Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1110/2023 19.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:45 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 19 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Göbələkzavod” adlanan ərazinin yaxınlığında Zərərçəkmiş şəxs əmisi qızı Şahid ünvanına nalayiq ifadə işlətdiyinə görə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs bədəninin sol kürək, sol bud, sol böyrək nahiyələrinə qəsdən zərbələr vuraraq sonuncuya qanaxma ilə müşayiət olunan sol tərəfli hemopnevmatoraksla nəticələnmiş döş qəfəsinin sol yarısının arxa səthinin sol plevra boşluğuna (daxilə) keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yarısının yan səthinin, sol budun yuxarı üçdə birinin bayır səthinin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən və həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, Şahid ilə az bir müddətdir ki, ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra aralarında bir neçə dəfə mübahisə olmuşdur. Mübahisələrin birində Şəmsiyyənin ünvanına əsəbi olması səbəbindən nalayiq ifadələr işlətmiş, Şəmsiyyə də bu barədə əmisi oğlu Zərərçəkmiş şəxs xəbər çatdırmışdır. 19 noyabr 2022-ci il tarixdə günorta saatlarında mobil telefonuna Səddamdan zəng gəlmiş, sonuncu Şəmsiyyəni söyməsinin səbəbini soruşaraq iradını bildirmiş və bu məsələ ilə əlaqədar onunla görüşüb söhbətləşmək istədiyini bildirmişdir. O, etiraz etməmiş və 19 noyabr 2022-ci il tarixdə axşam saatlarında Səddamla Xəzər rayonunun Qala qəsəbəsi ərazisində görüşmüşlər. Səddam söhbətlərə aydınlıq gətirmək istədiyini və buna görə onunla Zirə qəsəbəsinə getməli olduqlarını bildirərək onu çay içməyə dəvət etmişdir. Bundan sonra Səddamla birlikdə Zirə qəsəbəsinə yollanmış, “Göbələkzavod” adlanan ərazinin yaxınlığında stansiyanın yanında Səddam ondan əmisi qızı Şəmsiyyənin ünvanına hansı səbəbdən «var-yox» söyüşü söyməyini soruşmuş, ondan və Şəmsiyyədən üzr istəməyini tələb etmişdir. O, səmimi olaraq Səddamdan üzr istəmiş və səhv etdiyini etiraf etmişdir. Buna baxmayaraq Səddamın hirsi soyumamış və onun sol sifət nahiyəsinə bir şillə zərbəsi vurmuşdur. O, yerə yıxılmış, Səddam ona daha 1-2 yumruq zərbəsi vurmuşdur. Bundan sonra ayağa qalxmış və Səddam ondan daha cüssəli olduğuna görə gücü çatmayacağını görüb üstündə olan bıçağı çıxardaraq Səddamın sol bud, sol kürək, sol böyrək nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Xəsarətləri yetirdikdən sonra özü də bərk qorxmuş və dərhal oradan uzaqlaşmışdır. Əslində Səddama nə xəsarət yetirmək, nə də öldürmək fikri olmamışdır. Onu söhbətə Səddam özü çağırmışdır. Hətta Şəmsiyyənin ünvanına nalayiq ifadə işlətdiyinə görə ondan üzr də istəmiş, Şəmsiyyədən də buna görə üzr istəyəcəyinə söz vermişdir. Səddama xəsarət yetirdiyi bıçaq adi mətbəx bıçağı olmuş, onu yaşadığı evdən götürmüşdür. Həmin bıçağı hadisə yerindən uzaqlaşdıqdan sonra Qala qəsəbəsi ərazisində yolun kənarına atmışdır. Zərərçəkmiş şəxslə barışmışdır, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bütün bu halların, əməlindən səmimi peşman olmasının, cavan olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi qızı Şahid əridir. 19 noyabr 2022-ci il tarixdə günorta saatlarında Şəmsiyyə ona zəng edərək Rüstəmin onu söydüyünü bildirmişdir. O, Rüstəmə zəng edərək əmisi qızı Şəmsiyyəni söydüyünə görə onunla söhbət etmək istədiyini demişdir. Rüstəm etiraz etməmiş və onlar razılaşdıqları kimi 19 noyabr 2022-ci il tarixdə axşam saatlarında Xəzər rayonunun Qala qəsəbəsi ərazisində görüşmüşlər. Oradan da Rüstəmi Zirə qəsəbəsinə çay içməyə dəvət etmişdir. Bundan sonra Rüstəmlə birlikdə Zirə qəsəbəsinə yollanmış, “Göbələkzavod” adlanan ərazinin yaxınlığında stansiyanın yanında Rüstəmdən Şəmsiyyənin ünvanına hansı səbəbdən «var-yox» söyüşü söyməyini soruşmuş, ondan özü və Şəmsiyyədən üzr istəməyini tələb etmişdir. Rüstəm ondan üzr istəmiş və səhv etdiyini etiraf etmişdir. O, əmisi qızı söyüldüyünə görə çox əsəbi olmuş, Rüstəmə hər mübahisəyə görə «var-yox» söyüşü söyməyin yolverilməz olduğunu başa salmışdır. O, Rüstəmin sifət nahiyəsinə bir şillə zərbəsi vurmuş və sonuncu yerə yıxılmışdır. O, Rüstəm yerə yıxıldıqdan sonra da onun ağzının üstündən yumruq zərbəsi vurmuşdur. Rüstəm ondan üzrxahlıq etməyə başlamış, sonra isə gözlənilmədən Rüstəm cibindən bıçaq çıxardaraq onu vurmaq istəmiş, bıçağı onun əlindən almaq istəsə də bacarmamışdır. Rüstəm bıçaqla onun bədəninin sol bud nahiyəsinə, sol kürək nahiyəsinə və sol böyrək nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra Rüstəm oradan uzaqlaşaraq çıxıb getmişdir. O, “VAZ 2106” markalı **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək Zirə qəsəbəsində yerləşən xəstəxanaya getmişdir. Rüstəm ona xəsarət yetirən zaman əynində olan şalvar və yun köynək yararsız hala düşdüyünə görə həmin paltarları cıraraq yarasına bağlamış, qalan hissəsini isə Zirə qəsəbəsində yerləşən xəstəxanaya gedərkən yolun qırağında atmışdır. Əvvəllər Rüstəmlə aralarında hər hansı ədavət olmamışdır. Onunla aralarında yaxın dost münasibəti olmasa da, normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs ondan üzr istəmiş, sonuncu ilə barışmış və onu bağışlamışdır. Hazırda Rüstəmə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin oktyabr ayında ailə həyatı qurmuşdur. 19 noyabr 2022-ci il tarixdə özünə paltar almaq üçün Mərdəkan qəsəbəsinə getmişdir. Günorta saatlarında evə gəldikdən sonra Rüstəm gec gəldiyinə görə ona iradını bildirmiş, bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Rüstəm onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra əmisi oğlu Zərərçəkmiş şəxs zəng edərək Rüstəmin onun ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. Səddama zəng etdikdən sonra peşman olmuş, ailədaxili söhbəti Səddama deməklə düz etmədiyini başa düşmüşdür. X6 arasında mübahisə baş verdiyini, mübahisə zamanı Rüstəmin Səddama xəsarət yetirdiyini bilmişdir. Əmisi oğlu Səddam Rüstəmlə barışmışdır, Səddamın Rüstəmdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspertiza rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Könüllü gəlmə haqqında 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə gedərək təqsirini boynuna almış və törətdiyi cinayət haqqında ətraflı məlumat vermişdir (cild 1, iş vərəqə 6). İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayətin törədilməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 21-22). Məhkəmə-tibb ekspertizasının 16 yanvar 2023-cü il tarixli 11 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - qanaxma ilə müşayiət olunan sol tərəfli hemopnevmatoraksla nəticələnmiş döş qəfəsinin sol yarısının arxa səthinin sol plevra boşluğuna (daxilə) keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin sol yarısının yan səthinin, sol budun yuxarı üçdə birinin bayır səthinin deşilmişkəsilmiş yaraları deşici-kəsici malik alət (ola bilsin bıçaq) təsirindən törənmişlər, törənmə müddətləri onun “X10” X11 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 19 noyabr 2022-ci il tarixə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur (cild 1, iş vərəqə 27-30). Ambulator məhkəmə psixiatrik ekspertizasının 25 fevral 2023-cü il tarixli 527 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 88-90). Zərərçəkmiş şəxs 10 mart 2023-cü il tarixli ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 94). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 23-26). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan iki il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, özünü təqsirli bilərək səmimi peşman olmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 18 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 49, 79-82). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4, məhkəmə mərhələsində isə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına vəkil X4 üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına vəkil X5 üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1110/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1110/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver