Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1107/2021 05.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7 və X5, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçi Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili XN, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxx 1970-ci il tarixdə Qusar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta İxtisas təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsində kiçik tibb bacısı vəzifəsində işləyən, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2an, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.N, N2.4, N12.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Qusar şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinin tibb məntəqəsində kiçik tibb bacısı vəzifəsində xidmətdə olarkən hər hansı şəxsi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirmək, yaxud hərbi qulluqçuların hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilməsini təşkil etməyə heç bir səlahiyyətə və real imkana malik olmadığı halda, qanunsuz qazanc əldə edib varlanmaq məqsədilə xidmət etdiyi hərbi hissədə və yaşadığı rayon ərazisində tanıdığı şəxslərə keçmiş ərinin general rütbəsində xidmət etdiyini və Müdafiə Nazirliyində çoxsaylı yüksək vəzifəli tanışlarının olduğunu, bu səbəbdən həmin əlaqələrindən istifadə etməklə pul verilməsi müqabilində istənilən şəxsi Müdafiə Nazirliyinin tabeliyindəki istənilən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmasını, yaxud hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsini təşkil edə biləcəyini deyərək, bununla bağlı ona müraciət edəcək şəxslərin qanuni əsaslarla hərbi xidmətə qəbul olunacaqları, yaxud xidmət yerləri istədikləri yerlərə dəyişdiriləcəyi təqdirdə bunun özü tərəfindən təşkil olunduğunu deməklə həmin şəxslərdən müxtəlif məbləğlərdə pul almaq qərarına gəlmiş və bu məqsədlə özü barədə həqiqətə uyğun olmayan məlumatların yayılmasını təmin etməklə xidmət etdiyi hərbi hissədə, eləcə də rayon ərazisində özünü həmin imkanlara malik olan şəxs kimi tanıtmışdır. Bundan sonra o, həmin vəzifədə xidmətdə olarkən, N ildən artıq eyni vəzifədə xidmət etdiyinə görə xidmət yerinin əvəzlənmə qaydasında eyni vəzifəyə dəyişdirilməsi nəzərdə tutulmuş N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölməsinin rəisi, kapitan Şahid1 onun geniş əlaqələrinin olması barədə eşidərək, 2016-cı ilin mart ayında hərbi hissənin ərazisində ona müraciət edib xidmət yerinin Bakı və ya Sumqayıt şəhərləri ərazisində yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsində ona kömək etmək imkanının olubolmadığını soruşduqda, Təqsirləndirilən şəxs hər hansı şəxsin xidmət yerinin dəyişdirilməsində köməklik etməyə səlahiyyəti və buna real imkan olmadığı halda, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə Şahid1 Müdafiə Nazirliyində adını və vəzifəsini bildirmədiyi yüksək vəzifəli tanışlarının vasitəsi ilə həmin şəxslərə N000 manat pul verilməsi müqabilində onun Bakı və ya Sumqayıt şəhərləri ərazisində yerləşən hərbi hissələrdən birinə müvafiq vəzifəyə təyin edilməsini təşkil edə biləcəyini deyərək digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Kapitan Şahid1 onun təklifini qəbul edib razılaşmış və aralarındakı razılığa əsasən, Təqsirləndirilən şəxs növbəti gün hərbi hissənin ərazisində təklikdə kapitan Şahid1 N000 manat pul alıb ona xidmət yerinin Bakı və ya Sumqayıt şəhərləri ərazisində yerləşən hərbi hissələrin birinə dəyişdiriləcəyinə dair yalan vəd verərək verdiyi vəd üzrə Şahid1 xeyrinə heç bir hərəkət etməyib öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə xidmətdə olarkən, 2016-cı ilin iyun ayının ortalarında aralarında tanışlıq münasibətləri olduğu vətəndaş Şahid5 onunla özünə məxsus ünvan N ünvanında yerləşən mənzildə aralarında baş vermiş söhbət zamanı X4nun Xüsusi Dövlət Mühafizə Xidmətində hərbi xidmətə qəbul olunmaq istədiyini deyib bu işdə ona köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, Təqsirləndirilən şəxs hər hansı şəxsin hərbi xidmətə qəbul olunmasını təşkil etməyə səlahiyyəti və buna real imkan olmadığı halda, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə Şahid5 Xüsusi Dövlət Mühafizə Xidmətində adını və vəzifəsini bildirmədiyi yüksək vəzifəli tanışlarının olduğunu və həmin şəxslərə 10000 manat məbləğində pul verilməsi müqabilində oğlu E.Şahid5 bunun üçün müəyyən edilmiş müvafiq prosedurlar gözlənilmədən orada hərbi xidmətə qəbul olunmasını təşkil edə biləcəyini deyərək təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkət etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Şahid5 həmin məbləğdə pulu verməyə imkanının olmadığını bildirdikdə, Təqsirləndirilən şəxs öz cinayətkar məqsədinə nail olmaq üçün güya aralarındakı münasibətlərə görə övladının xidmətə qəbul olunmasını 6000 manat məbləğində pula təşkil edə biləcəyini bildirmiş və Şahid5 həmin təklifi qəbul edib razılığını verdikdən sonra onlar öz aralarında pulun bir hissəsinin, yəni N400 manatın, 2000 min ABŞ dolları şəklində əvvəlcədən, qalan 2600 manatın isə E.Şahid5 xidmətə qəbul edilməsindən sonra verilməsinə dair razılığa gəlmişlər. Bundan 2-N gün sonra, 2016-cı ilin iyun ayının ortalarında, Təqsirləndirilən şəxs aralarındakı razılığa əsasən Şahid5la sonuncunun yaşadığı evin yaxınlığında yerləşən "Məhsul" stadionunun yanında təklikdə görüşərək orada ondan razılaşdıqları kimi N400 manatın əvəzi kimi 2000 ABŞ dolları məbləğində pul almış və ona E.Şahid5 hərbi xidmətə qəbul edilməsi üçün toplanması zəruri olan sənədlərin siyahısını verərək həmin sənədlərin qısa müddət ərzində hazırlanmasını tapşırıb həmin sənədlərin təqdim olunmasından sonra onun qısa müddət ərzində hərbi xidmətə qəbul olunacağına dair yalan vəd verərək verdiyi vəd üzrə E.Şahid5 xeyrinə heç bir hərəkət etməyib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yuxarıda göstərilən vəzifədə xidmətdə olarkən, onun geniş əlaqələrə malik olması və həmin əlaqələrindən istifadə edərək hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsini təşkil etmək imkanına malik olması barədə eşitmiş N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının 2-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid4 16 yanvar 2018-ci il tarixdə hərbi hissənin tibb məntəqəsində Təqsirləndirilən şəxs yaxınlaşıb qardaşı Tural Nəzərovun hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat tağımında xidmət etdiyini və özünün də həmin tağıma keçirilməsini istədiyini deyərək bu işdə ona köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, Təqsirləndirilən şəxs hər hansı şəxsin xidmət yerinin dəyişdirilməsini təşkil etməyə səlahiyyəti və buna real imkanı olmadığı halda, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə kiçik çavuş Şahid4 Müdafiə Nazirliyində və 4-cü Ordu korpusunda adını və vəzifəsini demədən yüksək rütbəli tanışlarının olduğunu və həmin şəxslərə pul verilməsi müqabilində onun xidmət yerinin dəyişdirilməsini təşkil edə biləcəyini deyərək təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş və özünə məxsus ***-***-**-** mobil danışıq nömrəsini kiçik çavuş Şahid4 verib həmin nömrəyə anket məlumatlarını və təhsili barədə məlumatları qısa mesajla ona göndərməsini tapşıraraq bundan sonra ona bu iş üçün nə qədər pul verməli olacağını deyəcəyini bildirmişdir. Bundan sonra kiçik çavuş Şahid4 özünə aid müvafiq məlumatları mesaj şəklində həmin gün saat 15:16-da istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən Təqsirləndirilən şəxs istifadəsindəki mobil danışıq nömrəsinə göndərmiş və bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs istifadəsində olan mobil danışıq nömrəsindən kiçik çavuş Şahid4 qısa mesajla cavab yazaraq onun xidmət yerinin dəyişdirilməsi üçün 2000 manat məbləğində pul tələb olunduğunu, lakin həmin işi 1500 manat məbləğində pula həll etməyə çalışacağını bildirmişdir. Həmin mesajı aldıqdan sonra kiçik çavuş Şahid4 dərhal istifadəsində olan mobil danışıq nömrəsindən Təqsirləndirilən şəxs mobil danışıq nömrəsinə zəng edərək aralarındakı telefon danışığı zamanı həmin məbləğdə pulu verməyə maddi imkanın olmadığını və xidmət yerinin dəyişdirilməsi müqabilində yalnız 500 manat məbləğində pul verə biləcəyini bildirmiş və bu zaman Təqsirləndirilən şəxs öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə kiçik çavuş Şahid4 aralarındakı tanışlıq münasibətlərini nəzərə alaraq onun xidmət yerinin dəyişdirilməsini 1000 manat pul verilməsi müqabilində həll edə biləcəyini bildirmişdir. Kiçik çavuş Şahid4 həmin təklifi qəbul edərək razılaşmış və aralarındakı razılaşmaya əsasən, Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayının sonlarında Qusar şəhərindəki evində kiçik çavuş Şahid4 təklikdə 500 manat pul və bundan bir neçə gün sonra yenidən kiçik çavuş Şahid4 orada təklikdə 280 manat məbləğində pul almış və xidmət yerinin dəyişdirilməsi ilə bağlı ona verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, yuxarıda göstərilən vəzifədə xidmətdə olarkən, 2018-ci ilin sentyabr ayında kəşfiyyatçıların hazırlıq kursunu keçərək müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq məqsədi ilə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə müraciət etmiş Qusar rayonunun Uqur kənd sakini Şahid2 müvafiq qaydada kursu keçib hərbi xidmətə qəbul edilmiş tanımadığı hərbi qulluqçulardan imtahanlardan müvəffəqiyyətlə keçməyin çətin olduğunu, habelə kursa qəbul edilsə də, gələcəkdə ehtiyatda yerləşən bölmədə deyil, bilavasitə döyüş mövqeyində xidmətə təyin ediləcəyini eşidərək, bu səbəbdən kursa qəbul olunmaq və bundan sonra xidmət yerinin ehtiyat bölmələrdən birinə təyinat almaq üçün bunu təşkil edə biləcək şəxslərə müraciət etmək qərarına gəlmiş və yaşadığı rayonda tanıdığı şəxslərdən daha əvvəldən rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində geniş əlaqələrə malik olduğunu və həmin əlaqələrindən istifadə edərək istənilən şəxsi arzuladığı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmasını təşkil etmək imkanına malik olduğunu eşidib, 2018-ci ilin dekabr ayının əvvəllərində onun yaşadığı evinə gəlib onunla tanış olaraq aralarındakı söhbət zamanı Təqsirləndirilən şəxs kəşfiyyatçı olmaq və müvafiq hazırlıq kursuna qəbul olunub imtahandan keçirildikdən sonra bilavasitə döyüş mövqeyində deyil, ehtiyatda yerləşən bölmədə xidmət etmək istədiyini deyib bu işdə ona köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs hər hansı şəxsin müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmasını və müvafiq təyinat almasını təşkil etməyə səlahiyyəti və buna real imkan olmadığı halda, təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə Şahid2 Müdafiə Nazirliyində adını və vəzifəsini demədiyi çoxsaylı vəzifəli tanışlarının olduğunu və həmin şəxslərə 2000 manat pul verilməsi müqabilində onun asanlıqla kəşfiyyatçı kimi kursa qəbul olunmasını və kursu bitirdikdən sonra müvafiq təyinat almasını təşkil edə biləcəyini deyərək, təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkət etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Şahid2 həmin təklfi qəbul edərək razılaşmış və aralarındakı razılaşmaya əsasən, Təqsirləndirilən şəxs 2018-ci ilin dekabr ayının ortalarında saat 14 rədələrində Qusar şəhərindəki yaşadığı evdə təklikdə Şahid2 2000 manat məbləğində pul alıb ona kursa qəbul olunması üçün topladığı sənədləri Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə təqdim etməsini tapşıraraq qısa müddət ərzində kəşfiyyatçıların hazırlıq kursuna qəbul olunaraq kursu bitirməsini və bundan sonra istədiyi vəzifəyə təyinat almasını təşkil edəcəyinə dair vəd vermiş və verdiyi vəd üzrə Şahid2 xeyrinə heç bir hərəkət etməyib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, Şahid2 isə topladığı sənədləri Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə təqdim edib kimsənin köməkliyi və himayədarlığı olmadan kəşfiyyatçıların hazırlıq kursuna qəbul olunub 07 yanvar 2019-cu il tarixdən 1N mart 2019-cu il tarixədək həmin kursu keçdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaqla 16 mart 2019-cu il tarixdə çavuş hərbi rütbəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat tağımının 1-ci kəşfiyyat manqasına kəşfiyyatçı-radioteleqrafçı vəzifəsinə təyin edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs, yuxarıda göstərilən vəzifədə xidmətdə olarkən, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 16 mart 2019cu il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-cü taborunun 7-ci bölüyünün N-cü tağımının 1-ci manqasının komandiri vəzifəsinə təyin edilmiş və həmin vəzifədə xidmətdə olarkən kəşfiyyatçı olmaq arzusu ilə 10 aprel 2019-cu il tarixdə N nömrəli hərbi hissədə təşkil edilmiş xüsusi təyinatlıların hazırlıq kursuna göndərilmiş əsgər ŞahidN kursda olduğu zaman qohumlarından hər hansı birinin məhkumluğunun aşkar ediləcəyi təqdirdə kursdan çıxarılacağını eşidərək əmisi oğlunun ağır cinayət törətdiyinə görə məhkum olunduğu üçün kursu davam etdirməyib 28 aprel 2019-cu il tarixdə öz hərbi hissəsinə qayıtdıqdan sonra, Silahlı Qüvvələrin Təlim Tədris Məkkəzində kursda olduğu zaman tanıdığı Şahid2 aralarındakı söhbət zamanı ona bir nəfər tanışına 2000 manat məbləğində pul verilməsi müqabilində N nömrəli hərbi hissədə kəşfiyyatçı vəzifəsinə təyin ediləcəyini dediyini və kursu bitirdikdən sonra sonuncunun həqiqətən də dediyi hərbi hissədə müvafiq vəzifəyə təyin olunduğunu xatırlayıb 2019-cu ilin may ayında Şahid2 zəng edərək kəşfiyyatçı kimi hərbi xidmətə qəbul olunmasını təşkil edə biləcək tanışının olub-olmadığını soruşduqda, Şahid2 yaşadığı rayon sakini olan Təqsirləndirilən şəxs vasitəsi ilə ona 2000 manat pul verilməsi müqabilində kəşfiyyatçı kimi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunduğunu və bundan sonra istədiyi hərbi hissədə müvafiq vəzifəyə təyin olunduğunu təsdiq etmiş, Təqsirləndirilən şəxs yüksək hərbi vəzifəli tanışlarının olduğunu və həmin şəxslərin vasitəsilə onun işini həll etdiyini deyərək sonuncu ilə onun barəsində danışıb razılığını alacağı təqdirdə Təqsirləndirilən şəxs mobil telefon nömrəsini ona verəcəyini bildirmişdir. Bundan sonra Şahid2 Təqsirləndirilən şəxs ilə telefonla danışıb ona tanışı olduğu əsgər ŞahidN problemi barədə məlumat verərək sonuncuya köməklik göstərilməsinin mümkün olub-olmadığını soruşub müsbət halda nömrəsini ŞahidN verərək sonuncunun ona zəng edib danışacağını bildirmiş və Təqsirləndirilən şəxs buna razılığını verdikdən sonra, ŞahidN zəng edərək Təqsirləndirilən şəxs mobil danışıq nömrəsini ona verib özünə zəng edərək danışmasını tapşırmışdır. Bundan bir neçə gün sonra, 2019-cu ilin may ayında əsgər ŞahidN istifadəsində olan mobil danışıq nömrəsindən Təqsirləndirilən şəxs zəng edib aralarındakı telefon danışığı zamanı kəşfiyyatçı kimi xidmətə qəbul olunması ilə bağlı qarşılaşdığı maneə barədə məlumat verərək kəşfiyyatçı olmaq istədiyini və xidmət yerinin Şahid2 xidmət etdiyi hərbi hissəyə dəyişdirilməsini istədiyini deyib bu işdə ona köməklik göstərə bilib-bilməyəcəyini soruşmuş, öz növbəsində Təqsirləndirilən şəxs hər hansı şəxsin kəşfiyyatçıların hazırlıq kursuna qəbul olunmasını və xidmət yerinin dəyişdirilməsini təşkil etməyə səlahiyyəti və buna real imkan olmadığı halda, təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə əsgər ŞahidN Müdafiə Nazirliyində adını və vəzifəsini demədiyi çoxsaylı vəzifəli tanışlarının olduğunu və həmin şəxslərə 1500 manat məbləğində pul, həmin məsələnin həlli ilə bağlı müxtəlif yerlərə getməli olduğuna görə onun özünə də əlavə pul verilməsi müqabilində qohumunun məhkumluğunun olmasına baxmayaraq, müvafiq kursa qəbul olunmasını və xidmət yerinin istədiyi hərbi hissəyə dəyişdirilməsini təşkil edə biləcəyini deyərək təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkət etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Əsgər ŞahidN həmin təklifi qəbul edib razılaşaraq məsələsinin həll edilməsi üçün Təqsirləndirilən şəxs N nömrəli kəşfiyyat taboruna təyin edilməsi barədə əmr verildikdən sonra əlavə N00 manat məbləğində pul verəcəyini bildirmiş və aralarındakı razılaşmaya əsasən 19 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tapşırığı ilə sonuncunun tanışı Şahid12 məxsus **********277801 nömrəli bank hesab nömrəsinə “Milliön” pul köçürmə sistemi vasitəsi ilə 1400 manat məbləğində pulu köçürüb bu barədə ona məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin pulun ona çatdırılmasını təmin edərək verdiyi vəd üzrə əsgər ŞahidN xeyrinə heç bir hərəkət etməyib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, yuxarıda göstərilən vəzifədə xidmətdə olarkən, aralarında tanışlıq münasibətləri olduğu Quba rayon sakini Şahid7 tanışlarından Təqsirləndirilən şəxs geniş əlaqələrə malik olduğunu və həmin əlaqələrdən istifadə edərək lazım olan sənədlərin alınmasını təşkil edə bildiyini eşidib 2019-cu ilin iyul ayında ona zəng edərək Quba rayonunun Çartəpə kəndində yaşayan qaynı Şahid6 özünə avtomobil almaq istədiyini, sürücülük məktəbini bitirdiyini, lakin sürücülük vəsiqəsinin olmadığını deyərək sonuncuya bunun üçün müvafiq imtahandan keçmədən sürücülük vəsiqəsinin verilməsini təşkil etməyin mümkün olub- olmadığını soruşduqda, Təqsirləndirilən şəxs hər hansı şəxsə müvafiq imtahandan keçmədən sürücülük vəsiqəsinin verilməsini təşkil etməyə səlahiyyəti və buna real imkanı olmadığı halda, təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə Şahid7 özünün Daxili İşlər Nazirliyinin İmtahan Qeydiyyat İdarəsinin Xaçmaz rayon şöbəsində adını və vəzifəsini demədiyi vəzifəli tanışlarının olduğunu və həmin şəxslərə 800 manat məbləğində pul verilməsi müqabində Şahid6 bunun üçün müvafiq imtahandan keçmədən sürücülük vəsiqəsinin verilməsini təşkil edə biləcəyini deyərək təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkət etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddı nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Şahid6 həmin təklifi qəbul etdikdən sonra aralarındakı razılaşmaya əsasən Təqsirləndirilən şəxs 22 iyul 2019-cu il tarixdə Şahid7lə özünün Qusar şəhərindəki yaşadığı evində görüşərək orada ondan təklikdə Şahid6 şəxsiyyət vəsiqəsinin surətini, sürücülük məktəbini bitirməsi barədə şəhadətnaməni və 800 manat məbləğində pul almış və bir həftə ərzində Şahid6 sürücülük vəsiqəsinin veriləcəyinə dair yalan vəd verib verdiyi vəd üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs yuxarıda göstərilən vəzifədə xidmətdə olarkən, aralarında tanışlıq münasibətləri olduğu Quba rayon sakini Şahid7 qaynı Şahid6 sürücülük vəsiqəsinin verilməsi ilə bağlı müvafiq sənədləri və pulu yaşadığı evində ona təqdim etdikdən bir neçə gün sonra, 2019-cu ilin iyul ayının sonlarında yenidən Təqsirləndirilən şəxs zəng edərək Quba rayonunun Çartəpə kəndində yaşayan tanışı Şahid8 da sürücülük vəsiqəsini almaq istədiyini, lakin sürücülük məktəbini oxumadığı üçün müvafiq şəhadətnaməsinin olmadığını bildirib ona sürücülük vəsiqəsinin verilməsini təşkil edə bilibbilməyəcəyini soruşduqda, Təqsirləndirilən şəxs hər hansı şəxsə müvafiq imtahandan keçmədən və müvafiq şəhdətnamə olmadan sürücülük vəsiqəsinin verilməsini təşkil etməyə səlahiyyəli və buna real imkanı olmadığı halda, təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə Şahid7 özünün Daxili İşlər Nazirliyinin imtahan Qeydiyyat İdarəsinin Xaçmaz rayon şöbəsində adını və vəzifəsini demədiyi vəzifəli tanışlarının olduğunu və həmin şəxslərə 850 manat məbləğində pul verilməsi müqabilində Şahid8 sürücülük məktəbini bitirməsi barədə şəhadətnaməsi olmadan və bunun üçün müvafiq imtahandan keçmədən sürücülük vəsiqəsinin verilməsini təşkil edə biləcəyini deyərək təkrarən digər şəxsi vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkət etməyə görə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmişdir. Şahid8 həmin təklifi qəbul etmiş və Təqsirləndirilən şəxs aralarında baş tutmuş telefon danışığından iki gün sonra, 2019-cu ilin iyul ayının sonlarında Şahid7lə özünün Qusar şəhərindəki yaşadığı evində görüşərək orada ondan təklikdə Şahid8 göndərdiyi 850 manat məbləğində pulu almış və bir həftə ərzində sonuncuya sürücülük vəsiqəsinin veriləcəyinə dair yalan vəd verib verdiyi vəd üzrə onun xeyrinə heç bir hərəkət etməyib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs yuxarıda göstərilən vəzifədə xidmətdə olarkən, 2020-ci ilin iyul ayının əvvəllərində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edib özünü təqdim edərək, çavuş Şahid2 tanışı olduğunu və nömrəsini sonuncudan aldığını, xidmət yerinin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin minaatan batareyasına dəyişdirilməsini istədiyini deyib bunun müqabilində pul verməsini təklif edərək bununla bağlı ona köməklik göstərə bilib-bilməyəcəyini soruşduqda, Təqsirləndirilən şəxs hər hansı şəxsin xidmət yerinin dəyişdirilməsinə səlahiyyəti və buna real imkanı olmadığı halda, təkrarən aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirməklə qazanc əldə etmək məqsədi ilə əsgər Zərərçəkmiş şəxs bunu hər hansı vəzifəli şəxsin vasitəsi ilə təşkil edəcəyini demədən və hər hansı vəzifəli şəxsin adını çəkmədən ona 2500 manat məbləğində pul verilməsi müqabilində təxminən bir ay müddətində xidmət yerinin N nömrəli hərbi hissənin minaatan batareyasına dəyişdirilməsini təşkil edəcəyini bildirmişdir. Əsgər Zərərçəkmiş şəxs həmin təklifi qəbul edərək razılaşmış və 08 iyul 2020ci il tarixdə atası Şahid9 ilə birlikdə Təqsirləndirilən şəxs Qusar şəhərindəki yaşadığı evinə gedərək orada ona 2500 manat məbləğində pul vermiş, Təqsirləndirilən şəxs həmin pulu alıb onlara bir ay ərzində əsgər Zərərçəkmiş şəxs xidmət yerinin dəyişdiriləcəyinə dair yalan vəd verib verdiyi vəd üzrə onun xeyrinə heç bir hərəkət etməyib təkrarən öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun əvvəllər evli olduğu X17 Nazirliyində polkovnik hərbi rütbəsində vəzifədə çalışmışdır. Əri ilə boşandıqdan sonra oğlu Tamerlan Əmiraslanovu təkbaşına böyütmüş, buna görə də maddi çətinliklər çəkmişdir. 2016-cı ilin əvvəllərində N nömrəli hərbi hissədə xidmət edən, kapitan Şahid1 ona yaxınlaşaraq özünün N ildən artıq həmin hərbi hissədə xidmət etdiyini, yaxınlarda əvəzlənmə qaydasında başqa hərbi hissəyə köçürüləcəyini, Bakı şəhərində və şəhər ətrafında yerləşən hərbi hissələrdən birində xidmət etmək istədiyini bildirərək bu məsələdə ona kömək etməsini xahiş etmişdir Həmin ərəfədə borcları olduğu üçün Dəmirovun bu xahişi ona cazib gəlmiş və ona yalandan özünün Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışan tanışlarının olduğunu, bunu onlardan xahiş edə biləcəyini, yalnız bunun üçün həmin şəxslərə N000 manat məbləğində pul verməli olduğunu demişdir. Dəmirov pul verilməli olan həmin vəzifəli şəxslərin kimlər olmasını soruşub dəqiqləşdirmədən onunla razılaşmış, tezliknən həmin pulu ona verəcəyini demişdir. O, hansı formada Dəmirovun Bakı şəhəri və ətrafında olan hərbi hissələrdən birinə köçürülməsini təşkil edəcəyini bilməsə də, borcunun çox olduğu üçün bu barədə fikirləşməmiş, pulu Dəmirovdan aldıqdan sonra təsadüfdən Dəmirovun Bakı şəhəri və ətrafında olan hərbi hissələrdən birinə köçürüləcəyi təqdirdə bunu özünün etdiyini deyərək pulu mənimsəməyi, əks təqdirdə isə ondan aldığı pulu hissə-hissə Dəmirova qaytarmağı planlaşdırmışdır. N000 manat məbləğində pulu Dəmirovdan aldıqdan bir neçə ay sonra onun bəxti gətirməmiş, Dəmirov əvəzlənmə qaydasında Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissəyə köçürülmüşdür. Bundan sonra vədinə əməl edə bilmədiyi üçün Dəmirov ona verdiyi pulu qaytarmasını tələb etmiş və o, Dəmirovdan aldığı pulu hissə hissə ona qaytarmışdır. Bundan sonra, 2018-ci ilin dekabr ayında Qusar rayon sakini Şahid2la onun kəşfiyyatçı kimi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməsi müqabilində 2000 manat məbləğində pula razılaşaraq həmin məbləğdə pulu ondan almış, Xasamovla da, eyni variantdan istifadə etmiş, ondan pulu alsa da, Şahid2 xidmətə qəbul edilməsini heç kimdən xahiş etməmişdir. Bu dəfə onun bəxti gətirmiş, Şahid2 qanuni əsaslarla xidmətə qəbul edilmişdir. Bunun müqabilində ona pul verdiyi üçün Xasamov özünün xidmətə qəbul edilməsini onun etdiyini düşündüyündən sonradan xidmətə hazırlıq kursunda bir yerdə olduğu ŞahidN da, xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsini ondan xahiş etmişdir. O, ŞahidN ilə mobil telefonla danışaraq onun N nömrəli hərbi hissəyə köçürülməsi üçün ondan 1400 manat məbləğində pulu tanışı Taryelin bank kartına köçürmə yolu alaraq onun da qanuni əsaslarla xidmət yerinin dəyişdiriləcəyinə ümid etmişdir. Lakin bu dəfə bəxti gətirməmiş, xidmət yeri dəyişdirilməyən ŞahidN ondan pulunu geri qaytarmasını tələb edərək şikayət etmişdir. Bundan başqa, əvvəlcədən tanıdığı Şahid5 ilə də, eyni qaydada rəftar etmiş, onun oğlu X14 Mühafizəsində xidmətə qəbul ediləcəyinə vəd verərək 2016-cı ilin iyun ayında ondan 2000 ABŞ dolları məbləğində pul almışdır. O, yenə də, Adildən aldığı pulla maddi güzəranının təmin etməyi, sonradan isə Adilə bu işi edə bilmədiyini deyərək hissə-hissə aldığı pulu qaytarmağı planlaşdırmışdır. Lakin sonradan pulu olmadığı üçün Adilin pulunu qaytara bilmədiyindən Şahid5 ondan şikayət etmiş, sonradan Şahid5 aldığı pulu tam həcmdə ona qaytarmışdır. Həmçinin, 2018-ci ilin yanvar ayında xidmət yerinin dəyişdirilməsində ona kömək etməsini istəyən, xidmət etdiyi N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid4 da eyni qaydada aldadaraq onun hərbi hissə daxilində xidmət yerinin dəyişdirilməsi müqabilində ondan ümumilikdə 780 manat məbləğində pul almış, lakin xidmət yerinin onun istədiyi bölməyə dəyişdirilməsi ilə bağlı heç bir addım atmamışdır. Bundan başqa, onun evində usta kimi işləyən zaman tanıdığı Şahid6 qohumu X10 2019-cu ilin iyun ayında onun mobil telefonuna zəng edib qaynı Şahid6 özünə avtomobil almaq istədiyini, sürücülük məktəbini bitirdiyini, lakin sürücülük vəsiqəsinin olmadığını deyərək ona sürücülük vəsiqəsinin verilməsini təşkil etməyin mümkün olub-olmadığını soruşmuş, o, Şahid7 yalandan Daxili İşlər Nazirliyinin İmtahan Qeydiyyat İdarəsinin Xaçmaz rayon şöbəsində həmin şəxslərə 800 manat məbləğində pul verilməsi müqabində Şahid6 sürücülük vəsiqəsinin verilməsini təşkil edə biləcəyini demişdir. Şahid6 onun evini təmir edən zaman divar kağızlarını düzgün yapışrmadığı üçün ona N000 manat ziyan dəydiyindən o, bu yolla Kamil Zeynalovdan qisas almaq niyyəti ilə onlara belə vəd vermiş, əslində Şahid6 sürücülük vəsiqəsi verilməsi ilə bağlı hər hansı bir addım atmaq niyyətində olmamışdır. O, SŞahid7 ilə görüşüb ondan 800 manat məbləğində pul alaraq bir həftə ərzində Şahid6 sürücülük vəsiqəsinin veriləcəyini vəd etmişdir. Bundan bir neçə gün sonra Samir Şixəliyev yenidən ona zəng edərək tanışı Şahid8 Nəzir oğlunun da sürücülük vəsiqəsi almaq istədiyini, lakin sürücülük məktəbini oxumadığı üçün müvafiq şəhadətnaməsinin olmadığını bildirib ona sürücülük vəsiqəsinin verilməsini təşkil edə bilibbilməyəcəyini soruşmuş, o, tanışlarına 850 manat məbləğində pul verəcəkləri təqdirdə Şahid8 da, sürücülük vəsiqəsi ala biləcəyini bildirmişdir. Razılaşdıqdan sonra Şahid7 Şahid8 850 manat məbləğində pul alıb ona vermişdir. O, sürücülük vəsiqəsi ilə bağlı hər hansı bir hərəkət etmədiyindən onların işləri alınmamış, onlara verdiyi vədi yerinə yetirmədiyi üçün onlar Qusar rayon poils şöbəsinə ondan şikayət etmişlər. Bundan başqa 2020-ci ilin iyul ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, Zərərçəkmiş şəxs Şahid2 onun mobil telefonunu əldə edərək zəng vurmuş, Xasan Xasamovun tanışı olduğunu və nömrəsini ondan aldığını bildirərək özünün xidmət yerinin Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin minaatan batareyasına dəyişdirilməsini istədiyini deyib bunun müqabilində pul verməsini təklif edərək bununla bağlı ona köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. Bu zaman o, maddi vəziyyəti yaxşı olmadığına görə yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxs 2500 manat məbləğində pul verməsi müqabilində təxminən bir ay müddətində xidmət yerinin N nömrəli hərbi hissənin minaatan batareyasına dəyişdirilməsini təşkil edəcəyini bildirmiş, Zərərçəkmiş şəxs da, həmin təklifi qəbul edərək razılaşmışdır. Bir neçə gün sonra Zərərçəkmiş şəxs atası ilə onun Qusar şəhərindəki evinə gələrək orada ona 2500 manat məbləğində pul vermiş, pulu aldıqdan sonra isə o, həmin pulu şəxsi ehtiyaclarına xərcləyərək buna dair heç bir niyyəti olmadığına görə Zərərçəkmiş şəxs verdiyi vəd üzrə heç bir hərəkət etməmiş, Zərərçəkmiş şəxs aldatdığından Şahin ondan Qusar rayon polis şöbəsinə şikayət etmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs aldığı puldan 405 manatını “MilliÖn” aparatı ilə olmaqla ümumilikdə 1700 manatını qaytarmışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2019-cu ildən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamış, orada bir neçə ay xidmət etdikdən sonra xidmət yerinin ön cəbhədə yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilməsi niyyətinə düşmüşdür. Bu məqsədlə, yəni xidmət yerinin dəyişdirilməsində ona kömək edə biləcək adam axtarmaq məqsədilə dost və tanışlarından bu barədə maraqlanmış, bu mövzuda Silahlı Qüvvələrin X22 birlikdə kursda olduğu Şahid2la danışan zaman Xasam ona N nömrəli hərbi hissədə kiçik tibb bacısı işləyən Samirə adlı tanışının olduğunu, Samirənin bu mövzuda ona kömək edə biləcəyini bildirmişdir. Daha sonra Xasam ona Samirənin mobil telefon nömrəsini vermiş və təxminən 2020-ci ilin iyul ayının əvvəllərində o, Samirənin mobil telefon nömrəsinə zəng edərək Xasamın dostu olduğunu bildirərək xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsinə köməklik edə bilib-bilməyəcəyini ondan soruşmuşdur. Samirə telefonda ona bunun üçün ondan 2500 manat məbləğində pul alacağını, pulu verdikdən N ay sonra əmrinin həmin hərbi hissəyə veriləcəyini bildirmişdir. Daha sonra o, bir dəfə də Samirənin telefon nömrəsinə zəng edib ondan yenidən bu işi həll edə bilib-bilməyəcəyini dəqiqləşdirmiş, Samirə isə onun xidmət yerini dəyişdirəcəyini vəd etmişdir. O, 04 iyul 2020-ci il tarixdə məzuniyyət götürüb Qusar rayonunun Piral kəndinə, evinə gəlmiş, atası Şahid9 ilə bu barədə danışaraq məsləhətləşmişdir. Həmin vaxt maddi imkanları zəif olduğundan onlat Samirəyə vermək üçün “Kapital Bank”dan kredit götürmək qərarına gəlmişlər. Lakin N000 manat məbləğində pul götürmək üçün rəsmi iş yeri olan zamin tələb edildiyindən bankda ona zamin olması üçün əmisi X1 arvadı Şahid11 müraciət etmiş və Şahid11 zamin olması üçün razılıq verdikdən sonra 08 iyul 2020-ci il tarixdə o, atası Telman, əmisi Məhəmməd və onun arvadı Lütfiyə ilə “Kapital Bankın” Qusar rayon şöbəsinə getmiş, orada müvafiq rəsmiləşdirmə aparıldıqdan sonra 1 il müddətdə ödəmək şərti ilə N000 manat məbləğində kreditlə pul götürmüşdür. Pulu götürdükdən sonra o, atası və əmisi ilə birlikdə Samirənin yaşadığı ünvana getmiş və orada onların yanında bankdan götürdüyü puldan 2500 manat pulu Samirəyə vermişdir. Samirə isə pulu alıb bir ay müddətində onun əmrinin N nömrəli hərbi hissəyə veriləcəyini bildirsə də, bu hadisədən aylar keçməsinə baxmayaraq, onun xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmədiyindən o, Samirə tərəfindən aldadıldığını anlamış, atası ilə birlikdə dəfələrlə Samirəyə zəng etsələr də, sonuncu hər dəfə bir bəhanə ilə onları yubatmış, Qusar rayon polis şöbəsinə şikayət etdikdən sonra Samirə aldığı puldan 1700 manatını qaytarmışdır. İbtidai istintaq zamanı şazid qismində dindirilmiş və məhkəmə iclası zamanı ifadələri elan olunmuş Şahid9, Şahid10 və Şahid11 ifadələrində Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdikləri müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə N nömrəli hərbi hissədə xidmət edən vaxt Qusar rayonundan olan Təqsirləndirilən şəxs tanımış, həmin vaxtlarda o, N nömrəli hərbi hissəyə mülki işçi kimi işə düzəlmək üçün gəlib getmişdir. Hərbi qulluqçular arasında gedən söz-söhbətə görə Təqsirləndirilən şəxs həyat yoldaşı general hərbi rütbəsində xidmət etmiş və buna görə də, yüksək rütbəli hərbi qulluqçular arasında Təqsirləndirilən şəxs hörməti olmuşdur. 2016-cı ilin mart ayında N ildən artıq N nömrəli hərbi hissədə xidmət etdiyi üçün əvəzlənmə qaydasında onun başqa hərbi hissəyə köçürülməsi söhbəti yaranmış, lakin o, atası və anasına görə Bakı şəhəri və ətrafında olan rayonlarda olan hərbi hissədə xidmət etmək istədiyindən Təqsirləndirilən şəxs həyat yoldaşının keçmişdə general olmasına görə onun tanışlarının ola biləcəyini düşünərək hərbi hissədə olarkən Samirənin özünün Bakı ətrafında olan hərbi hissələrdən birinə köçürülməsinə kömək edə bilib bilməyəcəyini soruşmuşdur. Samirə də ona Müdafiə Nazirliyində tanışlarının olduğunu, bu işdə ona kömək edə biləcəyini, lakin bunun üçün kiməsə pul verməli olduğunu bildirmişdir. O, Samirədən nə qədər pul verməli olduğunu soruşduqda Təqsirləndirilən şəxs bunun üçün N000 manat məbləğində pul verməli olduğunu bildirmişdir. Samirə ilə razılaşmış və növbəti gün hərbi hissənin ərazisində təklikdə N000 manat məbləğində pulu Samirəyə vermiş, sonuncu da, ona Müdafiə Nazirliyində olan vəzifədə işləyən tanışı vasitəsilə onu tezliklə Bakı ətrafında olan hərbi hissələrdən birinə təyin etdirəcəyinə söz vermişdir. Lakin o, hərbi xidmətini davam etdirmək məqsədilə 26 mart 2016-cı il tarixdə Hərbi Hava Qüvvələrinin Mingəçevir şəhərində yerləşən N nömrəli hərbi hissəsinə eyni vəzifəyə təyin edilmiş və bundan sonra Samirəyə zəng etdikdə Samirə ona bu işi alındıra bilmədiyini, tezliklə ondan aldığı N000 manat məbləğində pulu qaytaracağını bildirmişdir. Lakin bundan sonra Samirə onu hər dəfə bu bəhanə ilə aldatmış, pulu qaytarmağı yubatmış, bəzən ümumiyyətlə onun telefon zənglərini açmamış və buna görə də o, Samirəyə həmin məsələlərlə bağlı qısa mesajlar yazmışdır. 2016-cı ildə xatırlamadığı tarixdə Samirə onunla görüşüb verdiyi puldan təxminən 1500 manatını, növbəti illərdə isə məbləğin qalan hissəsini qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2009-cu ildən Bakı şəhəri Yasamal rayonundu yerləşən «Jalə» kafesində tanış olmuşdur. Samirənin kafenin sahibi ilə tanışlığı olduğu üçün tez-tez oraya gəlmiş, söhbət zamanı onun Qusar rayonunda yerləşən N nömrəli hərbi hissədə tibb sahəsində işlədiyini öyrənmişdir. Bu tanışlıq zamanı Samirə ona özünün Müdafiə Nazirliyində və digər orqanlarda yüksək vəzifədə çalışan tanışlarının olduğunu, hərbi ilə bağlı nə isə problemi olacağı təqdirdə ona bildirməyini söyləmişdir. X4 işsiz olduğu üçün təxminən 2016-cı ilin iyun ayında o, oğlunu Prezident Mühafizəsində işə düzəltmək qərarına gəlmiş, bu məqsədlə Samirənin mobil telefon nömrəsinə zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. Təxminən 2016-cı ilin iyun ayının ortalarında Samirə Əlıverdiyeva ilə yaşadığı evdə görüşmüş, Samirəyə oğlu X14 Mühafizəsində işləməsini istədiyini bildirmiş, bu mövzuda ona kömək etməsini xalnş etmişdir. Samirə özünün bunu edə biləcəyini, lakin bunun pulsuz alınmayacagını, Prezident Mühafizəsində işləyən yüksək rütbəli dostuna pul verməli olduğunu bildıımışdır. O, Samirədən bunun üçün nə qədər pul verməli olduğunu soruşduqda Saninə həmin vəzifəli şəxsə 10000 manat məbləğində pul verəcəyi təqdirdə oğlunu isə qəbul edəcəklərini bildirmişdir. O, bu qədər pula imkanının çatmadığını bildirmiş və bıı qədər məbləği azaltmasını ondan xahiş etmişdir. Samirə ilə bir qədər söhbət etdikdmı sonra o, məbləği 6000 manata endirmiş və Samirəylə ilkin olaraq 2000 ABA dolları verməyinə, qalan 2600 manat pulu isə oğlunun işə düzəlməsindən sonra verəcəyinə razılaşmışdır. O, evdə olan N400 manat məbləğində pulu 2000 ABŞ dollarına çevirmiş, təxminən 2-N gün sonra Samirə ilə Yasamal rayonu ərazisində olan «Məhsul» stadionunun yaxınlığında görüşərək 100 ABŞ dollarını əskinaslarla 2000 ABŞ dolları məbləğində pulu ona vermişdir. Samirə pulu aldıqdan sonra tezliklə oğlunu Prezident Mühafizəsində işə düzəldəcəyinə dair vəd vermiş və ona toplanılması sənədlərin siyahısını vermişdir. Bir neçə gün sonra o, Samirənin istədiyi bütün sənədləri toplayıb ona vermişdir. Bundan sonra aylar keçsə də, Samırənin verdiyi vədi yerinə yetirməmişdir. O, hər dəfə Samirədən bu məsələ ilə bağlı soruşduqda Samirə səbr etməsini, özünün verdiyi pulu lazımi adama verdiyini, tezliklə bu məsələni həll edəcəyini bildirmişdir. 2017-ci ilin əvvəllərində o, Samirə ilə görüşən zaman Samirə ona oğlunu Prezident Mühafizəsinə işə düzəldə bilmədiyini bildirmiş və oğlunu Müdafiə Nazirliyində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul etdirməsini təklif etmişdir. O, buna razılaşsa da, üzərindən vaxt keçməsinə baxmayaraq, oğlu Elvin Seyidovu heç kim kursa çağırmamış, bundan sonra o, Samirənin onu aldatdığını başa düşüb verdiyi 2000 ABŞ dolları məbləğində pulu qaytarmasını tələb etmiş və müxtəlıi vasitələrlə Samirədən 2021-ci ilin aprel ayınadək hissə-hissə pulunu geri ala bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Şahid7 və onun qaynı Şahid6 onun həmkəndliləridir, 2019-cu ilin təxminən iyul ayında o, Kamalın sürücülük vəsiqəsi almaq üçün Təqsirləndirilən şəxs adlı şəxsə 800 manat məbləğində pul verməsi barədə eşidərək özünə də, sürücülük vəsiqəsi almaqda kömək etmələrini Seymur və Kamaldan xahiş etmiş, sürücülük məktəbini bitirməsinə dair şəhadətnaməsinin olmadığını demiş, Seymur da Samirə ilə danışıb ona bir söz deyəcəyini bildirmişdir. Təxminən 1 saat sonra Seymur ona Samirə ilə danışdığını, Samirənin həm sürücülük kursu keçməsinə dair şəhadətnamənin, həm də sürücülük vəsiqəsinin alınması üçün Daxili İşlər Nazirliyinin İmtahan Qeydiyyat İdarəsinin Xaçmaz rayon şöbəsində işləyən tanışlarına 850 manat məbləğində pul verməli olduğunu dediyini bildirmişdir. O, Samirənin dediyi məbləğlə razılaşmış və 2 gün sonra 850 manat pulu şəxsiyyət vəsiqəsinin sürəti ilə birlikdə Seymura vermiş, Seymur isə pulu Təqsirləndirilən şəxs çatdırmışdır. Samirə ona verilən pulun lazımi şəxslərə çatdırılacağını və onun sürücülük vəsiqəsini təxminən 20 gün, N ay müddətində alacağını söz versə də, nə onun, nə də Kamalın sürücülük vəsiqələrini alıb verə bilməmişdir. Bir neçə dəfə Kamal və Seymurla Xaçmaz şəhərinə getsələr də, nə onun, nə də Kamalın adına imtahan qeydiyyatının olmadığını görmüşlər. Aldadıldıqlarını anlayan Kamal 2019-cu ilin oktyabr ayında Samirənin qeyd edilən əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinin «102 Qaynar Xətt» nömrəsinə zəng edərək şikayət etmişdir. Daha sonra o, da Qusar rayon polis şöbəsinə çağırılmış, şöbədə Samirə ilə rastlaşdıqda Samirə ona pulunu qaytaracağına söz verdiyi üçün Samirədən şikayət etməmişdir. Bundan sonra 2019-cu ilin noyabr və dekabr aylarında Samirə ondan aldığı 850 manat məbləğində pulu tam olaraq hissə-hissə ona qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində fərdi avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərdiyindən müştəri kimi 2018-ci ilin yay aylarında Təqsirləndirilən şəxs tanımış, o, Bakı şəhərində olduğu vaxtlarda onu gedəcəyi müxtəlif ünvanlara pul müqabilində aparmışdır. 17 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona zəng vurub kiminsə ona pul göndərməli olduğunu bildirərək özünə məxsus pensiya bank kartının nömrəsini qısa mesajla ona göndərməsini xahiş etmişdir. O, özünə məxsus pensiya bank kartının nömrəsini qısa mesajla Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə göndərdikdən 2 gün sonra Təqsirləndirilən şəxs onun qeyd edilən mobil telefon nömrəsinə zəng edib həmin bank kartının nömrəsini yenidən ona qısa mesajla göndərməsini xahiş etmiş, o, da qısa mesajla yenidən bank kartının nömrəsini ona göndərmişdir. Bir neçə saat sonra o, Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən “Kapital Bank”a məxsus bankomata daxıl edərək bank kartını yoxlamış, karta 1N86 manat məbləğində pul köçürüldüyünü görmüşdür. Lakin, monitorda pulu göndərən şəxs barədə məlumat olmadığından Təqsirləndirilən şəxs pulu göndərən şəxsin kim olmasını bilməmişdir. Bundan sonra pulun göndərilməsi ilə bağlı Təqsirləndirilən şəxs məlumat vermiş, Təqsirləndirilən şəxs da həmin pulun 470 manatını Bakı şəhərində “Nəsimi” bazarının yanında yerləşən “MM” adlı mağazaya verməsini, 16 manatını taksi kimi fəaliyyətinin haqqı kimi özünə götürməsini tapşıraraq qalan 900 manatı isə özünün göturəcəyini bildirmiş, o, da Samrə Əliverdiyevanın dediklərini eyniylə icra etmişdir. ŞahidN adlı şəxsi tanımır, Təqsirləndirilən şəxs qeyd edilən məbləğdə pulun kim tərəfindən, hansı məqsədlə göndərilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Qusar şəhərində çoxmərtəbəli binanın tikintisində işləyən zaman tanımış, 2018-ci ilin təxminən noyabr ayında Samirə ona yaxınlaşıb evinin təmiri üçün usta lazım olduğunu bildirərək ona usta tapmasını xahiş etmişdir. O, qaynı Şahid6 zəng edərək bu barədə danışmış, Kamal isə boş olduğunu, razılaşacaqları təqdirdə Samirənin evini təmir edə biləcəyini bildirmişdir. Daha sonra o, Şahid6 ilə birlikdə Samirənin Qusar şəhərində yerləşən evinə getmiş, aralarında olan danışıq zamanı Samirə ilə Kamal öz aralarında qiymətdə və digər şərtlərdə razılaşmışlar. Şahid6 orada işlədiyi müddətdə o, Kamala tikinti materiallarının alınmasında kömək etmiş, dəfələrlə Samirənin evində olmuşdur. Evdə olduğu müddətdə oraya gəlib-gedən, lakin tanımadıqları şəxslərdən Samirənin pulla hərbi vəzifələrə adam düzəltməsi barədə eşitmişdir. İşin sonunda divar kağızları vurulduqdan sonra Samirə divar kağızlarını bəyənməmiş, Kamal isə Samirənin istəyinə əsasən həmin divar kağızlarını söküb yerinə Samirənin aldığı divar kağızlarını yapıştırmış və işini yekunlaşdırmışdır. Kamal 2019-cu ilin iyul ayında özü üçün minik avtomobili almaq qərarına gəlmiş, lakin sürücülük məktəbində oxusa da, imtahan verib sürücülük vəsiqəsi almadığından sürücülük vəsiqəsi almaqda ona kömək edəcək bir tanış axtarmışdır. Onlar bu mövzuda söhbət edən zaman Kamal Samirənin belə işlərlə məşğul olduğunu, ondan kömək istəyə biləcəklərini bildirmiş və o, Kamalın xahişi ilə Samirənin xatırlamadığı mobil telefon nömrəsinə zəng etmişdir. Danışıq zamanı o, Təqsirləndirilən şəxs yeznəsi Kamala sürücülük vəsiqəsi lazım olduğunu deyərək bu işdə onlara kömək edə bilib-bilməyəciyini soruşmuşdur. Samirə telefonda ona özünün Daxili İşlər Nazirliyinin İmtahan Qeydiyyat İdarəsinin Xaçmaz şəhər şöbəsində vəzifədə işləyən tanışlarının olduğunu, bu işi həmin şəxslərə pul verməklə həll edə biləcəyini bildirmişdir. O, Samirədən bunun üçün nə qədər pul lazm olduğunu soruşduqda Samirə 800 manat məbləğində pul verməli olduqlarını söyləmişdir. Daha sonra o, Samirənin dediklərini Kamala danışmış, Kamal özü də telefonda Samirə ilə danışdıqdan sonra onlar aralarında həmin məbləğə razılaşmışlar. Samirə telefonda Kamala sənədlərini və pulu onunla göndərməyi tapşırmış, Kamal şəxsiyyət vəsiqəsinin surətini, sürücülük məktəbini bitirməsinə dair şəhadətnaməni və 800 manat məbləğində pulu ona vermiş, o, isə 22 iyul 2019-cu il tarixdə Qusar şəhərində Samirənin yaşadığı evə gedib sənədləri və qeyd edilən məbləğdə pulu onun özünə vermiş, Samirə pulu aldıqdan sonra Kamalın sürücülük vəsiqəsinin bir həftəyə veriləcəyini bildirmişdir. Onlar Kamalın bu məsələsi barədə öz aralarında söhbət etdikləri vaxt qonşuları Şahid8 onların söhbətini eşidib ona özünün də, sürücülük vəsiqəsi almaq istədiyini bildirərək ona kömək etmələrini xahiş etmişdir. Bu zaman o, yenidən Samirənin mobil telefonuna zəng edib qonşusu Şahid8 da sürücülük vəsiqəsi almaq istədiyini, lakin Şahid8 şəhadətnaməsinin olmadığını ona bildirmiş, Samirə həm sürücülük kursunu keçməsinə dair şəhadətnamənin, həm də sürücülük vəsiqəsinin alınması üçün Daxili İşlər Nazirliyinin İmtahan Qeydiyyat İdarəsinin Xaçmaz rayon şöbəsində işləyən tanışlarına 850 manat məbləğində pul verməli olduqlarını bildirmişdir. Şahid8 bu barədə bildirdikdə o, Samirənin dediyi məbləğlə razılaşmış, bundan 2 gün sonra o, Şahid8 verdiyi 850 manat məbləğində pulu və şəxsiyyət vəsiqəsinin surətini götürüb Samirənin Qusar şəhərindəki evinə getmişdir. Orada pulu Samirəyə verdikdən sonra Samirə Nadirin sürücülük vəsiqəsinin təxminən 20 gün, N ay müddətində veriləcəyini vəd etmiş, kəndə qayıtdıqdan sonra bu barədə Nadirə söyləmiş, Nadir də müddətlə bağlı razılığını bildirmişdir. Bu danışıqlarından təxminən N ay sonra Samirə onları bir neçə dəfə aldadaraq İmtahan və Qeydiyyat İdarəsinin Xaçmaz rayon şöbəsinə göndərmiş, onlara yaxınlaşıb sürücülük vəsiqələrini verəcəklərini bildirmiş, lakin onlar sonuncu dəfə həmin şöbəyə yaxınlaşdıqda, qapıda dayanan şəxslər həmin günün cümə günü olduğunu, cümə günü sürücülük imtahanlarının verilmədiyini, ümumiyyətlə Kamal və Nadirin sürücülük vəsiqəsi almaqla bağlı şöbədə hər hansı bir müraciətlərinin olmadığını bildirmişlər. Artıq bundan sonra Samirənin onları aldatdığını görən Kamal 06 oktyabr 2019-cu il tarixdə Samirənin qeyd edilən əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinin «102 Qaynar Xətt» nömrəsinə zəng edərək şikayət etmiş və bununla bağlı araşdırma başlanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 şahid Seymur Şıxəliyevlə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərilmiş bütün xüsusatları tam olaraq təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, kəşfiyyatçı kimi ordu sıralarında xidmət etmək arzusu olduğu üçün o, 2018 ci ilin sentyabr ayında Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinə yazılı müraciət edərək gizir hazırlıq kursuna qəbul imtahanlarına adını yazdırmış, imtahanlar ərəfəsində həmin vaxt orada olan və imtahanda müvəffəqiyyət qazanmamış tanımadığı bir neçə şəxslə ümumi söhbət zamanı həmin şəxslər imtahandan keçməyin çətin olduğunu, imtahandan keçmiş şəxsləri isə istədikləri yerlərə deyil, ön xətdə yerləşən döyüş postlarına göndərdiklərini bildirmişlər. O, bu söhbətlərdən sonra imtahanlarda müvəffəqiyyət əldə edə bilməyəcəyi qənaətinə gələrək sənədlərini geri götürmüşdür. 2018 ci ilin təxminən dekabır ayında nənəsinin qohumu olan Qusar rayon sakini Samirə ilə tanış olmuş, Samirənin evində olan zaman sonuncu ondan harda işlədiyini soruşmuşdur. O, Samirəyə hərbidə işləmək istədiyini, lakin alınmadığını dedikdə Samirə ona bu işdə ona kömək edə biləcəyini, onu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəldə biləcəyini söyləmişdir. O, Samirədən onu necə xidmətə düzəldəcəyini soruşduqda Samirə bu işə qarışmamasını, tanıdığı hansısa vəzifəli şəxsə 2000 manat məbləğində pul verəcəyi təqdirdə onun işini düzəldəcəyini bildirmişdir. Bu sözündən sonra o, Samirə ilə razılaşmış, dediyi məbləği qısa müddət ərzində hazırlayacağını bildirmişdir. Evlərində 1000 manat məbləğində pul olmuş, qalan 1000 manat məbləğində pulu isə Almaniyada yaşayan qohumu bank vasitəsilə ona göndərmişdir. 2018-ci ilin dekabr ayının ortalarında saat 14 radələrində o, Samirənin evinə getmiş və 2000 manat məbləğində pulu ona verərək Beyləqan rayonunda yerləşən N nömrəli hərbi hissədə xidmət etmək istədiyini bildirmişdir. Samirə pulu aldıqdan sonra ona sənədlərini Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə verməsini tapşırmış və bir neçə gün sonra özü haqqında topladığı sənədləri Silahlı Qüvvələrin X22 sənəd qəbuluna baxan tanımadığı bir hərbi qulluqçuya vermişdir. Bütün müraciət edən şəxslər kimi onun da, sənədləri qəbul edilmiş, 2019-cu ilin yanvar ayının əvvəllərində X18 tanımadığı bir şəxs hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə ona zəng edərək onu 07 yanvar 2019- cu il tarixdə başlayan kursa çağırmışdır. O, həmin tarixdə kursa getmiş və imtahanda iştirak etmişdir. Daha sonra 11 mart 2019-cu il tarixdə X21 adiyyəti vəzifəli şəxsləri tərəfindən onun imtahandan müvəffəqiyyətlə keçdiyi bildirilmiş və onu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində N nömrəli hərbi hissəyə xidmətə göndərmişlər. Onunla birlikdə X22 kurs keçib müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul olan ŞahidN Bahadır oğlu hələ kursda olduğu vaxtlarda aralarında olan söhbət zamanı ona özünün də, kəşfiyyatçı olmaq istədiyini dediyindən kurs zamanı aralarında kurs yoldaşı kimi münasibət yaranmış və onlar bir-birilərinə mobil nömrələrini vermişlər. Kursdan sonra ŞahidN Ağcabədi və Ağdam rayonları ərazisində, düşmənlə üzbəüz mövqedə yerləşən N nömrəli hərbi hissəyə göndərilmiş və həmin hərbi hissə kəşfiyyat təyinatlı olmadığından ŞahidN bir neçə dəfə ona zəng edərək onun xidmət etdiyi N nömrəli hərbi hissəyə köçürülmək istədiyini bildirərək onun da, tanışı vasitəsilə N nömrəli hərbi hissədə kəşfiyyatçı təyin olunmasının təşkil etməsini xahiş etmişdir. Bundan sonra o, Samirəyə zəng vurub onunla danışaraq N nömrəli hərbi hissədə xidmət edən ŞahidN xidmət yerinin onun xidmət etdiyi hərbi hissəyə dəyişdirmək istədiyini bildirmiş və telefon nömrəsini Aslana vermək üçün ondan razılıq almışdır. Sonra isə o, Aslana zəng edib Samirənin mobil telefon nömrələrini ona vermiş, Samirə ilə özünün danışmasını bildirmişdir. X9 bunun üçün 1500 manat məbləğində pul istəməsi, Aslanın isə ona 1400 manat məbləğində pul göndərməsi barədə onun özündən eşitmiş, lakin Aslan Samirənin istədiyi pulu versə də, Samirə vədini yerinə yetirməmiş, Aslanın nə pulunu geri qaytarmamış, nə də, xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişilməsini təmin etməmişdir. İş üzrə şahid qismində dindirilmiş ŞahidN Bahadır oğlu ifadəsində göstərmişdiı ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etmək arzusunda olduğundan 2019-cu ilin aprel ayında hərbi hissəyə xüsusi təyinatlılara hərbi qulluqçu seçmək üçün gələn zabit heyətinə müraciət etmiş və həmin müraciətinə əsasən 10 aprel 2019-cu il tarixdə N nömrəli hərbi hissədə təşkil edilmiş «xüsusi təyinatlı hazırlıq kurs»una göndərilmişdir. Lakin orada kursda olan zaman ona yaxın qohumlarımdan hər hansı birinin məhkumluğu olduğu təqdirdə kursu keçsə belə onu xüsusi təyinatlılara qəbul etməyəcəklərini bildirmişlər. Əmisi oğlu ağır cinayət törətdiyinə görə məhkum edildiyindən artıq boşu-boşuna kurs keçməyin mənasız olduğunu anladıqdan sonra o, 28 aprel 2019cu il tarixdə öz ərizəsinə əsasən kursdan çıxarılmış və hərbi hissəsinə qaytarılmışdır. O, Silahlı Qüvvələrin X22 kursda olan zaman orada kurs keçən Qusar rayonundan olan Şahid2 adlı şəxslə tanış olmuş, kursdan sonra Xasam N nömrəli xüsusi təyinatlı kəşfiyyat taboruna kəşfiyyatçı təyin edilmişdir. Hələ kursda olan zaman Şahid2 özünün kəşfiyyatçı kimi N nömrəli hərbi hissəyə təyin edilməsi müqabilində bir nəfər tanışına 2000 manat məbləğində pul verdiyini, həmin şəxsin onu N nömrəli hərbi hissəyə kəşfiyyatçı təyin etdirəcəyini ona danışmışdır. O, artıq kəşifiyyatçı kimi onu qanuni yolla xidmətə qəbul etməyəcəklərini anladığı üçün bu barədə Xasamla məsləhətləşmək qərarına gəlmiş və 2019-cu ilin may ayında Xasama zəng edib Xasama kəşfiyyatçı olmaq istədiyini, lakin əmisi oğlunun məhkumluğu olduğu üçün onu xidmətə qəbul etmədiklərini bildirib onun özünün kəşfiyyatçı kimi xidmətə qəbul edilməsini təşkil edən tanışının bu məsələdə ona kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Xasam Təqsirləndirilən şəxs adlı həmyerlisinin olduğunu, onun vəzifəli tanışlarının olduğunu, həmin şəxslərə pul verərək belə məsələləri həll etdiyini bildirmişdir. Daha sonra Xasam ona özünün Samirə ilə onun barəsində danışacağını, Samirənin onu kəşfiyyatçı kimi xidmətə qəbul etdirə biləcəyini bildirəcəyi təqdirdə onun nömrəsini verəcəyini deyərək qalan məsələni Samirə ilə özünün danışıb razalaşmasını tapşırmışdır. Bir neçə gün sonra Xasam ona zəng vurub Samirənin mobil nömrəsini ona vermiş və o, Samirənin həmin nömrəsinə zəng vurub telefonda Xasamın dediyi adam olduğunu və kəşfiyyatçı kimi Xasamın xidmət etdiyi hərbi hissəyə köçürülmək istədiyini demişdir. Samirə isə ona özünün Müdafiə Nazirliyində yüksək vəzifəli dostlarının olduğunu, bu məsələni həmin şəxslərin əli ilə həll edə biləcəyini, bu iş üçün həmin şəxslərə pul verməli olduğunu bildirmişdir. O, Samirəyə özünün yalnız 1500 manat məbləğində pul verə biləcəyini, bundan artığını verməyə maddi imkanının olmadığını demişdir. Samirə 1500 manat məbləğində pulun həmin vəzifəli şəxslərə çatacağını, belə olan halda özünə heç nə qalmayacağını, özünün bu məsələni alındırmaq üçün bir neçə dəfə bəzi yerlərə getməli olduğunu, yol pulu verməli olduğunu bildirmiş və o, Samirəyə özünün N nömrəli kəşfiyyat taboruna əmri verildikdən sonra əlavə olaraq ona N00 manat məbləğində pul verəcəyini demiş, Samirə bu təkliflə razılaşmış və pulu nə vaxt hazırlayacağını ondan soruşmuşdur. O, Samirəyə həmin məbləğdə pulu toplayan kimi ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra Samirə ona özünün ad və soyadını hansı hərbi hissəyə köçürülmək istədiyini qısa mesajla yazıb ona göndərməsini istəmiş və o, Samirənin dediyi məlumatları qısa mesajla onun mobil telefonuna göndərmişdir. 18 iyun 2019-cu il tarixdə aylıq məvacibini aldıqdan sonra öz yığdığı pul ilə birlikdə 1400 manat məbləğində pul hazırlamış, qalan 100 manat məbləğində pulu isə tapa bilməmişdir. Samirənin mobil telefon nömrəsinə dəfələrlə zəng etsə də, Samirə telefonu açmamış, buna görə də, o, topladığı pulu Samirəyə çatdırması üçün Xasama verib-verməməsi ilə bağlı ona qısa mesaj yazmışdır. Bundan sonra Samirə onun mobil telefonuna zəng vurub həmin pulu Xasama vermək lazım olmadığını, qardaşına aid kartın nömrəsini ona verəcəyini deyib pulu həmin karta köçürməsini tapşırmışdır. 19 iyun 2019 cu il tarixdə Samirə qısa mesajla ona 16 rəqəmdən ibarət kart nömrəsini göndərmişdir O, topladığı pulu həmin karta atmaq üçun 19 iyun 2019-cu il tarixdə tabor komandirindən icazə alıb hərbi hissədən çıxmış və Ağcabədi rayonunun ərazisində olan «Görüş» kafesinin yanında yerləşən adını xatırlamadığı marketə gedərək orada «Milliön» aparatı ilə 100, 50, 20 və 10 manatlıq əskinaslarla 1400 manat məbləğində pulu Samirənin ona göndərdiyi kart hesabına köçürmüş və Samirənin onu aldatmasından ehtiyat etdiyi üçün «Milliönaparatından çıxan qəbzi özündə saxlamış, Samirənin verdiyi kart hesabını «Milliön aparatında vuran zaman aparatın monitorunda kart sahibinin adının «Tariyel» olmasını görmüşdür. Pulu göndərdikdən sonra o, Samirəyə zəng vurmuş və pulu dediyi kart nömrəsinə atdığını deyərək işinin nə vaxt həll olunacağını soruşmuşdur. Samirə həmin pulu aparıb tanışı olan vəzifəli şəxsə verəcəyini, həll olunan kimi ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra isə o, Samirənin onu N nömrəli hərbi hissəyə köçürəcəyini gözləmiş, mütəmadi olaraq onunla mobil telefon əlaqəsi saxlasa da, Samirə hər dəfə onu bir bəhanə ilə aldatmış, aldığı pulu isə qaytarmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissənin 4-cü taborunun maddi-texniki təminat tağımının avtomobil manqasının sürücüsü vəzifəsində xidmət etdiyi zaman qardaşı, hərbi hissənin 2-ci taborunda xidmət edən X2 yanında, həmin taborun maddi-texniki təminat tağımında xidmət etmək üçün hərbi qulluqçular arasında belə işlər gördüyü bildirilən Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs isə ona 4-cü Ordu Korpusunda və Müdafiə Nazirliyində yüksək rütbəli tanışlarının olduğunu, onların köməkliyi ilə bu işi həll edə biləcəyini, lakin bu iş üçün onlara rüşvət verməli olduğunu söyləmişdir. O, Samirəyə maddi imkanının zəif olduğunu deyərək bu işin neçəyə başa gələcəyini soruşduqda Samirə ona özü haqda məlumatları qısa mesajla ona göndərməsini istəmişdir. O, öz məlumatlarını Samirənin mobil telefon nömrəsinə qısa mesajla göndərmiş və bir qədər sonra Samirə həmin nömrə ilə ona qısa mesaj yazıb həmin vəzifəli tanışlarının bunun üçün 2000 manat pul istədiklərini, lakın özünün bunu 1500 manata həll edə biləcəyini demişdiı. O, Samirəyə zəng edib bu məbləğə imkanının olmadığını deyərək bunu 500 manata etməyin mümkün olub-olmadığını soruşmuş, Samirə isə cavabında bunun mümkün olmadığını deyərək məbləği bir qədər də azaldıb 1000 manata endirmişdir. O, məcburiyyət qarşısında qalaraq həmin məbləğdə pul verməyə razılaşmış və 2018-ci ilin yanvar ayının sonlarında Samirənin Qusar şəhərində olan evində ona bir dəfə 500, bir dəfə isə 280 manat məbləğində pul vermişdir. Lakin pulun sonradan kimə və ya hansı vəzifəli şəxsə veriləcəyi ilə bağlı məlumatı olmamış, Samirə bu barədə ona heç nə deməmişdir. Növbəti aylarda o, bu işin həll olunmadığını, Samirənin onu aldatdığını görüb onunla dəfələrlə bu barədə söhbət etmiş, sonuncu isə hər dəfə yaxın vaxtlarda əmrinin veriləcəyini deyərək onu aldatmış, lakin işi həll etməmişdir. Baxış keçirilməsi haqqında 1N iyul 2021-ci il tarixli protokoldan görünür ki, Ağcabədi rayonunun Hacıbədəlli qəsəbəsi ərazisində yerləşən «Yolüstü» marketdə olan «Milliönödəmə terminalından 19 iyun 2019-cu il tarixdə saat 1N:55-də Şahid12 «Kapital Bank» hesabına 1000 manat, həmin gün 14:17-də isə 400 manat məbləğində pul köçürülmüşdür. «Kapital Bank»ın Qusar rayon şöbəsinin 08 iyul 2020-ci il tarixli kredit müqaviləsin, əlavəsinin surətindən görünür ki, həmin gün Zərərçəkmiş şəxs filialdan bır il müddətinə kreditlə N000 manat məbləğində pul krediti götürmüşdür. Baxış keçirilməsi haqqında 20 aprel 2021-ci il tarixli protokollardan görünür kı. Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə Şahid1 istifadəsində olan ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***-**-**, ŞahidN istifadəsində olan 051 -666 01-20, Şahid4 məxsus ***-***-**-** və ***-***-**-** və Şahid5 istifadəsində olan ***-***-**-** mobil telefon nömrələri arasında ifadələrindi göstərdikləri tarixlərdə telefon danışıqları olmuş və həmin nömrələrdən ifadələrində göstərilmiş mövzuda qısa mesaj mətnləri ötürülmüşdür. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.N, N2.4, N12.2-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş tutma haqqında protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Azərbaycan Respublikası Hərbi məhkəməsinin 21 avqust 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, N1 avqust 2019-cu il tarixli qərar ilə onun barəsində polisin nəzarətinə altına vermək növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Qusar rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 5(029)-1N/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs mülkiyyətində olan 0.40ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş ziyanı ödəmiş və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Buna görə də Qusar rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 5(029)-1N/2021 saylı qərarı ilə mülkiyyətində olan 0.40ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.N-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 200N-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.N-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 1N-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və sonuncunun ondan şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməli etiraf edib hərəkətlərindən səmimi peşman olmasının və dəymiş zərərin aradan qaldırılmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.N-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində sınaq müddəti hökm qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. İş üzrə məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.N.-cü və Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 158.2.1.-ci və 158.2.2.-ci maddələrinin tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs 19 avqust 2019-cu ildən şübhəli şəxs qismində tutulduğu N (üç) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci, 158.2.2.-ci maddələrinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin N44-N46, N49, N51-N54, N56-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.N, N2.4, N12.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.N-cü maddələri ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi – məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N2.4, N12.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi – məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.N-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 0N (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi – məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 19 avqust 2019-cu il tarixdən 21 avqust 2019-cu il tarixədək həbsdə saxlanıldığı 0N (üç) gün ona təyin olunmuş cəzadan çıxılmaqla qəti olaraq üzərində 0N (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi – məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Qusar rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli 5(029)-1N/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs mülkiyyətində olan 0.40ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Qusar şəhəri, İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1107/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1107/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver