Məhkəmə qərarları › İş №1(101)-1102/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1102/2023

04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1102/2023 04.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X13 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 və həmin şöbənin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi - Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə 07 avqust 1976-cı ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, subay, 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, sürücü işləmiş, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Atatürk küçəsi, ev 14, mənzil 19-da qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 8/21, mənzil 61-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş keçmiş arvadı Zərərçəkmiş şəxs saç ustası işlədiyi ünvan 1 ünvanında yerləşən “Su Pərisi” gözəllik salonundan xx.xx.2022-ci il tarixdə, saat 18:10 radələrində iş yoldaşı Şahid2 ilə birgə işdən çıxdıqdan sonra hara getməsini bilmək üçün izləmiş, Zərərçəkmiş şəxs yaxınlıqda yerləşən ünvan 2 ünvanında yaşayan rəfiqəsi Şahid1 evinə qalxıb sonuncudan götürdüyü paltarları qaytararaq ünvan 1 nömrəli binanın həyətindən avtobus dayanacağına gedən zaman qolundan tutub saxlayaraq haradan gəldiyini soruşmuş, Zərərçəkmiş şəxs dərzidən gəldiyini bildirdiyi zaman başqa kişi ilə münasibət qurub görüşməsindən şübhələnib həmin həyətdə işləyən dərzi qohumlarının olduğu halda hansı səbəbdən başqa dərzinin yanına getdiyini soruşaraq suala cavab verməsini gözləmədən xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində ünvan 1 nömrəli binanın qarşısında qısqanclıq zəminində qisas almaq niyyətilə üstündə gəzdirdiyi zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 95 mm, dəstəyinin uzunluğu 135 mm olan, soyuq silah hesab edilməyən ümumi təyinatlı cib bıçağı ilə müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bıçaqla ardıcıl vuraraq kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin ön səthinin sağ yarısında 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin mərkəzi hissədə 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sol-yan səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin ön səthinin sol yarısının 2 (iki) ədəd, qarının mərkəzi hissəsinin 1 (bir) ədəd, qarının sağ yarısının 1 (bir) ədəd, sağ bazu oynağının nahiyəsinin 1 (bir) ədəd, sol saidin 1 (bir) ədəd, sol diz oynağı nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətləri, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid hər iki ağciyərin və ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sağ yarısında 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin mərkəzi hissəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin sol-yan səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri olmaqla, 4 (dörd) ədədi daxilə nüfuz etməklə, cəmi 14 (on dörd) ədəd bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, onun həyat yoldaşının anası və bacısı onun həyat yoldaşından ayırmaq üçün çox mübarizə aparmışlar. Sonda onlar boşanmışlar. Lakin onlar boşandıqdan sonra birlikdə yaşamağa davam etmişlər. Həmçinin onlar qərara gəlmişlər ki, birlikdə yaşadıqlarını heç kəs bilməsin. Onlar hər kəsdən gizlin bir yerdə yaşamışlar. Onun həyat yoldaşı Zərərçəkmiş şəxs “Su Pərisi” gözəllik salonunda işləmişdir. Bir gün Zərərçəkmiş şəxs ona zəng edərək evə gec gələcəyini və qız övladının evdə tək olduğunu bildirmişdir. O da Raminəyə gec gəlməməsini və uzun müddətdir ki, evə gec gəldiyini bildirmişdir. O, bu səbəbdən əsəbiləşərək Raminə ilə birlikdə yaşadığı evdən çıxaraq getmişdir. Həyat yoldaşı Raminənin bacısı ona zəng edərək demişdir ki, “bir daha bacıma yaxınlaşsan, uşağları da götürüb səndən şikayət edəcəm”. O da Raminənin bacısına bildirmişdir ki, “sizin məqsədiniz bizim ailəmizi dağıtmaqdır?”. Həmin ərəfədə o, idarə etdiyi avtomobili satdıqdan sonra Naxçıvan şəhərindən Bakı şəhərinə yeni qayıtmışdır. O, Naxçıvandan qayıtdıqdan sonra qızının yanına gəlmişdir. O, avtomobilini yeni satdığı üçün üzərində pul olmuşdur. O, həyat yoldaşı Raminəyə demək istəmişdir ki, “uşağlarımızın yaşı böyükdür, yenidən ailə quraq və birlikdə həyatımıza davam edək”. 07 dekabr 2022-ci ildə o, həyat yoldaşı ilə yenidən barışmaqlarını və bir yerdə həyatlarına davam etməklərini bildirmək üçün Raminənin iş yerinə getmişdir. Lakin Raminə həmin vaxt işdən başqa 2 (iki) nəfər xanımla çıxmışdır. Bu səbəbdən o, həmin vaxt Raminəyə yaxınlaşmamışdır. Sonra Raminənin yanında olan iki xanımdan biri Raminəgilin yanından ayrılmışdır. Digər xanım isə Raminənin yanında qalmışdır. O, düşünmüşdür ki, Raminə həmin xanımla birlikdə avtobus dayanacağına gedəcək. Lakin Raminəgil avtobus dayanacağına tərəf getməmişlər, əksinə “Əhmədli” metro stansiyası yaxınlığında “Ukrayna” dairəsi kimi adlanan əraziyə doğru getmişlər. Bundan sonra o, Raminəgili izləməyə başlamışdır. Bir müddət sonra o, bir binanın arasından məhəllənin içərisinə kiçik bir tunel yolunun olduğunu görmüşdür. Həmin məhəllədə onun böyük bacısının baldızının dərzi sexi olmuşdur. O, düşünmüşdür ki, Raminənin həmin ərazidə gedə biləcək yeganə yer həmin dərzi sexi olmuşdur. Lakin Raminəgil həmin dərzi sexinə heç yaxınlaşmamışlar. O, qısqanc biri olduğu üçün artıq əsəbiləşməyə başlamışdır. Raminəgil biraz getdikdən sonra yeni tikiliyə daxil olmuşlar. O, həmin tikilinin həyətində gözləmişdir. Təxminən 40 dəqiqədən sonra Raminəgil daxil olduqları binadan çıxmışlar. O, dərzi sexinin yaxınlığında Raminəyə yaxınlaşaraq sonuncudan haradan gəldiyini soruşmuşdur. Raminə də ona dərzi sexindən gəldiyini bildirmişdir. O, Raminəyə hər dəfə getdiyi dərzi sexini göstərərək nə üçün həmin dərzi sexinə getmədiyini, əksinə başqa bir dərziyə, yəni yeni tikilidə olan bir mənzildə yerləşən dərziyə getdiyini soruşmuşdur. Hətta həmin vaxt o, biraz sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxt onun üzərində bıçaq olmuş, lakin o, üzərində olan bıçağı ora Raminəni bıçaqlamaq məqsədi ilə üzərində gətirməmişdir. Sonra o, həmin bıçağı çıxarmış, lakin özündə olmamışdır. Bundan sonra o, bir anlıq əsəbiləşmiş və Raminəyə bıçaq zərbələri ilə xəsarət yetirmişdir. O, həmin vaxt özündə olmadığı üçün neçə dəfə və nə tərzdə zərbə endirdiyini, eləcə də həmin zərbələrdən Raminənin ölüb-ölmədiyini bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsi, habelə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilməməsi, yəni xüsusi amansıqlıqla zərərçəkmiş şəxsi qəsdən öldürməməsi, əksinə ancaq qısqanclıq zəminində zərərçəkmiş şəxsi öldürməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı Raminənin keçmiş əri olmaqla yanaşı, həmçinin onun bibisi oğludur. O, uşaq olarkən Təqsirləndirilən şəxs onun mərhum bacısı Zərərçəkmiş şəxs ilə nişanlanmışdır. Bacısı Raminə nişanlanarkən 15 yaşı olmuşdur. Bacısı Raminə və Təqsirləndirilən şəxs həmişə dava-qırğın münasibətlərində olmuşlar, hətta nişan qaytarma hadisələri də baş vermişdir. Onlar nişanı qaytarsalar da, İlqar israrla onun bacısı Raminə ilə barışmaq istəmişdir. Sonra Təqsirləndirilən şəxs onun atasına, həm də öz dayısına “bir daha belə bir hal təkrarlanmayacaq, bu sonuncu dəfədir” kimi vəd verərək onun bacısı Raminəni evdən götürüb aparmışdır. Lakin bu hallar illərlə təkrarlanaraq davam etmişdir. Hadisə qısqanclıq zəminində baş verməmişdir. İlqar özünü haqlı çıxarmaq üçün hadisəni qısqanclıq zəminində törətdiyini bildirmişdir. Raminə İlqarı qısqandıracaq hər hansı bir hərəkət etməmişdir. Raminə və İlqar ailə qurduqdan sonra da sonuncuların dava-qırğını və problemləri bitməmişdir. İlqarın Raminədən xəbərsiz birlikdə yaşadıqları evi satması İlqarla Raminə arasında arasında yaranmış sonuncu davanın əsas səbəbi olmuşdur. Belə ki, İlqar işindən ayrılaraq oğlu Uğur və keçmiş arvadı Raminənin qazandıqları pulla dolanmağa başlamışdır. Bacısı Raminə və Raminənin oğlu Uğurun evdə hər hansı söz haqqı olmamışdır. Ailə daxilində bütün qərarları həmişə İlqar özü vermişdir. Bacısı Raminə və İlqar boşandıqdan sonra, eləcə də övladları Uğur hərbi xidmətdə olan zaman Raminə digər övladı İnci ilə birlikdə kirayədə yaşamışdır. Raminə boşandıqdan sonra İlqardan ayrı yaşamasına baxmayaraq, Raminənin işdən çıxıb təkbaşına evə gəlməsini, Uğurun hərbi xidmətdə olduğu müddətdə isə qızı İncini məktəbə təkbaşına aparıb-gətirməsini, eləcə də evə bazarlığı təkbaşına etməsini və sair halları bəhanə edərək İlqar Raminəni güdmüşdür. İlqar Raminəyə “sənə bir şey edərlər, qoy yanında gedim” kimi sözlər demişdir. İlqarın düşüncəsinə görə bir qadının başının üstündə mütləq kişi olmalıdır. Onun əri Vətən Muharibəsi zamanı şəhid olmuşdur. İlqar onun ərinin şəhid olduğunu bildiyi halda, dəfələrlə ona, həmçinin onun qızlarına qarşı ağır təhqirlər ünvanlamışdır. İlqar özü xəstə təfəkküründə olan bir insandır. İlqar onun bacısı Raminənin kirayədə yaşadığı müddətdə sonuncunu bir neçə dəfə təhdid etmişdir. Raminə tək yaşadığı üçün o, hər gün mütəmadi olaraq bir neçə dəfə Raminəyə hal-əhval tutmaq üçün zəng etsə də, Raminə onun zənglərinə cavab verməmişdir.O da məcbur qalaraq bacısı Raminənin qızı İnciyə, eləcə də Raminənin müdiri Hökumə xanıma zəng vuraraq bacısı Raminə haqqında nəsə öyrənməyə çalışmışdır. İlqar hər gün Raminənin kirayədə qaldığı evə gedərək barışmayacağı təqdirdə Raminəni öldürməklə təhdid etmişdir. Raminə isə İlqara rədd cavabı verərək ölmək istədiyini, lakin İlqarla heç vaxt birgə yaşamaq istəmədiyini demişdir. Hadisə Raminə işdən çıxıb evə gedərkən baş vermişdir. Cinayət hadisəsi Raminə hərbi xidmətdə olan oğlu Uğur ilə telefonla danışarkən baş vermişdir. Çünki onlara hadisə barədə xəbər verən məhz elə Uğur olmuşdur. Belə ki, Uğur onlara zəng vuraraq “anama nəsə elədilər, qaçın” demişdir. Bacısı Raminə 14 bıçaq zərbəsi ilə İlqar tərəfindən qətlə yetirilmişdir. Buna görə də o, təqsirləndirilən şəxsi bağışlay bilmir. Aralarında barışıq əldə edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun atası İlqardır, anası isə Raminə olmuşdur. Onun valideynlərinin arasında münasibətlər yaxşı olmamışdır. Atası İlqar anası Raminə ilə pis rəftar etmiş, eləcə də anasına göz açmağa imkan verməmişdir. Buna görə də o, hərbi xidmətə getməyini bir müddət təxirə salaraq anasının yanında qalmaq istəmişdir. O, hərbi xidmətdə olarkən anası ilə mobil telefon vasitəsi ilə danışdığı zaman qıraqdan atası İlqarın səsini eşitmişdir. O, anası Raminəyə telefonu atası İlqara verməsini demişdir. Lakin həmin vaxt atası İlqar anası Raminədən “hara gedirsən?” soruşmuş, anası Raminə də “dərziyə gedirəm” deyə cavab vermişdir. Bundan sonra atası İlqar “nə dərzisi?” deyə qışqıraraq onun anası Raminəni vurmuşdur. O, bu zaman qışqırırq səsi eşitsə də, qışqırıq səsinin anası Raminəyə yoxsa anasının iş yoldaşına aid olduğunu ayırd edə bilməmişdir. Hadisə vaxtı o, atası İlqarın onun anası Raminəni nə ilə vurduğunu bilməsə də, sonradan atasının anasını bıçaqla vurduğunu öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onun həyat yoldaşı cinayət hadisəsinin törədildiyi ərazidən 10-15 metr aralıda yerləşən dərzi sexində dərzi işləyir. Hadisə baş verən vaxt o, həyat yoldaşının yanında olmuşdur. Artıq həmin hava qaralmışdır. Həmin vaxt dərzi sexində o, onun həyat yoldaşı və 5-ci sinifdə oxuyan qızı olmuşdur. Bu zaman kişi cinsindən olan bir müştəri də onların yanında olmuşdur. Həmin anda bir qız qışqıra-qışqıra içəri girmişdir. O da həmin qızdan nə baş verdiyini soruşmadan çölə çıxmışdır. O, çölə çıxdıqda qaranlıqda bir nəfərin söyüş söydüyünü və qışqıraraq “haradan gəlirsən?” dediyini eşitmişdir. Onun gözləri zəif gördüyü üçün o, əvvəlcə qışqıran şəxsin kim olduğunu bilməmişdir. O, həmin an kiminsə öz uşağını danladığını düşünmüşdür. Lakin o, bir anda həmin şəxsin İlqar olduğunu görmüşdür. O, İlqarı əlində bıçaqla gördükdə, bir anlıq özünü itirmişdir. O, İlara yaxınlaşıb “nə edirsən?” deyə soruşmuşdur. İlqar isə ona “gedin işinizlə məşğul olun” demişdir. İlqar bunu dedikdən sonra o, tez sexə doğru qaçmışdır. O, həmin an nə baş verdiyini dərk etmişdir. O, həyəcanla telefonunu axtararaq polisə zəng etməyə çalışmışdır. Sonra o, Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə zəng etmiş və hadisənin baş verdiyi əraziyə təcili olaraq polis göndərilməsini, orada bir nəfərin bıçaqlandığını bildirmişdir. Daha sonra ona polis əməkdaşları tərəfindən zəng edilmiş və hadisə baş verən yerə polis göndərilməsi ona bildirilmişdir. Daha sonra yenidən polis əməkdaşları tərəfindən ona zəng edilmiş və ondan “Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə siz zəng etmisiz?” soruşulmuşdur. O da “bəli, burada adam bıçaqlanıb, təcili olaraq hadisə yerinə polis göndərin” demişdir. Polis əməkdaşı ona narahat olmamağını, polis əməkdaşlarının artıq ora çatdıqlarını demişdir. Sonra o, həyat yoldaşına İlqarın Raminəni bıçaqladığını deyərək həyat yoldaşından təcili tibbi yardıma zəng edib-etmədiklərini soruşmuşdir. O, “yox” cavabını aldıqdan sonra təcili tibbi yardıma zəng vuraraq həkim çağırmışdır. Lakin təcili tibbi yardım maşını ora gəlib çatanadək müəyyən vaxt keçmişdir. Sonra o, dərzi sexindən yenidən çölə çıxdıqda, artıq orada İlqarı görməmişdir. Lakin həmin vaxt Raminənin yanında bir qız olmuşdur. O, təcili tibbi yardım maşınının hələ gəlmədiyini bildirərək “Raminəni maşına qoyub götürək” demişdir. Lakin həmin anda onlar Raminənin artıq həyatını itirdiyini görmüşlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 3-4 ildir ki, Zərərçəkmiş şəxs tanımışdır. Raminə onların evinin yaxınlığında yerləşən “Su pərisi” gözəllik salonunda saç ustası işləmişdir. O, evinə yaxın olduğu və əl işini bəyəndiyi üçün Raminənin yanına getmişdir. Bir müddət sonra onun Raminə ilə münasibəti yaxşılaşmış və onlar rəfiqə olmuşlar. Onlar tez-tez telefonla danışmışlar, arada isə salonda oturub söhbət etmişlər. Raminə ümumiyyətlə çox sakit və mehriban bir qadın olmuşdur. 2022-ci ilin noyabr ayında Raminə qohumlarının toyuna getmək üçün ondan paltar istəmiş və o da Raminəyə 3-4 dəst paltar vermişdir. Raminə xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində onunla əlaqə saxlayaraq verdiyi paltarları qaytarmaq istədiyini bildirmişdir. O da Raminəni yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73a nömrəli evin 2-ci mərtəbəsində yerləşən 4 nömrəli mənzilə dəvət etmişdir. Həmin gün saat təxminən 18:15 radələrində Raminə öz iş yoldaşı Əfsanə ilə birlikdə onun yaşadığı ünvana gələrək paltarları qaytarmışdır. Onlar təxminən 10 dəqiqə ərzində dəhlizdə söhbət etdikdən sonra Raminə və Əfsanə çıxıb getmişlər. Təxminən saat 18:30 radələrində o, həyətdən qışqırıq səsləri eşitmişdir. Lakin o, həyətdə mübahisə olduğunu düşünərək qışqırıqlara məhəl qoymamışdır. Bir neçə dəqiqədən sonra qışqırıqların davam etdiyini görüb o, mənzilin eyvanına çıxmış və həmin vaxt Əfsanə eyvanın altına gələrək Raminənin keçmiş əri İlqar tərəfindən öldürüldüyünü ona demişdir. Bundna sonra o, dərhal yaşadığı mənzildən çıxaraq hadisənin baş verdiyi yerə getmişdir. O, hadisə yerinə çatdıqda, Raminənin öldüyünü görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 11 ildir ki, dırnaq ustası kimi işləyir. Əvvəllər o, başqa salonlarda işləmiş, lakin 2016-ci ildən ünvan 1 ünvanında yerləşən “Su Pərisi” gözəllik salonunda dırnaq ustası kimi işləyir. Təxminən 3-4 il olardı ki, Zərərçəkmiş şəxs həmin salonda saç-makiyaj ustası kimi işləmiş və bu müddət ərzində Raminə bütün işçilərlə səmimi münasibət saxlamış, yəni hamı ilə çox mehriban davranmışdır. Raminə ümumiyyətlə çox tərbiyəli və qabiliyyətli xanım olmuşdur. 2021-ci ilin yay aylarında Raminənin keçmiş əri ilə problemi olmuş və Raminəgil boşanmışlar. Amma o, Raminənin niyə və nə üçün boşanmasını bilməmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18:10 radələrində o, Raminə ilə işdən çıxan zaman Raminə tanışından toyda geyinmək üçün götürdüyü paltarları qaytarmaq istədiyindən birlikdə paltarları götürdüyü şəxsin yaşadığı evə getməsini ondan xahiş etmişdir. O da razılaşaraq Raminə ilə birlikdə işlədiyi yerdən 3-4 dəqiqəlik məsafədə yerləşən həmin qadının evinə getmişdir. Daha doğrusu onlar birlikdə həmin qadının yaşadığı mənzilə qalxmışlar və Raminə toya geyinmək üçün götürdüyü paltarları qaytarmışdır. Təxminən 10-15 dəqiqə onlar həmin mənzildə qalaraq söhbət etmişlər, sonra isə mənzildən çıxmışlar. Onlar pilləkənlə düşərkən Raminəyə hərbi xidmətdə olan oğlu Uğur zəng etmişdir. Onlar binadan çıxdıqdan sonra Raminə yol boyu oğlu Uğğur ilə danışmışdır. Onlar təxminən 100-150 metr getdikdən sonra Raminənin keçmiş əri İlqar arxa tərəfdən gələrək anidən Raminənin qolundan tutmuş və haradan gəldiyini soruşmuşdur. Raminə də İlqarın qəflətən etdiyi hərəkətdən özünü itirərək paltarları dərziyə verdiyini demişdir. İlqar isə həmin vaxt əsəbi formada “dərzi buradadı, sən niyə o tərəfdən gəlirsən” demişdir. Bundan sonra İlqar sağ əli ilə Raminənin bədəninə zərbələr endirmişdir. O, Raminənin gödəkçəsinin sağ yuxarı tərəfində kəsik gördükdə, ona məlum olmuşdur ki, İlqar Raminəni bıçaqla vurmuşdur. Həmin vaxt ətrafda heç kim olmadığından qışqırıq səsinə gələn olmamışdır. Sonra Raminə zərbələrin təsirindən yerə yıxılmışdır. O, dərhal işlədiyi gözəllik salonuna tərəf qaçaraq iş yoldaşlarını köməyə çağırmışdır. İş yoldaşları da dərhal həmin yerə gəlmişlər. O, şoka düşdüyü üçün təxminən 15-20 dəqiqə ərzində salonda qalmış, sonradan isə yenidən hadisənin baş verdiyi yerə qayıtmışdır. Həmin vaxt o, iş yoldaşları Raminənin artıq öldüyünü ona bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 23 fevral 2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-356/2022 saylı qətnaməsindən (cild 01, iş vərəqə 101-104) görünür ki, Təqsirləndirilən şəxs ilə Qəribova (Ağayeva) Raminə Məmməd qızı arasında xx.xx.2018-ci il tarixdə 18 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, habelə xx.xx.2003-cü il təvəllüdlü Şahid3 və xx.xx.2010-cu il təvəllüdlü X5 Zərərçəkmiş şəxs yanında saxlanılması qərara alınmışdır. Eləcə də xx.xx.2003-cü il təvəllüdlü Şahid3 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, ümumilikdə isə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. 07 dekabr 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan (cild 01, iş vərəqə 1) görünür ki, Zərərçəkmiş şəxs qəsdən öldürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 07 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 2-7) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 nömrəli binanın qarşısında baş vermişdir. Hadisə yerinə baxış keçirilərkən qeyd edilən ünvanda yerləşən binanın qarşısında asfalt örtüyünün üzərində qadın cinsli meyit aşkar edilmişdir. Meyit qadın cinsli olmaqla, 35-40 yaşlı, 1.60-1.65 sm uzunluqdadır. Meyit Zərərçəkmiş şəxs məxsusdur. Hadisə yerinə baxış zamanı meyitin ətrafına çoxsaylı insanlar toplaşmış, meyitin qarşısında qara rəngli, “BMW” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil və ağ rəngli, “Vaz-2107” markalı avtomobil olmuşdur. Hadisə baş verən yerin səthində mövcud olan qan ləkələrindən nümunələr götürülərək qablaşdırılmışdır. Meyitin üzərinə yaşıl rəngli örtük sərilmiş, meyitin üzərində qara rəngli gödəkçə, qara rəngli yun kofta, boz rəngli cins şalvar, bir cüt qara rəngli corab, bir cüt boz-ağ rəngli qaytanlı idman ayaqqabısı olmuşdur. Habelə hadisə yerindən 1 (bir) ədəd gümüşü rəngli bıçaq götürülmüşdür. 07 dekabr 2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən (cild 1, iş vərəqə 8-14) görünür ki, təşrih masası üzərində əynində qırmızımtıl rəngli qanabənzər maddəylə bulaşmış, geyinilərək bir qədər köhnəlmiş aşağıdakı paltarlar vardır: qara rəngli gödəkçə, qara rəngli yun kofta, qara rəngli büsthalter, boz rəngli cins şalvar, çəhrayı rəngli qadın alt tumanı, bir cüt qara rəngli corab, bir cüt boz-ağ rəngli qaytanlı idman ayaqqabısı. Meyitin saç hissəsində bir ədəd qara rəngli rezin və kiçik ölçülü saç bərkidən, hər iki qulaq sırğalığında hərəsində bir ədəd olmaqla, qırmızımtıl qəhvəyi rəngli, mərkəzi hissəsi qara rəngli sırğalar vardır. Meyit qadın cinsli olub, boyunun uzunluğu 162 sm-dir, düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin bədən səthi ümumiyyətlə solğundur, əllə yoxladıqda isti haldır. Meyit ləkələri bədənin arxa səthində yerləşmişdir, çəhrayımtıl-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, təzyiq kəsildikdə 10-15 saniyə sonra öz əvvəlki rəngini alır. Başında 20 sm-ə qədər uzunluqda qəhvəyimtil rəngli saçları vardır. Üzün dərisi solğundur, göz qapaqları yarı açıq vəziyyətdədir, buynuz qişalar parlaqdır, bəbəklər dairəvi formada olub, bir-birinə bərabərdir, diametrləri 0,5 sm-dir, güzehli qişa qəhvəyi rənglidir. Ağız yarı-açıq vəziyyətdədir. Dişləri tam və təbii olub, yerindədir. Dili diş xətti arasındadır, ağız boşluğunda sərbəst yerləşmişdir. Döş qəfəsi silindirik formada olub, sağ və sol yarıları birbirinə simmetrikdir. Döş qəfəsinin ön səthinin sağ yarısında 3 ədəd 3*1sm, 2,5*0,5 sm və 2*0,5 sm ölçülərdə, kənarları hamar, bir ucu küt – “ı-ı” şəkilli, digər ucu iti olan kəsilmişdeşilmiş yaralar vardır. Analoji xarakterli yaralar döş qəfəsinin ön səthində mərkəzi hissədə 3 ədəd 3*1 sm, 2,5*0,5 sm və 2,5*0,5 sm ölçülərdə, döş qəfəsinin sol yan səthində bir ədəd 3*1sm ölçüdə, döş qəfəsinin ön səthinin sol yarısında iki ədəd 2*0,5 sm və 2,5*0,5 sm, qarının ön səthində-mərkəzi hissədə bir ədəd 2*0,5 sm, qarının ön səthinin sağ yarısında bir ədəd 2*0,5 sm, sol saidin aşağı 1/3-nin ön səthində bir ədəd 1*0,5 sm, sol diz oynağının ön səthində bir ədəd 1*0,5 sm, sağ bazu oynağının ön səthində 4*1,5 sm ölçüdə, soldan-sağa və yuxarıdan-aşağıya, doğru çəp istiqamətli olmaqla ardını açıqşəklini almaqla yerləşmişlər. Meyitin xarici müayinəsi zamanı bədən səthində digər xəsarətlər müəyyən edilməmişdir. 07 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə18-19) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 07 dekabr 2022-ci il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında qərardan (cild 1, iş vərəqə 43) görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd qara rəngli uzunqol jaket, 1 (bir) ədəd qara rəngli şalvar və 2 (iki) ədəd flakonda ağız suyu nümunəsinin götürülməsi qərara alınmışdır. 07 dekabr 2022-ci il tarixli tədqiqat üçün nümunələrin götürülməsi haqqında protokoldan (cild 1, iş vərəqə 44) görünür ki, Qəribov İİqar Kəmənd oğlunun təqdim etdiyi 1 (bir) ədəd qara rəngli uzunqol jaket, 1 (bir) ədəd qara rəngli şalvar və 2 (iki) ədəd flakonda ağız suyu nümunəsi tədqiqat aparılması üçün götürülərək qablaşdırılmışdır. 07 dekabr 2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və fotocədvəldən (cild 1, iş vərəqə 45-46) görünür ki, Təqsirləndirilən şəxs tanınma üçün bir neçə bıçaq təqdim edilmiş və o, cinayət hadisəsi zamanı cinayətin aləti qismində istifadə etdiyi bıçağı tanıyaraq həmin bıçaqla xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurduğunu bildirmişdir. 09 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 1394 saylı canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 67-69) görünür ki, Təqsirləndirilən şəxs sağ əlin İ barmağının dırnaq falanqasının səthi kesilmiş yarası müəyyən edilmişdir. Xəsarət iti kənarlı əşya təsirindən törənmişdir, törənmə müddəti və şəraiti qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitində, yeni xəsarət yetirərkən əmələ gələ bilərdi və sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətin yıxılma nəticəsində əmələ gəlməsi inandırcı deyildir. 09 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 77-79) görünür ki, həmin gün Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini hadisə yerində əyani şəkildə göstərərək ətralı şəkildə etirafedici ifadə vermişdir. 09 dekabr 2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-639/2022 saylı qərarından (cild 1, iş vərəqə 80-85) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. 17 dekabr 2022-ci il tarixli X3 tərəfindən verilmiş ərizədən (cild 1, iş vərəqə 90) görünür ki, o, bacısı Zərərçəkmiş şəxs öldürülməsi faktı üzrə istintaqı aparılan cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. 17 dekabr 2022-ci il tarixli qərardan (cild 1, iş vərəqə 91) görünür ki, X3 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. 21 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 107) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 30 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində keçirilmiş məhkəmə-genetik ekspertizasının nəticəsinə dair verilmiş 22/776 R nömrəli rəyindən ( cild 01, iş vərəqə 139-146) görünür ki, «1. Hadisə yerində yerdən götürülmüş 01 (bir ədəd) tamponda qan nümunəsi insan qanıdır və Təqsirləndirilən şəxs məxsusdur. 2.Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçağın tiyəsinin uc hissəsində həm Zərərçəkmiş şəxs, həm də Təqsirləndirilən şəxs məxsus qan nümunələri mövcuddur. Təqdim edilmiş 1 (bir) ədəd bıçağın tiyə və dəstək hissəsində aşkar edilmiş qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. 3.Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd qara rəngli şalvar, 1 (bir) ədəd poliverin ətəyində aşkar edilmiş qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. 4.Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd qara rəngli köynəyin, 1 (bir) ədəd ağ rəngli idman ayaqqabısının sağ tayı, 1 (bir) ədəd büstqalter, 1 (bir) ədəd boz rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli gödəkçənin sol əlinin bilək hissəsində və gödəkçənin üzərində, 1 (bir) ədəd ağ rəngli idman ayaqqabısının sağ tayında aşkar edilmiş qan nümunələri, Zərərçəkmiş şəxs məxsusdur. 5.Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd çəhrayı rəngli tuman və 1 (bir) cüt qara rəngli corabın üzərində mövcud olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs məxsusdur. 6.Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş - 1 (bir) ədəd qara rəngli gödəkçənin sol qolunun dirsək hissəsində və 1 (bir) cüt idman ayaqqabısının sol tayı üzərində aşkar edilmiş qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. 7.Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş poluverin yaxalığından götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün kifayət qədər deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. 07 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 Xətai rayon şöbəsinin 103 nömrəli ekspertiza rəyindən (cild 01, iş vərəqə 121-126) görünür ki, 1.Mərhum Zərərçəkmiş şəxs meyitində cəmi 14 ədəd olmaqla, aşağıdakı xəsarətlər aşkar edilmişdir: - döş qəfəsinin ön səthinin sağ yarısında 3 ədəd deşilmiş-kəsilmiş yaraları (onlardan ikisi döş boşluğuna nüfuz edərək biri sağ ağciyəri zədələyir, digəri isə döş boşluğunda sərbəst qurtarır);- döş qəfəsinin ön səthinin-mərkəzi hissədə 3 ədəd deşilmişkəsilmiş yaralar (onlardan biri döş boşluğuna nüfuz edərək ürəyi zədələyir); -döş qəfəsinin sol-yan səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası (həmin yara döş boşluğuna nüfuz edərək sol ağciyəri zədələyir); - döş qəfəsinin ön səthinin sol yarısının 2 ədəd, qarının mərkəzi hissəsinin 1 ədəd, qarının sağ yarısının 1 ədəd, sağ bazu oynağının nahiyəsinin 1 ədəd, sol saidin 1 ədəd, sol diz oynağı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları. 2. Qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl (dəqiqələrlə və saniyələrlə ölçülən qısa vaxt vahidi ərzində) törənmişlər, həmin xəsarətlər deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət) təsirindən törənməklə, eyni konstruksiyalı bıçaq təsirindən törənə bilərdilər, qərarda göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə döş qəfəsinin ön səthinin sağ yarısının iki ədəd, döş qəfəsinin ön səthinin-mərkəzi hissədə bir ədəd, döş qəfəsinin sol-yan səthinin bir ədəd döş boşluğuna nüfuz edərək hər iki ağciyərin və ürəyin zədələnməsi ilə müşaiət olunmuş deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, digər xəsarətlər isə həm ümümilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidirlər. 3.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin döş boşluğuna nüfuz edərək hər iki ağciyərin və ürəyin zədələnməsi ilə müşaiyət olunmuş deşilmiş-kəsilmiş yaraları və çoxsaylı kəsilmiş-deşilmiş yaralar nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2022-ci il tarixdə, saat 20:00-dən) təxminən 2-4 saat əvvələ uyğun gəlir. 4.Mərhun Zərərçəkmiş şəxs xəsarət yetirilərkən o, xəsarət yetirən şəxslə üzbəüz olmaqla, müxtəlif duruş vəziyyətlərində ola bilərdi. 5.Mərhum Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək nahiyələrindən götürülmüş tamponların məhkəmə-tibbi tədqiqi zamanı spermatazoidlər aşkar olunmamışdır. 6.Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. 09 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 məktubundan (cild 01, iş vərəqə 109) görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışlar. 17 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 məktubundan (cild 01, iş vərəqə 120) görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs narkoloji mərkəzdə müalicədə olmamışlar. 23 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- “X1” X11 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 140 nömrəli rəyindən (cild 01, iş vərəqə 163-167) görünür ki, 1. Motivləşdirici hissə: məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı pisixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional- iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışım iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəməpsixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci ve 22ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, eqosentrizm, qısqanclıq, şübhəlilik, inadkarlıq, çılğınlıq, xırdaçılıq, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisəni törədərkən psixoloji motivini və davranışını malik olduğu fərdi-psixi xüsusiyyətləri müəyyən etmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. 30 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X11 ambulator məcburi-narkoloji tibbi yoxlama şöbəsinin 478 nömrəli rəyindən (cild 01, iş vərəqə 161-163) görünür ki, anamnestik məlumatlardan aşağıdakılar aşkar olunur: Təqsirləndirilən şəxs nəslində ruhi xəstəlik keçirən olmayıb. Orta təhsillidir. Hərbi xidmətdə qulluq edib. Sürücü işləyir. Ailəlidir, 2 uşağı var. Əvvəllər məhkum olunmayıb. Ağır somatik xəstəliklər keçirməyib. Zərərli vərdişlərdən siqaret çəkdiyini, spirtli içkilərdən arabir istifadə etdiyini söyləyir. Narkotik vasitələr qəbul etməsini inkar edir. Müayinə zamanı narkotik vasitələrdən istifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur. Narkotik vasitələrdən psixi və fiziki asılılıq yoxdur. Obyektiv müayinə: somatik status: dəri və görünən selikli qişaların rəngi normaldır. Auskultasiya zamanı ağ ciyərlərdə vezikulyar tənəffüs eşidilir. Ürək tonları aydındır. A/T- 110/70 mm.cv.st., nəbzi 1 dəqiqədə 72 vurğudur, ritmikdir, kafi dolğunluqludur. Palpasiya zamanı qamı yumşaq, ağrısızdır Stul və diurez norma daxilindədir. Yuxarı ətraflarında görünən venalar boyunca inyeksiya izləri aşkar olunmur. Nevroloji status: kəllə-beyin inervasiyası norma daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumşaq damaq refleksi normaldır. Dili orta xətt üzrədir. Kerer nöqtələri ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Qarın refleksi normaldır. Romberq vəziyyətində dayanıqlıdır. Psixi vəziyyəti: huşu aydın, bələdlİliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası sabitdir. Əhval-ruhiyyəsi normaldır. Öz psixi vəziyyətinə tənqidi münasibəti vardır. Yuxarıda göstərilənlərə əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “Su pərisi” gözəllik salonundan verilmiş xasiyyətnamədən (cild 01, iş vərəqə 149) görünür ki, Zərərçəkmiş şəxs 2020-ci ildən etibarən orada işləmiş və işlədiyi dövr ərzində mədəni, tərbiyəli, əxlaqlı qadın kimi tanınmış, kollektivin ən sevilən üzvlərindən biri olmuş, sakit təbiətli, söz-söhbətlərdən uzaq, işində peşəkar olmuş və həmişə övladlarının gələcək həyatını düşünən bir şəxs olmuşdur. 07 fevral 2023-cü il tarixli Bakı İstintaq Təcridxanasından verilmiş xasiyyətnamədən (cild 01, iş vərəqə 155) görünür ki, Təqsirləndirilən şəxs təcridxanada saxlandığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. 03 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya” X10 Şəxsin məhkəmə tibbi-kriminalistika şöbəsinin 57/2023-MTKŞ nömrəli ekspertiza rəyindən (cild 01, iş vərəqə 172-177) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin kapuşonunun ön-sağ nahiyəsində bir ədəd, gödəkçənin ön hissəsində doqquz ədəd, gödəkçənin sol qolunun aşağı-bayır nahiyəsində bir ədəd, büstqalterin sağ döş nahiyəsində dörd ədəd, büstqalterin sağ-yan nahiyəsində bir ədəd, büstqalterin sol döş nahiyəsində üç ədəd, köynəyin ön hissəsində ön dörd ədəd, köynəyin sol qolunun aşağı-bayır hissəsində bir ədəd, şalvarın sol ayağının ön-aşağı nahiyəsində dəlib keçən; gödəkçənin ön hissəsində altı ədəd, gödəkçənin sağ qolunun aşağı-bayır nahiyəsində bir ədəd, gödəkçənin sol qolunun aşağı-bayır nahiyəsində bir ədəd onun yalnız üst qatını zədələyən dəlibkeçməyən deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya bıçaq tiyəsinin ucu əyilmiş vəziyyətdə təqdim edildiyinə görə bu bıçaq müqayisəli müayinə üçün eksperimentə yararsız hesab edilir. Ona görə də Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr və Raminə Məmmədovanın bədənində olan xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçaq ilə yetirilməyə xarakterik olubolmaması haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin, köynəyin və büstqalterin üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin ön səthinin sağ yarısında 3 ədəd, döş qəfəsinin ön səthinin-mərkəzi hissədə 3 ədəd, döş qəfəsinin sol-yan səthinin 1 ədəd, döş qəfəsinin ön səthinin sol yarısının 2 ədəd, qarının mərkəzi hissəsinin 1 ədəd, qarının sağ yarisinin 1 ədəd, sağ bazu oynağının nahiyəsinin 1 ədəd; şalvarın sol ayağının önaşağı nahiyəsində aşkar olunmuş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol diz oynağı nahiyəsinin 1 ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus köynəyin ön hissəsində aşkar olunmuş zədələrdən ikisi onun bədənində öz əksini tapmamışdır. Bunu da yalnız köynəyin zədələnməsi ilə izah eləmək olar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt corab, bir cüt idman ayaqqabısı, saç rezini, tuman üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və sviter üzərində hərhansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. 11 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 181-195) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü maddəsinə tövsif edilməsi və ona qeyd edilən maddə ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin tərkibi olmadığından həmin hissədə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməsi faktı üzrə cinayət işinin başlanmasının rədd edilməsi, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd gümüşü rəngli bıçağın, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş olmuş 1 (bir) ədəd qara rəngli gödəkçənin, 1 (bir) ədəd qara rəngli yun köynəyin, 1 (bir) ədəd boz rəngli cins şalvarın, 1 (bir) cüt bozumtul-ağ rəngli idman ayaqqabısının, 1 (bir) cüt qara rəngli corabın, 1 (bir) ədəd çəhrayı rəngli tumanın, 1 (bir) ədəd qara rəngli büstqalterin, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 (bir) ədəd qara rəngli şalvarın və 1 (bir) ədəd qara rəngli jaketin maddi sübut kimi tanınması və saxlanılması üçün Xətai rayon prokurorluğunun saxlanc otağına təhvil verilməsi, habelə ifadənin yerində yoxlanılması və hadisə yerini əks etdirən CD diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi qərara alınmışdır. 11 mart 2023-cü il tarixli təqqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 196-197) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, bunun nəticəsində də təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, habelə irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də xüsusi amansızlıqla keçmiş arvadı Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni sonuncunu qəsdən həyatdan məhrum etmişdir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahı pozulmuş keçmiş arvadı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində qısqanclıq zəminində üzərində gəzdirdiyi və soyuq silah hesab edilməyən bıçaqla ünvan 1 nömrəli binanın qarşısında çoxsaylı xəsarətlər, ümumilikdə isə 14 (ön dörd) xəsarət yetirmişdir. Nəticədə isə Zərərçəkmiş şəxs hadisə yerində ölmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bu hallar həm təqsirləndirilən şəxsin ifadəsi, həm şahidlərin ifadələri, həm də cinayət işinə əlavə edilmiş çoxsaylı obyektiv sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamı qismən mübahisələndirərək xüsusi amansızlıqda qəsdən adam öldürmə cinayətini törətmədiyini iddia etmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ittihamla bağlı mübahisələndirdiyi halları ətraflı şəkildə araşdırmış və belə nəticəyə gəlmişdir ki, onun iddia etdiyi hallar əsassızdır. Belə ki, meyitə baxış keçirilməsi barədə protokoldan və ekspertiza rəylərindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri yetirməsi nəticəsində, yəni Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 14 (on dörd) ədəd bıçaq xəsarəti yetirmiş və məhz həmin bıçaq zərbələri nəticəsində Zərərçəkmiş şəxs ölmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 14 (on dörd) ədəd bıçaq zərbəsinin mərhum Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yetirilməsi bilavasitə ona dəlalət edir ki, o, Zərərçəkmiş şəxs müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə öldürmüşdür. Məhkəmə belə nəticəyə gələrkən törədilmiş cinayətin üsulunu, yəni anidən və qəflətən ümumilikdə 14 (on dörd) ədəd bədən xəsarətinin yetirilməsini əsas tutmuşdur. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal müəyyən edilməmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri mövcuddur, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və göstərilən cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bu cinayətin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, 1 (bir) azyaşlı uşağının olmasını və saxlanıldığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza ədalətli olmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Ona ömürlük azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsas məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni 07 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd qara rəngli yun köynək, 1 (bir) ədəd boz rəngli cins şalvar, 1 (bir) cüt bozumtul-ağ rəngli idman ayaqqabısı, 1 (bir) cüt qara rəngli corab, 1 (bir) ədəd çəhrayı rəngli tuman, 1 (bir) ədəd qara rəngli büstqalter, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd qara rəngli şalvar və 1 (bir) ədəd qara rəngli jaket məhv edilməli, ifadənin yerində yoxlanılmasını və hadisə yerini əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu vaxtdan, yəni 07 dekabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq Xətai rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş olmuş 1 (bir) ədəd qara rəngli gödəkçə, 1 (bir) ədəd qara rəngli yun köynək, 1 (bir) ədəd boz rəngli cins şalvar, 1 (bir) cüt bozumtul-ağ rəngli idman ayaqqabısı, 1 (bir) cüt qara rəngli corab, 1 (bir) ədəd çəhrayı rəngli tuman, 1 (bir) ədəd qara rəngli büstqalter, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd qara rəngli şalvar və 1 (bir) ədəd qara rəngli jaket məhv edilsin, ifadənin yerində yoxlanılmasını və hadisə yerini əks etdirən 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar