Məhkəmə qərarları › İş №1(101)-1105/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1105/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1105/2023 21.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X4, X15 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Şahid4 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Şahid3 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1982-ci il tarixdə Ağcabədi rayonu, Üzeyirkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində dörd nəfər azyaşlı uşağı olan, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 20 dekabr 2022-ci il il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 dekabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 13,915 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respubikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 11:00-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə (bundan sonra: RPİ, RB) gətirilmiş və orada həmin tarixdə, saat 12:30-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 13,915 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 13,915 qram külli miqdarda narkotik vasitə heroini əldə edərək saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, Ağcabədi rayon, Avşar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Mir Cəlal küç 289 ünavanında yaşayır. Faktiki olaraq Ağcabədi rayonunda əkinçilik və heyvandarlıqla məşğul olmaqla sahibkarlıq fəaliyyti ilə məşğul olmuşdur. 20 dekabr 2023-cü il tarixdə səhər saat 11 radələrində idarə etdiyi maşınla uşağını kollecdən götürmək üçün gedərkən Mir Cəlal küçəsində 289 ünvanın qarşısında yerləşən marketə su almağa düşmüş, su alıb oradan çıxan zaman arxadan qollarından və boynundan kimlərsə tutmuş, arxadan ona «sakit dur» demişlər. Polis olduqlarını başa düşüb onlara qarşı hər hansı müqavimət göstərməmiş, əksinə «bunlar nə edirlər?» deyə şokda olmuşdur. Onu özünün idarə etdiyi avtomobilə əyləşdirib, öz aralarında danışıqlar aparmış, hansısa narkotiki onlardan tələb etmişlər. O, onda narkotik olmadığını, onu kiminləsə səhv saldıqlarını bildirmişdir. Onlar 7-8 nəfər olmuş, 2 avtomobillə ora gəlmişlər. Ruslan adlı şəxs onun avtomobilini sürərək 7-ci PB-nə getmişlər. Maşında əlləri açıq formada olmuş, sol tərəfində polis otursa da, sağ tərəfində heç kim oturmamışdır. Hətta saxlanılarkən onlara uşağı hazırlığa qoyduğunu, yolu tanımadığını demiş, uşağı hazırlıqdan götürmələri üçün ailəsinə məlumat verməsi üçün icazə istəmiş, lakin buna da şərait yaratmamışlar. Bölmənin qarşısına çatanda qolları bağlanmışdır. Maşından düşən zaman maşının baqajı onlar tərəfindən açıldıqda o, maşında axtarış aparılacağı təqdirdə onun yanımda axtarış aparılmasını tələb etmişdir. Ona «gir içəri» deyib hirslənmiş və sonra bölmənin binasına girmişlər. Bölməyə gələn zaman onların qarşısına bölmənin hər hansı əməkdaşı çıxmamışdır. İçəri girəndən sonra isə uzun kolidorda duran zaman onun qollarını açmışlar. Həmin vaxt sağ cibində nəsə olduğunu, qoluna toxunduğunu hiss edərək əlimi cibinə salıb ona aid olmayan bir qara paket olduğunu görmüşdür. Həmin qara paketi onların üzərinə atmış, ona aid olmadığını bildirmiş, yalandan onun üstünə atmamağı xahiş etmişdir. Bundan sonra 1-ci mərtəbədə onu vurmağa başlamış, daha sonra 2-ci mərtəbəyə qaldırmışlar. 2-ci mərtəbədə sağda 1ci otağa girəndən sonra əlləri bağlı formada onu döyməyə başladılar. Bağalamanın ona aid olmadığını dedikdə, polislər «biz deyiriksə, deməli o sənindir» cavabını vermişlər. Bildiyi qədər onların adları Ruslan, Elşad, Rövşən və bilmədiyi başqa 5 nəfər olmuşdur. Məni döyən Elşadla Rövşən olmuşdur. Daha sonra ona qarşı söyüşlər söyülmüş, aparıb evindən 1 kilo narkotik çıxaracaqları ilə onu hədələmişlər. Onlara nə isdiyirlər etsinlər kimi bir cavab verdikdə, təxminən 1 saata qədər onu döymüş, üz-gözü, qulağı, qolları, əlləri şişmiş vəziyyətə gəlmişdir. Sonra Ruslan onun qollarını açsa da, bu dəfə başqa formada bağlamış, ona qarşı nalayiq ifadələr işlətmişdir. Ona yuxarıdan tapşırıq olduğunu bildirmiş, «narkotiki öz üzərinə götürməlisən» demişlər. Bir müddət sonra isə balaca bir qara bağlama hazırlayıb gətirib onun cibinə qoymuşlar, amma mddənin adını bilməmişdir. O, ona verilən maddənin nə heroin, nə də metamfetamin olduğunu görməmişdir. Rövşən ona çəkiliş zamanı «tanımadığım şəxsdən 100 manat müqabilində öz istifadəm üçün almışam” deməyi tapşırmışdır. Daha sonra təhqiqatçı və vəkil gəlmiş, vəkil ondan döyülübdöyülmədiyini soruşmuşdur. Ona «sən bilsən guya nə olacaq?» cavabını vermişdir. O, həmin vaxtadək vəkili görməmiş, vəkil ona təqdim olunmamışdır. Bundan sonra isə videoçəkiliş aparılmış, təhqiqatçı Vüsalın iştirakı ilə şəxsi axtarış və götürülmə həyata keçirilmiş, videoçəkiliş zamanı polisin dediyi kimi də demişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, videoçəkilişdən sonra koronovirusdan test vermiş və onu Badamarda yerlən Narkotik üzrə baş idarəyə (burada: BNMİ) aparmışlar. Orada 3 saat olduqdan sonra Rövşən saat təqribən 17 radələrində onu gətirib banditizimə, yəni Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizhə İdarəsinə (burada BMCMİ) təhvil vermişlər. İçəri girəndə Yolçu adlı şəxs ondan nə olduğunu soruşduqda o, döyüldüyünü bildirmişdir. Sabahı onu tibbi ekspertizaya aparmış, ekspert soruşanda döyüldüyünü demiş, lakin ekspert «döyülmüş olmazsan, yəqin yıxılmısan» kimi bir cavab vermişdir. Lakin o, «fakt budur ki, döyülmüşəm» desə də, rəydə yıxıldığı yazılmışdır. O, yıxılmağıyla bağlı ekspertə heç nə deməmişdir. Belə ki, nə saxlanılmazdan əvvəl və nə də saxlanılarkən yıxılmamış, bədənində heç bir xəsarəti olmamışdır. O, bölməyə gətirilənə qədər üzərimdə hər hansı bir xəsarət izi olmamışdır. Oradanda onu qətimkan tədbiri üçün məhkəməyə gətirmiş, məhkəmə iclasında necə olubsa, o formada da məhkəməyə izah etmişdir. Nərimanov Məhkəməsinə çıxan zaman da onun xəsarətləri açıq-aşkar görünmüşdür. Amma buna baxmayaraq hakim həbs qərarını elan etmişdir. Vəkil Nizami Canıyev də Nərimanov rayon Məhkəməsində ilk görərkən onun gözünün altının göy, köynəyinin qanlı formada olduğunu demişdir. Müstəntiq Əhəd müəllimi ilk gün gördükdə ona, heç bir günahı olmadığını, onu döymələrini dedikdə, sonuncu ona «səni buraxdıramağa mənim səlahiyyətim yoxdur, sənin barəndə tapşırıq var, sən içəri getməlisən» cavabını vermişdir. O, vəkil kimi Nizami Canıyevi qəbul etmiş, ilk ifadəsini müdafiəçi Nizami Canıyev və müstəntiqin iştirakı ilə vermiş, lakin həmin ifadəni oxumadan imzalamış, məzmununu bilməmişdir. Latın qrafikasını bilmədiyi üçün oxuyub qeydlərini verə bilməmişdir. Tutulduğu gün atası Şahid3la, daha sonra Şahid4la müqavilə bağlamışdır, lakin o, Nizami Canıyevdən də imtina etməmişdir. Atası Nail müəllimi ona vəkil tutsa da, vəkili ilə görüşdürülməmiş, atasıgil onu tapa bilməmişlər. Təqsirləndirilən şəxs izahat verib göstərdi ki, 2 gün 7-ci PB-də, BNMİ-də və BMCMİ-də saxlanıldığı müddətdə onunla bağlı ailəsinə heç bir məlumat verilməmişdir. 2 gündən sonra məhkəməyə gəldiyi zaman məhkəmənin qarşısında atasını, qohumu Turalı və sonradan vəkili olan Nail müəllimi görmüş, konvoydan xahiş onu atamsıgillə görüşdürməyi xahiş etmiş, lakin konvoy onların atasıgil olduğunu öyrəndikdə, onu pilləkanla yox, liftlə qaldırmışdır. Həmin vaxt onun üzü göy və əynindəki kofta isə qanlı olmuşdur. Kürdəxanıya, yəni İstintaq Təcridxanasına aparılan zaman döyülməsi və xəsarətləri ilə bağlı demiş, bununla bağlı qeydlər aparılmışdır. 25 yanvar tarixində müstəntiq Təcridxanaya gələndə o, baş vermiş hadisəni olduğu kimi ifadəsində göstərmiş, özünü təqsirli bilməmişdir. 04 mart tarixində də müdafiəçiləri Cavid, Nail və müstəntiq Təcridxanaya gələn zaman da ifadəsini vermiş, ona qarşı fiziki zor tətbiq edildiyini bildirmiş və özünü təqsirli bilməmiş, narkotikdən əziyyət çəkmədiyini, heç vaxt istifadə etmədiyini və ümumiyyətlə narkotiki görmədiyini demişdir. Daha sonra 09 mart 2023-cü il tarixdə Nizami Canıyevləvə müstəntiq Əhəd müəllim birlikdə onun yanına gəlmiş, həmin gün istintaqın bitməsi ilə bağlı sənədi imzalamışdır. Lakin Cavid və Nail müəllim onlarla birlikdə gəlməmiş, onlar iş materialları ilə ayrıca tanış olub, imzalamışlar. 12-13 mart tarixlərində müstəntiq yenə onun yanına gəlmiş, prokurorun işi qəbul etmədiyini demiş, lakin söhbətləri alınmamışdır. O isə üzünü belə görmədiyi şeyə razılıq verə bilməyəcəyini demişdir. 16 mart tarixində müstəntiq Əhəd müəllim Akif adlı şəxslə yenə onun yanana gəlmiş, 24-cü otaqda onunla söhbət etmiş, narkotiki özü istifadə edən kimi üzərinə götürməyi təkrarən təklif etmişdir. Etiraz etdikdə «öz üzərinə götürməsən problemin olacaq, qardaşın, atan var, sən nəzarətdə olassan, burdan «Banditizm»ə gedib yenidən qaytarılacaqsan» demiş və hətta «götür üzərinə, hakim soruşarsa, Əhəd müəllim deyib deyərsən» demiş, CM-nin 234.1-ci maddəsinə tövsif olunacağını demişdir. Hədə-qorxudan qorxduğu üçün razılıq vermişdhir. Növbəti gün vəkili Nail müəllim gələndə də o, bu haqqda sonuncuya heç nə bildirməmişdir. Nail müəllim ifadəni verməməyi, imzalamamağı desə də, o, Əhməd müəllimi qane etdiyi formada ifadə verib imzalamış, vəkil də imzalamışdır. Sonra atasına zəng edib ona digər vəkili Cavid müəllimin də imzalamasını demişdir. O, da bildiyi qədər müstəntiqin yanına gedib imzalamışdır. Mart ayınının 17-si verdiyi ifadə martın 4-ü kimi qeyd olunmuşdur. Yəni həm təqsirli bilmədiyi və həm etiraf etdiyi ifadəsini eyni tarixdə verdiyi yazılmışdır. Həqiqətən mart ayının 4-ü verdiyi ifadəsi doğrudur və təsdiq edir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, o, heç vaxt narkotiki görməmiş, heç kimdən narkotik almamış, ittihamda göstərilən narkotipk ona aid olmamışdır. O, Ağcabədi rayonunda sahibkarlıqla məşğuldur, heyvandarlıqla məşğuldur. Heyvanlar üçün yemin oğurlanmağı səbəbindən o, 2-3 dəfə DİN-nin 102 zəng xidmətinə şikayət etmiş, cinayətkarların azadlıqda olduqlarını, ona dəymiş ziyanın isə ödənilmədiyini bildirmişdir. Oğurluq hadisəsi ilə əlaqədar o, Əlamdar və Zakir adlı şəxslər barəsində şikayət etmişdir. O, tutulandan sonra onun qardaşı aparılmış, imzalatdırılmışdır ki, guya ziyan ödənilib, şikayəti və tələbi yoxdur. Onun əvəzindən qardaşının aparılıb imzalatdırılmasını isə atası ona danışmışdır. Odur ki, o, razı olmadığını, şikayətçi olduğunu bildirmişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində o özü tanınmışdır. Məhz bu səbəbə görə də o, narkotiklə tutulmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq 20 və 21 dekabr 2022-ci il tarixli, eyni məzmunlu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, böyrəyində xəstəlik olduğu üçün hərbi xidmətdə olmamışdır. 2005-ci ildə ailə həyatı qurmuş və hazırda 4 azyaşlı övladı var. Psixi xəstəliyi yoxdur. Uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təxminən tutulmamışdan 1 həftə öncə o, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata 01 büküm narkotik vasitə heroin almışdır ki, istifadə etsin. Həmin heroini yalnız şəxsi istifadəsi üçün almış, başqa məqsədi olmamışdır. Aldığı heroini üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrinin davamında göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə, saat təxminən 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi ilə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Burada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya olduğu təqdirdə təqdim etməsi xahiş edilmişdir. Bu təklifdən sonra o, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən üzərində ***-***-**-** saylı GSM nömrə olan 1 ədəd “İphone” markalı mobil telefonunu, sol yan cibindən «Kapital bank»a məxsus atasının təqaüd kartını, 567 manat və 300 ABŞ dolları məbləğində pulunu, əynindəki qara rəngli, dəri qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Ona məxsus pul vəsaiti özünə qaytarılsa da, mobil telefonu və bank kartı götürülmüşdür. Təqdim etdiyi heroin elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 14 qram olması müəyyən edilmişdir. Həmin maddə 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərində olan maddənin adını həyəcandan “patı” kimi bildirsə də, əslində həmin maddənin heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, həmin maddəni Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 100 manata aldığını, özünün uzun illərdir ki, narkotik vasitə istifadəçisi olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman, eləcə də, polis bölməsində ona qarşı heç bir zor tətbiq edilmədiyini, dodağındakı izlərinin isə saxlanılmadan öncə yıxılaraq yarandığını bildirmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində daha sonra göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əldə etdiyi maddənin üzərindən götürməmiş, necə əldə etmişdirsə, elə də təqdim etmişdir. O, həmin maddələrin aludəçisi deyil və arabir istifadə etmişdir. Ona görə də, üzərində saxlamışdır ki, nə vaxtsa istəsə, onda istifadə etsin. Əvvəllər istifadə etdiyi maddələri tanımadığı şəxslərdən almışdır. Üzərində narkotik vasitə olmasından heç kimin xəbəri olmamışdır. Evində və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamış, yalnız üzərində olmuşdur. "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. O, nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Üzərində hər hansı bir ciddi xəsarət olmamışdır, amma, saxlanıldığı gün yıxıldığından üzərində bəzi xırda xəsarətlərin olması mümkündür. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir (iş vərəqə: 55-58, 69-72). Elan edilməklə tədqiq olunan ifadələrinə aydınlıq gətirən Təqsirləndirilən şəxs göstərdi ki, o, tədqiq olunan həmin ifadələrini təsdiq etmir, həmin ifadələri təzyiqlər altında verilmiş ifadələrdir, o, döyülmüş və sənədlərə qol çəkdirilmişdir. O, həmin ifadələrini oxumamışdır. Əhəd müəllim də ona sənədlərin mahiyyəti barədə nəsə deməmiş, ifadəni oxumamış, həmçinin özü də oxuya bilməmişdir. Əvvəlcə 7-ci Polis Bölməsində familiyasını xatırlamadığı Vüsal adlı təhqiqatçı ona sənədlərə qol çəkdirmişdir. 7-ci Polis Bölməsində ilk izahatını Vüsala vermiş, Rövşən onlara nə formada göstəriş vermişdisə ondan da o formada izahat alınmışdır. O, Vüsala üzərində narkotik vasitə olmadığını desə də, Vüsal ondan heç nə soruşmamış, bildikləri kimi izahatını yazdırıb ona imzalatdırmışdır. Onu gətirib Banditizmə təhvil verən zaman onu otağa salıb yoxlamış, aradan yarım saat keçdikdən sonra müstəntiq Əhəd müəllim gəlib onu otağa çağırmış, o, vəziyyəti olduğu kimi danışdıqda sonuncu ona heç bir köməklik edə bilməyəcəyini demiş və sənədlərə qol çəkməli olduğunu demişdir. O da qol çəkmişdir. Bir də onu səhər-səhər tezdən qaldırıb yenə də aparmış və sənədlərə qol çəkdirmişlər. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi 25 yanvar 2023-cü il tarixli ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs həmin ifadəsində məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar ifadə verib ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməmiş, polis əməkdaşları tərəfindən qanunsuz saxlanıldığını, işgəncəyə, qeyri-insani rəftara məruz qaldığını, ona xəsarətlər yetirildiyini, şərəf və ləyaqətinin alçaldığını, təzyiqlər altında sənədlərə imza etdirildiyini, etirafedici ifadələr verməyə məcbur edildiyini göstərmiş, onda heç bir narkotik vasitə olmadığını, ittihamda göstərilən narkotik vasitənin onun boynuna qoyulduğunu qeyd etmişdir (iş vərəqə: 151- 154). Ən nəhayət, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi 04 mart 2023-cü il tarixli ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs bu dəfəki ifadəsində həmin ifadəsində 25 yanvar 2023-cü il tarixli ifadəsindən fərqli ifadə verib bu dəfə özünü Azərbaycan Respublikası CM-nin 234.1.-1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi 20 və 21 dekabr 2022-ci il tarixli ifadələrində göstərdiyi, o cümlədən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manat pul müqabilində heroin narkotik vasitəsi alıb üzərində gəzdirdiyini, 20 dekabr 2022-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən saxlanılıb Birnəqədi RPİ-nin 7-ci PB-nə aparıldığını və şəxsi axtarış zamanı həmin narkotik vasitənin onun üzərindən aşkar edilib götürüldüyünü göstərmişdir(iş vərəqə: 223-225). Sonuncu tədqiq olunan ifadəsinə aydınlıq gətirən Təqsirləndirilən şəxs göstərdi ki, sonuncu elan olunmuş ifadəni martın 17-də vermiş, bir gün əvvəl Əhəd müəllim Təcridxanaya gəlmiş, onunla danışıb onu qorxutmuş, prokurorluğun qəbul etmədiyini demiş və sərbəst ifadəsində göstərdiyi kimi həmin ifadəni almış və 4 mar tarixi ilə rnəsmləşdirmişdir. Lakin o, 04 martda 25 yanvarda verdiyi ifadəsini vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini bir daha təsdiq edib ifadəsində göstərdi ki, 20 dekabr 2022ci il tarixdə baxılan iş üzrpə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi İdarənin əməliyyat müvəkkili Şahid2 da daxil edilmişdir. 20 dekabr 2022-ci il tarixdə saat 10-11 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 11:00-da həmin küçədə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etmədən onarla Bölməyə gəlmişdir. Təqsirləndirilən şəxs ya onun, ya da digər əməkdaşın avtomaşını ilə bölməyə aparılmışdır. Zamiqin avtomaşınını o, görməmişdir. Bölmənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərindən 01 ədəd “İphone” markalı mobil telefonunu, plastik bank kartını, manat və ABŞ dolları ilə olan pul vəsaitini və əynindəki qış gödəkcəsinin cibindən 1 ədəd sellofan bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pul vəsaiti onun özünə qaytarılmış, bank kartı və 1 ədəd mobil telefon isə götürülmüşdür. Təqdim olunmuş 1 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş maddə 1(bir) ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki maddənin narkotik maddə olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, təxminən 7 gün bundan öncə Bakı şəhəri, Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 100 manata aldığını, narkotik maddələrin satışı ilə məşğul olmadığını, özünün 2 ilə yaxındır ki, narkotik maddə istifadəçisi olmasını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Bundan sonra keçirilmiş şəxsi axtarış bağlı protokol tərtib olunmuş və protokol düzgün tərtib edildiyindən tərəflərindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərdi ki, Baş İdarəyə daxil olan ilkin məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması qeyd edilsə də, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı satış faktını təsdiq edən heç bir məlumat əldə edilməmişdir. Əməliyyataxtarış tədbiri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təyziq olunmamışdır. 7-ci PB-də ona qarşı hər hansı zor tətbiq edilməmiş, işgəncə halları olmamışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş və onlara heç bir xəsarət yetirməmişdir. O, tutulan zaman üzündə hər hansı xəsarətlər olmamışdır. Yıxılmasvı ilə əlaqədar ifadəsində nə göstərməsindən o, xəbərsizdir və belə bir şey xatırlamır. Zamiq döyülməmiş, söyülməmiş, nə istintaqa, nə də prokurora bununla bağlı müraciət etməmişdir. 5-6 ay istintaq altında olmuş, lakin kimsəyə nəsə deməmişdir. O, öyrədildiyi üçün indi belə ifadə vermişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin digər baş əməliyyat müvəkkili Şahid2 Nəriman oğlu məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1 Bəhram oğlu ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs atası X9 ifadəsində göstərdi ki, 20 dekabr, saat 11 radələrində evdən ona zəng olunmuş, ona Zamiqin istifadəsində olan **-LY-*** qeydiyyat nişanlı, «Mercedes E-Class» markalı avtomaşınla övladını kollecdən gətirmək üçün evdən çıxmasını, lakin uşağı götürmədiyini bildirmişlər. Odur ki, uşağı götürməyə o özü getmişdir. Zamiqin telefonuna çoxsaylı zənglər etmiş, lakin onun nömrəsinə zəng çatmamışdır. Xalası oğlu Turandan da Zamiqin harda olduğunu soruşmuş, o da bilmədiyini demişdir. 4-5 saat sonra isə DİN-nin 102, prokurorluğun 161 xidmətlərinə, Ombusdmana zəng edərək Zamiqin tapılması ilə əlaqədar məlumatlar vermişlər. 102 xidməti onlara heç bir məlumat vermədiyindən o, Turala vəkil tutmaq lazım olduğunu demiş, elə həmin gün günorta saat 2-3 radələrində baxılan işdə də vəkil olan Şahid3la müqavilə bağlayaraq vəkil tutmuş və onunla bərabər «Narkobiznes»ə (burada: Baş Narkotiklərlə Mübarizə İdarəsi) getmişlər. Lakin Zamiqin orda olmadığını onlara söyləmişlər. Daha sonra Banditizmə (burada: Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi) getmiş, orada da olmadığını bildirmişlər. Bu vəziyyətlə gecə saat 2-3-ə qədər vəkillə birgə hərəkət etmişlər. Sonra onun 7-ci bölməyə aparıldığını eşidib ora getmiş, maraqlanmış, lakin orada da onlara tam aydın məlumat verən olmamışdır. Növbəti gün, səhər saat 11 radələrində yenidən «Narkobiznes»ə və «Banditizm»ə getdik, orada da olmadığı bildirilmişdir. Bir qədər sonra «Banditizm»ə vəkillərim Şahid3 dostu, vəkil Nizami Caniyevlə qarşılaşmış, Nail Nizamidən nə üçün orda olduğunu soruşanda, sonuncu bir dustağın yanından gəldiyini demişdir. Kim olduğunu soruşanda isə Nizami müəllim Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Məhz həmin vaxt onlar oğlunun «Banditizmdə» olduğunu öyrənmiş, lakin onlara heç bir məlumat verilməmişdir. Vəkilləri Nail müəllimə də onunla görüşməyə icazə verməmişlər. Vəkil Nizami Canıyevin deməsinə görə saat 16-17 radələrində oğlu məhkəməyə çıxarılacaqmış. Buna görə vəkilləri Nail müəllim də Nərimanov məhkəməsində iştirak etmişdir. Şahid Zahid Xanalıyev ifadəsinin davamında göstərdi ki, oğlunun evdən maşınla çıxan kimi öz maşını ilə birgə evin yanındakı mağazadan Baş Narkotiklərlə Mübarizə İdarəsinin 5-6 nəfər əməkdaşının götürüb 7-ci polis bölməsinə apardıqlarını sonradan öyrənmişdir. Oğlunun maşınını 4 gün sonra Baş Narkotiklərlə Mübarizə İdarəsidən vəkil Nizami müəllimin xahişi ilə geri ala bilmişdir. Onun oğlu narkoman olmamış, narkotik vasitələrin alveri ilə məşğul olmamışdır. Zamiq əvvəllər narkotik vasitələrin qanuni və ya qanunsuz dövriyyəsi ilə bağlı saxlanılmamış, bununla bağlı məhkumluğu olmamışdır. Lakin oğlunun «Narkobiznes» və ya «Banditizm» tərəfindən aparıldığını düşünmüşlər. Şahid Zahid Xanalıyev ifadəsinin davamında daha sonra göstərdi ki, oğlu Zamiq sifarişlə tutulmuşdur. Belə ki, 2021-2022-ci il mövsümündə Ağcabədi rayonunda satış məqsədilə arpa yığmışlar. 2021-ci ildə arpanı Zamiq ayrı yığmış, 2022-ci ildə isə Tural ayrı yığmışdır. Arpalar da oğurlanmış, sonra polislərin köməyi ilə Tural oğrulardan pulunu ala bilmişdir. 2 ay sonra həmin oğrulardan biri Zamiqə onun arpasını oğurlayanların kim olduğunu bildiyini demiş, ona necə hörmət edə biləcəyini demiş, Zamiq də ona 300 manat pul vermiş, o da Zamiqə oğruların adını demişdir. Hal-hazırda da Zamiqin işinə Ağcədəbi məhkəməsində baxılmaqdadır. Zamiqin arpasını oğurlayanlar onun anbarı olan yerdə soyuducunun mühafizəçiləridir. Onlar gecə qapını bağlayıb arpanı oğurlamış, oğurladıqlarını da özləri etiraf etmişlər. Ağcəbədi polisi həmin oğurluq hadisəsinə geyindirmiş, Zamiq tutulandan sonra müstəntiq onun böyük oğlunu çağırıb oğurluqla bağlı Zamiqin 102-də məlumatı olduğunu, həmin məlumatın bağlanmalı olduğunu demiş, Zamiqin əvəzindən böyük oğluna imza atdırmışdır. Böyük oğldunun deməsinə görə 16 min manat ziyan hesablanmış və o, o, həmin ziyanın guya ödənilməsinə imza atmışdır. Məhkəmədə isə oğlu Zamiqin etibarnaməsi olmadan digər qardaşın zərər çəkmişin yerinə imza etməsi qanunsuzluq kimi qiymətləndirilmişdir. Məhz bu hadisəyə görə Ağcəbədi polisinin Bakı polisinə verdiyi sifariş əsasında oğlunun tutulduğunu düşünməkdədir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qohumu – xalası oğlu X19 ifadəsində göstərdi ki, dekabrın 20-də səhər saat 11-12 radələrində Zamiqin həyat yoldaşı ona zəng edib, Zamiqin qızını məktəbdən götürməyə getdiyini bildirmiş, amma qızının onun gəlmədiyini bildirdiyni demişdir. Zamiqin həyat yoldaşının deməsinə görə onun telefonu da bağlı olmuşdur. O, narahat olmamağı demiş, yəqin ki, birazdan telefonunu açacağını bildirmişdir. Zamiqin istifadəsində **-LY-*** qeydiyyat nişanlı, «Mercedes E-Class» markalı avtomaşın olmuşdur. Lakin 1 saat keçmiş, Zamiqdən bir xəbər gəlməmişdir. İlk əvvəl nəsə olması, Zamiqin xəstəxanada ola biləcəyi ağlına gəlmiş, lakin sonra onun atası Zahid kişi ilə Şahid3 adlı vəkil tutmuş və onun istiqamətləndirməsti əsasında Zamiqi axtarmağa başlamışlar. Yaxın polis şöbələrinə getmiş, o, yaxın xəstəxanalara getmiş, 2 gün onu axtarmış, «Banditizm»ə, «Narkobiznes»ə getmiş, lakin heç bir yerdə tapa bilməmişlər. O, Zamiqin narkotik istifadəçisi olduğunu bilsə də, onun buna görə Narkobiznes»ə aparılacağını düşünməmişdir. Dəfələrlə DİN-nin 102 xidmətinə zəng etmiş, onlara məlumat verəcəklərini desələr də, heç bir cavab verməmişlər. Sosial şəbəkədə olan polis səhifələrinə yazmış, ordan da xəbər çıxmamışdır. 2 gün sonra onu təsadüfən tapmışlar. Belə ki, onlar Zamiqi «Banditizm»də axtararkən orda vəkil Nail müəllimin tanışı olan bir vəkil olmuş, Nail müəllim həmin şəxsdən Zamiq adlı şəxsi axtardıqlarını, lakin tapa bilmədiklərini dedikdə, Nailin tanışı vəkil Zamiqin yanından gəldiyini bildirmiş, saat 4-də məhkəməsinin olacağını demişdir. Zamiqin barəsində həbs seçildikdən sonra onun Kürdəxanı Təcridxanasında (burada: Bakı İstintaq Təcridxanası) olduğunu öyrənmişlər. X1 bildikdən sonra isə onun maşınını axtarmağa başlamış, dəfələrlə DİN-nin 102 xidmətinə zəng etmiş, nəhayət maşının Badamdarda BNMİ-də olduğunu tanış DYP işçilərindən öyrənmişlər. Ora müraciət etdikdə isə maşının götürülməsi üçün Zamiqin özünün gəlməli olduğunu demişlər. Onlar maşından 5 gün sonra xəbər tuta bilmiş, lakin bundan sonra 10 gün də maşın həmin yerdə qalmış, maşınla bağlı araşdırma gedəcəyini demişlər. Maşınla əlaqədar onlara qaynar xəttdən zəng olunmuş, yekunda birtəhər maşını geri ala bilmişlər. Yaranmış zərurətlə əlaqədar, cinayət işinə məhkəmə istintaqı mərhələsində dindirilən baxılan cinayət işini istintaq etmiş müstəntiq Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs barəsində cinayət işini o, başlamış və sona qədər aparıb yekunlaşdırmışdır. Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə onun tərəfindən dindirilərkən özünü təqsirli bilmiş, həmin vaxt müdafiəçilərdən Şahid3, Şahid4 dindirmədə iştirak etmişlər. Hətta vəkil Nizami Canıyevin də orda olması təqribi onun yadında qalmışdır. 9 mart 2023-cü ildə həmin iş üzrə istintaq başa çatmışdır. Lakin mart ayının 16-da o, istintaq hərəkətlərinin keçirilməsi ilə əlaqədar təqsirləndirilən şəxslə İstintaq Təcridxanasında görüşmüşdür ki, qanunvericilikdə bununla bağlı heç bir məhdudiyyət yoxdur. Müstəntiq Şahid5 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə verdiyi ilkin ifadəsində özünü təqsirli bilməmiş, lakin həmin gün eyni tarixdə fikrini dəyişərək ifadəsini dəyişmiş və özünü təqsirli bilmişdir. O, Zamiqi öz istəyi ilə təkrar dindirmişdir. Təqsirləndirilən şəxs fikrini dəyişdiyi üçün 1 gündə 2 protokol tərtib olunmuş, yekunda fikrini dəyişdiyi üçün əvvəlki istintaq hərəkəti protokolunu işin içindən götürmək istəmişdir. Lakin texniki səhv olmuş, tanış olma mərhələsində vəkillər sənədin surətini işin içərisindən götürmüşlər. 9 mart 2023-cü il tarixdə müdafiəçilər iş materialları ilə tanış olduqdan və istintaq yekunlaşandan sonra iş üzrə hər hansı bir istintaq hərəkəti aparılmamışdır. 2023-cü ilin 16-17 mart tarixlərində X3 görüşsə də, orada heç bir istintaq hərəkəti keçirməmişdir. O, mart ayının 16-sı məhkəməyə sorğu aparmış, 17-də də başqa işlə bağlı sorğuya cavab almaq üçün getmiş və həmin tarixlərdə Zamiqlə görüşmüşdür. Mart ayının 17-si o, vəkillə təcridxanaya getməmiş, vəkil özü orda olmuşdur. Mart ayının 16-sı o, Zamiqlə işlə bağlı söhbət etməmiş, işlə bağlı, işin nəticəsini öyrənməyə görə təcridxanaya getmişdir. Zamiq Xanalı1yevin ifadələrində onun “Sən bəraət alıb çıxsan da, sənə problem olacaqdır. Sən bunu üstünə götürməlisən. Mal mənimdir, öz istifadəm üçün götürmüşəm” kimi göstərməsi həqiqətə uyğun deyildir. Müstəntiq Şahid5 ifadəsinin davamında göstərdi ki, Zamiq Xanəliyev ilk dəfə ifadə verərkən polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə ona heç bir məlumat verməmiş, lakin o, işi istintaq edən müstəntiq kimi vizual olaraq Zamiq Xanəliyevdə xəsarəti görüb məhkəmə-tibb ekspertizası təyin etmiş və ekspertiza zamanı sonuncuda bədən xəsarətlərin olmasını müəyyən edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəmə qərarına əsasən vəkil olaraq işdən kənarlaşdırılmış və dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, baxılan həmin işə Zamiq Xanəliyevin saxlandığı ilk gündən qoşulmuşam. Atasında, xalası oğlunda Zamiq Xanəliyevin saxlanılması barədə məlumat olmuş, iki gün onu axtarsalar da, tapa bilməmişlər. 102, 961, 916 ,1111 xidmətlərinə, DİN-nin instaqram səhifəsinə müraciətlər etmiş, lakin tapa bilməmişlər. X14 İdarəsinə, Baş Mütəşəkkil Mübarizə İdarəsinə getmiş, lakin tapa bilməmişlər. Sonra təkrarən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yaxılaşdıqda təsadüfən orda tanış vəkillə görüşmüş, sonuncu ona içəridə olan birinin vəkili olduğunu bildirmiş, sanksiya üçün məhkəməyə gedəcəklərini bildirmişdir. Amma idarədən dedilər elə bir şəxs orda yoxdu. Sonra o, Nərimanov Məhkəməsinin yanında gedib dayanmış və orada qətimkan tədbirinə gətirəndə Zamiqi görüb orderini məhkəməyə təqdim etmişdir. Əlavə şahid qismində dindirilən vəkil Şahid3 ifadəsinin davamında göstərdi ki, 04 mart 2023-cü il tarixdə o, Zamiqin ifadəsinin alımasında iştirak etmiş, Zamiq həmin ifadəsində özünü təqsirli bilməmiş, ilk dəfə işgəncə nəticəsində etirafedici ifadələr verdiyini bildirmişdir. 2023-cü ilin martın 9-da istintaqın yekunlaşması ilə əlaqədar cinayət işinin materialları ilə tanış olmaları üçün dəvət olunmuş, və həmin gün sənədlərin surətlərini çıxarıb götürmüşlər. 16 mart tarixində müstəntiqin İstintaq Təcridxanasına getməsi ona sonra məlum olmuşdur. Müstəntiq Əhəd müəllim ona zəng etmiş, o, 17 mart 2023-cü il tarixdə təcridxanaya getmişdir. O, Təcridxanaya müstəntiqlə eyni anda deyil, ayrı-ayrı vaxtlarda getmiş, o, təcridxanaya çatdıqda, müstəntiq artıq Zamiqi yanına çağırtdırmışdır. Görüşərkən Zamiqə 4 mart tarixdə nə ifadə vermişsə, onu da deməyi tapşırmış, lakin Zamiq ona «sənin bildədiyim şeylər var, ailəmiz təhdid qarşısındadır» kimi sözlər demişdir. Martın 17-si təqsirləndirilən şəxsin ifadəsi saxta olaraq martın 4-ü tarixdə alınmış ifadə kimi yazılmışdır. Zamiq özü həmin ifadəyə imza etməsi üçün ona yalvarmış, atası tərəfindən deyilən bəzi sözlər olmuşdur ki, o da məcburiyyət qarşısında imza etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı məhkəmə qərarına əsasən vəkil olaraq işdən kənarlaşdırılmış və dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, cinayət işi başlandıqdan sonra o, vəkil kimi işə qoşulmuş, istintaq yekunlaşan ərəfədə müstəntiqlə İstintaq Təcdixanasına getmiş, Zamiq təqsiri olmaması barədə ifadə vermişdir. O, işə xitam verilməsi barədə vəsatət vermiş, lakin vəsatətləri rədd olunmuşdur. 2023-cü ilin martın 9-u iş yekunlaşmış, müsatəntiq onu idarəyə dəvət etmiş, o, işlə və verdiyi vəsatətlərin cavabları ilə tanış olmuş, cinayət işinin materiallarının nüxsəsini almış və 9 mart tarixdə istintaq başa çatmışdır. Mart ayının 15-i müstəntiq mənə zəng edib, baş prokururluğun ittiham aktını subuta yetmədiyi üçün təsdiq etmədiyini bildirmiş, ona təcridxanaya gedib orada Zamiqin ifadəsini dəyişməyi təklif etmiş, lakin o, razılaşmamışdır. Həmin gün axşam Zamiqin atası ona zəng etmiş, oğluna təzyiq olduğunu, vəziyyətinin pis olduğunu demişdir. O, Zahid kişiyə “mən getmirəm, Nail getsin” cavabını vermişdir. Müstəntiqin martın 16-da Təcridxanaya getdiyini, Zamiqi orada hazırladığını o, bilməmişdir. Martın 17-si Zamiq, İstintaq Təcridxanasında vəkil Şahid3 ailəsinin hədələndiyini demiş, ifadəsini imzalamağı xahiş etmişdir. Martın 17-də o, təcridxanaya getməmişdir. Martın 17-si müstəntiq ona zəng etmiş, ona «başımız ağıramasın qol çək» demiş, lakin o, etiraz etmişdir. Amma Zamiqin atası ona zəng edərək imza etməyə onu təhrik etmişdir. Müstəntiq Zamiqin ifadəsini mart ayının 4-ü ilə aldığını dedikdə, onda əlində mart ayının 4-ü ilə alınmış ifadənin surətinin olduğunu demişdir. Müstəntiqlə şərt kəsmiş, imza elədiyi sənədin surətini alacağını demiş və yalnız bundan sonra Zamiqin 4 mart tarixə alınmış ifadəsinə imza etmiş və surətini götürmüşdür. Müstəntiqdən sənədlərin surətini özünün vəkil ofisində götürmüşdür. Real olaraq 04 mart tarixdə alınmış Zamiqin ilk ifadəsində onun imzası olduğundan ikinci ifadədə də onun imzası məcburi xarakter daşımışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, «şəxsi axtarış və götürmə aparılması haqqında» 20 dekabr 2022-ci il tarixli prokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 11:00-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan şalvarın sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən 01 ədəd plastik bank kartını, 567 manat və 300 ABŞ dolları məbləğində pul vəsaitini, əynindəki qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd bükümün içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqdim edilmiş 567 manat və 300 ABŞ dolları məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs özünə qaytarılmış, 01 ədəd büküm, 01 ədəd mobil telefon və 01 ədəd plastik bank kartı götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 20 dekabr 2022-ci il tarixdə, saat 12:30-da başlamış və həmin tarixdə saat 12:39-da başa çatmışdır (iş vərəqə: 30-32). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, məhkəməkimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 6/7103 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 7” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” və s. yazılar, imzalar olan kağız paketdəki bir ədəd bükümdə olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, təmiz çəkisi 13,915 qram təşkil edir. Tədqiq olunan rəyin qeyd hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan təmiz çəkisi 13,915 qram olan heroin narkotik vasitəsinin 0,1 qram hissəsi tədqiqata sərf edilmiş, 13,815 qram qalıq qalmışdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 40-44). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 7741 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən və opioidlərin istifadə etmə hallarının olduğu müəyyən edilmişdir. Lakin hal-hazırda, yəni müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 188-189). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarfından sonra qalıq qalmış 13,815 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, maddi sübut olan 13,815 qram narkotik vasitə heroin saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 33, 105-107, 202). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə olunma mənbəyinin müəyyən edilməsi məqsədi ilə istintaq orqanı tərəfindən əməliyyat orqanına verilmiş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Baş İdarəyə daxil olmuş ilkin məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilsə də, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı satış faktını təsdiq edən heç bir məlumat aşkar edilməmişdir. Tədqiq olunan əməliyyat tapşırığına cavabdan daha sonra görünür ki, Təqsirləndirilən şəxs başqa cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir (iş vərəqə: 129). Cinayət işinin məhkəməyədək icraatı mərhələsində əldə edilmiş Təqsirləndirilən şəxs məxsus “İphone 12 mini” markalı mobil telefonla onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlara dair CD diskə baxış keçirilən zaman narkotik vasitə və ya psixotrop maddələrin alqı-satqısı və istifadəsini təsdiq edən hər-hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir (iş vərəqə: 157, 161). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* saylı cinayət işindən onun küllü miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə ayrıca icraatda material ayrılmışdır (iş vərəqə: 206-207). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 13,915 qram heroin narkotik vasitəsini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması yolu ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə ilkin, bünövrə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyataxtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə səlb olunmasına nail olunması məqsədilə onun hüquqları kobud surətdə pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin sübutlar toplanılarkən qanun pozuntusu ilə müşaiyət olunan, qeyri-hüquqi metodlardan istifadə olunmuş, Təqsirləndirilən şəxs döyülmüş, işgəncəyə və qeyri-insani rəftara məruz qoyulmaqla xəsarətləndirilmiş, törətmədiyi cinayt əməlini boynuna götürməyə, etirafedici izahat və ifadələr verməyə məcbur edilmiş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs nanaməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – 13,915 qram çəkidə heroin narkotik vasitəsini əldə edib üzərində saxlamaqla daşımış, 20 dekabr 2022-ci il tarixdə, saat 11:00-da BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhərinin Binəqədi rayonu ərazisində saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə aparılmış və təmiz çəkisi 13,915 qram təşkil edən 01 ədəd bükümdəki külli miqdarda heroin narkotik vasitəsi sonuncunun üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülən ittihamın təsdiqi üçün ittiham tərəfinin sübutları siyahısına ilk növbədə onun saxlanılmasına əsas vermiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunan Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olmasına dair 20 dekabr 2022-ci il tarixli raportu, eyni şəxs, yəni əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və BNMİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərarı, BNMİ-nin rəisi tərəfindən imzalanmış “Əməliyyat qrupunun yaradılması haqqında” eyni tarixli, Ə432-008-22 saylı əmri, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat ünvan 2 ünvanın yaxınlığına saxlanılıb Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilməsi barədə əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş eyni tarixli raportu daxil etmişdir. Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunan 20 dekabr 2022-ci il tarixli raportun məzmunundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhərinin Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə olmuş və bu raportu tərtib etmiş baş əməliyyat müvəkkili təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verməklə onun saxlanılmasına əsas vermiş, baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və BNMİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərarın 1 və 5-ci bəndləri əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılmasından, 6-cı bəndi tədbirin keçirilməsi barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora 48 saat ərzində məlumat verilməsindən bəhs olunursa, həmin qərarın 2, 3 və 4-cü bəndləri Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsini, o cümlədən onun hakimin qərarı olmadan təxirə salınmaz tədbirlər görməklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla əməliyyat-axtarış tədbiri keçirilməklə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən olunmasını, şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılmasını, tutulduqdan sonra zərurət olduqda üstünün yoxlanılmasını, polis orqanına gətirilməsini, üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilməsini, ən nəhayət, zərurət olduqda "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinin keçirilməsini özündə ehtiva etmişdir. BNMİ-nin rəisi tərəfindən imzalanmış “Əməliyyat qrupunun yaradılması haqqında” eyni tarixli, Ə432-008-22 saylı əmrə əsasən BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 yaradılmış əməliyyat qrupuna rəhbər, BNMİ-nin digər baş əməliyyat müvəkkili Şahid2 Nəriman oğlu isə həmin qrupa üzv təyin edilmişdir. Ən nəhayət, məhkəmə baxışı zamanı tədqiq olunan başqa bir - baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş 20 dekabr 2022-ci il tarixli raportun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs raport tərtib olunan gün, saat 11:00-da ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış və Binəqədi RPİnin 7-ci PB-nə gətirilmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 20 dekabr 2022-ci il tarixli məktublardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərarın surəti qəbul edildikdən dərhal sonra aidiyyatı üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokurorluğuna və qanuniliyinin yoxlanılması üçün məhkəmə nəzarətini həyata keçirən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 23 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və BNMİ-nin rəisi İslam Hümbətov tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və qəbul edilmiş həmin qərar məhkəmə qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin konkret siyahısını özündə ehtiva edən Azərbaycan Respublikası CPM-nin 445.1-ci maddəsinin, həmin Məcəllənin 445.2-ci maddəsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsinin tələblərinə cavab vermədiyindən “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli həmin qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. Belə ki, Binəqədi rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarından göründüyü kimi, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Binəqədi RPİ-nin 7-ci PB-nə aparılmış, onun ətrafında Azərbaycan Respublikası CPM-nin 445.1-ci maddəsində nəzərdə tutulan heç bir əməliyyat-axtarış tədbiri həyata keçirilməmiş, o, saxlanıldıqdan sonra ətrafında Cinayət-Prosessual qanunvericiliyinə uyğun istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsin saxlanılaraq polis orqanına gətirilməsi isə "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsində sadalanan və əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən tətbiq edilən əməliyyataxtarış tədbirlərinə aid edilməmişdir (iş vərəqə: 148-149). Azərbaycan Respublikası CPM-nin 445.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması, binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi, texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi və insanların güdülməsi kimi əməliyyat axtarış tədbirləri həyata keçirilir. Həmin Məcəllənin 445.2-ci maddəsinin tələblərinə görə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada aşağıdakı əməliyyat-axtarış tədbirləri, o cümlədən vətəndaşların sorğusu, soraqlaşma, telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişlərin yoxlanılması, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması, məhkumların məktublarının yoxlanılması, nəqliyyat vasitələrinə baxış keçirilməsi, binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə, binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsi, insanların güdülməsi, şəxsiyyətin eyniləşdirilməsi, nəzarət qaydasında mal alınması, əşya və sənədlərin tədqiqi, müqayisəli tədqiq üçü nümunələrin toplanılması, nəzarətli göndəriş, cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi, hüquqi şəxsin yaradılması və əməliyyat eksperimenti, yəni cinayətkar fəaliyyəti təqlid edən davranış modelinin tətbiqi kimi əməliyyat tədbirləri tətbiq edə bilərlər. Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhəlsində istintaq orqanı tərəfindən əməliyyat orqanına verilmiş əməliyyat tapşırığının cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri satışı ilə məşğul olması faktını təsdiq edən heç bir məlumat əldə edilməmişdir. Tədqiq olunan əməliyyat tapşırığına cavabdan, həmçinin görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs başqa cinayətlərdə iştirakı, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələri, narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsi və əldə etdiyi narkotik vasitənin mənbəyi müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, həmin qərarın 3cü bəndində sair tədbirlərlə yanaşı, Təqsirləndirilən şəxs saxlanılmasından sonra onun nəqliyyat vasitələrinə və yaşayış yerinə baxış keçirilməsi məsələsi də nəzərdə tutulmuşdur. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 11:00-da piyada hərəkət edən zaman saxlanılıb Binəqədi RPİ-nin 7-ci PB-nə aparılması ilə əlaqədar tərtib olunun raportun məzmunundan, həmçinin görünür ki, həmin raportda BNMİ-nin rəhbərliyinə Təqsirləndirilən şəxs saxlanılması barədə verilən məlumatla yanaşı, həm də vət.Təqsirləndirilən şəxs üzərində, paltar və əşyalarında, bədənində və avtomobilində olması ehtimal olunan qanunsuz əşyaların aşkar olunaraq götürülməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur. Lakin məhkəmə araşdırması ilə müəyyən edildi ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə və ya onun yaşayış evinə ümumiyyətlə nə baxış keçirilmiş və nə də axtarış aparılmışdır. Hansı ki, Təqsirləndirilən şəxs məxsus “Mercedes E-klas” markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomaşının da Binəqədi RPİ-nin 7-ci PB-nə aparıldığı iddia olunur və şahid Zahid Xanalıyev ifadəsində də bu faktı təsdiq edərək oğluna məxsus avtomaşını oğlunun saxlanılmasından 4 gün sonra Baş Narkotiklərlə Mübarizə İdarəsidən vəkil Nizami Canıyevin xahişi ilə geri ala bildiklərini göstərmişdir. Qeyd olunanlara əsasən, məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhərinin Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması özü şübhəlidir və Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərar isə Təqsirləndirilən şəxs qanunsuz saxlanılmasına qanuni don geyindirmək məqsədi ilə formal olaraq qəbul edilmiş və yalnız sonuncunun saxlanılmasına xidmət etmişdir. Məhkəmə, həmçinin hökmdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılması barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarı yalnız bir ay iki gün sonra – 25 yanvar 2023-cü il tarixdə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülən ittihamı qəbul etməmiş, ifadələrində özünü təqsirli bilməyərək narkotik vasitələrdən istifadə etmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmiş, 20 dekabr 2022-ci il tarixdə, səhər kollecdə təhsil alan uşağını götürmək üçün özünə məxsus «Mercedes E-Class» markalı avtomaşınla evdən çıxdığını, saat 11 radələrində Mir Cəlal küçəsində yerləşən marketdən su alıb oradan çıxarkən 7-8 nəfər olmaları yadında qalmış, sonradan Narkotiklərlə Mübarizə Baş İdarəsinin polis əməkdaşları olmalarını öyrəndiyi şəxslər tərəfindən arxadan qollarından və boynundan tutulduğunu, qanunsuz olaraq onu özünün idarəçiliyində olan «Mercedes E-Class» markalı avtomaşına mindirib, Binəqədi RPİ-nin 7-ci PB-nə apardıqlarını, qanunsuz olaraq üzərinə narkotik vasitə qoymaq istədiklərini, etiraz edib məlumatı olmadan cibinə qoyulan bir ədəd qara paketi çıxarıb üstlərinə atdığını, bundan sonra əlləri bağlı vəziyyətdə ona verilən narkotik vasitəni boynuna götürməsi üçün Elşad və Rövşən adlı polis əməkdaşları tərəfindən döyülməyə başlanıldığını, boynuna götürmək istəmədikdə 1 saata qədər döyüldüyünü, üz-gözünün, qulağının, qol və əllərinin şişdiyini, ünvanına müxtəlif söyüşlər söyüldüyünü, boynuna götürməyəcəyi təqdirdə 1 kiloqram narkotikin onun evindən çıxarılacağı ilə hədələndiyini, onun tutulması üçün yuxarıdan tapşırıq almalarını bildirmələrini, ona qarşı tətbiq olunan fiziki zor, işgəncə və hədələr nəticəsində həmin kiçik bağlamada olan narkotik vasitəni boynuna götürmək məcburiyyətində qaldığını, sonra balaca bağlama hazırlayıb gətirib onun cibinə qoymalarını, videoçəkiliş müşaiyəti ilə ona verilmiş kiçik bükümdəki narkotik vasitəni çxarıb təqdim etdiyini və polisin əvvəlcədən ona edilmiş diqtəsinə əsasən təqdim etdiyi narkotik vasitəni tanımadığı şəxsdən 100 manata alııb əldə etdiyini bildirdiyini, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən etirafedici ifadələr verməyə məcbur edildiyini göstərmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 11:00-da saxlanıldığı yerdə baxışa və ya şəxsi axtarışa məruz qalmamış, o, birbaşa Binəqədi RPİ-nin 7-ci PB-nə aparılmış, saxlanıldıqdan bir saat sonra (?) – saat 12:00-da 7-ci PB-nin inzibati binasında BNMİ-nin təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edilib saxlanılması və s.) şübhəli şəxs qismində tutulmuş və yalnız saxlanıldıqdan bir saat 45 dəqiqə sonra – saat 12:45-də şəxsi axtarışa məruz qalmış və nəticədə çəkilməklə miqdarının 14 (on dörd) qram olması müəyyən olunan heroin narkotik vasitəsinə şübhəli maddə bir ədəd bükümdə aşkar olunaraq Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs Binəqədi rayonu, Mir Cəlal küçəsi 289 ünvanın yaxınlığında saxlanılıb Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilməsi ilə bağlı tərtib edilmiş 20 dekabr 2022-ci il tarixli protokolun məzmunundan həm də görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində dərhal axtarış aparılmadan 7-ci PB-nə aparılmasına səbəb hava və əməliyyat şəraitinin, nəqliyyat vasitələrinin, insanların vaxtaşırı hərəkətinin, o cümlədən təhlükəsizlik tədbirlərinin nəzərə alınması olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı tam təsdiq olundu ki, Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, ətrafında ona yaxın və ya qohumluq münasibətində olan şəxslərin və ya onun saxlanılmasına və üzərində şəxsi axtarış aparılmasına mane ola biləcək qeyrilərinin olduğu müəyyən edilməmiş, nəqliyyat vasitələrinin və insanların intensiv hərəkətinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasına və üzərində şəxsi axtarış aparılmasına hansı maneənin və ya təhlükənin yarada biləcəyi müəyyənləşdirilməmiş, “təhlükəsizlik tədbirləri» dedikdə raport müəllifinin nəyi nəzərdə tutması izah olunmamışdır. Qeyd olunan bu hallara Təqsirləndirilən şəxs saxlanılmasında bir başa məsul olan əməliyyat müvəkkiləri məhkəmə baxışı zamanı da aydınlıq gətirə bilməmişlər. Təqsirləndirilən şəxs saxlanılmasından sonra onun döyülməsi, işgəncələrə məruz qalması barədə təqsirləndirilən şəxsin iddialarına gəldikdə isə məhkəmə qeyd edir ki, hələ cinayət işinin ibtidai istintaqı mərhələsində qeyd olunan fakt və araşdırma nəticəsində toplanmış materiallarda cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinin tələblərinə görə Baş Prokurorluğun 01 mart 2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqə: 182- 187). Lakin qeyd olunan fakt üzrə məhkəmə araşdırması zamanı tədqiq tolunan sənədlərlə ilk növbədə müəyyən edilmişdir ki, müdafiə tərəfinin soğusu əsanda əldə olunmaqla iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 13 yanvar 2023-cü il tarixli, 17/38 342 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2022-ci il tarixdə Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilmişdir. İlkin tibbi müayinə zamanı onun bədən səthində sağ budun yuxarı 1/3-nin ön səthində, sağ saidin orta 1/3-nin bayır səthində, sol saidin orta 1/3-nin arxa səthində yumşaq toxumaların əziyi, sol göz ətrafı nahiyyədə və boyunun sol nahiyyəsində 3-4 sm ölçüdə sarımtıl qançır, boyunun sol nahiyyəsində 2-3 sm ölçüdə üzəri qərtməkli yara kimi bədən xəsarətləri müşahidə edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 21 dekabr 2021-ci il tarixdə başlanıb 18 yanvar 2023-cü il tarixdə başa çatmış 593/MEŞ saylı rəyi ilə Təqsirləndirilən şəxs bədən səthində sol göz qapaqları, sol gözaltı və boyun nahiyələrinin qançırları, boyun nahiyəsinin sıyrığı kimi, sağlamlığa zərər vurmayan, dərəcələri təyin olunmayan bədən xəsarətlərinin aşkar olunması təsdiq olunur. Tədqiq olunan həmin rəydən görünür ki, aşkar olunan xəsarətlər bərk küt əşyanın təsirindən müayinədən 1-3 gün əvvəl əmələ gəlmişdirlər və qərarın təsviri hissəsində göstərilən 20 dekabr 2022-ci il tarixdə, yəni Təqsirləndirilən şəxs saxlanılan gün əmələ gələ bilərdilər. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlərin xarakteri və lokalizasiyası nəzərə alınmaqla demək olarki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərər çəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Tədqiq olunan həmin rəyin təsviri hissəsindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs ekspertlərə 20 dekabr 2022-ci il tarixdə, saat 11-12 radələrində Binəqədi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunarkən (Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır) yıxılaraq xəsarət aldığını, tibbi yardım üçün müraciət etmədiyini və hal-hazırda şikayəti olmadığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi müvafiq olaraq 20 və 21 dekabr 2022-ci il tarixli ifadələrindən görünür ki, o, müstəntiqin suallarına cavab olaraq saxlanılarkən, eləcə də Polis Bölməsində olarkən ona qarşı heç bir zor tətbiq edilmədiyini göstərmiş, dodağındakı izlərin isə saxlanılmadan öncə yıxılması nəticəsində yarandığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi 20 və 21 dekabr 2022-ci il tarixli ifadələrində göstərilənləri bütövlükdə inkar etmiş, həmin ifadələrinin təzyiqlər altında yazıldığını, həmin ifadələrinin məzmunundan xəbərinin olmadığını, fiziki təzyiqlər altında ona verilən narkotik vasitəni boynuna götürdüyü üçün etirafedici ifadəsinin müstəntiq tərəfindən yazıldığını və həmin ifadələrini oxumadan, məzmunundan xəbərdar olmadan imzaladığını göstərmiş, fiziki təzyiq və işgəncələr nəticəsində aldığı xəsarətlər, xəsarətlərin kim tərəfindən və hansı üsullarla yetirilməsi barədə müstəntiqə, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün aparıldığı Nərimanov rayon Məhkəməsinin, daha sonra Bakı Apellyasiya Məhkəməsinin hakimlərinə, saxlanılması üçün yerləşdirildiyi Bakı İstintaq Təcridxanasında onu müəyinə edən tibb işçilərinə və məhkəmə-tibb ekspertizası keçirilərkən onu müayinə edən ekspertlərə ətraflı danışdığını, nə müstəntiqə və nə də ekspertlərə saxlanılmazdan əvvəl yıxılması və xəsarət alması barədə heç nə demədiyini, ekspertə polis tərəfindən döyüldüyünü dedikdə, sonuncunun ona “döyülməzsən, yıxılmış olarsan” kimi bir cavab verdiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə 21 dekabr 2022-ci il tarixli, 4(005)-1371/2022 saylı qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs özünü törədilmiş cinayət əməlində təqsirli bilməmiş, hakimin suallarına cavab olaraq ona qarşı şiddət və təzyiq olduğunu bildirmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə 21 dekabr 2022-ci il tarixli, 4(005)-1371/2022 saylı qərarından verilmiş apellyasiya şikayətinə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 4(103)-897/2022 saylı qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlilləri qismində toplanmış ilkin sənədlərin ona işgəncələr verilməklə imza etdirildiyini, aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını qeyd etmiş, baxılan iş üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində saxlanılıb polis bölməsinə gətirilərkən, polis bölməsində olarkən polis tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlər, o cümlədən fiziki zora və işgəncəyə məruz qalması, ona məxsus olmayan narkotik vasitənin qanunsuz təsirlər nəticəsində boynuna qoyulması, ilkin sənədlərə qanunsuz təsirlər nəticəsində imzalar etdirilməsi barədə göstərdiklərini apellyasiya baxışı zamanı bir daha təsdiq etmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkilləri Şahid2 Nəriman oğlu və Şahid1 Bəhram oğlu məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələrini bir daha təsdiq edib, Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq etmədiklərini, onu işgəncəyə və qeyri-insani rəftara məruz qoymadıqlarını göstərməklə yanaşı, sonuncunun saxlanılarkən polisə qarşı müqavimət göstərmədiyini, onun üzərində hər hansı xəsarət və xəsarət izlərini görmədiklərini bildirmişlər. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edilmişdir ki, cinayət işinin məhkəməyədək icraatının ilkin mərhələlərində - Təqsirləndirilən şəxs saxlanıldığı andan onun müdafiə hüquqları ciddi şəkildə pozulmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edldi ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 11:00-da saxlanılıb Binəqədi RPİ-nin 7-ci PB-nə aparılmasından sonra iki saata yaxın bir müddətdə - saat 12:45-ədək üzərinə baxış keçirilmədən və ya şəxsi axtarışa məruz qalmadan Binəqədi RPİ-nin 7-ci PB-də saxlanılmışdır. Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs bu müddətdə hansı şəraitdə saxlanılmasına aydınlıq gətirilmədiyindən, qeyd olunan hal Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə heroin narkotik vasitəsinin aşkar olunub götürülməsinə əsaslı şübhələr yaradır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli şəxs qismində tutularkən həmin əməlin törədilməsində şübhələnməyə əsas verən məlumatlar müəyyən olunmadan, sonuncu əsasız və qanunsuz olaraq tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 148.1-ci maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Həmin Məcəllənin 148.2-ci maddəsinin tələblərinə görə şəxsin cinayət törətməsinə bilavasitə şübhə yarandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını aşağıdakı hallarda tətbiq edə bilər: 148.2.1. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda; 148.2.2. zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərdikdə; 148.2.3. şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunduqda. Əməliyyat axtarış fəliyyəti ilə bağlı tərtib olunmuş və işdə olan sənədlərin qanuniliyinə inanılsa belə, ilk mənbə olaraq BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 Nəriman oğlu tərəfindən tərtib olunan 20 dekabr 2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhərinin Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə göstərilmiş və həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə istənilmişdir. Göründüyü kimi, daxil olmuş məlumat hələ yoxlanılmamış bir məlumat olmuş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasınadək onun üzərində narkotik vasitə və psixotrop maddələr olub-olmaması, olduğu təqdirdə bunun külli miqdar təşkil edibetməməsi, hətta Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması müəyyənləşdirilməmiş, o, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalanmamış, onun bu cinayəti törətməsini təsdiq edən kimsə müəyyənləşdirilməmiş, Təqsirləndirilən şəxs bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər tapılmamışdır. Lakin işdə olan konkret sənədlərlə təsdiq olunur ki, Təqsirləndirilən şəxs yoxlanılmamış məlumat əsasında, hələ üzərinə baxış keçirilməsinə və üzərindən külli miqdarda narkotik vasitə aşkar edilib götürülməsinədək əsassız və qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edilib saxlanılmasına və daşınmasına görə tutulmuş və onun azadlıq hüquqları məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrində ona təyinat əsasında müdafiəçi verildiyini, müdafiəçi gələnədək artıq ona işgəncə və hədə-qorxu yolu ilə törətmədiyi cinayətin etiraf etdirnildiyini, müdafiəçinin onun üzərində işgəncə əlamətlərini gördüyünü, müdafiəçinin video çəkiliş altında aparılan şəxsi axtarış və götürmə prosesində və birinci dindirmədə iştirak etdiyini, vəkilin ikiqci dindirmə proseslərində də iştirak etmədiyini, sonuncunu təkrarən barəsində həbs qətimkan tədbiri seçilməsi üçün aparılarkən məhkəmədə gördüyünü, lakin vəkillə bağlı bütün sənədlərə imza etdirildiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 90.7.2-ci maddəsinə əsasən tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, 90.7.5-ci maddəsinə əsasən tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, 90.7.7-ci maddəsinə əsasən müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, 90.7.8-ci maddəsinə əsasən söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, 90.7.9-ci maddəsinə əsasən müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək şübhəli şəxsin həyata keçirdiyi hüquqlardandır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutularkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, tutulmadan dərhal sonra şəxsin tutulması barədə ***-***-**-** GSM nömrə ilə əlaqə saxlanılaraq sonuncunun atası X8 xəbər vermək hüququ təmin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 90.7.6-cı maddəsinin tələblərinə görə tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək şübhəli şəxsin hüquqlarından biridir. Lakin məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında 20 dekabr 2022-ci il tarixli protokolda onun tutulmasından dərhal sonra tutulması barədə atasına xəbər vermək hüququnun təmin edilməsi barədə qeydlər heç də obyektiv həqiqəti əks etdirməmiş, Təqsirləndirilən şəxs saxlanılması, onun şübhəli şəxs qismində tutulması və harada saxlanılması barədə məlumatlar 21 dekabr 2022-ci il tarixdə, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Nərnimanov rayon Məhkəməsinə aparılması mərhələsinədək onun ailə üzvlərindən gizli saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində iki dün ərzində onun ailəsinə məlumat verilmədiyini, onu saxlayan əməliyyatçılara uşağını kollecdən götürmək lazım olduğunu, bunun üçün ailə üzvlərinə məlumat vermək istədiyini desə də belə, buna şərait yaradılmadığını, imkan verilmədiyini göstərmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs atası X9 20 dekabr, saat 11 radələrində oğlu Zamiqin istifadəsində olan **-LY-*** qeydiyyat nişanlı, «Mercedes E-Class» markalı avtomaşınla evdən çıxmasını, lakin uşağını məktəbdən götürmədiyini öyrəndikdən sonra sonuncunun xalası oğlu Turanla birlikdhə Zamiqin telefonuna çoxsaylı zənglər etdiklərini, lakin onun nömrəsinə zəng çatmadığını, təqribən 4-5 saat sonra isə DİN-nin 102, prokurorluğun 161 xidmətlərinə, Ombusdman aparatına zənglər edərək oğlunun tapılması ilə əlaqədar məlumatlar verdiklərini, 102 xidməti ilə mütəmadi əlaqə saxladıqlarını, lakin 102-dən onlara heç bir məlumat vermədiyindən günorta saat 2-3 radələrində (burada: 14-15) Şahid3 adlı vəkillə müqavilə bağlayaraq onunla bərabər BNMİ-nə, BMCMİ-nə getdiklərini, gecə saat 2-3-ə qədər vəkillə birgə hərəkət etdiklərini, sonra oğlunun 7-ci PB-nə aparıldığını eşidib ora gedib maraqlandıqlarını, lakin orada da onlara tam aydın məlumat verən olmadığını, növbəti gün, səhər saat 11 radələrində BMCMİ-də vəkil Şahid3 tam təsadüfən tanışı vəkil Nizami Caniyevlə qarşılaşdığını və söhbət əsnasında sonuncudan oğlu Təqsirləndirilən şəxs BMCMİ-də olduğunu, saat 16-17 radələrində oğlunun məhkəməyə çıxarılacağını öyrəndiyini bildirmiş, ona görə də vəkil Şahid3 həmin gün Nərimanov Rayon Məhkəməsində oğlunun barəsində olan prosesdə iştirak etmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən iş üzrə şahid qismində dindirilmiş X19 və cinayət işinə məhkəmə baxışı zamanı məhkəmə qərarına əsasən vəkil olaraq işdən kənarlaşdırılmaqla dindirilmiş Şahid3 ifadələrində Təqsirləndirilən şəxs saxlanılmasından sonra onun ailə üzvlərinə məlumat verilməməsi, onun ailə üzvlərindən gizlədilməsi və tapılması üçün zəruri hərəkətlər edilməsi barədə şahid X6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxs Zamiq Xanəliyevin atası X7 istifadəsində olmuş 050 ***-**-** saylı, xalası oğlu X12 istifadəsində olmuş 050 ***-**-** saylı və məhkəmə baxışından kənarlaşdırılmış vəkil Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrindən 20 dekabr 2022-ci il tarixdə saat 09.00-dan 21 dekabr 2022-ci il tarixə saat 24:00-adək olan müddət ərzində çıxan və həmin nömrələrə daxil olan zənglər və qeyd olunmuş vaxt ərzində hər üç şəxsin anten əhatə dairəsi barədə məlumatlar müvafiq olaraq Azərcell MMC-dən və Bakcell MMC-dən götürülmüş və müəyyən edilmişdir ki, X12 istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrədən 20 dekabr 2022-ci il tarixdə, saat 14:53:10-dan başlayaraq sonuncu dəfə saat 16:19:18 olmaqla 4 dəfə zənglər edilməklə danışıqlar aparılmışdır. Bundan başqa, məhkəməyə təqdim olunan «polisazerbaycan» instaqram səhifəsindən çıxarışlar edilməklə məhkəməyə təqdim olunan məlumatlardan görünür ki, 20 dekabr 2022-ci il tarixdə saat 18:32-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə Təqsirləndirilən şəxs saat 11:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparıldığı, 102 xidmətinə müraciət olunduğu, həmin xidmətdən Təqsirləndirilən şəxs BNMİ-də saxlanılması barədə onlara məlumat verildiyi, lakin vəkillə birlikdə həmin orqana müraciət etsələr də, orada belə bir adam saxlanılmadığı barədə cavab almaları barədə məlumat vermiş, məlumat ala bilmədiklərindən saxlanılan şəxsin atasının vəziyyətinin ağır olması qeyd olunmuşdur. Bundan başqa, «polisazerbaycan» instaqram səhifəsindən edilmiş başqa bir çıxarışdan görünür ki, 21 dekabr 2022-ci il tarixdə saat 09:14-də DİN-nin rəhbərliyinə təkrarən müraciət olunmuş, həmin müraciətdə Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı müxtəlif məlumatlar əldə olunsa da, onun olduğu yeri hələ də müəyyən edə bilmədikləri qeyd olunmuş, onun harada saxlanılması barədə köməklik göstərilməsi xahiş oqlunmuşdur. Təqsirləndirilən şəxs polis tərəfindən qanunsuz və əsassız olaraq saxlanılmasının motivləri ilə bağlı gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılmış və müəyyən edilmişdir ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə ərizə ilə Ağcabəri RPŞ-yə müraciət edib, dəyəri 16.000 manat təşkil edən 30 ton arpa məhsulunun qonşu anbarlarda işləyən Zakir, Ələmdar və ŞamiLq adlı şəxslər tərnəfindən oğurlandığını bildirmiş, tədbir görülməsini xahiş etmişdir. Bundan sonra 05 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə müraciət edib, ilkin ərizəsində göstərdiyi faktlar barədə təkrar məlumat vermiş, həmin faktla bağlı Ağcabəri RPŞ-yə müraciət etməsinə baxmayaraq RPŞ-nin əməkdaşı tərəfindən araşdırma aparılmaması ilə əlaqədar şikayət etmişdir. Müraciətlə bağlı Ağcabəri RPŞ-də Təqsirləndirilən şəxs izahatı alınmış və sonuncu oğurluq faktını, oğurluqda şübhələndiyi şəxslərin adlarını bir daha təsdiq etmişdir. Daha sonra müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müracitəində göstərdiyi fakt üzrə 01 dekabr 2022-ci il tarixdə Ağcabəri RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, ibtidai istintaq aparılmış və X23 və X10 oğurluqda təqsirləndirilərək ittiham aktı ilə məhkəmə məsuliyyətinə verilmişlər. Bundan başqa, X13 ayrıca icraatda məhkəməyə verilmiş və Ağcabədi Rayon Məhkəməsinin 03 oktyabr 2023 tarixli, 1(017)-72/2023 saylı hökmünə əsasən Zakirn Nəsibov Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək cinayət cazasına məhkum edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ibtidai istintaqı aparılmış həmin cinayət işləri üzrə zərər çəkmiş şəxs qismində baxılan iş üzrə Təqsirləndirilən şəxs deyil, onun qardaşı X16 tanınmışdır. X11 və X10 barəsində olan ittiham aktından görünür ki, zərər çəkmiş şəxs qismində tanınmış Namiq Xanalıyev ərizə ilə istintaq oraqnına müraciət edərək oğurluq nəticəsində ona vurulan 16.000 manat zərərin ödənildiyini, təqsirləndirilən şəxslərdən şikayətinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs Ağcabəri Rayon Məhkəməsinə ünvanladığı 20 aprel 2023-cü il tarixli (baxılan iş üzrə həbsdə olarkən) ərizədən görünür ki, o, məhkəməyə müraciət edib, ona məxsus 15.000 manat dəyərində əmlakın oğurlandığını və ona vurulan maddi zərərin ödənilmədiyini qeyd edib, yetirilmiş maddi zərərin təqsirləndirilən şəxslərdən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan X16 tərəfindən Ağcabəri Rayon Məhkəməsinə ünvanlanmış 20 və 23 iyun 2023-cü il tarixli ərizələrdən görünür ki, ərizə müəllifi oğurluq əmlakın ona heç bir aidiyyatının olmadığını, zərər çəkmiş şəxsin onun qardaşı Təqsirləndirilən şəxs olduğunu bildirmiş və ona görə də zərər çəkmiş şəxs kimi işdə iştirakdan imtina etdiyini qeyd etmişdir. Qeyd olunan dəlillərlə bağlı məhkəm qeyd edir ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxılan iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə müraciət edib Ağcabəri RPŞ-nin əməkdaşlarından şikayət etməsi faktı təsdiq olunur və qeyd olunan faktın Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 11:00da Bakı şəhərinin Binəqədi rayonu ərazisində saxlanılmasına səbəb olması əsaslı şübhələr yaradır. Ən nəhayət, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qismində dindirildiyi və ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmədiyi 04 mart 2023-cü il tarixli ifadəsinin istintaqçı tərəfindən saxtalaşdırılması faktı şahid ifadələri və işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Təqsirləndirilən şəxs qismində saat 12:50-dən saat 13:18-ədək Bakı İstintaq Təcridxanasında dindirilməsinə dair 04 mart 2023-cü il tarixli protokolun ilk səhifəsindən görünür ki, Təqsirləndirilən şəxs sərbəst xətti ilə həmin protokolda ona qarşı irəli sürülən ittihamda göstərilən cinayəti törətməkdə özünü təqsirli bilmədiyini qeyd etmiş və imzalamışdır. Müdafiə tərəfi məhkəməyə, həmçinin “təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi, hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş verilməsi, təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərarın surətinin təqdim edilməsi haqqında” 04 mart 2023-cü il tarixli protokolun surətini təqdim etmişdir ki, həmin protokolun qeydlər hissəsində sərbəst yazı xəttlə “elan edilmiş ittihamla razı deyil və cinayət işinə xitam verilməsini xahiş edir” kimi yazılı qeydlər aparılmışdır. Lakin işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs qismində saat yenə də eyni saatda, yəni 12:50-dən saat 13:18-ədək Bakı İstintaq Təcridxanasında dindirilməsinə dair 04 mart 2023-cü il tarixli protokolun ilk səhifəsindən görünür ki, bu dəfə Təqsirləndirilən şəxs sərbəst xətti ilə həmin protokolda ona qarşı irəli sürülən ittihamda göstərilən cinayəti törətməkdə özünü təqsirli bildiyini qeyd etmiş və yenə də imzalamışdır. Hansı ki, həmin ifadəsində Təqsirləndirilən şəxs ondan bir bükümdə aşkar edilmiş 14 qram maddənin heroin narkotik vasitəsi olmasını, həmin narkotik vasitəni bir həftə əvvəl özünün şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 100 manata alıb əldə etdiyini bildirmişdir (iş vərəqə: 223-225). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi, hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş verilməsi, təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərarın surətinin təqdim edilməsi haqqında” 04 mart 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, həmin protokolun qeyd hissəsində sərbəst yazı xəttlə “heç bir şikayət və tələbi yoxdur” kimi yazılı qeydlər aparılmışdır (iş vərəqə: 223-225). Məhkəmə baxışı zamanı müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Təqsirləndirilən şəxs qismində saat 12:50-dən saat 13:18-ədək Bakı İstintaq Təcridxanasında dindirilməsinə və ona qarşı irəli sürülən ittihamda göstərilən cinayəti törətməkdə özünü təqsirli bilməsinə dair qeydlər aparmasına və imzalamasına dair 04 mart 2023-cü il tarixli protokolun və “təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi, hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş verilməsi, təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərarın surətinin təqdim edilməsi haqqında” olub, “elan edilmiş ittihamla razı deyil və cinayət işinə xitam verilməsini xahiş edir” kimi yazılı qeydlər aparılmış 04 mart 2023-cü il tarixli protokolun ümumiyyətlə iş materiallarında olmadığı müəyyən edilmişdir. Qeyd olunan xüsusatla bağlı Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının 16-da barəsində cinayət işini istintaq edən müstəntiq Əhəd Niyazov başqa bir həmkarı ilə İstintaq Təcridxanasına onun yanına gəlmiş, onunla söhbət aparıb onu qorxutmuş, ona «buradan çıxsan da, bəraət alsan da, səninçün başqa cürə olacaq, yenə də tutulub içəri girəcəksən» deməklə onu hədələmiş, aşkar olunmuş narkotik vasitəni boynuna götürüb etirafedici ifadə verməyi ona təklif etmişdir. Qorxusundan razılıq vermiş və növbəti gün, yəni 2023-cü ilin mart ayının 17-də Əhəd müəllim müdafiəçisi Nail müəllimlə onun yanına gəlmiş və təkrarən 04 mart tarixi ilə ondan etirafedici ifadə almışdır. Vəkillər isə onun və atasının təkidi ilə həmin ifadəni imzalamaq məcburiyyətində qalmışlar. Məhkəmə qərarına əsasən vəkil olaraq işdən kənarlaşdırılmış və dindirilmiş Şahid3 və Şahid4 qeyd olunanlarla bağlı Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən edilmişdir ki, baxılan cinayət işi üzrə ibtidai istintaqın qurtarması barədə 07 mart 2023-cü ildə müdafiə tərəfinə məlumat verilmiş və müdafiəçi Nizami Canıyev 09 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə, müdafiəçilər Şahid3 və Savid Cəfərov isə ayrı olaraq 09 mart 2023-cü il tarixdə cinayət işinin materialları və s. tanış olub qeydlərini aparmışlar. İşdə olan və müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından alınmış 08 may 2023-cü il tarixli, 3-16-17/38/2-3107/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq Şöbəsinin müstəntiqi Əhəd Niyazov həbs edilmiş Təqsirləndirilən şəxs ilə 16 mart 2023-cü il tarixdə saat 11:20-dən saat 12:05-ədək təklikdə, 17 mart 2023-cü il tarixdə saat 14:50-dən, saat 16:00-adək isə 14 saylı Vəkil Bürosunun vəkili Şahid3 iştirakı ilə ibtidai istintaq yekunlaşdırıldıqdan təqribən bir həftə sonra Bakı İstintaq Təcridxanasının istintaq otağında görüşmüşdür. Qeyd olunan xüsusat ətrafında dindirilən Azərbaycan Respublikası DİN-nin BMCMİnin İstintaq Şöbəsinin müstəntiqi Əhəd Niyazov 16 və 17 mart 2023-cü il tarixlərdə Bakı İstintaq Təcridxanasında olduğunu, Təqsirləndirilən şəxslə görüşdüyünü etiraf etsə də, həmin tarixlərdə Təqsirləndirilən şəxslə işlə bağlı söhbət apardığını, sonuncuya hədəqorxu gəlməklə onun ifadəsini aldığını və vəkil Şahid3la birlikdə Bakı İstintaq Təcridxanasında getdiyini etiraf etməmiş və 04 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü təqsirli bilməyib, az sonra fikrini dəyişərək ifadəsini dəyişib özünü təqsirli bilməsi ilşə əlaqədar onu özünün istəyi ilə təkrar dindirdiyini bildirmiş, 17 mart 2023-cü il tarixdə vəkil Şahid3 özünün Təcridxanaya gəldiyini göstərmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, habelə müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunan əməliyyat məlumatının daxil olması barədə 20 dekabr 2022-ci il tarixli raport, eyni şəxs, yəni əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və BNMİ-nin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərar, BNMİ-nin rəisi tərəfindən imzalanmış “Əməliyyat qrupunun yaradılması haqqında” eyni tarixli, Ə432-008-22 saylı əmr, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə ünvan 2 ünvanın yaxınlığına saxlanılıb Binəqədi RPİ-nin 7-ci PB-nə gətirilməsi barədə əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş eyni tarixli raport, Təqsirləndirilən şəxs üzərində «Şəxsi axtarış və götürmə aparılması haqqında» 20 dekabr 2022-ci il tarixli protkol, şəxsi axtarış və götürmə aparılması prosesinin bir ədəd DVD formatlı diskə yüklənmiş videogörüntülər, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində alınmış müvafiq olaraq 20 və 21 dekabr 2022-ci il tarixli, həmçinin faktiki 17 mart 2023-cü il tarixdə alınmış, iş materiallarına 04 aprel 2023-cü il tarixdə alınması kimi əlavə edilmiş ifadələr Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CPM-nin və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbərinin pozuntusu ilə əldə olunduğundan, həmçinin şahid qismində dindirilən əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 işin hallarına uyğun gəlməyən ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 6/7103 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 7741 nömrəli rəyləri, istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqan tərəfindən verilmiş məlumatlar və ən nəhayət, iş üzrə maddi sübut kimi qiymətləndirilmiş narkotik vasitə və DVD formatlı bir ədəd disk Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülən ittihamların təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 dekabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və 20 dekabr 2022-ci il tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 13,815 qram çəkidə olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra 13,815 qram çəkidə heroin narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ müzakirə olunarkən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən iş üzrə 20 dekabr 2022-ci il tarixli, 6/7103 nömrəli keçirilməsinə ümumilikdə sərf olunan 109,90 (yüz doqquz manat 90 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübutlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilib götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 13,815 qram çəkidə olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra 13,815 qram çəkidə heroin narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən 20 dekabr 2022-ci il tarixli 6/7103 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 109,90 (yüz doqquz manat 90 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar