Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1108/2023 07.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:35 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1998-ci il tarixdə Rusiya Federasiyasının Tümen şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, xx xxxx 1994-cü il tarixdə İmişli rayonunun Şahverdili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəbrayıl rayonunun Horovlu kəndində qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlmiş, aralarında olan razılaşmaya əsasən qeyrisinin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 260,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi külli miqdarda 37,852 qram olan narkotik vasitə heroini, təmiz çəkisi külli miqdarda 251,764 qram olan narkotik vasitə tiryəki və təmiz çəkisi külli miqdarda 94,392 qram olan psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 əldə etmiş, birgə yaşadıqları ünvan 3 ünvanındakı evə daşımış, narkotik vasitələr qurudulmuş marixuananı və tiryəki eyni ünvandakı evlərində gizlədib, digərlərini isə Təqsirləndirilən şəxs2 tapşırığına əsasən öz aralarında bölərək istintaqla müəyyən edilməyən tanımadığı şəxslərə çatdırmaq üçün təmiz çəkisi külli miqdarda 94,392 qram psixotrop maddə olan metamfetamini özü, təmiz çəkisi külli miqdarda 37,852 qram narkotik vasitə olan heroini isə Təqsirləndirilən şəxs2 üzərində daşımış, 18 noyabr 2022-ci il tarixdə saat 22:10-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq İdarəyə gətirilmiş, orada üzərilərinə şəxsi axtarış keçirilərkən əynindəki qırmızı rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi külli miqdarda 94,392 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi külli miqdarda 37,852 qram olan narkotik vasitə heroinaşkar edilərək götürülmüş, həmin tarixdə əməliyyat tədbirlərinin davamı kimi saxlanılan şəxslərin özlərinin razılığı ilə yaşadıqları ünvan 2 ünvanına keçirilmiş baxış zamanı evin mətbəxində yerləşən divanın üzərindəki döşəyin altından içərisində bir ədəd bağlamada təmiz çəkisi 260,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan torbada təmiz çəkisi külli miqdarda 251,764 qram olan narkotik vasitə tiryək, bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi, bir ədəd sellofan torbada narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə etdikləri müxtəlif əskinazlarla ümumilikdə 769 manat 70 qəpik məbləğində nağd pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda təkrar əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,262 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq ünvan 3 ünvanınadək daşımış, həmin ünvanın qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 29 okyabr 2022-ci il tarixdə saat 11:00-da saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən içərisində 0,262 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlmiş, aralarında olan razılaşmaya əsasən qeyrisinin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 260,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi külli miqdarda 37,852 qram olan narkotik vasitə heroini, təmiz çəkisi külli miqdarda 251,764 qram olan narkotik vasitə tiryəki və təmiz çəkisi külli miqdarda 94,392 qram olan psixotrop maddə metamfetamini əldə etmiş, Təqsirləndirilən şəxs1 ilə birgə yaşadıqları Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 4 ünvanındakı evə daşımış, narkotik vasitə qurudulmuş marixuananı və tiryəki həmin ünvandakı evlərində gizlədib, digərlərini isə onun tapşırığına əsasən öz aralarında bölərək istintaqla müəyyən edilməyən tanımadığı şəxslərə çatdırmaq üçün təmiz çəkisi külli miqdarda 94,392 qram olan psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1, təmiz çəkisi külli miqdarda 37,852 qram olan narkotik vasitə heroini isə özü üzərində daşımış, 18 noyabr 2022-ci il tarixdə saat 22:10-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 6 ünvanının qarşısında saxlanılaraq İdarəyə gətirilmiş, orada üzərilərinə şəxsi axtarış keçirilərkən əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi külli miqdarda 37,852 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 əynindəki qırmızı rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi külli miqdarda 94,392 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin tarixdə əməliyyat tədbirlərinin davamı kimi saxlanılan şəxslərin özlərinin razılığı ilə yaşadıqları ünvan 6 ünvanına keçirilmiş baxış zamanı evin mətbəxində yerləşən divanın üzərindəki döşəyin altından içərisində bir ədəd bağlamada təmiz çəkisi 260,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan torbada təmiz çəkisi külli miqdarda 251,764 qram narkotik vasitə tiryək, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi, bir ədəd sellofan torbada narkotik vasitələrin və psixotrop maddələrin satışından əldə etdikləri müxtəlif əskinazlarla ümumilikdə 769 manat 70 qəpik məbləğində pul aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o və tutulmazdan əvvəl birlikdə yaşadığı Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olsalar da, satışı ilə heç vaxt məşğul olmamışlar. 18 noyabr 2022-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu və Röyalı sənədləşdirdikləri materiallarda göstərdikləri kimi küçədə saxlamamışlar, onların yaşadıqları mənzilə gəlib aparmışlar. Hadisə baş verən günü Röyalın Xəqani adlı dostu onlarda olmuş, sonra Xəqani mağaza adı ilə çölə çıxmış, 20-25 dəqiqə sonra qayıdıb qapını döymüş, pəncərədən baxıb Xəqani olduğunu gördükdən sonra qapını açmış, bu vaxt Xəqanini itələdikdən sonra sonuncu qaçmış, evə 7-8 nəfər polis əməkdaşları daxil olmuşdur. Həmin vaxt Röyal evdə yataraq narkotik asılılığı nəticəsində yaranmış ağrılardan çıxmaq istəmiş, küçəyə çıxmağa halı belə olmamışdır. Polislər evə gəlib onları iradələrinə zidd şəkildə İdarəyə aparıb orada fiziki və psixi təsir göstərməklə ciblərinə qoyduqları külli miqdarda narkotik vasitəni və psixotrop maddəni üzərlərinə götürməyə məcbur etmişlər. Onlar da polislərin dedikləri ilə razılaşmışlar ki, guya Röyal narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur, o da bu fəaliyyətində kuryer kimi Röyala köməklik edir. Sonra onları yaşadıqları evə apararaq orada baxış keçirməklə videoçəkiliş aparmışlar ki, guya evdə külli miqdarda narkotik vasitələr saxlayırlar. Amma əslində evdə o qədər “mal” olmamışdır. Röyalın evdə saxladığı tiryəkin çəkisi cəmi 25-30 qram, qurudulmuş marixuananın çəkisi isə təxminən 100 qram olmuşdur, bunu o dəqiq bilmişdir. Amma polislər narkotiklərin çəkisini özləri artırıb yazmışlar. Onların üstlərində isə əslində heroin və metamfetamin olmamışdır. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə isə məşğul olmamışdır. Evlərindən aşkar edilən 25-30 qram tiryəki və 100 qram qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 tutulmamışdan xeyli müddət əvvəl hardansa alıb gətirmişdir, onlara dəqiq kimdən və neçəyə almasını da bilmir. Röyal onları satmaq məqsədi ilə deyil, tədricən evdə az miqdarda qəbul edərək narkotik asılılığından qurtulmasına görə öz istifadəsi üçün almışdır. Həmçinin onun yadında qalana görə evdə aşkar olunmuş pulun məbləği sənədləşdirmədə əks olunan məbləğdən artıq olmalı imiş. Həmin pulları Röyalla işlədikləri vaxtlardan toplamışlar. Həmin pulların arasında olan qatlanmış pul əskinazlarından onlar xırda borucuqlar düzəldərək qəbul etdikləri narkotik vasitələrin tüstüsünü çəkməkdə istifadə etmişlər. Evdə axtarış zamanı aşkar olunmuş elektron tərəzi Röyala məxsus olmuş, həmin tərəzidən aldığı narkotik vasitələrin çəkilməsində istifadə etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş mobil telefonun yaddaşında “İntizam” adlı kontakt tərəfindən göndərilmiş, Təqsirləndirilən şəxs2 adına olan Unibank Debet kartının hesabına ödəmə terminalı vasitəsi ilə 50 manat məbləğində pul köçürməsi haqqında qəbzin fotoşəkli ilə bağlı ibtidai istintaqda bildirdiklərini təsdiq edir. Həmin telefonun yaddaşında aşkar edilmiş səsyazmalar arasında aşkar edilmiş, Anar adlı şəxsə müraciət edərək qapıya gəlməməsi, “Al market”in qarşısında gözləməsi, Xəqanini ora göndərməsi, kartdan karta pul göndərməli olduğu üçün göndərdiyi əşyanın pulunu “Al market”in yanındakı ödəmə terminalı vasitəsi ilə kart hesabına köçürməsini xahiş etməsi barədə telefon danışıqlarındakı səsin həqiqətən də özünə məxsus olmasını təsdiq edir, amma hazırda xatırlaya bilmədiyi üçün izahını verə bilmir. Əməlindən səmimi peşmandır.Bütün göstərilənləri nəzərə almaqla məhkəmədən istifadəçi kimi təqsirli bilinməsini və gənc olmasının, əvvəllər məhkum olunmamasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır, üzərindən və yaşadığı evdən aşkar olunmuş külli miqdarda narkotik vasitələr və psixotrop maddə metamfetamin artıq təxminən 6-7 aydır ki, birlikdə yaşadığı Təqsirləndirilən şəxs2 məxsusdur. Belə ki, Röyal artıq xeyli vaxtır ki, narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə məşğul olur, əvvəllər də iki dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunub, deməsinə görə, qəbul etdiyi narkotik vasitələri və psixotrop maddələri internet üzərindən sosial şəbəkələr vasitəsi ilə tanış olduğu Yəhya adlı İran İslam Respublikası vətəndaşına telefon vasitəsi ilə sifariş verməklə və sonradan həmin şəxsin ona telefon vasitəsi ilə göndərdiyi koordinatlardan götürməklə əldə edirmiş, əldə etdiyi narkotik vasitələri və psixotrop maddələrin pulunu isə həmin şəxsin ona telefon vasitəsi ilə göndərdiyi plastik bank kartlarının hesabına elektron ödəmə terminalları vasitəsi ilə köçürmə yolu ilə ödəyirmiş. O, Röyalı onların evinə kirayəşin köçdükdən sonra tanımışdır, münasibətləri yarandıqdan sonra Röyal bir neçə dəfə onun vasitəsi ilə ayrı-ayrı tanımadığı şəxslərə narkotik vasitələr və psixotrop maddələr göndərmişdir, lakin o, həmin şəxslərlə təmasda olmurmuş, haqq-hesablarını həmin şəxslər Royalla öz aralarında hesaba pul köçürməklə edirmişlər. Sonuncu dəfə Röyal Yəhya adlı həmin şəxsə 300 manat məbləğində pul köçürməklə narkotik vasitələr və psixotrop maddələr sifariş vermişdir və tutulmaqlarından təxminən 5 gün əvvəl axsam saatlarında Röyal yenə də eyni üsulla həmin şəxslə danışıb koordinatlarını atdığı, Bakı şəhəri, Yasamal rayonu ərazisinə gedərək İranlının dediyi yerdən narkotik vasitələr və psixotrop maddələr olan bağlamanı götürüb yaşadıqları ünvana gətirmişdir. Evdə Röyal onları bölüşdürərək bir hissəsini cibində saxlamış, bir hissəsini evdə döşəyinin altında gizlətmiş, psixotrop maddə olan bağlamanı isə saxlamağı üçün ona vermişdir ki, dediyi vaxtda lazım olan yerə aparıb versin. 18 noyabr 2022-ci il tarixdə axşam saatlarında Röyalla birlikdə evlərinin qarşısında olarkən onları polis əməkdaşları saxlayıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, orada onları nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkillərin gəlməsini gözləmişlər, vəkilllər gəldikdən sonra onlara təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri onlara izah olunaraq üzərlərinə şəxsi axtarış və götürmə aparılacağı elan olunmuş və oradakı xidməti otaqlarda videoçəkiliş aparmaqla hər birinin üzərinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki gödəkçənin cibindən içərisində psixotrop maddə metamfetamin olan bağlamanı çıxarıb təqdim etmişdir. Röyaldan isə narkotik vasitə heroin aşkar olunmuşdur. Polis əməkdaşlarının sualına cavab olaraq bildirmişdir ki, narkotik vasitələrin bir hissəsi də evlərindədir, lazımdırsa təqdim edə bilərlər. Bundan sonra polislər ilə birlikdə yaşadıqları evə getmişlər və orada öz razılıqları ilə axtarış aparılmış, axtarış zamanı Röyal evin mətbəxindəki divanın balışının altında gizlətdiyi digər narkotik vasitələr olan tiryək və marixuananı, onların çəkilməsi üçün saxlanılan elektron tərəzini təqdim etmişdir. Bütun bu baş verənlər barədə protokollar tərtib olunmuş, o da həmin protokolların doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqə 129-131). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, 29 oktyabr 2022-ci ildə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulduqdan sonra narkotik asılılığından qurtularaq bu pis vərdişini tərgidəcəyinə dair anasına və özünə söz vermişdir. Ona görə də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulan ərəfədə evdən çölə çıxmayaraq özünü ətraf mühitdən təcrid etmiş, gün ərzində vaxtını evdə yataq rejimində qalmaqla keçirmiş, bədənində yaranan kəskin ağrıları azaldaraq ev şəraitində tədricən asılılıqdan qurtulmaq üçün əvvəlcədən özü üçün əldə etdiyi tiryək və qurudulmuş marixuanadan az miqdarda istifadə etmişdir. 29 oktyabr 2022-ci ildə 13-cü Polis Bölməsinin əməkdaşları onu küçədə görüb şübhələnərək saxlayıb Polis Bölməsinə aparmışlar, həmin vaxt onun üzərində həqiqətən də bir büküm metamfetamin olmuşdur. Həmin psixotrop maddəni öz istifadəsi üçün tutulmamışdan təxminən 3-4 gün əvvəl Bülbülə qəsəbəsi ərazisindən üzdən tanısa da, adını bilmədiyi şəxsdən 30 manata alıb öz istifadəsi üçün üstündə saxlamışdır. Qalan məsələlərlə isə razı deyil. Belə ki, 18 noyabr 2022-ci ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu və onunla yaşayan Təqsirləndirilən şəxs1 küçədə saxlamamışlar, yaşadıqları mənzilə girmişlər. Həmin vaxt o, evdə yataraq ağrılardan çıxmaq istəmiş, küçəyə çıxmağa heç halı belə olmamışdır. Polislər evə daxil olub onları zorla İdarəyə aparıb orada fiziki və psixi təsir göstərməklə ciblərinə qoyduqları külli miqdarda narkotik vasitəni və psixotrop maddəni üzərlərinə götürməyə məcbur etmişlər. Onlar da polislərin dedikləri ilə razılaşmışlar ki, guya o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur, Aytəkindən də bu fəaliyyətində kuryer kimi istifadə edir. Sonra onları yaşadıqları evə apararaq orada baxış keçirməklə videoçəkiliş aparmışlar ki, guya evdə külli miqdarda narkotik vasitələr saxlayırlar. Halbuki, evində saxladığı özünə aid narkotik vasitə tiryəkin çəkisi cəmi 25-30 qram, qurudulmuş marixuananın çəkisi isə 100 qram olmuş, amma polislər onların çəkisini xeyli artırmışlar. Onların üzərlərində ümumiyyətlə nə heroin, nə də ki metamfetamin olmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə isə heç vaxt məşğul olmamışdır. Polislər tərəfindən saxlanılarkən evində həqiqətən də saxladığı 25-30 qram narkotik vasitə tiryəki və 100 qram qurudulmuş marixuananı tutulmamışdan çox əvvəl öz istifadəsi üçün əldə etmişdir. Həmçinin onun hesabına görə evdə aşkar olunmuş pulun məbləği sənədləşdirmədə əks olunan məbləğdən artıq olmalı imiş. O, həmin pulları xərcləmək üçün işlədiyi vaxtlarda toplamışdır. hhəmin qatlanmış pul əskinazlarından o, xırda borucuqlar düzəldərək qəbul etdiyi narkotik vasitələrin tüstüsünü çəkməkdə istifadə etmişdir. Evində aşkar olunmuş elektron tərəzi ona məxsus olmuş, həmin tərəzidən aldığı narkotik vasitələrin çəkilməsində istifadə etmişdir. Əməlindən səmimi peşmandır. Ona görə də məhkəmədən bütün bu halların nəzərə alınaraq istifadəçi kimi məhkum edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olsa da onların satışı ilə heç vaxt məşğul olmayıb, üzərindən və yaşadığı evdən aşkar olunmuş külli miqdarda narkotik vasitələri və psixotrop maddə metamfetamini də məhz öz istifadəsi üçün əldə etmişdir. Belə ki, artıq xeyli vaxtır ki, narkotik vasitələrin və psixotrop maddələrin qəbulu ilə məşğul olur, əvvəllər də iki dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olmuşdur. Qəbul etdiyi narkotik vasitələri və psixotrop maddələri internet üzərindən sosial şəbəkələr vasitəsi ilə tanış olduğu, özünü ona Yəhya kimi təqdim etmiş İran İslam Respublikası vətəndaşına telefon vasitəsi ilə sifariş verməklə və sonradan həmin şəxsin də ona telefon vasitəsi ilə göndərdiyi koordinatlardan götürməklə əldə etmiş, əldə etdiyi narkotik vasitələrin və psixotrop maddələrin pulunu isə həmin şəxsin ona telefon vasitəsi ilə göndərdiyi plastik bank kartlarının hesabına elektron ödəmə terminalları vasitəsi ilə köçürmə yolu ilə ödəmişdir. Bu minvalla son vaxtlar həmin şəxsdən bir neçə dəfə narkotik vasitələr və psixotrop maddələr almışdır. Sonuncu dəfə həmin şəxsə 300 manat məbləğində pul köçürməklə özü üçün narkotik vasitələr və psixotrop maddələr sifariş vermişdir və 13 noyabr 2022-ci il tarixdə axsam saatlarında yenə də eyni üsulla həmin şəxslə danışıb ona koordinatlarını atdığı, Bakı şəhəri Yasamal rayonu ərazisinə gedərək yerdən həmin şəxsin onun üçün atdırdığı bağlamanı götürüb yaşadığı ünvana aparmışdır. Evdə həmin şəxsin atdırdığı bağlamanı açdıqda görmüş ki, bağlamanın içərisində sifariş verdiyi psixotrop maddə metamfetamin, narkotik vasitə heroin, tiryək və marixuana var. Heroini öz üzərində saxlamış, metamfetamini saxlaması üçün özü ilə birlikdə yaşayan Aytəkinə vermiş, tiryəklə marixuananı isə yaşadığı ünvanda gizlətmişdir. 18 noyabr 2022-ci il tarixdə axşam saatlarında Aytəkinlə birlikdə yaşadıqları evin qarşısında olarkən onları polis əməkdaşları saxlayıb Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, orada onları nəzarət altında saxlayaraq hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkillərin gəlmələrini gözləmişlər, vəkilllər gəldikdən sonra onlara təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri onlara izah olunaraq üzərlərinə şəxsi axtarış və götürmə aparılacağı elan olunmuş və oradakı xidməti otaqlarda videoçəkiliş aparmaqla hər birinin üzərinə ayrıayrılıqda baxış keçirilmişdir. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmadığı soruşulduqda özü könüllü olaraq əynindəki gödəkçənin cibindən içərisində narkotik vasitə heroin olan bağlamanı çıxarıb təqdim etmişdir. Aytəkindən isə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Polis əməkdaşlarının sualına cavab olaraq bildirmişdir ki, narkotik vasitələrin bir hissəsini də evində gizlətmişdir, lazımdırsa təqdim edə bilər. Bundan sonra polislərlə birlikdə yaşadığı evə getmişlər və orada onun razılığı ilə axtarış aparılmış, axtarış zamanı evin mətbəxindəki divanın balışının altında gizlətdiyi digər narkotik vasitələr olan tiryək və marixuananı, onların çəkilməsi üçün saxladığı elektron tərəzini təqdim etmişdir. Bütun bu baş verənlər barədə protokollar tərtib olunmuş, o da həmin protokolların doğruluğunu digər iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqə 111-113). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri ilə bağlı qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 18 noyabr 2022-ci il tarixdə İdarəyə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında Sabunçu rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəflərindən rəhbərliyə məruzə olunmuş və yoxlanılması məqsədi ilə əməliyyat tədbirinin keçirilməsi barədə qərar verilmişdir. İdarənin baş əməliyyat müvəkkili Şahid3, əməliyyat müvəkkili Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birlikdə 18 noyabr 2022-ci il tarixdə saat təxminən 22:10 radələrində ünvan 7 ünvanının qarşısına yollanmışlar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman müəyyən edərək həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlara barələrində məlumat daxil olduğunu bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, həmin şəxslər də etiraz etməyərək onlarla birlikdə İdarəyə getmişlər. Orada İdarənin təhqiqatçısı müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxslərin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkillər dəvət olunmuş, videoçəkiliş aparılmaqla saxlanılan şəxslərin hər birinin ayrı-ayrılıqda üzərlərində axtarış aparılacağı bildirilmişdir. Onlara üzərlərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etmələri təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə olmasını etiraf edərək əynindəki qırmızı rəngli gödəkçəsinin sol yan cibindən içərisində ağ rəngli xırda kristallar şəkilli kütlə olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 həmin bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu, həmin psixotrop maddənin ona birgə tutulduğu Təqsirləndirilən şəxs2 tərəfindən öz müştərilərinə çatdırılması üçün verildiyini, əvvəllər də Röyalın tapşırığı ilə sonuncunun tanımadığı müştərilərinə narkotik vasitə və psixotrop maddə çatdırmaqla məşğul olduğunu, birgə yaşadıqları evlərində də narkotik vasitələr saxlandığını, həmin ünvanda axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd mobil telefondan və ev açarından əlavə heç nə aşkar olunmadığından təqdim etdiyi həmin sellofan büküm elektron tərəzi vasitəsi ilə çəkilməklə qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 müvafiq təklifdən sonra üzərində narkotik vasitə olmasını etiraf edərək əynindəki qəhvəyi rəngli gödəkçəsinin sol yan cibindən içərisində açıq qəhvəyi rəngli kütlə olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 həmin bükümün içərisində narkotik vasitə heroinin olduğunu, həmin heroini sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Yəhya adlı şəxslə əvvəlcədən internet üzərindən aparılan yazışmalar vasitəsilə sövdələşərək və hesabına 300 manat məbləğində pul ödəyərək beş gün əvvəl Yasamal rayonu ərazisindən satış məqsədi ilə götürdüyünü, əldə etdiyi narkotik vasitələrin bir hissəsini də yaşadığı ünvanda saxladığını, həmin ünvanda axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd mobil telefondan, xırda puldan və ev açarından əlavə heç nə aşkar olunmadığından təqdim etdiyi həmin sellofan büküm elektron tərəzi vasitəsi ilə çəkilməklə qablaşdırılaraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz razılıqları ilə onların yaşadıqları mənzilə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs2 mənzilin mətbəx otağında olan divanın üzərindəki balışın altında gizlətdiyi, içərisində bir ədəd elektron tərəzi, bir ədəd bağlamada qurudulmuş marixuanaya bənzər bitki kütləsi, qətrana bənzər tünd qəhvəyi rəngli kütlə və ümumi məbləği təxminən 700 manata yaxın müxtəlif nominal dəyərində pul əskinazları olan sellofan torbanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 bitki kütləsinin “nəşə” adlanan qurudulmuş marixuana, tünd qəhvəyi rəngli kütlənin tiryək olduğunu, elektron tərəzini isə həmin narkotik vasitələrin çəkilməsində istifadə etdiyini, həmin narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Yəhya adlı şəxsin hesabına 300 manat məbləğində pul ödəyərək beş gün əvvəl Yasamal rayonu ərazisindən satış məqsədi ilə götürdüyünü, aşkar olunmuş pulların isə həmin narkotik vasitələrin bir hissəsinin satışından əldə olunmuş pullar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələrdən və satışından əldə olunmuş pullardan məlumatlı olduğunu, həmin narkotik vasitələrin bir hissəsini Röyalın tapşırığı əsasında artıq bir neçə dəfə tanımadığı ayrı-ayrı müştərilərə çatdırdığını bildirmişdir. Təhqiqatçı həmin narkotik vasitələrin, elektron tərəzinin və pulların iş üçün sübut əhəmiyyəti kəsb etdiklərini bildirərək onları maddi sübut kimi götürərək qablaşdırmış, möhürləmiş və bu barədə müvafiq protokol tərtib edərək bütün iştirakçılara imzalanaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində daxil olmuş əməliyyat məlumatında onların qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək yaşadıqları Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması qeyd olunmuş, amma konkret müştəriləri və mənbələri barədə ətraflı məlumat verilməmişdir. Saxlanılarkən onların özləri etiraf etmişlər ki, üzərlərindən və yaşadıqları mənzildən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri Təqsirləndirilən şəxs2 sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Yəyha adlı şəxsdən internetdə aparılan yazışmalar vasitəsilə sövdələşərək saxlanılmazdan beş gün əvvəl Yasamal rayonu ərazisində gizlədildiyi yerdən götürərək əldə etmiş, əvəzində isə Yəhya adlı şəxsin ona göndərdiyi bank kartlarının hesabına pul köçürmələri etmişdir. Əməliyyat məlumatları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 iranlıdan külli miqdarda narkotik vasitəni və psixotrop maddəni topdan satış qiymətinə, yəni nisbətən aşağı qiymətə aldıqdan sonra birgə yaşadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə evlərində bölüb çeşidləyərək nisbətən kiçik həcmlərdə qablaşdırmaqla sonradan öz müştərilərinə sataraq qazanc əldə etməklə məşğul olmuşlar. Saxlandıqları andan başlayaraq hər iki şəxsə qarşı qanuna uyğun şəkildə davranılmış, heç bir psixi və fiziki təsir göstərilməmişdir. Hər iki şəxs özlərini kifayət qədər səmimi aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid5 göstərdi ki, son vaxtlar Bölmənin inzibati ərazisində oğurluqların sayının kəskin surətdə artması ilə əlaqədar iş yoldaşı, əməliyyat müvəkkili Şahid4lə birlikdə 29 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparmışlar. Saat 11 radələrində R.Qəmbərov küçəsi 4 ünvanının yaxınlığında diqqətlərini ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də böyük şübhələr doğuran bir nəfər cavan oğlan cəlb etmişdir. Həmin şəxsdən şübhələnərək ona yaxınlaşmışlar və özlərini təqdim edərək ondan həmin ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olub-olmaması barədə suallar verməyə başlamışlar. Təqsirləndirilən şəxs2 onların polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyə fikirləşib çətinliklə cavablandırmış, adını və soyadını belə zorla demişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olması məlum olmuş və danışdıqca sanki üzərində olan nə isə gizlətməyə çalışdığı hiss olunduğundan onu Polis Bölməsinə aparıb üzərində şəxsi axtarış aparmaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs2 Polis Bölməsinə dəvət etmişlər, o da etiraz etməmiş və onlarla birlikdə xidməti avtomobilə əyləşərək 13-cü Polis Bölməsinə getmişlər. Orada növbədə olan təhqiqatçı müvafiq sənədləşdirmə işlərinə başlamış, saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuş, müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərində «şüşə» adlanan psixotrop maddə olduğunu etiraf etmiş və şalvarının sağ yan cibindən bir ədəd içərisində ağ rəngli xırda kristal şəkilli kütlə olan şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlanılmamışdan 3-4 gün əvvəl Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş büküm qablaşdıraraq möhürlənmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 əvvəlcə hər hansı bir məlumat əsasında deyil, sırf təsadüfən saxlasalar da, sonradan keçirdikləri əməliyyat tədbiri nəticəsində onun yaşadığı ərazidə və ətrafında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə etmişlər. Sonradan məlum olmuşdur ki, oxşar məzmunlu məlumat əsasında Təqsirləndirilən şəxs2 artıq Narkotiklər Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 18 noyabr 2022-ci il tarixdə saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin digər əməkdaşı Şahid4 Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə şahidlər Şahid1, Şahid2 və Şahid3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdiyi xüsusatları bir daha təqsirləndirilən şəxslərin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 2, iş vərəqə 183-224). Şəxsi axtarış və götürmə aparılması haqqında 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli, kristalşəkilli maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddənin “şüşə” kimi bildiyi psixotrop maddə olduğunu, öz istifadəsi üçün üzərində gəzdirdiyini, 3-4 gün əvvəl Bülbülə qəsəbəsində üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 30 manata aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 27-28,78). Şəxsi axtarış və götürmə aparılması haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qırmızı rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə içərisində ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin ona Təqsirləndirilən şəxs2 tərəfindən verildiyini, Təqsirləndirilən şəxs2 göstərişi ilə həmin kütləni tanımadığı şəxslərə verəcəyini, əvvəllər də Röyal vasitəsilə başqa şəxslərə narkotik vasitə çatdırdığını, özünün narkotik vasitələrdən istifadə etmədiyini, üzərindən başqa Təqsirləndirilən şəxs2 ilə birgə yaşadığı ünvanda da narkotik vasitələr olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 48-49,181-182). Şəxsi axtarış və götürmə aparılması haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmə aparılmazdan əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qəhvəyi rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlənin sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Yəhya adlı şəxsə 300 manat pul göndərməklə beş gün əvvəl Bakı şəhəri, Yasamal rayonunu ərazisində gizlədilmiş yerdən satmaq məqsədi ilə götürdüyünü, üzərindən başqa yaşadığı ünvanda da narkotik vasitələr olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 51-52,175-176). Evə baxış keçirilməsi və götürmə haqqında 19 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə yaşadıqları ünvan 2 ünvanına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 evin mətbəx otağında olan divanın üzərindəki döşəyin alt hissəsindən içərisindən 01 ədəd elektron tərəzi, 01 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlə, narkotik vasitələrin dövriyyəsindən əldə edilmiş 769 manat 70 qəpik pul, içərisində 01 ədəd tünd qəhvəyi rəngli, spesifik iyli tiryəkə bənzər kütlə olan sellofanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 evindən aşkar olunmuş kütlələrin sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Yəhya adlı şəxsə 300 manat pul göndərməklə beş gün əvvəl Bakı şəhəri, Yasamal rayonunu ərazisində gizlədilmiş yerdən satmaq məqsədi ilə götürdüyünü, pulları narkotik vasitələrin dövriyyəsindən əldə etdiyini, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən və pullardan xəbərdar olduğunu, Röyal Orucovun göstərişi ilə bir neçə dəfə narkotik vasitələri müxtəlif insanlara çatdırdığını bildirmişdir. Baxış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 57-58,178-179). Məhkəmə-kimyəvi ekspertizasının 29 oktyabr 2022-ci il tarixli 6/6287 nömrəli rəyindən görünür ki, təqdimata təqdim olunmuş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №160 dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” sözləri və imzalar qeyd edilmiş 01 ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,262 qram ağ rəngli, krsitalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 0,212 qram təşkil etmişdir (cild 2, iş vərəqə 35-40). Məhkəmə-bioloji ekspertizasının 19 noyabr 2022-ci il tarixli 7/1328 nömrəli rəyindən görünür ki, təqdimata təqdim olunmuş üzərində “Vət. X5 və Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan kağız paketdə təqdim olunmuş 01 ədəd üzəri skoçla bağlanmış qara rəngli bağlamada təmiz çəkisi 260,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 259,95 qram təşkil etmişdir (cild 1, iş vərəqə 69-73). Məhkəmə-kimyəvi ekspertizasının 19 noyabr 2022-ci il tarixli 6/6659 nömrəli rəyindən görünür ki, təqdimata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən...” və sair yazılar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 94,392 qram ağ rəngli krsitalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən...” və sair yazılar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 37,852 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş...” və sair yazılar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 251,764 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmişdir. Heroin və Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in Siyahısına (Siyahı İ), metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in Siyahısına (Siyahı İ) daxildirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 37,752 qram, tiryəkin qalıq çəkisi 251,664 qram, metamfetaminin qalıq çəkisi 94,292 qram təşkil etmişdir (cild 1, iş vərəqə 74-79). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 dekabr 2022-ci il tarixli 7703 və 7703A nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 99-102). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 dekabr 2022-ci il tarixli 7719 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu - narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 103-104). Ambulator məhkəmə psixiatrik ekspertizasının 26 dekabr 2022-ci il tarixli 3460 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda və törətdiyi əməl dövründə “şəxsiyyətin emosional-davamsız tip pozuntusu” F.60.3 müəyyən edilir, lakin həmin xəstəlik o dərəcə də ifadə olunmamışdır ki, o, cinayət əməllərini törətdiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs2 cinayət əməllərini törətdiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 ifadə vermək qabiliyyəti və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqə 105-108). Məhkəmə psixiatrik ekspertizasının 13 fevral 2023-cü il tarixli 392 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs1 törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 109-112). Məhkəmə-kompüter-texniki ekspertizasının 29 dekabr 2022-ci il tarixli 5/1572 nömrəli rəydən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A7” markalı “SM A750FN/DS” modelli «**********94448, **********94440» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir, smartfonun yaddaşından məlumatların pozulub-pozulmamasını müəyyən etmək və “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Təqdim edilmiş bir ədəd sensor ekran “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A21s” markalı “SM-A217F/DSN” modelli «3501xx/xx/005119/2» imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir, smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tədbiq edilmiş xüsusi qrafik ilə (parol) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadığından mövcud olan məlumatları müəyyən etmək və smartfonun yaddaşından məlumatların pozulubpozulmamasını müəyyən etmək mümkün olmamışdır (cild 2, iş vərəqə 91-95). Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi barədə 19 noyabr 2022-ci il tarixli 5143 və 5145 saylı aktlardan müəyyən olunur ki, hər iki şəxsdən götürülmüş sidik nümunələrində narkotik vasitə izlərinin müəyyən edilməsi ilə bağlı keçirilmiş testlərin nəticələri müsbət olmuşdur (cild 1, iş vərəqə 67-68). Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 1/2466 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 narkotik maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyətində olmuşdur (cild 2, iş vərəqə 32). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 noyabr 2022-ci il tarixli, 5(008)- 859/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri və buna dair 18 noyabr 2022-ci il tarixli müvafiq qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 206-207). İbtidai istintaq orqanının 06 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərindən və yaşadıqları evdən aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin əldə edildiyi mənbənin və bu cinayət əməllərində qabaqcadan əlbir olduqları, şəxsiyyətləri istintaq orqanına məlum omayan digər şəxslərin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 115-133). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 198-199). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Biləsuvar Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 15 gün hissəsindən vaxtından əvvəl azad edilmiş, 22 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır (cild 2, iş vərəqə 195-197). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X6 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmamalarına, aşkar edilmiş narkotik vasitələrin çəkilərinin əslində rəsmiləşdirilmiş rəqəmlərdən az olması, hər hansı dəlillə təsdiq olunmayan ibtidai istintaq zamanı polis əməkdaşlarının fiziki və psixi təsirlərinə məruz qalmalarına dair verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməlini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, şəxsi axtarış və yaşayış sahəsinə baxış protokolları, ekspert rəyləri, iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2022-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbirləri seçilmiş, həbs etmənin əvvəli 18 noyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 21, 38, 154-155,169-170) Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həm də Təqsirləndirilən şəxs2 29 oktyabr 2022-ci il tarixdən 31 oktyabr 2022-ci il tarixədək tutulduğu 2 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanına baxış nəticəsində götürülən və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilən narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunmuş 769 manat 70 qəpik pul vəsaiti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsi tətbiq edilməklə dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 259,95 qram təşkil edən qurudulmuş marixuana, qalıq çəkisi 37,752 qram təşkil edən heroin, qalıq çəkisi 251,664 qram təşkil edən tiryək, qalıq çəkisi 94,292 qram və 0,212 qram təşkil edən metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış, yaşadıqları evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 04 ədəd CD disk, məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 5/1572 nömrəli rəyinə əlavə edilmiş üzərində “Verbatim” yazısı olan bir ədəd “DVD-R” tipli optik disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd “Samsung Galaxy A7” markalı mobil telefon Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 100 (bir yüz) manat və Təqsirləndirilən şəxs2 217 (iki yüz on yeddi) manat olmaqla cəmi 317 (üç yüz on yeddi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 70,75, cild 2, iş vərəqə 36, 92, 264). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı X1 və Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 2 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 18 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 259,95 qram təşkil edən qurudulmuş marixuana, qalıq çəkisi 37,752 qram təşkil edən heroin, qalıq çəkisi 251,664 qram təşkil edən tiryək, qalıq çəkisi 94,292 qram və 0,212 qram təşkil edən metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış, yaşadıqları evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 04 ədəd CD disk, məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 5/1572 nömrəli rəyinə əlavə edilmiş üzərində “Verbatim” yazısı olan bir ədəd “DVD-R” tipli optik disk cinayət işinin materiallarında saxlanılsın; - bir ədəd “Samsung Galaxy A7” markalı mobil telefon Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanına baxış nəticəsində götürülən və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilən narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunmuş 769 manat 70 qəpik pul vəsaiti xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 100 (bir yüz) manat və Təqsirləndirilən şəxs2 217 (iki yüz on yeddi) manat olmaqla cəmi 317 (üç yüz on yeddi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına vəkillər X1 və Müdafiəçi hər biri üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1108/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1108/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver