Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-111/2022 02.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17 : 30 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs7 və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2, Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə3, Zərərçəkmiş şəxs11 və onun nümayəndəsi “Müdafiəçi2 və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs6 və onun nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 hüquqi varisi – əri X9, Zərərçəkmiş şəxs5, onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, məhrum Təqsirləndirilən şəxs hüquqi varisi – arvadı X6 və onun nümayəndəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Nümayəndə6 iştirakları ilə, xx xxxxxx 1958-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 2006-cı ilin noyabr ayının 6-dan 2019-cu ilin oktyabr ayının 2-dək Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmuş, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Bakı İstintaq Təcridxanasında saxlanılmış və 30 sentyabr 2021-ci il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2005-ci ilin noyabr ayının 6-da Azərbaycan Respublikası Milli Məclisinin İİİ çağırış üzrə keçirilmiş deputat seçkilərində 9 saylı Binəqədi İİ dairəsi üzrə deputat, 2009-cu ilin noyabr ayının 7-də Azərbaycan Respublikası Milli Məclisinin İV çağırış üzrə keçirilmiş deputat seçkilərində həmçinin 9 saylı Binəqədi İİ dairəsi üzrə deputat və 2015-ci ilin noyabr ayının 1-də Azərbaycan Respublikası Milli Məclisinin V çağırış üzrə keçirilmiş deputat seçkilərində 46 saylı Şirvan seçki dairəsi üzrə deputat seçilməklə 2 oktyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Milli Məclisinin deputatı olarkən 17 may 1996-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qanunvericilik təşəbbüsünü həyata keçirmək, deputat sorğusu vermək, məlumat almaq və yaymaq kimi səlahiyyətlərə malik, xidməti vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumalı, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını rəhbər tutmalı, etik davranış qaydalarına əməl etməli, deputat fəaliyyətinin səmərəliliyini və şəffaflığını artırmalı, Azərbaycan Respublikası Milli Məclisinin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısını almalı, fəaliyyətində maraqların toqquşması hallarının qarşısının almalı, etik davranış qaydalarına əməl etməsinin, fəaliyyətinə ictimai etimadın gücləndirilməsi təmin etməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməli və deputat fəaliyyətinə ictimai etimadın gücləndirilməsini təmin etməli olan təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, deputat kimi cəmiyyətdə olan ictimai nüfuzuna görə barəsində olan inam və etimad mühitindən, fəaliyyəti üzrə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qardaşı Şahid4 təsisçisi və direktoru, özünün isə faktiki rəhbəri olduğu 09.12.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində ********** VÖEN ilə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron rayonu, Mehdiabad qəsəbəsində 2006-cı il tarixdən inşasına başlanılmış “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksində özünün həyata keçirdiyi tikintiyə şərik olacağı və həmin ərazidə əlavə tikinti sahəsi alıb orada yenidənqurma işləri aparmaqla kənar şəxslər tərəfindən tikintiyə qoyulacaq pulun istifadəsi nəticəsində kifayət qədər gəlir əldə edəcəyini, qeyd edilən tikintiyə pul qoyduğu təqdirdə əldə edəcəyi gəlirdən ona da yüksək məbləğdə pul vəsaitini gəlir qismində verəcəyini tanışı Zərərçəkmiş şəxs4 2006-cı ildə aralarında baş tutan görüş zamanı aldatmaqla bildirib, həmin vədinə sonuncunu inandırmaq niyyəti ilə cinayətdən xəbərsiz olan qardaşı Şahid4 vermiş olduğu göstərişə əsasən sonuncu tərəfindən Zərərçəkmiş şəxs4 adına 08.11.2006-cı il tarixli müddəti 1 il olmaqla "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında tikiləcək 17 mərtəbəli yaşayış binasında 16-cı mərtəbədə yerləşən 4 otaqlı 156.8 m2 və 3 otaqlı 152.4 m2 sahəsi olan iki ədəd mənzilin girov qismində verilməsinə razılaşmasına baxmayaraq, həmin mənzillərin satılması barədə tərtib olunmuş bir ədəd müqaviləni Zərərçəkmiş şəxs4 şəxsən verməklə özü barəsində formalaşdırdığı inam və etibarı daha da möhkəmləndirərək şərikli tikinti fəaliyyətinə cəlb etmək adı ilə 8 noyabr 2006-cı il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində Zərərçəkmiş şəxs4 həmin dövrün rəsmi məzənnəsi ilə 170.235 manat təşkil edən 195.000 ABŞ dollarını alıb şəxsi ehtiyaclarına sərf etməklə, bundan sonra, eyni niyyətlə, Zərərçəkmiş şəxs4 qarşısında vəzifəsindən irəli gələn etibar və nüfuzdan yenidən istifadə edib, cinayətkar niyyətini davam etdirərək sonuncuya Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksini təqdim edərək, orada tikinti işlərinin davam etdirildiyini deməklə sonuncunun yanında şəxsi və qulluq mövqeyindən irəli gələn nüfuzunu daha da artırmaqla, yenidən pul vəsaiti qoyulduğu təqdirdə daha da yüksək mənfəət verəcəyini Zərərçəkmiş şəxs4 yalandan deyib, sonuncunun razılığını alıb, həmin vədinə inandırmaq niyyəti ilə cinayətdən xəbərsiz olan qardaşı Şahid4 vermiş olduğu göstərişə əsasən sonuncu tərəfindən Zərərçəkmiş şəxs4 adına 26 fevral 2009-cu il tarixli, müddəti 1 il olmaqla "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi ilə Mehdiabad yolunun kəsişməsində inşa edilən 5 mərtəbəli binalardan - Vİİ binadan İİ blok, 1,2,3,4,5-ci mərtəbədə yerləşən, hər biri 119,6 m2 olmaqla 5 ədəd, 3 otaqlı, 1,2,3,4,5-ci mərtəbədə yerləşən, hər biri 87,1 m2 olmaqla 5 ədəd, 2 otaqlı, cəmi 10 ədəd mənzilin girov qismində verilməsinə razılaşmasına baxmayaraq, həmin mənzillərin satılması barədə tərtib olunmuş bir ədəd müqaviləni şəxsən Zərərçəkmiş şəxs4 verməklə özü barəsində formalaşdırdığı inam və etibarı daha da möhkəmləndirərək şərikli tikinti fəaliyyətinə cəlb etmək adı ilə 26 fevral 2009-cu il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin ofisində Zərərçəkmiş şəxs4 həmin dövrün rəsmi məzənnəsi ilə 321.920 manat təşkil edən 400.000 ABŞ dolları pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə qeyd edilən qaydada öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs4 məxsus 492.155 (dörd yüz doxsan iki min bir yüz əlli beş) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, deputat kimi cəmiyyətdə olan ictimai nüfuzuna görə barəsində olan inam və etimad mühitindən, fəaliyyəti üzrə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə qardaşı Şahid4 təsisçisi və direktoru, özünün isə faktiki rəhbəri olduğu "xxxx" MMC-nin Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa etdiyi “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksində özünün əlavə tikinti sahəsi üzrə həyata keçirdiyi yenidənqurma işlərində kənar şəxslər tərəfindən tikintiyə qoyulacaq pulun istifadəsi nəticəsində kifayət qədər gəlir əldə edəcəyini, qeyd edilən tikintiyə pul qoyduğu təqdirdə əldə edəcəyi gəlirdən ona da yüksək məbləğdə pul vəsaitini gəlir qismində verəcəyini Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs11 2009-cu ilin axırlarında aralarında baş tutan görüş zamanı aldatmaqla bildirib, həmin vədinə sonuncunu inandırmaq niyyəti ilə cinayətdən xəbərsiz olan qardaşı Şahid4 vermiş olduğu göstərişə əsasən sonuncu tərəfindən Zərərçəkmiş şəxs11 oğlu X32 adına 30.12.2009-cu il tarixli müddəti 1 il olmaqla "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı yolu ilə Mehdiabad və Fatmeyi yolunun kəsişməsində inşa edilən 5 mərtəbəli binaların 1-ci binasının, İİ blokunun altında yerləşən 250 m2 qeyri-yaşayış sahəsini girov qismində verilməsi barədə müqaviləni verib, həmin adla 30 dekabr 2009-cu il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksinin həyətində yerləşən ofisində Zərərçəkmiş şəxs11 192.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 150.000 (bir yüz əlli min) manat pul vəsaitini cinayətdən xəbərsiz olan qardaşı Şahid4 vasitəsilə alıb, şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs11 məxsus həmin pul vəsaitini qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, deputat kimi cəmiyyətdə olan ictimai nüfuzuna görə barəsində olan inam və etimad mühitindən, fəaliyyəti üzrə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə 09.12.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində ********** VÖEN ilə qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.06.2011-ci ildə təşkilatı-hüquqi forması dəyişdirilmiş "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçisi və direktoru olan qardaşı Şahid4, özünün isə faktiki rəhbəri olduğu "xxxx" MTK-nın Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa etdiyi “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksində tikinti prosesləri 2013-cü ildə bitməsinə baxmayaraq, 2014-cü ildə özünün həmin ərazidə əlavə tikinti sahəsi üzrə həyata keçirdiyi yenidənqurma işlərində kənar şəxslər tərəfindən tikintiyə qoyulacaq pulun istifadəsi nəticəsində kifayət qədər gəlir əldə edəcəyini, qeyd edilən tikintiyə pul qoyduğu təqdirdə əldə edəcəyi gəlirdən ona da yüksək məbləğdə pul vəsaitini gəlir qismində verəcəyini tanışı Zərərçəkmiş şəxs6 yalandan deyib, həmin adla sonuncudan 2014-cü il ərzində Bakı şəhərində müxtəlif ünvanlarda hissə-hissə olmaqla ümumilikdə 420.000 manat pul vəsaitini alıb, özünün şəxsi ehtiyaclarına sərf edib, bir müddət sonra Zərərçəkmiş şəxs6 yanında şəxsi və qulluq mövqeyindən irəli gələn nüfuzunu itirməmək və barəsində hüquq mühafizə orqanlarına şikayət edilməməsinə nail olmaq üçün sonuncu ilə, hər hansı qaytarmaq niyyəti olmadan, almış olduğu ümumilikdə 420.000 manat pul vəsaitindən 180.000 manatını 09.08.2016-cı il tarixədək qaytaracağı barədə Bakı şəhəri, 23 saylı notariat kontorunda 09.02.2016-cı il tarixli 3M-19 nömrəli kredit müqaviləsi bağlayıb, nəzərdə tutulmuş müddətdə pul vəsaitini qaytarmayıb, eyni niyyətlə, cinayətdən xəbərsiz olan qardaşı Şahid4 vermiş olduğu göstərişə əsasən sonuncu tərəfindən Zərərçəkmiş şəxs6 adına 09.02.2016-cı il tarixli müddəti 1 il olmaqla 4 ədəd müqavilə üzrə "xxxx" MTK-nın Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksinin XXİ saylı binasında 1 blok, 97,7 kv.m sahədən ibarət 3 otaqlı, 42 №-li (42.000 manat dəyərində) mənzili, XXİ saylı binada 1 blok, 84,6 kv.m sahədən ibarət 2 otaqlı 43 №-li (40.000 manat dəyərində) mənzili, XXİ saylı binada 2 blok, 117,5 kv.m sahədən ibarət 3 otaqlı, 68 №-li (45.000 manat dəyərində) mənzili və XXİİİ saylı binanın 2 blok, 87 kv.m sahədən ibarət 2 otaqlı (38.000 manat dəyərində) mənzili girov qismində verilməsi barədə müqavilələr verməklə, dələduzluq niyyətini davam etdirərək, barəsində şikayət edilməməsi üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksində mənzilləri sata bilmədiyini, işlərində problem yarandığını, lakin Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 21 ünvanında yerləşən 17 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində, yəni mansard hissəsində yerləşən ümumi sahəsi 1.000 kv.m olan mənzillərin təmirsiz olması, həmçinin lift qurğusu çəkilmədiyindən, qiymətlərinin aşağı olmasını, onun verəcəyi 80.000 ABŞ dolları müqabilində təmir işlərinin görülməsi və lift qurğusu çəkildikdən sonra həmin sahəni satmaqla əldə edəcəyi gəlirdən bütün borclarını qaytaracağını Zərərçəkmiş şəxs6 2016-cı ilin axırlarında aldatmaqla yalandan deyib inandıraraq, şəxsi nüfuzundan istifadə edib, 2016-cı ilin sonlarında ünvan 6 ünvanında 80.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 141.936 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs6 alıb, şəxsi ehtiyaclarına sərf edərək, ümumilikdə qeyd edilən qaydada sonuncuya məxsus cəmi 561.936 (beş yüz altmış bir min doqquz yüz otuz altı) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, deputat kimi cəmiyyətdə olan ictimai nüfuzuna görə barəsində olan inam və etimad mühitindən, fəaliyyəti üzrə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə qardaşı Şahid4 təsisçisi və direktoru, özünün isə faktiki rəhbəri olduğu "xxxx" MTK-nın Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa etdiyi “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksində tikinti proseslərinin 2013-cü ildə bitməsinə və 2014-cü ildə abadlıq işlərinin yekunlaşdırılmasına baxmayaraq, özünün həmin ərazidə əlavə tikinti sahəsi üzrə həyata keçirdiyi yenidənqurma işlərində kənar şəxslər tərəfindən tikintiyə qoyulacaq pulun istifadəsi nəticəsində kifayət qədər gəlir əldə edəcəyini, qeyd edilən tikintiyə pul qoyduğu təqdirdə əldə edəcəyi gəlirdən ona da yüksək məbləğdə pul vəsaitini gəlir qismində verəcəyini 2015-ci ilin mart ayında cinayətdən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə sonuncunun qohumu Zərərçəkmiş şəxs7 yalandan deyib razılığını aldıqdan sonra 2015-ci ilin mart ayının 21-də Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Şuşa” restoranının qarşısına Zərərçəkmiş şəxs2 ilə birlikdə gedib, əldə olunan gəlirdən əlavə pul məbləğini, hətta tikiləcək binalarda olan mənzilləri və ya qeyri-yaşayış sahələrini öz dəyəri qiymətinə ona verəcəyini qulluq mövqeyindən yaranmış nüfuzundan istifadə edərək orada Zərərçəkmiş şəxs7 şəxsən bildirərək, sonuncunun tam razılığını almaqla, sonuncudan həmin vaxt 200.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 209.760 (iki yüz doqquz min yeddi yüz altmış) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus həmin pul vəsaitini qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, deputat kimi cəmiyyətdə olan ictimai nüfuzuna görə barəsində olan inam və etimad mühitindən, fəaliyyəti üzrə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə qardaşı Şahid4 təsisçisi və direktoru, özünün isə faktiki rəhbəri olduğu "xxxx" MTK-nın Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa etdiyi “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksində tikinti proseslərinin 2013-cü ildə bitməsinə və 2014-cü ildə abadlıq işlərinin yekunlaşdırılmasına baxmayaraq, özünün həmin ərazidə əlavə tikinti sahəsi üzrə həyata keçirdiyi yenidənqurma işlərində kənar şəxslər tərəfindən tikintiyə qoyulacaq pulun istifadəsi nəticəsində kifayət qədər gəlir əldə edəcəyini, həmin sahədə tikinti proseslərinin davam etməsini, qeyd edilən tikintiyə pul qoyduğu təqdirdə əldə edəcəyi gəlirdən ona da yüksək məbləğdə pul vəsaitini gəlir qismində verəcəyini 2015-ci ilin yay aylarında tanışı Zərərçəkmiş şəxs2 yalandan deyib razılığını aldıqdan sonra 2015-ci ilin yay aylarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Oazis” restoranının (hazırda “Bravo” supermarketinin) yaxınlığında hissə-hissə olmaqla 3 dəfəyə 90.000, 70.000 və 140.000 ABŞ dolları, ümumilikdə 300.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 314.640 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alaraq, şəxsi ehtiyaclarına sərf edib, sonuncunun yanında şəxsi və qulluq mövqeyindən irəli gələn nüfuzunu itirməmək və barəsində hüquq mühafizə orqanlarına şikayət edilməsinin qarşısını almaq üçün sonuncu ilə, qaytarmaq niyyəti olmadığı halda 300.000 ABŞ dollarını 09.12.2015-ci il tarixədək qaytaracağı barədə yalandan Bakı şəhəri, 23 saylı notariat kontorunda 09.09.2015-ci il tarixli 3M-147 nömrəli kredit müqaviləsi bağlayıb, pul vəsaitini həmin müddətədək qaytarmayıb, Zərərçəkmiş şəxs2 məxsus 314.640 (üç yüz on dörd min altı yüz qırx) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, deputat kimi cəmiyyətdə olan ictimai nüfuzuna görə barəsində olan inam və etimad mühitindən, fəaliyyəti üzrə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə qardaşı Şahid4 təsisçisi və direktoru, özünün isə faktiki rəhbəri olduğu "xxxx" MTK-nın Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa etdiyi “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksində tikinti proseslərinin 2013-cü ildə bitməsinə və 2014-cü ildə abadlıq işlərinin yekunlaşdırılmasına baxmayaraq, özünün həmin ərazidə əlavə tikinti sahəsi üzrə həyata keçirdiyi yenidənqurma işlərində kənar şəxslər tərəfindən tikintiyə qoyulacaq pulun istifadəsi nəticəsində kifayət qədər gəlir əldə edəcəyini, həmin sahədə tikinti proseslərinin davam etməsini, qeyd edilən tikintiyə pul qoyduğu təqdirdə əldə edəcəyi gəlirdən ona da yüksək məbləğdə pul vəsaitini gəlir qismində verəcəyini 2015-ci ilin sentyabr-oktyabr aylarında Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs8 yalandan deyib, razılığını aldıqdan sonra 2015-ci ilin sentyabr-oktyabr aylarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Nərimanov parkı”nın yaxınlığında 65.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 68.152,5 manat (altmış səkkiz min bir yüz əlli iki manat əlli qəpik) məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs8 alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs8 məxsus həmin pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, deputat kimi cəmiyyətdə olan ictimai nüfuzuna görə barəsində olan inam və etimad mühitindən, fəaliyyəti üzrə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə qardaşı Şahid4 təsisçisi və direktoru, özünün isə faktiki rəhbəri olduğu "xxxx" MTK-nın Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa etdiyi “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksində tikinti proseslərinin 2013-cü ildə bitməsinə və 2014-cü ildə abadlıq işlərinin yekunlaşdırılmasına baxmayaraq, özünün həmin ərazidə əlavə tikinti sahəsi üzrə həyata keçirdiyi yenidənqurma işlərində kənar şəxslər tərəfindən tikintiyə qoyulacaq pulun istifadəsi nəticəsində kifayət qədər gəlir əldə edəcəyini, həmin sahədə tikinti proseslərinin davam etməsini, qeyd edilən tikintiyə pul qoyduğu təqdirdə əldə edəcəyi gəlirdən ona da yüksək məbləğdə pul vəsaitini gəlir qismində verəcəyini 2015-ci ilin oktyabr ayında cinayətdən xəbərsiz olan tanışı - Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 vasitəsilə sonuncunun tanışı Zərərçəkmiş şəxs3 yalandan deyib razılığını aldıqdan sonra 2015-ci ilin oktyabr ayının 16da Zərərçəkmiş şəxs2 vasitəsilə Bakı şəhəri, Binəqədi rayonu, 9A MKR, M.Calal küçəsi, ev 55, mənzil 61 ünvanında 200.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 209.760 (iki yüz doqquz min yeddi yüz altmış) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs3 alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə sonuncuya məxsus həmin pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının işgüzar nüfuzunun qorunubsaxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, deputat kimi cəmiyyətdə olan ictimai nüfuzuna görə barəsində olan inam və etimad mühitindən, fəaliyyəti üzrə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə iştirak etməsi ilə əlaqədar təbliğat və təşviqat kompaniyalarının həyata keçirilməsi üçün pul vəsaitinə ehtiyacının olmasını, seçki prosesi bitdikdən sonra həmin pul vəsaitini artıqlaması ilə geri qaytaracağını Bakı şəhər sakini olan tanışı Zərərçəkmiş şəxs10 aldatmaqla yalandan bildirib, onun razılığını alaraq, 2015-ci ilin oktyabr ayında Bakı şəhəri, Nərimanov rayonu, X35 küçəsi (2-ci Cıdır döngəsi küçəsi) 47 ünvanında yerləşən evində 15.000 ABŞ dolları, səhəri gün isə 30.000 ABŞ dolları ümumilikdə 45.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 47.128,5 manat (qırx yeddi min bir yüz iyirmi səkkiz manat əlli qəpik) məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs10 alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs10 məxsus həmin pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, deputat kimi cəmiyyətdə olan ictimai nüfuzuna görə barəsində olan inam və etimad mühitindən, fəaliyyəti üzrə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə qardaşı Şahid4 təsisçisi və direktoru, özünün isə faktiki rəhbəri olduğu "xxxx" MTK-nın Abşeron rayonu, Mehdiabad qəsəbəsində inşa etdiyi “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksində tikinti proseslərinin 2013-cü ildə bitməsinə və 2014-cü ildə abadlıq işlərinin yekunlaşdırılmasına baxmayaraq, özünün həmin ərazidə əlavə tikinti sahəsi almaqla yenidənqurma işlərini həyata keçirmək istədiyini, şəxsi nüfuzundan istifadə edərək onu Milli Məclisin rəhbər vəzifəli şəxsləri ilə tanış edəcəyini, həmin tikinti sahəsində birgə fəaliyyətləri üçün 200.000 manat pul vəsaitinin lazım olmasını 2015-ci ilin sonlarında Zərərçəkmiş şəxs9 Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Luqana” restoranında görüşləri zamanı bildirib, yalan vədləri ilə sonuncunu inandırıb razılığını aldıqdan sonra 2015-ci ilin sonlarında ünvan 9 ünvanında yerləşən "xxxx" ASC-nin baş ofisinin qarşısında Zərərçəkmiş şəxs9 tərəfindən göndərilmiş istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsdən Zərərçəkmiş şəxs9 məxsus 200.000 (iki yüz min) manat məbləğində pul vəsaitini şəxsən alıb, pulun çatması barədə Zərərçəkmiş şəxs9la telefonla əlaqə saxlayıb bildirdikdən sonra həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs9 məxsus həmin pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının işgüzar nüfuzunun qorunubsaxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, deputat kimi cəmiyyətdə olan ictimai nüfuzuna görə barəsində olan inam və etimad mühitindən, fəaliyyəti üzrə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə "xxxx" MTK tərəfindən 2010-cu ildə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 21 ünvanında inşa edilmiş 17 mərtəbəli yaşayış binasının sonuncu, yəni mansard hissəsində yerləşən ümumi 1.200 kv.m sahəsi olan mənzillərə lift çəkilmədiyindən qiymətlərinin aşağı olmasını, 50.000 ABŞ dolları verəcəyi təqdirdə həmin pula lift çəkildikdən sonra satışı həyata keçirərək əldə edəcəyi gəlirdən 10.000 ABŞ dolları müqabilində əlavə gəlir verəcəyini Bakı şəhər sakini Zərərçəkmiş şəxs5 2015-ci ilin sonlarında yalandan deyib inandıraraq, şəxsi nüfuzundan istifadə edərək Zərərçəkmiş şəxs5 razılığını alıb, həmin adla 2015-ci ilin dekabr ayında Bakı şəhəri, Nərimanov rayonu, X35 küçəsi (2-ci Cıdır döngəsi küçəsi) ev 47 ünvanında yerləşən mənzilinin qarşısında Zərərçəkmiş şəxs5 50.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 77.500 (yetmiş yeddi min beş yüz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs5 məxsus həmin pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının işgüzar nüfuzunun qorunubsaxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, deputat kimi cəmiyyətdə olan ictimai nüfuzuna görə barəsində olan inam və etimad mühitindən, fəaliyyəti üzrə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını təkrarən ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz qardaşı Şahid5 tərəfindən 31.05.2019-cu il tarixdə “ilkin alqı-satqı müqaviləsi” ilə Bakı şəhər sakini X1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın alınmasında köməklik göstərilməsi ilə əlaqədar 2019-cu ilin iyul ayında özünə müraciət etmiş sonuncunun oğlu X10 şəxsi statusundan istifadə etməklə 240.000 (iki yüz qırx min) manat pul müqabilində həmin çıxarışı alıb ona vermək imkanına malik olmasını qulluq mövqeyinə görə özünə olan inam və etimadından istifadə edib Zərərçəkmiş şəxs1 yalandan vəd edərək, həmin adla 2019-cu ilin iyul ayında Bakı şəhəri, Nərimanov rayonu, X35 küçəsi (2-ci Cıdır döngəsi küçəsi) ev 47 ünvanında yerləşən mənzilində Anar Şixəliyevdən 240.000 (iki yüz qırx min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus həmin pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikası Milli Məclisi deputatının işgüzar nüfuzunun qorunubsaxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş AR CM-in 178.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş mərhum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1987-ci ildə ailə həyatı qurmuş və birgə nigahdan 2 övladı var. 1985-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş və 1985-2005-ci illərdə Prokurorluq orqanında müxtəlif vəzifələrdə işləmiş, 2006-2019-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2000-ci ildə prokurorluq orqanından işlədiyindən, digər kommersiya fəaliyyəti ilə məşğul olmağı qanuni olmağından qardaşı Şahid4 adına "xxxx" MMC təsis edilməsini təmin etmişdir. Həmin MMC-nin yaradılmasını təmin etsə də, təsisçisi və direktoru Şahid4 olmuşdur. MMC-nin fəaliyyəti hündür mərtəbəli yaşayış binalarının tikiltisindən ibarət olmuşdur. İlk olaraq “Şərq bazarı” adlanan bazarın yaxınlığında çoxmənzilli yaşayış, tək bloklu yaşayış binası inşa etmiş, sonradan Yasamal rayonu, Şərifzadə küçəsində dəqiq xatırlamadığı ünvanda çoxmənzilli yaşayış binası inşa etmişdir. Bundan sonra, 2005-ci ildə o, öz xahişi ilə prokurorluq orqanlarından xaric olunmuş və İİİ çağırış Milli Məclisə deputat seçilmişdir. Bundan sonra 2007-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində Binəqədi Gənclər Şəhərciyi çoxbinalı yaşayış kompleksinin tikintisinə başlamış, ilkin olaraq 12 ədəd çoxmənzilli yaşayış binası tikilmiş, 2011-ci ildən etibarən isə həmin binaların sayı tədricən 23-ə çatdırılmışdır. Həmin binaların tikintisi "xxxx" ASC-dən götürülmüş kreditlər hesabına həyata keçirilmiş, bankında pulu tam olaraq ödənilmişdir. Yaşayış kompleksində mənzillərin və qeyri-yaşayış sahələrinin satılmasına Şahid4 nəzarət etmişdir. Binaların tikintisi ilə əlaqədar o, məcbur olub bir neçə tanış və dostlarından müxtəlif vaxtlarda borca pul götürmüşdür. Belə ki, Zərərçəkmiş şəxs2 o, təxminən 21 ildir ki, tanıyır, yaxın münasibəti olmuşdur. Biznes fəaliyyətinə başladığı müddətdə Zərərçəkmiş şəxs2 o, müəyyən məbləğlərdə aylıq 2.5 faizlə pul götürməklə qaytarmış, aralarında hər hansı mübahisə olmamışdır. Pullar həmişə Zərərçəkmiş şəxs2 ona vermiş, vermiş olduğu pulların isə ona və ya digər şəxsə aid olmasından məlumatı olmamış, sonuncu ona faizlə pulları vermiş, o da davamlı olaraq ödənişlərini etmişdir. Bundan əlavə 2014-cu ildə o, yenə də həmişə olduğu kimi Zərərçəkmiş şəxs2 200.000 manat faizlə pul götürmüşdür. Həmin pulu Zərərçəkmiş şəxs2 özünə və ya tanışlarına aid olmasından məlumatı olmamış, aylıq ödənişlərini davamlı olaraq etmişdir. Bundan sonra 2015-ci ilin mart ayının 20-də tikinti sahəsi ilə əlaqədar ona yenə də pul lazım olduğundan Zərərçəkmiş şəxs2 zəng edərək ona 100.000 ABŞ dolları lazım olduğunu demişdir. Bu zaman Zərərçəkmiş şəxs2 ona pulu qohumundan götürəcəyini, odur ki, ona verilməsini dəqiqliklə görməsi üçün qohumu ilə görüşməsinin zəruri olmasını demişdir. O, da etiraz etməməklə razılaşmış və səhəri gün yəni 2015-ci ilin mart ayının 21-də Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, “Çapayev” küçəsi kimi adlanan küçədə yerləşən “Çanaqqala” restoranının yanına getmişdir. Zərərçəkmiş şəxs2 avtomobildən düşərək bir evə daxil olmuş və təxminən 10 dəqiqə sonra əlində bağlama, yanında da sonradan adını bildiyi Zərərçəkmiş şəxs7 adlı qohumu ilə çıxaraq ona yaxınlaşmışdır. Zərərçəkmiş şəxs7 ilə görüşüb tanış olmuş və sonuncudan Zərərçəkmiş şəxs2 almış olduğu pulu onun avtomobilinə qoymuşdur. Danışıqları əsasən o, həmin pul üzrə aylıq 2.5 faizlə gəlir verməli olmuşdur. 2015-ci ilin aprel ayından davamlı olaraq o, şəxsən Zərərçəkmiş şəxs7 özünə 6 ay davamlı olaraq 2500 ABŞ dollarından faiz ödənişlərini etmişdir. 2015-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 ilə yenidən görüşərkən sonuncu ona həcc ziyarətinə hazırlaşdığını bildirmişdir. Vermiş olduğu 200.000 manatın başqa şəxsə, sonradan vermiş olduğu 100.000 ABŞ dolları Zərərçəkmiş şəxs7 aid olduğundan, həmin şəxsləri arxayın salmaq üçün vermiş olduğu pullar üzrə notarial qayda da ərizə verməsini ondan xahiş etmiş, o da etiraz etməmişdir. Yəni ki birdən həccdə olarkən başına bir iş gəlsə pul sahibləri problem yaşamasınlar. Bundan sonra o, Zərərçəkmiş şəxs2 ilə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev adına parkın yanında yerləşən Əzimov Nəsrəddinin işlədiyini 23 saylı notariat kontoruna getmiş və hər ikisinin razılığı ilə sonuncunun ona vermiş olduğu 200.000 manatı, həmçinin sonradan Zərərçəkmiş şəxs7 aid 100.000 ABŞ dolları, yuvarlaşdıraraq aralarında 300.000 ABŞ dolları borcun olması barədə kredit müqaviləsi bağlanılmışdır. 2015-ci ilin sentyabr ayından, həmin ilin noyabr ayınadək seçki proseslərində olacağından, faiz ödənişlərini verə bilməyəcəyini Zərərçəkmiş şəxs2 demiş və sonuncu da etiraz etməmişdir. 2015-ci ilin dekabr ayının 21də ölkədə ikinci devolvasiya olduğundan sonra Zərərçəkmiş şəxs2 ona vermiş olduğu 200.000 manatın Zərərçəkmiş şəxs3 aid olduğunu, sonuncununda təcili pulu tələb etdiyini, odur ki, pulu qaytarmasını ona demişdir. O, isə bu barədə aralarında əvvəllər heç bir razılaşma olmasını, odur ki, qaytarmaqda çətinlik çəkəcəyini dediyi zaman Zərərçəkmiş şəxs2 ilə aralarında mübahisələr yaranmağa başlamışdır. 2016-ci ilin yanvar ayının 13-də Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 ilə onun evinə gəlmiş, sonuncunun həmin pulu sahibi kimi ona təqdim etmişdir. Bu zaman Zərərçəkmiş şəxs3 ondan alacağı pulun 300.000 ABŞ dolları olmasını ona dediyi zaman Zərərçəkmiş şəxs2 sakit dayanması üçün ona göz işarəsi vermişdir. Bu zaman o da Zərərçəkmiş şəxs3 “Binəqədi Gənclər Şəhərciyində” 200 ədəd mənzilinin satışda olduğunu, mənzillər satıldıqca pulu verəcəyini demiş, sonuncuda etiraz etməməklə çıxıb getmişdir. Bundan sonra o, qardaşı Şahid4la əlaqə saxlayaraq problem yarandığını, pul göndərməsini dediyindən, sonuncu təxminən 15-20 gündən sonra ona 150.000 ABŞ dolları vermişdir. Bu zaman o, Zərərçəkmiş şəxs2 ilə əlaqə saxlamış və sonuncu Bakı şəhəri, Nərimanov rayonu. Y.V.Çəmənzəminli küçəsində yerləşən evinin yanına gəldiyindən, Zərərçəkmiş şəxs2 100.000 ABŞ dolları vermişdir. Zərərçəkmiş şəxs2 ilə də münasibəti olduğundan sonuncu həmçinin heyfislənərək Zərərçəkmiş şəxs3 həyasızlıq etməsi nəticəsində onun qapısına gəlməsini demişdir. Pulu verdiyi günün axşamı Zərərçəkmiş şəxs2 ona zəng edərək Zərərçəkmiş şəxs3 devolvasiya nəticəsində pulunun dəyərinin itdiyini, 200.000 manatı 300.000 ABŞ dolları kimi qiymətləndirərək, həmin puldan 100.000 ABŞ dollarını çıxdığını, 200.000 ABŞ dolları qaldığını yenidən iddia edərək 6.000 ABŞ aylıq faiz kimi ödənilməli olduğunu ona bildirdiyi zaman o, aylıq 6.000 ABŞ dollar verəcəyini lakin həmin pulu faiz kimi deyil, əsas məbləğdən çıxılması üçün verəcəyini demişdir. Bundan sonra o, pulu ödəməkdə çətinlik çəkdiyindən Zərərçəkmiş şəxs2 pulun əvəzinə əmlak vermək istədiyini demiş, sonuncuda razılaşmışdır. Razılıq əsasında Zərərçəkmiş şəxs2 mənzilləri satmaqla Zərərçəkmiş şəxs3 pulunu verməli idi. 2016-2017-ci illərdə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs2 15 ədəd mənzil vermiş, həmin mənzillər Abşeron rayonu, Mehdiabad qəsəbəsində Binəqədi Gənclər Şəhərciyində yerləşmişdir. Həmin mənzilləri Zərərçəkmiş şəxs2 604.350 manat dəyərləndirmiş, amma həmin mənzillərin dəyəri daha artıq olmasına baxmayaraq o, etiraz etməmişdir. Zərərçəkmiş şəxs2 həmin mənzillərin 2 ədədini həyat yoldaşı X7 adına, 2 ədədini qohumu X11 adına, 1 ədədini X12 adına, 3 ədədini isə X15 adına sənədləşdirmişdir. Qalan 7 mənzil isə Zərərçəkmiş şəxs2 gətirmiş olduğu şəxslərin adına rəsmiləşdirilmişdir. Mənzillərin satılmasına Rasimdə Təranəyə köməklik etmişdir. Bundan əlavə də Zərərçəkmiş şəxs2 satıb Zərərçəkmiş şəxs3 pulunu verməsi üçün 5 ədəd də qeyri-yaşayış sahəsi, belə ki, həmin gənclər şəhərciyindən 2 ədəd hər biri 61.5 kv/mert təmirli və icarədə olan qeyri-yaşayış sahəsi, həmçinin 2 ədəd 40.4 kv/mert və 28.5 kv/mert qeyri-yaşayış sahələri, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Zərərçəkmiş şəxs5 küçəsində inşa etdiyi binanın həyətində 127 kv/mert olan icarə də olan qeyri-yaşayış sahələri Zərərçəkmiş şəxs2 təklif etmişdir. Zərərçəkmiş şəxs2 həmin mənzilləri və qeyriyaşayış obyektlərini satmaqla onun borclarını ödəməli olmuşdur. Zərərçəkmiş şəxs2 həmin qeyri-yaşayış obyektlərindən iki ədədini yəni 40.4 kv/mert və 28.5 kv/mert qeyriyaşayış sahələri sataraq onun borcundan 20.000 ABŞ dolları çıxdığını demişdir. Həmin obyektlər onun qohumu X16 adına olmuş və sonuncuya Zərərçəkmiş şəxs2 dediyi şəxslərin adına sənədləşdirməsini demişdir. 2017-ci ilin axırlarında ona biznes fəaliyyəti ilə əlaqədar yenidən pul lazım olduğundan Zərərçəkmiş şəxs2 70.000 ABŞ dolları məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs2 həmin pulu iki dəfəyə 30.000+40.000 ABŞ dolları olmaqla 2 ay müddətinə ona vermişdir. Zərərçəkmiş şəxs2 pulu ona verdiyi zaman həmin pulun onun uşaqlıq rəfiqəsi Zərərçəkmiş şəxs5 aid olduğunu demiş və həmin 70.000 ABŞ dolları üzrə 2 ay Zərərçəkmiş şəxs2 aylıq 2.5 faizlə ödənişləri etmişdir. 2018ci ilin yay aylarında onun ödənişlərində gecikmələr yarandığından Zərərçəkmiş şəxs5 həm ondan həm də Zərərçəkmiş şəxs2 pulunu tələb etməyə başlamışdır. Həmçinin Zərərçəkmiş şəxs2 ona Zərərçəkmiş şəxs5 30.000 ABŞ dolları borcunun əvəzinə sonuncuya “Gənclər şəhərçiyində” 2 ədəd hər biri 61.5 kv/mert təmirli və icarədə olan qeyri-yaşayış sahəsi vermək istədiyini demiş, lakin sənədləşmə ilə əlaqədar ondan 2500 manat pul istədiyindən, o, sənədləşməyə deyil, həmin pulu verməyə etiraz etmiş, bundan sonra həmin obyektin Zərərçəkmiş şəxs5 adına keçirilib-keçirilməməsindən məlumatı olmamışdır. Bundan sonra qalan pulu vaxtında verə bilmədiyindən Zərərçəkmiş şəxs5, həmçinin Zərərçəkmiş şəxs3 onun evinin qarşısına gələrək səs-küy çıxarmağa başlamışlar. Bu zaman Zərərçəkmiş şəxs2 evə daxil olaraq, Zərərçəkmiş şəxs5 ilə Zərərçəkmiş şəxs3 pulları tələb etdiklərindən, pulu vermələrinə dair əllərində hər hansı bir sənəd olmadığından səs-küy saldıqlarını, odur ki, pulun onda olması barədə yazılı kağız verməsini ona bildirmişdir. O da Şəfa ilə Xatirənin səs-küy salmalarını görərək, tanınmış şəxs olduğundan bunu özünə ayıb bildiyindən Zərərçəkmiş şəxs2 ilə razılaşmışdır. Həmçinin bu prosesi qonşuları və ətrafda olan kamera çəkilişləri təsdiq edə bilər. Bu zaman Zərərçəkmiş şəxs2 ona Xatirən Nəcəfovanın adına 200.000 ABŞ dolları, Zərərçəkmiş şəxs5 adına isə 50.000 ABŞ dolları borcun olması barədə yazılı kağız verməsini ona dediyindən, Zərərçəkmiş şəxs2 daha az borcunun qalmalı olduğunu desə də, sonuncu ancaq bu halla Zərərçəkmiş şəxs5 ilə Zərərçəkmiş şəxs3 sakitləşdirə biləcəyini ona demişdir. Bu zaman o, Milli Məclisin deputatı olduğundan adının qalmaqallarda hallanmasının qarşısını almaq üçün hər bir pul itkisinə hazır olduğundan razılaşaraq Zərərçəkmiş şəxs2 dediyi kimi yazılı kağız yazmaqla sonuncuya vermişdir. Sonra bu barədə qardaşı Şahid4 demiş və sonuncu yazılı kağız yazdığı üçün ona etiraz edərək 102 qaynar xəttinə şikayət etməsini ona desə də, bunu etməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək satmaqla borcunun silinməsi üçün vermiş olduğu Bakı şəhəri, Binəqədi rayonu, Zərərçəkmiş şəxs5 küçəsində inşa etdiyi binanın həyətində 127 kv/mert olan icarədə olan qeyri-yaşayış sahəsi 40.000 ABŞ dollarının əvəzinə vermək istədiyini ona dediyi zaman, həmin obyektin dəyərinin 200.000 manatdan yuxarı olmasını deməklə 40.000 ABŞ dollarına verilməsinə icazə verməmişdir. Hazırda həmin obyekt qeyri-rəsmi olaraq Şəfanın istifadəsindədir. 2016-ci ilin yanvar ayının axırlarında fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 verməsi üçün vermiş olduğu 100.000 ABŞ dollarından əlavə də pullar vermişdir. Zərərçəkmiş şəxs2 2017-ci ildən sonra vermiş olduğu pulları hər ikisinin ortaq tanışları olan Tofiq Salmanovda özündə qeyd etmiş, həmin pulun ümumi məbləği 48.000 ABŞ dolları olmuşdur. Bu proseslərdən sonra 2019-cu ilin fevral ayında Zərərçəkmiş şəxs2 300.000 ABŞ dolları borcunun olması ilə əlaqədar onu Abşeron rayon məhkəməsinə vermiş, bu zaman sonuncunun qeyri-səmimi insan olmasını, həqiqətən də Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ilə birləşərək onun əmlaklarını və pullarını ələ keçirməyə çalışdığını anlamışdır. Deputat olduğundan ehtiyat etdiyi üçün onun iddia etdiyi borcundan silməsi üçün 2019-cu ilin may ayının 30-da Təranəyə 15.000 ABŞ dollar vermiş, sonuncuda pulu alması barədə ona qəbz vermişdir. 2019-cu ilin sentyabr ayının 30-da isə tanışı Xatirə Rüstəmova vasitəsilə Zərərçəkmiş şəxs2 15.000 ABŞ dolları, 2020-ci ilin yanvar ayında da həmçinin Zərərçəkmiş şəxs2 8.000 ABŞ dolları vermiş, həmçinin ümumilikdə 2016-cı ildən başlamaqla 278.000 ABŞ dolları nəğd pul və daşınmaz əmlakları vermişdir. Özünün ilkin hesablamasına görə Zərərçəkmiş şəxs2 370.000 ABŞ dollarının əvəzinə görə 1.500.000 manat nəğd pul və daşınmaz əmlak vermişdir. Qeyd olunan pulu və əmlakları verməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək onu aldadaraq qeyd olunanları ələ keçirməklə dələduzluq etmişdir. Zərərçəkmiş şəxs6 uzun müddətdir ki, tanıyır, belə ki, Zərərçəkmiş şəxs6 ondan 2 il qabaq Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Zərərçəkmiş şəxs6 uzun müddətdir ki, "xxxx" MMC lombard şirkətini təsis edərək, faizlə pulun verilməsi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs6 onun tələbə yoldaşı olmuş Mirəhməd Abbasovla yaxın münasibəti olmuşdur. Mirəhməd Abbasovda əvvəllər Zərərçəkmiş şəxs6 müəyyən məbləğlərdə pul götürməklə ona vermiş, həmin pulları tamlıqla 2013-cü ilədək qaytarmışdır. 2016-ci ilin fevral ayında Zərərçəkmiş şəxs6 ona zəng edərək, Mirəhmədlə birlikdə onunla görüşmək istədiyini bildirmişdir. Bu zaman o da Zərərçəkmiş şəxs6 etiraz etməyərək onunla görüşə getmişdir. Görüş zamanı Zərərçəkmiş şəxs6 2014-cü ildə Mirəhməd Abbasova və onun sürücü olmuş Vüqarın yanına gələrək qızıl girov qoymaqla 163.000 manat pul götürdüklərini, lakin pulu qaytarmaqda problemlər yaratdıqlarını demişdir. Hətta girov kimi qoymuş qızılları satması üçün Mirəhməd Abbasova qaytardığını və sonuncuda həmin qızılları 53.000 manata sataraq ödənişi etməsinə baxmayaraq hazırda 110.000 manat borcunun qaldığını demişdir. Zərərçəkmiş şəxs6 həmin pulu nə səbəbə Vüqarla Mirəhmədə verməsini bilmir. Bu zaman Mirəhmədə o, iradını bildirərək nə səbəbə pul götürməsini irad bildirsə də sonuncu ona pulu Vüqarın götürdüyünü demişdir. Bu zaman o da deputat olduğundan sürücüsü Vüqarla tələbə yoldaşı Mirəhmədin hərəkətlərinə görə adının hallanmaması üçün Zərərçəkmiş şəxs6 həmin pulu özünün ödəyəcəyini demişdir. Hətta orada Mirəhmədlə birlikdə pulu qaytaracaqlarına razılaşsalarda sonuncu sonradan bundan imtina etmişdir. Bu zaman Zərərçəkmiş şəxs6 110.000 manatdan əlavə hazırda 70.000 manatda faizin yığıldığını ona dedikdə, ilk olaraq faiz məbləğinə etiraz etsə də, sonradan razılaşmışdır. Həmin görüşdən bir neçə gün sonra Zərərçəkmiş şəxs6 ilə əlaqə saxlayaraq birlikdə 23 saylı notariat kontoruna getməklə aralarında 180.000 manat məbləği üzrə kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə həmin pulu 6 ay müddətinə Məlahət qaytarmağını üzərinə götürmüşdür. Lakin işləri ilə əlaqədar 180.000 manatı tam olaraq ödəyə bilməmiş, lakin Məlahətində işlərindən məlumatı olduğundan ona etiraz etməmişdir. Bundan əlavə biznes fəaliyyəti ilə əlaqədar ona yenə də pul lazım olduğundan 2018-ci ilin iyul ayında Məlahətlə əlaqə saxlayaraq ondan faizlə pul istəmişdir. Məlahətin də onun biznes fəaliyyətindən məlumatı olduğundan pulu verəcəyini demişdir. 15.08.2017-ci ildə 20.000 ABŞ dolları, 01.03.2018-ci ildə 40.000 ABŞ dolları və 18.06.2018-ci ildə isə 20.000 ABŞ dolları ümumilikdə 80.000 ABŞ dolları Məlahətdən pul götürmüşdür. Həmin pullar tam olaraq biznes fəaliyyətinə qoyulmuşdur. 2017-2019-cü illər ərzində o, Məlahətə olan borcundan 169.200 manat pul nağd şəkildə ödəmişdir. Həmin məbləğ üzrə ödənişləri əsasən köməkçisi olmuş Şahid1 etmiş, 30.09.2019-cu il tarixdə isə onun özü 15.000 ABŞ dollarını şəxsən Məlahətə vermişdir. Faiq pulları Məlahətə verdikdən sonra yazılı olaraq ödənişlərlə bağlı sonuncu tərəfindən verilmiş əlyazmaları ona təqdim etmişdir. Bundan əlavə Məlahətlə qarşılıqlı razılıq əsasında pulun əvəzinə “Binəqədi Gənclər şəhərciyində” yerləşən ümumi sahəsi 368.6 kv/mert iki mərtəbəli, 5 B nömrəli tikilini vermişdir. Bundan əlavə həmin şəhərcikdən 1 ədəd 36.3 kv/mert, 2 ədəd 28.7 kv/mert qeyri yaşayış sahələri vermişdir. Beləliklə Məlahətə olan 180.000 manat və 80.000 ABŞ dollarına görə 2017- 2019-cu illərdə 169.200 manat nəğd pul və ümumi sahəsi 462.3 kv/mert qeyri yaşayış sahələri vermişdir. Həmin pulları və əmlakları verməyinə baxmayaraq Məlahət ondan borcunun yenə də qalmasını əsas gətirərək pul tələb etmiş, aralarında bununla bağlı mübahisə yaranmışdır. Bu zaman Məlahət dəfələrlə yanında bir neçə qadında onun evinə gələrək səs-küy salmaqla, pulunu, hətta qeyri-yaşayış sahələrini satmaqla pullarını verməyini tələb etmişdir. Bildiyinə görə həmin qeyri-yaşayış sahələrindən ikisi satılmışdır. Hətta Məlahət ona pulu ödəməyi ilə bağlı davamlı təzyiq etdiyindən pulu ödəyəcəyi ilə bağlı yazılı kağızlarda vermişdir. Həmçinin Məlahət 180.000 manat üzrə notarial qaydasında vermiş olduğu borc müqaviləsinin 6 ay ərzində icra edilməməsi il bağlı İcra şöbəsinə müraciət etmiş, o da bunu bildikdən sonra Nərimanov rayon məhkəməsinə məbləğin azaldılması üçün iddia ilə müraciət etmişdir. Lakin sonradan iddianın əsaslandırmaq üçün məhkəməyə getmədiyindən, iddiası rədd olunmuş, hazırda isə Apellyasiya məhkəməsinə həmin iddia ilə bağlı müraciət etmişdir. Zərərçəkmiş şəxs6 ilkin olaraq borcunun əvəzinə “Binəqədi gənclər şəhərciyində” XXİ saylı binasında 1 blok, 97,7 kv.m sahədən ibarət 3 otaqlı, 42№-li mənzili (42.000 manat dəyərində); XXİ saylı binada 1 blok, 84,6 kv.m sahədən ibarət 2 otaqlı 43№-li mənzili (40.000 manat dəyərində); XXİ saylı binada 2 blok, 117,5 kv.m sahədən ibarət 3 otaqlı, 68№-li mənzili (45.000 manat dəyərində) və XXİİİ saylı binanın 2 blok, 87 kv.m sahədən ibarət 2 otaqlı mənzili (38.000 manat dəyərində) rəsmi müqavilə üzrə versə də, sonuncu həmin mənzilləri istəmədiyindən, sonradan Zərərçəkmiş şəxs6 qeyri yaşayış sahələrini verdiyindən həmin mənzillər başqa şəxsə satılmışdır. Lakin mənzillərdən Zərərçəkmiş şəxs6 imtina etməsi barədə ərizəsi alınmamış, bu proseslər isə Şahid4 nəzarət etməli olmuşdur. Həmçinin həmin mənzillər üzrə Məlahətin və ya yaxın adamının adına müqavilələr tərtib edilərkən o, həmin mənzillərin girov kimi müvəqqəti olaraq verildiyini Məlahətə bildirmişdir. Lakin sonradan həmin mənzillərin satılması zərurəti yarandığından o, Məlahətə Abşeron rayonu, Mehdiabad qəsəbəsində "xxxx" MTK-ya aid “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksində ümumi sahəsi 450 m2-dən artıq olan 4 ədəd qeyri-yaşayış sahəsini həmin mənzillərin əvəzinə vermişdir. Hazırda da Məlahətə heç bir məbləğdə borcu yoxdur. Zərərçəkmiş şəxs10 da 45.000 ABŞ dolları borcu olmuş, lakin o, həmin pulu tam olaraq ödəmiş, hazırda heç bir məbləğdə borcu qalmamışdır. Zərərçəkmiş şəxs9 tikinti işləri ilə məşğul olması üçün 200.000 manat pul almışdır. Lakin sonradan işləri yolunda getmədiyindən həmin pulu qaytara bilməmiş, cəmi 40.000 manat qaytarmağına baxmayaraq 160.000 manat İsfəndiyara borcu qalmışdır. Həmin pulu da qısa müddətə qaytaracaqdır. X5 tanımır, ona görə də əlaqəsi olmamışdır. X13 2019-cu ilin əvvəlində torpaq alqı-satqı ilə əlaqədar tanımış, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsi ona həmçinin qardaşı Şahid5 aid olmuş, sənədlərdə isə sahibi Şahid5 qeyd olunmuşdur. 2019-cu ilin əvvəllərində həmin yeri satmaq qərarına gəlmiş və bununla bağlı tanışı əvvəllər alqı-satqı işləri ilə məşğul olmuş, bu sahə də əlaqələri olan Şahid3 köməklik etməsini bildirmişdir. İlk olaraq torpağın dəyərini 600.000 manat kimi qiymətləndirsə də, sonradan 400.000 manata sata biləcəyini Şahid3 demişdir. Bu söhbətdən təxminən bir neçə ay sonra Şahid3 ona torpaqla əlaqədar müştəri tapdığını ona demişdir. Torpaq üzrə isə Şahid5 adına bələdiyyə alqı-satqı sənədi olmuş, özəlləşdirmə sənədi olmamışdır. Anar Şixəliyevə torpaqla bağlı bütün sənədləri Şahid3 təqdim etmiş və sonuncu da razılaşmışdır. Bundan sonra Şahid3 ona torpağın Anar Şixəliyev adlı şəxs alacağını, həmçinin 2019-ci ilin may ayının əvvəllərində Anar Şixəliyevin vermiş olduğu 10.000 manat behi ona vermişdir. Danışıq əsasında Anar Şixəliyev həmin torpaqla əlaqədar özəlləşdirmə sənədini özünün alacağını demiş, ala bilmədiyi halda isə torpağı qaytaracağını Şahid3 vasitəsilə ona bildirmiş, o isə etiraz etməmişdir. 31.05.2019-cu ildə həmin torpaq sahəsi ilkin alqı-satqı müqaviləsi ilə onun deməyi əsasında Şahid5 tərəfindən Anar Şixəliyevə satılmışdır. Torpaq üzrə Anar Şixəliyev 340.000 manat vermiş, 50.000 manatı isə özəlləşdirmə sənədi alındıqdan sonra verilməsinə razılaşılmışdır. Anar Şixəliyev ödəmiş olduğu 340.000 manatdan qardaşı Şahid5 ona ortaq tanışları Nürəddin vasitəsilə 170.000 manat vermişdir. Alqı-satqı prosesində təxminən 1 ay sonra Şahid3 ona Anar Şixəliyevin torpağı özəlləşdirə bilmədiyini, odur ki, bununla bağlı onun köməklik etməsini dediyini bildirərkən maraqlanacağını demişdir. Təxminən 1 həftə sonra özəlləşdirmə üçün 240.000 manat lazım olduğunu Şahid3 demişdir. Şahid3 da özü bu barədə Anar Şixəliyevə demiş və razılaşmışdırlar. 2019-cu ilin iyul ayında Fikrət X17 Bakı şəhəri, T.Əliyevdə yerləşən evinə gəlmişlər və Anar Şixəliyev ona Şahid3 yanında 24 bağlamada olan 100 manatlıq əskinazlardan ibarət 240.000 manat vermişdir. O da Anar Şixəliyevə özəlləşdirmə sənədini ən tezi 1-2 ay müddətinə alacağını, həmçinin özəlləşdirmə sənədinin alınmasında həmişə gecikmələrin olmasını nəzərə almasını da əvvəlcədən demiş, sonuncu da etiraz etməmişdir. Həmin torpaq sahəsinin özəlləşdirmə dəyərinin 240.000 manat olması, həmçinin bu prosesi hansı formada etdiyi barədə bir söz deyə bilmir. Bundan sonra, özəlləşdirmə sənədi ilə məşğul olsa da, müəyyən səbəblərə görə özəlləşdirmə sənədini hazırki vaxtadək ala bilməmişdir. Özəlləşdirmə ilə əlaqədar alınmış 240.000 manatı həll oluna bilən problemdir. X51 özəlləşdirmə prosesi alınmadığı halda torpağı da qaytarmaqla pulunu tələb etdiyindən, həmin pulun yarısı qardaşı Şahid5 olduğundan, məbləğdə çoxaldığından torpağın pulunun qaytarılması qeyri-mümkündür. Torpaqla əlaqədar almış olduğu 170.000 manatıda müəyyən problemlərimə, həmçinin 31.05.2019-cu il tarixdə isə 15.000 ABŞ dollarını da Zərərçəkmiş şəxs2 borcunun əvəzinə vermişdir. Bununla əlaqədar Təranənin əlyazması da vardır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınaraq dindirilmiş, arvadı X21 ifadəsində göstərdi ki, onun həyat yoldaşı Təqsirləndirilən şəxs üç çağrış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Yalançı dələduz, cəmiyyətdə nüfuzu və ictimai etimadı olmayan insan üç dəfə deputat seçilə bilməz. O, əmindir ki, Təqsirləndirilən şəxs dələduzluq etməyib, baxmayaraq ki, ona həm mənəvi, həm də cinayət nöqteyi nəzərindən belə ağır ittiham verilmişdir. 2011-2012-ci illər ərzində "xxxx" MMC tiktiyi binalardan 1243 mənzil “Qaçqınlar və X30 üzrə Dövlət Komitəsinə” güzəştli qiymətlə satılmış və həmin mənzillər qaçqın və məcburi göçkünlərin istifadəsinə verilmişdir. Bundan başqa 2016-cı ildə müəssisə tərəfindən 50 mənzil “X49” kömək məqsədi ilə verilmiş və həmin mənzilləri də fond məcburi köçkünlərə paylamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs öz dövlətinə və xalqına təmənnasız xidmət etdiyini nümayiş etdirmişdir. Lakin 2015-2016-cı ilərdə ölkədə baş verən devalvasiya MMC-nin,o cümlədən bankların, fəaliyyətində ciddi problemlər yaratmış, bu səbəbdən o ayrı-ayrı şəxslərdən yüksək faizlə pul vəsaiti götürmək məcburiyyətində qalmış, götürdüyü pulları o mənimsəməmişdir, hamısını böhrandan çıxmaq üçün MMC-in inkişafına xərcləmişdir. Təqsirləndirilən şəxs özü də əvvəllər prokurorluqda işləməsinə baxmayaraq keçmiş həmkarları onun işi üzrə istintaq apararkən ciddi qanun pozutularına yol vermişlər, obyektiv və hərtərəfli istintaq aparmamışlar. Verdiyi vəsatətləri yoxlamadan, araşdırmadan əsasız olaraq rədd etmişlər, bütün səylərini cinayətin əsas iştirakçılarından biri olan Şahid4 məsuliyyətdən kənarda saxlanılmasına yönəltmişlər. İş üzrə istintaq tamamlandıqdan sonra, iş materialları ilə tanış olduqdan sonra Təqsirləndirilən şəxs 18 vərəqdə bəzi istintaq hərəkətlərinin aparılması barədə vəsatət vermişdir. Məsələn, onun iş üzrə zərərçəkmiş kimi tanınmış Zərərçəkmiş şəxs2 borc müqabilində verdiyi əmlakın ittiham verilərkən nəzərə alınmaması və qarşılıqlı razılaşma əsasında verdiyi əmlakın dəyərləndirilməməsi, Təranə Fətəliyevə tərəfindən 2015-ci ildə manatla verilən borcun özbaşına dollara çevirilməsi və faizlər hesablayaraq borcun şişirdməsi, zərərçəkmişin dələduzluq yolu ilə ondan bütün borcları bağlayan miqdardan da çox əmlak alması barədə verdiyi vəsatətlər araşdırılmadan və yoxlanılmadan rədd edilmişdir. Halbuki bu halların yoxlanılması və təhlil edilməsi ittihama birbaşa təsir edən amillərdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs6 ilə bağlı borcun tam ödənilməsi və artıq verilən məbləğin qaytarılması barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini bildirsə də istintaq orqanı onun gətirdiyi bu dəlilləri yoxlamamışdır. Araşdırmanın obyektivliyini təmin edə bilən-18 vərəqdə əks olunan digər vəsatətlərə də baxılmamışdır. Müstəntiqin vəsatətlərin rədd edilməsi barədə qərarında qanunun tələblərinə zidd olaraq heç bir sübuta, iş materiallarına istinad edilməmiş, bir cümlə ilə bütün vəsatətlər rədd edilmişdir. Müstəntiqin məntiqindən belə nəticə çıxarmaq olarmış ki, təqsirləndirilən şəxs özünün müdafiəsinə yönəlmiş vəsatətlər yox, özünü ifşa edən halların araşdırılması barədə vəsatət verməliymiş. Qanunun tələblərinə uyğun olaraq ittihamın həcminə, şəxsin təqsirsizlyinə təsir edən bütün halları yoxlamaq müstətiqin vəzifə borcudur. Vəsatət rədd edildikdə isə müstəntiq qərarda iş materialarına, toplanmış sübutlara istinad etməklə həmin vəsatətləri təmin və yaxud rədd etməlidir. Göstərdiyi bu hallar istintaq orqanı tərəfindən yol verilmiş qanun pozuntularının çox az bir qismidir. Faktiki olaraq istintaq zamanı təqsirləndirilən şəxsin verdiyi vəsatətlər baxılmamış qalmışdır. Təkcə bu hal təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozuntusu kimi qiymətləndirilməsi və cinyət işinin əlavə istintaqa qaytarılması üçün mübahisəsiz əsasdır. Təqsirləndirilən şəxs istintaq zamanı onun maliyyə problemlərinin yaranmasının əsas səbəbkarlarından biri qardaşı Şahid4 olduğunu bildirmişdir. Lakin onun bu barədə də gətirdiyi dəlillər müstəntiq tərəfindən yoxlanılmamış, əksinə ona məlum olmayan səbəblərdən Şahid4 cinayət əməlləri ört-basdır edilmişdir. Şahid4 müəssisənin təsisçisi və direktoru kimi fəaliyyət göstərdiyi dövrdə öz qardaşından gizli pul vəsaitlərini və əmlakları mənimsəmiş, qardaşını ağır maddi duruma salmış, özü isə bu gün Azərbaycanda, Türkiyədə və Macarıstanda tikinti biznesi ilə məşğul olur. Şahid4 direktor səlahiyyətlərini icra edərkən iş üzrə zərərcəkmişlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs2 və başqaları ilə mənzillərin və qeyri-yaşayış sahələrinin girov qismində ayrılması və satılması barədə müqavilələr bağlamış, imzalamış və möhürlə təsdiq etmiş, vətəndaşlardan pul vəsaitlərini qəbul etmiş və bu barədə qəbz vermişdir. Sonralar isə Şahid4 birtərəfli qaydada həmin müqavilələrin şərtlərini pozaraq ayrılmış mənzilləri və qeyri-yaşayış sahələrini satmışdır. Bu qanunsuz satışdan əldə edilmiş vəsaitlər kimə çatmışdır. İstintaq orqanı araşdırma zamanı bu sualın cavabını tapmamışdır. Cinayətin əsas iştirakçılarından biri zərərçəkmişlər qarşısında maddi məsuliyyət daşımalı olan bir şəxs açıq-aşkar məsuliyyətdən kənarda saxlanılmışdır. Bu fakt Şahid4 məsuliyyətə cəlb edilməsi və işin əlavə istintaqa qaytarılması üçün yetərlidir. Təqsirləndirilən şəxs ifadələrində və vəsatətində göstərmişdir ki, Şahid4 vergi orqanlarının əməkdaşları ilə əlaqəyə girərək 7 million manat məbləğində vergi ödənişindən yayınmışdır. Lakin bu faktlar korrupsiya ilə mübarizə aparmalı olan orqan tərəfindən yoxlanılmadan, araşdırma aparmaq üçün əməkdaşı cinayətdə iştirak etmiş orqanın özünə göndərilmişdir. Beləliklə göstərilən faktlarla istintaqın natamam, qeyri obyektiv, qərəzli və birtərəfli, Təqsirləndirilən şəxs müdafiə hüququnun kobud şəkildə pozulması ilə aparıldığı öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, uzun illərdir ki, tikinti sahəsi üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, tikinti sahəsini genişləndirmək istədiyindən 2019-cu ilin əvvəllərində qohumu Zakir Əliyevlə söhbət edərkən sonuncuya torpaq sahəsi almaq istədiyini demişdir. Bundan təxminən 15- 20 gün sonra Zakir onun yaşadığı evə gələrək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində 2 hektar tikinti təyinatlı torpaq sahəsi tapdığını, həmin sahənin də deputat Təqsirləndirilən şəxs aid olduğunu, lakin həmin torpaq sahəsinin sonuncunun qardaşı Şahid5 adına olduğunu bildirməklə, maklerliklə məşğul olan həmin torpaq sahəsini tapmış tanışı Şahid3la onu tanış etmişdir. O, həmin torpaq sahəsinə baxış keçirən zaman eynilə Şahid3 da ona həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs aid olduğunu, lakin rəsmiyyətdə qardaşı Şahid5 adına olduğunu təsdiq etmişdir. Bundan sonra Şahid3 torpağın satışı qiymətinin 450.000 manat olmasını deyən zaman o, razılaşmayaraq həmin torpaq sahəsinə 390.000 manat verə biləcəyini bildirmiş, sonuncu da Təqsirləndirilən şəxsla məsləhətləşərək ona cavab deyəcəyini demişdir. Bir neçə gün sonra Şahid3 ona 390.000 manata Təqsirləndirilən şəxs razılaşdığını demişdir. Torpaqla bağlı Şahid5 aid məhkəmə qərarı və 22.06.2007-ci il tarixli Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 19/50 saylı qərarı olduğundan, həmin sənədlər əsasında torpaq sahəsi ona satılmalı və daha sonra isə torpaqla bağlı sonuncu özəlləşdirmə sənədini almalı, yenidən həmin sənəd əsasında torpaq sahəsini ona satmalı olmuşdur. Şahid3la danışıqları əsasında Şahid5 adına özəlləşdirmə sənədinin alınmasında o da maddi köməklik edəcəyini demişdir. Həmin ərəfələrdə Şahid3la onun arasında olan danışıqlıqlar əsasında sonuncu Təqsirləndirilən şəxsla məsləhətləşərək ona cavab vermişdir. Bundan sonra aralarında olan razılığa əsasən o, Şahid5 390.000 manat puldan 340.000 manat verməli və qalan 50.000 manatı isə özəlləşdirmə sənədi alındıqdan sonra verməli olmuş, onun şərtləri ilə Təqsirləndirilən şəxsla Şahid5 da razılaşmışlar. Bundan sonra torpaqla bağlı razılaşdıqları kimi 31.05.2019-cu il tarixdə 43 saylı notarial kontoru ilə Şahid5la onun anası Kəmalə Şixəliyeva arasında ilkin alqı satqı müqaviləsi bağlanılmış və müqavilə də özəlləşdirmə sənədinin alınması satan tərəfin üzərinə qoyulmuşdur. Danışıq əsasında 2 ay müddətində özəlləşdirmə sənədi alınmalı olmuş, həmçinin müqavilə imzalanarkən torpaqla əlaqədar 340.000 manat da notariusda Şahid5 bank hesabına köçürülmüş, 50.000 manatı isə sənəd alındıqdan sonra verilməsi nəzərdə tutulmuşdur. Bir neçə gün sonra Şahid3 onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs özəlləşdirmə sənədinin alınması ilə əlaqədar müvafiq şəxslərlə danışdığını, odur ki, bununla bağlı Təqsirləndirilən şəxsla görüşməli olduğunu ona demişdir. 2019-cu ilin iyul ayında o, Şahid3la birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu T.Əliyev küçəsində yerləşən evinə getmiş, sonuncu ilə söhbət zamanı özəlləşdirmə sənədinin alınmasının çox çətin olduğunu lakin bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrin rəhbərləri ilə danışdığını, odur ki, özəlləşdirmə sənədinin verilməsi üçün 240.000 manat verilməli olduğunu ona demişdir. Bu zaman o, həmin məbləğin çox olmasını desə də, Təqsirləndirilən şəxs qeyd olunan məbləğdən aşağı məbləğə sənədin alınmasının mümkün olmayacağını demişdir. O da ilkin danışıqları əsasında özəlləşdirmə sənədinin alınması üçün müəyyən xərcləri ödəyəcəyini öz üzərinə götürdüyündən, Təqsirləndirilən şəxsla razılaşmış və 240.000 manatı verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən pulu təcili verməli olduğunu dediyindən, o da işi getsin deyə həmin vaxt avtomobilindən düşərək 240.000 manat pulu götürərək Təqsirləndirilən şəxs evində otaqda şəxsən özünə vermişdir. Həmin vaxt orada ondan və Təqsirləndirilən şəxs əlavə sonuncunun tanışı, həmçinin ona torpaq sahəsini tapan Şahid3 olmuşdur. Pul 100 manatlıq əskinazlardan ibarət olmaqla 24 bağlama olmuş, Təqsirləndirilən şəxs da həmin pulu ondan alaraq saymağa ehtiyac olmadığını deyərək 2 ay müddətinə özəlləşdirmə sənədini alacağını demişdir. Qeyd olunan iki ay müddətində o, istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** mobil nömrələrinə zəng edən zaman sonuncu ona hər dəfə narahat olmamasını bildirmişdir. İki aydan sonra Təqsirləndirilən şəxs xəbər çıxmadığından yenə də sonuncu ilə əlaqə saxlasa da, nəticəsi olmamış, hazırkı vaxtadək sonuncu nə 240.000 manatı qaytarmış, nə də ki özəlləşdirmə sənədini verməmişdir. 340.000 manatı torpağa görə, 240.000 manatı isə özəlləşdirməyə görə vermiş, torpaq sahəsi anası Kəmalə Şixəliyevanın adına olmuş, notariusa anası və atası getmişlər. 340.000 manat pulu sürücüsü vasitəsilə göndərmiş, özü notariusda iştirak etməmiş, torpaq sahəsinin özəlləşmə ilə bağlı sənədləri olmasa da, notariusda müqavilə bələdiyyə sənədi əsasında bağlanmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2014-cü ildən Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs2 ilə uzaqdan qohum olmuş, həmçinin həkim olduğundan, ailəvi gedişgəlişləri olmuş, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ilə aralarında düşmənçiliyi və ya ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs2 həkim olaraq Təqsirləndirilən şəxs ailə üzvlərinə xidmət etdiyindən, münasibətləri yaranmış, 2015-ci ilin mart ayının 21-də o, evdə olarkən Zərərçəkmiş şəxs2 evə gəlmiş və söhbət edərkən, sonuncu ona Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsindən faktiki sahibi olduğu "xxxx" MTK-də binaların tikinti ilə məşğul olduğunu, həmin işlə bağlı Təqsirləndirilən şəxs pul çatışmamazlığını olması ilə əlaqədar müraciət etdiyini, pul verildiyi halda tikilmiş binadan ucuz qiymətə mənzil və ya obyekt, həmçinin verilmiş puldan danışmaz əmlakdan əlavə gəlir də verəcəyini dediyini ona bildirmişdir. Onun da həmin müddətədək Zərərçəkmiş şəxs2 vasitəsilə Təqsirləndirilən şəxs ilə münasibəti olduğundan, sonuncu həm deputat olduğundan, həmçinin ziyalı kimi onda fikir yaratdığından, hər hansı başqa fikirdə olmasını düşünməmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla yanaşı aldatmaq kimi fikrinin mümkün olmadığını ona demiş, o da özlüyündə Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla onu aldadacağını düşünmədiyindən, ev almaq üçün elə yığmış olduğu 200.000 ABŞ dollar pulu sonuncuya verə biləcəyini Zərərçəkmiş şəxs2 bildirmişdir. Yalnız Zərərçəkmiş şəxs2 100.000 ABŞ dollarını özünün pulu kimi, 100.000 ABŞ dollarının isə onun pulu kimi Təqsirləndirilən şəxs verməsini demiş, çünki Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 münasibəti yaxın olduğundan həmin pulun sonuncunun pulu kimi bilməklə qaytarmaqda problem yaranmayacağını düşünmüşdür. Zərərçəkmiş şəxs2 da onunla razılaşdığından 100.000 ABŞ dollarını evdə sonuncuya vermiş, o, isə özündə 100.000 ABŞ dolları götürmüşdür. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, sonuncu onlara Bakı şəhəri, Nərimanov rayonu, Çapayev küçəsi adlandırılan yerdə yerləşən “Şuşa”restoranın yanına gəlmələrini bildirmişdir. Evi həmin restorana yaxın olduğundan Zərərçəkmiş şəxs2 ilə birlikdə restoranın yaxınlığına getmiş və orada onları gözləyən Təqsirləndirilən şəxsla görüşərək “Mercedes” markalı avtomobilinə əyləşmişlər. Təqsirləndirilən şəxsla avtomobildə söhbət edərkən sonuncu ona pulu binanın tikintisinə qoyacağını, tikilmiş binadan mənzil və ya obyekt verəcəyini, həmçinin qoyulmuş pul üzrə əldə edəcəyi mənfəətin bir hissəsini də köməklik etdikləri üçün onlara verəcəyini demişdir. Lakin aralarında konkret faiz və ya konkret məbləğ söhbəti olmamış, həmçinin özünü də vəzifəli şəxs deputat kimi tərifləməklə, dövlətə vətəndaşlara xidmət etdiyini deməklə hər hansı problemlərin olmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs pulu geri götürmək lazım olduğu halda 2 ay əvvəlcədən deməklə pulu geri ala biləcəklərini onlara demiş, bu zaman o, hər ehtimala görə notarial qaydada borc müqaviləsinin bağlanılmasını desə də, Təqsirləndirilən şəxs ona yenə də ölkə də tanınan şəxs olduğunu bir daha bildirərək, 100-200 min manata görə adına ləkə gətirməyəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs bu sözlərinə inanaraq üstündə götürdüyü 100.000 ABŞ dollarını, həmçinin Zərərçəkmiş şəxs2 vermiş olduğu 100.000 ABŞ dollarını ümumilikdə 200.000 ABŞ dollarını Təqsirləndirilən şəxs vermişlər. Pulun verilməsindən 1 ay sonra o, Təqsirləndirilən şəxs zəng vurmuş və sonuncu ilə Bakı şəhəri, Nərimanov rayonu, Çapayev küçəsi adlandırılan yerdə yerləşən “Şuşa”restoranın yanında görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs hələ işlərini qismən bərpa etdiyini deməklə əldə etdiyi mənfəətdən ona 5000 ABŞ dolları vermiş, işləri yaxşı olduğu halda daha çox pul verəcəyini demişdir. 2015-ci ilin axırlarında Təqsirləndirilən şəxsla yenə də Bakı şəhəri, Nərimanov rayonu, Çapayev küçəsi adlandırılan yerdə yerləşən “Şuşa”restoranın yanında görüşmüşlər və ona yenə də gəlirdən 5.000 ABŞ dolları vermişdir. Bundan sonra yenə də davamlı olaraq Təqsirləndirilən şəxsla əlaqə saxlasa da, sonuncu ona işlərinin alınmadığını demiş, sonuncu dəfə Təqsirləndirilən şəxsla 2016-ci ilin avqust ayında Sahil Metrostansiyasının yanında görüşmüş və ona yenə də 5000 ABŞ dolları pul vermişdir. Vermiş olduğu 200.000 ABŞ dollarından Təqsirləndirilən şəxs ona mənfəət kimi cəmi 1 il 5 ay müddətində 15.000 ABŞ dolları pul vermişdir. Bu vəziyyət onda şübhələr yaratdığından, davamlı olaraq Təqsirləndirilən şəxsla əlaqə saxlamaqla və pulunu geri qaytarmasını tələb etməyə başlamış, Təqsirləndirilən şəxsla əvvəldən danışdıqları kimi yenə də 2 ay müddətinə pulu qaytaracağını ona demişdir. Bundan sonra həmin 2 ay keçdiyi üçün o, Təqsirləndirilən şəxsla əlaqə saxlamış və sonuncu ona işlərinin zəif olduğunu, lakin pulu tapıb qaytarcağını demişdir. Bundan sonrakı müddətdə təxminən 1 il bundan əvvələ kimi o, davamlı olaraq Təqsirləndirilən şəxs pulunu tələb etməyə davam etməsinə baxmayaraq sonuncu müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs2 da pulu geri almasını bildirdiyindən sonuncu da dəfələrlə Təqsirləndirilən şəxs pulu tələb etmiş, lakin Təqsirləndirilən şəxs pulu qaytaracağını desə də, qaytarmamışdır. Sonuncu dəfə 2019-ci ilin yay aylarında o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq pulunu tələb etdiyi zaman sonuncu ona yenə də qaytaracağını dediyindən aralarında mübahisə yaranmış və bundan sonra o, Təqsirləndirilən şəxs zəng etməmişdir. Təqsirləndirilən şəxs deputat olmaqla vəzifəli şəxs kimi nüfuzunda istifadə edərək 200.000 ABŞ dolları pulunu ələ keçirmiş, Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs bina tikintisi ilə məşğul olduğunu, odur ki, işi ilə əlaqədar pul lazım olduğunu, həmin pulu əldə etdiyi halda pulun əvəzinə tikəcəyi binadan mənzil və obyekt, həmçinin binanın tikintisindən əldə edəcəyi gəlirdən müəyyən qədər pul verəcəyini demişdir. O da Təqsirləndirilən şəxs deputat-vəzifəli şəxs olmasını bildiyindən, ictimaiyyətdə müəyyən nüfuza malik şəxs olmasını gördüyündən, ehtiyat etmədən 200.000 ABŞ dollarını Rafaelə vermişdir. Yoldaşı Zərnişanın isə Şahid4 faizlə pul verməsindən onun məlumatı olmamış, Təqsirləndirilən şəxs ondan əlavə Təranə Fətullayevadan da müəyyən məbləğdə pul almış, pulu 21 mart 2015-ci il tarixdə vermişdir. 200.000 ABŞ dolları onun özünə məxsus olmuş, ümumilikdə ona vurulmuş ziyandan cəmi 15.000 ABŞ dolları qaytarılmışdır. Pulu Təqsirləndirilən şəxs məxsus avtomobildə vermiş, 2019-ci ilin yay aylarından o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq pulunu tələb etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, X18 onun uşaqlıq rəfiqəsidir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vasitəsilə tanımış, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs qardaşı Şahid5 onun bağ evində əvvəllər kirayədə yaşadığından sonuncu vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs deputat olmaqla yanaşı uzun müddət tikinti işləri ilə məşğul olmuş, Zərərçəkmiş şəxs2 da müəyyən qədər işi ilə əlaqədar pullar almış, 2015-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ona biznes təklifi etmişdir. Belə ki, onu “Şərq bazarı” adlanan bazarın yanındakı işıqforun sağ tərəfində inşa etdiyi 17 mərtəbəli yaşayış binasının sonuncu, yəni mansar mərtəbəsinə apararaq, həmin mərtəbənin 1200 kv.m təşkil etdiyini, lakin həmin mərtəbəyə lift qalxmadığı üçün qeyd edilən mərtəbədə yerləşən mənzillərin qiymətinin çox ucuz olduğunu, liftin qalxması üçün hansısa qurğu quraşdırılmalı olduğunu və bunun üçün 50.000 ABŞ dolları məbləğində pul vəsaitinə ehtiyac olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin pulun müqabilində ona iki aydan sonra 10 min ABŞ dolları qazanc verəcəyinə vəd vermiş, o da inanıb bir neçə gündən sonra, 2015-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Teymur Əliyev küçəsindəki villasının qarşısında 50.000 ABŞ dolları pulu şəxsən sonuncunun özünə vermişdir. Lakin bundan iki ay keçdikdən sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə onun pulunu qaytarmaqdan imtina etmiş, bu günə kimi də, pulunu qaytarmamışdır. Beləliklə o, Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüş, o, dəfələrlə Təqsirləndirilən şəxs ilə ***-***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlamış, evində olub pulunu tələb etsə də, sonuncu qaytarmaqdan imtina etmişdir. O, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 da külli miqdarda pul alıb ələ keçirdiyini bilmişdir. Təqsirləndirilən şəxs ona biznes fəaliyyəti ilə məşğul olacağını təklif etmiş və ona 50.000 ABŞ dollarına binada lift qoyacağını, həmin mansarda yerləşən mənzilləri satdıqdan sonra isə əldə edəcəyi xeyirdən ona 10.000 ABŞ dolları verəcəyini demişdir. Konkret onun pulu biznes fəaliyyətinə qoyacağını, əldə edəcəyi gəlirdən ona pul verəcəyini demiş, o, ərizəsini tələsik olaraq komputerdə çıxararaqkən səhvən 70.000 ABŞ dolları kimi qeyd etsə də, əslində həmin məbləğ 50.000 ABŞ dolları olmuşdur. Təqsirləndirilən şəxs ondan pulu binaya lift qoymaq üçün almış və əvəzində əldə etdiyi mənfəətdən ona 100.000 ABŞ dolları verəcəyini demişdir. Zərərçəkmiş şəxs5 məhkəmədə əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs məxsus və ölümünə qədər faktiki sahibliyində olmuş, Binəqədi rayonu, 7-ci MKR ünvanında yerləşən, formal olaraq X16 adına rəsmiləşdirilmiş mağazanı Təqsirləndirilən şəxs ona vurulmuş ziyanın ödənilməsi üçün verəcəyini bildirmişdir. Binəqədi rayon Bələdiyyəsi tərəfindən həmin mağaza X16 adına rəsmiləşdirilmişdir. Buna baxmayaraq həmin əmlakın faktiki sahibi mərhum Təqsirləndirilən şəxs olmuşdur. Hazırkı cinayət işi üzrə 19.08.2021-ci il tarixində keçirilmiş, mərhum Təqsirləndirilən şəxs sağ olaraq iştirak etdiyi sonuncu məhkəmə baxışından sonra nümayəndəsi, vəkil Nümayəndə5 Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 müşayiəti ilə təqsirləndirilən şəxsə yaxınlaşmış və ona dəymiş maddi ziyanın barışıq yolu ilə ödənilməsi barədə soruşmuşdur. Mərhum Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan mağazanın öz sərəncamında olduğunu, Aqil Talıbova hüquqların Zərərçəkmiş şəxs5 keçirilməsi ilə bağlı tapşırıq verəcəyini söyləmişdir. Lakin, Təqsirləndirilən şəxs vəfat etdiyindən həmin məsələ yarımçıq qalmışdır. Mərhum Təqsirləndirilən şəxs əmlakların siyahısını əks etdirən dəftəri olmuş, həmin dəftərdə qardaşları Şahid4, Şahid5 və yeznəsi Aqil Talıbovun adına rəsmiləşdirilmiş, lakin reallıqda Təqsirləndirilən şəxs özünə məxsus olan evlər, obyektlər və sair daşınmaz əmlaklar təsvir olunmuş və tərəflərin imzası ilə təsdiq olunmuşdur. Həmin əmlakın üzərinə gələcəkdə həbs qoyulması ona vurulmuş ziyanın ödənilməsi üçün əhəmiyyətlidir. O, mülki iddianın təmin edilməsi ilə əlaqədar gələcəkdə də mülki mühakimə icraatı qaydasında həmin əmlakın üzərinə həbs qoyularaq vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi ilə əlaqədar müraciət edəcəkdir. Eyni zamanda hazırki cinayət işi üzrə də, mülki iddiası ilə əlaqədar qərar qəbul edilərkən çıxışında qeyd etdiyi Binəqədi rayon Bələdiyyəsi tərəfindən X16 adına rəsmiləşdirilmiş mağaza ilə bağlı xüsusatların diqqətə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 1989-cu ildə Azərbaycan Dövlət Tibb universitetinin, mama-ginekoloq fakültəsini bitirmiş, 1991-ci ildən hazıradək Azərbaycan Mərkəzi Dəmiryol Xəstəxanasında öz ixtisasım üzrə çalışır. Təqsirləndirilən şəxs təxminən 2002-ci ildən tanıyır, sonuncu ilə əvvəllər yaxın münasibəti olmuşdur. Belə ki, o, həkim kimi fəaliyyət göstərərək Təqsirləndirilən şəxs ailə üzvlərinin daimi həkimi olmuş, bundan sonra ailəvi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxsla həmçinin uzaq qohumluq münasibətləri də olmuşdur. Həmin illərdən Təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarından işlədiyini, həmçinin qardaşı Şahid4 da tikinti işləri ilə məşğul olduğunu bilmiş, Təqsirləndirilən şəxs da həmin tikinti işlərinə ümumi nəzarət etmişdir. 2005-ci ildə Təqsirləndirilən şəxs deputat seçilmiş, biznes fəaliyyətini daha da genişləndirmişdir. Ailəvi yaxınlıqlarıyla əlaqədar Təqsirləndirilən şəxs seçki kompaniyasında yaxından iştirak etmişlər. Tikinti fəaliyyəti ilə əlaqədar təsis edilmiş "xxxx" MMC Təqsirləndirilən şəxs məxsus olsa da, direktoru Şahid4 olmuşdur. 2004-cü ildə həmin binadan 50.000 manata razılaşaraq, ev almışlar. 30.000 manat ilkin ödəniş etmişlər, qalan pulu isə bina tikilməkdə olarkən ödəyib bağlamışlar. Onların aldığı evi Şahid4 rəsmiləşdirmişdir. Təqsirləndirilən şəxsla ailəvi münasibətləri olduğundan davamlı olaraq ona öz biznes fəaliyyətindən danışmışdır. 2010-cu ildən Təqsirləndirilən şəxs ondan dəfələrlə borc pul almaqla qaytarmış, həmin müddət ərzində də ona dəfələrlə pulun əvəzi kimi tikdirdiyi binalar üzrə müqavilə vermişdir. Təqsirləndirilən şəxs borcunu qaytardığı zaman o, həmin müqavilələri Təqsirləndirilən şəxs qaytarmış, davamlı olaraq pulu qaytarmağı nəticəsində Təqsirləndirilən şəxs etibarı yaranmışdır. Həmin pulların məbləğləri 20-40 min ABŞ dolları arası olmuş, həmin pullar üzrə də Təqsirləndirilən şəxs ona müəyyən qədər mənfəət vermişdir. Bu zaman Təqsirləndirilən şəxs daimi olaraq tikinti işləri ilə məşğul olduğundan, deputat olduğundan ictimaiyyətdə ziyalı kimi tanındığından sonuncuya qarşı etibarı daha da möhkəmlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona binaların tikintisi ilə əlaqədar pul qoymağını, tikiləcək bina üzrə əldə edilmiş gəlirdən ona daha da artıq mənfəət verəcəyini deməyə başlamışdır. 2015-ci ildə Təqsirləndirilən şəxs ona müraciət edərək, Abşeron rayonu Masazır qəsəbəsində yeni yaşayış kompleksi inşa etdiyini və bunun üçün ona maliyyə dəstəyi lazım olduğunu bildirmişdir. Bu məqsədlə ondan 300.000 ABŞ dolları pul istəmiş və bunun müqabilində inşa ediləcək yaşayış kompleksindən biznes məqsədilə güzəştli qiymətlərlə mənzillər və ya pulunu mənfəətlə qaytaracağını vəd etmişdir. O, ailəsi ilə müzakirə edərək razılaşdıqdan sonra 2015-ci ildə 300.000 ABŞ dollarını atası Rasim Nağıyevin və qardaşı Əjdər Nağıyevin iştirakları ilə Bakı şəhəri, Binəqədi rayonunda “Oazis” restoranın yaxınlığında 3 dəfəyə belə ki, 90.000, 70.000 və 140.000 ABŞ dollarını qismində Təqsirləndirilən şəxs vermişdir. Pulları verdikdən sonra o, Təqsirləndirilən şəxs pulu ona verməyi ilə bağlı təsdiq edəcək sənəd verməsini xahiş etdiyindən, sonuncu ona notarial qaydada borcu təsdiq edə biləcəyini bildirmişdir. Hər ehtimala qarşı 09.09.2015-ci il tarixdə Təqsirləndirilən şəxsla Bakı şəhəri, Nizami rayonunda yerləşən hazırda nömrəsini unutduğu notariat kontoruna getmiş və orada 300.000 ABŞ dollarını 3 il müddətinə qaytarılması üzrə aralarında kredit müqaviləsi bağlanmışdır. Bundan sonraki müddətdə o, davamlı olaraq Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində tikdirdiyi binalara baxış keçirmiş və həqiqətən də binalarda davamlı olaraq işlərin aparılmasının şahidi olmuşdur. Pulun verilməsindən 1 il keçdikdən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq, işlərin necə olmasını dediyi zaman sonuncu ona narahat olmamağını demişdir. Bu proseslər 3 ildən artıq davam etmiş, lakin Təqsirləndirilən şəxs ona müəyyən əsaslar gətirərək pulu qaytarmaqdan imtina etmişdir. Hətta o, Təqsirləndirilən şəxs evində də bir neçə dəfə olmaqla pulunu tələb etsə də, sonuncu yenə də müəyyən bəhanələr gətirərək pulu qaytarmamışdır. Sonda 2018-ci ilin axırlarında o, Təqsirləndirilən şəxs pulu qaytarmaması ilə əlaqədar Abşeron rayon məhkəməsinə müraciət etmiş, müraciəti üzrə onun xeyrinə 30.05.2019-cu il tarixdə qətnamə çıxarılmışdır. Bundan sonra yenə də Təqsirləndirilən şəxsla münasibətlərini pozmamış və pulu ödəməsi üçün sonuncu ona vaxt lazım olduğunu, ona görə də məhkəməni uzanmasını təmin edəcəyini, qətnamədən Apelyasiya şikayəti verəcəyini deməklə, həmin instansiyaya şikayət etmişdir. Apelyasiya məhkəməsində də onun xeyrinə qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs sonra da Ali məhkəməyə müraciət etmiş, Ali məhkəmədə də qərar təsdiq edilmişdir. Təqsirləndirilən şəxs onun vasitəsi ilə qohumu Zərərçəkmiş şəxs7la da tanış olaraq ondan aldatma yolu ilə pul götürmüşdür. Belə ki, 2015-ci ildə Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs7 ilə əlaqə saxlamış, sonuncuya tikinti işləri ilə əlaqədar pul lazım olduğunu, pulun əvəzinə mənfəətlə pul qaytaracağını demişdir. Həmin danışıqlar ilə əlaqədar Zərərçəkmiş şəxs7 onu evinə dəvət etməklə Təqsirləndirilən şəxs danışıqlarını ona demişdir. Zərərçəkmiş şəxs7 ona Təqsirləndirilən şəxsla danışdığını, sonuncuya 200.000 ABŞ dolları pul vermək istədiyini, lakin həmin pulun 100.000 ABŞ dollarını ona verməklə onun pulu kimi Təqsirləndirilən şəxs təqdim etməklə verməsini, qalan 100.000 ABŞ dollarını da öz pulu kimi Təqsirləndirilən şəxs vermək istədiyini demiş, o da etiraz etməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs7 ona 100.000 ABŞ dolları pul vermiş, özü də digər 100.000 ABŞ dollarını götürmüşdür. Təqsirləndirilən şəxsla “Şuşa” restoranının yanında görüşüb, sonuncunun avtomobilinə əyləşərək Zərərçəkmiş şəxs7la birlikdə ümumilikdə 200.000 ABŞ dollarını Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs ondan əlavə Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 müəyyən məbləğdə pul almışdır. Zərərçəkmiş şəxs2 məhkəmədə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs7la ailəvi yaxınıq və qohumluq əlaqələri var. Yusif onların evinə gələrkən bina onun xoşuna gəlmiş və o da ev almaq istəmişdir. Bir neçə dəfə gedib binalara da baxmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 demişdir ki, əlində olan məbləğdən ona versin, həmin məbləğ binanın tikintisinə sərf olunacaq və onun müqabilində Zərərçəkmiş şəxs7 mənzil verəcəkdir. Zərərçəkmiş şəxs7 onu evinə dəvət etməklə Təqsirləndirilən şəxs danışıqlarını ona deyəndə, o demişdir ki, o da Rafaelə pul vermiş, amma hələ ki gözləyir. Zərərçəkmiş şəxs7 ona Təqsirləndirilən şəxsla danışdığını, sonuncuya 200.000 ABŞ dolları pul vermək istədiyini, lakin Təqsirləndirilən şəxsla onların daha sıx münasibəti olduğundan həmin pulun 100.000 ABŞ dollarını ona verməklə onun pulu kimi Təqsirləndirilən şəxs təqdim etməklə, qalan 100.000 ABŞ dollarını da öz pulu kimi Təqsirləndirilən şəxs vermək istədiyini demiş, o da etiraz etməmişdir. Təqsirləndirilən şəxsla “Şuşa” restoranının yanında görüşmüşlər, o, həmin yerə çatanda artıq Zərərçəkmiş şəxs7 və Təqsirləndirilən şəxs avtomobilə əyləşmişlər. Zərərçəkmiş şəxs7 o, Təqsirləndirilən şəxs daha öncə tanımışdır. Zərərçəkmiş şəxs7la birlikdə Təqsirləndirilən şəxs pulu “Şuşa” restoranının yanında verdikləri gün o, Zərərçəkmiş şəxs7gilə getmiş, lakin, Zərərçəkmiş şəxs7 evdən çıxıb Rafaelin yanına getdikdən bir qədər sonra o, sonuncuların yanına getmişdir. Zərərçəkmiş şəxs7 verdiyi 100.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs7 özünün yanında vermiş, Zərərçəkmiş şəxs7 maşından düşdükdən sonra o, Rafaelin maşınında onunla tək qalmamışdır. Onun bu məsələdə heç bir mənfəəti olmamış, Təqsirləndirilən şəxs özü Xatirəyə demişdir ki, 200.000 ABŞ dollarını ona versin və o da pulu Rafaelə çatdırsın, Rafael də Xatirəyə zəng edərək pulun ona çatdığını bildirmişdir. Təqsirləndirilən şəxs onların verdiyi pulları tikintiyə sərf etdiyini deyirərək onlara evləri ucuz qiymətə vermişdir. Zərərçəkmiş şəxs7 isə Təqsirləndirilən şəxs verdiyi puldan faiz almış, yəni pulu ev almağa görə deyil, pul mənfəətinə görə vermişdir. Sonradan üzərindən 2 ay keçdikdən sonra Zərərçəkmiş şəxs7 özü də Rafaelə demişdir ki, onun vasitəsilə Rafaelə verdiyi 100.000 ABŞ dolları da ona məxsusdur. Belə ki, Yusif verdiyi pulun müqabilində Rafaeldən hər ay qazanc almışdır. O, 300.000 ABŞ dolları pulu Zərərçəkmiş şəxs7 əvvəl Təqsirləndirilən şəxs vermişdir. Onun Təqsirləndirilən şəxs verdiyi 300.000 ABŞ dollarının 100.000 ABŞ dolları Zərərçəkmiş şəxs7 pulu olmamış, belə ki, o, həmin pulu Yusifdən öncə vermişdir. İş üzrə mərhum Zərərçəkmiş şəxs3 və əri, Təqsirləndirilən şəxs binasından iki ədəd ev almışlar. Sonra Rafael onlara təklif etmişdir ki, həmin evləri MTK-ya geri verərək, üzərində də pul versinlər. Zərərçəkmiş şəxs3 və yoldaşı da həmin evləri MTK-ya geri vermiş, onların həmin iki evi 90.000 dəyərində qiymətləndirilmiş və üzərinə də 110.000 əlavə etməklə Təqsirləndirilən şəxs ümumilikdə 200.000 ABŞ dolları vermişlər. Bunun müqabilində Təqsirləndirilən şəxs onlara 200.000 ABŞ dollarını geri qaytarmaqla yanaşı müəyyən müddətdən sonra da 3 ədəd mənzil verməyi öhdəsinə götürmüşdür. Zərərçəkmiş şəxs5 ilə uşaqlıqdan bir-birilərini tanımışlar. Təqsirləndirilən şəxs kiçik qardaşı Raufun yoldaşı ürək xəstəsi olmuş, Cəbrayılovlar həkim kimi onu tanıdıqlarından, söhbətlərin birində demişlər ki, Şahid5 yoldaşının təmiz hava qəbul etməsi üçün kirayəyə bağ lazımdır, o da demişdir ki, rəfiqəsigilin Novxanıda bağları var. Onlar həmin bağda kirayəyə qalmışlar və öz aralarında danışıb razılaşmışlar. Hətta o, çox sonralar bilmişdir ki, Şəfa da Təqsirləndirilən şəxs pul vermişdir. 20.06.2020-ci il tarixli arayışda göstərildiyi kimi 23 nömrəli binadan ona 15 mənzil verilməmişdir. X19 tanıyır. Şahid4 ona bir gün demişdir ki, ilkin ödəniş kimi 2.000 manat verməklə, hər ay da 2.000 manat ödəniş etməklə mənzil almaq mümkündür. O da bu barədə bir neçə nəfər qohuma demiş, onlar da ümumilikdə bir neçə nəfər 2.000 manatdan olmaqla 10.000 manat pul vermişlər. Sonradan Elşən ona demişdir ki, belə bir şey yoxdur, sadəcə olaraq, Rafaelə 10.000 manat lazım olduğu üçün belə bir addım atmış, həmin evlər də geri qaytarılmışdır. X26 da onun qohumudur, ona verilmiş mənzil də eyni qaydada geri qaytarılmışdır. Fətəliyev Rafiq onun həyat yoldaşıdır, arayışda onun adına qeyd edilən mənzili də sonradan geri qaytarmışlar, 2.000 manat pulu da geri almışlar. Rafaelin onlara borclu olduğu halda mənzili qaytarmaqlarına səbəb o olmuşdur ki, Elşən onun yoldaşından 25.000 manat borc almış, Elşən də müqavilə ilə mənzil vermişdir, daha sonra pulu ödəmiş və müqavilə ləğv olunmuşdur. Şahid4 həmin müqavilənin təmənnasız olaraq, Təqsirləndirilən şəxs borclarına qarşılıq olaraq verilməsi ilə bağlı dedikləri yalandır. 20.06.2020-ci il tarixli arayışda adına mənzil verilmiş Əjdərli Nərmin də qardaşı qızıdır. Onlara 94 kvadrat metrlik mənzil sahəsi verilməmişdir. X3, X27, X28, X22, X23 və X37 isə ümumiyyətlə tanımamışdır. Onu aldadan şəxs əsasən ilk növbədə Təqsirləndirilən şəxs olmuş, Şahid4 da onu sonradan aldatmışdır. Təqsirləndirilən şəxs qeyd etdiyi kimi ondan götürdüyü 370.000 ABŞ dolları əvəzinə ona ümumilikdə 1.500.000 ABŞ dolları dəyərində pul və ya əmlak qazandırmamış, Təqsirləndirilən şəxs ona 300.000 ABŞ dolları borclu qalmışdır. Təqsirləndirilən şəxs qeyd etdiyi kimi, o, Rafaelə 300.000 ABŞ dolları verdikdən sonra ona 70.000 ABŞ dolları verərək, həmin pulun Zərərçəkmiş şəxs5 məxsus olmasını deməmişdir. Zərərçəkmiş şəxs11 adlı zərərçəkmiş şəxsi isə ümumiyyətlə tanımamışdır. Məhkəmədə ifadəsi elan edilmiş mərhum Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun 20 illik rəfıqəsi olmuş, sonuncu ilə həmişə yaxın münasibətləri olmuş və davamlı olaraq bir-birilərinin evinə gedib gəlmişlər. O, Zərərçəkmiş şəxs2 Milli Məclisinin deputatı olmuş Təqsirləndirilən şəxs ilə münasibətini olduğunu bilmişdir. Belə ki, Təqsirləndirilən şəxs deputatlıqla yanaşı qardaşı Şahid4 adına rəsmiləşdirdiyi bina tikintisi ilə məşğul olan şirkətinə nəzarət etmiş, həmçinin Təranən Fətəliyevanı da özü ilə birlikdə həmin işlərə əlaqələndirmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tikinti sahəsinə yatırması üçün qarşılıqlı razılıq əsasında müəyyən məbləğlərdə pul vermişdir. Təqsirləndirilən şəxs həmin pulu tikintisində istifadə edərək, əldə etdiyi gəlirdən həmin pulla birlikdə Zərərçəkmiş şəxs2 qaytarmışdır. Zərərçəkmiş şəxs2 işlərinin yaxşı olduğunu ona bir neçə dəfə dediyindən, o da sonuncuya iş görmək, gəlir əldə etmək üçün Təqsirləndirilən şəxs pul vermək istədiyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs deputat olmasını, qanuni işlərlə məşğul olması, həmçinin Zərərçəkmiş şəxs2 ilə də bir neçə dəfə davamlı işləməsini görərək inamı tam olmuşdur. O, Təqsirləndirilən şəxsla iş görmək istədiyini Zərərçəkmiş şəxs2 dediyindən, sonuncu bu barədə Təqsirləndirilən şəxsla danışmış, razılıq almışdır. 2015-ci ilin oktyabr ayının 16-da o, Zərərçəkmiş şəxs2 evinə getmiş və sonuncuya Təqsirləndirilən şəxs verməsi üçün 200.000 ABŞ dolları şəxsən vermişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla danışığına əsasən, sonuncu həmin pulu tikinti sahəsinə sərf edəcəyini, əldə edəcəyi gəlirdən ona müəyyən qədər xeyr, həmçinin tikəcəyi binalardan da ucuz qiymətlərlə mənzil verəcək olmuşdur. 2015-ci ilin oktyabr ayının 17 və ya 18-də o, Təqsirləndirilən şəxsla telefon əlaqə saxlamış və danışıqları zamanı sonuncu ona özünə məxsus olan 200.000 ABŞ dollarını Zərərçəkmiş şəxs2 artıq ona verdiyini, heç bir narahatçılığın olmadığını, pulu işinə yatırmaqla əldə olunacaq gəlirdən xeyir verəcəyini bildirmişdir. Bu zaman onun Təqsirləndirilən şəxs etibarı daha da artmış, onun pulu verməyindən bir neçə ay keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs heç bir xəbər olmadığından, o, Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində Binəqədi Gənclər Şəhərciyinə gedərək orada davamlı olaraq işlərin getdiyini, hətta mənzillərində satışının həyata keçirildiyini şahidi olmuşdur. Ondan əvvəl Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tikinti sahəsinə qoyması üçün özü əlavə olaraq 300.000 ABŞ dolları pul vermiş, həmin müddətdə vermiş olduğu puldan xeyrini ala bilməmişdir. O, pulu verməsindən 2 ay ərzində Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq vəziyyətlə maranlandığı zaman sonuncu ona pul verməsi barədə bir söz deməklə, işlərinin hələ tam getmədiyini demişdir. Lakin o, da tikinti sahəsinin yanına bir neçə dəfə gedərək işlərin davamlı olaraq getdiyini gördüyündən, Təqsirləndirilən şəxs onu aldatmasından ehtiyat etməyə başlamış, hətta bu barədə Zərərçəkmiş şəxs2 ilə də aralarında söhbət olmuşdur. Bu zaman 2016-ci ilin yanvar ayının 13-də o, yoldaşı Cavid Nəcəfov və Zərərçəkmiş şəxs2 birlikdə Təqsirləndirilən şəxs evinə getmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs Bakı şəhəri, T.Əliyev küçəsində yerləşən evinə gedərkən sonuncu ona, həmçinin Zərərçəkmiş şəxs2 narahat olmamalarını, mənzillərinin satılmadığını, pul almışdırsa qaytaracağnı, hətta yoldaşı Cavid Nəcəfovada puldan əlavə mənzil verəcəyini demişdir. Müəyyən söhbətlərlə Təqsirləndirilən şəxs onu və Təranən Fətəliyevanı özünə inandırmış, 2016-ci ilin fevral ayında Təqsirləndirilən şəxsla əlaqələri olmamışdır. Həmin ilin mart ayının 25-də Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini demiş və “Nargilə” restoranın yanında görüş zamanı vermiş olduğu puldan əldə etdiyi gəlirlər üzrə 6.500 ABŞ dolları pul vermişdir. Həmçinin ona yenə də narahat olmamasını davamlı olaraq xeyrdən pul verəcəyini, həmçinin öz pulundan da ona qaytaracağını demişdir. Bundan sonraki aylar üzrə də Təqsirləndirilən şəxs heç bir xəbər olmadığından, həmin müddətdə o, davamlı olaraq əlaqə saxlayaraq pulunu tələb etməyə başlamış, hər dəfəsində sonuncu ona narahat olmamasını desə də Zərərçəkmiş şəxs2 da almış olduğu pulları qaytarmadığından onda narahatlıq daha da artmışdır. 2016ci ilin noyabr ayında o, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq görüşmək istədiyini demişdir. Təqsirləndirilən şəxsla “Caspian Shopping” ticarət mağazasının yanında görüş zamanı sonuncu işlərində problemlərin olduğunu, amma narahat olmamasını 200.000 ABŞ dolları vermiş olduğu puldan əlavə 30.000, daha sonra 70.000 ABŞ dolları, hətta ona əlavə mənzildə verəcəyini demişdir. O, yenə də Təqsirləndirilən şəxs bu sözlərinə inanmış, hətta həmin görüşü video ilə çəkmişdir. Həmin görüşdən sonra Təqsirləndirilən şəxs yenə də pulunu verməməkdə davam etmiş və dəfələrlə əlaqə saxlamasına baxmayaraq nəticəsi olmamışdır. Bu vəziyyətdə o, Təqsirləndirilən şəxs şikayət edəcəyini bildirdiyindən sonuncu 11.07.2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 vasitəsilə ona olan borcu barədə yazılı kağız yazaraq göndərmişdir. Həmin kağızda Təqsirləndirilən şəxs ona 200.000 ABŞ dolları borcunun olmasını, həmin borcdan da 100.000 ABŞ dollarını 30.09.2018-ci il tarixədək, qalan 100.000 ABŞ dollarını isə 30.11.2018-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürdüyünü qeyd etmişdir. Təranə Fətəliyevada vermiş olduğu pul üzrə notarial müqavilə bağlamasına baxmayaraq Təqsirləndirilən şəxs sonuncuya da pulunu vermədiyini görərək aralarında narazıçılıqlar yaranmağa başlamışdır. 2020-ci ilin fevral ayında o, yenidən Təqsirləndirilən şəxs pulunu qaytarmadığını illərlə onu aldatdığını görərək pulunu tələb etmək üçün sonuncunun Bakı şəhəri, Nərimanov rayonunda yerləşən mənzilinə getmişdir. Birlikdə həmin yerə əri Cavid də getmiş və Rafael Cəbrayılov onlara müflis olduğunu, ona görə qaytara bilmədiyini, yenə də narahat olmamasını desə də, heç bir nəticəsi olmamış, sonuncu pulunu qaytarmadığından şikayətləri etməyə başlamışdır. Məhkəmədə Zərərçəkmiş şəxs3 hüquqi varisi qismində dindirilmiş əri X29 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs3 onun həyat yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs3 31.08.2021-ci il tarixdə “COVİD-19” virusundan vəfat etmişdir. Zərərçəkmiş şəxs2 Xatirənin 20 illik rəfıqəsi olmuşdur. O, Zərərçəkmiş şəxs2 Milli Məclisinin deputatı olmuş Təqsirləndirilən şəxs ilə münasibətini olduğunu bilmişdir. Belə ki, Təqsirləndirilən şəxs deputatlıqla yanaşı qardaşı Şahid4 adına rəsmiləşdirdiyi bina tikintisi ilə məşğul olan şirkətinə nəzarət etmiş, həmçinin Təranən Fətəliyevanı da özü ilə birlikdə həmin işlərə əlaqələndirmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tikinti sahəsinə yatırması üçün qarşılıqlı razılıq əsasında müəyyən məbləğlərdə pul vermişdir. Təqsirləndirilən şəxs da həmin pulu tikintisində istifadə edərək, əldə etdiyi gəlirdən həmin pulla birlikdə Zərərçəkmiş şəxs2 qaytarmışdır. Zərərçəkmiş şəxs2 da işlərinin yaxşı olduğunu Xatirəyə bir neçə dəfə demişdir. Həmçinin Təqsirləndirilən şəxs deputat olmasını, qanuni işlərlə məşğul olması, həmçinin Zərərçəkmiş şəxs2 ilə də bir neçə dəfə davamlı işləməsini görərək ona inamları tam olmuşdur. 2015-ci ilin oktyabr ayının 16-da həyat yoldaşı Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 evinə getmiş və sonuncuya Təqsirləndirilən şəxs verməsi üçün 200.000 ABŞ dollarını şəxsən vermişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla danışığına əsasən, sonuncu həmin pulu tikinti sahəsinə sərf edəcəyini, əldə edəcəyi gəlirdən ona müəyyən qədər xeyr, həmçinin tikəcəyi binalardan da ucuz qiymətlərlə mənzil verməli olmuşdur. 2015-ci ilin oktyabr ayının 17 və ya 18-də Xatirə Təqsirləndirilən şəxsla telefon əlaqə saxlamış və danışıqları zamanı sonuncu Xatirəyə 200.000 ABŞ dollarını Zərərçəkmiş şəxs2 artıq ona verdiyini, heç bir narahatçılığın olmadığını, pulu işinə yatırmaqla əldə olunacaq gəlirdən xeyir verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs vədinə əməl etmədiyini gördüklərindən aralarında narazılıqlar yaranmağa başlamışdır. 2020-ci ilin fevral ayında Xatirə və onun özü Təqsirləndirilən şəxs pulu qaytarmadığını, illərlə onları aldatdığını görərək pulu tələb etmək üçün sonuncunun Bakı şəhəri, Nərimanov rayonunda yerləşən mənzilinə getmişlər. Rafael Cəbrayılov onlara müflis olduğunu, ona görə pulu qaytara bilmədiyini, yenə də narahat olmamaqlarını desə də, heç bir nəticəsi olmamış, sonuncu pulunu qaytarmadığından şikayət etmişlər. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2005ci ildən “X58” ASC-nin X57 Doldurma stansiyasının rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs təxminən 2000-ci ildən tanımış, sonuncu ilə yaxın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs həmin ərəfələrdə hüquq-müfahizə orqanlarda işləməklə yanaşı tikinti işləri ilə də məşğul olmuş, davamlı olaraq bina tikintiləri həyata keçirmişdir. 2006-ci ilin axırlarında Təqsirləndirilən şəxsla söhbət zamanı sonuncu ona birlikdə tikinti işlərinə pul qoymağını demiş, onun bu sahədən məlumatı olmadığını deməsinə baxmayaraq sonuncu ona narahat olmamasını, belə ki, pul qoyduğu halda əldə olunmuş gəlirdən ona gəlir verəcəyini demişdir. Bu söhbətləri Təqsirləndirilən şəxs ona bir neçə dəfə demiş, lakin onun bu sahədən məlumatı olmadığından razılıq verməmişdir. Lakin 2006-ci ilin noyabr ayında yenidən Təqsirləndirilən şəxsla görüşərkən sonuncu ona işlərinin daha da yaxşılaşdığını odur ki, birlikdə işləməyi təklif etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs ona tikinti üçün pul verəcəyini, həmin pulun əvəzinə tikinti işləri yekunlaşdığı zaman əldə edəcəyi gəlirdən ona əlavə pul verəcəyini, hətta narahatçılığını aradan qaldırmaq üçün ünvan 2 ünvanında yerləşən tikdiyi binadan girov kimi mənzillərdə verəcəyini, pulu vermədiyi halda mənzillərin onun olacağını bildirmişdir. Həmçinin həmin mənzilləri dəyərindən ucuz qiymətə rəsmiləşdiriləcəyini demişdir. O da uzun müddət Təqsirləndirilən şəxsla münasibəti olduğundan, sonuncuya etibar etdiyindən, razılaşaraq 200.000 ABŞ dolları verə biləcəyini demişdir. Həmin gündən 1-2 gün sonra, yəni 08.11.2006-ci il tarixdə o, Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq pulun hazır olduğunu hara gətirməsini soruşmuş və sonuncu ona Bakı şəhəri, Nərimanov rayonu, “Oazis” restoranın yanında yerləşən "xxxx" MMC-nin ofisinə gəlməsini dediyindən, həmin yerə getmişdir. Həmin MMC Təqsirləndirilən şəxs məxsus olmuş, lakin həmin ərəfələrdə Rafael dövlət işlərində işlədiyindən qardaşı Şahid4 həmin MMC-yə direktor təyin etmişdir. O, ofisə daxil olan zaman Təqsirləndirilən şəxsla Şahid4 orada olmuşdur. Bu zaman Təqsirləndirilən şəxs ona onun adına Bakı şəhəri, Binəqədi rayonu, Ş Məmmədov küçəsi 71A ünvanında yerləşən binanın 16-ci mərtəbəsində iki ədəd 4 otaqlı biri 156,8 kv/m, digəri isə 152,4 kv/m ölçülərdə mənzillər rəsmiləşdirəcəyini, verəcəyi pulu gələcəkdə qaytarmadığı halda həmin mənzillərin onun olacağını demişdir. Həmin binada işlər getdiyindən, Təqsirləndirilən şəxs ona işlər yekunlaşdıqdan sonra satışa başlayacağını demişdir. Təqsirləndirilən şəxs pulun əvəzinə rəsmiləşdirəcəyi mənzillərin dəyəri 195.000 ABŞ dolları olduğundan danışıqları əsasında o, sonuncuya həmin məbləği vermək qərarına gəlmişdir. Sənədləşmə işləri ilə Şahid4 məşğul olduğundan Təqsirləndirilən şəxs yanında 195.000 ABŞ dolları həmin ofisdə qeyd olunan gün Şahid4 şəxsən vermişdir. Şahid4 ona pulu almasını təsdiq edən 650 nömrəli qəbzi və həmin tarixli iki ədəd mənzili əhatə edən müqaviləni vermişdir. Müqavilə ilə tanış olduğu zaman iki mənzilin bir müqavilədə olması, həmçinin onun adıma rəsmiləşdirdiyi iki mənzillin də nömrəsi olmadığını görərək, bu barədə Təqsirləndirilən şəxs bildirərkən, sonuncu ona binada hələ də tikinti işləri getdiyindən, nömrələnmə aparılmadığını, həmçinin onun vermiş olduğu pulu da artıqlaması ilə qaytaracağını odur ki, iki mənzilin bir müqavilədə olmasının onu narahat etməməsini demişdir. Həmin vaxt Şahid4 Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxsla münasibəti yaxın olduğundan etiraz etməmiş və əldə edəcəyi gəlirdən yekundan ona pul verəcəyini sonuncu ona demişdir. Yaxın olduqlarından konkret tarixdə danışılmamışdır. Pulu verdiyi gündə elə Təqsirləndirilən şəxsla birlikdə yemək yeməyə getmişlər və sonuncu da ona işləri böyüdəcəyini, indi də bina tikintisi üzrə böyük lahiyə verildiyini demişdir. Həmin işlərin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində aparılacağını 26 ədədə yaxın bina tikiləcəyini demişdir. Həqiqətən də bir müddət sonra o, Təqsirləndirilən şəxs dediyi kimi qeyd olunan ünvanda binaların tikintisini aparmasının şahidi olmuşdur. O da Təqsirləndirilən şəxs işlərinin getdiyi görərək sonuncudan daha da işlərini böyütməsi və ona verəcəyi mənfəətin çox olması üçün pul tələb etməmişdir. Təqsirləndirilən şəxs ona hər dəfə puldan narahat olmamasını demişdir. 2009-cu ildə yenidən Təqsirləndirilən şəxs ona yenidən müraciət edərək işlərinin böyüdüyünü odur ki, onun əlavə yenə də pul verməsini, danışdıqları kimi həmin pulun da əvəzinə də girov kimi mənzillər verəcəyini, hazırda 400.000 ABŞ dolları lazım olduğunu, həmin pulu verdiyi halda 2015-ci ilədək ümumilikdə 595.000 ABŞ dollarını tam olaraq ona qaytaracağını demişdir. Həmçinin 400.000 ABŞ dollarının əvəzinə pulu qaytarcağını təsdiq etməsi, etibar nünuməsi kimi ona Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində tikdiyi binalardan 10 ədəd dəyərindən aşağı qiymətə mənzillər rəsmiləşdirəcəyini demişdir. O da həqiqətən də Təqsirləndirilən şəxs işlərinin uğurlu getdiyini görərək həmin pulu vermək qərarına gəlmiş və danışıqları əsasında 26.02.2009-cu il tarixdə sonuncunun Bakı şəhəri, Binəqədi rayonu, Ş Məmmədov küçəsi 71A ünvanında yerləşən ofisinə gedən zaman Şahid4 ofisdə olmuşdur. O, Təqsirləndirilən şəxs yanında danışıqları əsasında Şahid4 nağd şəkildə 400.000 ABŞ dollarını vermiş, bunun əvəzinə də girov kimi Şahid4 ona pulu almasına dair 1234 nömrəli qəbz, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində inşa edilən 5 mərtəbəli binanın 2-ci blokunda hər biri 119,6 kv/m olan 5 ədəd 3 otaqlı və hər biri 87,1 kv/m olan 5 ədədd 2 otaqlı ümumilikdə 10 ədəd mənzillə bağlı 26.02.2009-cu il tarixli müqavilə vermişdir. Həmin müqavilədə göstərilən mənzillər onun vermiş olduğu puldan daha da dəyərli olduğundan, o, Təqsirləndirilən şəxs həmin mənzillər ona qaldığı halda pulu istəmədiyini demişdir. Lakin Təqsirləndirilən şəxs yenə də ona 2015-ci ilədək pulu artıqlaması ilə qaytarmadığı halda mənzillərin onun olacağını demişdir. Lakin 2015-ci ildən sonra Təqsirləndirilən şəxs və qardaşı Şahid4 ondan almış olduğu pulları qaytarmamaqla yanaşı girov kimi vermiş mənzilləri də başqa şəxslərə satmışdır. Bu zaman Şahid4 yanına ofisə bir neçə dəfə getsə də sonuncunu yerində tapa bilməmişdir. Bu zaman Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq mənzillərin başqa şəxslərə satılmasının səbəbini soruşduğu zaman, Təqsirləndirilən şəxs ona Şahid4la aralarında narazıçılıqlar yarandığını odur ki, yenə də narahat olmamağını özünün həll edəcəyini demişdir. Lakin hazırki vaxtadək nə mənzilləri, nə ondan almış olduğu pulları, nə dəki, danışıqları əsasında ona vermiş olduğu pullardan əldə etdiyi gəlirdən pul verməmişdir. 2006-2009-ci illərdə Təqsirləndirilən şəxs ilə dost olduğundan ümumilikdə tikinti sahəsinə sərmayə qismində qoyması üçün ondan 595.000 ABŞ dolları pul almış, onda özünə qarşı etibar yaratmaq üçünə həmin 595.000 ABŞ dollarının əvəzinə ona inşa etdiyi binadan müqavilə üzrə mənzillər vermişdir. Danışıqları əsasında da Rafael Cəbrayılov 2015-ci ildə vermiş olduğu puldan əldə etdilmiş gəlirlərlə birlikdə ona pul verməli və yaxudda müqavilə üzrə mənzilləri verməli olmuşdur. Lakin qeyd edilən mənzillər başqa şəxslərə satılmışdır. 2015-ci ildən sonradan şikayət etməməsinə səbəb Təqsirləndirilən şəxs davamlı olaraq ona pulu qaytaracağını deputat olduğundan narahat olmamasınıı dəfələrlə deməsi olmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2000ci ildə "xxxx" MTK-nə təsis etməklə tikinti fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu üzrə millət vəkili olduğu vaxtlardan tanımış, yaxın münasibətləri yaranmış, hətta ona məxsus “Hollywood” şadlıq evində övladlarına toy etmişdir. Təqsirləndirilən şəxs ilə münasibətləri yarandığından sonuncu ona 2015-ci ilin axırlarında zəng edərək bir işlə əlaqədar görüşmək istədiyini bildirmişdir. Həmin vaxt o, ölkə xaricində olduğundan sonuncuya gələndən sonra əlaqə saxlamasını demişdir. Ölkəyə qayıtdığından bir gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək işin təcili olduğunu odur ki, görüşmələrini təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxsla Masazır qəsəbəsində yerləşən “Luqana” restoranında görüş zamanı sonuncu ona Bakı şəhəri, Binəqədi rayonunda 23 binadan ibarət yaşayış kompleksi tikdiyini, odur ki, yenidən tikinti işlərinin Milli Məclisin rəhbərliyi tərəfindən təklif edildiyini, onu da həmin işlərə şərik kimi salmaq istədiyini, birlikdə işləri görməyini bildirmiş, həmçinin görəcəyi tikintiyə ümumi nəzarəti Milli Məclisin yuxarı vəzifəli şəxslərinin etdiyini, həmin şəxslərlə onu tanış edəcəyini demişdir. O da Təqsirləndirilən şəxs deputat olmasını, həqiqətən də yaşayış kompleksi tikməsini, bundan başqa ziyalı olması ilə əlaqədar danışıqları da onu həqiqətəndə işlər görməsinə inandırmışdır. Hətta Təqsirləndirilən şəxs ona dəfələrlə rəhbər şəxslərlə yaxın münasibətdə olduğunu, tikinti işlərində heç kimin problem yaranmayacağını demişdir. O da sahibkar olaraq tikinti işləri ilə məşğul olduğundan əlavə gəlir yaranacağını düşündüyündən Təqsirləndirilən şəxs razılıq vermişdir. Təqsirləndirilən şəxs həmin işlərlə əlaqədar ilkin olaraq 200.000 manat pul lazım olduğunu bildirmiş, o da həmin pulu "xxxx" ASC-dən götürərək 2-3 gün sonra elə həmin ASC-nin baş ofisinin qarşısında adını bilmədiyi Təqsirləndirilən şəxs göndərdiyi şəxsə vermişdir. Həmçinin pulu verərkəndə Təqsirləndirilən şəxsla əlaqə saxlamış və sonuncu həmin şəxsə verməsini demişdir. Yenidən Təqsirləndirilən şəxsla əlaqə saxlayan zaman artıq onun vermiş olduğu 200.000 manatın sonuncu ona çatdırıldığını demişdir. Həmin vaxtdan bir müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs heç bir xəbər çıxmamışdır. Bu zaman o, Təqsirləndirilən şəxsla görüşərkən sonuncu ona narahat olmamasını işlərin yaxşı getdiyini demişdir. Lakin bir müddət yenə də Təqsirləndirilən şəxs heç bir xəbər çıxmadığından əlaqə saxlayan zaman sonuncu ona işlərin alınmadığını pulunu qısa müddətə qaytaracağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs pulunu qaytarmadığını görüb tələb edən zaman sonuncu ilk olaraq Bakı şəhəri, Şərq Bazarının yanında tikmiş olduğunu binanın mansardını pulun əvəzinə təklif etmiş, lakin sonradan sözünə əməl etməmişdir. Hətta bir neçə dəfə Təqsirləndirilən şəxs onun yanına Sənan Ağayev adlı tanışını göndərməklə ondan vaxt istəmişdir. Hazırki vaxtadək Təqsirləndirilən şəxs ondan almış olduğu 200.000 manatdan 40.000 manatı qaytarmış, hazırda 160.000 manat qaytarmamışdır. O, dəfələrlə Təqsirləndirilən şəxsla əlaqə saxlamış sonuncu pulu qaytaracağını desə də, nəticəsi olmamışdır. Onun adından daxil olan ərizəsində X24 Təqsirləndirilən şəxsla əlbir olduqlarını, pulun alınmasında Şahbazın maraqlı olmadığını qeyd etsə də, sonuncu Təqsirləndirilən şəxsla tələbə yoldaşı olduğundan pulun alınmasını davamlı tələb etmədiyindən, əsəbiləşərək Şahbaz Kərimovun adını ərizədə qeyd etmişdir. Lakin onun pulunun ələ keçirilməsində Şahbaz Kərimovun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs onunla birlikdə şərikli biznes fəaliyyətinə başlayacağını, hətta həmin biznesə nəzarətin Milli Məclisin yüksək vəzifəli şəxslərinin nəzarət etdiyini, işlərinin davamlı olacağını inandırmış, o da bu niyyətlə Təqsirləndirilən şəxs 200.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ondan başqa şəxslərdəndə pul almasını eşitmiş, lakin həmin şəxslər barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, 2011-ci ildən hazır ki vaxtadək oğlu Fərid Əliyevlə birlikdə X14 Dubay şəhərində yaşayır. İşləri və mövcüd pandemiya ilə bağlı Azərbaycan Respublikasına gələ bilməmiş, hazırda da qısa müddətli gəlmişdir. Mirəhməd Abbasov adlı şəxslə 1996-ci ildən normal ailəvi münasibətləri olmuşdur. 2009-cu ildə o, özünə Bakı şəhərində gələcəkdə kirayəyə vermək üçün qeyri-yaşayış sahəsi almaq qərarına gəlmişdir. Həmin ərəfələrdə də Mirəhməd Abbasov ona deputat Təqsirləndirilən şəxsla dost olduqlarını, sonuncu ilə birlikdə tikinti işləri ilə məşğul olduğunu demişdir. O da bunu bildiyindən Mirəhmədə qeyriyaşayış sahəsi tapması üçün müraciət etmişdir. Bu zaman Mirəhməd ona Təqsirləndirilən şəxsla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksinin tikintisini həyata keçirdiyini, həmin tikintidən normal qiymətə ona qeyri yaşayış sahəsini Rafaellə razılaşmaqla ala biləcəyini demişdir. O da Mirəhməddən bu barədə ona köməklik etməsini xahiş etmişdir. Mirəhmədlə onun arasında bu söhbətlər 2009-cu ilin axırlarında olmuşdur. Mirəhməd Rafael ilə danışmış və Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksinin 1-ci binasının İİ blokunun altında yerləşən 250 kvadrat-mert sahəsi olan qeyri yaşayış sahəsini ona endirimlə, yəni 150.000 manata ala biləcəyini demişdir. Bundan sonra o, Mirəhməd ilə birlikdə onun obyektinə baxış keçirmişdir. Həmin ərəfədə binanın bünövrəsi qoyulmuş, lakin binanın daxilində yerləşəcək qeyri yaşayış sahəsinin araları bağlanmamış, ümumi boş sahə olmuşdur. Həmin baxış zamanı Təqsirləndirilən şəxs da orada olmuş və hətta sonuncu ona kompleksini tərifləməklə, orada kütləvi yaşayışın olacağını demişdir. Bu zaman o, Rafaellə Mirəhmədin dediklərinə əsasən həmin obyekti almaq qərarına gəlmişdir. 30.12.2009-cu ildə o, obyekti almaq üçün Mirəhmədlə əlaqə saxlamış və sonuncu ona pulu götürməklə Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksinin həyətində yerləşən ofisinə gəlməsini demişdir. Bu zaman o da həmin ofisə getmişdir. Orada olarkən ofisdə Mirəhməd, Təqsirləndirilən şəxs, Şahid4 və sonuncunun qohumu Rasim də olmuşdur. Orada Elşənə 192.000 ABŞ dolları vermiş, sonuncu da həmin pulu saymadan dərhal Rafaelə vermişdir. Rafaeldə pulu sayaraq manat ekvolenti ilə 150.000 manat olduğunu bildirmiş və müqaviləni imza edilməsi üçün ona vermişdir. Əvvəldən o, Mirəhmədə müqaviləni oğlu Fəridin adına rəsmiləşdirilməsini dediyindən müqavilədə sonuncunun adına olmuşdur. Bundan sonra 30.12.2009-cu il tarixli müqaviləni "xxxx" MMC-nin direktoru kimi Şahid4 imzası və möhürü ilə təsdiq etmişdir. Elşən iki nüsxədən ibarət müqaviləni oğlu Fəridə imzalatması üçün ona vermiş, o da həmin müqaviləni götürərək evdə oğlu Fəridə imzalatdırmışdır. Mirəhməd də imzalanmış müqavilədən birini MMC-yə qaytarmaq üçün onun evinə gələrək ondan götürmüşdür. Binanın tikintisi yekunlaşmaqla 2014-cü ilə qədər tam məskunlaşmanın həyata keçiriləcəyini Rafaellə Mirəhməd ona bildirmişdir. 2011-ci ildə o, BƏƏ-nin Dubay şəhərinə getdikdən sonra davamlı olaraq Mirəhmədlə əlaqə saxlasa da sonuncu ona narahat olmamasını problem olmadığını demişdir. Lakin 2016-ci ildə o, ailə vəziyyətiylə əlaqədar Bakı şəhərinə gələrkən həmin Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksində yerləşən binaya getmiş və orada olarkən ona təqdim edilmiş binada yerləşən obyektinə baxış keçirmək istəyəndə binada qeyri-yaşayış sahələrinin artıq bölündüyünü, orada 250 kv/mert ölçüdə sahə olmadığını, hətta həmin obyektlərin də üzərlərində "xxxx" yazısının olmasını görmüşdür. Bu zaman o, MMC-nin ofisinə gedərək orada Rasim adlı şəxsə həmin obyektin ona aid olduğunu, nə səbəbə sonradan satılması barədə yazı yazılmasını irad tutaraq, Elşəni çağırmasını demişdir. Bu zaman Rasim ona Elşənin xaricdə olduğunu demişdir. Daha sonra o, Mirəhmədlə əlaqə saxlamış, sonuncu ona ilk olaraq narahat olmamasını desə də, sonradan o, obyektini tələb edən zaman Mirəhməd ona heç bir köməklik etməyəcəyini deməklə telefon söndürmüşdür. Hazırki vaxtadək isə o, həmin obyekti ala bilməmişdir. Sonradan o, ona aid olan müqavilə üzrə 250 kv/mert sahənin bölündüyünü, bir hissəsi Mirəhmədin özünün adına, bir hissəsinin də Rasimin yoldaşı Səkinənin adına olduğunu öyrənmişdir. Hazırki vaxtadək də o, müqaviləsi üzrə obyekti ala bilməmişdir. Həmin obyektlə bağlı da Mirəhməd vasitəsilə Rafaelə 192.000 ABŞ dollarını 2009-cu ilin dekabr ayının 30-da MMC-nin ofisində vermişdir. Müqavilə Şahid4 ilə bağlanmış, orderləri Şahid4 vermişdir. Ofisdə pulu verərkən Mirəhməd, Təqsirləndirilən şəxs, Şahid4 və sonuncunun qohumu Rasim də olmuşdur. Orada Elşənə 192.000 ABŞ dolları vermiş, sonuncu da həmin pulu saymadan dərhal Rafaelə vermişdir. Rafael də pulu sayaraq manat ekvolenti ilə 150.000 manat olduğunu bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 2015-ci ildə Təqsirləndirilən şəxs onunla münasibəti olduğundan söhbət əsnasında işləri ilə əlaqədar faizlə pul lazım olduğunu bildirmişdir. Onunla Rafaelin münasibəti olduğundan sonuncuya hissə-hissə olmaqla 40.000 ABŞ dolları pul verə biləcəyini demiş, sonuncu da onunla razılaşmış və 2015-ci ilin sentyabr və oktyabr aylarında aylıq 8 faiz ilə 40.000 ABŞ dolları pul vermişdir. Bundan bir müddət sonra isə yenə də Təqsirləndirilən şəxs ondan 15.000 ABŞ dolları şəxsi işləri ilə əlaqədar pul almış, ümumilikdə isə qeyd olunan müddət ərzində Təqsirləndirilən şəxs ondan 65.000 ABŞ dollar pul almışdır. Həmin pulu Təqsirləndirilən şəxs verdikdən sonra növbəti ayın pulunu verməli olduğu halda, həmin məbləğin faizinin yığılmasını, 3 ayını birdən verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun faizlərini verməli olmuş, o hər dəfə pulu tələb etdiyi zaman Təqsirləndirilən şəxs verəcəyini desə də, nəticəsi olmamışdır. Bundan sonra o, Rafaeldən pulunu tam olaraq qaytarmasını tələb etsə də sonuncu ona pulu qaytaracağını demiş, lakin yenə də nəticəsi olmamışdır. Bundan bir müddət sonra, yəni 02.08.2020-ci il tarixdə Rafael ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O və Allahverdi birlikdə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nərimanov parkının yanında yerləşən binanın yanında görüşmüşlər. Allahverdinin avtomobilində baş tutan söhbət zamanı Rafael ona borcu olmasını etiraf edərək, aralarında münasibətin olmasını, ona olan 65.000 ABŞ dolları məbləğində borcunu 2020-ci ilin dekabr ayına kimi tam ödəyəcəyini, odur ki, pulun qaytarılması ilə əlaqədar istintaqa ifadə verməsini xahiş etmişdir. Rafael də ona yenə də narahat olmamasını pulu qaytaracağını demişdir. Həmçinin söhbət zamanı ilin sonunadək ayda 1.000 ABŞ dollar, ilin yekununda isə qalan pulu qaytaracağını demişdir. O da Rafaelin yenədə yalan danışmasına inanmadığından sonuncu ilə razılaşaraq, ona olan 65.000 ABŞ dolları borcunu qaytarması barədə istintaqa çağırılarkən qeyri səmimi ifadə verərək, həmçinin ərizə vermişdir. Sonradan Təqsirləndirilən şəxs dediyinə əməl etməyərək, ona aylıq verəcəyi pulu da verməmiş, həmçinin telefonlarına da cavab verməmişdir. Təqsirləndirilən şəxs onunla görüşərkən ondan xahiş edərək şikayət etməməsini dediyindən qeyri səmimi ifadə vermişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, uzun müddətdir ki, avtomobil satışı ilə məşğul olmuş, lakin hazırda imkanı olmadığından işsizdir. Təqsirləndirilən şəxs 1990-ci illərdə Prokurorluq orqanlarında işlədiyi dövrdən tanıyır, münasibəti yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona 1997-ci ildə özünə xaricdən avtomobil gətirtirmişdir. Təqsirləndirilən şəxsla münasibəti olduğundan dəfələrlə deputat seçilərkən seçki proseslərində təbliğatla bağlı ona köməklik etmişdir. Sonuncu dəfə 2015-ci ildə Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxsla görüşərkən sonuncu seçki proseslərinin yenidən başladığını, odur ki, seçki proseslərini aktivləşdirmək üçün ona pul lazım olduğunu, köməklik etməyini demişdir. O da həmin vaxt Almaniya Respublikasından avtomobil gətirdiyindən, Təqsirləndirilən şəxs pulu avtomobilə verdiyini hazırda pulunun olmadığını demişdir. Həmin görüşdən sonra Təqsirləndirilən şəxs ona yenə də dəfələrlə zəng edərək, görüşərək pul tapmağını deməyə davam etmişdir. Hətta onu qeyd olunanlarla əlaqədar dəfələrlə evinə də dəvət etmişdir. Ona faizlə pul verən şəxs tapmağını dediyindən, o, elə adamları tanımadığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona Almaniya Respublikasından satmaqla gəlir əldə etmək üçün gətirtdiyi avtomobili ucuz qiymətə satmaqla pulunu verməyini, seçki prosesi bitdikdən sonra artıqlaması ilə pulunu qaytaracağını demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs sözlərinə tərəddüt edərək razılıq verməmiş, lakin fikirləşəcəyini demişdir. Təqsirləndirilən şəxs yenə də ona zəng etdiyindən sonda razılaşaraq Almaniya Respublikasından gətirmiş olduğu “Mercedes G-class” markalı avtomobili ucuz qiymətə satmaq qərarına gəlmişdir. 2015-ci ilin oktyabr ayında gətirdiyi avtomobili dəyərindən aşağı qiymətə sataraq beh kimi almış olduğu 15.000 ABŞ dollarını satmış olduğu Natiq adlı şəxslə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Teymur Əliyev küçəsində yerləşən evində gedərək evində sonuncuya vermişdir. Həmin günün səhəri isə 30.000 ABŞ dollarınıda alaraq oğlu Orxan ilə birlikdə yenə də Təqsirləndirilən şəxs evinə gedərək həmin pulu sonuncuya şəxsən vermişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə vermiş olduğun 45.000 ABŞ dollarının artıqlaması ilə birlikdə 2015-ci ilin noyabr ayının axırına kimi qaytaracağını demişdir. Həmçinin pulu o, Təqsirləndirilən şəxs verdikdən sonra sonuncu onu daha da arxayın etmək üçün qardaşı Şahid4 zəng edərək iki aylıq adına mənzillə əlaqədar müqavilə yazmasını deməsinə baxmayaraq, iki ay sonra Şahid4 yanında olsa da sonuncu onun adına mənzil rəsmiləşdirməmişdir. Bundan sonra 2015-ci ilin noyabr ayının sonunda Təqsirləndirilən şəxs səs çıxmadığı zaman zəng edərək pulunu nə vaxt qaytarcağını soruşsa da, sonuncu ona narahat olmaması işlərində müəyyən problemlər olmasını, 2015-ci ilin dekabr ayında qaytaracağını demişdir. 2015-ci ilin dekabr ayının sonunda yenə də Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq, yenə də pulunu tələb etməyinə baxmayaraq sonuncu ona gözləməyini deyərək vaxtı uzatmağa davam etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şikayət edəcəyini dediyindən, sonuncu ona obyektləri barədə müəyyən sənədlər təqdim edərək satılmasında köməklik etməsini xahiş etsə də, o, müştəri tapmasına baxmayaraq Təqsirləndirilən şəxs obyektlərin satılmasında süni maneələr yaratmışdır. Təqsirləndirilən şəxs pulunu davamlı olaraq tələb etdiyindən sonuncu ona faizə pul verənlərdən tapmağını, girovu özünün qoyacağını, ödənişlərində özünün edəcəyini demişdir. Bu zaman faizlə pul verən tapmış və Təqsirləndirilən şəxs girov qoymaqla ona 5000 ABŞ dolları pul vermişdir. Bundan sonra həmin faizlərlə pulları Təqsirləndirilən şəxs özü ödəmişdir. Ümumilikdə 5.000 ABŞ dollarına qarşılıq 12000 ABŞ dolları ödəniş etdiyindən həmin faizləridə onun pulundan Təqsirləndirilən şəxs silməyə çalışmışdır. Lakin həmin prosesdə Təqsirləndirilən şəxs ona faizə pul verən tapmağını, özünün ödənişləri edəcəyini, həmin ödənişlərin, əlavə faizlərin ona aid olmadığını, 5.000 ABŞ dolları borcundan silinəcəyini demişdir. 2017-ci ilədək Təqsirləndirilən şəxs onun vermiş olduğu 45.000 ABŞ dollarından 33.000 ABŞ dollarını qaytarmış, lakin qalan 12.000 ABŞ dollarını qaytarmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 1983-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. 1987-ci ildən hazırkı vaxtadək lombard fəaliyyəti ilə məşğul olur, 2000-ci ildə "xxxx" MMC-ni təsis edərək həmin cəmiyyətə ümumi rəhbərliyi həyata keçirir. MMC-nin direktoru Osman Hacıyev olmuş, MMC-nin fəaliyyəti lombard fəaliyyətidir. Təqsirləndirilən şəxs tələbəlik illərindən tanımış, münasibətləri olmuş, həmçinin Təqsirləndirilən şəxs elə tələbəlikdən dostu olan Mirəhmədlə də münasibəti olmuşdur. Təqsirləndirilən şəxsla Mirəhməd uzun müddət tikinti sahəsində şərikli işlər görürmüş, o da lombard fəaliyyəti ilə məşğul olduğundan Mirəhmədlə Təqsirləndirilən şəxs davamlı olaraq ondan müəyyən məbləğlərdə faizlə pul götürməklə qaytarırmışlar. Sonuncu dəfə 2013-cu ildə Təqsirləndirilən şəxs ondan götürmüş olduğu pulları qaytarmış, bundan əlavə Təqsirləndirilən şəxs deputat olduğundan, həmçininin davamlı olaraq özünü ziyalı kimi apardığından sonuncuya tam olaraq inamı yaranmışdır. 2014-cu ildən yenidən Təqsirləndirilən şəxs ona zəng edərək tikinti işləri ilə əlaqədar pul lazım olduğunu, odur ki, Mirəhmədi göndərəcəyini demişdir. O da Təqsirləndirilən şəxs deputat olmasını, ziyalı olmasını, həmçinin 2013-cu ilədək vermiş olduğu pulları tam olaraq qaytardığını görərək, problem olmadığından pulu verə biləcəyini demişdir. Bundan sonra 2014-cu ildə davamlı olaraq Təqsirləndirilən şəxs Mirəhməd vasitəsilə girov olmadan ümumilikdə 420.000 manat faizlə pul götürmüşdür. Həmin pulun bir qismi lombarda, bir qismi isə ona məxsus olmuşdur. Həmin pulu Abşeron rayonu, Mehdiabad qəsəbəsində qardaşı Şahid4 direktoru olduğu "xxxx" MTK-da tikdirdiyi binada tikinti işlərinə qoyacağını demişdir. Təqsirləndirilən şəxs deputat olduğundan pulu götürmək üçün özü gəlməmiş, əsasən dostu, həm də şəriki Mirəhmədi onun yanına göndərirmişdir. Ümumilikdə 420.000 manat pulu verdiyindən bir müddət sonra Təqsirləndirilən şəxs ödənişləri etməməyə başlamış, bu zaman o, Təqsirləndirilən şəxsla əlaqə saxladığı zaman sonuncu ona müxtəlif bəhanələr gətirərək pulu ödəyəcəyini demiş, lakin ödəməmişdir. Bu proses bir müddət davam etmiş, hətta pulla bağlı o, Təqsirləndirilən şəxsla yanaşı davamlı olaraq Mirəhmədlə də əlaqə saxlamış, lakin pulun ödənilməsində heç bir nəticə olmamışdır. O, hətta dəfələrlə Təqsirləndirilən şəxs evində olub mübahisələrdə etmiş, bunların nəticəsində 2016-cı ilin əvvəlində Təqsirləndirilən şəxs ona olan borcunun bir qisminin əvəzinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində "xxxx" MTK-ya aid “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksindən mənzillər təklif etmişdir. O, əlacsız qalıb buna razılıq verdikdən sonra Təqsirləndirilən şəxs həmin kompleksin Rasim adlı komendantına yaxınlaşıb onun köməyi ilə mənzillərə baxmağı və bəyəndiyi təqdirdə həmin mənzilləri onun adına rəsmiləşdirəcəyini təklif etmişdir. Borcunun digər hissəsini isə notarial qaydada rəsmiləşdirməyi demişdir. O, buna razılıq verib 09 fevral 2016-cı il tarixdə Bakı şəhəri 23 saylı notariat kontorunda Təqsirləndirilən şəxsla aralarında borc müqaviləsi bağlamış və həmin müqavilədə Təqsirləndirilən şəxs həmin borcdan 180.000 manatını 6 ay ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra qeyd etdiyi mənzillərə baxmaq üçün o, işçisi Osmanı “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksinə göndərmişdir. Osman həmin mənzillərə baxış keçirmiş kompleksin artıq tikilmiş vəziyyətdə olmaqla, hissəvi yaşayış olduğunu görmüşdür. Rasim Osmana həmin yaşayış kompleksində 04 ədəd mənzil göstərmiş, Osman mənzillərin normal vəziyyət olmasını ona dediyindən, o da Təqsirləndirilən şəxs həmin mənzilləri adına rəsmiləşdirilməsini demişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs ona 04 ədəd mənzilə dair onun adına tərtib olunmuş və sədr kimi "xxxx" MTK-nın sədri Şahid4 tərəfindən imzalanmış eyni sayda müqavilələrin və mənzillərə dair borcunun olmamasına dair “maliyyə arayışları”nın əsillərini gətirib təqdim etmiş və imzalamağını bildirmişdir. Həmin sənədləri Şahid4 tərəfindən imzalanmış və möhürlənmiş formada Təqsirləndirilən şəxs ona gətirərək təqdim etmiş, o da oxuyaraq imza etmişdir. Müqavilələrə əsasən sözügedən kompleksin XXİ saylı binasında 1 blok, 97,7 kv.m sahədən ibarət 3 otaqlı, 42№-li mənzili (42.000 manat dəyərində); XXİ saylı binada 1 blok, 84,6 kv.m sahədən ibarət 2 otaqlı 43№-li mənzili (40.000 manat dəyərində); XXİ saylı binada 2 blok, 117,5 kv.m sahədən ibarət 3 otaqlı, 68№-li mənzili (45.000 manat dəyərində) və XXİİİ saylı binanın 2 blok, 87 kv.m sahədən ibarət 2 otaqlı mənzili (38.000 manat dəyərində) onun adına rəsmiləşdirilmişdir. Beləliklə, o, həmin sənədlər əsasında 4 mənzilə sahib olduğuna əmin olmuş, Təqsirləndirilən şəxsla aralarında bağlanmış borc müqaviləsinin vaxtı bitsə də, sonuncu, öz öhdəliyini icra etməkdən boyun qaçırmış və ona olan 180.000 manat borcunu qaytarmamışdır. Belə olan halda onun pula ehtiyacı olduğu üçün özünə məxsus 04 ədəd “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksindəki mənzilləri satmaq qərarına gəlmişdir. 2016-cı ilin sonlarında həmin kompleksə müştəri apardığı zaman ona məxsus mənzillərdə başqa şəxslərin yaşadığının şahidi olmuşdur. Komendant Rasimdən nə baş verdiyini soruşduqda, Rasim ona həmin mənzillərin başqa şəxslərə satıldığını bildirmişdir. O, Təqsirləndirilən şəxsla əlaqə saxlayıb nə baş verdiyini soruşduqda, sonuncu ona həmin mənzillərin başqa şəxslərə satıldığını etiraf edərək, bunun əvəzinə ona başqa faydalı təklifi olduğunu bildirmişdir. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs onunla görüşüb “Şərq bazarı” adlanan bazarın yaxınlığında "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 1000 kv.metrdən çox sahəsi olan mansar hissəsinin baxımsız vəziyyətdə olduğunu, həmin sahəni yüngül təmir etdirmək və liftin həmin mərtəbəyə qalxmasını təmin etmək üçün zəruri qurğuların quraşdırılmasına ehtiyac olduğunu, bundan sonra həmin sahəni mənzil dəyərinə yüksək qiymətə satmaq mümkün olduğunu və bununla da onun bütün borclarını qaytaracağını deyərək, ondan bu işlərin görülməsi üçün 80.000 ABŞ dolları məbləğində qısa müddətə pul istəmişdir. O, onsuzda çətin maddi durumda olduğundan, əlacsız qalıb həmin məbləği tanış və qohumlarından borca yığıb 2017-ci ilin əvvəlində Təqsirləndirilən şəxs vermişdir. 80.000 ABŞ dolları pulu verməyinə səbəb isə əvvəl vermiş olduğu pulu qaytarması üçün Təqsirləndirilən şəxs şərait yaratmaq olmuşdur. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs onu yenə də aldatmış və bu günədək ümumi borcu təxminən 420.000 manat, 80.000 ABŞ dollarını qaytarmamışdır. Hazırki vaxtadək Təqsirləndirilən şəxs pulunu geri tələb etsə də, nəticəsi olmamışdır. Bundan sonra borcun əvəzinə “Binəqədi Gənclər şəhərciyində” yerləşən ümumi sahəsi 368.6 kv/mert iki mərtəbəli, 5 B nömrəli tikilini, bundan əlavə həmin şəhərcikdən 1 ədəd 36.3 kv/mert, 2 ədəd 28.7 kv/mert qeyri yaşayış sahələri Təqsirləndirilən şəxs ona vermişdir. Həmin obyektlərdən birini Təqsirləndirilən şəxs özü satmaqla ona olan borcunun əvəzinə cəmi 5.000 manat vermişdir. Həmçinin iki ədəd obyekt tərəfindən ümumilikdə təxminən 24.000 manata satılmışdır. 368.6 kv/mert sahəsi olan obyekt və bir ədəd balaca ölçü də olan obyekt isə satılmamışdır. Lakin o, dəfələr həmin obyektlərə müştəri tapsa da, Təqsirləndirilən şəxs müxtəlif bəhanələrlə həmin obyektin satılmasına imkan verməmişdir. Rafaeli ziyalı, nüfuzlu deputat kimi tanımış, Lombard fəaliyyəti zamanıda Rafaelin deputat olmasına etibar edərək sonuncuya girovsuz faizlə pullar vermişdir. Onun fəaliyyətində girovsuz pul vermək birinci və axırıncı səhvi olmuş, onu da Rafaelin deputat yəni vəzifəli şəxs olmasına inanaraq pulu ona vermişdir. Həmçinin hər dəfə o, Mirəhmədə pul verərkən Rafaelin özü ona zəng edərək Mirəhmədi göndərdiyini demiş, o da Mirəhmədə Rafaelin dediyi pulları vermişdir. Həmin pulları Rafael ona demiş, o da vermişdir. Rafaelə 420.000 manatı hissə-hissə 2014-cu ilin sonunadək vermişdir. 2016-ci ildə mənzilləri o, satmaq istəyərkən həmin mənzillərin müqaviləsi və maliyyə arayışı ola-ola başqa şəxsə satıldığını bilmişdir. Bu zaman Rafaellə əlaqə saxlamaqla bunun səbəbini ondan soruşarkən narahat olmamağını məlumatının olduğunu, onun əvəzinə başqa obyekt verəcəyini deməklə onu yenə də aldatmağa davam etmişdir. Təqsirləndirilən şəxs 420.000 manat və 80.000 ABŞ dolları vermiş, Rafael ona ümumilikdə 169.200 manat pul qaytarmışdır. Mənzillər "xxxx" MMC-nin möhürü və Təqsirləndirilən şəxsın qardaşı Şahid4 imzası ilə imzalanmaqla ona verilmiş, Təqsirləndirilən şəxs 420.000 manatı hissə-hissə 2014-cu ilin sonunadək vermişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2006-cı ilin təxminən may ayından tanımış, həmin vaxt Təqsirləndirilən şəxs onun yaşadığı ünvandan, yəni ünvan 18 O da həmin ərəfələr Azərbaycan Beynəlxalq Universitetində işlədiyindən və cəmiyyətdə fəal olduğuna görə Təqsirləndirilən şəxs ortaq tanışları vasitəsi ilə seçkidə kömək edən zaman tanımışdır. Daha sonra 2009-cu ildə Təqsirləndirilən şəxs təklifi ilə Milli Məclisdə deputat köməkçisi kimi fəaliyyət göstərməyə başlamışdır. Deputat köməkçisi olaraq onun fəaliyyəti Təqsirləndirilən şəxs göstərişlərini yerinə yetirmək, seçicilərdən daxil olan müraciətləri cavablandırmaq, seçicilərlə görüşlərin təşkil edilməsini təmin etmək, deputatın mətbuat konfransını təşkil etmək və illik hesabların verilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs ona şəxsi işləri ilə bağlı göstəriş verməmişdir. Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs6 borcu olduğunu bilmiş, lakin həmin borcun məbləğini və hansı səbəbdən yaranması ilə bağlı heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ümumiyyətlə tanımır, sonuncularla hər hansı münasibəti olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda adları qeyd edilən şəxslərə borcu olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Ümumiyyətlə, Təqsirləndirilən şəxsla yalnız rəsmi qaydada deputat köməkçisi münasibətləri olmuş, onun şəxsi işləri barədə, həmçinin "xxxx" MTK ilə bağlı ətraflı məlumata sahib olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 1979-cu ildə ailə həyatı qurmuş, birgə nigahdan 3 övladı vardır. Heç bir yerdə işləmir, evdar xanımdır. X55 uzun müddətdir ki, biznes fəaliyyəti ilə məşğul olur. 2018-ci ilin axırları 2019-cu ilin əvvəllərində X55 obyekt tikdirməklə biznes fəaliyyətini daha da genişləndirmək istədiyini bildirmişdir. 2019-cu ilin əvvəllərində baldızı oğlu Zakir Əliyevlə söhbət zamanı ona obyekt təyinatlı torpaq sahəsi axtardıqlarını demiş, bu zaman Zakir də maraqlanacağını bildirmişdir. Zakir isə alqı-satqı sahəsi ilə məşğul olan tanışları olduğu bildirmiş, söhbətdən təxminən 15-20 gün sonra Zakir onların evinə gələrək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində 2 hektar tikinti təyinatlı torpaq sahəsi tapdığını, həmin sahənində həmin vaxt deputat Təqsirləndirilən şəxs aid olduğunu, ancaq qardaşı Raufun adına olduğunu demişdir. Bundan sonra Zakir maklerliklə məşğul olan həmin torpaq sahəsini tapmış tanışı Fikrətlə oğlu Anarı tanış etmiş, Fikrət də öz növbəsində oğlu Anarı Rafael və Şahid5la tanış etmişdir. Qiymətlə bağlı ümumi söhbətlər aparılmış və yekunda həmin torpağa görə oğlu Anardan Rafael 390.000 manat pul istəmişdir. Lakin həmin torpaq sahəsinin çıxarışı olmamış, Raufun adına ancaq həmin torpaqla bağlı 30.12.2014cü il tarixli Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsi ilə aralarında alqısatqıya dair akt olmuşdur. Anar da Rafaellə söhbət edərkən ondan torpağa dair çıxarış olmasını tələb etdiyi zaman Rafael ona 390.000 manat pulun müqabilində torpağı çıxarışla birlikdə ona verəcəyini demişdir. Bu zaman çıxarış alınması üçün Anar ilkin olaraq 340.000 manat verəcəyini, qalan 50.000 manatı isə çıxarış hazır olduqdan sonra verəcəyini deməklə Rafaellə və Raufla razılaşmışdır. Bu proseslərlə 2019-cu ilin may ayında baş vermiş və oğlu ona torpaqla əlaqədar 340.000 manatı notarial qaydada verməyini, torpağın da onun adına sənədləşdiriləcəyini demişdir. Bundan sonra 31.05.2019-cu il tarixdə oğlu Anar ona zəng edərək evlərinin yanında yerləşən 43 saylı notarial kontoruna getməyini adına alqı-satqı müqaviləsi bağlanmaqla sürücü İlkin vasitəsilə göndərəcəyi 340.000 manatı sayaraq Raufa verməsini demişdir. Həmin vaxt baldızı oğlu Zakir də ora gəldiyindən birlikdə həmin notariat kontoruna getmişdir. Notariat kontorunda Şahid5 və yanında hündür sonradan adını bildiyi Fikrət adlı şəxs olmuşdur. Danışıq əsasında 340.000 manatı notarial qaydada Raufun hesabına köçürmüş, Rauf da pulun hesabına köçürülməsini dəqiqləşdirdikdən sonra onunla arasında notarial qaydada Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində 2 hektar tikinti təyinatlı torpaq sahəsinin ona satılması barədə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. İlkin alqı-satqı müqaviləsinin bağlanılmasına səbəb ilkin olaraq 340.000 manat verilməsi, özəlləşdirmə sənədi verdikdən sonra isə qalan 50.000 manat verilməsi, özəlləşdirmə sənədi alındıqdan sonra isə tam müqavilə bağlanacağmış. Həmin pul vəsaiti verildikdən sonra Təqsirləndirilən şəxs 10-15 günə özəlləşdirmə sənədi olan çıxarışı təmin edəcəyini demişdir. Həmin müddət keçməsinə baxmayaraq heç bir nəticəsi olmadığından oğlu Anar Rafaellə görüşmüş və sonuncu ona özəlləşdirmə sənədini hazırda ala bilmədiyini, bunun üçün böyük məbləğdə pul lazım olduğunu demişdir. Bundan sonra Anarla Rafael arasında narazılıq yaranmışdır. Həmin ərəfələrdə Rafaelin deputat olmasına baxmayaraq adınında ictimaiyyətdə vətəndaşların pullarını almasına baxmayaraq qaytarmaması ilə əlaqədar hallandığından ilkin olaraq Anar Rafaeldən pulunu geri tələb etsə də nəticəsi olmamışdır. Sonradan Rafael ona özəlləşdirmə sənədini alacağını, odur ki, bunun üçün 240.000 manat lazım olduğunu demişdir. Bundan sonra Anar da həmin torpaq sahəsinin əlindən çıxmaması üçün Rafaellə razılaşaraq həmin pulu yəni 240.000 manatı 2019-cu ilin iyun ayında şəxsən X38 yerləşən evinin qarşısında ona vermişdir. Ümumilikdə 340.000 manat daha sonra isə 240.000 manat verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs nə torpaqla bağlı özəlləşdirmə sənədini verməmiş, nə də ki, pul qaytarmamışdır. Bu prosesləri tam olaraq ərtaflı X55 bilmiş, o, ancaq notarial qaydada 340.000 manatı verilməsində iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs 25 il bundan əvvəl tanımış, dostluq əlaqələri olmuşdur. Təqsirləndirilən şəxs uzun müddət deputat olmuş, həmçinin sahibkarlıq fəaliyyəti ilə də məşğul olmuş, sonradan şəxsi borcları ilə əlaqədar problemləri yaranmış və deputatlıqdan imtina etmişdir. Onun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən donuz ferması olmuş və 2018-ci ilin axırlarında işlərində problemlər yarandığından həmin yeri satmaq qərarına gəlmişdir. Bununla bağlı bir neçə maklerlə, o cümlədən bu fəaliyyəti ilə məşğul olan Zakir adlı şəxsə də məlumat vermiş, sonuncu da müştəri ilə maraqlanacağını demişdir. 2019-cu ilin əvvəllərində Təqsirləndirilən şəxsla söhbət zamanı sonuncu ona Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində 2 hektar torpaq sahəsi olduğunu, odur ki, həmin sahəni satmaq istədiyini, bu barədə də maklerlərə məlumat verməyini xahiş etmişdir. Elə həmin ərəfələrdə Zakirlə görüşərkən sonuncu ona böyük sahəsi olan torpaq sahəsi axtardığını demiş, o da deputat Təqsirləndirilən şəxs aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində 2 hektar torpaq sahəsi olduğunu, sonuncunun da həmin sahəni 450.000 manata satmaq istədiyini bildirmiş, həmin məbləği Təqsirləndirilən şəxs ona əvvəldən demişdir. Bu zaman Zakir torpağa aid sənədlərə baxmaq istədiyindən, Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq həmin sənədləri Zakirə təqdim etmiş, torpağın özəlləşmə sənədi olmadığından sonuncu alıcının hələ fikirləşdiyini bildirmişdir. Bundan təxminən 1 ay sonra Zakirdən cavab gəlmədiyindən o, Təqsirləndirilən şəxs təkidi ilə yenidən Zakir ilə əlaqə saxlamış və sonuncu ona həmin torpaq sahəsini qohumunun almaq istədiyini, lakin özəlləşdirmə sənədi olmadığından almağa ehtiyat etdiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs ona özəlləşdirmə ilə əlaqədar köməklik edəcəyini dediyindən, o da bu barədə Zakirə məlumat vermişdir. Bir neçə gün sonra Zakir ilə birlikdə torpağa baxış keçirmiş, həmin proseslərdə Təqsirləndirilən şəxs torpaq sahəsinin özünə aid olmasını, lakin qardaşı Şahid5 adına olduğunu bildirmişdir. Həmin ərəfə də Zakir ona torpaqla bağlı 10.000 manat beh verdiyindən qeyd edilən pulu da Bakı şəhəri, T.Əliyev küçəsində Rafaelin evində şəxsən özünə vermişdir. Zakir həmin vaxt torpaqla bağlı özəlləşdirmə sənədini də özlərinin alacağını desə də, əgər alınmasa Təqsirləndirilən şəxs kömək etmə imkanının olubolmamasını ondan soruşarkən, o, Təqsirləndirilən şəxsla əlaqə saxlamış və sonuncu ona problem olmadığını köməklik edə biləcəyini demiş, o da Təqsirləndirilən şəxs dediklərini Zakirə bildirmişdir. Bir müddət sonra 31.05.2019-cu il tarixdə torpaqla əlaqədar alqı-satqı aparılması üçün 43 saylı notariat kontoruna Şahid5, həmçinin Zakir və torpağı alacaq olan qohumu Kəmalə Şixalıyeva adlı qadın gəlmişdir. Orada o, Şahid5 ilə Zakiri tanış etmiş, Zakirə də torpağın sahibinin Şahid5 olduğunu demişdir. Bundan sonra iki tərəfdə aralarında özləri söhbət etmiş və o da oradan uzaqlaşmışdır. Bundan sonra aralarında alqı-satqı müqaviləsi bağlanılmış və torpaq adına sənədləşdirilmiş şəxs Kəmalə Şixəliyevə müəyyən ödənişini etmiş, lakin 50.000 manatı özəlləşmə sənədi alınanadək saxlamışdır. Bu barədə sonradan ona Təqsirləndirilən şəxs məlumat vermiş, bundan təxminən 1 ay sonra Zakir ona zəng edərək özəlləşdirmə sənədi almağa çətinlik çətdiklərini, odur ki, Təqsirləndirilən şəxs köməklik etməsini xahiş etmişdir. O da Təqsirləndirilən şəxs bu barədə deyən zaman sonuncu ona maraqlanacağını, bir iki gün sonra isə zəng edərək özəlləşdirmə sənədinin alınması üçün 240.000 manat verilməli olduğunu demişdir. O, da Təqsirləndirilən şəxs dediklərini Zakirə demiş, Zakirdə qohumları ilə danışaraq razı olduqları barədə ona məlumat vermişdir. 2019-cu ilin avqust ayının dəqiq xatırlamadığı tarixində X8 Şixəliyev onun istifadəsində olan ***-***-**-** nömrəmə zəng vuraraq Zakirin qohumu, torpağın sahibi olduğunu, odur ki, Təqsirləndirilən şəxs pulu verməli olduğunu dediyindən, o, sonuncuya Təqsirləndirilən şəxs Bakı şəhəri, T.Əliyev küçəsində yerləşən ünvanını və həmin ünvanda görüşməli olduğunu demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs əvvəlcədən məlumat verdiyindən sonuncunun evinə daxil olmuşlar, evdə olarkən Təqsirləndirilən şəxs Anar Şixəliyevə narahat olmamasını, deputat olduğundan özəlləşdirmə sahəsində tanışlarının çox olduğunu odur ki, torpağa özəlləşdirmə sənədi alacağını, buna görə də 240.000 manat verilməli olduğunu, həmçinin sənədin pul verildikdən sonra 1 ay ərzində hazır olacağını demişdir. Anar Şixəliyevdə razılaşdığından yenidən avtomobilinə düşərək 24 bağlamadan ibarət 240.000 manatı götürərək onun yanında Təqsirləndirilən şəxs özünə vermişdir. Bağlamalar 100 manatlıq əskinaslardan ibarət olduğundan Təqsirləndirilən şəxs 24 bağlamanı qəbul etmiş və 1 ay ərzində özəlləşdirmə sənədini alacağını demişdir. Bundan təxminən 1 ay keçməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. X42 Cəbrayılov bir-birilərinin əlaqə nömrələrini götürdüklərindən özləri əlaqə saxlamış, buna baxmayaraq Təqsirləndirilən şəxs hələ də həmin özəlləşdirmə sənədinin alınmasını təmin etməmişdir. Rafaelə aid Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində 2 hektar torpaq sahəsinin satılması, həmçinin özəlləşdirmə sənədinin verilməsi üçün Təqsirləndirilən şəxs verilmiş pul məbləğlərindən ona heç bir məbləğdə pul verilməmişdir. Təqsirləndirilən şəxs ona problemləri olduğunu, dostluqları olduğundan köməklik etməsini xahiş etdiyi üçün o, həmin proseslərdə iştirak etmişdir. 2019-cu ilin avqust ayında Anar Şixəliyev özəlləşdirmə sənədinin alınması üçün onun yanında Bakı şəhəri, T.Əliyev küçəsində yerləşən Təqsirləndirilən şəxs evində sonuncuya 240.000 manatın verilməsində iştirak etmişdir. Anar Şixəliyev həmin pulları onun yanında Təqsirləndirilən şəxs şəxsən vermiş, torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı sonrakı taleyindən xəbəri olmamış, belə ki, o, alqı-satqı zamanı notariat kontorunun qarşısında tərəfləri görüşdürərək çıxıb getmişdir. Onun eşitdiyinə görə torpaq sahəsinin əsas alıcısı Zərərçəkmiş şəxs1 dayısı olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Milli Məclisin sabiq deputatı Təqsirləndirilən şəxs doğma qardaşıdır. "xxxx" MMC 2002-ci ildə tərəfindən təsis edilmiş, MMC-nin təsisçisi o, olsa da qardaşı Təqsirləndirilən şəxs həmin cəmiyyətin yaranmasına rolu olmuşdur. Lakin şirkət tikinti işləri ilə məşğul olduğundan və gələcəkdə sakinlərə çıxarış alınması üçün müvafiq sənədlərin təqdim olunması məqsədilə kooperativ olaraq yenidən təsis edilmişdir. "xxxx" MMC 2011-ci ildə MTK olmuş və fəaliyyət tikinti sahəsi olmuşdur. MTK olaraq davamlı Bakı şəhərində müxtəlif yerlərdə binalar tikməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs tikinti şirkətinə şərikliyi olmaqla onunla birlikdə rəhbərlik etmişdir. 2006-cı ildə "xxxx" MTK tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksinin tikintisinə başlanmış, həmin kompleks ilkin olaraq 12 ədəd çoxmənzilli yaşayış binasından ibarət olmuş, 2011-ci ildən etibarən isə həmin binaların sayı tədricən 23-ə çatdırılmışdır. 2011-2012-ci illərdə kompleksin 1243 sayda mənzili “Qaçqınların və X30 üzrə Dövlət Komitəsinə” satıldıqdan sonra həmin mənzillər dövlət xətti ilə məcburi köçkünlərə paylanılmış və beləliklə də kompleksin 60% hissəsi məcburi köçkünlərə verilmişdir. Bundan başqa, bir çox mənzillər ayrı-ayrı şəxslər tərəfindən MTK-dan alındıqdan sonra təmir olunaraq hərrac yolu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə satılmış və nazirlik tərəfindən də həmin mənzillər həssas təbəqə üçün müvəqqəti yaşayış məqsədilə verilmişdir. Hal-hazırda həmin kompleksdə 23 çoxmənzilli yaşayış binası, 2176 mənzil vardır. MTK-nın faktiki rəhbərləri onunla birgə qardaşı Təqsirləndirilən şəxs da olmasına baxmayaraq mənzillərin satışı, rəsmiləşdirilməsi və digər məsələlərə dair sənədlərə hər zaman o, imza etmiş, qardaşı Təqsirləndirilən şəxs bir sıra şəxslərə borcu olmuşdur. Lakin konkret kimlərə, hansı məbləğdə olduğu, habelə borcun səbəbini bilmir. Zərərçəkmiş şəxs6 heç vaxt görməmiş, lakin sonuncunun Təqsirləndirilən şəxs tələbə yoldaşı olduğunu, lombard işlətdiyini, Rafaellə aralarında pul məsələləri və Rafaelində konkret məbləği bilməsə də amma Zərərçəkmiş şəxs6 pul borcu olmuşdur. "xxxx" MTK-nın sədri kimi tərəfindən imzalanmış “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksinin XXİ saylı binasında 1 blok, 97,7 kv.m sahədən ibarət 3 otaqlı, 42№-li mənzili (42.000 manat dəyərində); XXİ saylı binada 1 blok, 84,6 kv.m sahədən ibarət 2 otaqlı 43№-li mənzili (40.000 manat dəyərində); XXİ saylı binada 2 blok, 117,5 kv.m sahədən ibarət 3 otaqlı, 68№-li mənzili (45.000 manat dəyərində) və XXİİİ saylı binanın 2 blok, 65,5 kv.m sahədən ibarət 2 otaqlı 87 №-li mənzili (38.000 manat dəyərində), cəmi 04 mənzilin Zərərçəkmiş şəxs6 mülkiyyətinə verilməsi barədə 09.02.2016-cı il tarixli müqavilələr mənzillərə dair borcunun olmamasına dair onun tərəfindən imzalanmış eyni tarixli “maliyyə arayışları”nın surətlərində adının qarşısındakı bütün imzalar özünə məxsusdur. Belə ki, 2016-cı ilin fevral ayında qardaşı Təqsirləndirilən şəxs ona zəng edərək, Zərərçəkmiş şəxs6 olan borcunun bir qisminin əvəzinə, yəni 160.000 manat dəyərində sonuncunun adına müqavilələr hazırlamasını demişdir. Məlahətin Osman adında bir nəfər işçisi kompleksin Rasim adlı komendantı ilə görüşüb deyilən mənzillərə baxdıqdan sonra razılığını verdikdən sonra o, 09.02.2016-cı il tarixli sözügedən müqavilələri tərtib edib imzalamış və bundan sonra sənədlərin əsillərini Rafaelin özünə təqdim etmişdir. Bunu Rafael ondan tələb etmişdir. Müqaviləni bir tərəfli hazırlamaqla imzalayıb, Rafaelə göndərmişdir. Rafael isə öz növbəsində sənədləri Məlahətə vermişdir. Beləliklə o, Məlahəti ümumiyyətlə görməmiş və mənzillərə dair ondan pul almamışdır. Lakin bir müddət sonra Rafael ona Məlahətlə danışdığını, həmin mənzillərin yerinə 500 kv/mert ölçüdə 5 ədəd qeyri yaşayış sahəsi verəcəyini odur ki, razılaşacaqlarını demişdir. Bu zaman o, Rafaeldən ilkin vermiş olduğu 4 ədəd mənzillər üzrə imtina ərizələrini istəsə də, sonuncu ona narahat olmamağını demişdir. Həmin obyektlər Aqil Talıbovun adına olmuşdur. Rafaeldə ona notarial kontoruna gedilməli olduğunu dediyindən Aqili həmin kontora göndərmiş və Rafaelin dediyi kimi həmin obyektlər Məlahətin işçisi Osmanın dediyi şəxslərin adına keçirilmişdir. Həmin obyektlərin çıxarışı olmuş, Abşeron 1 saylı natoriat kontorunda sənədləşdirilmişdir. Sonradan sözügedən 04 ədəd mənzil Rafaelin göstərişi əsasında müvafiq sənədlərlə Zərərçəkmiş şəxs6 adına rəsmiləşdirildikdən sonra 2016-cı ilin sonlarında onun tərəfindən pul müqabilində başqa şəxsə satılmışdır. Təqsirləndirilən şəxs bir sıra şəxslərdən aldığı külli miqdarda pul vəsaitini hansı məqsədlə alması və hara sərf etməsindən məlumatı yoxdur. Zərərçəkmiş şəxs4 Rafaelin tanışı olmuş və sonuncu ilə aralarında pul məsələləri olmuşdur. Belə ki, Vidadi faizlə pul verməklə məşğul olmuşdur. Rafaelin ona vermiş olduğu göstəriş əsasında isə Vidadinin adına "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən binasından 08.11.2006-ci il tarixli bir müqavilə üzrə iki ədəd 4 otaqlı biri 156,8 kv/m, digəri isə 152,4 kv/m ölçülərdə mənzillər və 26.02.2009-cu il tarixli müqavilə üzrə isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində inşa edilən 5 mərtəbəli binanın 2-ci blokunda hər biri 119,6 kv/m olan 5 ədəd 3 otaqlı və hər biri 87,1 kv/m olan 5 ədəddə 2 otaqlı ümumilikdə 10 ədəd mənzillər rəsmiləşdirilmişdir. Həmin mənzillər girov kimi rəsmiləşdirilmiş, müqavilələrdən də göründüyü kimi bütün mənzillər bir müqavilə üzrə formal olaraq pulun əvəzinə girov kimi yazılmışdır. Vidadi də faizlə pulları Rafaelin özünə vermiş, bu proseslərdə o, iştirak etməmişdir. Rafaeldə həmin pulları tikintiyə qoysa da, sonradan mənzil satışından əldə edilmiş pulları Vidadinin borcunu qaytarması üçün Rafaelə vermişdir. Rafaeldə ona davamlı olaraq Vidadinin pulunu qaytardığını demişdir. Rafaelin Vidadi ilə aralarında pul məsələsi bitdikdən sonra Rafael ona həmin mənzillər sata biləcəyini müqavilələri Vidadidən almasını dediyindən, o da mənzilləri başqa şəxslərə satmışdır. Bundan sonra da Vidadi ilə aralarında hər hansı bir problem olmamış, pulun alınmasından təxminən 10-14 il keçməsinə baxmayaraq Vidadi bu barədə heç bir yerə şikayət etməmişdir. Hazırda şikayət etməsinin səbəbinin onun borc problemləri ilə qardaşı Rafael ilə arasında mübahisələr olduğundan, hazırda da münasibətləri olmadığından, Rafaelin də onun problem yaşamağı üçün, çünki imzası ilə müqavilələrin olması, həmin müqavilələr üzrə mənzillərin sonradan satılmasını bildiyindən, ondan şikayət edilməsini qəsdən Rafael Vidadidən xahiş etmişdir. Bunun məqsədi də onun da problemlər yaşamaqla, onun borclarının qaytarılmasını təmin etməyini istəməsi olmuşdur. Vidadidən pul almamış, Rafael müəyyən qədər faizlə pul almış və girov kimi mənzil yazmağını dediyindən həmin mənzilləri də yazmışdır. X34 borcunu tam olaraq qaytardığını və müqavilələri geri aldığını, odur ki, mənzilləri başqa şəxslərə sata biləcəyini dediyindən, o da mənzilləri başqa-başqa şəxslərə satmışdır. Hər dəfə Rafael Vidadinin müqaviləsini verəcəyini desə də, verməmişdir. "xxxx" MMC-nin təsisçisi o olmuş, həmin MMC 2002-ci ildə yaradılmış, 2015-də isə MMC fəaliyyətini bitirmişdir. İşlədiyi müddətdə o, yalnız Zərərçəkmiş şəxs8 adlı şəxsə ondan sələmə pul almaq qarşılığında qardaşının sözü ilə müqavilə yazıb vermişdir. Zərərçəkmiş şəxs8 şəxsən yalnız məhkəmədə görmüş, onunla tanışlığı olmamışdır. Zərərçəkmiş şəxs6lə də heç bir tanışlığı olmamışdır. Zərərçəkmiş şəxs5 da tanımamış və onu görməmişdir. Zərərçəkmiş şəxs8 görməmiş, qardaşının sözü ilə həmin müqaviləni tərtib etmiş, həmin müqavilə alqı-satqı kimi qeyd edilsə də, faktiki olaraq mahiyyətcə bir il müddətli girov müqaviləsi olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs demişdir ki, Zərərçəkmiş şəxs8 olan borc ödənildiyindən müqaviləni cırıb atmışdır. Zərərçəkmiş şəxs11 tanımamış, heç zaman görməmişdir. Bəzi vaxtlarda pul ödənilmədən və digər tərəf iştirak etmədən də qardaşı Təqsirləndirilən şəxs sələmə pul götürməsi üçün müqavilələr bağlanıb verilmişdir. Müqavilə bağlanarkən həmin evlərin o şəxslərə verilməyəcəyini Rafael ona bildirmiş, lakin qardaşı Təqsirləndirilən şəxs sələmə pul götürməsi üçün müqavilələr bağlanmışdır. MTK-da təsisçi və direktor kimi 75 faiz Rafaelə deyil, ona aid olsa da, müqavilələr onun imzası ilə təsdiq edilsə də lakin, faktiki rəhbərliyi Təqsirləndirilən şəxs etmiş, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs6 alınmış vəsaitlər MTK-ya xərclənməmiş, həmin məbləğləri Təqsirləndirilən şəxs hara sərf etməsini də bilməmişdir. Zərərçəkmiş şəxs2 604.000 manat dəyərində əmlak verilmişdir. Zərərçəkmiş şəxs8la müqavilə də Təqsirləndirilən şəxs görə bağlanılmışdır. Zərərçəkmiş şəxs8 iddia etdiyi 115.000 manat məbləğində pulla bağlı isə məlumatı yoxdur. Hal-hazırda barəsində hər hansı cinayət işi açılmamış və araşdırılma aparılmır. Yalnız onu bir epizod üzrə Nərimanov RPİ-nə dəvət edilmiş, həmin epizodda bir nəfər şəxs onu aldadaraq müqavilə yazdırmış, o da həmin hadisə ilə bağlı Binəqədi rayon Prokurorluğuna şikayət etmiş və həmin material Nərimanov RPİ-nə yönəldilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsində onun barəsində hər hansı cinayət işi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2018-ci ildə X2 “Hüquq” fakültəsini qiyabi əsaslarla bitirmişdir. 2000-2002-ci illərdə polis orqanlarında işləmiş, bundan sonra öz ərizəsi ilə işdən çıxmaqla Belarusiya Respublikasına gedərək orada biznes fəaliyyəti ilə məşğul olmuş, 2004-cü ildə ölkəyə qayıdaraq qardaşı Şahid4 yanında tikinti sahəsində fəaliyyəti olmuşdur. 2012-ci ildən sonra isə heç bir işlə məşğul olmamış, X5 bir dəfə görmüşdür. Belə ki, 2007-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Ə.M.Rəsulzadə bələdiyyəsininin balansında olan 2 hektar bataqlıq sahəsi bələdiyyənin 22.06.2007-ci il tarixli qərarı ilə satılmışdır. Bundan sonra o, həmin ərazidə abadlaşdırma işləri aparmaqla bataqlıq sahəsini qurutmuşdur. Həmin sahənin abadlaşdırılması üçün 382.000 manat xərci çıxmışdır. Bir müddət həmin ərazidə işlər görmək istəsə də, heç bir fəaliyyət həyata keçirməmişdir. 2010-cu ildən qardaşı Təqsirləndirilən şəxs bir neçə şəxsdən sələmə götürmüş olduğu pullarla bağlı problemləri olduğundan, davamlı olaraq Şahid4la heç bir yerdə işləmədiklərinə baxmayaraq Təqsirləndirilən şəxs sələm pullarını artıqlaması ilə ödədiklərindən sonuncununda bu hərəkətlərini davam etdiyindən aralarında narazıqlar yaranmışdır. Bundan sonra Təqsirləndirilən şəxsla mübahisəsi olmuş və əlaqələri tamamilə kəsilmişdir. 2017-ci ildən Təqsirləndirilən şəxs qohumları həmçinin dostu Şahid3 vasitəsilə ona pula ehtiyacı olduğundan torpaq sahəsini satmağını pulunu sonuncuya verməyini demişdir. O da Təqsirləndirilən şəxs Şahid3 vasitəsilə bir neçə dəfə həmin ərazini satmayacağını, desə də Təqsirləndirilən şəxs onun böyük qardaşı olduğundan dəfələrlə ona təcili pul lazım olduğunu xəbər göndərmişdir. Yekunda 2019-cü ildə o, Təqsirləndirilən şəxs həmin ərazini satacağını ancaq əldə olunacaq pulun yarısını ona verməklə qalanını özünə götürəcəyini demişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və bir neçə gün sonra sonuncunun dostu Şahid3 həmin sahəyə müştəri tapdığını ona demiş, Şahid3 ona tapmış olduğu müştərinin torpaq sahəsinə 400.000 manat verəcəyini bildirmişdir. Həmin sahənin faktiki qiyməti 500.000 manatdan yuxarı olduğu halda Təqsirləndirilən şəxs onu məcbur etdiyindən satmağa razılıq vermişdir. Həmçinin Şahid3 10.000 manat beh alaraq Təqsirləndirilən şəxs verdiyini də demiş, hətta o da Şahid3 alacağı 400.000 manatdan yarısını ancaq Təqsirləndirilən şəxs verəcəyini yenə də demiş, həmin söhbətin səhərisi yəni 31.05.2019-cu il tarixdə Şahid3 ona zəng edərək torpağın sənədləri ilə Bakı şəhəri, 43 saylı notariat kontoruna gəlməsini demişdir. Həmin tarixdə də o, qeyd edilən notariat kontoruna gedən zaman orada Şahid3 ona toprağı alacaq şəxsin ilkin olaraq 320.000 manat verəcəyini, özəlləşdirmə sənədi alındığı halda qalan 80.000 manatı verəcəyini dediyi zaman o, sonuncuya etiraz edərək razı olmadığını bildirmişdir. Bundan sonra Şahid3 torpağı alacaq şəxslərlə, o cümlədən adını sonradan bildiyi Şahid2 ilə, həmçinin həmin vaxt ora gəlmiş yaşlı kişi ilə danışaraq 50.000 manat saxlanılacağını, özəlləşdirmə sənədini aldıqdan sonra həmin pulu verəcəklərini ona demişdir. Bu zaman o da etiraz etdiyi üçün Şahid3 Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, sonuncu davamlı olaraq Fikrətlə razılaşmağını ona demişdir. Həmin ərəfələrdə onun bacısı Vəsilə Cəbrayılova xərçəng xəstəliyindən əziyyət çəkdiyindən müalicəsi üçün o, Vəsiləni Türkiyə Respublikasına aparmalı olduğundan həmin şərtlərlə razılaşmışdır. Razılaşma əsasında torpağı alacaq şəxs yəni Kəmalə Şixəliyeva 1-2 ay müddətinə özəlləşdirmə sənədini almaqla qalan 50.000 manatı verməli olmuşdur. Bundan sonra notarial qayda da Kəmalə Şixəliyeva ilə onun arasında 31.05.2019-cu il tarixli ilkin alqısatqı müqaviləsi bağlanılmış, müqaviləyə əsasən özəlləşdirmə sənədlərini o, təqdim etməli olmuş, özəlləşdirmə xərclərini isə Kəmalə öz üzərinə götürmüşdür. Müqavilədən sonra Kəmalə Şixəliyeva 340.000 manatı onun bank hesabına qoymuş, sonra da o, həmin pulu hesabından çıxararaq 160.000 manatını dostu Nurəddinə Təqsirləndirilən şəxs verməsi üçün vermişdir. Bundan 4 ay keçdikdən sonra o, Şahid3la əlaqə saxlayaraq 50.000 manatı qalmasını, özəlləşdirməyə getmələrini dediyi zaman, sonuncu ona torpağı alan Kəmalə Şixəliyevanın yaxınları ilə danışaraq ona məlumat verəcəyini demişdir. Sonradan Şahid3 ona zəng edərək torpağı alan şəxslərlə danışdığını, hazırda əllərində pul olmadığından bir müddət gözləməyini ona demişdir. Bundan sonraki müddətdə isə Kəmalə Şıxaliyeva və ya yaxınları torpağın sənədlərinin özəlləşdirməyə təqdim edilməsi üçün ona müraciət etməmiş, həmçinin qalan 50.000 manatı da verməmişlər. Lakin sonradan Rafaelin özəlləşdirmə ilə əlaqədar 240.000 manat Anar Şixəliyevdən almasından məlumatı olmamış, bu prosesdə o, iştirak etməmişdir. Ə.M.Rəsulzadə bələdiyyəsininin balansında olan 2 hektar bataqlıq sahəsi bələdiyyənin 22.06.2007-ci il tarixli qərarı ilə alınmışdır. Binanın tikilməsinə Təqsirləndirilən şəxs özü rəhbərlik etmiş, MTK-ya faktiki rəhbərliyi Təqsirləndirilən şəxs həyata keçirirmişdir. O, az hallarda həmin MTK-ya gedib-gəlmiş, qardaşı Təqsirləndirilən şəxs MTK-da adətən özünə məxsus ofisdə, qardaşı Şahid4 isə çox vaxt 8-ci mikrorayonda yerləşən çay evində olurmuşlar. Onun işlərdən ətraflı məlumatı olmamış, sadəcə qardaş kimi kənardan bunları bilmişdir. Təqsirləndirilən şəxs sələmə pulların alınması ilə bağlı hərəkətlərini davam etdiyindən onunla arasında narazılıqlar yaranmış, Zərərçəkmiş şəxs11 isə tanımır. Onun MTK-da payı olsa da ora nadir hallarda gedib gəlmiş, işlərə qarışmamış, ona gəlirdən hər hansı pay verilməmişdir. MTK-nın Nizamnaməsinə əsasən MTK-nın fəaliyyətindən ona 4-5 faiz çatmış, lakin ona heçnə verilməmişdir. Şahid4 müqavilələri, orderləri ofisdə Təqsirləndirilən şəxs göstərişi ilə yazıb vermiş, lakin, o, bütün müqavilələri Elşənin bağlayıb-bağlamasını dəqiq bilməmişdir. Belə ki, faktiki rəhbərliyi Təqsirləndirilən şəxs özü həyata keçirirmiş, Elşənin özünün əlavə gəlir yerləri, mağazaları olmuşdur. Qardaşları Təqsirləndirilən şəxs və Şahid4 təxminən birlikdə 10 ilə yaxın iş görmüş, "xxxx" MTK-da gəlirin əsas hissəsi Təqsirləndirilən şəxs özünə çatmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs4 adına 08.11.2006-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş müqavilədən görünür ki, ünvan 2 ünvanında tikiləcək 17 mərtəbəli yaşayış binasında 16-cı mərtəbədə yerləşən 4 otaqlı 156.8 m2 və 3 otaqlı 152.4 m2 sahəsi olan iki ədəd mənzil 1 il qüvvədə olma müddəti ilə Zərərçəkmiş şəxs4 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 26 fevral 2009-cu il tarixli Dərhal” MMC tərəfindən verilmiş müqavilədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi ilə Mehdiabad yolunun kəsişməsində inşa edilən 5 mərtəbəli binalardan - Vİİ binadan İİ blok, 1,2,3,4,5-ci mərtəbədə yerləşən, hər biri 119,6 m2 olmaqla 5 ədəd, 3 otaqlı, 1,2,3,4,5-ci mərtəbədə yerləşən, hər biri 87,1 m2 olmaqla 5 ədəd, 2 otaqlı, cəmi 10 ədəd mənzil 1 il qüvvədə olma müddəti ilə Zərərçəkmiş şəxs4 adına rəsmiləşdirilmişdir İş materiallarında olan 09.02.2016-cı il tarixli Dərhal” MTK tərəfindən verilmiş müqavilələrdən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksinin XXİ saylı binasında 1 blok, 97,7 kv.m sahədən ibarət 3 otaqlı, 42 №-li (42.000 manat dəyərində) mənzili, XXİ saylı binada 1 blok, 84,6 kv.m sahədən ibarət 2 otaqlı 43 №-li (40.000 manat dəyərində) mənzili, XXİ saylı binada 2 blok, 117,5 kv.m sahədən ibarət 3 otaqlı, 68 №-li (45.000 manat dəyərində) mənzili və XXİİİ saylı binanın 2 blok, 87 kv.m sahədən ibarət 2 otaqlı (38.000 manat dəyərində) mənzillər 1 il qüvvədə olma müddəti ilə Zərərçəkmiş şəxs6 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 30.12.2009-cu il tarixli Dərhal” MMC tərəfindən verilmiş müqavilələrdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı yolu ilə Mehdiabad və Fatmeyi yolunun kəsişməsində inşa edilən 5 mərtəbəli binaların 1-ci binasının, İİ blokunun altında yerləşən 250 m2 qeyri-yaşayış sahəsi 1 il qüvvədə olma müddəti ilə Zərərçəkmiş şəxs11 oğlu X32 adına rəsmiləşdirilmişdir. (cild 02, i.v 141 – 153, cild 03, i.v 111 – 116, 189 – 223) Azərbaycan Respublikası Milli Məclisi Aparatından daxil olmuş 30.03.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 3 çağırış üzrə Azərbaycan Respublikası Milli Məclisinin 2005-2010-cu illərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə, 2010-2015-ci illərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə, 2015-2019-cu illərdə isə 46 saylı Şirvan seçki dairəsi üzrə deputat olmuş, 30.09.2019-cu ildə öz ərizəsi ilə deputatlıq mandatından imtina etmişdir. (cild 04, i.v 142) İş materiallarında olan 19 may 2021-ci il il tarixli götürmə protokoluna əlavə edilmiş sənədlərdən görünür ki, 17 may 1996-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən deputatın qanunvericilik təşəbbüsünü həyata keçirmək, deputat sorğusu vermək, məlumat almaq və yaymaq kimi səlahiyyətlərə malik, xidməti vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumaq, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını rəhbər tutmaq, etik davranış qaydalarına əməl etmək, deputat fəaliyyətinin səmərəliliyini və şəffaflığını artırmaq, Azərbaycan Respublikası Milli Məclisinin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışın qarşısını almaq, fəaliyyətində maraqların toqquşması hallarının qarşısının almaq, etik davranış qaydalarına əməl etməsinin, fəaliyyətinə ictimai etimadın gücləndirilməsi təmin etmək, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməmək, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamaq, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməmək və deputat fəaliyyətinə ictimai etimadın gücləndirilməsini təmin etmək kimi hüquq və vəzifələri vardır. (cild 04, i.v. 197-205) Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MTK-nın 03.05.2021-ci il tarixli məktubundan görünür ki, Dərhal” MTK yaşayış binaları tikintisi üzrə əsas işlərini 2013-cu ildə tamamlamış, 2014-cu ildə isə abadlaşdırma prosesləri tam olaraq yekunlaşdırılmışdır. (cild 04, i.v. 171) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublikası Psixiatrik Xəstəxanasının 09.09.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə almamışdır. (cild 03, i.v. 32) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 09.09.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə qeydiyyatda yoxdur. (cild 03, i.v. 30) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polis İdarəsində 18.09.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi yoxdur. (cild 03, i.v. 47) İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, Təqsirləndirilən şəxs 30.09.2021-ci il tarixdə “COVİD-19” virusu səbəbindən vəfat etmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi, məhkəmə istintaqı başlanarkən mərhum Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməməsi barədə xüsusata, həmçinin, təqsirləndirilən şəxsin hüquqi varisi X6 məhkəmədə Təqsirləndirilən şəxs dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərini törətməməsi, eləcə də ittihamda qeyd olunan dələduzluq cinayətlərinin Şahid4 tərəfindən törədilməsi barədə ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi zərərçəkmiş şəxslərin, şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələri, həmçinin, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, 19 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar, həmçinin iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib edilir. Belə ki, iş materiallarında olan 19 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid4 qardaşı Təqsirləndirilən şəxs dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayət əməllərində iştirakı, habelə sonuncunun cinayətkar niyyətlərindən məlumatının olması öz təsdiqini tapmadığından Şahid4 barəsində cinayət təqibinə xitam verilmişdir. (cild 04, iş vərəqə 206-256) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini və zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmədə verdikləri ifadələrini tədqiq edib, onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. AR Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. AR CPM-in 44.2.1-1-ci maddəsinə əsasən, Məhkəmə həmin Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə hökm çıxarır. Odur ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə təqsirli bilinməli, lakin, o, 30 sentyabr 2021-ci il tarixdə vəfat etdiyindən AR Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən, ona cəza təyin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİ-dən daxil olmuş 04.09.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vərəqə 226) Məhkəmə mülki iddialar ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs vəfat etdiyindən, ona qarşı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddialar cinayət mühakimə icraatında baxılmamış saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulmuş qaydada zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1 mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək, Zərərçəkmiş şəxs5 isə mülki iddianı, eyni zamanda çıxışında qeyd etdiyi Binəqədi rayonu, 7-ci MKR ünvanında yerləşən, X16 adına rəsmiləşdirilmiş əmlak-mağaza ilə bağlı iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Həmçinin, cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddia verməmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 hüquqi varisi X20 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar - 19 may 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış 09.02.2016-ci il tarixli kredit müqaviləsi, 09.02.2016-ci il tarixli müddəti 1 il olmaqla 4 ədəd müqavilə üzrə "xxxx" MTK-nın Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksinin XXİ saylı binasında 1 blok, 97,7 kv.m sahədən ibarət 3 otaqlı, 42 №-li (42.000 manat dəyərində) mənzili, XXİ saylı binada 1 blok, 84,6 kv.m sahədən ibarət 2 otaqlı 43 №-li (40.000 manat dəyərində) mənzili, XXİ saylı binada 2 blok, 117,5 kv.m sahədən ibarət 3 otaqlı, 68 №-li (45.000 manat dəyərində) mənzili və XXİİİ saylı binanın 2 blok, 87 kv.m sahədən ibarət 2 otaqlı (38.000 manat dəyərində) mənzillər dair müqavilələr, həmçinin Zərərçəkmiş şəxs4 verilmiş 08.11.2006-cı il tarixli müddəti 1 il olmaqla "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında tikiləcək 17 mərtəbəli yaşayış binasında 16-cı mərtəbədə yerləşən 4 otaqlı 156.8 m2 və 3 otaqlı 152.4 m2 sahəsi olan iki ədəd mənzillərə və 26 fevral 2009-cu il tarixli, müddəti 1 il olmaqla "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi ilə Mehdiabad yolunun kəsişməsində inşa edilən 5 mərtəbəli binalardan - Vİİ binadan İİ blok, 1,2,3,4,5-ci mərtəbədə yerləşən, hər biri 119,6 m2 olmaqla 5 ədəd, 3 otaqlı, 1,2,3,4,5-ci mərtəbədə yerləşən, hər biri 87,1 m2 olmaqla 5 ədəd, 2 otaqlı, cəmi 10 ədəd mənzillərə dair müqavilə, Zərərçəkmiş şəxs11 oğlu X32 adına verilmiş 30.12.2009-cu il tarixli müddəti 1 il olmaqla "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı yolu ilə Mehdiabad və Fatmeyi yolunun kəsişməsində inşa edilən 5 mərtəbəli binaların 1-ci binasının, İİ blokunun altında yerləşən 250 m2 qeyriyaşayış sahəsinə dair müqavilə, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış 09.09.2015-ci il tarixli 3M-147 nömrəli kredit müqaviləsi, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 adına verilmiş 11.07.2018-ci il tarixli 200.000 ABŞ dolları borcunun olmasına dair yazılı kağız hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və AR CPM-in 39.1.5-ci maddəsinə əsasən (öldüyündən) ona həmin maddələr ilə cəza təyin edilməsin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs vəfat etdiyindən, ona qarşı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş mülki iddialar cinayət mühakimə icraatında baxılmamış saxlanılsın, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1 mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək, Zərərçəkmiş şəxs5 isə mülki iddianı, eyni zamanda çıxışında qeyd etdiyi əmlakla bağlı iddiasını Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs3 hüquqi varisi X20 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. İş üzrə maddi sübutlar - 19 may 2021-ci il tarixli qərarla Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış 09.02.2016-ci il tarixli kredit müqaviləsi, 09.02.2016-ci il tarixli müddəti 1 il olmaqla 4 ədəd müqavilə üzrə "xxxx" MTK-nın Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” yaşayış kompleksinin XXİ saylı binasında 1 blok, 97,7 kv.m sahədən ibarət 3 otaqlı, 42 №-li (42.000 manat dəyərində) mənzili, XXİ saylı binada 1 blok, 84,6 kv.m sahədən ibarət 2 otaqlı 43 №-li (40.000 manat dəyərində) mənzili, XXİ saylı binada 2 blok, 117,5 kv.m sahədən ibarət 3 otaqlı, 68 №-li (45.000 manat dəyərində) mənzili və XXİİİ saylı binanın 2 blok, 87 kv.m sahədən ibarət 2 otaqlı (38.000 manat dəyərində) mənzillər dair müqavilələr, həmçinin Zərərçəkmiş şəxs4 verilmiş 08.11.2006-cı il tarixli müddəti 1 il olmaqla "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında tikiləcək 17 mərtəbəli yaşayış binasında 16-cı mərtəbədə yerləşən 4 otaqlı 156.8 m2 və 3 otaqlı 152.4 m2 sahəsi olan iki ədəd mənzillərə və 26 fevral 2009-cu il tarixli, müddəti 1 il olmaqla "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi ilə Mehdiabad yolunun kəsişməsində inşa edilən 5 mərtəbəli binalardan - Vİİ binadan İİ blok, 1,2,3,4,5-ci mərtəbədə yerləşən, hər biri 119,6 m2 olmaqla 5 ədəd, 3 otaqlı, 1,2,3,4,5-ci mərtəbədə yerləşən, hər biri 87,1 m2 olmaqla 5 ədəd, 2 otaqlı, cəmi 10 ədəd mənzillərə dair müqavilə, Zərərçəkmiş şəxs11 oğlu X32 adına verilmiş 30.12.2009-cu il tarixli müddəti 1 il olmaqla "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı yolu ilə Mehdiabad və Fatmeyi yolunun kəsişməsində inşa edilən 5 mərtəbəli binaların 1-ci binasının, İİ blokunun altında yerləşən 250 m2 qeyriyaşayış sahəsinə dair müqavilə, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış 09.09.2015-ci il tarixli 3M-147 nömrəli kredit müqaviləsi, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 adına verilmiş 11.07.2018-ci il tarixli 200.000 ABŞ dolları borcunun olmasına dair yazılı kağızı hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-111/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-111/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver