Məhkəmə qərarları › İş №1(101)-1106/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1106/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1106/2024 22.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1977-ci ildə Saatlı rayonu, Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Novruzlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 22 may 2024-cü il tarixdə, saat 12:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,384 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 10 oktyabr 2023-cü il tarixdə, saat 20:15 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin (bundan sonra mətndə - Suraxanı RPİ-nin 32-ci PB) əməkdaşları tərəfindən tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf sellofana bükülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,384 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 10 oktyabr 2023-cü il tarixdə, təxminən saat 17:30 radələrində Suraxanı RPİ-nin 32-ci PB-nin üç nəfər polis əməkdaşı tərəfindən iş yerində olarkən saxlanılmış, sonuncular onu tutulmasının səbəbinə dair heç nə demədən bölmənin inzibati binasına aparmış, orada ona verilmiş bir bükümdə olan narkotik vasitəni şalvarının cibinə qoyaraq özünə məxsus olmasını etiraf etməsini, bükümün özünə məxsus olmasını etiraf etməyəcəyi təqdirdə isə ailə üzvlərinin yaşadığı evə bir kiloqram narkotik vasitə qoyacaqları və ailə üzvlərinin də polis bölməsinə gətirilməsi ilə bağlı hədə-qorxu gəlinmiş, bu səbəbdən o, polis əməkdaşları ilə razılaşaraq ona təqdim edilmiş sənədləri imzalamış, daha sonra isə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmçinin polis əməkdaşları tərəfindən onun qarın nahiyəsinə yumruq və təpiklə vurulmaqla narkotik vasitəni boynuna götürməsi üçün fiziki təzyiq də göstərilmiş, lakin bədəni üzərində hər hansı xəsarətləri olmamış, istintaq təcridxanasına gedərkən orada tibbi müayinədən keçirilmiş, lakin xəsarətlərlə bağlı qeydiyyat kitabçasında hər hansı qeydiyyat aparılmamış, habelə barəsində qətimkan tədbirinin seçilməsi məsələsi həll edilərkən məhkəmədə ona qarşı təzyiqlər göstərilməsi barədə hakimə də bildirmişdir. O, ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmiş və həmin predmetlərin nə olduğunu bilməmişdir. Bölmədə olarkən müdafiəçi ilə aralarında hər hansı konfidensial görüş olmamış, vəkil onun üzərində şəxsi axtarış keçirildikdən sonra onunla görüşmüş, lakin həmin görüş təhqiqatçının iştirakı ilə baş tutmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində axtarış aparılmamış, sonuncular ona hansı səbəbdən bölməyə aparıldığı barədə məlumat verməyərək idarədə hər şeyi öyrənəcəyini bildirmişlər. Polis bölməsinin növbətçi hissəsində olarkən üzərindəki bütün əşyalar çıxarılmış, daha sonra təhqiqatçının xidməti otağına daxil olmuşlar. İbtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittihamda göstərilmiş narkotik vasitə üzərinə təhqiqatçı tərəfindən qoyulmuşdur.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, ailə tərkibi himayəsində olan üçü azyaşlı olmaqla dörd uşaq və heç bir yerdə işləməyən arvadı Lalə İbrahimovadan ibarətdir. Azyaşlı uşaqlarından birinin sağlamlıq imkanları məhduddur. Polis bölməsində təhqiqatçı tərəfindən ona üzərinə qoyması üçün narkotik vasitə verilməmişdən əvvəl tanımadığı polis əməkdaşları tərəfindən ona İran İslam Respublikasında ziyarətgahlarda olub-olmaması, habelə hər hansı təşkilata üzv olub-olmaması, tanışları və ya qohumlarının İran İslam Respublikasında yaşayıb yaşamaması barədə suallar verilmiş, daha sonra təqdim etdikləri narkotik vasitəni boynuna alması tələb edilmişdir. Həmin suallara cavab olaraq o, ümumiyyətlə heç vaxt İran İslam Respublikasında olmadığını, hər hansı dost-tanışının və ya qohumunun həmin ölkədə yaşamadığını, namaz qılmaqla ibadət etdiyini bildirmişdir. Hadisədən əvvəl o, Saatlı rayonunda yaşamış, Saatlı rayonundan Bakı şəhərinə saxlanılmamışdan bir gün əvvəl işləmək üçün gəlmiş, Bakıda olarkən isə Yasamal rayonunda yaşayan bacısı X4 evində qalmışdır. Belə ki, o, qaynaqçı olduğundan, işləmək üçün tanışlarının dəvəti ilə Bakı şəhərinə işləməyə gəlmiş, Suraxanı rayonu ərazisində yerləşən qəbiristanlıqla üzbəüz yerləşən dəmir darvaza, qapı və pəncərə çərçivələri hazırlanan sexdə işləmişdir. Həmin sex çoxdan tanıdığı Namiq Məmmədov adlı şəxsə məxsus olmuş, əvvəllər də həmin sexdə qaynaqçı kimi işləmişdir. Polislər tərəfindən saxlanılarkən yanında iki nəfər suvaqçı, bir nəfər qaynaqçı və müdirin oğlu olmuş, lakin həmin şəxslərin ad və soyadlarını, habelə yaşadığı ünvanları barədə məlumatı yoxdur. Onu saxlayan polis əməkdaşlarını tanımır, onlarla ədavət və ya düşmənçiliyi olmamışdır. Polis əməkdaşları Şahid2 və Şahid1 onun saxlanılmasında iştirak etməmiş, Şahid2 şəxsi axtarış zamanı video çəkilişi aparan şəxs kimi xatırlayır. Şahid1 isə ümumiyyətlə tanımır. Həmin polis əməkdaşları ona qarşı fiziki və ya psixi təsir etməmiş, pis rəftar göstərməmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən nəyi necə deməsi barədə təlimatlandırılmış, ailə üzvləri ilə təhdid edildiyindən ona öyrədildiyi kimi video çəkiliş zamanı demişdir. Sonradan müstəntiqdən onun tutulmasının səbəbi barədə soruşduqda müstəntiq “Facebook” sosial şəbəkəsində aktiv olmaqla müəyyən ifadələr işlətməsi ilə əlaqədar tutulduğunu bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə heç vaxt məşğul olmadığını, ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittihamın əsassız və qanunsuz olmaqla həmin ittihamda özünü təqsirli bilmədiyini, onun haqqında hüquq mühafizə orqanlarına düzgün olmayan məlumat verildiyindən barəsində olan cinayət işi üzrə ona bəraət verilməsini, himayəsində üçü azyaşlı olmaqla dörd uşağı olduğunu və ailədə yeganə qazanc gətirən şəxsin özünün olduğunu bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən bir ildir narkotik vasitə olan heroindən istifadə edir. İstifadə etdiyi narkotik vasitəni Bakı şəhərindən müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. 10 oktyabr 2023-cü il tarixdə, təxminən saat 20:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı Suraxanı RPİ-nin 32-ci PB-yə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşıb onlarla birlikdə həmin bölməyə getmişdir. Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasında yerləşən xidməti otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən üzərində qeyri-qanuni hər hansı bir əşya və ya prednet varsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlayaraq daşıdığı bir ədəd bükümdə narkotik vasitə olan heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bir ədəd bükümdə olan kütlənin nə olduğunu ondan soruşduqda, o, təqdim etdiyi həmin kütlənin narkotik vasitə heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı başqa əşya və ya predmet aşkar edilməmişdir. Sonra isə üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, tərtib edilmiş protokol onun və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmur. Xəstə olduğu üçün öz istifadəsi üçün narkotik vasitə heroin əldə edərək istifadə edir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 34; 51-53; 63-65;).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 N.Q.İbrəhimovla bağlı keçirilmiş əməliyyat tədbirindən keçən müddət ərzində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı əməliyyat tədbirlərində iştirak etdiyindən hadisə barədə baş verənləri tam dəqiq xatırlamadığını bildirmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi (bax Cild 1, i.v.102-104;) elan edildikdən sonra o həmin ifadə ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 10 oktyabr 2023-cü il tarixdə Namiq adlı şəxsin narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə Suraxanı RPİ-nin 32-ci PB-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəhbərlik tərəfindən təsdiq edilmişdir. Bundan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, həmin qrupa Suraxanı RPİ-nin 32-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid2 daxil edilmişdir. Həmin gün daxil olmuş məlumat əsasında təxminən saat 20:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsindəki qəbristanlığın yaxınlığında həmin şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşaraq özlərini təqdim edib, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını izah edərək onu Suraxanı RPİ-nin 32-ci PB-yə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etməmiş və onlar ilə birlikdə bölmənin inzibati binasına gəlmişdir. Bölmənin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçıya təhvil verilmiş, sonuncu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü vəkil dəvət edilmiş, vəkil Təqsirləndirilən şəxs təqdim edildikdən və müəyyən prosessual məsələlərdən sonra müdafiəçisinin iştirakı ilə təhiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra sonuncu müdafiəçisinin şəxsi axtarış zamanı iştirak etməməsinə dair ərizə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmet varsa, həmin predmetləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü təqdim edərək təqdim etdiyi bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu və həmin maddəni 9 oktyabr 2023-cü ildə Saatlı rayonundan Bakı şəhərinə gələrkən yolda dayanacağın yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm ekspertiza tədqiqatı üçün qablaşdırılaraq götürülmüşdur. Onun narkotik vasitələrin satışı ilə məşğul olması, aşkar olunmuş narkotik vasitəni haradan, kimdən əldə etməsi barədə hər hansı məlumatı yoxdur.

8. Şahid qismində dindirilmiş Şahid1 verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə, saat 17:30 radələrində hər hansı sexdə deyil, təxminən saat 20:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsindəki qəbristanlığın yaxınlığında tək saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən yanında hər hansı kənar şəxs olmamışdır. Təqsirləndirilən şəxs digər polis əməkdaşı Şahid2la birlikdə saxlamış, onların ikisindən başqa hər hansı şəxs tədbirdə iştirak etməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən, bölməyə aparılarkən, eləcə də üzərində şəxsi axtarış aparılarkən və ondan sonra heç bir narazılıq etməmiş, narkotik vasitənin ona məxsus olub-olmamasını mübahisələndirməmiş, ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olmamış, saxlanıldığı anda üzərinə baxış keçirilmədən birbaşa bölməyə aparılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılmış, onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından başqa hər hansı məlumat onlarda olmamış, məlumat Təqsirləndirilən şəxs narkotik vasitə əldə edərək üzərində saxlaması və daşıması barədə olmuş, sonuncunun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair onlarda hər hansı məlumat olmamış, keçən müddət ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni əldə etdiyi mənbəni, habelə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair konkret fakt müəyyən edilməmişdir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə (bax Cild 1, i.v.105-107;) eyni məzmunlu və Şahid1lə oxşar məzmunlu ifadə verdi.

10. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

11. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 10 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,384 qram narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən 11 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.1;).

12. “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 10 oktyabr 2023cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Suraxanı RPİ-nin 32ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Saatlı rayonu, Novruzlu kəndində yaşayan “Namiq” adlı şəxsin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eyni zamanda həmin şəxsin axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən qəbiristanlığın yaxınlığında olacağı, üzərində mütəmadi narkotik vasitə saxlaması, həmin şəxsin geyimi və xüsusi əlamətləri barədə daxil olmuş əməliyyat məlumatı əsasında “Namiq” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Suraxanı RPİ-nin 32-ci PB-nin rəisi, polis mayoru Samir Çobanov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin bölmənin sahə inspektoru, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v.3-7).

13. Suraxanı RPİ-nin 32-ci PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və həmin bölmənin sahə inspektoru, polis leytenantı Şahid2 tərəfindən imzalanmış 10 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, daxil olmuş əməliyyat məlumatına əsasən 10 oktyabr 2023-cü il tarixdə, saat 20:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi İlqar Musayev küçəsində yerləşən qəbirstanlığın yaxınlığında narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli olan, xx xxxxx 1977-ci il təvəllüdlü Saatlı rayonunda anadan olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmaqla həmin tarixdə, saat 20:25 radələrində Suraxanı RPİ-nin 32-ci PB-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir (Cild 1, i.v. 10).

14. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, 5(010)/2023 saylı qərarından görünür ki, Suraxanı RPİ-nin 32-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin bölmənin rəisi, polis mayoru Samir Çobanov tərəfindən təsdiq edilmiş 10 oktyabr 2023-cü il tarixli “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v. 93-94).

15. “Şübhəli şəxsin tutulması haqqında” 10 oktyabr 2023-cü il tarixli qərar və müvafiq protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:55-də Suraxanı RPİnin 32-ci PB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə müdafiəçinin iştirakı ilə 21:05-dən 21:15-dək protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 10 oktyabr 2023-cü il tarixdə, saat 20:15-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v.19-20).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı, polis mayoru X6 tərəfindən həmin bölmənin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və polis sahə inspektoru, polis leytenantı Şahid2 iştirakı ilə Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik maddə olduğunu, həmin maddəni 9 oktyabr 2023-cü il tarixdə Saatlı rayonundan Bakı şəhərinə gəldiyi zaman dayanacaqda tapdığını və həmin maddəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd şəffaf rəngli sellofanda olan bükümün içərisindəki narkotik vasitəyə bənzər maddə olan bir ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 196 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Suraxanı RPİ-nin 32-ci PB-də yerləşən xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə Şahid2 tərəfindən aparılmış videoçəkilişin 1 (bir) ədəd DVD diskə yazılaraq protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Bu barədə həmin tarixdə, saat 21:25-dən 21:40-dək protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin protokolla müdafiəçi X11 tanış olaraq hər hansı qeyd etmədən imzalamışdır (Cild 1, i.v. 29-32).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 oktyabr 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq bir ədəd müddəti 5 dəqiqə 52 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə müstəntiq R.M.Nuriyev tərəfindən baxış keçirilməsinə dair 12 oktyabr 2023-cü il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ətraflı şəkildə izah olunması, o cümlədən müdafiəçi ilə təmin olunmaq, onun yardımından istifadə etmək, konfidensial ünsiyyət saxlamaq, istintaq hərəkətinin gedişi zamanı qanunsuz hallara etiraz etmək, protokola qeydlər vermək hüquqları xüsusi vurğulanmaqla izah edilmiş, habelə onun xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 74;).

18. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/5296 saylı, 11 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksləri, “...vət.(imza) Təqsirləndirilən şəxs..” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,384 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi – 4,384 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 4,334 qram. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır (Cild 1, i.v. 38-42;).

19. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X12 tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 47).

20. “Cinayət əməlinin tövsif olunması haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (Cild 1, i.v.54).

21. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə hüquq və vəzifələri ilə izah edilməklə ittihamın mahiyyəti izah edilmişdir (Cild 1, i.v. 55-56).

22. “Maddi sübut hesab edilməsi barədə” 12 oktyabr 2023-cü il tarixli qərar və müvafiq məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,384 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin (tədqiqata sərf edildikdən sonra qalıq 4,334 qram) cinayət işi üzrə maddi sübut kimi tanınmaqla Suraxanı RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (Cild 1, i.v. 71-72).

23. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 4(010)- 396/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçi X11 məhkəmə iclasında birincinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş təqdimatın rədd edilməsini xahiş etmişdir (Cild 1, i.v.80-83).

24. Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Novruzlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 20 oktyabr 2023-cü il tarixli, 106 nömrəli arayışdan və xasiyyətnamədən, habelə iş materiallarına əlavə edilmiş AZ-İ301368 nömrəli “Nikah haqqında” şəhadətnamədən, AA5082541, AZE11289944, AA4658465 və AA5082501 seriya nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 22 yanvar 1982-ci il təvəllüdlü arvadı X7, 25 may 2008-ci il təvəllüdlü qızı Şəlalə İbrəhimova, 25 iyun 2010-cu il təvəllüdlü, sağlamlıq imkanları məhdud oğlu Azər İbrəhimov, 20 dekabr 2013-cü il təvəllüdlü oğlu İbrahim İbrəhimli və 23 oktyabr 2017-ci il təvəllüdlü oğlu Muxtar İbrəhimlidən ibarətdir. Təqsirləndirilən şəxs şəxsiyyəti müsbət xarakterizə olunmuşdur (Cild 1, i.v.109-118).

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X22 tərəfindən verilmiş 30 oktyabr 2023-cü il tarixli, 14175 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 119).

26. “Diskə baxış keçirilməsi haqqında” 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş 1 (bir) ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 121).

27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 14 noyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 122- 123;).

28. Ambulator komisyon məhkəmə-narkoloji ekspertizasının 4 noyabr 2023-cü il tarixli, 7250 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə hallarının olması müəyyən edilmişdir. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müayinəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (Cild 1, i.v.128-129).

29. Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 10 noyabr 2023-cü il tarixli, 3007 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilməsi güman edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (Cild 1, i.v. 130-132).

30. “Sübutların qiymətləndirilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilən zaman videoyazının köçürüldüyü 1 (bir) ədəd disk cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilməklə cinayət işi materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin mənbəyini müəyyən etmək üçün ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmaqla istintaqının aparılması qərara alınmışdır (Cild 1, i.v. 133-139).

31. “Cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılması barədə” 21 noyabr 2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmaqla icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 141-142).

32. “Təqsirləndirilən şəxsə ibtidai istintaqın qurtarması barədə məlumatın verilməsi haqqında” 22 noyabr 2023-cü il tarixli protokoldan, “Təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işi materialları ilə tanış etmə haqqında” 24 noyabr 2023-cü il tarixli protokoldan və “Təqsirləndirilən şəxsin və müdafiəçisinin vəsatətinin rədd edilməsi haqqında” 22 noyabr 2023 və 24 noyabr 2023-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxs aparılmış istintaqa etiraz edərək tərtib edilmiş sənədləri imzalamaqdan imtina etmiş, müdafiəçi isə təqsirləndirilən şəxsə verilmiş ittihamın əsassız olmasını yazılı formada qeyd etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmiş, həmin vəsatətlər müstəntiq tərəfindən baxılaraq təmin edilməmişdir (Cild 1, i.v. 146;148-149;153- 154;157-158;).

33. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.M.Nuriyev tərəfindən 28 noyabr 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 29 noyabr 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.161-166).

34. X8 xəstəliyinə dair epikrizdən görünür ki, ona Azərbaycan Tibb Universitetinin X9 tərəfindən “Xroniki qəbizlik; Duhamel Bairov əməliyyatından sonrakı vəziyyət; Meqarektrum” diaqnozu qoyulmuşdur (Cild 2;).

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş 9535/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə həmin istintaq təcridxanasına daxil olmuş və təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində Təqsirləndirilən şəxs dəri səthinin müayinəsi zamanı hər hansı yeni xəsarət izinin aşkar olunmaması qeyd edilmişdir (Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

36. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

37. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

39. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

40. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

41. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

42. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

43. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır.

44. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.

45. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 20 və 30-cu bəndlərində göstərilmiş qərarlarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.

46. İstintaq orqanı Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndinə istinad etmişdir. Həmin qərarda göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

47. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

48. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

49. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələri satacağı istehlakçı ilə razılığın əldə edilməsi, narkotik vasitələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.

50. Daha sonra, istintaq orqanı hökmün 20 və 30-cu bəndlərində göstərilmiş qərarlarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsini istintaqa verdiyi ifadəsində bildirsə də, onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin 2 qramdan artıq, yəni ümumilikdə 4,384 qram olmaqla təşkil etmişdir.” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq özünün gəldiyi nəticəni hər hansı mötəbər sübutla əsaslandırmağa cəhd etməyərək əsassız qənaətə gəlmişdir.

51. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız narkotik maddənin külli miqdarda olmasına istinad etsə də, özü özlüyündə yalnız bu əlamət “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.

52. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini, heç vaxt heç kəsə satmadığını və ya vermədiyini göstərmişdir. İstintaq orqanının istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərlə də, təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da ittiham tərəfindən təqdim edilməmişdir.

53. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavab əldə edilərək iş materiallarına əlavə edilməmiş və məhkəmə icraatı dövründə də ittiham tərəfindən bu barədə hər hansı cavab əldə edilərək məhkəmədə tədqiq edilməsi üçün təqdim edilməmişdir.

54. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və istintaq orqanının əsas şahidləri olan polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatları olmamış, sonuncunun yalnız narkotik vasitə əldə edərək üzərində saxlayaraq daşımasına dair əməliyyat məlumatı onlarda olmuş, sonradan da onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair konkret olaraq hər hansı məlumatlar müəyyən edilməmişdir.

55. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilməsi kimi qiymətləndirilməsi üçün əsas vermir.

56. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

57. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.

58. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.

59. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.

60. Hökmün 46-cı bəndində qeyd edilmiş Ali Məhkəmə Plenumun Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır.

61. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

62. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

63. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

64. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

65. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

66. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.

67. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

68. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

69. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.

70. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

71. X19 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.

72. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.

73. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

74. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.

75. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir.

76. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.

77. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

78. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

79. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur.

80. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə olmaması, ümumiyyətlə narkotik vasitələrin nə olduğunu bilməməsi, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aşkar edilmiş narkotik vasitənin təhqiqatçı tərəfindən onun üzərinə qoyulması, polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qalaraq təqdim edilmiş narkotik vasitəni boynuna götürməyəcəyi təqdirdə evindən bir kiloqram narkotik vasitə çıxaracaqları və ailə üzvlərinin də məsuliyyətə cəlb ediləcəyi ilə bağlı hədə-qorxuya məruz qalması, bu səbəbdən törətmədiyi əməlini boynuna götürməsinə dair ifadə və izahatlar verməsi, habelə tərtib edilmiş sənədləri imzalaması, hüquqlarını müdafiə edən vəkilin şəxsi axtarış istintaq hərəkəti keçirildikdən sonra gəlməsi, müdafiəçisi ilə konfidensial ünsiyyət saxlaya bilməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Hökmün 23 və 32-ci bəndində qeyd edilənlərlə müdafiəçi X5 Təqsirləndirilən şəxs hüquqlarını fəal şəkildə müdafiə etməsi, o cümlədən istintaq hərəkəti protokollarına yazılı qeydlər verərək təqsirləndirilən şəxsə verilmiş ittihamın əsassız olmasını bildirməklə vəsatətlər verməsi müəyyən edilir ki, həmin hallar da Təqsirləndirilən şəxs müdafiəçinin onun hüquqlarını müdafiə etməməsini bildirməsini ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan yayınmaq məqsədi ilə özünə həmin qaydada müdafiə taktikası seçməsi qənaətinə gəlməyi deməyə əsas verir.

81. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

82. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Hökmün 16-17, 23, 32 və 35-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

83. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

84. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

85. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

86. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

87. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

88. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

89. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, azyaşlı uşaqlarından birinin sağlamlıq imkanlarının məhdud olmaqla xəstəlikdən əziyyət çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını və narkomaniya xəstəliyindən əziyyət çəkməməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

90. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.

91. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

92. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

93. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

94. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 10 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.19; 80-83; Cild 2)

95. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır.

96. Məhkəmə hökmün 28-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalır.

97. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

98. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Suraxanı RPİ-nin maddi sübutların saxlanması yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 4,334 qram olan narkotik vasitə heroin məhv edilməli və 1 (bir) ədəd DVD disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

99. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

100. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

101. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

102. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

103. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

104. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 10 oktyabr 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 4,334 qram olan narkotik vasitə heroin məhv edilsin və 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs oğluna isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar