Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1110/2025 13.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X28 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibləri – X6, X37 və X7, dövlət ittihamçıları – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X38, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, 4 iyul 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 (Fin:xxxxxxx) və xx xxxx 2000-ci ildə Qəbələ rayonu Əmirvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Shaurma №1” restoranlar şəbəkəsində xəzinədar-operator işləmiş, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu Əmirvan kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 13 fevral 2026-cı il tarixdə, saat 10:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs1 əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərini şəxsi istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4098 5844 9297 0270” nömrəli bank kartı vasitəsilə 2023-2024-cü illər ərzində öz şəxsi gəlirlərindən, eləcə də sosial şəbəkələr vasitəsilə və ya tanışlarından guya maddi ehtiyacı olan şəxslərə “sədəqə” - yardım adı altında tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni Azərbaycan Respublikası vətəndaşlarını dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, bu məqsədlə döyüş təlimləri keçirmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və belə qrupa rəhbərlik etmə cinayət əməllərinin şəxs və qrup tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsinin, terrorçunun və ya terrorçu qrupun üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək qəsdən toplayıb ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bank terminalından məxaric edib ABŞ dolları əskinaslarına konvertasiya etməklə ayrı-ayrı vaxtlarda Bakı şəhəri Xətai rayonunda yerləşən "xxxx" ASC-nin Əhmədli filialından “Western Union” beynəlxalq sürətli pul köçürmə sistemi vasitəsilə öz adından konvertasiya tarixlərinə uyğun 25 sentyabr 2023-cü il tarixdə 100 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına “Abdenafaa Lalouani” adlı şəxsin, 27 noyabr 2023-cü il tarixdə 175 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına “Hicham Amzgane” adlı şəxsin, 10 yanvar 2024-cü il tarixdə isə 105 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına “İbrahim MM Albanna” adlı şəxsin hesabına köçürərək qeyd olunan pul vəsaitlərini həmin şəxslər vasitəsilə Suriya Ərəb Respublikası ərazisində terrorçuluq və Azərbaycan Respublikası hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma cinayətləri törətməkdə ittiham olunmaqla hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.1, 214.2.6 və 283-1.3-cü maddələri ilə beynəlxalq axtarışda olan Azərbaycan Respublikası vətəndaşı “İdris” dini ləqəbli qeyrisinə verilməsini təmin etməklə təkrarən terrorçuluğu maliyyələşdirmişdir.
2. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək əvvəlcədən əldə olunmuş razılığa əsasən bir qrup şəxs halında əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərini şəxsi istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4098 5844 9297 0270” nömrəli bank kartı vasitəsilə 2023-2024-cü illər ərzində öz şəxsi gəlirlərindən, eləcə də sosial şəbəkələr vasitəsilə və ya tanışlarından guya maddi ehtiyacı olan şəxslərə “sədəqə” - yardım adı altında tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni Azərbaycan Respublikası vətəndaşlarını dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və belə qrupa rəhbərlik etmə cinayət əməllərinin şəxs və qrup tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsinin, terrorçunun və ya terrorçu qrupun üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək qəsdən təkrar toplayaraq həmin bank kartında olan 175 manat pul vəsaitini 7 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4098 5844 5099 2985” nömrəli bank kartına göndərmiş, sonuncu isə həmin pul vəsaitini həmin tarixdə, saat 09:07-də "xxxx" ASC-nin Q.Qarayev küçəsi 66 ünvanında yerləşən bank terminalından məxaric etməklə 8 fevral 2024-cü il tarixdə şəxsi istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4169 7388 7309 5529” nömrəli bank kartının balansına ödəmə terminalı vasitəsi ilə mədaxil edib, guya Türkiyədə yaşayan dostuna pul göndərmək adı altında həmin cinayətlə əlaqəsi olmayan tanışı Şahid2 “Whatsapp” mobil tətbiqi vasitəsi ilə fotoşəklini atdığı Şahid3 şəxsi istifadəsində olan "xxxx" ASC-yə məxsus “4169 7388 3309 9116” nömrəli bank kartına “Mobil Bankçılıq” proqramı vasitəsilə qeyd edilən tarixdə həmin pul vəsaitini göndərib sonuncunun vasitəçiliyi ilə ABŞ dolları əskinasına konvertasiya etməklə "xxxx" MMC-nin Qəbələ rayon Mərkəzi poçt şöbəsindən “Western Union” beynəlxalq sürətli pul köçürmə sistemi üzərindən 100 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına “Amiri Khalid” adlı şəxsin hesabına köçürülməsini və qeyd olunan pul vəsaitini həmin şəxs vasitəsilə Suriya Ərəb Respublikası ərazisində terrorçuluq və Azərbaycan Respublikası hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma cinayətləri törətməkdə ittiham olunmaqla hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.1, 214.2.6 və 283-1.3-cü maddələri ilə beynəlxalq axtarışda olan Azərbaycan Respublikası vətəndaşı “İdris” dini ləqəbli qeyrisinə verilməsini təmin etməklə təkrarən terrorçuluğu maliyyələşdirmişdir.
3. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək əvvəlcədən əldə olunmuş razılığa əsasən bir qrup şəxs halında əldə olunma mənbəyindən asılı olmayaraq Təqsirləndirilən şəxs1 şəxsi istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4098 5844 9297 0270” nömrəli bank kartında 2023-2024-cü illər ərzində öz şəxsi gəlirlərindən, eləcə də sosial şəbəkələr vasitəsilə və ya tanışlarından guya maddi ehtiyacı olan şəxslərə “sədəqə” - yardım adı altında toplanmış və 7 fevral 2024-cü il tarixdə özünün istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4098 5844 5099 2985” nömrəli bank kartına göndərilmiş 175 manat pul vəsaitini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni Azərbaycan Respublikası vətəndaşlarını dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və belə qrupa rəhbərlik etmə cinayət əməllərinin şəxs və qrup tərəfindən hazırlanması, təşkil olunması və törədilməsinin, terrorçunun və ya terrorçu qrupun üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək həmin tarixdə, saat 09:07-də "xxxx" ASC-nin Q.Qarayev küçəsi 66 ünvanında yerləşən bank terminalından məxaric etməklə 8 fevral 2024-cü il tarixdə şəxsi istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4169 7388 7309 5529” nömrəli bank kartının balansına ödəmə terminalı vasitəsi ilə mədaxil edib guya Türkiyədə yaşayan dostuna pul göndərmək adı altında həmin cinayətlə əlaqəsi olmayan tanışı Şahid2 “Whatsapp” mobil tətbiqi vasitəsi ilə fotoşəklini atdığı Şahid3 şəxsi istifadəsində olan "xxxx" ASC-yə məxsus “4169 7388 3309 9116” nömrəli bank kartına “Mobil Bankçılıq” proqramı vasitəsilə qeyd edilən tarixdə həmin pul vəsaitini göndərib sonuncunun vasitəçiliyi ilə ABŞ dolları əskinasına konvertasiya etməklə "xxxx" MMC-nin Qəbələ rayon Mərkəzi poçt şöbəsindən “Western Union” beynəlxalq sürətli pul köçürmə sistemi üzərindən 100 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına “Amiri Khalid” adlı şəxsin hesabına köçürülməsini və qeyd olunan pul vəsaitini həmin şəxs vasitəsilə Suriya Ərəb Respublikası ərazisində terrorçuluq və Azərbaycan Respublikası hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma cinayətlərini törətməkdə ittiham olunmaqla hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.1, 214.2.6 və 283-1.3-cü maddələri ilə beynəlxalq axtarışda olan Azərbaycan Respublikası vətəndaşı “İdris” dini ləqəbli qeyrisinə verilməsini təmin etməklə terrorçuluğu maliyyələşdirmişdir.
4. Bundan başqa, Təqsirləndirilən şəxs2 əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərini “Whatsapp” sosial şəbəkəsində yaradılmış “Əhli sünnə vəl cəməat” adlı qrupda ona məxsus +994 50 *** ** ** mobil telefon nömrəsi vasitəsi ilə paylaşdığı öz şəxsi istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4098 5844 5099 2985” nömrəli bank kartı vasitəsilə 2023-2024-cü illər ərzində öz şəxsi gəlirlərindən, eləcə də sosial şəbəkələr vasitəsilə və ya tanışlarından guya maddi ehtiyacı olan şəxslərə “sədəqə” - yardım adı altında tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni Azərbaycan Respublikası vətəndaşlarını dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və belə qrupa rəhbərlik etmə cinayət əməllərinin şəxs və qrup tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsinin, terrorçunun və ya terrorçu qrupun üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək qəsdən təkrar toplayıb 12 mart 2024cü il tarixdə, saat 15:32-də "Unibank K.B.” ASC-nin Q.Qarayev küçəsi 66 ünvanında yerləşən bank terminalından 180 manat pul vəsaitini məxaric edib həmin tarixdə "xxxx" ASC-nin Neftçilər filialında ABŞ dolları əskinasına konvertasiya etməklə “Western Union” beynəlxalq sürətli pul köçürmə sistemi üzərindən 100 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına “Oualid Hadef” adlı şəxsin hesabına köçürərək qeyd olunan pul vəsaitini həmin şəxs vasitəsilə Suriya Ərəb Respublikası ərazisində terrorçuluq və Azərbaycan Respublikası hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma cinayətləri törətməklə ittiham olunmaqla hazırda Azərbaycan Respublikasının Cinayət Məcələsinin 214.2.1, 214.2.6 və 283-1.3-cü maddələri ilə beynəlxalq axtarışda olan Azərbaycan Respublikası vətəndaşı “İdris” dini ləqəbli qeyrisinə verilməsini təmin etməklə təkrarən terrorçuluğu maliyyələşdirmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
5. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, “İnstagram” və “Whatsapp” sosial şəbəkələri üzərindən ehtiyacı olan şəxslərə sədəqə verilməsi ilə bağlı elanlar paylaşmış, müxtəlif şəxslər də ehtiyacı olan ailələr üçün ona pul göndərmiş, həmin pullarla da Bakı şəhəri və rayonlarda ehtiyacı olan müxtəlif şəxslərə köməklik göstərmişdir. “İnstagram” sosial şəbəkəsində İdris adlı şəxs ona azyaşlı uşağı olmaqla maddi yardıma ehtiyacı olduğunu bildirmiş, o da sonuncuya necə, hansı üsulla və harada köməklik göstərə biləcəyini soruşduqda, həmin şəxs Suriya dövləti ərazisində olduğunu, Suriya dövlətinin icazəsi ilə orada yaşadığını, köməyə ehtiyacının olduğunu bildirib ondan bank vasitəsilə sədəqə göndərməsini istəyərək bank hesab nömrəsini vermişdir. Bundan sonra o, “Bank Respublikaya” gedib Türkiyəyə 100 ABŞ dolları məbləğində pul göndərmişdir. İdris adlı şəxs evinin damdığını və ehtiyacı olduğunu bildirərək hər bir aydan bir yazıb ondan pul istəmişdir. O, fəhlə kimi işlədiyindən özündə olan pulun üzərinə pul tapıb əlavə edərək İdris adlı şəxsə 2-3 aydan bir göndərmişdir.
6. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərdi ki, paylaşdığı elanlara görə pullar onun bank kartına göndərilmiş, o da həmin pulları kartdan çıxarıb ehtiyacı olan şəxslərə vermişdir. Köməyə ehtiyacı olan şəxslərin elanlarını görüb həmçinin özü də paylaşmış, həmin şəxslərin bəzilərini real olaraq şəxsən görmüş, bəzilərini isə ümumiyyətlə görməmişdir. İdrislə yazışmaları 2023-cü ilə təsadüf edir. İdrisin Suriyada baş verən hadisələrlə hər hənsı əlaqəsi olmasından şübhələnməmişdir. Bildiyinə görə İdris adlı şəxs milliyətcə azərbaycanlıdır. O, yalnız hazırkı cinayət işi üzrə tutulduqdan sonra İdris adlı şəxsin adının Kamran olduğunu öyrənmişdir. İdris ona evinin damdığını bildirərək körpə uşağının şəklini göndərib maddi yardıma ehtiyacı olduğunu demiş, həmin hallar da onun İdrisə köməklik etməsi üçün kifayət etmiş, İdrislə bu mövzuda əlavə söhbət etməmişdir. O, İdrisə ilk dəfə 100 ABŞ dolları, ikinci dəfə 175 ABŞ dolları, üçüncü dəfə isə 100 ABŞ dolları olmaqla üç dəfə İdrisin verdiyi Türkiyədəki bank hesabına pul vəsaiti göndərmişdir. Belə ki, İdris ona yardım üçün göndərilən pulları Türkiyəyə dediyi hesaba göndərəcəyi halda ona çatacağını bildirmişdir. İdrisin ona göndərdiyi həmin bank hesabının kimə məxsus olması barədə məlumatı yoxdur. İdrislə aralarında aparılan danışıqlar zamanı İdris ona hansı fəaliyyətlə məşğul olması barədə məlumat verməmiş, o da bu barədə maraqlanmamış, o cümlədən aralarında Suriyada olan döyüşlər və ya cihad barəsində hər hansı danışıqları olmamışdır. İdris Suriyada islam dini qaydaları ilə rahat yaşaya biləcəyini, orada mədrəsələrin olduğunu bildirib həmin dövlətə gəlməsini ona təklif etmişdir. X67 bölgəsində yaşadığını, orada müharibənin olmadığını bildirmişdir. O, əvvəlcə Suriyaya getmək istəmiş, lakin sonradan araşdırmış və orada vəziyyətin qarışıq olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs2 Qaraçuxur məscidindən təxminən 3-4 ildir tanıyır. Sədəqə fəaliyyətini həmçinin Təqsirləndirilən şəxs2lə də birlikdə həyata keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 də İdrisi tanımış, lakin İdrislə Elnurun tanışlığı onun vasitəsi ilə olmamışdır. Təqsirləndirilən şəxs2 də “İnstagram” sosial şəbəkəsində sədəqə ilə bağlı paylaşımlar etdiyindən İdris Elnura da yardım etməsi üçün yazmışdır. Təqsirləndirilən şəxs2lə aralarında İdrislə bağlı söhbətləri olmuşdur. İdris adlı şəxsin hər kəsə eyni məzmunlu mesaj yazması onu şübhələndirməmişdir. Təqsirləndirilən şəxs2 İdris adlı şəxsə pul vəsaiti göndəribgöndərməsi barədə məlumatı yoxdur. Lakin bir dəfə özü göndərə bilmədiyi üçün Təqsirləndirilən şəxs2 vasitəsilə İdris adlı şəxsə 100 ABŞ dolları məbləğində pul göndərmişdir.
7. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, İdris Suriyada islam dini qaydalarını rahat yaşamağın mümkün olduğunu, orada sakitlik və əmin-amanlıq olduğunu deyərək onu Suriyaya dəvət etmiş, lakin o, Suriyada olan vəziyyəti araşdırıb öyrəndikdən sonra İdrisə ora getmək istəmədiyini bildirmişdir. İdrisə Əfqanıstana getmək istəməsi ilə bağlı bildirdiklərini onu özündən uzaqlaşdırmaq məqsədilə demişdir. O, İdris adlı şəxsdən başqa xaricdə heç kimə pul göndərməmişdir. Ölkə daxilində pul göndərdiyi şəxslərin sayı çox olmuş, həmin fəaliyyəti həm şəxsən, həm də kart vasitəsilə pul göndərməklə yerinə yetirmişdir. O, xeyriyyə fəaliyyətini kartına göndərilən pullar və öz qazancı vasitəsilə həyata keçirmişdir. Ehtiyacı olan şəxslərə ödədiyi pul vəsaiti təxminən 150-200 manat və ya daha artıq məbləğ təşkil etmişdir. İdris maddi ehtiyacının olduğunu göstərmək üçün ona müxtəlif şəkil və videolar göndərmişdir. İdrisə göndərdiyi pul vəsaitlərini hara xərcləməsi barədə İdris ona bir dəfə məlumat vermişdir. Belə ki, İdris uşaqlarının Azərbaycan dilini öyrənməsinə görə evinə televizor aldığını və evinin kirayəsini ödədiyini bildirmişdir. İdris Suriyada döyüşməklə bağlı ona heç nə deməmiş, Suriyada gizli şəkildə deyil rəsmi hakimiyyətin icazəsi əsasında ailəsi ilə birlikdə qanuni yaşadığını bildirmişdir. Suriyada rəsmi dövlət hakimiyyətinin İdrisə qarşı münasibəti müsbət olmuş, İdris hətta ona vətəndaşlıq veriləcəyini də demişdir. İdrisin yaşadığını bildirdiyi yer İdlib bölgəsi olmuşdur. İdris Suriya dövlətinin hazırkı prezidentinin mənsub olduğu hakimiyyət tərəfindən ona Suriya vətəndaşlıq veriləcəyini bildirmişdir. O, Suriyada Türkiyə ordusunun da olduğunu, onun Türkiyə Respublikasına yaxın olduğunu və Türkiyə Respublikası tərəfindən himayə edildiyini bildirmişdir. Onun İdrisə pul göndərməkdə məqsədi humanizm olmuşdur. O, Bakı şəhəri Xətai rayonu Polad Həşimov küçəsində yaşamış, ailədə ondan başqa bir yaş böyük bacısı vardır. Valideynləri də işləmiş, lakin maddi vəziyyətləri yaxşı olmamışdır. O hər hansı islam dini təriqətinə qoşulmamış, Qaraçuxur məscidinə getməkdə hər hansı başqa məqsədi olmamış, ölkədə istənilən məscidə gedib namaz qılmışdır. O həm ölkə daxilində insanlara maddi yardım etmiş, həm də İdris adlı şəxsə kömək etmişdir. İşlədiyi dövrdə təxminən 600 manat məbləğində əmək haqqı almış, həmin maaşla ailəsinə köməklik etmişdir. İdrisə 2023-cü ildən pul göndərmiş, həmin tarixədək Bakıda olan insanlara yardım etmişdir. Yardım pullarını sədəqə kimi vermişdir. Xatırlayır ki, türklər Afrikada su quyusu qazarkən həmin halla bağlı özü də maddi yardım göstərmişdir. İdrisin “İnstagram” sosial şəbəkəsində paylaşdığı elanları görüb adının İdris olduğunu, Suriyada yaşadığını və ehtiyacı olduğunu görmüşdür. Belə ki, İdris ona həm paylaşdığı elanların rəy bölməsinə, həm də şəxsi mesaj olaraq yazmışdır. İdrisin hansı işlə məşğul olması ona maraqlı olmamış, onu maraqlandıran yeganə məsələ yalnız İdrisin maddi ehtiyacının olması olmuşdur. İdris “İnstagram” sosial şəbəkəsində silahla da videolar paylaşmışdır. Bu barədə İdrislə maraqlandıqda İdris orada hər kəsin silahı olduğunu demişdir. O, İdrisə silahını satıb ehtiyaclarını qarşılaması barədə bildirməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən ona təzyiqlər olduğundan həmin ifadələri həqiqəti əks etdirmir.
8. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, o, Əlipaşa Xəlilovun maddi yardıma ehtiyacı olan şəxs olduğunu bilib ona kömək etmişdir. Onun Suriyada olan İdris adlı şəxsə pul göndərməsi humanistlikdir. “+**********41” mobil telefon nömrəsinin hansı ölkəyə məxsus olduğunu bilmir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (bundan sonra mətndə-DTX) ona qarşı təzyiq olduğundan ibtidai istintaq zamanı həqiqətə uyğun olmayan ifadələr vemiş, həmin ifadələrində Suriyaya gedib döyüşməklə bağlı qeyd olunan hissələri də məhz təzyiqə məruz qaldığından bildirmişdir. O, İdris adı ilə tanıdığı Kamran Şıxəliyevin terrorçu olduğunu bilməmişdir. İbtidai istintaq zamanı ifadəsi alınarkən aparılmış videoçəkiliş zamanı da ona qarşı təzyiq olmuşdur. Böyükxanım Hacıyevanın ibtidai istintaq zamanı ifadəsində qeyd olunanlar cəfəngiyyatdır. İdrislə arasında olan hansısa “bacı”nı evləndirməklə bağlı danışıqları xatırlamır. Onun maddi yardıma ehtiyacı olmasına baxmayaraq, İdris adlı şəxsə maddi yardım etmişdir. Belə ki, onun əqidəsinə görə ən xeyirli yardım, ehtiyacı olan şəxslərə edilən yardımdır. Məhkəməyədək icraat zamanı ifadələrində İdris adlı şəxsin terrorçu olduğunu bilməsi ilə bağlı qeyd edilmiş xüsusatları təzyiq altında olduğu üçün bildirmişdir. İbtidai istintaq zamanı ifadə verərkən müdafiəçisi iştirak etməmişdir. DTX-də 6-7 nəfər adlarını xatırlamadığı müstəntiq suallar verib onu alçaltmış, bu səbəbdən ifadələrini təzyiq altında vermişdir. O, ifadəsini şifahi formada vermiş, müstəntiq də müvafiq olaraq ifadəsini yazmış, həmçinin onun bildirmədiyi sözləri də yazılı ifadəsində qeyd etmişdir. İdris adlı ilə tanıdığı Kamran Şıxəliyev ehtiyacı olan şəxs olduğundan və Allah rızası üçün bir müsəlman olaraq ona maddi yardım etmişdir. Onun məqsədi hər hansı terrorçuluğu maliyyələşdirmə olmamışdır. Kamran Şıxəliyev ona hər hansı hərbi əməliyyatda iştirak etməsi ilə bağlı bir söz deməmişdir. O, Kamranın Suriyada adi insan kimi yaşadığını bilmişdir. X55 terrorçu olduğunu bilsəydi, ona bank vasitəsilə pul göndərməzdi.
9. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi X20 iştirakı ilə 14 mart 2024-cü il tarixdə şübhəli, 15 mart 2024-cü il (videoçəkilişlə qeydə alınmış) və 4 aprel 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək (videoçəkilişə isə baxılmaqla) tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadələrdə göstərmişdir ki, 4 iyul 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, 2007-ci ildə Xətai rayonu 59 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 7-ci sinifdə oxuyarkən yaşayış yerini dəyişməsi ilə əlaqədar Zığ qəsəbəsində yerləşən 221 saylı orta məktəbə keçmiş, həmin məktəbdə 2 il təhsil aldıqdan sonra 9-cu sinifdən çıxmış, qolunda olan zədə ilə əlaqədar hərbi xidmətdə olmamışdır. 9-cu sinifi bitirdikdən sonra fəhlə, bağban, ofisiant və digər müxtəlif işlərdə işləmiş, işlədiyi heç bir yerdə rəsmi işləməmişdir. Subaydır, ailədə atası, anası, bacısı və özündən ibarət olmaqla 4 nəfərdirlər. Atası halhazırda işsizdir, lakin əvvəllər xarici ölkələrdə gəmi şirkətlərində işləmişdir. Anası Nizami rayonunda yerləşən “Happy babies” uşaq bağçasında tərbiyəçi köməkçisi işləyir. Bacısının 24 yaşı var və ingilis dili kurslarının birində “resepşn” bölməsində işləyir. O, 2018-ci ildən başlayaraq islamın əhli-sünnə təriqətinə uyğun namaz qılmağa başlamışdır. Namaz qılmağa başlamağının əsas səbəbi “Youtube” sosial platformasında namazla, habelə islamın sələfi təriqəti ilə bağlı videolara çox baxması olmuşdur. Həmin videolar onu namaz qılmağa ilhamlandırmışdır. Özü də əslən Qax rayonundandır. Onlar tərəfdə demək olar ki, hər kəs əhli-sünnə namazı qılır. O, evdən və iş yerindən başqa, əsasən, Qaraçuxur və İlahiyyat məscidlərində namaz qılmışdır. 2018-ci ildə namaz qılmağa başladıqdan sonra “Youtube”, “Telegram”, “İnstagram” və digər sosial şəbəkələrdə dini məzmunlu səhifələri izləməyə başlamış, hətta “Whatsapp” sosial şəbəkəsində də bir sıra dini qruplara qoşulmuşdur. Qeyd etdiyi dini səhifələri izlədiyi zaman təxminən 1 il əvvəl “İnstagram” sosial şəbəkəsində “leyon_al_azerii” adlı profil qarşısına çıxmış, həmin profilin məlumat hissəsində “MUHACİR”, “MUCAHİD” sözləri yazılmış, o həmin profili izləməyə başlamış və görmüşdür ki, hesabı işlədən şəxs orada üzübağlı, silahla bir neçə şəkillər çəkdirmişdir. Ümumiyyətlə, profili diqqətlə incələdikdən sonra silahlarla bağlı video və şəkillər, habelə müxtəlif döyüş səhnələrindən kadrlar olduğunu görmüşdür. Həmin video və şəkillər onun diqqətini cəlb etmiş və o, profili işlədən şəxsə mesajlar bölümündə yazmağa başlamışdır. Həmin şəxslə danışdıqdan sonra sonuncunun Suriyada olduğunu, Suriyada islam dini uğrunda gedən döyüşlərdə iştirak etdiyini, yəni cihadda olduğunu öyrənmiş, həmin şəxs özünü ona İdris kimi təqdim etmişdir. Lakin həmin şəxsin əsl adının İdris və ya başqa ad olduğunu bilməmiş, sonuncunu İdris kimi tanımışdır. O, İdrislə “İnstagram”la bərabər “Whtsapp”da da yazışmağa başlamış, “Whatsapp”da ona məxsus “+**********26” mobil nömrə ilə İdrisə məxsus “+**********48”, “+**********30” və “+**********41” mobil nömrələr ilə əlaqə saxlamış, həmin şəxsin “+**********48” mobil nömrəsini telefonuna “Abdullah türkiye” kimi, “+**********30” mobil nömrəsini isə “Türk Kargo” kimi qeyd etmişdir. İdrislə danışıqlarının əsas məzmunu ondan ibarət olmuşdur ki, o da İdris kimi Suriyaya getmək və orada din uğrunda cihad etmək (vuruşmaq) istəmişdir. Üstəlik, İdris özü də onu buna təşviq etmişdir. İdris həmişə öz söhbətlərində onu ora dəvət etmiş, orada islam dininin gözəlliklərindən, eyni zamanda həyat şəraitinin də yaxşı olduğundan danışmışdır. Bir sözlə, onu Suriyaya getməyə həvəsləndirmişdir. İdrislə söhbətlərindən sonra onda oraya getməyə həvəs yaranmış, lakin sonradan fikrindən daşınmışdır. Çünki burada Məryəm adlı bir dindar xanımla tanış olmuş, Məryəmlə kəbin kəsdirmiş, lakin rəsmi nikaha daxil olmamış, mart ayının sonu xanımla rəsmi nikaha daxil olmaq istədiyini bildirmişdir. O, İdrislə Suriyaya gedib döyüşmək məqsədilə əlaqə saxlamış, lakin sonradan ora getmək fikrindən daşınmışdır. Ancaq onun İdrislə yenə də əlaqələri qalmışdır. İdrislə ara-sıra “Whtsapp”da yazışmış, yazışmalarının birində İdris ona Suriyada cihadda olduğu üçün çətin vəziyyətdə olduğunu, habelə ailəsinin pula ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra o, İdrisə kömək etmək qərarına gəlmişdir. Çünki o, İdrisin Suriyada döyüşlərdə olduğunu bilmiş, eyni zamanda İdrisin ailəsi, uşağı da olduğunu qeyd etmişdir. Bu səbəbdən İdrisə pul göndərmək qərarına gəlmişdir. O, İdrisə pulu ya öz cibindən, ya da İdrisin onun istifadəsində olan kartına atdığı pullardan göndərmişdir. Onun “Leobank”a məxsus “4098 5844 9297 0270” nömrəli kartı vardır. İdris bəzi hallarda tanımadığı adamlar vasitəsilə həmin karta pul atdırmışdır. O həmin vəsaitləri bankomatdan məxaric edərək bank vasitəsilə İdrisə göndərmişdir. İdris başqa adamlar vasitəsilə ona görə onun kartına pul atdırmışdır ki, İdris hər adama özünə pul göndərməsini deyə bilməmişdir. Sadəcə olaraq onun kartı İdrisdə olduğundan sonuncu bəzi adamlara onun kartını göndərmiş və həmin karta pul göndərməsini demişdir. Pulların onun kartına kimlər tərəfindən və hansı şəraitdə göndərilməsini bilməmişdir. O, İdrisə pulları Xətai rayonunda yerləşən "xxxx"dan “Western Union” sürətli pul köçürməsi vasitəsilə İdrisin ona göndərdiyi Türkiyə Respublikasında olan müxtəlif şəxslərin adına göndərmişdir. O, 2023-cü ilin sentyabr ayında 100 dollar, noyabr ayında 175 dollar, 2024-cü ilin yanvar ayında isə 105 dollar olmaqla, ümumilikdə 380 ABŞ dolları pul vəsaitini İdrisin ona göndərdiyi Türkiyə Respublikasında olan müxtəlif şəxslərin adına göndərmişdir. Sonradan həmin vəsaitlər İdrisə çatdırılmışdır. Çünki o, pulu göndərdikdən sonra onun qəbzinin şəklini çəkərək “Whtsapp” vasitəsilə İdrisə göndərmişdir. İdris isə pulun çatdığı barədə ona xəbərdarlıq mesajı yazmışdır. O, adına pul göndərdiyi şəxsləri tanımamışdır. Onların adlarını İdris ona “Whtsapp”da göndərmiş, əlavə olaraq da pulu hansı vasitə ilə sonuncuya göndərməyi bildirmişdir. "xxxx"nın Əhmədli filialından “Western Union” beynəlxalq sürətli pul köçürmə sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə 100 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına Abdenafaa Lalouani adlı şəxsin adına, xx.xx.2023-cü il tarixdə 175 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına Hicham Amzgane adlı şəxsin adına, xx.xx.2024-cü il tarixdə isə 105 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına İbrahim MM Albanna adlı şəxsin adına göndərməsi barədə suala cavab olaraq o, sözügedən vəsaitləri adları qeyd edilən şəxslərin vasitəsilə İdrisə göndərdiyini, çünki İdrisin ona pulları həmin şəxslərin adına Türkiyə Respublikasına göndərməyi tapşırdığını, həmin vəsaitləri sözügedən şəxslərə göndərdikdən sonra bu barədə bank qəbzini “Whatsapp” vasitəsilə İdrisə göndərdiyini, qeyd etdiyi nüansların bəzilərinin İdrislə onun arasında olan “Whatsapp” yazışmalarında əks olunduğunu, bəzi yazışmaları isə sildiyini, çünki həmin yazışmaların sonradan kimsə tərəfindən görülməsindən ehtiyat etdiyini bildirmişdir. İstifadəsində olmuş “X89 11” markalı mobil telefona keçirilmiş baxış istintaq hərəkəti ilə əlaqədar istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 sözügedən mobil telefonun ona məxsus olduğunu, telefonun 2 sim kartlı olduğunu, telefonun içərisində "xxxx" mobil rabitə operatoruna məxsus +994 55 *** ** ** və +994 55 *** ** ** mobil telefon nömrələri olduğunu, həmin telefonu 14 mart 2024-cü il tarixdə yaşadığı evə baxış zamanı əlavə araşdırma aparılması üçün könüllü olaraq DTX əməkdaşlarına təhvil verdiyini bildirmişdir. "xxxx" mobil rabitə operatoruna məxsus +994 55 *** ** ** mobil telefon nömrəsinin həqiqətən də ona məxsus olduğunu, həmin mobil nömrəni “WhatsApp” mobil tətbiqində qeydiyyatdan keçirdiyini, digər nömrə, +90 539 *** ** ** mobil nömrə isə ona özünü İdris kimi təqdim edən şəxsə məxsus olan nömrə olduğunu, İdrislə həmin nömrə və sonuncunun digər nömrəsi ilə əlaqə saxladığını, mesajlarda qeyd olunan “rayon” sözünün sonuncu ilə aralarında olan parolu ifadə etdiyini, belə ki, “rayon” dedikdə İdrisin olduğu Suriya Ərəb Respublikası nəzərdə tutulduğunu, buna səbəb həmin yazışmaların sonra kimsə tərəfindən görülməsindən onun ehtiyat etməsi olduğunu bildirmişdir. İdris mesajlarda ona pul vəsaitinin “Western Union” sürətli pul köçürmə sistemi vasitəsi ilə sonuncunun verəcəyi hesabla Türkiyəyə köçürülmə qaydasını izah etmiş və sonuncu pulun təcili olaraq lazım olduğunu qeyd etmişdir. Digər mesajlarda İdris ona hesab göndərərək kartında yığılmış 175 manat pul vəsaitini 100 dollara çevirərək Türkiyəyə “ABDENAFAA LAOUANİ” adlı şəxsə göndərmək lazım olduğunu, xx.xx.2023cü il tarixdə göndərilməzsə həmin hesabın əldən çıxacağını, pulun sonuncuya təcili olaraq ehtiyac olduğunu, pulu vurduqdan sonra verilmiş qəbzin şəklini sonuncuya göndərməyinin lazım olduğunu, əgər göndərməsə pulu götürə bilməyəcəyini, o bundan sonra pulun göndərilmə qaydasını yenidən onunla dəqiqləşdirərək “Leo” banka məxsus “**********970270” nömrəli kartındakı pulu nağdlaşdırdıqdan sonra adını xatırlamadığı banka gedərək həmin pulu 100 dollara çevirdiyini, ancaq ona bankda Türkiyəyə göndərişlərin dayandırıldığını bildirdiklərini, daha sonra o, "xxxx" ASC-nin Əhmədli filialına gedərək 100 dollar pul vəsaitini “Western Union” sürətli pul köçürmə sistemi vasitəsi ilə İdrisin ona göndərdiyi “ABDENAFAA LAOUANİ” adlı şəxsə göndərdiyini bildirmişdir. İdris ona “ABDENAFAA LAOUANİ” adlı şəxsin ad soyadını göndərərək pulu “Western Union” vasitəsilə həmin şəxsin adına Türkiyə Respublikasına göndərməyini bildirmişdir. Bundan sonra o, "xxxx" ASC-nin Əhmədli filialına gedərək 100 ABŞ dolları pul vəsaitini 25 sentyabr 2023-cü il tarixində “Western Union” sürətli pul köçürmə sisitemi vasitəsi ilə həmin şəxsin adına Türkiyəyə göndəmişdir. Ona təqdim edilmiş bank qəbzinin məzmunundan görünür ki, o, 100 ABŞ dolları pul vəsaitini 25 sentyabr 2023-cü il tarixdə Abdenafaa Laouanı adlı şəxsin adına göndərmiş, 3 ABŞ dolları isə komissiya tutulmuşdur. Bundan sonra İdris ondan göndərdiyi pulun qəbzinin şəklinin çəkilməsini istəmiş, o da sonuncunun dediyi qaydada pulu ödədikdən sonra bankdan ona verilən qəbzin şəklini elə həmin gün də İdrisə göndərmişdir. Digər mesajlarda İdris Ramazan bayramının yeni daxil olduğunu, ehtiyaclarının artdığını, sonuncu maddi cəhətdən kömək lazım olduğunu bildirmişdir. Bəzi hallarda o, “**********970270” nömrəli nömrəli bank kartını “WhatsApp” mobil tətbiqində müxtəlif qruplarda və status bölməsində paylaşaraq ehtiyacı olan şəxslərə kömək lazım olduğunu qeyd etmiş və bununla da karta tanımadığı şəxslər tərəfindən pul vəsaitləri göndərilmişdir. İdrisin mesajda istifadə etdiyi “camaat” sözü bu mənanı ifadə etmişdir. Həmin mesajlarda Elnur adlı şəxs Qaraçuxur məscidindən tanıdığı əqidə yoldaşıdır. O, İdrisə kömək olunması üçün Elnurla əlaqə saxlamışdır və Elnur da öz növbəsində ona kömək edəcəyini bildirmişdir. Bundan sonra Elnurun İdrisə pul göndəribgöndərməməsindən məlumatı olmamışdır. İdrislə sonrakı danışığında sonuncuya pul göndərilib-göndərilmədiyini maraqlanmışdır. İdris isə Elnura hesab verdiyini bildirmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 47-49, 149-152; Cild 2, i.v. 11-22;).
10. Eyni zamanda, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə həm məhkəmə, həm də məhkəməyədək icraat zamanı müqavilə əsasında onun hüquqlarını müdafiə etmiş müdafiəçisi Müdafiəçi1 iştirakı ilə 1 may 2024-cü il, 16 oktyabr 2024-cü il, 19 noyabr 2024-cü il, 24 yanvar 2025-ci il və 12 fevral 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadələrdə göstərmişdir ki, İdrisin əsl adının X21 olduğunu istintaq zamanı bilmiş, o həmin şəxsin terrorçu olduğunu bilməmiş, “Whatsapp” yazışmalarından ona təqdim edilmiş mesajlarda İdrisin 18 il müddətinə nəyə görə Azərbaycan Respublikası tərəfindən həbs oluncağından xəbəri olmamış və bu barədə İdrisdən maraqlanmamış, İdrisin Azərbaycana hansı halda veriləcəyi barədə sonuncudan soruşmuş, İdris isə cavabında Türkiyədə tutularsa Azərbaycana veriləcəyini bildirmişdir. İfadəsinin sonunda o, ilkin ifadə verdiyi zaman həyəcanlı olduğunu, nə ilə bağlı ifadə verdiyini başa düşmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********26 mobil nömrə ilə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********87 mobil nömrə arasında olan 10 yanvar 2024-cü il saat 14:45 dəqiqədə 102 saniyə müddətində aparılmış telefon danışığı ilə bağlı ifadəsində bildirmişdir ki, qeyd edilən telefon danışığı onun istifadəsində olmuş +**********26 mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********87 mobil nömrə arasında aparılmışdır. Həmin telefon danışığında olan səs ona məxsusdur. Telefon danışığında ilkin olaraq Təqsirləndirilən şəxs2 ona zəng edərək hal-əhval tutur. Daha sonra danışıq zamanı qardaşa köməklik edilməli olduğuna işarə edir. Danışıqda “qardaş” deyildikdə İdrisi nəzərdə tutur. Danışıqda olan “Özbəkistan” sözünü hansı mənada işlətdiyini xatırlamır. “Rayon” dedikdə isə Suriya Ərəb Respublikası nəzərdə tutulur. Danışıqları zamanı o, Elnura İdrisə pul göndərilməsi üçün İsmayılla danışdığını bildirir. Bundan sonra Elnurun harada olmağını soruşur, Elnur da işdə olmasını bildirir. Daha sonra İsmayılın evdə olduğunu deyərək İsmayıla kömək etməsi üçün Elnurdan zəng etməyini xahiş edir. Elnur da İsmayılın rayondan yeni gəldiyini bildirir. O da İsmayılın namazını qılıb, dincəldikdən sonra Yasamalda avtobusa minərək banka gedə biləcəyini deyir. Bundan sonra Elnur pulun bank vasitəsilə İdrisə necə göndərə biləcəyini maraqlanır. O da özünün həmişə "xxxx" ASC vasitəsi ilə İdrisə pul göndərdiyini deyir. Elnur da öz növbəsində pulun haradan göndərilməsindən məlumatı olmadığını, İsmayılla danışmağın məsləhətli olacağını bildirir. Bundan sonra o, Elnura danışıq üçün konturunun olmadığını, İsmayıla zəng edərək ona zəng vurmasını xahiş edir. Bundan sonra Elnur onunla razılaşır və telefon danışıqları başa çatır. Daha sonra o, 10 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-nin Əhmədli filialına gedərək 105 ABŞ dolları pul vəsaitini İdrisin ona “Whatsapp”la göndərdiyi İbrahim MM Albanna adlı hesabla Türkiyə Respublikasına göndərir. Təqsirləndirilən şəxs1 ifadəsini davam etdirirək bildirmişdir ki, istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4098 5844 9297 0270” nömrəli bank kartından 175 manat pul vəsaitini 7 fevral 2024-cü il tarixdə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4098 5844 5099 2985” nömrəli bank kartına İdrisin tapşırığı ilə sonuncuya göndərilməsi üçün göndərmiş, Elnur da səhəri gün pulu İdrisin ona “Whatsapp”da verdiyi hesablara oxşar bir hesaba Türkiyə Respublikasına göndərmiş və pulu göndərdikdən sonra çekin fotoşəklini çəkərək İdrisin pulu əldə etməsi üçün sonuncuya “Whatsapp” vasitəsilə göndərmişdir (Cild 2, i.v. 72-74; Cild 3, i.v. 27-30, 73-81, 148-149, Cild 4, i.v. 220-221).
11. Məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq göstərdi ki, videoçəkilişlə ifadəsi alınarkən videogörüntüdə görünən qadın onun müdafiəçisidir, lakin əvvəlcədən orada vəkil olmamışdır. O həmin vəkilinə təzyiqə məruz qalması barədə məlumat vermiş, sonuncu isə sıxışdırıldığına görə heç nə edə bilməyəcəyini bildirmişdir. Sonda Ə.N.X57 nə işlə məşğul olduğunu bilmədiyini, yalnız həbs olunduqdan sonra İdrisin “HTŞ”nin tərkibində azadlıq uğrunda mübarizə apardığını öyrəndiyini, həmin təşkilatın rəhbərinin hazırda Suriyaya rəhbərlik etdiyini, göndərdiyi pul vəsaitləri ilə hər hansı terrorizmi maliyyələşdirmək məqsədinin olmadığını, bir müsəlman kimi niyyətinin ehtyac və yoxsulluq içində olan müsəlman ailəyə “Allah rızası” üçün yardım etmək olduğunu, dininə görə ağır ittihamlarla həbs olunduğundan özünü “vicdan məhbusu” hesab etdiyini və onların barəsində hökm verməyin yalnız Allaha məxsus olduğunu bildirərək məhkəmədən barəsində bəraət hökmü qəbul edilməsini xahiş etdi.
12. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində yaşamış, “Shaurma №1” restoranlar şəbəkəsində xəzinədar-mühasib kimi işləmiş, həmçinin “İnstagram” və “Whatsapp” sosial şəbəkələri vasitəsi ilə sədəqə yığımı ilə məşğul olmuşdur. O, “İnstagram” sosial şəbəkəsində ehtiyacı olan şəxslərin elanlarını paylaşmış, İdris adlı şəxs də ona həmin sosial şəbəkədə mesaj yazaraq evinin damının və uşağının şəkillərini göndərib maddi yardıma ehtiyacı olduğunu bildirmiş, sonuncudan pulu necə göndərmək lazım olduğunu soruşduqda, İdris pulu Türkiyə Respublikasına göndərmək lazım olduğunu bildirmişdir. İdris adlı şəxslə danışığı 2-3 dəfə olmuş, İdrisin hansı işlə məşğul olması barədə hər hansı məlumatı yoxdur. O, gördüyü işi yardım etmək məqsədi ilə “Allah rızası” üçün etmiş, terrorçuluq və ya dövlətin maraqlarına zidd hərəkət etmək kimi hər hansı əməlləri olmamış, yalnız sədəqə vermişdir. İdrisi Təqsirləndirilən şəxs1 vasitəsilə tanımamış, sonuncunun da İdrisi tanıması ona sonradan məlum olmuşdur. İdrisi təxminən 2 ildən artıqdır tanıyır, həmin müddət ərzində İdris ona 2-3 dəfə ehtiyacı üçün yazmışdır. İdrislə ilk danışıqları baş tutduqdan bir ay sonra Təqsirləndirilən şəxs1 də onu tanıdığı məlum olmuşdur. İdrisə ayrı-ayrılıqda cəmi 200 ABŞ dolları məbləğində sədəqə pulu göndərmişdir. Hesab edir ki, həmin məbləğdə olan pul vəsaiti ilə hər hansı terrorçuluğun maliyyələşdirilməsi mümkün deyildir. İdrisə ilk dəfə Təqsirləndirilən şəxs1 sədəqə kimi yığdığı pulu göndərmiş, ikinci dəfə isə öz pul vəsaitini göndərmişdir. Qəbələ rayon mərkəzi poçt şöbəsi vasitəsi ilə göndərdiyi pul vəsaiti onun ilk dəfə göndərdiyi pul olmuş, həmin vaxt heç kimin məlumatı olmamışdır. İdris adlı şəxslə 3-4 dəfə dialoqu olmuş və həmin danışıqlar yalnız maddi yardıma ehtiyacla bağlı olmuş, İdrisin hər hansı fəaliyyətlə məşğul olması barədə aralarında danışıqları olmamışdır. İdris ona Suriyada dinc vətəndaş olaraq yaşadığını bildirmişdir. O, yalnız İdrisə deyil, qazi və şəhid ailələrinə də maddi yardım etmişdir.
13. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 ifadəsinə əlavə edərək göstərdi ki, Kamran Şıxəliyev terrorçu olması və ya Azərbaycan Respublikasında terrorçu kimi tanınması barədə ona hər hansı məlumat verməmişdir. Kamran Şıxəliyevlə danışmasında və yazışmasında məqsədi yalnız sədəqə niyyəti ilə ona maddi yardım etmək olmuşdur. Kamran Şıxəliyevin terrorçu olmasını, o cümlədən Kamranın göndərilən pulları terrorçuluq məqsədləri üçün istifadə edəcəyini bilməmişdir. Əgər o, Kamran Şıxəliyevin terrorçu olmaqla axtarışda olduğunu bilsəydi, ona pul göndərməzdi. O, Rusiya Federasiyasına əmisinin yanına işləmək üçün getmiş, orada 3 aydan artıq müddətə qalmaq mümkün olmadığından geri qayıtmış, həmin müddətdə axtarışda olmasını bilməmişdir. Əgər istintaqdan qaçmaq fikri olsaydı, Əbdülsaməd saxlanılarkən qaça bilərdi. O, yalnız saxlanıldıqdan sonra terrorçuluğu maliyyələşdirməklə bağlı axtarıldığını öyrənmişdir.
14. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi X22 iştirakı ilə videoçəkilişlə qeydə alınmış 30 iyul 2024-cü il tarixdə şübhəli, 31 iyul 2024-cü il və 14 avqust 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadələrdə göstərmişdir ki, xx xxxx 2000-ci ildə Qəbələ rayonu Əmirvan kəndində doğulmuşdur. 2017-ci ildə Qəbələ rayonu Əmirvan kənd orta məktəbini bitirmiş, 2018-2019-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra 2020-ci ildə X14 “Halkla ilişkilər” fakültəsinə qiyabi əsaslarla təhsil almaq üçün daxil olmuş, lakin təhsil aldığı müddətdə imtahan kəsirləri çox olduğuna görə təhsilini dondurmalı olmuşdur. 2021-ci ildə Bakı şəhərinə işləmək üçün gəlmiş, ilkin olaraq Xətai rayonu ərazisində yerləşən yeni tikililərin birində fəhlə, Nərimanov rayonu Ulduz metrosunun arxasında yerləşən mebel sexində fəhlə, Sabunçu, Xətai və Yasamal rayonlarında “Shaurma №1” restoranında ofisiant və kassir işləmişdir. Hal-hazırda “Shaurma №1” restoranın Nefçilər metrosu yaxınlığında yerləşən filialında xəzinədar-operator vəzifəsində işləyir. Babasının onda yaratdığı maraq nəticəsində 12 yaşından başlayaraq dini ibadətlərini yerinə yetirməyə başlamış, namaz qılmış, oruc tutmuş, bacardığı qədər günah hesab etdiyi əməllərdən çəkinmişdir. Həmin dövrdən islamın əhli-sünnə təriqətinə uyğun namaz qılmağa başlamış və hazırda da davam etmişdir. Namazlarını əksərən evdə qılmış, bəzi hallarda isə dini ibadətlərini “Qaraçuxur” məscidində etmişdir. Evə çata bilmədikdə isə namazını iş yerində qılmalı olmuşdur. O, təxminən 2022-ci ildə “Qaraçuxur” məscidində dini ibadətlərini yerinə yetirdiyi zaman Təqsirləndirilən şəxs1lə tanış olmuşdur. Bundan sonra onunla arasında dostluq münasibətləri yaranmış və tez-tez görüşməyə başlamışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs1lə “Whatsapp” qrupu açmaq qərarına gəlmişlər. Qrupu açmaqda məqsədləri Suriya Ərəb Respublikasında döyüşən mücahidlərdən olan İdris adı ilə tanıdığı şəxsə, o cümlədən Azərbaycan Respublikasında yaşayan ehtiyacı olan müxtəlif şəxslərə pul toplayaraq yardım etmək olmuşdur. Həmin qrupun adı “Əhli sünnə vəl cəməat” olmuşdur. Qrupda təxminən 35-ə yaxın şəxs olmuşdur. O, Əbdülsaməd və Muhamməd adlı şəxs həmin qrupun admini olmuşlar. Həmin toplanan pullardan Suriya Ərəb Respublikasında yaşayan İdris adlı şəxsə pul göndərilməsi barədə qrup üzvlərindən yalnız o və Təqsirləndirilən şəxs1 xəbərdar olmuşdur. O həmin qrupda pul göndərilməsi üçün “Leo Bank”a məxsus şəxsi istifadəsində olan “4098 5844 5099 2985” nömrəli bank kartının foto şəklini paylaşmışdır. Hər ay karta təxminən 500 manata yaxın pul yığılmışdır. O, “Leo Bank” kartına yığılan vəsaitdən iki dəfə olmaqla İdrisin ona “Whtsapp”da bildirdiyi Türkiyə Respublikasında olan şəxslərin hesabına hər biri 100 ABŞ dolları olmaqla ümumilikdə İdrisə çatdırılması üçün 200 ABŞ dolları pul vəsaiti göndərmişdir. Bundan başqa o, bir neçə dəfə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş hazırda nömrəsini xatırlamadığı “Leo Bank” bank kartına həmin qrup vasitəsi ilə toplanan pul vəsaitlərindən göndərmişdir. Təqsirləndirilən şəxs1 də iki dəfə hər biri 100 ABŞ dolları olmaqla ümumilikdə 200 ABŞ dollar Türkiyə Respublikasına İdrisə çatdırılması üçün pul vəsaiti göndərmişdir. Yerdə qalan məbləğ yardıma ehtiyacı olan şəxslərə kömək edilməsi üçün istifadə olunmuşdur. İdris adlı şəxslə “İnstagram” sosial şəbəkəsində sonuncuya məxsus “leyon_al_azerii” adlı profil vasitəsi ilə tanış olmuşdur. Həmin profilin məlumat hissəsində “MUHACİR”, “MUCAHİD” sözləri yazılmışdır. İlkin olaraq İdris ona mesaj bölməsində yazmış və bundan sonra ünsiyyətləri yaranmışdır. Həmin profili izləməyə başlamış və görmüşdür ki, hesabı işlədən şəxs orada üzübağlı, silahla bir neçə şəkillər çəkdirmişdir. Ümumiyyətlə, profili diqqətlə incələdikdən sonra silahlarla bağlı video və şəkillər, habelə müxtəlif döyüş səhnələrindən kadrlar olduğunu görmüşdür. Həmin video və şəkillər onun diqqətini cəlb etmişdir. İdrislə danışdıqdan sonra həmin şəxsin Suriyada olduğunu, Suriyada islam dini uğrunda gedən döyüşlərdə iştirak etdiyini, yəni cihadda olduğunu öyrənmişdir. Həmin şəxs özünü ona İdris kimi təqdim etmişdir. O həmin şəxslə bir müddət “İnstagram” sosial şəbəkəsində yazışdıqdan sonra danışıqlarını “Whatsapp” tətbiqində davam etdirmişdir. “Whatsapp” tətbiqində İdrislə həm səsli, həm də görüntülü danışıqları olmuşdur. İdris ona “Whatsapp” vasitəsilə döyüşdüyü ərazini, orada olan səngərləri, silahların, eləcə də özünün əks olunduğu fotoşəkilləri göndərmişdir. Danışıqları zamanı da hər zaman onu Suriya Ərəb Respublikasına gəlməyə sövq etmişdir. Həmin danışıqlardan sonra artıq onda da həvəs yaranmışdır, o da İdris kimi döyüşçü olmaq üçün Suriya Ərəb Respublikasına getmək istəmişdir. Bundan əlavə İdrislə danışıqlarının birində İdris ona Təqsirləndirilən şəxs1 tanıyıb-tanımadığını soruşmuş, o da tanıdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs1 İdrisi tanıyıb-tanımaması barədə soruşduqda Əbdülsəməd də İdrisi tanıdığını, İdrisə pul göndərilməsinin vacib olduğunu ona bildirmişdir. Bundan sonra da Təqsirləndirilən şəxs1lə birgə “Əhli sünnə vəl cəməat” “Whatsapp” qrupunu yaratmış, pulları toplayaraq pulun bir hissəsini Suriya Ərəb Respublikasında olan İdrisə göndərmişlər. 2024-cü ilin təxminən fevral ayında yığılan pullardan İdris adlı şəxsə çatdırılması üçün Türkiyə Respublikasında olan İdrisin onun “Whatsapp” tətbiqində qeydiyyatdan keçdiyi +**********187 mobil nömrəsinə əvvəlcədən göndərdiyi “Amiri Khalid” adlı şəxsə pul göndərməsi üçün banklar işləmədiyinə görə “Space” televiziyası yaxınlığında olan poçta getmiş, orada dollar olmadığına görə pulun göndərilməsini X58 işləyən Fariz adlı tanışından xahiş etmişdir. O, Farizə Türkiyə Respublikasında olan tanışının pula ehtiyacı olduğunu, həmin şəxsə pul göndərməli olduğunu bildirmişdir. Fariz onun xahişi ilə razılaşdıqdan sonra onun “Whatsapp” tətbiqində qeydiyyatdan keçdiyi +**********187 mobil nömrəsinə göndərdiyi bank kartına 175 manat pul vəsaiti göndərmişdir. Farizin pulu konkret olaraq kimə və nə üçün göndərdiyindən məlumatı olmamış, bundan sonra Fariz həmin pulu dollara çevirərək 100 ABŞ dolları pul vəsaitini poçt vasitəsi ilə Türkiyə Respunlikasında olan “Amiri Khalid” adlı şəxsə göndərərək göndəriş qəbzinin şəklini “Whatsapp”da ona göndərmişdir. O da öz növbəsində həmin şəkli İdrisə göndərmişdir. Çünki qəbzin şəkli olmasa İdris pulu götürə bilməzmiş. Bundan başqa, o təxminən 2024-cü ilin mart ayının ortalarında "xxxx"nun Neftçilər filialından Türkiyə Respunlikasında olan İdrisin ona “Whtsapp” tətbiqində qeydiyyatdan keçdiyi +**********187 mobil nömrəsinə əvvəlcədən göndərdiyi Oualid Hadef adlı şəxsə “Western Union” sürətli pul sistemi vasitəsi ilə 100 ABŞ dolları məbləğində pul göndərmişdir. Həmin pulun bir hissəsi öz pulu, digər hissəsi isə yığılan pullardan olmuşdur. O, pulu göndərdikdən sonra İdrisə ona verilən qəbzin şəklini atmışdır. Pulu aldıqdan sonra da İdris “Whatsapp” mesajı vasitəsi ilə ona bildirmişdir. Ondan başqa “Əhli sünnə vəl cəməat” qrupunun digər admini olmuş Təqsirləndirilən şəxs1 də İdrisə pul göndərmişdir. Onda olan məlumata görə o, bir neçə dəfə İdrisə çatdırılması üçün Türkiyə Respublikasında olan ayrı-ayrı şəxslərə ümumilikdə 200 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. 2024-cü ilin aprel ayında qrupun digər admini olan Məhəmməddən eşitmişdir ki, Təqsirləndirilən şəxs1 DTX tərəfindən həbs olunmuşdur. Bundan sonra həmin “Whatsapp” qrupu dağılmış və hazırda fəaliyyət göstərmir. O Təqsirləndirilən şəxs1 həbs edilməsindən sonra özünün də həbs edilməsindən qorxaraq, ilkin olaraq istifadəsində olmuş “iPhone 11 Pro Max” markalı telefondakı İdrislə olan bütün mesajları silərək və telefonu format edərək onu satmış, eləcə də istifadəsində olmuş +**********87 mobil nömrəni tullamış, sonra isə 2024-cü ilin aprel ayında təyyarə ilə Rusiya Federasiyasının Arxangelsk şəhərinə yaxın qohumları əmisi və bibisinin yanına getmişdir. Orada qalma müddəti bitdiyinə görə 14 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmalı olmuşdur. Gəldiyi zaman onu Dövlət Sərhəd Xidməti işçiləri saxlayaraq gözləməli olduğunu bildirmişlər. Bundan sonra o, DTX-nin Nizami rayon idarəsinin əməkdaşları tərəfindən həmin idarəyə gətirilmişdir. Özü sərbəst izahat verərək, könüllü olaraq üzərinə +**********3 mobil nömrə quraşdırılmış “Samsung Note 20 Ultra” markalı telefon və ümumvətəndaş pasportunu idarənin əməkdaşlarına təhvil vermişdir. Şahid3 adından 8 fevral 2024-cü il tarixdə "xxxx" MMC-nin İsmayıllı poçt filialının Qəbələ Mərkəz Xidmətindən “Western Union” sürətli pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasında “Amiri Khalid” adlı şəxsə 100 ABŞ dolları məbləğində pul vəsaiti göndərilməsi barədə suala cavab olaraq o, 7 fevral 2024-cü il tarixində Təqsirləndirilən şəxs1 Suriya Ərəb Respublikasında olan İdris adlı şəxsə göndərilməsi üçün onun "xxxx" K.B. ASC-yə məxsus “4098 5844 5099 2985” nömrəli bank kartına 175 manat pul vəsaiti göndərdiyini, daha sonra o elə həmin gün pul vəsaitini Neftçilər metrosunun yaxınlığındakı bankomatdan çıxararaq işə getdiyini, səhəri gün, yəni 8 fevral 2024-cü il tarixdə o, 175 manat pul vəsaitini istifadəsində olan “**********095529” nömrəli "xxxx" kartına ödəmə terminalı vasitəsilə köçürdüyünü, həmin gün banklar işləmədiyinə görə pulun Türkiyə Respublikasında olan “Amiri Khalid” adlı şəxsə göndərilməsini X58 işləyən Fariz adlı tanışından xahiş etdiyini, sonuncunun da razılaşdığını və onun “Whatsapp” nömrəsinə bank kartı şəkli göndərdiyini, o da 175 manat pulu həmin karta köçürdüyünü, qeyd edilən Şahid3 tanımadığını, ola bilsin ki, həmin xanımın Farizin iş yoldaşı olduğunu və Farizin də həmin xanımdan pul köçürülməsini xahiş etdiyini, Fariz pul köçürülməsini etdikdən sonra qəbzin şəklini ona göndərdiyini, o da öz növbəsində həmin qəbzin şəklini “Whatsapp”da İdrisə göndərdiyini, çünki İdris ona qəbzin şəkli olmasa pulu ala bilməyəcəyini dediyini bildirmişdir. 12 mart 2024-cü il tarixdə "xxxx" ASC-nin Neftçilər filialından “Western Union” sürətli pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasında “Oualid Hadef” adlı şəxsə 100 ABŞ dolları məbləğində pul vəsaiti göndərməsi barədə suala cavab olaraq o həmin pulu İdrisin tapşırığı ilə sonuncuya çatdırılması üçün ona əvvəlcədən “Whatsapp”da bildirdiyi “Oualid Hadef” adlı şəxsin adına göndərdiyini, həmin pulun bir hissəsinin öz pulu, digər hissəsinin isə bank kartına yığılan pullardan ibarət olduğunu, pul vəsaitini göndərdikdən sonra İdrisə bank qəbzinin şəklini atdığını, pulu aldıqdan sonra İdrisin “Whatsapp” mesajı vasitəsi ilə ona təşəkkür etdiyini bildirmişdir (Cild 2, i.v. 257-261; Cild 3 i.v. 9-12, 90-91;).
15. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəmə icraatı zamanı da müqavilə əsasında onun hüquqlarını müdafiə etmiş məhkəməyədək icraat zamanı müdafiəçisi Müdafiəçi3 iştirakı ilə 28 oktyabr 2024-cü il, 11 dekabr 2024-cü il, 30 yanvar 2025-ci il və 12 fevral 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadələrdə göstərmişdir ki, ilkin olaraq “İnstagram” sosial şəbəkəsindən tanıdığı, daha sonra “Whatsapp”da əlaqəsini davam etdirdiyi ona özünü İdris adı ilə təqdim etmiş şəxsin terrorçu olduğunu, eləcə də Suriya Ərəb Respublikasında yaşamağı barədə məlumatı olmamışdır. O, İdrisə pul vəsaitlərini “Western Union” sürətli pul köçürməsi vasitəsilə ona “Whatsapp”la göndərdiyi hesabda adları olan şəxslərə Türkiyə Respublikasına İstanbul şəhərinə göndərmişdir. O həmin şəxsin İstanbul adını çəkdiyinə görə İdrisin yaşayış yerinin İstanbul olduğu qənaətinə gəlmişdir. Özü tərəfindən açılmış “Əhli Sünnən vəl Cəməat” adlı “Whatsapp” qrupundan İdrisə heç bir pul vəsaiti göndərilməmiş, həmin qrupdan yalnız Fərhad adlı tanışına yardım edilmişdir. İdrisə göndərilən pul vəsaitləri ilə bağlı onun Təqsirləndirilən şəxs1lə heç bir iş birliyi olmamışdır. İdrisə göndərilən pul vəsaitləri hamısı özünün şəxsi vəsaiti olmuşdur. İfadəsinin sonunda o, ilkin ifadə verdiyi zaman həyəcanlı olduğunu, nə ilə bağlı ifadə verdiyini başa düşmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********87 mobil nömrə ilə digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********26 mobil nömrə arasında olan 10 yanvar 2024-cü il saat 14:45 dəqiqədə 102 saniyə müddətində aparılmış telefon danışığı ilə bağlı istintaqa verdiyi ifadəsində bildirmişdir ki, qeyd edilən telefon danışığı onun istifadəsində olmuş +**********87 mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********26 istifadəsində olan mobil nömrə arasında aparılmışdır. Həmin telefon danışığında olan səs ona məxsusdur. Telefon danışığında ilkin olaraq o, Təqsirləndirilən şəxs1 zəng edərək hal-əhval tutur. Həmin telefon danışığında Özbəkistan deyiləndə nə nəzərdə tutulduğunu xatırlamır. “Rayon” dedikdə isə rayonda maddi cəhətdən ehtiyacı olan şəxsləri nəzərdə tutur. Telefon danışığının davamında Təqsirləndirilən şəxs1 ondan pul vəsaiti göndərilməsini xahiş edir, ancaq o işdə olduğunu, vaxtının olmadığını bildirir. Bu barədə tanışları İsmayıldan xahiş etməsini tövsiyə edir. Əbdülsaməd də İsmayılla əlaqə saxladığını deyir və ondan İsmayılla yenidən əlaqə saxlamasını xahiş edir. Xatırladığı qədər bundan sonra o, İsmayılla əlaqə saxlamır. Bununla da danışıqları sona çatır. Təqsirləndirilən şəxs2 ekspertiza tədqiqatı nəticəsində ona məxsus “X78 20 Ultra” markalı mobil telefonun yaddaşının bərpasından əldə edilmiş fotoşəkillər ilə tanış olaraq istintaqa verdiyi ifadəsində bildirmişdir ki, birinci fotoşəkil ona İdris tərəfindən əvvəllər istifadəsində olmuş və “Whatsapp” mobil tətbiqində qeydiyyatdan keçdiyi +994 50 *** ** ** mobil nömrəsinə İdrisə pul göndərməyi üçün göndərilmişdir. Həmin şəkildə İdrisə pul göndərilməsi üçün ehtiyacı olan şəxsin hesab məlumatları əks olunmuşdur. İkinci foto şəkildəki çekin şəklini o çəkmiş, İdrisə əvvəllər istifadəsində olmuş və “Whatsapp” mobil tətbiqindən qeydiyyatdan keçdiyi +994 50 *** ** ** mobil nömrə vasitəsi ilə göndərmişdir. İdrisin dediyinə görə həmin çekin şəklini göndərməsə idi, sonuncu göndərilən pulu ala bilməyəcəkdi. Ona görə də o, çekin şəklini çəkib İdrisə göndərmişdir. Üçüncü fotoşəkildə də İdrisə pul göndərilməsi üçün ehtiyacı olan şəxsin hesab məlumatları əks olunmuşdur. “İdris” dini ləqəbli X21 olması ehtimal edilən başında maska və üzərində hərbi geyim olan şəxsin əks olunduğu sonuncu fotoşəkil ilə bağlı bildirmişdir ki, şəklin ona göndərilməsini xatırlamır. Fotoşəkildəki şəxs ona özünü İdris kimi təqdim edən şəxsdir (Cild 4, i.v. 42-45, 135-137, 150-163, 232- 233).
16. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
17. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmiş, ailəli olmaqla 2 övladı vardır. X21 onun doğma qardaşı olmaqla 1 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda Suriya Ərəb Respublikasında yaşayır. X43 nə işlə məşğul olmasından xəbəri olmamışdır. Belə ki, Kamranın iki dəfə məhkumluğu olmuş, hər ikisində də oğurluğa görə tutulmuş, birinci dəfə tutulanda o, qardaşı olduğu üçün Kamranın vurduğu ziyanı ödəyərək şərti cəza almasında köməklik etmişdir. Daha sonra o, 2013-cü ildə hərbi xidmətə getmiş, hərbi xidmətdə olanda qardaşı Kamranın yenidən oğurluq cinayətinə görə tutulduğunu eşitmiş, 2014-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Kamranın yanına getməmiş, onunla ümumiyyətlə maraqlanmamışdır. 2018-ci ildə ailə həyatı quraraq ailəsi ilə birlikdə Türkiyə Respublikasına yaşamaq üçün getmiş, orada yaşadığı zaman atasının təkidi ilə qardaşı Kamranı yanına çağırmış, Kamran Türkiyə Respublikasına onun yanına gəlmiş və o, Kamrana boş qalmaması üçün iş tapmışdır. Türkiyədə olanda Kamranla söhbətlərinin birində Kamranın həbsdə olarkən sələfi təriqətli insanlarla birlikdə olmaqla sələfi təriqətinə xidmət etməyə başladığını görmüş, zaman keçdikcə Kamranla onun arasında bu barədə mübahisələr yaranmağa başlamış, hətta Kamran bir neçə dəfə onu və ailəsini özü üçün düşmən adlandırmışdır. Artıq Kamran onu o həddə çatdırmışdır ki, o, Kamrana Bakıya bilet alaraq sonuncunu öz evindən qovmuşdur. O, 2020-ci ildə pandemiya səbəbi ilə Bakıya qayıtmış, Bakıya qayıtdıqdan sonra Kamranla əlaqə saxlamamış, sadəcə atasının yanına gedərkən Kamran da orada olduğu üçün sonuncu ilə maksimum salam-sağol etmişdir. 2020-ci ilin sonlarında atası ona Kamranın Türkiyəyə getdiyini, hətta sonuncu dəfə Kamranın evə gələrkən əlində 5000 ABŞ dolları pul və pasportlar olduğunu bildirmişdir. Bir müddət sonra ona tanımadığı nömrədən “Whatsapp” mobil tətbiqi vasitəsilə görüntülü zəng gəlmiş, o, zəngi açdıqdan sonra zəng edənin Kamran olduğunu görmüş, Kamran görüntülü danışarkən ona harada olduğunu deməmiş, lakin o, danışıq zamanı Kamranın onunla danışdığı yerlərdə ərəbcə müxtəlif yazılar olduğunu görmüş, həmin vaxt X18 keçdiyini bilmiş və sonuncunun nömrəsini dərhal blok etmişdir. O, Kamranın həqiqətən Suriyada hansı işlərlə məşğul olduğunu bilməmiş, lakin ora gedənlərin cihada qoşulmaq üçün getməsini bildiyi üçün Kamranla əlaqəni tamamilə kəsməyi qərara almış, bundan sonra onunla təxminən 2-3 il əlaqə saxlamamışdır. Təxminən bir il yarım əvvəl Kamran ona yenidən zəng edərək atası ilə danışmaq istədiyini bildirmiş və tez-tez atası ilə danışdırmağı ondan xahiş etmişdir. O, Kamranın xahişini yerə salmamış, bundan sonra Kamranla əlaqə saxlamağa başlamış və həftədə bir dəfə atasının yanına gedərək Kamranla atasını danışdırmışdır. Bundan başqa onun Kamranla heç bir əlaqəsi olmamışdır. Bildiyinə görə hazırda qardaşı Kamran Suriyadadır, Kamranla sonuncunun istifadəsində olan +90 538 053 55 48 nömrəli mobil telefonla əlaqə saxlamışdır.
19. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, o, DTX əməkdaşları tərəfindən qardaşı Kamran Şıxəliyev ilə bağlı istintaq orqanına çağrılmış, lakin onun 10 ildir qardaşı Kamranla əlaqəsi yoxdur. Belə ki, qardaşı iki dəfə oğurluq hadisəsi ilə bağlı azadlıqdan məhrum edilmiş, ilk dəfə qardaşının tutulduğu vaxt sonuncunun işi üzrə zərərçəkmiş şəxsin xərclərini ödəmişdir. Qardaşı bir daha eyni əməllərə yol verməyəcəyini söyləməsinə baxmayaraq eyni əməli təkrarən törətdiyindən ikinci dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bununla da qardaşı ilə əlaqəsini kəsmişdir. Daha sonra o, işləmək üçün Türkiyəyə getmiş, ailəsi qardaşına da orada iş tapması üçün ona təkid etdiyindən qardaşını Türkiyədə yaşadığı evə gətirib ona iş tapmışdır. Lakin qardaşı Türkiyədə olduğu müddətdə də ona daim problem yaratdığından qardaşını evindən qovmuş, o da Azərbaycan Respublikasına geri qayıdaraq bir müddət Azərbaycanda qalmış, daha sonra isə atasının dediyinə görə ölkədən çıxmışdır. O, qardaşı ilə əlaqəsini tamamilə kəsdiyi üçün onu “WhatsApp” proqramı üzərindən “blok” etmiş, lakin qardaşı ölkədən getdikdən sonra atası ilə əlaqəyə keçə bilmədiyi üçün bütün dost-tanışlardan atasını soruşmuşdur. Buna görə də o, atasına görə qardaşını “blok”dan çıxarmış, bununla belə onunla heç bir əlaqəsi olmamışdır. O, hazırkı iş üzrə təqsirləndirilən şəxsləri tanımır. Qardaşı ona kimdənsə pul götürməsi və ya kiməsə pul göndərməsini heç bir zaman tapşırmamışdır. Qardaşı atası ilə telefonla danışarkən onun Suriyada olduğunu eşitmiş, lakin onun Suriyaya niyə getdiyini bilməmişdir. Atasının qardaşına dəfələrlə Azərbaycana qayıtmasını deməsinə baxmayaraq Kamran qayıda bilməyəcəyini bildirmişdir. Qardaşı atası ilə danışarkən oradakı evindən, ailəsindən və uşaqlarından bəhs etmişdir. Onun maddi vəziyyəti qardaşına kömək etmək üçün kifayət qədər olmamış, qardaşı da ondan Suriyada olarkən pul istəməmişdir. Qardaşı atası ilə danışarkən hər hansı maddi sıxıntısından danışmamış, maddi vəziyyətinin yaxşı olduğunu bildirmişdir. O, evə ancaq atasını görmək üçün həftədə bir dəfə getmiş, üstüstə düşdüyü halda o, atası ilə telefonla danışmışdır. O, qardaşının Suriyada nə işlə məşğul olmasını bilməmiş, qardaşı Türkiyədə onun yanında olarkən ifrat dərəcədə dindarlıq etmiş, hətta mahnıya qulaq asmasına belə qarışmışdır. O, DTX əməkdaşları tərəfindən ifadə vermək üçün çağırılarkən qardaşının terrorçuluqla bağlılığı barədə bildirilmişdir. İbtidai istintaq zamanı ona qarşı hər hansı təzyiq və təsir olmamışdır. Qardaşı həbsdə olarkən dini cəhətdən radikallaşmağa başlamış, hətta onu və ailəsini düşmən olaraq görmüşdür. İbtidai istintaq orqanı tərəfindən ona təqdim edilmiş səslər qardaşına məxsus olmuşdur. İş materiallarında olan danışıqların hamısına qulaq asmamış, ona qardaşının profil və s. şəkilləri göstərilmişdir. Bildiyinə görə qardaşı Kamran Suriyada ailə qurmuş və bir oğlu vardır. Qardaşı övladının videosunu atasına göstərməsi üçün ona göndərmişdir. Qardaşı ancaq atası ilə “WhatsApp” proqramı vasitəsilə əlaqə saxlamaq üçün yığmışdır. O, atasının qardaşı ilə danışması üçün atasına smartfon mobil telefon alıb vermiş, lakin atası içki aludəçisi olduğundan telefonu itirmiş, hər dəfə ona mobil telefon almağa maddi imkanı olmadığından atasını görməyə gələrkən öz telefonu ilə atasını qardaşı ilə danışdırmışdır. Qardaşının yaşadığı ev normal vəziyyətdə olmuşdur. O, qardaşının konkret olaraq Suriyaya nə üçün getdiyini bilməmiş, lakin Suriyaya gedənlərin nə məqsədlə getdiyi ilə bağlı onda fikir formalaşmışdır. Belə ki, bildiyinə görə bəzi şəxslər Suriyaya yaşamağa və döyüşməyə gedir. Buna görə də özünə problem yaratmaması üçün Kamranla danışmamışdır. O, qardaşını Türkiyədə yaşadığı evdən qovduqdan sonra əlaqəsini demək olar kəsmiş, lakin atasına görə arabir soyuq münasibət saxlamışdır. Atası qardaşına orada maddi vəziyyəti yaxşıdırsa ona da pul göndərməsini demiş, lakin qardaşı atasına pulunun çox olmadığını bildirmişdir.
20. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2017-ci ildən hazıradək "xxxx" MMC-nin İsmayıllı poçt filialının Qəbələ Mərkəz Xidmət şöbəsinin poçtalyonu vəzifəsində işləyir. Onun vəzifəsi poçtalyon kimi Qəbələ şəhəri ərazisində yerləşən ünvanlara məktubların və digər poçt bağlamalarının çatdırılmasından ibarətdir. Təxminən 2004-cü ildən ibadətlə məşğul olmağa başlamışdır. İslamın əhli-sünnə qoluna etiqad edir. Namazlarını həm evdə, həm də məsciddə qılır. Belə ki, işi ilə əlaqədar çox vaxt yollarda olduğu üçün gündüz saatlarında məsciddə namaz qılır. Evdə olduğu zaman isə ibadətini evdə edir. Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımışdır. Elnur Qəbələ rayonu Əmirvan kəndindəndir. O, Elnurla təxminən 10 il əvvəl Qəbələ şəhərində yerləşən Cümə məscidində tanış olmuşdur. Elnurla bir dindar kimi yaxınlığı olmuşdur. Elnurla əsasən məsciddə bir-birilərini görmüşlər. Məsciddən kənar onunla heç vaxt görüşməmiş, nömrəsi onda olmuşdur. Arabir Elnurla salam-sağol çərçivəsində yazışmaları olmuşdur. Elnur əvvəl Qəbələ rayonu Əmirvan kəndində yaşamış, təxminən 3-4 il əvvəl işləmək məqsədilə Bakıya gəlmişdir. Həmin vaxtdan sonra Elnurla arabir danışmışlar. 2024-cü ilin fevral ayında Elnur ona vatsap vasitəsilə zəng edərək Türkiyə Respublikasında olan bir nəfərə pul göndərmək lazım olduğunu bildirmiş və hazırda özünün vaxtı olmadığından pulu onun göndərməyini xahiş etmişdir. Həmin vaxt “Whatsapp”da Elnur pul göndərilməli adamın adını ona mesaj formasında yazmışdır. Həmin adamın adını hazırda xatırlamır. O da Elnurla münasibəti olduğundan Elnurun xahişini yerinə yetirmək qərarına gəlmişdir. Həmin vaxt onun istifadəsində bank kartı olmadığına görə iş yoldaşı Şahid3 həmin pulun sonuncunun bank kartına köçürülməsini və sonradan nağdlaşdırılaraq Türkiyəyə göndərilməsini xahiş etmişdir. Rəhilə həmin vaxt ona “Whatsapp” vasitəsilə bank kartının şəklini göndərmişdir. O da həmin kartı Elnura göndərmişdir. Elnur həmin karta 175 manat pul göndərmiş və pulu dollara çevirib Türkiyə Respublikasındakı dediyi adama göndərməyini xahiş etmişdir. O da Elnurun dediklərini Rəhiləyə bildirmişdir. Rəhilə poçtda iş vaxtı iş yerini tərk edə bilmədiyinə görə o Rəhilənin bank kartını götürürək həmin pulu bankomatdan çıxartmış və yenidən poçta qayıtmışdır. Bundan sonra Rəhilə həmin pulu dollara çevirib Türkiyəyə göndərmiş və ona qəbzin şəklini vatsap vasitəsilə atmışdır. O da həmin şəkli Elnura göndərmişdir. Elnur ondan pul göndərilməsini xahiş edən zaman həmin pulu Türkiyədə olan tanışına göndərdiyini bildirmişdir. Şəxsin adını hazırda xatırlamır. O da həmin vaxt Elnurdan bu barədə ətraflı heç nə soruşmamış və Elnurla münasibəti olduğu üçün sonuncunun bu sözünü yerə salmamışdır. Təqsirləndirilən şəxs2 Türkiyə Respublikasında olan Amiri Khalid adlı şəxsə pul göndərilməsi üçün onun sonuncuya “Whatsapp” vasitəsilə göndərdiyi karta 175 manat pul vəsaiti göndərməsi, həmin pulun sonradan ABŞ dolları formasında (100 ABŞ dolları) Şahid3 adından “Western Union” sürətli pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasında Amiri Khalid adlı şəxsin adına göndərilməsi faktını təsdiq edir. Elnurun karta göndərdiyi 175 manat vəsaiti iş yoldaşı Şahid3 dollara çevirərək Türkiyəyə göndərdiyini, qeyd edilən Amiri Khalid adlı şəxsə gəldikdə isə Elnur ona elə həmin adı dediyini xatırladığını bildirmişdir.
21. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs2 ehtiyacı olan şəxslərə kömək edən şəxs kimi tanımışdır. Elnurun deməsinə görə Türkiyəyə göndərilən pul ehtiyac sahibi olan “bacılara” yardım məqsədi daşımış, həmin pulun döyüşən şəxslərə göndərilməsi ilə bağlı söz-söhbətləri olmamışdır. Daha əvvəllər ondan belə formada xahiş olunmamışdır. Bildiyinə görə yığılan bir manat pullar məsciddəki nəzir qutusuna atılır və oradan paylanır, konkret olaraq hər hansı şəxsə verilmir. O, Suriyaya gedən şəxslərin döyüşmək üçün getdiyini düşünmüş, lakin bu barədə konkret olaraq bilməmişdir.
22. Sağlamlıq və ailə vəziyyəti ilə əlaqədar məhkəmədə vatsap mobil tətbiqi vasitəsi ilə videogörüntülü olmaqla şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı (bax Cild 3, i.v.27-29;) verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, xx xxxxxx 1997-ci ildə Qəbələ rayonu Həmzəli kəndində anadan olmuş, evli olmaqla bir övladı vardır. 2015-ci ildə Qəbələ rayonu Həmzəli kənd orta məktəbini bitirmişdir. 2017-ci ildən isə "xxxx" MMC-nin İsmayıllı poçt filialının Qəbələ Mərkəz Xidmət şöbəsinin əməliyyatçısı vəzifəsində işləyir. Onun vəzifəsi əməliyyatçı kimi pul köçürülməsi, eləcə də kommunal ödənişlərin ödənilməsi üçün bank əməliyyatlarını həyata keçirməkdən ibarətdir. Hazırda istifadəsində "xxxx" ASC-yə məxsus bank kartı vardır. Həmin "xxxx" kartının nömrəsi isə 4169 7388 3309 9116-dır və istifadəsindədir. Şahid2 Qəbələ rayonunun mərkəzində yaşamaqla işə başladığı dövrdən tanımışdır. Belə ki, Şahid2 "xxxx" MMC-nin İsmayıllı poçt filialının Qəbələ Mərkəz Xidmət şöbəsinin poçtalyonu vəzifəsində işləyir. Fariz ilə münasibətləri yalnız iş çərçivəsində olmuşdur. Onun adından 8 fevral 2024-cü il tarixdə "xxxx" MMC-nin İsmayıllı poçt filialının Qəbələ Mərkəz Xidmətindən “Western Union” sürətli pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasında Amiri Khalid adlı şəxsə 100 ABŞ dolları məbləğində pul vəsaiti göndərilməsi faktını təsdiq edir. Həmin vaxt iş yoldaşı Şahid2 “Whatsapp”la ona yazaraq Türkiyə Respublikasında olan tanışına təcili pul göndərmək lazım olduğunu və bank kartı olmadığını, bank kartının şəklini sonuncuya göndərməsini ondan pul göndərməkdə köməklik etməsini xahiş etmiş, o da öz növbəsində Şahid2 iş yoldaşı olduğundan sonuncunun xahişi ilə razılaşmışdır. Bundan sonra o, “Whatsapp” tətbiqinə 4169 7388 3309 9116 nömrəli bank kartının şəklini göndərmiş, karta 175 manat pul gəlmiş, o, poçtda əməliyyatçı olduğuna görə iş yerini tərk edə bilmədiyindən kartını Farizə həmin pulu bankomatdan çıxarması üçün vermiş, bundan sonra Fariz pulu bankomatdan çıxararaq 175 manat pulu ona vermiş, o da həmin vəsaiti 100 ABŞ dollarına çevirərək Farizin şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə öz şəxsiyyət vəsiqəsi ilə “Western Union” sürətli pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasında Amiri Khalid adlı şəxsə göndərib müvafiq qəbzi Şahid2 təqdim etmişdir. 8 fevral 2024-cü il tarixdə onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******9116 nömrəli bank kartına Təqsirləndirilən şəxs2 istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******5529 nömrəli bank kartından 175 manat pul vəsaitinin köçürülməsi barədə bildirir ki, o həmin tarixdə vatsapda Farizə bank kartının şəklini göndərmiş, bilmədiyi kartdan bank kartına 175 manat pul köçürülmüş, elə həmin gün Fariz tərəfindən bankomatdan çıxarılaraq nağdlaşdırılmış, qeyd edilən Təqsirləndirilən şəxs2 adlı şəxsi tanımamış, həmin şəxsin adını birinci dəfədir eşitmiş, ola bilsin ki, həmin şəxsin Farizin onun bank kartının şəklini göndərdiyi şəxs olmuş, Farizin ondan pul göndərilməsini xahiş edən zaman həmin pulu Türkiyədə olan tanışına göndərdiyini bildirmiş, o da həmin vaxt Farizdən bu barədə ətraflı heç nə soruşmamış, Farizin iş yoldaşı olduğu üçün sonuncunun bu sözünü yerə salmamışdır. Təqsirləndirilən şəxs1 və hazırda Suriya Ərəb Respublikasında olan “İdris” dini ləqəbli X10 tanımır, onların adlarını ilk dəfədir eşidir, bundan əlavə onun Suriya Ərəb Respublikasında olan heç bir tanışı olmamış, həmin şəxslərin ora hansı niyyətlə getdiklərindən xəbərdar olduğu üçün onlarla heç zaman əlaqə qurmamışdır.
23. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X39 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri tanıyır, onlarla ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs1 iş yoldaşı Məhəmməd Mikayılovun vasitəsi ilə ona və ailəsinə maddi və mənəvi yardım göstərmiş, maddi vəziyyəti çox çətin olduqda Təqsirləndirilən şəxs1 bəzən ona 30-40 manat maddi yardım etmiş və ya övladı üçün paltarlar alaraq köməklik etmişdir. O, Təqsirləndirilən şəxs1 evində olmuşdur. Təqsirləndirilən şəxs1 başqa şəxslərə və ya xaricdə olan kiməsə maddi yardım etməsi ilə bağlı məlumatı olmamış, habelə belə halların şahidi olmamışdır. Təqsirləndirilən şəxs1 etdiyi maddi yardım ona çətinliklə də olsa kifayət etmişdir.
24. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X3 ifadəsi tərəflərin vəsatəti əsasında elan olunmaqla tədqiq edilmişdir. B.R.Hacıyeva ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə tanışlığı ondan ətir alması ilə əlaqədar olmuşdur. Əbdülsaməd bir neçə dəfə ondan ətir aldıqdan sonra ona sevgi etirafı edərək onunla evlənməyini təklif etmişdir. O da Əbdülsamədin təklifini qəbul etmiş və onlar 2024-cü ilin mart ayının əvvəlində dini kəbin kəsdirmişlər. Onlar mart ayının sonunda rəsmi nikaha daxil olmağı qərara almışlar, lakin Əbdülsaməd DTX tərəfindən tutulduğuna görə bu baş tutmamışdır. Əbdülsamədlə danışıqlarında o, Suriya Ərəb Respublikasına Şam torpaqlarına hicrət etmək, yəni islam qaydaları ilə yaşamaq, eləcə də həmin torpaqlarda şəhid olmaq, yəni Allah yolunda vuruşaraq ölmək istədiyini bildirmişdir. O, Əbdülsaməddən ora hansı yolla gedəcəyini soruşduqda, sonuncu qaçaq yolla ora gedəcəyini bildirmişdir. O isə bunun təhlükəli olduğuna, eləcə də onun bu fikirlərinə qarşı gələrək onunla getmək barədə razılaşmamışdır. Çünki, o elə bir yerin varlığına inanmamışdır, eləcə də 3 övladını təhlükəyə ata bilməzdi. Bir müddət sonra Əbdülsaməd bu fikrindən daşınaraq ona Əfqanıstana gedib, orada yaşamaq istədiyini bildirmiş və yenə də onunla birlikdə getməyini istəmişdir. Lakin onun bu fikri ilə də qəti şəkildə razı olmayaraq etirazını bildirmişdir (Cild 2, i.v.40-42;).
25. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X29 ifadəsi tərəflərin vəsatəti əsasında elan olunmaqla tədqiq edilmişdir. İ.A.Ağayev ifadəsində göstərmişdir ki, 2023-cü ildən "Shaurma № 1" restoranının Əcəmi filialında aşpaz işləməyə başlamışdır. Təqsirləndirilən şəxs1 təxminən üç-dörd ay olar tanımağa başlamışdır. Onunla tanışlıqlarından bir müddət sonra Əbdülsaməd ona bir dindar bacının uşaqlarının ac olduğunu, sədəqə kimi ona köməklik etmək istədiyini, ondan da gücü nəyə çatırsa kömək etməyi xahiş etmişdir. O da razılaşaraq bir neçə dəfə onun "Leo Bank"a məxsus bank kartına istifadəsində olmuş "xxxx"a məxsus maaş kartı ilə hazırda xatırlamadığı məbləğdə pul vəsaiti göndərmişdir. Əbdülsaməd bir dəfə ona zəng edərək onun kartına pul atacağını, həmin pulu Türkiyədə olan əqidə qardaşına atmalı olduğunu demişdir. O isə onun bu təklifi ilə razılaşmamışdır. Pul vəsaitlərini Təqsirləndirilən şəxs1 ehtiyacı olan şəxslərə köməklik etməsi məqsədi ilə göndərmişdir (Cild 2, i.v.78-80;).
26. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X23 ifadəsi tərəflərin vəsatəti əsasında elan olunmaqla tədqiq edilmişdir. M.Ə.Qurbanov ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə tanışlığı olmamışdır. Onun 10 manat pul vəsaitini yalnız yardım məqsədi ilə köçürməsi mümkündür. Çünki o, bəzi hallarda ehtiyac sahiblərinə və ya xəstə insanlara yardım etmək məqsədi ilə “Whatsapp” qruplarında və ya statuslarda paylaşılan bank kartlarına pullar göndərmişdir. Hazırda tanımadığı Təqsirləndirilən şəxs1 məxsus bank kartına göndərdiyi vəsait də böyük ehtimalla ehtiyac sahiblərinə yardım etmək üçün göndərilən vəsait olmuşdur (Cild 2, i.v.201-203;).
27. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X24 ifadəsi tərəflərin vəsatəti əsasında elan olunmaqla tədqiq edilmişdir. N.B.Atayev ifadəsində göstərmişdir ki, oğlu Əbdülsamədin fəaliyyətindən xəbər və məlumatı olmamışdır. X47 Respublikasında olan şəxsə pul vəsaiti göndərməsini bilsəydi, o, Əbdülsamədin bu fəaliyyətinin qarşısını almaq üçün hər şeyi edərdi. O yalnız Əbdülsəməd tutulandan sonra bilmişdir ki, Əbdülsaməd belə bir səhvə yol vermişdir. Həmçinin sonradan bilmişdir ki, X48 Respublikasına, Əfqanıstana getmək niyyəti olmuşdur, amma sonradan o bu fikrindən yayınmışdır. Əbdülsaməd etdiyi əməldən peşmandır, xahiş edir ki, ona lazımi köməklik göstərilsin (Cild 3, i.v.87-88;).
28. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X4 ifadəsi tərəflərin vəsatəti əsasında elan olunmaqla tədqiq edilmişdir. O.H.Bədirxanov ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə ilkin tanışlığı “Shaurma №1” restoranında olmuşdur. Elnurla iş yoldaşı olmuşdur. Elnur ehtiyacı olan şəxslərə pul yığdığını bildirmiş, o da gücü çatan qədər kömək etmişdir. 10 manat pulu Elnur ona ehtiyac sahiblərinə pul yığdığını dediyinə görə Elnura sədəqə pulu kimi yardıma ehtiyacı olan şəxslərə kömək üçün göndərmişdir (Cild 3, i.v.103-105, 222-224;).
29. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X11 ifadəsi tərəflərin vəsatəti əsasında elan olunmaqla tədqiq edilmişdir. İ.İ.Hüseynli həmin ifadəsində göstərmişdir ki, hər iki təqsirləndirilən şəxslə tanışlıqları olmuşdur. İstifadəsində olan 416973******6467 nömrəli bank kartından Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olmuş "xxxx" ASC-yə məxsus 4169 7388 7309 5529 kartına 05 fevral 2024-cü il tarixdə 3 manat pul vəsaitini Elnur ehtiyacı olan şəxslər üçün yığdığını bildirdiyinə görə vermişdir (Cild 3, i.v.151-153;).
30. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X29 ifadəsi tərəflərin vəsatəti ilə elan olunaraq tədqiq edilmişdir. İ.A.Ağayev həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə tanışlığı “Shaurma №1” restoranında olmuşdur. Elnurla iş yoldaşı olmuşdur. Elnurun şəxsi istifadəsində olmuş "xxxx" K.B.” ASC-yə məxsus 4098 5844 5099 2985 nömrəli “Leo Bank” kartına 04 mart 2024-cü il tarixdə 10 manat pulu, 24 noyabr 2023-cü il tarixdə 5 manat pulu, 04 dekabr 2023-cü il tarixdə 7 manat pulu, 19 dekabr 2023-cü il tarixdə 50 manat pulu, 17 yanvar 2024-cü il tarixdə 20 manat pulu, 05 fevral 2024-cü il tarixdə 2 manat pulu (ümumilikdə 94 manat pul vəsaitini) ehtiyac sahiblərinə yardım etmək məqsədilə sədəqə kimi vermişdir (Cild 3, i.v.192-194;).
31. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X30 ifadəsi tərəflərin vəsatəti əsasında elan olunmaqla tədqiq edilmişdir. F.E.Qasımov həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə tanışlığı olmuşdur. Elnurla bir neçə dəfə futbol komandasında birgə oynamışdır. Elnurun şəxsi istifadəsində olmuş "xxxx" K.B.” ASC-yə məxsus 4098 5844 5099 2985 nömrəli “Leo Bank” kartına 03 dekabr 2023-cü il tarixdə 18 manat pulu Elnur ehtiyacı olan şəxslər üçün yığdını bildirdiyinə görə vermişdir (Cild 3, i.v.233-235;).
32. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X31 ifadəsi tərəflərin vəsatəti əsasında elan olunmaqla tədqiq edilmişdir. A.O.Liftiyev həmin ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərlə tanışlığı olmamışdır. "xxxx" ASC-yə məxsus **********095529 nömrəli karta 23 noyabr 2023-cü il tarixdə 16 manat pulu ehtiyacı olan şəxslər üçün yığdını bildirdiyinə görə vermişdir. Ara-sıra internetdə gördüyü sağalması çətin olan xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi üçün həmin şəxslərin və ya ailə üzvlərinin qeyd etdikləri bank kartına, eləcə də bank hesablarına pul göndərmişdir (Cild 3, i.v.237-238;).
33. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X8 ifadəsi tərəflərin vəsatəti əsasında elan olunmaqla tədqiq edilmişdir. K.S.Əfəndiyev həmin ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərlə tanışlığı olmamışdır. "xxxx" ASC-yə məxsus **********095529 nömrəli karta 22 avqust 2023-cü il tarixdə 18 manat pulu ehtiyacı olan şəxslər üçün yığdını bildirdiyinə görə vermişdir. Ara-sıra internetdə gördüyü sağalması çətin olan xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi üçün həmin şəxslərin və ya ailə üzvlərinin qeyd etdikləri bank kartına, eləcə də bank hesablarına pul göndərmişdir (Cild 3, i.v.240-241;).
34. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X44 ifadəsi tərəflərin vəsatəti əsasında elan olunmaqla tədqiq edilmişdir. K.Ə.Abbasov həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə tanışlığı “Shaurma №1” restoranında olmuşdur. Elnurla iş yoldaşı olmuşdur. Elnurun şəxsi istifadəsində olmuş "xxxx" K.B.” ASC-yə məxsus 4098 5844 5099 2985 nömrəli “Leo Bank” kartına 06 yanvar 2024-cü il tarixdə 5 manat pulu, 16 yanvar 2024-cü il tarixdə 20 manat pulu, 02 fevral 2024-cü il tarixdə 10 manat pulu, Elnurun şəxsi istifadəsində olmuş "xxxx" ASC-yə məxsus **********095529 nömrəli karta 22 fevral 2024-cü il tarixdə 20 manat pulu (ümumilikdə 55 manat pul vəsaitini) ehtiyac sahiblərinə yardım etmək məqsədilə sədəqə kimi vermişdir (Cild 4, i.v.15- 18;).
35. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X32 ifadəsi tərəflərin vəsatəti əsasında elan olunmaqla tədqiq edilmişdir. C.C.Əliyev həmin ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərlə tanışlığı olmamışdır. O öz istifadəsində olmuş 409858******8456 nömrəli "xxxx" ASC-yə məxsus bank kartından Təqsirləndirilən şəxs2 şəxsi istifadəsində olmuş "xxxx" ASC-yə məxsus 4098 5844 5099 2985 nömrəli bank kartına 02 fevral 2024-cü il tarixdə 50 manat pulu sədəqə niyyəti ilə göndərmişdir (Cild 4, i.v.94-95;).
36. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, eləcə də ifadələri elan edilməklə tədqiq edilmiş çoxsaylı şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
37. “Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 14 mart 2024-cü il tarixli qərarlardan görünür ki, "xxxx" ASC-yə məxsus “4098 5844 9297 0270” nömrəli bank kartı vasitəsilə müxtəlif şəxslərdən qəsdən pul vəsaitləri toplayaraq 2023-cü ilin sentyabr ayından 2024cü ilin yanvar ayınadək müxtəlif vaxtlarda "xxxx" ASC-nin Əhmədli filialından “Western Union” beynəlxalq sürətli pul köçürmə sistemi vasitəsilə ümumilikdə 380 ABŞ dolları pul vəsaitini şəxsiyyətləri istintaqa Abdenafaa Lalouani, Hicham Amzgane və İbrahim MM Albanna kimi adlarla məlum olan şəxslər vasitəsilə Suriya Ərəb Respublikası ərazisində dini düşmənçilik, dini radikalizm ve dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə, eləcə də bu zəmində cinayətkar birliyin tərkibində terrorçuluqda iştirak edən Azərbaycan Respublikası vətəndaşı "İdris" dini ləqəbli X21 və cinayətkar birliyin digər üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək həmin şəxslərə göndərməsi faktına görə Təqsirləndirilən şəxs1 barəsində DTX-nin İstintaq Baş İdarəsi tərəfindən 14 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması məqsədilə həmin Baş İdarənin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılmaqla istintaq qrupuna rəhbərlik müstəntiq X40 tapşırılmış, qeyd edilən cinayət işi sonuncu tərəfindən icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v. 1-5;).
38. DTX-nin Terrorçuluğa qarşı Mübarizə Baş İdarəsinin 5/1/2170 nömrəli 14 mart 2024-cü il tarixli arayışından görünür ki, daxil olmuş əməliyyat məlumatlarına əsasən, 4 iyul 2001-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Atayev X13 Ərəb Respublikası ərazisində fəaliyyət göstərən dini radikalizm zəminində yaradılmış silahlı birləşmələrin üzvləri ilə əlaqələr saxlayır, onlara maliyyə vəsaitlərinin göndərilməsini həyata keçirir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş sənədə əsasən, Təqsirləndirilən şəxs1 bank vasitəsilə ölkə xaricinə 383 ABŞ dolları məbləğində sürətli pul köçürməsi əməliyyatları həyata keçirmişdir. Təqsirləndirilən şəxs1 həmin vəsaitləri adına sənədləşdirilmiş "xxxx"a məxsus “4098 5844 9297 0270” saylı bank kartı vasitəsilə müxtəlif şəxslərdən toplayaraq “Western Union” köçürmə sistemi vasitəsilə hazırda Suriyada yaşayan və qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən, barəsində DTX-nin İstintaq Baş İdarəsi tərəfindən ********* nömrəli cinayət işi üzrə istintaq olunan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214 və 283-1 maddələri ilə axtarışda olan “İdris” dini ləqəbli 1 avqust 1992-ci il təvəllüdlü X12 göndərmişdir. Köçürmələr Təqsirləndirilən şəxs1 tərəfindən “Abdenafaa Lalouani”, “Hicham Amzgane” və “İbrahim MM Albanna” adlı şəxslərin adına göndərilmiş, sonradan Kamran Şıxəliyev tərəfindən naməlum şəraitdə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs1 bəzi hallarda köçürmələri öz əlaqəsi - xx xxxx 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 həvalə edir. Qeyd olunan şəxslər vasitəsilə aparılmış əməliyyatları təsdiq edən bank köçürmə çıxarışları və telefon danışıqları əldə edilərək sənədləşdirilmişdir. **********30 saylı telefondan “Whatsapp” vasitəsilə Təqsirləndirilən şəxs1 +**********26 saylı telefonuna səsli və mətn ismarıcları göndərilmişdir. Qeyd olunan nömrələrin “Whatsapp” tətbiqinin Kamran Şıxəliyev tərəfindən istifadə olunması aparılmış texniki tədqiqat vasitəsilə təsbit edilmişdir (Cild 1, i.v. 9;).
39. “Baxış” haqqında 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə hal şahidlərinin iştirakı ilə saat 11:15-dən saat 13:35-dək DTX-nin V Baş İdarəsinin əməliyyat müvəkkili baş leytenant Cavid Məmmədzadə tərəfindən baxış həyata keçirilmişdir. Baxış keçirilən ərazi Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Xətai rayonu Polad Həşimov küçəsi 201 ünvanıdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus “X89 11” markalı mobil telefon cihazı və “Leobanka” məxsus “4098 5844 9297 0270” nömrəli kredit bank kartı aşkar edilərək götürülmüşdür (Cild 1, i.v. 15-17;).
40. “Tutulma” protokolundan görünür ki, 14 mart 2024-cü il tarixdə, saat 16:30-dan 17:00-dək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində bilavasitə şübhəli bilinərək saxlanılmaqla DTX-nin inzibati binasında İstintaq Baş İdarəsinin xidməti otaqlarının birində X65 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X20 iştirakı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmasına dair protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 14 mart 2024-cü il tarixdə, saat 14:50-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v.40-41;).
41. “Cinayət işinin materiallarına baxış keçirilməsi barədə” 15 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, DTX-nin İstintaq Baş İdarəsinin icraatında olan ********* nömrəli cinayət işinə saat 09:30-dən 10:00-dək X65 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı həmin cinayət işinin 1 dekabr 2023-cü il tarixdə həmin istintaq qurumun icraatında olmuş ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası vətəndaşı X21 və digərləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə ayrılaraq icraata qəbul edilməsi müəyyən edilmişdir. Bu əməllərinə görə Kamran Şıxəliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.1, 214.2.6 və 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ittiham elan etmək üçün tutulması barədə axtarışa verilmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə icraat 14 fevral 2024-cü il tarixdə X21 və digərləri barəsində Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 53.1.3 və 53.1.4-cü maddələrinə əsasən, yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyinə və Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığına görə dayandırılmışdır (Cild 1, i.v. 54-125;).
42. “İnstagram” hesablarına baxış keçirilməsi barədə” 15 mart 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs1 məxsus “X89 11” markalı, “2201117TG” modelli mobil telefondan istifadə edərək, Təqsirləndirilən şəxs1 məxsus “İnstagram” sosial şəbəkəsində “abdussamed_101” adı ilə qeydiyyatdan keçdiyi hesaba, eləcə də “İdris” dini ləqəbli X12 məxsus olduğu bilinən “leyon_al_azerii” adı ilə qeydiyyatdan keçmiş hesaba saat 10:10dan saat 10:30-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “abdussamed_101” adlı hesabın ana səhifəsində “11 posts”, “195 followers”, “254 following”, “@abdussamed_101” sözləri əks olunduğu, həmin “İnstagram” hesabının “following” hissəsinə daxil olduqda Təqsirləndirilən şəxs1 tərəfindən “İdris” dini ləqəbli X12 məxsus olduğu bilinən “leyon_al_azerii” adı ilə qeydiyyatdan keçmiş hesabın izlənildiyi, “İdris” dini ləqəbli X12 məxsus olduğu bilinən “leyon_al_azerii” adlı hesabın ana səhifəsində “54 posts”, “268 followers”, “812 following”, “muhacir” və “mucahid” sözləri əks olunduğu, həmin “İnstagram” hesabının “posts” hissəsinə daxil olduqda Kamran Şıxəliyevin silahla, eləcə də digər qadağan olunmuş predmetlərlə birgə əks olunduğu fotoşəkillərin olması müəyyən edilmişdir (Cild 1, i.v.125-140;). Qeyd edilən fotocədvəllərə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilərkən Kamran Şıxəliyevin və digər şəxslərin uzun lüləli silahlarla, habelə qumbara və intihar məqsədi ilə istifadə edilən “şəhid kəməri” geyinmiş, əllərində uzun lüləli atıcı silahların olduğu hərbi geyimli şəxslərin fotoşəkillərinin olması müəyyən edildi.
43. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 141-148;).
44. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 4(009)-128/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 14 mart 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək izahatında həmin şəxsə pulu kömək etmək məqsədi ilə göndərdiyini, terrorçuluğu maliyyələşdirmədiyini bildirərək məhkəmədən vəsatətin rədd olunmasını xahiş etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi X45 vəsatətə etiraz edərək həbs qətimkan tədbirinin seçilməsi üçün maddi və prosessual əsaslar olmadığını bildirərək məhkəmədən vəsatətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti 14 aprel 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v. 162-164; Cild 4, i.v. 63-64;).
45. “Baxış keçirilməsi barədə” 18 mart 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs1 məxsus “X89 11” markalı, “2201117TG” modelli mobil telefona saat 09:20-dən 21:55-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, 1 (bir) ədəd “X89 11” markalı “2201117TG” modelli mobil telefon aparatının arxa və ön tərəfində foto və video çəkilişləri aparmaq üçün nəzərdə tutulmuş kiçik ölçülü kamera quraşdırılmışdır. Telefon 2 sim kartlıdır. Telefonun üzərinə "xxxx" mobil rabitə operatoruna məxsus +994 55 *** ** ** və +994 55 *** ** ** mobil telefon nömrələri quraşdırılmışdır. Daha sonra telefon işlək vəziyyətə gətirilmiş və telefonun əsas menyusuna baxış keçirilərək telefonun yaddaşına “Müsəlmanın Qalası”, “Muslim Pro”, “myQuran”, “Anti-İrca”, “Taberi Tefsiri” və “Quranın Təfsiri - İbn Kəsir” adlı dini məzmunlu mobil tətbiqlərin quraşdırıldığı müəyyən edilmişdir. Əsas menyuya baxış zamanı telefona yazılmış “WhatsApp” mobil tətbiqinə daxil olunmuş, həmin mobil tətbiqində Təqsirləndirilən şəxs1 +994 55 *** ** ** mobil nömrə ilə qeydiyyatdan keçildiyi müəyyən olunmuşdur. “WhatsApp” mobil tətbiqində olan mesajlar bölümünə daxil olduqda Təqsirləndirilən şəxs1 orada müxtəlif dini məzmunlu qruplarda olduğu, bundan başqa bir sıra ehtiyacı olan şəxslərə pul toplanması ilə bağlı qruplarda iştirakı da öz əksini tapmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus +994 55 *** ** ** mobil nömrə ilə iş materiallarında adı keçən “İdris” dini ləqəbli X12 məxsus olduğu bilinən +90 539 *** ** ** mobil nömrə arasında "WhatsApp" mobil tətbiqində 14 sentyabr 2023-cü il tarixdən 25 oktyabr 2023-cü il tarixədək çoxsaylı səsli və yazılı mesajlaşmalar olduğu müəyyən olunmuşdur. Həmin mesajlardan iş üçün əhəmiyyətli olanları hazırkı protokola əlavə edilmişdir. Mesajlar aşağıdakı kimidir: “xx.xx.2023-cü il saat 22:10-da +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Oldu qardaşım Kodnan ancaq”, “Rayonda vezyet necedi”. xx.xx.2023-cü il saat 22:10-da +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Tamam”. xx.xx.2023-cü il saat 22:10-da +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 4 yazılı mesaj: “Gələcəm mende rayona”, “inşAllah”, “Darıxmışam biz tərefleri”, “Görmək istəyirəm”. xx.xx.2023-cü il saat 18:36-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 4 yazılı mesaj: “Exi”, “120 manat kartdan götürdüm”, “Salam Aleukum”, “Borcumu verdim”. xx.xx.2023-cü il saat 18:37-də +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Bes neter olacaq”. xx.xx.2023-cü il saat 18:37-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “İndi gedirəm tezdən kartina vuracam inşeeALLAH”, “Gedirəm Aparata”. xx.xx.2023-cü il saat 18:37-də +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Nolar gor neynirsen”. xx.xx.2023-cü il saat 18:37-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 7 yazılı mesaj: “Exican 120 manat vururam karta sora sene gonderecik”, “Sene gəlib çatacaq”, “Qəpiyinr qədər”, “Narahat olma”, “Çatacaq sene”, “Yaxşı Exi”, “Özümü demirəm e qardaşa verecem o sene catdiracaq”. xx.xx.2023-cü il saat 18:39-da +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Exi qardasimsan”, “Onu Men sabah sene hesabb verim gonder”. xx.xx.2023-cü il saat 18:44-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 3 yazılı mesaj: “Exi”, “Sabah atım?”, “Hesab at yaxşı”. xx.xx.2023-cü il saat 18:48-də +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Poct xidmetidi”, “Exi”. xx.xx.2023-cü il saat 18:49-da +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Gedeceysen deyeceysen vesder yunon bu ad familya vuracaqlar cek vereceyler”. xx.xx.2023-cü il saat 19:14-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “He exi”, “Ödedim 120 karta”. xx.xx.2023-cü il saat 20:28-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Yaxşı exican”, “Ele bilki Türkiye’ye gönderem??”. xx.xx.2023-cü il saat 20:28-də +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Turkiyede bir qardasin adina vuracaqsan”. xx.xx.2023-cü il saat 20:28-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Poçtda nece vuracam ki”. xx.xx.2023-cü il saat 20:28-də +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 3 yazılı mesaj: “Gedeceysen deyeceysen”, “Vesder yunonnann pull gondermek isdiyirem”, “Deyecey prablem deyil”. xx.xx.2023-cü il saat 23:10-da +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən səsli mesaj: “Hə qardaşımsan inşallah sabahları atacaq mənə mən də atacam sənə inşallah vurarsan da mənə e birdə əxi şey verəcəklər çek verəcəklər tamam vurduğun şeyin çekin verməlidirlər o olmasa mən pulu alanmıyacam, e belə kağız verəcəklər, kağız orada yazılacaq haradan hara pul getdi nə qədər pul getdi bildin bir də dollar, dollar edəcəksən,TL, manat yox dollar deyəssən dollarla vururam, yüz yetmiş manat yüz dollardı da yəni”. xx.xx.2023-cü il saat 14:20-də +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 5 yazılı mesaj: “Turkiye”, “Vesder yunon”, “Pocta ged ordan vur poct yoxdusa”, “Banka ged”, “Sonra dekontun resmin at olar sene qebiz vermelidirler”. xx.xx.2023-cü il saat 14:21-də +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 3 yazılı mesaj: “Onu alirsan sekilin cekib atirsan”, “Dolllarnan vur”, “100 dolar”. xx.xx.2023-cü il saat 14:29-da +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Bugun vur.exi poctnana yoxsa hesab elimnen cixacaq”, “Day birde hesab ttapaq cetim”. xx.xx.2023-cü il saat 14:32-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Bax demeli 100 dollar etməliyəm ?”, “Banka getməliyəm ?”. xx.xx.2023-cü il saat 14:32-də +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 4 yazılı mesaj: “He bankda elemey olur”, “Bank olsun”, “Prablem deyil”, “En yaxsisi”. xx.xx.2023-cü il saat 14:33-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Yoxe yeni 100 dollar etməliyəm yoxsa yox”. xx.xx.2023-cü il saat 14:33-də +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən səsli mesaj: “Hə hə orada yüz dollar edəcəksən orada deyəcəksən də resepşna deyəcəksən ki mən yüz dollar göndərmək istəyirəm başa düşdün, dollarla göndərmək istəyirəm, manatla, TL ilə göndərmək istəmirəm, nə edim orada sənə deyəcəklər gedəcəksən valyutaya yüz dollar verəcəksən onlar onu yüz dollar göndərəcək”. xx.xx.2023-cü il saat 14:34-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Sabah etsem olmaz”. xx.xx.2023-cü il saat 14:33-də +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 2 səsli mesaj: “Əxi yox e yox əxi sabah əldən çıxır bu hesab day mənə birdəki hesab ala bilməyəcəm əxi”. “Sən özün bilirsən hesab tapmaq çox problemldi əxi nə olar əxi xahiş edirəm əxi xahiş edirəm bir dənə bügunlər onu həll elə”. xx.xx.2023-cü il saat 14:37-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 3 yazılı mesaj: “Exi”, “175 manat”, “102 dollar r”, “Esir”. xx.xx.2023-cü il saat 14:38-də +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən səsli mesaj: “Əxi sən yüz dollar vur ha yüz iki dollar yüz üç dollar yüz beş dollar yox yüz dollar bütövlüklə vur orda da yeddi manat yoxsa beş manat dörd manat belə faiz çıxar”. xx.xx.2023-cü il saat 14:39-da +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 3 yazılı mesaj: “Hesaba 100 dollar vurum bildim”, “Ay əxi bankda Dəqiq olurda he”, “Türkiye’ye pul gondermek”. xx.xx.2023-cü il saat 15:00-da +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən səsli mesaj: “İndi get ha indi get tamam hə Türkiyə İstanbul şey vester yunon”. xx.xx.2023-cü il saat 15:59-da +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən səsli mesaj: “Gəldim bir banka e manatı dollara elədim yüz dollar prosta onu bunlar deyir dayandırmışıq Türkiyəyə pul göndərməyi indi gedirəm elə Bank Respublika var Bank Respublika ordan inşallah həll olunacaq Allahın izni ilə atacam sənə indi ora gedirəm”. xx.xx.2023-cü il saat 16:00-da +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “He ged exi”, “Nolar”. xx.xx.2023-cü il saat 16:29-da +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə pul köçürülməsini əks etdirən 02 ədəd eyni məzmunlu qəbzlərin fotoşəkli göndərilmişdir. Qəbzlərin məzmunu aşağıdakı kimidir: MTCN: 354-827-5393 Дата и время: xx-xx-2023 04:22 PM AZT Агент: BANK RESPUBLİKA,M KHADİ UL 38D № оператора: AH1 Oтправленная сумма: 100.00 Плата за перевод: 3.00 Плата за сообщение: Плата за доставку: К плате за перевод применена скидка: ИТОГО: 103.00 US Dollar Обменный курс: 1.0000000 Сумма к выдаче: 100.00 US Dollar
xx.xx.2023-cü il saat 16:29-da +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Buyur”. xx.xx.2023-cü il saat 16:30-da +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən səsli mesaj: “Opşi çək şəklin opşi çek var e opşi onun şəklini çək”. xx.xx.2023-cü il saat 16:30-da +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə “Western Union”-a məxsus pul köçürülməsini əks etdirən 03 ədəd eyni məzmunlu qəbzin fotoşəkli göndərilmişdir. Qəbzlərin məzmunundan aşağıdakı kimidir: Western Union Заявление для отправления денег
ОТПРАВИТЕЛЬ: ABDULSAMAD ATAYEV Адрес/Тел.: AHMADLİ, BAKU, AZE 552393326 Тип документа: Национальная Идентификационная Карта Номер документа: AA******* Дата выдачи: Действителен до: xx-xx-2033 Страна выдачи: Azerbaijan Контрольный вопрос: Ответ: Номер мобильного телефона отправителя: ******3326 (Для осуществления Мобильного Денежного Перевода)
ПОЛУЧАТЕЛЬ: ABDENAFAA LAOUANİ Город: Страна: Turkey Услуги по выбору: СРОЧНЫЙ ПЕРЕВОД Сообщение: Номер мобильного телефона отправителя:
(Для осуществления Мобильного Денежного Перевода)
MTCN: 354-827-5393 Дата и время: xx-xx-2023 04:22 PM AZT Агент: BANK RESPUBLİKA,M KHADİ UL 38D № оператора: AH1 Oтправленная сумма: 100.00 Плата за перевод: 3.00 Плата за сообщение: Плата за доставку: К плате за перевод применена скидка: ИТОГО: 103.00 US Dollar Обменный курс: 1.0000000 Сумма к выдаче: 100.00 US Dollar xx.xx.2023-cü il saat 17:38-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə 01 ədəd fotoşəkil göndərilmişdir. Fotoşəklini məzmunu aşağıdakı kimidir: WUService 16:50 “Western Union: Abdenafaa pul köçürmənizin MTCN-ni ********** aldı.” xx.xx.2023-cü il saat 22:06-da +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Soxaox boyuyur hhicret elemey isdiyende naz edir qirmizi xalca yaninda dord cariye isdiyir bu yol tikani yoldu ayaqni seven gelmesin”. xx.xx.2023-cü il saat 22:07-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Bəs mən nə vaxt edəcəm ??”. xx.xx.2023-cü il saat 22:06-da +**********30 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Onu ozun bilirsen hereket ele yol tap gel artiq soxa sox boyuyur”. xx.xx.2023-cü il saat 22:08-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 4 yazılı mesaj: “Sən söz vermisən”, “Zəng gözlə”, “Demisən”, “Onu gözləyirəm”. xx.xx.2023-cü il saat 20:51-də +**********26 mobil nömrəsindən +**********30 mobil nömrəsinə göndərilən 8 yazılı mesaj: “Ümmətin dərdi menim qəlbimi ağardır”, “Əxim”, “Orda Filistin’de somalide”, “Her yerde”, “Qanadım olsaydı”, “Uçub gelerdim”, “Yanınıza”, “Exim”. xx.xx.2024-cü il saat 15:41-də +**********48 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 6 yazılı mesaj: “Exi yox”, “Men qorxuram”, “Meni sonra tutalar”, “Hepse atalar”, “Ordanda 18 il”, “Azerbaycan xarasi”. xx.xx.2024-cü il saat 15:41-də +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Azərbaycan verərlər ?”. xx.xx.2024-cü il saat 15:41-də +**********48 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Yo”, “Kecirdseler turkiye orda meni tutsalar”. xx.xx.2024-cü il saat 15:41-də +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Bəs necə olur Azərbaycan düşürsən”. xx.xx.2024-cü il saat 15:42-də +**********48 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Meni verecekler”, “Azerbaycana”. xx.xx.2024-cü il saat 08:06-da +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən 3 yazılı mesaj: “Əxi Af .......tana gedəcəm Qardaşim”, “İnşeeAllah”, “Cidden”. xx.xx.2024-cü il saat 08:06-da +**********48 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 3 yazılı mesaj: “Orda cihad nece edeceysen”, “Temasane”, “Exi”. xx.xx.2024-cü il saat 08:06-da +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Ta......banda əxi”, “Olacam”. xx.xx.2024-cü il saat 10:26-da +**********48 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Nağdi qoyub nisiyenin daliyca qacma”, “Şeytan iki yolda oturur hicret cihad artiq seni fikirinen arali əoydu”. xx.xx.2024-cü il saat 10:27-də +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən 3 yazılı mesaj: “Yox ezi”, “Exi”, “Fikrim qetidi”. xx.xx.2024-cü il saat 18:43-də +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən 4 yazılı mesaj: “Pul düzəlsin 2 3 min lazımdı”, “Bilirsen niye”, “Airaport 700 manatdi”, “Adambaşı”. xx.xx.2024-cü il saat 18:44-də +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən səsli mesaj: “Əxi beş nəfərik də Allahın izni ilə beş nəfərik beş vur yeddi otuz beş eliyir üç min beş yüzdə belə deyim”. xx.xx.2024-cü il saat 18:45-də +**********48 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən səsli mesaj: “Yox e sən əxi hara gedib çıxmısan ucuzdu e brat biletlər o qədər deyil üç yüz neçə manatdı biletlər”. xx.xx.2024-cü il saat 19:30-da +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “O qardaşnan məni svyaza çıxar”, “Danışacam”. xx.xx.2024-cü il saat 19:31-də +**********48 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 5 yazılı mesaj: “Exi onan gorusum”, “Sonra”, “Da isim”, “İnterneti olur olmur”, “İnşallah 5 gune”. xx.xx.2024-cü il saat 19:41-də +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən səsli mesaj: “Əxi qardaşın inşallah Tahriki-Talibani Əfqanıstan əxi”. xx.xx.2024-cü il saat 13:03-də +**********48 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 4 yazılı mesaj: “Belede”, “Vezyet cetindi”, “Ramazanda girib”, “Biraz ehtiyaclarim var”. xx.xx.2024-cü il saat 13:04-də +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Elnura demisen”. xx.xx.2024-cü il saat 13:03-də +**********48 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “He demisem”. xx.xx.2024-cü il saat 13:05-də +**********48 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 4 yazılı mesaj: “Exi sene naqeder yardim edecey”, “Cammat”, “Sene gore mene gelmir”, “Sendeki telesdin”. xx.xx.2024-cü il saat 13:05-də +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “160 gondersin denen”, “100 dollar”. xx.xx.2024-cü il saat 13:05-də +**********48 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Sen denen exi nolar”. xx.xx.2024-cü il saat 13:06-da +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən səsli mesaj: “Danışaram özü ilə inşallah”. xx.xx.2024-cü il saat 18:44-də +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən səsli mesaj: “Əxi kömək olunacaq sənə inşallah Allahın izni ilə sənə kömək olunacaq danışdım qardaşla”. xx.xx.2024-cü il saat 14:58-də +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən 2 yazılı mesaj: “Niye abom”, “Pul söhbətinə görə yazmadı ?”. xx.xx.2024-cü il saat 14:58-də +**********48 mobil nömrəsindən +**********26 mobil nömrəsinə göndərilən 3 yazılı mesaj: “Danisdim”, “Qardassnan”, “Hesab verdim”. xx.xx.2024-cü il saat 14:59-da +**********26 mobil nömrəsindən +**********48 mobil nömrəsinə göndərilən 1 yazılı mesaj: “Əlhəmdulillah” Bundan əlavə, “Whatsapp” mobil tətbiqində “Zənglər” adlı bölməyə baxış zamanı Təqsirləndirilən şəxs1 həmin mobil tətbiqdə qeydiyyatdan keçdiyi +994 55 *** ** ** mobil nömrə ilə iş materiallarında adı keçən “İdris” dini ləqəbli X12 məxsus olduğu bilinən +90 538 *** ** ** mobil nömrə və Təqsirləndirilən şəxs1 mobil telefonunda istifadəçisinin adı “Elnur Əxi” kimi qeyd olunmuş +994 50 *** ** ** mobil nömrə arasında 21 dekabr 2023-cü il tarixdə saat 22:26 dəqiqədə 13 dəqiqə 15 saniyədən ibarət, 10 fevral 2024-cü il tarixdə saat 22:01 dəqiqədə 50 dəqiqə 40 saniyədən ibarət görüntülü telefon danışığının həyata keçirildiyi müəyyən edilmişdir. Bundan başqa, “Whatsapp” mobil tətbiqinə baxış zamanı Azərbaycan Respublikası mobil operatoruna məxsus olan Elnur Əxi adlı +**********87 saylı mobil nömərinin sahibi tərəfindən yaradılmış Təqsirləndirilən şəxs1 də +**********26 nömrə ilə qrup idarəçisi olduğu X76 adlı +**********56 saylı, AbdusSaməd əxi adlı +**********84 saylı, X88 adlı +**********06 saylı, Fərhad Əxi adlı +**********26 saylı, İsmail Əxi YASAMAL adlı +**********39 saylı, İsmayıl Əxi şaurma +**********29 saylı, X84 adlı +**********31 saylı, X91 Dili adlı +**********11 saylı, Muhəmməd adlı +**********96 saylı, Orxan Əxi adlı +**********80 saylı, X85 +**********71 saylı, Turxan Əxi adlı +**********00 saylı, Yəqub əxi adlı +**********29 saylı, +**********49 saylı, +**********36 saylı, +**********70 saylı, +**********55 saylı, +**********34 saylı, +**********23 saylı, +**********38 saylı, +**********89 saylı, +**********29 saylı, +**********22 saylı, +**********36 saylı, +**********79 saylı, +**********33 saylı, +**********04 saylı, +**********09 saylı, +**********12 saylı, +**********39 saylı, +**********25 saylı, +**********10 saylı, +**********57 saylı və +**********09 saylı mobil telefon nömrələrinin sahiblərinin iştirak etdiyi “Əhli sünnə vəl cəməat” adlı qrup olduğu, eləcə də həmin qrupda “Elnur Əxi” +**********87 mobil nömərinin sahibi tərəfindən “4098 5844 5099 2985” nömrəli bank kartının fotoşəklinin paylaşıldığı müəyyən edilmişdir (Cild 1, i.v. 170-257;).
46. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 28 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamaqla cinayət məsuliyyətinə cəlb edilməmiş şəxsdir (Cild 1, i.v.258;).
47. “Kompakt diskə baxış keçirilməsi barədə” 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən 4 mart 2024-cü il tarixli 9-811 nömrəli məktubla daxil olmuş kompakt diskə saat 12:20-dən saat 13:00-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, kompakt diskin daxilində “A.Ə” adlı qovluq vardır. Həmin qovluğun daxilində isə 03 ədəd "xxxx", “Pasha Bank” və "xxxx" adlı qovluqlar olduğu müəyyən edilmişdir. "xxxx" adlı qovluğa daxil olduqda orada “SPK MMX form Təqsirləndirilən şəxs1.xlsx” adlı faylın olduğu müəyyən edildi. Həmin fayla daxil olduqda iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2023-cü il tarixdə WEBSXX**********053325 nömrəli əməliyyatla "xxxx" ASC-nin Əhmədli filialında “Western Union” sürətli valyuta köçürmə sistemi vasitəsi ilə Türkiyə Respublikasına “ABDENAFAA LALOUANİ” adlı şəxsə 103 ABŞ dolları məbləğində valyuta mübadilə əməliyyatı edilmişdir (Cild 1, i.v.267-268;).
48. “Plastik bank kartına baxış keçirilməsi barədə” 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evdə aparılmış baxış zamanı aşkar edilərək götürülmüş 1 (bir) ədəd plastik bank kartına saat 15:20-dən saat 15:30-dək müstənti Nicat İsayev tərəfindən baxış keçirilmişdir. Baxış zamanı 1 (bir) ədəd plastik bank kartının ön tərəfində “Leobank”, “VİSA” sözləri, “wifi” işarəsi vardır. Bank kartının arxa tərəfində “4098 5844 9297 0270”, “01/28”, “310” rəqəmləri, habelə “EXP”, “CVV” sözləri qeyd olunmuşdur (Cild 1, i.v.269-270;).
49. “Kompakt diskə baxış keçirilməsi barədə” 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə 14 mart 2024-cü il tarixli 9-811 nömrəli məktubla daxil olmuş 1 ədəd kompakt diskə saat 10:10-dən saat 11:20-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, diskin daxilində “1.vsf”, “2.vsf” və “3.vsf” adlı fayllar olduğu müəyyən edilmiş, “3.vsf” adlı fayla daxil olduqda iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********26 mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********87 mobil nömrə arasında olan aşağıdakı məzmunda 102 saniyə davam edən telefon danışığı müəyyən edilmişdir: Təqsirləndirilən şəxs1: “Alo” Təqsirləndirilən şəxs2: “Salam aleykum va rahamatullah” Təqsirləndirilən şəxs1: “Aleykum salam va rahamatullah necəsən nə var nə yox?” Təqsirləndirilən şəxs2: “Necəsən qardaşım əlhəmdullillah sən necəsən?” Təqsirləndirilən şəxs1: “Allah razı olsun gör nə deyirdim hə o qardaş var idi e” Təqsirləndirilən şəxs2: “Hə Özbəkistanda?” Təqsirləndirilən şəxs1: “Yox o birisi də” Təqsirləndirilən şəxs2: “Hə hə rayonda olan?” Təqsirləndirilən şəxs1: “Hə İsmayıl şeyə dedim şaurmadadakı qardaşa İsmayıla” Təqsirləndirilən şəxs2: “Aha” Təqsirləndirilən şəxs1: “Dedim ki pulu atım sənin hesabına sən şey elə sən evdəsən? sənə atım sən düz qoş elə” Təqsirləndirilən şəxs2: “Yox e əxi mən işdəyəm” Təqsirləndirilən şəxs1: “Ayda İsmayıl evdədi dedim ona bəs atım sənin hesabına sən şey elə də alınmır məndə” Təqsirləndirilən şəxs2: “Hazır oldu pul?” Təqsirləndirilən şəxs1: “Hə inşaAllah hazır olur” Təqsirləndirilən şəxs2: “Qardaş nə qədər atır o restorandakı” Təqsirləndirilən şəxs1: “Hələ baxmamışam vasmoydayam hal-hazırda” Təqsirləndirilən şəxs2: “Hə baxda əxi bax işimizi bilək də sonra” Təqsirləndirilən şəxs1: “Bildim e şeyə de də İsmayıla de” Təqsirləndirilən şəxs2: “Aha” Təqsirləndirilən şəxs1: “De ki bəs şey eliyək sən şey elə mən dedim sən də denən” Təqsirləndirilən şəxs2: “İsmayıl rayondan təzə gəlib” Təqsirləndirilən şəxs1: “Bildim hə bildim namazını qılsın çıxsın da Yasamaldadı da uzaq deyil ki mindi avtobusa fso var hər yerdə” Təqsirləndirilən şəxs2: “Hə hardan göndərməlidi bankdan?” Təqsirləndirilən şəxs1: “Hə də bankdan” Təqsirləndirilən şəxs2: “Hansı bankdan?” Təqsirləndirilən şəxs1: “Bank (kiməsə deyir: dayan gəlirəm) "xxxx"-dan mən misal üçün həmişə edirəm bilmirəm bəlkə banklarda edir” Təqsirləndirilən şəxs2: “Əxi mən bilmirəm axı hardan göndərirlər İsmayılla sən danışsan məsləhətli olmaz?” Təqsirləndirilən şəxs1: “Kontur olsa danışardım əxican” Təqsirləndirilən şəxs2: “Hmm İsmayıla deyərəm səni yığar” Təqsirləndirilən şəxs1: “Yaxşı” Təqsirləndirilən şəxs2: “Yaxşı oldu salam aleykum va rahamatullah” Təqsirləndirilən şəxs1: “Aleykum salam va rahamatullah” (Cild 1, i.v.275-277;).
50. Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2 saylı MKİS tərəfindən Təqsirləndirilən şəxs1 barəsində tərtib edilmiş 4 aprel 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai rayonu P.Həşimov küçəsində 201 nömrəli evdə qeydiyyatsız yaşayır. Çoxsaylı sakinlərin sözlərinə görə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatdıqdan sonra vəhabizim dini cərəyanını qəbul edərək onun təbliğatı ilə məşğul olmuşdur. Məhz bu baxımdan qonşular onu xoşagəlməz insan kimi qəbul edərək özlərini və övladlarını ondan kənar saxlamağa çalışmışdır (Cild 2, i.v.31-32;).
51. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X62 2 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 2, i.v.33;).
52. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Əks-Kəşfiyyat Baş İdarəsinin 20 aprel 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, eləcə də onun xarici xüsusi xidmət orqanları ilə əlaqələrinə dair Baş İdarəyə məlumat daxil olmamışdır (Cild 2, i.v.43;).
53. “Ambulator məhkəmə-psixiatrik ekspertizası”nın 2 aprel 2024-cü il tarixli, 866 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai-təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (Cild 1, i.v. 46-49;).
54. DTX-nin Terrorçuluğa qarşı Mübarizə Baş İdarəsinin 5/1524 nömrəli 25 aprel 2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adlarına pul köçürdüyü, Türkiyə Respublikasında olan Abdenafaa Lalouani, Hicham Amzgane və ibrahim MM Albanna adlı şəxslərin müəyyənləşdirilməsi məqsədi ilə beynəlxalq əməkdaşlıq xətti ilə Türkiyəli tərəfdaşlara sorğu göndərilmiş, lakin bugünədək cavab məktubu daxil olmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 bank kartına müxtəlif vaxtlarda pul vəsaiti köçürmüş şəxslər - xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 (***-***-**-**), xx.xx.2001-ci təvəllüdlü, Sabirabad rayonu, Salmanlı kəndində qeydiyyatda olan X52 (***- ***-**-**), xx.xx.1969-cu il təvəllüdlü, Göygöl rayonu, Yeni Qızılca kəndində qeydiyyatda olan X33 (pulun oğlu, xx.xx.1992-ci il təvəllüdlü X46 tərəfindən göndərilməsi ehtimal olunur, tel:***-***-**-**). xx.xx.1968-ci il təvəllüdlü, ünvan 8 ünvanında qeydiyyatda olan X16 (pulun oğlu xx.xx.2001-ci il təvəllüdlü X53 tərəfindən göndərilməsi ehtimal olunur, tel:***-***-**-**), xx.xx.2002-ci il təvəllüdlü, Masallı rayonu, Təkləoba kəndində qeydiyyatda olan və ünvan 9 ünvanında yaşayan X36 (***-***-**-**) və xx.xx.1986-cı il təvəllüdlü, ünvan 10 ünvanında qeydiyyatda olan X34 (***-***-**-**) müəyyənləşdirilmişdir. X19 müəyyənləşdirmək mümkün olmamışdır (Cild 2, i.v.52;).
55. “Baxış keçirilməsi barədə” 30 aprel 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, qeyd edilən tarixdə Şahid1 iştirakı ilə sonuncuya məxsus 1 (bir) ədəd “İphone X” markalı mobil telefona saat 16:30-dan saat 17:10-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, 1 (bir) ədəd "İphone X" markalı mobil telefon aparatı 1 sim kartlıdır. Telefonun üzərinə "Azercell Telecom" mobil rabitə operatoruna məxsus +994 50 *** ** ** mobil telefon nömrəsi quraşdırılmışdır. Mobil telefonun əsas menyusuna keçirilən baxış zamanı telefona yazılmış "WhatsApp" mobil tətbiqinə daxil olundu. “WhatsApp” mobil tətbiqində Şahid1 +994 50 *** ** ** mobil nömrə ilə qeydiyyatdan keçdiyi müəyyən olunmuşdur. “WhatsApp” mobil tətbiqində olan mesajlar bölümünə daxil olduqda Şahid1 ilə sonuncunun qardaşı iş materiallarında adı keçən “İdris” dini ləqəbli X12 məxsus +90 538 *** ** ** mobil nömrə arasında çoxsaylı səsli və yazılı mesajlar olduğu müəyyən olunmuşdur. Eyni zamanda Kamran Şıxəliyevin istifadəsində olan +90 538 *** ** ** mobil nömrədən Şahid1 istifadəsində olan +994 50 *** ** ** saylı mobil nömrə çoxsaylı foto və videolar göndərildiyi müəyyən edilmişdir (Cild 2, i.v. 57-61;).
56. “Kompakt diskə baxış keçirilməsi barədə” 1 may 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə 26 aprel 2024-cü il, 3-39-9/1-1262/24 nömrəli məktubla daxil olmuş kompakt diskə saat 09:30-dan saat 10:00-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, kompakt diskin daxilində 02 ədəd “xx.xx.2023 Təqsirləndirilən şəxs1.pdf” və “Təqsirləndirilən şəxs1 TPK.xlsx” adlı fayllar vardır. “xx.xx.2023 Təqsirləndirilən şəxs1.pdf” adlı fayla daxil olduqda iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş bank əməliyyatı zamanı təqdim edilmiş şəxsiyyət vəsiqəsinin surəti, aparılmış əməliyyata dair bank qəbzi və pul vəsaitinin köçürülməsi ilə bağlı şəxsin ərizəsinin fotoşəkilləri müəyyən edilmişdir. Belə ki, faylın birinci səhifəsində Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsinin surətinin ön və arxa üzünün şəkilləri əks olunmuşdur. Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Əhmədli filialında “Western Union” sürətli valyuta köçürmə sistemi vasitəsi ilə Türkiyə Respublikasına “HİCHAM AMZGANE” adlı şəxsə 175 dollar məbləğində pul vəsaiti göndərməsini təsdiq edən bank qəbzinin fotoşəkili əks olunmuşdur. Həmin faylın üçüncü səhifəsində pul vəsaitinin köçürməsi ilə bağlı Təqsirləndirilən şəxs1 ərizəsinin fotoşəkli əks olunmuşdur. Ərizəsini imzası ilə təsdiq etmişdir. “Təqsirləndirilən şəxs1 TPK.xlsx” adlı fayla daxil olduqda iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə həyata keçirilmiş bank əməliyyatları müəyyən edilmişdir. Belə ki, fayldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən müvafiq olaraq, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Əhmədli filialında “Western Union” sürətli valyuta köçürmə sistemi vasitəsi ilə Türkiyə Respublikasına “ABDENAFAA LALOUANİ” adlı şəxsə 103 dollar, xx.xx.2023-cü il tarixdə həmin bankda həmin sistem vasitəsi ilə Türkiyə Respublikasına “HİCHAM AMZGANE” adlı şəxsə 176,58 dollar, xx.xx.2024-cü il tarixdə həmin bankda həmin sistem vasitəsi ilə Türkiyə Respublikasına “İBRAHİM ALBANNA” adlı şəxsə 106,05 dollar olmaqla ümumilikdə 385,63 dollar məbləğində valyuta mübadilə əməliyyatı edilmişdir (Cild 2, i.v.62-64;).
57. “Kompakt diskə baxış keçirilməsi barədə” 23 may 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə 22 may 2024-cü il, 3-39-9/1-1552/24 nömrəli məktubla "xxxx" MMC-dən daxil olmuş kompakt diskə saat 14:20-dən saat 14:40-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, “WUService” kimi qeyd edilmiş hesabdan iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş +**********26 mobil nömrəyə xx.xx.2023-cü il saat 16:50:46, xx.xx.2023-cü il saat 19:57:21, xx.xx.2024-cü il saat 19:23:06 dəqiqədə SMS məlumatlarının göndərildiyi müəyyən edilmişdir. Qeyd edilən SMS məlumatlarının göndərilmə tarixi və saatı ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus “X89 11” markalı “2201117TG” modelli mobil telefonun əsas menyusuna baxış zamanı telefonun yaddaşında olan “Mesajlar” bölməsində müəyyən edilmiş “Western Union: Abdenafaa pul köçürmənizin MTCN-ni ********** aldı.”, “Western Union: Hicham pul köçürmənizin MTCNni ********** aldı.”, “Western Union: İbrahim Mm pul köçürmənizin MTCN-ni ********** aldı.” məzmunlu yazılı mesajların qəbul edilmə tarixi və saatı eynilik təşkil edir (Cild 2, i.v.102;).
58. “Sənədlərə baxış keçirilməsi barədə” 05 iyun 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə 30 may 2024-cü il, 2618 nömrəli məktubla "xxxx" ASC-dən daxil olmuş sənədlərə baxış saat 16:30-dən saat 17:40-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, sənədlərdə iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə "xxxx" ASC-nin Əhmədli filialında “Western Union” sürətli pul köçürmə sistemi vasistəsilə aparılmış əməliyyatlara dair bank qəbzlərinin, pul vəsaitinin köçürülməsi ilə bağlı şəxsin ərizələrinin, eləcə də həyata keçirilmiş bank əməliyyatları zamanı təqdim edilmiş ona məxsus şəxsiyyət vəsiqəsinin əsli ilə düz olan surətləri müəyyən edilmişdir. Qeyd edilən məlumatların Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən 26 aprel 2024-cü il tarixli 3-39-9/1-1262/24 nömrəli məktubla daxil olmuş kompakt diskdəki məlumatlarla eynilik təşkil etməsi müəyyən edilmişdir (Cild 2, i.v.109-118, 123-128;).
59. “Kompakt diskə baxış keçirilməsi barədə” 28 iyun 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə 21 iyun 2024-cü il tarixli məktubla "xxxx" ASC-dən daxil olmuş kompakt diskə saat 09:45-dən saat 10:35-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, kompakt diskin daxilində 01 ədəd “Təqsirləndirilən şəxs1”.xlsx adlı excel faylı vardır. “Təqsirləndirilən şəxs1”.xlsx adlı excel faylına daxil olduqda orada “Müştəri məlumatı”, “Unibank ATM”, “Digər bank ATM”, “İnternet”, “Unibank tətbiqi ilə CardtoCard”, “Terminal vasitəsi ilə əməliyyat” adlı bölmələrin olduğu müəyyən edilmişdir. “Müştəri məlumatı” adlanan bölməyə daxil olduqda orada iş üzrə Təqsirləndirilən şəxs1 məxsus 409858******0270 nömrəli bank kartının Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2023-cü il tarixdə açıldığı, ona dair şəxsi məlumatların, yəni doğum tarixinin (xx.xx.2001), əlaqə nömrəsinin (5********) əks olunduğu müəyyən edilmişdir. “Unibank ATM” adlanan bölməyə daxil olduqda M.Hadi küçəsi 33 ünvanında yerləşən "xxxx" K.B. ASC-yə məxsus bank terminalından 409858GVJUNT0270 nömrəli bank kartından xx.xx.2023-cü il tarixdə saat 15:53:01-də 175 manat, xx.xx.2023-cü il tarixdə saat 15:08:25-də 315 manat, xx.xx.2024-cü il tarixdə 16:43:44-də 180 manat məbləğində pul vəsaitinin məxaric olunduğu görünür. Sözügedən kart üzrə aparılmış məxaric əməliyyatlarına nəzər saldıqda görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus 409858*******0270 nömrəli bank kartından Təqsirləndirilən şəxs2 istifadəsində olan həmin banka aid karta xx.xx.2024-cü il tarixdə 175 manat pul vəsaiti köçürülmüşdür (Cild 2, i.v.129-143;).
60. “Məhkəmə-fonoskopik ekspertizası”nın 1 iyul 2024-cü il tarixli, 3-16-16/2-4/668 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd üzərində “Əbdülsaməd və Kamranın əsas səs yazıları” xüsusi qeydi olan CD diskdə mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində K1 kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “Əbdülsaməd və Kamranın əsas səs yazıları” xüsusi qeydi olan CD diskdə mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnlərində K2 kimi işarə olunmuş diktorun səsi və nitqi ilə 01 ədəd üzərində “Şahid1 mobil telefonundan aşkar edilmiş Kamran Şıxəliyevə məxsus səs yazıları” xüsusi qeydi olan CD diskdə mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən diktorun səsi və nitqi eyni şəxsə məxsusdur. Aparılmış tədqiqatın dəyəri 200(iki yüz) manatdır (Cild 2, i.v.176-181;).
61. “Kompakt diskə baxış keçirilməsi barədə” 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə 16 iyul 2024-cü il tarixli, 70tm nömrəli məktubla Maliyyə Monitorinq Xidmətindən daxil olmuş kompakt diskə saat 09:20-dən saat 09:55-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, "xxxx" adlı qovluğa daxil olduqda orada “Hesab çıxarışı bank formasında - Təqsirləndirilən şəxs2.xlsx”, “Hesab çıxarışı - Təqsirləndirilən şəxs2.xlsx”, “Müştəri profili -Təqsirləndirilən şəxs2.xlsx” adlı fayllar olduğu müəyyən edilmişdir. “45280001UP291533AA1” adlı bölməyə daxil olduqda orada Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş bank əməliyyatı müəyyən edildi. Belə ki, Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Neftçilər filialında “Western Union” sürətli valyuta köçürmə sistemi vasitəsi ilə Türkiyə Respublikasına OUALİD HADEF adlı şəxsə 100 dollar məbləğində valyuta mübadilə əməliyyatı edilmişdir. “Konvertasiya” adlı bölməyə daxil olduqda orada xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Neftçilər filialında Təqsirləndirilən şəxs2 170.25 manat müqalibində həmin tarixdəki məzənnəyə uyğun yəni, 1.7025 məzənnə üzrə 100 ABŞ dollarının konvertasiya edilərək satışının həyata keçirildiyi görünür. “Müştəri profili - Təqsirləndirilən şəxs2.xlsx” adlı fayl daxil olduqda orada Təqsirləndirilən şəxs2 aid olan şəxsi məlumatlar yəni, soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin FİNİ (xxxxxxx) və nömrəsi (********), doğum tarixi (xx.xx.2000) və digər məlumatlar əks olunmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******5529 nömrəli bank kartının balansına ödəmə terminalı vasitəsi ilə 175 manat pul vəsaitinin köçürüldüyü, daha sonra “Mobil Bankçılıq” proqramı vasitəsilə həmin tarixdə Şahid3 istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******9116 nömrəli bank kartına 175 manat pul vəsaitinin mədaxil olduğu müəyyən edilmişdir. “Kart hesabı üzrə vahid çıxarış Şahid3.xls” adlı fayla daxil olduqda orada xx.xx.2024-cü il tarixdə Şahid3 istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******9116 nömrəli bank kartına Təqsirləndirilən şəxs2 istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******5529 nömrəli bank kartından “Mobil Bankçılıq” proqramı vasitəsi ilə 175 manat pul vəsaitinin köçürüldüyü, daha sonra həmin tarixdə 175 manat pul vəsaitinin “ATM”-dən məxaric edildiyi müəyyən edilmişdir. “Təqsirləndirilən şəxs2 2985.xlsx” adlı fayla daxil olduqda orada Təqsirləndirilən şəxs2 istifadəsində olan "xxxx" K.B. ASC-yə məxsus 409858******2985 nömrəli bank kartı üzrə həyata keçirilmiş mədaxil və məxaric əməliyyatları müəyyən edilmişdir. Sözügedən kart üzrə mədaxil əməliyyatlarına nəzər saldıqda görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan "xxxx" K.B. ASC-yə məxsus 409858******2985 nömrəli bank kartına Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə 175 manat pul vəsaiti köçürülmüşdür (Cild 2, i.v.227-238;).
62. "xxxx" MMC-dən daxil olmuş məktub və qoşmasına baxış keçirilməsi barədə” 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 tərəfindən 8 fevral 2024-cü il tarixdə "xxxx" MMC-nin İsmayıllı poçt filialının Qəbələ Mərkəz Xidmətində hesab açmadan beynəlxalq pul köçürməsi vasitəsilə Türkiyə Respublikasına “Amiri Khalid” adlı şəxsə 100 ABŞ dolları məbləğində pul vəsaiti köçürüldüyü müəyyən edilmişdir (Cild 2, i.v.239;).
63. “Tutulma” haqqında protokoldan görünür ki, 30 iyul 2024-cü il tarixdə, saat 13:40dan 13:55-dək dəqiqəyədək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində bilavasitə şübhəli bilinərək saxlanılmaqla X65 tərəfindən müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X22 iştirakı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1ci maddəsi ilə şübhəli şəxs qismində tutulmasına dair protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 30 iyul 2024-cü il tarixdə, saat 10:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.250-251;).
64. 30 iyul 2024-cü il tarixli ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar X65 tərəfindən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X22 iştirakı ilə tərtib edilmiş protokoldan görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində olan “Redmi 7” markalı mobil telefon cihazı, **********992985 nömrəli “Leo Bank” bank kartı, **********542718 və **********095529 nömrəli "xxxx" bank kartları götürülmüşdür (Cild 2, i.v.262;).
65. “Fotoşəkil üzrə tanıma” haqqında 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, saat 09:55-dən 10:10-dək X65 tərəfindən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X22 iştirakı ilə mülki geyimdə olan 4 nəfər kişi cinsli şəxsin əksi çap edilmiş fotocədvəl iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Protokoldan görünür ki, foto şəkillər üzrə tanınma istintaq hərəkəti zamanı E.R.X1 tanıyaraq həmin şəxsin ibtidai istintaq zamanı barəsində ifadə verdiyi “İdris” dini ləqəbli Kamran Şıxəliyev olduğunu, sonuncu ilə “Whatsapp” sosial şəbəkəsində əlaqə saxlayan zaman Kamranın bir neçə dəfə özünün fotoşəklini ona göndərdiyini bildirmişdir (Cild 2, i.v.263-265;).
66. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 31 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilməklə mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə ona izah edilmişdir (Cild 3, i.v. 1-2;).
67. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 4(009)-403/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 30 iyul 2024-cü il tarixdən hesablanmaqla 14 noyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Eyni zamanda, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti 14 mart 2025-ci il tarixədək uzadılmışdır (Cild 3, i.v. 22-26; Cild 4, i.v. 68-71;).
68. “Plastik bank kartlarına baxış keçirilməsi barədə” 2 avqust 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 3 (üç) ədəd plastik bank kartına saat 10:05-dən 10:45-dək X65 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, bank kartının ön tərəfində “birbank”, “Cashback” “VİSA” sözləri, “wifi” işarəsi vardır. Bank kartının arxa tərəfində “4169 7388 7309 5529”, “09/25”, “274” rəqəmləri, habelə “AZN” sözləri qeyd olunmuşdur. Digər bank kartının ön tərəfində “Leobank”, “VİSA” sözləri, “wifi” işarəsi vardır. Bank kartının arxa tərəfində isə “4098 5844 5099 2985”, “07/26”, “869” rəqəmləri, habelə “EXP”, “CVV” sözləri qeyd olunmuşdur (Cild 3, i.v. 31-33;).
69. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 5 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamış şəxsdir (Cild 3, i.v.46;).
70. Bakı şəhəri Nizami rayonu MKTB-nin 57 saylı MKİS tərəfindən təqdim edilmiş 8 avqust 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Qara Qarayev küçəsi 61 saylı evin 81 nömrəli mənzilində kirayənişin kimi qeydiyyatdadır. Təqsirləndirilən şəxs2 qonşuların dediyinə görə dindardır, qapalı həyat tərzi keçirərək ətrafdakılarla əlaqə saxlamır, yaşadığı ünvanda görünməsi gec-gec müşahidə olunur (Cild 3, i.v. 62-64;).
71. “Baxış keçirilməsi barədə” 15 avqust 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs2 məxsus “X78 20 Ultra” markalı, “SM-N985F/DS” modelli və “Redmi 7” markalı “M1810F6LG” modelli mobil telefonlara saat 10:20-dan saat 12:00-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, "X78 20 Ultra" markalı "SM-N985F/DS" modelli mobil telefon aparatı 2 sim kartlıdır. Telefonun üzərinə "MagaFon" adlı mobil rabitə operatoruna məxsus +7 925 *** ** ** mobil telefon nömrəsi quraşdırılmışdır. Mobil telefonun əsas menyusuna keçirilən baxış zamanı telefonun yaddaşına "Tevhid Meali", "Müsəlmanın Qalası", "myQuran", "Muslim Pro", "X69" və "Quran" adlı dini məzmunlu mobil tətbiqlərin quraşdırıldığı müəyyən edilmişdir. Telefonun yaddaşında olan "Soobheniə" bölməsində "WUService" kimi qeyd edilmiş hesabdan Təqsirləndirilən şəxs2 istifadəsində olan qeyd edilən mobil telefona saat xx.xx.2024-cü il tarix saat 18:59-da "Western Union: Lajm i mirë, Oualid e ka marrë me sukses transfertën tuaj me MTCN **********." məzmunlu yazılı mesaj göndərildiyi müəyyən edilmişdir. Əlavə olaraq həmin mobil telefon cihazında iş üzrə əhəmiyyət kəsb edən digər məlumat aşkar edilməmişdir. "Redmi 7" markalı "M1810F6LG" modelli mobil telefon 1 sim kartlıdır. Telefonun üzərinə "Azercell" mobil rabitə operatoruna məxsus +994 51 *** ** ** mobil telefon nömrəsi quraşdırılmışdır. Baxış zamanı həmin mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (Cild 3, i.v. 107-109;).
72. “Maddi sübut kimi tanımaq haqqında” 21 avqust 2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus “X89 11” markalı "2201117TG" modelli mobil telefon və ona quraşdırılmış +994 55 *** ** ** mobil nömrə və "xxxx" K.B. ASC-yə məxsus “4098 5844 9297 0270” nömrəli bank kartı iş üzrə maddi sübut kimi tanınmışdır (Cild 3, i.v. 115-118;).
73. “Kompakt diskə baxış keçirilməsi barədə” 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə "xxxx" ASC-dən 30 avqust 2024-cü il tarixli 3-39-9/1- 2580/24 nömrəli məktubla daxil olmuş kompakt diskə saat 15:20-dən saat 16:15-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, diskin daxilində 01 ədəd “Təqsirləndirilən şəxs2” adlı qovluq vardır. Həmin qovluğun içərisində “AZ69JBBK004511001UP291533AA1” adlanan bölməyə daxil olduqda orada cinayət işi üzrə Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Neftçilər filialında həyata keçirilmiş bank əməliyyatı müəyyən edildi. Belə ki, Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə ilkin olaraq təcili pul köçürülməsi ilə bağlı 171.7 manat pul vəsaiti "xxxx" ASC-nin Neftçilər filialında hesaba mədaxil edilərək 100 dollar pul vəsaitinə konvertasiya edilmiş, daha sonra isə "xxxx" ASC-nin Neftçilər filialında “Western Union” sürətli valyuta köçürmə sistemi vasitəsi ilə Türkiyə Respublikasına OUALİD HADEF adlı şəxsə qeyd edilən 100 dollar məbləğində pul vəsaiti göndərilmişdir (Cild 3, i.v.134- 135;).
74. “Kompakt diskə baxış keçirilməsi barədə” 4 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə "xxxx" MMC-dən 30 avqust 2024-cü il tarixli 3-39-9/1- 2573/24 nömrəli məktubla daxil olmuş kompakt diskə saat 16:45-dən 17:10-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, diskə baxış zamanı “WUService” kimi qeyd edilmiş hesabdan iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş +**********87 mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 18:59:51-də “Lajm i mirë, Oualid e ka marrë me sukses transfertën tuaj me MTCN **********” məzmunlu SMS məlumatlarının göndərildiyi müəyyən edilmişdir. Qeyd edilən SMS məlumatlarının göndərilmə tarixi və saatı ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məxsus “X78 20 Ultra” markalı “SM-N985F/DS” modelli mobil telefonun əsas menyusuna baxış zamanı telefonun yaddaşında olan “Soobheniə” bölməsində müəyyən edilmiş “Western Union: Lajm i mirë, Oualid e ka marrë me sukses transfertën tuaj me MTCN **********.” məzmunlu yazılı mesajın qəbul edilmə tarixi və saatı eynilik təşkil edir. Bundan əlavə kompakt diskin daxilində olan **********87.txt adlı fayla daxil olduqda iş üzrə Təqsirləndirilən şəxs2 məxsus +**********87 mobil nömrə ilə digər Təqsirləndirilən şəxs1 məxsus +**********26 mobil nömrə arasında 10 yanvar 2024-cü il saat 14:45 dəqiqədə 102 saniyə davam edən telefon danışığının aparıldığı müəyyən edilmişdir (Cild 3, i.v.136-137;).
75. “Kompakt diskə baxış keçirilməsi barədə” 23 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Maliyyə Monitorinqi Xidmətindən 19 sentyabr 2024-cü il tarixli 3-39-9/2789/24 nömrəli məktubla daxil olmuş kompakt diskə saat 09:45-dən saat 10:15-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, diskə baxış zamanı “Elnur Rafiyev” adlı qovluq, “KHALİD AMİRİ.xlsx”, “Sorgu_**********30AR.xlsx”, “SPK Hesab çıxarışı Təqsirləndirilən şəxs2.xlsx” adlı fayllar vardır. “Elnur Rafiyev” adlı qovluğa daxil olduqda daxilində 6 ədəd müvafiq olaraq “AFB”, "xxxx", "xxxx", “Turanbank”, "xxxx", “Ziraat Bank Azərbaycan” adlı qovluqlar olduğu müəyyən edildi. Həmin qovluqlarda olan fayllardakı məlumatlar 30 iyul 2024-cü il tarixli 9-2263 nömrəli məktubla daxil olmuş Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətinin 16 iyul 2024-cü il tarixli 70tm nömrəli məktubu və qoşması olan 01 (bir) ədəd kompakt diskdəki məlumatlarla eynilik təşkil edir. “Sorgu_**********30AR.xlsx” adlı excel faylına daxil olduqda orada Şahid3 tərəfindən 08 fevral 2024-cü il tarixdə "xxxx" MMC-nin İsmayıllı poçt filialının Qəbələ Mərkəz Xidmətində hesab açmadan beynəlxalq pul köçürməsi vasitəsilə Türkiyə Respublikasına “Amiri Khalid” adlı şəxsə 100 ABŞ dolları məbləğində pul vəsaiti köçürüldüyü müəyyən edilmişdir. “SPK Hesab çıxarışı Təqsirləndirilən şəxs2.xlsx” adlı excel faylına daxil olduqda orada cinayət işi üzrə Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Neftçilər filialında həyata keçirilmiş bank əməliyyatı müəyyən edildi. Belə ki, Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2024-cü il tarixdə ilkin olaraq təcili pul köçürülməsi ilə bağlı 171.7 manat pul vəsaiti "xxxx" ASC-nin Neftçilər filialında hesaba mədaxil edilərək 100 dollar pul vəsaitinə konvertasiya edilmiş, daha sonra isə "xxxx" ASC-nin Neftçilər filialında “Western Union” sürətli valyuta köçürmə sistemi vasitəsi ilə Türkiyə Respublikasına “OUALİD HADEF” adlı şəxsə qeyd edilən 100 dollar məbləğində pul vəsaiti göndərilmişdir (Cild 3, i.v.161;).
76. DTX-nin Terrorçuluğa qarşı mübarizə baş idarəsinin 5/3638 nömrəli 03 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 "Əhli Sünnə vəl cəməat” qrupununun adminlərindən biri olmuşdur (Cild 3, i.v.251-252;).
77. “Kompakt diskə baxış keçirilməsi barədə” 07 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə "xxxx" K.B ASC-dən 05 oktyabr 2024-cü il tarixli 3-39-9/1- 2949/24 nömrəli məktubla daxil olmuş kompakt diskə saat 16:30-dan saat 17:10-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, diskin daxilində 03 ədəd “2985”.xlsx, “4053”.xlsx, “9618”.xlsx adlı excel faylları vardır. “2985”.xlsx adlı excel faylına daxil olduqda orada “Müştəri məlumatı”, “Unibank ATM”, “Digər bank ATM”, “Unibank POS-terminal”, “Digər bank POS-terminal”, “İnternet”, “Unibank tətbiqi ilə CardtoCard”, “Digər bank tətbiqilə CardtoCard”, “Terminal vasitəsi ilə əməliyyat”, “Kart qalığına faiz”, “Hesabdan karta”, “Sürətli pul köçürmələri” adlı bölmələrin olduğu müəyyən edilmişdir. “Müştəri məlumatı” adlanan bölməyə daxil olduqda orada iş üzrə Təqsirləndirilən şəxs2 məxsus 409858EUXJYD2985 nömrəli bank kartının Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2021-ci il tarixdə açıldığı, ona dair şəxsi məlumatların, yəni doğum tarixinin (xx.xx.2000), əlaqə nömrəsinin (5********), şəxsiyyət vəsiqəsinin FİN kodunun (xxxxxxx) əks olunduğu müəyyən edilmişdir. “Unibank ATM” adlanan bölməyə daxil olduqda Q.Qarayev küçəsi 66 ünvanında yerləşən "Unibank K.B.” ASC-yə məxsus bank terminalından 409858EUXJYD2985 nömrəli bank kartından xx.xx.2024-cü il tarixdə saat 09:07:37-də 175 manat, xx.xx.2024cü il tarixdə 15:32:21-də 180 manat məbləğində pul vəsaitinin məxaric olunduğu görünür. “Unibank tətbiqi ilə CardtoCard” adlanan bölməyə daxil olduqda iş üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş "xxxx" K.B. ASC-yə məxsus 409858EUXJYD2985 nömrəli bank kartına "xxxx" K.B. ASC-nin mobil bankçılıq tətbiqi vasitəsi ilə həyata keçirilmiş mədaxil və məxaric əməliyyatları müəyyən edildi. Həmin bölmədə olan məlumatlar 30 iyul 2024-cü il tarixli 9-2263 nömrəli məktubla daxil olmuş Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətinin 16 iyul 2024-cü il tarixli 70tm nömrəli məktubu və qoşması olan 01 (bir) ədəd kompakt diskdəki məlumatlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. “9618”.xlsx adlı excel faylına daxil olduqda orada da “Müştəri məlumatı”, “Unibank ATM”, “Digər bank ATM”, “Unibank POS-terminal”, “Digər bank POS-terminal”, “İnternet”, “Unibank tətbiqi ilə CardtoCard”, “Digər bank tətbiqilə CardtoCard”, “Terminal vasitəsi ilə əməliyyat”, “Kart qalığına faiz”, “Hesabdan karta”, “Sürətli pul köçürmələri” adlı bölmələrin olduğu müəyyən edildi. Həmin faylda olan məlumatlar da 30 iyul 2024-cü il tarixli 9-2263 nömrəli məktubla daxil olmuş Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətinin 16 iyul 2024-cü il tarixli 70tm nömrəli məktubu və qoşması olan 01 (bir) ədəd kompakt diskdəki məlumatlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir (Cild 3, i.v.285-286;).
78. “Məhkəmə-fonoskopik ekspertizasının” 16 sentyabr 2024-cü il tarixli, 4/1281 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1(bir) ədəd üzərində “Telefon danışığı” xüsusi qeydi olan CD diskdə mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində K1 kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs1, K2 kimi işarə olunmuş diktorun səsi və nitqi isə – Təqsirləndirilən şəxs2 məxsusdur. Aparılmış tədqiqatın dəyəri 100(bir yüz) manatdır (Cild 4, i.v.8-13;).
79. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X62 20 noyabr 2024-cü il sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 4, i.v.97;).
80. “Ambulator məhkəmə-psixiatrik ekspertizası”nın 01 oktyabr 2024-cü il tarixli, 2849 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai-təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (Cild 4, i.v. 110-113;).
81. “Kompakt diskə baxış keçirilməsi barədə” 30 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə "xxxx" K.B ASC-dən 3-39-9/1-3569/24 nömrəli məktubla daxil olmuş kompakt diskə saat 10:05-dan 10:20-dək X65 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı kompakt diskdə olan “DTX 08” adlı qovluğun içərisində olan faylların 30 iyul 2024-cü il tarixli 9-2263 nömrəli məktubla daxil olmuş Azərbaycan Respublikası Maliyyə Monitorinq Xidmətinin 16 iyul 2024-cü il tarixli 70tm nömrəli məktubu və qoşması olan kompakt diskdəki məlumatlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir (Cild 4, i.v. 114;).
82. “Məhkəmə kompüter-texniki ekspertizası”nın 20 noyabr 2024-cü il tarixli, 5/1204 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olmaqla təqdim edilmiş 1(bir) ədəd cihaz, sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təchiz olunmuş “X7820 Ultra” markalı “SM-N985F/DS” modelli və “**********23728, **********23729” “İMEİ” kodlu mobil telefondur. Tədqiq olunan “X7820 Ultra” markalı “SM-N985F/DS” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zəng qeydləri, ani mesajlar, audio, foto, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar və onlar əsasında tərtib edilən (Extraction Report) hesabatlar “Ekspertiza 5- 1204” adlı qovluqda xarici yaddaş qurğusuna köçürüldü. Təqdim edilmiş “X7820 Ultra” markalı “SM-N985F/DS” modelli mobil smartfonun yaddaşındakı “Google Chrome”, “Yandex” və “İnternet” brauzerlərinin “History” bölmələrinə baxış nəticəsində, “Google Chrome” brauzerinin “History” bölməsində və “İnternet” brauzerinin “History/Video History” bölməsində məlumatlar müəyyən edildi. Tədqiqat prosesinin təsviri hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan mobil smartfonun yaddaşındakı “Google Chrome” brauzerinin “History” bölməsində və “İnternet” brauzerinin “History/Video History” bölməsindəki məlumatların ekran görüntüləri “UFED 4PC” markalı proqram təminatının “Screenshots” funksiyasının tətbiqi ilə çəkilərək “Ekspertiza 5-1204/Ekran görüntüləri” adlı qovluqda xarici yaddaş qurğusuna köçürülmüşdür. Aparılmış tədqiqatın dəyəri 100(bir yüz( manatdır (Cild 4, i.v. 115-120;).
83. “Baxış keçirilməsi barədə” 3 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə 20 noyabr 2024-cü il tarixli 5-1204 nömrəli məhkəmə kompüter-texniki ekspertizasının rəyi ilə əldə edilmiş Təqsirləndirilən şəxs2 məxsus “X78 20 Ultra” markalı mobil telefonun yaddaşının bərpasının köçürüldüyü “SanDisk” markalı xarici yaddaş qurğusuna saat 14:20-dan saat 15:10-dək X65 tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, həmin xarici yaddaş qurğusunun daxilində “Ekspertiza 5-1204” adlı qovluq vardır. “Ekspertiza 5-1069” adlı qovluğun daxilində “Advanced Logical [ Android Backup ]”, “Ekran görüntüləri”, “File System [ Android Backup ]” adlı qovluqların olduğu müəyyən edildi. “Advanced Logical [ Android Backup]” adlı qovluğun daxilində “Samsung GSM_SM- N985F Galaxy Note 20 Ultra” adlı qovluğun olduğu müəyyən edilmişdir. “Samsung GSM_SM-N985F Galaxy Note 20 Ultra” adlı qovluğun daxilində isə “AccountPackage”, “files”, “gps”, “icons”, “pages”, “resources”, “thumbnails” adlı qovluqlar və “Samsung GSM_SM-N985F Galaxy Note 20 Ultra_2024-11-22_Report”.html adlı faylın olduğu müəyyən edilmişdir. “Files” adlı qovluğa daxil olduqda orada “Application”, “Archives”, “Audio”, “Configuration”, “Database”, “Document”, “İmage”, “Text” və “Video” adlı qovluqların olduğu müəyyən edilmişdir. “İmage” adlı qovluğa daxil olduqda orada 08 fevral 2024-cü il saat 07:56-da yaradılmış “-**********219873971”.jpg, 12 mart 2024-cü il saat 18:54-də yaradılmış “33f6aab948197db87201a2940ecd0aa8f2884abc1a34bc2c1564351da311a”.jpg adlı, 12 mart 2024-cü il saat 18:54-də yaradılmış “d610965b8b7bf0eab6eabb9fd52d0a 264eddaa42f609e6b81ef4fb578c8914”.jpg adlı və 14 mart 2024-cü il saat 02:48-də yaradılmış “**********003612402”.jpg adlı fotoşəkil faylları müəyyən edilmişdir. “-**********219873971”.jpg adlı fotoşəkil faylında “Kişisel detaylar”, “Adı: KHALİD”, “Soyadı: AMİR” sözləri əks olunmuşdur. “33f6aab948197db87201a2940ecd0aa8f2884abc1a34bc2c1564351da311a”.jpg adlı fotoşəkil faylında üzərində “Western Union”, “Zaəvlenie dlə otpravleniə deneq”, “OTPRAVİTELĞ: ELNUR RAFİYEV”, “POLUÇATELĞ: OUALİD HADEF”, "xxxx", “VÖEN: **********”, “Neftçilər filialı”, ”12 MAR 2024”, “3”, “Xidmət bölməsi” söz, rəqəm və işarələr olan bank qəbzi əks olunmuşdur. “d610965b8b7bf0eab6eabb9fd52d0a264eddaa42f609e6b81ef4fb578c8914”.jpg adlı fotoşəkil faylında “Kişisel detaylar”, “Adı: OUALİD”, “Soyadı: HADEF” sözləri əks olunmuşdur. “**********003612402”.jpg adlı fotoşəkil faylında “İdris” dini ləqəbli Kamran Şıxəliyev olması ehtimal edilən başında maska və üzərində hərbi geyim olan şəxs əks olunmuşdur (Cild 4, i.v. 121-124;).
84. Qəbələ rayon Əmirvan kənd tam orta məktəbi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində tərtib edilərək təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oxuduğu müddət ərzində özünü bacarıqlı, tərbiyəli bir şagird kimi tanıtmışdır. O, özünün intizamı ilə həmişə yoldaşlarına nümunə olmuşdur. Qabiliyyətli, nümunəvi davranışlı şagird olmaqla təhsil aldığı məktəb üzrə müsbət xarakterizə olunmuşdur (Cild 4, i.v. 130;).
85. “Maddi sübut kimi tanımaq haqqında” 4 dekabr 2024-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məxsus "X7820 Ultra" markalı "SM-N985F/DS" modelli mobil telefon və 20 noyabr 2024-cü il tarixli 5/1204 nömrəli məhkəmə kompüter-texniki ekspertizası rəyi ilə əldə olunaraq həmin mobil telefonun yaddaşının bərpa edilərək köçürülmüş üzərində "SanDisk" sözü olan xarici yaddaş qurğusu və "xxxx" K.B. ASC-yə məxsus "4098 5844 5099 2985" nömrəli bank kartı və "xxxx" ASC-yə məxsus "4169 7388 7309 5529" nömrəli bank kartı iş üzrə maddi sübut kimi tanınmışdır (Cild 4, i.v. 131-134;).
86. “Sübutların qiymətləndirilməsi haqqında” 07 fevral 2025-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək onlara həmin maddə ilə yeni məzmunda ittiham elan edilməsi, hazırkı cinayət işinin materiallarından barəsində cinayət təqibi aparılan digər şəxslər, eləcə də digər xüsusatlarla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə başqa cinayət işi ayrılması qərara alınmışdır (Cild 4, i.v. 164-209;).
87. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 12 fevral 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 214-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham yenidən elan olunmaqla hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 4, i.v. 210-213; 222-225;).
88. X65 tərəfindən tərtib edilmiş 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, üzərinə +994 51 *** ** ** mobil telefon nömrəsi quraşdırılmış 1(bir) ədəd “Redmi 7” markalı “M1810F6LG” modelli mobil telefon aparatı və "xxxx" ASC-yə məxsus “5103 0714 9754 2718” nömrəli bank kartı Təqsirləndirilən şəxs2 ailə üzvlərinə qaytarılması üçün müdafiəçisi Müdafiəçi3 təqsirləndirilən şəxsin iştirakı ilə təhvil verilmişdir (Cild 4, i.v. 236;).
89. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, X65 tərəfindən digər şəxslər, eləcə də sair xüsusatlarla bağlı ********** nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə başqa cinayət işi ayrılmaqla icraatına qəbul edilərək istintaqı aparılır (Cild 4, i.v. 237-241;).
90. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq N.M.İsayev tərəfindən 21 fevral 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 26 fevral 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 4, i.v. 267-303;).
91. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 1(101)-1110/2025 nömrəli məhkəmə hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxslər X17 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baıxşına təyin edilmişdir (Cild 5;).
92. Müdafiə tərəfindən təqdim edilmiş ərəb dilindən tərcümə edilmiş sənədlərdən görünür ki, 1 avqust 1992-ci ildə Bakı şəhərində anadan olmuş X2 Ərəb Respublikasında 1 may 1996-cı il təvəllüdlü X41 ilə evli olmaqla birgə nikahdan 31 iyul 2024-cü il təvəllüdlü Nəzrin adlı bir qız övladları vardır (Cild 5;).
93. DTX-nin 27 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası vətəndaşı X21 qeyriləri ilə cinayət əlaqəsinə girərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində silahlı münaqişələrdə iştirak etdiyinə, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qaunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmadığına, eləcə də o, cinayətkar birlik tərəfindən dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluq hərəkətlərinin törədilməsində iştirak etdiyinə görə 14 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.1, 214.2.6 və 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ölkə hüdudlarından kənarda olması səbəbindən barəsində beynəlxalq axtarış elan edilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müvafiq qərarı həbs qətimkan tədbiri seçilmişdir. Kamran Şıxəliyevə istinad edilən cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi çox saylı istintaq hərəkətləri – şahid, şübhəli və təqsirləndirilən şəxslərin ifadələri, baxış protokolları, fotoşəkil üzrə tanınma protokolları, əməliyyat tapşırıqların cavabları və sair sübutlarla sübuta yetirilmişdir. Bununla yanaşı, K.Şıxəliyev ölkə hüdudlarından kənarda 2021-ci ilin sonlarınadək “Taifatul Mansura” adlı qanunsuz sabit qrupun tərkibinə qoşularaq silahlı münaqişələrdə iştirak etmiş, 2022-ci ilin əvvəllərində isə o, Birləşmiş Millətlər Təşkilatı tərəfindən terror təşkilatı kimi tanınmış “Cəhbət ən-Nusra” adlı cinayətkar birliyin tərkibinə daxil olaraq fəaliyyətində iştirak etmişdir (Cild 5).
94. Müdafiə tərəfindən təqdim edilmiş diplom və təşəkkür məktublarından görünür ki, Təqsirləndirilən şəxs2 həqiqi hərbi xidmətdə olduğu dövrdə xidmət etdiyi hərbi hissədə müsbət xarakterizə olunmuş, habelə yaşadığı ərazi üzrə müxtəlif idman növləri üzrə yarışlarda iştirak edərək diplomlarla təltif olunmuşdur (Cild 5).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
95. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
97. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
98. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
99. CM-in 214-1-ci maddəsi əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
100. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 18 iyun 1999-cu il tarixli Qanunun 1-ci maddəsində terrorçuluq – ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir. Həmin maddədə terrorçunun – hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və ya icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxs olduğu, terror fəaliyyəti – isə terror aktlarını təşkil etmə, planlaşdırma, hazırlama və həyata keçirmə, fiziki və hüquqi şəxslər üzərində zorakılıq etmə, terror məqsədilə maddi obyektləri məhv etmə və ya zədələmə, terror aktlarının həyata keçirilməsi məqsədilə qanunsuz silahlı birləşmələr, cinayətkar qruplar yaratma, habelə belə aktlarda iştirak etmə, şəxsləri terrorçuluğa cəlb etmə, silahlandırma, onlara təlim keçmə və onlardan istifadə etmə, bilərəkdən terror təşkilatlarını və ya terror qruplarını maliyyələşdirmə və ya onlara digər yardımlar etmə ilə bağlı olan fəaliyyət olduğu qeyd edilmişdir. Terrorçuluğun maliyyələşdirilməsi əldə olunma mənbəyindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə CM-in 102, 214, 214-2, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 279, 280, 282 və 283-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin, yaxud terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya digər əmlakın qəsdən toplanılması və ya verilməsidir.
101. “Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə 1 oktyabr 2001-ci il tarixli Qanunun Preambulasında – “bu Konvensiyanın iştirakçısı olan dövlətlər, Baş Assambleyanın 1996-cı il 17 dekabr tarixli, 51/210 nömrəli qətnaməsinin 3-cü bəndinin (f) yarımbəndinə (burada Assambleya bütün dövlətləri müvafiq daxili tədbirlər görmək vasitəsi ilə terrorçuların və terror təşkilatlarının maliyyələşdirilməsinə, - bu cür maliyyələşdirilmənin bilavasitə, yaxud bilvasitə, - xeyriyyə, ictimai və ya mədəni məqsədlər güdən və ya güddüklərini iddia edən yaxud özləri də qeyri-qanuni silah göndərilməsi, narkotiklərin qanunsuz dövriyyəsi və hədələməklə pul qoparmaq, o cümlədən də ayrı-ayrı şəxslərdən terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsi məqsədləri ilə istifadə edilməsi kimi yasaq edilmiş fəaliyyət növlərinə cəlb olunmuş təşkilatlar vasitəsi ilə həyata keçirilməsindən asılı olmayaraq mane olmaq və bunun qarşısını almaq üçün tədbirlər görməyə və xüsusən də münasib olduqda terror məqsədləri üçün nəzərdə tutulduğu şübhə doğuran vəsaitlərin hərəkətlərinə mane olmaq və onun qarşısını almaqdan ötrü tənzimləmə tədbirləri görülməsi məsələsini, bu zaman qanuni kapitalın hərəkət azadlığını qətiyyən pozmadan və belə vəsaitlərin beynəlxalq hərəkəti barədə informasiya mübadiləsini fəallaşdırmaqla nəzərdən keçirməyə çağırmışdır) istinad edərək, terrorizmin maliyyələşdirilməsinin bütövlükdə beynəlxalq birliyi ciddi narahat etdiyini nəzərə alaraq, qeyd edilən bəndləri ilə dövlətlər razılığa gələrək, 2-ci maddənin 2-ci hissəsinin “b)” bəndinə əsasən istənilən şəxs, əgər o, silahlı münaqişə vəziyyətində hərbi əməliyyatlarda fəal iştirak etməyən hər hansı bir mülki şəxsin və ya istənilən digər şəxsin ölümünə və ya ona ağır bədən xəsarəti yetirilməsinə yönəldilmiş istənilən digər əməlin - bu cür əməlin məqsədi onun səciyyəsi və ya konteksti ilə bağlı olaraq, əhalini qorxutmaqdan və ya hökuməti yaxud beynəlxalq təşkilatı hər hansı hərəkəti etməyə yaxud onu etməkdən çəkinməyə məcbur etməkdən ibarət olduqda, - törədilməsi üçün tam və ya qismən istifadə edilməsi niyyəti ilə yaxud da istifadə ediləcəyini başa düşdüyü halda istənilən metodlarla, bilavasitə və ya bilavasitə, qeyri-qanuni olaraq və qəsdən vəsait verir və ya bu vəsaitin yığılmasını həyata keçirirsə, bu Konvensiyanın mənasına görə cinayət törətmiş olur.
102. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
103. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X5rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
104. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
105. Halbuki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyək icraat zamanı onlara qarşı fiziki və psixi zorakılıq tətbiq edilməklə hədəqorxu gəlinməsi barədə məhkəmədə ifadələrində göstərdikləri xüsusatlar şahid ifadələri və digər iş materialları ilə tam təkzib olunmuş, onlara qarşı hər hansı psixi, fiziki və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraatın ilkin mərhələsində müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində, o cümlədən fasiləsiz videoçəkiliş aparılmaqla dindirilərkən, habelə barələrində məhkəmə iclasında qətimkan tədbiri seçilməsi məsələsinin həlli zamanı “İnstagram” sosial şəbəkəsində “İdris” adlı Azərbaycan Respublikasının vətəndaşı olan X9 profilini diqqətlə incələdikdən sonra silahlarla bağlı video və şəkillər, habelə müxtəlif döyüş səhnələrindən kadrlar olduqlarını görmələri, həmin şəxslə danışdıqdan sonra sonuncunun Suriyada olduğunu, Suriyada “islam dini” uğrunda gedən döyüşlərdə iştirak etdiyini, yəni “cihadda” olduğunu öyrəndiklərini bildirmişlər. Başqa sözlə, hər iki təqsirləndirilən şəxs “İdris” dini ləqəbli Azərbaycan Respublikasının vətəndaşı olan X21 ilə sonuncunun “İnstagram” sosial şəbəkəsində olan profilini incələdikdən sonra əlaqə yaratmışlar. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclasında həmin şəxsə pulu kömək etmək məqsədi ilə göndərdiyini bildirmiş, lakin terrorçuluğu maliyyələşdirmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 isə öz növbəsində özünü qismən təqsirli bilərək izahatında barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verərkən təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 “İdris” dini ləqəbli şəxslə 2023-cü ildən danışdığını, Təqsirləndirilən şəxs2 isə onunla 2 ildən artıq müddətdə tanışlığının olduğunu bildirmiş, lakin hər ikisi “İdris” dini ləqəbli şəxsin Suriya Ərəb Respublikası ərazisində terrorçuluq fəaliyyətindən xəbərsiz olduqlarını, bununla bağlı soruşmadıqlarını bildirərək “İdris” dini ləqəbli şəxsin “terrorçuluq fəaliyyəti” ilə məşğul olmasından guya xəbərsiz olmalarını bildirərək xüsusilə ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmağa cəhd etmişlər.
106. Halbuki, hökmün 42-ci bəndində qeyd edildiyi kimi Təqsirləndirilən şəxs1 sonuncuya məxsus “X89 11” markalı, “2201117TG” modelli mobil telefonda quraşdırılmış, Təqsirləndirilən şəxs1 məxsus “İnstagram” sosial şəbəkəsində “İdris” dini ləqəbli X12 məxsus olduğu bilinən “leyon_al_azerii” adlı ilə qeydiyyatdan keçmiş hesabının izləyiciləri sırasında olması, Kamran Şıxəliyevin silahla, eləcə də digər qadağan olunmuş predmetlərlə birgə əks olunduğu fotoşəkillərin olması müəyyən edilmişdir. Hökmün 45-ci bəndində göstərildiyi kimi mobil telefona baxış keçirilməsinə dair protokolla "WhatsApp" mobil tətbiqində +994 55 *** ** ** mobil nömrə ilə qeydiyyatdan keçən Təqsirləndirilən şəxs1lə "İdris" dini ləqəbli X12 məxsus olduğu bilinən +90 539 *** ** ** mobil nömrə arasında çoxsaylı səsli və yazılı mesajlaşmaların olması, həmin mesajlarda “Oldu qardaşım Kodnan ancaq”, “İndi gedirəm tezdən kartina vuracam inşeeALLAH”, “Gedirəm Aparata”, “Exi qardasimsan”, “Onu Men sabah sene hesabb verim gonder”, “Ümmətin dərdi menim qəlbimi ağardır”, “Əxim”, “Orda Filistin’de somalide”, “Her yerde”, “Qanadım olsaydı”, “Uçub gelerdim”, “Yanınıza”, “Exim”, “Exi yox”, “Men qorxuram”, “Meni sonra tutalar”, “Hepse atalar”, “Ordanda 18 il”, “Azerbaycan xarasi” kimi və s. yazışmalarla Təqsirləndirilən şəxs1lə K.Şahid1 arasında yaxın münasibətin olması müəyyən olunmuşdur. Xüsusilə danışıqlarda K.Şahid1 tərəfindən digər tərəfə göndərilən mesajda “Men qorxuram”, “Meni sonra tutalar”, “Hepse atalar”, “Ordanda 18 il”, “Azerbaycan xarasi” sözlərini işlətməsi, onun Təqsirləndirilən şəxs1 diqqətinə Suriya Ərəb Respublikasında qeyri-qanuni fəaliyyətlə, yəni terrorçuluq fəaliyyəti ilə məşğul olmasını çatdırmasını göstərir.
107. İş materiallarında olmaqla məhkəmədə tədqiq edilmiş çoxsaylı sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 adından xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin “Western Union” sürətli valyuta köçürmə sistemi vasitəsi ilə Türkiyə Respublikasına OUALİD HADEF adlı şəxsə 100 dollar məbləğində valyuta mübadilə əməliyyatı edilmişdir. Həmin tarixdə, həmin bankda Təqsirləndirilən şəxs2 170.25 manat müqalibində həmin tarixdəki məzənnəyə uyğun yəni, 1.7025 məzənnə üzrə 100 ABŞ dollarının konvertasiya edilərək satışının həyata keçirildiyi görünür.
108. Eyni zamanda tədqiq edilmiş çoxsaylı sübutlarla müəyyən edildi ki, Şahid3 tərəfindən 08 fevral 2024-cü il tarixdə "xxxx" MMC-nin İsmayıllı poçt filialının Qəbələ Mərkəz Xidmətində hesab açmadan beynəlxalq pul köçürməsi vasitəsilə Türkiyə Respublikasına “Amiri Khalid” adlı şəxsə 100 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Bu fakt şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələri də təsdiq edilərək, Təqsirləndirilən şəxs2 həmin məbləği dolayı yolla başqalarının adından istifadə edərək öz niyyətinə çatmasını təsdiq edir.
109. Belə ki, Təqsirləndirilən şəxs2 doğulduğu rayondan tanışı olan və poçtda işləyən Şahid2 göndərmək istədiyi məbləğin köçürülməsini özünün vaxtı olmadığına görə xahiş etmiş, həmin vaxt Şahid2 istifadəsində bank kartı olmadığına görə iş yoldaşı Şahid3 həmin pulun sonuncunun bank kartına köçürülməsini və sonradan nağdlaşdırılaraq Türkiyəyə göndərilməsini xahiş etmiş, sonuncu Şahid2 “Whatsapp” vasitəsilə bank kartının şəklini göndərmiş, o da həmin kartı Elnura göndərmişdir. Elnur həmin karta 175 manat pul göndərmiş və pulu dollara çevirib Türkiyə Respublikasındakı dediyi adama göndərməyini xahiş etmişdir. O da Elnurun dediklərini Rəhiləyə bildirmişdir. Şahid3 4169 7388 3309 9116 nömrəli bank kartının şəklini göndərdiyini və karta 175 manat pul gəldiyini, o poçtda əməliyyatçı olduğuna görə iş yerini tərk edə bilmədiyini, buna görə də kartını Farizə həmin pulu bankomatdan çıxarması üçün verdiyini, Farizin bundan sonra pulu bankomatdan çıxararaq 175 manat pulu ona verdiyini, o da həmin vəsaiti 100 ABŞ dollarına çevirirək Farizin şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə öz şəxsiyyət vəsiqəsi ilə “Western Union” sürətli pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasında Amiri Khalid adlı şəxsə göndərdiyini bildirmişdir.
110. Bundan başqa, məhkəmədə tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 qardaşa köməklik edilməli olduğuna işarə etməsi, danışıqda “qardaş” deyildikdə İdris adlı şəxsi, “rayon” dedikdə isə Suriya Ərəb Respublikası nəzərdə tutması, Təqsirləndirilən şəxs1 məxsus “X89 11” markalı mobil telefonun “Whatsapp” mobil tətbiqində “Zənglər” adlı bölməyə baxış zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və “İdris” dini ləqəbli X21 arasında uzunmüddətli görüntülü telefon danışıqlarının həyata keçirilməsi, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “Dedim ki pulu atım sənin hesabına sən şey elə sən evdəsən? sənə atım sən düz qoş elə” deməsi, Təqsirləndirilən şəxs1 məxsus 409858*******0270 nömrəli bank kartından Təqsirləndirilən şəxs2 istifadəsində olan bank kartına xx.xx.2024-cü il tarixdə 175 manat pul vəsaiti köçürülməsi ilə də onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri təsdiq edilir.
111. Mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalmaları öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraatın ilkin mərhələsində öz müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrlə (fasiləsiz videoçəkilişin aparılması ilə), məhkəməyədək icraatın sonrakı mərhələsində və məhkəmə icraatı zamanı ifadələrini dəyişdirmələri və buna səbəb kimi əvvəlki ifadələri verdiyi zaman həyəcanlı olduqlarını, nə ilə bağlı ifadə verdiyini başa düşmədiklərini bildirmələri, onlara qarşı fiziki və psixoloji təzyiqlərin edilməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi xüsusilə ağır cinayət əməllərinə görə cəzadan yayınmağa yönəldilmiş cəhdi kimi qəbul edilərək rədd edilir.
112. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələrinə digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri və hər hansı digər sübutla öz təsdiqini tapmayan guya təzyiq və təsirə məruz qalmaları ilə bağlı xüsusatlara tənqidi yanaşılmaqla həmin ifadələr sübut kimi qiymətləndirilmədən rədd edilməlidir.
113. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
114. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 18 iyun 1999-cu il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin “Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə 1 oktyabr 2001-ci il tarixli Qanunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının müddəalarını da nəzərə alır.
115. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir.
116. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
117. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
118. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 214-1-ci maddəsi ilə tövsif edilmiş və onlar həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdırlar.
119. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində CM-in 214-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 214-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
120. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 18 iyun 1999-cu il tarixli, “Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə 1 oktyabr 2001-ci il tarixli qanunlarını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
121. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
122. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
123. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamalarını, müvafiq olaraq 24 və 25 yaşında olmaqla gənc olmalarını, Təqsirləndirilən şəxs2 təhsil aldığı orta məktəbdən və həqiqi hərbi xidmət keçdiyi hərbi hissədən müsbət xarakterizə olunmasını və əvvəllər müxtəlif yarışlarda nailiyyət qazanmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
124. CM-in 61.1.1 və 61.1.3-ci maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 214-1-ci maddəsində nəzərdə tutulan cinayətin təkrarən və qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilməsini onların cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır.
125. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 214-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın maddənin sanksiyası həddində ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
126. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
127. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl xüsusilə ağır cinayətlər kimi təsnif edilmişdir.
128. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.
129. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
130. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
131. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 14 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 14 mart 2024-cü il tarixdən hesablanmışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 30 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 30 iyul 2024-cü il tarixdən hesablanmışdır. Həmin məhkəmənin 5 noyabr 2024-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanılması müddətləri müvafiq olaraq 14 aprel 2025 və 14 mart 2025-ci il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
132. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli 14 mart 2024-cü il, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli isə 30 iyul 2024-cü il tarixdən hesablanmalıdır.
133. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
134. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus “X89 11” markalı “2201117TG” modelli mobil telefon və ona quraşdırılmış +994 55 *** ** ** mobil telefon nömrəsi və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4098 5844 9297 0270” nömrəli bank kartı, Təqsirləndirilən şəxs2 məxsus “X7820 Ultra” markalı “SM- N985F/DS” modelli mobil telefon, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş "xxxx" ASCyə məxsus “4098 5844 5099 2985” nömrəli və "xxxx" ASC-yə məxsus “4169 7388 7309 5529” nömrəli bank kartları müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onlar etiraz etmədikdə isə ailə üzvlərinə və ya onların digər qohumlarına qaytarılmalı, 20 noyabr 2024-cü il tarixli 5/1204 nömrəli məhkəmə kompütertexniki ekspertizası rəyi ilə təsdiq olunmuş həmin mobil telefonun yaddaşının bərpa edilərək məlumatların köçürüldüyü üzərində “SanDisk” sözü yazılmış xarici yaddaş qurğusunun və 22(iyirmi iki) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır.
135. CPM-yə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
136. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 250 (iki yüz əlli) manat, Təqsirləndirilən şəxs2 isə 150 (bir yüz əlli) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Belə ki, hökmün 60-cı bəndində qeyd edilmiş məhkəmə-fonoskopik ekspertiza xərci yalnız Təqsirləndirilən şəxs1, hökmün 82-ci bəndində qeyd edilmiş məhkəmə kompüter-texniki ekspertiza xərci isə yalnız Təqsirləndirilən şəxs2 tutulmalı, habelə hökmün 78-ci bəndində qeyd edilmiş məhkəmə-fonoskopik ekspertiza xərci isə hər iki təqsirləndirilən şəxsdən müştərək qaydada olmaqla tutulmalıdır.
137. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
138. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
139. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 18 iyun 1999-cu il tarixli, "Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə 1 oktyabr 2001-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X15 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
140. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 14 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olmaqla cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 məxsus “X89 11” markalı “2201117TG” modelli mobil telefon və ona quraşdırılmış +994 55 *** ** ** mobil telefon nömrəsi və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4098 5844 9297 0270” nömrəli bank kartı, Təqsirləndirilən şəxs2 məxsus “X7820 Ultra” markalı “SM-N985F/DS” modelli mobil telefon, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş "xxxx" ASC-yə məxsus “4098 5844 5099 2985” nömrəli və "xxxx" ASC-yə məxsus “4169 7388 7309 5529” nömrəli bank kartları müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onlar etiraz etmədikdə isə ailə üzvlərinə və ya onların digər qohumlarına qaytarılsın, 1(bir) ədəd xarici yaddaş qurğusu və 22 (iyirmi iki) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 250 (iki yüz əlli) manat, Təqsirləndirilən şəxs2 isə 150 (bir yüz əlli) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.