Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1102/2024 01.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1983-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, 20 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 sentyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışını təşkil etmək məqsədi ilə şəxsiyyəti müəyyənləşdirilməmiş qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında əldə olunmuş razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün həmin şəxsin +98 903 *** ** ** mobil nömrəsindən onun istifadəsində olan 055 *** ** ** mobil nömrəyə “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə göndərdiyi fotoşəkillərə uyğun Xətai rayonu ərazisində, “Xətai” metrostansiyasının yaxınlığında müvafiq yerə qoyulmuş təmiz çəkisi 1003,4 qram olan külli miqdarda narkotik vasitə heroini götürüb özü ilə gəzdirdiyi idman çantasının içərisində saxlamaqla daşımış, 20 sentyabr 2023-cü il tarixdə, saat 20:50 dəqiqədə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin (bundan sonra: RPİ-nin, PŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə aparılmış, Polis Şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman özü ilə gəzdirdiyi, sol çiyinindən asılmış idman çantasının içərisindən bir ədəd sellofan bağlamada təmiz çəkisi 1003,4 qram olan, külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi və bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 sentyabrda Xatai rayonu ərazisində polis tərəfindən saxlanılarkən tək olmamış, onlar iki nəfər tutulmuşlar. Yanındakı şəxs Bəşir adlı iş yoldaşı olmuş, sonuncu Əfqan vətəndaşı olmaqla usta işləmiş, o özü isə Bəşirin yanında fəhlə işləmişdir. Bşirin digər anket məlumatlarını bilməmişdir. Onların işlədiyi yer «8 noyabr» metrostansiyası ərazisinin yaxınlığında olmuşdur. Saxladıqdan sonra onları 37-ci Polis Bölməsinə aparmışlar. Sonradan onunla birlikdə saxlanılan şəxs pulunu verib çıxmış, o, bölmədə qalmışdır. Saxlanılanda üzərində qanunsuz heç nə olmamışdır. Narkotik vasitənin sifarişini o, etməmiş, sifarişi verən onun yanındakı şəxs olmuşdur. İş yoldaşı onun telefonu ilə özünə 5 qram patı sifariş vermişdir. O, kafel kəsəndə Bəşir onun telefonundan istifadə etmək istəmiş, o da etiraz etməmişdir. Bəşir dili başa düşmədiyinə görə telefonla o, danışmışdır. O, gördüyü işlərin pulunu almaq məqsədilə, Bəşir narkotiki götürməyə gedərkən onunla birlikdə getmişdir. O, Bəşirdən uzaqda dayanmış, birinci Bəşir tutulmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, narkotik vasitə istifadə etməmiş, yalnız nadir hallarda nəşə istifadə etmişdir. Onlar bölməyə aparılandan yarim saatdan sonra üstünə baxış keçirilmiş, baxış keçirilərkən yanında vəkili olmuş, heç nə aşkar olunmamışdır. Onun əlində çantası olmuş, çantanın içində isə fəhlə paltarları olmuşdur. Polisdə onun çantasını boşaldıb içinə mal (burada: narkotik vasitə) vurmuş, telefonunu da çantanın içinə qoymuşlar. O, narkotikin ona məxsus olmadığını bildirdikdə, Bəşir onun üstünə atmışdır. 2 dəfə çəkiliş olmuş, o, videoçəkilişdə aşkarlanan narkotik vasitələrin özünə aid olduğunu demişdir. Belə ki, polislər onu döymüş, ayağından xəsarət yetirmiş, dözə bilməyib narkotiki boynuna götürmüş və ona 234.1-ci maddə ilə rəsmiləşdirilən sənədlərə imza etmək təklif oldunmuşdur. Döyülməsiylə bağlı şikayət etməsə də, rayon Məhkəməsində hakimə döyüdüyünü demiş, İstintaq Təcridxanasına gətiriləndə ayağını göstərmiş, Ombudsmana da yazmışdır. Gəlib baxacaqlarını desələr də, heç kim gəlib baxmamışdır. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini bildirsə də, tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün müxtəlif yerlərdə, anket məlumatlarını bilmədiyi müxtəlif şəxslərdən şəxslərdən «kakos», yəni heroin əldə edib istifadə etmişdir. Tutulmazdan təxminən bir həftə əvvəl ona WhatsApp ani mesajlaşma proqramı vasitəsilə iran mobil nömrəsindən bir zəng gəlmiş, həmin şəxs adını demədən İrandan zəng etdiyini, mobil nömrəsini ümumi bir tanışlarından götürdüyünü, narkotik aludəçisi olduğunu bildiyini demiş və ona ucuz qiymətə «kakos», yəni narkotik vasitə heroin almağı təklif etmişdir. Əvvəl imtina etsə də, bir neçə gün davam edən zənglən nəticəsində ona zəng edən şəxsi aldadıb pulunu sonradan ödəmək şərti ilə heroin almağı və həmin heroini özünə götürüb pulunu verməməyi qərara almışdır. 20 sentyabr 2023-cü il tarixdə günorta saatlarında iranlı ilə danışıb onu razı sala bilmişdir. Lakin həmin şəxs ona başqa bir yerə aparıb qoymaq üçün marixuana verəcəyini, həmin marixuanadan başqa öz istifadəsi üçün də marixuana verəcəyini və ondan guya tanışı üçün dadına baxmaqdan ötrü istədiyi «patı»nı da, yəni metamfetamini verəcəyini, malların gizlədiləcəyi yerin fotoşəkillərini göndərəcəyini desə də, sonradan iranlı ona zəng edərək marixuana və metamfetamini sonra verəcəyini və təcili bir işdə ona köməklik göstərməyi xahiş etmişdir. Etiraz etmədikdə həmin şəxs ona bir yerə çəkisi 0,5 kq olan marixuana gizlədiləcəyini bildirmiş və həmin narkotiki götürüb dediyi yerə aparıb qoymağı xahiş etmişdir. Yenə də etiraz etməmiş, həmin narkotiki özünə götürməyi, mobil nömrəsini dəyişib iranlı ilə əlaqəni kəsməyi düşünmüşdür. İranlı ona narkotik vasitənin gizlədildiyi yerin – istifadəyə yararsız bir obyektin konumunu (lokasiyasını) və həmin obyektin fotoşəkillərini göndərmişdir. Həmçinin, ona göndərilmiş bir mesajı da göndərərək obyektin konkret harada yerləşməsi barədə məlumat vermişdir. Həmin yer «Xətai» metrostansiyasının yaxınlığında olmsuşdur. 20 sentyabr 2023-cü il tarixdə, saat 20:30 dəqiqədə iranlının dediyi yerə gedib rəngli sellofan torbaya bükülmüş narkotiki oradan götürmüş, narkotiki rəngli sellofan paketdən çıxartmışdır. Narkotikin özü bağlama şəkilində şəffaf rəngli sellofan torbaya bükülmüş vəziyyətdə olmuşdur. Narkotiki götürüb özü ilə gətirdiyi idman çantasına qoymuş, rəngli sellofan torbanı isə zibilliyə tullamış və oradan uzaqlaşıb getmişdir. Təxminən 10 dəqiqə sonra «Xətai» metrostansiyasının yaxınlığından keçərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək 37-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmiş, ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demişlər. Polis əməkdaşları ona əllərini ciblərinə salmağa və idman çantasını yerə qoymağa imkan verməyərək Xətai RPİ-nin 37-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar və ya maddələr olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Çiyinindən asdığı idman çantasından içərisində marixuana olduğunu bildiyi bir ədəd bağlamanı və özünə məxsus bir ədəd «Redmi» markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı sözügedən narkotik vasitəni necə və haradan götürdüyünü polis əməkdaşına izah etmişdir. Polis əməkdaşı bıçaqla bağlamanı kəsib içərisinə baxmış, özü də baxmışdır. İranlının göndərdiyi bağlamanın içərisində marixuana olduğunu deməsinə baxmayaraq, bağlamadan heroin narkotik vasitəsi çıxmışdır. Polis əməkdaşı həmin bağlamanı tərəzidə çəkəndən sonra üzərində şəxsi axtarış aparmış, lakin üzərindən heç nə aşkar olunmamışdır. İdman çantasından da əlavə heç nə aşkar olunmamışdır. Sonra polis əməkdaşı narkotik vasitəni bir ədəd kağız paketdə qablaşdırmış, özü və digər iştirakçılar kağız paketin üzərində imza etmişlər. Üzərində şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər (iş vərəqə: səh. 157-159). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Bakıda Azadlıq prospektində nömrəsiz evdə kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlaması və istifadə etməsi barədə şöbənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs xarici görünüşü barədə məlumat verilmiş, dəqiq anket məlumatları isə onlar trəfindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. Qrupa o, və Şahid1 daxil edilmiş, qrupa rəhbərlik Şahid1 həvalə edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü ildə saat 20:50 dəqiqədə Xətai rayonu, N.Əliyev küçəsi, 38 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılmışdır. Saxlanılarkən Təqsirləndirilən şəxs çiyinində açıq qəhvəyi rəngli çanta olmuşdur. Təqsirləndirilən şəxs özlərini təqdim edərək onun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu 37-ci PŞ-nə aparılmış, saxlanılması ilə bağlı raportla məruzə edilmişdir. Təqsirləndirilən şəxsla əlaqədar araşdırmanın aparılması şöbənin təhqiqatçısı, polis kapitanı Bahadur Ənnağızadəyə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, özü, cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 və videoçəkilişi aparan Xətai RPİ-nin KTQ-nun inspektorkriminalisti Ramin Kazımov iştirak etmişlər. Şəxsi axtarışdan öncə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya maddə olduğu halda onları təqdim etməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sol çiyinindən asılmış çantanın içərisindən bir ədəd sellofan torbada olan sellofan bağlamanı və bir ədəd mobil telefonu götürüb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bağlamada olan maddənin hernoin narkotik vasitəsi olduğunu və həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının dediyi, “Xətai” metrostansiyasının yaxınlığında yerləşən bir yerdən götürdüyünü, iranlını aldadıb həmin narkotik vasitəni öz istifadəsi üçün götürmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs iranlının ona bağlamada olan maddənin nəşə olduğunu və çəkisinin 1,5 kq olduğunu dediyini bildirmişdir. Bağlama təhqiqatçı tərəfindən bıçaqla kəsilmiş, içərisində olan maddəyə baxılmış, bağlamanın içərisində olan maddənin marixuana yox, heroin narkotik vasitəsi olduğu müəyyən edilmiş və daha sonra bağlama elektron tərəzi ilə çəkmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin sonuncunun üzərindən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bağlama təhqiqatçı tərəfindən bir ədəd kağız paketdə qablaşdırılmış və proses protokollaşdırılmışdır. Təqsirləndirilən şəxs və digər işitrakçılar kağız paketin üzərini və tərtib edilmiş protokolu imzalamışlar. Şahid2 ifadəsinin yekununda göstərdi ki, təqsirləndirilən şəxs tək saxlanılmış, sonuncu çaxlanılarkən yanında başqa şəxslər olmamışdır. Təqsirləndirilən şəxs çaxlanılarkən ona qarşı fiziki zor tətbiq olunmamış, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında” 20 sentyabr 2023cü il tarixli protokolun məzmunundan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış prosesində Təqsirləndirilən şəxs sol çiyinindən asılmış çantanın içərisindən bir ədəd sellofan torbada olan sellofan bağlamanı və bir ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs sellofan bağlamada olan maddənin heroin narkotik vasitəsi olduğunu, çəkisinin 1,5 kq olduğunu və həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının dediyi, “Xətai” metrostansiyasının yaxınlığında yerləşən bir yerdən götürdüyünü, iranlını aldadıb həmin narkotik vasitəni öz istifadəsi üçün götürmək istədiyini bildirmişdir. Tədqiq olunan protkoldan görünür ki, təqdim olunan büküm açılmaqla baxılmış, bağlamanın içərisində açıq qəhvəyi rəngdə olan, heroin narkotik vasitəsinə şübhəli maddə olduğu müəyyən edilmiş və baxışdan sonra aşkar olunan maddə elektron tərəzi vasitəsi ilə çəkmiş, çəkisinin qablaşdırma ilə birlikdə 1635 qram olduğu müəyyən edilmişdir. Bundan sonra aparılan faktiki axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərində iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar olunmamışdır. Tədqiq olunan həmin protokoldan daha sonra görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bağlama təhqiqatçı tərəfindən bir ədəd kağız paketdə qablaşdırılaraq DİN-nin “zərflər üçün” 153 saylı möhürü ilə möhürlənmiş, təqsirləndlirilən şəxsin özü və prosesin digər işitrakçıları tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmənin keçirilməsi ilə bağlı, həmçinin təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, həmin protokol təqsirləndlirilən şəxsin özü və prosesin digər işitrakçıları tərəfindən imzalanmışdır. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi «Panasonic» markalı videokamera ilə videolentə alınmış və görüntülər bir ədəd DVD-R formatlı diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur (iş vərəqə: səh. 30-32). Tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD-R formatlı diskə baxış keçirilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, DVD-R formatlı diskdə videofaylda olan fideogörüntülər “şəxsi axtarış və götürmə aparılması haqqında” 20 sentyabr 2023-cü il tarixli protokolun məzmununu tam əhatə edir və hər hansı qanun pozuntusuna yol verildiyi müəyyən edilməmişdir (iş vərəqə: səh. 51). Daha sonra tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 6/4967 №-li nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153” dairəvi möhür əksləri olan bir ədəd kağız paketdəki bir ədəd bükümdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 1003,4 qram təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir (iş vərəqə: səh. 39-43). Bundan başqa, tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 07 oktyabr 2023cü il tarixli, 6355 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 130-131). Təqsirləndirilən şəxs məxsus «Redmi» markalı bir ədəd mobil telefonda olan sonuncuya məxsus məlumatlara keçirilən baxışla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istifadə etdiyi 055 *** ** ** mobil nömrəsinə bağlı olan WhatsApp mobil tətbiqi vasitəsilə +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «malı» götürüb sonra pul atması, bu işdə bir dəfə aldanıldığını, belə ki, bir nəfərə karta pul atdığını, lakin həmin şəxsin onu aldatdığını və pulunu sonradan ödəmək şərti ilə beş «dənə» istədiyini deməsi haqda saat 12:12 və 12:14 dəqiqədə iki səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs bir nəfərdən nisiyə mal götürdüyünü, ona beş «dənə» göndərəcəyini, Təqsirləndirilən şəxs «malı» götürən kimi tez karta pul atmalı olduğunu, hazır olmasını və bir azdan xəbər edəcəyini deməsi haqda saat 12:16 dəqiqədə iki səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə özünün də pulu başqa şəxsdən götürdüyünü, iş alınan kimi pulu köçürəcəyini və onu iş görmək üçün lazım olan adamlarla tanış edəcəyini deməsi haqda saat 12:18 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs heç bir problemin olmadığını, sifarişlərin təmin olunduğun, «malların» atıla-atıla gəldiyini və hazır olmasını deməsi haqda saat 12:22 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə öz istifadəsi üçün əlavə olaraq iki-üç «dənə» istəməsi, dadına baxmaq üçün tanış uşaqlara verəcəyini və «mal» istəyən çox adamın olduğunu deməsi haqda saat 12:22 dəqiqədə səsli mesaj göndərməsi, +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs problem olmadığını, «gül»ün şəkilini göndərəcəyini, ümumilikdə on «dənə» – beş «gül» və dadına baxmaq üçün beş «daş» və «torpaq»dan göndərəcəyini deməsi haqda saat 12:24 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə xəbər gözləyəcəyini və əlaqədə olacağını deməsi haqda saat 12:25 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs «oldu,problem yoxdur,olar» məzmunda saat 12:26 dəqiqədə səsli mesaj göndərməsi, saat 12:28 dəqiqədə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin fotoşəkilinin göndərməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə gülümsəməsi, kütləni çəkmək istəməsini, fotoşəkil əvəzinə özünü göndərməsini deməsi haqda saat 12:31 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs «ay baba, yarım kilodur, yarım kilo, onları götürginənən, götürginən, deyəcəm sənə neynəyəssən,onları götür, özün də nə qədər istəyirsən çəkməyə də çəkərsən» məzmununda saat 12:55 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «qaqa yarım kilonu neynirəm mən, mənə üç-dörd dənə atdın, bes eləyir elə çəkməyə,yarım kilonu neynəyəcəm, heç nə, bir dəki patını düz-qoşginən, bu uşaq indi yanımda deyil, evdədir, onu düz-qoş, qardaşın hərəkət edəcək, nədi nə deyil, özün görəcəksən də, işləyəcəyik nəyi var» məzmununda saat 13:35 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs iki nöqtə şəkilində mesaj göndərməsi, saat 13:36 və 13:37 dəqiqədə səsli zəng etməsi, saat 13:38 dəqiqədə isə «ay baba, yarım kilonu sənə atıram ki, onu bir nəfərə bağlayacaqsan, qurban olum sənə, bir nəfərə bağlayacaqsan, atarsan bir yerə gəlib götürər, adamımdır» məzmununda səsli mesaj göndərməsi, saat 13:39 dəqiqədə səsli zəng etməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «aa,elə, problem yoxdur, qardaşın qulluğundadır, narahat olma elə şeydən, elə problemin olanda qardaşıva bir kəlmə denən ki, belə bir probelm var, həll edə bilərsən? Sekunta həll edim səninçün, problem yoxdur, qardaşım» məzmununda saat 13:42 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs «oldu baba, atacam bir azdan» məzmununda saat 13:43 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «oldu can-ciyərim, problem yoxdur qardaşım, qulluğundadı, heç nə, özündən muğayat ol inşallah, hazır olanda mənə xəbər edərsən» məzmununda saat 13:43 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs «qardaşım, çox sağ ol, sən də setdə ol, setdən çıxmaginən, hər dəqiqə setdə olginən, hardasa yarım saat, bir saat çəkməyəcək, sənə konumları yollayıram, qurban olum, tez elə, tez elə a,əvvəl o mənim adamımkin tez eliyərsən, yarım kilo güldür, onu qoy ginən, qoy getsin götürsün» məzmununda saat 13:44 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə saat 13:51 dəqiqədə «ok» məzmununda mesaj yazması, saat 15:33 dəqiqədə «qaqaş, nə var nə yox? Saat neçəyə təxminən düzələr? Altıya yeddiyə düzələr amanatı atmaq? Mənə bir dənə deyərsən ki, ona dair hərəkət eləyim də, yəni vaxtı təyin eləyik ki, həmin vaxtda, inşallah, hərəkət eləyək» məzmununda səsli mesaj göndərməsi, saat 15:35 dəqiqədə «setin yoxdur, qardaşım, səsə qulaq asginən, mənə bir dənə hə yox deyərsən, altıya yeddiyə düzələr də yəginki?» məzmununda səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs «hə qardaş, darıxma, o vaxtacan elə inşallah düzələr» məzmununda saat 15:37 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «yanımdakı uşuğa çatacaq da, yəni o da saat altıda yeddidə getməlidir evlərinə,yəni o,başqa yerdə qalır Neftçilərdə, mən Nəsimidə qalıram, onunçun deyirdim» məzmununda saat 15:37 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs «problem yoxdur, e qardaş, problem yoxdur, nə qədər tez olsa, elə də tez atacam» məzmununda saat 15:38 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə saat 15:38 dəqiqədə «ok» məzmununda mesaj yazması; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs saat 17:09 dəqiqədə « . » yazması; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə saat 17:10 dəqiqədə «?» yazması; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs saat 17:11 dəqiqədə konum (lokasiya) yönləndirməsi, saat 17:12 dəqiqədə «Xətai estetikdən üzü Bakı əyləncəyə gedəndə donsuz sağa düz gelsin görəcək uçuq bir yerdi» məzmununda mesaj yönləndirməsi; saat 17:12 dəqiqədə «qaqa, qurban olum, get bu ünvana, tez ol, tez elə, mala qalar anbarda» məzmununda səsli mesaj göndərməsi, saat 17:12 dəqiqədə səsli zəng etməsi, saat 17:14 dəqiqədə «baba, bura nə qədər yolun var?» məzmununda səsli mesaj göndərməsi, saat 17:16 dəqiqədə üzərində qırmızı rəngli «ox» işarəsi olan bir yerin fotoşəkilini yönləndirməsi, saat 17:16 dəqiqədə qırmızı rəngli dairəyə alınmış sellofan torbanın fotoşəkilini yönləndirməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «qaqaş mən hazırlaşmışam, indi də taksi zakaz eləyirəm, gəlir, siz bunu elə bir yerə atmısız ki...onu indi başqa adam götürsə nə olacaq mən gedib ora çatınca? qardaş bu açıq-açığına atmısız Siz ora, bunu belə atmırlar, bunu gizlədərdiz də bir yerdə...mən çatsam orda olmasa necə olacaq?» məzmununda saat 17:38 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs «inşallah orda olar qardaş, o cür söz demə, inşallah orda olar, sən getginən götür, nə qədər yolun qalır ora?» məzmununda saat 17:45 dəqiqədə səsli mesaj göndərməsi, saat 17:47 dəqiqədə «?» yazması; saat 17:54 dəqiqədə səsli zəng etməsi, saat 17:57 dəqiqədə səsli zəng etməsi, saat 18:16 dəqiqədə «??» yazması, saat 18:16 dəqiqədə səsli zəng etməsi, saat 18:31 dəqiqədə səsli zəng etməsi, saat 18:32 dəqiqədə «ay qaqa, bunu götür da day» məzmununda səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «çatıram, taksidəyəm» məzmununda saat 18:32 dəqiqədə mesaj yazması; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs «nə qədər yolun qalır, qaqa?» məzmununda saat 18:33 dəqiqədə səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «götürüm deyəcəm narahat olma» məzmununda saat 18:33 dəqiqədə mesaj yazması, saat 18:34 dəqiqədə «5 dəqiqəyə ordayam» məzmununda mesaj yazması; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs saat 18:34 dəqiqədə «ok» yazması, saat 18:48 dəqiqədə «oldu, sənə qurban» məzmununda səsli mesaj göndərməsi, saat 19:04 dəqiqədə «ay qaqa, sən ordan bir dənə mənə şəkil, video çək tulla mənə» məzmununda səsli mesaj göndərməsi, saat 19:04 dəqiqədə videozəng etməsi, saat 19:07 dəqiqədə «ay baba sənə qurban olum, o yoldan gedəndən sarı şeyə eləmə e,ora yol qırağıdır yəgin ki, bir oyana gedir, biri bu yana gedir, onları boşda, get yaxınlaşginən, ...götür çəntiyənə, nəyə qoyursan qoy, götür get, orda qalmasın, özün də orda qalma, götür çıx, min maşına çıx get» məzmununda səsli mesaj göndərməsi, saat 19:09 dəqiqədə yararsız vəziyyətdə olan bir tikilinin fotoşəkilinin yönləndirməsi, saat 19:10 dəqiqədə «ay baba, qurban olum, bax keçəcəksən bunun içərisinə, götürəcəksən, bir az tez elə» məzmununda səsli mesaj göndərməsi, saat 19:10 dəqiqədə «baba, iki saatdı hamardı da...qurban olum onu tez götür» məzmunuda səsli mesaj göndərməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «ordadısa arxayın ol götürəcəm, prosto ki, obyektin yanında dayanıblar da, yoldan keçən deyil, o obyektin qabağında dayanıblar, ona görə dayanmışam, düz obyektin qabağındayam, bir az aralıda dayanmışam ki, gözləyirəm onlar çıxsın ordan, ordadısa narahat olmaginən, qardaşın həll eləyəcək» məzmunda saat 19:11 dəqiqədə səsli mesaj göndərməsi; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs «noldo» məzmununda saat 19:24 dəqiqədə mesaj yazması; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «içərdəyəm yığma», «tapım çıxım zəg vuracam» məzmununda saat 19:25 dəqiqədə mesajlar yazması; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs «ok» məzmununda saat 19:25 dəqiqədə mesaj yazması, saat 19:35 dəqiqədə «ay baba, qurban olum, götürmürsən, mənə deginən, adam yollayım ora və sübhdən qalmamalıdır axı, mən ona pul vermişəm» məzmununda səsli mesaj göndərməsi, saat 19:35 dəqiqədə «ay qaqa götürmürsən, qayıt evivə, qoy ala adam çəkim ora, qoy götürsün, sən nə qədir qorxaqimişsən» məzmununda səsli mesaj göndərməsi, saat 19:47 dəqiqədə səsli zəng etməsi, saat 19:48 dəqiqədə səsli zəng etməsi, saat 19:52 dəqiqədə «noldo» məzmununda mesaj yazması, saat 19:56 dəqiqədə səsli zəng etməsi, saat 19:56 dəqiqədə «iy baba» məzmununda mesaj yazması, saat 19:57 dəqiqədə səsli zəng etməsi; Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə «götürdüm» məzmununda saat 20:00 dəqiqədə mesaj yazması; +98 903 *** ** ** mobil nömrənin abunəçisinin Təqsirləndirilən şəxs «baba, bağlamanın şəkilini tez at görüm» məzmununda saat 20:01 dəqiqədə səsli mesaj göndərməsi, saat 20:02 dəqiqədə səsli zəng etməsi, saat 20:04 dəqiqədə «ok» məzmununda mesaj yazması, saat 20:05 dəqiqədə səsli zəng etməsi müəyyən edilmişdir. Tədqiq olunan protokoldan görünür ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs +98 903 *** ** ** mobil nömrənin abunəçisinə göndərilmiş səsli və yazılı mesajların özünün göndərdiyini, səslərin özünə məxsus olduğunu bildirmişdir (iş vərəqə: səh. 74-76). “Elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında” 14 noyabr 2023cü il tarixli protokoldan görünür ki, Xətai Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 5(011)-724/2023 nömrəli qərarına əsasən “Azercell” mobil operatoru tərəfindən iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** mobil nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əhatə dairəsinə dair məlumatlar, həmin mobil nömrənin abunəçisi haqda məlumat, həmin müddət ərzində daxil olmuş və çıxmış zənglərin siyahısı, həmin nömrələrdən daxil olmuş və çıxmış zənglərin abunəçiləri və SMS mətnlərinə dair məlumatlar bir ədəd CD-R diskdə təqdim edilmişdir. Təqdim edilmiş məlumatlara baxış keçirildikdən sonra iş üçün əhəmiyyət kəsb edən məlumatlar bir vərəqdə çap edilərək protokola əlavə edilmişdir (iş vərəqə: səh. 135, 136). Bundan başqa, tədqiq olunan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 5(011)-723/2023 nömrəli qərarına əsasən “Bakcell” mobil operatoru tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** mobil nömrənin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində əhatə dairəsinə dair məlumatlar, həmin mobil nömrənin abunəçisi haqda məlumat, həmin müddət ərzində daxil olmuş və çıxmış zənglərin siyahısı, həmin nömrələrdən daxil olmuş və çıxmış zənglərin abunəçiləri və SMS mətnlərinə dair məlumatlar bir ədəd CD diskdə təqdim edilmişdir. Təqdim edilmiş məlumatlara baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən məlumatlar iki vərəqdə çap edilərək protokola əlavə edilmişdir (iş vərəqə: səh. 137, 138- 139). İstintaq orqanının 15 noyabr 2023-cü il tarixli «sübutları qiymətləndirilməsi haqqında» qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 1003,4 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD-R formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 1003,3 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı diskin isə cinayət işinin materiallarında saxlanılması nəzərdə tutulmuşdur (iş vərəqə: səh. 142- 149). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyini müəyyənləşdirmək məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 150). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1003,4 qram heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin start külli miqdar həddindən təqribən beş yüz dəfə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlaması, daşıması, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, məhkəməyədək icraat mərhələsində Cəlal Hüsyenovun əməlini etiraf etməsi, şahid ifadələri təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəifndən satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, məhkəmə baxışı zamanı ifadələrində saxlanılarkən ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəsinin ona aid oldmaması, o, saxlanılarkən üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən döyüldüyünə görə dözməyib çantasına polis tərəfindən qoyulan narkotik vasitəni boynuna götürməyə məcbur olması, aşkar olunan narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri, barəsində olan sübutların qanun pozuntusu ilə əldə olunması barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı məhkəməyədək icraat mərhələsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməsi barədə müraciətləri məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından verilmiş rəsmi cavablarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BİT-ə gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı xəsarət aşkar edilməmiş, sağ baldırın ön səthində köhnə çapıq toxuma müşahidə edilmişdir. Bakı şəhəri Xətari Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında 22 sentyabr 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi üçün verilmiş təqdimatla bağlı məhkəmə baxışı zamanı izahat verib ittiham olunduğu əməldə özünü təqsirli bilmiş, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir (iş vərəqə: 69- 72). Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ildən başlayaraq bir neçə dəfə, sonuncu dəfə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarınə əsasən Cinayət Məcəlləsinə edilmiş 20 oktyabr 2017-ci il tarixli dəyişikliklərə uyğun olaraq Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilməklə cəzası 05 il endirilmiş və o, 13 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (iş vərəqə: 103-105, 108-118). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli hökmü üzrə olan həmin məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə əsasən həmin cinayət əməlinin törədilməsi ilə bağlı Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, hazırda məhkumluğu olmayan şəxsdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3 və 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə (burada: Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi) azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutuldubu 20 sentyabr 2023-cü tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 sentyabr 2023-cü il tarixdə barəsində müvafiq məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdən başlayaraq məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Bu hissədə məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, yəni 20 sentyabr 2023-cü il tarixdən hesablanmaqla onun tutulduğu və həbsdə saxlanıldığı bütün müddət onun həbsdə saxlama müddətinə daxil edilməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 07 oktyabr 2023-cü il tarixli, 6355 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1003,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 81 (səksən bir) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbirinin seçildiyi 20 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1003,3 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1102/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1102/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver