Məhkəmə qərarları › İş №1(101)-1109/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1109/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1109/2025 05.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, xx.xx.1987-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, evli, işləməyən, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan təbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq əməlini törətmişdir.

İşin faktiki halları:

2. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə, saat 01:00 radələrində tanışları Şahid2 və Şahid1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən kafedə əyləşib spirtli içki qəbul edərkən onlara xidmət göstərən kafenin ofisiantı Zərərçəkmiş şəxs üzərində mobil telefonlar və pulların olduğunu görüb, özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmişdir. Aralarındakı razılaşmaya əsasən cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs guya onun kirayədə yaşadığı mənzilin sahibinin kirayə haqqını ödəmədiyi üçün onu mənzildən çıxartmaq istədiyini, birlikdə həmin şəxsin yanına gedərək orada özünü onun əri kimi təqdim etməklə kirayə haqqının ödənilməsi üçün vaxt verməsini xahiş etməsini bildirmişdir. Sonuncunun razılığını aldıqdan sonra, həmin gün saat 01:30 radələrində birlikdə kafedən çıxaraq onu Bakı şəhəri, Nəsimi rayonu, Şahid2 küçəsi 17 saylı ünvanda yerləşən uşaq bağçasının həyətinə gətirib orada aralarındakı rolların bölgüsünə əsasən baş verə biləcək təhlükə barədə məlumat vermək məqsədilə kənarda dayanaraq ətrafa nəzarət etmiş, Şahid2 və Şahid1 isə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib sonuncunun bədən nahiyələrindən yumruq və təpik zərbələri ilə, o cümlədən Şahid2 üzərində olan, silah qismində istifadə etdiyi, istintaqla müəyyən edilməyən “beşbarmaq” adlanan dəmir alətlə zərbələr vuraraq Zərərçəkmiş şəxs alın nahiyəsinin baş beyin silkələnməsi ilə müşayiət olunan əzilmiş-cırılmış yarası, burun nahiyəsinin əzilmiş-cırılmış yarası, ənsə nahiyəsinin qançır şişkinliyi, sağ göz qapaqları və gözaltı nahiyənin, sol alt göz qapağı və gözaltı nahiyənin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, sonuncunun cibindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 6 manat dəyərində mobil nömrə olan 120 manat dəyərində “Redmi Note 8” markalı, içərisində 6 manat dəyərində mobil nömrə olan 210 manat dəyərində “Samsung Galaxy A53” markalı mobil telefonları və 200 manat məbləğində nağd pulu ələ keçirib birlikdə hadisə yerindən uzaqlaşaraq cinayət yolu ilə əldə etdikləri əmlakları aralarında bölüşdürməklə Zərərçəkmiş şəxs ümumilikdə 542 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdirlər.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə saat təxminən 00:30 radələrində kafedə işdə olan zaman 30-35 yaş aralığında 2 oğlan, 1 qız olmaqla, 3 nəfər müştəri kafəyə gəlmiş, kafenin çöl hissəsində açıq ərazidə yerləşən 4-cü masada əyləşmişlər. Həmin şəxslərdən boyca hündür olan oğlanın əynində ağ rəngli qısaqol köynək, digəri boyca balaca olan saçları seyrək olan oğlanın əynində isə qara rəngli qısaqol köynək olmuşdur. Qızın əynində isə qara qısaqol köynək və qara şalvar olmuşdur. Həmin şəxslər 3 bakal pivə sifariş etmişlər və sifarişi apardıqdan təxminən 15 dəqiqə sonra bir nəfər tanışı kafeyə gəlib ona 180 manat məbləğində pul vermişdir. Belə ki, o köhnədən istifadə etdiyi Redmi markalı mobil telefonunu 2 gün qabaq həmin tanışına satmaq üçün vermiş, o da satışdan əldə etdiyi pulu ona gətirmişdir. Bundan sonra sifarişlə bağlı həmin 4-cü masaya yaxınlaşan zaman onlar onunla söhbət etməyə başlamış və ağ köynəkli olan oğlan ona yanlarında oturan qızın xalasıqızı olduğunu, 3 övladı ilə birlikdə Bakı şəhərində kirayədə yaşadığını, lakin kirayə pulunu verə bilmədiyi üçün ev sahibinin sonuuncunu evdən çıxartmaq istədiyini bildirmiş, gecə olmasına baxmayaraq onlarla birlikdə qızın kirayə yaşadığı evə gedib ev sahibinə özünü həmin qızın həyat yoldaşı kimi təqdim edərək ondan kirayə pulunun ödənilməsi üçün bir neçə gün müddət istəməsini ondan xahiş etmişdirlər. Qız və digər qara köynəkli oğlan isə onun dediklərini təsdiq edərək ondan köməklik etməsini xahiş etmiş, o da bu xahişi qəbul etmişdir. Hesabı ödəyib kafedən çıxan zaman Zərərçəkmiş şəxs 20 Yanvar metrosunun çıxışında gözləyəcəklərini bildirmişdirlər. Sonuncu işini bitirib ona deyilən ünvana getmiş, onu gözləyən həmin üç şəxslə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Şahid2 küçəsi, 37 ünvanına gəlmişlər. xx.xx.2024-cü ildə, saat təxminən 01:30 radələrində o, həmin 3 nəfərlə həmin ünvana gəlib orada yerləşən uşaq bağçasının həyətinə girmişlər. Onlardan ağ köynəkli oğlan ona “səni kimi avamı aldadıb gətirmişik” deyərək, ev məsələsinin bəhanə olduğunu, cibində olan pulu və telefonları ona verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs köməklik etmək məqsədi ilə bura gəldiyini, onların ona qarşı düzgün hərəkət etmədiyini bildirən vaxt ağ köynəkli oğlan sağ yumruğu ilə sonuncunun burun nahiyəsinə, qara köynəkli oğlan isə dərhal başının arxa hissəsindən zərbə endirmişdir. O, aldığı zərbədən yerə yıxılmış, yerdə olan zaman ağ köynəkli oğlan əli ilə ağzını tutub qışqırmaması üçün sıxmağa başlamışdır. Qara köynəkli boyca balaca olan oğlan isə əlində olan beşbarmaqla alın nahiyəsinə zərbə endirmiş, zərbənin təsirindən o özündən getmiş, lakin hüşü özündə olmuşdur. Sonuncu yerdə olan zaman oğlanlardan birinin əlini cibinə salıb sağ cibindəki içərisində 6 manat dəyərində ***-***-**-** GSM nömrəsi olan 150 manat dəyərində, 64 GB yaddaşı olan, qara rəngli “Redmi note 8” markalı mobil telefonu, sol cibindəki 6 manat dəyərində ***- ***-**-** GSM nöməsi olan 256GB yaddaşı olan, ağ rəngli 400 manat dəyərində “Samsung A53” markalı mobil telefonunu və 200 manat məbləğində pulunu götürmüşdür. Bundan sonra o, özünü itirdiyindən ona xəsarət yetirən şəxslərin hansı tərəfə getməsini görə bilməmiş, özünə gəldikdən sonra bir nəfər tanımadığı şəxsə hadisəni danışmış və sonuncu onun atasının nömrəsə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə təcili yardım çağırıb onu KTM-ə təhvil vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hündürboy olan oğlan cibində nə varsa verməsini bildirmiş, balacaboy olan oğlan onun başından daşla, digəri isə beşbarmaqla vurmuşdur. Təqsirləndirilən şəxs da onların yanında durub, “Sənin kimi neçəsini aldadıb gətirmişik” deyə bildirərək, gülümsəmiş, polis şöbəsində olan zaman isə “Kaş bunu öldürəydik ki, şikayət etməsin” deyə bildirmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 (hazırki iş üzrə digər təqsirləndirilən şəxs ) öz ifadəsində göstərmişdir ki, Şahid2 onun dostudur və onların daimi ünsiyyəti olmuşdur. Bazar günü Təqsirləndirilən şəxs iş günü olmadığına görə sonuncu ilə görüşüb Sulutəpəyə gedəcəklərmişlər. Həmin gün Şahid2lə də yazışmış və sonuncu onu özünün kirayə qaldığı evə dəvət etmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə piyada onun evinə getmişlər və Sulutəpəyə gedib sonuncunun evində qalacağını dedikdə Şahid2 Sulutəpəyə getməyin lazım olmadığını, evdə tək olduğunu, onun evində qalmaqlarını təklif etmiş, onlar da qəbul etmişdir. Daha sonra onlar birlikdə daimi oturduqları kafeyə getmişlər. Hərəyə bir bakal pivə sifariş edib onu içdikdən sonra yenidən sifariş vermişlər və həmin sifariş gələndə Təqsirləndirilən şəxs evinin işdən uzaq olduğunu, yaxınlardan ev axtardığını, evdən çıxmağına 15 gün qaldığını və əgər kirayə ev olsa ona deməklərini xahiş etmişdir. Həmin vaxt onlara xidmət edən Zərərçəkmiş şəxs boş bakalları götürüb dolu bakalları qoyurmuş. Daha sonra yağış yağmağa başladığından onlar getməyə qərar vermişlər. Şahid2 kassaya pul ödəməyə, Təqsirləndirilən şəxs isə ayaqyoluna getmişdir. Həmin əsnada Zərərçəkmiş şəxs ona yaxınlaşıb az öncə kirayə ev axtardıqlarını eşitdiyini və tanışının olduğunu, onlara kirayəyə ev tapa biləcəyini bildirmiş, o isə sonuncuya hələ 15 gün vaxt olduğunu, lazım olanda onunla əlaqə saxlayacaqlarını bildirmişdir. Zərərçəkmiş şəxs nömrəsinin onun telefonuna düşməsi üçün öz nömrəsini vermiş və ona qısa zəng etməsini bildirmişdir. Kafeni tərk edib Bakı şəhəri, Nəsimi rayonu, Şahid2 küçəsi 37 ünvanına gəldikləri zaman sonuncu ona zəng edərək harada olduqlarını öyrənmiş, yanlarına gəlmiş və ev ilə bağlı maraqlandığını, ev sahibindən razılıq aldığını, onları gözlədiyini bildirmişdir. O, hazırda onlara evin lazım olmadığını deməsinə baxmayaraq Zərərçəkmiş şəxs artıq evi danışdığını, ev sahibinin gözlədiyini və onu yalançı çıxarmamağı israr etmişdir. O da özünün danışması üçün ev sahibinin nömrəsini istəmiş, bu zaman Zərərçəkmiş şəxs o olmadan ev sahibinin onlara ev verməyəcəyini bildirmişdir. Daha sonra evin şəkillərini istəsə də sonuncu ev sahibinin yaşlı olduğunu və whatsapp işlətmədiyini, buna görə də şəkilləri göndərə bilməyəcəyini bildirdikdən sonra, sonuncunu israr etdiyinə görə təklifi ilə razılaşmış, taksi sifariş etmək istəsə də sonuncunun evin yaxında olmasını, piyada 10-15 dəqiqəyə çatacaqlarını bildirməsi səbəbindən piyada şəkildə yola düşmüşdürlər. Şahid2 ilə ikisi öndə, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs isə arxada olmaqla, yolda gedən zaman Təqsirləndirilən şəxs “əlimdən niyə tutursan?” dediyini eşitmiş, arxaya dönəndə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən tutduğunu görmüş, ondan niyə qızın əlindən tutduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs də pis niyyətinin olmadığını, sonuncunun piyan olduğunu, yıxıldığına görə əlindən tutduğunu demişdir. O da ailəli olduğundan problem yaranmasın deyə heç nə deməmiş, Təqsirləndirilən şəxs onun yanında olmaqla yolarına davam etmişlər. Onların bağçanın qarşısına gəlib çatdıqda Zərərçəkmiş şəxs evə çatdıqda gec olduğu təqdirdə onunla Şahid2 geri qayıtmasını, Təqsirləndirilən şəxs götürüb otelə gedəcəyini, orda qalacaqlarını, sabah da özü gedib ev tutacağını bildirən zaman Təqsirləndirilən şəxs bisetka olan yerə gedib oturmasını tapşırmış, sonuncu da ordan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ilə danışmağa başlamış, sonuncunun güldüyü görüb səbəbini soruşmuşdur və qarşılığında Zərərçəkmiş şəxs onu sinəsindən itələnmiş, hər ikisinin ailə üzvlərinə söymüşdür. Bundan sonra isə Şahid2 ona bir kəllə və iki yumruq zərbəsi endirmiş, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Onlar yıxıldıqdan sonra sonuncunu vurmamışlar. Sonuncunu düşdüyü yerdən qaldıraraq pilləkənlər tərəfə gətirib oturtmuş, onun üzünü su ilə yumuş və həkimə getməyi təklif etmişdirlər. O isə bununla razılaşmamış və getmişdir. Şahid2 ayaqyoluna getmiş, o isə bisetkaya gedən zaman Zərərçəkmiş şəxsn yıxıldığı yerə çatanda yerdə bir ağ, bir qara telefon görmüş, onları götürərək bisetkaya getmişdir. Şahid2 gəldikdə telefonların Zərərçəkmiş şəxs düşdüyünü, sonuncunun onları geri götürmək üçün gəlməsini 20-30 dəqiqə ərzində gözləmişdirlər. Lakin sonuncu gəlmədiyindən getmiş, səhəri gün işlədiyi yerə yaxınlaşıb orada olub-olmamasını soruşmuş, iş yerində olmadığından telefonları ona verə bilməmişdir. Telefonların onda qalmaması üçün onlardan birini dostu Kənan adlı şəxs vasitəsilə, digərini isə bir-iki gün sonra satmışdır. Telefonlardan biri palçığa bulaşdığından, qabından çıxararaq onu təmizləmiş, bu zaman içərisində 19 manat məbləğində pul olduğunu görmüş, qabını təmizləyib geri yerinə taxmışdır.

5. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Şahid2 uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs 3-4 ay olar ki, tanıyır, onunla aralarında qeyri-rəsmi münasibət var. xx.xx.2024-cü ildə sonuncuyla birlikdə olan zaman Şahid2 ona pivə içməyi təklif etmiş, həmin gün, yəni xx.xx.2024-cü ildə, saat təxminən 00:00 radələrində kafedə oturmuşdurlar. Onların masasına bir nəfər cavan ofisiant qulluq etmiş, həmin ofisinatla aralarında münasibət yaranmışdır. Söhbət zamanı sonuncuya yanlarında əyləşən xanımın onların yaxını olduğunu, bir neçə müddətdir ki, 3 uşağı ilə birlikdə kirayə yaşadığını, lakin indi isə yaşadığı evdən çıxdığını, həmin xanıma kirayə ev tutmaq üçün köməklik etməyin, yəni onun kirayə pulunu ödəməyin lazım olduğunu bildirmişdirlər. Həmin ofisiant da yanlarındakı qadına köməklik edə biləcəyini bildirərək, öz hesabına yanlarındakı qadının kirayə pulunu verə biləcəklərini qeyd etmişdir və beləliklə də, onlar arasında razılıq əldə olunmuşdur. Bir qədər onunla söhbət etdikdən sonra ofisiant hətta bildirmişdir ki, əgər ev işi alınmasa yanlarındakı qadını bir gecəlik oteldə qonaq da edə bilər. Bundan sonra onlar əsəbləşmiş, lakin heç nə deməmişdirlər. Sonuncu onlara masanın hesabını verdikdən sonra 20 Yanvar metorusunun yaxınlığında onu gözləməsini bildirmişdir. Onlar da masanın hesabını verib onun dediyi kimi kafedən çıxıb görüşəcəkləri yerə getmişlər. Orada ofisiantı onların yanında olan qadına oteldə qalmağı təklif etdiyi üçün cəzalandırmaq qərarına gəlmişlər. Belə ki, Şahid2 ofisiantı sakit bir yerə aparıb döydükdən sonra telefonlarını əlindən almağı, burnunu sındırmayacaq şəkildə onu vurmağı bildirmişdir. Zərərçəkmiş şəxs onların yanına gəldikdə birlikdə Neptun market istiqamətində hərəkətə başlamışlar, sonuncu yolda olan zaman Təqsirləndirilən şəxs əlini tutmuş, Şahid2 bunu görüb əsəbləşsə də, Zərərçəkmiş şəxs sakit bir yerə aparmağı planlaşdırmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Şahid2 küçəsi 37 ünvanında yerləşən köhnə bağçanın həyətinə gəldiklərində, sonuncuya iradlarını bildirərək, onun sifətinə zərbələr endirmişdirlər. Sonuncu aldığı zərbədən yerə yıxılmış, yerdə olan zaman Şahid1 yenidən Zərərçəkmiş şəxsin başından əli ilə zərbə endirmiş, sonra isə onun ağzını əli ilə tutmuşdur. Bu zaman əlini sonuncunun ciblərinə ataraq oradan 01 ədəd ağ rəngli “Samsung A53” markalı, 01 ədəd “Redmi note 8” markalı mobil telefonu və 19 manat pulu götürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onlardan təxminən 10 metr aralıda dayanmışdır, sonradan onlar birlikdə oradan uzaqlaşmışdırlar. 19 manat pula özlərinə yenidən pivə və siqaret almış, həmin gecəni parkda gecələmişdirlər. Telefonların isə nömrələrini çıxarıb qırıb tullamışdırlar. Səhəri günü isə Şahid2 işə getmiş, Təqsirləndirilən şəxs ilə Şahid1 isə kirayə ev axtarmağa başlamışdırlar. Sonuncu Kənan adlı tanışı ilə əlaqə saxlayaraq ona məxsus olduğunu bildirdiyi “Samsung a53” markalı mobil telefonu satmaq istədiyini bildirmi, Kənan da onunla Ayna Sultanov heykəli yaxınlığında görüşərək 80 manat verib telefonu ondan almışdır. Aldığı 80 manat pulun 50 manatına Təqsirləndirilən şəxs ilə birlikdə Bayıl qəsəbəsində özlərinə kirayə ev tutmuşdurlar. 30 manatın isə 10 manatını taksiyə vermiş, 20 manatına isə özlərinə yemək almışdırlar. xx.xx.2024-cü ildə isə ələ keçirdiyi Redmi note 8 markalı mobil telefonu isə Təqsirləndirilən şəxs ilə birlikdə 20 yanvar metrosu yaxınlığında telefon mağazalarının birinə 50 manata satmış, bu vaxt Təqsirləndirilən şəxs dükana daxil olmamış giriş qapısının yanında durmuşdur. Həmin 50 manatın da 25 manatını kirayə tutduğu mənzilə vermiş, qalan pulu isə Təqsirləndirilən şəxs ilə birlikdə xərcləmişdir. Həmçinin Zərərçəkmiş şəxs döyən zaman Təqsirləndirilən şəxs 10 metr aralıda durub onlara baxdığını, ələ keçirdikləri pulla birlikdə o, Təqsirləndirilən şəxs və Şahid2 siqaret və pivə alıb birlikdə içdiklərini, Şahid2 onu beşbarmaqla vurmadığını, ikisinin də zərərçəkmişi yumruqla vurduğunu, ümumiyyətlə onların üstündə beşbarmaq olmadığını, zərərçəkmiş şəxsin sifət nahiyəsindən yumruqla vurduğunu, Şahid2lə birlikdə Zərərçəkmiş şəxs döydükdən sonra əlini onun ciblərinə ataraq 19 manat pulu və biri Samsung A53, biri isə Redmi note 8 markalı olmaqla, 02 ədəd telefonu götürdüyünü, telefonları götürən zaman Şahid2 bu barədə ona irad bildirmədiyini, Samsung A53 markalı mobil telefonu səhəri gün Kənan adlı tanışına, digər telefonu isə 20 Yanvar metrosu yaxınlığında telefon mağazasına satdığını, Təqsirləndirilən şəxs telefonları satan zaman bu barədə ona irad bildirmədiyini, sonuncunun onun yanında olduğunu, hər hansı bir hərəkət etmədiyini, telefonları satdıqdan sonra pulunu Təqsirləndirilən şəxs ilə birlikdə xərclədiyini, polis əməkdaşları tərəfindən saxlanarkən ona qarşı heç bir təzyiq və ya fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Bundan əlavə məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid2 Zərərçəkmiş şəxs bir kəllə, iki yumruq zərbəsi endirsə də, o sonuncunu vurmamış, Şahid2 Zərərçəkmiş şəxs vurmaq səbəbi onların ailə üzvlərini söyməsi olmuşdur. Təqsirləndirilən şəxs baş verənləri görməmiş, mübahisədən əvvəl onu bisetkaya göndərmişdirlər. Telefonların orada qalmasından ehtiyat edərək götürmüş, sonra isə onların birini 80 manata, digərini isə set yerini 15 manata düzəldirib, həmin xərci çıxmaqla 35 manata satmış, əldə etdiyi pulu özündə saxlamış, həmin puldan Təqsirləndirilən şəxs və Şahid2 verməmiş, onlar da ondan pul istəməmişdirlər.Telefonlardan biri işlək vəziyyətdə, digəri isə sönülü olmuş, işlək vəziyyətdə olan telefona heç bir zəng gəlməmişdir. Telefonu satanda Təqsirləndirilən şəxs orada olmuş, telefonun yaddaşı haqqında nəsə deməmişdir. Həmçinin Təqsirləndirilən şəxs əlindən zərərçəkmiş şəxs zorla tutmuş, bundan sonra əvvəlki əlini uzaqlaşdırmaqla ona irad bildirmiş, lakin o, evli olması səbəbindən və Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətdə olduğundan problem yaranmaması üçün müdaxilə etməmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 (hazırki iş üzrə digər təqsirləndirilən şəxs ) öz ifadəsində göstərmişdir ki, Şahid1 ilə əlaqə saxlayaraq çağırmış, o da 20 Yanvar metrosunun yaxınlığında olduğunu bildirmişdir, sonuncuyla görüşəndə Təqsirləndirilən şəxs da yanında olmuşdur. Sonuncudan nə etdiyini soruşduqda Sulutəpəyə gedəcəyini bildirmiş, o da onlarda qalmağı təklif etmişdir. Daha sonra daimi olduqları kafeyə getmiş, hərəyə bir bakal pivə içdikdən sonra ikinci sifarişi vermiş, həmin sifariş gələndə Təqsirləndirilən şəxs söhbət zamanı evinin işdən uzaq olduğunu, yaxınlardan ev axtardığını bildirərək, ev olsa, ona məlumat vermələrini xahiş etmişdir. Sonra yağış yağdığı üçün onlar getməyi qərara almış, o, kassaya gedib ödənişi etmiş, ordan çıxanda Şahid1 Zərərçəkmiş şəxs söhbət etdiyini görmüş, nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs söhbətini Zərərçəkmiş şəxs eşitdiyini, kirayə ev bildiyini, Zərərçəkmiş şəxs nömrəsini götürdüyünü bildirmişdir. Onlar Şahid2 qaldığı məhləyə çatanda Zərərçəkmiş şəxs Şahid1 zəng etmiş, onlar ev barədə danışmış, Zərərçəkmiş şəxs evi danışdığını bildirmiş və evə baxmağa getməyi təklif etmişdir. Həmin evə Zərərçəkmiş şəxs təklifi ilə piyada getmiş, yolda Şahid1la o, bir-iki addım öndə, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs isə arxadan yerimişdirlər. O, Şahid1la şəxsi söhbət etmiş, həmin vaxt Təqsirləndirilən şəxs “əlimdən niyə tutursan?” dediyini eşidərək arxa tərəfə dönüb Zərərçəkmiş şəxs onun əlindən tutduğunu görmüş, Şahid1 ona irad bildirmiş, Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs sərxoş olduğuna görə yıxıldığından onu tutduğunu qeyd etmişdir. Şahid1 iki bakalla sərxoş olunmadığını deyəndə Zərərçəkmiş şəxs pis niyyətinin olmamasını qeyd etmiş, daha sonra yola davam etmişlər. Bu zaman Təqsirləndirilən şəxs Şahid1 yanında yolu davam etmiş, bir az da gedəndən sonra Zərərçəkmiş şəxs onlara gec olduğunu bildirərək onunla Şahid1 geri qayıtmasını, Təqsirləndirilən şəxs isə otelə aparacağını, orada qalacaqlarını, sabah da özünün gedib ev tutacağını bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs bisetka olan yerə gedib oturmasını tapşırmış, sonuncu da onlardan uzaqlaşıb bağçanın həyətinə getmişdir. Şahid1la birlikdə Zərərçəkmiş şəxs danışığına fikir verməsini bildirdikdə sonuncu gülməyə, daha sonra isə aqressiv danışmağa başlayaraq Şahid1 əl ataraq söyüş söyməyə başlamışdır. Bu zaman o, Zərərçəkmiş şəxs kəllə, sonra bir-iki yumruq zərbəsi vurmuş, Şahid1 isə onları ayırmışdır. Sonuncu Zərərçəkmiş şəxs daşın üstündə otuzdurmuş, əl-üzünü su ilə yumuş, ona nəsə lazım olduğunu soruşduqda, sonuncu heç nə lazım olmadığını bildirərək oradan çıxıb getmişdir. Şahid2 ayaqyoluna getmiş, sonra Şahid1la Təqsirləndirilən şəxs yanına gələndə Şahid1 Zərərçəkmiş şəxs bir ağ, bir qara telefonunun düşdüyünü bildirərək gəlib götürməsi ehtimalına görə onu gözləməyi təklif etmiş və biraz gözlədikdən sonra evə getmişlər. Telefonun arxasında 19 manat məbləğində pul olmuşdur. Səhəri gün o, işə getmiş, Şahid1 da Zərərçəkmiş şəxs işlədiyi yerə gedərək telefonu qaytarmaq istəmiş, amma Zərərçəkmiş şəxs tapmamışdır.

7. Məhkəmə iclasında təqsirləndirilən şəxs Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid1 uzun müddətdir ki, tanıyır, sonuncu bir neçə aydır ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətdədir, həmin qadını da təxminən 1 ay olar ki, Şahid1 vasitəsilə tanımışdır. xx.xx.2024-cü ildə saat təxminən 00:00 radələrində onlar birlikdə Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında yerləşən kafedə oturmuşdurlar. Sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs da gəlmiş, onlar sifarişlərini vermiş, onlara qulluq edən ofisiantla söhbətə başlamışdırlar. Söhbət zamanı sonuncuya yanlarında əyləşən xanımın onların yaxını olduğunu, bir neçə müddətdir ki, 3 uşağı ilə birlikdə kirayə yaşadığını, lakin indi isə yaşadığı evdən çıxdığını, həmin xanıma kirayə ev tutmaq üçün köməklik etməyin, yəni onun kirayə pulunu ödəməyin lazım olduğunu bildirmişdirlər. Həmin ofisiant da yanlarındakı qadına köməklik edə biləcəyini bildirərək, öz hesabına kirayə pulunu verə biləcəklərini qeyd etmiş və beləliklə də, onlar arasında razılıq əldə olunmuşdur. Bir qədər onunla söhbət etdikdən sonra ofisiant hətta bildirmişdir ki, əgər ev işi alınmasa yanlarındakı qadını bir gecəlik oteldə qonaq da edə bilər. Bundan sonra onlar əsəbləşmiş, lakin heç nə deməmişlər. Sonuncu onlara masanın hesabını verdikdən sonra 20 Yanvar metorusunun yaxınlığında onu gözləməsini bildirmişdir. Onlar da masanın hesabını verib onun dediyi kimi kafedən çıxıb görüşəcəkləri yerə getmişlər. Orada ofisiantı onların yanında olan qadına oteldə qalmağı təklif etdiyi üçün cəzalandırmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs onların yanına gəldikdə birlikdə Neptun market istiqamətində hərəkətə başlamışlar, sonuncu yolda olan zaman Təqsirləndirilən şəxs əlini tutmuş, Şahid1la bunu görüb əsəbləşsə də, Zərərçəkmiş şəxs sakit bir yerə aparmağı planlaşdırmışdırlar. Kafedə olan zaman Zərərçəkmiş şəxs tez-tez telefonları çıxartdığından onlar onun cibində telefon olmasını görmüşdülər. Bakı şəhəri, Nəsimi rayonu, Şahid2 küçəsi 37 ünvanında yerləşən köhnə bağçanın həyətinə gəldiklərində, sonuncuya iradlarını bildirərək, onun sifətinə zərbələr endirmişdirlər. Sonuncu aldığı zərbədən yerə yıxılmış, yerdə olan zaman Şahid1 yenidən Zərərçəkmiş şəxsin başından əli ilə zərbə endirmiş, sonra isə onun ağzını əli ilə tutmuşdur. Sonra əlini sonuncunun ciblərinə ataraq oradan 01 ədəd ağ rəngli “Samsung A53” markalı, 01 ədəd “Redmi note 8” markalı mobil telefonu və 19 manat pulu götürmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onlardan təxminən 10 metr aralıda dayanmışdır, sonradan onlar birlikdə oradan uzaqlaşmışdırlar. 19 manat pula özlərinə yenidən pivə və siqaret almış, həmin gecəni parkda gecələmişdirlər. Səhəri günü isə Şahid2 işə getmiş, sonradan Şahid1la görüşən zaman ona məlum olmuşdur ki, sonuncu telefonları satmış və puluna Təqsirləndirilən şəxs ilə birlikdə özlərinə ev tutmuşdurlar. Ona verilən suallara cavab olaraq onu döyən zaman Təqsirləndirilən şəxs 10 metr aralıda durub onlara baxdığını, ələ keçirdikləri pulla birlikdə yəni Təqsirləndirilən şəxs o və Şahid2 siqaret və pivə alıb birlikdə içdiklərini, Şahid2 onu beşmarmaqla vurmadığını, ikisinin də zərərçəkmişi yumruqla vurduğunu, ümumiyyətlə onların üstündə beşmarmaq olmadığını, zərərçəkmiş şəxsin sifət nahiyəsindən yumruqla vurduğunu, Şahid2lə birlikdə Zərərçəkmiş şəxs döydükdən sonra əlini onun ciblərinə ataraq 19 manat pulu və 02 ədəd telefonu Şahid1 götürdüyünü, telefonları götürən zaman ona bu barədə irad bildirmədiyini, 19 manat pula özlərinə pivə siqaret aldıqlarını, telefonları isə sonuncunun aparıb satdığını bildirmişdir. Bundan əlavə məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs mübahisə zamanı orda olmamış, söyüş söydüyünə görə Zərərçəkmiş şəxs vurmuş, həmçinin o, telefonların satılmasında iştirak etməmişdir. Bundan başqa telefonu qaytarmaq üçün Zərərçəkmiş şəxs gözləsələr də sonuncu geri qayıtmamışdır. Zərərçəkmiş şəxs yıxıldıqdan sonra onu vurmamış, hadisədən sonra bir-iki bakal pivə içmişlər, sonra isə onun qaldığı evə getmişdirlər.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, təxmini olaraq 2 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrosu yaxınlığında “Ekspress” adlı telefon mağazasını işlədir, mağazada ondan başqa bir nəfər işçi fəaliyyət göstərir. Həmin şəxs telefonların alışı və satışı ilə bağlı ona kömək edir. O, mağazada olan zaman telefonların alışını və satışını özü həyata keçirir. xx.xx.2024-cü ildə o mağazada olan zaman bir nəfər tanımadığı şəxs mağazaya daxil olaraq əlində olan Redmi note 12 markalı telefonu göstərib satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən üzərində şəxsiyət vəsiqəsinin olmasını soruşduqda rayondan gəldiyini və şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. O da vəsiqəsiz telefon almadığı üçün həmin şəxsin əlində olan Redmi note 12 markalı mobil telefonu almamışdır. Bundan təxminən yarım saat sonra həmin şəxs bir nəfər şəxslə birlikdə mağazaya daxil olub eyni kənddən olduqlarını bildirmişdilər. İkinci gələn şəxs də əlində olan Redmi note 8 markalı telefonu ona təqdim edib satmaq istədiyini bildirmişdir. Həmin telefona baxış keçirdikdə telefonun qara rəngli, yaddaşının 64 GB, İmei kodunun isə **********06263 olduğunu görmüşdür. O, həmin ikinci gələn şəxsin şəxsiyyət vəsiqəsini istədikdə həmin şəxs cibindən şəxsiyyət vəsiqəsini çıxarıb ona təqdim etmişdir. Bu zaman o həmin şəxsin Şahid1 olduğunu bilmişdir. Şahid1 həmin telefonun özünə məxsus olduğunu, telefonun qutusunun isə olmadığını bildirmişdir. Şahid1 yanında olan bundan əvvəl telefonu satmaq istəyən şəxsin də onun tanışı olduğunu bildirmişdir. Şahid1 vəsiqəsi ilə sonuncuya məxsus olduğunu bildiyi note 8 markalı mobil telefonu 50 manata, digər telefonu isə 130 manata almışdır. Pulları Şahid1 verdikdən sonra Şahid1 şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb müvafiq qeydlər apararaq özünə imza etdirmişdir. Bundan sonra isə həmin telefonları tanımadığı şəxslərə satmışdır. Bundan əlavə məhkəmə iclasında Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, telefonu ilk kimin gətirdiyini tam xatırlamasa da, ilk gətirən şəxsin şəxsiyyət vəsiqəsinin olmadığını xatırlayır və Təqsirləndirilən şəxs isə həmin vaxtı mağazadan çöldə qapının yanında dayandığını görmüşdür.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir ki, tanıyır, sonuncuyla aralarında dostluq münasibəti olmuşdur. xx.xx.2024-cü ildə Şahid1 ona zəng edərək telefonda ona kirayə yaşadığı mənzildən çıxdığını, maddi imkanının çox aşağı olduğunu, ailə üzvlərinə məxsus olan Samsung markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Onlar Şahid1 ilə həmin gün təxminən saat 12:00 radələrində Bakı şəhəri Ayna Sultanova heykəlinin yanında görüşmüş, sonuncu yanında bir nəfər orta yaşlı qadınla gəlmişdir. Onlar söhbət edən zaman Şahid1 onu satmaq istədiyi telefon onun ailə üzvlərinə, yəni bacısına məxsus olması barədə əmin etmişdir. Şahid1 telefonun qutusunun və şarj aparatını soruşduqda sonuncu ona bildirmişdi ki, həmin avadanlıqlar onda yoxdur. Sonuncunun sözlərini yanında olan qadın da təsdiq edərək telefon oğurluq və ya problemli telefon olmadığını bildirmişdir. Telefonu 80 manata almış, iki gün sonra isə polis əməkdaşları tərəfindən ona zəng olunmuş və telefonun cinayət yolu ilə ələ keçirildiyi ona bildirilmişdir. O, məlumatı olmadığını bildirərək, telefonu daha işlətməmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6779 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Vietnam istehsalı, “Samsung” markalı, “SM-A235F/DSN” (Galaxy A23) mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla-210 manat, 1 ədəd 64 GB yaddaş tutumlu qara rəngli, “Redmi note8” markalı mobil telefon-120 manat müəyyən edilmişdir. Ekspetiza xərci 50 manat təşkil etmişdir (İİ cild i/v 75-77).

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘’Məhkəmə-Tibbi Ekspertiza və X5”X11 xx.xx.2024-cü il tarixli, 1018 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər alın nahiyəsinin baş beyin silkələnməsi ilə müşayiət olunan əzilmiş-cırılmış yarası, burun nahiyəsinin əzilmiş cırılmış yarası, ənsə nahiyəsinin qançır-şişkinliyi, sağ göz qapaqları və gözaltı nahiyənin, sol alt göz qapağı və gözaltı nahiyənin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X12 PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü ildə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən, o cümlədən küt əşyalar ilə (beşbarmaq və s.) vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil (İİ cild i/v 72-74).

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli, 62 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs xasiyyətin isterik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs İctimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (İİ cild i/v 237- 239).

13. 14.11.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini və təqsirləndirilən şəxslərlə barışdığını bildirmişdir (İİ cild i/v 87).

14. Cinayət işinin İİİ cildinə əlavə edilmiş və məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı heç bir ziyan vurulmamış, sonuncuya qarşı heç bir şikayət, tələbi yoxdur və onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir .

15. Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə 3 ədəd vide ogörüntü var, birinci video görüntü 18 saniyəlikdir. Həmin videogörüntülərdə bir qadın, üçü kişi olmaqla, 4 nəfər küçə ilə hərəkət edir. Orada bir nəfər boyca balaca, saçı seyrək, əynində qara şalvar və qara qısaqol köynək(Şahid2), bir nəfər əynində ağ rəngli köynək və şalvar olan şəxs(Şahid1), bir nəfər göy rəngli cins şalvar və qara qısaqol köynək(zərərçəkən şəxs Zərərçəkmiş şəxs), bir qadın isə əynində qara rəngli şalvar və qısaqol köynək olan şəxslərdir. İkinci video görüntü 10 və üçüncü video görüntü 14 saniyəlikdir. Həmin video görüntülərdə həmin şəxslər bir yerdə hərəkətlərini davam edirlər. Həmçinin hər üç videogörüntülərdən görünür ki, bir nəfər qadın cinsində olan şəxs, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yol boyunca əl-ələ tutmaqla hərəkət halında olmuş, qadın tərəfindən qeyd edilən halla hər hansı narazılıq və ya etiraz müşahidə edilmir, əksinə mehribançılıq müşahidə edilir (İİ cild i/v 116).

16. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, naməlum şəxslər Zərərçəkmiş şəxs aldadaraq xx.xx.2024-cü ildə gecə saat 01:30 radələrində Nəsimi rayonu, Şahid2 küçəsi, 37 ünvanının qarşısına gətirərək, orada sonuncunu döyüb, Samsung A31, Redmi Note 8 markalı mobil telefonlarını, həmçinin 200 manat məbləğində pulunu alıb, hadisə yerindən qaçıb uzaqlaşmışdırlar (İ cild i/v 8- 9).

17. İfadənin yerində yoxlanmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü ildə saat 16:30-dan 17:10-dək olan müddət ərzində Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və hadisənin baş verdiyi yer Nəsimi rayonu, Şahid2 küçəsi, 37 saylı ünvanda yerləşən bağçanın həyəti müəyyən edilmişdir (İ cild i/v 25).

18. Şəxsin tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş 4 nəfər şəxs arasından Şahid2 tanıyaraq, sonuncunun ona qarşı quldurluq edən şəxs olduğunu göstərmişdir (İ cild i/v 33-35).

19. Şəxsin tanınmaya təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş 4 nəfər şəxs arasından Şahid1 tanımışdır (İ cild i/v 72-74).

20. xx.xx.2024-cü il tarixli, 0906 saylı üzləşdirmə və dindirmə protokolundan görünür ki, zərərçəkən Zərərçəkmiş şəxs şübhəli şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş və sonuncunun yanındakı oğlanlar onu döyən zaman orada durub onlara “tez olun” deyə müraciət etmişdir (İ cild i/v 102-103).

21. xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə, saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 90-91).

22. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin seçilmişdir (İİ cild i/v 1-2).

23. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur (İİ cild i/v 194).

24. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-715/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (İİ cild i/v 227-232).

25. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1109/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkəməyə verilmiş, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İİİ cild i/v 20-21).

26. xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şahid3 təqdim etdiyi 01 ədəd ağ rəngli, 128 GB yaddaşı olan “Samsung A53” markalı mobil telefon iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün istintaq zərurəti olduğundan ondan götürülmüşdür (İ cild i/v 106).

27. xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokol və fotocədvəldən görünür ki, xx.xx.2024-cü ildə saat 15:50-dən 16:10-dək olan müddət ərzində Təqsirləndirilən şəxs habelə onun müdafiəçisinin iştirakı ilə ifadəsi yerində yoxlanılmış və hadisənin baş verdiyi yer Nəsimi rayonu, Şahid2 küçəsi, 37 saylı ünvanda yerləşən bağçanın həyəti müəyyən edilmişdir. Həmçinin iş üzrə Təqsirləndirilən şəxs əli ilə hadisə vaxtı dayandığı yeri göstərmişdir (İ cild i/v 181-182).

28. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 götürülmüş 01 ədəd 256 GB yaddaşı olan, ağ rəngli “Samsung A53” markalı mobil telefon Zərərçəkmiş şəxs təqdim edilmiş, baxış zamanı sonuncu mobil telefonu tanıyaraq ona məxsus olduğunu bildirməklə, xx.xx.2024-cü ildə tanımadığı şəxslər tərəfindən döyülərək cibindən götürülmüş mobil telefon olduğunu təsdiq etmişdir (İİ cild i/v 54).

29. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 götürülmüş 01 ədəd “Samsung A53” markalı mobil telefon saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır (İİ cild i/v 58).

30. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “Samsung A53” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmış, 01 ədəd alqı-satqı qeydlərinin əks olunduğu sənəd və hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir ( İİ cild i/v 244-264).

31. Cinayət işinin İİİ cildinə əlavə edilmiş “AZEMİS” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X2 anası Təqsirləndirilən şəxsdır.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

32. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid2 Şahid1 görə tanımış, onların münasibətləri olsa da, ayrı-ayrı evlərdə yaşamışdırlar. Şahid1la görüşdükdən sonra Şahid2lə əlaqə saxlayıb zərərçəkmiş şəxsin işlədiyi kafeyə getmiş, kafedə oturan zaman o, Şahid2 ona 20 Yanvar ərazisi yaxınlarında ev tapmasını xahiş etmiş, evi dəyişməyə 15 gün vaxtının qalmasını bildirmişdir. Bu zaman onların masalarına xidmət edən ofisiant Zərərçəkmiş şəxs onların aralarında etdikləri söhbətlərini eşitmiş, Papanində kirayə ev olduğunu, istəsələr evi onlara təşkil edə biləcəyini bildirmişdir. Onlar masadan durandan sonra D.R,Abbasovla zərərçəkən şəxs Zərərçəkmiş şəxs söhbət etmiş, o, həmin ayaqyolunda olması səbəbindən söhbətin şahidi olmamışdır. Onlar kafedən çıxdıqdan sonra Şahid2 evi istiqamətində hərəkət edərkən Zərərçəkmiş şəxs Şahid1 qısa zəng gəlmiş, sonuncu geri zəng edəndə tanışı olan ev sahibi ilə danışdığını bildirərək evə baxmağa getməyi təklif etmişdir. Şahid1 da gec olduğunu dedikdə, Zərərçəkmiş şəxs artıq danışdığını, getməsələr onun üçün pis olacağını bildirmiş, sonuncunun təkidlərindən sonra onlar razılaşmışlar. Yolda hərəkət edərkən Zərərçəkmiş şəxs anidən onun əlindən tutmuş və o, uca səslə əlini buraxmasını bildirmiş, Şahid1 geri dönüb nə olduğunu soruşanda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs piyan olduğunu, yıxılmaması üçün tutduğunu bildirmişdir. Bir az da getdikdən sonra Şahid1 ona besetkada gözləməsini, onların Zərərçəkmiş şəxs ilə söhbət edəcəklərini bildirmişdir. Kənarda olduğu üçün hadisə yerində nə baş verməsinin şahidi olmamışdır. Şahid1 və Şahid2 onun yanına gəldikdən sonra o bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə onlar arasında dava düşmuşdur.

33. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Şahid1 3-4 aydır tanımış və onların aralarında qeyri-rəsmi münasibət olmuşdur. O, sonuncu və Şahid2 ilə birlikdə çox görüşmüş, xx.xx.2024-cü ildə də həmin görüşlərdən biri kimi saat təxminən 00:00 radələrində Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında kafedə oturmuşdur. Kafedə onların masasına bir nəfər cavan ofisiant qulluq etmiş, həmin ofisinatla söhbət etməyə başlamışdırlar. Söhbət zamanı Şahid1 və Şahid2 sonuncuya Təqsirləndirilən şəxs haqqında onların yaxını olduğunu, bir neçə müddətdir ki, 3 uşağı ilə birlikdə kirayə yaşadığını, lakin indi yaşadığı evdən çıxdığını bildirmiş, sonuncu özü də bu barədə ətraflı olaraq həmin ofisianta məlumat vermişdir. Ona kirayə ev tutmaq üçün ona kömək lazım olduğunu bildirmiş, eyni zamanda kirayə qaldığı evə gedib onun pulunu ödəməyi xahiş etmiş, ofisiant isə kömək edəcəyini, öz hesabına onun kirayə pulunu verə biləcəyini qeyd etmişdir. Bir qədər söhbət etdikdən sonra ofisiant hətta əgər ev işi alınmasa Təqsirləndirilən şəxs bir gecəlik oteldə qonaq da edə biləcəyini bildirmişdir. Razılaşma əldə edildikdən sonra ofisinat onlara masanın hesabını verdikdən sonra 20 Yanvar metorusunun yaxınlığında onu gözləmələrini bildirmiş, sonuncunu gözləyən zaman Şahid1 və Şahid2 oteldə qalmağı təklif etdiyi üçün onu cəzalandırmğı təklif etmişdir. Şahid2 Şahid1 onu sakit bir yerə aparıb döydükdən sonra telefonlarını əlindən almasını, burnunun sınmayacağı şəkildə onu vurmağı bildirmişdir. Ofisiant gəldikdən sonra onlar birlikdə üzü Neptun market istiqamətində hərəkətə başlamış, yolda gedən zaman Zərərçəkmiş şəxs onun əlindən tutmağa başlamışdır. Bu vaxt o Zərərçəkmiş şəxs ilə yanakı, Şahid2 və Şahid1 isə bir qədər qabaqda getmişdirlər. Kafedə olan zaman sonuncunun tez-tez telefonları çıxartdığından onlar onun cibində telefon olmasını görmüşdülər. Bir qədər hərəkət etdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Şahid2 küçəsi 37 ünvaında yerləşən köhnə bağçanın həyətinə gəlmiş, həmin vaxt o, təxminən 10 metr aralıda dayanmış, Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs iıə bir qədər uzaqlaşmış, təxminən 5 dəqiqə sonra Şahid2 və Şahid1 ona yaxınlaşmışdırlar. Həmin vaxt Şahid2 paltarı qan olmuş, Şahid1 əlində isə iki ədəd, bir ağ rəngli, digəri isə qara rəngli telefon olmuşdur. O, sonunculara telefonları Zərərçəkmiş şəxs yanına qoymalarını bildirmiş, Zərərçəkmiş şəxs yaxınlaşmasa da, onun yerdə hərəkətsiz vəziyyətdə uzandığını görmüşdür. Şahid2 və Şahid1 isə əgər tutulsalar onun adını polisə verməyəcəklərini qeyd etmiş və onlar birlikdə oradan uzaqlaşmışdırlar. Şahid1 Zərərçəkmiş şəxs cibindən 19 manat pul götürdüyünü bildirmiş, həmin pulla özlərinə yenidən pivə və siqaret almış, gecəni parkda gecələmişdirlər. Telefonların nömrələrini Şahid1 qırıb tullamış, səhəri günü isə Şahid2 işə getmiş, o, Şahid1 ilə birlikdə kirayə ev axtarmağa başlamış, sonuncu Kənan adlı tanışı ilə əlaqə saxlayaraq ona məxsus olduğunu bildirdiyi “Samsung A53” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Kənan da onlarla Ayna Sultanov heykəli yaxınlığında görüşərək 80 manatı verib telefonu Şahid1 almış, həmin 80 manat məbləğində pulun 50 manatına onunla birlikdə Bayıl qəsəbəsində özlərinə kirayə ev tutmuş, 30 manatın 10 manatını taksiyə, 20 manatını isə özlərinə yemək almağa xərcləmişdirlər. xx.xx.2024-cü ildə isə ələ keçiridikləri Redmi note 8 markalı mobil telefonu isə onunla birlikdə 20 yanvar metrosu yaxınlığında telefon mağazalarının birinə 50 manata satmışdırlar. Həmin vaxtı o dükana daxil olmamışdır. O bayırda dayanıb Davudu gözləmiş, həmin 50 manatın da 25 manatını kirayə tutduqları mənzilə vermişdilər. Qalan pulu isə Davudla birlikdə xərcləmişdirlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı Zərərçəkmiş şəxs otel söhbətini ona deməmişdir. Sonuncu yolda gedən zaman əlindən tutaraq ondan xoşu gəldiyini, onun üçün nə istəsə edə biləcəyini, evinin pulunu da verə biləcəyini bildirmişdir. O, həmçinin həftənin 5 günü işlədiyini, yalnız özünün müəyyən etdiyi bir gündə istirahət etdiyini, telefonun satıldığı günü işdə olduğunu və telefonu işdən çıxdıqdan sonra satmağa apardıqlarını bildirmişdir. Daha sonra himayəsində uşaqlarının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

34. Maddə 181.2.1 və 182.2.5. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, eləcə də silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

35. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 36.Maddə 32. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. 37.Maddə 33. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 38.Maddə 34. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.

39. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

40. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 42.Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.

43. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.

44. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

45. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

46. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 47.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 48.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. 49.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

50. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

51. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

52. Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 53.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 54.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarı:

55. Qərarın 5-ci bəndi. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. 56.Qərarın 7-ci bəndi. Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. 57.Qərarın 10-cü bəndi. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. 58.Qərarın 11-ci bəndi. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. 59.Qərarın 15-ci bəndi. Qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-in 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır.

60. Qərarın 23-cü bəndi. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun.

61. Qərarın 25-ci bəndi. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.) başa düşülməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:

62. Qərarın 1-ci bəndi. Hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

63. Qərarın 28-ci bəndi. Azadlıqdan məhrum etməyə məhkum olmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqları olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-in 160-cı maddəsinə uyğun olaraq qohumları yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarı

64. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:

65. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.

Avropa Məhkəməsinin President Hüququ:

66. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).

Məhkəmənin hüquqi dəyərləndirməsi:

67. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, DVD diskdə olan görüntülər, ekspert rəyləri, şəxsin tanınmaya təqdim edilməsi, dindirmə, baxış, üzləşdirmə protokolları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə tam təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur (hökmün 47-ci bəndi).

68. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əmlakını ələ keçirmək məqsədi ilə Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın əməlini törətməklə, ona zərər vurulmasında birbaşa iştirak etmişdir.

69. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməsə və özünü təqsirli bilməsə də, istər zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, DVD diskdə olan görüntülər, ekspert rəyləri, şəxsin tanınmaya təqdim edilməsi, dindirmə, baxış, üzləşdirmə protokolları, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif tövsif olunmalı və həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 45-ci bəndi).

70. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında Azərbaycan Respublikasının CM-in 181.2.1 və 181.2.5-ci maddələrinə əsasən səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (hökmün 34-cü bəndi).

71. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edib özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq əməlini törətməməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.

72. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.

73. Belə ki, şübhəli şəxsi dindirmə (İ cild i/v 99-73), təqsirləndirilən şəxsin dindirmə (İ cild i/v 136-138), üzləşdirmə protokollarından (İ cild i/v 102-103) görünür ki, təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə dəfələrlə törətdiyi əməli tam etiraf etmiş, bunu imzaları ilə təsdiq etmişdir. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir.

74. Həmçinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-715/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən, o, əməlini səmimi etiraf etmiş, peşman olduğunu, himayəsində azyaşlı uşaqların olmasının nəzərə alınmasını və vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir (İİ cild 227-232).

75. Bundan başqa Təqsirləndirilən şəxs, şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasında sərbəst ifadə verərkən hadisə günü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlini zorla tutduğunu, nəticədə sonuncunun uca səslə əlini buraxmasını tələb etdiyini, həmçinin həmin anda Şahid2 və Şahid1 ilə Zərərçəkmiş şəxs arasında narazıçılığın bildirmələrinə baxmayaraq, məhkəmə iclasında hadisə yerinə gedərkən zərərçəkmiş və təqsirləndirilən şəxslərin görüntülərini əks etdirən DVD diskə olan üç video görüntüsünə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs bütün yol boyunca səmimi şəkildə əl-ələ tutmaqla hərəkət etmiş, sonuncu tərəfindən qeyd edilən hallarla bağlı hər hansı narazılıq və ya etiraz etməsi müşahidə edilməmiş, əksinə aralarında mehribançılıq olması müşahidə edilmişdir. Həmçinin məhkəmə iclasında Təqsirləndirilən şəxs videoda olan qadının onun özü olmasını və ələlə tutduğu şəxsin isə Zərərçəkmiş şəxs olmasını təsdiq etmiş, lakin sərbəst ifadəsində nə üçün yalan danışdığını izah edə bilməmişdir.

76. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən hadisə baş verən zaman dayandığı yeri əli ilə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarından həmçinin görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (hökmün 76-cı bəndi).

77. Digər tərəfdən şahidlər Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs hadisəni görmədiklərini bildirsələr də, məhkəmə iclasında sonuncunun təxminən 10 metr uzaqlıqda olmasını təsdiqləmişlər. Həmçinin digər şahidlərdən Şahid3 və Şahid4 məhkəməyə verdikləri ifadələrində həqiqətəndə Şahid1 telefon satışı üçün gəldiyi zaman Təqsirləndirilən şəxs da onun yanında olmasını, hətta ona telefonun yaddaşının 128 GB olduğunu bildirməsini və Təqsirləndirilən şəxs telefonun satışı zamanı mağazadan çöldə dayanmasını bildirmişlər.

78. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsindən bir məqamı da vurğulayır ki, Təqsirləndirilən şəxs həftənin 6 günü işlədiyini, telefonun satıldığı günün iş günü olduğunu və telefonu işdən çıxdıqdan sonra satmağa apardıqlarını bildirsə də, iş materiallarında olan Şahid3 izahatından müəyyən edilir ki, sonuncu Şahid1 ilə birlikdə telefonu xx.xx.2024-cü il tarixdə (hansı ki həmin tarix həftənin 5-ci gününə təsadüf edir), günorta saat 12:00 radələrində, yəni iş saatı müddətində Şahid3 satmış və Təqsirləndirilən şəxs məhkəmə iclasında bu ziddiyyətli hallara da aydınlıq gətirə bilməmişdir.

79. Bundan başqa məhkəmə iclasında sərbəs ifadə verərkən şahidlər Şahid2 və Şahid1 onlarda “Beşbarmaq” adlı adlanan dəmir alətlin olmamasını və zərərçəkmiş şəxsə xəsarət vurulmasında ondan istifadə etmədiklərini bildirsələr də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 xx.xx.2024-cü il tarixli, 1018 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını görə, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən, o cümlədən küt əşyalar ilə (beşbarmaq və s.) vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil (hökmün 11ci bəndi).

80. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır.

81. Bütün qeyd edilənlər bir daha Təqsirləndirilən şəxs prosesin başından sonunadək quldurluq cinayətinin iştirakçısı olmasını, yəni digər şəxslərlə ona istinad edilən əməllərin törədilməsində əlbir olmasını bir daha təsdiq edir.

82. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrupun üzvü olmaqla bütün iştirakçıların kriminal niyyətini reallaşdıraraq ümumi məqsədə çatmaq üçün zərərçəkmiş şəxsə səmimi münasibət göstərməklə onu ələ almış, onu aldatmaqla qrup üçün daha təhlükəsiz yerə aparmış, qrupun digər üzvləri Şahid2 və Şahid1 tərəfindən ona zor tətbiq edilməsi və əmlakının talanmasına şərait yaratmışdır. Onun zərərçəkmiş şəxsin əlindən tutmaqla səmimi münasibət yaradaraq sonuncunu ələ alması bütün iştirakçıların müştərək hərəkətləri ilə vahid cinayətkar nəticə arasında olan obyektiv əlaqə kimi çıxış edərək digər icraçıların, yəni Şahid2 və Şahid1 hərəkətlərini tamamlamasına səbəb olmuşdur.

83. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. 84.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

85. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs evli olmaqla himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır.

86. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.

87. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(İİ cild i/v 64).

88. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, yəni evli olmaqla himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayəti və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

89. Həmçinin işdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə sonuncu barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir.

90. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 181.2.1 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun şübhəli şəxs qismində tutulduğu 31 iyul 2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır (hökmün 21ci bəndi).

91. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 42-ci bəndi).

92. İşdə olan axtarışda olan şəxsin tutulması barədə protokola və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-715/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü ildən hesablanmalıdır (hökmün 24-cü bəndi).

93. İş üzrə maddi sübut kimi tanınmış, video görüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olan və Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd “Samsung A53” markalı mobil telefonun sonuncunun özünə qaytarılması nəzərə alınmalıdır (hökmün 29-cu bəndi).

94. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 53-cü bəndi).

95. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, uşaqlar ataları X1 himayəsinə verilməlidirlər (hökmün 63-cü bəndi).

96. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 44 və 54-cü bəndləri).

97. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

98. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 31 iyul 2024-cü il tarixdən 02 avqust 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 dekabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar kimi tanınmış 01 ədəd DVD disk və 01 ədəd alqı-satqı qeydlərinin əks olunduğu sənəd cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung A53” markalı mobil telefonun sonuncunun özünə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi xx.xx.2025-ci ilədək 15 saata görə 90 (doxsan) manat və xx.xx.2025-ci ilədək 12 saata görə 132 (yüz otuz iki) manat cəmi olaraq 222 (iki yüz iyirmi iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X4 ataları X1 himayəsinə verilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar