Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1111/2020 03.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, “xxxxxx” MMC-də ilməçi işləmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Əhmədalılar kəndində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 12.1,279.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olmaqla qəsdən Azərbaycan Respublikasının hüdudlarından kənarda, digər Azərbaycan Respublikası vətəndaşlarının da iştirak etdiyi ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, Suriya Ərəb Respublikası ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Livai Tövhid” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş, eləcə də həmin cinayət əməllərinə görə məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədi ilə xx xxxxxxx 2012-ci il tarixdə “Gəncə” X13 Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, oradan Türkiyə-Suriya sərhədini qanunsuz yolla keçərək Suriyanın Atma, daha sonra isə Dartiza şəhərinə çatmışdır. O, həmin dövlətin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış X2 2170(2014) saylı qətnaməsi ilə terrorçu təşkilat kimi tanınmış “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Abu Sıttıq” ləqəbli şəxsin başçılıq etdiyi “Livai Tövhid” adlı qanunsuz silahlı birləşmənin tərkibinə qoşulmuş və hərbi postların mühafizəsində iştirak etmiş, təxminən 20 gün hərbi postların mühafizəsində iştirak etdikdən sonra Türkiyə Respublikasına qayıtmış, oradan Gürcüstan Respublikasına getmiş və “Şıxlı” Sərhəd- Nəzarət Məntəqəsindən keçərək xx xxxxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının ərazisində aparılan qanunsuz silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə yenidən xx xxxxxx 2012-ci il tarixdə “Şıxlı” Sərhəd-Nəzarət Məntəqəsindən keçərək Türkiyə Respublikasına, oradan həmin ölkənin sərhədini qanunsuz yolla keçərək Suriya Ərəb Respublikasının Dartiza və Hələb şəhərlərinə çatmışdır. Təqsirləndirilən şəxs həmin dövlətin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Abu Sıttıq” ləqəbli şəxsin başçılıq etdiyi “Livai Tövhid” adlı qanunsuz silahlı birləşmənin tərkibinə daxil olaraq 2013-cü il fevral ayının əvvəllərinə kimi həmin silahlı birləşmənin digər üzvləri ilə birlikdə “Kalaşnikov” markalı avtomat tipli silahından istifadə etməklə bu silahlı birləşmənin nəzarətindəki postların mühafizəsində iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamış və 2013-cü ilin fevral ayının əvvəllərində Suriya Ərəb Respublikasından Türkiyə Respublikasının sərhədini qanunsuz olaraq keçməklə İstanbul şəhərinə gəlmiş, oradan hava yolu vasitəsilə xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 12.1,279.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2009-cu ildə hərbi xidməti başa vurduqdan sonra televiziyada olan dini verilişlərin təsiri altında islam dini ilə maraqlanmağa, ibadətlə məşğul olmağa başlamış, 2011-ci ilin sonlarından mütəmadi olaraq Sumqayıt şəhərində yerləşən “Nərimanov” adlı çayxanaya getmiş, çayxanada “Usama” dini ləqəbli X26 ilə dini söhbətlər etmiş, ona islam dininin sünni qolunun qaydalarını öyrətməsi üçün müraciət etmiş və həmin vaxtdan tanışlıqları yaranmışdır. Tanışlıqlarından təxminən 4- 5 ay sonra Rəşad Piriyev onu Sumqayıt şəhərinin dindar sakinləri Şahid1, sonra isə X10 ilə tanış etmiş, bundan sonra o, Rəşad Piriyevin tələbi ilə pasport almış, 1 həftə sonra Rəşad Piriyev onu islam dininə ibadət edən X11 və X14 ilə tanış etmişdir. Rəşad Piriyev “Nərimanov” adlı çayxanada olan zaman ona Suriyada və Əfqanıstanda əzilən müsəlmanlara kömək etmək, bunun üçün Suriyaya, Əfqanıstana getmək, orada döyüşmək lazım olduğunu, döyüşlərdə ölməkdən qorxmamağını, öləcəyi təqdirdə cənnətə düşəcəyini bildirmiş, o da əzilən müsəlmanlara kömək etmək lazım olduğu üçün Rəşadın təklifini qəbul etmiş və Suriyada və Əfqanıstanda qanunsuz silahlı birləşmələrdə iştirak etmək üçün razılıq vermişdir. Bundan sonra Rəhman Şıxəliyev onunla əlaqə saxlamış və qanunsuz silahlı birləşmələrdə iştirak etmək üçün Əfqanıstana getməli olduqlarını bildirmiş, onlar və adını xatırlamadığı digər şəxslə birlikdə Əfqanıstana getmək üçün İran İslam Respublikasının Zahidan şəhərinə getmişlər. 5 gün həmin şəhərdə qaldıqdan sonra o və digər şəxs Əfqanıstana getməkdən imtina edərək geri qayıtmış, X32 Respublikasında qalmış və Əfqanıstana gedəcəyini bildirmişdir. Sumqayıta qayıtdığı zaman o, Rəşadla yenidən görüşmüş və sonuncuya sıxıldığı üçün geri qayıtdığını bildirmiş, Rəşad narahat olmamağı, yeni olduğu üçün belə olduğunu demişdir. Bundan sonra o, avtoyuma məntəqəsində işləməyə başlamış, bir müddət sonra “Nərimanov” çayxanasında Şahid1 ilə görüşmüşdür. Həmin vaxt Rəşad da onların görüşünə qoşulmuş, Tural ona qanunsuz silahlı birləşmədə iştirak etmək üçün Suriya İslam Respublikasına getməyi təklif etmiş, o da buna razılıq vermişdir. Buna uyğun olaraq onlar xx xxxxxxx 2012-ci ildə Gəncə şəhərindən təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə uçmuş, İstanbul şəhərində “Məkkə” adlı oteldə 1 gün qaldıqdan sonra, növbəti gün avtobus ilə Hatay şəhərinə getmişlər. Orada Tural onları Suriyaya qanunsuz keçirəcək şəxslə görüşmüş, lakin həmin şəxsin kim olduğunu o, bilməmişdir. Həmin günün axşamı sərhəddə dayanan Türkiyəli əsgərlərin məsafə boşluğundan istifadə edərək, qaçıb sərhəddən Suriya ərazisində zeytun bağlarına daxil olmuş, sərhədi keçdikdən sonra yalnız onların içərisində olduqları çirkli, kiçik həcmli avtobusla Atma şəhərinə getmişlər. Atma şəhəri düzənlikdə olmuş, orada döyüşlər getməmişdir. Atma şəhərində 1 gün qaldıqdan sonra növbəti gün kiçik ölçülü yük avtomobilində (qırmızı rəngli “pick-up”da) Dartiza şəhərinə getmişlər. Dartiza şəhəri Atma şəhərindən fərqli olaraq dağlıq ərazidə yerləşmiş, şəhərin yaxınlığında olan adını bilmədiyi qalada güclü partlayışlar və döyüşlərin səsi eşidilmişdir. Dartiza şəhərində “Livai Tövhid” silahlı qruplaşmasının rəhbəri “Abu Sıttıq” ləqəbli Suriya vətəndaşı ilə quruluşca məktəbə bənzəyən, böyük otaqlı (zallı) binada görüşmüşlər. “Abu Sıttıq” həmin binada qalacaqları yerin olduğunu qeyd etdikdən sonra onlar həmin binada təxminən 2 həftə qalmışlar. Binanın mühafizəsini isə “Kalaşnikov” markalı silahdan istifadə edən şəxslər təşkil etmişlər. Ərazi üzrə mühafizə (ribat) mərhələli təşkil edilmişdir. Onun daimi istifadəsinə silah verilmədiyi üçün ilk əvvəllər binanın içərisində “ribat”a çıxmışdır. Həmin 2 həftə ərzində o, bina və binanın ətraf ərazilərində olmuşdur. O, Şahid1 ilə birlikdə Suriyaya qanunsuz silahlı birləşmədə iştirak etmək üçün getdiyi zaman X12, X11, X14, Elçin adlı Azərbaycan Respublikası vətəndaşları, təxminən 20-30 nəfər türk və ərəb döyüşmək üçün orada olmuşlar. Tural, Kamran və İsmət birlikdə döyüşlərdə iştirak etmişlər, Tamerlan, Rəcəb və Elçin adlı şəxslər isə ayrı qruplaşmada olmuşlar. Özü isə döyüşlərdə iştirak etməmiş, yalnız ərazinin mühafizəsinə (ribat) çıxmışdır. Kamran və Turalın özlərinə məxsus olan “Kalaşnikov” tipli silahları olmuş, onlara az işlənmiş sarı rəngli (çöl kamufulyajı) hərbi forma verilmişdir. Ona həmin vaxt silahın süngü-bıçağı verilsə də, silah verilməmiş, lakin şəhər mərkəzinə mağazalara getdiyi zaman digər döyüşçülərin “Kalaşnikov” markalı silahlarını götürmüşdür. 2 həftənin tamamında o, Turala Azərbaycana qayıtmaq istədiyini, yenidən Suriyaya qayıdacağını bildirmişdir. Tural onun Azərbaycana gedib, qısa müddət sonra Suriyaya qayıtmağını qəbul etmişdir. Buna uyğun olaraq Kamran da onlarla birlikdə Dartiza şəhərindən birbaşa “Abu Sıttıq”ın avtobusu ilə Türkiyə Respublikasının sərhədinə getmiş, əvvəlki qaydada Suriya ərazisində olan zeytun bağlarından keçərək, Türkiyənin Hatay şəhərinə, oradan isə avtobusla İstanbul şəhərinə gəlmişlər. xx xxxxxxx 2012-ci il tarixdə o, Tural və Kamran “Şıxlı” sərhəd-nəzarət məntəqəsindən keçərək Azərbaycana qayıtmışlar. Səfər biletlərin pulunu və yol üçün lazım olan digər xərcləri Tural ödəmişdir. Sumqayıt şəhərinə qayıtdıqdan sonra yenidən bir müddət avtoyuma məntəqəsində işləməyə başlamışdır. O, xx xxxxxx 2012-ci il tarixdə yenidən Suriyada qanunsuz silahlı birləşmədə iştirak etmək üçün Şahid1 ilə birlikdə Gəncə şəhərindən İstanbul şəhərinə təyyarə ilə uçmuş, Türkiyənin İstanbul şəhərindən Suriyanın Hatay şəhərinə, Hatay şəhərindən gizli yolla keçməklə Suriyanın Dartiza şəhərinə “pick-up” quruluşlu, qəhvəyi rəngli, kiçik yük avtomobilində getmiş, orada təxminən 10-15 gün əvvəlki kimi məktəbə oxşar binada qalmağa başlamışlar. İkinci dəfə Suriyaya getdiyi zaman ona da “Kalaşnikov” markalı, qundağı taxta olan silah verilmişdir. Axşamlar 2-3 saatdan bir dəyişmək şərtilə “ribat”a (ərazinin mühafizəsinin təşkili) çıxmış, 2 həftənin tamamında “Abu Sıttıq” gəlib onları Hələb şəhərinə göndərmişdir. Onlar Hələb şəhərinə “Abu Sıttıq”ın avtobusu ilə getmişlər. Dartiza şəhərindən fərqli olaraq Hələb şəhərində binalar dağılmış vəziyyətdə olmuşdur. Güclü atışmaların getdiyi Hələbdə 4 mərtəbəli binanın 3-cü mərtəbəsində 2 otaqlı mənzildə yerləşmişlər. Hələbdə “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Livai Tövhid” qruplaşmasına qoşulmuş və həmin qruplaşmanın əmirlərindən olan Şeyx İsa və adını xatırlamadığı digər şəxs ilə görüşmüş, Şeyx İsa onları qarşılamış və bundan sonra Hələb şəhərində “ribat”ı təşkil edəcəyini bildirmişdir. Həmin vaxt təxminən o və 20-25 nəfər Türkiyə vətəndaşı “ribat”a əvvəlki qaydada istifadələrində olan “Kalaşnikov” markalı silahlarla çıxmış, istifadələrində olan qırmızı rəngli “pick-up” avtomobili ilə yemək təminatını həyata keçirmişdir. Bir dəfə onlara düşmənin hücuma keçdiyi bildirilmiş və buna uyğun olaraq müdafiəyə çıxmış, ətrafdan atışma səsi gəlsə də, birbaşa onlara hücum edilməmişdir. Təxminən 2013-cü ilin fevral ayının əvvəllərində o, Turala Azərbaycana qayıtmaq istədiyini demiş, Tural da onunla birlikdə qayıdacağını bildirmişdir. Bundan sonra o, Tural ilə birlikdə Türkiyənin Kilis şəhərinə qaçaq yolla keçib, İstanbul şəhərinə getmiş, xx xxxxxx 2013-cü ildə İstanbul şəhərindən hava yolu ilə Azərbaycana qayıtmışlar. Azərbaycanda olduğu müddətdə Rəşad ona yenidən Suriyaya getməyi təklif etsə də, o, Rəşadın təklifini qəbul etməmişdir. Etdiyi cinayət əməlindən səmimi olaraq peşmandır. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, o, əslən Füzuli rayonundan olan Sumqayıt şəhərində tanış olduğu Təqsirləndirilən şəxs ilə birlikdə xx xxxxxxx 2012-ci ildə “Gəncə” X13 Suriya Ərəb Respublikasında “cihad” etmək üçün əvvəlcə Türkiyə Respublikasının İstanbul şəhərinə oradan isə Türkiyə-Suriya sərhədinə getmiş, orada adını xatırlamadığı əcnəbi bələdçinin köməkliyi ilə qeyri-qanuni yollarla Suriyanın Atma vilayətinə keçmiş, oradan Dartiza şəhərinə gedərək “Abu Sıttıq” ləqəbli şəxsin başçılıq etdiyi silahlı dəstəyə qoşulmuşlar. Həmin vaxt o, döyüşlərdə iştirak etsə də, Azad olduqları yerin (məktəb binasına bənzər tikili) mühafizəsini (“ribat”ı) təşkil etmiş, hətta Azada ilk əvvəllər süngü-bıçaq verilmiş, hər hansı bir avtomat verilməmişdir. Təxminən 20 gün sonra Azad ona Azərbaycana qayıtmağı təklif etmiş, Azad Suriyaya ilk dəfə gəldiyi üçün onun təklifini qəbul etmiş və xx xxxxxxx 2012-ci il tarixdə hal-hazırda adını xatırlamadığı azərbaycanlılar ilə “Şıxlı” Sərhəd-Nəzarət Məntəqəsindən keçərək geri qayıtmışlar. O və Azad Azərbaycana qayıtsa da qısa müddətdən sonra yenidən Suriya Ərəb Respublikasına qayıtmağa razılaşmışlar. Daha sonra o, Azad ilə birlikdə yenidən xx xxxxxx 2012-ci il tarixdə avtobusla Gürcüstana və oradan Türkiyə getməklə Suriyaya keçmiş, orada bir müddət qaldıqdan sonra “Abdurahman” dini ləqəbli şəxsin başçılıq etdiyi ”Livai Tövhid” adlı silahlı qrublaşmaya qoşulmuş, həmin müddət ərzində Atma və Dana, Hələb şəhərləri arasında yerləşən ərazidə hərbi təlim keçmiş, hərbi düşərgədə onlara “Kalaşnikov” markalı silahdan döyüş zamanı istifadə qaydaları öyrədilmişdir. O, döyüşlərdə iştirak etməyə başlasa da, hərbi təlimlər keçdikdən sonra Azad yenidən “ribat”a çıxmağa başlamış, yəni ərazinin mühafizəsi təşkil etmiş, Azadın döyüşlərdə iştirak etməsini görməmişdir. Təxminən 3 ay müddətində Suriyada qaldıqdan sonra Azadla birlikdə yenidən xx xxxxxx 2013-cü il tarixdə İstanbul hava limanından “Gəncə” Beynəlxalq Hava limanına gəlmişlər. Bundan sonra Azadın Suriyaya geri qayıdıb-qayıtmamasından xəbəri olmamışdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, Tural ilə birlikdə ilk dəfə xx xxxxxxxx 2012-ci il tarixdə ölkə ərazisini tərk edib avtobusla Gürcüstan Respublikasının ərazisindən keçərək təxminən 1-2 gün sonra Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan Adana şəhərinə, daha sonra isə Suriyanın Atma kəndinə getmiş, Tural ilə orada təxminən 20 günə yaxın müddətdə qalmışdır. “Livai Tövhid” adlı silahlı birləşməsinin üzvü “Abu Sıttıq” adlı milliyyətcə ərəb olan məscid imamı ilə məktəb kimi yerdə görüşmüşlər. Bir müddət sonra Tural öz ailəsi üçün darıxdığından onları görmək üçün 2012-ci ilin sentyabr ayının sonlarında yenidən Türkiyəyə, oradan isə təyyarə ilə Azərbaycana qayıtmış, o isə “Abu Sıttıq”ın yanında qalmışdır. Təxminən 10 gün sonra Tural yenidən Azad, Süleyman və Ruslan adlı şəxslərlə onun yanına Dartizaya gəlmişlər. Tural və Azad gələndən sonra orada təxminən 1 günə yaxın müddətdə birlikdə qalmışlar. O, 2012-ci ilin oktyabr ayının təxminən 25-də Suriya ərazisindən Azad və Turalla birlikdə çıxaraq Türkiyəyə, oradan isə xx xxxxxxx 2012-ci il tarixdə Azərbaycana qayıtmışlar. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, oğlu Azadın hələ orta məktəbdə oxuduğu zamandan (8-ci sinifdən) islam dininə marağı olmuş, həmin tarixdən namaz qılmağa başlamışdır. Məktəbi bitirdikdən sonra Azad avtoyuma məntəqəsində, daha sonra “xxxxxx” MMC-də ilməçi vəzifəsində işləmişdir. Azad evdə olduğu zaman daima dini məzmunlu kitablar oxumuş, həmin kitabların məzmununun nədən ibarət olmasını o, bilməmiş, Azadın ətrafındakı dostları da dindar olduğundan heç vaxt onları tanımamışdır. Azad 2012-ci ilin oktyabr ayında Türkiyə Respublikasına işləmək üçün gedəcəyini demiş, o, Azaddan necə iş tapacağını soruşduqda, Azad Türkiyədə tanışının olduğunu, tanışının iş tapmağa köməklik edəcəyini bildirmişdir. Azad Türkiyə Respublikasına 2012-ci ili oktyabr ayında gedib, 20 gün sonra geri qayıtmış, işlərinin alınmadığını və yenidən gedəcəyini demişdir. Qısa müddət sonra Azad yenidən Türkiyəyə getmək adı ilə evdən çıxmış, həmin vaxt Azadın kiminlə getməsindən onun məlumatı olmamış, ikinci dəfə Türkiyə Respublikasına getdiyini dediyi zaman təxminən 2 ay müddətində onunla əlaqə saxlamamış, 2013-cü ilin fevral ayında isə Azad yenidən Azərbaycana qayıtmışdır. Azad Türkiyəyə işləməyə getdiyini desə də, heç vaxt evə pul göndərməmiş, Türkiyədə olduğunu dediyi zaman yalnız bir dəfə onunla telefon vasitəsilə əlaqə saxlamış, telefon danışığı zamanı bir gün sonra işə başlayacağını və pul göndərəcəyini qeyd etmişdir. Azad 2013-cü ildə Türkiyədən qayıtdıqdan və həbs olunandan sonra bilmişdir ki, Azad heç vaxt Türkiyədə işləməyə getməmiş, X23 Respublikasına keçmiş və orada olan döyüşlərdə iştirak etmişdir. Azadın Suriyaya kiminlə getməsindən, o cümlədən hansı yolla getməsindən onun xəbəri olmamışdır. Azadın Suriyada olan silahlı qruplaşmalardan hansında iştirak etməsindən, o cümlədən Suriyanın hansı şəhərində olmasından xəbəri olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorçuluğa qarşı Mübarizə baş idarəsinin xx.xx.2020-ci il tarixli, 5/1/3642 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cihadda iştirak etmək məqsədilə, hazırda cəza çəkən Sumqayıt şəhər sakinləri Şahid1 və Quliyev Namiq Şahid oğlu, həmçinin əməliyyat məlumatlarına görə, İŞİD tərkibində döyüşlər zamanı Suriya Hökümət qüvvələri tərəfindən öldürülmüş X19, X11, X16, X14 və X10 ilə birlikdə xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasından Türkiyəyə, oradan qaçaq yollarla Suriyaya keçmişdir. Məlumatlara əsasən Təqsirləndirilən şəxs Suriyanın Hələb şəhərinə gedərək “Abu Yəhya” dini ləqəbli X4 dəstəsinə, bir müddət sonra isə X18 şəhərinə gedərək “Abu Sıttıq” ləqəbli şəxsin başçılıq etdiyi dəstəyə qoşulmuş, xx.xx.2012-ci il tarixdə Sumqayıt şəhər sakinləri X12 və Şahid1la birgə Azərbaycan Respublikasına qayıtmışdır. xx.xx.2012-ci ildə yenidən Şahid1la birgə Suriyaya səfər edən Təqsirləndirilən şəxs Dana şəhərinə gedərək “Abdurəhman” dini ləqəbli şəxsin başçılıq etdiyi “Livai Tövhid” qruplaşmasına qoşulmuş, Atma və Dana şəhərləri arasında yerləşən ərazidəki düşərgədə hərbi təlim keçmiş, döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır (cild 1, iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorçuluğa qarşı Mübarizə baş idarəsindən ilkin materiallarla daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs barəsində “Sərhədkeçmə hesabatı”nın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını “Gəncə” X13 təyyarə ilə tərk edərək Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində getmiş, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasına “Şıxlı” Sərhəd-Nəzarət Məntəqəsindən daxil olmuş və yenidən xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını “Şıxlı” Sərhəd-Nəzarət Məntəqəsindən tərk etmiş, xx.xx.2013-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən hava yolu ilə gələrək, “Gəncə” Beynəlxalq Aeroportundan Azərbaycan Respublikasına geri qayıtmışdır (cild 1, iş vərəqi 19). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Giriş-Çıxış və Qeydiyyat” İAMAS tələbnaməsi üzrə verilmiş sərhəd keçmə hesabatından görünür ki, Şahid2 xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət sərhədini keçib Gürcüstan Respublikasına getmiş, xx.xx.2012-ci il tarixdə isə Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. Şahid2 yenidən xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət sərhədini keçib Gürcüstan Respublikasına getmiş, xx.xx.2013-ci il tarixdə isə Azərbaycan Respublikası ərazisinə qayıtmışdır. Növbəti dəfə Şahid2 xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət sərhədini keçib Gürcüstan Respublikasına getmiş, xx.xx.2014-cü il tarixdə isə yenidən Azərbaycan Respublikasının ərazisinə qayıtmışdır (cild 1, iş vərəqi 201-202). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şahid1 barədə “Giriş-Çıxış və Qeydiyyat” İAMAS tələbnaməsi üzrə verilmiş sərhəd keçmə hesabatından görünür ki, Şahid1 xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını “Gəncə” X13 təyyarə ilə tərk edərək Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində getmiş, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasına “Şıxlı” Sərhəd-Nəzarət Məntəqəsindən daxil olmuş və yenidən xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını “Şıxlı” Sərhəd-Nəzarət Məntəqəsindən tərk etmiş, xx.xx.2013-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərindən hava yolu ilə gələrək, “Gəncə” Beynəlxalq Aeroportundan Azərbaycan Respublikasına geri qayıtmışdır (cild 1, iş vərəqi 14-16). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X12 barədə “Giriş-Çıxış və Qeydiyyat” İAMAS tələbnaməsi üzrə verilmiş sərhəd keçmə hesabatından görünür ki, X12 xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət sərhədini keçib Gürcüstan Respublikasına getmiş, xx.xx.2012-ci il tarixdə isə Azərbaycan Respublikasının ərazisinə qayıtmışdır. X12 yenidən xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət sərhədini keçib Gürcüstan Respublikasına getmişdir (cild 1, iş vərəqi 198-200). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X11 barədə “Giriş-Çıxış və Qeydiyyat” İAMAS üzrə tələbnaməsi üzrə verilmiş sərhəd keçmə hesabatından görünür ki, X11 xx.xx.2012-ci il tarixdə təyyarə ilə Gəncə şəhərindən Türkiyənin İstanbul şəhərinə uçmuşdur (cild 1, iş vərəqi 208-209). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkil üzrə tanıma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 digər şəxslərin fotoşəkilləri arasında ona təqdim edilmiş Təqsirləndirilən şəxs fotoşəkildən barəsində əvvəllər ifadə verdiyi qanunsuz silahlı münaqişələrdə birlikdə iştirak etdiyi ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Livai Tövhid” adlı qanunsuz silahlı birləşmədə iştirak etmiş şəxs kimi tanımışdır (cild 1, iş vərəqi 33-36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkil üzrə tanıma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 digər şəxslərin fotoşəkilləri arasında ona təqdim edilmiş Təqsirləndirilən şəxs fotoşəkildən barəsində əvvəllər ifadə verdiyi qanunsuz silahlı münaqişələrdə birlikdə iştirak etdiyi ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Livai Tövhid” adlı qanunsuz silahlı birləşmədə iştirak etmiş şəxs kimi tanımışdır (cild 1, iş vərəqi 282-285). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş fotoşəkil üzrə tanıma haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş fotoşəkillər arasında qanunsuz silahlı münaqişələrdə birlikdə iştirak etdiyi ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Livai Tövhid” adlı qanunsuz silahlı birləşmədə iştirak etmiş Şahid1, X5, X6, X26, Şahid2, X7 və X8 foto şəkil üzrə tanımışdır (cild 1, iş vərəqi 252-279). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 2039 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 215- 217). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-linqvistik (dinşünaslıq) ekspertizasının xx.xx.2020-ci il tarixli, 4/447 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Tövhid-Allahın Qulları üzərində olan haqqı”, “Tağuta mühakimə olmanın dinin əslini pozmasına dair dəlil və nəqllər”, “Qəlbin və dinin Şirk və küfrdən təmizlənməsi”, “Şərh əs-Sunnə”, “Mənə ət-tağut”, “Ölü və qaib şəxslərdən yardım diləməyin hökmünə dair izah və açıqlama”, “Üç əsas. Allah, Din, Peyğəmbər” və “Sırat-ı Müstakim” adlı kitablarda ölkədəki dini duruma mənfi təsir edəcək fikirlər aşkarlansa da, həmin materiallarda dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran məlumatlar aşkar edilməmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (cild 1, iş vərəqi 210- 214). İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-660/2015 nömrəli hökmündən görünür ki, həmin hökmlə Şahid1 Cinayət Məcəlləsinin 12.1,218.2, 12.1,279.1, 12.3,214-3.1, 12.3,214.2.1, 12.3,214.2.2 və 12.3,214.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Eyni hökmlə Əzizov X9 Məcəlləsinin 12.1,218.2, 12.1,279.1, 12.3,214-3.1, 12.3,214.2.1, 12.3,214.2.2 və 12.3,214.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (cild 1, iş vərəqi 224-244). İşdə olan sübutların qiymətləndiriməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri 20-ci məhəllə, blok 4/59 ünvanına keçirilən baxış zamanı götürülmüş 1 ədəd “Ammə” cüzü, 1 ədəd “Şirk və növləri”, 1 ədəd “Sırat-ı X24”, 1 ədəd “Müsəlman əxlaqı”, 1 ədəd “Üç əsas. Allah, Din, Peyğəmbər”, 1 ədəd “Qəlbin və dinin Şirk və küfrdən təmizlənməsi”, 1 ədəd “Ölü və qaib şəxslərdən yardım diləməyin hökmünə dair izah və açıqlama”, 1 ədəd “Qırx hədis şərhi”, 1 ədəd “Şərh əs-Sunnə” kitabın surəti, 1 ədəd “səhih əl-Buxari”, 1 ədəd “Səfləri düz və sıx tutun ki, Allah sizə mərhəmət etsin”, 1 ədəd “Tövhid-Allahın Qulları üzərində olan haqqı”, 2 ədəd “Mənə ət-tağut” adlı kitabların surəti, 1 ədəd “Tağuta mühakimə olmanın dinin əslini pozmasına dair dəlil və nəqllər”, 1 ədəd “Şəriət nəzdində ikrahın mahiyyəti və hüdudları”, 1 ədəd “Həmbəli fiqhi” adlı kitablar və 11 ədəd CD disk maddi sübut kimi tanınmış və iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 293-306, 308). Cinayət işindən başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X14, X12, X10, X11 və X26, habelə şəxsiyyəti istintaqa məlum olmayan Elçin, Süleyman və Ruslan adlı şəxslər, eləcə də digər şəxslər və xüsusatlar üzrə həmin cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 12.1,279.1-ci maddələri ilə başqa cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 311-314). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 108). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli, 4314 saylı arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 128). İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 136). İş materiallarından görünür ki, cinayət hadisəsini Azərbaycan Respublikasından kənarda törətdiklərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsi tətbiq olunmaqla törətdikləri cinayətə görə təqsirləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsinin məktubları ilə daxil olmuş Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan dilinə tərcümə edilmiş mətnlərindən görünür ki, Suriya Ərəb Respublikasında terror cinayəti törətmək məqsədilə silahlı qruplaşmaların tərkibində iştirak edən şəxslər ömürlük, terror fəaliyyətləri məqsədilə müxtəlif növ silah-sursatlar, partlayıcılar həmçinin kommunikasiya vasitələrinin istifadəsi və hərbi döyüş sənəti üzrə təlim almaq və ya bir və daha çox şəxsə təlim keçməyə görə 10 ildən 20 ilə qədər, terror təşkilatına qoşulan və digər şəxsləri də qoşulmağa təşkil edən hər kəs ən azı 7 il müddətinə azadlıqdan məhrum olunma ilə cəzalandırılır (cild 1, iş vərəqi 168-183). Cinayət işinə əlavə edilmiş X3 Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş xx xxxxxx 2014-cü il tarixli, 2170 (2014) saylı qətnaməyə əsasən İŞİD, ANC və Əl-Qaidə və onlarla bağlı olan şəxslər, qruplar, müəssisə və təşkilatlar terrorçu təşkilat kimi tanınmışdır (cild 1, iş vərəqi 160-167). Təqsirləndirilən şəxsin ifadələrindən, habelə X25 Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikası ərazisində törətdiyi, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əməllərə görə qeyd olunan xarici dövlətdə məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməllərini Suriya Ərəb Respublikasının ərazisində törətdiyindən yuxarıda qeyd edilən normalar Azərbaycan Respublikası CM-nin 12-ci maddəsinin tələbləri baxımından ona cəza təyini zamanı nəzərə alınmalı, müvafiq əməllərinə uyğun olaraq ona hər maddə üzrə təyin ediləcək cəza ərazisində cinayət törətdikləri həmin xarici dövlətin müvafiq qanunları ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox olmamalıdır. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı olmaqla qəsdən Azərbaycan Respublikasının hüdudlarından kənarda, digər Azərbaycan Respublikası vətəndaşlarının da iştirak etdiyi ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, Suriya Ərəb Respublikası ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Livai Tövhid” adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsi kifayət qədər sübuta yetirilir, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 12.1,279.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, o, həmin maddələr ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir, bu əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından, habelə ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı cinayətin açılmasına, cinayətin digər iştirakçılarının ifşa olunmasına fəal kömək etmişdir. Məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cavanlığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrnin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci madddəsinin tələbinə əsasən bu məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokol və məhkəmə qəraraından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 48, 89-91). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvanına keçirilən baxış zamanı götürülmüş 1 ədəd “Ammə” cüzü, 1 ədəd “Şirk və növləri”, 1 ədəd “Sırat-ı X24”, 1 ədəd “Müsəlman əxlaqı”, 1 ədəd “Üç əsas. Allah, Din, Peyğəmbər”, 1 ədəd “Qəlbin və dinin Şirk və küfrdən təmizlənməsi”, 1 ədəd “Ölü və qaib şəxslərdən yardım diləməyin hökmünə dair izah və açıqlama”, 1 ədəd “Qırx hədis şərhi”, 1 ədəd “Şərh əs-Sunnə” kitabın surəti, 1 ədəd “səhih əl-Buxari”, 1 ədəd “Səfləri düz və sıx tutun ki, Allah sizə mərhəmət etsin”, 1 ədəd “Tövhid-Allahın Qulları üzərində olan haqqı”, 2 ədəd “Mənə ət-tağut” adlı kitabların surəti, 1 ədəd “Tağuta mühakimə olmanın dinin əslini pozmasına dair dəlil və nəqllər”, 1 ədəd “Şəriət nəzdində ikrahın mahiyyəti və hüdudları”, 1 ədəd “Həmbəli fiqhi” adlı kitablar və 11 ədəd CD disk məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2 və 12.1,279.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 12.1,218.2-ci maddəsilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilən baxış zamanı götürülmüş 1 ədəd “Ammə” cüzü, 1 ədəd “Şirk və növləri”, 1 ədəd “Sırat-ı X24”, 1 ədəd “Müsəlman əxlaqı”, 1 ədəd “Üç əsas. Allah, Din, Peyğəmbər”, 1 ədəd “Qəlbin və dinin Şirk və küfrdən təmizlənməsi”, 1 ədəd “Ölü və qaib şəxslərdən yardım diləməyin hökmünə dair izah və açıqlama”, 1 ədəd “Qırx hədis şərhi”, 1 ədəd “Şərh əs-Sunnə” kitabın surəti, 1 ədəd “səhih əl-Buxari”, 1 ədəd “Səfləri düz və sıx tutun ki, Allah sizə mərhəmət etsin”, 1 ədəd “Tövhid-Allahın Qulları üzərində olan haqqı”, 2 ədəd “Mənə ət-tağut” adlı kitabların surəti, 1 ədəd “Tağuta mühakimə olmanın dinin əslini pozmasına dair dəlil və nəqllər”, 1 ədəd “Şəriət nəzdində ikrahın mahiyyəti və hüdudları”, 1 ədəd “Həmbəli fiqhi” adlı kitablar və 11 ədəd CD disk məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1111/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1111/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver