Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1109/2020 27.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X13 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili X4, Zərərçəkmiş şəxs Nusrəddin qızının, X1 iştirakı ilə, x xxxx 1994-cü il tarixdə Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatda olmaqla Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi 105-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla və xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxsxuliqanlıq niyyətilə və xüsusi amansızlıqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma məqsədlə x xxxx 2020ciiltarixdəsaat 21:30 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qeyrirəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs yaşadığı Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən evində cüzi səbəb olan sonuncunun ona spirtli içki qəbul edərək işləməyib avara kimi gəzdiyi üçün birlikdə belə yaşamağın mənasız olması barədə iradını bildirib ondan ayrılmaq istədiyini deməsini bəhanə edərək üzərində gəzdirdiyi 1 ədəd qara rəngli qatlanan, tiyəsinin üzərində “QÖRZA” sözləri yazılmış zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən turist cib bıçağını əynindəki gödəkcəsinin cibindən çıxarıb Zərərçəkmiş şəxs azyaşlı oğlu xx.xx.2017-ci il təvəllüdlü X2 gözləri qarşısında bədənin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq ona döş qəfəsinin sol tərəfində boşluqlara keçməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sol qulaq seyvanı nahiyəsində 1 ədəd, hər sağrı nahiyəsində 4 ədəd kəsilmiş və deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, habelə sol tərəf sifət nahiyəsinin 2 ədəd səthi kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan, habelə daxili qanaxma ilə müşayiət olunmuş böyük piyliyin zədələnməsi ilə sol qabırgaaltı nahiyədən qarın boşluğuna işləyən 1 ədəd deşilmiş-kəsilmiş yara kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə və xüsusi amansizlıqla Zərərçəkmiş şəxshəyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq birlikdə yaşamaqla bəzi vaxtlarda onlarda qalmışdır. x xxxx 2020-ci il tarixdə saat 20 radələrində toydan çıxıb evə gəlmişdir. O, toyda spirtli içki qəbul etmişdir. Evə gəldikdən sonra Nurəsdə ilə telefon əlaqəsi saxlayıb harada olduğunu ondan soruşmuşdur. Nurəsdə həmkəndlisi taksi kimi fəaliyyət göstərən Eldar adlı şəxsin idarə etdiyi avtomobil ilə oğlu Məhəmmədi Xaçmaz rayonunun Yergüc kəndində yerləşən “Çöpçü” yanına apardığını bildirmişdir. O da Nurəsdəyə oradan öz evinə qayıdan zaman onu taksi ilə götürüb evinə aparmağını dedikdə o, razılaşmışdır. Bir neçə dəqiqədən sonra Nurəsdə taksi ilə gəlib onu yaşadığı evin qarşısından götürmüş və birlikdə Nurəsdənin yaşadığı evə gəlmişlər. Evdə o, cibində olan mobil telefonu, siqareti və üzərində daim gəzdirdiyi qara rəngli qatlanan cib bıçağını çıxarıb masanın üzərinə qoymuşdur. Bir neçə dəqiqə evdə oturub Nurəsdə ilə söhbət etmiş, sonra da ona birlikdə restorana gedib yeyibiçməyi təklif etmiş, lakin Nurəsdə razılaşmamış və oğlu ilə birlikdə anasıgilə getmək istədiyini bildirmişdir. O isə Nurəsdənin anasıgilə gedib uşağı evdə anasının yanında qoyub başqa yerə gedəcəyini düşünmüşdür. Ona görə də Nurəsdəyə anasıgilə getməyə icazə verməmiş, bundan sonra Nurəsdə ilə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Nurəsdənin oğlu onların yanlarında oyuncaqları ilə oynamışdır. Mübahisə zamanı Nurəsdə onu və valideynlərini nalayiq ifadələrlə təhqir edib “sən kimsən ki anamgilə getməyə mənə icazə vermirsən?” demişdir. Sonra da Nurəsdə özünə makyaj edərək evdən çıxmağa hazırlaşmış, o da əsəbləşib masanın üzərindən özünə məxsus cib bıçağını götürüb bir neçə dəfə bıçaqla Nurəsdənin bədəninin müxtəlif nahiyələrinə və 1 dəfə də sifət nahiyəsinə zərbələr endirmiş, daha sonra bıçağı cibinə qoymuşdur. Nurəsdənin bədənindən qan axdığını görüb onu qucağına alaraq uşaqla birlikdə Nurəsdənin qonşusu Eldargilə gəlmiş və uşağı onların evinə qoyub Nurəsdəni Eldarla birlikdə onun avtomobili ilə Xaçmaz MRX-na gətirmişdir. Orada Nurəsdəni həkimlərə təhvil verib cibində olan bıçağı qəbul şöbəsində yerləşən ayaqyolunda olan zibil qutusuna atmış, bir neçə dəqiqədən sonra xəstəxanaya polis əməkdaşları gəlmişdir. O da polis əməkdaşlarına səmimi olaraq Nurəsdəni bıçaqladığını və bıçağı isə ayaqyolunda olan zibil qutusuna atdığını demişdir. Hadisə baş verən gün spirtli içki içmişdir. Hadisə zamanı cib bıçağı ilə Nurəsdəyə bir neçə dəfə xəsarət yetirmişdir. Nurəsdəyə neçə dəfə bıçaqla xəsarət yetirdiyini xatırlamır. Nurəsdə onu və valideynlərini təhqir etdiyi üçün ona bıçaqla xəsarət yetirmişdir. Nurəsdə ilə qeyri-rəsmi olaraq birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Rəhman ilə qeyri-rəsmi olaraq birlikdə yaşamışlar. x xxxx 2020-ci il tarixdə Rəhmanın bibisi oğlunun toy şənliyi məclisinə gedəcəyini bildiyindən saat 20 radələrində oğlu Məhəmmədin boğazında çöp qaldığına görə onu qonşuluqda yaşayan Eldar adlı şəxsin avtomobili ilə Xaçmaz rayonunun Yergüc kəndinə həkimə aparmışdır. Həkimdən çıxan zaman Rəhman ona zəng edib harada olduğunu soruşduqda ona oğlunu Yergüc kəndində olan həkimə apardığını və Xaçmaz şəhərinə tərəf qayıdıb gəldiyini demişdir. Rəhman da ona Xaçmaz şəhəri, N.Nərimanov küçəsində evinin yaxınlığında yolun kənarında onu gözlədiyini və onu da yoldan götürməyini dedikdə Nurəsdə onunla razılaşmış və Eldarın avtomobili ilə gəlib onu yoldan götürmüş və sonra birlikdə evə gəlmişlər. Evə daxil olduqdan sonra Rəhmanın spirtli içki qəbul etdiyini hiss etmişdir. Rəhman evin qonaq otağında olan qaz peçinin yanında aşağıya əyilərək dizlərini qatlamış formada oturaraq telefonla oynayıb siqaret çəkməyə başlamışdır. Oğlu Məhəmməd isə oyuncaqları ilə oynamaq üçün masanın üzərinə çıxmışdır. O da masanın arxasında əyləşib Məhəmmədlə oynamış, sonra da Rəhmandan nəyə görə fikirli olmasını və spirtli içki qəbul etməsini soruşduda o, yaxşı edib spirtli içki qəbul etdiyini bildirmişdir. O, Rəhmanın bu cavabından sonra ondan niyə işləməyib avara kimi gəzməsinin səbəbini soruşduqda o, cavab vermədən fikirli formada üzü divara tərəf siqaret çəkməyə davam etmişdir. O, ayrılmağı və belə yaşamağın mənasız olduğunu Rəhmana dedikdə o, oturduğu yerdən qalxıb yanına tərəf gəlmiş, qolunu masanın üzərinə, əlini isə çənə nahiyəsinə dayayıb “sən nə dedin, məni pula görə sevirsən?” demişdir. Rəhmanın digər əli isə gödəkcəsinin cibində olmuş, buna görə də şübhələnib Rəhmandan cibində bıçaq olubolmamasını soruşduqda o, cibindəkinin telefon olmasını bildirmişdir. Rəhman cibində daim qara rəngli açılıb-bağlanan cib bıçağı gəzdirmiş və ona bıçağı Rusiya Federasiyasından aldığını bildirmişdir. O, Rəhmana belə yaşamaq istəmədiyini və anasıgilə çıxıb getmək istədiyini demişdir. Rəhman onun oturduğu masada arxa tərəfinə keçib sağ qolu ilə gözünün qabağını tutaraq cibindən bıçağı çıxarıb boğazına dirəmişdir. Bu vaxt bir qədər həyəcan keçirmiş, Rəhmanın əlini boğazından ayırmağa çalışan zaman həmin bıçağın uc hissəsi sifətinin sol tərəfini cızmış, bıçağın tiyəsi isə sol qulağını kəsmişdir. Bundan sonra o, dərhal masadan ayağa qalxaraq Rəhmanın qarşısına keçib ondan təlaşlı vəziyyətdə nə etdiyini soruşmuş, o isə heç nə demədən bıçağı bir neçə dəfə onun qarın nahiyəsinə vurub “sənə demişdim ki, bizi ancaq ölüm ayıra bilər” demişdir. Rəhman onu bıçaqla vurduqdan sonra yalvarıb onu vurmamasını xahiş etmiş, həmin vaxt səs-küydən azyaşlı oğlu Məhəmməd masanın üzərində ağlamağa başlamışdır. O isə üzü üstə Rəhmanın ayağının altına yıxılaraq onu vurmamasını demişdir. Ancaq Rəhman onun arxa nahiyəsinə də bir neçə dəfə bıçaqla xəsarət yetirmişdir. O, artıq həmin bıçaq zərbələrindən bədənində olan ağrıları hiss etməmişdir. Rəhman onu bıçaqla vurduqdan sonra yerdə oturaraq “bunu istəyirdin?” deyib sol əli ilə onun belindən qucaqlamışdır. O isə Xaçmaz MRX-na getmək üçün çətinliklə də olsa Rəhmandan telefonunun harada olmasını soruşub zəng etmək istədiyini bildirmiş və ətrafa baxdıqda telefonunu yataq otağında görüb həmin otağa getməyə çalışmış, lakin ağrıdan hərəkət edə bilməmişdir. Bundan sonra Rəhman cəld həmin otağa keçərək onun telefonu ilə qonşusu Eldara zəng edib onları Xaçmaz MRX-na aparmasını xahiş etmişdir. O, çətinliklə də olsa Rəhman və oğlu Məhəmməd ilə birlikdə qonşusu Eldargilin evinin yanına tərəf getmiş, oğlu Məhəmməd Eldargilin evində qalmış, onlar da maşına minib Xaçmaz MRX-na getmişlər. Xəstəxanaya çatan zaman artıq çoxlu qan itirdiyinə görə huşsuz vəziyyətdə olmuş, ona görə də Rəhman onu qucağına alıb həkimlərin yanına gətirmiş, bundan sonra da nə baş verdiyindən məlumatı olmamışdır. Hadisə baş verən zaman Rəhman sərxoş olmuşdur. Rəhman ona bıçaqla təxminən 12-13 dəfə zərbə vurmuşdur. Onu xəstəxanaya Rəhman aparmışdır. Rəhmanın ayağının altına yıxılaraq onu vurmamasını demiş, ancaq Rəhman onun arxa nahiyəsinə də bir neçə dəfə bıçaqla xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini və ona dəymiş maddi ziyanı ödəməsini tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xaçmaz rayon Polis Şöbəsinin PPXB-də manqa komandiri vəzifəsində işləyir. x xxxx 2020-ci il tarixdə iş yoldaşı Şahid3 və Yasər Hüseynov ilə xidmət aparan zaman onlara Xaçmaz RPŞ-nin növbətçi hissəsindən efir vasitəsi ilə Nurəsdə adlı qadının bıçaqlanaraq Xaçmaz RMX-na müraciət etməsi barədə məlumat verilmişdir. Buna görə də iş yoldaşları Şahid3 və Yasər Hüseynov ilə birlikdə Xaçmaz RMX-na getmişlər. Orada apardıqları sorğular zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Xaçmaz rayon sakini İsmayılov X5 evində bir neçə bıçaq zərbəsi ilə vurub xəsarət yetirərək sonra xəstəxanaya gətirmişdir. Orada olan zaman Təqsirləndirilən şəxs müəyyən edərək bıçağın müstəntiq tərəfindən götürülməsini təmin edib onun sərxoşluğunu yoxladıqdan sonra gətirib Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Hadisənin nəyə görə baş verdiyini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 Əlisafa oğlunun ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, “VAZ- 21041” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobili etibarnamə ilə idarə etməklə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır, onunla qonşu olmaqla münasibəti yaxşıdır, evlərinin arasında təxminən 30-40 metr məsafə vardır. Evdə olan zaman Nurəsdənin mobil telefonundan ona zəng gəldiyini görmüş, telefonu açan zaman Rəhmanın səsini eşitmiş, Rəhman təcili onları xəstəxanaya aparmağını bildirmiş, bundan sonra o, avtomobili işə salıb həyətdən çıxaran zaman Rəhmanın Nurəsdə və Nurəsdənin oğlu Məhəmməd ilə birlikdə onun evinin qabağına gəldiklərini görmüş, Rəhman Nurəsdənin oğlunu onların evində qoyduqdan sonra o, Nurəsdə ilə Rəhmanı avtomobili ilə Xaçmaz MRX-na aparmış, Rəhman yolda ona Nurəsdəni evdə bıçaqladığını bildirmiş, qəbul şöbəsinin qarşısına çatdıqda Nurəsdənin halı pisləşdiyinə görə Rəhman onu qucağına alıb xəstəxanaya daxil olmuş, bir qədər maşında əyləşib gözləmiş, bir neçə dəqiqə keçdikdən sonra Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlarının xəstəxanaya daxil olduqlarını, daha sonra isə onların Rəhmanı apardıqlarını görmüş, bundan sonra o da evinə qayıtmışdır (cild 1, iş vərəqə 83-85). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, istintaq orqanına verdiyi ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərib təsdiq etmişdir (cild 1, iş vərəqə 207-210). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaq orqanına verdiyi ifadəsini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 120-124). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsi Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində Zərərçəkmiş şəxs yaşadığı evdə baş vermişdir (cild 1, iş vərəqə 89-94). Cinayət işinin materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi 1 ədəd qara rəngli qatlanan, tiyəsinin üzərində “QÖRZA” sözləri yazılmış zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən cib bıçağı digər bıçaqlarla birlikdə tanınmaya təqdim edilərəkən Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş bıçaqların arasından 1 ədəd qara rəngli qatlanan, tiyəsinin üzərində “QÖRZA” sözləri yazılmış bıçağı tanıyaraq Təqsirləndirilən şəxs onu həmin bıçaqla vurub xəsarət yetirdiyini göstərmişdir (cild 1, iş vərəqə 196-197). Cinayət işinin materiallarından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs yüngül dərəcəli alqokol sərxoşluğu vəziyyətində olmuşdur (cild 1, iş vərəqə 8). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx xxxx 2020-ci il tarixli 151 nömrəli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan böyük piyliyin zədələnməsi ilə sol qabırgaaltı nahiyədən qarın boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol tərəfində boşluqlara keçməyən 1 ədəd deşilmiş-kəsilmiş yara, sol qulaq seyvanı nahiyəsində 1 ədəd, sol tərəf sifət nahiyəsində 2 ədəd və hər sağrı nahiyəsində 4 ədəd kəsilmiş və deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (bıçaq) təsirindən törənməklə x xxxx 2020-ci il tarixdə yetirilməyə xarakterikdir. Qeyd edilən xəsarətlərdən qarın boşluğuna keçən 1 ədəd deşilmiş-kəsilmiş yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol qulaq seyvanı, sol tərəf döş qəfəsi və hər iki sağrı nahiyələrinin deşilmişkəsilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol tərəf sifət nahiyəsinin 2 ədəd səthi kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməmişdir (cild 1, iş vərəqə 69-70). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin və şalvarın üzərində olan zədələr öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfli kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən, təqdim edilmiş bıçağın tiyəsi də aiddir (cild 1, iş vərəqə 102-103). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 3 aprel 657 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müracət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı onda psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Məhkəməpsixoloji ekspertizası üzrə aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla özünə məxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradı sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Məhkəmə psixatrik eksprtizası üzrə cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixatrik ekspertizası qərara gəlir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmagıllığın və sair psixi xəstəliyin əlamətləri yoxdur. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqli hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarına malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə yoxlanılan Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri müəyyən edilmir. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Belə qənatə gəlinir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı hərəkət və davranışı şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdira bilinməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından aslı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 104-107). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 96). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsəyardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azadılmasına dair hərəkətlər etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azadılmasına dair hərəkətlər etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsəyardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azadılmasına dair hərəkətlər etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 34). Cinayət işinin materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 60). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu x xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis İdarəsində saxlanılan 1 ədəd qara rəngli, tiyəsinin üzərində “QÖRZA” sözləri yazılmış qatlanan bıçaq və hadisə günü Zərərçəkmiş şəxs əynində olmuş açıq göy rəngli cins şalvar və 1 ədəd qara rəngli uzunqol köynək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı x xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis İdarəsində saxlanılan 1 ədəd qara rəngli, tiyəsinin üzərində “QÖRZA” sözləri yazılmış qatlanan bıçaq və hadisə günü Zərərçəkmiş şəxs əynində olmuş açıq göy rəngli cins şalvar və 1 ədəd qara rəngli uzunqol köynək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxsna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1109/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1109/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver