Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1107/2023 14.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:30 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, qeyrisinin verdiyi məlumat əsasında istintaqa məlum olmayan vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 13020 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, aralarındakı cinayətkar sövdələşməyə əsasən satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı bölüb 80 qram hissəsini 01 ədəd bükümə yığmaqla qanunsuz olaraq üzərində saxlayaraq daşımış, qurudulmuş marixuananın 965 qram hissəsini 02 ədəd bükümə yığmaqla idarə etdiyi “Mercedes” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində saxlayaraq daşımış, qurudulmuş marixuananın qalan hissəsini yaşadığı ünvan 2 ünvanına daşımaqla orada saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 10 dekabr 2022-ci il tarixdə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin tarixdə saat 17:15-də ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Mercedes” markalı 10-VP- 590 dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, Baş İdarədə 10 dekabr 2022-ci il tarixdə saat 19:10-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki gödəkçənin sağ yan cibindən 01 ədəd sellefon torbada 80 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq idarə etdiyi “Mercedes” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə həmin tarixdə saat 20:00-dan etibarən keçirilən baxış zamanı yük yerindən 02 ədəd sellefon bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 490 qram və 475 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq 10 dekabr 2022-ci il tarixdə saat 21:45-dən etibarən Təqsirləndirilən şəxs özünün razılığı əsasında yaşadığı ünvan 2 ünvanına keçirilən baxış zamanı həyətdəki zirzəmidən qırmızı rəngli sintetik torbanın içərisində 07 ədəd sellefon bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1150 qram, 480 qram, 350 qram, 470 qram, 470 qram, 415 qram, 170 qram olan və göy rəngli polietilen bağlamanın içərisində 04 ədəd sellefon bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1640 qram, 1400 qram, 2305 qram və 3125 qram olmaqla ümumilikdə külli miqdarda - 13020 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, marixuananı tanımadığı şəxsdən əldə etmişdir. Həmin şəxsdən əvvəllər də bir neçə dəfə qurudulmuş marixuana alıb istifadə etmişdir. Sonradan həmin şəxs onunla ünsiyyət quran zaman bildirmişdir ki, Azərbaycandan köçür və özündə olan qurudulmuş marixuananı ona verəcək. O da bu təkliflə razılaşıb həmin şəxslə axşam saatlarında Suraxanı rayonu ərazisində görüşüb narkotik vasitələri götürmüşdür. Həmin şəxs gətirdiyi torbanın içərisində qurudulmuş marixuana olduğunu demiş, o da torbanı götürüb yaşadığı ünvana gətirib həyətdəki qaraja qoymuşdur. Bir neçə gün həmin qurudulmuş marixuanadan istifadə etmişdir. İstifadə üçün başqa şəxslərdən narkotik vasitə əldə edəcəyi halda polislər tərəfindən tutulacağından ehtiyat etmiş, ona görə də həmin narkotik vasitələri uzun müddət istifadə etmək məqsədi ilə saxlamışdır. O, həmin narkotik vasitədən kiməsə satmamışdır. Sonradan polislər tərəfindən saxlanılmış və həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Həqiqətən də onda deyilən yerlərdə qurudulmuş marixuna aşkar olunub, amma çəkisi nisbətən az olub. Onun bildiyinə görə ümumi çəki sənədləşmələrdə yazılandan az olmuşdur. Əməlini tam səmimi etiraf edir. Evində keçirilən baxış zamanı da həyətdəki tikilidən marixuna aşkar olunub, özü şəxsən polislərə yerini deyib və göstərib.Məhkəmədən himayəsində iki azyaşlı uşaqlarının olmasının, əməlindən səmii peşman olmasının nəzərə alınaraq istifadəçi kimi məhkum olunmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Əvvəllər narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhərində tanımadığı şəxslərdən, sonradan isə İran İslam Respublikası vətəndaşı Meysəm adlı şəxsdən almışdır. Belə ki, özünə məxsus “Mercedes Benz” markalı **-VP-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Nigar adlı müştərini bir neçə dəfə taksi kimi müxtəlif ünvalara apardıqdan sonra onunla münasibəti yaranmışdır. X3 Respublikası vətəndaşı Meysəm ilə onun yanında mobil telefonla danışıb narkotik vasitə qurudulmuş marixuana almışdır. Bir neçə dəfə Nigar onun telefonu ilə Meysəmlə əlaqə saxlamış və nömrəsi Meysəmdə qalmışdır. Bir müddət Nigarla əlaqə saxladıqdan sonra onunla əlaqə qura bilməmiş və ümumi tanışlardan eşitmişdir ki, Nigar polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təxminən 3-4 ay bundan öncə İran İslam Respublikası ölkəsinə məxsus nömrədən istifadəsində olan mobil nömrəyə zəng gəlmişdir. Həmin şəxs özünü Meysəm kimi təqdim edib nömrənin onda qaldığını bildirmişdir. Meysəmlə danışığı zamanı Azərbaycan Respublikası ərazisində olan özünə məxsus narkotik vasitələri onun dediyi miqdarlara uyğun müxtəlif ünvanlara yerləşdirməyini bildirmişdir. Meysəmin təklifi ilə razılaşmış və 2-3 dəfə Masazır və Xırdalan ərazisindən çəkisi təxminən 600-700 qram olan bağlamaları götürüb özünə uyğun olan yerlərə qoyub şəklini Meysəmə göndərmişdir. Bu işi gördüyü üçün Meysəm bir dəfə narkotik vasitəni götürdüyü yerdə, narkotik vasitə olan bağlamaya yapışdırılmış 100 manatı da ona göndərdiyini söyləmişdir. Həmin pulu götürüb şəxsi ehtiyaclarına sərf etmişdir. Sonuncu dəfə 09 dekabr 2022-ci il tarixdə Meysəmlə əlaqə saxlayan zaman Meysəm bildirmişdir ki, Cəlilabad rayonuna göndərəcəyi malı götürmək lazımdır. Elə həmin tarixdə idarə etdiyi “Mercedes” markalı avtomobillə Cəlilabad rayonuna getmişdir. Meysərin bildirdiyi ünvandan sarı kisədə bağlı vəziyyətdə olan narkotik vasitələri götürüb avtomobilinə qoymuş və Bakı şəhərinə qayıtmışdır. Bakı şəhərinə çatdıqdan sonra yaşadığı ünvana getmiş və həmin kisəni zirzəmidə açmışdır. İçərisində narkotik vasitə qurudulmuş marixuananın olmasını görmüşdür. Səhəri gün, Meysəmlə danışan zaman sonuncu bildirmişdir ki, bağlamalardan ən kiçiyini, iki ədəd yarım kiloqrama yaxın bükümü götürüb özünə uyğun yerə atsın. Meysəmin dediklərinə əməl edib bir ədəd kiçik miqdarda olan narkotik vasitə qurudulmuş marixuananı cibinə, iki ədəd bükümü isə idarə etdiyi avtomobilin baqajına qoymuşdur. Meysəmlə aralarındakı danışığa görə bütün bükümləri ünvanlara yerləşdirdikdən sonra 4000 manat məbləğində pul göndərəcəkdir. 10 dekabr 2022-ci il tarixdə saat 17:15 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi “Mercedes" markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin binasına aparmışlar, avtomobili isə həmin idarənin həyətinə yerləşdirilmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri elan olunmuş, buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin gödəkçənin sol yan cibindən 01 ədəd avtomobil açarı və 01 ədəd ev açarı, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 52 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd Samsung markalı mobil telefon bu barədə izah verildikdən sonra götürülmüş, 01 ədəd avtomobil açarı, 01 ədəd ev açarı və 52 manat pul isə özünə geri qaytarılmışdır. O, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan Meysəm adlı şəxsin vasitəsilə bir gün əvvəl Cəlilabad rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağının qarşılığında sonuncunun 4000 manat pul verəcəyini, Meysəm adlı şəxsi üç ay olar ki, tanıdığını, icarə etdiyi avtomobildə və yaşadığı evdə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə və evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra idarə etdiyi "Mercedes" markalı **- VP-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı narkotik maddələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra avtomobilin yük hissəsindən 02 ədəd bükümdə qurudulmuş marixuananı təqdim etmişdir. Baxış zamanı qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, həmin kütlə qablaşdırılmış, möhürlənərək üzəri tərəflərindən imzalanmışdır. Sorğu zamanı təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı Meysəm adlı şəxsin vasitəsilə bir gün əvvəl Cəlilabad rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Baş İdarədən çıxıb yaşadığı ünvana getmişlər. Yaşadığı ünvanda olan zaman evdə saxladığı kütlələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra evin həyətində olan zirzəmidən 11 ədəd bükümdə qurudulmuş marixuananı təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmiş və üzəri tərəflərindən imzalanmışdır. Bundan sonra yenidən Baş İdarəyə qayıtmışlar və Baş İdarədə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 71-74). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə əlaqədar qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 10 dekabr 2022-ci il tarixdə Baş İdarəyə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupunun rəhbəri olmaqla idarənin əməkdaşları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupunun yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə ünvan 7 ünvanının qarşısına getmişlər. Həmin ünvana çatıb bir qədər müşahidə apardıqdan sonra təxminən saat 17:15-də Göl küçəsi ev 13 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi **- VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin oluğunu və həmin avtomobilin yanında bir nəfər Təqsirləndirilən şəxs bənzər şəxsin dayandığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər və şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli duğunu bildirərək onu əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış edib Baş İdarəyə aparmışlar. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Sonra inzibati otaqların birində əməliyyat qrupunun və müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs ilk öncə üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetlər varsa, həmin əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şəxsi axtarış davam etdirilmiş və gödəkçənin sol yan cipindən 01 ədəd avtomobil açarı və 01 ədəd ev açarı, şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 52 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd Samsung markalı mobil telefon götürülmüş, 01 ədəd avtomobil açarı, 01 ədəd evin açarı və 52 manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı Meysəm adlı şəxsin vasitəsilə bir gün əvvəl Cəlilabad rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 4000 manat pul verəcəyini, Meysəm adlı şəxsi üç ay olar ki, tanıdığını, idarə etdiyi avtomobildə və yaşadığı evdə də narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, avtomobilə və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş tədbirin davamı olaraq 10 dekabr 2022-ci il tarixdə saat 20:00-dan etibarən Təqsirləndirilən şəxs, onun müdafiəçisi və qrup üzvləri ilə birlikdə idarə etdiyi “Mercedes” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin yük hissəsindən 02 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq üzəri möhürlənmiş və götürülmüşdür. Avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. Keçirilmiş tədbirin davamı olaraq 10 dekabr 2022-ci İl tarixdə saat 21:45-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanına Təqsirləndirilən şəxs, onun müdafiəçisi və qrup üzvləri ilə birlikdə özünün razılığı ilə baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin həyətində olan zirzəmidən 11 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra yenidən Baş İdarəyə qayıtmışlar, orada həmin ünvana baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlandığı andan özünü kifayət qədər səmimi aparmış və əməlindən peşman olduğunu ifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid3 və Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı Meysəm adlı şəxsin vasitəsilə bir gün əvvəl Cəlilabad rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, həmin şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 4000 manat pul verəcəyini, idarə etdiyi avtomobildə və yaşadığı evdə də narkotik maddə saxladığını, avtomobilə və yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 30-31). Avtomobilə baxış və götürmə aparılması haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomobilində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **- VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən 02 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Baxış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 34-35). Evə baxış keçirilməsi və götürmə haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına sonuncunun razılığı və iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs həyətdəki zirzəmidən 11 ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Baxış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 38-39). Məhkəmə-kimyəvi ekspertizasının 11 dekabr 2022-ci il tarixli 7/1398 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki göy rəngli polietilen bağlamanın içərisində 01 ədəd sellefon torbada təmiz çəkisi - 80 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 02 ədəd sellefon bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 490 qram; 475 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yazısı və imzalar olan qırmızı rəngli sintetik bağlamadakı 07 ədəd sellefon bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1150 qram; 480 qram; 350 qram; 470 qram; 470 qram; 415 qram; 170 qram və göy rəngli polietilen bağlamadakı 04 (dörd) ədəd sellefon bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1640 qram; 1400 qram; 2305 qram; 3125 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 13018,6 qram təşkil etmişdir (cild 1, iş vərəqə 46-50). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 fevral 2023-cü il tarixli 623 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 138-139). Baxış keçirilməsi haqqında 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “Eti 05 bir goturde”, “Hec yoxduki 0.5 de“, “Qaqas alinmirsa mene vzv at bilim alinmir men isimi bilim”, “1 var?”, “1 qram isdeyirsen yoxsa nece basa düsmedim”, “Yari q. Var?”, “Salam ehtiram menem nicat qonwu ramanidayam mene 50 manatliq alma lazimdi teskil eliye bilersen axwama uwaqlarla qonaqliqdayam” məzmunda mesajlar göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən “Yox qaqa ozumde yoxdu”, “Qaqaw salamtciligdi bir ikidefe almisan nese menen he qaqaw?” məzmununda mesajlar göndərilmişdir (cild 1, iş vərəqə 137). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 25 yanvar 2023-cü il tarixli, 960 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqə 127). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il və xx.xx.2022ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır(cild 1, iş vərəqə 132-133). İbtidai istintaq orqanının 16 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 174-175). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 125-126). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə marixuana külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni özünün şəxsi istehlakı üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla cinayət işinin materialları, şəxsi axtarış, avtomobilinə və yaşayış sahəsinə baxış protokolları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 dekabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 85-87). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 13018,6 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, avtomobilinə və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 47, 199). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 13018,6 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, avtomobilinə və yaşadığı evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №1(101)-1107/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1107/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver