Məhkəmə qərarları › İş №1(101)-1105/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1105/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1105/2025 06.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X9 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2rdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə elmiş, saxlamış və daşımışdır.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs tamah niyyəti ilə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün istintaqa məlum olmayan İİR vətəndaşı «Seyid» adlı şəxsdən qanunsuz olaraq 250 manata külli miqdarda 4,904 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhər Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə, saat 18:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq videosəkiiişdən istifadə olunmaqla üzərinin yoxlanılması zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf selofaıı bükümdə külli miqdarda 4,904 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə şəxsi istifadəsi üçün narkotik vasitə əldə edib istifadə etmişdir. Narkotik vasitəni əldə etmək üçün İran vətəndaşı ilə sosial şəbəkədə danışırmış. İran vətəndaşından nömrəsini almış, danışmışlar və onun hesabına pul vurmuşdur. Nərimanov rayonu ərazisində, dəqiq xatırlamadığı ünvana narkotik vasitə qoyulmuş və o, gedib həmin narkotiki götürmüşdü. İran vətəndaşı ilə danışıqlarına əsasən az miqdarda narkotik vasitə göndərilməli idi, lakin danışdıqlarından artıq miqdarda narkotik vasitə göndərilmişdi. Buna baxmayaraq o, həmin narkotik vasitəni götürmüş və qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır.

4. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs ondan narkotik vasitə almaq üçün müraciət edənlərin olduğunu, hansı səbəbdən ondan narkotik vasitə istənildiyini bilmədiyini, onun narkotik vasitə istifadçisi olması səbəbindən ondan narkotik vasitə istənildiyini, polis əməkdaşlarına da şəxsi istifadə üçün narkotik vasitəni əldə etdiyini bildirdiyini, həmin İran vətəndaşından birinci dəfə idi ki, narkotik vasitə aldığını bildirmişdir.

5. Növbəti məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyündən həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini, xəsarətlərinin olduğunu, lakin hazırki vaxtadək qalmadığını, özünü ona elan edilmiş ittihamda ümumiyyətlə təqsirli bilmədiyini göstərmişdir.

6. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bu günədək polis əməkdaşları tərəfindən təsir-təzyiqə məruz qalması ilə bağlı hər hansı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini, ötən məhkəmə iclasında qorxusundan narkotik vasitənin üzərindən aşkar olunduğunu bildirdiyini, saxlanılarkən onun yanında olmuş Şahid3 hansı səbəbdən ötən məhkəmə iclasında o cür məzmunda ifadə verdiyini bilmədiyini, heç kəsə pul müqabilində narkotik vasitə vermədiyini, sadəcə özü kimi istifadə edən yaxınları üçün “təşkil etdiyini”, lakin bunun müqabilində onlardan pul almadığını göstərmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2024-cü il tarixdə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs və X2 miqdarda narkotik vasitələrinin satışı ilə məşqııl olmalarına görə hər ikisi 23 oktyabr 2024-cü il tarixdə, saat 18:30 radələrində ünvan 5 ünvanın ınyaxınlığında saxlanılmışlar. Hər ikisinə bildirildi ki, paltarlarında, əşyalarında və ya bədənlərində qanunsuz predmeliərin və ya digər vasitələrin olması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd «Redmi Noıe 8» markalı mobil telefonu, şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş bükümü təqdim edərək bildirdi ki, bükümün içərisindən kakos var. Sonra həmin maddə elektron tərəzidə çəkildi, daha sonra qablaşdırıldı, saxlanılan şəxs Təqsirləndirilən şəxs imza etdikdən sonra iş üzrə əhəmiyət kəsb etdiyi üçün götürüldü. Təqsirləndirilən şəxs bükümdə olan narkotik vasitə olan heroini sosial şəbəkədə tanış olduğu şəxsin göndərməsi ilə Nərimanov rayonu ərazisindən götürdüyünü bildirmişdir. Bundan sonra toplanmış material təhqiqat şöbəsinə verilmiş və təhqiqat şöbəsində təhqiqatçı Tuqay Mehtiyev tərəfindən götürülmüş narkotik vasitəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin bükümü bir həftə bundan öncə sosial şəbəkədə tanış olduğu İİR-nm vətəndaşı olan «Seyid» kimi tanıdığı şəxsdən 250 manat müqabilində Nərimanov rayonu ərazisindən götürdüyünü bildirmişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yaşadığı məhəllədən çıxan zaman Rəvanı görmüş və salamlaşmışlar. Hər ikisi eyni istiqamətə getdiklərindən birlikdə gedəsi olmuşlar. Belə ki, o, həmin gün Bakı Probasiya İdarəsinə sənədi imzalamaq üçün dəvət olunmuşdur. Rəvan yolda ona demişdir ki, Nərimanov rayonu ərazisində 5 dəqiqəlik işi var. Onlar birlikdı Rəvanın dediyi yerə çatdıqda Rəvan getmiş və bir az keçdikdən sonra geri qayıtmışdır. Bir qədər sonra polis əməkdaşları Rəvana yaxınlaşaraq onlarin ikisini də bölməyə aparmışlar. Rəvanın üzərindən narkotik vasitə aşkar edilərək götürülmüş, özünün üzərindən qanunsuz predmet aşkar edilməmişdir.

10. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid özünün də narkotik vasitə istifadəçisi olduğunu, hadisə günü Rəvanla təsadüfən rastlaşdığını, hər ikisinin Nərimanov rayonuna getdiklərini, şəxsi axtarış zamanı Rəvanın üzərindən narkotik vasitə aşkar olunduğunu, videoçəkiliş zamanı özünün də orada olaraq buna şahid olduğunu, Rəvanın narkotik vasitəni cibindən çıxardığını, Rəvanın ona narkotik vasitə vermədiyini bildirmişdir.

11. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və ona təklif edilmişdir ki, paltarında, əşyalarında və dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi Note 8” markalı mobil telefonu, şalvarının sol yan cibindən şəffaf seelofana bükülmüş bükümü təqdim etmişdir. Bükümün içərisindən spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan bükümdə olan narkotik vasitə olan heroini sosial şəbəkədə tanış olduğu şəxsin göndərilməsi ilə Nərimanov rayonu ərazisindən götürdüyünü bildirmişdir (cild 01; i.v.13-14).

12. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Tuqay Mehtiyev Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəyə Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqda təqdim olunan əşyaya baxış keçirilmiş və götürmə aparılmışdır (cild 01;i.v.43-44).

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 24 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4976 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №-44” dairəvi möhür əksi olan "Şübhəli şəxs X5 ” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,904 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01; i.v.47-51).

14. “Maddi sübut kimi haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 4,904 qram heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 4,854 qram heroin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə verilmişdir (cild 01; i.v.69-70).

15. “Maddi sübut kimi haqqında” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs heroin götürülərkən çəkilmiş videogörüntünün əks olunduğu 03 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 01; i.v.71-72).

16. Məhkəmə-narkoloji ekspertizasının 05 dekabr 2024-cü il tarixli, 7677 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v.135-136).

17. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X18 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 05 dekabr 2024-cü il tarixli, 3569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xostəlikdəfn əziyyət çəkmir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal- hazırki psixialrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, R.N.Səfərəiiyev əvvəllər psixialrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs X1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, komağıllıq və ya sair psixi xəstəlik edilmir. R.N.Səfərəlivevdə xasiyyətin psixiopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs X5 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəli iyini dərk etmək və onları idarə etmək iqtidarındadır. R.N.Səfərəiiyev qərarda qevd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk elmək və onları idarə elmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs X1 hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs X5 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 01; i.v.139-141).

18. “Diskə baxış keçirilməsi barədə” 29 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrədən göndərilmiş və həmin nömrəyə gəlmiş SMS-lərə baxış keçirilmiş, diskin içərisində 3 vərəqdən ibarət SMS yazışmaları vardır. Həmin SMS yazışmaların mətnindən görünür ki, 03 oktyabr 2024-cü il tarixdə ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə “yatıbsansa. Seher heç olmasa tez dur bugun ki kimi lomkada qoyma meni”, ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə xx.xx.2024-cü il tarixdə, saat 17:30da “Brat mene yiğma pulu vur ceki saxla ozunde gel akasiyanın yanina. Svetafora catanda elage saxla mennen”; saat 17:31-də “Brat diggetle oxu. Tek gel qabaga wuwell obyektin yaninda ol gelirem 3-5 deg ora”, həmin tarixdə, saat 17:33-də ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə “Gel burdayam qaqas”. 13 oktyabr 2024-cü il tarixdə, saat 19:08-də “Qardasım agrdayam tez gelde nolar”; 22 oktyabr 2024-cü il tarixdə, saat 20:41-də “Qaqas alnrsa 05 gelim gotrum”, 13 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Bu ne hereketdi eliyirsən? Seni grujonnu gozduyurəm. Yeke oglansan ayib deyil? Sozuvun agasi ol” məzmunlu SMS-lər göndərilmişdir (cild 01; i.v.143-146).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

19. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyündən həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirdiyini, xəsarətlərinin olduğunu, lakin hazırki vaxtadək qalmadığını, özünü ona elan edilmiş ittihamda ümumiyyətlə təqsirli bilmədiyini göstərmişdir.

20. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bu günədək polis əməkdaşları tərəfindən təsir-təzyiqə məruz qalması ilə bağlı hər hansı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini, ötən məhkəmə iclasında qorxusundan narkotik vasitənin üzərindən aşkar olunduğunu bildirdiyini, saxlanılarkən onun yanında olmuş Şahid3 hansı səbəbdən ötən məhkəmə iclasında o məzmunda ifadə verdiyini bilmədiyini göstərmişdir.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

21. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

22. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

23. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur.

24. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya narkotik vasitələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (narkotik vasitələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (narkotik vasitələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (narkotik vasitənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

25. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya narkotik vasitə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

26. “Şübhəli şəxsin tutulması haqqında” 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə, saat 18:30-dan tutulmuş hesab edilmişdir (cild 01;i.v.34-35).

27. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 4(005)- 1304/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir (cild 01;i.v.96-100).

28. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 05 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2019-cu il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, AR CPM-nin 40.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmişdir (cild 01;i.v.108-109).

29. 456 və 1160 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü (X6), xx.xx.2022-ci il təvəllüdlü (X7) uşaqları var (cild 01; i.v.151,153).

30. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 4(005)-190/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında olma müddəti 15 mart 2025-ci il tarixədək uzadılmışdır.

31. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 1(101)-1105 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

32. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

33. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

34. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər.

35. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

36. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

39. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

40. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

41. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələr, şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaları, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

42. İlkin olaraq keçirilmiş məhkəmə baxış iclasında təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə heroinin olduğunu bildirsə də, sonrakı baxış iclasında polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, polis əməkdaşlarının ona verdiyi narkotik vasitənin təsir-təzyiq altında çəkiliş zamanı özünə məxsus olduğunu bildirdiyini, polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də, onun məhkəmə iclasında verilmiş ifadəsi onun özünün ibtidai istintaq materiallarında olan ifadələri, saxlanılan zaman üzərinə və avtomobilinə baxış keçirilməsi zamanı qeyd etdiyi xüsusatlar, istifadəsində olan mobil telefondan aşkar edilmiş məlumatlar, şahid ifadələri, o cümlədən, ilk məhkəmə baxış iclasında verdiyi ifadəsi ilə tam təkzib olunmuşdur.

43. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verilmiş ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən bir həftə öncə «İnstgram» sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən adım "Seyid” kimi qələmə verən şəxslə tanış olmuş və onunla söhbət zamanı ona narkotik vasitə olan narkomanlar adım "kakos” kimi istifadə etdiyi narkotik vasitənin lazım olmasını və İİR vətəndaşı ona narkotik vasitənin tapa biləcəyini demişdir. xx.xx.2024-cü il tarixdə təxminən günorta radələrində «İnstagram» sosial şəbəkəsində "Seyid” adlı şəxs profillə sms alaraq bildirmişdir ki, 250 manat dəyəində el arasında kakos adı ilə tanınan narkotik vasitə olduğunu bildirmiş və onunla razılaşmaq 250 manat pulu «Seyid» adlı şəxsin bank hesabına atmış və üstündən təxminən 1 saat keçmiş «Seyid» adlı şəxs vhalsap vasitəsi ilə zəng edərək Nərimanov rayonunda qoyduğu yerin "konumunu” (məkanını) və həmin "kakos’m qoyduğu yerin şəkiliııidə göndərmiş və narkotik vasitəm götürmək üçün gedərkən tanışı Etibara rastlaşaraq hara getməsini soruşmuşdur. Etibar Nərimanov rayonu ərazisinə getməsini demiş, ona görə də Etibara bir yerdə getməsini demiş və Etibar razılaşdıqdan sonra birlikdə taksiyə əyləşərək Nərimanov rayonu ərazisinə gələrək «Seyid» adlı şəxsin atdığı "Konuma” (məkana) çalaraq hər ikisi avtomobildən düşərək Etibarın gözləməsini demiş, özü isə narkotik vasitənin qoyulduğu yerə gedərək narkotik vasitə sayılan Heroini götürərək Etibarın yanma qayıdarkən, ona mülkü geyimdə şəxslər yaxınlaşaraq özlərini polis işçisi olduğunu bildirdilər.Bııııdan sonra Etibarı da yaxalayaraq və hər ikimizdən üzərimizdə qanunla qadağan olunmuş narkotik vasitənin olubolmadığı sorıışııiduqda onlara əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sel o fa na bükülmüş bükümü təqdim edib İçərisində narkomanlar arasında "kakos” heroin olduğunu bildirmiş və sağ yan cibindən 01 ədəd özünə məxsus olan «Redmi» markalı mobil telefonuda çıxarıb təqdim elmiş, sonradan polis əməkdaşları bir bükümü boş bir zərfə qoyaraq möhürlədilər və hər ikisini polis idarəsinə dəvət elmişlər. Telefon smsləri isə onun tərəfindən yazılmış, lakin narkotik vasitənin satışı ilə məşqııl olmamış, narkotik vasitədən isə özü istifadə elmişdir.

44. Bununla yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş və təqsirləndirilən şəxs saxlanılan zaman onun yanında olmuş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində hadisə günü yaşadığı məhəllədən çıxan zaman Rəvanı gördüyünü və salamlaşdıqlarını, hər ikisi eyni istiqamətə getdiklərindən birlikdə gedəsi olduqlarını, həmin gün özünün Bakı Probasiya İdarəsinə sənədi imzalamaq üçün dəvət olunduğunu, Rəvanın yolda ona Nərimanov rayonu ərazisində 5 dəqiqəlik işi olduğunu dediyini, birlikdə Rəvanın dediyi yerə çatdıqda Rəvan getdiyini və bir az keçdikdən sonra geri qayıtdığını, bir qədər sonra polis əməkdaşlarının Rəvana yaxınlaşdıqlarını, Rəvanın üzərindən narkotik vasitə aşkar edilərək götürüldüyünü, özünün üzərindən qanunsuz predmet aşkar edilmədiyini, özünün də narkotik vasitə istifadəçisi olduğunu, hadisə günü Rəvanla təsadüfən rastlaşdığını, hər ikisinin Nərimanov rayonuna getdiklərini, şəxsi axtarış zamanı Rəvanın üzərindən narkotik vasitə aşkar olunduğunu, videoçəkiliş zamanı özünün də orada olaraq buna şahid olduğunu, Rəvanın narkotik vasitəni cibindən çıxardığını, Rəvanın ona narkotik vasitə vermədiyini bildirmiş, ibtidai istintaq zamanı da eyni məzmunlu ifadə vermişdir.

45. Göründüyü kimi, Təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərində ittiham aktında göstərilən narkotik vasitə heroinin olması təqsirləndirilən şəxsin ibtidai istintaq və birinci məhkəmə baxışı iclasında verdiyi ifadələrlə yanaşı, saxlanılan zaman onun yanında olmuş tanışı Şahid3 ifadəsi ilə də öz təsdiqini tapmışdır.

46. Məhkəmə iclasında təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü, bu səbəbdən ona təqdim edilmiş sənədləri imzaladığını bildirsə də, məhkəmə iclasında ona ünvanlanmış suala cavab olaraq saxlanıldığı zaman döyülməsi nəticəsində üzərində xəsarətlərin olmasına baxmayaraq hazırda xəsarətlərin müddətin keçməsi ilə əlaqədar qalmadığını, polis əməkdaşları tərəfindən təsir-təzyiqə məruz qalması ilə əlaqədar hər hansı hüquq-mühafizə orqanına müraciət etmədiyini, ötən məhkəmə baxış iclasında bu xüsusatı polis əməkdaşlarından qorxması səbəbindən göstərmədiyini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında səmimi olmaması və cinayət məsuliyyətindən kənarda qalmaq naminə qeyd olunan xüsusata sığınması qənaətindədir.

47. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdən ev dustaqlığında olmaqla azadlıqda olmasına baxmayaraq bu günədək polis əməkdaşları tərəfindən hər hansı təsir-təzyiqə məruz qalması ilə əlaqədar nəinki hər hansı hüquqmühafizə orqanlarına müraciət etməmiş, hətta ilk məhkəmə baxış iclasında ona ünvanlanmış suala cavab olaraq da ibtidai istintaq zamanı hər hansı təsir-təzyiqə məruz qalmadığını bildirmişdir.

48. Bununla yanaşı, iş materiallarında olan 25 oktyabr 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq polis əməkdaşlarının ona qarşı fiziki və ya psixoloji təzyiq göstərmədiklərini, hər hansı xəsarət almadığını, tibb ekspertizasından keçmək istəmədiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 01; i.v.86-89).

49. Bundan savayı, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 4(005)-1304/2024 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi ilə əlaqədar o, məhkəmə qarşısına çıxarılan zaman polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını, üzərindən aşkar edilmiş narkotik vasitəni 250 manat müqabilində İran Respublikası vətəndaşından şəxsi istifadəsi üçün aldığını bildirmişdir (cild 01; i.v.96-100).

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

51. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

52. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ötən uzun müddət ərzində ona qarşı polis bölməsində qanunsuz hərəkətlərin edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etməmiş, bununla bağlı nə müstəntiqə, nə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair irəli sürülmüş vəsatətə baxılan zaman məhkəmə iclasına sədrlik edən hakimə hər hansı söz deməmiş, əksinə həm müstəntiq, həm də hakim tərəfindən ona ünvanlanmış suala cavab olaraq polis bölməsində hər hansı təsir-təzyiqə məruz qalmadığını bildirmişdir ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, əksinə heç bir sübuta əsaslanmayan və iş materialları ilə öz təsdiqini tapmayan dəlillərə istinad olunduğunu nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir.

53. Təqsirləndirilən şəxs bu günədək polis əməkdaşlarından qorxduğundan əvvəlki məhkəmə iclasında üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu bildirdiyini qeyd etsə də, məhkəmə təqsirləndirilən şəxsin birinci baxış iclasında sərbəst ifadəsində göstərdiyi xüsusatların onun həm ibtidai istintaq zamanı verilmiş ifadəsi, həm də barəsində “həbs” qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmə qarşısına çıxarılan zaman hakim qarşısında göstərdiyi xüsusatlarla, o cümlədən, saxlanılan zaman yanında olmuş Şahid3 ifadəsi ilə uzlaşdığını, onun azadlıqda olmasına və cinayət işinin artıq polis idarəsində deyil, məhkəmənin icraatında olmasına rəğmən guya polis əməkdaşlarından qorxduğu üçün məhkəmə iclasında narkotik vasitənin ona məxsus olduğunu bildirməsinə dair dəlilinin inandırıcı və real olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin həmin arqumentlərini sadəcə məhkəməni yanıltmağa yönəlik cəhdi kimi qiymətləndirir.

54. Bundan savayı, cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılan zaman Təqsirləndirilən şəxs sərbəst şəkildə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Redmi Note 8” markalı mobil telefonu, şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş bükümü təqdim edərək qeyd olunan bükümdə olan narkotik vasitə olan heroini sosial şəbəkədə tanış olduğu şəxsin göndərilməsi ilə Nərimanov rayonu ərazisindən götürdüyünü bildirmişdir.

55. Həmçinin, iş materiallarına əlavə edilmiş və hazırki ittihamın təsdiq olunmasında ən mühüm sübut növlərindən olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrədən göndərilmiş və həmin nömrəyə daxil olmuş SMS yazışmaların mətnindən görünür ki, 03 oktyabr 2024-cü il tarixdə ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə “yatıbsansa. Seher heç olmasa tez dur bugun ki kimi lomkada qoyma meni”, ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə xx.xx.2024-cü il tarixdə, saat 17:30-da “Brat mene yiğma pulu vur ceki saxla ozunde gel akasiyanın yanina. Svetafora catanda elage saxla mennen”; saat 17:31-də “Brat diggetle oxu. Tek gel qabaga wuwell obyektin yaninda ol gelirem 3-5 deg ora”, həmin tarixdə, saat 17:33-də ***-***-**-** nömrədən ***-***-**-** nömrəyə “Gel burdayam qaqas”. 13 oktyabr 2024-cü il tarixdə, saat 19:08-də “Qardasım agrdayam tez gelde nolar”; 22 oktyabr 2024-cü il tarixdə, saat 20:41-də “Qaqas alnrsa 05 gelim gotrum”, 13 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən ***-***-**-** mobil nömrəyə “Bu ne hereketdi eliyirsən? Seni grujonnu gozduyurəm. Yeke oglansan ayib deyil? Sozuvun agasi ol” məzmunlu SMS-lər göndərilmişdir ki, bu da Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edir.

56. Məhkəmə iclasında təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrədən göndərilmiş və həmin mobil nömrəyə daxil olan SMS yazışmalar elan olunqdan sonra təqsirləndirilən şəxs heç kəsə pul müqabilində narkotik vasitə vermədiyini, sadəcə onun kimi istifadə edən şəxslər üçün də “təşkil etdiyini”, bunun müqabilində onlardan pul almadığını bildirmişdir ki, məhkəmə onun ifadəsindəki həmin xüsusata da qiymət verilməsini zəruri hesab edir.

57. İlk növbədə məhkəmə qeyd edir ki, şəxsin narkotik vasitəni başqa şəxslərə əvəzsiz olaraq və ya hədiyyə kimi verməsi onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndiyini nəzərə alaraq həmin halı da narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi qiymətləndirilir.

58. Belə ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11 -ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir.

59. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11 -ci maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.

60. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11 -ci maddəsində nəzərdə tutulmuş "digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir.

61. Göründüyü kimi, təqsirləndirilən şəxsin ayrı-ayrı şəxslərə narkotik vasitəni əvəzsiz olaraq və ya hədiyyə kimi verməsi onun narkotik vasitələrin qanunsu dövriyyəsi ilə məşğul olmasına dəlalət etməklə onun əməlində AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin olmasını istisna etmir.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır.

63. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, SMS yazışmalar, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini (üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını bildirməsinə münasibətdə) inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir.

64. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

65. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

66. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.

67. Təqsirləndirilən şəxs ağırlaşdıran ağırlaşdıran hallar müəyyən edilməmişdir.

68. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır.

69. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlandığı, o cümlədən, ev dustaqlığında saxlandığı müddətlər ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanmalı, cəzaçəkmə müddətinin başlanğıcı məhkəmənin hazırlıq iclasında barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçildiyi tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.

70. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

71. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

72. İş üzrə mülki iddia yoxdur.

73. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

74. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.

75. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdən 15 mart 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 04 ay 20 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 07 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı Şəhəri Nərimanov RPİ-nin saxlancına verilmiş 4,854 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 45 iş saatına görə 495 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar