Məhkəmə qərarları › İş №1(101)-111/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-111/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-111/2024 07.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri, Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi7 iştirakları ilə məhkəmənin baxış iclasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işində irəli sürülmüş ittihama mahiyyəti üzrə baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxışı zamanı dövlət ittihamçısı vəsatətlə çıxış edərək hazırkı işin Bakı Hərbi Məhkəməsinə aid olduğunu bildirib işin aidiyyəti üzrə həmin məhkəməyə göndərilməsini xahiş etdi. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırdı ki, iş üzrə təqsirləndirilən şəxslərdən biri - Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərini hərbi qulluqçu olarkən törətmişdir. Məhkəmə vəsatətlə bağlı cinayət prosesinin tərəflərini dinləyərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət əsaslıdır və təmin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29,178.3.2, 178.3.2 və 32.4,312.2-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, xx.xx.2003-cü il tarixdən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sıralarında həqiqi hərbi xidmət keçərkən qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Azərbaycan Respublikası CM-in 29,178.2.3 və 32.4,312.1-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə tanışları - xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3, 178.2.4, 32.5,311.3.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş Şahid5, həmin tarixdə CM-in 178.2.1, 178.2.2, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş Şahid9, həmin tarixdə CM-in 178.2.1, 178.2.3, 32.5,311.3.2, 32.5,311.3.3 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş Şahid8, həmin tarixdə CM-in 32.5,311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş Şahid3, xx.xx.2020-ci il tarixdə CM-in 29,178.2.1, 29,178.2.2, 29,178.2.3, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X3 və həmin tarixdə CM-in 178.2.1, 178.2.3, 32.5,311.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Şahid2 İrzəbəg oğlunun cinayət məsuliyyətindən azad olunmasına, habelə özü barəsində tətbiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət” siyahısından adının çıxarılmasında köməklik göstərilməsi üçün cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 vasitəsi ilə 2020-ci ilin dekabr ayında özlərinə müraciət etmiş Zərərçəkmiş şəxs qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Arifə Hacıyevə və Təqsirləndirilən şəxs4la birlikdə aralarındakı cinayətkar niyyətə uyğun olaraq özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edərək özlərinin guya Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində yüksək vəzifədə işləyən şəxslə geniş əlaqələrinin olduğunu və həmin əlaqələri vasitəsilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində və işə mahiyyəti üzrə baxan məhkəmədə qeyd edilən məsələni müsbət həll edə bilmək imkanına malik olduqlarını qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə 2020-ci ilin dekabr ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində görüşləri zamanı yalandan bildirib, özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun, habelə Şahid5 və digərlərinin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə, yəni 2021-ci ilin sentyabr ayına kimi, əməllərində cinayət tərkibi olan və Azərbaycan Respublikası cinayət qanunvericiliyində məsuliyyətdən azad etməklə bağlı nəzərdə tutulmuş əsaslar olmadığı halda Babək Zalıyev, Şahid9 və Şahid3 barəsində cinayət təqibinə xitam verdirəcəyinə, Şahid2, Şahid8 və Şahid5 məhkəmə tərəfindən yüngül cəza təyin etdirəcəyinə, habelə onun adının “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət siyahısından çıxarılmasına görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 450.000 (dörd yüz əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə yalandan bildirərək, Zərərçəkmiş şəxs razılığını almaqla sövdələşib, həmin niyyətlə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə 2020-ci ilin dekabr ayının sonu - 2021-ci ilin yanvar ayında ünvan 1 ünvanında yerləşən “İstanbul” evlərinin qarşısında ayrı-ayrı vaxtlarda müxtəlif məbləğdə, o cümlədən, ilkin olaraq 50.000 (əlli min) manat, eyni niyyətlə bir neçə gün sonra 80.000 (səksən min) manat, eyni niyyətlə bir neçə gün sonra 60.000 (altmış min) manat olmaqla, ümumilikdə 190.000 (bir yüz doxsan min) manat məbləğdə pul vəsaitini Zərərçəkmiş şəxs alıb həmin müddətdə ayrı-ayrı ünvanlarda, o cümlədən, ünvan 2əşən “İstanbul” evlərinin yaxınlığında, Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunların Baş İdarəsinin Bakı şəhəri, Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsində yerləşən inzibati binasının yaxınlığında və Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “Hüseyn Cavid” parkında, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsində Azərbaycan Texniki Universitetinin yaxınlığında və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ünvan 3 ünvanında yerləşən inzibati binasının arxasında görüşləri zamanı qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvləri - Təqsirləndirilən şəxs1, X2 və Təqsirləndirilən şəxs4 ilə əldə etdikləri həmin pul vəsaitini aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 190.000 (bir yüz doxsan min) manat məbləğdə pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1, X2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs, habelə Şahid5 və digərlərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abşeron rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə heç kəs məsuliyyətdən azad edilməyib, Şahid5 və digərlərinin təqsirləndirilməsinə dair ittihamlar qüvvədə saxlanılıb ibtidai istintaq başa çatdırılaraq cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyindən, Zərərçəkmiş şəxs aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyinə görə, qalan pul vəsaitini ondan almağa nail olmayıb, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməllərini öz iradələrindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, Təqsirləndirilən şəxs1, X2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 450.000 (dörd yüz əlli min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirməyə cəhd etmişdir. Eyni zamanda, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs2 məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixdək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti sıralarında həqiqi hərbi xidmət keçmişdir. Cinayət işi üzrə tərtib edilmiş ittiham aktından da görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini 2020-ci ilin sonlarında törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini vahid niyyətlə təhrik etməsi onun həqiqi hərbi xidmət keçdiyi dövrə təsadüf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.6-cı maddəsinə əsasən cinayət işlərindən biri hərbi məhkəməyə, digəri isə rayon (şəhər) məhkəməsinə, yaxud ağır cinayətlər məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə hərbi məhkəmədə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi hərbi qulluqçular tərəfindən törədilmiş ağır cinayətlər kateqoriyasına aid olduğundan və cinayətin törədildiyi yer olan Bakı şəhəri Bakı Hərbi Məhkəməsinin yurisdiksiyasına aid olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68.2, 74.1, 74.6 və 75.2-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstititsiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmsına yol verilmir. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş qətimkan tədbirlərinin əsaslığını müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri əsaslıdır və dəyişdirilməsinə zərurət yoxdur, həmin qətimkan tədbirləri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68.2, 74.1, 74.6, 75.2 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən hakim Telman Hüseynov Hakimlər Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar