Məhkəmə qərarları › İş №1(101)-1106/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1106/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1106/2025 07.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X7 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü (67.1) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Salyan rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 01 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunla nəzərdə tutulmuş qaydada götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı və qeyriləri tərəfindən xüsusilə külli miqdarda, ümumi təmiz çəkisi 1 kiloqram 62,63 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda, ümumi təmiz çəkisi 5 kiloqram 23,7 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,360 qram təşkil edən üzərlərində «Methadone 40» göstəricisi olan ümumilikdə 9 ədəd F/M40 göstəricili narkotik vasitə metadon həbləri və xüsusilə külli miqdarda, ümumi təmiz çəkisi 965,834 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin istintaqa məlum olmayan vaxtda, istintaqla dəqiq müəyyən edilməmiş yerdə yerləşdirilib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona məlumat verildikdən sonra 06 yanvar 2025-ci İl tarixdə istintaq məlum olmayan vaxtda və yerdən həmin narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etdikdən sonra narkotik vasitə heroinin 2,063 qram hissəsini, qurudulmuş marixuananın 3,70 qram hissəsini, psixotrop maddə metamfetaminin 0,834 qram hissəsini əvvəlcədən satışa hazırlamaq məqsədi ilə ayrı-ayrı sellofan bükümlərdə qablaşdırıb 9 ədəd metadon həbi ilə birlikdə qara rəngli əl çantasında, qalan narkotik vasitələri və psixotrop maddələri isə bir ədəd sintetik kisədə yerləşdirib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 37 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 06 yanvar 2025-ci il tarixdə saat 23:20-də yuxarıda qeyd olunan ünvanda olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirilib 07 yanvar 2025-ci il tarixdə saat 01:04-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman sol çiynindən asdığı qara rəngli əl çantasının içərisində 01 ədəd bükümdə təmiz çəkisi 2,063 qram olan külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 3,70 qram olan narkotik vasitə qurudulmuş marixuana, tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,360 qram təşkil edən üzərlərində «Methadone 40» göstəricisi olan ümumiükd 9 ədəd F/M40 göstəricili narkotik vasitə metadon həbləri və 01 ədəd bükümdə təmiz çəkisi 0,834 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin, sol əlində saxladığı sintetik torbanın içərisindən isə əl çantasından aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrlə eyni tərkibli olan 02 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 2 kiloqram 470 qram və 2 kiloqram 550 qram olmaqla ümumilikdə külli miqdarda 5 kiloqram 20 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bağlamada 1 kiloqram 60 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroin və 01 ədəd bağlamada 965 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, hadisə günü ona atılan şəkildəki narkotik vasitəni götürmək üçün həmin konuma (yerə) getmişdir. Belə ki, ora 20 qram narkotik vasitə dalınca getmiş və həmin torbanı konum atılan yerdən götürmüşdür. Torbanı götürüb maşına tərəf gələnərkən də polis əməkdaşları onu saxlamılşlar. Saxlanılarkən ona fiziki təzyiq gösilmişdir. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadə edir. Hadisə vaxtı həmin narkotik vasitənin yerini ona İranlı demişdir. Həmin şəxslə instaqramda tanış olmuşdur. Əvvəllər də həmin şəxsdən narkotik vasitə almışdır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəliyi yoxdur, subaydır, hal-hazırda işləmir. Mingəçevir şəhər 1 nömrəli orta məktəbdə azərbaycan dilində təhsil almışdır. Səhhəti ilə əlaqədar hərbi xidmətdə olmamışdır. Təxminən 2 ildir ki, narkotik vasitə istifadə edir. Üzərindəki əl çantasından aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən saxlanılmamışdan 2 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisindən şəxsi istifadə məqsədi ilə əldə etmişdir. Bundan başqa ondan aşkar edilərək götürülmüş sintetik torbada olan maddə və kütlələri sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı, lakin anket məlumatlarını bilmədiyi şəxsin göndərdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən konumdan xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs götürdüyü maddə və kütlələri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ona dediyi naməlum ünvanlara aparmalı olduğunu, qarşılığında isə ona 600 manat pul verəcəyini bildirmişdir. Hadisə bağlı bildirmişdir ki, 06 yanvar 2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ərazisində “Bolt” tətbiqi vasitəsilə sifariş etdiyi taksi sürücüsü, sonradan adı ona məlum olan Royal Səmədovla birlikdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı, **- BR-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman üç nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etməsini xahiş etmişlər, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Rəşadın narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda sol əlində saxladığı sintetik torbada və sol çiynindən asdığı qara rəngli əl çantasında narkotik vasitə və psixotrop maddələr vardır. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etmədiklərini bildirdikdən sonra Röya! Səmədovun idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Polis idarəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə hərəkəti həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra sol əlində saxladığı sintetik torbada, “marixuana'1 və “heroin” olduğunu, eləcə də sol çiynindən asdığı qara rəngli əl çantasında da narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, sol çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 01 ədəd qulaqcıq qabı, 01 ədəd ətir şüşəsi, 01 ədəd alışqan, dərman həbləri, 02 ədəd büküm və 01 ədəd sarı rəngli plastik qabda 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən ardıcıllıqla təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmışdır. İlk öncə təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. O, baxış zamanı həmin mobil telefonun “İnfİnix” markalı olmasını və içərisində ***-***-**-**, 077- ***-**-** saylı mobil nömrələrinin olmasını bildirmişdir. Daha sonra əl çantasına baxış keçirilmiş və baxış zamanı əl çantasının İçərisindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra pul qabına baxış keçirilmiş və pul qabının içərisində 01 ədəd nömrə kartı aşkar edilmişdir. O, həmin nömrə kartında ***-***-**-** saylı mobil nömrənin olmasını və özünə məxsus olduğunu bildirmişdir. Qulaqcıq qabına baxış zamanı isə içərisinin boş olması müəyyən edilmişdir. Bundan sonra qara rəngli əl çantası, pul qabı, ətir şüşəsi, qulaqcıq qabı və alışqan ona geri qaytarılmışdır. 01 ədəd mobil telefon və 01 ədəd nömrə kartı isə polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra təqdim etdiyi bükümlərə və dərman həblərinə ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin, 01 ədəd bükümün içərisində narkotik vasitə heroin, 01 ədəd bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olması aşkar edilmişdir. Dərman həblərinə keçirilmiş baxış zamanı isə konvalyutun üzərində “Methadone 40” yazısı əks edilmiş ümumilikdə 09 ədəd narkotik vasitə metadon həblərinin olması müşahidə edilmişdir. Aşkar olunmuş kütlələr polis əməkdaşı tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə olan narkotik vasitə heroini, 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı və üzərində “Methadone 40” yazısı olan ümumilikdə 09 ədəd dərman həbini sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı, anket məlumatlarını bilmədiyi şəxsdən saxlanılmamışdan 2 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisindən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi sintetik torbaya baxış keçirilmişdir. Baxış zamanı həmin torbanın içərisində 02 ədəd nisbətən böyük və 02 ədəd nisbətən kiçik ölçülü olmaqla ümumilikdə 04 ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamanın olması aşkar edilmişdir. Həmin bağlamalara keçirilən baxış zamanı 02 ədəd nisbətən böyük ölçüdə olan bağlamaların hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuananın, digər bağlamalardan birinin içərisində narkotik vasitə heroinin, digərinin içərisində isə psixotrop maddə metamfetaminin olması müşahidə edilmişdir. Aşkar olunmuş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin birlikdə, narkotik vasitə qurudulmuş marixuana isə ayrılıqda qablaşdırılıb möhürlənərək polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, sol əlində saxladığı sintetik torbadan aşkar olunmuş maddə və kütlələri sosial şəbəkə vasitəsi İlə əlaqə saxladığı, lakin anket məlumatlarını bilmədiyi şəxsin ona göndərdiyini, Yasamal rayonu, Mətbuat prospektində yerləşən ünvandan xx.xx.2025-ci il tarixdə əldə etdiyini və onları Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində həmin şəxsin ona dediyi dəqiq ünvanını bilmədiyi naməlum ünvana aparmalı olduğunu, qarşılığında isə ona 600 manat pul veriləcəyini qeyd edərək həmin maddə və kütlələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, eyni zamanda Şahid2 tanımadığını, sadəcə olaraq onu “Bolt” mobil tətbiqi vasitəsi ilə taksi sürücüsü kimi ona göndərilən ünvana sürdürdüyünü, eləcə də Röyalm ondan aşkar edilmiş maddələrdən məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış, baxış və götürmə prosesi davam etdirilərkən onun üzərindən iş üçün əhəmiyyət kəsb edən əlavə əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra taksi sürücüsü Şahid2 üzərinə baxış keçirilmişdir. Ona üzərində narkotik vasitələr və psixotrop maddələr varsa, könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd avtomobil açar və alışqanı masanın üstünə qoymaqla təqdim etmişdir. Baxış zamanı üzərindən əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi əşyalar onun özünə geri qaytarılmışdır. O, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs tanımadığını, taksi sürücüsü kimi fəaliyyət göstərdiyini və “Bolt” mobil tətbiqi vasitəsi ilə daxil olmuş sifariş əsasında onu sifarişdə qeyd olunan ünvana apardığını, şəxsi axtarış, baxış və götürmə prosesi zamanı ondan aşkar olunmuş maddələrdən məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış videoçəkilişdən istifadə edilməklə həyata keçirilmiş, daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və düzgün tərtib edildiyindən iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, ondan aşkar edilmiş maddələrdən heç kimin məlumatı yoxdur. Başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. “Azərfon” mobil operatoruna məxsus olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrindən, həmçinin “Bakcell” mobil operatoruna məxsus olan ***-***-**-** mobil nömrəsindən istifadə edir. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamış, eləcə də polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Təxminən 7-8 il bundan əvvəl dəqiq xatırlamadığı səbəbdən əsəbi olduğu üçün sol qolumun bilək nahiyəsini şüşə ilə kəsdiyi üçün yara izi yaranmış, bundan başqa təxminən 10 il bundan əvvəl evdə məişət işləri ilə məşğul olan zaman ehtiyatsız davrandığı üçün şüşə kəsməsi nəticəsində sağ qolunun bilək nahiyəsində kəsik izi yaranmış və sağ ayağının topuq nahiyəsində 2021 -ci ildə yaranma səbəbini bilmədiyi yara izi əmələ gəlmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Həmin günü sifariş əsasənda təqsirləndirilən şəxsi götürmüş və birgə Yasamala getmişlər. Həmin ünvana çatanda adını sonradan bildiryi Rəşad ona demişdir ki, buradan əşya götürəcək və yenidən gəldiyi yerə qayıdacaqdır. Rəşad qayıdanda əlində nəsə olmuşdur və o, maşına minən kimi pois əməkdaşları onları saxlamışlar. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, sifarişi qəbul edəndə gecə olmuşdur. Rəşadı əvvvəllər tanımamışdır. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində göstərmişdir ki, taksi sürücüsü kimi fəaliyyət göstərir. xx.xx.2025-ci il tarixdə saat təxminən 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 37 ünvanının yaxınlığında idarə etdiyi «Toyota Prius» markalı, **-BR-*** qeydiyyat nişanlı avtomobilin yanında adını sonradan “Təqsirləndirilən şəxs” olaraq bildiyi şəxslə birlikdə olan zaman üç nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları həmin ünvana müştəri kimi gətirdiyi şəxsdən və ondan özlərini təqdim etməsini xahiş etmişlər və onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxs isə sol əlində saxladığı sintetik torbada və sol çiynindən asdığı qara rəngli əl çantasında narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişlər. Onlar buna etiraz etmədiklərini bildirdikdən sonra onun idarə etdiyi avtomobil ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Polis idarəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı sintetik torbada “marixuana” və "heroin” olduğunu, eləcə də sol çiynindən asdığı qara rəngli əl çantasında da narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, sol çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 01 ədəd qulaqcıq qabı, 01 ədəd ətir şüşəsi, 01 ədəd alışqan, dərman həbləri, 02 ədəd büküm və 01 ədəd sarı rəngli plastik qabdan 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra polislər tərəfindən ardıcıllıqla təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefonun “İnfinix” markalı olması və Təqsirləndirilən şəxs deməsinə görə içərisində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrinin olması müəyyən edilmişdir. Daha sonra əl çantasına baxış keçirilmiş və baxış zamanı əl çantasının içərisindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra pul qabına baxış keçirilmiş və pul qabının içərisində 01 ədəd nömrə kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin ***-***-**-** saylı nömrənin özünə məxsus olduğunu bildirmişdir. Qulaqcıq qabına baxış zamanı isə içərisinin boş olması müəyyən edilmişdir. Bundan sonra qara rəngli əl çantası, pul qabı, ətir şüşəsi, qulaqcıq qabı və alışqan onun özünə geri qaytarılmışdır. Mobil telefonu ilə 01 ədəd nömrə kartı isə polislər tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə və dərman həblərinə ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin, 01 ədəd bükümün içərisində narkotik vasitə heroin, 01 ədəd bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olması aşkar edilmişdir. Dərman həblərinə keçirilmiş baxış zamanı isə konvalyutun üzərində “Methadone 40" yazısı olan ümumilikdə 09 ədəd narkotik vasitə metadonun olması müşahidə edilmişdir. Aşkar olunmuş maddələr, dərman həbləri və kütlələr polislər tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə olan narkotik vasitə heroini, 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı və üzərində “Methadone 40" yazısı olan ümumilikdə 09 ədəd dərman həbini sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı anket məlumatlarını bilmədiyi şəxsdən 2 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisindən şəxsi istifadə məqsədi ilə əldə etdiyini, özünün 2 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, həmin maddə, kütlə və dərman həblərindən heç kimə vermədiyini, heç kimə satmadığım, onların onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sintetik torbaya baxış keçirilmişdir. Baxış zamanı həmin torbanın içərisində 02 ədəd nisbətən böyük və 02 ədəd nisbətən kiçik ölçülü ümumilikdə 04 ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamanın olması aşkar edilmişdir. Həmin bağlamalara keçirilən baxış zamanı 02 ədəd nisbətən böyük ölçüdə olan bağlamaların hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuananın, digər bağlamalardan birinin içərisində narkotik vasitə heroinin, digərinin içərisində isə psixotrop maddə metamfetaminin olması müşahidə edilmişdir. Aşkar olunmuş psixotrop maddə metamfetamin və narkotik vasitə heroin birlikdə, narkotik vasitə qurudulmuş marixuana isə ayrılıqda qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sol əlində saxladığı sintetik torbadan aşkar olunmuş maddə və kütlələri sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı anket məlumatlarını bilmədiyi şəxsin ona göndərdiyini, Yasamal rayonu, Mətbuat prospektində yerləşən ünvandan xx.xx.2025-ci il tarixdə əldə etdiyini və onları həmin şəxsin ona dediyi dəqiq ünvanını bilmədiyi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində naməlum ünvana aparmalı olduğunu, qarşılığında isə ona 600 manat pul veriləcəyini qeyd edərək həmin maddə və kütlələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, eyni zamanda onu tanımadığını, sadəcə olaraq onu “Bolt" mobil tətbiqi vasitəsi ilə taksi sürücüsü kimi ona göndərilən ünvana sürdürdüyünü, eləcə də onun Təqsirləndirilən şəxs olan maddələrdən məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış, baxış və götürmə prosesi davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən iş üçün əhəmiyyət kəsb edən əlavə əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra onun üzərinə baxış keçirilmişdir. Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd avtomobil açarını və 01 ədəd alışqanı masanın üstünə qoymaqla təqdim etmişdir. Baxış zamanı üstündən əlavə əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşyalar geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs tanımadığını, taksi sürücüsü kimi fəaliyyət göstərdiyini və “Bolt” mobil tətbiqi vasitəsi ilə daxil olmuş sifariş əsasında həmin şəxsi sifarişdə qeyd olunan ünvana apardığını, şəxsi axtarış, baxış və götürmə prosesi zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddələrdən məlumatının olmadığını bildirmişdir. Bundan sonra proses iştirakçıları ilə birlikdə idarə etdiyi avtomobilə Baş İdarənin inzibati həyətində baxış keçirilmişdir. Baxış zamanı avtomobildən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. İdarə etdiyi avtomobilə baxış keçirildikdən sonra Baş İdarədə şəxsi axtarış, baxış və götürmə prosesləri İlə əlaqədar müvafiq protokollar tərtib olunmuşdur. Protokollar onlara ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrdən və psixotrop maddələrdən məlumatını olmadığını, əgər olsaydı bu barədə hüquq-mühafizə orqanlarına məlumat verəcəyini, eləcə də narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini və onun satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 06 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi İlə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağiı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri X5 və X6 daxil edilmişdir, Həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 23:20-də Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 37 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Bu zaman onun yanında bir nəfər şəxs də olmuşdur. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onlardan da özlərini təqdim etməsini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid2 olduqlarını bildirmişlər. Şahid2 idarə etdiyi “Toyota Prius” markalı, **-BR-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu və Təqsirləndirilən şəxs müştərisi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş, Təqsirləndirilən şəxs və Şahid2 DİN-in BMCMl-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Şahid2 etiraz etmədən onlarla birlikdə BMCMİ-yə gəlmişdir. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin xmiü baş təhqiqatçısı Arif Rzayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı sintetik torbada “marixuana” və “heroin” olduğunu, eləcə də sol çiynindən asdığı qara rəngli əl çantasında da narkotik vasitə və psixotrop maddə olduğunu bildirərək əynində olan qara rəngli şalvarın ciblərindən 01 ədəd mobil telefonu, sol çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 01 ədəd qulaqcıq qabı, 01 ədəd ətir şüşəsi, 01 ədəd alışqan, dərman həbləri, 02 ədəd büküm və 01 ədəd sarı rəngli plastik qabdan 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ardıcıllıqla təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmışdır, İlk öncə Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Daha sonra əl çantasına baxış keçirilmiş və baxış zamanı əl çantasının içərisindən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra pul qabına baxış keçirilmiş və pul qabının içərisində 01 ədəd nömrə kartı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin nömrənin özünə məxsus olduğunu bildirmişdir. Qulaqcıq qabına baxış zamanı isə içərisinin boş olması müəyyən edilmişdir. Bundan sonra qara rəngli əl çantası, pul qabı, ətir şüşəsi, qulaqcıq qabı və alışqan onun özünə geri qaytarılmışdır. 01 ədəd mobil telefon və 01 ədəd nömrə kartı isə təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə və dərman həblərinə ardıcıllıqla baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, 01 ədəd bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması aşkar edilmişdir. Dərman həblərinə keçirilmiş baxış zamanı isə konvalyutun üzərində “Methadone 40” yazısı olan ümumilikdə 09 ədəd narkotik vasitə metadonun olması müşahidə edilmişdir. Aşkar olunmuş maddələr, dərman həbləri və kütlələr təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini, 01 ədəd bükümdə olan narkotik vasitə heroini, 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı və üzərində “Methadone 40” yazısı olan ümumilikdə 09 ədəd dərman həbini sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı anket məlumatlarını bilmədiyi şəxsdən 2 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisindən şəxsi istifadə məqsədi ilə əldə etdiyini, özünün 2 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, həmin maddə, kütlə və dərman həblərindən heç kimə vermədiyini, heç kimə satmadığını, onların onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sintetik torbaya baxış keçirilmişdir. Baxış zamanı həmin torbanın içərisində 02 ədəd nisbətən böyük və 02 ədəd nisbətən kiçik ölçülü ümumilikdə 04 ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamanın olması aşkar edilmişdir. Həmin bağlamalara keçirilən baxış zamanı 02 ədəd nisbətən böyük ölçüdə olan bağlamaların hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin, digər bağlamalardan birinin içərisində narkotik vasitə heroinə oxşar kütlənin, digərinin içərisində isə psixotrop maddə metamfetaminə oxşar maddənin olması müşahidə edilmişdir. Aşkar olunmuş maddə və kütlələr qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sol əlində saxladığı sintetik torbadan aşkar olunmuş maddə və kütlələri sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı, anket məlumatlarını bilmədiyi şəxsin ona göndərdiyini, Yasamal rayonu, Mətbuat prospektində yerləşən ünvandan 06.01,2025ci il tarixdə əldə etdiyini və onları həmin şəxsin ona dediyi dəqiq ünvanını bilmədiyi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində naməlum ünvana aparmalı olduğunu, qarşılığında isə ona 600 manat pul veriləcəyini qeyd edərək həmin maddə və kütlələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, eyni zamanda taksi sürücüsü Royal Səmədovu tanımadığını, sadəcə olaraq onu “Bolt” mobil tətbiqi vasitəsi ilə taksi sürücüsü kimi ona göndərilən ünvana sürdürdüyünü, eləcə də Şahid2 onda olan maddələrdən məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış, baxış və götürmə prosesi davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edən əlavə əşya və ya predmet aşkar edilməmişdir. X14 Səmədovun üzərinə baxış keçirilmişdir. Ona üzərində narkotik vasitələr və psixotrop maddələr varsa könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan şalvarın sol yan ciblərindən 01 ədəd mobil telefonu, 01 ədəd avtomobil açarını və 01 ədəd alışqanı masanın üstünə qoymaqla təqdim etmişdir. Baxış zamanı onun üzərindən əlavə əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi əşyalar onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs tanımadığını, taksi sürücüsü kimi fəaliyyət göstərdiyini və “Bolt” mobil tətbiqi vasitəsi ilə daxil olmuş sifariş əsasında həmin şəxsi sifarişdə qeyd olunan ünvana apardığını, şəxsi axtarış, baxış və götürmə prosesi zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddələrdən məlumatının olmadığını bildirmişdir. Bundan sonra proses iştirakçıları ilə birlikdə Şahid2 idarə etdiyi, “Toyota Prius” markalı, **-BR-*** qeydiyyat nişanlı avtomobilə Baş İdarənin inzibati həyətində baxış keçirilmişdir. Baxış zamanı avtomobildən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şahid2 idarə etdiyi avtomobilə baxış keçirildikdən sonra Baş İdarədə şəxsi axtarış, baxış və götürmə prosesləri ilə əlaqədar müvafiq protokollar tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü-əks olunduğu diskdən) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, sol çiynindən asdığı qara rəngli əl çantasının içərisindən 01 ədəd qulaqcıq qabını, 01 ədəd ətir şüşəsini, 01 ədəd alışqanı, dərman həblərini, 02 ədəd bükümü və 01 ədəd sarı rəngli plastik qabdan 01 ədəd bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış zamanı 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddənin, 01 ədəd bükümün içərisində narkotik vasitə heroinə oxşar maddənin və 01 ədəd bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması aşkar edilmişdir. Dərman həblərinə keçirilmiş baxış zamanı isə konvalyutun üzərində "Methadone 40” yazısı olan ümumilikdə 09 ədəd narkotik vasitə metadonun olması müşahidə edilmişdir. Aşkar olunmuş maddələr, dərman həbləri və kütlələr qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə, 01 ədəd bükümdə olan narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və üzərində “Methadone 40” yazısı olan ümumilikdə 09 ədəd dərman həbini sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı anket məlumatlarını bilmədiyi şəxsdən 2 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisindən şəxsi istifadə məqsədi ilə əldə etdiyini, özünün 2 ilə yaxındır ki, narkotik vasitə İstifadəçisi olduğunu, həmin maddə, kütlə və dərman həblərindən heç kimə vermədiyini, heç kimə satmadığını, onların onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sintetik torbaya baxış keçirilmişdir. Baxış zamanı həmin torbanın içərisində 02 ədəd nisbətən böyük və 02 ədəd nisbətən kiçik ölçülü ümumilikdə 04 ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlamanın olması aşkar edilmişdir. Həmin bağlamalara keçirilən baxış zamanı 02 ədəd nisbətən böyük ölçüdə olan bağlamaların hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin, digər bağlamalardan birinin içərisində narkotik vasitə heroinə bənzər maddələrin və digərinin İçərisində isə psixotrop maddə metamfetaminə oxşar maddələrin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sol əlində saxladığı sintetik torbadan aşkar olunmuş maddə və kütlələri sosial şəbəkə vasitəsi ilə əlaqə saxladığı anket məlumatlarını bilmədiyi şəxsin ona göndərdiyi Yasamal rayonu, Mətbuat prospektində yerləşən ünvandan xx.xx.2025-ci il tarixdə əldə etdiyini və onları həmin şəxsin ona dediyi dəqiq ünvanını bilmədiyi Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində naməlum ünvana aparmalı olduğunu, qarşılığında isə ona 600 manat pul veriləcəyini qeyd edərək həmin maddə və kütlələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, eyni zamanda Şahid2 tanımadığını, sadəcə olaraq həmin şəxsi "Bolt” mobil tətbiqi vasitəsi ilə taksi sürücüsü kimi ona göndərilən ünvana sürdürdüyünü, eləcə də Şahid2 onda olan maddələrdən məlumatının olmadığını bildirmişdir. X14 Səmədovun üstünə baxış keçirilmişdir. Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr varsa, könüllü sürətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid2 üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynində olan şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd avtomobil açarı ilə 01 ədəd alışqanı masanın üstünə qoymaqla təqdim etmişdir. Baxış zamanı Şahid2 üzərindən iş üçün əhəmiyyət kəsb edən əlavə əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşyalar onun özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Şahid2 Təqsirləndirilən şəxs tanımadığını, özünün taksi sürücüsü kimi fəaliyyət göstərdiyini və “Bolt” mobil tətbiqi vasitəsi ilə daxil olmuş sifariş əsasında həmin şəxsi sifarişdə qeyd olunan ünvana apardığını, şəxsi axtarış, baxış və götürmə prosesi zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş maddələrdən məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd mobil telefona baxış keçirilmişdir. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman “Whatsapp" proqram təminatının “Söhbətlər” bölməsində adı “Hjrn” kimi qeyd edilmiş şəxsin İran İslam Respublikasının vətəndaşı olması və həmin şəxsin “+98- 901-170-2967" mobil nömrəsinin istifadəçisi olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ilə “Hjrn” kimi qeyd edilmiş şəxsin arasında olan yazışmalara baxış keçirilən zaman aşağıdakı məzmunda yazılı və səsli ismariclər, eləcə də fotoşəkillər aşkar edilmişdir: 04 yanvar 2025-ci il > Hicran (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) > Can Rəşad, gəldi atıram sənə indi. (“Hjrn” kimi qeyd edilmiş şəxs tərəfindən səsli ismarıc) > Narkotik vasitə və ya psixotrop maddələrin olması ehtimal edilən maddə və kütlələrin qoyulduğu yerin fotoşəkilləri və yerin koordinatları. (“Hjrn” kimi qeyd edilmiş şəxs tərəfindən) > İşarə etdiyim yerdə bastırılıb sarı izalentlə bağlanıbdır 3K2P (“Hjrn” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Hə qadanalım, heçnə Allah canını sağ eləsin, sağol, varol. (Təqsirləndirilən şəxs tərəfindən səsli ismarıc) 05 yanvar 2025-ci il > Narkotik vasitə və ya psixotrop maddələrin olması ehtimal edilən maddə və kütlələrin qoyulduğu yerin fotoşəkilləri və yerin koordinatları. (“Hjrn” kimi qeyd edilmiş şəxs tərəfindən) > Səsli danışıqlar > - Rəşad nə xəbər, çıxmadı? (“Hjrn” kimi qeyd edilmiş şəxs tərəfindən səsli ismarıc) > Narkotik vasitə və ya psixotrop maddələrin olması ehtimal edilən maddə və kütlələrin qoyulduğu yerin fotoşəkilləri və yerin koordinatları. (“Hjrn” kimi qeyd edilmiş şəxs tərəfindən) > Səsli danışıqlar Bundan başqa baxış zamanı "Whatsapp” proqram təminatının "Söhbətlər” bölməsində adı “Ail” kimi qeyd edilmiş şəxsin İran İslam Respublikasının vətəndaşı olması və həmin şəxsin ‘‘+98-939-489-4717” mobil nömrəsinin istifadəçisi olması müəyyən olunmuşdur. (Fotoşəkil 2) Təqsirləndirilən şəxs ilə “Ail” kimi qeyd edilmiş şəxsin arasında olan yazışmalara baxış keçirilən zaman aşağıdakı məzmunda yazılı və səsli ismariclər, eləcə də fotoşəkillər aşkar edilmişdir: 04 yanvar 2025-ci il > Qaqaw (“AH” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Ged mehdiabada (“AH” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Narkotik vasitə və ya psixotrop maddələrin olması ehtimal edilən maddə və kütlələrin qoyulduğu yerin koordinatları (“Ail” kimi qeyd edilmiş şəxs tərəfindən) > 2k 1 p (“Ail” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Narkotik vasitə və ya psixotrop maddələrin olması ehtimal edilən maddə və kütlələrin qoyulduğu yerin fotoşəkilləri (“Ail” kimi qeyd edilmiş şəxs tərəfindən) > Gotor me xeber ver (“Ail” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Narkotik vasitə və ya psixotrop maddələrin olması ehtimal edilən maddə və kütlələrin qoyulduğu yerin fotoşəkili (Təqsirləndirilən şəxs tərəfindən) > Hə qaqaş, bu məsələdi? (“AH” kimi qeyd edilmiş şəxs tərəfindən səsli ismarıc) > Hə qaqa, “karoçi” buranı eşim-eşim eləmişəm, yoxdu, orda heçnə yoxdu. Şəklini də çəkib göndərmişəm sənə (Təqsirləndirilən şəxs tərəfindən səsli ismarıc) > Bidənə mənə denən, bu bağlama nəyin içindədi, nə rəngdədi, nəyin içinə atıb qoyub? (Təqsirləndirilən şəxs tərəfindən səsli ismarıc) > Narkotik vasitə və ya psixotrop maddələrin olması ehtimal edilən maddə və kütlələrin qoyulduğu yerin fotoşəkilləri və yerin koordinatları. (“AH” kimi qeyd edilmiş şəxs tərəfindən) > Gotor me denen (“Ail” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Noldu qaqa (“Ail” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) Bundan başqa baxış zamanı “Whatsapp Business” proqram təminatının “Söhbətlər” bölməsində adı “ N ” kimi qeyd edilmiş şəxsin İran İslam Respublikasının vətəndaşı olması və həmin şəxsin “+98-990-895-5339" mobil nömrəsinin istifadəçisi olması müəyyən olunmuşdur. (Fotoşəkil 3) Təqsirləndirilən şəxs ilə “N" kimi qeyd edilmiş şəxsin arasında olan yazışmalara baxış keçirilən zaman aşağıdakı məzmunda yazılı və səsli ismariclər, eləcə də fotoşəkillər aşkar edilmişdir: 06 yanvar 2025-ci il > Sen meni bilmirəm neter tanidin men o iranliya atmagima baxma mende onda ondan deyildim iwim o bildiyin uwaglardandi yeni men sadiq adamam ama men elediyim boyuk riskdi cunki mende bilmirem meni ne goxduyur orda eger bele fikrin ciddidirse vaxtinda mawin zad cagirim aparim yoluna qoyum (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) > Bu ne temalardi gelirsen (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) > Oz işimin dalindan gedirem onda (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) > Gor nagadr yolun var di (“N” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Gor ne deyirem sene arxeynem inanıram gedirem herşeyi gözə alib qismet Allahdan ne olar olar ama bsx meni yalandan ora gonderme (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) > 01 ədəd fotoşəkil (Təqsirləndirilən şəxs tərəfindən) > Narkotik vasitə və ya psixotrop maddələrin olması ehtimai edilən maddə və kütlələrin qoyulduğu yerin fotoşəkilləri (“N” kimi qeyd edilmiş şəxs tərəfindən) > Xeber (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) > Edəcəm (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) > Az qalib(Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) > Seta ol daaa (“N” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Man naraht olam (“N” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Zang elinda sana goturda (“N” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Sene arxeynem men (Təqsirləndirilən şəxs tərəfindən yazılı ismarıc) > Goturdun mana yog (“N” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Resad (“N” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Resadd cavab verdaa (“N” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Ay resaddd (“N” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Ay resaddd (“N” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc) > Poxaa cavb verdaaaa (“N” kimi qeyd edilmiş şəxs tərəfindən yazılı ismarıc). Şəxsi axtarış və götürmə zamanı aşkar edilərək götürülmüş mobil telefona baxış keçirilməsi İlə bağlı fotocədvəl tərtib edilməklə protokola əlavə olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 yanvar 2025-ci il tarixli 3- 16-16-2-7/19 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki sellofan torbacığın içərisində 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 3,70 qram və ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs..." yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 02 (iki) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 2470 qram; 2550 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 5023,7 qramdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 yanvar 2025-ci il tarixli 3- 16-16/2-6/19 nömrəli nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, üzərində “...Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri olan zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,834 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 2,063 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 9 ədəd üzərilərində “Methadone 40" göstəricisi olan blister kəsiyində 9 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həblərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,360 qram təşkil edir. üzərində “...Təqsirləndirilən şəxs aşkar olunmuş..." sözləri olan kağız yapışdırılmış bir ədəd qara rəngli sellofan bağlamanı açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 965 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 1060 qram olan açıq- qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, ümumi təmiz çəkisi 965,834 qramdır. Narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə fərqlidirlər, ümumi təmiz çəkisi 1062,063 qramdır. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 727 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin 28 yanvar 2025-ci il tarixli 02/MEŞ nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1.2.3. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: Sağ əlin İİ və İİİ barmaqlarının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə həm də ayrı-yrılıqda sağlamlığa zərər vurmyan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarkterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşdıra bilər. Hər iki saidin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlmlığ zərər vurma dərəcəsi haqqınd dəqiq fikir söyləmək mümükün deyildir. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4- 1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.1 - 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə (yaşadığı evə) qoyulduğunu, narkotik vasitələri və psixotrop maddələri satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığını, narkotik vasitələri və psixotrop maddələri satmaq fikri olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona ona fiziki və psixoloji təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə axtarış-baxış keçirilmişdir. Axtarış-baxışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan başqa, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 727 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Bundan əlavə, Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin 28 yanvar 2025-ci il tarixli 02/MEŞ nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1.2.3. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: Sağ əlin İİ və İİİ barmaqlarının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4- 6 gün əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə həm də ayrı-yrılıqda sağlamlığa zərər vurmyan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarkterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşdıra bilər. Hər iki saidin çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdirlər, atrofiyya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri və sağlmlığ zərər vurma dərəcəsi haqqınd dəqiq fikir söyləmək mümükün deyildir. Bununla yanaşı, iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsiləndirilən şəxsin tutulan zaman polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiqlərə məruz qalmasının müəyyən edilməsi barədə araşdırma aparılaraq və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, polis əməkdaşları tərəfindən saxlanılarkən psixoloji və fiziki təzyiqlərə məruz qalması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillər işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitələri və psixotrop maddələri satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığı, narkotik vasitələri və psixotrop maddələri satmaq fikri olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsi zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üstüstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitələrin və psixotrop maddələrin miqdarının xüsusilə külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, ayrı-ayrı bağlamalar (bükümlər) şəklində olmalarını, həmçinin mobil telefondan aşkar olunmuş foto şəkilləri və mətnlərin (smslərin) məzmununu da, nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə (67.1) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra, təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 01 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələblərinə görə məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən xüsusilə ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 5023,25 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1060,063 qram narkotik vasitə heroin, 965,734 qram psixotrop maddə metamfetamin və 08 ədəd metadon (F/M40) həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd mobil telefon (İnfinix Smart 9) hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə və ya qohumlarına (verilməli) qaytarılmalı, şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, avtomobilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mobil operatorlardan təqdim edilmiş 02 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (40+10) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdrəsinin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 5023,25 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1060,063 qram narkotik vasitə heroin, 965,734 qram psixotrop maddə metamfetamin və 08 ədəd metadon (F/M40) həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd mobil telefon (İnfinix Smart 9) hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə və ya qohumlarına (verilsin) qaytarılsın, şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, avtomobilə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mobil operatorlardan təqdim edilmiş 02 ədəd cd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 159 manat məbləğində pul təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə müdafiəçi Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 350 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar