Məhkəmə qərarları › İş №1(101)-1109/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1109/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1109/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X1 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi1, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, Biləsuvar rayonu, Nərimankənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)- 356/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, üzərində 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və 28 avqust 2023-cü il tarixdən cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksində qeyri-yaşayış sahəsini icarəyə götürüb həmin qeyri-yaşayış sahəsində “Tibb Mərkəzi” açaraq birlikdə işlətmək adı ilə və Zərərçəkmiş şəxs onu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq bu məqsədlə “Tibb Mərkəzi” açıb birgə işlətmək adı ilə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksindəki “The Point” restoranında 6000 manat nağd pul vəsaitini və bundan sonra 2023-cü ilin mart ayının ortalarında eyni məqsədlə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksindəki “The Point” restoranında 4.000 manat nağd pul vəsaitini, o cümlədən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin etdirmək üçün guya Zərərçəkmiş şəxs əvəzinə Prezident Adminstrasiyasmda yüksək vəzifədə işləyən özü tərəfindən uydurulmuş Anar adlı şəxsə 150.000 manat pul verməsi barədə yalanına inandıraraq həmin 150.000 manat pul vəsaitini onun özünə qaytarmasını bildirib bu adla Zərərçəkmiş şəxs 2023-cü ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksində 17.000 manat nağd pul vəsaitini, 2023-cü ilin aprel ayının ortalarında qeyd edilən ünvanda 2500 manat nağd pul vəsaitini, bir neçə gün sonra həmin ünvanda 10.000 manat nağd pul vəsaitini, xx.xx.2023-cü il tarixdə saat 19:00-da ünvan 3 ünvanda yerləşən “VİP” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 900 manat pul vəsaitini, xx.xx.2023cü il tarixdə saat 18:28-də ünvan 3 ünvanda yerləşən “VİP” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 400 manat pul vəsaitini, xx.xx.2023-cü il tarixdə saat 12:06-da ünvan 4 ünvanda yerləşən “Laçın” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 1500 manat pul vəsaitini, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksində 11.000 manat nağd pul vəsaitini və bundan bir neçə gün sonra eyni ünvanda 3000 manat nağd pul vəsaitini, 03 iyun 2023-cü il tarixdə saat 11:40-da Zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus 4127 2081 2826 4040 bank hesab nömrəsindən mobil bank tətbiqi vasitəsilə ünvan 6 ünvanından onun istifadəsində olan “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə köçürmüş olduğu 1700 manat pul vəsaitini, xx.xx.2023-cü il tarixdə saat 07:16-da ünvan 4 ünvanda yerləşən “Laçın” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 2000 manat pul vəsaitini, xx.xx.2023-cü il tarixdə saat 08:03-də Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən “İşıqlı” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 2000 manat pul vəsaitini, xx.xx.2023-cü il tarixdə saat 13:18-də Zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus 5167 5133 3275 2195 bank hesab nömrəsindən mobil bank tətbiqi vasitəsilə ünvan 6 ünvanından onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə köçürmüş olduğu 2700 manat pul vəsaitini, xx.xx.2023-cü il tarixdə saat 11:05-də ünvan 3 ünvanda yerləşən “VİP” marketdə quraşdırılmış “mpay” elektron ödəmə tenninalı vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 1200 manat pul vəsaitini, xx.xx.2023-cü il tarixdə saat 18:00-da ünvan 7 ünvanda yerləşən “Avromarket” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 500 manat pul vəsaitini, xx.xx.2023- cü il tarixdə saat 23:13-də Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Allahverdiyev küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 600 manat pul vəsaitini, 2023-cü ilin iyul ayının sonlarında ünvan 7 ünvanda yerləşən “Avromarket” marketin qarşısında 8700 manat nağd pul vəsaitini və 2023-cü ilin iyul aynm sonlarında Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi 19 ünvanında yerləşən "xxxx" ticarət mərkəzinin qarşısında 13.500 manat nağd pul vəsaitini Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 89.200 manat, yəni külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin sonlarında “Facebook” internet sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Həmin tanışlıqdan bir müddət sonra Zərərçəkmiş şəxsla Bakı şəhəri, Səbail rayonunda yerləşən “Nizami” kinoteatrının qarşısında görüşmüş və Tosifə məxsus “Mercedes Benz S klass” markalı, **-NN-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonunda “Ağ Şəhər” yaşayış kompleksinə getmiş və orada “The Point” restoranında oturub Tosiflə real olaraq yaxından tanış olmuşdur. Onun özü əvvəllər “Bonadea”, “Acı Badəm” tibbi klinikalarında reanimotoloq, o cümlədən “Yeni Həyat” klinikasında reanimasiya şöbəsinin müdiri işləmişdir. Söhbət zamanı işlədiyi yerlər barədə Tosifə danışıb ona Bakı şəhərində klinika açmaq istədiyini, lakin buna maddi imkanının olmadığını bildirib Tosifə birlikdə klinika açmağı təklif etdikdə Tosif bu barədə fikirləşib ona xəbər verəcəyini demişdir. Bir neçə gün sonra Tosif onunla görüşüb söhbət edən zaman Tosif birlikdə onun klinika açmaq təklifi ilə razı olduğunu ona demişdir. Söhbət zamanı Tosifə demişdir ki, “Ağ Şəhərdə” yerləşən obyekti icarəyə götürüb klinika kimi işlədəcək və buna görə də ilkin olaraq 16.000 manat lazımdır. Tosif klinika açmaq üçün ona 6000 manat pulu ilk dəfə 2023-cü ilin mart ayının əvvəllərində Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksindəki “The Point” restoranında vermişdir. Bundan bir neçə gün sonra, yəni 2023-cü ilin mart ayının ortalarında klinika açmaq üçün Tosif ona Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksindəki “The Point” restoranında 4.000 manat vermişdir. “Ağ Şəhər” yaşayış kompleksində təmirdə olan obyektlərin birinə Tosifi aparıb həmin obyekti Tosifə uzaqdan göstərmişdir ki, guya həmin obyekti klinika kimi işlədəcək. 2023-cü ilin mart ayının sonlarında Tosiflə onun arasında olan söhbət zamanı Tosifə demişdir ki, Anar adında Prezident Aparatında yüksək vəzifədə işləyən tanışı var və Anarın vasitəsilə onun Dövlət Neft Şirkətinin vitse prezidenti təyin olunmasında ona köməklik edə bilər. Çünki Tosiflə tanış olduqdan sonra ona məlum olmuşdur ki, Tosif Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X3 “Abşeron” X10 İdarəsinin Maddi Texniki Təminat və Nəqliyyatın İdarə edilməsi Xidmətinin rəsinin müavini vəzifəsində işləyir. Tosif onun təklifi ilə razılaşıb vəzifəyə keçməsi barədə Anar müəllimlə danışmağı ona demişdir. Anar adlı şəxs onun tərəfindən uydurulmuş və Anarın yüksək vəzifədə işləməsi barədə Tosifə dedikləri yalan idi. Bir neçə gün sonra Tosiflə görüşüb onun Dövlət Neft Şirkətinin vitse prezidenti vəzifəsinə təyin edilməsi üçün 150.000 manat pul lazım olduğunu dedikdə Tosif demişdir ki, onda 150.000 manat pul yoxdur. Bundan sonra o, Tosifə demişdir ki, onun əvəzindən 150.000 manat pulu özündən uydurduğu Anar adlı yüksək vəzifədə işləyən tanışma bir şərtlə verə bilər ki, o, gələcəkdə ona 150.000 manat pulu qaytarsın. Əslində isə onun uydurduğu Anar adlı şəxsə 150.000 manat pulu Tosifin vəzifəyə keçməsi ilə bağlı Tosifın əvəzindən verəcəyini də o, yalandan Tosifə demişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Tosiflə görüşüb söhbət edən zaman yalandan Tosifə uydurduğu Anar adlı tanışına 150.000 manat verdiyini və Tosifə onun tez bi zamanda Azərbaycan Dövlət Neft Şirkətinin vitse prezidenti təyin ediləcəyini demiş və Tosif də ona inanmışdır. Bir neçə gün sonra Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksində Tosiflə görüşən zaman Tosifə guya ki, Tosifin əvəzindən uydurduğu Anar adlı şəxsə verdiyi 150.000 manat puldan ona pul qaytarmasını dedikdə Tosif ona həmin günü 17.000 manat pul vermişdir. 2023-cü ilin aprel ayının ortalarında Tosif ona növbəti dəfə 2500 manat, bir neçə gün sonra 10.000 manat pulu Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksində vermişdir. Tosif elə düşünürdü ki, guya o, onun əvəzindən vəzifəyə getməsi üçün 150.000 manat pul vermiş və Tosif də hissə-hissə ona həmin pulu qaytarmalı idi. Yenidən Anar adlı şəxsə ödədiyi puldan ona qaytarmasını Tosifə dedikdə Tosif ona 2023-cü ilin iyun ayında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksində 11.000 manat, bir neçə gün sonra həmin ünvanda 3000 manat pul vermişdir. Daha sonra Tosif xx.xx.2023-cü il tarixdən 2023-cü ilin iyul ayının ortalarınadək ona məxsus olan “Leobank”a aid 4098 5844 6495 1399 və “Azərbaycan Beynəlxalaq Bank”a aid 5522 0993 4512 8268 nömrəli bank hesablarına ümumilikdə 13.500 manat pul göndərmişdir. Onun özü 13.500 manat pulu Bakı şəhərində müxtəlif bankomatlardan istifadə etməklə çıxarmış və bundan uzun müddət keçdiyinə görə 13.500 manat pulu çıxarmış olduğu bankomatların yerəşdiyi ünvanları tanımır. Tosifdən guya Anar adlı şəxsə ödədiyi 150.000 manat puldan yenidən müəyyən məbləğini istədikdə Tosif 2023-cü ilin iyul aynın sonlarında ünvan 7 ünvanda yerləşən “Avromarkef ’ marketin qarşısında 8700 manat pul və bundan başqa Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən "xxxx" ticarət mərkəzinin qarşısında ona 13.500 manat pul vermişdir. Tosiflə həmin dövrdə onun özünün istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə danışmışdır. Tosifin istifadəsində olan mobil telefon nömrəsi onun yadında qalmayıb. “Leobank”a aid 4098 5844 6495 1399 və “Azərbaycan Beynəlxalaq Bank”a aid 5522 0993 4512 8268 nömrəli bank hesabları ona məxsusdur. Bununla da Tosifdən ümumlikdə aldadaraq 89.200 manat pul almış və həmin məbləğdə pulu Tosifə qaytarmağa hazırdır. Həmçinin o bildirmişdir ki, Tosiflə birlikdə tibb mərkəzi açıb işlətmək, o cümlədən X8 Şirkətinin vitse prezidenti vəzifəsinə düzəltmək niyyəti olmayıb. Ümumiyyətlə onun Anar adlı heç bir tanışı yoxdur. Anar adlı şəxs onun uydurmasıdır, Zərərçəkmiş şəxs aldatmaq üçün fikirləşdiyi üsuldur. Zərərçəkmiş şəxs pul almaq üçün yalandan olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs işə düzəltmək üçün uydurduğu Anar adlı şəxsə öz vəsaiti hesabına 150.000 manat pul verib. Anar adlı şəxs onun uydurmasıdır, Anar adlı şəxsə Tosifin əvəzindən 150.000 manat ödəyib Tosifin vəzifəyə təyin ediləcəyi barədə deyilənlər uydurmaları olub. Zərərçəkmiş şəxs əvəzindən istər Anar adlı şəxsə, istərsə də hər hansı bir vəzifəli şəxs öz vəsaitindən 150.000 manat pul verməmişdir. Zərərçəkmiş şəxsla birlikdə tibb mərkəzi açıb işlətmək, o cümlədən T.Q.X6 Şirkətinin vitse prezidenti vəzifəsinə düzəltmək niyyəti olmayıb. Zərərçəkmiş şəxs ona inanmış və elə bilmişdir ki, o, həqiqətən onun əvəzindən Anar adlı şəxsə 150.000 manat pul verib, Zərərçəkmiş şəxs inandığı üçün onal 50,000 manat pulu qaytaracağına söz vermiş və pulu qaytarmadığı üçün o, Zərərçəkmiş şəxs özünə bir daha inandırmaq üçün şərəf və ləyaqətini alçaltmaqla rüsvayedici məlumatlar yayacağına, borcunu qaytarmadıqda evinin qapı-pəncərəsini sındırmaqla söz olaraq hədələmişdir. Hansı ki, o, belə hərəkətlərdən hər hansı birinə yol verməmiş və onun Zərərçəkmiş şəxs hədələyərək pul əldə etmək niyyəti olmayıb. Zərərçəkmiş şəxs ona müəyyən müddət pul qaytarsa da daha sonra borc kimi bildiyi puldan ona qaytarmamışdır. Zərərçəkmiş şəxs haqqında onda rüsvayedici məlumatlar olmayıb, ümumiyyətlə onun Zərərçəkmiş şəxs hədə qorxu gələrək ondan pul tələb etmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs aldadaraq guya ki, onun əvəzindən Anar adlı şəxsə 150.000 manat pul verməyini Zərərçəkmiş şəxs bildirdikdən sonra Zərərçəkmiş şəxs həmin pulu ona tez verməsi üçün Zərərçəkmiş şəxs söyüb, nəlayiq sözlər deyib, guya ki, Zərərçəkmiş şəxs rüsvay edəcəyini deyib bu üsulla onu aldadaraq ondan pulu ələ keçirmişdir. Daha sonra özünü təqsirli bilərək, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi, CD disklərdə olan məlumatlara və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin sonlarında “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin tanışlıqdan 10 gün sonra Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Nizami” kinoteatrının qarşısında görüşüb Özünün idarə etdiyi “Mercedes Benz S klass” markalı, **-NN-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonunda “Ağ Şəhər” adlı əraziyə getmiş və orada “The Point” restoranında əyləşib söhbət etmişlər, beləliklə də onların real olaraq münasibətləri yaranmışdır. Daha sonra Təqsirləndirilən şəxs ilə bir neçə dəfə “The Point” restoranında görüşüb söhbət etmişlər. Təqsirləndirilən şəxs “Bonadea”, “Acı Badəm” tibbi klinikalarında reanimotoloq, həmçinin bir zamanlar “Yeni Həyat” klinikasında şöbə müdiri işlədiyini və Bakı şəhərində klinika açmaq arzusunda olduğunu, lakin buna maddi imkanı olmadığını bildirib onunla birlikdə klinika açmağı ona təklif etdikdə o, bildirmişdir ki, bu barədə fikirləşib ona deyəcək. Təqsirləndirilən şəxs təklifi maraqlı olduğu üçün Aidə ilə birlikdə Bakı şəhərində klinika açmaq qərarına gəlmiş və Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edən zaman onun təklifi ilə razı olduğunu Aidəyə bildirmişdir. Təqsirləndirilən şəxs söhbət zamanı bildirmişdir ki, “Ağ Şəhərdə” yerləşən qeyri yaşayış sahəsini icarəyə götürüb klinika kimi fəaliyyət göstərəcək və buna görə də ilkin olaraq 16.000 manat lazım olduğunu bildirib pulun bir hissəsini özünün qoyacağını, 6.000 manat hissəsini isə onun sərmayə qoymağını dediyi üçün ilk dəfə o, Təqsirləndirilən şəxs 6.000 manat pulu 09 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksindəki “The Point” restoranında vermişdir. Bundan bir neçə gün sonra, yəni 2023cü ilin mart ayının ortalarında eyni məqsədlə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksindəki “The Point” restoranında Təqsirləndirilən şəxs 4.000 manat vermişdir. Təqsirləndirilən şəxs icarəyə götürdüyü qeyri yaşayış sahəsinə onu aparmasını və klinika ilə tanış olmaq istədiyini dedikdə Təqsirləndirilən şəxs onu “Ağ Şəhər” yaşayış kompleksində təmirdə olan qeyri-yaşayış sahələrinin birinə aparıb həmin yeri ona uzaqdan göstərmiş və onu əmin etmişdir ki, həmin qeyri yaşayış sahəsini o, klinika kimi işlədəcək və həmin qeyri-yaşayış sahəsnin sahibi yüksək vəzifəli adam olduğundan həmin şəxsə arenda pulu verməsə də gələcəkdə qazancdan müəyyən faiz verəcək. 2023-cü ilin mart ayının sonlarında söhbət zamanı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Anar adında Prezident Aparatında yüksək vəzifədə işləyən tanışı ilə görüşüb söhbət edərkən Anar adlı tanışının Tibb Mərkəzinin açılacağını və həmin Tibb Mərkəzinə onu baş həkim təyin etmək istədiklərini bildirdikdə guya Anar müəllimlə açılacaq Tibb Mərkəzində onunla işləmək istədiyini bildirmiş, Anar müəllim isə Aidədən kiminlə işləmək istədiyini soruşduqda Aidə Anar müəllimə onun özü və iş yeri haqqında məlumat vermiş, Anar müəllim də guya onun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X3 “Abşeron” X10 İdarəsinin Maddi Texniki Təminat və Nəqliyyatın İdarə edilməsi Xidmətinin rəsinin müavini vəzifəsində işlədiyimi bilib onu Dövlət Neft Şirkətinin vitse prezidenti təyin olunmağında ona köməklik edəcəyini bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs onun Dövlət Neft Şirkətinə vitse prezidenti vəzifəsinə təyin edilməyi üçün 150.000 manat pul tələb oldunduğunu dedikdə Aidəyə həmin məbləğdə pulunun olmadığını demişdir. Təqsirləndirilən şəxs onun əvəzinə 150.000 manat pulu Anar adlı yüksək vəzifədə işləyən tanışma verəcəyini və daha sonra həmin 150.000 manat pulu Aidə hissə-hissə qaytarmağı ona dedikdə Aidə ilə razılaşmış və bildirmişdir ki, onun əvəzindən 150.000 manat pulu Anar adlı tanışına versin. Daha sonra 2023-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs onunla görüşüb söhbət edən zaman Anar adlı tanışma 150,000 manat verdiyini və onun tezliklə Dövlət Neft Şirkətinin vitse prezidenti təyin ediləcəyini demişdir. Lakin Təqsirləndirilən şəxs ilə aralarında olan razılaşmaya görə o, Aidənin guya ki, onun vəzifəyə təyin olunmağı üçün Anar Adlı şəxsə verdiyi 150.000 manat pulu vəzifəyə təyin olunandan sonra Aidəyə qaytarmalı idi. Bir neçə gün sonra Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksində Təqsirləndirilən şəxs ilə görüşən zaman Təqsirləndirilən şəxs vəzifəyə təyin edilməyi üçün onun əvəzinə Anar adlı tanışına ödədiyi 150.000 manat puldan müəyyən qədər ona qaytarmağını dedikdə o, Aidəyə 17.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs onun vəzifəyə təyin edilməyi üçün onun əvəzinə Anar adlı tanışına ödədiyi puldan müəyyən qədər istədikdə 2023-cü ilin aprel ayının ortalarında 2500 manat, bir neçə gün sonra 10.000 manat pulu Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onun vəzifəyə təyin edilməyi üçün onun əvəzinə guya Anar adlı tanışına ödədiyi puldan yenidən istədikdə növbəti dəfə ona xx.xx.2023-cü il tarixdə saat 19:00-da ünvan 3 ünvanda yerləşən “VİP” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə Aidəyə məxsus “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə 900 manat, xx.xx.2023-cü il tarixdə saat 18:28-də ünvan 3 ünvanda yerləşən “VİP” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə Aidəyə məxsus “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə 400 manat, xx.xx.2023-cü il tarixdə saat 12:06-da ünvan 4 ünvanda yerləşən “Laçın” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə 1500 manat, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “Ağ Şəhər” yaşayış kompleksində 11.000 manat və bundan bir neçə gün sonra eyni ünvanda 3000 manat pulu iki dəfəyə vermişdir. Daha sonra o, Təqsirləndirilən şəxs məxsus “Leobank”a aid 4098 5844 6495 1399 və “Azərbaycan Beynəlxalaq Bank”a aid 5522 0993 4512 8268 nömrəli bank hesablarına pul ödəmişdir. Belə ki, "xxxx" ASC-yə məxsus 4127 2081 2826 4040 bank hesab nömrəsindən xx.xx.2023-cü ildə saat 11:22-də mobil bank tətbiqi vasitəsilə ünvan 6 ünvanında olan zaman Aidəyə məxsus “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə 1700 manat, xx.xx.2023-cü il tarixdə saat 07:16-da ünvan 4 ünvanda yerləşən “Laçın” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 08:03-də Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən “İşıqlı” marketdə quraşdırılmış “mpay” elektron Ödəmə terminalı vasitəsilə "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə 2000 manat, "xxxx" ASC-yə məxsus 5167 5133 3275 2195 bank hesab nömrəsindən xx.xx.2023-cü il tarixdə saat 13:18-də mobil bank tətbiqi vasitəsilə ünvan 6 ünvanında olan zaman Aidənin istifadəsində olan "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə 2700 manat, xx.xx.2023- cü il tarixdə saat 11:05-də ünvan 3 ünvanda yerləşən “VİP” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə 1200 manat pul vəsaitini, xx.xx.2023-cü il tarixdə saat 18:00-da ünvan 7 ünvanda yerləşən “Avromarket” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə 500 manat, xx.xx.2023-cü il tarixdə saat 23:13-də Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Allahverdiyev küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə 600 manat pulu Aidəyə göndərmişdir. 2023cü ilin iyul ayının sonlarında ünvan 7 ünvanda yerləşən “Avromarket” marketin qarşısında 8700 manat Aidəyə vermişdir. Beləliklə Təqsirləndirilən şəxs ilə əvvəlcədən razılaşdığı kimi həmin vəzifəyə təyin olunduqdan sonra Aidəyə ödəməli olduğu pulu ondan heç bir iş görmədən tələb etməyə başlamışdır. Lakin həmin vaxt o, maddi vəziyyətdən əziyyət çəkdiyi üçün xx.xx.2023-cü il tarixdə qardaşı Şahid1 ona hədiyyə verdiyi “Mercedes Benz S klass” markalı avtomobilini 15.000 ABŞ dollar müqabilində satmışdır. Həmin puldan Aidəyə verdiyim pulları tanışlarından aldığı borclarını qaytarmış və həmin puldan özündə 13.500 manat saxlamışdır. Təqsirləndirilən şəxs onun maşın satmağından xəbər tutan kimi ona hədə-qorxu gəlməyə başlamış və ondan vəzifəyə təyin edilməyi üçün onun əvəzindən Anar adlı tanışına ödədiyi puldan yenidən istədikdə növbəti dəfə Aidəyə 2023-cü ilin iyul aynın sonlarında Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən "xxxx" ticarət mərkəzinin qarşısında 13.500 manat pul vermişdir.Dövlət Neft Şirkətinin vitse prezidenti vəzifəsinə nə zaman təyin ediləcəyini Təqsirləndirilən şəxs soruşduqda Aidə qısa zamanda onun məsələsinə Prezident Aparatında baxılacağını dedikdə nədənsə o, Təqsirləndirilən şəxs onu aldatdığını hiss edib Aidədən xahiş etmişdir ki, onu tanışı Anar adlı şəxslə görüşdürsün. Təqsirləndirilən şəxs onun bu təklifindən yayındığını görüb Aidəyə belə bir şərt qoymuşdur ki, artıq onun əvəzindən işi ilə bağlı Anar adlı tanışma verdiyi puldan Anar adlı tanışı ilə onu görüşdürməyənə qədər ona pul verməyəcək. Eyni zamanda Təqsirləndirilən şəxs “Ağ Şəhərdə” ona göstərdiyi klinika üçün icarəyə götürdüyü yaşayış sahəsinin Aidə tərəfindən icarəyə götürülmədiyi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs gah Anar adlı vəzifədə işləyən tanışının onu qəbul etmək istəmədiyini, gah da Anar adlı şəxsin onu yaxın vaxtlarda qəbul edəcəyini bəhanə edib bildirsə də daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu bu yolla aldadaraq pulunu ələ keçirib. Bununla da Təqsirləndirilən şəxs onu aldadaraq 89.200 manat pulunu alıb ələ keçirmişdir. Təqsirləndirilən şəxs bu azmış kimi ona 89.200 manat pulunu qaytarmaq əvəzinə onu ailəsini dağıdacağı ilə hədələyərək ondan əlavə olaraq 10.000 manat pul tələb etməyə başlamışdır. Lakin o, Aidəyə həmin məbləğdə pulu verə bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən aldandığını qardaşı Şahid1 danışmış və qardaşına demişdir ki, klinika açmaq və onu Dövlət Neft Şirkətinə vitse prezident düzəltmək adı ilə Təqsirləndirilən şəxs ondan ümumilikdə 89.200 manat pul alıb və ailəsini dağıdacağı ilə hədələyərək ondan əlavə olaraq 10.000 manat pul tələb edir. O cümlədən qardaşına demişdir ki, ona hədiyyə verdiyi “Mercedes Benz S klass” markalı avtomobili 15.000 ABŞ dollar müqabilində satıb həmin puldan 13.500 manatı Təqsirləndirilən şəxs vermişdir. Onun qardaşı Samir də Təqsirləndirilən şəxs barədə polisə şikayət etməyini ona təklif etmişdir. Təqsirləndirilən şəxs ilə o, 010 *** ** ** və 051 *** ** ** mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs məxsus “Leobank”a aid 4098 5844 6495 1399 və “Azərbaycan Beynəlxalaq Bank”a aid 5522 0993 4512 8268 nömrəli bank hesablarına ümumlikdə 13.500 manat pul ödəməyini təsdiq edən qəbzləri və votsap yazışmalarını araşdırma zamanı təqdim etmişdir. Bununla da Aidə ona ümumilikdə 89.200 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs 89.200 manat pul verməyi barədə bir iki nəfər qohumuna danışmışdır. Aidə onu söz olaraq hədələsə də Aidə ona qarşı hər-hansı bir hərəkət etməmişdir. Aidə ondan hədə qorxu ilə tələb edib hər hansı bir məbləğdə pul almamışdır. Aidəyə inanmış və belə düşünmüşdür ki, Aidə onun Dövlət Neft Şirkətinin vitse prezidenti vəzifəsinə keçməyi ilə bağlı onun əvəzindən 150.000 manat pul verib və buna görə də Aidəyə borcunu qısa zamanda verəcəyini söz verdiyi üçün Aidə ondan pulunu istəyir. Daha sonra ona məlum olmuşdur ki, Aidə onun əvəzindən vəzifəyə keçməyi ilə bağlı Anar adlı tanışa pul verməyib və onu aldadıb. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, ona dəymiş zərər bu günə kimi ödənilməmiş və bu səbəbdən də təqsirləndirilən şəxslə qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır və qardaşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X3 “Abşeron” X10 İdarəsinin Maddi Texniki Təminat və Nəqliyyatın İdarə edilməsi Xidmətinin rəsinin müavini vəzifəsində işləyir. 2023-cü ilin avqust ayının əvvəllərində qardaşı Tosif ona danışmışdır ki, o, 2022-ci ilin sonlarında “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olub və Təqsirləndirilən şəxs onunla birlikdə Tibbi Klinika açıb işlətmək adı ilə ondan 10.000 manat və Dövlət Neft Şirkətinə vitse prezidenti vəzifəsinə təyin edilməyi üçün onun əvəzinə 150.000 manat Anar adlı yüksək vəzifədə işləyən tanışına verdiyini bildirib ondan 150.000 manat pulun 79.200 manatını almışdır. Qardaşı Tosif ona danışdıqdan sonra məlum olmuşdur ki, onun qardaşı Tosifə hədiyyə verdiyi “Mercedes Benz S klass” markalı avtomobili 15.000 ABŞ dollar müqabilində satıb həmin puldan 13.500 manatı da Təqsirləndirilən şəxs işi ilə bağlı vermişdir. Tosif Təqsirləndirilən şəxs onun ailəsini dağıdacağı ilə hədələyərək ondan əlavə olaraq 10.000 manat pul tələb etdiyini ona dedikdə, o cümlədən mobil telefonunda mövcud olan Təqsirləndirilən şəxs səsyazılanm ona qulaq asdırdıqda və Təqsirləndirilən şəxs ilə onun arasında olan “Whatsapp” mesajlarını ona göstərdikdə həqiqətən də ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun qardaşı Tosifi vəzifədə irəli çəkmək adı ilə Tosifdən 79.000 manat pul alıb və həmçinin hədə qorxu gələrək qardaşı Tosifdən 10.000 manat pul tələb edir. Daha sonra Təqsirləndirilən şəxs hərəkətləri barədə müvafiq polis orqanına ərizə ilə müraciət etməsini qardaşı Zərərçəkmiş şəxs təklif etmiş və qardaşı da Təqsirləndirilən şəxs hərəkətləri barədə polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs onun qardaşı T.Q.X6 Şirkətinin vitse prezidenti vəzifəsinə təyin edilməyi üçün Tosifin əvəzinə 150.000 manat pulu Anar adlı yüksək vəzifədə işləyən tanışma verməsi barədə Tosifə dedikləri Təqsirləndirilən şəxs uydurması olub və buna səbəb isə bu yolla qardaşından pul ələ keçirmək istəməsi olmuşdur. Qardaşı Zərərçəkmiş şəxs mobil telefonunda olan Təqsirləndirilən şəxs səsyazıları dinlənilsə və Təqsirləndirilən şəxs ilə onun qardaşı Tosifın arasında olan “ Whatsapp” mesajlarına baxış apardığı halda həqiqətən də Təqsirləndirilən şəxs qardaşı Tosifı vəzifədə irəli çəkmək adı ilə və klinika açmaq adı ilə ondan ümumilikdə 89.200 manat pul alıb qardaşını aldatdığını görmək olar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 məhkəmə iclasında onlardan əvvəl ifadə vermiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusiyyatları bir daha təsdiq etmişlər. Cinayət işinin 131-142-ci vərəqələrində olan Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(011)-356/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmışdır. Cinayət işinin 68-78-ci vərəqələrində olan CD diskdə olan məlumatlara məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mobil telefon apartında olan “Whatsapp” proqramı vasitəsilə Zərərçəkmiş şəxs səsli mesaj göndərərək Zərərçəkmiş şəxs əvəzindən yüksək vəzifədə işləyən Anar adlı şəxsə onun əvəzindən verdiyi pulu qaytarmasını Zərərçəkmiş şəxs tələb edir və Təqsirləndirilən şəxs həmin səslərin onun özünə məxsus olduğunu bildirir. Bundan başqa bank məlumatlarını özündə təsdiq edən pul qəbzləri ilə Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə saat 19:00-da ünvan 3 ünvanda yerləşən “VİP” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 900 manat pul vəsaitini, 19 aprel 2023-cü il tarixdə saat 18:28-də ünvan 3 ünvanda yerləşən “VİP” marketdə quraşdırılmış “mpay“elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan “X4” ASCyə məxsus “Leobank“a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 400 manat pul vəsaitini, 25 aprel 2023-cü il tarixdə saat 12:06-da ünvan 4 ünvanda yerləşən “Laçın” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 1500 manat pul vəsaitini, 03 iyun 2023-cü il tarixdə saat 11:40-da Zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus 4127 2081 2826 4040 bank hesab nömrəsindən mobil bank tətbiqi vasitəsilə ünvan 10 ünvanından onun istifadəsində olan “X4” ASC-yə məxsus “Leobank“a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə köçürmüş olduğu 1700 manat pul vəsaitini, 22 iyun 2023-cü il tarixdə saat 07:16-da ünvan 4 ünvanda yerləşən “Laçm” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan “X4” ASC-yə məxsus “Leobank”a aid 4098 5844 6495 1399 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 2000 manat pul vəsaitini, 11 iyul 2023-cü il tarixdə saat 08:03-də Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən “İşıqlı” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 2000 manat pul vəsaitini, 12 iyul 2023-cü il tarixdə saat 13:18-də Zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus 5167 5133 3275 2195 bank hesab nömrəsindən mobil bank tətbiqi vasitəsilə ünvan 6 ünvanından onun istifadəsində olan "xxxx" ASC- yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə köçürmüş olduğu 2700 manat pul vəsaitini, 18 iyul 2023-cü il tarixdə saat 11:05-də ünvan 3 ünvanda yerləşən “VİP” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 1200 manat pul vəsaitini,18 iyul 2023-cü İl tarixdə saat 18:00-da ünvan 7 ünvanda yerləşən “Avromarket” marketdə quraşdırılmış “mpay” elektron ödəmə terminalı vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 500 manat pul vəsaitini, 26 iyul 2023-cü il tarixdə saat 23:13-də Bakı şəhəri, Binəqədi rayonu, Ruslan Allahverdiyev küçəsin yerləşən “Araz” marketdə quraşdırılmış “mpay” elektron Ödəmə terminalı vasitəsilə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 5522 0993 4512 8268 bank hesab nömrəsinə Zərərçəkmiş şəxs köçürmüş olduğu 600 manat pul vəsaitini ələ keçirməsi faktı öz təsdiqini tapmış və həmin pulların ələ keçirməsini Təqsirləndirilən şəxstəsdiq etmişdir. Bununla da bank məlumatlarını özündə əks etdirən pul qəbzləri ilə Zərərçəkmiş şəxs məxsus 89.200 manat pul vəsaitinin 13,500 manat hissəsinin Təqsirləndirilən şəxs tərəfindən sonuncuya məxsus “Leobank”a aid 4098 5844 6495 1399 və “Azərbaycan Beynəlxalaq Bank“a aid 5522 0993 4512 8268 nömrəli bank hesablarından istifadə etməklə ələ keçirməsi faktı öz təsdiqini tapmış və həmin pulların ələ keçirməsini Təqsirləndirilən şəxs təsdiq etmişdir. Cinayət işinin 208-211-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-ci il tarixli, 3185 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altma düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 126-128-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cxü maddəsi tətbiq edilməklə 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, 2) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 212-232-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, audioyazıları (səsli mesajlar) və bank məlumatlarını özündə əks etdirən qəbzlər olan 01 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 01 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncunun cəza müddəti xx.xx.2025-ci il tarixdə bitir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspert rəyi, 01 ədəd CD diskdə olan məlumatlar və digər iş materialları ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə külli miqdarda ziyan vurmaqla törədildikdə - “beş ildən on“ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, himayəsində yetkinlik yaşına çatmamış iki övladının və qadın olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, hazırda azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkməsini, lakin islah olunmamasını və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-356/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-356/2023 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, sonuncuya hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin Məhkəmənin hökmü ilə təyin edilmiş və üzərində saxlanılmış 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti cəza təyin edilməli və həmin Məhkəmənin hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı“azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)- 356/2023 saylı hökmünə əsasən xx.xx.2023-cü il tarixdən hesablamalı və sonuncunun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs A.R.Seyfullayevə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-356/2023 saylı hökmü ilə təyin edilmiş və üzərində saxlanılmış 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(011)-356/2023 saylı hökmünə əsasən 28 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 29 saata görə 174 (bir yüz yetmiş dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 2 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar