Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1109/2022 20.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Səftar oğlunun, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Şaiq qızının iştirakı ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edərək saxlamış və daşımış, 10 noyabr 2021-ci il tarixdə saat 11:45-də Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov küçəsində saxlanılaraq Suraxanı RPİ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli şalvarının sol yan cibindən 2 ədəd bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkisi 1,598 qram, 1,860 qram olmaqla, ümumi çəkisi 3,458 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,228 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, narkomaniya xəstəsidir, 6 ay idi ki istifadə edirdi, dərman almağa imkanı olmadığı üçün narkotik vasitədən istifadə edirdi, Suraxanı rayonunda yaşayırdı və saxlanıldığı gün yaşadığı evdən çıxıb evdə istifadə etdiyi bıçaqları itilətməyə gedirdi. Yolla piyada hərəkət edən zaman, bir nəfər narkotik vasitə satıcısının qapısının yanından keçərkən, Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin müstəntiqi Anar müəllim və digər polis əməkdaşları onu tutdular. Anar müəllim ondan nə etdiyini soruşduqda, o ona bıçaq itilətməyə getdiyini bildirdi. Bundan sonra ondan üzərində nə olduğunu soruşduqda, o üzərində şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu onlara bildirdi. Polis əməkdaşları onu polis idarəsinə apardılar, orada üzərinə baxış keçirdilər, üzərində metamfetamin və ittiham aktında göstərilən miqdarda narkotik vasitə olmayıb, o qədər narkotik vasitə almağa maddi imkanı yoxdur. Orada polis əməkdaşları ona təzyiq göstərdilər və ona görə hər iki narkotikin ona məxsus olmasını bildirdi. Narkotik vasitə şalvarının yox, gödəkcənin cibində olub. Üzərində olan narkotik vasitəni öz şəxsi istifadəsi üçün nəzərdə tutmuşdu. Narkotik vasitə aldığı şəxsləri xatırlamır. Narkotik vasitəni çəkirdi, heç vaxt satışı ilə məşqul olmamış. Saxlanılmamışdan əvvəl fəhlə idi, hər iki valideyni vəfat edib.Narkotik vasitəni almaq üçün 5 manatdan artıq pul sərf etmirdi. Psixi xəstəliyi ilə əlaqədar dərmanlarını maddi imkanı olmadığı üçün ala bilmirdi. Yaşadığı kənddə bir avtomobil dayanırdı və həmin avtomobildəki şəxs narkotik vasitə satırdı. Narkotikdən istifadə ediyinə görə peşmandır. Məhkəmə iclasında şahid qismində Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin rəis müavini vəzifəsində işləyir. 10 noyabr 2021ci ildə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradıldı və əməliyyat qrupunda o və digər əməkdaş Şahid2 iştirak edirdi. Həmin gün Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında saxladılar və onu Suraxanı rayon Polis İdarəsinə gətirdilər. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və onun üzərində səhv etmirsə, 1 ədəd plastik qutunun içərisində 3 ədəd şəffaf selofan büküm, 1 ədəd həb, telefon və belində iki ədəd bıçaq aşkar edildi. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olundu, görüntü diskə köçürülərək protokola əlavə edildi. Təqsirləndirilən şəxs saxlanılarkən müqavimət göstərmədi və ona heç bir təzyiq olmadı. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəni heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmişdir, eyni zamanda şahidlər də hər biri ayrı ayrılıqda verdikləri ifadələrində Təqsirləndirilən şəxs sorğu sual zamanı onun narkotiki özü istifadə etməsi üçün aldığını bildirməsini göstərmişdirlər. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışalara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun Qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlarə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 349-cü maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlərin aid edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanın Təqsirləndirilən şəxs verdiyi izahatlara istinad etməklə onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticələri Təqsirləndirilən şəxs narkotik vasitə satması kimi ilə bağlı ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin xırda bağlamalara bükümlərdə olsa da belə həmin narkotik vasitələrinin məhz satış məqsədi ilə almasına dəlalət etmir. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotik vasitə olan metamfetaminin ona məxsus olmaması, heroinin ittiham aktında göstərilən miqdardan az olmasını və polis idarəsində təzyiq altında olması barədə verdiyi ifadəsini inandırıcı saymır və hesab edir ki, o cinayət əməlini yüngülləşdirmək üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işi materiallarında olan Bakı şəhər Suraxanı RPİ-nin TŞ-nin təhqqiatçısı, polis kapitanı Suad Həmzəyev tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 10 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 11:45-də ünvan 4 ünvanın qarşısında saxlanılaraq Suraxanı RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilən zaman sonuncu əynindəki mavi rəngli cins şalvarının sol yan cibindən 1 ədəd plastik qutunun içərisindən 3 ədəd şəffaf selofan bükümündə maddəni və 1 ədəd qızılı rəngli siqaret kağızı bükümündə olan həbi çıxarıb təqdim etmiş, ondan həmin bükümlərin içərisində nə olması və kimdən, hansı məqsədlə əldə etməyi barədə soruşulduqda, o, həmin 3 ədəd bükümün içərisində kakos və şüşə adı ilə tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddələri üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 1 qramını 30 manata öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, onun şalvarının bel nahiyəsindən 2 ədəd mətbəx bıçağı, şalvarının arxa cibindən içərisində tibbi sənədlər, şəxsiyyət vəsiqəsi, 2 ədəd alışqan və üzərində «Kgt» yazısı olan mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkilmişdən istifadə olunmuş, görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPİ-nin inzibati binasının içərisində xidməti otaqda baxış keçirilən zaman çəkilmiş videogörüntüdən görünür ki, polis əməkdaşlarının və mütəxəssisin iştirakı ilə Suraxanı RPİ-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, sonuncu əynindəki sonuncu əynindəki mavi rəngli cins şalvarının sol yan cibindən 1 ədəd plastik qutunun içərisindən 3 ədəd şəffaf selofan bükümündə maddəni və 1 ədəd qızılı rəngli siqaret kağızı bükümündə olan həbi çıxarıb təqdim etmiş, ondan həmin bükümlərin içərisində nə olması və kimdən, hansı məqsədlə əldə etməyi barədə soruşulduqda, o, həmin 3 ədəd bükümün içərisində kakos və şüşə adı ilə tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddələri üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 1 qramını 30 manata öz istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, onun şalvarının bel nahiyəsindən 2 ədəd mətbəx bıçağı, şalvarının arxa cibindən içərisində tibbi sənədlər, şəxsiyyət vəsiqəsi, 2 ədəd alışqan və üzərində «Kgt» yazısı olan mobil telefon aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 11 noyabr 2021-ci il tarixli 6/4994 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 45» dairəvi möhür əksi vətəndaş Təqsirləndirilən şəxs üzərindən» yazı və imzalar olan zərfdəki iki ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,598 qram, 1,860 qram olmaqla, ümumi çəkisi 3,458 qram olan qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,228 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd yaşıl rəngli həb narkotik vasitə və psixotrop maddələrə aid deyildir. Heroinin ümumi təmiz çəkisi 3,458 qram, tədqiqata sərf edildi 0,1 qram qalıq 3,358 qram, metamfetaminin ümumi təmiz çəkisi 0,228 qram, tədqiqata sərf edildi 0,05 qram qalıq 0,178 qram, həb 1 ədəd, tədqiqata sərf edilən miqdar 1\2 həb qalıq 1\2 həb(ekspertiza tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik) Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 593 №-li rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Cinayət işi materiallarında olan məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 636 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarında olan ibtidai istintaqda sübutların qiymətləndirilməsi haqqında 16 aprel 2022-ci il tarixdə qəbul olunmuş qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar olunub götürülən 2 ədəd mətbəx bıçağa dair əlavə araşdırılması üçün cinayət işin materialı ayrılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan 10 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 10 noyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, əməlində cəzanın ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakə şəhəri Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan qalıq çəkisi 3,358 qram heroin və ekspertiza tədqiqatından sonra qalıq 0,178 psixotrop maddə metamfetamin, qalıq 1\2 həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürmə zamanı video görüntüləri əks olunan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli tutulduğu vaxdan, 10 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılan qalıq çəkisi 3,358 qram heroin və ekspertiza tədqiqatından sonra qalıq 0,178 psixotrop maddə metamfetamin, qalıq 1\2 həb hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və götürmə zamanı video görüntüləri əks olunan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1109/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1109/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver