Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-111/2021 31.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev X21 İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X14, X15 və X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 və böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, "Yusifbəyli və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1987-ci il tarixdə Cəlilabad rayonunun Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ticarətlə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Təklə kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci, 28, 178.3.1-ci, 28, 178.3.2ci, 197.2-ci və 213.3-cü maddələri ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, ticarətlə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci, 28, 178.3.1-ci, 28, 178.3.2ci, 197.2-ci və 213.3-cü maddələri ilə, xx xxxxxx 1983-cü ildə Cəlilabad rayonunun Təklə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ticarətlə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Təklə kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci, 28, 178.3.1-ci, 28, 178.3.2ci, 197.2-ci və 213.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ticarət sahəsində malların istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçını xeyli miqdarda ziyan vurmaqla aldatmış, özgənin əmtəə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə etməklə külli miqdarda ziyan vurmuşlar. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və qeyriləri ilə birlikdə özgənin əmtəə nişanlarından və əmtəələrin mənşə yerinin adlarından qanunsuz istifadə etməklə, malların istehlak xüsusiyyəti və keyfiyyətinə dair istehlakçıları ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatmaq barədə razılıq əldə etmiş, bu məqsədlə qeyrilərinin istintaqa məlum olmayan mənbədən naməlum vaxtlarda və şəraitlərdə əldə etdikləri xarici ölkələrdə fabrik üsulu ilə istehsal edilmiş məmulatlara aid olmayan, kustar qaydada adi sex şəraitində istehsal olunmuş aşağı və orta keyfiyyətli müxtəlif çeşidli tikili məmulatlarını X6 təsisçisi və direktoru olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət mərkəzindəki Təqsirləndirilən şəxs1 rəhbərliyi və gündəlik nəzarəti altında fəaliyyət göstərən anbarda toplayıb orada yerləşən tikiş sexində həmin malların həqiqi mənşəyini, xüsusi keyfiyyətini və başqa xassələrini əks etdirən əmtəə nişanları və coğrafi göstəricilərin qeyd olunduğu etiket-yarlıqları xüsusi qaydada kəsib əvəzində bu əmtəələrin guya Türkiyə, Fransa və İtaliya Respublikalarında fabrik-zavod üsulu ilə istehsal olunmasına dair “Dolce&Gabbana”, “Chanel”, “Fendi”, “Made in Turkey xxxx”, “Valentino” və “Gucci” adı ilə tanınmış geyim brendlərinə aid əmtəə nişanları və coğrafi göstəricilərin qeyd olunduğu hazır etiket-yarlıqları və özləri tərəfindən sexdə xüsusi avadanlıq vasitəsilə çap olunmaqla hazırlanmış etiket-yarlıqları tikiş aparatları vasitəsilə malların üzərinə tikib özgənin əmtəə nişanından, əmtəənin mənşə yerinin adından qanunsuz istifadə edərək həmin geyim əşyalarının ünvan 9, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 79, ünvan 3, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, ev 17, Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 148, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 830-835-ci məhəllə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106 ünvanında yerləşən “Metropark” Ticarət və əyləncə mərkəzi, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Heydər Hüseynov küçəsi, ev 13, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 65D, ünvan 4 və Gəncə şəhərində “xxxx” adı altında fəaliyyət göstərən direktoru olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid mağazalarda satışının həyata keçirilməsini təşkil etmiş, xx xxxxxx 2019-cu il tarixdə ünvan 3 ünvanında fəaliyyət göstərən “xxxx” mağazalar şəbəkəsinə aid “Əcəmi 2” şərti adlı mağazaya həmin gün saat 13 radələrində müştəri kimi gəlmiş Zərərçəkmiş şəxs mağazanın meneceri Şahid8 və satıcıları vasitəsilə malların həqiqi əmtəə nişanları, istehsalçının adı, mənsubiyyəti və yeri barədə yalan məlumat verməklə, istehlak xüsusiyyəti və keyfiyyəti ilə bağlı aldadaraq daha inandırıcı və cəlbedici görünməsi üçün “endirim kampaniyası” adı altında real bazar qiyməti 50 manat təşkil edən “Made in Turkey xxxx Outwear” markalanma yazılı 1 ədəd qadın paltosunu 99 manata, real bazar qiyməti 135 manat təşkil edən “Made in Turkey xxxx woman” markalanma yazılı 1 ədəd kaşemir qadın paltosunu 269 manata, real bazar qiyməti 40 manat təşkil edən “Made in Turkey xxxx Denim” markalanma yazılı 1 ədəd qadın gödəkçəsini 79 manata, real bazar qiyməti 35 manat təşkil edən “Made in Turkey xxxx Denim” markalanma yazılı 1 ədəd qadın gödəkçəsini 69 manata, real bazar qiyməti 40 manat təşkil edən “Made in Turkey xxxx woman” markalanma yazılı 1 ədəd qadın üçün uzunqol koftanı 80 manata, real bazar qiyməti 40 manat təşkil edən “Made in Turkey xxxx woman” markalanma yazılı 1 ədəd qadın üçün uzunqol koftanı 80 manata, real bazar qiyməti 40 manat təşkil edən “Made in X38 Dress” markalanma yazılı 1 ədəd donu 79 manata, real bazar qiyməti 82 manat təşkil edən “Made in Turkey xxxx” markalanma yazılı 1 ədəd qadın üçün plaşı 161 manata, real bazar qiyməti 57 manat təşkil edən “Made in Turkey xxxx” markalanma yazılı 1 ədəd qadın üçün uzunbiçimli gödəkçəni 95 manata və real bazar qiyməti 18 manat təşkil edən “Made in X39” markalanma yazılı 1 ədəd qadın üçün qısabiçimli gödəkçəni 35 manata sataraq adi sex şəraitində istehsal edilmiş orta keyfiyyətli həmin tikili məmulatlarının real orta bazar qiymətləri ilə müqayisədə yarlıqda qeyd edilən cəmi 509 manat artırılmış qiymətlərlə, ümumilikdə 1046 manata satılması nəticəsində Zərərçəkmiş şəxs xeyli miqdarda - 509 manat məbləğində ziyan vurmuşlar. Bundan başqa, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə birgə özgənin əmtəə nişanından, əmtəənin mənşə yerinin adından istifadə edərək, istintaqa məlum olmayan mənbədən naməlum vaxtlarda və şəraitlərdə əldə etdikləri xarici ölkələrdə fabrik-zavod üsulu ilə istehsal edilmiş məmulatlara aid olmayan, aşağı və orta keyfiyyətli müxtəlif çeşidli tikili məmulatlarını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət mərkəzindəki Təqsirləndirilən şəxs1 rəhbərliyi və gündəlik nəzarəti altında fəaliyyət göstərən anbarda toplayıb orada yerləşən tikiş sexində həmin malların həqiqi mənşəyini, xüsusi keyfiyyətini və başqa xassələrini əks etdirən əmtəə nişanları və coğrafi göstəricilərin qeyd olunduğu etiket-yarlıqları xüsusi qaydada kəsib əvəzində bu əmtəələrin guya Türkiyə, Fransa və İtaliya Respublikalarında fabrikzavod üsulu ilə istehsal olunmasına dair “Dolce&Gabbana”, “Chanel”, “Fendi”, “Made in Turkey xxxx”, ”Valentino” və “Gucci” adı ilə tanınmış geyim brendlərinə aid əmtəə nişanları və coğrafi göstəricilərin qeyd olunduğu hazır etiket-yarlıqları və özləri tərəfindən sexdə xüsusi avadanlıq vasitəsilə çap olunmaqla hazırlanmış etiket-yarlıqları tikiş aparatları vasitəsilə malların üzərinə tikməklə dəyişdirilmiş cəmi 187 adda, 7755 ədəd müxtəlif çeşidli fabrik-zavod üsulu ilə istehsal edilmiş məmulatlara aid olmayan, aşağı keyfiyyətli kustar qaydada adi sex şəraitində istehsal edilmiş orta keyfiyyətli tikili məmulatlarını özgənin əmtəə nişanından və əmtəənin mənşə yerinin adından qanunsuz istifadə edib külli miqdarda ziyan vurmaqla ünvan 9, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, ev 79, ünvan 3, Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, ev 17, Bakı şəhəri, Yasamal rayonu, X32 küçəsi, ev 148, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 50, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106 ünvanında yerləşən “Metropark” Ticarət və əyləncə mərkəzi, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Heydər Hüseynov küçəsi, ev 13, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 65D və ünvan 4 ünvanlarında “xxxx” adı altında fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid mağazalarda satılması üçün “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə” Ticarət mərkəzindəki anbarda, orada yerləşən tikiş sexində və yuxarıda qeyd olunan mağazalarda saxlamış, Zərərçəkmiş şəxs müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarları əsasında 02 və xx xxxxxx 2019-cu il tarixlərində həmin idarənin əməkdaşları tərəfindən qeyd olunan ünvanlarda yerləşən “xxxx” şəbəkəsinə aid anbarda, sexdə və mağazalarda axtarışlar aparılarkən üzərindəki əmtəə nişanları və coğrafi göstəriciləri dəyişdirilmiş 187 adda, 7755 ədəd saxta etiket-yarlıqlar tikilmiş geyim əşyaları saxlanıldıqları yerlərdən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci, 28, 178.3.1-ci, 28, 178.3.2-ci, 197.2-ci və 213.3-cü maddələri ilə təqsirli bilməyərək göstərdi ki, “xxxx” onların ailə şirkətidir və birgə yaradılmış bu şirkətdə fəaliyyət göstərib hərə öz əməyinə görə dolanışığını təmin etmişdir. Şirkət rəsmi olaraq dövlət qeydiyyatına alınmışdır, vergi orqanlarında uçotdadır və müntəzəm şəkildə vergi hesabatları təqdim edilmiş, rəsmi ödənişlər həyata keçirilmişdir. Ayrı-ayrı ölkələrdən qadın geyimlərini idxal edib satmışlar. Bir çox hallarda mallar həm də Çindən gətirilmişdir. Səmimi şəkildə göstərə bilər ki, qardaşları Emil və X22 Xalq Respublikasından idxal etdikləri qadın geyim əşyalarını ümumi nəzarət etdikləri anbara gətirildikdən sonra anbarda işləyən Şahid7 və Şahid6 adlı işçilər qardaşı Emil İsmayılovun tapşırığına əsasən paltarların üzərindəki etiket-yarlıqları sökərək üzərinə müxtəlif tanınmış firmaların, məsələn “Dolce&Gabbana”, “Chanel”, “Fendy” və digər tanınmış geyim brendlərinin adları yazılan etiket-yarlıqları tikmişlər. Paltarların özünə məxsus olan üzərində “Made in China” yazısı olan etiketlər çıxarılaraq yerlərinə həm də üzərində “Made in İtaly” və “Made in Turkey” sözləri yazılmış etiket-yarlıqlar tikilmişdir. Bütün paltarlar əslində keyfiyyətli olmuş, amma brend firma məhsulu kimi satılsa da qiymətləri münasib olmuşdur. Şirkətdə proqramçı kimi fəaliyyət göstərmiş Şahid1 anbarda printer vasitəsi ilə etiket-yarlıq hazırlayaraq xüsusi kağızlarda çap etmişdir. Əmtəə nişanı dəyişdirildikdən sonra “xxxx” mağazalar şəbəkəsində paltarların satışı həyata keçirilmişdir. Fəaliyyət göstərdikləri bütün müddət ərzində heç vaxt müştərilərdən malların keyfiyyəti və ya digər xüsusiyyətləri barədə heç bir narazılıq daxil olmamışdır. Əslində əsl brend mallar çox baha qiymətə olsa da, onların malları münasib qiymətlərə satılmışdır. Anbardakı bir neçə işçi və dərzilərdən başqa malların etiketlərinin dəyişdirilməsi məsələsindən mağazaların işçiləri tam məlumatsız olmuşlar. xx xxxxxx 2019-cu il tarixdə işlədiyi sexdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları hal şahidləri ilə birlikdə anbara gəlmişlər. Polis əməkdaşları onun icazəsi ilə anbar və tikiş sexinə baxış keçirmişlər. Baxış zamanı oradan çoxlu sayda saxta etiketyarlıqlar, yarlıqları hazırlayan printer aparatı götürülmüşdür. Bu barədə polis əməkdaşları protokol tərtib etmiş, hər kəs protokolla tanış edildikdən sonra imzalamışdır. Etiketlərin dəyişdirilməsi ilə bağlı əməlindən peşmandır. Yalnız bununla bağlı hissədə özünü təqsirli bilir. Nə özü, nə də qardaşları, habelə digər işçiləri heç kəsə qarşı dələduzluq etməmişlər. Sonradan onlara vergi ilə bağlı da ittiham verilmişdir. Halbuki, onların heç vaxt vergi ilə problemi olmamışdır. Onlar paltarları müvafiq müqavilələr əsasında gətirmişlər və adətən mövsümlə bağlı satış başa çatdıqdan sonra satılmayan paltarlar kütləvi şəkildə onları satmış xarici şirkətlərə, əsasən də Türkiyə şirkətlərinə geri qaytarılmışdır. Amma ilkin yoxlama zamanı mal qaytarılması ilə bağlı sənədlər araşdırılmamış, nəzərə alınmamışdır. Paltarların etiketlərini dəyişdirməklə satdıqlarına, başqa brend firmaların etiketlərindən qanunsuz şəkildə istifadə etdiklərinə görə peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyanı da ödəməyə hazırdırlar. Bütün bu halların, ailə vəziyyətinin, əvvəllər heç vaxt qanunsuz əməl törətməməsinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Misir oğlu özünü ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci, 28, 178.3.1-ci, 28, 178.3.2-ci, 197.2-ci və 213.3-cü maddələri ilə təqsirli bilməyərək göstərdi ki, “xxxx” mağazalar şəbəkəsinə rəhbərlik edən Emil və Rövşən İsmayılov qardaşları müxtəlif xarici ölkələrdən, o cümlədən Çin Xalq Respublikasından idxal etdikləri müxtəlif növ qadın geyim paltarlarını işlədiyi “Binə” ticarət mərkəzindəki anbara gətirib yığmış, sonra onların tapşırığına əsasən Təqsirləndirilən şəxs1 nəzarət etdiyi tikiş sexində işçilər həmin malların əsasən Çin Xalq Respublikasında istehsal olunduğunu əks etdirən etiket-yarlıqları kəsib əvəzində Emil və Rövşənin elə Çindən gətirdikləri paltarların guya Türkiyə və İtaliyada istehsal olunmasına dair “Dolce&Gabbana”, “Chanel”, “Fendi” və digər tanınmış geyim brendlərinə aid hazır yarlıqları tikiş maşını vasitəsi ilə tikmişlər. Həmçinin kompyuterin 1C proqramında hazır vəziyyətdə olan iç etiketlər anbarın işçisi Valeh tərəfindən çap olunmuş, sonra da tikiş maşınları vasitəsilə qadın geyimlərinin üstünə tikilmişdir. Proqramçı Zaur 1C proqramına cavabdeh olmuşdur. Həmin proqramda malın mədaxili, satışı, müəssisəsinin xərci, əmək haqları, endirim, kampaniyalar, bir sözlə bütün xərclər əks olunmuş, proqram da ümumilikdə şəbəkə (server) vasitəsilə izlənmişdir. Serverə cavabdeh şəxs isə sonradan Kanadaya köçmüş Elgün olmuşdur. Rəhbərliyin etibarını qazandığı üçün “xxxx” mağazalar şəbəkəsində satışdan əldə olunmuş pulların yığılaraq Emil və yaxud Rövşən İsmayılova çatdırılması ona tapşırılmışdır. Gündəlik kassa pullarının toplanması ilə əvvəllər ancaq Təqsirləndirilən şəxs3 məşğul olmuşdur. Anbardakı dərzilərdən başqa malların etiketlərinin dəyişdirilməsi məsələsindən mağazaların işçiləri tam məlumatsız olmuşlar. Onların heç birinin bu məsələlərdən məlumatları olmamış, hamı şirkətin iş qaydalarına uyğun olaraq işini yerinə yetirmiş və işə qəbul olunarkən razılaşdırılmış maaşlarını almışlar.Tutulmamışdan təxminən 8-9 ay əvvəl Emilgil metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında “xxxx” mağazasının 3-cü mərtəbəsində ofis açmış, mühasibatlıq və inzibati işçilər, o cümlədən o da həmin ofisə keçmişlər. Ofisdə 1C proqramına əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki mağazalarda barkod qeydiyyatına alınan vaxt satılmasını görüb konkret olaraq hər mağaza üzrə gündəlik satış məbləğini görüb bu barədə kompyuter çıxarışları etmişdir. Bakı şəhərinin Nizami küçəsində “Torqovıy” deyilən yerdə fəaliyyət göstərən “xxxx” mağazası ən gec bağlanan obyekt olduğundan Bakı və Sumqayıtda yerləşən digər mağazaların kassalarına toplanan pul “Torqovı”dakı mağazaya gətirilmiş, o və yaxud Təqsirləndirilən şəxs3 gedib Z-hesabatına uyğun olaraq yığılan pulları götürüb X4 yaşadığı Bakı şəhəri, 6-cı mikrorayonda yerləşən “Sarı Market”in arxasındakı evinə aparıb orada özünə, oğlu Sənana və yaxud atası Heydərxana təhvil vermişlər. “Binə” ticarət mərkəzi və Gəncə şəhərindəki mağazalardan pulun yığılması ilə bilavasitə Səməd özü məşğul olmuşdur. Mağazalara gələn müştərilərə malların ancaq Türkiyə və Avropa brendlərinə aid olduğu deyilsə də, əslində paltarlar Təqsirləndirilən şəxs1 işlətdiyi tikiş sexində tikilmiş saxta əmtəə nişanları vurulmuş mallar olmuşdur. Mağazaların hamısı VÖEN-lər əsasında fəaliyyət göstərmişdir. VÖEN-lər ayrı-ayrı fiziki şəxslərin adlarına olsa da fəaliyyət göstərilməsi üçün həmin fiziki şəxslərin adından qanuni şəkildə Təqsirləndirilən şəxs3 etibarnamələr verilmişdir. Təqsirləndirilən şəxs3 da həmin fiziki şəxslərin adından bütün maliyyə əməliyyatlarını və vergi məsələlərini özü həll etmiş, qanuni şəkildə sənədləşmələrə imza etmişdir. Xaricdən idxal edilmiş paltarların xeyli hissəsi müvafiq kontraktlar əsasında mövsüm üzrə satılmadıqda geri qaytarılmışdır. xx xxxxxx 2019-cu il tarixdə ofisdə olduğu zaman mülki geyimli polis əməkdaşları ofisə daxil olaraq metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı “xxxx” mağazasında 1046 manat dəyərində saxta əmtəə nişanlı geyimlərin vətəndaşa satılması faktı üzrə onlar tərəfindən araşdırma aparıldığını bildirmiş, araşdırma zərurəti ilə 1C proqramından hesabatları, bütün digər sənədlərini götürmüşlər. Müəyyən sənədləri, o cümlədən hesabatları da imzalamışdır. Polis əməkdaşları hal şahidlərinin iştirakı ilə 1C proqramından və Excel proqramından faylları yaddaş kartlarına köçürmüşlər. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. O, “xxxx” şirkətində bir işçi kimi fəaliyyət göstərmiş, yalnız müdiriyyətin tapşırıqlarını icra etmişdir. Onun nə malların dövriyyəyə daxil edilməsinə, nə vergi hesabatlarına heç bir aidiyyəti olmamışdır. İşçi kimi vicdanlı şəkildə fəaliyyət göstərmiş, bunun müqabilində də şirkətdə ona təyin edilmiş əmək haqqını almışdır. Ona görə də bütün bu halların nəzərə alınaraq ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci, 28, 178.3.1-ci, 28, 178.3.2-ci, 197.2-ci və 213.3-cü maddələri ilə təqsirli bilməyərək göstərdi ki, qardaşları Emil və Rövşən İsmayılovlar “xxxx” qadın geyim satışı mağazalar şəbəkəsi yaratmış, mağazalar Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərmişdir. Mağazalara verilən paltarların anbarı isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ərazisindəki Binə ticarət mərkəzində yerləşmişdir. Həmin anbarın içərisində həm də sahəsi 200 kvadrat metr olan tikişi sexi fəaliyyət göstərmiş, həmin sexə digər qardaşı Təqsirləndirilən şəxs1 rəhbərlik və nəzarət etmişdir. O özü isə “xxxx” qadın geyim satışı mağazalar şəbəkəsinin maliyyə məsələləri ilə məşğul olmuşdur. Yəni, bu bir ailə biznesi olduğu üçün hərəyə bir sahə etibar olunmuş, hərə öz sahəsində çalışmışdır. Mağazaların gündəlik satış pullarını toplamış, şirkətin fəaliyyəti ilə bağlı maliyyə əməliyyatlarını həyata keçirmiş, vergi orqanlarına lazımi hesabatları vermiş, müvafiq qanuni ödənişləri etmişdir. Təqsirləndirilən şəxs2 da onların işçisi olaraq əvvəlcə Binə ticarət mərkəzində yerləşən “xxxx” mağazalar şəbəkəsinə məxsus anbarda işçilərin davamiyyəti və Excell kompyuter proqramına nəzarəti həyata keçirməklə məşğul olmuş, həm də vəzifəsinə görə ona köməklik etmişdir. Fəaliyyət göstərdikləri müddətdə etiketlərin dəyişdirilməsi ilə bağlı məsələdən başqa heç bir qanunsuzluğa yol verməmiş, çoxsaylı iş yerləri yaratmış, mağazalarında əsasən qadınlar satıcı, kassir, menecer kimi vəziflərdə çalışmışlar. Heç kimə qarşı dələduzluq etməmiş, heç kimin pulunu mənimsəməmişlər. Amma səmimi olaraq paltarların etiketlərini dəyişdirdiklərini etiraf edir, buna görə çox peşmandırlar, həqiqətən böyük səhvə yol verdiklərini başa düşür. Onların şirkəti qadın geyimlərinin satışı üzrə ixtisaslaşmış və satdıqları paltarların idxalı ilə digər qardaşları Emil və Rövşən məşğul olmuşlar. Paltarlar əsasən Çin Xalq Respublikasından və Türkiyədən gətirilmişdir. Çindən idxal etdikləri müxtəlif növ qadın geyim paltarları əvvəlcə “Binə” ticarət mərkəzindəki anbara gətirilib yığılmışdır. Ümumiyyətlə, fəaliyyət göstərdikləri müddət ərzində keyfiyyətsiz mal satmamışlar. Həm keyfiyyətinə, həm də qiymətinə görə alıcıları razı salan, qane edən geyim əşyaları satmışlar. Bütün fəaliyyət göstərdikləri müddət ərzində heç vaxt hər hansı alıcı ilə malın keyfiyəti ilə bağlı problemləri olmamışdır. Amma sonralar səhvə yol verərək malların etiketlərinin dəyişdirilməsini həyata keçirmişlər. Belə ki, tikiş sexindəki işçilər həmin malların Çin Xalq Respublikasında istehsal olunduğunu göstərən etiket-yarlıqları kəsib əvəzində Emil və X40 Respublikasından gətirdikləri guya Türkiyə və İtaliya Respublikalarında istehsal olunmasına dair “Dolce&Gabbana”, “Chanel”, “Fendy”, “xxxx Made in Turkey” və digər tanınmış geyim brendlərinə aid hazır yarlıqları tikiş maşını vasitəsi ilə tikməyə başlamışlar. Həmçinin kompyuterin 1C proqramında hazır vəziyyətdə olan iç etiketlər anbarın işçisi Valeh tərəfindən çap olunmuş, bundan sonra tikiş maşınları vasitəsilə malların üzərinə tikilmişdir. Həmin proqramda malın mədaxili, satışı, müəssisəsinin xərci, əmək haqları, endirimlər, kompaniyalar əks olunmuş və proqram hazırda təhsili ilə bağlı Kanada Respublikasında yaşayan Elgünün cavabdeh olduğu server vasitəsi ilə izlənilmişdir. O və Təqsirləndirilən şəxs2 isə digər maliyyə məsələləri ilə yanaşı “xxxx” mağazalar şəbəkəsində satışdan əldə olunmuş pulların gündəlik yığılaraq qardaşları Emilə, yaxud Rövşənə çatdırılması ilə məşğul olmuşlar. Təxminən 2018-ci ilin fevral ayında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında “xxxx” mağazasının üçüncü mərtəbəsində ofis açmış, bütün mühasibatlıq və inzibati işçilər, o cümlədən Ziyarət də həmin ofisə yığışmışlar. Özü isə anbardakı iş yerində qalmışdır. Ziyarət ofisdə 1C proqramına əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki mağazalarda barkod qeydiyyatına alınan vaxt satılmasını görüb konkret olaraq hər mağaza üzrə gündəlik satış məbləğini müəyyən edib bu barədə kompyuterdən çıxarışı götürmüş, günün sonunda digər mağazaların kassalarında toplanan pul gətirilərək Nizami küçəsində fəaliyyət göstərən “xxxx” mağazasına təhvil verilmiş, o özü və yaxud Təqsirləndirilən şəxs2 gedib yığılan pulları götürüb Rövşənə, ya da atası Heydərxana təhvil vermişlər. Etdikləri səhvi başa düşür və səmimi olaraq etiraf edir ki, hər gün tikiş sexində təxminən 500-600 ədəd qadın geyim əşyalarının üzərinə etiketlər tikilmiş, sonra da mağazalara paylanmışdır. Mağazaların hamısı rəsmi vergi uçotunda olmuşdur. VÖEN-lər ayrı-ayrı şəxslərin adına olsa da ümumi fəaliyyət üçün hər birinin adından ona rəsmi etibarnamə verilmiş, o da həmin fiziki şəxslərin adından etibarnamə əsasında bütün maliyyə əməliyyatlarını və vergi məsələlərini həll etmişdir. Bütövlükdə bütün vergiləri vaxtında ödəmişlər, amma malların hamısının dövriyyəyə daxil edilməməsi halları olmuşdur. İşçilərin bir qisminin rəsmi əmək müqaviləsi olmaması faktlarına da yol verilmişdir. İlkin araşdırma zamanı onlar vergi məsələsi ilə bağlı günahlandırılsalar da, həmin yoxlama zamanı geri qaytarılan mallar ümumiyyətlə nəzərə alınmamışdır. Satılan geyimlər bir qayda olaraq mövsümlər üzrə bölündüyündən, müvafiq mövsümdə satılmayan mallar bağlanmış müqavilələrə əsasən onları göndərmiş şirkətlərə geri qaytarılmışdır. Bununla bağlı bütün rəsmi sənədlər, siyahılar mövcuddur və onlar məhkəməyə təqdim edilmişdir. Anbardakı bir neçə işçi və dərzilərdən başqa malların etiketlərinin dəyişdirilməsi məsələsindən mağazaların menecerləri, satıcıları, xəzinədarları və digər işçiləri tam məlumatsız olmuşlar. Onların heç birinin bu məsələlərdən məlumatları olmamış, hamı şikrətin iş qaydalarına uyğun olaraq işini yerinə yetirmiş və işə qəbul olunarkən razılaşdırılmış maaşlarını almışlar. Araşdırmalardan sonra onların şirkətləri fəaliyyətini demək olar ki, tam dayandırmış, mağazalarının hamısı mövcud durumla əlaqədar bağlanmış, işçilər dağılmışdır. Qadın geyimlərinin etiketlərini dəyişdirməklə başqa firmaların adından müştərilərə satdıqlarına görə yol verdiyi səhvlərini başa düşürlər, həmin əməli törətməkdən çox peşmandırlar. Zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs dəymiş ziyanı da tam həcmdə ödəməyə hazırdırlar. Ailə vəziyyətinin, əvvəllər heç vaxt qanunsuz əməl törətməməsinin, digər qardaşlarının da bu məsələyə görə məsuliyyətə cəlb edilmələri nəticəsində ailələrinin düşdüyü acınacaqlı vəziyyətin nəzərə alınaraq barələrində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri ilə bağlı etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 13:00 radələrində alış-veriş etmək məqsədi ilə Bakı şəhəri, Cavadxan küçəsində yerləşən “xxxx” mağazasına getmiş, orada özünə və yaxınlarına qış geyimlərini seçərkən mağazanın satıcılarından bir alıcı, müştəri kimi malların hansı ölkədə istehsal olunduğunu, markalarını soruşmuşdur. Mağazada rastlaşdığı işçilərin heç birini qabaqcadan tanımamış, əvvəllər həmin mağazadan heç bir alış-veriş etməmişdir. Sonradan adının Almaz olduğunu bildiyi satıcı xanım dükandakı paltarların Türkiyə və İtaliya istehsalı olduğunu bildirmişdir. Satıcı ilə söhbətləşərkən Çin malı deyil, Türkiyə və İtaliya malı almaq istədiyini demiş, satıcı da “xxxx” brendinin Türkiyə istehsalı olduğunu, “Fendi” gödəkçəsinin isə İtaliya istehsalı olduğunu bildirmişdir. Özü də müştəri kimi mağazanın salonunda malları nəzərdən keçirib baxmış, parçalarına, tikilişinə diqqət yetirmiş, qiymətləri də onu qane etdiyi üçün üzərindəki etiketləri də nəzərə alaraq xeyli pal-paltar almışdır. Belə ki, “Made in Turkey xxxx” markalanma yazısı olan 1 ədəd qadın paltosunu 99 manata, 1 ədəd kaşemir qadın paltosunu 269 manata, 1 ədəd qadın gödəkçəsini 79 manata, 1 ədəd xəzli qadın gödəkçəsini 69 manata, 1 ədəd uzunqol qara koftanı 80 manata, 1 ədəd uzunqol koftanı 80 manata, 1 ədəd donu 79 manata, 1 ədəd qadın plaşını 161 manata, 1 ədəd qadın üçün uzun gödəkçəni 95 manata və “Fendi Roma” markalanma yazısı olan 1 ədəd qadın üçün nazik gödəkçəni 35 manata almış, ümumilikdə bu paltarlara cəmi 1046 manat ödəmiş və evə getmişdir. Paltarları aldıqdan sonra ona üzərində malların adları, sayı, qiymətlər olan çek də verilmişdir. Evə gələndən sonra paltarları bir də nəzərdən keçirib yoxlamışdır. Onlardan birində problem aşkar etmişdir. Belə ki, “Fendi Roma” markalanma yazısı olan 1 ədəd nazik qadın gödəkçəsinin boyun hissəsində “Made in İtaly” yazılsa da, iç hissəsindəki yarlıq-etiketdə “Made in Turkey” yazılmışdır. Ona görə də bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmiş, aldığı paltarları da oraya təqdim etmişdir. Təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayəti, tələbi və iddiası yoxdur, amma mağazaya ödədiyi pulun ona qaytarılmasını istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, təxminən 2010-cu ildən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş, ayda 300 manat maaş almışdır. Onun bildiyinə və gördüyünə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Emil İsmayılov rəhbərlik etmişdir. Emil özü çox vaxt xarici ölkələrə gedib geyim əşyalarının alınıb Bakıya gətirilməsi ilə məşğul olmuş, bu işdə ona həm də digər qardaşı Rövşən kömək etmişdir. Maaşların verilməsinə Təqsirləndirilən şəxs3 nəzarət etmişdir. Təqsirləndirilən şəxs1 isə tikiş sexlərinə nəzarət etmişdir. “xxxx” mağazalar şəbəkəsi kimi rəsmi fəaliyyət göstərmiş, reklamı da olmuş və qadın geyimlərinin satışı ilə məşğul olan dükanlar kimi müştərilər tərəfindən tanınmışdır. Məhdud Məsuliyyətli Cəmiyyətinin müxtəlif ünvanlarda geyim mağazaları olması ilə yanaşı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin 10-cu sırasının arxa hissəsində anbar və tikiş sexi də olmuşdur. Təxminən 2 il müddətində “Binə” ticarət mərkəzində satıcı kimi işlədikdən sonra qeyd etdiyi anbarda aylıq 500 manat məvacibə proqramçı kimi işləməyə başlamışdır. Proqramçı kimi vəzifəsi ölkəyə satış üçün gətirilmiş məhsulları “1C” mühasibatlıq proqramı vasitəsilə qeydiyyata alıb onların sistemdə əvvəlcədən Emil İsmayılov tərəfindən müəyyən edilmiş qiymətlərini sistemə yazmaqdan ibarət olmuşdur. Məhsulun üzərində olan barkodları sistemə köçürüb onların qiymətlərini yazmış, sonra da həmin məhsullar mağazalara göndərilmişdir. Barkodları xüsusi proqramlar vasitəsilə yoxladıqda onların qiyməti avtomatik olaraq formalaşmış və bundan əlavə hansı məhsulun hansı miqdarda satılması və qalıq qalması barədə məlumat əldə etmək mümkün olmuşdur. Təxminən 2 il ərzində proqramçı kimi işlədikdən sonra Emil İsmayılov ona bildirmişdir ki, Türkiyədən xüsusi printer gətirmişdir və bundan sonra həmin printerlə işləməli olacaqdır. Emil ona istifadə etdiyi “1c” mühasibatlıq proqramında saxta etiketyarlıq hazırlanması prosesini öyrətmiş və bildirmişdir ki, xaricdən gətirilən paltarların etiketyarlıqları üzərinə yazılacaq sözləri özü ona deyəcəkdir və o da dediyi formada etiket hazırlayıb xüsusi printer vasitəsilə xüsusi kağızlarda çap edəcəkdir. Emil İsmayılov ona etiket-yarlıq hazırlamağı öyrətdikdən sonra artıq bu işlə məşğul olmağa başlamışdır. Emil satış üçün ölkəyə gətirilən qadın geyim əşyalarının adını və həmin məhsulun etiketinin üzərinə hansı firma olması, məhsulun tərkibi, onun yuyulma qaydasını kağıza yazıb ona vermiş, o da öz növbəsində həmin formada etiket-yarlıq hazırlayıb çap etmişdir. Etiketlərin üzərində olan barkodları proqram özü müəyyənləşdirmiş, o da həmin barkodlar əsasında Emilin göstərişi ilə qiymətləri proqrama yazmışdır. Artıq bu işlərə başladıqdan sonra Emil işlədiyi anbarın yanında dərzi sexi açmışdır ki, həmin çap edilmiş etiketlər geyimlərin üzərinə tikilsin. Tikiş sexində işləyən dərzilər onun çap etdiyi etiketləri geyimlərin üzərinə tikməklə məşğul olmuşlar. Etiketlərin üzərinə müxtəlif tanınmış firmaların, məsələn, “Dolce&Gabbana”, “Chanel”, “Fendi” və digər tanınmış geyim brendlərinin adları yazılmışdır. Əslində isə malların çoxu onun bildiyinə görə Çindən gətirilmişdir. Paltarlardakı üzərində “Made in China” yazısı olan etiketlər çıxarılaraq əvəzində “Made in İtaly”, “Made in Turkey” sözləri yazılmış etiket-yarlıqlar tikilmişdir. Malların satış qiymətlərini də Emil İsmayılov özü müəyyənləşdirmiş və ona əlavə olaraq qiymət cədvəli də vermişdir. Xatırlayır ki, gətirilən xəz dəri məhsullarının üzərində adətən ümumiyyətlə etiket olmamış və onların hansı ölkədən gətirilməsini bilməmişdir. Həmin məhsulların da üzərinə etiketləri o özü çap etmiş və onlar sexdə malların üstünə tikilmişdir. xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları onun işlədiyi anbara gələrək özlərini təqdim etmiş, satılan paltarlara saxta etiketlərin çap edilib tikilməsi ilə bağlı araşdırma aparıldığını demiş və baxış keçirərək etiketləri və həmin etiketlərin artıq tikilmiş olduğu paltarları aşkar etmişlər. Polis əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə onun istifadə etdiyi kompyuter və printer protokollaşdırılmaqla götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, xx xxxxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzindəki “xxxx” mağazalar şəbəkəsinə aid anbarda sex mühasibi vəzifəsinə işə qəbul edilmişdir. Əsas işi anbarda olan geyimlərin tikilməsinə lazım olan müxtəlif aksessuar və parçaları almaqdan ibarət olmuşdur. Belə ki, o, bazarda yerləşən topdan və pərakəndə satış yerlərindən dərzilər üçün lazımi aksessuar və parçaları alaraq onları dərzilərə paylamaqla məşğul olmuş, tez-tez dərzi otağına getdiyi üçün malların əsasən Çindən gətirildiyini, üzərlərindəki “Made in China” etiketlərinin orada işləyən işçilər tərəfindən sökülərək yerinə “xxxx Made in Turkey”, “Gucci”, “Dolce&Gabbana”, “Chanel”, “Fendi”, “Valentino” etiketlərinin vurulduğunu, “Made in Turkey”, “Made in İtaly” və “Made in France” etiketləri ilə satışa göndərildiyini görmüşdür. Amma bu işlərin ona heç bir aidiyyəti olmadığı üçün heç nəyə qarışmamış və maraqlanmamışdır. xx xxxxxx 2019-cu il tarixdə mülki geyimli bir neçə şəxs şəxs anbara gəlmiş, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmiş, “xxxx” mağazalar şəbəkəsinin Çin istehsalı olan geyimlərin etiketlərini dəyişdirərək “Made in Turkey”, “Made in İtaly” və başqa etiketlərlə satışa çıxarıldığını bildirmişlər. Polis əməkdaşları bu barədə ondan soruşduqda bu işlərin ona heç bir aidiyyəti olmadığını deyib bildiklərini danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X7 göstərdi ki, 2017-ci ilin yay aylarında o tikinti şirkətlərində fəhlə işlədiyi zaman Təqsirləndirilən şəxs3 ona müraciət edib “xxxx” mağazalar şəbəkəsində sürücü işləməsini təklif etmiş, o da razılaşmışdır. Səmədlə aralarında olan şifahi razılaşmaya əsasən Səmədin verdiyi aylıq 300 manat müqabilində şirkətdə sürücü işləməyə başlamışdır. Hər gün saat 09-dan 21:00-dək işdə olmuşdur. O, şirkətə məxsus “Fiat Doblo” markalı **-ST-*** və **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilləri idarə etmiş, işi şirkətin Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzindəki anbarda olan malların Bakı və Sumqayıt şəhərlərindəki dükanlara paylanmasından ibarət olmuşdur. Dükanlara malları o paylasa da malların anbara kim tərəfindən gətirilməsindən xəbəri olmamışdır. Anbarın müdiri Səməd, sexin müdiri isə Təqsirləndirilən şəxs1 olmuş, şirkətin rəhbərləri isə Emil və Rövşən İsmayılov qardaşları olmuşdur. İş prosesinin gedişində Çindən idxal edilən geyim əşyaları anbara yığıldıqdan sonra tikiş sexində işləyən dərzilər tərəfindən onların Çində istehsal olunduğunu əks etdirən etiket-yarlıqların kəsilib əvəzində həmin malların Türkiyə və Avropada istehsal olunmasına dair etiket-yarlıqların tikilərək satıldığı barədə eşitmişdir. Amma bu məsələnin detallarını ətraflı bilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları gələrək anbara baxış keçirmiş və oradan müxtəlif geyim əşyaları, etiketlər, yarlıqlar və malların etiketlərinin dəyişdirilməsində istifadə olunan digər ləvazimatlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, 2018-ci ilin təxminən sentyabr ayından etibarən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzindəki “xxxx” mağazalar şəbəkəsinin tikiş sexində fəhlə işləməyə başlamışdır. Onu işə Təqsirləndirilən şəxs1 qəbul etmiş, aylıq əmək haqqı 300 manat olmuşdur. İşə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi bağladığını xatırlamır. İşi konkret olaraq satış etiketlərini barkodlarla birlikdə geyim əşyalarının üzərinə asmaqdan ibarət olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə sexdə olarkən bir neçə mülki geyimli şəxs həmin vaxt sexin önündə dayanmış Təqsirləndirilən şəxs1 yaxınlaşaraq onu hansısa qərarla tanış edərək “xxxx” mağazalar şəbəkəsinin idxal etdiyi paltarların üzərinə saxta “Made in İtaly”, “Made in Turkey” və sair etiketləri vuraraq satışa buraxdığını bildirmişlər. Elnur da bu faktı etiraf etmişdir. Bundan sonra polis işçiləri sexdən çoxlu sayda etiketlər və geyim əşyaları aşkar edib götürmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, uzun müddətdir ki, proqramçı kimi fəaliyyət göstərir. Əvvəllər informasiya texnologiyaları üzrə şirkətlərə müxtəlif xidmətlər göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində proqramçı kimi çalışmışdır. Orada işlədiyi müddətdə həmin cəmiyyət “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində olan mağaza şəbəkələrində istifadə edilən “1C” proqramının istifadə edilməsində platformasını dəyişməyə köməklik etmişdir. Amma sonralar onlar platformanın dəyişilməsini istəməmişlər. Şirkət rəhbəri ona təklif etmişdir ki, “1C” proqramında xüsusi bölmə formalaşdırsın ki, həmin bölmədə hansı satıcının nə qədər məhsul satmasını müəyyən etmək mümkün olsun. O da həmin şirkətə bu kimi məsələləri həll etməklə köməkliklər etmişdir. Həmin şirkətin rəhbəri kimi Emil İsmayılovu tanımış, sifarişləri də sonuncudan almışdır. Emildən əlavə “Binə” ticarət mərkəzində olan dərzi sexinə nəzarəti həyata keçirirən Təqsirləndirilən şəxs1 da tanımışdır. Gördüyü işin müqabilində zəhmət haqqını nağd şəkildə almışdır. Belə ki, hər dəfə sifariş yerinə yetirildikdən sonra Emilə bu barədə məlumat vermiş, daha sonra Emil ona xidmət haqqını geyim mağazalarının kassasından götürməyi təklif etmiş, o da özünə yaxın olan mağazaya yaxınlaşıb Emilin sözü ilə kassadan xidmət haqqını götürmüşdür. Emillə əməkdaşlığı təxminən 2016-cı ildən başlamışdır. Təxminən 2016-cı ilin noyabr ayında artıq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı öz şirkətini formalaşdırmışdır. Bundan sonra da Emillə əməkdaşlığını davam etdirmiş, sonuncunun sifarişlərini “Teamviewer” proqram təminatı vasitəsilə “xxxx” Məhdud Məsuliyətli Cəmiyyətinin lokal şəbəkəsinə daxil olmaqla yerinə yetirmişdir. Yəni, Emil İsmayılovun sifarişlərini həyata keçirmək üçün onların anbarına getməyə ehtiyac olmamış, məsafədən bu işləri yerinə yetirmişdir. O, “xxxx” geyim mağzasında satılan məhsulların üzərinə vurulan etiketlərin maketini hazırlamış, həmin maketə əsasən etiketin üzərində məhsulun adı, rəngi, ölçüsü, hansı mövsümə aid olması, məhsulun qısa kodu - artikulu və bu kimi məlumatlar olmuşdur. Həmin məlumatlar Emil İsmayılovun işçisi tərəfindən doldurulduqda artıq etiket əmələ gəlmiş və proqram özü məhsul üçün barkod formalaşdırmışdır. Həmin barkodlar vasitəsilə artıq məhsul sistemə köçürülmüş və malın qiyməti və onun haqqında olan digər məlumatlar əks olunmuşdur. Etiketlər hazır olduqda həmin etiketlər “Argox 214” printeri vasitəsilə çap edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsulları sistemə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində olan anbarda yazılmışdır. Bu prosesi Emilin işçisi olan Şahid1 həyata keçirmişdir. Valeh onun yaratdığı maket üzərində məhsulların rekvizitlərini yazmışdır. O, qeyd olunan ünvanda bir neçə dəfə texniki problemlərlə bağlı olmuşdur. Məsələn, printer işləmədikdə onu düzəltmək üçün getmişdir. “1C” proqramında işləmək qaydasını Valehə kimin öyrətməsini bilməsə də, o özü yaratdığı bölmələrin isitfadə qaydasını izah etmişdir. Emil İsmayılov ona ən çox endirimlə bağlı müraciət etmişdir. Geyim mağazalarında endirimlər olduqda o, sistemdə bunu formalaşdırmışdır. Təxminən 2017-ci ildə xatırlamadığı tarixdə Emil onunla əlaqə saxlayıb məhsulun yuyulma qaydalarını özündə əks etdirən yarlıqlar çap etmək istədiyini, bunun üçün printer və kağızlar aldığını bildirmişdir. Emil ona “1C” proqramında həmin məlumatları çap etmək üçün maket hazırlamağını xahiş etmiş, o da həmin çap üçün müəyyən anket hazırlamışdır. Maketin üzərində məhsulun tərkibi, yuyulma, saxlanılma qaydası və digər məlumatlar əks edilmişdir. O, maketi hazırladıqdan sonra onun isitifadə qaydası barədə Valehə məlumat vermişdir. Həmin yarlıqlar da xüsusi kağızlarda və printerdə çap olunmuşdur. Həmin yarlıq üzərində standart olaraq yuyulma və saxlanılma qaydası əks edilmişdir. Lakin məhsulun tərkibi, istehsal edildiyi ölkə Valeh tərəfindən doldurulub daha sonra çap edilmişdir. Emilin ona sonuncu sifarişi isə müştərilərdə olan endirim kartlarının kompyuter vasitəsilə oxunmasını təşkil etmək olmuş və o da bunu reallaşdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, bacısının həyat yoldaşı Elşən İsmayılov “xxxx” mağazalar şəbəkəsinin rəhbəri Emil İsmayılovun qardaşıdır. 2017ci ildə iş üçün müraciət etdikdə ona digər qardaşları Təqsirləndirilən şəxs1 nəzarət etdiyi, “Binə” ticarət mərkəzində yerləşən anbarda fəaliyyət göstərən sexdə dərzi işləmək təklif olunmuşdur. O, bu işi əvvəllər bacarmasa da razılaşmış və həmin vaxtdan etibarən bu sənəti öyrənmişdir. Onu işə Təqsirləndirilən şəxs1 qəbul etmiş, aralarında olan razılaşmaya görə ayda 300 manat əmək haqqı almışdır. Rəsmi əmək müqaviləsi bağlayıbbağlamadığını xatırlamır. Maaşı ona Elnurun digər qardaşı Təqsirləndirilən şəxs3 vermişdir. Belə ki, Səməd əsasən maliyyə məsələlərinə baxmış, Səməd olmayanda isə maaşı baş mühasib kimi bildiyi Ziyarət vermişdir. Onların sexdəki işləri ilə bağlı əsasən ofisdə oturan Ziyarətlə heç bir münasibətləri olmamışdır. Sexə nəzarəti Təqsirləndirilən şəxs1 həyata keçirmişdir. O, sexdə 2017-ci ilin iyun ayından 2019-cu ilin yanvar ayının 24dək, yəni polis əməkdaşlarının sexə gəlib baxış keçirdikləri günədək işləmişdir. O, işlədiyi müddət ərzində bir çox hallarda Elnurun vasitəsi ilə X33 və başqa yerlərdən gələn geyim əşyalarının üzərindəki etiketlərin kəsilib yerinə “xxxx Made in Turkey” və digər brend malların etiketlərinin tikilməsi tapşırığı verilmişdir. O da sadə bir işçi kimi rəhbərliyin tapşırığını icra etməklə məşğul olmuşdur. Həmin hərəkətin cinayət olması heç vaxt ağlına da gəlməmişdir. Sexin yanında olan ayrıca kiçik otaqda 3-4 tikiş maşını qoyulmuş və etiketlər də məhz həmin yerdə sökülüb tikilmişdir. xx xxxxxx 2019-cu il tarixdə o və digər dərzi Şahid7 həmin yerdə etiket-yarlıqları söküb tikərkən polis əməkdaşları sexə daxil olub bunu bilavasitə görmüşlər. Sexdə olan çoxlu sayda tanınmış brendlərə aid etiket-yarlıqlar götürülmüş, bununla bağlı müvafiq protokol tərtib edilmişdir. Onun işi yalnız etiket-yarlıqları kəsib əvəzində “xxxx Made in Turkey” və digər tanınmış malların etiketlərini tikməkdən ibarət olmamış, əksər vaxtda Təqsirləndirilən şəxs1 nəzarət etdiyi sexdə “Elay” markalı geyim əşyalarının tikilməsi ilə məşğul olmuşdur. Yalnız tapşırıq gələndə həmin balaca otağa keçib etiketlərin kəsilib-tikilməsi ilə məşğul olmuşdur. Etiketlərin sökülübtikilməsindən əlavə pul almamış, bu işə görə ona hər hansı üstünlük tanınmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə oxşar məzmunlu ifadə verərək “Binə” ticarət mərkəzində yerləşən anbarda fəaliyyət göstərən tikiş sexində dərzi işlədiyi müddət ərzində Emil İsmayılovun tapşırığı və Təqsirləndirilən şəxs1 gündəlik nəzarəti altında Çindən və başqa yerlərdən gətirilən geyim əşyalarının üzərindəki etiketləri kəsib yerinə “xxxx Made in Turkey” və digər etiketləri tikdiyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, o, Təqsirləndirilən şəxs1la 2003-cü ildə tanış olmuş və həmin ildən də sonuncunun “Şərq bazarı” ticarət mərkəzindəki qadın geyim dükanında satıcı kimi işləməyə başlamışdır. O vaxt “Şərq bazarı”ndakı xüsusi bir adı olmayan həmin dükana Elnur nəzarət etsə də, dükanın faktiki rəhbəri onun qardaşı Emil İsmayılov olmuşdur. Emil dükana gəlib-getmədiyindən onunla heç bir münasibəti, tanışlığı olmamışdır. O, təxminən 2005-ci ildən Emilgilin həmin vaxtlar Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzindəki qadın geyimlərinin topdansatışı ilə məşğul olan dükanında satıcı kimi işə düzəlmişdir. Həmin vaxt qeyd olunan dükana Emilin digər qardaşı Rövşən İsmayılov nəzarət etmişdir. 2007-ci ildə bazar Lökbatan qəsəbəsinə köçürülmüş, onlar da yeni ünvana gəlmişlər. Rövşəngilin digər qardaşı Səməd də tez-tez dükana gəlib-getmişdir. Onun üçün rəhbərin kim olmasının fərqi olmamış, satıcı kimi öz işini görmüşdür. Ümumiyyətlə, “Binə” ticarət mərkəzindəki işçilərin tam əksəriyyəti rəsmi olaraq işçi kimi qeydiyyata alınmamışlar, buna baxmayaraq hər kəs razılaşmaya uyğun olaraq işləyərək rəhbərlikdən maaşını alır. Təxminən 2009-cu ildə Emilgil “Binə” ticarət mərkəzində 5-ci sırada “xxxx” adlı dükan açmışlar. O özü həmin dükanda işləmədiyi üçün orada hansı malların satıldığını bilməmişdir. Onun satıcı işlədiyi “Assorti” adlı dükanda isə Türkiyədə, Çində, eləcə də Azərbaycandakı müxtəlif sexlərdə istehsal edilmiş mallar satılmışdır. O, 2010-cu ildə “Assorti” dükanına qeyri-rəsmi olaraq menecer təyin olunmuşdur. Menecer kimi vəzifəsi mağazanın idarə olunmasından, işçilərin davamiyyətinə və malların vitrinlərə düzülüşünə nəzarət etməkdən ibarət olmuş, aylıq maaşı 450 manat təşkil etmişdir. Bu minvalla o, 2013-cü ilədək orada işləmiş, həmin ildə dükanların maliyyə məsələlərinə nəzarəti həyata keçirən Təqsirləndirilən şəxs3la münasibəti pozulduğu üçün özü işdən çıxmışdır. Təminən il yarım müddətində fərdi qaydada özünə məxsus “Tofaş” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub çörək pulu qazanmışdır. Həmin ərəfələrdə Emilin qardaşları ilə birlikdə “xxxx” adlı mağazalar şəbəkəsi yaratdığını eşitmişdir. 2015-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs1 onunla əlaqə yaradaraq ünvan 19dy Sharm Əcəmi-2” mağazasında menecer vəzifəsində işləməyə dəvət etmişdir. O, razılaşmış və 2015-ci ilin əvvəllərindən 2019-cu ilin təxminən aprel ayınadək “xxxx Əcəmi-2” mağazasının meneceri vəzifəsində işləmiş, sonra isə öz ərizəsi ilə işdən çıxmışdır. İşə qəbul olunarkən onunla rəsmi olaraq qayda-qanunla əmək müqaviləsi bağlanmışdır. Aylıq əmək haqqı rəsmi olaraq 185 manat olsa da razılaşmaya müqaviləyə uyğun olaraq əlavə satışdan əldə olunan faizlər hesablanmaqla aylıq məvacibi təxminən 500 manat olmuşdur. Maaşı Təqsirləndirilən şəxs3 razılığı və mühasib funksiyasını həyata keçirən Təqsirləndirilən şəxs2 icazəsi ilə kassadan nağd şəkildə götürmüşdür. “xxxx Əcəmi-2” mağazasının meneceri vəzifəsində işləyərkən yenə də vəzifəsi mağazanın idarə olunmasından, işçilərin davamiyyətinə və malların vitrinlərə düzülüşünə nəzarət etməkdən ibarət olmuşdur. Mağaza saat 09:00-dan 21:00-dək fəaliyyət göstərmişdir. Mağazada müxtəlif qadın geyim əşyaları satılmışdır. Dükanda əsasən “Made in Turkey xxxx”, “Gucci”, “Fendi”, “Valentino”, “Chanel” və digər tanınmış brendlərin etiket-yarlıqları olan paltarlar satılmışdır. O və digər işçilər “xxxx” brendinə aid malların X23 məxsus fabrikdə istehsal olunduğunu, digər tanınmış brendlərin mallarının isə Çindən idxal edildiyini düşünmüşlər. Həmin malların etiket-yarlıqlarının Emil İsmayılova məxsus “Binə” ticarət mərkəzindəki anbarda yerləşən sexdə dəyişdirilməsindən heç bir xəbəri olmamış, özü bu işlərdə iştirak etməmişdir. Bununla belə, satdıqları malların keyfiyyəti, qiymətləri ilə bağlı heç bir alıcıdan hər hansı şikayət daxil olmamış, bu və ya digər malla bağlı hər hansı narazılıq olmamışdır. Rəsmi qaydada satışla məşğul olan mağazanın bir işçisi kimi nə özü, nə də fəaliyyətinə nəzarət etdiyi mağaza işçiləri heç bir müştərini aldatmamışlar. Müştəri mağazaya daxil olub özü bilavasitə malları nəzərdən keçirib seçmiş, almaq qərarına gələndə də bəyəndiyi malı alıb pulunu ödəyərək çıxıb getmişdir. Paltarların üzərinə başqa etiketlərin tikilməsi məsələsini polis əməkdaşları tərəfindən mağazada baxış, axtarış və götürmə keçirildikdən sonra söz-söhbətlərdən eşidib bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş “xxxx İnşaatçılar” mağazasının meneceri Şahid10, “xxxx Metropark” mağazasının meneceri Şahid11, “xxxx Nizami” mağazasının meneceri X12, “xxxx Torqovıy” mağazasının meneceri Şahid13, “xxxx Neftçilər” mağazasının meneceri Şahid14, “xxxx 28 May” mağazasının meneceri X10, “xxxx Əcəmi- 1” mağazasının meneceri Şahid16 və “xxxx Sumqayıt” mağazasının meneceri Şahid17 öz ifadələrində Şahid8 ilə oxşar məzmunlu ifadələr verərək işlədikləri dövrdə “xxxx” mağazalarında “xxxx Made in Turkey”, “Fendi” “Gucci”, “Valentino”, “Chanel” və digər tanınmış brendlərin etiketləri olan malların satıldığını, amma həmin malların etiketyarlıqlarının dəyişdirilməsindən onların heç bir məlumatlarının olmadığını, işlədikləri müdətdə heç bir alıcının aldadılmadığını, heç bir müştərinin şikayətçi olmadığını, hər bir alıcının rəsmi fəaliyyət göstərən mağazaya daxil olaraq adi qaydada seçim edib bəyəndiyi geyim əşyasını alaraq pulunu kassaya ödəyib getdiyini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid18 Mirlətif qızı göstərdi ki, o, 2017-ci ilin may ayından etibarən ünvan 6 ünvanda fəaliyyət göstərən “xxxx Torqoviy” mağazasında satıcı vəzifəsində işləməyə başlamışdır. Həmin işə CV verərək qəbul edilmiş, onu işə Təqsirləndirilən şəxs1 qəbul etmişdir. İşə qəbul olunarkən onunla rəsmi əmək müqaviləsi bağlanmışdır. Aylıq əmək haqqı 170 manat olsa da əlavə satış faizləri ilə ayda 400 manat maaş almışdır. Yəni, bu şərtlər qabaqcadan müqavilə ilə rəsmiləşdirilmişdir. “xxxx Torqoviy” mağazası digər mağazalara nisbətən ən gec bağlanan obyekt olmuşdur. Belə ki, yerləşdiyi ərazi mərkəz olmaqla yanaşı çoxlu sayda turist və sakinlərlə bol olduğundan alver də yaxşı getmişdir. Bu səbəbdən dükan saat 09-dan 24:00-dək fəaliyyət göstərmişdir. Bu səbəbdən də “xxxx” mağazalarında günlük qazanılan pul gün ərzində onun işlədiyi mağazaya gətirilib təhvil verilmiş, günün sonunda isə mühasib kimi işləyən Ziyarət bəy gələrək pulları təhvil götürüb aparmışdır. Ziyarətin pulu hara apardığından onun məlumatı olmamışdır. İşlədiyi dövrdə “xxxx” mağazasında “xxxx Made in Turkey”, “Fendi” “Gucci”, “Valentino”, “Chanel” və digər tanınmış brendlərin etiketyarlıqları olan paltarlar satılmışdır. Lakin həmin malların Çindən gətirilərək etiketyarlıqlarının dəyişdirilməsindən onun ümumiyyətlə məlumatı olmamışdır. O, bunu polis əməkdaşları tərəfindən işlədiyi mağazada axtarış və götürmə keçirilən zaman eşidib bilmişdir. Emil, Rövşən, Səməd və digər İsmayılov qardaşları ilə, eləcə də Təqsirləndirilən şəxs2la heç bir yaxın münasibəti və ədavəti olmamışdır. İşlədiyi dövrdə heç bir alıcını aldatmamış, satdıqları malların keyfiyyəti və qiyməti ilə bağlı heç bir alıcıdan şikayət daxil olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan olunaraq tədqiq olunmuş Şahid9, X16, Şahid29, Şahid31, Şahid32, Şahid35 və Şahid36 oxşar məzmunlu ifadələr vermişlər (cild 2, iş vərəqə 155-156; cild 3, iş vərəqə 50-52, cild 4, iş vərəqə 93-97, 103-106, 134-138, 170-174, 175-178). Məhkəmədə şahid qismində dindirilmiş Şahid19, Şahid20, Şahid22, Şahid23, Şahid24, X8, Şahid26, Şahid27, Şahid28, Şahid30 və Şahid33 Şahid18 Mirlətif qızı ilə oxşar məzmunlu ifadələr verərək işlədikləri dövrdə “xxxx” mağazalarında “xxxx Made in Turkey”, “Fendi” “Gucci”, “Valentino”, “Chanel” və digər tanınmış brendlərin etiketləri olan malların satıldığını, həmin malların etiket-yarlıqlarının dəyişdirilməsindən onların xəbərləri və məlumatlarının olmadığını, heç bir alıcının aldadılmadığını, heç bir müştəridən şikayət daxil olmadığını, hər kəsin bəyəndiyi geyim əşyasını seçib alaraq pulunu ödədiyini bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid34 göstərdi ki, o, 2013-cü ilin yay aylarında Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzindəki o zamanlar “xxxx” mağazalar şəbəkəsinə məxsus ofisə işə düzəlmişdir. Onu işə Təqsirləndirilən şəxs3 qəbul etmişdir. O, həmin ofisdə şifahi razılaşma əsasında işləmişdir, rəsmi müqavilə bağladığını xatırlamır. İşi anbara daxil olmuş malların sistem üzərindən dükanlara paylanması ilə bağlı xüsusi terminal vasitəsi ilə qeydiyyatın aparılmasından ibarət olmuşdur. Buna görə o, ilkin olaraq 500 manat aylıq əmək haqqı almışdır. “xxxx” mağazalar şəbəkəsinin rəhbərləri olan Emil və Rövşən İsmayılov qardaşlarından çox təsadüfi hallarda birbaşa hansısa bir tapşırıq almışdır. Belə ki, Emilgil əsasən ölkədə olmadıqları üçün tapşırıqların çoxunu onların adından Təqsirləndirilən şəxs3 almışdır. O, heç bir maliyyə işinə qarışmamışdır. Sonradan “xxxx” mağazalar şəbəkəsi böyümüş və biznesləri inkişaf etmişdir. Ona görə də Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzində yeni anbar tikilmiş və ofis də həmin anbara keçmişdir. Həmin ofisdə o, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Valeh, sürücülər və fəhlələr işləmişlər. Həmin vaxtdan da o, Təqsirləndirilən şəxs2la tanış olmuş, lakin sonuncu ilə heç bir yaxın münasibəti olmamışdır. Belə ki, Ziyarət Səmədlə birlikdə maliyyə işlərinə baxdığına görə işçilərə əmək haqlarını da özü vermişdir. Ziyarət əmək haqqını verəndə camaatı incitdiyindən onun xahişinə əsasən əmək haqqını ona Səməd vermişdir. Təxminən 2017-ci ilin axırlarında Emil İsmayılov metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında özlərinə məxsus “xxxx” mağazasının 3-cü mərtəbəsində ofis açmış, bütün mühasibatlıq və inzibati işçilər, o cümlədən o da həmin ofisə keçmişdir. Həmin ofisdə ondan başqa Ziyarət, Şahid35, Şahid36 və Süsən Eyvazova işləmişlər. O, yenə də malların yerdəyişməsini, eləcə də yeri dəyişmiş malların dükanlarda qalığını yoxlamışdır. Ziyarət qeyri-rəsmi olaraq maliyyə məsələlərinə, o cümlədən mühasibatlıq, vergi ödənişləri, işçilərin işə qəbulu və digər inzibati işlərə nəzarət etmişdir. Ancaq Ziyarət maliyyə məsələlərinə Səmədlə birlikdə nəzarət etmişdir. O, yeni ofisə keçəndən sonra maaşı 1500 manat olmuş, maaşı yenə də Səməddən almışdır. Ziyarət və yaxud Səmədin icazəsi olmadan heç kim kassadan ödəniş edə bilməzdi. O, artıq ofisdə işlədiyi zaman “Binə” ticarət mərkəzindəki anbarda tikiş sexlərinin açıldığını və həmin sexlərə Emil İsmayılovun digər qardaşı Təqsirləndirilən şəxs1 nəzarət etdiyini eşitmişdir. Elnurla yaxın münasibəti olmamış, başqa ünsiyyətləri yaranmamışdır. Belə ki, onun işi ilə Elnurun işi arasında heç bir bağlantı olmamışdır. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərindən sonra eşitmişdir ki, Elnurun nəzarət etdiyi tikiş sexində Çindən müxtəlif növ qadın geyim paltarları idxal edərək Lökbatan qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 rəhbərliyi altında fəaliyyət göstərən “Binə” ticarət mərkəzindəki anbarda toplanmış və orada yerləşən tikiş sexində malların etiket-yarlıqları kəsilib yerində tanınmış geyim brendlərinin etiketləri tikilərək satılmışdır. Şəxsən o özü mallara baxdıqda buna heç vaxt fikir verməmiş və bundan məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kibercinayətlərə, saxta pul, sənəd, mal və məhsulların dövriyyəsinə qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid37 göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə işlədiyi baş idarəyə müraciət edərək ünvan 7 ünvanda yerləşən “xxxx Əcəmi-2” qadın geyim mağazasında aldadılaraq ona İtaliya və Türkiyədə istehsal edilmiş mallar adı ilə Çin istehsalı olan malların satıldığını bildirmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında xx xxxxxx 2019-cu il tarixdə əməliyyat qrupu yaradılaraq dəvət olunmuş hal şahidlərinin iştirakı ilə qeyd olunan ünvanda yerləşən mağazaya getmişlər. Mağazanın meneceri Şahid8 mağazadan Zərərçəkmiş şəxs verilmiş xx xxxxxx 2019-cu il tarixli kassa çeki təqdim olunduqda Şahid8 həmin vaxt dükanın xəzinədarı Şahid28 işdə olmadığından onun özünün müştəridən pulu təhvil alıb kassa çekini təqdim etdiyini bldirmişdir. İlkin araşdırma zamanı məlum olmuşdur ki, Zərərçəkmiş şəxs satılmış mallar faktiki olaraq Çində istehsal olunaraq ölkəyə idxal edilmiş, “xxxx” mağazalar şəbəkəsinə aid “Binə” ticarət mərkəzində yerləşən anbardakı tikiş sexində etiketləri Türkiyə və Avropanın digər ölkələrindəki tanınmış brendlərin etiketlərinə dəyişdirilmiş, saxta əmtəə nişanları olan məhsullar alıcılar aldadılmaqla mağazalar şəbəkəsinə aid dükanlarda satılmışdır. Həmçinin məlum olmuşdur ki, “xxxx” mağazalar şəbəkəsinin rəhbərləri Emil və Rövşən İsmayılovlar qardaşlarıdır. Mağazaların bütün rəsmi və qeyri-rəsmi sənədləri “xxxx Əcəmi- 1” mağazasında yerləşən ofisdə Təqsirləndirilən şəxs2 tərəfindən aparılmışdır. Odur ki, dükana baxış keçirilmiş və saxta əmtəə nişanlı məhsulların olması aşkar edilmişdir. Bundan sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, düzgün yazılması imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kibercinayətlərə, saxta pul, sənəd, mal və məhsulların dövriyyəsinə qarşı mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid38 Şahid37 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid39 göstərdi ki, o, Zərərçəkmiş şəxs müraciəti əsasında xx xxxxxx 2019-cu il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərində hal şahidi qismində iştirak etmişdir. Belə ki, polis əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “xxxx Əcəmi-2” mağazasına gedərək həmin mağazadan Zərərçəkmiş şəxs verilmiş xx xxxxxx 2019-cu il tarixli kassa çekini menecer Şahid8 təqdim etmişlər. Şahid8 bildirmişdir ki, həmin vaxt dükanın xəzinədarı Şahid28 işdə olmadığından o, özü müştəridən 1046 manat pulu təhvil alıb kassa çekini təqdim etmişdir. Oradakı danışıqlardan başa düşmüşdür ki, Zərərçəkmiş şəxs satılmış mallar faktiki olaraq Çin istehsalı olan və “xxxx” mağazalar şəbəkəsinə aid “Binə” ticarət mərkəzində yerləşən anbardakı tikiş sexində etiketləri Türkiyə və digər ölkələrdəki tanınmış brendlərin etiketlərinə dəyişdirilərək saxta əmtəə nişanları olan paltarlar mağazalar şəbəkəsinə aid dükanlarda alıcılara satılmışdır, mağazaların mühasibatlığı isə Təqsirləndirilən şəxs2 tərəfindən aparılmışdır. Odur ki, dükana baxış keçirilmiş və saxta əmtəə nişanlı məhsulların olması aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün yazılması imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kibercinayətlərə, saxta pul, sənəd, mal və məhsulların dövriyyəsinə qarşı mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid40 göstərdi ki, Zərərçəkmiş şəxs müraciəti əsasında aparılan araşdırma zamanı xx xxxxxx 2019-cu il tarixdə əməliyyat qrupu yaradılaraq dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin ərazisindəki “xxxx” mağazalar şəbəkəsinə aid iki mərtəbəli tikiliyə yaxınlaşmışlar. Həmin tikilidə anbar və tikiş sexi yerləşmişdir. Özünü tikiş sexinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs1 özlərini təqdim edərək anbara və tikiş sexinə baxış keçirmək istədiklərini bildirmişlər, sonuncu da buna etiraz etməyərək bu barədə ərizə yazıb onları tikiş sexinə dəvət etmişdir. Baxış zamanı tikiş sexində 32 ədəd tikiş maşını, digər otaqda isə iki nəfər qadın işçinin geyimlərin etiket və yarlıqlarını dəyişdirdiyi aşkar edilmişdir. Belə ki, sexdə dərzi işləyən Şahid6 və Şahid7 “xxxx” mağazalar şəbəkəsinin rəhbərləri Emil və Rövşən İsmayılov qardaşlarının tapşırığı və Təqsirləndirilən şəxs1 gündəlik nəzarəti ilə Çində istehsal olunmasını əks etdirən etiket-yarlıqları Türkiyənin və digər ölkələrin tanınmış brendlərin, o cümlədən “Dolce&Gabbana”, “Chanel”, “xxxx Made in Turkey”, “Fendi” və sair etiketlərə dəyişdirmiş, sonra da mağazalarda alıcılara satmışlar. Baxış zamanı tikiş sexində təxminən 300000 ədəd müxtəlif etiket yarlıqlar və çoxlu sayda etiketləri dəyişdirilmiş geyim əşyaları aşkar edilmişdir. Həmçinin sexin ikinci mərtəbəsindəki kompyuter otağında Şahid1 paltarlara tikilməsi üçün onun tərkibini, ölçüsünü, “Made in Turkiye”, “Made in İtaly” yazılarını çap edən xüsusi printeri aşkar edilmişdir. Həmin printer kompyuterlə birlikdə sübut əhəmiyyəti kəsb etdiyindən hal şahidlərinin iştirakı ilə götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün yazılması imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kibercinayətlərə, saxta pul, sənəd, mal və məhsulların dövriyyəsinə qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid41 Şahid40 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid42 göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirlərində hal şahidi qismində iştirak etmişdir. Belə ki, onun və digər hal şahidinin iştirakı ilə polis əməkdaşları Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin ərazisindəki “xxxx” mağazalar şəbəkəsinə aid iki mərtəbəli tikiliyə yaxınlaşaraq özünü həmin yerdəki tikiş sexinin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxs1 tikiş sexinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs1 buna etiraz etməyərək bu barədə ərizə yazıb onları tikiş sexinə dəvət etmişdir. Baxış zamanı tikiş sexində 32 ədəd tikiş maşını, digər otaqda isə iki nəfər qadın işçinin geyimlərin etiket və yarlıqların dəyişdirməsi aşkar edilmişdir. Sexdə dərzi işləyən Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs1 gündəlik nəzarəti ilə Çində istehsal olunmasını əks etdirən etiketyarlıqları Türkiyə və başqa ölkələrdəki tanınmış brendlərin etiketləri ilə dəyişdirmələri, sonra da alıcılara satılması müəyyən edilmişdir. Tikiş sexində çoxlu sayda müxtəlif etiket yarlıklar və etiketləri dəyişdirilmiş geyim əşyaları aşkar edilmişdir. Həmçinin sexin ikinci mərtəbəsində kompyuter otağında xüsusi printeri aşkar edilmişdir. Həmin xüsusi printer kompyuterlə birlikdə onların iştirakı ilə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis əməkdaşlarından biri tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, düzgün yazılması imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid43 Fəxrəddinoviç xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin ərazisindəki “xxxx” mağazalar şəbəkəsinə aid anbar və tikiş sexinə baxış keçirilməsində hal şahidi qismində iştirak etdiyini bildirərək Şahid42 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kibercinayətlərə, saxta pul, sənəd, mal və məhsulların dövriyyəsinə qarşı mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid44 göstərdi ki, Zərərçəkmiş şəxs müraciəti əsasında aparılan araşdırma zamanı xx xxxxxx 2019-cu il tarixdə hal şahidlərinin iştirakı ilə ünvan 8 ünvanda yerləşən “xxxx Əcəmi-1” dükanının üçüncü mərtəbəsində yerləşən “xxxx” şirkətinin ofisinə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ofisdə mühasibatlıq işlərinə qeyrirəsmi olaraq Təqsirləndirilən şəxs2 nəzarət edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 mağazalar şəbəkəsində malların satışı ilə bağlı 1C mühasibatlıq proqramına nəzarət etdiyini bildirərək 2015, 2016, 2017, 2018 və 2019-cu ilin 24 yanvar tarixinə kimi mağazalar üzrə satış fayllarını təqdim etmişdir. Araşdırma zərurəti ilə əlaqədar server kompyuter yaddaşından 1C proqramı xard disk prosessora köçürülərək götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün yazılması imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid45 göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 9 ünvanda yerləşən “xxxx Əcəmi-1” mağazasının üçüncü mərtəbəsində yerləşən “xxxx” şirkətinin ofisinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Baxış zamanı məlum olmuşdur ki, ofisdə mühasibatlıq işlərinə Təqsirləndirilən şəxs2 nəzarət etmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 mağazalar şəbəkəsində malların satışı ilə bağlı 1C mühasibatlıq proqramına nəzarət etdiyini bildirərək 2015-ci ildən 2019-cu ilin 24 yanvar tarixinə kimi mağazalar üzrə satış fayllarını təqdim etmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən server kompyuter yaddaşından 1C proqramı xard disk prosessora köçürülərək götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş protokol ucadan oxunmuş, düzgün yazılması imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X29 xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən ünvan 9 ünvanda yerləşən “xxxx Əcəmi-1” dükanının üçüncü mərtəbəsində yerləşən “xxxx” şirkətinin ofisinə baxış keçirilməsində hal şahidi qismində iştirak etdiyini bildirərək Şahid45 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanda yerləşən “xxxx Əcəmi-2” dükanına baxış keçirilərkən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs satılmış mallar faktiki olaraq Çin Xalq Respublikasında istehsal olunaraq ölkəyə idxal edilmiş və “xxxx” mağazalar şəbəkəsinə aid “Binə” ticarət mərkəzində yerləşən anbardakı tikiş sexində etiketləri Türkiyə və Avropanın digər ölkələrindəki tanınmış brendlərin etiketlərinə dəyişdirilərək saxta əmtəə nişanları olan məhsullar mağazalar şəbəkəsinə aid dükanda istehlakçı aldadılmaqla satılmışdır (cild 1, iş vərəqə 8). Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin ərazisindəki “xxxx” mağazalar şəbəkəsinə aid iki mərtəbəli tikilinin içərisində anbar və tikiş sexinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 rəhbəri olduğu tikiş sexində 32 ədəd tikiş maşını, digər otaqda isə iki nəfər qadın işçinin geyimlərin etiket və yarlıqlarının dəyişdirməsi aşkar edilmişdir. Belə ki, sexdə dərzi işləyən Şahid6 və Şahid7 “xxxx” mağazalar şəbəkəsinin rəhbərləri Emil və Rövşən İsmayılov qardaşlarının tapşırığı və Təqsirləndirilən şəxs1 gündəlik nəzarəti ilə Çində istehsal olunmasını əks etdirən etiket-yarlıqları Türkiyə və Avropanın digər ölkələrindəki tanınmış brendlərin, o cümlədən “Dolce&Gabbana”, “Chanel”, “xxxx Made in Turkey”, “Fendi” və sair etiketlərinə dəyişdirmələri müəyyən edilmişdir. Baxış zamanı tikiş sexində təxminən 300000 ədəd müxtəlif etiket yarlıqlar və çoxlu sayda etiketləri dəyişdirilmiş geyim əşyaları aşkar edilərək götürülmüşdür. Həmçinin sexin ikinci mərtəbəsində kompyuter otağında paltarlara tikilməsi üçün onun tərkib, ölçü, Made in Turkiye, Made in İtaly yazıları çap edən xüsusi printer aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 11). Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və maddi sübutun götürülməsi barədə xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə ünvan 8 ünvanda yerləşən “xxxx Əcəmi-1” dükanının üçüncü mərtəbəsində yerləşən “xxxx” şirkətinin ofisinə baxış keçirilən zaman məlum olmuşdur ki, ofisdə mühasibatlıq işlərinə qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs2 nəzarət edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 mağazalar şəbəkəsində malların satışı ilə bağlı 1C mühasibatlıq proqramına nəzarət etdiyini bildirərək 2015, 2016, 2017, 2018 və 2019-cu ilin 24 yanvar tarixinə kimi mağazalar üzrə və ümumi faktiki satış fayllarını təqdim etmişdir. Araşdırma zərurəti ilə əlaqədar server kompyuter yaddaşından 1C proqramı xard disk prosessora köçürülərək götürülmüşdür (cild 1, iş vərəqə 13). İstintaq zamanı X6 və qeyrilərinin istifadəsində olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin ərazisindəki “xxxx” mağazalar şəbəkəsinə aid anbarda, ünvan 10 ünvanda, ünvan 11nov rayonu, Təbriz küçəsi 106 saylı ünvanda fəaliyyət göstərən “Metropark” Ticarət və Əyləncə mərkəzində, ünvan 13 ünvanda, ünvan 14 küçəsi 370E saylı ünvanda olmaqla ünvan 16 mikrorayon, H.Hüseynov küçəsi 13 saylı ünvanda, ünvan 18yonu, Cavadxan küçəsi 34A saylı ünvanda fəaliyyət göstərən “xxxx” mağazalarında axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilmiş və oradan 187 adda əmtəə yarlıqları dəyişdirilmiş müxtəlif növ qadın geyim əşyaları aşkar edilməklə götürülmüşdür (cild 1, iş vərəqə 98-115, 184-245). Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi 15 saylı ünvanda yerləşən “xxxx” mağazalar şəbəkəsinə aid ofisdə axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilərkən mağazalar şəbəkəsinin gündəlik fəaliyyətinə və satışına nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulan serverin yaddaş diskləri, o cümlədən HP Cisca-24 port, Router-5 port, Procall Swich-16 port, HP Skitch-2530-24 port, 2 ədəd DVR, 4 ədəd HP DL 320 serverin HDD-ləri, TP Link c və 4 ədəd “Qnap” yaddaş diskləri aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 184-183). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 3100 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 10 adda qadın geyim əşyalarının üzərindəki əmtəə nişanları və coğrafi göstəricilərin qeyd olunduğu etiket-yarlıqlarındakı məlumatlar həmin malların üzərindəki ştrixkodlardakı məlumatlara uyğun deyil. Təqdim olunan 10 adda geyim əşyalarının ümumi dəyəri 1046 manat təşkil edir (cild 1, iş vərəqə 246-250). xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, “xxxx” adı altında mağazalar şəbəkəsinin fəaliyyətinə faktiki rəhbərlik “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) direktoru X13 tərəfindən həyata keçirilmiş, əldə olunmuş gəlirlər X9 təhvil verilmiş, bu iş üzrə adı keçən digər şəxslər isə yardımçı xidmətləri göstərmişdir. Bununla əlaqədar olaraq “xxxx” geyim mağazaları şəbəkəsi üzrə əldə olunmuş gəlirlər üzrə vergi öhdəlikləri “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanır. “xxxx”Məhdud Məsuliyyətli Cəmiyyət xx xxxxxx 2013-cü il tarixdə VÖEN alaraq vergi orqanında qeydiyyata alınmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı: AZ1154, ünvan 20y Sharm” Məhdud Məsuliyyətli Cəmiyyəti araşdırılan dövr üzrə dövlət büdcəsinə ödəməkdən yayındırdığı verginin məbləği ödənişləri çıxılmaqla 6290048,40 manat təşkil edir (cild 2, iş vərəqə 157-311). Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2019-cu il tarixli 11939 nömrəli rəyindən görünür ki, cinayət təqibi həyata keçirilən şəxslərə aid mağaza və saxlanc yerlərindən aşkar edilərək götürülmüş sənədlərin və elektron məlumat daşıyıcıları əsasında rəy verilərkən yalnız xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyinə birbaşa istinad edilməklə rəydə göstərilənlər təkrarlanmış və eyni məzmunda nəticə təkrarlanaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə ödəməkdən yayındırdığı verginin məbləği ödənişləri çıxılmaqla ******* (6516829,39-226780,99) manat kimi müəyyən edildiyi göstərilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2019-cu il tarixli 11702 nömrəli rəyindən görünür ki, “xxxx” mağazaları şəbəkələrindən aşkar edilərək götürülməklə tədqiqata təqdim edilmiş 187 adda müxtəlif tikili malların yarlıklarının ştrix kodları faktiki mala və istehsalçıya aid deyildir (cild 3, iş vərəqə 173-180). Cinayət təqibi ilə bağlı bütün halların, o cümlədən Zərərçəkmiş şəxs təqdim etdiyi 10 adda, eləcə də “xxxx” mağazaları şəbəkələrindən aşkar edilərək götürülmüş 187 adda müxtəlif tikili malların istehsal yerini, əmtəə-keyfiyyət göstəricilərini və buna müvafiq olaraq hazırkı keyfiyyətdə respublika daxili orta satış qiymətini və sairi müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli 42 nömrəli aktda qeyd edilmişdir ki, baxışa təqdim edilmiş 187 adda müxtəlif çeşidli və Zərərçəkmiş şəxs təqdim etdiyi 10 adda tikili məmulatların üzərlərinə bərkidilmiş yarlıklar (etiketlər), yəni fabrik-zavod üsulu ilə istehsal edilmiş məmulatlara aid olmayan, istehsal yeri və əmtəə nişanı dəyişdirilmiş, adi sex şəraitində istehsal edilmiş orta keyfiyyətli tikili məmulatlara aiddir. Zərərçəkmiş şəxs təqdim etdiyi 10 adda tikili məmulatların üzərlərinə bərkidilmiş yarlıklarda göstərilən qiymətlər həmin məmulatların adi sex şəraitində istehsal edilməsi və orta keyfiyyətli olması nəzərə alınmaqla müəyyən edilmiş real orta bazar qiymətləri ilə (537 manat) müqayisə edildikdə, yarlıkda qeyd edilən qiymətlərin 509 manat (1046-537) məbləğində şişirdilməsi müəyyən edilmişdir (cild 2, iş vərəqə 13-14). İş üzrə təyin edilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 23191 nömrəli rəyindən görünür ki, cinayət işi üzrə verilmiş xx xxxxxx 2019-cu il tarixli 3100 nömrəli və xx xxxx 2019-cu il tarixli 11702 nömrəli rəylərində qeyd edildiyi kimi, “xxxx” mağazaları şəbəkələrindən yığılaraq, tədqiqata təqdim edilmiş 187 adda müxtəlif tikili malların (don, kofta, palto, yubka, xəz və sair) yarlıklarının ştrix kodları faktiki mala və istehsalçıya aid deyil. Digər tərəfdən yarlıklarında məmulatın İtaliyanın tanınmış “Valentino”, Fransanın “Dolce Gabanna” firmasında, Türkiyədə istehsal edildiyi göstərilsə də, məmulatın xarici görünüşü, istifadə edilən parçanın, aksesuarların keyfiyyəti, istehsal qüsurları (eyni adlı cüt hissələrin müxtəlif ölçülü olması, istehsal qalıqlarının təmizlənməməsi) və digər nöqsanlar etiket göstəricilərinə cavab vermir. Bundan əlavə, zavod üsulu ilə istehsal edilmiş tikili məmulatın astar hissəsinə üstündə parçanın tərkibinə dair məlumat olan etiket tikildiyi halda, baxışa təqdim edilmiş məmulatlarda belə etiket yoxdur. Bu isə belə qənaətə gəlməyə imkan verir ki, tədqiqata təqdim edilmiş 187 adda tikili mallar etiketdə qeyd edilən istehsalçılar tərəfindən deyil, adi sex şəraitində istehsal edilmişlər. xx xxxxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, “xxxx” mağazalar şəbəkəsindən yığılmış və baxışa təqdim edilmiş 187 çeşiddə, 7755 ədəd tikili məmulatlar iri politelin torbalara yığılmış şəkildə tikiş sexinin birinci mərtəbəsində saxlanır. Bu sahədə saxlanan kardon karobkalarda külliü miqdarda tikili məmulatların üzərinə bərkidilmiş yarlıklarla eyni olan, üzərində “xxxx” yazısı yazılmış, istifadə olunmamış (təzə) yarlıqların saxlandığı müşahidə olunmuşdur. Bununla da, baxışa təqdim edilmiş 187 çeşidli, 7755 ədəd tikili məmulatlar, üzərinə bərkidilmiş yarlıklara, yəni fabrik-zavod üsulu ilə istehsal edilmiş məmulatlara aid olmayan, istehsal yeri və əmtəə nişanı saxtalaşdırılmış, adi sex şəraitində istehsal edilmiş orta keyfiyyətli tikili məmulatlara aid olmaması müəyyən edilir. Zərərçəkmiş şəxs təqdim etdiyi 10 adda müxtəlif tikili məmulatlarının adi sex şəraitində istehsal edilməsi və orta keyfiyyətli olması nəzərə alınmaqla müəyyən edilmiş real orta bazar qiymətləri ilə (537 manat) müqayisə edildikdə, yarlıqda qeyd edilən qiymətlərin 509 manat (1046-537) məbləğində artırılması müəyyən edilir (cild 4, iş vərəqə 111-125). Məhkəmə istintaqının gedişində “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertmühasibi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 343 saylı ekspert rəyindən müəyyən olunur ki, mühasibat uçotu qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin tədqiqi metodu əsasında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2015-ci ildən xx.xx.2018-ci il tarixədək olan dövrdə elekron fayl (qara mühasibatlıq) məlumatları üzrə normativ sənədlər və digər qanunvericilik aktlarının tələblərinə əsasən vergidən yayınma hallarının olub-olmaması araşdırılmışdır. Hal-hazırki ekspertiza məhkəmə araşdırılması zamanı müəyyən edilmiş halları nəzərə alaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsini, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu (maddə 2.1.6), “Sənədlər və sənəd dövriyyəsi haqqında” normativ sənədi rəhbər tutaraq aparılan tədqiqat üzrə qeyd olunur ki, mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə vergi və digər hesabatların tərtib edilməsi məqsədilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Mühasibat ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqatdır. İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Mühasibat uçotunda əks etdirilən ilkin sənədlərdə onların təkrar istifadəsinin mümkünlüyünü istisna edən qeydlər olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti” barədə 56.1 maddəsində bildirilir ki, “vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəliyi yarana bilməz. Bu baxımdan Vergi Məcəlləsinin qeyd olunan maddəsinə əsasən 2015-ci il üzrə vergilərin və maliyyə sanksiyalarının hesablanıb şəxsdən tələb edilməsi əsaslı hesab edilə bilməz. İş materiallarından göründüyü kimi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqlarla Mübarizə İdarəsinin İstintaq Şöbəsi tərəfindən “xxxx” adı altında fəaliyyət göstərən geyim mallarının pərakəndə satışı mağazaları üzrə aparılan cinayət işinə əlavə edilmiş elektron fayl (qara mühasibatlıq) sənədlərinin məlumatları əsasında xx.xx.2015-xx.xx.2018-ci hesabat dövrü üzrə satış dövriyyəsinin ümumilikdə 38331649,41 manat (ƏDV daxil) və vergi ödəyicisinin təqdim etdiyi bəyannamə məlumatları üzrə satış dövriyyəsinin 1238615,75 manat olduğu müəyyən edilmişdir. Təqdim olunmuş sənədlər ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (şirkət) ilə “FEN-ka” və “FEN-ka XL” şirkətləri arasında xx.xx.2015-ci il tarixli “satış sözləşməsi” bağlanmış, sözləşmənin 2-ci bəndinə əsasən “xxxx” tərəfindən qəbul edilən malların dəyərinin satıldıqca ödəniləcəyi, habelə sənədin 3cü bəndində sezon sonunda satılmayan malların geri qaytarılması razılaşdırılmışdır. Bu razılaşmaya əsasən 2016-2018-ci illərdə malların geri qaytarılmasına dair məhkəməyə təqdim edilmiş sənədlərə əsasən cəmi 12850255,94 manat dəyərində mal geri qaytarılmışdır. O cümlədən: 2016-cı ildə 7591095,60 manat (15.08;01.09;15.09;05.10;21.11 2016-cı il tarixli sənədlərlə); 2017-ci ildə 2799792,44 manat (15.07;01.08;20.11;23.11;14.12 2017-ci il tarixli sənədlərlə); 2018-ci ildə 2459367,90 manat (29.10;20.12;20.12; və 29.12. 2018-ci il tarixli sənədlərlə). Elektron fayllar (qara mühasibatlıq) üzrə uçota alınmış və ibtidai istintaq zamanı satış dövriyyəsinə aid edilmiş malların qeyd olunan sənədlər əsasında geri qaytarıldığı məhkəmə araşdırılması ilə sübut olunduğu təqdirdə 2016-2018-ci illər üzrə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində mal qalığı 14272337,99 manat təşkil edir. O cümlədən: 2016-cı il üzrə 1285715,13 (8876810,73-7591095,60) manat; 2017-cı il üzrə 5882602,63 (8682395,07-2799792,44) manat; 2018-ci il üzrə 7104020,23 (9563388,13-2459367,90) manat. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində elektron fayllarda (qara mühasibatlıq) uçota alınmış mallara orta hesabla 30% ((20+30+40):3) ticarət əlavəsinin edildiyi nəzərə alınmaqla 2016-2018-ci illər üzrə malların alış qiyməti ilə dəyəri 9990636,59 (14272337,99-4281701,40) manat müəyyən edilir. O cümlədən: 2016-cı il üzrə 900000,59 (1285715,13-385714,54) manat; 2017-ci il üzrə 4117821,84 (5882602,63-1764780,79) manat; 2018-ci il üzrə 4972814,16 (7104020,23-2131206,07) manat. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanına müraciət edərək xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixədək olan dövrdə fəaliyyətini dayandırmışdır. Vergi orqanı tərəfindən qeyd olunan dövrdə şirkətdə operativ və ya səyyar vergi yoxlamaları aparıldığı iş materiallarından görünmür. Digər tərəfdən iş materiallarından ibtidai istintaq zamanı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində faktiki mal qalıqlarının yoxlanılmasının (inventarizasiyasının) aparıldığı müəyyən edilmir. 2016-2018-ci illərdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mal göndərənlərə malların geri qaytarılması hallarının mövcudluğu və faktiki mal qalıqlarının yoxlanılmadığı hallar nəzərə alınaraq elektron fayllarda (qara mühasibatlıq) uçota alınmış malları satış dövriyyəsinə aid edib ƏDV və digər vergilərin hesablanması əsaslı hesab edilə bilməz. Bu baxımdan ekspertiza tədqiqatı ilə müəyyən edilir ki, vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Vergi Məcəlləsinin 58 və 71-ci maddələrinin, “Mühasibat uçotu haqqında” Qanunun, habelə “Sənədlər və sənəd dövriyyəsi haqqında” normativ sənədin tələblərinə əməl edilməmiş, yəni ticarət şəbəkəsinə mədaxil edilmiş mallar nəzarət-kassa aparatlarında uçota alınmamışdır. Malların nəzarət-kassa aparatlarında uçota alınmamasına görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alış məbləğinin 10% miqdarında maliyyə sanksiyası tətbiq edilməlidir. Beləliklə, ticarət şəbəkəsinə malların nəzarət-kassa aparatlarında deyil, elektron fayllarda (qara mühasibatlıq) uçota alındığına görə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə malların alış məbləğinin 10% miqdarında tətbiq edilməli olan maliyyə sanksiyasının məbləği 999063,66 (9990636,59x10%) manat müəyyən edilir. O cümlədən: 2016-cı il üzrə 90000,06 (900000,59x10%) manat; 2017-ci il üzrə 411782,14 (4117821,84x10%) manat; 2018-ci il üzrə 497281,42 (4972814,16x10%) manat. Bununla da, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində işin bütün zəruri halları nəzərə alınmaqla, xx.xx.2015-ci ildən xx.xx.2018-ci il tarixədək olan dövrdə elektron fayl (qara mühasibatlıq) məlumatları üzrə normativ sənədlər və digər qanunvericilik aktlarının tələblərinə əsasən ticarət şəbəkəsinə malların nəzarət-kassa aparatlarında deyil, elektron fayllarda (qara mühasibatlıq) uçota alındığına görə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə malların alış məbləğinin 10% miqdarında tətbiq edilməli olan maliyyə sanksiyasının məbləği 999063,66 (9990636,59x10%) manat müəyyən edilir. O cümlədən: 2016-cı il üzrə 90000,06 (900000,59x10%) manat; 2017-ci il üzrə 411782,14 (4117821,84x10%) manat; 2018-ci il üzrə 497281,42 (4972814,16x10%) manat. Göründüyü kimi, xx xxx 2019-cu il tarixli 11939 saylı ekspert rəyində xx.xx.2015xx.xx.2019-cu il dövrü üzrə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 6.290.048 (6.516.829,39-226.780,99) manat vergi məbləğinin dövlət büdcəsinə ödənilməkdən yayındırıldığı qeyd edilmiş, xx xxxxxx 2020-ci il tarixli 343 saylı ekspert rəyində isə vergidən yayınma halının olmadığı, ticarət şəbəkəsinə mədaxil edilmiş malların nəzarətkassa aparatlarında uçota alınmadığının müəyyən edildiyi, bu şəkildə uçota alınmamaya görə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 999063,66 (9990636,59x10%) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməli olduğu göstərilmişdir. Yəni, iki ayrı-ayrı ekspert rəyində konkret vergi ödəyicisinin fəaliyyətində hansı hala - vergidən yayınmaya, yoxsa ticarət şəbəkəsinə mədaxil edilmiş malların nəzarət-kassa aparatlarında uçota alınmamasına yol verilməsi ilə bağlı fərqli mövqe ifadə olunmuşdur. Ona görə də iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma hallarının olub-olmaması, əgər olmuşdursa hansı dövrdə, hansı növdə və hansı məbləğdə yayınmalar olması, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ticarət şəbəkəsinə mədaxil edilmiş malların nəzarət-kassa aparatlarında uçota alınmaması hallarının olubolmaması, əgər olmuşdursa, hansı dövrdə və hansı miqdarda uçota alınmamaya yol verilməsi, bu halda maliyyə sanksiyasının tətbiqi məsələsi və məbləği ilə bağlı məsələnin aydınlaşdırılması ilə bağlı konkret suallar qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 9/5399 №-li rəydə qeyd olunan suallar ətrafında ətraflı əsaslandırma verilərək, xx xxxxxx 2020-ci il tarixli 343 saylı ekspert rəyində göstərilənlər təsdiq edilmiş və bu nəticəyə gəlinmişdir ki, əsaslandırmada qeyd olunanlar, o cümlədən, elektron fayllarda (qara mühasibatlıq) uçota alınmış və ibtidai istintaq zamanı satış dövriyyəsinə aid edilmiş malların “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (şirkət) ilə “FEN-ka” və “FEN-ka XL” şirkətləri arasında xx.xx.2015-ci il tarixli satış sözləşməsi əsasında geri qaytarıldığı, həmçinin Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri də nəzərə alındıqda, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma halları deyil, ticarət şəbəkəsinə mədaxil edilmiş malların nəzarət-kassa aparatlarında uçota alınmaması halları müəyyən edilir. Belə olduğu halda Vergi Məcəlləsinin 58.5.2-ci maddəsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə malların alış məbləğinin 10%-i miqdarında maliyyə sanksiyası tətbiq edilməlidir və iş materiallarına əsasən tətbiq edilməli olan həmin maliyyə sanksiyasının məbləği 999063,66 (9990636,59x10%) manat müəyən edilir. O cümlədən: 2016-cı il üzrə 90000,06 (900000,59x10%) manat; 2017-ci il üzrə 411782,14 (4117821,84x10%) manat; 2018-ci il üzrə 497281,42 (4972814,16x10%) manat. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar (cild 3, iş vərəqə 5-8). Yaşayış yerləri üzrə verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müsbət xarakterizə olunurlar (cild 5, iş vərəqə 222, 226, 240). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2013-cü il təvəllüdlü iki azyaşlı uşağı, Təqsirləndirilən şəxs3 himayəsində 2006, 2007 və 2018-ci il təvəllüdlü üç azyaşlı uşağı var (cild 5, iş vərəqə 223-225, 227-230). Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etməyə, mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətməyə hazırlıq işləri həyata keçirməyə, özgənin əmtəə nişanından və əmtəənin mənşə yerinin adından istifadə etməklə külli miqdarda ziyan vurmaya, mütəşəkkil dəstə halında xüsusilə külli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci, 28,178.3.1ci, 28,178.3.2-ci, 197.2-ci və 213.3-cü maddələri ilə ittiham elan edilmişdir. Amma təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci, 28,178.3.1-ci, 28,178.3.2-ci və 213.3-cü maddələri ilə ittihamlar üzrə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında qeyd olunan ittihamları təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.1-ci, 28,178.3.1-ci, 28,178.3.2-ci və 213.3-cü maddələri ilə bağlı ittihamların əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bununla belə, elan edilmiş ittihamları təsdiq edən sübut növləri kimi sadalananlar yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197.2-ci və 200.2.2-ci maddələri ilə müəyyən edilmiş əməllərin törədildiyini təsdiq edir. Məhkəmə, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməllərinin tövsifi zamanı yanlışlığa yol verilməsi halları ilə bağlı gəldiyi nəticəni əsaslandırarkən qeyd edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid mağazalar şəbəkəsi tərəfindən satılan paltarların - qadın geyimlərinin həqiqi mənşəyini və başqa xassələrini əks etdirən əmtəə nişanları və coğrafi göstəricilərin qeyd olunduğu etiket-yarlıqların bir çox hallarda kəsilərək əvəzində bu əmtəələrin guya Türkiyə Respublikasında və digər dövlətlərdə fabrik-zavod üsulu ilə istehsal olunmasına dair əmtəə nişanları və coğrafi göstəricilərin qeyd olunduğu hazır etiket-yarlıqları tikilməklə satılması işin mübahisəsiz halıdır. Bu əməl isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-cü maddəsinin dispozisiyası ilə (istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma) tam əhatə olunur. Həm də təqsirləndirilən şəxslərin əməlləri bu hissədə həmin cinayətin tövsifedici əlamətini nəzərdə tutan 200.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə tövsif olunmalıdır. Yəni, konkret halda təqsirləndirilən şəxslər etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirməmiş və ya əmlak hüquqlarını əldə etməmişlər. Dələduzluq cinayəti o zaman yaranır ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxslərə əməllərində qanunsuz sahibkarlıq cinayətinin əlamətləri mövcud olmadığı üçün qanunsuz sahibkarlıqla bağlı ittiham irəli sürülməmişdir və bu səbəbdən ümumiyyətlə aldadılma üsulu ilə dələduzluq əməlinin törədilib-törədilmədiyinin müzakirəsi də istisna olunur. Konkret halda həm də əməlləri araşdırılan şəxslərin özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətlərinə keçirmələri ilə bağlı hətta niyyətin mövcud ola bilməsi ehtimalı da istisna olunur. Gəlinmiş bu qənaət Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli 7 saylı qərarının izah və tövsiyələri ilə eyni mövqeni ifadə edir. Belə ki, həmin qərarının 12-ci bəndində göstərilir ki, şəxsin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla standartlara uyğun olmayan xidmət göstərərək və ya məhsul (məsələn, yeyinti məhsulları, içkilər və sair) istehsal edərək onların qiymətinə təsir göstərən əsl keyfiyyəti və xüsusiyyətləri barədə məlumatları mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlardan, həmçinin, ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslərdən və ya istehlakçılardan gizlətməklə onlara xidmət göstərməsi və ya məhsulları satması həm dələduzluq, həm də qanunsuz sahibkarlıq (CM-nin 192-ci maddəsi) kimi qiymətləndirilməlidir. Eyni əməllər qanuna müvafiq olaraq qeydiyyata alınmış mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən törədildikdə və istehlakçıya vrulmuş ziyan xeyli miqdar təşkil etdikdə həmin əməllər istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 200-ci maddəsi ilə tövsif edilir. İşin digər mübahisəsiz halı isə ondan ibarətdir ki, konkret vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış qanuni ticarət şəbəkəsi mövcuddur, həmin mağazalar şəbəkəsi rəsmi vergi ödəyicisidir, pərakəndə ticarətlə məşğuldur. İş üzrə yeganə zərərçəkmiş şəxs kimi tanınmış, istintaqın gəldiyi nəticəyə görə ona satılmış geyim əşyalarının artırılmış qiymətlərlə təklif olunması səbəbindən 509 manat zərər vurulduğu qeyd olunan müştəri Zərərçəkmiş şəxs başqa hər hansı istehlakçının nəinki geyim əşyalarının istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı, ümümiyyətlə fəaliyyətin hər hansı detalı ilə əlaqədar şikayəti də mövcud deyildir. Məhkəmə ibtidai istintaq orqanının geyim əşyalarının qiymətlərinin baha satılması ilə bağlı ittihamın hüquqi əsasının mövcud olmadığını da vurğulamağı zəruri hesab edir. Sərbəst bazar münasibətləri şəraitində özəl sahibkarlıq fəaliyyəti çərçivəsində pərakəndə ticarət zamanı qadın geyim əşyalarına konkret qiymət həddinin müəyyənləşdirilməli olmasını tələb edən hər hansı normativ sənəd mövcud deyildir. Ticarət obyektindən geyim əşyasının əldə edilməsi ilk növbədə mülki münasibətləri əks etdirən hüquqi müstəvidəki alqı-satqı müqaviləsidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 398-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Yalnız qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilə bilər. Konkret halda geyim əşyalarına isə heç bir tənzimlənən qiymətlər tətbiq olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 581-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Bu normanın tələbi hazırkı cinayət işi üzrə münasibətlərə yönəldildikdə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətini təmsil edən şəxslərin timsalında satıcı bu öhdəliyini qəsdən icra etməmişdir. Belə olan hal üçün qanunazidd əməlin qarşısının alınması və təqsirkarın cəzalandırılması üçün dövlət ilkin olaraq inzibati məsuliyyət müəyyən etmişdir. Təqsirləndirilən şəxslərin yol verdikləri əməl mal satan şəxslər tərəfindən malın istehlak xüsusiyyətinə, keyfiyyətinə dair istehlakçıların aldadılmasıdır. Bu dispozisiya elə birbaşa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Ticarət qaydaları əleyhinə olan inzibati xətalar” fəslində yerləşən 447-ci maddəsində olduğu kimi nəzərdə tutulmuşdur. Həmin maddədə müəyyən edilmiş “az miqdarda aldadılma” Qeyd hissəsinə əsasən üç yüz manatdan yuxarı olmayan məbləğ kimi nəzərdə tutulmuşdur. Qanunverici istehlakçının bu məbləğdən yuxarı olan məbləğdə aldadılmasını artıq cinayət cəzası təhdidi altına alaraq cinayət əməli kimi müəyyənləşdirib Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “İqtisadi fəaliyyət sahəsində olan cinayətlər” fəslində 200-cü maddədə nəzərdə tutmuşdur. Həmin maddə ilə nəzərdə tutulmuş cinayətin obyekti isə əmtəələrin (xidmətlərin) istehsalı və satışı prosesində istehsalçı və ya satıcı ilə istehlakçı arasında yaranan münasibətlərdir. Əlavə obyekt qismində istehlakçının həyat və sağlamlığı, habelə əmlak mənafeləri çıxış edir. Cinayət hüququ baxımından iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdən fərqli olaraq, bu cinayət tərkibində istehlak sahəsində yol verilən ictimai təhlükəli qəsdlərə görə məsuliyyət müəyyən edilmişdir. Belə qəsdlər, bir tərəfdən istehlakçıların aldadılması yolu ilə istehsalçının və ya satıcının əsassız varlanması ilə, digər tərəfdən isə pis keyfiyyətli əmtəələrin (xidmətlərin) satışı nəticəsində istehlakçıların həyatı və sağlamlığına zərər vurulması ilə təhlükəlidir. Beləliklə, cinayət işi üzrə zərərçəkmiş şəxs - müştəri Zərərçəkmiş şəxs qarşı törədilmiş əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə tövsif edilməsi qanuni və əsaslıdır. Yuxarıda şərh olunanlar nəzərə alınmaqla hələ satılmamış olan mağaza salonlarında və anbardakı olan mallara görə irəli sürülmüş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28,178.3.1-ci, 28,178.3.2-ci maddələri üzrə ittihamların da əsassız olması mübahisə doğurmur. Digər tərəfdən o da qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28.2-ci maddəsinə əsasən yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-cü maddəsində nəzərdə tutulmuş əməl isə böyük ictimai təhlükə törətməyən cinayətdir. Ona görə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-cü maddəsinə münasibətdə cinayətə hazırlıqla bağlı ittiham irəli sürülməsi və şəxsin təqsirli bilinməsi yolverilməzdir. Məhkəmə bir daha qeyd edir ki, ibtidai istintaq orqanının topladığı bütün sübutlar faktiki olaraq məhz istehlakçıların aldadılması əməlinin sübuta yetirilməsinə xidmət edir. Amma ibtidai istintaqın yekununda həm də ağır cinayətin törədilməsində təqsirləndirilən şəxslərin əməllərinə yekun hüquqi qiymət verilərkən sübutların qiymətləndirilməsi qərarında istehlakçıları aldatma əməlinin subyektinin xüsusi olduğu, yəni maddənin dispozisiyasında birbaşa göstərildiyi kimi bu, mal satan və ya əhaliyə xidmət göstərən təşkilatların müvafiq işçilərinin, habelə ticarət sahəsində fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslərin ola biləcəyi, ona görə də təşkilatın satışla məşğul olmaq hüququ olmayan işçisi və ya fərdi sahibkar kimi qeydiyyata alınmamış vətəndaş tərəfindən istehlakçını aldatmanın dələduzluq kimi tövsif edilməli olması fikri ifadə edilmişdir. Eyni zamanda, həmin qərarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətindən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 “xxxx” mağazalar şəbəkəsində işləmələrinin rəsmiləşdirilmədiyi vurğulanmışdır. Yəni, ibtidai istintaq orqanının gəldiyi birbaşa qənaət ondan ibarətdir ki, təqsirləndirilən şəxslərin adları “xxxx” mağazasının işçisi kimi X28 Xidmətində qeydə alınmış olduğu təqdirdə bu şəxslərin əməli istehlakçıların aldadılması kimi qiymətləndirilməli idi. Bu qənaətin yanlışlığı cinayət işi üzrə toplanmış sübutlar, həmçinin birbaşa elə irəli sürülmüş ittihamın özü ilə də tam təkzib olunur. Təqsirləndirilən şəxslərin əməllərində qanunsuz sahibkarlıqla məşğul olma cinayətinin müəyyən edilmədiyi, dövlət qeydiyyatına alınmış konkret vergi ödəyicisi adından rəsmi fəaliyyətin mövcudluğu bunun aşkar sübutudur. Həm də müvafiq mağazalar həmin rəsmi vergi ödəyicisinin adına icarəyə götürülmüş, vergi orqanı ilə münasibətlər rəsmi sahibkarın adından verilmiş qanuni etibarnamə əsasında şəxs tərəfindən həyata keçirilmiş, müvafiq müqavilələr və digər sənədlər rəsmi etibarnamə əsasında imzalanmışdır. Məhz vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınaraq rəsmi fəaliyyət göstərmə faktı ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş və təqsirləndirilən şəxslərə vergi cinayəti ilə bağlı da ittiham irəli sürülmüşdür. O da nəzərdən qaçırılmamalıdır ki, ibtidai istintaq orqanının həmin məntiqi ilə bu halda cinayət məsuliyyətinə məhz bilvasitə icraçılar - satıcılar, dərzilər və digərləri cəlb edilməli idi. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma hallarının deyil, ticarət şəbəkəsinə mədaxil edilmiş malların nəzarət-kassa aparatlarında uçota alınmaması halları müəyyən edildiyindən Vergi Məcəlləsinin 58.5.2-ci maddəsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə malların alış məbləğinin 10%-i miqdarında - 999063,66 manat maliyyə sanksiyası tətbiq edilməli olduğuna dair iki ekspert rəyinin, digər sübutların mövcudluğu şəraitində, həm də işin digər müəyyən edilmiş faktiki halları da nəzərə alınmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinməsi istisna edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən yaranmış bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. X1rşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X31rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci, 28, 178.3.1-ci, 28,178.3.2-ci maddələrindən həmin Məcəllənin 200.2.2-ci maddəsinə tövsif edilməli və onlara həmin maddə ilə, habelə Cinayət Məcəlləsinin 197.2-ci maddəsi ilə cəza təyin edilməlidir. Toplanmış sübutların məcmusu və ekspert rəyləri də nəzərə alınmaqla vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma halları müəyyən edilmədiyindən məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlardan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsinin çıxarılmasını qanuni və əsaslı hesab edir. Bununla belə, ticarət şəbəkəsinə mədaxil edilmiş malların nəzarət-kassa aparatlarında uçota alınmaması halları müəyyən edildiyindən, müvafiq ekspert rəyləri ilə müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.5.2-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi məsələsinin həlli aidiyyəti qurumlara həvalə edilməlidir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197.2-ci və 200.2.2-ci maddələri ilə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197.2ci və 200.2.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri qəsdən törətmişlər, həmin əməllər başa çatmış cinayətlərdir, təsnifata görə böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197.2-ci və 200.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197.2-ci və 200.2.2-ci maddələrinin sanksiyasının azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki, Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini təqsirli bilərək səmimi peşman olmalarını, əvvəllər məhkum olunmamalarını, vurulmuş ziyanın ödənilməsini, onlara qarşı heç bir şikayət və tələbin olmamasını onların cəzalarını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər və həmin tarixdə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarları ilə onların barələrində həbs qətimkan tədbiri seçilmişdir. xx xxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs3 xx xxxx 2019-cu il tarixdə tutulmuş, xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 10-27, 32-45, 68-70, 71-73; cild 3, iş vərəqə 61-72, 107-111, 118-145). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən, Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda onlara verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən elektron və digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 300000 ədəd “Dolce&Gabbana”, “Valentino”, “Chanel”, “xxxx Made in Turkey”, “Fendi” və sair yazıları ilə olan etiket-yarlıqlar məhv edilməli, “Argox 214” markalı printer xüsusi müsadirə edilməli, 2 ədəd DVR, 4 ədəd HP DL 320 serverin HDD-ləri, TP Link c və 4 ədəd “Qnap” yaddaş diskləri cinayət işinin materiallarında saxlanılmalı, HP Cisca-24 port, Router-5 port, Procall Swich-16 port, HP Skitch-2530-24 port “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. Zərərin ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxslər Səməd və Təqsirləndirilən şəxs1ların qohumu Müdafiəçi3 Əliabala oğlu tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin depozit hesabına qoyulmuş məbləğin 1046 (bir min qırx altı) manatı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin tələbləri də nəzərə alınmaqla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarında məsul saxlancda saxlanılan 1xx xxxx 7755 ədəd müxtəlif çeşidli tikili məmulatları cinayət törədilərkən istifadə edilmiş alət və ya cinayətin predmeti deyildir, onların cinayət yolu ilə əldə edilmiş əmlak olması müəyyən edilməmişdir. Göründüyü kimi, yuxarıda göstərilənlər də nəzərə alınmaqla qeyd olunan əmtəələrə münasibətdə xüsusi müsadirə tətbiq edilməsi üçün qanunla müəyyənləşdirilmiş bu və ya digər əsas mövcud deyildir. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, müvafiq mütəxəssis və ekspert rəylərində müəyyən edilmiş hallara uyğun olaraq, Zərərçəkmiş şəxs təqdim etdiyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 10 adda 10 ədəd tikili məmulatları, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” ticarət mərkəzindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarında məsul saxlancda saxlanılan 1xx xxxx 7755 ədəd müxtəlif çeşidli tikili məmulatları üzərlərinə tikilmiş saxta etiket-yarlıqları müvafiq nəzarət altında sökülməklə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. 1xx xxxx 7755 ədəd müxtəlif çeşidli tikili məmulatları üzərlərinə tikilmiş saxta etiket-yarlıqların sökülməsi prosesi ilə bağlı yarana biləcək mümkün xərclərin ödənilməsi müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 aid edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertizalar və mütəxəssis tədqiqatları üzrə məhkəmə məsrəfi 1400 (min dörd yüz) manat təşkil etmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 500 (beş yüz) manat, Təqsirləndirilən şəxs3 500 (beş yüz) manat və Təqsirləndirilən şəxs2 400 (dörd yüz) manat olmaqla - cəmi 1400 (min dörd yüz) manat məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197.2-ci və 200.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197.2-ci maddəsi ilə 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200.2.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə hesablanarkən Təqsirləndirilən şəxs1 həbsdə olduğu müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətini əhatə etdiyindən onun cəzası tam çəkilmiş hesab edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197.2-ci və 200.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197.2-ci maddəsi ilə 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200.2.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə hesablanarkən Təqsirləndirilən şəxs2 həbsdə olduğu müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətini əhatə etdiyindən onun cəzası tam çəkilmiş hesab edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197.2-ci və 200.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 197.2-ci maddəsi ilə 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200.2.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2019-cu il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə hesablanarkən Təqsirləndirilən şəxs3 həbsdə olduğu müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddətini əhatə etdiyindən onun cəzası tam çəkilmiş hesab edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Zərərin ödənilməsi məqsədilə Müdafiəçi3 Əliabala oğlu tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin depozit hesabına qoyulmuş məbləğin 1046 (bir min qırx altı) manatı Zərərçəkmiş şəxs ödənilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə müvafiq qaydada 999063,66 (doqquz yüz doxsan doqquz min altmış üç manat 66 qəpik) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi məsələsinin həlli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 300000 ədəd “Dolce&Gabbana”, “Valentino”, “Chanel”, “xxxx Made in Turkey”, “Fendi” və sair yazıları ilə olan etiket-yarlıqlar məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan “Argox 214” markalı printer xüsusi müsadirə edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan HP Cisca-24 port, Router- 5 port, Procall Swich-16 port, HP Skitch-2530-24 port “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 2 ədəd DVR, 4 ədəd HP DL 320 serverin HDD-ləri, TP Link c və 4 ədəd “Qnap” yaddaş diskləri cinayət işinin materiallarında saxlanılsın; - müvafiq mütəxəssis və ekspert rəylərində müəyyən edilmiş hallara uyğun olaraq, Zərərçəkmiş şəxs təqdim etdiyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 10 adda 10 ədəd tikili məmulatları, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” ticarət mərkəzindəki “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin anbarında məsul saxlancda saxlanılan 1xx xxxx 7755 ədəd müxtəlif çeşidli tikili məmulatları üzərlərinə tikilmiş saxta etiket-yarlıqlar nəzarət altında sökülməklə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Saxta etiket-yarlıqların sökülməsi prosesi ilə bağlı yarana biləcək mümkün xərclər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tutulsun. Təqsirləndirilən şəxs1 500 (beş yüz) manat, Təqsirləndirilən şəxs3 500 (beş yüz) manat və Təqsirləndirilən şəxs2 400 (dörd yüz) manat olmaqla - cəmi 1400 (min dörd yüz) manat məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-111/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-111/2021
31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver