Məhkəmə qərarları › İş №1(101)-111/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-111/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-111/2023 31.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 və onların nümayəndəsi Nümayəndə, müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə qapalı məhkəmə iclasında xx xxxxxx 1962-ci ildə Qubadlı rayonu, Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2yan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazrda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144- 1.2.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayının sonlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi tikilidə yaşayan Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Aksaray şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra 15 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Aksaray şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirməklə 17 noyabr 2019-cu il tarixdən 2020-ci ilin fevral ayının əvvəllərinədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2020-ci ilin yanvar ayının əvvəllərində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Betonzavod ərazisində məcburi köçkünlər üçün yataqxanada yaşayan Zərərçəkmiş şəxs3 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Aksaray şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 17 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Aksaray şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirməklə 19 yanvar 2020-ci il tarixdən 2020-ci ilin fevral ayının əvvəllərinədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən 2020-ci ilin yanvar ayının ortalarında ünvan 3 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə danışaraq Türkiyə Respublikasının Aksaray şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra 17 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Aksaray şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşıladıqdan sonra kirayə yaşadığı mənzildə yerləşdirməklə 19 yanvar 2020-ci il tarixdən 2020-ci ilin fevral ayının əvvəllərinədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanıyır. Onların verdikləri ifadələrlə qətiyyən razı deyildir. Belə ki, o, ailəli olmaqla Türkiyənin Aksaray şəhərində yaşayır, Günayın anası İradə də öz əri ilə onun kimi uzun illərdir həmin şəhərdə yaşayır. Ona görə Günayı anasının yanında yaşadığı üçün tanımışdır. Sadıqzadə Günel Zərərçəkmiş şəxs1 rəfiqəsi olmaqla Günayla birlikdə Aksarayda yaşamışdır. Günel və Könüllə isə 2019-cu ilin sonlarında özünə Aksaray şəhərində ad günü şənliyi keçirərkən tanış olmuşdur. Həmin vaxt Günayın anası İradə onun şənliyinə qızı Günayın rəfiqələri olan Könül və Günellə birlikdə gəlmişdir. O, bu qızların heç birinə türk vətəndaşları ilə intim əlaqəyə girməyi məcbur etməmiş, türk vətəndaşlarından bu qızları onlara intim əlaqə üçün təqdim etməklə pul almamışdır, özünün həmin yerdə kiçik biznesi olmaqla türk vətəndaşı olan əri ilə yaşayıb işləmişdir. Zərərçəkmiş şəxsləri isə həmyerlisi kimi tanıyaraq normal münasibətlər saxlamış, arabir onlar onun evinə qonaq gəlib getmişlər. 2020-ci ilin fevral ayında Günel və Könül Aksaray şəhərindəki otellərin birində fahişəliyə görə polis tərəfindən saxlanılaraq Azərbaycana deportasiya olunmuşlar. Həmin ərəfədə daha doğrusu, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə Aksaraydan Naxçıvan MR-na getməyi Günellə Könülün saxlanılması və onların polisə onun adını onları fahişəliyə məcbur edən şəxs kimi verməsindən qorxması olmamışdır. Sadəcə Azərbaycanda yaşayan övladı xəstə olduğu üçün Günayla birlikdə avtobusla Naxçıvan MRna, oradan isə Bakı şəhərinə getmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ad günündən bir neçə gün sonra ərinin tanışı olan Ülker adlı şəxs ona azərbaycanlı bir qadının nömrəsini verərək onunla əlaqə saxlamağını xahiş etmişdir. O da razılıq verərək Ülkerin verdiyi nömrə ilə əlaqə saxlamış, telefonun o biri başından Günel onunla danışaraq tanışlıq vermişdir ki, bir neçə gün əvvəl ad gününə gəlmişdir. O Günelə bildirmişdir ki, Ülker nömrəsini götürmək istəyir, Günel də nömrəsini Ülkerə verməyinə razılıq vermişdir. Bir müddət sonra İradə ona zəng edərək bildirmişdir ki, Günel və Könülü əxlaqsızlıqla məşğul olduqlarına görə polislər tutmuşlar, narahatdır, o da dərhal Könül və Günelin olduqları mənzilə getmiş, orada olan polis əməkdaşlarından biri İradənin dediklərini təsdiqləmiş və bildirmişdir ki, Könül və Güneli Türkiyədən deportasiya edəcəklər. Bundan sonra, 05 fevral 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə Naxçıvana, ordan isə Bakıya getmilər. Getməyin səbəbi Günellə Könülün tutulması olmamış, sadəcə övladı xəstə olduğu üçün vətənə dönmüşdür. İbtidai istintaq orqanına verdiyi ifadəsini inkar etmir, lakin bir daha bildirir ki, Günay, Günel və Könül öz istəkləri ilə Aksarayda fahişəliklə məşğul olmuşlar. Onun bu qızların işlərinə heç bir qarışacağı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 2005-ci ildən tanıyır. Belə ki, onun anası Türkiyədə Aksaray şəhərində ailə quraraq həmin şəhərdə yaşayır. O da anasının yanına gedib-gəldiyi üçün Aksarayda yaşayan Təqsirləndirilən şəxs o zamanlar anasının yanına gələndə tanımışdır. Hələ o zamanlar Məsdan ona təklif etmişdir ki, tanış türklərlə tanış etsin. Lakin o, buna razı olmamışdır. 2019-cu ilin əvvəllərində Azərbaycanda olduğu zaman Məsdan ona təkrar Türkiyəyə yanına gələrək tanış türk kişilərlə pul müqabilində intim əlaqədə olmağı təklif etmiş, o da işsiz olduğu üçün bu təklifi qəbul etmişdir. Həmin vaxt rəfiqəsi Zərərçəkmiş şəxs3 da onunla Aksaraya getmək qərarına gəlmişdir. Belə ki, o, Məsdanın dəvəti ilə, Könül isə Məsdanın yanında fahişəliklə məşğul olan öz rəfiqəsi Günelin dəvəti ilə getmişdir. 17 yanvar 2020-ci il tarixdə o, Könüllə birlikdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Aksaray rayonuna getmiş, avtovağzalda Məsdan onu, Günel isə Könülü qarşılamış və birlikdə Məsdanın kirayə tutduğu evə getmişlər. Orada bir gün istirahət etdikdən sonra Məsdan onu, Güneli və Könülü gün ərzində ayrı-ayrı şəxslərə intim əlaqələr üçün təqdim etmişdir. Kişilərlə görüş yerləri ayrı-ayrı otellər və yaxud Məsdanın öz evi olmuşdur. Pulu müştərilərdən Məsdan özü alır, özünə hər bir müştəridən aldığı puldan 50 lirə götürür, onlara isə 150 lirə verirdi. Məsdan bildirirdi ki, Aksarayda çoxlu tanışları var, o cümlədən polis də də dostları var, onlar onun sözündən çıxdığı halda onlara hər cür pislik edə bilər. 01 fevral 2020-ci il tarixdə Məsdan növbəti dəfə Günel və Könülü müştərilərlə cinsi əlaqədə olmaq üçün göndərmiş, lakin bir azdan xəbər gəlmişdr ki, bu qızları polis saxlayıb, onlar hal-hazırda polis şöbəsindədirlər. Məsdan bu xəbərdən təşvişə düşmüş, möhkəm qorxmuşdur. Məsdan məsələnin nə olduğunu aydınlaşdıracağını deyərək evdən çıxmış, bir azdan qayıdaraq bildirmişdir ki, Könül və Güneli polis tutmuşdur. Məsdan ona demişdir ki, onlar da təcili olaraq Azərbaycana qayıtmalıdırlar. Əks halda polis onları da yaxalaya bilər. 05 fevral 2020-ci il tarixdə Məsdanla birlikdə dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmiş, Günellə Könül isə Türkiyədə qalmışlar. Yol boyu Məsdan bildirmişdir ki, şikayət etməsin, ona hədə-qorxu gəlir, qohum-tanışları arasında onun Türkiyədə fahişəliklə məşğul olmasını deyəcyəni bildirmişdir. Bununla da Məsdan onun şikayət etməsinin qarşısını almaq istəmişdir. Azərbaycana gəldikdən sonra Məsdandan ayrılmış və telefonunu qara siyahıya əlavə etmişdir. 17 yanvar 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs polis orqanlarına şikayət etmişdir. Onun 15-16 yaşlı iki qız övladları vardır. Artıq əxlaqsızlıqla məşğul olmağı tərgitmiş, halal qazancla yaşamağa üstünlük vermişdir. Əlavə olaraq bildirir ki, onu heç kəs məcbur etməmişdir ki, o, Təqsirləndirilən şəxs əleyhinə ifadə versin, onun əleyhinə ifadə vermədiyi halda heç kəs onu cəzalandıracağı ilə hədələməmişdir. Təqsirləndirilən şəxs bağışlamır, ona cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Həmin vaxt o, Türkiyənin Aksaray rayonunda restoranda xidmətçi işləmiş, Məsdan da oraya gəlib-getmişdir. Məsdan ona Sumqayıt şəhərində yaşadığını bildirdikdə münasibətləri daha da yaxşı olmuşdur. Çünki o özü də Sumqayıt şəhər sakinidir. 2019-cu ilin oktyabr ayının sonlarında o, Sumqayıt şəhərində, yaşadığı evdə olarkən Məsdan onunla telefonla danışarkən yanına, Aksaraya gəlməsini, onun üçün uyğun iş tapacağını bildirmişdir. O da Məsdana inandığı üçün razılığını vermiş və 15 noyabr 2019-cu il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Türkiyənin Aksaray rayonuna getmişdir. Avtovağzalda onu Məsdan qarşılayaraq kirayə qaldığı mənzilinə aparmışdır. Bir gün istirahət etdikdən sonra Məsdan bildirmişdir ki, onunla cinsi əlaqədə olmaq üçün müştərilər tapacaq, cinsi əlaqədə olduğuna görə ona pul verəcəklər, bununla o, restoranda işlədiyindən daha çox pul qazanacaqdır. O, razılıq verməmiş və bildirmişdir ki, heç bir zaman bu işlə məşğul olmayacaqdır. Məsdan da başqa çıxış yolu olmadığını, bundan başqa iş olmadığını, razılıq verməyəcəyi halda onu çölə atacağını bildirmişdir. Məcburiyyət qarşısında qalıb, pulu olmadığından Məsdana razılıq vermişdir. Bundan sonra Məsdan qaldığı mənzilə müştəriləri dəvət edir və yaxud müştərilərlə ayrı-ayrı otellərdə görüşməklə intim əlaqədə olmuşdur. Müştərilər onunla cinsi əlaqədə olduqdan sonra pulu Məsdana verir, Məsdan da həmin pulun bir hissəsini, adətən 50 lirəni özünə götürür, qalanını isə ona vermişdir. Digər Zərərçəkmiş şəxs3 onun həmyerlisi olmaqla rəfiqəsidir. 2019-cu ilin noyabr ayının sonlarında Məsdana Azərbaycana qayıtmaq istədiyini bildirdikdə sonuncu ona demişdir ki, Azərbaycandan bir rəfiqəsini gətirib ona təhvil verdikdən sonra özü çıxıb gedə bilər. Məcburiyyət qarşısında rəfiqəsi Könülə Türkiyəyə onun kimi restoranda işləməyə gəlməyini təklif etmiş, Könül də işsiz olduğu üçün razılaşmışdır. Qorxusundan Məsdanın onu fahişəliyə cəlb etməsi barədə Könülə heç nə bildirməmişdir. 17 yanvar 2020-ci il tarixdə Könül və Günay Məsdanın yanına gəlmiş, Məsdan onları da onun kimi fahişəliyə cəlb edib istismar etməyə başlamışdır. 2020-ci ilin fevral ayının əvvəllərinə kimi Məsdan tərəfindən istismar edilmiş, 01 fevral 2020-ci il tarixdə Məsdan onu və Könülü otelə müştərisi ilə cinsi əlaqədə olmaq üçün göndərmiş, lakin orada onlar Məsdanın əlindən qurtarmaq üçün polisə zəng edib otelə çağırmışlar. Lakin şikayəti müştəridən etmiş, Məsdandan şikayət etməmişlər. Bundan sonra 08 fevral 2020-ci il tarixdə Azərbaycana deport olunmuşlar. Uzun müddət Məsdandan qorxaraq şikayət etməmişlər. Çünki Məsdan onlara tapşırmışdır ki, adını polisə versələr başlarına oyun açacaqdır. Lakin 2022-ci ilin fevral ayında Məsdandan yerli hüquq-mühafizə orqalarına şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Bu şəxs Türkiyənin Aksaray şəhərində onu və tanışları Zərərçəkmiş şəxs1 və Günel Sadıqzadəni cinsi istismar etmişdir. O, Sumqayıt şəhər sakinidir. Günel və Günay da Sumqayıt şəhər sakinləri olmaqla onları oradan tanımışdır. Təqsirləndirilən şəxs da Sumqayıt şəhərində yaşamışdır. 2019-cu ilin noyabr ayında rəfiqəsi Zərərçəkmiş şəxs2 Türkiyəyə getmiş və oradan onunla telefonla əlaqə saxlayıb Türkiyənin Aksaray şəhərində ofisiant işi olduğunu bildirərək öz yanına dəvət etmişdir. Həmin vaxt işsiz olduğu üçün Günelin təklifi ilə razılaşmışdır. Günel bildirmişdir ki, həmin işi Aksarayda yaşayan Təqsirləndirilən şəxs təşkil edir. X16 də orada işə düzəltmişdir. Günelin deməsinə görə Türkiyəyə gəlmək üçün onlayn qaydada biletin alınması üçün pulu da məhz Təqsirləndirilən şəxs verəcəkdir. Həmin ərəfədə digər rəfiqəsi Zərərçəkmiş şəxs1 Sumqayıtda olmuş, o da Türkiyənin Aksaray şəhərinə Məsdanın dəvəti ilə işləməyə gedəcəyini bildirmiş, bu səbəbdən Məsdan ona onlayn bilet aldıqdan sonra 17 yanvar 2020ci il tarixdə dövlət sərhədini Günayla birlikdə Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Gürcüstana, oradan isə Aksaray şəhərinə getmişdir. Orada onları Məsdanla Günel qarşılayaraq Məsdanın qaldığı evə aparmışlar. Orada bir gün dincəldikdən sonra Məsdan o olan otağa gələrək bildirmişdir ki, Aksarayda bir iş var, o da fahişəliklə məşğul olmaqdır. Məsdan bildirmişdir ki, müştəriləri ona özü tapacaq, onlarla görüşdürəcək, əldə etdikləri pulu isə aralarında böləcəklər. O, buna etiraz etdikdə Təqsirləndirilən şəxs onun ona yol pulu borcu olduğunu, həmin pulu ona qaytarmalı olduğunu bildirmişdir. Məsdan hətta bildirmişdir ki, Günel də onun himayəsi altında fahişəliklə məşğul olur. Həmçinin Günayın da onunla qalaraq fahişəliklə məşğul olmasını bildirmişdir. Bundan sonra əlacsız qalaraq Məsdanın təklifi ilə razılaşmışdır. Məsdanın tələbi ilə guya itməsin deyə pasportunu da ona vermişdir. Həmin gündən təxminən 10-12 gün ərzində Məsdan gündəlik ən azı 3-4 nəfər şəxslə intim əlaqədə olmaq üçün onu təqdim etmiş, Məsdanın tanışları onu tanımadığı otellərə aparıb oradakı otaqlarda onunla görüşürdülər. Pulu isə həmin müştərilərdən öncədən Məsdan özü alırdı. Məsdanın həmin şəxslərdən aldığı məbləğləri bilmir, Məsdan ona həmin məbləğlərdən hər müştəri üçün 100-150 türk lirəsi verirdi. Bəzi hallarda görüşə tək göndərilir, digər hallarda isə rəfiqələri ilə birlikdə. 2020-ci ilin fevral ayının əvvəllərində Məsdan onu və Güneli kişilərə təqdim edərək intim əlaqədə olmaq üçün otelə göndərmişdir. Həmin oteldə polislər onları yaxalayıb bir neçə gündən sonra Azərbaycana deportasiya etmişlər. Qorxduqları üçün nə o, nə də Günel Məsdanın adını polisə bildirməmişlər. Lakin Azərbaycana gəldikdən sonra onun barəsində hüquq-mühafizə orqanlarına məlumat vermişlər. Təqsirləndirilən şəxs məhkəmədə yalan ifadə verir, onu bağışlamır və ona layiqli cəza təyin edilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, məhkəmədə verdiyi ifadələrini təsdiq edir. Türkiyə Respublikası Aksaray şəhər polisində verdiyi ifadəsi ona elan edilmiş, bir daha bildirir ki, həmin ifadədə Təqsirləndirilən şəxs adını ona görə çəkməmişdir ki, Təqsirləndirilən şəxs uzun illər Aksarayda yaşadığı üçün geniş əlaqələrə, o cümlədən yerli polis orqanlarında tanışları olmaqla hər dəfə onu və Güneli polislə hədələmişdir. Lakin Azərbaycan Respublikasına qayıtdıqan sonra onun əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Bir daha təsdiq edir ki, onu, Güneli və Günayı məhz Təqsirləndirilən şəxs cinsi istismara məruz etmiş, hətta Məsdanın özünün pansionatı olmaqla oranı əxlaqsızlıq yuvasına çevirmişdir. Onlara normal iş vermək vədi ilə fahişəliyə cəlb etmişdir. Onu heç kəs məcbur etməmişdir ki, o, Təqsirləndirilən şəxs əleyhinə ifadə versin, onun əleyhinə ifadə vermədiyi halda heç kəs onu cəzalandıracağı ilə hədələməmişdir. Təqsirləndirilən şəxs bağışlamır, ona cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs yeni müdafiəçisi Müdafiəçi3 verdiyi vəsatət təmin edilməklə Təqsirləndirilən şəxs əlavə verdiyi ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Günel Sadıqzadə və Zərərçəkmiş şəxs3 fahişəliyə cəlb etməmiş, onları Azərbaycandan bu məqsədlə Aksaraya çağırtdırmamış, axı Zərərçəkmiş şəxs1 anası İradə 25 ilə yaxın Aksarayda onun yaşadığı evin yaxınlığında ailə qurduğu Türk vətəndaşı ilə bir yerdə yaşayır. İradə ondan əvvəl Aksaraya gəlmiş, özünün və ərinin geniş əlaqələri olduğu halda nə üçün o, onun qızı Zərərçəkmiş şəxs1 işləmək üçün Aksaraya çağırmalıdır. Zatən Günayın özü hər il uzun müddət anasının evində qalmış, ayrı-ayrı şəxslərlə görüşüb pul qazanmışdır. Zərərçəkmiş şəxs3 da onun dayısı qızı olmaqla qardaşı Bəxtiyarın arvadı olmuş, lakin Bəxtiyar onu boşamışdır. Könül də Aksarayda yaşamaqla yüngül həyat tərzi sürmüşdür. X10 bu qızların rəfiqəsi olmaqla Aksarayda Günel və Könüllə bir yaşayır, birgə əxlaqsızlıq edirdilər. Necə olur ki, 01 fevral 2020-ci il tarixdə Aksarayda fahişəliyə görə Günellə Könül polis əməkdaşları tərəfindən tutulduqda onun adını çəkməmişlər. Əksinə, Könül polisə verdiyi izahatında onu Türkiyəyə Günelin gətizdirdiyi və fahişəliyə cəlb edildiyini göstərmişdir. O, müdafiəçisi Müdafiəçi3 verdiyi vəsatəti dəstəkləyir, məhkəmədən xahiş edir ki, Aksaray məhkəməsinin Günel Sadıqzadə və Zərərçəkmiş şəxs3 deportasiyasına dair qərarı tələb edib bu məhkəmədə tədqiq etsin. O zaman hər şey aydın olacaqdır. X11 özü onunla telefon danışığında qızı Zərərçəkmiş şəxs1 Azərbaycandan Türkiyə Respublikasına cinsi istismar məqsədilə qadınları gətirdiyini etiraf etmişdir. İradə Sadıqova məhkəməyə çağırılıb dindirilməlidir. Onunla telefon danışığı CD diskə köçürüərək həmin səs yazısı olan CD diski Müdafiəçi3 tərəfindən məhkəməyə təqdim edilmişdir. O ki qaldı onun Zərərçəkmiş şəxs1la birlikdə xx.xx.2020-ci il tarixdə Sədərək keçidindən Naxçıvana, oradan isə Bakıya getməsi uşaqların səhhəti ilə bağlı olmuşdur. Ona Günayla Könülün 01 fevral 2020-ci il tarixdə tutulmaları barədə Günayın anası İradə məlumat vermişdir. Onun bu qızların tutulmasından xəbəri olmamışdır. Onun əri bu qızlar tutulmamışdan əvvəl avtobusa iki bilet almışdır. Səbəbi də o idi ki, ayaqları şişdiyi üçün rahat oturmaq üçün yanaşı oturacaqlara iki bilet almışdır. Günay qızlar tutulanda yoxa çıxmışdır. Onun getdiyi avtobusa yolda Kauseridə minmiş, o da yerin birini ona vermişdir. Məhkəmədən xahiş edir ki, işə ədalətli baxılsın. Zərərçəkmiş şəxslər onun Aksarayda pansionatı olmasını bildirirlər, bəli onun həmin şəhərdə pansionatı olmuşdur, lakin o orada heç kəsi cinsi istismara məruz qoymamışdır, həmin pansionat o tutulduqdan sonra bağlanmışdır. Müdafiəçi3 vəsatəti ilə əlaqədar əlavə ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, İradə Sadıqova onun anasıdır, hal-hazırda Aksarayda yaşayır, xəstədir, gəzə bilmir. Bu səbəbdən Azərbaycana gələ bilməz. 2020-ci ilin yanvar ayında o, Azərbaycanda Sumqayıt şəhərində olmuşdur. İşsiz idi, həmin ərəfədə Aksarayda Ceylan adı ilə tanınan Təqsirləndirilən şəxs ona zəng edərək onun üçün iş tapmış, yaşlı qadına baxmaq lazım olacaq və bunun müqabilində hər ay 600 ABŞ dolları alacaqdır. Lakin Məsdan ona demişdir ki, bu barədə anası İradəyə heç bir söz deməsin. Məsdanın yanına gəldikdə isə onun dedikləri həqiqi olmamış, əlacsızlıqdan Məsdanın tanışı olan Aksarayda yaşayan kişilərlə görüşməyə başlamış, həmin kişilərdən pulu isə Məsdan özü alır, bir hissəsini ona verirdi. O, ailəli olmuşdur, övladları vardır. Məsdan isə onu qorxuzurdu ki, ona qulaq asmasa keçmiş ərinə həyat tərzi barədə məlumat verəcəkdir. xx.xx.2020-ci il tarixdə Günellə Könül oteldə türk kişiləri ilə tutulduqda Məsdan möhkəm qorxuya düşərək ona demişdir ki, ikisi də təcili Türkiyəni tərk etməlidirlər. Məsdan avtobusa iki bilet almışdır, birini ona, birini isə özünə. İkisi də avtobusa Aksaray şəhərində minib, Naxçıvan şəhərində düşmüşlər. Məsdan məhkəməyə yalan ifadə verir. Onun ayağı şişməmiş, avtobusa iki bileti ayağına görə yalnız özünə alması düz deyildir. O, avtobusa Kayseridə minməmiş, Aksarayda Məsdanla birlikdə avtobusa minib yola çıxmışdır. Günel Sadıqzadəni isə Məsdan ondan əvvəl 2019-cu ilin noyabr ayından istismar edirdi, Günel Azərbaycana qayıtmaq istədikdə Məsdan ondan öz əvəzinə başqa bir qadını Aksaraya gətirməyi tələb etmişdir. Günel də Könülü gətizdirib Məsdana təhvil versə də sonuncu onu yenə də buraxmamışdır. Bu səbəbdən Könül və Günel xx.xx.2020-ci il tarixdə Məsdanın müştəriləri olan iki kişi ilə oteldə görüşən zamanı bilərəkdən həmin müştərilərlə mübahisə yaratmış, səsə yerli polis gələrək onları polisə aparmış, xx.xx.2020-ci il tarixdə isə Azərbaycana deport etmişlər. Hətta onu da bildirmək istəyir ki, Təqsirləndirilən şəxs Aksarayda pansionatı var idi, orada o onları türk kişiləri ilə görüşdürüb pul qazanırdı. Onun Təqsirləndirilən şəxs heç bir pul tələbi yoxdur, lakin sonuncu onun şəxsiyyətini, ləyaqətini alçaltdığı üçün onu bağışlamır, ona cəza verilməsini istəyir. Müdafiəçi3 vəsatəti ilə əlaqədar zərərçəkmiş şəxs Günel Sadıqzadə əlavə ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs3 ilə o, birlikdə Aksaray şəhərindən xx.xx.2020-ci il tarixdə Azərbaycana deportasiya olunmuşlar. Bəli, Könülü Aksaraya Azərbaycandan o, gətizdirmişdir. Təqsirləndirilən şəxs onu 2019-cu ilin noyabr ayından Azərbaycandan Aksaray şəhərinə dəvət etmişdir. Təqsirləndirilən şəxs bir həmyerli kimi tanımışdır. Belə ki, hər ikisi Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşamışlar. Məsdan ona normal iş təklif edərək faktiki isə fahişəliyə cəlb etmişdir. Məsdan özü ona caladığı şəxslərdən pul alaraq ya evində, ya da otellərdə həmin şəxslərlə görüşdürürdü. Bu işdən bezib çıxıb getmək istədiyini dedikdə Məsdan əvəzinə başqa qadın gətizdirib ona təhvil verdikdən sonra onu buraxacağına söz vermişdir. Həmin vaxt o, Aksarayda 3 övladı ilə yaşayırdı. Övladları artıq böyükdürlər, bir qızı nişanlıdır, oğlu isə hərbi xidmətdədir. Türkiyədə o, X6 adı-soyadı ilə olmuşdur. Zərərçəkmiş şəxs3 ilə xx.xx.2020-ci il tarixdə Məsdanın onlara dəvət etdiyi yerli sakinlərlə oteldə görüşərkən həmin şəxslərlə bilərəkdən mübahisə yaratmışlar, mübahisə səsinə otelə gələn polislər onları polisə aparmış, izahatlarını almışlar. Orada o, həqiqətən bildirmişdir ki, Könülü Aksaraya o gətirmiş və ikisi birlikdə fahişəliklə məşğul olmuşlar. Məsdanın adını isə qorxudan heç biri çəkməmişdir. xx.xx.2020-ci il tarixdə o və Könül Azərbaycana deport olunmuşlar. Aksaray məhkəməsinin qərarından isə məlumatı olmamışdır. Azərbaycana gəldikdən sonra “Əzizova””soyadını “Sadıqzadə” soyadına dəyişdirərək 7 aydan sonra gedib övladlarını Azərbaycana gətirmşdir. Həmin 7 ay ərzində uşaqlarına Zərərçəkmiş şəxs1 anası İradə xanım baxmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini təsdiq etmir. Əlavə edir ki, Təqsirləndirilən şəxs Aksarayda pansionatı da olmuşdur, həmin pansionatda Məsdan onu və digər qurbanlarını cinsi istismara cəlb etmişdir. O, Təqsirləndirilən şəxs onu cinsi istismara məruz qoyduğu üçün cəza verilməsini istəyir, ona qarşı pul tələbi yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 DİN-nin X14 Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs maddi vəziyyətinin cətinliyini bilərək 2020-ci ilin yanvar ayında onu Türkiyə Respublikasının Aksaray şəhərində işə düzəltmək adı ilə dəvət edərək orada cinsi istismara məruz qoymuşdur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 DİN-nin X14 Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 2018-ci ilin aprel ayında Türkiyə Respublikasının Aksaray şəhərində tanış olduğu Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə aldadaraq pasrortunu əlindən almış, hədə-qorxu gələrək cinsi istismara məruz qoymuşdur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 DİN-nin X14 Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasının Aksaray şəhərinə dəvət etmiş və cinsi istismara məruz qoymuşdur. Verdikləri şikayət ərizələri ilə əlaqədar izahatları alınmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onlara «X14 Mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 14-1-ci maddəsində nəzərdə tutulan vərpa və firikləşmə müddəti ilə bağlı hüquqlarından imtina edərək onları aldadaraq X3 şəhərinə apararaq cinsi istismar etmiş Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsini tələb etmişlər. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ilk izahatından müəyyən olunur ki, o 2005-ci ildən X3 şəhərinə köçmüş, orada Məmməd Kulaksız adlı şəxslə ailə qurmuş, 2016-cı ildən Aksarayda «Çağlagül» adlı otel işlətməyə başlamışdır. Təxminən 2019-cu ilin sonlarında Aksaraya Günel və Könül adlı qadınlar gəlmiş və o onların əxlaqsız qadın olduqlarını öyrənmiş, onların şəkillərini tanışı türk kişilərinə göstərmiş, o kişilərdən biri özünü sığorta işçisi, biri isə özünü Aksaray polisinin rəisi kimi təqdim etmişdir. Onun onlardan işi keçə biləcəyini nəzərə alaraq həmin qadınları bu kişilərə təqdim etmişdir. Bu kişilər həmin qadınlarla özlərinə məlum olan ünvanlarda cinsi əlaqədə olmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqsirləndirilən şəxs qismində verdiyi ifadədlərindən müəyyən olunur ki, o izahatında göstərdiyi halları inkar etmiş, zərərçəkmiş şəxsləri tanıdığını, lakin onları cinsi istismara məruz qoymadığını, bu qızlarla 2019-cuilin sondlarında özünə Aksaray şəhərində ad günü keçirəndə tanış olduğunu, ərinin tanışı Ülker adlı şəxsin xahişi ilə sadəcə Güneli telefon nömrəsini vermişdir. Belə ki, Ülker Güyneli onun ad günündə görmüş və Günelin telefon nömrəsini istəmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində də zərərçəkmiş şəxsləri 2019-cu ilin sonunda özünə Aksaray şəhərində ad günü keçirdiyi zaman tanıdığını, ad günündə ərinin tanışı olan Ülker adlı kişinin xahişi ilə Zərərçəkmiş şəxs2 telefon nömrəsini Ülkerə vermiş, Günel nömrəsinin Ülkerə verilməsinə etiraz etməmiş, həmçinin Aksaray şəhərində otelpansionatı olmuş, lakin həmin yerdə zərərçəkmiş şəxsləri türk kişiləri ilə görüşdürməmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanın 16 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırmı orqanının sənədlərə “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolundan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 17 yanvar 2020-ci il tarixdə saat 17:53 dəqiqədə «C01472250» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 05 fevral 2020-ci il tarixdə saat 12:30 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 15 noyabr 2019-cu il tarixdə saat 17:30 dəqiqədə «C02025643» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 08 fevral 2020-ci il tarixdə saat 04:05 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 17 yanvar 2020-ci il tarixdə saat 17:53 dəqiqədə «C02240501» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 08 fevral 2020-ci il tarixdə saat 04:05 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı hava limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs 29 avqust 2019-cu il tarixdə saat 04:01 dəqiqədə «P5191336» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, 05 fevral 2020-ci il tarixdə saat 12:31 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. 22 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1ci maddələri ilə baxılan cinayət işi üzrə hüquqi yardımın göstərilməsi barədə sorğunun icrasına dair Türkiyə Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş sənədlər Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Bu sənədlər şübhəli şəxs Günel Əzizova, şikayət edən Zərərçəkmiş şəxs3 ifadə protokolları (ifadələr TR X15 İdarəsində xx.xx.2020-ci il tarixdə alınmışdır), Aksaray birinci instansiya cinayət məhkəməsinə yönəldilmiş TR Aksaray prokurorğulunun şübhəli şəxs Günel Əzizovanın barəsində olan Türkiyə Cinayət Məcəlləsinin 227/2, 53/1-ci maddələri ilə olan ittiham aktından ibarət olmaqla aşağıdakı məzmundadır: - Günel Əzizova ifadəsində Zərərçəkmiş şəxs3 onun dostu olduğunu, Fatih Çalışmalı və Yakup Geneli adlı şəxsləri isə bir həftədir tanıdığı dostlarıdır, bu şəxslərlə birlikdə xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində bu dastları onun yaşadığı evə gəlmiş, evində dostu Zərərçəkmiş şəxs3 da olmuşdur. Dördü birlikdə spirtli içki qəbul etmiş, Yakub və Könül ikisi birlikdə başqa bir otağa keçib, 15 dəqiqədən sonra yanlarına qayıtmışlar, onların digər otaqda nə etdiklərini bilməmişdir. Bu zaman qapı döyülmüş və evinə gələn polislər onların dördünü də Polis İdarəsinə apardılar. Polis idarəsində fahişəliklə məşğul olmadığını, hər hansı bir şəxsdən pul almadığını, ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Öz növbəsində Zərərçəkmiş şəxs3 ifadəsində Aksaray şəhərinə xx.xx.2020-ci il tarixdə gəldiyini, Zərərçəkmiş şəxs3 yanına Türkiyəni gəzmək üçün gəlmiş və Günelin kirayə qaldığı evdə yaşamışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində evə Günelin iki tanışı gəlmiş, dördü birlikdə spirtli içki qəbul edib Yakup Geneli ilə birlikdə başqa bir otağa keçib cinsi əlaqədə olub, təxminən 15-20 dəqiqə cinsi əlaqədə olduqdan sonra Günelgilin yanına qayıtmışlar. Yakup Genelidən pul almamış, onunla dost kimi cinsi əlaqədə olmuşdur. Bundan 15-20 dəqiqə sonra evin qapısı döyülmüş və evə gələn porlislər onların dördünü də Polis idarəsinə apardılar. O heç kimdən iddiaçı və ya şikayətçi deyildir. İttiham aktı X13 Kazımovanı fahişəliyə sövq etməyə aid olmaqla bu apaşdırma ilə bağlı Türkiyə Respublikasının hər hansı bir məhkəməsinin qərarı materiala əlavə edilməmiş, cinayət işinin materillarından isə müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 08 fevral 2020-ci il tarixdə saat 04:05-də Bakı Hava Limanında yerləşən nəzarətburaxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikasına daxil olmuşlar. Göstərilən sənədlərlə əlaqədar ifadə vermiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 verdikləri ifadələrində xx.xx.2020-ci il tarixdə Aksaray şəhərində Təqsirləndirilən şəxs tərəfindən sonuncuların tanışları olan türk vətəndaşları ilə cinsi əlaqəda olmaq üçün otelə göndərildiklərini, orada bilərəkdən türk vətəndaşları olan kişilərlə mubahisə yaratmışlar ki, səsə polis gəlsin və onları Türkiyə Respublikasından deport etsinlər. Həqiqətən polisdə ifadə verərkən Təqsirləndirilən şəxs adını çəkməmişlər, belə ki, sonuncu uzun müddət Aksarayda yaşamış, özünün orada pansionatı olmuş, Aksaray şəhərində geniş əlaqələrə, o cümlədən yerli polisdə malik olmuşdur. Aksaray Polisi tərəfindən ikisidə xx.xx.2020-ci tarixdə Azərbaycana deport edilmişlər. Aksaray şəhər polis orqanının araşdırma materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birlikdə saxlanılan adları Fatih Çalışmalı və Yakup Geneli olan şəxslərdən ifadələr alınmamış, Günel Sadıqzadə və Zərərçəkmiş şəxs3 Aksaray şəhərində olan əlaqələri müəyyən edilməmiş, bu araşdırma ilə bağlı hər hansı bir şəxsi fahişəliyə sövq etmə və ya məcbut etmək və ya yer təmin etmək ittihamı ilə barəsində əlavə qarar çıxarılmamış Fatma Aydının kim olması müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, istər Türkiyə Respublikası, istərsə də Azərbaycan Respublikası qanunvericiliyi əsasında hər hansı bir şəxsin hər hansı bir cinayət əməli üzrə təqsirli bilinməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkündür. İnsan Hüquqları və X5 X4 6-cı maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qrşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəməyə təqdim olunmuş TR-sı Aksaray şəhər hüquq-mühafizə orqanlarında aparılmış araşdırma materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 barəsində məhkəmə qararı çıxarılmamış, onun Zərərçəkmiş şəxs3 fahişəliyə sövq etməsinə dair qanuni qüvvəyə minmiş heç bir məhkəmə hökmü yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xx.xx.2020-ci il tarixdə cinsi isttismara məruz qoyması epizodu xaric edilə bilməz, buna heç bir qanuni əsas yoxdur. Bundan əlavə Dadaşova X7 Günay Eldar qızı və Zərərçəkmiş şəxs3 19 yanvar 2020ci il tarixdən 2020-ci ilin fevral ayının əvvəllərinədək, Zərərçəkmiş şəxs2 isə 17 noyabr 2019cu il tarixdən 2020-ci ilin fevral ayının əvvəllərinədək dəfələrlə cinsi istismara məruz qoymuşdur. Beləliklə, məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qadınları cinsi istismar edilməsi məqsədi ilə aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayəti törətdiyindən onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələbinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası qüvvədə olan Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb olunurlar. Eləcə də, həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən, … insan alveri … törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə ilə cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsinə əsasən, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi insan alveri cinayətinin tərkibini yaradır. Eləcə də, «X14 mübarizə haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanununun 1.0.1-ci maddəsinə görə insan alveri - zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurluq, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsindən ibarət olan əməlləri əhatə edir. Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli “İnsanlarla ticarətə və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı mübarizə haqqında Konvensiyaya qoşulmaq barədə” Qanunu ilə qoşulduğu adı qeyd olunan Konvensiyanın 1-ci maddəsinə əsasən, bu Konvensiyanın Tərəfləri başqasının eyş-işrətini təmin etmək üçün: 1)digər şəxsə, hətta həmin şəxsin razılığı ilə, fahişəlik məqsədilə vasitəçilik edən, onu fahişəliyə sövq edən, yoldan çıxaran; 2)digər şəxsin, hətta həmin şəxsin razılığı ilə, fahişəliyini istismar edən hər bir şəxsi cəzalandırmağı öhdələrinə götürürlər. Şəxsin istismar məqsədi ilə cəlb edilməsi maddənin dispozisiyasında sadalanan üsullardan hər hansı biri vasitəsilə şəxsin razılığının alınmasını ifadə edir. İnsan alveri cinayətindən zərərçəkmiş şəxs istismar məqsədi ilə cəlb edildikdə onun razılığını bildirməsi cinayətin başa çatması anını ifadə edir. İstintaqı aparılan cinayət işi üzrə toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs maddi imkanından, əlaqələrindən istifadə etməklə maddi ehtiyacları olan zərərçəkmiş şəxsləri Türkiyə Respublikasının Aksaray şəhərində işə düzəltmək adı ilə aldatmaqla, daha sonra həmin şəxsləri özündən psixoloji olaraq asılı vəziyyətə salmaqla fahişəliyə cəlb etməklə cinsi istismar məqsədi ilə cəlb etmiş, sonuncuların cinsi istismarından əldə olunan pul vəsaitlərin bir hissəsini isə özünə götürmüşdür. Mövcüd istintaq və məhkəmə praktikasına əsasən insan alveri qurbanının Azərbaycan Respublikasının hüdudlarından kənarda istismar edilməsi insan alverçisinin Azərbaycan Respublikası CM-nin 144-1.2.4-1-ci maddəsi ilə məsuliyyət daşımasını nəzərdə tutur. Cinayət işi üzrə müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslərin cinsi istismar məqsədi ilə cəlb edilərək bu məqsədlə cinayətə məruz qaldıqları yer məhz ölkə hüdudlarından kənarda, daha dəqiq Türkiyə Respublikasının Aksaray şəhəri olmuşdur. Əməlin ictimai təhlükəliliyi onda ifadə olunur ki, insan alverçisi xarici dövlətdə cinayətkar niyyətlərini reallaşdırmaq üçün kifayət qədər imkana və şəraitə malik olur. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri istismar etdiyi yerin ölkə hüdudlarından kənarda olması iş üzrə şəxslərin sərhəd keçmələrinə baxış protokolundan, eləcə də ifadələrindən aydın olur. Cinayət hadisəsinin baş baş verməsi şəraiti, halları barədə zərərçəkən şəxslərin davamlı olaraq bir neçə dəfə verdikləri ifadələr arasında ziddiyyət aşkar edilməmişdir. Onlar hadisənin baş vermə ardıcıllığı ilə bağlı məntiqi ifadələr vermişlər. Onların ifadələri işdə olan digər sübutlarla təsdiq olunur. O cümlədən, ölkəni nə vaxt, hansı şəraitdə tərk etmələləri, ölkəyə nə vaxt, hansı hadisədən sonra dönmələri, Türkiyədə olarkən təqsirləndirilən şəxslə münasibətləri, hər müştəridən alınan pulların hansı qaydada bölünməsi ilə baglı aydın ifadələr vermişlər. Təqsirləndirilən şəxsin bir neçə dəfə ifadələrini dəyişməsi, ziddiyyətli ifadələr verməsi onun dediklərinin özünümüdafiə xarakter daşıması qənaətini formalaşdırır. Türkiyə polisi tərəfindən zərərçəkənlər ifşa olunduqdan sonra təqsirləndirilən şəxsin digər zərərçəkəni özü ilə götürərək dərhal Azərbaycana qayıtması məqsədi ilə bağlı ifadəsi açıqaşkar həqiqəti əks etdirmir. Çünki, həmin halla bağlı zərərçəkənlərin ifadələri birmənalı olaraq təqsirləndirilən şəxsin Respublikaya qayıtmasının məqsədini təsdiq edir. Zərərçəkənlər tutulduqları üçün həmin anda məqsəd tez bir zamanda Türkiyəni tərk etmək olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, qadın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşlı olmasını, qadın olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını müstəsna hallar kimi qiymətləndirir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini, təqsirləndirildiyi maddələrin sanskiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsini mümkün sayır. Xüsusilə, təqsirləndirilən şəxsin qadın olması, ilk dəfə cinayət törətməsi, 61 yaşında olması onun uzun müddətə cəmiyyətdən təcrid edilməməsinin əsası kimi çıxış edə bilər (62-ci maddənin tətbiqi əsası). Çünki, təqsirləndirilən şəxsin uzun müddətə azdlıqdan məhrum edilməsi cəzanın CM-nin 41.2. maddəsində nəzərdə tutulan məqsədlərinə xidmət etməyəcək. Həmin normaya görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxsin barəsində tətbiq olunacaq cəza həmin məqsədlər üçün kuifayətdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tdbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbsə alınmışdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 24 may 2022-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün 300 AZN (üç yüz manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2 və 144- 1.2.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “24” may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 300 AZN (üç yüz manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar