Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1109/2021 09.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayət Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı, X1 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, V.Mirzəyev küçəsi, döngə 1, ev 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Peyman” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Peyman” adlı şəxs və ya qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 1970 qram çəkidə narkotik vasitə heroini əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Nərimanov rayonu ərazisində istintaqa məlum olmayan ünvana gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan həmin külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etməklə üzərində saxlamaqla ünvan 2 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 yanvar 2021-ci il tarixdə saat 17:45-də keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada həmin gün saat 19:25-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki qara rəngli sellofan torbanın içərisindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda - 1970 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir, bunun üçün də instagram sosial şəbəkəsi vasitəsi ilə İran vətəndaşları tərəfindən narkotik vasitələrin satışını həyata keçirən səhifələr tapmış, onlardan biri ilə danışmış və ona narkotik vasitə lazım olduğunu demişdir. Ona kart hesabı göndərmiş həmin karta pulu göndərmişdir. Ona demişlər ki, Atatürk parkına gəlsin. O, parka girəndən sonra görmüşdür ki, şiferin deşiyindən ona kimsə baxır. Onda başa düşmüşdür ki, həmin adam polisə işləyir. O, ara yoldan çıxıb qaçmağa başlamış, sonra 5- 6 nəfər polis əməkdaşları da əllərində 2 kq, narkotiklə arxası ilə qaçaraq onu Atatürk parkında küçənin ortasında tutmuşlar. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 1 qram narkotik vasitə olmuş, polis əməkdaşları ona demişlər ki, ona hörmət edirlər, həmin maddəni yazmayacaqlar. Lakin sonradan ona məlum olmuşdur ki, 2 kq narkotik vasitəni onun üzərinə qoymuşlar, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Kamal adlı vəkil ona demişdir ki, imza etsin ki, onu incitməsinlər. O, həmin narkotik vasitənin ona məxsus olmamasını bildirərək nəyə görə imza etməsini dedikdə, ona imza etməsini və hər şeyin yaxşı olacağını bildirmişdir. Sonra Kürdəxanıda onu aldadaraq, onun əməlinin Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə tövsüf edəcəklərini bildirərək ona bütün sənədlərə imza etdirmişlər. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psxiotrop maddələr əldə edərək saxlaması və daşıması ilə məşğul olması bildirilmişdir. Alınmış məlumat barədə raportla BMCMl-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilmiş, 22 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 4 A ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. İdarədə videoçəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərsində narkotik vasitə olan heroin olduğunu bildirib, həmin sellofan torbanı, əynində olan gödəkçəsinin sol yan cibindən “Samsung” markalı mobil telefonu, şalvarının sağ arxa cibində olan bir manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torba iştirakçıların şahidliyi ilə açıldıqda torbanın içərisində üzərində “2 kq” sözləri qeyd olunmuş və şəffaf yapışqan lentlə bağlanmış bir ədəd bağlama aşkar edilmişdir. Baxış zamanı bağlamanın içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşı “Peyman” adlı şəxsdən əldə etdiyini, belə ki, həmin şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olduğunu və sonradan həmin şəxslə aralarında münasibət yarandığını, bir neçə gün əvvəl həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb pulunu sonradan ödəmək şərti ilə həmin şəxsə narkotik vasitə heroin sifariş verdiyini, bu barədə razılıq əldə etdikdən sonra 22 yanvar 2021-ci il tarixdə axşam tərəfi vaxtı “Peyman” adlı şəxsin ona zəng edib göndərdiyi narkotik vasitəni Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən “Atatürk" adına istirahət parkında ağacın dibində, qara rəngli sellofan torbanın içində yerə qoydulduğunu və həmin yerin ünvanını ona dəqiq olaraq izah edib, həmin yerin şəklini çəkib “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona göndərərək gedib narkotik vasitəni götürməsini bildirdiyini, bundan sonra o, həmin yerə gələrək “Peyman” adlı şəxsin ona göndərdiyi narkotik vasitəni götürdüyünü və üzərində saxlayaraq daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 oğlu Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2021-ci il tarixli 6/289 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd qara rəngli sellofan paketdə qablaşdırılmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 1970,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi - 1970,0 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1969,95 qramdır.” Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi “X7”-nin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 fevral 2021-ci il tarixli, 577 nömrəli rəyində göstərilmişdir ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 ambulator məhkəmə psixiatrik ekspertizasının 09 fevral 2021-ci il tarixli, 287 nömrəli rəyində göstərilmişdir ki, ‘Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin isterik tipli psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 noyabr 2020-ci il tarixdən 22 yanvar 2021-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş və bazış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsinə müxtəlif nömrə sahiblərindən gələn mesajlarda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması faktı bir daha təsdiqini tapır. Belə ki, qeyd edilən telefon nömrəsinə gələn mesajlarda müxtəlif nömrə sahiblərinin Təqsirləndirilən şəxs narkotik vasitə heroin (mesajlarda əsasən koko və kola kimi qeyd edilmişdir) və psixotrop maddə metamfetamin (mesajlarda patı və şüşə kimi qeyd edilib) istədikləri əks edilmişdir. 01-11-2020: 15:36:09: 01-11-2020: 15:36:09: 1.1.**********01: 1.1.**********75 Mene pati cekmeliy 02 03 vere bilsen hec yoxdu kakosu 05 de olsa, 21-11-2020: 20:25:26: 21- 11-2020: 20:25:26: 1.1.**********46; 1.1.**********75 Lazim olmadi mene kola gotur bir qiram gel burdada 10 manat verim, 17-01-2021: 18:32:37; 17-01-2021; 18:32:37; 1.1.**********01: 1.1.**********75 mahir menem husen meti lazimduye mene 2 dene aç teli. Bundan əlavə qeyd edilən ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrə sahiblərinə gedən mesajlarda mesaj yazan şəxsin Təqsirləndirilən şəxs olması müşahidə edilir. Mesaj yazan şəxs müxtəlif nömrə sahiblərinə müraciət edərək onlara pul müqabilində narkotik vasitə və psixotrop maddə təklif edirlər: 05-12-2020: 18:05:52: 05-12-2020: 18:05:52: 1.1.**********75: 1.1.**********83 Nedi maksudlasan daniwa bilmirsen teli goturmuwem mendesi qaldiki pula neqederdi pul yolamaliyam camatin pulunu yada malıni vermeliyem. Təqdim edilmiş «SMS» məlumatlarına baxış keçirilərkən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını bir daha təsdiq edir. Odur ki, "xxxx" MMC-nin təqdim etdiyi 01 ədəd “CD” disk sübut növü kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin istintaq zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 04.02.2021-ci il tarixli 007-1519-1221 nömrəli əməliyyat tapşırığına verilmiş 01.03.2021-ci il tarixli 007-2883-1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş 1970 qram çəkidə narkotik vasitə heroini tanışı İran İslam Respublikasının vətəndaşı “Peyman” adlı şəxsdən satış məqsədi ilə əldə etdiyinin aşkar edildiyi, lakin Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması, onun əlaqələrinin müəyyən edilməsi, narkotik vasitə və ya psixotrop maddələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmaması, habelə narkotik vasitəni əldə etdiyi ehtimal edilən “Peyman” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 1969,95 qram olan narkotik vasitə heroin 08 mart 2021-ci il tarixdə cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil yalnız şəxsi istifadəsi üçün əldə etməsinə, eyni zaimanda üzərində cəmi 1 qram qnarkotik vasitə olmasını bildirməklə o yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür, məhkəmə onun ifadəsini inandırıcı hesab etmir və həmin ifadəyə tənqidi yanaşır. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, SMS danışıq yazışmaları, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, onun, ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut yetirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 326.2 və 67.1-ci maddələri ilə təqsirli bilinib 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05.03.2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 20.10.2018-ci il tarixli qanunu tətbiq edilərək cəzası 2 (iki) il 3 (üç) ay müddətə endirilmiş, cəza müddəti qurtardığına görə azad edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “ az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırki cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 23 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 yanvar 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 86-88). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 1969,95 qram olan narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu “DVD” disk və "xxxx" MMC-yə məxsus “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 144 (yüz qırx dörd) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 1969,95 qram olan narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu “DVD” disk və "xxxx" MMC-yə məxsus “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 144 (yüz qırx dörd) manat pul ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1109/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1109/2021
09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver