Məhkəmə qərarları › İş №1(101)-1104/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1104/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1104/2022 16.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi X2, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» yaşayış massivi, ev 27, mənzil 154-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin avqust ayında qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Meysəm” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 2 ünvanında yerləşən “Musabəyov” adına parkda olan şam ağacının budağından asdığı ağ rəngli polietilen torbada üç ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkisi 1090 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini, təmiz çəkisi 895,0 qram olan narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda həşiş qətranını və təmiz çəkisi 1049 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə metamfetamini 26 yanvar 2022-ci il tarixdə saat 01:00 radələrində həmin yerdən götürüb sonradan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşıyaraq oradan uzaqlaşmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 01:20-də Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 2 ünvanında yerləşən “Musabəyov” adına parkın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB- nin inzibati binasına gətirilmiş, inzibati binada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əlində olan ağ rəngli politilen bağlamadan üç ədəd bükümdə olmaqla ayrı-ayrılıqda təmiz çəkisi 1090 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin, təmiz çəkisi 895,0 qram olan narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda həşiş qətranı və təmiz çəkisi 1049 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, sosial şəbəkədə tanış olduğu Meysəm adlı şəxs ona «Musabəyov» parkının yaxınlığında yerdə 3-4 qram narkotik vasitə olmasını, o, həmin narkotik vasitəni götürüb onun deyəcəyi şəxsə verməsini və həmin şəxsin ona bunun müqabilində 1 qram narkotik vasitə verməsini bildirmişdir. O, deyilən yerə gedib narkotik vasitəni axtarmış, yerdə sellofan torba görmüş, həmin torbanı götürən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis idarəsinə gətirilmişdir. O, narkotik vasitələrin istifadəçisi olmuş, lakin satışı ilə məşğul olmamış və satış məqsədi ilə əldə etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi – satış məqsədilə narkotik vasitə və psixotrop maddə əldə etməməsi, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona aid olmamasına dair xüsusatları özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmağa cəhd kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, cinayət işinin İ cildinin 55-58-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə müdafiəçisi Lalə Mənsurovanın iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, o 2015-ci ildən başlayaraq təxminən üç il müddətində narkotik vasitə olan heroini falqada nəfəs yolu ilə qəbul etmiş, daha sonra iki ilə yaxın müddətdə heç bir narkotik vasitə qəbul etməmişdir. Təxminən beş ay olar ki, yenidən narkotik vasitə heroin qəbul etməyə başlamışdır. Təxminən beş ay bundan əvvəl, yəni 2021-ci ilin avqust ayında “İnstagram” sosial şəbəkəsində tanımadığı və hazırda xatırlamadığı bir profildən bir nəfər şəxs ona mesaj yazaraq narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. O, həmin şəxsdən kim olduğunu və niyə ona bu məzmunda mesaj yazdığını soruşduqda həmin şəxs adının “Meysəm” olduğunu və İran İslam Respublikasının vətəndaşı olduğunu bildirmişdir. O da həmin şəxsə arada narkotik vasitə kimi nəşədən istifadə etdiyini yazmışdır. Bundan sonra həmin “Meysəm” adlı şəxs də ona 5-10 qram nəşə göndərəcəyini bildirmiş, ondan “Whatsapp” mobil tətbiq etməsi olan telefon nömrəsini istəmişdir. O da “Meysəm” adlı şəxsə istifadəsində olan ***-***- **-** mobil nömrəsini yazıb göndərmişdir. Lakin sonradan özünü ona “Meysəm” adı ilə təqdim etmiş şəxsin onu hüquq mühafizə orqanlarına tutduracağından qorxaraq həmin şəxslə “İnstagram” və “Whatsapp” sosial şəbəkələrində aralarında aparılmış yazışmaları və zəngləri silib bir daha sonuncuyla əlaqə saxlamamışdır. Həmin ərəfələrdə “Meysəm” adlı İran İslam Respublikasının vətəndaşı onun mobil nömrəsinə “Whatsapp” mobil tətbiqetməsindən bir neçə dəfə zəng etsə də, o “Meysəm” adlı şəxsin zənglərinə cavab verməmişdir. Bundan sonra 25 yanvar 2022-ci il tarixdə saat 20:30 radələrində həmin “Meysəm” adlı İran İslam Respublikasının vətəndaşı “Whatsapp” mobil təlbiqetmə vasitəsi ilə “+98 914 599 1127” nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində bir yerə narkotik vasitələr qoyduracağını, daha sonra həmin yerin koordinatlarını ona göndərəcəyini və onun həmin narkotik vasitələri “Meysəm”-in qoydurduğu yerdən götürüb daha sonra sonuncunun deyəcəyi ünvanlara çatdırmağını bildirmiş, bunun müqabilində ona şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyini demişdir. O da Meysəm ilə razılaşaraq sonuncunun ona zəng etdiyi “+98 914 599 1127” mobil nömrəsini “313” adı ilə mobil telefonunda qeydiyyatdan keçirib “Whatsapp” vasitəsi ilə “Meysəm” adlı şəxslə əlaqə saxlamağa başlamışdır. Bundan sonra o, Meysəm ilə “Whatsapp” mobil tətbiq etməsində səs, şəkillər, hərfi yazışma və zənglərlə əlaqə saxlayaraq sonuncunun yönləndirmələri və ona göndərdiyi koordinatlar əsasında 26 yanvar 2022-ci il tarixdə saat 01:20 radələrində Yasamal rayonu, X5 küçəsi 2 ünvanında yerləşən “Musabəyov” parkına gəlib çıxmışdır. Orada Meysəmin atdığı şəkillər əsasında o, Meysəmin yerləşdirdiyi şam ağacından asılmış ağ rəngli sellofan torbanı götürüb içərisinə baxan zaman həmin sellofan torbada üç ədəd iri büküm olduğunu görmüşdür. Bundan sonra o, oradan götürdüyü torbanı üzərində saxlamaqla həmin yerdən uzaqlaşarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə varsa, təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əlində olan ağ rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə heroini, 01 ədəd bükümdə həşişi və 01 ədəd bükümdə metamfetamini, həmçinin əynində olan şalvarın sol yan cibindən 01 ədəd içərisində ***-***-**-** mobil nömrə olan “Xiaomi” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsi ilə 14 (on dörd) manat nağd pulu çıxarıb masanın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinin çəkisi qablaşdırma ilə birlikdə təxminən 1 kq 120 qram, həşişin çəkisi qablaşdırma ilə birlikdə təxminən 919 qram, metamfetaminin çəkisi isə qablaşdırma ilə birlikdə təxminən 1 kq 74 qram olmuşdur. Sonra həmin kütlələr onun və digər iştirakçıların gözü qarşısında içərisi boş olan ağ rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış, ağzı möhürlənərək üzəri onun özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, 14 manat pulu isə özünə geri qaytarılmışdır. O, sorğu zamanı üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanışı İran İslam Respublikası vətəndaşı “Meysəm” adlı şəxsin vasitəsi ilə tutulmamışdan əvvəl Yasamal rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında özü də narkotik vasitə istifadəçisi olduğundan “Meysəm” adlı şəxsin ona gördüyü işə görə şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyini, başqa yerdə narkotik maddə saxlamadığını bildirmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə heroini, həşiş qətranını və psixotrop maddə metamfetamini 26 yanvar 2022-ci il tarixdə saat 01:20-da İran İslam Respublikasının vətəndaşı olan Meysəm adlı şəxsin “Whatsapp” proqramı vasitəsilə etmiş olduğu bələdçiliklə ünvan 3 ünvanında yerləşən “Musabəyov” parkında əldə etmiş, lakin heç bir şəxsə satmamışdır. O, Meysəmin tapşırığını gözləmişdir ki, həmin maddələri aparıb sözügedən şəxsin dediyi ünvanlara təhvil versin və bunun müqabilində Meysəm ona şəxsi istifadəsi üçün narkotik vasitə versin. O həmçinin bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı Meysəm adlı şəxslə ilk dəfə polis tərəfindən saxlanılmadan təxminən beş ay öncə yəni, 2021-ci ilin avqust ayında “İnstagram” sosial şəbəkəsində tanış olmuş, daha sonra bir-birilərinə mobil nömrələrini verib bir neçə dəfə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq aralarında narkotik vasitələrin və psixotrop maddələrin istifadə edilməsi, əldə olunması və daşınması barədə danışıqlar olsa da, tutulduğu vaxta kimi “Meysəm” adlı şəxsdən heç vaxt narkotik vasitə və ya psixotrop maddələr alıb satmamışdır. O, Meysəm adıyla özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş şəxslə internet vasitəsilə əlaqə saxladığı və həmin şəxsi görmədiyi üçün sözügüdən şəxsin zahiri görünüşü və anket məlumatları barədə hər hansı bir məlumatı yoxdur. O, İran İslam Respublikasının vətəndaşı Meysəmin narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasından Bakı şəhərinə hansı yollarla gətirməsi bardə məlumatı olmadığını da bildrimişdir. Onun Meysəmlə bir dəfə narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması və satışı ilə bağlı sövdələşməsi olmuş, həmin sövdələşmə əsasında o, “Whatsapp” proqramı vasitəsi ilə Meysəmin etdiyi bələdçiliklə yəni Meysəmin Bakı şəhərində olan onun tanımadığı və əlaqəsi olmayan tanışlarının narkotik vasitəni yerləşdirdikləri yerin şəklini çəkib Meysəmə atması və sonuncunun həmin narkotik vasitələri qoyulduğu yerin şəkillərini və koordinatlarını ona göndərməsi ilə əldə etmişdir. Bu səbəbdən o, həmin narkotik vasitələrin İran İslam Respublikasından və ya başqa bir yerdən gəlməsini bilməmişdir. Əvvəllər onunla Meysəm arasında narkotik vasitələrin əldə edilməsi, daşınması və satışı barədə heç bir əməkdaşlıq olmamış, həmçinin o heç vaxt əlbəəl olaraq narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, saxlanılarkən üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin və narkotik vasitələr heroinlə həşişdən istifadə etməmişdir. “Whatsapp” tətbiqetməsi vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində ayrı-ayrı vaxtlarda İran İslam Respublikasının vətəndaşı olan Meysəm adlı şəxsə məxsus “313...” adı ilə qeyd etdiyi “+98-***-***-**-**” mobil nömrəsi arasında, o 26 yanvar 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitələr heroinlə həşişin və psixotrop maddə metamfetaminin Meysəm adlı şəxsin Bakı şəhərində olan tanışları vasitəsilə ona çatdırılmasından və onun həmin maddələri Meysəmin dediyi yerdən götürüb üzərində daşımaqla sonuncunun tapşırığı əsasında çatdıracağı ünvanlar və bunun müqabilində Meysəmin ona şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyi barədə danışıqlar aparılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Cinayət işinin İ cildinin 68-71-ci vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə müdafiəçisi Lalə Mənsurovanın iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməllərini törətməsini bir daha etiraf etmişdir. Cinayət işinin İ cildinin 153-156-cı vərəqlərində olan “təqsirləndirilən şəxsin əlavə dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2022-ci il tarixdə müdafiəçisi Lalə Mənsurovanın iştirakı ilə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən də eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməllərini törətməsini bir daha etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli, təqsirləndirilən şəxs və təqsirləndirilən şəxs qismində əlavə verdiyi ifadələrini sübut kimi qəbul edir. Bundan başqa məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 iştirakı ilə tərəfindən 25 yanvar 2022-ci il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 26 yanvar 2022-ci il tarixdə saat 01:20-da o və əməliyyat qrupunun digər iştirakçısı Şahid1 Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 2 ünvanında yerləşən “Musabəyov” parkının yaxınlığında olan zaman orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib həmin şəxsin şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs külli miqdarda narkotik və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması və Bakı şəhəri Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib sonuncunu saxladıqları ərazi üzrə Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbanı qarşısısında olan masanın üzərinə qoyaraq həmin sellofan torbanın içərisindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli spesfık iyə malik narkotik vasitə heroinə bənzər kütləni, 01 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə həşişə bənzər kütləni və 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli metamfetaminə bənzər kütləni çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Xiaomi” markalı mobil telefon və həmin şalvarın sağ yan cibindən isə 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 14 manat pul aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında Mahirin təqdim etdiyi bir büküm heroinə bənzər kütlə, bir büküm həşiş qətranına bəznər kütlə və bir büküm psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Həmin vaxt qeyd olunan bükümlər iştirakçıların gözü qarşısında içi boş olan ağ rəngli politilen torbaya qoyularaq müvafiq qaydada qablaşdırılmış və torbanın üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi” markalı mobil telefon və 01 ədəd şəxsiyyət vəsiqəsi sonuncuya izah edildikdən sonra götürülmüş, 14 manat pul isə Mahirin özünə qaytarılmışdır. Orada Təqsirləndirilən şəxs əlində olan sellofan torbanın içərisindən aşkar olunmuş 03 ədəd bükümün içərisində olan maddələrin nə olması və həmin maddələri haradan əldə etməsi soruşulduqda Mahir bildirmişdir ki, əlindəki sellofan torbanın içərisindən aşkar olunmuş 01 ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik kütlə narkotik vasitə heroin, 01 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik kütlə narkotik vasitə həşiş qətranı və 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli kütlə isə psixotrop maddə olan metamfetamindir. Mahir həmin narkotik vasitə heroini, həşişi və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı “Meysəm” adlı şəxsin vasitəsilə əldə edib sonuncunun dediyi ünvanlara çatdıracağını və bunun müqabilində “Meysəm” adlı şəxsin ona şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, o, saxlanılan zaman üzərindən aşkar olunmuş maddələrdən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeyd olunanlardan başqa hər hansı bir iş üçün sübut əhəmiyyəti kəsb edəcək əşya və ya predmet aşkar olunmamışdır. Onlar da həmin məlumat əsasında əməliyyat tədbiri keçirərək Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman İran İslam Respublikasının vətənadaşı olan Meysəm adlı şəxsin vasitəsi ilə həmin maddələrin satışı ilə məşğul olmasını etiraf etmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təzyiq edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Bundan başqa cinayət işinin materiallarına əlavə olunmuş 21 aprel 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, iş üzrə Şahid1 ilə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 26 yanvar 2022ci il tarixli, 6/507 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd polietilen torbadakı 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1090 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1049 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə bioloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli, 7/71 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs..yazıları və imzalar olan polietilen bağlamadakı bir ədəd sellofan bağlamanın içərisində 03 (üç) ədəd sellofan bükülülərdə ümumi çəkisi - 895,0 qram olan maddələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 yanvar 2022-ci il tarixli 209 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizanın 28 yanvar 2022-ci il tarixli 381 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, cinayət işinin istintaq materiallarına əlavə edilmiş 26 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əlində olan ağ rəngli polietilen torbada içərisində narkotik vasitələr heroin, həşiş qətranı və psixotrop maddə metamfetamin olan 03 ədəd şəffaf rəngli sellofan büküm, həmçinin əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Xiaomi” markalı mobil telefon, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 14 manat nağd pul aşkar olunmuşdur. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən həmin narkotik vasitələr heroin və həşiş qətranı bükümü, həmçinin psixotrop maddə metamfetamin bükümü, eləcədə 01 ədəd “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, digər əşyalar Təqsirləndirilən şəxs qaytarılmışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 18 fevral 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ***-***-**-** nömrə mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, “Xiaomi POCO M3” markalı olmaqla ön və arxa tərəfi qara rənglidir. Mobil telefonun üzərində hər hansı gözəçarpan zədələnmə mövcud deyildir. Mobil telefonun ekranının fonunda isə uşaq fotoşəkli yerləşdirilmişdir. Beləliklə, mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Həmin mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirilmiş, baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilməmişdir. Bundan sonra mobil telefonda olan “Whatsapp” tətbiqetməsinə baxış keçirilmiş, baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək aşağıdakı ismarıclar müəyyən edilmişdir. -25 yanvar 2022-ci il tarixdə saat 20:50-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil nömrəsindən “313...” adı ilə qeydiyyata alınmış +98- ***-***-**-** mobil nömrəsinə “Gözduyumde mən səni?” məzmundə mesaj yazılmış, həmin tarixdə saat 20:51-də “313...” adlı abonentdən Təqsirləndirilən şəxs “Ə, yüz faiz, yüz faiz. Bir dənə də böyüründə İnşallah 3-4 dənə söhbəti var qadan alım, decəm onu da həll eleyeceksen sənə canım qurban. Bir dənə bunu həll elə Allaha təvəkkül ” səsli mesaj göndərilmişdir. Daha sonra həmin tarixdə saat 20:52-də 077- ***-**-** mobil nömrəsindən “313...” adlı abonentə “Oldu”, “İnshallah” yazılı mesajı göndərilmişdir. Həmin tarixdə saat 22:01-də “313...” adlı abonentdən Təqsirləndirilən şəxs “Qardaş, qadan alaram sənin, bir dənə onu götürəndən sonra, hə, bir dənə də 3-4 dənə varee 3-4 kilo başua dönərəm sənin, onu da həll eləyərsən sənə canım qurban, İnşallah yaxşı olare” səsli mesajını göndərmişdir. 25 yanvar saat 22:02-də Təqsirləndirilən şəxs “313...” adlı abonentə “Aybla”, saat 22:55-də “ Qaqa”, “Şəkli atda”, “Seside at”, saat 23:03-də “Ay qaqa”, saat 23:04-də “Mən gecikirəm axi” və “Atda mənə şəkli” yazılı mesajlarını göndərmişdir. Həmin tarixdə saat 23:05-də Təqsirləndirilən şəxs +98-***-***- **-** nömrəsinin məxsus olduğu “313...” adlı abonentə “Mən yaşamaldayam” yazılı mesajını göndərmişdir. 25 yanvar 2022-ci il saat 23:30 tarixdə “313...” adlı abonent Təqsirləndirilən şəxs “ meysam shah və Mahir-in bir-birinə whatsapp zənglərinin tarixçəsinin screen edimiş” şəklini yönləndirmişdir. Həmin tarixdə saat 23:31 -də Təqsirləndirilən şəxs +98-***-***-**-** nömrəsinin məxsus olduğu “313...” adlı abonentə “Ə bunu bildimee, mənə şeyi göndər, oranın yerini, mən öldüm soyuqdan, aa Bakı soyuqdu eee Bakı soyuqdur, öldüm soyuqdan, oranın yerini göndər mənə, bir də səsi göndər ki, mən bilim hara gedirəm, Yasamalda öldüm soyuqdan mən” səsli mesajını göndərmişdir. Həmin tarixdə saat 23:32-də “313...” Təqsirləndirilən şəxs “yaxşı” yazılı mesaj göndərmişdir. Həmin gün saat 23:40-da “313...” adlı abonent içərisində narkotik vasitə olan ağ rəngli sellofan torbanı asdığı ağacın yerləşdiyi məkanın müxtəlif aspektlərdən çəkimiş şəklini özündə əks etdirən 4 ədəd fotoşəkil və bir ədəd link formasında ərazi koordinatlarını Təqsirləndirilən şəxs yönləndirmişdir. Koordinatların əks olunduğu mesajda “Yasamalda musabekov dayresinde zapravka ile uzbeuz parkda yolkanin dibinde ag salafana bukum” yazısı qeyd olunmuşdur. 25 yanvar 2022-ci il tarixdə saat 23:58də Təqsirləndirilən şəxs “Musabəyov parkdayam da qardaşım, Musabəyov parkında, yuxarı tərəfindəyəm” məzmununda səsli mesaj göndərmişdir. 26 yanvar 2022-ci il tarixdə saat 00:03də “313...” adlı abonent “Musabəyov kruqundan düşəndə qırmızı zapravka ilə üz bə üz yolun obiri tərəində parkın ortasına gedəndə yolka ağacının altında” yazılı mesajını Təqsirləndirilən şəxs yönləndirmişdir. Həmin tarixdə saat 00:03-də Təqsirləndirilən şəxs “Oldu” mesajını “313...” adlı abonentə göndərmişdir. 26 yanvar 2022-ci il tarixdə saat 00:06-da “buraxılmış səsli zəng” qeydə alınmışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 05 mart 2022-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 26 yanvar 2022-ci il tarixdə Yasamal RPİnin 28-ci polis bölməsində xidməti otaqlarından birində Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin CD diskdə əks edilmiş görüntülər 26 yanvar 2022-ci il tarixdə saat 02:40-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 28-ci PB-də yerləşən xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, X7un yanında ondan sola doğru birinci ayaq üstə dayanmış şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1dur. Təhqiqatçının qarşısında masanın arxasında əyləşmiş şəxs 24 saylı vəkil bürosunun vəkili X3r. Xidməti otaqda Şahid1lə müdafiəçi Lalə Mansurovanın arasında dayanmış əynində qəhvəyi rəngli gödəkçə, göy rəngli siviter və qara rəngli cins şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Video çəkilişin davamında X7, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbanı qarşısındakı masanın üzərinə qoyaraq həmin torbanın içərisindən 01 ədəd bükümdə kakos adlandırdığı narkotik vasitə heroinə bənzər kütləni, 01 ədəd bükümdə tiryək adlandırdığı narkotik vasitə həşişə bənzər kütləni və 01 ədəd bükümdə metamfetaminə bənzər kütləni çıxardıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən bir ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Xiaomi” markalı mobil telefon və həmin şalvarın sağ yan cibindən 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və 14 manat pul aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən aşkar olunmuş bir ədəd “Xiaomi” markalı mobil telefon və Mahir Kərimoun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş özünə məxsus şəxsiyyət vəsiqəsi ona hüquqları izah olunaraq iş üçün sübut əhəmiyyəti kəsb etdiyinə görə götürülür. Mahir Kərimoun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunmuş 14 manat nağd pul isə özünə geri qaytarılır. X7 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən biri açıldıqda həmin bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olması aşkar edilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi ikinci büküm açıldıqda həmin bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar edilir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi üçüncü büküm açıldıqda həmin bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə həşişə bənzər kütlənin olması aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli sellofan torbanın içərisindən aşkar olunmuş 03 ədəd bağlama iştirakçıların gözü qarşısında elektron tərəzidə çəkilərək, ağ rəngli sellofan torbaya qoyulmaqla müvafiq qaydada qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbadan aşkar olunmuş 01 ədəd narkotik vasitə heroin bükümünü, 01 ədəd narkotik vasitə həşiş bükümün və 01 ədəd psixotrop maddə metamfetamin bükümünü saxlanılmadan əvvəl sosial şəbəkələrdən tanıdğı İran İslam Respublikasının vətandaşı “Meysəm” adlı şəxsin vasitəsi ilə ünvan 4 ünvanında yerləşən “Musabəyov” parkının ərazisində əldə etdiyini və sonuncunun tapşırığı ilə həmin maddələri Meysəmin dediyi ünvana çatdıracağı təqdirdə Meysəmin ona şəxsi istifadəsi üçün narkotik vasitə verəcəyini bildirir. Həmçinin Təqsirləndirilən şəxs sorğu zamanı üzərindən aşkar olunan narkotik vasitələr və psixotrop maddələrdən əlavə heç bir yerdə qanunla qadağan olunmuş əşya, maddə və ya predmet saxlamadığını bildirir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunanlardan başqa hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin, həşiş qətranının və psixotrop maddə metamfetaminin aşkar edilməsi, narkotik vasitə olan heroinin, həşiş qətranının və psixotrop maddə metamfetaminin külli miqdarda olması, sms yazışmaları, həmçinin ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri onun həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşaqlarının - xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1089,95 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 894,94 qram təşkil edən narkotik vasitə həşiş qətranı və qalıq çəkisi 1048,95 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi POCO M3” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “CD” disk sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 192 (yüz doxsan iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 yanvar 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1089,95 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 894,94 qram təşkil edən narkotik vasitə həşiş qətranı və qalıq çəkisi 1048,95 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Yasamal RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi POCO M3” markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “CD” disk sübuti əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar