Məhkəmə qərarları › İş №1(101)-1103/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1103/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1103/2021 25.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mirzəyev Emil Fərəməz oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Nüsnüs kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Nüsnüs ərazi dairəsi, Nüsnüs kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsi, ev 26-da kirayə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 84,33 qram çəkidə, külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryəki əldə edib daşıyaraq kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsi, ev 26-da saxlamış, 19.01.2021-ci il tarixdə saat 18:10 radələrində öz hərəkətlərində şübhə yaratdığından Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 66 saylı ünvanın yaxınlığında saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə gətirilmiş, İdarənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkcənin sol iç cibindən şəffaf polietilen bükümdə satış məqsədilə daşığı həmin tiryəkin 27,650 qram hissəsi aşkar edilərək götürülmüş, bundan sonra kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsi, ev 26-ya keçirilən axtarış zamanı evdə olan idman çantasının içərisindən şəffaf polietilen bükümdə satış məqsədilə ilə saxladığı həmin tiryəkin külli miqdarda, 56,680 qram hissəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək, ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən tutulmamışdan bir neçə gün əvvəl kirayə yaşadığı ünvan 3 ünvanının yaxınlığında piyada gəzərkən yolun kənarında yerdə olan sellofan torba diqqətini çəkdi və həmin torbanı yerdən götürdü və torbanın içərisinə baxan zaman içərisində narkotik vasitə olan tiryəkə bənzər maddənin olduğunu aşkar etdi. Bundan sonra həmin torbanı götürüb yaşadığı evə apardı, evdə olarkən həmin maddəyə bir daha baxdı və həmin maddənin narkotik vasitə olan tiryək olduğuna əmin olduqdan sonra ondan bir qədər istifədə etdi. Həmçinin qalan tiryəkin bir qismini şəffaf sellofan bükümünə qoyaraq gündəlik istifadə üçün üzərində saxladı, qalanını isə gələcəkdə istifadə etmək üçün yaşadığı evdə olan idman çantasının içərisinə qoydu, üzərində saxladığı həmin narkotik vasitə olan tiryəkin bir qismini növbəti günlər hissə-hissə istifadə etdi və qalanını isə yenidən istifadə etmək üçün üzərində saxladı. 2021-ci il 19 yanvar tarixində saat 18:10 radələrində ünvan 4 ünvanın yaxınlığında piyada gedərkən, üç nəfər mülki geyimli şəxsin ona diqqətlə baxdıqlarını gördü. Bu zaman əynində olan boz rəngli gödəkçənin sol iç cibində yerdən tapdığı tiryəkin bir qismi olduğu üçün narahat oldu və həyəcanlandı, bu hərəkəti həmin şəxslərin diqqətini bir qədərdə cəlb etdi və onlar ona yaxınlaşdılar. Həmin şəxslər ona yaxınlaşdıqdan sonra özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirdilər. O bundan sonra daha da həyəcanlandı və oradan uzaqlaşmaq istədi. Lakin polis əməkdaşları onu saxlayıb və onlarla birlikdə polis idarəsinə getməli olduğunu dedilər. Bundan sonra heç bir etiraz etmədən polis işçiləri ilə birlikdə polis idarəsinə getdilər. Daha sonra polis əməkdaşlarının və vəkilinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirildi. Bu zaman o əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, üzərində “Marlboro” yazısı olan bir ədəd alışqanı, 2 ədəd qapı açarını və həmin gödəkçənin sol iç cibindən şəffaf sellofana bükülmüş tiryəki çıxardıb polis əməkdaşlarına təqdim etdi, söhbət zamanı onlara təqdi etdiyi sellofana bükülmüş maddənin tiryək olduğunu və həmin narkotik vasitə olan tiryəki kirayə yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirdi. O həmçinin həmin tiryəkin bir qismini yaşadığı evdə saxladığını dedi. Daha sonra onun iştirakıyla polis əməkdaşları və vəkili ilə birlikdə kirayə yaşadığı evə getdi. Yaşadığı evə polis əməkdaşları tərəfindən axtarış keçirildi. Axtarış zamanı o yaşadığı evdə olan idman çantasının içərisindəki şəffaf sellofana bükülmüş narkotik vasitə olan tiryəki, həmçinin narkotik vasitənin qəbulu üçün istifadə etdiyi 07 ədəd şprisi, 03 ədəd üst hissəsi sındırılmış şüşə ampulanı və içərisində limon turşusu olan plastik qutu və kağız paketi polis əməkdaşlarına təqdim etdi. O narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan tiryəkdən heç kəsə satmamışdır. Əməlindən peşmandır Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2021-ci il 19 yanvar tarixində xidməti zərurətlə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 və həmin Polis İdarəsinin 16-cı Polis Bölməsinin cinayət cinayət axtarış kiçik inspektoru Şahid3 Nürəddin oğlu ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 66 ünvanının yaxınlığında olan zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək, ondan da özünü təqdim etməyini xahiş etdilər. Həmin şəxslə söhbət edən zaman onun narkotik vasitə və ya digər güclü təsiredici maddələrin təsiri altında olması şübhə doğurdu və həmin şəxs onlardan uzaqlaşmağa cəhd göstərdi. Onlar həmin şəxsi saxlayaraq Nərimanov Rayon Polis İdarəsinə gətirib Növbətçi Hissəyə təhvil verdilər. Araşdırma zamanı tərəflərindən Nərimanov RPİ-nə gətirilən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs polis idarəsinə gətirilməsi barədə idarə rəhbərliyinin adına raport yazdılar. Raportun icrası Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Orxan Məmmədova həvalə olundu. Təhqiqatçı tərəfindən ilk öncə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edildi və dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs təqdim edildikdən sonra o, şübhəli şəxs qismində tutuldu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmadığını soruşuldu. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol iç cibindən tünd qəhvəyi rəngli maddəni çıxardıb təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi şəffaf polietilenə bükülmüş maddə narkotik vasitə olan tiryəkdir və həmin narkotik vasitə olan tiryəki tutulmamışdan 3 gün əvvəl kirayə yaşadığı evin yaxınlığında yerdən tapıb və şəxsi istifadəsi üçün bir qismini üzərində, bir qismini isə yaşadığı evdə saxlayır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən axtarış keçirildi ,lakin Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və maddə aşkar edilmədi. Şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olundu, protokol şəxsi axtarışda iştirak etmiş bütün şəxslər tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı evə axtarış keçirilməsi üçün ərizə yazdı. Daha sonra biz Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən evə getdik. Təqsirləndirilən şəxs yaşadığı evə mənim, müdafiəçisinin və digər polis əməkdaşlarının iştirakı ilə axtarış keçirildi. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə olan idman çantasının içərisindəki şəffaf polietilenə bükülmüş içərisində tünd qəhvəyi rəngli maddəni, 07 ədəd şprisi, 03 ədəd üst hissəsi sındırılmış şüşə ampulasını, içərisində ağ rəngli kristal maddələr olan plastik qutu və kağız paketi təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs şəffaf polietilen bükümdəki maddənin narkotik vasitə olan tiryək, plastik qutu və kağız paketdə olan ağ rəngli kristal müddələrin isə limon turşusu olmasını bildirdi. Təqsirləndirilən şəxs yaşadığı evə axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olundu, protokol axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalandı. Təqsirləndirilən şəxs saxlanılan və polis idarəsinə gətirilən zaman ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotik vasitənin satış məqsədi ilə əldə etməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iş materiallarında olan sübütlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 19 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20.01.2021-ci il tarixli 6/250 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə" yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 27,650 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir.Tiryək 28 iyun 2005-ci il tarixdə Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Tiryəkin təmiz çəkisi 27,650 qram, tədqiqata sərf edildi, 0,1 qram, qalıq 27,550 qram. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20.01.2021-ci il tarixli 6/249 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs... “ yazısı olan polietilen bağlamada 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 56,680 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Həmin bağlamadakı 3 ədəd şüşə ampulun və 7 ədəd 2 ml-lik şprislərin içərisində tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroin izləri vardır, lakin heroin iz şəklində olduğu üçün, onun çəkisini müəyyən etmək mümkün olmamışdır.Tədqiqata təqdim edilmiş üzərində “Folevaya kislota” yazısı olan plastik qutuda və üzərində “Lumu duzu” yazısı olan qırmızı rəngli paketdə olan ağ rəngli xırda kristallardan ibarət maddələr narkotik və psixotrop maddələrə aid olmayan limon turşusudur.Tiryək və heroin 28 iyun 2005-ci il tarixdə Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in l siyahısına daxildir.Tiryəkin təmiz çəkisi 56,680 qram, tədqiqata sərf edildi; 0,1 qram, qalıq 56,580 qramdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03.02.2021-ci il tarixli 6/336 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi N°59” dairəvi möhür əksləri olan MEM-ə məxsus iki ədəd kağız paketə qablaşdırılmış Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi 27,550 qram tiryək ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş təmiz çəkisi 56,580 qram narkotik vasitə olan tiryək xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir.Tiryəkin təmiz çəkisi - 27,550 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 27, 450qram. Tiryəkin təmiz çəkisi - 56,580 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 56,480 qram. Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının 11.03.2021 -ci il tarixli 760 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxsnа cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət tюrətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tюrədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən tюrədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yцngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 19 yanvar 2021-ci tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünün qismən təqsirli hesab etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 27,650 qram olan narkotik vasitə-tiryəkin təhqiqatdan sonrakı qalıq çəkisi 27.450 qram tiryək, o cümlədən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 56,680 qram narkotik vasitə-tiryəkin təhqiqatdan sonrakı qalıq çəkisi 56,480 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmənin, və yaşadığı evdə aparılmış axtarışın videogörüntüsünü əks etdirən iki ədəd DVD disk cinayət işində saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müaliyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 293 (iki yüz doxsan üç) alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 293 (iki yüz doxsan üç) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 27,650 qram olan narkotik vasitə-tiryəkin təhqiqatdan sonrakı qalıq çəkisi 27,450 qram tiryək, o cümlədən Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 56,680 qram narkotik vasitə-tiryəkin təhqiqatdan sonrakı qalıq çəkisi 56,480 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmənin, və yaşadığı evdə aparılmış axtarışın videogörüntüsünü əks etdirən iki ədəd DVD disk cinayət işində saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar