Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1108/2024 10.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X5, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X6 və Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Cingiz oğlunun iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Cingiz oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 10:50-də açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs Cingiz oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halnda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan “İsi” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini aralarında əvvəllər yaranmış 1500 manat borcunun “İsi” adlı şəxs tərəfindən silinəcəyi müqabilində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 24 may 2023-cü il tarixdə bir qrup şəxs halında sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində qoydurduğu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxil olan 143,451 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxil olan 36,539 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz əldə edib saxlamış və daşımış, həmin gün saat 16:25 radələrində Abşeron Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən “Nur” marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək həmin gün saat 18:05-dən 18:25-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd yaşıl rəngli sellofan bükümdə 143,451 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd göy rəngli sellofan bükümdə 36,539 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cingiz oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 23 may 2023-cü il tarixdə, axşam saat 22 radələrində Rəhman adlı tanışı ilə şam yeməyi yemişdir. O, avtomobil qəzası keçirdiyindən bədənində ağrılar olması səbəbindən arabir narkotik vasitə istifadə etmişdir. Bununla bağlı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan Nizami adlı şəxsə zəng edib 10 manat qarşılığında ona verə biləcəyi narkotik vasitə olub-olmamasını soruşmuş, sonuncu olduğunu dedikdən sonra o, dostu Coşquna zəng edib avtomobili ilə Nardaran qəsəbəsinə getmiş, Nizami adlı şəxsin məhəlləsinə çatdıqda 9-10 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşları Rəhman, Coşqun və onu polis avtomobilinə əyləşdirib, Nizami adlı şəxs və sonuncunun ailə üzvləri ilə birgə 24 may 2023-cü il tarixdə, saat 02:30 radələrində Abşeron Rayon Polis İdarəsinə aparmışlar. O, Rəhman və Coşqunla birlikdə polis idarəsində bir otaqda saxlanılmış, növbəti gün saat 07 radələrində Rəhmanla Coşqunu azad etmişlər. Onu saxlayan polis əməkdaşlarından biri ona qarşı fiziki zor tətbiq etmiş, daha sonra o, valideynlərinə zəng edərək Abşeron Rayon Polis İdarəsində olduğunu bildirmiş, valideynləri gəldikdə onunla görüşmək üçün şərait yaratmamışlar. Həmin tarixdə, günorta saatlarında ilk dəfə gördüyü 2 nəfər polis əməkdaşı ona qarşı fiziki zor tətbiq etmiş, videoçəkiliş zamanı stolun üstünə qoyduqları 2 ədəd bükümdə fərqli növlərdə narkotik tərkibli maddələrin ona məxsus olmasını bildirməyini istəmişlər. Daha sonra isə İran vətəndaşı “İsi” adlı şəxsin onu tutdurduğu məlum olmuşdur. Pandemiyadan əvvəl ailəsi ilə ticarət məqsədilə İran İslam Respublikasına gediş-gəlişləri olduğundan “İsi” adlı şəxslə tanış olmuşdur. Avtomobil qəzası keçirib, bir ilə yaxın müddətdə yataq xəstəsi olduğundan, “İsi” adlı şəxsə müəyyən miqdarda borcu yaranmışdır. Həmin borcun bir hissəsini ödəmiş, təxminən 1400 manat miqdarında borcu qalmışdır. O, narkotik vasitənin istifadəçisi olmuş, tutularkən isə üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, Rəhmanla iş yoldaşı olduğunu, Coşqun isə taksi kimi fəaliyyət göstərdiyindən hər hansısa bir yerə sonuncu ilə getdiyini, Coşqunun valideyninin gəlmədiyini, Rəhmanın isə valideyni gəldikdən sonra Abşeron Rayon Polis İdarəsindən buraxıldıqlarını, üzərinə baxış keçirilən zaman qeyri-qanuni heç bir əşya olmadığını, “İsi” adlı şəxsin bir neçə dəfə onu hədələdiyini, ona fiziki zorakılıq edən polis əməkdaşının adını bilmədiyini, görsə tanıyacağını, müstəntiqin ona qarşı heç bir zorakılıq hərəkəti etmədiyini, ibtidai istintaq dövründə ifadə verən zaman müdafiəçi ilə təmin olunduğunu, lakin polis əməkdaşları tərəfindən edilmiş fiziki zorakılıqdan qorxduğuna görə müdafiəçisinə bu barədə məlumat vermədiyini, saxlanılarkən içərisində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonu daşıdığını, üzərinə videoçəkilişlə baxış keçirilməzdən əvvəl polis əməkdaşları həmin bükümləri sağ və sol cibindən çıxarmasını istədiklərini, həmin istintaq hərəkətində müdafiəçinin iştirak etdiyini, Coşqunun mobil nömrəsini və soyadını bilmədiyini, 311 nömrəli məktəbin yanında yaşadığını, ibtidai istintaq zamanı verdiyi ifadədə olan imzanın ona məxsus olduğunu, onu əvvəlcədən öyrədib videoçəkiliş aparmaqla üzərinə baxış həyata keçirildiyini, həmin videoçəkiliş zamanı müdafiəçisinin bu faktları bilib-bilməməsi barədə fikri olmadığını, Şahid2 və Şahid1 tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq edilmədiyini bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs Cingiz oğlu göstərmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əvvəllər xalça alveri ilə məşğul olduğu üçün bir neçə il əvvəl “İsi” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və həmin vaxtdan “İsi”-yə borcu yaranmışdır. Sıx münasibətləri olmasa da, “İsi” ilə arabir əlaqə saxlamışdır. Son vaxtlar “İsi” adlı şəxs ondan 1500 manat borcunu geri istədikdə, o, pulunun olmadığını demişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında “İsi” təkrar ona zəng edərək Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində qoyulmuş bağlamanı götürüb “İsi”-nin dediyi yerə çatdırmağı müqabilində onun 1500 manat borcunun ödəniləcəyini bildirdikdə, məcbur qalıb həmin təkliflə razılaşmışdır. Daha sonra “İsi” ona “Whatsapp” tətbiqi vasitəsi ilə lokasiya göndərmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yolun kənarında qoyulmuş yerdən bir ədəd göy rəngli sellofan bükümü götürərək əynindəki şalvarın cibinə qoyaraq piyada hərəkət etməyə başlamışdır. Bir qədər sonra iki nəfər tanımadığı şəxs ona yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron Rayon Polis İdarəsinə dəvət etmiş, o, polis əməkdaşlarına etiraz etmədən getmişdir. Polis idarəsində ona xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, o, heç bir etirazı olmadığını bildirdikdən sonra əvvəlcə onun hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Daha sonra videoçəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd göy rəngli sellofan bükülünün içərisindəki bir ədəd göy rəngli sellofan bükümdə olan narkotik vasitə heroini və bir ədəd yaşıl rəngli sellofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Üzəri o, vəkili və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən 01 qutu siqaret, əlli manat pul və bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Siqaret və 50 manat pul özünə geri qaytarılmış, mobil telefon isə ona izah verilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkilli vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs Cingiz oğlunu əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Cingiz oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və 24 may 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən “Nur” marketin yaxınlığında saxlamışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etmiş, sonuncunu narkotik maddələrin qanunsuz dövriyyəsində şübhələnildiyinə görə Abşeron Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olan bükümləri təqdim edib həmin narkotik tərkibli maddələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, borcu olduğundan göndərəcəyi məkana aparmalı olduğunu bildirmişdir. Aşkarlanmış həmin bükümlər qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs saxlanılan zaman tək olduğunu, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərmədiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor tətbiq edilmədiyini, daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olduğunu, əməliyyat məlumatının ona daxil olduğunu, Təqsirləndirilən şəxs üzərinə Abşeron Rayon Polis İdarəsində keçirilmiş şəxsi axtarış və baxış zamanı narkotik maddələrin aşkar olunduğunu, saxlanıldığı vaxtın dəqiq yadında qalmadığını, əməliyyat qrupunun digər üzvünün Şahid1 olduğunu, Təqsirləndirilən şəxsla birgə Abşeron Rayon Polis İdarəsinə başqa şəxslərin gətirilmədiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddələrin 01 ədəd bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı təqdim etməsi üçün heç bir əlavə qanunsuz maddə təqdim edilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkilli vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs Cingiz oğlunu əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Cingiz oğlunun narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Abşeron Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılaraq 24 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində yerləşən “Nur” marketin yaxınlığında saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə dəvət olunmuşdur. Abşeron Rayon Polis İdarəsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı 1 bükümdə psixotrop maddə metamfetamin və 1 bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 əməliyyat qrupuna ondan başqa Şahid2 daxil olduğunu, saxlanılan zaman Təqsirləndirilən şəxs tək olduğunu və onlara qarşı hər hansısa müqavimət göstərmədiyini, üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs özünün könüllü şəkildə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olan bükümləri təqdim edərək, həmin narkotik maddələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini və onun göndərdiyi konuma qoymalı olduğunu bildirdiyini, Nizami, Coşqun və Rəhman adlı şəxslərin onlar tərəfindən saxlanılmadığını, Təqsirləndirilən şəxs təqdim etməsi üçün polis əməkdaşları tərəfindən hər hansısa əlavə kütlə təqdim olunmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs Cingiz oğlunu əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs Cingiz oğlunun üzərində şəxsi axtarış və baxış istintaq hərəkətini aparmış, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən şəxsiyyətini təsdiq edən hər hansı sənədin olub-olmadığını xatırlamamış, sonuncunun üzərindən narkotik tərkibli maddələr videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılan vaxt aşkarlanmışdır. Şəxsi axtarış və baxış istintaq hərəkəti keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Cingiz oğlunun üzərində hər hansı qanunsuz maddənin olması barədə məlumat olmamışdır. O, hər hansı şəxsin üzərinə şəxsi axtarış və baxış keçirməzdən əvvəl həmin şəxsə ünvanlanacaq sualların yaddan çıxmaması üçün əvvəlcədən şablon forması hazırlamış, Təqsirləndirilən şəxs Cingiz oğlunun üzərinə şəxsi axtarış və baxış keçirən zaman videoçəkilişdə görünən vərəqlər həmin şablonlardan biri olmuşdur. Təqsirləndirilən şəxs Cingiz oğluna qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi zor tətbiq edilməmiş, üzərinə şəxsi axtarış və baxış keçirilən vaxt Təqsirləndirilən şəxs Cingiz oğlu könüllü şəkildə üzərində olan narkotik maddələri təqdim etmiş, istintaq hərəkəti videoçəkilişdən istifadə edilməklə aparılmışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Cingiz oğlu onun oğludur. 23 may 2023-cü il tarixdə, axşam saatlarında oğlu Təqsirləndirilən şəxs zəng edib harada olması ilə maraqlandıqda, Təqsirləndirilən şəxs ona dostu ilə çay içdiyini, 20-30 dəqiqəyə evə gələcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs telefonuna zəng çatmadığından narahat olmuş, növbəti gün, yəni 24 may 2023-cü il tarixdə, saat 07:00 radələrində tanımadığı nömrədən onun mobil telefonuna zəng gəlmiş və həmin zəng edən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşı olduğunu bildirib oğlu Təqsirləndirilən şəxs tutulduğu barədə məlumat vermişdir. O, səbəbini soruşduqda, Abşeron Rayon Polis İdarəsinə gedərək bu barədə məlumat ala biləcəyi cavabı verilmişdir. O, həmin polis idarəsinə getdikdə içəri buraxılmamış, 2-3 saat gözlədikdən sonra bir nəfər polis əməkdaşı yaxınlaşıb Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədi gətirməsini, yalnız Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədi gətirdikdən sonra onun nəyə görə tutulması barədə məlumat verəcəklərini bildirmişlər. 24 may 2023-cü il tarixdə, saat 12:30 radələrində oğlu Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədi Abşeron Rayon Polis İdarəsinə gətirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlunun narkotik vasitə qəbulu ilə məşğul olması və üzərində qanunsuz olaraq gəzdirməsi barədə əməliyyat məlumatları daxil omuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-5) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsi tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 11; 27) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Cingiz oğlu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş bükümü təqdim etmiş, həmin büküm açıldıqda içərisindən bir ədəd göy rəngli və bir ədəd yaşıl rəngli sellofan büküm aşkarlanmışdır. Göy rəngli sellofanda olan büküm açıldıqda içərisində kristal formalı, ağ rəngli metamfetaminə bənzər psixotrop maddə, yaşıl rəngli sellofan bükümü açdıqda isə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin bükümlər, eləcə də Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Samsung A10” markalı mobil telefon qablaşdırılıb götürülmüşdür. (Cild 1, iş vərəqə 32-33) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3017 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs Cingiz oğlunun üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd göy rəngli polietilen torbanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 143,451 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 36,539 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi 143,451 qram olmuş, 0,20 qram tədqiqata sərf edildikdən sonra 143,251 qram qalıq qalmış, metamfetaminin təmiz çəkisi 36,539 qram olmuş, 0,20 qram tədqiqata sərf edildikdən sonra 36,339 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 42-44) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlu həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 58-60) Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-381/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlunun barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 80-84) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sabunçu rayon 69 nömrəli tam orta məktəbindən verilmiş xx.xx.2023-cü il tarixli, 219 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlu 2008-ci il tarixdən 2019-cu il tarixədək həmin orta məktəbdə təhsil almışdır. (Cild 1, iş vərəqə 93) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlundan götürülmüş bir ədəd “Samsung A10” markalı mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 101) xx.xx.2023-cü il tarixli “Əşyanın maddi sübut kimi tanınması və saxlama yerinə verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 102) Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-18-2/2 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlu müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 106) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlundan götürülmüş qalıq çəkisi 143,251 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq çəkisi 36,339 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (Cild 1, iş vərəqə 119) Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 59-1/76193 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlunun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapsa da, onun narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 127) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 5030 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Cingiz oğlunda eyni zamanda bir neçə narkotik vasitələrin və psixo-aktiv maddələrin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 128-129) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Komission ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2259 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs Cingiz oğlu cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs Cingiz oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Cingiz oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs Cingiz oğlu barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 131-132) Azərbaycan Respubikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlu barəsində əməliyyat-sorğu kartotekalarında heç bir məlumat yoxdur. (Cild 1, iş vərəqə 138) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda görünür ki, 24 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cingiz oğlunun üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər sübut kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 141-150) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, hazırki cinayət işindən “İsi” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 152-153) Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 59/2-25500 nömərli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlu həmin polis idarəsinin əməkdaşları Şahid2 və Şahid1 tərəfindən Abşeron Rayon Polis İdarəsinə gətirilmişdir. Abşeron rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 455-x-24 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Cingiz oğlunun fiziki və psixoloji işgəncəyə məruz qalması barədə fakt öz təsdiqini tapmadından cinayət işinin başlanması rədd edilmişdir. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 59/2-26333 nömrəli məktubdan görünür ki, həmin polis idarəsinin “Şəhər polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının kserosurəti təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-2489/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlu xx.xx.2023-cü il tarixdə təcridxanaya gətirilərkən ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüqucunu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilmərnəsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs Cingiz oğlu məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində və polis idarəsində polis əməkdaşlarının ona qarşı fiziki və psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs Cingiz oğluna tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və ya psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Cingiz oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 5628/2023 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “inkar edir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “sağ dirsək və sol diz nahiyəsində köhnə çağıq toxuma aşkar olundu” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “daxili orqanlarında hal-hazırda şikayəti yoxdur” yazısı qeyd edilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs Cingiz oğlunun məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıbqalmaması ilə bağlı araşdırma aparılması üçün Abşeron rayon prokurorluğuna sorğu ünvanlamış, həmin prokurorluğun xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cingiz oğlunun Abşeron Rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması barədə izahatı əsasında rayon prokurorluğunda xx.xx.2023-cü il tarixdə toplanılmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs Cingiz oğlu və ya müdafiəçisinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından şikayət verməsi halı müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs Cingiz oğlunun polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs Cingiz oğlunun dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs Cingiz oğlunun məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs Cingiz oğlu məhkəməyə verdiyi ifadəsində Nizami adlı şəxsdən 10 manat müqabilində narkotik vasitə əldə etmək üçün Rəhman və Coşqun adlı dostları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə getdiyini, orada 9-10 nəfər polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra 24 may 2023-cü il tarixdə, saat 02:30 radələrində Abşeron Rayon Polis İdarəsinə aparıldığını, Rəhman və Coşqunu azad etsələr də, onun şübhəli şəxs qismində tutulduğunu, saxlanılarkən üzərində hər hansı psixotrop maddə və narkotik vasitənin olmadığını, polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə müvafiq istintaq hərəkəti aparılarkən ittihamda qeyd edilən 1 bükümdə narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə metamfetamini təqdim edərək özünə məxsus olduğunu söyləməyə məcbur edildiyini desə də, şahidlər Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs saxlanılarkən yanında heç kimin olmadığını, başqa şəxsin əməliyyat tədbirinə cəlb edilmədiyini, Təqsirləndirilən şəxs tək saxlanıldığını, Coşqun və Rəhman adlı şəxsləri tanımadığını, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı nümayiş etdirməsi üçün narkotik maddə kütləsinin təqdim edilmədiyini, sonuncunun hər hansı formada hədələnmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkar olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təqdim etdiyini və həmin maddələrin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 32-34-cü vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskin tədqiqindən müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Abşeron Rayon Polis İdarəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmiş, aşkarlananlar qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3017 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “Təqsirləndirilən şəxs Cingiz oğlunun üzərindən...” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində 01 ədəd bükümdə təmiz çəkisi 36,539 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə ümumi təmiz çəkisi 143,451 qram narkotik vasitə heroin olması müəyyənləşmişdir. Bundan başqa, Abşeron Rayon Polis İdarəsinin 02.024.2024-cü il tarixli 59/2-25500 nömrəli məktubundan və xx.xx.2024-cü il tarixli, 59/2-26333 nömrəli məktubuna əlavə olunmuş həmin polis idarəsinin “Şəhər polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlu xx.xx.2023-cü il tarixdə saat 17:15-də Abşeron Rayon Polis İdarəsinin inzibati binasına həmin polis idarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 tərəfindən gətirilmişdir. Həmin kitab nəzərdən keçirildikdə Rəhman və Coşqun adlı şəxslərin həmin tarixdə polis idarəsinə gətirilməsinə dair hər hansı məlumat müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Cingiz oğlunun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cingiz oğlu ibtidai istintaq və məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs Cingiz oğlunun məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə sübutları təhlil edib belə qərara gəlir ki, müdafiə tərəfinin verdiyi vəsatət əsasında dəvət edilmiş əlavə şahidlərin ifadələri ayrı-ayrılıqda təhlil edilmiş, həmin ifadələrin sübut əhəmiyyəti daşıyıb-daşımaması araşdırılmışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, müdafiə tərəfinin təqdim etdiyi əlavə şahid X2 Təqsirləndirilən şəxs Cingiz oğlunun anası, yəni yaxın qohumudur. Şahid Sevda Əmrəslanova məhkəməyə verdiyi ifadəsində xx.xx.2023-cü il tarixdə, saat 07:00 radələrində tanımadığı şəxsin ona zəng edib Abşeron Rayon Polis İdarəsinin əməkdaşı olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs tutulması barədə məlumat verərək polis idarəsinə dəvət etdiyini, oğlunun şəxsiyyətini təsdiq edən sənədin təqdim olunmasının ondan tələb edildiyini desə də, həmin hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, müdafiə tərəfi həmin xüsusatla bağlı vəsatətlə məhkəməyə müraciət edib Sevda Əmrəslanovaya məxsus mobil nömrəyə ifadəsində göstərilən vaxtda daxil olan və çıxan zənglərin məlumatlarının çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən həmin xüsusat araşdırılmış və nəticədə Sevda Əmrəslanovanın istifadəsində olan mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 07:00 radələrində hər hansı zəngin daxil olmadığı müəyyən edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, müdafiə tərəfinin Təqsirləndirilən şəxs Cingiz oğlunun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin tutulduğu yerdə və vaxtda keçirilməməsi barədə dəlillər isə qəbulediləndir. Lakin, məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs polis idarəsinə gətirilməsi ilə üzərinə baxış arasında müəyyən müddətin keçməsi narahatlıq yaratsa da, bu müddət o dərəcədə ifadə olunmamışdır ki, bu sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaransın. Bundan savayı, məhkəmə qeyd edir ki, müdafiəçi təhqiqatçı Şahid3 müvafiq istintaq hərəkəti zamanı qarşısında olan sənəddə Təqsirləndirilən şəxs Cingiz oğlunun adının yazıldığını, əvvəlcədən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və psixotrop maddənin aşkarlanacağının bəlli olduğunu, həmin istintaq hərəkətinin formal aparıldığını bildirsə də, Şahid3 qarşısında olan sənədin şablon, yəni nümunə olduğunu, istintaq hərəkəti zamanı istifadə etmək üçün masasının üzərində qoyduğunu bildirmişdir. Həmin videoçəkilişdən çıxarışdan görünür ki, müvafiq sənəd nümunədir, yəni sənəddə Təqsirləndirilən şəxs Cingiz oğlunun adı yazılsa da, narkotik vasitə və psixotrop maddənin aşkarlandığı yer, yəni cib və şalvarın rəngi fərqlidir. Odur ki, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında” protokol qanunauyun tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, əməliyyat axtarış tədbirinin keçirilməsi ilə əlaqədar xx.xx.2023cü il tarixli raport müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin raport əsasında qəbul olunmuş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmişdir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Hər hansı sübutun yol verilməz kimi çıxarılmasına əsas yoxdur. Sübutlar yolveriləndir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsini, şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Cingiz oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə və 2-ci Siyahısının 118-ci bəndinə əsasən, müvafiq olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. İbtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə hazırki cinayət işindən təqsirləndirilən şəxsin əlbir olduğu “İsi” adlı şəxs və qeyrilərinin müəyyən edilərək istintaqının aparılması üçün ayrıca cinayət işi ayrılmışdır. İş materiallarından, təqsirləndirilən şəxsin həmin məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlu qabaqcadan əlbir olub İran İslam Respublikasının vətəndaşı “İsi” adlı şəxslə cinayətkar əlaqəyə girərək narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Cingiz oğlu xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman cinayət məsuliyyəti yaradan 01 ədəd bükümdə 143,451 qram narkotik vasitə olan heroin, 01 ədəd bükümdə 36,539 qram psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitə olan heroinin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 956,34 dəfə, psixotrop maddə olan metamfetaminin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 243,59 dəfə çoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Cingiz oğlunun şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin çəkisinin külli miqdarda, şəxsi istehlak üçün nəzərdə tutulduğundan dəfələrlə olmasına, 2 fərqli növdə narkotik tərkibli maddələri üzərində daşımasına, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair müvafiq əməliyyat məlumatının olmasına və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs Cingiz oğlunun əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cingiz oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Cingiz oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cingiz oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs Cingiz oğlu cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cingiz oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs Cingiz oğluna cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs Cingiz oğlunun ilk dəfə cinayət törətməsini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cingiz oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Cingiz oğlunun şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının mövcudluğunu, “İsi” adlı şəxslə qabqcadan əlbirliyini, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cingiz oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs Cingiz oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Cingiz oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs Cingiz oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs Cingiz oğlundan 55 (əlli beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki nəhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 143,251 qram narkotik vasitə olan heroin, 36,339 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs Cingiz oğlundan aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli, 5030 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs Cingiz oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Cingiz oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Cingiz oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Cingiz oğlunun cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 may 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Cingiz oğlundan tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Abşeron Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 143,251 qram narkotik vasitə olan heroin və 36,339 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Cingiz oğlundan aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Cingiz oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Cingiz oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Cingiz oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1108/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1108/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver