərəcəyini bildirmiş, daha sonra isə fikirləşmişdir ki, özünü Qarabağ əlili kimi təqdim edən Rəşid adlı şəxsdən xahiş etsin ki, bu işdə ona köməklik etsin. Belə ki, ona məlum olmuşdur ki, Rəşid neft şirkətinin ərazisində ev tikən şəxslərə köməklik edərək tikinti aparılan əraziyə Qarabağ əlillərini göndərir və neft şirkətinin əməkdaşları gəlib tikintini dayandırmaq istəyən zaman buna imkan vermirlər. Bunun üçün o, Rəşidlə əlaqə saxlayıb Zərərçəkmiş şəxs7 evinin tikintisinə köməklik göstərməsini xahiş etmiş, Rəşid isə bunun müqabilində 3000 manat pul istəmişdir. Bundan sonra Rəşidi aparıb evin tikiləcəyi 1220 saylı neft quyusunun yaxınlığında yerləşən ərazini göstərmişdir. Həmçinin Təranə ilə əlaqə saxlayaraq Rəşidin dediklərini ona deyib razılıq almış, 3000 manat pulu Təranədən götürüb 2800 manatını Rəşidə vermiş, qalan 200 manatı isə özünə götürmüşdür. Bundan sonra Rəşid həmin tikinti aparılan əraziyə bir neçə nəfər hərbi geyim formasında Qarabağ əlillərini göndərmiş, Zərərçəkmiş şəxs7 da tikinti materialları və ustalar təşkil edərək tikinti işlərini aparmışdır. Bir neçə gün içərisində tikinti işləri davam etdirilmiş, bu müddət ərzində bir neçə dəfə tikinti aparılan əraziyə neft şirkətinin işçilərinin, həmçinin polis əməkdaşlarının gəlməsinə baxmayaraq Qarabağ əlilləri tikintinin dayandırılmasına mane olmuşlar və tikinti işləri davam etdirilmişdir. Sonradan isə həmin tikinti neft şirkətinin əməkdaşları tərəfindən sökülmüşdür. O, Rəşid adlı şəxsin yalnız telefon nömrəsini bilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 15 sentyabr 2021-ci il tarixli əlavə ifadəsində ona təqdim olunan Təqsirləndirilən şəxs1 şəxsiyyət vəsiqəsi ona təqdim olunan zaman Zərərçəkmiş şəxs7 evinin tikintisinə şərait yaradılması üçün danışdığı Rəşid adlı şəxsin həmin şəxs olduğunu bildirərək göstərmişdir ki, Zərərçəkmiş şəxs7 üçün tikiləcək evin tikinti materiallarını və ustaları Təranənin özü təşkil etmişdir. Zirəddin adlı şəxs barəsində dəqiq məlumat verə bilməyəcəyini, o cümlədən Mikayıl adlı şəxs üçün də ev tikintinin onun sifarişi əsasında tikdiyini, o cümlədən Mikayılın evi ilə üzbəüz evi də tikib sahibinə təhvil verdiyini, bundan başqa Emin adlı şəxs üçün də hasar tikdiyini, həmin hasarın tikintisi zamanı bir neçə dəfə neft şirkətinin əməkdaşları gəlib tikintini saxlamaq istəsələrdə o tikintini davam etdirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ifadəsində Zərərçəkmiş şəxs3 2012-ci ildən tanıdığını, həmin vaxt Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsindən 4 sot torpaq sahəsi satacağını deyərək 5000 manat pul aldığını, lakin sonradan qeyd edilən torpağın əvvəllər başqa şəxsə satıldığını bildiyi üçün Zərərçəkmiş şəxs3 başqa yerdən torpaq vermək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs3 isə pulunu tələb etməyə başlamışdır, o isə pulu qaytaracağını desədə sonradan qaytarmamışdır. Daha sonra 2020-ci ilin Zərərçəkmiş şəxs3 oğlu Vüqar Axundov ondan şikayət etmişdir (iş vərəqə: 2-ci cild, səh. 354-357, 3-cü cild, səh. 224- 230, 4-cü cild, səh. 121-123). Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs1 da ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və yalnız Zərərçəkmiş şəxs2 qarşı dələduzluq epizolu üzrə ifadə verib göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin torpaqla bağlı əvvəlcə 1000 manat beh vermiş, qalan 8000 manatı isə növbəti gün etibarnaməni ona verərkən vermişdir. O, etibarnaməni 2005-cı ildə əldə etdiyi torpaq sahəsinin ayrılmasına dair bələdiyyə sənədinə əsasən vermişdir. Tikinti məsələsinə gəldikdə isə Vüqar tikinti məsələsinin çətin olcağını, icazə verilmədiyini bildirdikdə, o, tikinti işini öz boynuna götürmüş, tikib təhvil verəcəyinə söz vermişdir. Onlar 6500 manata razılaşmış, lakin 3 gün sonra qaynanası gəlib həmin yeri yox, digər yeri istəmişdir. Onlar razılaşmış və həmin yeri götürmüşlər. Sonra da qaynatası gəlmiş və o, hasarın sonundan 3 sot ayırıb onlara vermiş, işıq və qaz üçün arayış almışdır. Buna görə ona 2500 manat pul verilmişdir. Həmin vaxt Vüqarın qaynatası torpaqdan qaz turbası keçdiyini bildirmiş və aralarında mübahisə düşmüş və məsələ polisə kimi getmişdir. Bundan sonra münasibətlər pisləşmiş, onlara başqa-başqa yerlər göstərilmiş, onlar istəməmiş, bundan sonra o, verdiyi etibarnaməni ləğv etdirmiş, aldığı pulu isə qaytarmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamın digər epizodları üzrə ifadə verməkdən imtina etdiyindən onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri elan eldilməklə tədqiq edildi və müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 cinayət işinin ibtidai istintaqı mərhələsində də özünü təqsirli bilməmiş və göstərmişdir ki, 2013-cü ilin sonlarından Şahid4 işlədiyi "xxxx" MMC avtomobil icarə şirkətindən tanımışdır. O, avtomobilləri icarəyə verməklə yanaşı avtomobillərin alqi-satqısı ilə də məşğul olmuşdur. 2014-ci ilin sentyabr ayının əvvələrində Şahid4 onun ***-***-**-** nömrəmə zəng edib demişdir ki, "Badamdar" qəsəbəsində yerləşən "MİR" avtosalonunda "Lexus LX-570" markalı avtomaşın satılır. Həmin avtomobili Rusiya Federasiyasında yaşayan tanışına almaq istədiyini, avtomobili 32.000 ABŞ dollarına satıldığını, qiymətdə güzəşt etmədiklərini bildirib ondan maşının qiymətinin aşağı salınmasında kömək etmək üçün salonun satıcıları ilə danışmağı xahiş etmişdir. O, Şahid4lə və tanışı Şahid11 ilə birlikdə "MİR" avtosalonuna getmiş və orada satıcı Şahid12la avtomobilin satış qiyməti barədə danışmış və avtomobilin qiymətini 32.000 ABŞ dollarından 28.000 ABŞ dollarına endirmişdir. Satıcı avtomobilin “Bank VTB”-də girovda olduğunu, qalan pulun da banka ödənilməli olduğunu demişdir. Avtomobilin banka qalan ödənilməmiş kreditin həcmini bilməmişdir. Orada olan bir nəfər cavan oğlana özü 300 manat beh vermişdir. Sənədləşmə üçün Şahid4 şəxsiyyət vəsiqəsinin istədikdə Ramil vəsiqəsinin olmadığını demişdir. X116 İslamovdan şəxsiyyət vəsiqəsini istəyib avtomobili onun adına almağı, cəmi iki aydan sonra avtomobili onun adından çıxardıb başqa şəxsin adına etibarnamə alacağını, bunun müabilində ona 300 manat pul verəcəyini bildirmişdir. X95 Mehdiyevin bu təklifi ilə razı olmuşdur. Avtomobilin iki gün sonra pulun verilib təhvil verilməsi barədə razılaşmışlar. Bundan iki gün sonra Şahid4 və Şahid11 Bakı şəhəri 9-cu mkr-da yerləşən "Favorit" marketin yanında görüşmüşlər. Sonra oraya ilk dəfə gördüyü şəxs gəlmiş və Şahid4 həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxsin hazırda da adını bilmir. Həmin şəxsin xarici əlamətlərini də xatırlamır. Kişi idi, yaşı, boyu və sair əlamətləri yadında deyildir. Ondan bir az aralıda görüşdükləri üçün dəqiq əlamətlərini xatırlamır. Sonra avtomobili almaq üçün beh verdiyi şəxs yəni Mirəhəd "Lexus LX570" markalı **-VD-*** qeydiyyat nişanlı avtomobil və başqa bir avtomobillə oraya gəlmişdir. Şahid4 həmin Mirəhədə yaxınlaşıb 28.000 ABŞ dolları pul vermişdir. Mirəhəddə Şahid4 avtomobili təhvil vermiş və eyni zamanda avtomobilin sənədlərini və açarları təhvil götürmüşdür. Şahid4 ona əvvəl verdiyi 300 manat behlə birlikdə 1000 ABŞ dolları pul vermişdir. O oradan ayrılıb çıxıb gətirmişdir. "Lexus LX570" markalı **-VD-*** qeydiyyat nişanlı avtomobil və sənədləri Ramil və yanında olan şəxsdə qalmışdır. Təxminən 10-15 gün sonra Ramil yenidən ona zəng edib demişdir ki, X39 şəxsiyyət vəsiqəsinin surətini göndərir, Şahid11 adından Əfqan Teymurovun adına etibarnamə verilsin. O da Rövşənlə birlikdə Zabrat qəsəbəsində yerləşən notariat ofisinə getmişlər və Şahid11 Əfqan Teymurovun adına etibarnamə vermişdir. Sonra avtomobilin talehi barədə məlumatı olmamış və bu barədə Şahid4lə də danışmamışdır. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadələrində "Lexus LX570" markalı **- UV-*** qeydiyyat nişanlı avtomobilin alınması barədə göstərmişdir ki, Şahid4 ona demişdir ki, Rusiya Federasiyasında olan tanışı imkanlı şəxsdir, özünə yenə "Lexus" markalı maşın almaq isteyir. O, bu barədə bir necə tanışına, o cümlədən də Bakı şəhəri "Genclik" metro stansiyasının yaxınlığı, “ABU arena" şadlıq sarayının qarşısında avtosalon işlədən tanışı Şahid13 məlumat vermişdir. Şahid13 da əlində belə bir maşın olduğunu demişdir. O, Şahid4lə birlikdə həmin avtosalona gedib orada maşına baxmışdır. Şahid4 demişdir ki, avtomobili almaq isteyen tanışi özü gəlib baxacaq. Şahid13 avtomobili 20.000 ABŞ dollarına satdığını və avtomobilin "xxxx" bankda girovda olduğunu bildirmişdir. Qiymət danışandan sonra 300 manat beh verilmişdir. Həmin behi onun, yoxsa Şahid4 verdiyini dəqiq yadında saxlamamışdır. Bundan iki gün sonra Fövqəladə Hallar Nazirliyinin yaxınlığına o, öz avtomobili ilə, Şahid13 "Lexus 570" markalı **-UV-*** qeydiyyat nişanlı avtomobillə, Şahid4 isə əvvəlki avtomobili alan şəxslə birlikdə ora gəlmişdir. Sonra Şahid4 həmin şəxsdən pulu alıb gətirib ona vermiş, o da 19.650 (on doqquz min altı yüz əlli) manat pulu Şahid13 vermişdir. O, yenə həmin şəxslə münasibətdə olmamış, xarici görünüşünü bilmir. Avtomobilin açarlarını və sənədlərini avtomobillə birlikdə Şahid13 Şahid4 vermişdir. O, öz avtomobili ilə Şahid13 işlədiyi “Abu arenanın" yaxınlığına aparıb düşürmüş və oradan getmişdir. Həmin avtomobilin alınmasına görə Şahid4 ona 500 ABŞ dolları və Şahid13 isə 500 ABŞ dolları pul vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadələrində "Porshe Cayenne” markalı **-DP-***_qeydiyyat nişanlı avtomobilin alınması barədə göstərmişdir ki, yenə Şahid4 Rusiya Federasiyasında yaşayan tanışına "turbo.az" internet saytında satışı elan edilmiş bankda girovda olan avtomobil almaq istədiyini bildirib ona elan yerləşdirmiş şəxsin telefon nömrəsini vermişdir. O, da həmin şəxsin telefonuna zəng edib adı sonradan ona məlum olan Şahid2la danışmışdır. Avtomobilə baxmaq istədiyini bildirmiş və görüş yeri kimi, Nərimanov Rayon Məhkəməsinin arxasında yerləşən binanın yaxınlığını təyin etmişlər. Avtomobilin orada saxlanıldığını Perviz ona demişdir. O da Şahid4lə birlikdə gedib həmin avtomobilə baxmışlar. Avtomobilin şəkillərini Ramil Tağıyev çəkmişdir. Pərviz avtomobilin "xxxx"-da girovda olduğunu, 28.000 ABŞ dolları ilkin ödəniş olacağını, banka qalan kreditin isə 54.000 ABŞ dolları olması barədə məlumat vermişdir. Sabahısı günü Şahid4 ona demişdir ki, zəng edib Pərvizə tdesin ki, avtomobili gətirsinlər, o da Pərvizə zəng edib 9-cu mikrarayonda yerləşən "Favorit" marketin qarşısına «Porsche Cayenne" markalı **-DP-*** qeydiyyat nişanlı avtomobillə çağırmışdır. Pərviz və ilk dəfə orada gördüyu Vadim adlı şəxs “Porsche” gətirəndən sonra Şahid4 ondan aralaşıb avtomobili alan əvvəlki şəxsin yanına getmişdir. Şahid4 Pervizgilə 28.000 ABŞ dolları pulu sayıb vermişdir. Təqsirləndirilən şəxs1 tədqiq olunan həmin ifadələrində daha sonra göstərmişdir ki, fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olur, ucuz ustalar bildiyi üçün briqadalar şəklində müraciət edən müştərinin evini tikib təhvil verir. Bunun müqabilində ustalar verir, hər kvadrat metri ilə tikinti işləri görülür, tikinti başa çatandan sonra müştəri tərəfindən ödənilmiş pulun 30 faizini qazanc olaraq özü götürür. Qalan pul isə ustalar arasında bölünür. İstifadəsində ***-***-**-** nömrəsi varıdır, həmin nömrəni təxminən iki ildən çox olar ki, istifadə edir. Nömrəni Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 90 saylı tam orta məktəbin yanında yerləşən mobil telefon satışı mağazasından 5 manata almış, nömrəni alan zaman öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin nömrədən başqa onun istifadəsində başqa nömrə olmamışdır. 2015-ci ildən X44 X74 fəxri üzvüdür. Qarabağ müharibəsinin iştirakçısı olmamış, birliyin sədri Qurban Məmmədovu 2008 və ya 2009-cu ildən tanıyır, yaxın dost münasibəti yaranmışdır. Qurban Məmmədovun rəhbərlik etdiyi birlik təxminən 2004-cü ildə yaradılmış, o da həmin vaxtdan birliklə əlaqəli olsa da 2015-ci ildən rəsmi fəxri üzvüdür. Təqsirləndirilən şəxs3, X76, X14, X69, Təqsirləndirilən şəxs4 və X38 X44 X74 üzvü olduqları üçün tanımış, münasibətləri normal olmuşdur. Birlik üzvlərinin içərisində X14, X76 və Təqsirləndirilən şəxs4 ilə yaxın münasibəti vardır. Təqsirləndirilən şəxs2, X27 və X4 Maştağa qəsəbəsindən tanıyır, münasibətləri normal olmuşdur, heç bir problemi və şəxsi ədavəti olmamışdır. Sadəcə təxminən 5 ay bundan əvvəl Buzovna qəsəbəsi, Xanlar yaşayış massivində öz adına sənədlə olan torpaq sahəsi ilə bağlı Azərlə mübahisəsi olmuş, bu səbəbdən onunla Azər arasında təxminən 5 və ya 6 dəfə telefon danışığı olmuşdur. 2021-ci ilin mart ayında birlikdə olan zaman orada ona məlumat verilmişdir ki, bəs X57 öz sevgilisi üçün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna Maştağa yolunun sol tərəfində nömrəsini bilmədiyi neft buruğunun yanında ev tikir, həmin evin tikintisi üçün usta lazımdır, həmin ustalar həm tikiləcək evin yerini qazmalıdırlar, yerinə daş düzüb, üstündən qoşa daşla bir mərtəbəli ev tikməlidir. Evin ölçülərinin 9x8 kvadrat metr ölçüdə olacağını deyəndən sonra hesablamışdır ki, ev 140 kvadrat olacaq, hər kvadratını 3 manatdan usta tikəcək, bundan başqa yerin qazılmasının və bir cərgə daşın düzülməsi ilə birlikdə hər metrəsi 4 manatdan işlənəcəkdir. Bundan sonra İlyasla birlikdə həmin tikinti aparılan yerə gedib göstərmiş, Təqsirləndirilən şəxs3 da həmin vaxt orada olmuşdur, danışandan sonra İlyasgil ona 200 manat beh vermişlər, həmçinin danışmışlar ki, evin damını 400 manata bağlayıb təhvil verəcəklər. Zavur orada demişdir ki, 3 və ya 4 gün içərisində evin tikilib təhvil verilməlidir. bundan sonra həmin tikinti işinə usta versədə özü oraya getməmiş, İlyasla birliyin ofisində görüşmüş və orada ona İlyas arada görülən işin müqabilində müəyyən məbləğdə pul vermiş, həmçinin bir dəfə ona demişdir ki, polis sahə inspektoru gəlib tikintini dayandırmaq istəyən zaman ona imkan verməmişlər, o çıxıb getmişdir. Təxminən 2021-ci ilin mart ayında bayramdan sonra 3 və ya 4 günün içərisində evin tikintisi tam başa çatmış, dəqiq yadımda deyil, amma ümumilikdə 1000 manatdan bir qədər artıq usta pulu almış və həmin puldan təxminən 300 manat pul qalmışdır, qalan pulu ustalar özlərinə götürmüşlər. Təxminən iki ay bundan qabaq təsadüfən eşitmişdir ki, Təqsirləndirilən şəxs2 tutulmuşdur, ancaq hansı səbəbdən tutulmasını dəqiq bilməmişdir. Sonradan həmçinin əlavə ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs2la münasibətləri normal deyildir, belə ki, təxminən 2018-ci ildə dostu X44 X74 sədr müavini işləyən X6 Bakı şəhəri, Maştağa-Buzovna yolunun üzü Buzovna qəsəbəsi istiqamətində gedəndə sol tərəfində İcra Hakimiyyəti başçısının sərəncamı ilə 20-25 sot torpaq sahəsi olmuş, Azərdə həmin yerin onun ata baba torpağı olduğunu bildirmiş, bu səbəbdən aralarında mübahisələr olmuş, nəticə etibarı ilə torpaq sahəsi Məmmədtağıya qaldığı üçün Azər qərəzli qalmış və 39 T x-417936, y-4486104 torpaq sahəsində tikinti aparılmasını təşkil etməsi üçün ona 2800 manat pul verməsini göstərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində Zərərçəkmiş şəxs1 2020-ci ildən tanıdığını, ondan 20200 manat pul alaraq 1600 kvadrat metr sahəsi olan torpaq sahəsini satdığını bildirmiş, sonradan aralarında münaqişə olduğu üçün əsəbləşərək notariusa gedib Zərərçəkmiş şəxs1 və qardaşı Qabil Məmmədova verdiyi etibarnamələri ləğv etdirmiş, lakin aldığı 20200 manat pulu geri qaytarmadığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2020-ci ilin aprel ayının ortalarından tanımış, həmin vaxta qədər Vüqarla heç bir tanışlığı olmamışdır. Onun 30 dekabr 2005-ci il tarixli Buzovna bələdiyyəsinin 187 saylı sərəncamına əsasən ünvan 10 ünvanında 6 sot torpaq sahəsi varıdır. Həmin torpaq sahəsinin kənarları 3 mişar daşı hündürlüyündə hasarlanmış vəziyyətdə olmuş, 2020-ci ildə torpaq sahəsinin 3 sotunu hər sotunu 6000 manatdan olmaqla satışa qoymuş, 2020-ci ilin aprel ayının ayının ortalarında torpaq və ev alqısatqısı ilə məşğul olan “Orxan” adlı şəxs onun yanına müştəri olaraq Zərərçəkmiş şəxs2 gətirmişdir. Zərərçəkmiş şəxs2 torpaq sahəsinə baxandan sonra belə razılaşmışlar ki, 15000 manat pulun müqabilində torpaq sahəsinin kənarlarını 12 mişar daşı hündürlüyündə hasarlayıb Vüqara təhvil verməlidir. Həmin vaxt Vüqara demişdir ki, torpaq sahəsi ona Buzovna bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 187 saylı sərəncamı əsasında ayrılmış, həmçinin sərəncamı Vüqara göstərib, sərəncam əsasında etibarnamə verəcəyimi bildirmişdir. Vüqarda bələdiyyə sənədi ilə həmin torpaq sahəsini almağa razılıq vermişdir. Bundan sonra ona ilkin olaraq 1000 manat beh vermiş və belə razılaşmışlar ki, Vüqar ona 8000 manat da pul verəndən sonra torpaq sahəsinin 300 kvadrat metri ilə bağlı Vüqara etibarnamə verəcək, hasar çəkilib qurtarandan sonra 6000 manatda pul verməlidir. Bundan sonra 2020-ci ilin may ayının 8-də Vüqar ona 7 saylı notariat ofisində 8000 manat pul vermiş, o da 30 dekabr 2005-ci il tarixli 187 saylı sərəncam əsasında Vüqara etibarnamə vermişdir. Daha sonra isə təxminən 2 və ya 3 ay ərzində Vüqara satdığı torpaq sahəsinin kənarlarına 12 mişar daşı hündürlüyündə hasar çəkmiş və Vüqarı çağırıb 6000 manat pulu istəmiş, Vüqar isə ona 2500 manat pul vermiş, qalan 3500 manat pulu isə verəcəyini bildirsə də sonradan etiraz edərək 3500 manat pulu verməyəcəyini bildirmiş, bundan sonra aralarında mübahisələr yaranmağa başlamışdır. Bir müddət sonra isə Vüqar ondan gedib polisə şikayət etmişdir (iş vərəqə: 2-ci cild, səh. 87-89, 3-cü cild, səh. 249- 253, 4-cü cild, səh. 34-36, 271-276, 12-ci cild, səh. 219-222). Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,188.1, 32.5,188.2 və 32.5,222-2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməyib ifadə verməkdən imtina etdiklərindən onların məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri elan eldilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs4 tədqiq olunan həmin ifadələrinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,188.1, 32.5,188.2 və 32.5,222-2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X28 iştirakçısıdır, 1992-ci ildə hərbi xidmətə çağırılmış və döyüş bölgəsində müharibədə iştirak etmiş, 1993cü ilin aprel ayının 18-də Murovdağ dağ döyüşlərində düşmən snayperi tərəfindən vurulmuş və sol gözündən xəsarət almış, həmin vaxtdan ümumiyyətlə sol gözü görmə qabiliyyətini 100 faiz itirmiş, ordu sırılarından tərxis olunmuş və ona müddətsiz olaraq 2-ci qrup qarabağ əlilliyi təyin edilmişdir. həmin vaxtdanda heç bir işlə məşğul olmamışdır. Tərtər rayonu, Buruc kəndində özünə məxsus olan evdə yaşamış və təxminən 3 il olar ki, ünvan 11 ünvanında qohumu Muradın evində yaşayır. Təxminən 2 il bundan qabaq X44 X79 üzv qəbul olunmuşdur. Onu həmin birliyin üzvü olmağa heç kim dəvət etməmiş, özü Bakıxanov qəsəbəsində birliyin qarşısından keçəndə dönüb maraqlanmış və sonradan üzvlüyə qəbul olunmuşdur. Həmin birliyə üzvlüyə qəbul olunduqda ona üzvlüyü təsdiq edəcək vəsiqə verilmişdir. Təxminən 20 gün bundan qabaq onu X44 X79 dəvət edərək bildirmişlər ki, Bakı Şəhər Baş Polis İdarəsindən sorğu göndərilmiş, bununla bağlı vəsiqəni təhvil verməlidir, üzvlükdən çıxarırlar. O da etiraz etməyərək həmin birlik tərəfindən verilmiş vəsiqəni təhvil vermiş, ondan başqa heç bir ictimai birlyin üzvü olmamışdır. İstifadəsində ***-***-**-** və ***-***-**-** nömrələri varıdır, hər iki nömrə onun öz adınadır, uzun müddətdir ki, istifadə edir. Təqsirləndirilən şəxs3 Bakı şəhərinə köçəndən sonra tanımış, Zavurla təsadüfən tanış olmuş, Zavurda X28 iştirakçısı olmuş və əlillik təyin edilmiş, münasibəti normal olmuşdur, aralarında heç bir problem və şəxsi ədavətləri olmamışdır. X8 X44 X74 sədr müavini olduğu üçün tanımış, başqa heç bir münasibəti olmamışdır. X29, X76 və X45 əvvəllər tanımamışam, onlarla heç bir münasibəti olmamışdır. Təxminən 2 ay və ya 3 ay bundan qabaq Təqsirləndirilən şəxs3la birlikdə çay içəndən sonra ona demişdir ki, ikinci ailəsi olan adı yadında olmayan qadın üçün Buzovna Maştağa arasında ev tikir və demişdir ki, səhər o da həmin yerə gəlsin, orada oturub bir çay içsinlər, əgər dövlət qurumlarından kimsə gəlib tikintiyə maneçilik törətsə onlar bir qarabağ əlili kimi xahiş etsinlər ki, problem yaranmasın tikinti işlərini başa çatdırsın. həmin vaxta qədər Zavurun ondan başqa əlili oraya çağırmasından xəbəri olmamışdır. Səhəri gün taksi ilə Zavurun ona izah etdiyi ünvana getmiş, Orada təxminən neft buruğundan 20- 30 metr aralıda Zavur bir yer göstərib həmin yerdə arvadı üçün ev tikəcəyini bildirmiş, tikinti aparılan əraziyə çatanda artıq evin bünövrəsini Zavur tökdürmüş, həmçinin görmüşdür ki, Zavur ondan başqa digər Qarabağ əlillərinə də xəbər vermiş, onlarda gəlmişlər. Təxminən 4-5 mişar daşı hündürlüyündə tikinti işləri aparılandan sonra neft şirkətinin əməkdaşları polis əməkdaşları ilə birlikdə həmin yerə gəlmişlər, onlarda qarabağ əlili olduqlarını onlara deyəndən sonra narazılıq etməyərək çıxıb getmişlər, bundan sonra Zavur ustalara göstəriş vermiş və tikinti işləri davam etdirilmiş, axşamı çıxıb getmişlər, səhəri gün yenə də gəlmişlər və Zavurun göstərişi əsasında tikinti işləri davam etdirilmiş, axşam onlar çıxıb getsələr də Zavur neft şirkətinin əməkdaşları tərəfindən evin sökülə biləcəyindən ehtiyyat etdiyi üçün orada qalmışdır. Səhəri gün səhər yenə də oraya gəlmişlər və tikinti işləri davam etdirilmişdir, artıq yekunlaşmaq üzrə olmuş və dam örtüyü vurulmuşdur, bu zaman yenə də polis əməkdaşları ilə neft şirkətinin əməkdaşları həmin yerə gəlmişlər və tikintini dayandırmağı tələb etmişlər, lakin sonradan onlar gedəndən sonra artıq tikinti işləri tamamlanmaq üzrə olduğu üçün tikinti işləri davam etdirilərək yekunlaşdırılmışdır. Bundan sonra onlar çıxıb getmişlər, sonradan ona məlum olmuşdur ki, neft şirkətinin əməkdaşları tərəfindən həmin ev sökülmüşdür (iş vərəqə: 3-cü cild, səh. 127-130, 4-cü cild, səh. 185-188). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 tədqiq olunan həmin ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,188.1, 32.5,188.2 və 32.5,222-2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, X28 iştirakçısı olmuş, könüllü olaraq ordu sıralarına qoşulmuşdur. 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda gedən döyüşlərdə erməni silahlıları tərəfindən basdırılmış minaya düşmüş və sol ayağının dizdən aşağı hissəsi amputasiya olunmuş, sağ ayağında isə üç yerdən sümüyünün açıq sınığı xəsarətləri almış, bundan sonra ordu sıralarından tərxis olunmuş və uzunmüddət müalicə alınandan sonra ona 2-ci qrup Qarabağ əlili verilmiş və hazırda da müddətsiz olaraq 2-ci qrupp əlildir və bununla bağlı dövlət tərəfindən təyin edilən pensiya və ölkə rəhbərliyinin təqaüdünü alır, həmin pulla dolanır. İstifadəsində ***-***-**-** nömrəsi varıdır, həmin nömrə onun öz adına qeydiyyatdan keçmiş və təxminən 10 il olar ki, istifadə edir. Həmin nömrədən başqa onun istifadəsində heç bir nömrə yoxdur. Təxminən iki il qabaq təsadüfən Bakıxanov qəsəbəsində kafedə olan zaman qonşu masada bir neçə nəfər Qarabağ müharibəsi iştirakçısının hansısa cəmiyyətə üzv olmalarının qulaq şahidi olmuş, o da həmin şəxslərdən cəmiyyətə üzv olmaq istədiyini soruşduqda ona kömək üçün demişlər ki, Qarabağ müharibəsi iştirakçılarına kömək edən bir neçə cəmiyyət vardır, onlardan biri də Bakıxanov qəsəbəsində yerləşən X44 kömək ictimai birliyidir. Həmin birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində İcra Hakimiyyətinin yaxınlığında yerləşir, o da bundan sonra həmin birliyə getmiş, orada onu sədrin qardaşı və köməkçisi olan Məcid Məmmədov qəbul etmiş və Qarabağ müharibəsi əlili olduğu üçün onu da birliyə üzv kimi qəbul etmişlər, həmin vaxtda ona birliyin üzvü olmağını təsdiq edəcək vəsiqə vermişlər. O birliyə üzv olandan sonra birlik tərəfindən təşkil edilən müxtəlif tədbirlərə qatılan zaman birliyin üzvləri olan X14 və X29 ilə də münasibətləri yaranmışdır. Onlarla bir neçə dəfə birlikdə tədbirlərə qatılmışdır. Təxminən 3 il olar ki, Bakı şəhəri, Neftçilər Metrostansiyasının yaxınlığında yerləşən kafedə xidmətçi işləyən Zərərçəkmiş şəxs7 ilə tanış olmuş, bundan sonra aralarında sevgi münasibətləri yaranmış və həmin vaxt Təranə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində kirayədə atası və üç azyaşlı övladı ilə birlikdə yaşadığı üçün Təranənin yaşadığı evə gedib gəlmişdir. Həmin vaxtlarda Təranə ona hazırda yadında olmayan bələdiyyənin sənədini göstərib onun 3 sot torpaq sahəsi olduğunu bildirmişdir. Bundan sonra Təranə onu Buzovna-Maştağa yolunun sol tərəfində sonradan nömrəsinin 1220 olduğunu bildiyi neft quyusundan təxminən 20 metr aralıda boş torpaq sahəsini göstərib həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Təranənin əlində olan sənəddə torpaq sahəsinin yerləşmə koordinatları olmamış, torpaq sahəsinin neft quyusunun yaxınlığında yerləşdiyini gördüyü üçün oranın neft şirkətinin ərazisi olduğuna əmin olmuş, həmçinin sənədin problemli sənəd olduğunu bilmişdir. Bundan sonra fikirləşmişdir ki, orada bir ev tiksin, Təranə öz ailəsi ilə orada qalsın və kirayələrdən canı qurtarsın. Lakin bilmişdir ki, həmin ərazi neft şirkətinin ərazisidir və orada tikinti işləri aparmağa icazə verməyəcəklər. Lakin üzvü olduğum X37 X74 digər üzvləri birlikdə birlyin üzvlərindən olan Qarabağ əlillərindən kiminsə tikinti işlərində və ya müəyyən sənəd işlərində problemlər olduqda cəmləşib həmin tikinti sahəsinə gedib orada tikintinin qarşısını almaq istəyənlərə mane olduqlarını bildiyi üçün fikirləşmişdir ki, yuxarıda qeyd etdiyi torpaq sahəsində Təranə üçün ev tikmək istəyərkən birliyin üzvlərindən olan Qarabağ müharibəsi əlillərindən bir neçəsini dəvət edər, tikintinin üstündə dayanarlar və neft şirkətinin əməkdaşları gələn zaman onlar tərəfindən tikinti işlərinin dayandırılmasına mane olarlar. X76 və X45 isə 2020-ci ildə olan 44 günlük Vətən müharibəsindən sonra X44 X79 üzv olduqları üçün tanımış və münasibətləri yaranmışdır. 2021-ci ilin mart ayında Buzovna-Maştağa yolunun sol tərəfində sonradan nömrəsinin 1220 olduğunu bildiyi neft quyusundan təxminən 20 metr aralıda Təranə üçün ev tikmək qərarına gəlmiş, bu məqsədlə də üzvü olduğu birliyin digər üzvü Təqsirləndirilən şəxs4la mobil telefonla əlaqə saxlayaraq ona demişdir ki, «neft şirkətinin ərazisində ev tikmək istəyir, birdən neft şirkətinin əməkdaşları gəlib tikintini saxlayarlar, sən bir neçə nəfər birliyin üzvü olan qarabağ əlilini götürüb tikinti sahəsinə gəl və burada bir çay içib gözləyək, kimsə gəlib tikintini saxlasa buna imkan verməyək». Həmin vaxt hələ heç tikintiyə başlanılmasa da hazırlıq işləri getmişdir, təxminən qərara almışlar ki, uzağı beş gün müddətində evi tikib qurtarmaq lazımdır. Tikinti aparacağı sahənin dəqiq yerini İlyasa izah edəndən sonra İlyas həmin yerə X14, X29, X76 və X69 ilə birlikdə gəlmişdir. Onlar tikinti sahəsinə gələndən sonra hazırda adlarını xatırlamadığı ustalar tərəfindən evin bünövrəsi tökülmüş və heç qurumamış tikintiyə başlamışlar, təxminən 4 və ya 5 mişar daşı hündürlüyündə tək qat olmaqla tikintini apardıqdan sonra polis əməkdaşları ilə birlikdə neft şirkətinin əməkdaşları həmin yerə gəlib qeyd olunan ərazinin neft şirkətinin ərazisi olduğunu və bu səbəbdən həmin yerdə tikinti işləri aparmağın qeyri mümkün olduğunu demişlər və onlardan tikintini dayandırmağı tələb etmişlər. Həmin vaxt onlar, yəni o, İlyas, Məmmədtağı, Qurbanəli, Cavid və Vasif əsəbləşərək Qarabağ müharibəsi əlili olduqlarını bu səbəbdən evi tikəcəklərini demişlər, çoxlu söz söhbət olduğu üçün neft şirkətinin əməkdaşları polis əməkdaşları ilə birlikdə çıxıb getmişlər, onlar isə öz işləri davam etdirərək tikintini aparmışlar, gecə saatlarına qədər İlyas və yanında gələnlər onunla birlikdə orada qalmışlar, gecə isə İlyasgil çıxıb getmişlər, o isə orada qalmışdır ki, birdən gecə gəlib tikintini uçurarlar, səhərə qədər ocaq yandırıb orada oturmuş, səhər yenə də İlyas, Məmmədtağı, Qurbanəli, Cavid və Vasif həmin yerə gəlmişlər, onlar yenə də tikintinin üstündə dayanaraq həmin gün artıq tikintini başa çatdırmışlar və dam örtüyünü vurmuşlar, yenə də axşam orada qalmış, İlyasgil isə çıxıb getmişlər, səhəri gün ayağında olan protezlə bağlı həkimə getmiş, orada olduğu müddətdə Təranə məlumat vermişdir ki, neft şirkətinin əməkdaşları tərəfindən həmin tikdiyim evin bir hissəsi uçurulmuşdur. Təqsirləndirilən şəxs3 sonrakı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 ilə heç bir ər arvad münasibəti olmamışdır. Təranəni birinci dəfə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində neft şirkətinin ərazisində 1220 saylı neft quyusunun yaxınlığında ev tikintisi gedən zaman tanımış, həmin vaxta qədər onun Təranə ilə heç bir tanışlığı olmamışdır. Həmin tikinti sahəsinə onu Qarabağ əlili kimi tanıdığı Təqsirləndirilən şəxs4 dəvət etmişdir, belə ki, İlyas ona təklif etmişdir ki, bəs bir nəfər üçün neft şirkətinin istifadəsində olan torpaq sahəsində ev tikilir, onlarda gedib həmin tikintinin üstündə dayansınlar, əgər neft şirkətinin əməkdaşları və ya hər hansı bir dövlət qurumundan gələn olduqda desinlər ki, tikintini özləri üçün tikirlər və bu yolla tikintinin dayandırılmasının qarşısını alsınlar, bunun müqabilində onlara pul veriləcəkdir, o da İlyasla razılaşmış, İlyas ona demişdir ki, gedib orada dayandığı üçün ona 300 manat pul verəcəkdir, ancaq İlyasın hansı məbləğdə pul almasını bilməmiş, həmçinin orada iştirak edəcək digər Qarabağ əlilinə hansı məbləğdə pul verməsindən xəbəri olmamışdır. o da İlyasla razılaşmış, birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 1220 saylı neft quyusunun yaxınlığında boş bir əraziyə getmişlər, orada İlyas əvvəlcədən başqa Qarabağ əlillərini də çağırmış, orada birinci dəfə Zərərçəkmiş şəxs7 görmüşdür. Onların işi yalnız ondan ibarət olmuşdur ki, tikintidə dayanıb hər hansı bir dövlət orqanlarından gəlib tikintini dayandırmaq istədikdə buna mane olsunlar və tikinti işləri davam etdirilsin. Həmçinin orada olduqları müddətdə ona aydın olmuşdur ki, tikinti prosesində işləyən usta və fəhlələri X44 X74 üzvü olan Təqsirləndirilən şəxs1 təşkil etmiş, Rəşidin hansı səbəbdən tikintiyə usta göndərməsindən xəbəri olmamışdır. Həmçinin İlyas orada ona demişdir ki, əgər gəlib kimsə tikintiyə çıxsa desin ki, Qarabağ əlilidir və evi öz arvadı üçün tikir, o da İlyasın dedikləri ilə razılaşmışdır. Bundan sonra orada olduqları müddət ərzində bir neçə dəfə neft şirkətinin əməkdaşları o cümlədən polis əməkdaşları gəlib tikinti aparılan ərazinin neft şirkətinin ərazisi olduğunu və bu səbəbdən tikintini dayandırmaq lazım olduğunu desələrdə hər dəfəsində o qarabağ əlili olduğunu deyərək tikintinin dayandırılmasının qarşısını almışdır. həmçinin Təqsirləndirilən şəxs4 özü də orada olmuş, İlyas da səs-küy salmışdır ki, tikinti davam etdirilsin. O tikintidə olan qarabağ əlillərindən Cavidin adını bilmiş, digərlərini isə üzlə tanımışdır. Təxminən 3 və ya 4 gün tikintidə olandan sonra İlyas ona gətirib 300 manat pul vermişdir. Digər əlillərə isə hansı məbləğdə pul verməsini bilməmişdir. Bundan başqa orada olduqları neçə günün içərisində naharı Maştağa qəsəbəsində yerləşən Bakı kafesində etmişlər. Onlar orada çörək yeyən zaman heç bir məbləğdə ödəniş etməmişlər, kafenin sahibi onlardan pul götürməmiş və demişdir ki, narahat olmayın pulunu verəcəklər, o kimin ödəniş edəcəyini isə bilməmişdir. Bundan sonra ev tikilib başa çatmış, sonradan isə neft şirkətinin əməkdaşları tərəfindən evin bir hissəsi uçurulmuş, həmçinin özbaşına tikinti işləri ilə bağlı cinayət işi başlanılmış, artıq onları istintaqa çağırmışlar, bu zaman İlyas ona və Təranəyə demişdir ki, istintaq orqanına çağırdıqda desinlər ki, qeyri rəsmi ər arvad münasibətində yaşayırlar və evi Təranə üçün tikir, o da İlyasın sözünə əsasən ilkin ifadəsində evi qeyri rəsmi arvadı Təranə üçün tikdiyini demiş, ancaq əsl həqiqətdə həmin tikinti olana qədər Təranəni tanımamış, heç bir ər arvad münasibəti olmamışdır, Təranənin hansı pulla o evi tikməsindən xəbəri olmamışdır, yalnız İlyasın təklifi əsasında Qarabağ əlili kimi tikintinin dayandırılmasının qarşısını almaq məqsədilə orada iştirak etmiş, bunun müqabilində ona 300 manat İlyas pul vermiş, onun təklifi ilə də neft şirkətinin əməkdaşları gəldikdə irəli duraraq evi onun tikdiyini və Təranənin arvadı olduğunu bildirmişdir (iş vərəqə: 3-cü cild, səh. 109-116, 281-284, 4cü cild, səh. 207-209). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs2 ilə digər Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 sərbəst ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: 4-cü cild, səh. 10-14). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq mərhələsində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində iştirak etmiş X25 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, nümayəndə Ərəstun İskəndərov sərbəst ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir(iş vərəqə: 2-ci cild, səh. 341-342). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 sərbəst ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: 4cü cild, səh. 124-126). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: 1-ci cild, səh. 207-210). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs2 məxsus «Nokia C2- 01» markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür k, **********30251 İMEİ kodlu həmin telefonun yaddaşında 96 ədəd mobil telefon nömrəsi müəyyən edilmiş, telefonun yaddaşında olan nömrələrin içərisində «Resid Elil +**********55» və «Elil ***-***-**-**» nömrələri qeyd olunmuşdur. Məhkəməyədək icraat mərhələsində ***-***-**-** mobil nömrəsinin Təqsirləndirilən şəxs1 istifadəsində, ***-***-**- ** mobil nömrəsinin isə Təqsirləndirilən şəxs4 istifadəsində olması müəyyən edilmişdir (iş vərəqə: 3-cü cild, səh. 231-232). Daha sona işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan baxış keçirilməsi haqqında 23 aprel 2021-ci il tarixli ifadənin yerində yoxlanılmasına dair protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs2 39 T x-417994, y-4486159, 39 T x- 417920, y-4485909, 39 T x-417919, y-4485922 və 39 T x-417936, y-4485859 koordinatlarda yerləşən torpaq sahələrində aparılan tikinti işlərini göstərərək həmin sahələrdə tikinti işlərinin onun tərəfindən aparıldığını qeyd etmişdir(iş vərəqə: 2-ci cild, səh. 308-314). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs1 məxsus «Vivo» markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən «Vivo» markalı **********40236 və **********40228 İMEİ kodlu həmin mobil telefonun yaddaşında olan nömrələrin içərisində «Azer Mstga +**********35» nömrəsi, «Cavid elil **********» nömrəsi, «Ceyhun elil +**********58» nömrəsi, «İlyas **********» nömrəsi, «mamed dayı 2 **********» nömrəsi, «Mamed dayı **********» nömrəsi və «Ceyhun Elil1 **********» nömrələri olduğu müəyyən edilmişdir(iş vərəqə: 3-cü cild, səh. 254). Məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş X46 ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid Almaz Əhmədova tədqiq olunan ifadəsində göstərmişdir ki, «Security Operation Services» direktor müşaviri vəzifəsində işləyir. İşlədiyi müddət ərzində dəfələrlə Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılmasının şahidi olmuş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Azər Cbrayılov öz hərəkətlərini davam etdirmişdir. 2020-ci ilin avqust ayında 1220 saylı işlək neft quyusundan 150 metr məsafədə yerləşən torpaq sahəsinin Təqsirləndirilən şəxs2 tərəfindən özbaşına tutularaq tikinti işlərinin aparılmasını aşkar olunmuş, bununla bağlı 3 dəfə tikintinin qarşısını almağa çalışsalar da, Təqsirləndirilən şəxs2 öz hərəkətlərini davam etdirmişdir (iş vərəqə: 2-ci cild, səh. 318- 320). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şahid X46 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, şahid Almaz Əhmədova sərbəst ifadəsində göstərdiyi xüsusatları üzləşdirmə istintaq hərəkəti keçirilən zaman Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (iş vərəqə: 2-ci cild, səh. 343-344). Məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş X47 ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid Kamil Məhərrəmov tədqiq olunan ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin mühafizə xidmətinin növbə rəisi vəzifəsində işləyir. Xidməti işi ilə bağlı hər gün idarənin daimi istifadəsinə ayrılmış torpaq sahələrində gəzintilər apararaq özbaşına tikinti işlərinin aparılması faktını aşkar etdikdə müvafiq tədbirlər görülməsi üçün rəhbərliyə məruzə etmişdir. 22 mart 2021-ci il tarixdə, səhər saat 09 radələrində Neft-Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış torpaq sahələrinə baxış zamanı Buzovna-Maştağa yolunun sol tərəfində 1220 saylı işlək neft quyusundan 20 metr aralıda tikinti işlərinin aparılması faktını aşkar etmiş, ona görə də bu barədə dərhal polisə məlumat vermişdir (iş vərəqə: 2-ci cild, səh. 207-208). Daha sonra məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş X83 ifadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid Azər Osmanov tədqiq olunan ifadəsində göstərmişdir ki, «Security Operation Services»-də baş mütəxəssis vəzifəsində işləmişdir. 22 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin mühafizə xidmətinin növbə rəisi Kamil Məhərrəmovun məlumatı əsasında Neft- Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Buzovna-Maştağa yolunun sol tərəfində 1220 saylı işlək neft quyusundan 20 metr aralıda tikinti işlərinin aparılması ilə bağlı əraziyə baxış zaman özlərini Qarabağ müharibəsinin iştirakçıları kimi təqdim etmiş Təqsirləndirilən şəxs3, Cavid Həşimov, Qurbanəli Məmmədov və Təqsirləndirilən şəxs4 adlı şəxslər tərəfindən özbaşına tikinti işləri aparmaları müəyyən edilmişdir. Bununla bağlı 24 mart 2021-ci il tarixədək olan müddətdə bir neçə dəfə onlara xəbərdarlıq edilməsinə baxmayaraq tikinti işlərini davam etdirmişlər və evin tikintisini başa çatdırmışlar (iş vərəqə: 2-ci cild, səh. 209-210). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan şahid X58 ifadənin yerində yoxlanılması protokolundan görünür ki, şahid Azər Qasımov sərbəst ifadəsində göstrdiyi xüsusatları bir daha əyani şəkildə göstərərək 39 T x-417994, y-4486159, 39 T x-417936, y-4486104, 39 T x-417920, y-4485909, 39 T x-417919, y-4485922, 39 T x-417838, y- 4485992 və 39 T x-417936, y-4485859 koordinatlarında yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft- Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış torpaq sahələrində Təqsirləndirilən şəxs2 tərəfindən özbaşına tikinti işlərinin aparıldığını bildirmişdir (iş vərəqə: 3-cü cild, səh. 52-64). İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsində baş markşeyder vəzifəsində işləyir. 2017ci ilin mart ayının 27-dən həmin vəzifədə işləyir. Təqsirləndirilən şəxs2 yuxarıda qeyd etdiyi İdarədə işə başlayandan sonra tanımış, əvvəllər heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə torpaq sahələri keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə X22 Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırki Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi Sənayedə X22 Nəzarət və X66 Agentliyi) tərəfindən 18 may 1999-cu il tarixdə ayrılmışdır. Ayrılmış torpaq sahələrinin ümumi sahəsi 1344 hektar təşkil etməklə «Buzovna-Maştağa» neft-qaz yatağını əhatə etmiş, torpaq sahəsinin ayrılması haqqında xəritə də mövcud olmuşdur. Həmin xəritə tərtib edilərkən Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. Həmin xəritədə idarənin daimi istifadəsinə ayrılmış torpaq sahələri çəhrayı rənglə rənglənmiş xəttin içərisində yerləşir, çəhrayı xəttin çöl hissəsində yerləşən torpaq sahələri isə idarənin balansında yerləşməyən torpaq sahələridir. Bundan başqa xəritədə işlək quyular ağ və qara rənglə rənglənmiş damcı formasında qeyd edilmiş, yaşıl rənglə üzərində «X» işarəsi olan işarə isə ləğv olunmuş quyular kimi qeyd edilmişdir. Mühafizə zonası “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarında öz əksini tapmışdır. Bundan başqa Bakı Şəhər İcra Hakimiyyətinin 26 noyabr 2010-cu il tarixli 447 saylı sərəncamı ilə əlavə inzibati binanın, işçi düşərgəsinin və avadanlıqlar anbarlarının tikilməsi üçün 69,0034 hektarda İdarənin daimi istifadəsinə torpaq sahəsi ayrılmışdır. Xəritədə İdarənin daimi istifadəsinə ayrılmış torpaq sahələri koordinatlar vasitəsilə qeyd edilir. Bundan başqa həmin koordinatların qarşısında qeyd edilməsə də ümumi götürəndə Azərbaycan Respublikası 38T və 39T koordinatlarında yerləşir. Bakı şəhəri 39T koordinatında yerləşdiyi üçün xəritələrin koordinatlarında əvvəlində 39T qeyd olunmalıdır. Şahid6 ifadəsinin davamında göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs2 tərəfindən idarənin daimi istifadəsinə 18 may 1999-cu il tarixdə ayrılmış torpaq sahəsinin daxilində bir neçə özbaşına tikinti işləri aparılmışdır. ona hər bir tikinti işləri aparan zaman dəfələrlə xəbərdarlıq edilib tikintini dayandırması tələb edilsə də o öz hərəkətlərini davam etdirərək tikintini başa çatdırmışdır. Həmin tikinti sahələrindən biri 39 T x-417920, y- 4485909 koordinatlarında yerləşmişdir. Həmin tikinti işlərini Təqsirləndirilən şəxs2 2018-ci ilin iyun ayından başlayaraq həyata keçirmişdir. Qeyd edilən tikinti işləri aparılan zaman Azərə dəfələrlə xəbərdarlıq edilmiş, ərazinin neft şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahəsi olması onun diqqətinə çatdırılmış, buna baxmayaraq o öz işlərini aparmışdır. Bundan başqa 39 T x-417919, y-4485922 koordinatlarında yerləşən torpaq sahəsində Azər tərəfindən 2018-ci ilin avqust ayından başlayaraq tikinti işləri aparılmışdır ki, həmin tikinti prosesində də tikinti işləri dayandırılsa da Azər tərəfindən davam etdirilmişdir. Bundan başqa, 39 T x-417838, y-4485992 koordinatlarında yerləşən torpaq sahəsində aparmışdır. Həmin tikilini 2020-ci ilin iyun ayından başlayaraq aparmışdır, bununla bağlı tikinti gedən ərəfədə idarənin əməkdaşları tərəfindən tikinti sahəsindəki işlər dayandırılsa da, Azər öz işini davam etdirmişdir. Bundan başqa 1040 saylı ləğv olunmuş neft quyusunun mühafizə zonasında 39 T x-417936, y-4485859 koordinatlarında yerləşən torpaq sahəsində Azər tərəfindən tikinti işləri aparılan zaman həmin tikinti bir neçə dəfə dayandırılmış, Azərə bu ərazidə tikinti işlərinin aparılmasının mümkün olmadığı, ərazinin neft şirkətinin daimi istifadəsinə ayrılması barədə məlumat verilsə də, Azər öz işlərini apararaq tikinti işləri görmüşdür. Həmitn tikinti işləri 2020-ci ilin avqust ayında həyata keçirilmişdir. Bundan başqa 39 T x-417994, y-4486159 koordinatlatında yerləşən torpaq sahəsində hasar tikintisini aparmasıdır. Həmin tikinti sahəsi 1220 saylı işlək neft quyusunun yuxarıda qeyd edilən Nazirlər Kabinetinin qərarına əsasən mühafizə zonasının daxilində yerləşir, tikinti işlərini Təqsirləndirilən şəxs2 2021-ci ilin mart ayında aparmışdır, bununla bağlı tikinti prosesində dəfələrlə xəbərdarlıq edilib tikintini dayandırması tələb edilsədə o buna əhəmiyyət verməyərək öz işlərini davam etdirmişdir. Bundan başqa yenə də 2021-ci ilin mart ayında 1220 saylı neft quyusunun mühafizə zonasında “Qarabağ” əlillərini də tikinti işlərinə cəlb etməklə 39 T x-417936, y-4486104 koordinatlarında yerləşən torpaq sahəsində ev tikintisini aparmışdır. Bununla bağlı idarənin əməkdaşları tərəfindən tikinti işləri bir neçə dəfə dayandırılsa da Azər öz hərəkətlərini davam etdirmişdir. Buna görə də polisə dəfələrlə məlumat verilərək Təqsirləndirilən şəxs2 tərəfindən İdarənin daimi istifadəsinə ayrılmış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması barədə məlumatlar verilmişdir. Şahid9 məhkəmə baxışı zamanı dindirilərkən ifadəsində göstədi ki, 2016-cı ildən Bakı şəhəri, Xəzər rayon icra hakimiyyəti başçısının Buzovna qəsəbə ərazi inzibati nümayəndəsinin müavini vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs2 elə həmin nümayəndəlikdə işləyən müddətdən tanımışdır. Təqsirləndirilən şəxs2 Buzovna qəsəbəsində yerləşən neft şirkətinin daimi istifadəsinə verilmiş torpaq sahələrində özbaşına tikinti işləri aparan şəxs kimi tanımış, dəfələrlə nümayəndəliyin, neft şirkəti və polis əməkdaşları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirmişdir. Son vaxtlarda isə, yəni neft şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması işinə birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları olan əliləri cəlb etməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 əlilləri Təqsirləndirilən şəxs1 adlı əslən Kürdəmir rayonundan olan şəxsin vasitəsilə cəlb etməklə dövlət qurumları tərəfindən tikintinin dayandırılmasının qarşısını alır, əlillərə Təqsirləndirilən şəxs1 ilə birlikdə pul verərək orada dayanmalarını təşkil edirlər, əlillərə deyirlər ki, dövlət qurumlarının əməkdaşları gəlib tikintini dayandırdıqları halda səs küy salsınlar, müharibə iştirakçıları olmalarından istifadə edərək tikintinin dayandırılmasının qarşısını alsınlar, əlillərdə müəyyən məbləğdə pulun müqabilində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dediyi tikinti sahələrində dayanaraq onların göstərişlərini yerinə yetirirlər. Dəfələrlə neft şirkətinin ərazisində vətəndaş tərəfindən tikinti işləri aparılan zaman onlar tərəfindən dayandırılmış, bundan sonra həmin vətəndaş tikintini həyata keçirməsi üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayıb onlara pul verərək əlilləri həmin tikinti sahəsinə gətirməklə öz işlərini davam etdirirlər. Bundan başqa Təqsirləndirilən şəxs1 Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsindən keçən magistral qaz kəmərinin mühafizə zonasında 2019-cu ildə tikinti işləri apardığı üçün tikintinin qarşısı onlar tərəfindən alınmış və Rəşidə xəbərdarlıq edilmişdir ki, qeyd olunan ərazidə tikinti işlərinin aparılması qanunsuzdur, buna baxmayaraq sonradan ona məlum olmuşdur ki, Rəşid həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına onların və neft şirkətinin əməkdaşları tərəfindən icazə verilməməsinə baxmayaraq qeyd olunan yeri bir nəfər şəxsə satmış, lakin sonradan verdiyi etibarnaməni ləğv etdirərək həmin şəxsin pulunu ələ keçirmişdir. Sonuncu dəfə də 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə müəyyən məbləğdə pul verməklə Qarabağ əlillərini cəlb edərək neft şirkətinin ərazisində 1220 saylı işlək neft buruğunun yaxınlığında buruğun mühafizə zonasında ev tikintisini həyata keçirməyə başlamışlar, həmin tikinti ilə bağlı neft şirkətinin əməkdaşları, o cümlədən onlar və polis orqanlarının əməkdaşları tərəfindən tikintinin dayandırılması barədə xəbərdarlıqlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib tikintini başa çatdırmışlar. Həmin tikinti sahəsinin aparıldığı ərazi Buzovna qəsəbəsinin ərazisində yerləşməklə neft şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahəsidir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid8 ifadəsində göstərdi ki, hazırda Bakı şəhəri, Xəzər rayon icra hakimiyyəti başçısının Buzovna qəsəbə ərazi inzibati nümayəndəsində baş mütəxəssis vəzifəsində işləyir. Həmin vəzifədə 2020-ci ildən işləyir, əvvəl də həmin nümayəndəlikdə müxtəlif vəzifələrdə işləmişdir. Təqsirləndirilən şəxs2 elə həmin nümayəndəlikdə işləyən müddətdən tanımış, Təqsirləndirilən şəxs2 Buzovna qəsəbəsində yerləşən neft şirkətinin daimi istifadəsinə verilmiş torpaq sahələrində özbaşına tikinti işləri aparan şəxs kimi tanımış, dəfələrlə Azərə onların nümayəndəliyin, neft şirkəti və polis əməkdaşları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirmişdir. Son vaxtlarda isə yəni neft şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması işinə birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları olan əlilləri cəlb etməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 əlilləri Təqsirləndirilən şəxs1 adlı əslən Kürdəmir rayonundan olan şəxsin vasitəsilə cəlb etməklə dövlət qurumları tərəfindən tikintinin dayandırılmasının qarşısını alır, əlillərə Təqsirləndirilən şəxs1 ilə birlikdə pul verərək orada dayanmalarını təşkil edir, onlara deyirlər ki, dövlət qurumlarının əməkdaşları gəlib tikintini dayandırdıqları halda səs küy salsınlar, müharibə iştirakçıları olmalarından istifadə edərək tikintinin dayandırılmasının qarşısını alsınlar, əlillərdə müəyyən məbləğdə pulun müqabilində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dediyi tikinti sahələrində dayanaraq onların göstərişlərini yerinə yetirirlər. Dəfələrlə neft şirkətinin ərazisində vətəndaş tərəfindən tikinti işləri aparılan zaman onlar tərəfindən dayandırılmış, bundan sonra həmin vətəndaş tikintini həyata keçirməsi üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayıb onlara pul verərək əlilləri həmin tikinti sahəsinə gətirməklə öz işlərini davam etdirirlər. Sonuncu dəfə də 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə müəyyən məbləğdə pul verməklə Qarabağ əlillərini cəlb edərək neft şirkətinin ərazisində 1220 saylı işlək neft buruğunun yaxınlığında buruğun mühafizə zonasında ev tikintisini həyata keçirməyə başlamışlar, həmin tikinti ilə bağlı neft şirkətinin əməkdaşları, o cümlədən onlar və polis orqanlarının əməkdaşları tərəfindən tikintinin dayandırılması barədə xəbərdarlıqlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib tikintini başa çatdırmışlar. Həmin tikinti sahəsinin aparıldığı ərazi Buzovna qəsəbəsinin ərazisində yerləşməklə neft şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahəsidir. Məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilən X2 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid Qəzənfər Cəbrayılov tədqiq olunan ifadəsində göstərmişdir ki, hazırda fərdi əməklə məşğul olur, belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Kirov dairəsi adlanan ərazidə avtoyuma məntəqəsini icarəyə götürüb işlədir. İstifadəsində ***-***-**-** nömrəsi varımdır, həmin nömrə 17 il olar ki, istifadəsindədir, öz adına qeydiyyatdan keçmişdir. Qeyd olunan nömrədən başqa istifadəsində heç bir telefon nömrəsi yoxdur. Təqsirləndirilən şəxs2 onun qardaşıdır, onun münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs2 hazırda həbs olunmuşdur. həbs olunana qədər Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində ev və torpaq alqı satqısı ilə məşğul olmuşdur. Belə ki, Azər həm torpaq sahəsinin alqı satqısı ilə məşğul olur, həmçinin özünün əlində fəhlə və ustalar var, onların vasitəsilə ev tikintisi ilə də məşğul olur. Belə ki, Neft şirkətinin ərazisində ev tikmək istəyən şəxsləri neft şirkətinin əməkdaşları gəlib saxlayıb tikintini dayandıranda həmin şəxslər qardaşı Azərə müraciət edirlər, çünki həmin şəxslər bilir ki, Azər o evi tikib təhvil verə bilər, Azərdə müəyyən məbləğ pulun müqabilində öz neft şirkətində işləyən tanışlarının göz yumması nəticəsində yəni qeyri rəsmi aldığı icazə əsasında həmin evi tikib müştəriyə təhvil verir və bunun müqabilində müəyyən qazanc əldə edir. Qardaşı Azər tərəfindən neft şirkətinin Buzovna-Maştağa yolunda yerləşən ərazisində 15-20 ev tikintisini həyata keçirməsindən xəbəri olmuşdur, həmin ev tikintilərinin bir neçəsində neft şirkətinin əməkdaşları ilə Azər arasında müəyyən qarşıdurma yaranmış, o da bir qardaş kimi həmin yerə gələrək Azərin sakitləşdirilməsi ilə məşğul olmuşdur. Hətta bir dəfə qardaşı Azər tərəfindən inşa edilən ev tikinti prosesi gedən ərəfədə neft şirkətinin əməkdaşları tərəfindən evin tikintisi dayandırılaraq sökülmüş, bundan sonra Azər yenidən tanışları vasitəsilə icazə alaraq həmin evin tikintisini həyata keçirmişdir. Qardaşı Təqsirləndirilən şəxs2 tikinti işləri ilə heç bir əlaqəsi olmamışdır. 2021-ci ilin ilk aylarında səhhətində problemlər yaranmış, həmin problemlə bağlı «Leyla Şıxlınski» adına klinikada müalicə almış, müalicə müddəti təxminən 1 ay ay yarım çəkmişdir. Qardaşı Təqsirləndirilən şəxs2 da istifadəsində ***-***-**-** nömrəsi olmuşdur, həmin nömrənin kimin adına olmasını dəqiq bilməsə də təxminən 12-13 il olar ki, Azərin istifadəsindədir. X27 da onun qardaşıdır, qardaşı Asifdə ev alqı satqısı ilə məşğul olur, özünə məxsus torpaq sahəsində ev tikərək satmaqla məşğul olur. Ancaq Asif heç bir zaman neft şirkətinin ərazisində tikinti işləri aparmamışdır. Təqsirləndirilən şəxs3, X76, X14, X29, Təqsirləndirilən şəxs4, Ceyhun Sərxanlı və X45 əvvəllər tanımamış, heç bir münasibəti və şəxsi ədavəti olmamışdır. Zərərçəkmiş şəxs7 da əvvəllər tanımamış, heç bir münasibəti və şəxsi ədavəti olmamışdır. Zərərçəkmiş şəxs7 qardaşı Azərə pul verərək 39 T x-417936, y-4486104 koordinatlarda yerləşən torpaq sahəsini almışdır. Təqsirləndirilən şəxs3 tanımır, qardaşı Təqsirləndirilən şəxs2 Zavuru tanıyır, Azər ona demişdir ki, Zərərçəkmiş şəxs7 üçün satdığı torpaq sahəsində ev tikməlidir, həmin ərazi neft şirkətinin istifadəsində olan torpaq sahəsi olduğu üçün tikinti prosesinin dayandırılmaması üçün “Qarabağ müharibəsi” əlillərinə müəyyən məbləğdə pul verib ki, bir neçə nəfər Qarabağ müharibəsi əlili ilə orada dayansınlar və tikinti prosesinin neft şirkətinin əməkdaşları tərəfindən dayandırılmasının qarşısını alsınlar. Həmin tikilən evin tikinti materiallarını qadın almışdır, Təqsirləndirilən şəxs3 bir neçə qarabağ əlili ilə orada dayanıb tikintinin dayandırılmasının qarşısını almışdır. Təqsirləndirilən şəxs3la telefonla danışmamışdır. Ümumiyyətlə qarabağ əlilləri çox zaman orada olur, kimlərinki ev tikintisi ilə bağlı problemi yarandığı halda onlara köməklik edirlər, bildiyinə görə onlar orada neft şirkətinin ərazisində çox tikintiyə gedərək qarabağ müharibəsi əlili olmalarından istifadə etməklə neft şirkətinin əməkdaşları tərəfindən tikintinin dayandırılmasının qarşısını almışlar(iş vərəqə: 3-cü cild, səh. 208-214). Məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilən X15 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid Qurbanəli Məmmədov tədqiq olunan ifadəsində göstərmişdir ki, X28 iştirakçısı olsa da müharibə dövründə bütün sənədləri itdiyi üçün qeydiyyat aparılmamış, bu səbəbdən rəsmi olaraq Qarabağ müharibəsi veteranı olaraq qeydiyyatdan keçməmişdir. X14 onun qohumudur. Məmmədtağının səhhətində müəyyən problemlər olduğu üçün ona məxsus olan Azsamand markalı dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Məmmədtağıya işlərində kömək etmişdir. Təxminən 7 və ya 8 ay əvvəl X44 X79 üzvlüyünə qəbul edilmiş, onun həmin birliyə üzvlüyə qəbul olunmağında Məmmədtağı Mahmudovun rolu olmuşdur. İstifadəsində ***-***-**-** nömrəsi varıdır, nömrə onun öz adınadır, nömrəni təxminən 2 il olr ki, istifadə edir, ondan başqa onun əvvəllər istifadəsində öz adına olan ***-***-**-** nömrəsi olmuşdur, sonradan həmin nömrəni istifadə etməmişdir. Təqsirləndirilən şəxs3, X76, Təqsirləndirilən şəxs4 adlı şəxsi əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. X45 təxminən 3 ay olar ki, tanıyır, Vasifdə X44 X74 üzvüdür. Vasif Məmmədtağıya demişdir ki, Buzovna qəsəbəsində ev tikmiş, evin tikinti işlərini tamamlasa da, dam örtüyü qalmışdır və Məmmədtağıdan xahiş etmişdir ki, gedib tikinti aparılan ərazidə dayansın, dam örtüyünü vursun, həmin vaxt kimsə gəlib tikintiyə mane olsa xahiş etsin problem yaratmasınlar. Vasif Hüseynlinin həmin tikinti sahəsi ilə bağlı hər hansı bir sənədinin olub-olmamasını o, bilməmişdir. Məmmədtağı da etiraz etməmiş və Məmmədtağı və Vasif onun idarə etdiyi Azsamand markalı avtomobillə Buzovna qəsəbəsinə getmişlər. Dam örtüyü vurulmamış bir evi Vasif göstərib həmin evin onun tərəfindən inşa edildiyini bildirmişdir. Bundan sonra onlar orada dayanmış, dam örtüyünü vurmağa başlayandan bir qədər sonra neft şirkətinin mühafizə əməkdaşlarının geyim formasında iki nəfər gəlib tikinti ilə maraqlandıqda onlar evin Qarabağ müharibəsinin iştirakçısına məxsus olduğunu bildirmişlər, həmin şəxslərdə bir söz deməyərək «Allah xeyir versin» deyərək çıxıb getmişlər, bir qədər sonra əlavə 3 nəfər də adam çağırmışlar, həmin gələn şəxslər də Niva markalı avtomobillə gəlmişlər, Vasif özünü Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim edərək evin ona məxsus olduğunu bildirmiş, bu zaman həmin şəxslər demişlər ki, onda siz vəsiqələrinizi verin, şəklini çəkək sonra aparıb idarəyə göstərsinlər ki, tikinti üçün icazə verilsin. Bundan sonra, Vasif Məmmədtağı, həmçinin onun özü də X44 X74 üzvü olmalarını təsdiq edən vəsiqələri təqdim etmişlər, həmin şəxslər vəsiqənin şəklini çəkərək çıxıb getmişlər. 417936, ******* koordinatlarda aparılan tikinti sahəsi ilə bağlı ifadəsində göstərmişdir ki, təxminən 2 və ya 3 ay əvvəl Maştağa qəsəbəsindən üzü Buzovna qəsəbəsi istiqamətində gedəndə yolun kənarında olan Bakı kafesində oturub çay içmiş, daha sonra həmin kafedən çıxıb Buzovna qəsəbəsi istiqamətində gələn zaman qeyd edilən koordinatlarda aparılan ərazidə çoxlu adamların həmçinin hərbi geyim formasında olan şəxslərin olduğunu görmüş, maraqlı gəldiyi üçün idarə etdiyi Məmmədtağıya məxsus avtomobili yolun kənarında saxlayıb oraya yaxınlaşarkən görmüşdür ki, tikintinin dayandırılması ilə bağlı söz söhbət gedir, həmin şəxslərin heç birini tanımadığı üçün avtomobilə əyləşib çıxıb getmiş, heç nəyə müdaxilə etməmişdir. Məmmədtağı Mahmudov həmin vaxt onun yanında olmamışdır (iş vərəqə: 3cü cild, səh. 123-126). Daha sonra tş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid10 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına NQÇİ-nin Məxfi Rejim və Hərbi Səfərbərlik Xidməti Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləyir. Tutduğu vəzifədə 2019-cu ilin yay aylarından işləyir. Ondan qabaq isə Bibiheybət NQÇİ-də Məxfi Rejim və Hərbi Səfərbərlik Xidməti Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləmişdir. Bibiheybət NQÇİ-də isə 10 il işləmişdir. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** nömrələri vardır. Həmin nömrələrdən ***-***-**-** nömrəsi xidməti nömrədir, digər ***-***-**-** nömrəsi isə onun şəxsi nömrəsidir. NQÇİ-də vəzifəsi hüquq mühafizə orqanları ilə qarşılıqlı işin təşkili, NQÇİ-də işləyən əməkdaşlarının hərbi səfərbərlik zamanı komlektləşdirilməsinin təşkili, o cümlədən mülki müdafiənin təşkilindən ibarətdir. Bundan əlavə NQÇİ-də daimi fəaliyyət göstərən NQÇİ-nin ərazisində özbaşına tikinti işlərinin qarşısını almaq üçün komissiyanın 20 nəfər üzvündən biridir, komissiyanın sədri isə NQÇİ-nin baş geoloqu Rauf Alməmmədovdur. Komissiyadan başqa NQÇİ-nin daimi istifadəsinə ayrılmış torpaq sahəsində mühafizə xidməti fəaliyyət göstərir, onlar tərəfindən hər hansı qanunsuz tikinti faktı aşkar edildikdə onlara bildiriş vasitəsilə məlumat verilir, bundan sonra komissiya üzvləri tərəfindən rayon icra hakimiyyəti, o cümlədən polis orqanlarının iştirakı ilə qanunsuz tikinti aparılan sahəyə gedilərək akt tərtib olunmaqla qanunsuz tikinti işlərini aparan şəxs barəsində qanunamüvafiq tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunur. Təqsirləndirilən şəxs2 adını hələ Bibiheybət NQÇİ-də işləyən vaxtlarda eşitmiş, belə ki, hər bir NQÇİ-nin inzibati ərazisində müəyyən problemli adamlar vardır ki, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq özbaşına tikinti işləri aparırlar, belə adamlardan biri də həmin Təqsirləndirilən şəxs2dir, Azər Buzovna-Maştağa yolunun kənarında H.Z.Tağıyev adına NQÇİ-nin daimi istifadəsinə verilmiş torpaq sahələrində özbaşına tikinti işləri aparır, sonradan H.Z.Tağıyev adına NQÇİ-nə iş yeri dəyişdiriləndən sonra burada qanunsuz tikililərlə mübarizə komissiyasının üzvü olan zaman dəfələrlə Təqsirləndirilən şəxs2 tərəfindən inşa edilən özbaşına tikintilərin qarşısını almağa çalışmışlar, lakin Azər üçün heç bir əhəmiyyəti olmamış və Azər yenə də öz qanunsuz əməllərini davam etdirərək tikinti işlərini aparmışdır. Təqsirləndirilən şəxs2 barəsində tədbir görülməsi üçün dəfələrlə hüquq mühafizə orqanlarına da müraciət etmişlər. Sonuncu dəfə 2021-ci ilin mart ayında artıq bir neçə dəfə Təqsirləndirilən şəxs2 arasında münaqişə olduğu üçün artıq Azər özü tikintiyə gəlməmiş, qarabağ əlillərini bu işlərə cəlb edərək onlara müəyyən məbləğdə pul verib tikinti aparılan sahəyə göndərmişdir ki, neft şirkətinin əməkdaşları gəlib tikintinin qarşısını almaq istəyən zaman buna mane olsunlar. Sonuncu dəfə 1220 saylı işlək neft quyusunun təxminən 20 metrliyində özbaşına tikinti aparılması ilə bağlı məlumat aldıqdan sonra komissiyanın üzvləri, o cümlədən mühafizə xidmətinin rəhbərləri, rayon icra hakimiyyəti, həmçinin polis əməkdaşlarının iştirakı ilə tikinti aparılan sahəyə getmişlər, orada çoxlu sayda özlərini qarabağ müharibəsinin iştirakçısı kimi təqdim edən şəxslər olmuş, həmin şəxslər tikintinin dayandırılmasının qarşısını almağa çalışmışlar, bununla bağlı bir neçə gün ərzində dəfələrlə həmin tikinti aparılan sahəyə gedib gəldikdən sonra tikintini dayandırmağa nail olmuşlar və sonuncu gün axşamçağı ordan çıxıb gedən zaman yolun kənarında mağazaya girərkən Təqsirləndirilən şəxs2la rastlaşmış və Azərlə onun arasında sözlə münaqişə yaranmış və Azər ona demişdir ki, «bilirəm, bunlar hamısı sənin başının altından çıxır, sən bunu təşkil edirsən». Təxminən üstündən 10 gün keçməmiş Təqsirləndirilən şəxs2 tutulmuş, tutulandan sonra ondan daha da qərəzli qalmışdır və bu səbəbdən guya ona tikinti aparılan zaman pul verməsini ifadəsində qeyd etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilən X48 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid Cavid Həşimov tədqiq olunan ifadəsində göstərmişdir ki, 2016-cı il aprel döyüşlərinin iştirakçısı olmuş, belə ki, 2009-cu ilin aprel ayında hərbi xidmətə yollanmış və Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissədə əsgər kimi xidmət aparmış, 2010-cu ilin oktyabr ayında tərxis olunmuş, daha sonra X80 şəhərində yerləşən «N» saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qəbul olunmuş və 2013-cü ilin sonlarına qədər həmin hərbi hissədə xidmət aparandan sonra könüllü olaraq ön cəbhədə xidmət aparmaq istədiyi üçün Müdafiə Nazirliyinə müraciət etmiş və Ağdam rayonunda yerləşən «N» saylı hərbi hissəsinə mühəndis istehkam qrupunda minaaxtaran kimi xidmətə qəbul edilmiş, xidmətə əsgər kimi qəbul olunsa da il yarım xidmət apardıqdan sonra Qaraheybət adlanan ərazidə gizirlik kursunu keçəndən sonra orada gizir rütbəsi verilmiş və 2016-cı ilədək orada xidmət etmiş, 2016-cı ilin aprel ayında gedən döyüşlərdə yaralanmış və bununla bağlı uzun müddət müalicə almış, Türkiyə Respublikası o cümlədən Rusiya Federasiyasının müxtəlif şəhərlərində müalicə almış və sol ayağına mil qoyulub, sol ayağının bud hissəsində cərrahi əməliyyat keçirilərək ət köçürülüb və bunlarla bağlı hərbi xidmət dövründə xəsarət almağı ilə bağlı tərxis olunandan sonra 2018-ci ilin sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona 2-ci qrup Qarabağ əlili verilmişdir. Bununla bağlı ona pensiya təyin edilmiş, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olduğu üçün ölkə rəhbərliyinin təyin etdiyi xüsusi təqaüd də almışdır. 2020-ci ilin sentyabr və ya oktyabr ayında Bakı şəhərində yerləşən kafedə olan zaman birinci Qarabağ müharibəsi iştirakçısı olan Elşən adlı şəxsin təklifi ilə Bakıxanov qəsəbəsində yerləşən X44 X79 üzv olmuşdur. Cəmiyyətə üzv olandan sonra cəmiyyət tərəfindən təşkil edilən müxtəlif tədbirlərə dəvət almışdır. Belə ki, müəyyən vaxtlarda Qarabağ müharibəsi şəhid ailələri ilə görüşlərdə, o cümlədən idman tədbirlərində iştirak etmişdir. Bu tədbirlərə qatılan zamanlarda birinci Qarabağ müharibəsi iştirakçıları olan cəmiyyətin üzvləri X71, Təqsirləndirilən şəxs3, X14, X29 və X69 ilə tanış olmuş, X69 ilə Bakı şəhərinə gələrkən onlarla görüşsə də, digər şəxsləri yalnız müəyyən tədbirlər olanda görmüş, onlarla heç bir başqa münasibəti olmamışdır. Şahid Cavid Həşimov ifadəsinin davamında göstərdi ki, 2021-ci ilin mart ayında Bakı şəhərinə gəlmiş, həmin vaxt Vasif Hüseynli ilə görüşüb yuxarıda qeyd etdiyi Bakıxanov qəsəbəsində yerləşən kafedə əyləşmişlər, həmin vaxt Vasif ona demişdir ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Buzovna-Maştağa yolunda ev tikdirir, Qarabağ əlillərini ora çağırır ki, birdən kimsə gəlib tikintini saxlamaq istəsə orada olmaq lazımdır, ona da təklif etmişdir ki, onunla birlikdə həmin ünvana getsin. Bundan sonra kafedə çıxıb yolun kənarında dayanmış markası və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşərək onları Buzovna-Maştağa yolunun sol tərəfinə aparmasını xahiş etmişlər, oraya çatanda neft quyusunun təxminən 20-30 metr məsafəsində inşa edilən bir mərtəbəli yaşayış evinin tikintisinin yanında taksidən düşmüşlər, orada tikintinin üstündə Təqsirləndirilən şəxs3 və X19, həmçinin ata adını bilmədiyi İlyas adlı şəxsi, ustaların isə ev tikintisi ilə məşğul olduqlarını görmüşlər. Saat təxminən 17 radələrində orada olan zaman bir nəfər polis geyim formasında şəxs gəlmiş və demişdir ki, neft şirkətinin əməkdaşları 102 xidmətinə zəng edərək onların istifadəsində olan torpaq sahələrində öz başına tikinti işlərinin aparılması haqqında məlumat vermişlər. Həmin vaxt orada olsa da heç nəyə müdaxilə etməmiş, polis əməkdaşı ilə danışan şəxslər əsasən Təqsirləndirilən şəxs3 və İlyas adlı şəxs olmuşdur, sonra neft şirkətinin əməkdaşları da həmin yerə gəlmişlər və tikintini dayandırmağı tələb etmişlər, həmçinin Zavurdan sənədləri istəmişlər, bu zaman Zavur sənədləri neft şirkətinin gələn əməkdaşına təqdim edərək torpaq sahəsinə dair sənədlərin arvadının adına olduğunu bildirmiş, bu zaman neft şirkətinin əməkdaşı sənəddə adı qeyd olunan qadının atasının adını Zavurdan soruşanda o, qaynatasının adını bilməmişdir. Belə olduqda o, Zavurun yalan danışmasından, tikintinin ona heç bir aidiyyətinin olmadığından şübhələnmiş, sadəcə olaraq Qarabağ müharibəsi əlili kimi gəlib orada dayanmışdır və onları da öz tikintisi adı ilə aldadadaraq həmin yerə çağırmışdır. Təqsirləndirilən şəxs2, X9 və ya X17 tanımamış, onlarla heç bir münasibəti olmamışdır (iş vərəqə: 3-cü cild, səh. 102-108). Bundan başqa, Məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilən X31 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid Ceyhun Sərxanlı tədqiq olunan ifadəsində göstərmişdir ki, o, ikinci Qarabağ Müharibəsinin iştirakçısı olmuş, həmin müharibənin gedişatında yaralanmış, sağ ayağından güllə yarası almış və bununla bağlı ona əlillik təyin edilməmişdir. Müharibədən qayıdandan sonra isə kirayə yaşadığı evə yaxın ərazidə yerləşən X44 X79 üzv qəbul olunmuşdur. Birliyə üzv qəbul olunanda üzvlüyü təsdiq edən vəsiqədə verilmiş, təxminən 15-20 gün qabaq onu birliyə çağıraraq vəsiqəni əlindən almışlar və ona demişlər ki, neft şirkətinin ərazisində aparılan özbaşına tikinti sahəsində gedib iştirak etdiyi üçün vəsiqəsi əlindən alınır və onun üzvlüyünə xitam verilir, o da heç bir söz demədən vəsiqəni təhvil vermişdir. Şahid Ceyhun Sərxanlı ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs3 X44 X74 üzvü olduğu üçün tanımış, başqa heç bir münasibəti olmamışdır. X14 və X19 tanımır, heç bir tanışlığı olmamışdır, X49 da həmin yuxarıda qeyd etdiyi birlikdə görmüş, başqa heç bir tanışlığı olmamışdır. təxminən iki ay və ya üç ay bundan qabaq Vasif Hüseynli ilə Bakıxanov qəsəbəsində görüşən zaman o ona demişlər ki, «Təqsirləndirilən şəxs3 Buzovna-Maştağa yolunda ev tikir, sən də gedib ona köməklik edə bilərsənmi, kimsə tikintini gəlib dayandırsa Qarabağ müharibəsi iştirakçısı olduğunuzu deyəsiniz və tikinti işləri dayandırılmasın». O da razılaşaraq Təqsirləndirilən şəxs3 hazırda yadında olmayan mobil telefon nömrəsinə zəng vuraraq onların yanına getmişdir. Zavurun dediyi ünvana çatanda təxminən 3 və ya 4 mişar daşı hündürlüyündə ev tikdiklərini görmüş, tikinti işlərini aparan ustalardan başqa Təqsirləndirilən şəxs3, Cavid Həşimov, Təqsirləndirilən şəxs4 və bir neçə başqa şəxsin də orada olduğunu görmüşdür. Tikinti işləri davam edən zaman polis əməkdaşları və neft şirkətinin əməkdaşları gələrək həmin ərazinin neft şirkətinin ərazisi olduğunu və tikintini dayandırmağı tələb etsələr də, Zavurun Qarabağ qazisi olduğunu, evi olmadığını, bu səbəbdən tikəcəyini demişlər, onlarda çıxıb gedəndən sonra ustalar işini davam etdirmişdir. Təxminən 2 və ya 3 gün ərzində orada yığışmışlar ki, tikintini dayandıran olmasın, həmin müddətdə bir neçə dəfə neft şirkətinin əməkdaşları tikinti sahəsinə gələrək tikintini dayandırmaq lazım olduğunu desələr də, hər dəfəsində Qarabağ qazisi olduqlarını deyərək tikintinin dayandırmalarına mane olmuşlar və tikinti işləri davam etdirilmişdir. Hər gün nahar fasiləsini Maştağa qəsəbəsində yerləşən Bakı kafesində etmişlər, orada nə o nə də ki, kiminsə yediyi yeməyə görə pul verməsinin şahidi olmamışlar, onlar elə kafeyə gedib yeyəcəyi yeməyi sifariş verərək yeyib yenidən tikinti aparılan yerə qayıtmışlar, gecə isə hərəsi öz yaşadığı evə getmişdir, Zavur isə orada qalmışdır ki, birdən gəlib tikintini sökərlər, iki və ya üç günün içərisində evin tikintisi tamamlanmış və dam örtüyü də vurulandan sonra çıxıb getmişlər, daha sonra isə ona məlum olmuşdur ki, neft şirkətinin əməkdaşları tərəfindən həmin tikinti sökülmüşdür. Təqsirləndirilən şəxs2, X9 və ya X17 tanımamış, heç bir münasibəti olmamışdır(iş vərəqə: 3-cü cild, səh. 131-135). Daha sonra məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun kürəkənidir. Təqsirləndirilən şəxs1 2020-ci ilin may ayından tanımış, həmin vaxta qədər onun Rəşidlə heç bir tanışlığı və şəxsi ədavəti olmamışdır. 2020-ci ilin may ayında kürəkəni Vüqar özü üçün Bakı şəhəri, Buzovna qəsəbəsində torpaq sahəsi almaq istəmiş, maraqlanan zaman Orxan adlı ev alqı-satqısı ilə məşğul olan şəxs onu Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış etmiş, Rəşid Vüqara ünvan 10 ünvanında bələdiyyə sənədi ilə 6 sot torpaq sahəsi olduğunu, torpağın hər sotunu 3000 manatdan satdığını demiş, Vüqarı da Rəşidin təklifi qane etdiyi üçün torpaq sahəsinə baxmaq qərarına gəlmiş, bundan sonra onlara demiş və onunla birlikdə gedib torpaq sahəsinə baxmış, orada torpaq sahəsinin hasarının yanından böyük qaz borusu getmiş, Rəşid demişdir ki, heç bir problem yoxdur, Rəşidin əlində bələdiyyə sənədi var, həmin vaxt sənədə baxdıqda görmüşdür ki, Buzovna bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 187 saylı sərəncamı ilə Təqsirləndirilən şəxs1 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Bundan başqa həmin sərəncam əsasında çıxarış verilməsi üçün əlində Buzovna bələdiyyəsinin məktubu da var, Vüqar torpağın 3 sotunu almaq istədiyi üçün Rəşid Vüqara demişdir ki, hasarlama işlərini həyata keçirmək üçün yəni torpağı iki hissəyə bölüb hasarlayıb təhvil verməsi üçün əlavə də xərc olacaqdır, Vüqar da Rəşidlə razılaşmışdır ki, payına düşən nə pul olsa onu da ödəyəcək. Bundan sonra Rəşid Vüqara demişdir ki, torpağın 3 sotu üzərində sərəncam verə bilməyi üçün etibarnamə də verəcəkdir. Onlarda razılaşmışlar və Rəşidlə birlikdə 08 may 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 7 saylı notariat ofisinə getmişlər, həmin vaxt X107 bələdiyəsinin sərəncamı əsasında ayrılmış 6 sot torpaq sahəsinin 3 sotu üzərində istənilən kimi sərəncam verməyi ilə bağlı etibarnamə vermiş, Vüqar da elə notariusun qarşısında Rəşidə 9000 manat pul vermiş, bundan sonra Rəşid onlara 30 dekabr 2005-ci il tarixli 187 saylı sərəncamın və Buzovna bələdiyəsinin məktubunun kserosurətini, lakin 08 may 2020-ci il tarixli etibarnamənin isə əslini vermiş, bütün sənədləri götürəndən sonra Rəşidlə belə danışmışlar ki, hasarlama işlərini tamamlayandan sonra hasarın çəkilməsi ilə bağlı Vüqarın payına düşən pulu da ödəyəcəklər. Rəşiddə onunla razılaşmış, bundan sonra 2020-ci ilin avqust ayında Rəşid Vüqarla əlaqə saxlayıb hasarı artıq çəkdiyini və onların payına düşən pulu ödəmək lazım olduğunu bildirmişdir. Vüqar da 2020-ci ilin avqust ayının 18-də qızı X30 adına Kapital bankın Xəzər rayon filialından 3200 manat pul götürmüş, səhəri və ya birisi gün onunla birlikdə Rəşidin satmaq istədiyi torpaq sahəsinə getmişlər, orada Rəşid demişdir ki, hasarın çəkilməsi ümumi 6 sot torpaq üçün 6000 manata başa gəlmiş, həmin pulun 3000 manatını onlar verməlidir, Vüqar isə həmin məbləğdə pul vermək istəməmiş, bu səbəbdən Rəşiddən xahiş etmişdir ki, Rəşid 2500 manatla qane olub götürsün, bundan sonra Rəşid razılaşıb 2500 manat pulu da elə həmin gün satmalı olduğu Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsi döngə 8 ünvanında yerləşən torpaq sahəsində götürmüşdür. Bundan bir iki gün sonra Vüqar öz torpağına darvaza qoymaq istəmiş, bu məqsədlə Rəşidə torpaq sahəsinin kənarlarını göstərməsini demiş, Rəşid isə demişdir ki, ona vermək istədiyi torpaq sahəsini qaynına vermiş, bu səbəbdən Vüqara bir qədər aralıda torpaq sahəsi verəcəkdir, Vüqar yenə də razılaşmış, lakin bir neçə torpaq sahəsini göstərsə də Rəşid heç birini verməmiş, bundan sonra Vüqar maraqlanan zaman məlum olmuşdur ki, torpağın hasarının çəkilməsi üçün 2500 manat pul verdiyi ərəfədə Rəşid 7 saylı notariusa gedərək ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Belə olduqda Rəşiddən pulu tələb etməyə başlasalarda pulu verməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin mühafizə xidmətinin növbə rəisi X26 Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinə ünvanlanmış ərizəsindən görünür ki, 22 mart 2021-ci il tarixdə saat 09:00 radələrində işlədiyi Neft-Qaz Çıxarma İdarəsinin ərazisinə baxış keçirilən zaman Buzovna-Maştağa yolunun sol tərəfində 1220 saylı neft quyusunun yaxınlığında naməlum şəxslərin tikinti işləri aparmasını aşkar etmişdir (iş vərəqə: 2-ci cild, səh. 196). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan baxış keçirilməsi haqqında 26 mart 2021-ci il tarixli protokolundan görünür ki, X41 tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin balansında olan 1220 saylı işlək neft quyusunun yaxınlığında 39 T x-417994, y-4486159 koordinatlarda yerləşən torpaq sahəsində aparılan tikinti sahəsi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin inzibati ərazisində yerləşir (iş vərəqə: 2-ci cild, səh. 221). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft- Qaz Çıxarma İdarəsinin baş geoloqu X20 Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanmış 08 aprel 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Neft-Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində kommersiya məqsədi ilə özbaşına tikinti işləri aparmış, sonuncu dəfə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 1220 saylı işlək neft quyusunun yaxınlığında «Qarabağ Müharibəsi» iştirakçılarını da cəlb etməklə özbaşına tikinti işləri aparmışdır (iş vərəqə: 2-ci cild, səh. 236). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft- Qaz Çıxarma İdarəsinin rəisinin Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə ünvanlanmış məktublarından görünür ki, Neft-Qaz Çıxarma İdarəsinin balansında olan Buzovna istismar sahəsində Buzovna-Maştağa yolunun sol tərəfində, 1220 saylı neft quyusunun yaxınlığında özünü tikinti sahibi kimi təqdim edən «Azər» (mobil telefon nömrəsi: ***-***-**- **) adlı şəxs tərəfindən torpaq sahələri zəbt edilərək qanunsuz tikinti işləri aparılmışdır (iş vərəqə: 2-ci cild, səh. 249-256). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 rəhbərliyinin 10 iyun 2020ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Azneft» İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft-Qaz Çıxarma sahəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna- Maştağa yolunun sol tərəfində 39T 417934, ******* koordinatlarda yerləşən torpaq sahəsində Təqsirləndirilən şəxs2 tərəfindən özbaşına tikinti işləri aparılmışdır (iş vərəqə: 2-ci cild, səh. 255). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 rəhbərliyinin 08 aprel 2021ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanmış məktubundan görünür ki, Azneft» İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft-Qaz Çıxarma sahəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 1220 saylı neft quyusunun 21 metr məsafəsində Təqsirləndirilən şəxs2 qardaşları Asif, Qəzənfər, o cümlədən bir qrup «Qarabağ müharibəsi» iştirakçılarını da cəlb etməklə özbaşına tikinti işləri aparmışdır(iş vərəqə: 2-ci cild, səh. 261-273). Məhkəmə baxışı zamanı tədqiq olunan baxış keçirilməsi haqqında protokollardan görünür ki: - “Google Earth” proqramı vasitəsilə 39 T x-417919, y-4485922 koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı 2015-ci ildə həmin ərazinin boş bir ərazi olduğu, 2020-ci ildə isə hazır tikilmiş evin olduğu; - “Google Earth” proqramı vasitəsilə 39 T x-417838, y-4485992 koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı 2016 və 2020-ci illərdə həmin ərazinin boş bir ərazi olduğu; - “Google Earth” proqramı vasitəsilə 39 T x-417994, y-4486159 koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı 2018 və 2020-ci illərdə həmin ərazinin boş bir ərazi olduğu; - “Google Earth” proqramı vasitəsilə 39 T x-417920, y-4485909 koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı 2015-ci ildə boş bir sahə olması, 2020-ci ildə hazır tikilmiş evin olduğu; - “Google Earth” proqramı vasitəsilə 39 T x-417936, y-4485859 koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı 2018 və 2020-ci illərdə həmin ərazinin boş bir ərazi olduğu; - “Google Earth” proqramı vasitəsilə 39 T x-417936, y-4486104 koordinatlar üzrə yerləşən torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı 2016 və 2020-ci illərdə həmin ərazinin boş ərazi olduğu müəyyən edilmişdir (iş vərəqə: 3-cü cild, səh. 65-77). Məhkəmə baxışı zamanı tədqiq olunan cinayət işinin materiallarına əlavə edilmiş Xəzər Rayon Polis İdarəsnin 22 yanvar 2022-ci il tarixli tapşırığa cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 “H.Z.Tağıyev” adına Neft-Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrində özbaşına tikinti işləri təşkil edən şəxslər kimi tanınmışlar. Dəfələrlə onların apardıqları tikinti işlərinin qarşısı neft şirkəti və polis əməkdaşları tərəfindən alındığı üçün öz cinayətkar fəaliyyətlərini həyata keçirmək məqsədilə cəmiyyətin həssas təbəqəsi qrupuna aid olan bir neçə birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarını pul müqabilində ələ alaraq tikinti sahələrinə göndərir, sonuncuların orada dayanıb dövlət qurumları tərəfindən tikinti işlərinin dayandırılmasına mane olmaqla öz qanunsuz hərəkətlərini başa çatdırırlar, 2021-ci ilin mart ayında 1220 saylı neft buruğunun mühafizə zonasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qarabağ müharibəsinin iştirakçıları Təqsirləndirilən şəxs4, X69, X29, X14, X76 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün pul müqabilində cəlb edərək torpaq sahəsində özbaşına tikinti işləri aparmışlar (iş vərəqə: 4-cü cild, səh. 155-157). Məhkəmə baxışı zamanı tədqiq olunan cinayət işinin materiallarına əlavə edilmiş CD disklərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, CD disklərin içərisində 2 ədəd «Azər zəbt» və «Azər1» adlı qovluğunda video görüntülərin əks olunduğu müəyyən olundu. Birinci faylın içərisində 6 ədəd tikinti işlərinin aparıldığı ərazilərdə çəkilmiş fotoşəkil, 18 ədəd isə videogörüntü faylının olduğu müəyyən edildi. 2020.07.21.-165625 nömrəli faylda olan görüntülərə baxış zamanı görüntünün 04:40 dəqiqə davam etdiyi müəyyən edildi. Baxışda iştirak edən Azər Osmanov bildirdi ki, həmin videofayllarda olan görüntülərdəki tikinti işlərinin Buzovna-Maştağa yolunun sol tərəfində Təqsirləndirilən şəxs2 və digərləri tərəfindən aparılan ərazilərin görüntüsü olduğunu bildirdi. Görüntüdə olan əynində cins şalvar və tünd yaşıl rəngli qısaqol köynək olan, kök bədən quruluşlu şəxsin Təqsirləndirilən şəxs2 qardaşı Qəzənfər Cəbrayılov, onunla danışan əynində qırmızı, ağ və göy rəngli zolaqlı qısaqol köynək olan şəxsin isə Təqsirləndirilən şəxs2 olduğunu bildirdi. Həmin görüntüdə olan tikinti işləri Təqsirləndirilən şəxs2 tərəfindən 2020-ci ilin avqust ayında aparılmışdır. 2020.xx.xx-115041 nömrəli videogörüntü faylına baxış keçirilən zaman görüntünün 02:25 dəqiqə davam etdiyi, Azər Osmanov bildirdi ki, həmin görüntülərdə tikinti işləri aparan şəxslərdən əynində ağ rəngli qısaqol köynək olan şəxsin Asif Cəbrayılov olduğunu bildirdi. Digər görüntülərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. «Azər 1» qovluğunda iki ədəd görüntü faylının olduğu müəyyən olundu, həmin görüntülərdə Azər Cəbrpayılov tərəfindən inşa edildiyi evlərin görüntüləri əks olunmuşdur. Tədqiq olunan həmin protokollardan görünür ki, «Qazi altında reketlik edənlər-Baku TV» adlı videogörüntülərə baxış keçirilən zaman görüntünün 08:45 dəqiqə davam etdiyi müəyyən edildi. Baxışda iştirak edən Azər Osmanov bildirdi ki, əynində tünd qırmızı rəngli köynək və göy rəngli parça gödəkçə, əlində əsa olan şəxsin Sərxan Musayev, əynində dəri gödəkcə, arıq bədən quruluşlu, əlində əsa olan şəxsin Zavur Abbasov, görüntüdə Zavur Abbasovun sol tərəfində olan əynində tünd rəngli parça gödəkçə olan şəxsin isə Təqsirləndirilən şəxs4 olduğunu bildirdi və həmin şəxslərin Bakı şəhərinin müxtəlif ərazilərində özbaşına tikinti işlərinin apardıqlarını bildirdi. Görüntünün sonrakı dəqiqələrində əyinlərində hərbi geyim olan şəxslərdə görünür, baxışda iştirak edən Azər Osmanov bildirdi ki, həmin şəxslərdən biri «Qara» təxəllüsü ilə tanınan Ceyhun, onun yanında olan digər şəxslərin isə Cavid Həşimov və Orxan adlı şəxslərin olduğunu bildirdi. Görüntünün 00:24 dəqiqəsində 1220 saylı işlək neft quyusunun yaxınlığında görünən dam örtüyü qırmızı rəngli olan mişar daşından tikilmiş bir mərtəbəli yaşayış evinin H.Z.Tağıyev adına NQÇİ-nin əməkdaşı X20 müraciətində qeyd edildiyi yaşayış evi olduğunu, həmin evi özlərini qazi kimi təqdim edən şəxslərin himayədarlığı ilə Təqsirləndirilən şəxs2 tərəfindən inşa edildiyini bildirdi. həmçinin 1220 saylı işlək neft quyusunun yanında olan mişar daşlarının da Təqsirləndirilən şəxs2 tərəfindən 2021-ci ilin mart ayında tökülərək özbaşına hasarlandığını bildirdi (iş vərəqə: 3-cü cild, səh. 6-7). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan cinayət işinin materiallarına əlavə edilmiş «X44 Kömək» İctimai Birliyinin 27 may 2021-ci il tarixli, 460 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3, X76, X14, X29 və X69 hal-hazırda «X44 Kömək» İctimai Birliyinin üzvü deyildir (iş vərəqə: 3-cü cild, səh. 148-150). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan özbaşına tikinti işlərinin aparıldığı 39 T x-417994, y-4486159, 39 T x-417936, y-4486104, 39 T x-417920, y- 4485909, 39 T x-417919, y-4485922, 39 T x-417838, y-4485992 və 39 T x-417936, y- 4485859 koordinatlarda yerləşən torpaq sahələrinə Xəzər rayonu Buzovna bələdiyyəsinin əməkdaşları, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşlarının iştirakı ilə 15 oktyabr 2021-ci il tarixdə təkrar baxış keçirilən zaman məlum olmuşdur ki, tikinti işlərinin aparıldığı ərazi Neft-Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələridir, həmin ərazilər Bakı şəhəri, Buzovna qəsəbəsinin inzibati ərazisində yerləşir, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə heç bir aidiyyəti yoxdur, o cümlədən X32 Xəzər rayonu, Buzovna bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılsa da 39 T x-417994, y-4486159 koordinatlarında aparılan tikinti işləri 1220 saylı işlək neft quyusunun mühafizə zonasında yerləşdiyindən, qeyd olunan ərazinin Elnarə Ramazanovaya ayrılması mümkün deyil, həmçinin Elnarə Ramazanovaya ayrılmış torpaq sahəsinin sxeminə baxış zamanı torpaq sahəsinin sağ tərəfində dalan olması qeyd edilməsi 39 T x-417994, y-4486159 koordinatlarla üst-üstə düşmür (iş vərəqə: 4-cü cild, səh. 16-19). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 noyabr 2021-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 03 fevral 2005-ci il tarixdən «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» (gözdən əlil) ikinci qrup müddətsiz əlillik təyin edilmiş, X60 27 sentyabr 2017ci il tarixdən «hərbi xidmət dövrü ilə əlaqədar» ikinci qrup beş il müddətinə əlillik təyin edilmiş, X10 02 aprel 2004-cü il tarixdən «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» ikinci qrup müddətsiz əlillik təyin edilmiş, Təqsirləndirilən şəxs3 20 iyun 1994-cü il tarixdən «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» ikinci qrup müddətsiz əlillik təyin edilmiş, X29, X61 və X40 barəsində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əlillik» altsistemində məlumat aşkar edilməmişdir (iş vərəqə: 4-cü cild, səh. 66-67). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri, Xəzər rayonu, Buzovna bələdiyyəsinin inzibati ərazisini əks etdirən xəritələrə 07 yanvar 2022-ci il tarixdə baxış zamanı tikinti aparılan sahələrin Buzovna bələdiyyəsinin inzibati ərazisində yerləşməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Zərərçəkmiş şəxs8 H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış torpaq sahələri olması müəyyən edilmişdir (iş vərəqə: 4-cü cild, səh. 92-93). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə qərarına əsasən «Azercell», «Bakcell» və "xxxx" MMC-dən götürülmüş CD disklərə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** nömrəsi ilə 01 iyun 2018-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar əksini tapmışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi arasında qeyd olunan müddətdə birinci zəng 04 mart 2021-ci il tarixdə saat 08:46 dəqiqədə qeydə alınmış, sonuncu zəng isə 06 aprel 2021-ci il tarixdə qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs7 istifadəsində olan nömrələr arasında qeyd olunan müddətlərdə heç bir zəng qeydə alınmamışdır. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsi ilə 01 yanvar 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar baxış zamanı aşağıdakılar müəyyən olundu. Belə ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi arasında qeyd olunan müddətdə birinci zəng 25 mart 2021-ci il tarixdə saat 08:31 dəqiqədə baş vermiş, bundan sonra 10 aprel 2021-ci il saat 14:26 radələrinə qədər mütəmadi olaraq zənglər olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** nömrəsi ilə birinci zəng 28 mart 2021-ci il tarixdə saat 15:45 dəqiqədə baş vermiş, həmin vaxta qədər zəng qeydə alınmamış, sonuncu zəng isə 09 aprel 2021-ci il tarixdə saat 19:36 dəqiqədə baş vermişdir. Bundan başqa, X48 istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə 01 yanvar 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar baxış zamanı aşağıdakılar müəyyən olundu. Belə ki, Cavid Həşimovun istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** nömrəsi ilə qeyd olunan müddətdə birinci zəng 03 mart 2021-ci il tarixdə saat 15:51 radələrində qeydə alınmış, 21 mart 2021-ci il tarixdən 24 mart 2021-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq zənglər qeydə alınmışdır. Cavid Həşimovun ***-***-**-** nömrəsi ilə qeyd olunan tarixlərdə iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə 01 yanvar 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar baxış zamanı aşağıdakılar müəyyən olundu. Belə ki, Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeyd olunan müddətdə mütəmadi olaraq zənglər qeydə alınmış, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəsi arasında birinci zəng 06 mart 2021-ci il tarixdə qeydə alınmış, bundan sonra 23 mart 2021-ci il tarixdə və 24 mart 2021ci il tarixlərdə qeydə alınmışdır. X2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəsi arasında 26 mart 2021-ci il tarixdə və 27 mart 2021-ci il tarixlərdə qeydə alınmışdır. Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəsi ilə Zərərçəkmiş şəxs7 istifadəsində olan ***-***-**-** nömrəsi arasında qeyd olunan müddətdə iki dəfə telefon danışığı qeydə alınmış, birinci zəng 31 mart 2021-ci il tarixdə, ikinci zəng isə 08 aprel 2021-ci il tarixdə qeydə alınmışdır. Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeyd olunan müddətdə iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. Bundan başqa, X31 istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə 01 yanvar 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar baxış zamanı aşağıdakılar müəyyən olundu. Belə ki, Ceyhun Sərxanlının istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** nömrəsi ilə qeyd olunan müddətdə birinci zəng 23 mart 2021-ci il tarixdə saat 19:48 dəqiqədə qeydə alınmış, daha sonra 25 mart 2021-ci il tarixdə və 09 aprel 2021-ci il tarixlərdə olmuşdur. Ceyhun Sərxanlının istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeyd olunan müddətdə 05 aprel 2021-ci il tarixdə saat 12:07 dəqiqədə qeydə alınmışdır. Bundan başqa X6 istifadəsində olan ***-***-**-** nömrəsi ilə 01 yanvar 2021-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar baxış zamanı aşağıdakılar müəyyən olundu. Belə ki, Məmmədtağı Mahmudovun istifadəsində olan ***-***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeyd olunan müddətdə mütəmadi olaraq zənglər olmuş, Təqsirləndirilən şəxs2 ilə telefon danışığı qeydə alınmamışdır. 23 mart 2021-ci il tarixdən 24 mart 2021-ci il tarixədək olan müddətdə istifadəsində olan mobil telefonun antenn məlumatları mütəmadi olaraq Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınmış, 21 mart 2021-ci il tarixdən əvvəl və 24 mart 2021-ci il tarixdən sonra antenn məlumatları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınmamışdır. Bundan başqa, X40 istifadəsində olan ***-***-**-** nömrəsi ilə 01 yanvar 2021-ci il tarixdən, 23 aprel 2021-ci il tarixədək olan müddət ərzində aparılan əməliyyatlar baxış zamanı aşağıdakılar müəyyən olundu. Belə ki, Vasif Hüseynlinin istifadəsində olan ***-***- **-** nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeyd olunan müddətdə birinci zəng 23 mart 2021-ci il tarixdə saat 09:27 dəqiqədə, sonuncu zəng isə 26 mart 2021-ci il tarixdə qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 ilə telefon danışığı qeydə alınmamışdır. 21 mart 2021-ci il tarixdən 24 mart 2021-ci il tarixədək olan müddətdə istifadəsində olan mobil telefonun anten məlumatları mütəmadi olaraq Bakı şəhər Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınmışdır. Vasif Hüseynlinin istifadəsində olan digər ***-***-**-** nömrəsi ilə qeyd olunan tarixlərdə iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəsi ilə 01 iyun 2018-ci il tarixdən 23 aprel 2021-ci il tarixədək olan müddətdə aparılan əməliyyatlara baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. belə ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə 04 mart 2021-ci il tarixdə saat 08:46 dəqiqədə qeydə alınmış, sonuncu zəng isə 06 aprel 2021-ci il tarixdə qeydə alınmış, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeyd olunan müddətdə birinci zəng 25 mart 2021-ci il tarixdə saat 08:31 dəqiqədə baş vermiş, bundan sonra 10 aprel 2021-ci il saat 14:26 radələrinə qədər mütəmadi olaraq zənglər olmuş, Cavid Hüseynovun istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeyd olunan müddətdə birinci zəng 03 mart 2021-ci il tarixdə saat 15:51 radələrində qeydə alınmış, 21 mart 2021-ci il tarixdən 24 mart 2021-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq zənglər qeydə alınmış, Ceyhun Sərxanlının istifadəsində olan ***-***-**-** nömrəsi ilə qeyd olunan müddətdə birinci zəng 23 mart 2021-ci il tarixdə saat 19:48 dəqiqədə qeydə alınmış, daha sonra 25 mart 2021-ci il tarixdə və 09 aprel 2021-ci il tarixlərdə olmuş, Vasif Hüseynlinin istifadəsində olan ***-***- **-** nömrəsi ilə qeyd olunan müddətdə birinci zəng 23 mart 2021-ci il tarixdə saat 09:27 dəqiqədə, sonuncu zəng isə 26 mart 2021-ci il tarixdə qeydə alınmışdır (iş vərəqə: 3-cü cild, səh. 298-300). Məhkəmə baxışı zamanı tədqiq olunan “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 saylı qərarına əsasən əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərinin mühafizə zonaları şəxsi tikililərə nisbətdə-300 metr, təsərrüfat obyektlərinə nisbətdə-500 metr və kənd təsərrüfatı obyektlərinə nisbətdə 100 metr minimum məsafə müəyyən edilmişdir (iş vərəqə: 4-cü cild, səh. 24-29). Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 2017-ci ildən tanıyır, əvvəllər heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs2 onun anası Zərərçəkmiş şəxs3 2012-ci ilin iyul ayının axırlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir yaşayış massivi Xanlar küçəsində 4 sot torpaq sahəsini satacağını deyərək 5000 manat pul almışdır. Sonradan 2015-ci ildə anası müəyyən məbləğdə təxminən 5000 manat pul düzəltmiş, lakin həmin pulla Azərin satdığı torpaq sahəsində ev tikmək mümkün olmamış, televizorda elanda görmüşdür ki, “Kristal Abşeron” şirkəti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ilkin ödəniş 5000 manat olmaqla mənzil satılır, onlarda həmin mənzillərdən birini almaq qərarına gəlmişlər, bundan sonra ümumiyyətlə Azərin satdığı torpaq sahəsini satmaq istəmişlər, bu məqsədlə torpaq sahəsinə gedib baxan zaman orada artıq ev tikildiyini görmüş, bundan sonra Azərlə danışan zaman Azər demişdir ki, guya Azərbaycan Respublikasında olmamış, Rusiya Federasiyasında olduğu müddətdə orada tikinti işləri aparılmış, tikinti işlərini aparan şəxslərə heç bir söz deyə bilməyəcəkdir, həmçinin Azər demişdir ki, “sizə bunun əvəzinə başqa torpaq sahəsi verəcəm”, beləliklə Azər onlara başqa torpaq sahəsini göstərmiş, həmin torpaq sahəsinin onlara məxsus olduğunu demiş, sənədləşmə işlərini də həll edəcəyinə söz vermiş, o da Azərin ikinci dəfə göstərdiyi torpaq sahəsinə nömrə qeyd edərək satış elanı vurmuş, lakin sonradan orada da tikinti işlərinin getdiyini gördükdə Azərlə danışmış, Azər onlara demişdir ki, bəs orada da tikinti işləri aparan şəxslərə bir söz deyə bilməcəkdir, bunun əvəzinə başqa bir torpaq sahəsini göstərib həmin torpağı verəcəyini qeyd etsə də artıq Azərin onları aldatdığına əmin olduqları üçün pulu tələb etməyə başlamışlar, lakin Azər hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu verməmişdir. Bundan sonra Azərlə danışıqlarının səs yazısını yazmış və pulu tələb etmiş, Azər isə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmamışdır (iş vərəqə: 4cü cild, səh. 143-146). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Şahid7 tərəfindən təqdim edilmiş bir ədəd CD diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, tədqiq olunan CD diskdə 6 ədəd audio yazı faylının olması müəyyən edildi. Hər bir faylda olan səslərin artıq aparılmış istintaqla Təqsirləndirilən şəxs2 və Şahid7 məxsus olması müəyyən edilmişdir. Danışıqlar zamanı X119 Cəbrayılovdan anası Zərərçəkmiş şəxs3 tərəfindən torpaq alınması üçün verilmiş pulları geri tələb edir, Azər isə bir neçə gün ərzində qaytaracağını deməsinə baxmayaraq sonrakı danışıqlarda pulu qaytarmadığı müəyyən edilmişdir (iş vərəqə: 3-cü cild, səh. 167). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan cinayət işinin materiallarına əlavə edilmiş X16 müraciəti əsasında aparılmış araşdırmanın nəticəsinə dair Bakı şəhəri, Xəzər Rayon Prokurorluğunun müstəntiqi X50 tərəfindən qəbul edilmiş 26 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Xəzər rayon icra hakimiyyəti başçısının Buzovna qəsəbə ərazi inzibati nümayəndəsinin müavini Şahid9 izahatında göstərmişdir ki, ünvan 16 ünvanında X33 tərəfindən qanunsuz tikinti işləri aparılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tikinti işləri davam etdirilmiş, 01 yanvar 2020-ci il tarixdə yenidən qeyd olunan ünvanda tikinti işləri aparılması aşkar edilmiş, tikinti sahəsinin aparıldığı ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi Abşeron X82 sahəsinin balansında olan Zabrat-Buzovna-Türkan yerüstü magistral qaz kəmərinin mühafizə zonasında yerləşir(iş vərəqə: 12-ci cild, səh. 16-20). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunun, iş materiallarına əlavə edilmiş iddiaçı - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh X21 qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 65/2022 nömrəli 15 fevral 2022-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Abşeron X82 Sahəsinin balans və istismarında olan 530 mm diametrli “Zabrat-Buzovna-Türkan” yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsi döngə 8 ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında cavabdeh X33 tərəfindən inşa olunmuş daş hasar onun hesabına sökülsün, tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın (iş vərəqə: 12-ci cild, səh. 16-23) Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 03 noyabr 2020-ci il tarixdə Məmmədov Qabil Babaşah oğluna Buzovna qəsəbəsində yerləşən 800 kvadrat metr torpaq sahəsinin 150 kvadrat metr sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, icarəyə verməyi etibar edir. Həmin etibarnaməyə 09 avqust 2021-ci il tarixdə xitam verilmişdir (iş vərəqə: 1-ci cild, səh. 107). Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olun “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 28 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Buzovna qəsəbəsində yerləşən 800 kvadrat metr torpaq sahəsinin 150 kvadrat metr sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, icarəyə verməyi etibar edir. Həmin etibarnaməyə 09 avqust 2021-ci il tarixdə xitam verilmişdir (iş vərəqə: 1-ci cild, səh. 108). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 20 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Buzovna qəsəbəsində yerləşən 800 kvadrat metr torpaq sahəsinin 150 kvadrat metr sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, icarəyə verməyi etibar edir. Həmin etibarnaməyə 09 avqust 2021-ci il tarixdə xitam verilmişdir (iş vərəqə: 1-ci cild, səh. 109). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 24 sentyabr 2021-ci il tarixli BA-04467-2021 nömrəli məktubundan görünür ki, Əzizbəyov rayonu Buzovna bələdiyyəsi sədrinin arxiv fondu üzrə 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir (iş vərəqə: 1-ci cild, səh. 123). Daha sonra, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının 28 fevral 2022-ci il tarixli, 4/223-5/218 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 208 nömrəli sərəncamında “sədr” qrafasında əks olunmuş imza və 30 dekabr 2005-ci il tarixli ƏXZ seriyalı 936605 nömrəli kassa mədaxil orderində “Rəhbər” qrafasında əks olunmuş imza-eyni şəxs-X77 tərəfindən icra olunmuş imzaların əksləridir. Ekspertizaya təqdim edilmiş, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 208 nömrəli sərəncamında “sədr” qrafasında əks olunmuş imzada və 30 dekabr 2005-ci il tarixli ƏXZ seriyalı 936605 nömrəli kassa mədaxil orderində “Rəhbər” qrafasında əks olunmuş imzada-imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı. Tədqiqata təqdim edilmiş, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2005-ci il tarixli 208 nömrəli sərəncamında “sədr” qrafasında və 30 dekabr 2005-ci il tarixli ƏXZ seriyalı 936605 nömrəli kassa mədaxil orderində “Rəhbər” qrafasında olan imzalar birbaşa deyil, elektrofotoqrafik çap üsulu (lazer printer və s.) ilə çap edilmişdirlər (iş vərəqə: 12-ci cild, səh. 171-177). Məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilən Şahid11 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid11 tədqiq olunan ifadəsində göstərmişdir ki, 2014-cü ilin sentyabr ayında onun istifadəsində olan mobil telefon nömrəsinə əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs1 zəng edərək onunla görüşmək istədiyini bildirmiş, onlar Kürdəxanı qəsəbəsində görüşmüşlər, həmin görüş zamanı Rəşid ona demişdir ki, rayon qeydiyyatındadır, bu səbəbdən bank vasitəsi ilə özünə almaq istədiyi “Lexus 570” markalı avtomobili öz adına rəsmiləşdirə bilmir, bu səbəbdən ondan xahiş etmişdir ki, onun adına rəsmiləşdirilməsinə razılıq versin. Rəşid əvvəl də arvadı Zəminə üçün onun adına “Mercedes Benz” markalı avtomobil aldığından və bank ödənişlərini vaxtında etdiyindən ona inanmış və razılıq vermişdir. Təxminən bir neçə gün sonra Rəşid yenidən onunla görüşmüş, həmin vaxt Rəşid onunla görüşə “BMV X 5” markalı avtomobillə gəlmiş, avtomobildə Rəşiddən əlavə sürücü Şahid4 olmuşdur, orada Rəşid demişdir ki, gedib birlikdə Badamdar qəsəbəsində yerləşən avtomobil satış salonunda alacağı “Lexus 570” markalı avtomobilə baxmaq lazımdır, o da etiraz etməmiş birlikdə Ramilin idarə etdiyi yuxarıda qeyd olunan avtomobillə salona getmişlər, orada o Ramillə avtomobildə qalmış, Rəşid düşüb salona getmiş və bir neçə dəqiqədən sonra geri qayıdaraq avtomobilin alqı-satqısının iki gün sonra həyata keçiriləcəyini bildirmişdir, həmçinin Rəşid ona əvvəlcədən söz vermişdir ki, avtomobil onun adına rəsmiləşdiriləcəyi üçün 300 manata ona pul verəcəkdir. İki gün sonra Rəşid ondan şəxsiyyət vəsiqəsini götürüb getmiş, lakin sonradan geri qaytarmamışdır, bir neçə gündən sonra Rəşidlə görüşüb şəxsiyyət vəsiqəsini və ona söz verdiyi pulu tələb etdikdə Rəşid avtomobil işinin alınmadığını, bu səbəbdən şəxsiyyət vəsiqəsini ona geri qaytaracağını bildirmişdir, o da razılaşıb şəxsiyyət vəsiqəsini geri götürmüşdür. Sonradan Rəşidi və Ramili bir daha görməmişdir (iş vərəqə: 5-ci cild, səh. 112-115). Daha sonra məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid12 ifadəsində göstərdi ki, Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən “Mir” avtomobil satış salonunda işləyir. 2014-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs6 özünə məxsus olan “Lexus 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili onun yanına satışa qoymuşdur. 12 və ya 13 sentyabr 2014-cü il tarixdə Şahid3 salona gələrək avtomobilə baxıb çıxıb getmişdir. Bundan bir neçə gün sonra 16 sentyabr 2014-cü il tarixdə Şahid4 və Təqsirləndirilən şəxs1 salona gələrək avtomobilə baxış keçirmişlər. Rəşidgil avtomobilə baxandan sonra belə razılaşmışlar ki, 28500 ABŞ dolları məbləğində pulu verəcəklər və bir ay müddətində qalan 58000 manatı isə banka ödəyəcəklər. Bundan sonra ona 500 ABŞ dolları ona beh olaraq vermişlər və qalan 28000 ABŞ dollarını isə səhəri gün təqdim edəcəklərini deyərək çıxıb getmişlər. Bundan sonra ona Şahid11 şəxsiyyət vəsiqəsini təqdim etmişlər ki, onun adına etibarnamə verilsin. O da razılaşmışdır. Bundan sonra o avtomobili Şahid4, Təqsirləndirilən şəxs1 və Şahid11 təqdim etmiş, ona həmin vaxt Rəşid tərəfindən əlavə 28000 ABŞ dolları məbləğində pul da ödəniş edilmişdir. Daha sonra avtomobilin sonrakı aqibətindən məlumatı olmamışdır. Təxminən 2 ay keçəndən sonra avtomobilin sahibi Zərərçəkmiş şəxs6 onunla əlaqə saxlayaraq avtomobillə bağla banka heç bir ödəniş edilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamaq istəsə də Rəşidin telefonuna zəng çatmadığı üçün əlaqə saxlaya bilməmişdir. Daha sonra məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilən Şahid3 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid3 tədqiq olunan ifadəsində göstərmişdir ki, 20 sentyabr 2014-cü il tarixdə Eyyub adlı tanışı ona zəng vuraraq “Lexus 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobili “Sınıq Körpü” igömrük postunda qarşılayaraq həmin avtomobilin Respublika ərazisini tərk etməsini təşkil etməyi xahiş etmiş, bunun müqabilində əvvəllər danışdıqları kimi 200 manat ona pul verəcəyini söz vermişdir. O da razılaşıb Gömrük postunda işləyən tanışı X62 ilə əlaqə saxlayaraq hansı tarixlərdə növbədə olacağını dəqiqləşdirmişdir. Arif də ona 24 və 25 sentyabr 2014-cü il tarixdə işdə olacağını bildirmişdir. Bundan sonra o Eyyubla əlaqə saxlayıb avtomobilin 24 sentyabr 2014-cü il tarixdən 25 sentyabr 2014-cü il tarixə keçən gecə gətirilməsini bildirmişdir. 25 sentyabr 2014-cü il tarixdə saat 01 radələrində o “Sınıq Körpü” gömrük postunun qarşısına gələrək orada “Lexus 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığığını görmüşdür, həmin avtomobilə yaxınlaşaraq özünü təqdim etmiş və onlardan avtomobilin qeydiyyat şəhadətnaməsini, avtomobilin açarını və ona ödənilməli olan 200 manat pulu götürmüş, daha sonra həmin avtomobili ona təhvil verərək özləri Gürcüstan Respublikası istiqamətində piyada getmişlər. Bundan sonra avtomobili işə salaraq gömrük postuna yaxınlaşmış, bundan sonra avtomobilin sənədlərini Arif Rzayevə təqdim etmədən sadəcə şifahi məlumat verməklə Arifdən “məvəqqəti ixrac” qəbzini götürmüş və avtomobili Gürcüstan Respublikasına keçirmiş və orada avtomobili təhvil aldığı şəxslərə təqdim edərək özü Azərbaycan Respublikasına qayıtmışdır(iş vərəqə: 6-cı cild, səh. 39-43). Daha sonra məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, X54 2014-cü ilin yay aylarından tanıyır, onun vasitəsi ilə Şamxal Rəcbəddinovla tanış olmuşdur. Şamxal Rəcbəddinov ona təklif etmişdir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda girovda olan avtomobillərin alışında ona köməklik etsin o həmin avtomobili satsın və bunun müqabilində hər avtomobilə görə ona 2000-3000 ABŞ dolları məbləğində pul ödəniş etsin. O da razılaşmışdır. Bundan sonra Şamxal Rəcbəddinovun dedikləri barədə deyərək Təqsirləndirilən şəxs1 də bu işə razılaşdırmışdır. 2014-cü ilin sentyabr ayında Şamxal ona zəng vuraraq “Lexus 570” markalı avtomobil almaq lazım olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermiş, Rəşid bir neçə gündən sonra Badamdar qəsəbəsində yerləşən “Mir” avtomobil satış mərkəzində “Lexus 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması barədə məlumat vermiş, bundan sonra birlikdə Şamxalla əlaqə saxlayaraq avtomobil haqqında məlumat vermişlər, orada Şamxal onlara söz vermişdir ki, həmin avtomobilin alqı-satqısından onlara 2000 ABŞ dolları məbləğində pul verəcəkdir, ancaq nə onu nə də ki, Rəşidi avtomobilin sonrakı aqibəti maraqlandırmamış, həmin avtomobilin Rusiya Federasiyasına gedəndən sonra necə olacağını dəqiqləşdirməmişlər. Bundan sonra Şamxalın göndərdiyi pulla həmin avtomobili alıb Şamxalın göndərdiyi adama təhvil vermişlər, avtomobili satan Şahid12 isə bir ay müddətində Rəşidin tanışı Şahid11 etibarnamə vermişdir. Avtomobili təhvil verdikləri şəxs onlara 32000 ABŞ dolları məbləğində pul vermiş, həmin pulun 28000 ABŞ dollarını avtomobili satan Şahid12 təhvil vermişlər, qalan 4000 ABŞ dollarını isə hərəsinə 2000 ABŞ dollarından olmaqla Rəşidlə bölmüşlər. Daha sonra avtomobilin necə olmasını bilməmişlər. 2014-cü ilin sentyabr ayının 18-də Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq Şamxal Rəcbəddinovun xahişi əsasında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən avtomobil satışı salonunda satışa qoyulmuş “Lexus LX 570” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili alıb ona təhvil vermək lazım olduğunu və bunun müqabilində onlara 4000 ABŞ dolları məbləğində pul veriləcəyini bildirmiş, həmçinin Rəşid ona təklif etmişdir ki, avtomobili etibarnamə əsasında onun adına rəsmiləşdirsinlər, o isə avtomobilin bankda kreditdə olduğu halda ölkədən çıxarılacağı üçün ona problem yaranacağını bildirib etiraz etmiş, bundan sonra Rəşid başqa bir adam tapacağına demişdir. Sonra onlar Ramil Talıbov adlı şəxslə görüşmüşlər və avtomobilə baxış keçirmişlər, Rəşid həmin vaxt 300 manat beh vermiş, 24 sentyabr 2014-cü il tarixdə yenidən Ramil Talıbovla görüşərək Şamxalın göndərdiyi 19650 ABŞ dolları məbləğində pulu Ramilə ödəyib avtomobili ondan təhvil almışlar, həmin vaxt Rəşid tanımadığı X51 şəxsiyyət vəsiqəsini Ramil Talıbova təqdim etmiş, Ramildə Bakı şəhəri 6 saylı notariat ofisində həmin Sənan Məmmədova avtomobillə bağlı etibarnamə vermişdir, avtomobilin açarı isə Rəşiddə qalmış, Rəşid Şamxaldan 4000 ABŞ dolları məbləğində pul alacağını həmin pulun 2000 ABŞ dollarını ona verəcəyinə dair söz versə də sonradan ona heç bir məbləğdə pul verməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilən Şahid13 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid13 tədqiq olunan ifadəsində göstərmişdir ki, 2014-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs5 “Lexus LX 570” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobili 12000 ABŞ dolları Elmana, qalan 88000 ABŞ dollarını isə "xxxx" bankına ödəmək şərtilə almış, həmin avtomobili alandan sonra işlərində müəyyən problemlər yaranmış, bu səbəbdən avtomobili satmaq qərarına gəlmiş, həmin vaxt tanışlarına xəbər göndərmişdir ki. avtomobili satışa qoymuşdur, bir neçə gündən sonra Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən zəng edərək avtomobili almaq niyyətində olduğunu bildirmiş, bununla əlaqədar 18 sentyabr 2014-cü il tarixdə Rəşidlə Gənclik metrostansiyasının yaxınlığında görüşüb avtomobilə baxış keçirmiş, 19 sentyabr 2014-cü il tarixdə Rəşid yenidən avtomobilə baxış keçirəcəyini bildirib ondan ayrılmış, səhəri gün Rəşid yanında iki nəfərlə onunla Gənclik metrostansiyasının yaxınlığında görüşüb avtomobilə baxış keçirmişlər və bəyənmişlər, bundan sonra belə razılaşmışlar ki, avtomobilə görə ona 20000 ABŞ dolları pul ödəyəcəklər, qalan pulu isə "xxxx" bankına ödəyəcəklər, o da razılaşmış, 22 sentyabr 2014-cü il tarixdə Rəşidlə görüşmüş, Rəşid ona 300 manat beh vermiş, 24 sentyabr 2014cü il tarixdə Rəşid, Ramil və bir nəfər tanımadığı şəxslə Fövqaladə Hallar Nazirliyinin yaxınlığında görüşmüş, orada Rəşid ona 19650 ABŞ dolları məbləğində pul ödəmiş, həmin vaxt tanımadığı şəxs ona məxsus olan “Lexus LX 570” markalı avtomobili təhvil götürmüş, o isə Rəşidlə birlikdə Bakı şəhəri 6 saylı notariat ofisinə getmiş, orada X11 şəxsiyyət vəsiqəsini təqdim edərək ona etibarnamə verilməli olduğunu bildirmiş, o da etiraz etməyərək razılaşmış və həmin şəxsə etibarnamə vermiş, avtomobilin sonrakı aqibəti ilə maraqlanmamışdır, sonradan ona məlum olmuşdur ki, Rəşidgil tərəfindən banka heç bir məbləğdə ödəniş edilməmişdir (iş vərəqə: 5-ci cild, səh.85-87). Bundan başqa, məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilən Şahid1 ifadəsi elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan ifadəsində göstərmişdir ki, 2014-cü ilin iyul ayında qonşusu Zərərçəkmiş şəxs4 ilkin ödəniş 19.000 manat ödəmək şərtilə “Porosche Cayenne” markalı avtomobili almış, həmin avtomobillə bağlı Bakı şəhəri 6 saylı notariat ofisində Zərərçəkmiş şəxs4 ona etibarnamə vermiş, həmin ilin sentyabr ayında avtomobili satmaq qərarına gəlmiş, həmin vaxta qədər aylıq 2040 manatdan "xxxx" ASC-nin Nəsimi filialına ödənişlər etmişdir, avtomobili satılmasında ona köməklik etməsi üçün Pərviz adlı tanışından xahiş etmiş. Pərvizda avtomobilin fotoşəkillərini çəkərək “turbo.az” saytına yerləşdirmiş, 2014-cü ilin oktyabr ayının əvvəlində Pərviz onunla əlaqə saxlayaraq avtomobilə müştəri tapdığını bildirmişdir. Bundan sonra o avtomobili alan şəxslərlə görüşmək üçün Bakı şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “favorit” marketin qarşısına getmiş, orada iki nəfər şəxs avtomobilə baxaraq bəyənmişlər və ona 28000 ABŞ dolları ilkin ödəniş ödəyərək avtomobili almışlar, avtomobilin banka olan qalıq borcunu isə ödəyəcəklərinə dair ona söz vermişlər. O da həmin pulun 500 ABŞ dollarını avtomobilə müştəri tapdığı üçün Pərvizə vermiş, danışmışlar ki, səhəri gün yəni 06 oktyabr 2014-cü il tarixdə görüşüb avtomobilə dair etibarnamə alsınlar. Bundan sonra səhəri gün Pərvizə ona zəng edərək 6 saylı notariat ofisinin qarşısına çağırmış, orada X12 şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim edərək onun adına etibarnamə vermək lazım olduğunu bildirmiş, o da etibarnaməni imza etmişdir. Lakin sonradan avtomobilin aqibəti ilə maraqlanmamış, 2014-cü ilin oktyabr ayının sonlarında avtomobilin texniki pasportla sahibi olan Zərərçəkmiş şəxs4 onunla əlaqə saxlayaraq kredit borcunun ödənilmədiyini demiş, bundan sonra 6 saylı notariat ofisinə gedərək X68 verilmiş etibarnaməni ləğv etdirmişlər (iş vərəqə: 6-cı cild, səh.156-159). Bundan başqa, məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 2014-cü ilin sentyabr ayında dostu Şahid1 ondan xahiş etmişdir ki, “Porsche Cayenne” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasında ona köməklik göstərsin. O da razılaşmış, avtomobilin fotoşəkillərini çəkərək “turbo.az” saytına yerləşdirmiş, 2014-cü ilin oktyabr ayının əvvəllərində bir nəfər Rəşid adlı şəxs onunla əlaqə saxlayaraq avtomobili almaq istədiyini bildirmiş, o da bu barədə Vadimə məlumat verərək birlikdə Bakı şəhəri 9-cu mikrorayonda yerləşən “Favorit” marketin qarşısında avtomobili Rəşidə göstərmiş, həmin vaxt Rəşidin yanında Ramil adlı şəxsdə olmuşdur, onlar avtomobilə baxandan sonra razılaşmışlar ki, 28000 ABŞ dolları Vadimə pul ödəyib, qalan pulu banka ödəmək şərtilə avtomobili alsınlar, bundan sonra Rəşid 28000 ABŞ dolları məbləğində pulu Vadimə ödəmiş, avtomobili götürmüşlər, səhəri gün 06 oktyabr 2014-cü il tarixdə Rəşidlə Nərimanov metrostansiyasının yanında görüşmüş, həmin vaxt Rəşid ona X63 şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim etmişdir ki, etibarnamə onun adına verilsin, o da razılaşmış və şəxsiyyət vəsiqəsinin kserosurətini götürmüş, həmin şəxsin adına Vadim tərəfindən 6 saylı notaroiat ofisində etibarnamə verilmişdir, lakin sonradan avtomobilin aqibəti ilə maraqlanmamışlar (iş vərəqə: 6-cı cild, səh.161-163). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 sentyabr 2015-ci il tarixli, 16587 nömrəli rəyindən görünür ki, 2012-ci il buraxılışlı “Lexus LX 570” markalı avtomobilin 25 sentyabr 2014-cü il tarixə qiyməti 70000 manat, 2013-cü il buraxılışlı “Lexus LX 570” markalı avtomobilin 01 oktyabr 2014-cü il tarixə qiyməti 80000 manat, 2012-ci il buraxılışlı “Porsche Cayenne” markalı avtomobilin 08 oktyabr 2014-cü il tarixə qiyməti 69000 manat müəyyən edilmişdir (iş vərəqə: 5-ci cild, səh.102-103). Məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-in BDYPİdən alınmış 016-39958-1215 nömrəli 14 sentyabr 2015-ci il tarixli məktubdan görünür ki, “Lexus LX 570” minik markalı, 2012-ci il buraxılışlı, nəqliyyat vasitəsinə **-VD-*** dövlət qeydiyyat nişanı təhkim edilmiş, nəqliyyat vasitəsinin mülkiyyətçisi Zərərçəkmiş şəxs6dur, həmin məktuba əsasən avtomobilə əvvəllər **-RO-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir (iş vərəqə: 8-ci cild, səh.111). Məhkəmə baxışı zamanı, həmçinin tədqiq olunan Bakı şəhəri, 19 saylı notariat ofisindən verilən 7E-54/28661 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi Zərərçəkmiş şəxs6 səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi, onun üzərində sərəncam verməyi və nəzərdə tutulmuş digər hüquqları Şahid12 etibar etmişdir (iş vərəqə: 8-ci cild, səh.111). Məhkəmə baxışı zamanı, həmçinin tədqiq olunan Bakı şəhəri 19 saylı notariat ofisinin 7E-24805 nömrəli etibarnamədən görünür ki, Şahid12 ona Zərərçəkmiş şəxs6 tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqları Şahid11 etibar etmişdir (iş vərəqə: 8-ci cild, səh.111). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Dövlət Gömrük Komitəsinin “Vahid X3”-nə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Lexus LX 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 25 sentyabr 2014-cü il tarixdə saat 02:52-də “Sınıq Körpü” gömrük postunda 365 nəzarət müddəti qoyulmaqla müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə Azərbaycan Respublikası ərazisindən çıxarılmışdır. Rəsmiləşdirmə inspektor X62 tərəfindən həyata keçirilmişdir (iş vərəqə: 8-ci cild, səh.112). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Şahid3 sərhədkeçmə hesabatından görünür ki, Şahid3 25 sentyabr 2014-cü il tarixdə saat 02:45-də “Lexus LX 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkədən çıxaraq, 26 sentyabr 2014-cü il tarixdə saat 00:46-da piyada Samur sərhəd nəzarət məntəqəsindən ölkəyə qayıtmışdır (iş vərəqə: 8-ci cild, səh.112). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNin BDYPİ-dən alınmış 016-30053-1215 nömrəli, 24 iyul 2015-ci il tarixli məktubdan görünür ki, “Lexus LX 570” minik markalı, 2013-cü il buraxılışlı, nəqliyyat vasitəsinə **-UV-*** dövlət qeydiyyat nişanı təhkim edilmiş, nəqliyyat vasitəsinin mülkiyyətçisi Zərərçəkmiş şəxs5dur (iş vərəqə: 8-ci cild, səh.114). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri, 6 saylı notariat ofisindən verilmiş 7E-58368 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi Zərərçəkmiş şəxs5 səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi, onun üzərində sərəncam verməyi və nəzərdə tutulmuş digər hüquqları Şahid13 etibar etmişdir (iş vərəqə: 8-ci cild, səh.112). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri 6 saylı notariat ofisindən verilmiş 7E-60717 nömrəli etibarnamədən görünür ki, Şahid13 ona Zərərçəkmiş şəxs5 tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqları X55 etibar etmişdir (iş vərəqə: 8-ci cild, səh.116). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərdən görünür ki, Şahid3 01 oktyabr 2014-cü il tarixdə, saat 13:18-də “Lexus LX 570” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkədən çıxaraq, 02 oktyabr 2014-cü il tarixdə, saat 05:09-da piyada Samur sərhəd nəzarət məntəqəsindən ölkəyə qayıtmışdır (iş vərəqə: 8-ci cild, səh.117). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNin BDYPİ-dən alınmış 016-46277-1215 nömrəli, 19 oktyabr 2015-ci il tarixli məktubdan görünür ki, “Porsche Cayenne” minik markalı, 2012-cü il buraxılışlı, nəqliyyat vasitəsinə **- DP-*** dövlət qeydiyyat nişanı təhkim edilmiş, nəqliyyat vasitəsinin mülkiyyətçisi Zərərçəkmiş şəxs4dur (iş vərəqə: 8-ci cild, səh.112). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, 6 saylı notariat ofisinin 7E-38602 nömrəli etibarnamədən görünür ki, mülkiyyətçi Zərərçəkmiş şəxs4 səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi, onun üzərində sərəncam verməyi və nəzərdə tutulmuş digər hüquqları Şahid1 etibar etmişdir (iş vərəqə: 8-ci cild, səh.122). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri 6 saylı notariat ofisinin 7E-63747 nömrəli etibarnamədən görünür ki, Şahid1 ona Zərərçəkmiş şəxs4 tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqları X68 etibar etmişdir (iş vərəqə: 8-ci cild, səh.122). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan Dövlət Gömrük Komitəsinin “vahid X3”-nə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Porsche Cayenne” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 08 oktyabr 2014-cü il tarixdə saat 02:20-də “Sınıq Körpü” gömrük postunda Şahid3 idarə edərək 365 nəzarət müddəti qoyulmaqla müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilməklə Azərbaycan Respublikası ərazisindən çıxarılmışdır. Rəsmiləşdirmə inspektor X62 tərəfindən həyata keçirilmişdir (iş vərəqə: 8-ci cild, səh.123). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərlə müəyyən olunur ki, Şahid3 08 oktyabr 2014-cü il tarixdə, saat 02:04-də “Porsche Cayenne” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şıxlı sərhəd nəzarət məntəqəsindən ölkədən çıxaraq, həmin gün saat 03:26-da piyada Samur sərhəd nəzarət məntəqəsindən ölkəyə qayıtmışdır (iş vərəqə: 8-ci cild, səh.123). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 08 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 Buzovna qəsəbəsində yerləşən 600 kvadrat metr torpaq sahəsinin 300 kvadrat metr sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, icarəyə verməyi etibar edir. Həmin etibarnaməyə 20 avqust 2020-ci il tarixdə xitam verilmişdir (iş vərəqə: 12-ci cild, səh.202- 203). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda əşyaları keçirib qaçaqmalçılıq etmiş, həmçinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmış, qanunsuz hazırlamış və bilə-bilə saxta sənədlərdən istifadə etmiş, həmçinin, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla torpaq sahəsi üzərində tikinti işləri aparılmasını təşkil etmiş, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan neft buruğunun mühafizə zonasında tikinti işlərinin aparılmasını təşkil etməsi, Təqsirləndirilən şəxs2 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla torpaq sahəsi üzərində tikinti işləri aparılmasını təşkil etmiş, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan neft buruğunun mühafizə zonasında tikinti işlərinin aparılmasını təşkil etmiş, həmçinin təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla torpaq sahəsi üzərində tikinti işləri aparmış, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan neft buruğunun mühafizə zonasında tikinti işlərini aparması, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla torpaq sahəsi üzərində tikinti işləri aparılmasında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan neft buruğunun mühafizə zonasında tikinti işlərinin aparılmasında köməkçilik etmələri araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapdığından ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3,222-2.1 və 222-2.1-ci maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əməli isə Azərbaycan Respublikası CM-nin 32.5,188.1, 32.5,188.2 və 32.5,222-2.1ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək Təqsirləndirilən şəxs1 hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma, qanunsuz hazırlama və bilə-bilə saxta sənədlərdən istifadə etmə, yəni Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməyə, Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 5.000 (beş min) manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən keçmişdir. Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan əməl bu Məcəllənin 15.1 və 15.2-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən, 5.000 (beş min) manat məbləğində əmlakın dələduzluq yolu ilə ələ keçirməsi (CM-nin 178.2-ci maddəsi) isə bu Məcəllənin 15.1 və 15.3-cü maddələrinin tələblərinə görə isə az ağır cinayətlər hesab olunurlar. Azərbaycan Respublikası CM-nin 75.1, 75.1.1 və 75.1.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayətin törədildiyi gündən isə yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini sonuncu dəfə törətməsi 20 avqust 2020-ci il tarixə, Təqsirləndirilən şəxs2 isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 5.000 (beş min) manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirməsi isə 2012-ci ilin iyul ayına təsadüf etmişdir ki, baxılan iş üzrə yekun məhkəmə aktının çıxarıldığı tarixə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini sonuncu dəfə törətdiyi tarixdən iki ildən artıq, Təqsirləndirilən şəxs2 isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 5.000 (beş min) manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirdiyi tarixdən isə 7 (yeddi) ildən artıq bir müddət keçdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 75.2-ci maddəsinin tələblərinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3,222-2.1 və 222-2.1-ci maddələri, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 32.5,188.1, 32.5,188.2 və 32.5,222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və barələrində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməli və Təqsirləndirilən şəxs2 isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 5.000 (beş min) manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirməsi epizodu üzrə qanunla müəyyən olunan cinayət məsuliyyətinə cədb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri, Təqsirləndirilən şəxs2 isə oğluna Zərərçəkmiş şəxs3 qarşı 5.000 (beş min) manat dələduzluq epizodu üzrə cəza təyin olunmamalı, lakin onların hər ikisinin təqsirli bilindikləri digər ittihalar üzrə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə qanunun tələblərinə və şəxsiyyətlərinə uyğun cəza cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı işdə olan demoqrafik məlumatlarla - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışı və məhkəmə hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayətin törədilməsində təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunan azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti tətbiq edilmişdir. Təqsirləndirilən şəxs1 təyin olunan cəzanı çəkməmiş, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yetirilmiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs1 himayəsində 2 nəfər azyaşlı uşaqları vardır. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən onlara yetirilmiş maddi ziyanın tamamilə ödənildiyini məhkəmənin nəzər diqqətinə çatdırmış və ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yetirilmiş maddi ziyanın tam ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin məhkəmə qeyd edir ki, əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs1 yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və bu hal həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən ağırlaşdırıcı hal qismində nəzərə alınmalıdır. Cinayət işinə məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışı və məhkəmə hökmü ilə, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə cəzasına məhkum olunmuş, “28 May-Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmiş və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 dekabr 2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Ona görə də Təqsirləndirilən şəxs2 baxılan iş üzrə məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən onlara yetirilmiş maddi ziyanın tamamilə ödənildiyini məhkəmənin nəzər diqqətinə çatdırmış və ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 yetirilmiş maddi ziyanın tamamilə ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 noyabr 2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 3 fevral 2005-ci il tarixdən «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» (gözdən əlil) ikinci qrup müddətsiz əlillik təyin edilmişdir. Təqsirləndirilən şəxs4 oğlu X13 Müharibəsi iştirakçısıdır, həyat yoldaşı X65 İİ qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs4 «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» (gözdən əlil) ikinci qrup müddətsiz əlil olmasını, oğlunun Vətən Müharibəsi iştirakçısı olmasını, həyat yoldaşının İİ qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İşdə olan və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 noyabr 2021-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 20 iyun 1994-cü il tarixdən «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» ikinci qrup müddətsiz əlillik təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar» (gözdən əlil) ikinci qrup müddətsiz əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Zərərçəkmiş şəxs8 təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Qeyd olunanlarla yanaşı, məhkəmə həm də belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası CM-nin 188 və 222-2.1-ci maddələrinə münasibətdə “cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi” bu Məcəllənin 61.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələbləri baxımından cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxslərə təyin olunmalı əsas cəza növünü müzakirə edib aşağıdakı nəticəyə gəlmişdir: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1-ci maddəsi ilə əsas cəza növü olaraq cinayətlərin məcmusu qaydasında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə qanunla müəyyən olunan cinayət məsuliyyətinə cədb etmə müddətləri keçdiyindən Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən həmin maddələrlə Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə ona cəza təyin olunmamalı; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3,222-2.1 və 222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3,222-2.1 və 222-2.1-ci maddələri ilə əsas cəza növü olaraq cinayətlərin məcmusu qaydasında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 5.000 (beş min) manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirməsi epizodu üzrə qanunla müəyyən olunan cinayət məsuliyyətinə cədb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən həmin epizod üzrə ona cəza təyin edilməməli; Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,188.1, 32.5,188.2 və 32.5,222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, Cinayət Məcəlləsinin 32.5,188.1-ci və 32.5,188.2-ci maddələri ilə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 32.5,222-2.1-ci maddəsi ilə islah işləri cəzasına məhkum edilməli, ona cinayətlərin məcmusu qaydasında qəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,188.1, 32.5,188.2 və 32.5,222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, Cinayət Məcəlləsinin 32.5,188.1-ci və 32.5,188.2-ci maddələri ilə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 32.5,222-2.1-ci maddəsi ilə islah işləri cəzasına məhkum edilməli, ona cinayətlərin məcmusu qaydasında qəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda əşyaları keçirib təkrar qaçaqmalçılıq, həmçinin, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirməklə dələduzluq etmə cinayətlərini sentyabr 2014-cü il tarixdən oktyabr 2014-cü il tarixədək olan müddətlərdə, yəni ona təyin olunan 2 (iki) il sınaq müddətində törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda əşyaları keçirib təkrar qaçaqmalçılıq (Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2), həmçinin, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirməklə dələduzluq etmə (Azərbaycan Respublikası CM-nin 178.3.2) cinayətlərini Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü üzrə təyin olunan sınaq müddətində törətməsini, Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2 və 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin təsnifatına görə ağır cinayətlərə aid olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü üzrə təyin olunan şərti məhkum etməni ləğv edilməli və Təqsirləndirilən şəxs1 bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 əsas cəza təyini ilə bağlı həm də qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü üzrə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməli və azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edildməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib həm də belə qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.3,222-2.1ci madldəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, ona həm də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə caza təyin olunması və Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən ona təyin olunan əsas cəzaya birləşdirilməsi məqsədə müvafiqdir. Məhkəmə həm də Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib belə qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.3,222-2.1 və 222-2.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, ona həm də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə caza təyin olunması və Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən ona təyin olunan əsas cəzaya birləşdirilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinin tələblərinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 haqqında olan yüngülləşdirici halları, həmçinin onun 1957-ci il təvəllüdlü olmaqla 65 yaşında olmasını nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Probasiya İdarəsinə həvalə olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5,222-2.1-ci maddəsi ilə islah işləri cəzası təyin elilməsi və bu cəzanın müddətinin hesablanmasına münasibət bildirib qeyd edir ki, Təqsirləndirilən şəxs4 və Zavur Abbasovun barəsində təyin olunan cəzalar cinayətlərin məcmusu qaydasında toplanılmalı olduğundan onlara Azərbaycan Respublikası CM-nin 32.5,222-2.1-ci maddəsi ilə təyin olunmalı islah işləri cəzasının müddəti onlara digər maddələrlə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasına uyğunlaşdırılmaqla müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 68.3 və 68.3.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işlərinin iki günü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutulur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən onların cəmiyyətdən tam təcrid olunmadan yaşayış yerləri üzrə nəzarət altında saxlanılmasını və üzərlərinə bu cəzadan irəli gələn müəyyən vəzifələr qoyulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.3-cü maddələrinə əsasən məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər üzərində bu Məcəllənin 52-1.2.1 - 52-1.2.4-cü və 52-1.3.1 - 52-1.3.4-cü maddələrində nəzərdə tutulan əsas və əlavə vəzifələr müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.4-cü mddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin başlanğıcı ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, onların cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, hökmün icrası Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 münasibətdə onların daimi yaşadıqları Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs1 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunan həmin cəzanın şərti tətbiq edilməsini, onun azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyini və hazırkı hökmlə ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağını nəzərə alır və belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat mərhələsində 18 noyabr 2021-ci il tarixdən 20 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi və məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıdığı 04 fevral 2022-ci il tarixdən hesablanmalı, həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (158.2.1-ci maddə), ev dustaqlığında saxlanıldığı müddət (158.2.2-ci maddə) , …….. daxildir: Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası, həmçinin təqsirləndirilən şəxsə təyin olunmalı olan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış "həbs" qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş "həbs" qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə, həmçinin qeyd edir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, barələrində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə zərər çəkmiş şəxslər qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişlər. Odur ki, məhkəmə hökmü çıxarıldıqdan sonra yetirilmiş maddi və mənəvi zərərə görə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması zərər çəkmiş şəxslərə izah edilməlidir. Məhkəmə iş üzrə maddi sübutlara dair məsələnin həllini müzakirə edib belə nəticəyə gəlmişdir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, keçmiş Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsi sədrinin 30 dekabr 2005-ci il tarixli, 208 nömrəli sərəncamı, həmin sərəncam əsasında tərtib edilmiş 30 dekabr 2005-ci il tarixli, “ƏXZ” seriyalı, 936605 nömrəli kassa mədaxil orderi və Bakı şəhəri, keçmiş Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsi sədrinin 30 dekabr 2005-ci il tarixli, 187 nömrəli sərəncamının kserosurəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məhkəmə məsrəfləri – 200 (iki yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 hər birindən 50 (əlli) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 32.3,188.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 32.3,188.2-ci maddəsi ilə 2 (iki) il müddətinə, Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.3,222-2.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına tətbiq olunan 2 (iki) il sınaq müddəti ilə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin olunan 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü üzrə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilsin və cəza çəkməsi üçün Təqsirləndirilən şəxs1 qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat mərhələsində 18 noyabr 2021-ci il tarixdən 20 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 04 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3,222-2.1 və 222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 32.3,188.4.1, 188.4.1-ci maddəsləri ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 32.3,222-2.1 və 222-2.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 5.000 (beş min) manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirməsi cinayət epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,188.1, 32.5,188.2 və 32.5,222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 32.5,188.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 32.5,188.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 32.5,222-2.1-ci maddəsi ilə 2 (iki) il islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş 2 (iki) il islah işləri cəzasının 2 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs4 qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,188.1, 32.5,188.2 və 32.5,222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5,188.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 32.5,188.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 32.5,222-2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il islah işləri cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 68.3-cü maddəsinə əsasən təyin edilmiş 2 (iki) il islah işləri cəzasının 2 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 1 (bir) il azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs3 qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməməsi nəzərə alınsın və yetirilmiş maddi və mənəvi zərərə görə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması zərər çəkmiş şəxslərə izah edilsin. İş üzrə maddi sübutlar – Bakı şəhəri, keçmiş Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsi sədrinin 30 dekabr 2005-ci il tarixli, 208 nömrəli sərəncamı, həmin sərəncam əsasında tərtib edilmiş 30 dekabr 2005-ci il tarixli, “ƏXZ” seriyalı, 936605 nömrəli kassa mədaxil orderi və Bakı şəhəri, keçmiş Əzizbəyov rayonu, Buzovna Bələdiyyəsi sədrinin 30 dekabr 2005-ci il tarixli, 187 nömrəli sərəncamının kserosurəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məhkəmə məsrəfləri – 200 (iki yüz) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 hər birindən 50 (əlli) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1102/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1102/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver