Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1107/2022 13.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2nvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə istintaqla müəyyən edilməmiş mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - 1247,63 qram çəkidə narkotik vasitə olan heroini, külli miqdarda - 2702,936 qram çəkidə psixotrop maddə olan metamfetamini, külli miqdarda - 1679 qram çəkidə narkotik vasitə olan tiryəki və 480 ədəd həb formasında olmaqla tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı külli miqdar - 19,2 qram təşkil edən narkotik vasitə olan metadon dərman preparatlarını əldə edib yaşadığı ünvan 2nvanına daşımaqla orada saxlamış, həmin narkotik vasitə olan heroinin 99,63 qramını bir ədəd bükümə və psixotrop maddə olan metamfetaminin isə 110,936 qramını bir ədəd bükümdə ayıraraq qanunsuz olaraq üzərində saxlamaqla ünvan 2nvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 16:00da qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan alt cibindən bir ədəd bükümdə külli miqdarda - 99,63 qram çəkidə narkotik vasitə olan heroin və bir ədəd bükümdə külli miqdarda - 110,936 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq 24 yanvar 2022-ci il tarixdə saat 19:30da İdarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs faktiki yaşadığı ünvan 2nvanına sonuncunun razılığı və iştirakı ilə keçirilən baxış zamanı həmin mənzilin ikinci mərtəbəsində yerləşən yataq otağından satış məqsədi ilə əldə edib bir ədəd sellofan torbada saxladığı 07 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 322 qram, 268 qram, 527 qram, 313 qram, 163 qram, 512 qram və 487 qram olmaqla ümumilikdə külli miqdarda - 2592 qram çəkidə psixotrop maddə olan metamfetamin, 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 502 qram, 383 qram və 263 qram olmaqla ümumilikdə külli miqdarda - 1148 qram çəkidə narkotik vasitə olan heroin, 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 420 qram, 237 qram və 1022 qram olmaqla ümumilikdə külli miqdarda - 1679 qram çəkidə narkotik vasitə olan tiryək, 480 ədəd həb formasında olmaqla tərkibindəki təsiredici maddəsinin ümumi miqdarı külli miqdar - 19,2 qram olan narkotik vasitə olan metadon dərman preparatları və bir ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, özü istifadəçisi olduğundan heroin və metamfetamini əsasən falqada yandıraraq tüstüsünü çəkməklə istifadə etmişdir. Narkotik vasitələrin hər bir qramını 30-40 manata tanımadığı şəxslərdən əldə etmişdir. İran vətəndaşı olan Elşad adlı şəxsi Bərdə rayonunda yaşayan Hüseyn vasitəsilə tanımışdır. Belə ki, idarə etdiyi “Mersedes” markalı avtomobildə nasazlıq yarandığı üçün 2021-ci ilin sonlarında ailəsi ilə birlikdə qayınatası Şahid4 yaşadığı ünvan 2nvanına gəlmişdir. Bakıya gəldikdən sonra avtomobili bir neçə ustaya göstərmişdir. Bakıda olarkən qayınatasının atası vəfat etmiş, bundan sonra qırx mərasimi çıxana qədər Bakıda qalmağı qərarlaşdırmışlar. Bakıda olduğu müddətdə Bərdə rayonundan tanıdığı Hüseynlə qarşılaşmış, bir neçə dəfə sonuncudan istifadəsi üçün narkotik vasitə almışdır. Hüseynlə söhbətləşərkən maddi vəziyyətinin yaxşı olmadığını, ona görə də narkotik vasitə ala bilmədiyini bildirmişdir. Hüseyn də ona Elşad adlı iranılının narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu, adamları vasitəsi ilə narkotik vasitələri ölkə ərazisinə keçirdiyini, sonradan bu barədə ona məlumat verdiyini, Elşadın dediyi ünvandan narkotik vasitələri götürüb sonradan onun dediyi digər ünvanlara yerləşdirdiyini və bunun əvəzində pul aldığını bildirmişdir. Hüseyn ona da bu qaydada işləməyi təklif etmiş və belə olduğu halda istədiyi qədər narkotik vasitə istifadə edə biləcəyini bildirmişdir. Əvvəlcə onun təklifi ilə razılaşmasa da, sonradan maddi vəziyyəti yaxşı olmadığından Hüseynlə razılaşmışdır. Bundan sonra Hüseyn onun əlaqə nömrəsini Elşada vermiş, həmin gün İran mobil operatorlarına məxsus tanımadığı mobil nömrədən ona zəng gəlmişdir. O, telefona cavab verdikdə danışan şəxs adının Elşad olduğunu və əlaqə nömrəsini Hüseyndən aldığını bildirmişdir. İlk dəfə 2022-ci ilin yanvar ayının ortalarında Elşad adlı şəxsin dediyi ünvandan narkotik vasitələri götürüb sonradan onun dediyi ünvanlara yerləşdirmiş, bunun müqabilində Elşad ona kart vasitəsi ilə 150 manat pul göndərmişdir. O, adətən yanında olan tanışlarının bank kartlarının şəkillərini Elşada atmış, sonuncu da pulu göndərdikdən sonra ona xəbər vermiş, o da tanışlarından pulu çıxarıb ona vermələrini xahiş etmişdir. Bu qayda ilə Elşadla bir neçə dəfə işləmiş və bunun müqabilində Elşad ona kart vasitəsi ilə 2000 manata yaxın pul vermişdir. Sonuncu dəfə 2022-ci ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə Elşad ona “WhatsApp” vasitəsi ilə zəng edərək Astara rayonuna getməsini istəmişdir. O da Astara rayonuna getmiş, ora çatdıqda Elşad ona zəng edərək magistral yolun Astara rayonuna girən hissəsindən geri qayıtmasını, yolun kənarında qara rəngli sellofan torba olduğunu bildirmiş və onu götürməsini istəmişdir. O, avtomobildən düşərək Elşadın dediyi qara rəngli sellofan torbanı götürüb avtomobilin salonuna qoymuş və Bakı şəhərinə geri qayıtmışdır. O, qayınatasıgilə çatdıqdan sonra həmin sellofan torbanı yaşadıqları mənzilin ikinci mərtəbəsinə aparmış və yaşayış olmadığından torbanı ora qoymuşdur. Ailə üzvləri ondan harada olduğunu soruşduqda rayona müştəri apardığını bildirmişdir. Daha sonra həmin sellofan torbanı açaraq içərisinə baxmış və içərisində müxtəlif növlərdə narkotik vasitə və psixotrop maddələr olduğunu görmüşdür. 24 yanvar 2022-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində piyada hərəkət edərkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polislər onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada hüquqlarının müdafiəsi üçün vəkil çağırılmış, hüquq və vəzifələri izah olunmuş, daha sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz nəsə varsa təqdim etməsi təklif olunmuş, o da əynindəki hərbi şalvarın sağ yan alt cibindən bir bükümdə metamfetamini və bir bükümdə heroini çıxarıb təqdim etmişdir. O, yaşadığı evdə də narkotik vasitələr saxladığını, həmin narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra yaşadığı evə baxışın keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmış, daha sonra həmin gün saat 19 radələrində polislərlə birlikdə ünvan 2nvanına getmişlər. Arvadı Şahid5 və qayınatası Şahid4 iştirakı ilə həmin evin 2-ci mərtəbəsindəki yataq otağında olan taxta çarpayının yanında gizlətdiyi bir ədəd sellofan torbanı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin torbanın içindən yeddi ədəd bükümdə metamfetamin, üç ədəd bükümdə heroin, üç ədəd bükümdə tiryək və 480 ədəd metadon həbləri aşkar olunmuşdur. Daha sonra Baş İdarəyə qayıtmışlar, orada keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Etdiyi əməldən çox peşmandır. Məhkəmədən bütün bu halların, həmçinin himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 24 yanvar 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat barədə raportla İdarənin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və onun özü, Şahid1, Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə 24 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs olması ehtimal olunan ünvan 2nvanının yaxınlığına getmişlər və orada əməliyyat mövqeyi seçib gözləməyə başlamışlar. 24 yanvar 2022-ci il tarixdə saat 16:00-da həmin ünvanının yaxınlığında xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar bir nəfəri görmüşlər, daha sonra həmin şəxsə yaxınlaşıb xidməti vəsiqəni göstərərək özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etmişlər. İdarədə onun hüquqlarının müdafiəsi məqsədi ilə müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs barəsində tutma haqqında qərar qəbul edildikdən sonra üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, bundan sonra sonuncu əynindəki hərbi şalvarın sağ yan alt cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər və bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, sonuncunun şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 20 manat pul, sol alt cibindən iki ədəd “Redmi” markalı mobil telefon, sağ yan cibindən bir ədəd açar aşkar olunmuşdur. Sonra psixotrop maddə olan metamfetaminə bənzər və narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və üzəri imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı Elşad adlı şəxsin vasitəsi ilə Astara rayonu ərazisində gizlədilən yerdən götürüb deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bundan əvvəl bir dəfə də qeyd olunan ərazidən əldə etdiyi narkotik vasitələri deyilən ünvanlara çatdırıb əvəzində 2000 manat qazandığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin yaşadığı evdə də narkotik vasitə saxladığını etiraf etmiş, orada saxladığı narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə 24 yanvar 2022-ci il tarixdə saat 18-19 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nvanına getmişlər. Təqsirləndirilən şəxs mənzilə baxış keçirilməsinə etirazının olmadığı barədə ərizə yazmış, bundan sonra videoçəkiliş vasitəsilə evə baxış keçirilməyə başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs arvadı və qayınatasının iştirakı ilə həmin evin 2-ci mərtəbəsindəki yataq otağında olan taxta çarpayının yanında gizlətdiyi bir ədəd sellofan torbanı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin torbanın içindən yeddi ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər, üç ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər və 480 ədəd metadon həbinə bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş kütlələr qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra evin digər hissələrinə və otaqlarına baxış keçirilsə də əlavə olaraq iş üzrə sübut əhəmiyyəti kəsb edən əşya və ya predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Elşad adlı şəxsin vasitəsi ilə Astara rayonu ərazisində gizlədilən yerdən götürüb deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, qayınatası Şahid4 və arvadı Şahid5 həmin evdə narkotik vasitə saxlamasından məlumatlarının olmadığını bildirmişdir. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə baxışın keçirilməsi ilə əlaqədar protokolun tərtibi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə qayıtmışlar. Orada protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid1 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 163-167). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs qızı Şahid5 həyat yoldaşıdır. 2021-ci ilin dekabr ayında atası rəhmətə getdiyi üçün qızı və Elxan yaşadığı evə gəlib orada yaşamağa başlamışlar. 24 yanvar 2022-ci il tarixdə saat 18-19 radələrində evdə olarkən qəfildən qapı döyülmüş və qapını açdıqda Elxanın bir neçə şəxslə birlikdə dayandığını görmüşdür. Həmin şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduqlarını bildirmişlər. Polislər Elxanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək tutulduğunu, üzərindən narkotik vasitə aşkar edildiyini, həmçinin Elxanın yaşadığı ünvanda da narkotik vasitələr saxlaması barədə məlumat verdiyini bildirmişlər. Polislər onlardan evə baxış keçirilməsinə etirazlarının olub-olmaması barədə soruşduqda onlar etirazlarının olmadığını bildirmişlər. Bundan sonra videoçəkiliş ilə baxışın keçirilməsinə başlanılmış, onun və qızının iştirakı ilə Elxan evin 2-ci mərtəbəsindəki yataq otağında olan taxta çarpayının yanında gizlətdiyi bir ədəd sellofan torbanı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin torbanın içindən polislərin dediyinə görə narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. Daha sonra evin digər otaqlarına baxış keçirilmiş, amma başqa heç nə tapılmamışdır. Onun və qızının aşkar edilən narkotik vasitələrdən, Elxanın narkotik vasitə istifadə etməsindən, satmasından xəbərləri olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Bu evlilikdən iki azyaşlı övladları var. 2021-ci ilin dekabr ayında Elxanla birlikdə atası Şahid4 yaşadığı ünvan 5 ünvanda yerləşən mənzilə gəlmişlər. Belə ki, babası rəhmətə getdiyi üçün onlar Şahid4 yaşadığı evə getmişlər və həmin vaxtdan orada yaşamağa başlamışlar. 24 yanvar 2022-ci il tarixdə saat 18-19 radələrində o və atası evdə olarkən qəfildən qapı döyülmüş və atası qapıya yaxınlaşaraq qapını açmışdır. Bu zaman Elxanın bir neçə şəxslə birlikdə qapıda olduğunu görmüşlər. Həmin şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olduqlarını bildirmişlər. Onlar Elxanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək tutulduğunu və üzərindən narkotik vasitə aşkar edildiyini bildirmişlər. Həmçinin Elxanın yaşadığı ünvanda da narkotik vasitələr saxlaması barədə məlumat verdiyini bildirmişlər. O və atası belə bir şeydən məlumatlarının olmadığını bildirmişlər. Polis əməkdaşları onlardan yaşadıqları ünvana baxış keçirilməsinə etirazlarının olub-olmaması barədə soruşduqda onlar etirazlarının olmamasını bildirmişlər və Şahid4 bu barədə ərizə vermişdir. Bundan sonra videoçəkiliş əsasında baxışın keçirilməsinə başlanılışdır. Baxış 24 yanvar 2022-ci il tarixdə saat 19 radələrində başlanılmışdır. Baxış və götürmə aparılmasından əvvəl Elxanı bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra onun və atasının iştirakı ilə Təqsirləndirilən şəxs evin 2-ci mərtəbəsindəki yataq otağında olan taxta konusturuksiyalı çarpayının yanında gizlətdiyi bir ədəd sellofan torbanı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin torbanın içindən polis əməkdaşlarının söyləməsinə əsasən narkotik vasitə və psixotrop maddələr aşkar olunmuşdur. Daha sonra aşkar edilən narkotik vasitə və psixotrop maddələr tərəzidə çəkilsə də onların hazırda kütlələrini xatırlamır. Daha sonra aşkar olunmuş narkotik vasitələr qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Daha sonra evin digər hissələrinə və otaqlarına baxış keçirilsə də heç nə aşkar edilmədi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Elşad” adlı şəxsin vasitəsi ilə Astara rayonu ərazisində gizlədilən yerdən, deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, onun və Şahid4 həmin evdə narkotik vasitə saxlamasından məlumatlarının olmadığını bildirmişdir. O və atası Şahid4 aşkar edilən narkotik vasitələrdən və Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən və ya satmasından xəbərlərinin olmadığını bildirmişlər. Bundan sonra baxış dayandırılmış və onları protokolun tərtibatı üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Narkotik vasitələrin aşkar edildiyi otaqda yaşayış olmamış, həmin otağa sadəcə lazımsız əşyalar yığılmışdır. Həyat yoldaşı narkotik vasitələr barədə ona hər hansı məlumat verməmiş, onun narkotik vasitə istifadə etməsindən və ya satmasından xəbəri olmamışdır (cild 1, iş vərəqə 135-138). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması etimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan alt cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olumuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Elşad adlı şəxsin vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən götürüb deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bundan əvvəl bir dəfə qeyd olunan ərazidən əldə etdiyi narkotik vasitələri deyilən ünvanlara çatdırıb əvəzində 2000 manat pul qazandığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 30-33). Mənzilə baxış keçirilməsi və götürmə haqqında 24 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nvanına sonuncunun razılığı və iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində yerləşən yataq otağında çarpayının yanında gizlətdiyi bir ədəd sellofan torbanı və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin torbanın içindən yeddi ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər və 480 ədəd metadon həbləri aşkar olunmuşdur. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 37-40). Məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2022-ci il tarixli 6/472 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 99,630 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 110,936 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” və s. yazılar, imzalar olan torbada 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 322 qram; 268 qram; 527 qram, 313 qram, 163 qram, 512 qram, 487 qram olmaqla ümumi təmiz çəkiləri 2592 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 502 qram, 383 qram, 263 qram olmaqla ümumi təmiz çəkiləri 1148 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 420 qram, 237 qram, 1022 qram olmaqla ümumi təmiz çəkiləri 1679 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütlələri xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir; üzərlərində “Methadone 40...Faran” göstəriciləri olan 48 blisterdə ümumilikdə 480 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 19,2 qram olan narkotik vasitə - metadon müəyyən edildi; 01 ədəd “QZ-161” markalı elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, metamfetamin kütlələri də həmçinin öz aralarında eynilik təşkil edirlər. Həmin şəxsin evindən aşkar olunmuş tiryək kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin və tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’in Siyahısına (Siyahı l), Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in Siyahısına (Siyahı İİ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1247,51 qram, tiryəkin qalıq çəkisi 1678,85 qram, metamfetaminin qalıq çəkisi 2702,776 qram, metadon həblərinin qalığı 470 ədəd təşkil etmişdir (cild 1, iş vərəqə 48-54). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 aprel 2022-ci il tarixli 1946 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 170-171). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 07 fevral 2022-ci il tarixli 1298 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 122). Tərtər rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs ilə bağlı hər hansı şikayətin daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 127). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 may 2019-cu il və 22 iyun 2021-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 128-129). Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbə ilə bağlı ibtidai istintaq orqanının 23 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 220-222). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 168-169). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülərək göstərilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı Elşad adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Elşad adlı şəxs və ya qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1247,63 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 2702,936 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda - 1679 qram çəkidə narkotik vasitə tiryəki və 480 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 19,2 qram olan narkotik vasitə metadon dərman preparatlarını əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Astara rayonu ərazisində istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2nvanına daşımaqla orada saxlamışdır. Lakin məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, “Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Elşad adlı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Elşad adlı şəxs və ya qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1247,63 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 2702,936 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda - 1679 qram çəkidə narkotik vasitə tiryəki və 480 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 19,2 qram olan narkotik vasitə metadon dərman preparatlarını əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Astara rayonu ərazisində istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2nvanına daşımaqla orada saxlamışdır”. Göründüyü kimi, narkotik vasitəni Astara rayonu ərazisinə bilavasitə gətirib konkret yerlərə yerləşdirən, habelə onları özünün sonradan qoyacağı yerdən götürəcək şəxslərin kim olacağı barədə hər hansı məlumatı olmayan Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə çatdırma ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətindədir. Qabaqcadan əldə edilən razılığın forması əməlin tövsifinə təsir etmədiyindən Təqsirləndirilən şəxs yalnız telefonla əlaqə saxlayıb razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, Təqsirləndirilən şəxs qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən sonra həmin şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. Məhkəmə onu da qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində cinayət işini təhqiqat orqanı tərəfindən toplanmış ilkin materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başlamışdır (cild 1, iş vərəqə 1). Təhqiqat orqanın topladığı ilkin materiallarda olan bütün dəlillər də Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat ətrafında cəmlənmişdir (cild 1, iş vərəqə 4-11). Yəni, qaçaqmalçılıq cinayəti ilə bağlı hər hansı məlumat olmamışdır və külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin Astara rayonu ərazisində əldə olunması, onların həmin yerə qabaqcadan iranlı olması ehtimal edilən Elşad adlı şəxs tərəfindən yerləşdirilib gizlədilməsi barədə bütövlükdə cinayət işində olan məlumatlar yalnız Təqsirləndirilən şəxs özünün ifadəsinə əsaslanır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş (cild 1, iş vərəqə 21) və eyni maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqə 69-70). İbtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığında digər məqamlarla yanaşı, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsi hallarının müəyyən olunması istiqamətində əmliyyat-axtarış tədbirlərinin keçirilməsi də həvalə olunmuşdur (cild 1, iş vərəqə 110-111). Həmin əməliyyat tapşırığına verilmiş cavabda bildirilmişdir ki, keçirilmiş tədbirlərlə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı Elşad adlı şəxsdən əldə etməsi, Elşad adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələri müxtəlif şəxslər vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Təqsirləndirilən şəxs verməsi aşkar edilmiş, amma onun digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, İran İslam Respublikası vətəndaşı Elşad adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqə 132). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş yuxarıda qeyd olunan ittiham üzrə nəticəyə gələrkən məhkəmə xüsusi vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında əsaslandırılmış qərar çıxarılmalı, həmin qərarda həm də cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi göstərilməklə ittihamın mahiyyəti, cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü göstərilməlidir. Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərarda isə ona ittiham elan olunarkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32,5, 206.3.2-ci maddəsinə münasibətdə bu zəruri əlamətlərin heç biri əksini tapmamış, ümumi fikir şəklində onun «satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı Elşad adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Elşad adlı şəxs və ya qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1247,63 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 2702,936 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda - 1679 qram çəkidə narkotik vasitə tiryəki və 480 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 19,2 qram olan narkotik vasitə metadon dərman preparatlarını əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Astara rayonu ərazisində istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat verməsi, sonuncunun cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2nvanına daşımaqla orada saxlaması” göstərilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında bu qərarın bilavasitə özündən də göründüyü kimi, təqsirləndirilən şəxsin törədilməsində iştirak etdiyi israr edilən qaçaqmalçılıq cinayətinin kim tərəfindən və nə vaxt törədilməsi, cinayətin törədildiyi yer, onun törədilmə üsulu ümumiyyətlə müəyyən edilməmişdir. Şəxsə qarşı ittiham irəli sürülərkən qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən məhz hansının törədildiyi müəyyənləşdirilməmiş, hətta təqsirlindirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərarın özündə belə qeyri-müəyyənlik birbaşa əks etdirilərək narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən yalnız ehtimal edilə bilinəcək üsulla - «gömrük nəzarətindən kənar və ya ondan gizli» keçirildiyi göstərilmişdir. Yəni, cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hansının törədilməsi müəyyən olunmamış, alternativ hərəkətlər məcmusu halında qeyri-müəyyən ittiham formalaşdırılmışdır. Qaçaqmalçılıq cinayətinin nə vaxt və kim (kimlər) tərəfindən törədilməsi ilə bağlı isə ümumiyyətlə heç bir məlumat yoxdur. Şərh olunan hallar “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının izah və tövsiyələrində əks olunmuş hüquqi mövqe ilə də birbaşa ziddiyyət təşkil edir. Digər tərəfdən, həmin qərarda göstərilmişdir ki, mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. İbtidai istintaq orqanının iştirakçılıqla bağlı mücərrəd mövqeyi də hər hansı sübuta əsaslanmır və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən «gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etməsi»nin hansı hərəkət və ya hərəkətsizliklə edilməsi barədə hər hansı dəlil mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən və naməlum vaxtda törədilmiş külli miqdarda narkotik vasitənin və psixotrop maddənin dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayətinin törədilməsində iştirak edərək sadalanan hərəkətlərdən hansı birini etməsi müəyyənləşdirilməmiş, ona Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham elan olunarkən bu əməli törətməsinə dair Cinayət-Prosessual Məcəllənin 223-cü maddəsində nəzərdə tutulmuş zəruri elementlərin heç biri göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 6 may 2022-ci il tarixli qərarında ifadə edilmiş qəti hüquqi mövqeyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayəti ilə bağlı obyektiv cəhəti təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etməməsi işin mübahisəsiz halıdır. Bununla belə, təqsirləndirilən şəxsin əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcudluğu ilə bağlı hər hansı sübut olmadığı bir halda ona ibtidai istintaq orqanı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayətini törətməsi ittihamı irəli sürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Amma bu halda da Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində «qabaqcadan vəd etməklə köməklik göstərməsi»nin hansı hərəkətlərlə ifadə olunması barədə hər hansı sübut mövcud deyildir. Məhkəmə iş üzrə diqqət çəkən bir məqamı da vurğulayır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddələri ilə yenidən elan edilmiş ittiham üzrə özünü təqsirli biməyərək ifadə verməkdən imtina etmiş, həmçinin cinayət işinin materialları ilə tanış olarkən ittihamda qeyd edilən cinayət əməllərini törətmədiyini bildirərək barəsində cinayət işinə xitam verilməsini xahiş etmişdir. Müdafiəçisi də eyni mövqedən çıxış edərək oxşar məzmunlu qeydlər vermişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs və onun müdafiəçisinin göstərdiyi bu xüsusatlar vəsatət kimi qəbul edilmiş və həmin vəsatətin rədd edilməsi barədə qərar qəbul edilmişdir (cild 1, iş vərəqə 231-232). Bununla belə, ittiham aktında sübutları şərh edərkən müstəntiq tərəfindən təqsirləndirilən şəxsin özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tam təqsirli bildiyi vurğulanmış, ümumiyyətlə ittihamın digər hissələrinə hər hansı münasibət bildirilmədən, təqsirləndirilən şəxsə yalnız Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham olunubmuş kimi yalnız həmin ilkin etiraf ifadəsi şərh olunmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.3-cü maddəsinin tələbi baxımından təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayəti ilə bağlı mövqeyinə heç bir münasibət bildirilməmişdir. Digər tərəfdən, bütövlükdə iş üzrə ittiham aktında istinad edilən bütün sübutlar məcmusu – təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlər isə Təqsirləndirilən şəxs tərəfindən qaçaqmalçılıq cinayəti törədildiyinə dəlalət edən hər hansı məlumat yükü daşımır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən «Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.» Sübutların qiymətləndirilməsinə dair Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 145-ci maddəsində təsbit olunan qaydalara görə: «145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.» Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri müəyyən edilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə - şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə bəraət verilməli, o, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X2 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək peşman olmasını, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 26 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 24 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 94-99). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1247,51 qram təşkil edən heroin, 1678,85 qram təşkil edən tiryək, 2702,776 qram təşkil edən metamfetamin, qalıq 470 ədəd metadon həbləri və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 49, 250). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı hissədə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 1247,51 qram təşkil edən heroin, 1678,85 qram təşkil edən tiryək, 2702,776 qram təşkil edən metamfetamin, qalıq 470 ədəd metadon həbləri və 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1107/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1107/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver