Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1110/2021 29.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakışəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1983-cü ildə Cəlilabad rayonu, Mikayıllı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Mikayıllı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Şanqar qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 5 kq 15,754 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib yaşadığı evin həyətində olan əl damında gizlədib saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Qaradağ RPİ-nin CAŞ-nın və NMBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, 25 yanvar 2021-ci il tarixdə saat 14:00-da Bakı şəhəri, Qaradağ rayonu, Şanqar qəsəbəsi ərazisində saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş və orada saat 15:40da Təqsirləndirilən şəxs üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol cibindən 5 (beş) şəffaf polietilen kəsiklərinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 1,054 qr., 1,373qr., 1,146qr., 1,191qr., 0,990qr., ümumi təmiz çəkisi 5,754 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 19:45-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Şanqar qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman evin həyətində olan əl damında saxladığı 2 (iki) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2510qr. və 2500qr., ümumi təmiz çəkisi 5010 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, o narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14.04.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nərimanov rayon Məhkəməsinin 15.07.2013-cü il tarixli qərarı ilə şərti azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra o, narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, onu Vahid adlı tanışı Qobu qəsəbəsində bir nəfərlə tanış etmiş, narkotik vasitəni həmin şəxsdən alib istifadə edirmiş. Sonra Vahidin həmin şəxslə arası dəydiyindən ondan xahiş etmişdir ki,onun üçün narkotik vasitə alsın. O da onun üçün 20 manat verib narkotik vasitə alıb ona verəcəkmiş. O həmin şəxsdən 0,5 qram narkotik vasitə almışdır. 25 yanvar 2021-ci il tarixdə saat 14 radələrində həmin narkotik vasitə üzərində evdən bayıra çıxmış, bir qədər getdikdən sonra tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini bildirərək Qaradağ rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birinə dəvət edib müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa çıxarıb masanın üzərinə qoysun. O da üzərində olan 0,5 qram narkotik vasitəni və “Honor” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Ona həmin vaxt cox işgəncələr vermişlər, o da işgəncələrə dözə bilmədiyindən ona nə demişlərsə razılaşmışdır. Onun üzərində cəmi 0,5 qram narkotik vasitə olmuş, qalan narkotik vasitəni polis işçiləri özləri qoymuşlar və onu da məcbur etmişlər ki, həmin narkotik vasitənin ona məxsus olmasını desin. İbtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğundan onun ibtidai araşdırma zamanı verdiyi ifadə məhkəmədə elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, azadlığa buraxıldıqdan sonra o, narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. O, narkotik vasitə olan heroini tutulmamışdan bir neçə ay qabaq İran İslam Respublikasının vətəndaşı olan Feruz adlı şəxsdən almağa başlamışdır. O onun etibarını qazandıqdan sonra tutulmamışdan bir həftə qabaq Feruz adlı şəxsdən 2 bağlamada ümumilikdə çəkisi 5 kiloqramdan bir qədər çox narkotik vasitə olan heroin satış məqsədi ilə almışdır. O, həmin narkotik vasitəni yaşadığı Bakı şəhəri Qaradağ rayonu Şanqar qəsəbəsində yerləşən fərdi yaşayış evinin əl damında gizlədərək saxlamışdır. 25 yanvar 2021-ei il tarixdə həmin bağlamanın içərisindən bir qədər heroin götürərək 5 büküm düzəltmişdir. Həmin bükümlərin hər birinin çəkisi təxminən l (bir) qram olmuşdur. Narkotik vasitəni bükümlərə bölməkdə məqsədionları satmaq olmuşdur. 25 yanvar 2021-ci il tarixdə saat 14 radələrində həmin bükümləri əynində olan göy rəngli cins şalvarın sol cibinə qoymuş, yaşadığı evdən bayıra çıxmışdır. Yaşadığı ünvandan bayıra çıxıb bir qədər irəliləmişdir ki, tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini bildirərək Qaradağ rayon Polis İdarəsinə dəvət etmişdilər. Polis İdarəsində xidməti otaqların birinə dəvət edib 10 saylı vəkil bürosunun vəkillərinin siyahısını ona təqdim edib vəkillərin birini seçməyi təklif etmişdilər. Ona təqdim edilmiş vəkillərin siyahısında adı qeyd olunan X1 hüquqlarını müdafiəsini ondan xahiş etmişdir. Bundan sonra vəkil Eldar Nəcəfov və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa çıxarıb masanın üzərinə qoysun. O, əynindəki göy rəngli cins şalvarının sol cibindən 5 ədəd sellofan kəsiklərinə bükülmüş bükümləri və əynindəki gödəkçənin sol iç cibindən “Honor” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Ondan aşkar edilmiş bükümlər açıldıqda içərisində kakos deyilən narkotik vasitə aşkar edilmişdir. Ondan aşkar edilərək götürülən 5 ədəd içərisində narkotik maddə olan bükümlər onun, vəkil Eldar Nəcəfovun və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyulmuş və möhürlənmiş, onlar həmin zərfi imzalamışdır. Polis İdarəsində o, üzərində aşkar olunan narkotik vasitədən əlavə yaşadığı yataqxananın həyətində narkotik vasitənin olduğunu və saxladığını bildirmişdir. Bundan sonra narkotik vasitə saxladığı əl damına baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Onlar polis əməkdaşlarının xidməti avtomobilinə əyləşərək yaşadığı ünvana yola düşmüşlər. Həmin tarixdə onlar yaşadığı ünvana çatarkən artıq hava qaralmışdır. Orada polis əməkdaşlarının və vəkilin iştirakı ilə yaşadığı Qaradağ rayonu, Şanqar qəsəbəsində yerləşən evin əl damına baxış keçirməyə başlamışdır. O, əl damının taxta qapısını açaraq içəridə 2 ədəd qara rəngli sellofan torbaları təqdim etmişdir. Sellofan torbaların içərisində kakos deyilən narkotik vasitə aşkar edilmişdir. Ondan aşkar edilərək götürülən narkotik maddə olan 2 ədəd sellofan torbalar onun, vəkil Eldar Nəcəfovun və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyularaq möhürlənmiş və onlar həmin zərfi imzalamışdır. Narkotik vasitə olan heroini satdığı şəxsləri tanımadığını, onlara narkotik vasitə lazım olanda özləri onu tapıdıqlarını bildirmişdir. O, ilkin vaxtlar Feruz adlı şəxsdən narkotik vasitəni “WhatsApp” vasitəsi ilə danışaraq online qaydada Paypointə pul qoyaraq dediyi ünvanlardan götürmüşdür. O, onun etibarını qazandıqdan sonra sonuncu dəfə 20.01.2021-ci il tarixdə pulunu sonra vermək şərti ilə 5 kiloqramdan çox narkotik vasitə olan heroini almışdır. Onlar danışığı kimi Feruz dediyi ünvandan həmin narkotik vasitəni götürmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrin doğru olmadığını, həmin ifadələrin müstəntiq tərəfindən yazılmasını onun da oxumadan hədə-qorxu və təzyiq altında imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 25.01.2021-ci il tarixdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək saat 14:00 radələrində Bakı şəhəri Qaradağ rayonu Şanqar qəsəbəsində saxlanaraq saat 14:30 radələrində Qaradağ RPİ-nə gətirilmişdir. Burada həmin şəxsin xx.xx.1983-cü ildə Cəlilabad rayonu Mikayıllı kəndində doğulmuş, evli orta təhsilli, əvvəllər məhkum edilmiş, Cəlilabad rayonu Mikayıllı rayonunda qeydiyyatda olan, Bakı şəhəri Qaradağ rayonu Şanqar qəsəbəsi ərazisində yerləşən yataqxanada kirayədə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Qaradağ RPİ-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi tutularaq hüquqları izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmiş və bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və müdafiəçi X7 iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan edilmişəşya varsa masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 5 ədəd şəffaf selofan kəsiklərinə bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülülərin içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, Feruz adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə aldığını bildirmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qara rəngli “Honor” markalı mobil telefonuda çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 05 ədəd şəffaf selofan kəsiklərinə bükülmüş bükümlər zərfə qoyularaq qablaşdırılmış, 46 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olduğunu bildirmiş və Qaradağ rayonu Şanqar qəsəbəsində yerləşən ona məxsus əl damında da narkotik vasitə saxladığını bildirmiş və 25.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ərizə yazaraq həmin ünvanda axtarış aparılmasına razılıq vermişdir. 25.01.2021-ci il tarixdə Qaradağ rayonu Şanqar qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs məxsus əl damına baxış keçrilmişdir. Təqsirləndirilən şəxs əl damının içərisinə daxil olub sol tərəfdə olan yerdə qoyulmuş ağ rəngli plastik materialdan olan vedrənin üstündə olan qara rəngli selofan torbanı götürərək bildirmişdir ki, bu narkotik vasitə olan heroindir. Həmin narkotik vasitəni o, İran İslam Respublikasının vətəndaşından aldığını və satış məqsədi ilə yaşadığı evin həyətində əl damında saxladığını bildirmişdir. İki ədəd qara rəngli paketə qablaşdırılmış qəhvəyi rəngli, toz şəkilində, spesifik iyli narkotik maddəyə oxşar kütlə tərəflərindən götürülərək qablaşdırılmış, 46 saylı möhürlə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2, Şahid3 və Şahid4 ifadələrində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 25 yanvar 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Qaradağ rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 27 yanvar 2021-ci il tarixli 4(002)-20/2021 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 14 aprel 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.4-cü maddələri ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də hazırda məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin 26.01.2021-ci il tarixli 6/348 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 5 ədəd büküm” yazısı olan zərfdəki 5 (beş) şəffaf polietilen kəsiklərinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 1,054 qr., 1,373 qr., 1,146 qr., 0,990 qr., ümumi təmiz çəkisi 5,754 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik maddəyə oxşar” yazısı olan polietilen bağlamadakı 2 (iki) ədəd qara rəngli olan polietilen bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2510 və 2500 qr., ümumi təmiz çəkisi 5010 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindən götürülmüş heroinin ümumi təmiz çəkisi 5015,754 (5 kq. 015,754 qr.) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş“ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 Mərkəzinin 21.04.2021-ci il tarixli, 1166 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 5010 qram və 5,764 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər maddi sübut kimi tanınaraq, ekspertiza tədqiqatından sonrakı qalıq çəkiləri 5009,8 qram və 5,564 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər saxlanması üçün Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs yaşadığı yataqxananın həyətində yerləşən əl damına baxış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı övladı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuş, eyni zamanda qardaşı X4 2007-ci ildə şəhid olması qeyd edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununlada onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut kimi tanınaraq Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş iş üzrə təmiz çəkisi 5010 qram və 5,764 qram, ekspertiza tədqiqatından sonrakı qalıq çəkiləri 5009,8 qram və 5,564 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk və Təqsirləndirilən şəxs yaşadığı yataqxananın həyətində yerləşən əl damına baxış zamanı çəkilmiş video görüntülər olan maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd disk cinayət işinin materialarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 25 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddi sübut kimi tanınaraq Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş iş üzrə təmiz çəkisi 5010 qram və 5,764 qram , ekspertiza tədqiqatından sonrakı qalıq çəkiləri 5009,8 qram və 5,564 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd disk və Təqsirləndirilən şəxs yaşadığı yataqxananın həyətində yerləşən əl damına baxış zamanı çəkilmiş video görüntülər olan maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd disk cinayət işinin materialarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1110/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1110/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver